Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-99/2021 18.11.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, məhkəmə iclas katibi Qədirov İbadullah Şamil oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi-Balakən rayon Vəkil Bürosunun vəkili-Müdafiəçi və Təqsirləndirilən şəxs Çingiz oğlunun iştirakı ilə xx xxxxxx 1990-ci il tarixdə Balakən rayonu Hənifə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, məhkumluğu olmayan, Balakən rayonu Hənifə kəndində qeydiyyatda olan və yaşayan,barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM) 139-1.1-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qəsdən karantin rejimini pozmaqla xəstəliklərin yayılması üçün real təhlükə yaratma cinayət əməlini törətmişdir. Belə ki o, “Covid-19” virusuna yoluxaraq 14 gün ərzində, yəni 19.08.2021-ci il tarixdən 02.09.2021-ci il tarixədək evdən çıxmadan ev şəraitində müalicə almalı olduğu halda və bu barədə xüsusi qaydada məlumatlandırılmaqla ona xəbərdarlıq edilməsinə baxmayaraq, 26 avqust 2021-ci il tarixdə saat 11 radələrində Balakən rayonu Hənifə kəndində yerləşən Covid-19 xəstəliyindən müalicə almalı olduğu yaşadığı evi idarə etdiyi Nissan markalı, **- FK-*** dövlət qeydiyyat nişanlı avtomobillə qəsdən, karantin rejimini pozmaqla, icazəsiz tərk edib həmin avtomobillə insanların sıx olduğu və intensiv hərəkət etdiyi, ictimai yer olan Balakən rayonu Hənifə kəndindən Balakən rayonu Tülü kəndi istiqamətinə hərəkət edərək, Balakən rayonu Tülü kəndi ərazisində olan avtoyuma məntəqəsinə daxil olaraq qəsdən, karantin rejimini pozmaqla orada işləyən Şahid5, eləcə də digər şəxslərin “Covid-19” virusuna yoluxması üçün real təhlükə yaratmış, 26 avqust 2021-ci il tarixdə saat 11 radələrində Balakən Rayon Polis Şöbəsinin (bundan sonra Balakən RPŞ) əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs idarə etdiyi Nissan markalı **-FK-*** dövlət qeydiyyat nişanlı avtomobillə insanların sıx olduğu və intensiv hərəkət etdiyi, ictimai yer olan Balakən şəhəri Daanov küçəsinə doğru hərəkət edərək, avtomobil təmiri sexinə daxil olmaq istədiyi zaman həmin sexin həyətində, idarə etdiyi Nissan markalı **-FK-*** dövlət qeydiyyat nişanlı avtomobildə aşkar edilərək saxlanılıb X7 Yardım Stansiyasının avtomobili ilə cəmiyyətdən təcrid olunması üçün Balakən rayon Hənifə kəndində yerləşən evinə qaytarılmışdır. Təqsirləndirilən şəxs Çingiz oğlunun həmin cinayət əməlini törətməsi məhkəmə iclasında özünün səmimi etirafedici ifadəsi, şahidlərin ifadələri və məhkəmə iclasında tədqiq olunan digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Çingiz oğlu ona Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə Balakən rayonu Hənifə kəndində yaşayır. Məhkumluğu yoxdur. Evlidir, 1 azyaşlı övladı vardır. Paşa Sığorta Şirkətində sığorta agenti vəzifəsində işləyir. 44 X10 iştirakçısıdır.21 sentyabr 2020-ci ildə 44 X13 könüllü olaraq getmişdir.08 dekabr 2020-ci ildə isə ordudan təxris edilmişdir. Ağdam, Ağdarə, Tərtər rayonları uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Rütbəsi baş çavuş, vəzifəsi isə manqa komandiri olmuşdur.16 avqust 2021-ci ildə səhhətində narahatlıq, halsızlıq, iy bilməmə kimi hallar hiss etməyə başlamışdır.Evdə valideynləri yaşlı və xəstə olduğundan özünün koronavirusa yoluxmasından şübhə etmişdir.Həmçinin həmin xəstəliyə valideynlərinin də yoluxmasından ehtiyat edərək, Balakən Rayon Mərkəzi Xəstəxanasında Covid 19 virisundan yaxma yolu ilə 16 avqust 2021-ci ildə test, yəni analiz vermişdir. 19 avqust 2021-ci ildə həmin analizin Pozitiv (+) olması barədə mobil telefonuna sms gəlmişdir. Yəni onda Covid 19 virusu aşkarlanmışdır. Həmçinin həmin tarixdə ona həkim tərəfindən mobil telefon vasitəsi ilə zəng edilmişdir. Həkim ona bildirmişdir ki, onun 16 avqust 2021-ci ildə Covid 19 virusundan verdiyi analizin cavabı pozitiv (+) olmuşdur. Həmçinin həkim ona bildirmişdir ki, Hənifə kəndində yaşadığı ev karantin nəzarətinə götürülmüşdür. Buna görə də o, 14 gün müddətinə yaşadığı evi tərk etməməlidir. Əks təqdirdə xəstəliyin yayılmasına real təhlükə yarada bilər və cinayət məsuliyyətinə cəlb edilə bilər. Bundan sonra o, ev şəraitində müalicə almağa başlamışdır. Həmçinin ona məlum olmuşdur ki, o, 19 avqust 2021-ci ildən 02 sentyabr 2021-ci il tarixədək karantin nəzarətindədir. Həmin müddətdə yaşadığı ünvanı tərk etməməyi barədə həkim tərəfindən xəbərdar edilmişdir. Lakin o, 26 avqust 2021-ci ildə saat 11 radələrində özünü yaxşı hiss etdiyi üçün azyaşlı övladına yemək almaq məqsədi ilə yaşadığı evi idarə etdiyi Nissan markalı **-FK-*** dövlət qeydiyyat nişanlı avtomobillə tərk etmişdir.Həmçinin uşağa yemək almamışdan əvvəl Balakən rayonu Tülü kəndində olan avtoyuma məntəqəsinə daxil olaraq, orada işləyən, əvvəllər avtomobili yudurtduğu və tanıdığı Mehman adlı avtomobil yuyucusuna idarə etdiyi Nissan markalı **- FK-*** dövlət qeydiyyat nişanlı avtomobilini yudutrmuşdur. Avtomobil yuyulub qurtardıqdan sonra isə Mehmana 50 manat vermişdir ki, avtomobili yumasının qarşılığında olan pulunu çıxsın. Lakin Mehmanın xırda pulu olmamışdır. Mehman ona bildirmişdir ki, bir də gələndə pulu verər. O, Mehmanla sağollaşıb avtoyuma məntəqəsindən çıxmış və Balakən rayonu Tülü kəndindən Balakən şəhəri Daanov küçəsində yerləşən avtomobil təmiri sexinə doğru hərəkət etməyə başlamışdır. Onun məqsədi Daanov küçəsində olan avtomobil təmiri sexində avtomobilinə yağ əlavə etdirmək olmuşdur. Avtomobilinə yağ əlavə etdirdikdən sonra isə müayinə üçün Balakən Rayon Mərkəzi Xəstəxanasına getmək məqsədi olmuşdur. Həmçinin azyaşlı uşağına yemək almalı idi. O, Balakən şəhəri Daanov küçəsində yerləşən avtomobil təmiri sexinin həyətinə daxil olmuş və sexin yağdəyişmə yerinin qarşısında avtomobilini saxlamışdır. Bu zaman o, avtomobildən düşmədən polis əməkdaşları avtomobilə yaxınlaşmışlar. Polis əməkdaşı onun şəxsiyyətini müəyyən etmiş, daha sonra hadisə yerinə polis əməkdaşları və tibb işçiləri gəlmişlər. Hadisə yerinə müstəntiq tərəfindən onun, tibb içilərinin və polis əməkdaşlarının iştirakı ilə baxış keçirmişdir. O, hadisə yerində yaşadığı ünvanı tərk etdiyini bildirmişdir. Buna görə səhv etdiyini, Covid 19 virusunun yayılmasına təhlükə yaratdığını demişdir. Baxış başa çatdıqdan sonra isə o, tibb işçilərinin nəzarəti ilə Təcili Yardım avtomobilinə minmiş və Təcili Yardım avtomobili ilə tibb işçilərinin nəzarəti ilə Balakən rayonu Hənifə kəndində yerləşən yaşadığı evə yerləşdirilmişdir. Cinayət əməli törətməsini etiraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq hissi keçirir. Himayəsində bir azyaşlı uşağı vardır. Barəsində yüngül cəza tətbiq olunmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, halhazırda ünvan 1 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Balakən rayon Gigiyena və Epidemiologiya Mərkəzində həkim mikrobioloq vəzifəsində işləyir. 16 avqust 2021-ci ildə Balakən Rayon Mərkəzi Xəstəxanasında labarator testi vermiş Balakən rayonu Hənifə kənd sakini Təqsirləndirilən şəxs Covid 19 test nəticəsinin pozitiv (+) çıxması barədə 19.08.2021-ci il tarixdə Milli Məlumat Bazasından Balakən rayon GEM-ə məlumat daxil olmuşdur. Həmin tarixdə Təqsirləndirilən şəxs 14 gün ərzində karantin nəzarətinə alınması barədə tərəfindən istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefona zəng edilərək, karantin nəzarətinə alınması barədə məlumatlandırılmışdır. Təqsirləndirilən şəxs ilə mobil telefon vasitəsi ilə danışdığı zaman bildirmişdir ki, 16 avqust 2021-ci il tarixdə Balakən Rayon Mərkəzi Xəstəxanasında verdiyi Covid 19 analizinin cavabı pozitiv (+) olmuşdur. Halhazırda Covid 19 virusunun daşıyıcısıdır. Təqsirləndirilən şəxs nəzərəinə çatdırmışdır ki, Hənifə kəndində yaşadığı evini tərk etməsin, əks təqdirdə cinayət məsuliyyətinə cəlb ediləcəkdir. Həmçinin izah etmişdir ki, Hənifə kəndində olan yaşadığı evi tərəflərindən karantin nəzarətinə alınmışdır. Yəni Təqsirləndirilən şəxs Hənifə kəndində yaşadığı evini tərk etməməsini izah etməklə, həmin evin 14 gün ərzində karantin nəzarətinə alındığı və yaşadığı ünvanı təkr etməməsi barədə tərəfindən məlumatlandırılmışdır. Lakin sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs Covid 19 virusuna yoluxduğunu bilməsinə, yəni bu barədə tərəfindən məlumatlandırılmasına baxmayaraq, 26 avqust 2021-ci il tarixdə Balakən rayonu Hənifə kəndində olan və nəzarətə götürüldüyü yaşadığı evini tərk etmiş və Balakən şəhəri Daanov küçəsində rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, halhazırda Balakən RPŞ-nin X24 Bölüyünün komandirinin müavini vəzifəsində xidmət edir. 26 avqust 2021-ci il tarixdə Balakən RPŞ-nin post patrul xidməti bölüyünün manqa komandiri Faiq Həşimovla birlikdə Balakən rayon ərazisində xidmətdə olarkən Covid 19 virusuna yoluxmuş xəstə, ev şəraitində müalicə alan Balakən rayonu Hənifə kənd sakini Təqsirləndirilən şəxs Balakən rayonu Tülü kəndi ərazisində yerləşən avtoyuma məntəqəsindən idarə etdiyi Nissan markalı **-FK-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə avtomobili yuduraraq asfalt yola çıxıb, Balakən şəhəri istiqamətinə hərəkət etdiyini görmüşdür. Faiq Həşimov idarə etdiyi avtomobil ilə Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin arxasınca gedərək, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil ilə Balakən şəhəri Daanov küçəsinə doğru hərəkət etdiyini müəyyən etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə bir qədər hərəkət etdikdən sonra avtomobili Balakən şəhəri Daanov küçəsində olan avtomobil təmiri sexinin həyətinə sürərək, avtomobili həmin sexin yağ dəyişmə yerinin qarşısında saxlamış, bu zaman o və Faiq Həşimov avtomobildən düşərək, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə yaxınlaşmışlar. Daha sonra özlərini təqdim edərək, onun Covid 19 virusundan müalicə alan xəstə Təqsirləndirilən şəxs olub-olmadığını soruşmuşlar. Həmin şəxs isə Təqsirləndirilən şəxs olduğunu və Balakən Rayon Mərkəzi Xəstəxanasına rentgen müayinəsinə getmək üçün yaşadığı evi tərk etdiyini bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs idarə etdiyi Nissan markalı avtomobillə Balakən rayon Tülü kəndi ərazisində olan avtoyuma məntəqəsinə daxil olaraq, avtomobilini yudurtduğunu, sonra isə avtomobilinə yağ əlavə etmək üçün avtomobil təmiri sexinə getdiyini demişdir. Həmçinin Təqsirləndirilən şəxs Covid 19 virusunun yayılması üçün real təhlükə yaratdığını bildiyini, buna görə səhv etdiyini, etdiyi əməldən peşman olduğunu qeyd etmişdir. Bundan sonra o, bu barədə dərhal Balakən RPŞ-nin rəhbərliyinə müraciət etmiş, rəhbərliyin müvafiq göstərişinə əsasən hadisə yerinə Balakən RPŞ-nin əməkdaşları gəlmişlər. Həmçinin Təqsirləndirilən şəxs yaşadığı evi özbaşına tərk etməsi və Covid 19 virusunun yayılmasına real təhlükə yaratması ilə bağlı Balakən Rayon Mərkəzi Xəstəxanasına məlumat verilmiş və hadisə yerinə Balakən Rayon Mərkəzi Xəstəxanasının tibb işçiləri və təcili tibbi yardım avtomobili gəlmişdir. Daha sonra hadisə yerinə Balakən RPŞ-nin müstəntiqi Tural Mahatov tərəfindən baxış keçirilmişdir. Baxışda Təqsirləndirilən şəxs özü və Balakən Rayon Mərkəzi Xəstəxanasının həkim və tibb işçisi və hadisə yerinin mühafizəsini təmin edən polis əməkdaşları iştirak etmişlər. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evi Balakən Rayon Mərkəzi Xəstəxanasına rentgen müayinəsinə getmək üçün tərk etdiyini, həmçinin idarə etdiyi Nissan markalı avtomobil ilə Balakən rayonu Tülü kəndində olan avtoyuma məntəqəsinə daxil olaraq avtomobilini yudurtduğunu, daha sonra isə avtomobilinə yağ əlavə etmək üçün avtomobil təmiri sexinə girdiyini bildirmişdir. Əlavə olaraq Təqsirləndirilən şəxs Covid 19 virusunun yayılması üçün real təhlükə yaratdığını, buna görə səhv etdiyini, etdiyi əməlindən peşman olduğunu bildirmişdir. Baxış başa çatdıqdan sonra Təqsirləndirilən şəxs Balakən RMX-nin həmin əraziyə gələn təcili yardım avtomobili ilə gələn təcili tibbi yardım xidməti əməkdaşlarına təhvil verilmiş və təcili tibbi yardım avtomobili ilə Balakən rayonu Hənifə kəndində yaşadığı evə yerləşdirilməsi üçün həkim və tibb işçisinin nəzarəti ilə yaşadığı evə aparılmışdır. Baxış zamanı baxış prosesi Balakən RPŞ-nin post patrul xidmətinin polis nəfəri X3 tərəfindən Sony markalı vodeokamera vasitəsi ilə fasiləsiz videçəkiliş aparılmaqla qeydə alınmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, halhazırda Balakən RPŞ-nin X24 Bölüyünün polis nəfəri olaraq xidmət edir. 26 avqust 2021-ci il tarixdə Balakən RPŞ-nin post patrul xidməti bölüyünün komandir müavini Şahid2 Balakən RPŞ-nin rəhbərliyinə müraciəti əsasında Balakən RPŞ-nin rəhbərliyinin müvafiq göstərişinə əsasən Covid 19 virusundan ev şəraitində müalicə alan xəstə Balakən rayonu Hənifə kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evi tərk edərək, Balakən şəhəri Daanov küçəsində yerləşən avtomobil təmiri sexində saxlanması ilə bağlı hadisə yerinə baxış keçirilərkən o, həmin baxış zamanı hadisə yerində iştirak etmişdir. Hadisə yerinə Balakən RPŞ-nin müstəntiqi Tural Mahatov tərəfindən baxış keçirilmişdir. Baxışda Təqsirləndirilən şəxs özü və Balakən Rayon Mərkəzi Xəstəxanasının həkimi, tibb işçisi və hadisə yerinin mühafizəsini təmin edən polis əməkdaşları iştirak etmişlər. Təqsirləndirilən şəxs baxış zamanı yaşadığı evi Balakən Rayon Mərkəzi Xəstəxanasına rentgen müayinəsinə getmək üçün tərk etdiyini, həmçinin idarə etdiyi Nissan markalı avtomobil ilə Balakən rayonu Tülü kəndində olan avtoyuma məntəqəsinə daxil olaraq, avtomobilini yudurtduğunu, daha sonra isə avtomobilinə yağ əlavə etmək üçün avtomobil təmiri sexinə girdiyini bildirmişdir. Təqsirləndirilən şəxs həmçinin Covid 19 virusunun yayılması üçün real təhlükə yaratdığını, etdiyi əməldən peşman olduğunu qeyd etmişdir. Təqsirləndirilən şəxs özünü yaxşı hiss etdiyini və ağır xəstə olmadığını da bildirmişdir. Baxış başa çatdıqdan sonra Təqsirləndirilən şəxs Balakən RMX-nin həmin əraziyə təcili yardım avtomobili ilə gələn təcili tibbi yardım xidməti əməkdaşlarına təhvil verilmiş və təcili tibbi yardım avtomobili ilə Balakən rayonu Hənifə kəndində yaşadığı evə yerləşdirilməsi üçün həkim və tibb işçisinin nəzarəti ilə aparılmışdır. Baxış zamanı baxış prosesi Balakən RPŞ-nin post patrul xidmətinin polis nəfəri X3 tərəfindən Sony markalı vodeokamera vasitəsi ilə fasiləsiz videoçəkiliş aparılmaqla qeydə alınmışdır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq olunmasına baxmayaraq, iş üzrə şahidlər Şahid4, Şahid5 və Şahid6 məhkəmə iclasına gəlməmiş və gətirilməmişlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM) 317.1-ci maddəsinə əsasən bu Məcəllənin 226.1-226.3-cü maddələrinin müddəalarına uyğun olaraq məhkəmə iclasına çağrılmış şahid, ekspert və mütəxəssisdən hər hansı biri məhkəmə iclasına gəlmədikdə, məhkəmə növbə ilə cinayət prosesi tərəflərindən hər birinin fikrini dinlədikdən sonra məhkəmə baxışının davam etdirilməsi və ya onun təxirə salınması haqqında qərar çıxarır. Göstərilən şəxslərdən hər hansı birinin gəlməməsi cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinə mane olmadıqda məhkəmə baxışı davam etdirilə bilər. Azərbaycan Respublikası CPM-nin 329.1-ci maddəsinə əsasən şahid tərəfindən məhkəməyədək icraat, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verilmiş ifadələrin şahidin məhkəmə iclasında iştirakı olmadan elan edilməsinə, habelə həmin ifadələrin audio yazısının səsləndirilməsinə, video və kino çəkilişinin göstərilməsinə yalnız şahidin məhkəmə baxışına gəlməsini istisna edən səbəblərə görə, həmçinin bu Məcəllənin 327.1-ci maddəsində nəzərdə tutulmuş digər hallarda yol verilir. Azərbaycan Respublikası CPM-nin 327.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı təqsirləndirilən şəxsin iştirakı olmadan aparıldıqda təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı, davam edən məhkəmə baxışı zamanı əvvələr keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verdiyi ifadələr və həmin ifadələrin audio yazısı, video və ya kino çəkilişi elan edilə və ya göstərilə bilər. Məhkəmə, yuxarıda göstərilən qanun normalarına istinad edib, ittiham və müdafiə tərəflərinin razılığını nəzərə alaraq, hazırki iş üzrə şahidlər Şahid4, Şahid5 və Şahid6 ibtidai istintaqda şahid qismində verdiyi ifadələrinin elan olunmasını zəruri hesab edir. Məhkəmə iclasında ibtidai istintaqda şahid qismində verdiyi ifadəsi elan olunmuş Şahid4 ifadəsində göstərmişdir ki, hal-hazırda ailə üzvləri ilə birlikdə Balakən rayon Tülü kəndində yaşayır. Evlidir. Əvvəllər məhkum edilməmişdir. Psixi xəstəliklərdən əziyyət çəkməmişdir. Balakən şəhəri Daanov küçəsində yerləşən avtomobil təmiri sexinin yağdəyişmə yerində avtomobillərin yağının və hava filtrlerinin dəyişdirilməsi ilə məşğul olur. 26 avqust 2021-ci ildə işdə olduğu zaman saat 11 radələrində avtomobil təmiri sexinin qarşısında Nissan markalı **-FK-*** dövlət nömrə nişanlı avtomobil dayanmışdır. Həmin avtomobil, avtomobil təmiri sexinin yağdəyişmə üçün ayrılmış yerinin qarşısında dayanmışdır. Avtomobil sexin qarşısında dayandığı zaman iki nəfər polis əməkdaşı həmin avtomobilə yaxınlaşmış və avtomobildə olan sürücünün adı, soyadı və atasının adını soruşmuşlar. Həmin şəxsin adını, soyadını və ata adını dəqiqləşdirdikdən sonra onun Covid 19 virusu xəstəsi olduğunu və nə üçün yaşadığı evi icazəsiz tərk etməsi barədə sual vermişlər. Bu zaman sexin qarşısında eşitmişdir ki, həmin şəxs, yəni avtomobili idarə edən sürücü sonradan adı ona məlum olan Təqsirləndirilən şəxs Covid 19 virusuna yoluxan şəxs olmuş və o, yaşadığı evi icazəsiz olaraq tərk etmişdir. Sonra isə polis əməkdaşı bu barədə məlumat verərək, hadisə yerinə, yəni onun işlədiyi avtomobil təmiri sexinin qarşısına polis əməkdaşlarını çağırmışdır. Hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım avtomobili ilə tibb işçiləri də xüsusi geyimdə gəlmişlər. Sonra isə videçəkiliş başlamış və hadisə yerinə müstəntiq tərəfindən baxış keçirilmişdir. Təqsirləndirilən şəxs Balakən RPŞ-nin əməkdaşlarının iştirakı ilə Balakən Rayon Mərkəzi Xəstəxanasının işçilərinə təhvil verilmişdir. Daha sonra isə Təqsirləndirilən şəxs tibb işçilərinin nəzarəti ilə təcili tibbi yarım avtomobilinə yerləşdirilmiş və yaşadığı evə aparılmışdır. Həmçinin Təqsirləndirilən şəxs polis əməkdaşlarına bildirmişdir ki, sexin qarşsında dayanmasının səbəbi avrtomobilinə yağ əlavə etdirmək olmuşdur. Lakin polis əməkdaşları dərhal onun avtomobilinə yaxınlaşdıqları üçün o avtomobilinə yağ əlavə etdirə bilməmişdir. Gördükləri barədə bunları deyə bilər. Məhkəmə iclasında ibtidai istintaqda şahid qismində verdiyi ifadəsi elan olunmuş Şahid5 ifadəsində göstərmişdir ki, hal-hazırda ailəsi ilə birlikdə Balakən rayonu Tülü kəndində yaşayır. Balakən rayonu Tülü kəndində həmkəndlisi X5 Tülü kəndində yerləşən yaşayış evinin altında yerləşən avtoyuma məntəqəsində avtomobillərin yuyulması, içərisinin tam şəkildə təmizlənməsi ilə məşğul olur. 26 avqust 2021-ci ildə, saat 11 radələrində Balakən rayonu Hənifə kənd sakini Təqsirləndirilən şəxs idarə etdiyi Nissan markalı **-FK- *** dövlət nömrə nişanlı avtomobil ilə onun işlədiyi avtoyuma məntəqəsinə gəlmişdir. Təqsirləndirilən şəxs onun yanına əvvəllər də gəlib avtomobilini yudurtmuşdur. Yəni onun daimi müştərisi olmuşdur. 26 avqust 2021-ci ildə Təqsirləndirilən şəxs onun işlədiyi avtoyuma məntəqəsinə gələrək, orada Nissan markalı avtomobilini yudurtmuşdur. O, avtomobili yumağa başladıqda Samrin avtomobildən düşmüşdür. Sonra isə o, avtomobili dərmanlamış və tam şəkildə yumuşdur. Sonra da qurulamış, avtomobilin təkərlərini qaraltmışdır. Daha sonra Samrin ona bildirmişdir ki, bir müddətdir ki, evdən çıxmır. Təqsirləndirilən şəxs avtomobil hazır olduqdan sonra ona pul verərkən Samrində olan pulu xırdalamaq üçün ona yaxınlaşmışdır. Lakin onun xırda pulu olmadığından Samrinə bir də gələndə pulu verəcəyini demişdir. Samrin də onunla sağollaşıb oradan uzaqlaşmışdır. Həmin gün ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs Covid 19 virusu xəstəsi olub və yaşadığı evi özbaşına tərk etmişdir. Avtoyuma məntəqəsindən çıxdıqdan sonra isə Balakən şəhəri Daanov küçəsində olan avtomobil təmiri sexində polis əməkdaşları tərəfindən saxlanılmışdır.Lakin Təqsirləndirilən şəxs ona Covid 19 xəstəsi olması barədə heç bir söz deməmişdir. Əgər o, Samrinin Covid 19 virusu xəstəsi olmasını bilsəydi, avtoyuma məntəqəsinə daxil olmasına icazə verməzdi. Məhkəmə iclasında ibtidai istintaqda şahid qismində verdiyi ifadəsi elan olunmuş Şahid6 ifadəsində göstərmişdir ki, hal-hazırda Balakən Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım şöbəsinin həkimi vəzifəsində işləyir. 26 avqust 2021-ci il tarixdə Balakən RPŞdən Balakən Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım şöbəsinə Covid 19 virusuna yoluxaraq ev şəraitində müalicə alan xəstə Balakən rayonu Hənifə kənd sakini Təqsirləndirilən şəxs Balakən rayonu Hənifə kəndində yerləşən yaşadığı evi icazəsiz olaraq tərk etməsi və polis əməkdaşları tərəfindən saxlanması barədə məlumat daxil olmuşdur.Həmin məlumat əsasında o və növbədə olan Balakən Rayon Mərkəzi xəstəxanasının təcili tibbi yardım şöbəsinin tibb bacısı X19 və Balakən Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım şöbəsinin sürücüsü X15 ilə birlikdə Samir Qurdayevin idarə etdiyi təcili tibbi yardım şöbəsinin avtomobili ilə xəstə Təqsirləndirilən şəxs Balakən şəhəri, Daanov küçəsində polis əməkdaşları tərəfindən aşkar edilərək saxlanıldığı avtomobil təmiri sexinə getmişlər. Hadisə yerinə Balakən RPŞ-nin müstəntiqi Tural Mahatov tərəfindən baxış keçirilmiş, baxışda Təqsirləndirilən şəxs, polis əməkdaşları, həmçinin o və tibb bacısı Aidə Layıcova da baxışda iştirak etmişlər. Təqsirləndirilən şəxs baxış zamanı yaşadığı evi Balakən Rayon Mərkəzi Xəstəxanasına rentgen müayinəsinə getmək üçün tərk etdiyini, həmçinin Təqsirləndirilən şəxs idarə etdiyi Nissan markalı avtomobil ilə Balakən rayonu Tülü kəndində olan avtoyuma məntəqəsinə daxil olaraq avtomobilini yudurtduğunu, daha sonra isə avtomobilinə yağ əlavə etmək üçün avtomobil təmiri sexinə daxil olduğunu bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs Covid 19 virusunun yayılması üçün real təhlükə yaratdığını, etdiyi əməldən peşman olduğunu qeyd etmişdir. Həmçinin də Təqsirləndirilən şəxs özünü yaxşı hiss etdiyini, ağır xəstə olmadığını bildirmişdir. Baxış prosesi başa çatdıqdan sonra Təqsirləndirilən şəxs onların nəzarətində təcili tibbi yardım avtomobilinə yerləşdirilmiş və təcili tibbi yardım avtomobili ilə Balakən rayonu Hənifə kəndində yaşadığı evə aparılaraq, yaşadığı evə yerləşdirilmişdir. Baxış zamanı baxış prosesi vodeokamera vasitəsi ilə fasiləsiz videçəkiliş aparılmaqla qeydə alınmışdır. İş materiallarında olan diskdə olan 26.08.2021-ci il tarixdə saat 11:15-dən 11:40-dək baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış zamanı aşağıdakılar müəyyən edilmişdir: Təqsirləndirilən şəxs Covid -19 virusuna 16.08.2021-ci il tarixdə verdiyi analizin nəticəsi 19.08.2021-ci il tarixdə pozitiv(+) olmuşdur. 26 avqust 2021-ci il tarixdə Balakən RPŞ-nin PPXB-nin komandir müavini, polis baş leytenantı Həsənov X9 RPŞ-nin rəhbərliyinə məlumat verərək göstərmişdir ki, Covid 19 virusuna yoluxaraq ev şəraitində müalicə alan xəstə, Balakən rayonu Hənifə kənd sakini Əlimərdanov X1 müalicə aldığı evi özbaşına tərk edərək, Covid 19 virusunun vətəndaşlara yoluxmasına real təhlükə yaratmış və idarə etdiyi Nissan markalı avtomobillə Balakən şəhəri Daanov küçəsində avtomobil sexində aşkar edilmişdir. Həmin məlumat əsasında Balakən RPŞ-nin əməkdaşları və Balakən Rayon Mərkəzi Xəstəxanasının tibb işçiləri Balakən şəhəri, Daanov küçəsində yerləşən avtomobil təmiri sexinin qarşısına hadisə yerinə gəlmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs idarə etdiyi Nissan markalı **-FK-*** dövlət nömrə nişanlı avtomobillə Balakən şəhəri, Daanov küçəsində yerləşən avtomobil təmiri sexinin yağdəyişmə yerinin qarşısında idarə etdiyi avtomobili saxlamışdır. Təqsirləndirilən şəxs bildirmişdir ki, o, yaşadığı evi tərk edərək Balakən Rayon Mərkəzi Xəstəxanasına müayinə məqsədi ilə getmək üçün idarə etdiyi avtomobillə Balakən rayonu Hənifə kəndində yaşadığı evdən çıxmış, yolda gələrkən Balakən rayonu Tülü kəndi ərazisində olan avtoyuma məntəqəsinə daxil olaraq, orada avtomobilini yudurtmuş, sonra isə Balakən şəhəri, Daanov küçəsində olan avtomobil təmiri sexinə daxil olaraq, orada idarə etdiyi avtomobilə yağ əlavə etdirmək istəmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, o, yaşadığı evi icazəsiz tərk etməklə Covid 19 virusunun yayılmasına real təhlükə yaratmışdır. Buna görə də törətdiyi əməldən peşmandır. Həmçinin Təqsirləndirilən şəxs bildirmişdir ki, o, ağır xəstə deyildir. Daha sonra isə əraziyə gələn təcili tibbi yardım əməkdaşlarına Təqsirləndirilən şəxs təhvil verilmiş və təcili tibbi yardım əməkdaşlarının müşayiəti altında təcili tibbi yardım avtomobilinə mindirilərək, yaşadığı evə aparılaraq yerləşdirilmışdir. Protokol tərtib edilmiş, ucadan oxunmuş, imzalarla təsdiq edilmişdir. Həmçinin də videoçəkiliş zamanı videoçəkilişin qeydə alındığı 01 ədəd videogörüntülərin olduğu disk protokola əlavə edilmişdir. İş materiallarında olan Balakən rayonunda aktiv koronavirus xəstələri haqqında məlumatda Təqsirləndirilən şəxs Çingiz oğlu oğlunun 19.08.2021-ci il tarixdə koronavirus xəstəliyinə yoluxduğu və ailədə 2 nəfərdə yeni yoluxmanın olduğu qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Üzrə X20 Ərazi Bölmələrini İdarəetmə Birliyi Balakən Rayon X11 Hüquqi Şəxsinin 16.09.2021-ci il tarixli, 254 №-li məktubunda göstərilmişdir ki, Balakən rayonu Hənifə kənd sakini 1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs Çingiz oğlu 16.08.2021-ci il tarixdə Covid-19 virusuna görə analiz vermişdir,19.08.2021-ci il tarixdə analizini cavabı Pozitiv (+) olmuşdur. 20.08.2021-ci il tarixdən ev nəzarətinə götürülmüşdür. 02.09.2021-ci il tarixdən ev nəzarəti bitmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən verilmiş tələbnamə üzrə 17.09.2021-ci il tarixli, 7 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Çingiz oğlu məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan Balakən RPŞ-nin İB-nin müstəntiqinin sübutların qiymətləndirilməsi haqqında 12 oktyabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Çingiz oğlunun Balakən rayonu Hənifə kəndində karantin nəzarətinə götürüldüyü evi özbaşına tərk edərək idarə etdliyi avtomobildə Balakən şəhəri Daanov küçəsində polis əməkdaşları tərəfindən aşkar edilərək qeydə alınmış videogörüntüləri özündə əks etdirən 01 ədəd DVD diski sübut növü kimi qiymətləndirilmiş və cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarından həmçinin görünür ki, 20.08.2020-ci il tarixdə doğulmuş X4 olmaqla Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşaq vardır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin vətəndaşın həqiqi hərbi xidmət keçməsinə dair 16.11.2021-ci il tarixli elektron arayışından görünür ki, Təqsirləndirilən şəxs həqiqətən 05.07.2014-25.07.2015, 21.09.2020-08.12.2020 tarixlərində həqiqi hərbi xidmət keçmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Balakən rayon şöbəsinin 18.11.2021-ci il tarixli, 956 nömrəli arayışından görünür ki, 1990-cı il təvəllüdlü Balakən rayonu Hənifə kənd sakini Təqsirləndirilən şəxs 21.09.2020-ci il tarixindən 08.12.2020-ci il tarixədək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Balakən rayon şöbəsi tərəfindən təlim toplanışla N saylı hərbi hissəsinin tərkibinə cəlb olunaraq döyüş əməliyyatlarında iştirak etmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasınını işğal olunmuş ərazilərinin azad olunması ilə bağlı orden və ya medalla təltif olunması üçün şöbəyə məlumat daxil olmamışdır. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs Çingiz oğlu qəsdən karantin rejimini pozmaqla xəstəliklərin yayılması üçün real təhlükə yaratma cinayət əməlini törətmişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsinin tələbinə uyğun olaraq Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının CM ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsində epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edib, bu sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq, bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Çingiz oğlu Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, həmin əməldə CM-nin 139-1.1-ci maddəsinin tərkibi vardır, həmin əməl təqsirləndirilən şəxs tərəfindən törədilmişdir, Təqsirləndirilən şəxs Çingiz oğlu Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinməlidir, onun cinayət əməli Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalanmalıdır. Azərbaycan Respublikası CM-nin cəzanın anlayışını və məqsədini müəyyən edən 41 -ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir; cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 v. 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Həmin Sərəncamın 8-ci bəndində isə tövsiyyə edilmişdir ki, məhkəmələr tərəfindən cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tədbirlərinin tətbiqi genişləndirilsin. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsində cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması cəzanı yüngülləşdirən hal kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə işin faktoloji hallarının hüquqi dəyərləndirilməsi konteksində Azərbaycan Respublikası CM-nin 59.1.4 və 59.2-ci maddələrinin tələblərinə əsasən himayəsində bir azyaşlı uşağın olmasını, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etməsini və cinayət əməli törətməsini etiraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən bir daha qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xaraketrizə edən amillərdəndir. Bu zəmində şəxsin ictimai təhlükəliliyini müəyyən etmək üçün birinci növbədə onun törətdiyi cinayətin başqa cinayətlərin arasında yeri, şəxsin antisosial yönümünün davamlı olub-olmaması, onun cinayətin törədilməsinə gətirib çıxaran vərdişləri diqqətlə aydınlaşdırılmalıdır. Şəxsin antisosial yönümü onun törətdiyi cinayətdə özünü büruzə verir. Ancaq bu, təkcə şəxsin törətdiyi cinayətin ictimai təhlükəliliyi ilə deyil, eyni zamanda onun əvvəlki dövrlərdəki hərəkətlərində ifadə olunan antisosial davranışı və keyfiyyəti ilə də ölçülür. İnsan öz imkanlarından kənara çıxmaq qabiliyyətinə malik deyil. Ancaq o, öz həyatı baxışlarına uyğun hərəkət vasitəsi seçməkdə azaddır. Əgər o, cəmiyyət tərəfindən qəbul olunmuş sosial-mənəvi normalara zidd olan davranış forması seçirsə, onda bu, şəxsin psixologiyasında antisosial yönümün olduğunu göstərir. Lakin bu yönümün davamlı olması, yəni şəxsin psixologiyasında dominantlıq təşkil edərək model davranışa çevrilməsi, yoxsa təsadüf nəticəsində meydana çıxması hallarını fərqləndirmək lazımdır. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilməsi üçün onun xarakteri, sosial-psixoloji vəziyyətinin bütün çalarları, şəxsiyyətinin xarakterik cəhətləri də nəzərə alınmalıdır. Yalnız bu halda cəzanın ədalətliliyinə və fərdiliyinə, həmçinin onun məqsədlərinə nail olmaq mümkün olar. Şübhəsiz ki, cəza təyin edilərkən şəxsin sosial və psixoloji kriteriyalarına xüsusi önəm vermək lazımdır. Şəxsin sosial kriteriyası onun qanunlara və digər sosial normalara, əməyə, ictimai vəzifələrə, ailəyə münasibətini, təhsilini, tərbiyəsini və sair sosial şərtləri özündə əks etdirir. Şəxsin psixoloji kriteriyası isə onun xarakterini, iradəsini, qabiliyyətini və digər şəxsiyyətə xas olan cəhətlərini özündə ehtiva edir. Bu cəhətlərin tədqiq olunması və qiymətləndirilməsi şəxsin mənəvi deqradasiyaya məruz qalıb-qalmamasını, törətdiyi cinayətin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu, yoxsa təsadüfi olaraq baş verdiyini, şəxsin islah olunması üçün hansı imkanların olması və bununla bağlı hansı qanuni vasitələrin seçilməsini müəyyənləşdirmək üçün çox vacibdir. Çünki insan sosiumun tərkib hissəsidir və onun fəaliyyətinin hansı yönümə istiqamətlənməsi cəmiyyət üçün əhəmiyyətlidir. Ancaq hər bir halda bu keyfiyyətlər şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə vəhdətdə nəzərə alınmalıdır. Xüsusi ilə nəzərə alınmalıdır ki, cəzanın məqsədlərinə çatmaq üçün hansı yol seçilməlidir: təqsirləndirilən şəxsi azadlıqdan məhrum etməklə onu cəmiyyətdən təcrid etmək, fiziki cəhətdən imkanlarını məhdudlaşdırmaqla cəzanın məqsədlərinə nail olmaq, yoxsa, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza seçməklə şəxsə etimad göstərib bu yolla onun islah olunmasına və cəzanın digər məqsədlərinə çatmaq. Məhkəmə qeyd edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli CM-nin 15.3-ci maddəsinə əsasən az ağır cinayətlər kateqoriyasına aiddir. Digər tərəfdən, cəza təyinatında mütləq nəzərə alınmalıdır ki, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşaq vardır, o, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir, cinayət əməli törətməsini etiraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq hissi keçirir. Onun cəzasını ağırlaşdıran hallar mövcud deyildir. İş materiallarından həmçinin görünür ki, Təqsirləndirilən şəxs əvvəllər qəsdən hər hansı hüquq pozuntusu törətməmişdir. Bu onun psixologiyasında antososial yönümün model davranışa çevrilmədiyini göstərir. Onun cinayət əməli törətməsini etiraf etməsi bu əməlinə tənqidi münasibəti və zərərli sosial-psixoloji meyllərdən uzaqlaşmaq istəyi konteksində qiymətləndlirilməlidir və belə bir haqlı yanaşma onun bu qanunazidd əməli törətməsindən peşmançılığının səmimi olmasını göstərir. Şübhəsizdir ki, yuxarıda istinad olunan qanun normaları bunu cəza təyin edərkən təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən hal kimi nəzərə alınmasını tələb edir. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin İnsan Hüquqlarının və X8 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsilə bağlı presedentləri də belə yanaşmanı təqdir və qəbul edirlər. Belə ki, X2rşı iş üzrə qərarında Avropa Məhkəməsi təqsirləndirilən şəxsin cinayətin etirafı ilə bağlı ifadəsini sübut kimi qiymətləndirməklə yanaşı onun şəxsiyyətini xarakterizə edən hal kimi dəyərləndirilməsini tələb edir. CM-nin 58-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən halların ona cəza təyin edilməsində nəzərə alınması imperativ tələb kimi qeyd edilmişdir. Ona görə də məhkəmə o cümlədən Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirakını və cinayət əməli törətməsini etiraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə xüsusi olaraq nəzərə çatdırır ki, himayəsində bir azyaşlı uşağın olması, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etməsi və cinayət əməli törətməsini etiraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsinin nəzərə alınması xüsusanda Təqsirləndirilən şəxs ədalətli, əməlinə adekvat cəzanın təyin edilməsi onun hazırki cinayəti törətməkdə ifadə olunan zərərli sosialpsixoloji meyllərdən uzaqlaşması və qanunlara hörmət ruhunda islah olunması üçün cəmiyyətin və dövlətin ona verdiyi bir şans kimi də dəyərləndirilməlidir. Yuxarıda istinad olunan Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsi cəzanın aşağıdakı məqsədlərini önə çəkir: sosial ədalətin bərpası; məhkumun islah edilməsi; məhkum tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (xüsusi prevensiya) və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (ümumi prevensiya). Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədaləti bərabər mənafelərə bərabər münasibət kimi təsbit edir. Bu xüsusda məhkəmə bildirir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəza tətbiq edilmək yolu ilə sosial ədalətin bərpası bütövlükdə cəmiyyətə, burada hökm sürən ictimai münasibətlərə münasibətdə həyata keçirilməklə iki istiqaməti nəzərdə tutur: 1) dövlət cinayət törədən şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini qanunda nəzərdə tutulmuş cəzalar, habelə xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbir tətbiq etməklə təmin edir. Həm də burada söhbət təkcə maddi zərərdən getmir. Əslində sosial ədalətin bərpası dedikdə, cinayətkarın barəsində təyin edilən qanuni cəza vasitəsilə başqasına vurduğu zərərə adekvat məhrumiyyətlərə məruz qalması başa düşülməlidir. 2) vətəndaşlar dövlətin cinayətkarı cəzalandırmağa qadir olmasına, həm də bu cəzanın təyin edilməsi zamanı humanizm, ədalətlilik, cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğu, cəzanın fərdiləşdirilməsi prinsipləri əsas götürülməklə qanuna uyğun tətbiq edilməsinin təmin edilməsinə inanırlar. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsinin sanksiyasında iki min beş yüz manatdan beş min manatadək miqdarda cərimə, üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə növlərində cəzalar nəzərdə tutulmuşdur. Yuxarıda istinad olunan Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinin tələbinə görə isə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin. Məhkəmə bir daha qeyd edir ki, Təqsirləndirilən şəxs şəxsiyyətinin xarakterizasiyası ilə bağlı cəzasını yüngülləşdirən halların olması və cəzasını ağırlaşdıran halların olmaması ilə əlaqədar xüsusatlar onu cinayətə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad olması istəyinə dəlalət edir. Cəzanın əsas məqsədlərindən də biri məhz şəxsin ictimai-faydalı fəaliyyətə qayıtması və islah olunması, həmçinin normal cəmiyyətə qovuşması üçün zəmin yaratmaqdır. Buna görə Azərbaycan Respublikasının cinayət qanunvericiliyi şəxsə cəza təyin edilməsi zamanı həm də hümanizm prinsipini önə çəkir (Cinayət Məcəlləsinin 9-cu maddəsi). Məhkəmə bildirir ki, cinayət qanunvericiliyinin tətbiqi humanizm prinsipinin həyata keçirilməsi üsullarından biridir. Cinayət qanunvericiliyində humanizm prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsində öz əksini tapır. Əks hal, yəni humanizm prinsipinin ancaq zərərçəkmiş şəxslərə tətbiq edilməsi qanunçuluq, ədalət və humanizm prinsiplərinin pozuntusu olardı. Dünya praktikasında cinayət əməli törədən şəxsə qarşı münasibət humanizm prinsipinin cinayət hüququnda həyata keçirilməsinin göstəricisidir. Heç şübhəsiz ki, hazırki iş üzrə də təqsirləndirilən şəxsə, onun islah olunmasına, qanunlara hörmətlə yanaşmasına, yeni cinayət əməlinin törədilməsinin qarşısının alınmasına böyük mənəvi və hüquqi stimul yaradan cəza təyin edilməlidir ki, həmin cəza da həm ədalət prinsipini, həm də humanizm prinsipini özündə ehtiva etsin və fərdin hüquqları ilə cəmiyyətin maraqları arasında ədalət tarazlıq yaratmış olsun. Göstərildiyi kimi, qanunvericilik şəxsə ədalətli cəza, yəni törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və şəxsiyyətinə uyğun cəza təyin olunmasını tələb edir. Qeyd olunanların işığında heç şübhəsiz ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilməsi formasında cəzaya, yəni azadlıqdan məhrum etmə cəzasına məruz qalması törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və şəxsiyyətinə uyğun olmamaqla, ədalətli olmazdı. Belə ki, himayəsində bir azyaşlı uşağın olması, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etməsi və cinayət əməli törətməsini etiraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsi kimi cəzasını yüngülləşdirən halların olduğu və cəzasını ağırlaşdıran halların olmadığı, həmçinin onun təqsirləndirildiyi maddənin sanksiyasında azadlıqdan məhrum etmədən əvvəl iki cəza növünün nəzərdə tutulduğu şəraitdə, Təqsirləndirilən şəxs ən sərt cəzanın-azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, onun fərdi azadlıq hüququ ilə digər şəxslərin sağlamlığı ilə bağlı ictimai münasibətlərin qorunmasında ifadə olunan ictimai maraq arasında ədalətli tarazlığı pozmuş olardı, işin hallarına əsasən heç də cəzanın məqsədlərinə nail olunmasına xidmət etməzdi və bir növ ondan qisas almağa xidmət edərdi ki, bu da qanunla yolverilməzdir. Belə ki, qeyd edildiyi kimi, cəza «talion» prinsipinə, yəni təqsirləndirilən şəxsdən əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Cəzanın məqsədi sosial ədalətin bərpası, xüsusi prevensiya (şəxsin özünü cinayət əməlinin törədilməsindən çəkindirmək) və ümumi prevensiyanın (başqa şəxsləri cinayət əməlinin törədilməsindən çəkindirmək) təmin edilməsidir. Qeyd edilənlərə əsasən məhkəmə hazırki işdə cəzanın məqsədlərinə nail olunması üçün Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının təyin edilməsinə lüzum görmür. Digər tərəfdən, göstərilən eyni hallar konteksində Təqsirləndirilən şəxs Azərbaycan Respulikası CM-nin 139-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi cəza təyin etmənin ümumi prinsipləri; törədilən əməlin xarakteri və ictimai təhlükəliliyi, təqsirləndirilən şəxsin şəxsiyyəti, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, əməlinə adekvatlığı nöqteyi-nəzərindən şübhə yoxdur ki, Təqsirləndirilən şəxs üçün ağır məhrumiyyətlər yaratmış olardı və qətiyyən cəzanın məqsədlərinə xidmət etməzdi. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasının təyin edilməsi, onun islah olunması və cəzanın digər məqsədlərinə nail olunması nöqteyi-nəzərindən daha məqsədəuyğundur. Həm də bu cəza törədilmiş cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, şəxsiyyətinə tam uyğun olmaqla, ədalətlidir. Göstərilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ona hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, himayəsində bir azyaşlı uşağın olması, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etməsi və cinayət əməli törətməsini etiraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsi kimi cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini,ona törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddinin təyin edilməsi üçün əsasların olmamasını, eyni zamanda hazırkı vaxtda “Covid-19” pandemiyası ilə bağlı mübarizənin daha ciddi aparılmasının zəruriliyini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə cərimə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs Balakən rayonu Hənifə kəndində karantin nəzarətinə götürüldüyü evi özbaşına tərk edərək idarə etdliyi avtomobildə Balakən şəhəri Daanov küçəsində polis əməkdaşları tərəfindən aşkar edilərək qeydə alınmış videogörüntüləri özündə əks etdirən 01 ədəd DVD diski hazırki cinayət işi üzrə icraat materiallarının saxlama müddəti ərzində işdə saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir:... 132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə baxaraq, Təqsirləndirilən şəxs hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 99-1.1ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş materiallarından görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 8 iş saatı vaxt sərf edilmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Ona görə də məhkəmə hesab edir ki, hazırki iş üzrə Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 48 manat Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X14 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o, mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 2500 (iki min beş yüz) manat miqdarında cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş cərimə məbləğini hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürməklə ödəsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs Balakən rayonu Hənifə kəndində karantin nəzarətinə götürüldüyü evi özbaşına tərk edərək idarə etdliyi avtomobildə Balakən şəhəri Daanov küçəsində polis əməkdaşları tərəfindən aşkar edilərək qeydə alınmış videogörüntüləri özündə əks etdirən 01 ədəd DVD diski hazırki cinayət işi üzrə icraat materiallarının saxlama müddəti ərzində işdə saxlanılsın. Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 48 manat Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X14 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesabına köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Z.C.Tahirov
Məhkəmə qərarları › İş №1(019)-99/2021
Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-99/2021
18.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver