Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-97/2025 17.02.2026 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Arifə Namus qızının sədrliyi, məhkəmə iclas katibi Səfərli Dünya Azad qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş şəxs Məmmədova (Osmanova) Nigar Tahir qızının, müdafiəçi Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Balakən rayonu, Katex kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Balakən rayonu, Katex kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilərək X1 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir. Belə ki, o, cavabdeh kimi ondan 12 oktyabr 2016-cı il tarixdən hesablanmaqla 21 mart 2012-ci ildə doğulmuş X5 və 19 iyun 2014-cü ildə doğulmuş X6 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 100,00 manat sabit pul məbləğində alimentin tutularaq Məmmədova (Osmanova) Nigar Tahir qızına verilməsinə dair Zaqatala Rayon Məhkəməsinin 01 mart 2017-ci il tarixli 2(033)-74/2017 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə sonuncu dəfə Balakən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(019)-514/2024 saylı qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 13 gün müddətinə inzibati qaydada həbs edilməsinə, icra üçün yeni müddətin təyin edilməsinə, həmçinin məsuliyyəti barədə xx.xx.2024-cü il və xx.xx.2025-ci il tarixlərdə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq hərəkətlərindən nəticə çıxarmamış və cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 07 aprel 2025-ci il tarixədək şəxsi maraq niyyətilə 11500,00 manat məbləğində aliment borcunu ödəməməklə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməməklə zərər çəkmiş şəxsə qeyd olunan məbləğdə maddi ziyan vuraraq ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittiham məhkəmə iclasında tədqiq edilmiş sübutlar əsasında öz təsdiqini tapmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilmiş, qətnamənin 2017-ci ildə çıxarılmasına baxmayaraq gec məlumatının olmasını, aliment borcunun 2016-cı il tarixdən hesablanması ilə razı olmadığını, aliment borcundan polis şöbəsinə çağırıldığı zaman xəbəri olduğunu, rəsmi iş yerinin olmadığını, uşaqlara paltar, lazımi şeylər aldığını, 1 ay vaxt verilərsə borcun yarısını ödəyə biləcəyini bildirmiş, ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs Məmmədova (Osmanova) Nigar Tahir qızı izahatında bildirmişdir ki, istintaqda verdiyi ifadəsini təsdiq edir. Uşaqlar üçün hər ay 200 manat aliment ödənilməlidir. Bu vaxta qədər alimentin artırılması üçün müraciət etməmişdir. Təqsirləndirilən şəxs hər dəfə borcu ödəməkdən yayınır, 11500 manat aliment borcundan 1380 manat ödəniş etmişdir, sonuncu dəfə 50 manat ödəniş etmişdir. Ona vaxt verilməsi ilə razı deyil, dəfələrlə vaxt verilmişdir, aliment tələb etdikdə onu söyüb təhqir edirlər. Təqsirləndirilən şəxslə barışmır, buna görə barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Balakən rayon İcra və probasiya şöbəsinin rəisi Şahid ifadəsində göstərilmişdir ki, Zaqatala Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(033)-74/2017 saylı 01 mart 2017-ci il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs 12 oktyabr 2016-cı il tarixdən hesablanmaqla 21 mart 2012-ci ildə doğulmuş X5 və 19 iyun 2014-cü ildə anadan olmuş X6 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 100,00 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində aliment tutularaq Məmmədova (Osmanova) Nigar Tahir qızına verilməlidir. Həmin icra sənədi üzrə 10 mart 2017-ci il tarixli qərarla icraata başlanılaraq tələbin könüllü icrası barədə borcluya bildiriş verilmişdir. Verilmiş müddətdə borclu tələbin könüllü icrasını təmin etmədiyindən məcburi icra tədbirlərinə başlanılmışdır. Məcburi icra tədbirləri çərçivəsində borclunun adına tələbin yönəldilə biləcək əmlakının və gəlirlərinin olubolmaması öyrənilmiş, nəticədə hər hansı əmlak və gəlirləri aşkar edilməmişdir. Həmçinin borclu icra şöbəsinə çağırılaraq icra sənədinin mahiyyəti ona izah olunmuş, müəyyən edilmiş aliment məbləğinin ödənilməsi tələb olunmuşdur. Lakin borclu ödəniş etməmişdir. Odur ki, borclunun inzibati məsuliyyətə cəlb edilməsi istiqamətində görülmüş tədbirlər nəticəsində o, Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə təqsirli bilinib Balakən Rayon Məhkəməsinin 19 aprel 2018-ci il tarixli 3(019)-198/2018 saylı və xx.xx.2020-ci il tarixli 3(019)-238/2020 saylı qəralarına əsasən hər dəfə 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra da məcburi icra tədbirləri davam etdirilmiş, borcludan yaranmış aliment borcunun ödənilməsi tələb olunmuşdur. Borclu Təqsirləndirilən şəxs hər dəfə qısa müddətlərdə aliment borcunu ödəyəcəyinə dair söz versə də, xeyli müddətin keçməsinə baxmayaraq yaranmış aliment borcunun və aylıq aliment məbləğinin ödənilməsini təmin etməmişdir. Həmçinin görülmüş tədbirlər nəticəsində borclunun olduğu yeri müəyyən etmək mümkün olmadığından icra müddətində barəsində xx.xx.2023-cü il tarixli və xx.xx.2024-cü il tarixli qərarlarla axtarış elan edilmişdir. Borclu müvafiq olaraq xx.xx.2023-cü il tarixdə və xx.xx.2024-cü il tarixdə Balakən RPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq icra şöbəsinə gətirilmişdir. İcra şöbəsində borcludan qətnamənin icrası tələb olunmuş, məsuliyyəti barədə xəbərdarlıq edilmişdir. Borclu izahat verərək işləmədiyini əsas gətirərək aliment borcunu ödəməkdən yayınmışdır. Odur ki, yenidən barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Balakən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinib 13 gün müddətinə inziabti qaydada həbs edilmişdir. İnzibati məsuliyyətə cəlb edildikdən sonra borcluya yeni icra müddəti təyin edilərək yaranmış aliment borcunun ödənilməsi ondan tələb olunmuş, məsuliyyəti barədə dəfələrlə xəbərdarlıqlar verilmişdir. Eyni zamanda icra sənədinin icrası ilə bağlı borclu ilə fərdi söhbətlər aparılmış, məsuliyyəti şəxsən diqqətinə çatdırılmışdır. Lakin icra sənədinin icraya yönəldilməsindən uzun müddət keçməsinə, üç dəfə inzibati qaydada məsuliyyətə cəlb edilməsinə, cinayət məsuliyyəti barədə xəbərdarlıqlar verilməsinə baxmayaraq borclu Təqsirləndirilən şəxs hərəkətlərində dönüş yaratmamış və 07 aprel 2025-ci il tarixədək 11500,00 manat alimenti ödəməməklə qətnamənin icrasından qərəzli olaraq yayınmışdır. Hazırda da borclu aliment borcunu və aylıq aliment məbləğini ödəməkdən yayınmaqda davam edir. İcra müddətində xx.xx.2025-ci il tarixdə elektron icra informasiya sistemi vasitəsilə edilmiş sorğu zamanı borclunun "xxxx" MMC-də fəhlə işlədiyi və aylıq 841,14 manat əmək haqqı aldığı müəyyən edilmişdir. Odur ki, borclunun əmək haqqından müvafiq tutulmaların aparılması məqsədilə həmin MMC-yə təklif məktubu göndərilmiş, lakin xx.xx.2025-ci il tarixdə elektron icra informasiya sistemi vasitəsilə təkrarən sorğu verildikdə borclunun adına əmək müqaviləsinin olmadığı məlum olmuşdur. İcra müddətində tələbkar Məmmədova (Osmanova) Nigar Tahir qızı isə dəfələrlə icra və probasiya şöbəsinə yazılı və şifahi qaydada müraciət edərək uşaqların maddi tələbatını ödəməkdə çətinliklər çəkdiyini və maddi vəziyyətlərinin ağır olduğunu bildirərək Təqsirləndirilən şəxs yaranmış aliment borcunun alınaraq ona verilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin 2(033)-74/2017 saylı xx.xx.2017-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi Təqsirləndirilən şəxs tərəfindən qərəzli olaraq icra olunmadığı üçün Balakən rayon icra və probasiya şöbəsinin icra məmurunun əsaslandırılmış təqdimatı əsasında Balakən Rayon Məhkəməsinin 8(019)-6/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə 800 manat, xx.xx.2025-ci il tarixdə 30 manat ödəniş etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan edilərək tədqiq edilmiş, o, istintaq zamanı Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, elan edilmiş ittihamın mahiyyəti və mənası ona aydındır, həmin ittihamda göstərilən cinayət əməlini törətməkdə özünü təqsirli bilir. Məhkəmə qətnaməsi üzrə iddiaçı Məmmədova (Osmanova) Nigar Tahir qızı ilə o, 12 noyabr 2011-ci il tarixdə rəsmi nikah bağlamaqla ailə qurmuşdur. Birgə nikahlarından 21 mart 2012- ci il təvəllüdlü Banu, 19 iyun 2014-cü il təvəllüdlü Babək adını verdikləri övladları anadan olmuşdur. Ailə qurduqdan sonra bir müddət səmimi ailə münasibətləri olsa da, sonradan münasibətləri pozulmuş və Məmmədova (Osmanova) Nigar uşaqları da götürüb atası evinə qayıtmışdır. Faktiki olaraq bir müddət ayrı yaşadıqdan sonra Məmmədova (Osmanova) Nigar nikahın pozulması və aliment tələbi ilə məhkəməyə müraciət etmiş və Zaqatala Rayon Məhkəməsi aralarında bağlanmış nikahın pozulması, həmçinin ondan cavabdeh kimi 12 oktyabr 2016cı il tarixdən hesablanmaqla 21 mart 2012-ci ildə doğulmuş X5 və 19 iyun 2014-cü ildə anadan olmuş X6 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 100,00 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində alimentin tutularaq Məmmədova (Osmanova) Nigar Tahir qızına verilməsinə dair 01 mart 2017-ci il tarixli qətnamə çıxarmışdır. Sözügedən məhkəmə qətnaməsi üzrə verilmiş icra vərəqəsi xx.xx.2017-ci il tarixdə Balakən rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş və icra məmuru tərəfindən icraata başlanılmışdır. Balakən rayon icra və probasiya şöbəsində başlanılmış icraat dövründə icra məmuru tərəfindən ünvana icraata başlamaq haqqında qərarla birlikdə bildiriş göndərilmişdir. Dəfələrlə icra şöbəsinə dəvət olunaraq izahatı alınmış və qanuni qüvvəyə minmiş qətnamə üzrə qeyd edilmiş alimentin tam şəkildə ödənilməsi tələb edilmişdir. Qətnamə üzrə müəyyən edilmiş aliment icra edilmədiyi üçün üç dəfə inzibati qaydada həbs olunmuş və ölkədən getmək hüququ məhdudlaşdırılmışdır. İnzibati həbsdən sonrada icra məmuru tərəfindən ona yeni müddət təyin edilmiş, lakin həmin müddətdə də qətnamə üzrə təyin edilmiş tələbin icrasını təmin edilməmişdir. Hazırda fərdi əməklə məşğul olur və aylıq 600-700 manat pul qazanır. Qətnamə üzrə borcu bugünkü tarixdə tam şəkildə ödəmək iqtidarında deyil. Həmçinin o, xx.xx.2025-ci il tarixli təqdimatda qeyd olunan ödənilməmiş 11500,00 manat aliment borcundan istintaq dövründə xx.xx.2025-ci il tarixdə 300,00 manat, xx.xx.2025-ci il tarixdə 100,00 manat, ümumilikdə 400,00 manat ödəniş etmişdir. 253820013 nömrəli cinayət işinin: 10-13-cü vərəqlərində olan Zaqatala Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(033)-74/2017 saylı qətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs 21 mart 2012-ci ildə doğulmuş X5 və 19 iyun 2014-cü ildə anadan olmuş X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün 12 oktyabr 2016-cı il tarixdən hesablanmaqla, hər ay hər uşaq üçün 100 manat sabit pul məbləğində aliment Zərərçəkmiş şəxs xeyrinə tutulmalıdır. 16-cı vərəqində olan Balakən Rayon İcra Şöbəsinin xx.xx.2017-ci il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(033)-74/2017 saylı icra sənədi üzrə icraata başlanılmış, borclu Təqsirləndirilən şəxs dərhal icranı təmin etməyi təklif olunmuşdur. 17-ci vərəqində olan Balakən Rayon İcra Şöbəsinin tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, xx.xx.2017-ci il tarixdə tələbin könüllü icrası haqqında borcluya Təqsirləndirilən şəxs bildiriş göndərilmişdir. 19-cu vərəqində olan xx.xx.2017-ci il tarixli Balakən rayon İcra şöbəsinin icra məmuru X7 tərəfindən tərtib edilən aktdan görünür ki, borclu Təqsirləndirilən şəxs evinə baxış keçirdilər, evə və həyətə baxış zamanı evə və həyətdə qanunvericilikdə nəzərdə tutulmuş qaydada üzərinə həbs qoyulası əmlak və ya əşya aşkar olunmamışdır. 21-22, 108, 121-ci vərəqlərində olan xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2024-cü il və xx.xx.2025-ci il tarixli xəbərdarlıqlardan görünür ki, Təqsirləndirilən şəxs müəyyən edilmiş aylıq alimentin və yaranmış aliment borcunun ödənilməklə məhkəmə qətnaməsinin icrası tələb edilmiş, cinayət məsuliyyəti barədə xəbərdarlıq edilmişdir. 28-29-cu vərəqlərində olan Balakən Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 3(019)-198/2018 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün müddətə inzibati qaydada həbs edilmişdir. 37-39-cu vərəqlərində olan Balakən Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 3(019)-238/2020 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün müddətə inzibati qaydada həbs edilmişdir. 43-45-ci vərəqlərində olan Balakən Rayon Məhkəməsinin 8(019)-6/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadından görünür ki, Borclu Balakən rayonu Katex kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti - Zaqatala Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(033)-74/2017 nömrəli icra sənədi üzrə aliment borcu ödənilənədək məhdudlaşdırılmışdır. 50-51-ci vərəqlərində olan xx.xx.2022-ci il tarixli Balakən rayon İcra və probasiya şöbəsinin icra məmuru X9 tərəfindən tərtib edilən aktdan görünür ki, borclu Təqsirləndirilən şəxs fərdi yaşayış evinin həyətyanı sahəsinə və yaşayış evinə baxış keçirildi, qanunla üzərinə həbs qoyula biləcək heç bir əmlak aşkar olunmadı. 63, 85-ci vərəqində olan Balakən Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixli “borclunun axtarışı haqqında” qərarından görünür ki, aparılan icra tədbirləri nəticəsində icra sənədi üzrə borclu Təqsirləndirilən şəxs yaşadığı yeri müəyyən etmək mümkün olmadığından barəsində axtarış elan edilmişdir. 98-101-ci vərəqlərində olan Balakən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(019)-514/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 13 gün müddətə inzibati qaydada həbs edilmişdir. 110-cu vərəqində olan xx.xx.2025-ci il tarixli Balakən rayon İcra və Probasiya şöbəsinin rəisi Şahid tərəfindən tərtib edilən aktdan görünür ki, borclu Təqsirləndirilən şəxs evinə baxış keçirdilər, evə və həyətə baxış zamanı evə və həyətdə qanunvericilikdə nəzərdə tutulmuş qaydada üzərinə həbs qoyulası əmlak və ya əşya aşkar olunmamışdır. 126-cı vərəqində olan Balakən rayonu Katex bələdiyyəsi tərəfindən verilən 19 fevral 2025-ci il tarixli 23 nömrəli məktubdan görünür ki, Katex kənd sakini mərhum X3 və ailəsinə Təqsirləndirilən şəxs da daxil olmaqla “Torpaq islahatlı zamanı” JN-844 saylı Dövlət aktı üzrə 0.52 ha dəmyədən pay torpaq sahəsi verilmişdir. 127-ci vərəqində olan Balakən rayon Katex kənd İƏD tərəfindən verilən xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailəsi, kənd sakinləri, qohumları, yaşıdları arasında müsbət xarakterizə olunmur, onun barəsində nümayəndəliyə şikayətlər daxil olmuşdur. 134-135-ci vərəqlərində olan Balakən Rayon İcra və Probasiya Şöbəsi tərəfindən tərtib edilmiş Təqsirləndirilən şəxs tələbkar Zərərçəkmiş şəxs ödədiyi aliment cədvəlindən görünür ki, Təqsirləndirilən şəxs 2025-ci ilin aprel ayına 11500 manat aliment borcu vardır. 166-cı vərəqində olan DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilən tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. 183-cü vərəqində olan barəsində axtarış elan olunmuş şəxsin tutulması barədə 29 avqust 2025-ci il tarixli protokoldan görünür ki, Osmanov X10 rayonu ərazisində müəyyən edilərək 29 avqust 2025-ci il tarixində saat 19:00 radələrində tutulmuşdur. 208-209-cu vərəqlərində olan 30 avqust 2025-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək hqqında” qətimkan tədbiri seçilmiş, MSY-dən dərhal azad edilmişdir. 217-218-ci vərəqlərində olan xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli qəbzlərdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən aliment borcundan 300 manat və 100 manat ödəniş edilmişdir. İş materiallarına əlavə olunan 11 avqust 2025-ci il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən X4 hesabına 30 AZN pul köçürülmüşdür. 14 avqust 2025-ci il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən X4 hesabına 100 AZN pul köçürülmüşdür. 27 oktyabr 2025-ci il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən X4 hesabına 800 AZN pul köçürülmüşdür. Balakən Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli 1(019)-97/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs haqqında axtarış elan olunmuş və barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilmişdir. Balakən Rayon Polis Şöbəsinin 07 fevral 2026-cı il tarixli 3-13-66/2-3120/2026 saylı məktubundan görünür ki, xx.xx.2026-cı il tarixdə Balakən RPŞ-də açılmış 320320 nömrəli axtarış işi üzrə axtarış elan olunmuş, Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsilə təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs xx.xx.2026-cı il tarixdə Sumqayıt şəhəri ərazisində tutularaq Balakən RPŞ-yə gətirilmiş və ƏN-nin PX-nin X2 köçürülməsi üçün aidiyyəti üzrə Balakən RPŞ-nin X11 təhvil verilmişdir. Zərərçəkmiş şəxs X8 tərəfindən məhkəməyə verilən ərizədən görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs ona borclu olduğu 11500 manat aliment borcundan 1380 manat ödəniş etmişdir. Onunla barışmır, geri qalan pulunu tələb edir. Qanuni qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Konstitusiyanın 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, iştirakçı dövlətin daxili hüquq sistemi məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq yerinə yetirilməmiş qalmasına imkan versəydi, məhkəmə araşdırması hüququ xəyali hüquq olardı. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi iş olan tərəflərə verilən prosessual təminatları (ədalətli, açıq və vaxtında aparılan məhkəmə araşdırması) ətraflı təsvir etdiyi halda məhkəmə qərarlarının icrası hüququnu müdafiə etməsəydi, bu, anlaşılmaz bir hal olardı. Qeyd olunan maddəni yalnız məhkəməyə müraciət edilməsi və icraatın aparılması ilə əlaqədar olan maddə kimi şərh etmək, yəqin ki, qanunun aliliyi prinsipinə zidd olan situasiyalara gətirib çıxarardı; halbuki iştirakçı dövlətlər Konvensiyanı ratifikasiya edərkən həmin prinsipə hörmət etməyi öhdələrinə götürüblər. Buna görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi sayılmalıdır (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli Qərar, §40). Konstitusiya Məhkəməsı Plenumunun 02 oktyabr 2012-ci il tarixli “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” qərarına əsasən Məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda CM-in 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144 -146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. 33.3-cü maddəsinə əsasən cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. 139.0. Cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri;139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə iclasında qismən etirafedici və ibtidai istintaqda verdiyi ifadəsini, zərərçəkmiş şəxsin, şahidin verdikləri ifadələrini və iş materiallarını tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirib hesab edir ki, həmin sübutlar Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü qismən təqsirli bilməsini özünümüdafiə xarakteri daşıyan ifadə kimi qiymətləndirir. Onun özünü müdafiə üçün irəli sürdüyü dəlillər əsassızdır və hazırki iş üzrə cinayət məsuliyyətindən azad edilməsi üçün əsas deyildir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsinə baxaraq qeyd edir ki, məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmusu ilə cinayət hadisəsinin olması, Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin tərkibinin olması, onun cinayətin törədilməsində aidiyyəti və cinayətin törədilməsində təqsirliliyi sübuta yetir. Onun əməli Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, cinayət məsuliyyətindən azad edilmək üçün əsaslar yoxdur, odur ki, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayəthüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 59.1.14-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsi cəzanı yüngülləşdirən hallardır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. 2. Şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsidir. Onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarından görünür ki, cinayət işi xx.xx.2025-ci il tarixdə məhkəmənin icraatına daxil olmuş, məhkəmə icraatı dövründə Təqsirləndirilən şəxs ziyandan ödəniş edilməsi üçün kifayət qədər vaxt verilmiş, xx.xx.2025-ci il tarixdə 800 manat ödəniş etmiş, həmin tarixdən sonra isə cəmi 50 manat ödəniş etmişdir. Göründüyü kimi təqsirləndirilən şəxs heç bir üzrlü səbəb olmadan müxtəlif bəhanələr gətirərək ödəniş etməkdən qərəzli olaraq yayınmışdır. Məhkəmə Təqsirləndirilən şəxs təyin olunacaq cəzanın növü və həddi məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halı və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Onun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha yüngül cəza növləri cəzanın məqsədlərini təmin edə bilməyəcək, cəmiyyətdən təcrid edilmədən islah olunması mümkün deyildir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.12-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq hesab edir ki, təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixindən xx.xx.2025-ci il tarixədək saxlandığı müddət nəzərə alınmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə uyğun olaraq o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Odur ki, təqsirləndirilən şəxsin cəza çəkmə müddətinin əvvəli həbs edildiyi 05 fevral 2026-cı il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 346.1.19-cu maddəsinə uyğun olaraq məhkəmə xüsusi müsadirə edilməli əmlakın olub-olmaması məsələsinə baxaraq müəyyən edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə məhkəmə icraatı zamanı 10 iş saatı sərf etmişdir. Məhkəmə hesab edir ki, dövlət büdcəsinin vəsaiti hesabından 110 manat ona ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 80-1-ci maddəsinə əsasən məhkum edilmiş şəxs cəza çəkdiyi dövrdə cinayət məsuliyyətdən azad etmə ilə bağlı bu Məcəllənin 306-cı maddəsinin “Qeyd” hissələrində nəzərdə tutulmuş şərtləri yerinə yetirdikdə cəza çəkməkdən azad edilir. Odur ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə Cinayət Məcəlləsinin 306-cı maddəsinin “Qeyd” hissələrində nəzərdə tutulmuş şərtləri yerinə yetirdikdə cəza çəkməkdən azad edilmək hüququnun olması izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 144-146, 344-347, 349, 351-353, 356 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixindən xx.xx.2025-ci il tarixədək saxlandığı 01 (bir) gün müddət ona təyin edilmiş 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 05 fevral 2026-cı il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından 10 iş saatı üçün 110 (yüz on) manat vəkil Müdafiəçi ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Arifə Cəfərova
Məhkəmə qərarları › İş №1(019)-97/2025
Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-97/2025
17.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver