Məhkəmə qərarları › İş №1(019)-99/2023

Balakən Rayon Məhkəməsi Qərar — İş №1(019)-99/2023

19.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 1(019)-99/2023 19.07.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi,dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamı müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi- Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə TƏQSİRLƏNDİRİLƏN ŞƏXS-xx xxxx 1997-ci il tarixdə Balakən rayonu Qazma kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmayan, Balakən rayonu Qazma kəndində qeydiyyatda olan və həbs olunanadək Bakı şəhəri Xətai rayonu ərazisində yerləşən nömrəsiz, fərdi yaşayış evində yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməllərlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Təqsirləndirilən şəxs qəsdən, vahid tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını talama, yəni ələ keçirmək məqsədilə tanışı olan Balakən rayonu Meşəşambul kənd sakini Zərərçəkmiş şəxs məxsus Dağıstan Dövlət Universiteti tərəfindən verilmiş diplomu Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikası ərazisində hüquqi qüvvəsinin təsdiq edilməsini, yəni diplomun tanınmasını təmin edəcəyini yalandan vəd verib aldadaraq 2022-ci ilin iyul ayında Balakən şəhəri ərazisində Zərərçəkmiş şəxs ona bu məqsədlə verdiyi 2200 manat pulu, həmçinin vahid niyyətlə sonuncunun bacısı Şahid1 Balakən rayon X5 Polis Bölməsinə serjant rütbəsi ilə işə düzəldəcəyini yalandan vəd verib aldadaraq Zərərçəkmiş şəxs bu məqsədlə Balakən rayonu Qabaqçöl qəsəbəsində yerləşən “Bum” adlı mağazanın içərisindəki “Million” ödəmə terminalından köçürmə yolu ilə 20 sentyabr 2022-ci il tarixdə 3000 manat, 10 oktyabr 2022-ci il tarixdə 1900 manat, 31 oktyabr 2022-ci il tarixdə 800 manat, 04 noyabr 2022-ci il tarixdə 1000 manat, 07 noyabr 2022-ci il tarixdə 500 manat, 2022-ci ilin noyabr ayının sonlarında 3500 manat, 21 dekabr 2022-ci il tarixdə 1050 manat, 2022-ci ilin dekabr ayının sonlarında bacısı Şahid2 məxsus bank kartından köçürmə yolu ilə 1600 manat və 2022-ci ilin dekabr ayının sonlarında bacısı Şahid1 məxsus bank kartından köçürmə yolu ilə 150 manat olmaqla yuxarıda göstərilən tarixlərdə hissə-hissə onun adına olan "xxxx" KB ASC-yə məxsus 4098 5844 6550 5236 hesab nömrəli plastik kart hesabına və "xxxx" ASC-yə məxsus 4169 7385 3395 5880 hesab nömrəli plastik kart hesabına göndərdiyi ümumilikdə 13500 manat məbləğində pulu qəsdən, vahid tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə vahid niyyətlə qanunsuz olaraq ələ keçirərək Zərərçəkmiş şəxs xeyli miqdarda,yəni ümumilikdə 15700 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməllərini törətməsi məhkəmə iclasında özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, işdə olan sənədlərlə aşağıdakı qaydada tam sübuta yetirildi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, 2022-ci ilin iyul ayında, dəqiq xatırlamadığı tarixdə Mədinə ilə birlikdə Bakı şəhərindən Balakən rayonuna gələn zaman aralarında olan söhbət əsnasında Gürcüstanın Tbilisi şəhərində ali təhsil aldığını və diplomunu bir tanışı vasitəsi ilə Azərbaycan Respublikası ərazisində təsdiq etdirdiyini bildirmişdir. Həmin vaxt Mədinə Balakən rayon Mədəniyyət evində işlədiyini, Dağıstan Dövlət Universitetini bitirsə də, diplomunun Azərbaycan Respublikası ərazisində təsdiq edilmədiyini, əgər diplomu Azərbaycan Respublikası ərazisində təsdiq edilsə əmək haqqının 50 manat artırılacağını bildirmiş və bunun üçün ona köməklik etməsini xahiş etmişdir.O, da Mədinəyə sonuncunun diplomunu təxminən 2000-2500 manat pul qarşılığında Azərbaycan Respublikası ərazisində təsdiq etdirə biləcəyini demişdir. Mədinə də bu işin həll olunması üçün bankdan nağd pul krediti götürüb ona verəcəyini bildirmişdir. Həmin söhbətdən təxminən 3-4 gün sonra Balakən rayon Mədəniyyət evində Mədinə ilə görüşmüş, orada da onlar diplom işi ilə bağlı söhbət etmişlər və Mədinə diplomunun fotoşəkillərini öz mobil telefonundan “whatsapp” proqramı vasitəsi ilə onun mobil telefonuna göndərmişdir. Bundan sonra 2022ci ilin iyul ayında, dəqiq xatırlamadığı tarixdə Mədinə ilə birlikdə Zaqatala şəhəri ərazisində fəaliyyət göstərən Access Bank ASC-yə getmişlər və Mədinə həmin bankdan nağd pul krediti götürmüşdür. Daha sonra onlar oradan çıxıb birlikdə Balakən rayon Mədəniyyət evinə gəlmişlər və orada Mədinə həmin pulun 2200 manatını diplom işini həll etməsi üçün ona vermişdir. O, pulu Mədinədən aldıqdan sonra diplomun ən qısa zamanda təsdiq olunması üçün çalışacağını bildirmişdir. O, həmin tarixdən bir neçə gün sonra Bakı şəhərinə gedərək Xətai rayonu ərazisində yerləşən nömrəsiz fərdi yaşayış evini kirayələyib orada yaşamağa başlamış, həmçinin, bir müddət Xətai rayonu ərazisində yerləşən “şərab evi” mağazasında satıcı kimi işləmişdir. Mədinədən aldığı 2200 manat pulu da həmin dövrlərdə şəxsi ehtiyaclarına xərcləmişdir. Daha sonra o, 2022-ci ilin sentyabr ayında Mədinə ilə telefonda danışan zaman sonuncunun kiçik bacısı Şahid1 Daxili İşlər Nazirliyində işləyən tanışları vasitəsilə 5000 manat pul qarşılığında Balakən rayon X5 Polis Bölməsinə polis serjantı kimi işə düzəldə biləcəyini demişdir. Mədinə onun təklifi ilə razılaşdıqdan sonra ilkin olaraq 3000 manat pul verməli olduğunu bildirmişdir. Daha sonra o, öz adına olan "xxxx" KB ASC-yə məxsus 4098 5844 6550 5236 nömrəli plastik kartın və "xxxx" ASC-yə məxsus 4169 7385 3395 5880 nömrəli plastik kartın fotoşəkillərini “whatsapp” proqramı vasitəsi ilə Mədinəyə göndərmişdir. Mədinə də razılaşaraq 20 sentyabr 2022-ci il tarixdə ona məxsus plastik bank kartının hesabına 3000 manat pul göndərmişdir. Bir neçə gün sonra o, yenidən Mədinə ilə əlaqə saxlayaraq Mələyin işindən ötrü əlavə 1900 manat pul göndərməsini bildirmiş, buna görə Mədinə 10 oktyabr 2022-ci il tarixdə ona məxsus plastik bank kartının hesabına əlavə 1900 manat pul göndərmişdir. Bundan sonra o, 2022-ci ilin oktyabr ayının sonlarında yenidən Mədinə ilə əlaqə saxlayaraq bəzi sənədlərin təsdiq olunması üçün 800 manat pul lazım olduğunu bildirmiş, Mədinə də 31 oktyabr 2022-ci il tarixdə ona məxsus plastik bank kartının hesabına 800 manat pul göndərmişdir. Daha sonra o, 2022-ci ilin noyabr ayında Mədinə ilə danışan zaman bacısı Mələyin işinin tam düzəlməsi üçün əlavə 1000 manat pul lazım olduğunu bildirmiş, Mədinə də razılaşaraq 04 noyabr 2022-ci il tarixdə ona məxsus plastik bank kartının hesabına 1000 manat pul göndərmişdir. 01 gündən sonra o, yenidən Mədinəyə zəng edərək bəzi sənədlərin təsdiq olunması üçün əlavə 500 manat pul lazım olduğunu bildirmiş, Mədinə də razılaşaraq 07 noyabr 2022-ci il tarixdə ona məxsus plastik bank kartının hesabına 500 manat pul göndərmişdir. Təxminən 2022-ci ilin noyabr ayının sonlarında o, yenidən Mədinə ilə əlaqə saxlayaraq bacısı Mələyin işinin demək olar ki düzəldiyini, sənədlərin çox hissəsinin təsdiq edildiyini, lakin son mərhələdə Mələyin işə çıxması üçün qərar verəcək şəxsə 3500 manat pul verilməli olduğunu bildirmiş, Mədinə də razılaşaraq 2022-ci ilin noyabr ayının sonlarında ona məxsus plastik bank kartının hesabına 3500 manat pul göndərmişdir. Bundan bir neçə gün sonra o, Mədinə ilə danışan zaman bacısı Mələyin işinin təsdiq edildiyini, lakin bir müddət kursa getməli olduğunu və kursa getmək üçün əlavə 1050 manat pul ödəməli olduğunu bildirmiş, buna görə Mədinə 21 dekabr 2022-ci il tarixdə ona məxsus plastik bank kartının hesabına 1050 manat pul göndərmişdir. Bundan bir neçə gün sonra o, yenidən Mədinəyə zəng edərək kursların nəticələrinin müsbət yazılması üçün əlavə 1600 manat pul lazım olduğunu bildirmiş, buna görə Mədinə 2022-ci ilin dekabr ayının sonlarında ona məxsus plastik bank kartının hesabına 1600 manat pul göndərmişdir. Həmin ərəfələrdə o, yenidən Mədinəyə zəng edərək, işə çıxdıqdan sonra bacısı Mələyə xidməti avtomobil və xidməti geyim forması veriləcəyini, buna görə 150 manat pul vermək lazım olduğunu bildirmiş, Mədinə də razılaşaraq 2022-ci ilin dekabr ayının sonlarında ona məxsus plastik bank kartının hesabına əlavə 150 manat pul göndərmişdir. O da Mədinənin göndərdiyi pulları şəxsi ehtiyaclarına xərcləmiş, həmçinin həmin pullarla Bakı şəhəri Xətai rayonu ərazisində kirayədə yaşadığı evin aylıq kirayə haqqını ödəmişdir. O, Mədinədən alıb şəxsi ehtiyaclarına xərclədiyi ümumilikdə 15700 manat pulu Bakı şəhərində işləyib pul qazandıqca geri qaytarmağı düşünmüşdür. Lakin o, Bakı şəhərində normal qazancı olan iş tapıb işləyə bilməmiş və Mədinədən yalan vədlər verməklə aldığı pulları geri qaytara bilməmişdir. Zərərçəkmiş şəxs da bir müddət sonra işlərin düzəlmədiyini görüb ondan pullarını geri qaytarmasını tələb etməyə başlamışdır. O da Zərərçəkmiş şəxs aldığı pulları 2023-cü ilin fevral ayının sonlarınadək geri qaytaracağına dair söz vermişdir. Lakin, maddi durumu ağır olduğuna görə pulları geri qaytara bilməmişdir. O, 18 may 2023-cü il tarixdə səhər saatlarında Bakı şəhəri Xətai rayonu ərazisində olan zaman Balakən rayon Polis Şöbəsinin əməkdaşları onu saxlayıb barəsində cinayət işi başlandığını bildirmişlər və onu Balakən rayon X6 Bölməsinə dəvət etmişlər. O da etiraz etmədən polis əməkdaşları ilə birlikdə Balakən rayon Polis Şöbəsinə gəlmişdir. Əməlindən peşimandır.Onun əvvəlcədən məqsədi Mədinənin pulunu ələ keçirib öz ehtiyaclarına xərcləmək olmuşdur.Bir daha belə əməllərə yol verməyəcəkdir.O, hazırda Zərərçəkmiş şəxs ilə barışmışdır.Ona dəymiş ziyanı tam ödəmişdir. Zərərçəkmiş şəxsin ondan heç bir şikayəti və tələbi yoxdur. Əlavə olaraq dövlət büdcəsinə dəymiş zərərin 25 faizi miqdarında-3925 manat pul ödəmişdir.Barəsində olan işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərdi ki, hazırda ailəsi ilə birlikdə Balakən rayonu Meşəşambul kəndində yaşayır və Meşəşambul Folklor evində direktor vəzifəsində işləyir. Balakən rayonu Meşəşambul kənd sakini Şahid1 onun doğma bacısıdır. Balakən rayonu Qazma kənd sakini Təqsirləndirilən şəxs 2015-ci ildən tanıyır. Ümidlə heç bir düşmənçiliyi və ədavəti yoxdur. O, 2021-ci il tarixdə Dağıstan Dövlət Universitetinin Kinoteatr və Dramatizm fakültəsini bitirmiş və Universisteti bitirdikdən sonra yaşadığı Balakən rayonu Meşəşambul kəndinə qayıtmışdır. Lakin sonradan onun Dağıstan Dövlət Universitetindən aldığı diplomu Azərbaycan Respublikasının Təhsil Nazirliyində təsdiq edilməmişdir. Təqsirləndirilən şəxs də onun diplomunu Azərbaycan Respublikasının Təhsil Nazirliyində təsdiq etdirəcəyini deyərək 2022-ci ilin iyul ayında buna görə Balakən şəhərində ondan 2200 manat məbləğində pul almışdır. Lakin Ümid diplomun nə vaxt təsdiqlənəcəyi barədə ona heç bir söz deməmişdir. Həmin vaxtdan hal-hazırki vaxtadək diplomun təsdiqlənməsi barədə ona heç bir məlumat çatmamışdır. Ümid bir neçə dəfə ona diplomun hazır olduğunu, yəni təsdiqləndiyini bildirsə də, diplomun təsdiqi barədə ona heç bir sənəd çatmamışdır. Bundan başqa, 2022-ci ilin sentyabr ayında Ümid ona demişdir ki, Daxili İşlər Nazirliyində işləyən tanışları vasitəsi ilə onun bacısı Şahid1 Balakən rayon X5 Polis Bölməsinə polis serjantı kimi işə düzəldə bilər. Lakin, onun bacısı Şahid1 Balakən rayon X5 Polis Bölməsinə işə düzəltmək üçün 5000 manat pul lazım olduğunu bildirmişdir. O da Ümidin təklifi ilə razılaşaraq Mələyi işə düzəltmək məqsədi ilə 20 sentyabr 2022-ci il tarixdə Balakən rayonu Qabaqçöl qəsəbəsində yerləşən “Bum” adlı mağazanın içərisindəki Million ödəmə terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs məxsus plastik bank kartına 3000 manat məbləğində pul göndərmişdir. Çünki, Təqsirləndirilən şəxs onun bacısı Mələyi işə düzəltmək üçün ilkin olaraq 3000 manat lazım olduğunu ona demişdir. Bir müddət sonra Ümid yenidən onunla əlaqə saxlayaraq Mələyin işindən ötrü əlavə 1900 manat göndərməsini tələb etmiş, buna görə o, 10 oktyabr 2022-ci il tarixdə Balakən rayonu Qabaqçöl qəsəbəsində yerləşən “Bum” adlı mağazanın içərisindəki Million ödəmə terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs məxsus plastik bank kartına əlavə 1900 manat məbləğində pul göndərmişdir. Bundan sonra 2022-ci ilin oktyabr ayının sonlarında Ümid yenidən onunla əlaqə saxlayaraq bəzi sənədlərin təsdiq olunması üçün 800 manat pul lazım olduğunu bildirmiş, o da Ümidin sözlərinə inanıb 31 oktyabr 2022-ci il tarixdə Balakən rayonu Qabaqçöl qəsəbəsində yerləşən “Bum” adlı mağazanın içərisindəki Million ödəmə terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs məxsus plastik bank kartına 800 manat məbləğində pul göndərmişdir. Daha sonra o, 2022-ci ilin noyabr ayında Təqsirləndirilən şəxslə telefon vasitəsilə danışmış, həmin vaxt Ümid onun bacısının işinin tam düzəlməsi üçün əlavə olaraq 1000 manat pul lazım olduğunu bildirmiş, buna görə o, 04 noyabr 2022-ci il tarixdə evdə xırda pullardan ibarət ümumilikdə 1000 manat məbləğində pulu bacısı Mələyə verib həmin pulları Ümidin kartına göndərməsini bildirmişdir. Mələk də Qabaqçöl qəsəbəsində yerləşən “Bum” adlı mağaya gedib orada olan Million ödəmə terminalı vasitəsi ilə həmin pulları hissə-hissə, yəni 130, 370 və 500 manat olmaqla Ümidin plastik bank kartına göndərmişdir. Həmin hadisədən 1 gün sonra Təqsirləndirilən şəxs yenidən ona zəng edərək bəzi xırda işləri görülməsi üçün əlavə 500 manat məbləğində pul lazım olduğunu bildirmiş, o da buna görə 07 noyabr 2022-ci il tarixdə Balakən rayonu Qabaqçöl qəsəbəsində yerləşən “Bum” adlı mağazanın içərisindəki Million ödəmə terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs məxsus plastik bank kartına 500 manat məbləğində pul göndərmişdir. Bundan sonra, təxminən 2022-ci ilin noyabr ayının sonlarında, dəqiq yadında qalmayan tarixdə Ümid yenidən onunla əlaqə saxlayaraq bacısı Mələyin işinin demək olar ki düzəldiyini, sənədlərin çox hissəsinin təsdiq edildiyini, lakin son mərhələdə bacısının işə çıxması üçün qərar verəcək şəxsə 3500 manat pul verilməli olduğunu bildirmiş və təcili 3500 manat pul göndərməsini tələb etmişdir. O da Ümidin sözlərinə inanmış və 2022-ci ilin noyabr ayının sonlarında, dəqiq yadında qalmayan tarixdə Balakən rayonu Qabaqçöl qəsəbəsində yerləşən “Bum” adlı mağazanın içərisindəki Million ödəmə terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs məxsus plastik bank kartına 3500 manat məbləğində pul göndərmişdir. O, 3500 manat pulu Ümidə göndərdikdən bir neçə gün sonra Ümid artıq onun bacısının işinin təsdiq edildiyini, lakin bir müddət kursa getməli olduğunu və kursa getmək üçün əlavə 1050 manat məbləğində pul ödəməli olduqlarını bildirmişdir. O, yenə də Ümidin sözlərinə inanıb 21 dekabr 2022-ci il tarixdə 200, 350 və 500 manat olmaqla, ümumlikdə 1050 manat məbləğində pulu Balakən rayonu Qabaqçöl qəsəbəsində yerləşən “Bum” adlı mağazanın içərisindəki Million ödəmə terminalı vasitəsilə hissə-hissə Ümidin plastik bank kartına göndərmişdir. Bundan bir neçə gün sonra Ümid yenidən ona zəng edərək kursların nəticələrinin müsbət yazılması üçün əlavə 1600 manat pul lazım olduğunu bildirmiş, buna görə o, 2022-ci ilin dekabr ayının sonlarında, dəqiq yadında qalmayan tarixdə, xatırladığı qədəri ilə bacısı Şahid2 məxsus plastik bank kartından Təqsirləndirilən şəxs məxsus plastik bank kartına 1600 manat pul göndərmişdir. Bundan başqa, 2022-ci ilin dekabr ayının sonlarında, dəqiq yadında qalmayan tarixdə Ümid yenidən ona zəng edərək işə çıxdıqdan sonra bacısı Mələyə xidməti avtomobil verdirəcəyini deyərək 100 manat pul, həmçinin, işə çıxanda Mələyə forma verdirəcəyini deyərək 50 manat pul istəmişdir. Buna görə o, bacısı Mehribanın bank kartı vasitəsi ilə bacısı Şahid1 məxsus bank kartına 150 manat pul göndərmiş və həmin pulu Ümidin bank kartına göndərməsini bildirmişdir. Bacısı Mələk də həmin 150 manat pulu 2022-ci ilin dekabr ayının sonlarında, dəqiq yadında qalmayan tarixdə 50 və 100 manat olmaqla hissə-hissə öz bank kartından Ümidin bank kartına göndərmişdir. Təqsirləndirilən şəxs göndərilmiş ümumilikdə 15700 manat pulun bəzi hissəsi bacıları Mehribanın və Mələyin bank kartlarından göndərilsə də, həmin pullar bütünlükdə ona məxsusdur, yəni bütün bu hadisələrin nəticəsində ona ümumilikdə 15700 manat məbləğində maddi ziyan dəymişdir.Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona dəymiş ziyan tam ödənmişdir. Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə Balakən rayon Meşəşambul kəndində yaşayır. Hazırda Azərbaycan Respublikası Texniki Universitetinin Nəqliyyat və Logistika fakultəsinin qiyabi şöbəsinin 2-ci kurs tələbəsidir. Balakən rayonu Meşəşambul kənd sakini Zərərçəkmiş şəxs onun bacısıdır. Bacısı Zərərçəkmiş şəxs Balakən rayon Meşəşambul kəndinin Folklor evinin direktoru vəzifəsində işləyir. Balakən rayon Qazma kənd sakini Təqsirləndirilən şəxs 1 ildir ki, tanıyır. Ümidlə heç bir düşmənçiliyi və ədavəti yoxdur. O, Təqsirləndirilən şəxs bacısı Zərərçəkmiş şəxs vasitəsi ilə tanımışdır. Bacısı Mədinə isə Təqsirləndirilən şəxs 2015-ci ildən tanıyır. Bacısı Zərərçəkmiş şəxs Dağıstan Dövlət Universitetinin Kinoteatr və Dramatizm fakultəsini bitirmiş, Universisteti bitirdikdən sonra isə Azərbaycan Respublikasına, yəni yaşadıqları Balakən rayon Meşəşambul kəndinə qayıtmışdır. Lakin bacısı Zərərçəkmiş şəxs məxsus olan Dağıstan Dövlət Universitetinin Kinoteatr və Dramatizm fakultəsinin diplomu Azərbaycan Respublikasının Təhsil Nazirliyində təsdiq ediməmişdir. Təqsirləndirilən şəxs də onun bacısı Mədinəyə diplomunu Azərbaycan Respublikasının Təhsil Nazirliyində təsdiq etdirəcəyini bildirirək bunun üçün 2200 manat məbləğində pul lazım olduğunu demiş, bacısı isə 2022-ci ilin iyul ayında Balakən şəhərində Təqsirləndirilən şəxs 2200 manat məbləğində pul vermişdir. Lakin Ümid diplomun nə vaxt təsdiqlənəcəyi barədə bir söz deməmişdir. Bacısı Mədinənin diplomunun təsdiqlənməsi barədə məlumat, ya diplomun özü, ya da hər hansı bir sənəd bu günə qədər onlara çatmamışdır. Bundan başqa, 2022-ci ilin sentyabr ayında Ümid onun bacısı Zərərçəkmiş şəxs demişdir ki, Daxili İşlər Nazirliyində işləyən tanışları vasitəsi ilə onu Balakən rayon polis şöbəsinin X7 polis serjantı kimi işə düzəldə bilər. Lakin, onu Balakən rayon X5 polis bölməsinə işə düzəltmək üçün 5000 manat pul lazım olduğunu bildirmişdir. Bacısı Mədinə də Ümidin təklifi ilə razılaşaraq onu işə düzəltmək məqsədi ilə 20 sentyabr 2022-ci il tarixdə Balakən rayonu Qabaqçöl qəsəbəsində olan Million ödəmə terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs məxsus plastik bank kartına 3000 manat məbləğində pul göndərmişdir. Çünki, Təqsirləndirilən şəxs ilkin olaraq 3000 manat lazım olduğunu bildirmişdir. Bir müddət sonra Ümid Mədinə ilə əlaqə saxlayaraq əlavə 1900 manat göndərməsini bildirmiş, buna görə 10 oktyabr 2022-ci il tarixdə bacısı Mədinə Balakən rayonu Qabaqçöl qəsəbəsində olan Million ödəmə terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs məxsus plastik bank kartına əlavə 1900 manat məbləğində pul göndərmişdir. Bundan sonra 2022-ci ilin oktyabr ayının sonlarında Ümid yenidən bacısı Mədinə ilə əlaqə saxlayaraq bəzi sənədlərin təsdiq olunması üçün 800 manat pul lazım olduğunu bildirmiş, bacısı Mədinə də Ümidin sözlərinə inanıb 31 oktyabr 2022-ci il tarixdə Balakən rayonu Qabaqçöl qəsəbəsində olan Million ödəmə terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs məxsus plastik bank kartına 800 manat məbləğində pul göndərmişdir. Daha sonra isə 2022-ci ilin noyabr ayında Təqsirləndirilən şəxs onun bacısı Zərərçəkmiş şəxs ilə telefon vasitəsilə danışaraq onun işinin tam düzəlməsi üçün əlavə olaraq 1000 manat pul lazım olduğunu bildirmiş, buna görə bacısı Mədinə 04 noyabr 2022-ci il tarixdə evdə ona xırda pullardan ibarət ümumilikdə 1000 manat məbləğində pul verib həmin pulları Ümidin kartına göndərməsini bildirmiş, o da Qabaqçöl qəsəbəsinə gedib orada olan Million ödəmə terminalı vasitəsi ilə həmin pulları hissə-hissə,yəni 130,370 və 500 manat olmaqla Ümidin plastik bank kartına göndərmişdir.Bir gündən sonra Təqsirləndirilən şəxs yenidən onun bacısı Zərərçəkmiş şəxs zəng edərək bəzi xırda işlərin görülməsi üçün əlavə 500 manat məbləğində pul lazım olduğunu bildirmiş, bacısı Zərərçəkmiş şəxs da buna görə 07 noyabr 2022-ci il tarixdə Balakən rayonu Qabaçöl qəsəbəsində olan Million ödəmə terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs məxsus plastik bank kartına 500 manat məbləğində pul göndərmişdir. Bundan sonra, təxminən 2022-ci ilin noyabr ayının sonlarında, dəqiq yadında qalmayan tarixdə Ümid yenidən bacısı Mədinə ilə əlaqə saxlayaraq onun işinin demək olar ki düzəldiyini, sənədlərin çox hissəsinin təsdiq edildiyini, lakin son mərhələdə onun işə çıxması üçün qərar verəcək şəxsə 3500 manat pul verilməli olduğunu bildirmiş və təcili 3500 manat pul göndərməsini bacısından tələb etmişdir. Bacısı Mədinə də Ümidin sözlərinə inanmış və 2022-ci ilin noyabr ayının sonlarında, dəqiq yadında qalmayan tarixdə Balakən rayonu Qabaqçöl qəsəbəsində olan Million ödəmə terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs məxsus plastik bank kartına 3500 manat məbləğində pul göndərmişdir. Bacısı Mədinə 3500 manat pulu Ümidə göndərdikdən bir neçə gün sonra Ümid artıq onun işinin təsdiq edildiyini, lakin bir müddət kursa getməli olduğunu və kursa getmək üçün əlavə 1050 manat məbləğində pul ödəməli olduqlarını bildirmişdir. Bacısı Mədinə yenə də Ümidin sözlərinə inanıb 21 dekabr 2022-ci il tarixdə 200, 350 və 500 manat olmaqla, ümumlikdə 1050 manat məbləğində pulu Qabaqçöl qəsəbəsində olan ödəmə terminalı vasitəsilə hissə-hissə Ümidin plastik bank kartına göndərmişdir. Bundan bir neçə gün sonra Ümid yenidən bacısı Mədinəyə zəng edərək kursların nəticələrinin müsbət yazılması üçün əlavə 1600 manat pul lazım olduğunu bildirmiş, buna görə bacısı Mədinə 2022-ci ilin dekabr ayının sonlarında, dəqiq yadında qalmayan tarixdə xatırladığı qədərilə özünə məxsus plastik bank kartından Təqsirləndirilən şəxs məxsus plastik bank kartına 1600 manat pul göndərmişdir. Bundan başqa, 2022-ci ilin dekabr ayının sonlarında, dəqiq yadında qalmayan tarixdə Ümid yenidən bacısı Mədinəyə zəng edərək işə çıxdıqdan sonra ona xidməti avtomobil verdirəcəyini deyərək 100 manat pul, həmçinin, işə çıxanda ona forma verdirəcəyini deyərək 50 manat pul istəmiş, buna görə bacısı Mədinə ona məxsus bank kartına 150 manat pul göndərərək həmin pulu Ümidin bank kartına göndərməsini bildirmiş, o da həmin 150 manat pulu 2022-ci ilin dekabr ayının sonlarında, dəqiq yadında qalmayan tarixdə 50 və 100 manat olmaqla hissə-hissə öz bank kartından Ümidin bank kartına göndərmişdir. Təqsirləndirilən şəxs göndərilmiş ümumilikdə 15700 manat pulun bəzi hissəsi onun tərəfindən göndərilsə də, həmin pullar bütünlükdə bacısı Zərərçəkmiş şəxs məxsusdur, ona görə də hazırda ona heç bir maddi ziyan dəyməmiş, lakin bütün bunların nəticəsində bacısı Zərərçəkmiş şəxs ümumilikdə 15700 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, hazırda ailə üzvləri ilə birlikdə Balakən rayon Meşəşambul kəndində yaşayır və Balakən rayonu Qabaqçöl qəsəbəsi Folklor klubunun müdiri vəzifəsində çalışır. Balakən rayonu Meşəşambul kənd sakinləri Zərərçəkmiş şəxs və Şahid1 onun doğma bacılarıdır. O, Balakən rayonu Qazma kənd sakini Təqsirləndirilən şəxs təxminən 02 il əvvəl bacısı Mədinənin vasitəsi ilə tanımışdır. Onun Təqsirləndirilən şəxslə heç bir düşmənçiliyi və ədavəti yoxdur. Bacısı Mədinə 2021-ci il tarixdə Dağıstan Dövlət Universitetini bitirib yaşadıqları Balakən rayonu Meşəşambul kəndinə qayıtdıqdan sonra,X3 Universitetindən aldığı diplom Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təsdiq ediməmişdir. Təqsirləndirilən şəxs də onun bacısı Mədinənin diplomunu Azərbaycan Respublikasının Təhsil Nazirliyində təsdiq etdirəcəyini deyərək 2022-ci ilin iyul ayında Mədinədən 2200 manat məbləğində pul almışdır. Həmin hadisədən təxminən 02 ay sonra, yəni 2022-ci ilin sentyabr ayında yaşadıqları evdə olan zaman bacısı Mədinə söhbət açaraq bildirmişdir ki, aralarında olan söhbət zamanı Təqsirləndirilən şəxs Daxili İşlər Nazirliyində işləyən tanışları vasitəsi ilə onun bacısı Şahid1 5000 manat pul qarşılığında Balakən RPŞ-nin Qabaqçöl PB-nə polis serjantı kimi işə düzəldə biləcəyini demişdir. Ailə üzvləri yaşadıqları evdə bu barədə söhbət edib razılaşdıqdan sonra bacısı Mədinə Təqsirləndirilən şəxs zəng edərək təkilifi ilə razı olduğunu, yəni bacısı Mələyi işə düzəltmək istədiyini bildirmişdir. Bundan sonra bacısı Mədinə 2022-ci ilin sentyabr ayından başlayaraq 2022-ci ilin dekabr ayının sonlarınadək bacısı Mələyi Qabaqçöl PB-nə işə düzəltmək üçün hissə-hissə olmaqla Təqsirləndirilən şəxs ümumilikdə 13500 manat pul göndərmişdir. Xatırladığı qədərilə bacısı Mədinə ilk dəfə Qabaqçöl qəsəbəsində yerləşən “Bum” adlı mağazanın içərisindəki Million ödəmə terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs məxsus bank kartının hesabına 3000 manat pul göndərən zaman o və Mələk də Mədinənin yanında olmuşlar. Təxminən 2022-ci ilin dekabr ayının sonlarında bacısı Mədinə mağazaya gedə bilmədiyinə görə ona məxsus bank kartının hesabından Təqsirləndirilən şəxs məxsus bank kartının hesabına 1600 manat pul göndərmiş, daha sonra da bacısı Mədinə həmin 1600 manat pulu nağd şəkildə ona vermişdir. Həmin ərəfələrdə yenə bacısı Mədinə ona məxsus bank kartının hesabından digər bacısı Şahid1 məxsus bank kartının hesabına 150 manat pul göndərib həmin pulu da Təqsirləndirilən şəxs bank kartının hesabına göndərməsini tapşırmışdır. Daha sonra bacısı Mədinə həmin 150 manat pulu da ona nağd şəkildə vermişdir. Beləliklə, bacısı Mədinə 2022-ci ilin sentyabr ayından başlayaraq 2022-ci ilin dekabr ayının sonlarınadək bacısı Mələyi Qabaqçöl PB-nə işə düzəltmək üçün hissə-hissə olmaqla Təqsirləndirilən şəxs ümumilikdə 13500 manat pul göndərsə də, Təqsirləndirilən şəxs vədinə əməl etməyərək bacısı Mələyi Qabaqçöl PB-nə işə düzəltməmiş və Mədinədən aldığı pulları ələ keçirib geri qaytarmamışdır. Buna görə bacısı Mədinə ərizə ilə Təqsirləndirilən şəxs barəsində Polis Şöbəsinə şikayət etmişdir. İşin 140-143-cü vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş 17 iyun 2023-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokolda göstərilmişdir: müstəntiq Tural Mahatov tərəfindən istintaq zamanı cinayət işi üzrə Şahid1 istintaqa təqdim etdiyi 01 ədəd CD diskə xidməti otağında “HP” markalı kompyuterdə nümayiş etdirməklə Şahid1 iştirakı ilə tərəfindən baxış keçirilmişdir. CD diskə baxış zamanı müəyyən edilmişdir ki, diskin içərisində 06 ədəd səs yazısı və 04 ədəd “whatsapp” proqramı vasitəsi ilə olan yazışmalardan alınmış ekran görüntüləri (screen) olmaqla, ümumilikdə 10 fayl vardır. Baxış zamanı Şahid1 bildirmişdir ki, istintaqa təqdim etdiyi 01 ədəd CD diskdə olan həmin 06 ədəd səs yazıları müxtəlif tarixlərdə Təqsirləndirilən şəxs tərəfindən ona göndərilmişdir.Həmçinin o,müxtəlif tarixlərdə Təqsirləndirilən şəxslə “whatsapp” proqramı vasitəsilə mesajlaşan zaman mobil telefonunda olan “ekran görüntüsü alma” funksiyası vasitəsilə yazışmaların 04 ədəd fotoşəkilini çəkib saxlamışdır. Diskdə olan 1-ci səs faylında 35 saniyəlik “hə neynim, bi dənə kömək eliyənim yoxdu. Köməyi olan adamım yoxdu. Hamı nəsə lazım olanda məni yada salır, başqa vaxtı yox. Oranın konumu yoxdu ay Mələk məndə. Gərək oğlanla danışım görüm nə deyir. Sabah bəlkə səni düz-qoş eliyim sənlə getsin. Orda işləyənlərin nömrəsini bilmirəm mən. Mən nə bilim, orda işləyənlərlə mənim əlaqəm yoxdu. O oğlan gedib “düz-qoş eliyib” məzmunlu səs yazısı vardır. Diskdə olan 2-ci səs faylında 1 dəqiqə 36 saniyəlik “ ay Mələk axşamın xeyir olsun. Ay başıva dönüm sənin, qurban sənə, yazmısan burda kurs məsələsi boş söhbətdi. Kurs məsələsi boş söhbət deyil ee, sən kursun vaxtı bitən kimi getdin-getmədin prosta orda kurs tanışlıqdı. Orda sənin kursun qurtaran kimi sən uje işə başlayacaqsan burda. Birdə ki, sənin mən qalmışam, niyə burda mən dedim sənin yəni deyirəm ki, bu vapşe geri qaytarmaq şeyini də... çünki kart söhbəti var ortada, kartı demişəm uje, 3 dəfə, 4 dəfə demişəm, bu gün də bazar günüdü, altı, bazar işləmir. Demişəm ki, bu uşağın kartını gətirin dəə, bu qız uje day yazıq batıb da. Demişəm bir nəfər deyil, əlli nəfərdən borc götürüblər. Ona görə, başa düşdünmü? Yox görsəm ki, o yan bu yan eliyirlər qurana and olsun uje şey eləsə deyəcəm ki, heçnə də mənim qardaş pulumu qaytar, camaat iş-güc faizə giribdi. Yəni bu həddə çatmışam, ona görə mən sənə dedim, yəni sözümdən incimə. Başa düşürsənmi? Yəni xətrivi də çox istəyirəm sənin. Şey eləməyə mən ona görə sənə dedim çıx gəl, sənin onsuzda kursun gedir orda. Sən deyirsən kursa imtahan verəcəm mən. Kursa imtahan verəcəksənsə kursa imtahan verdin, vermədin sənin kursun keçilir. Kurs müddətində sən uje o komissiyaya gedəcəksən, komissiyaya onsuzda sənin özünü bir dənə görmək lazımdı orda. Görsünlər ki, həə da sən bu insan sağlamdı, böyrəyi, ürəyi, nə bilim, yəni ayaq üstündə dayana bilir. Başa düşdünmü? Bu belədi. Sənə mən o günləri dedim, sən söz başa düşmürsən, mənə deyirsən ki, yox kursa gedəsiyəm. Deyirəm ki, ay Mələk getməyi mi istiyirsən də? Ona görə indi bu eşşəyə də zəng eliyirəm bayaqdan, deyirəm ki telefonu götürsün, demək istiyirəm ki, apar bu qızı yerləşdir ora. Bu da telefonu götürmür burda. Bilmirəm hardadı” məzmunlu səs yazısı vardır. Diskdə olan 3-ci səs faylında 36 saniyəlik “Mələk salam, necəsən, nə var, nə yox? Mələk Bakıdayam özüm də, indi o adamlarla görüşməyə gedirəm üzbəüz. Pul temasını telefonda danışmaq istəmir. İndi gedirəm sənə mən deyəcəm. Hardasa saat 4-də, 5-də əlaqə saxla mənlə. Yaxşımı? Yadıma sal” məzmunlu səs yazısı vardır. Diskdə olan 4-cü səs faylında 09 saniyəlik “salam Mələk salam, necəsən, nə var, nə yox? Yığacam birazdan səni, biraz başım qarışıqdı, bir saata qədər yığacam səni. Özün bir saata yığ məni. Yaxşı?” məzmunlu səs yazısı vardır. Diskdə olan 5-ci səs faylında 12 saniyəlik “salam Mələk salam, nətərsən, nə var, nə yox? Danışmışam, elə o gün sizlə danışandan sonra danışmışam. Toparlayıb pulların hamısını geri hara nədi nə deyil göndərəcəklər” məzmunlu səs yazısı vardır. Diskdə olan 6-cı səs faylında 30 saniyəlik “hə Mələk, mənə dəymə, dəymə, sabah kredit götürməliyəm. Əslində bu gün Bakıya gəlməli idim. 5-ci gün işimi düzəldib kredit zamin tapa bilmədim, işim alınmadı. İndi də sabaha zamin tapmalıyam, zamin tapıb eliyib götürüb birisigün gəlməliyəm Bakıya” məzmunlu səs yazısı vardır. Diskdə olan 7-ci fayldan görünür ki, Şahid1 20 fevral 2023-cü il tarixdə saat 14:46 dəqiqədə Təqsirləndirilən şəxs 28 saniyəlik səs mesajı göndərmiş, daha sonra həmin tarixdə saat 15:52 dəqiqədə “Borcları istirlər bizdən”, saat 15:53 dəqiqədə isə “Hər kəs bir yandan istəyir” məzmunlu mesajlar yazmışdır. Təqsirləndirilən şəxs də 20 fevral 2023-cü il tarixdə saat 15:56 dəqiqədə Şahid1 “Narahat olma götürəciyik” məzmunlu mesaj yazmışdır. Şahid1 da 20 fevral 2023-cü il tarixdə saat 16:21 dəqiqədə Təqsirləndirilən şəxs “Çalışıb bu 1.2günə versinlərdə” məzmunlu mesaj yazmışdır. Təqsirləndirilən şəxs də 23 fevral 2023-cü il tarixdə saat 21:20 dəqiqədə Şahid1 “Salam Melek”, saat 21:21 dəqiqədə isə “Səbrli ol bawqa adamdan pul alacaqlar alıb verəcəklər mənə” məzmunlu mesajlar yazmışdır. Diskdə olan 8-ci fayldan görünür ki, Şahid1 28 fevral 2023-cü il tarixdə saat 14:54 dəqiqədə Təqsirləndirilən şəxs “Ümüd salam noldu ay Ümüd”, “Martda gəlir uje”, “Pul verməy kimi fikriniz yoxdu deyəsən söhbəti uzadırsız”, “Yazıram cvbda yazmırsan”, saat 15:53 dəqiqədə isə “Pulu 2hissəyə bölüb yox birlikdə istəyirik”, “Uzağı martın 5inə kimi pulu verin”, “Ondan o yanası yoxdi çünki borc içində batırıq bizdə” məzmunlu mesajlar yazmışdır. Şahid1 04 mart 2023-cü il tarixdə saat 16:47 dəqiqədə Təqsirləndirilən şəxs “Salam” “Noldu Ümüd” məzmunlu mesajlar yazmışdır. Təqsirləndirilən şəxs də 04 mart 2023-cü il tarixdə saat 16:58 dəqiqədə Şahid1 12 saniyəlik səs mesajı göndərmişdir. Diskdə olan 9-cu fayldan görünür ki, Təqsirləndirilən şəxs 16 fevral 2023-cü il tarixdə saat 08:35 dəqiqədə “whatsapp” proqramı vasitəsi ilə Şahid1 “Sabahın xeyir Mələk mənə bu gün saat 3de yaz mən ora zəng edim” məzmunlu mesaj yazmışdır. Şahid1 da 17 fevral 2023-cü il tarixdə saat 19:37 dəqiqədə Təqsirləndirilən şəxs “Salam”, “Ümüd”, “Telefonim xarab olmuşdu”, saat 19:38 dəqiqədə isə “Zəng etdinmi ora?” məzmunlu mesajlar yazmışdır. Təqsirləndirilən şəxs 18 fevral 2023-cü il tarixdə saat 07:37 dəqiqədə Şahid1 “Salam Mələk”, “Sabahın xeyir”, saat 07:39 dəqiqədə isə “Birinci gün adın təmiz siyahıdan çıxır daha kursdanda heryerdende ondan sonra pulunu qaytaracaqlar iki dəfə 13000 manat dedilər dedim yaxşı geri qalanı mən sonda vererem” məzmunlu mesajlar yazmışdır. Şahid1 da 18 fevral 2023-cü il tarixdə saat 10:31 dəqiqədə Təqsirləndirilən şəxs “Salam”, “Hər vaxtın xeyir” məzmunlu mesajlar yazmışdır. Diskdə olan 10-cu fayldan görünür ki, Şahid1 04 mart 2023-cü il tarixdə saat 18:27 dəqiqədə Təqsirləndirilən şəxs “nə vaxta göndərəcəklərki?” məzmunlu mesaj yazmışdır. Şahid1 08 mart 2023-cü il tarixdə saat 11:55 dəqiqədə Təqsirləndirilən şəxs “Ümüd salam” məzmunlu mesaj yazmışdır. Təqsirləndirilən şəxs də 08 mart 2023-cü il tarixdə saat 11:56 dəqiqədə Şahid1 “Salam Melek”, “Bayramın mübarək olsun” məzmunlu mesajlar yazmışdır. Şahid1 da 08 mart 2023-cü il tarixdə saat 11:58 dəqiqədə Təqsirləndirilən şəxs “Təşəkkürlər”, saat 11:59 dəqiqədə “Noldu pul məsələsi”, “Sən pulu tam olaraq neçə gün içində verə bilirsən” məzmunlu mesajlar yazmışdır. Təqsirləndirilən şəxs də 08 mart 2023-cü il tarixdə saat 12:51 dəqiqədə Şahid1 “Melek danışmisam bu yaxın günlərdə qaytaracaqlar” məzmunlu mesaj yazmışdır. Şahid1 da 08 mart 2023-cü il tarixdə saat 15:12 dəqiqədə Təqsirləndirilən şəxs “Yaxın günləriniz gəlmirmi” məzmunlu mesaj yazmışdır. İşin 66-cı vərəqədərində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş şübhəli şəxsin tutulması barədə 18 may 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli olduğundan 18 may 2023-cü il tarixdə saat 11:30 radələrində cinayət işi üzrə şübhəli şəxs qismində tutulmuşdur. İşin 108-111-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Balakən Rayon Məhkəməsinin 20 may 2023-cü il tarixli 4(019)-28/2023 nömrəli qərarından görünür ki, həmin qərar ilə Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 18 may 2023-cü il tarixdən hesab edilmişdir. İşin 37-ci vərəqəsində elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin 104-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən rayon İHB Qazma kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 22 may 2023-cü il tarixli 573 nömrədli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Balakən rayonu Qazma kənd sakinidir. İşin 105-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən İHB Qazma kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 22 may 2023-cü il tarixdə verilmiş 572 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində atası və anası vardır. İşin 106-cı vərəqəsində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş Balakən rayon İHB Qazma kənd inzibati ərazi dairəsi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmur, onun barəsində nümayəndəliyə şikayət daxil olduğu qeyd edilir. İşdə olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Zərərçəkmiş şəxs ərizəsində göstərilmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmışdır.Ona dəymiş ziyan tam şəkildə ödənmişdir. Ondan heç bir şikayət və tələbi yoxdur. İşin icraatına xitam verilməsini xahiş etmişdir. İşdə olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Təqsirləndirilən şəxs ərizəsində göstərilmişdir ki,Zərərçəkmiş şəxs dəymiş ziyanı tam ödəmişdir. Onunla barışmışdır, əməlindən peşimandır. Zərərçəkmiş şəxsin ondan şikayəti və tələbi yoxdur. O, əlavə olaraq dövlət büdcəsinə vurulmuş zərərin 25 faizi miqdarında pul ödəmişdir.İşin icraatına xitam verilməsini xahiş etmişdir. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs qəsdən, vahid tamah niyyəti ilə etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz olaraq ələ keçirərək xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə əməlinin xeyli miqdarda törədilməsinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, həmin əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinin tərkibi vardır, həmin əməl təqsirləndirilən şəxs tərəfindən törədilmişdir, təqsirləndirilən şəxs həmin cinayətin törədilməsində təqsirlilidir, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə eyni zamanda hesab edir ki, cinayət işinin icraatına xitam verilməklə təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs məhkəməyə ərizə verərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın tam ödənildiyini, ondan heç bir şikayət və tələbi olmadığını göstərərək işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs məhkəməyə ərizə verərək əməlindən peşiman olmasını, Zərərçəkmiş şəxs dəymiş ziyanı tam ödədiyini, onunla barışdığını, zərərçəkmiş şəxsin ondan heç bir şikayəti və tələbi olmamasını, əlavə olaraq dövlət büdcəsinə dəymiş zərərin 25 faizi miqdarında-3925 manat pul ödəməsini göstərərək barəsində olan işin icraatına xitam verilməklə cinayət məsuliyyətindən azad olunmasını xahiş etdi. Məhkəmə iclasında Dövlət ittihamçısı təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışmasını, ona dəymiş zərəri tam ödəməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayəti və tələbinin olmamasını, əlavə olaraq dəymiş zərərin 25 faizi miqdarında-3925 manat dövlət büdcəsinə pul ödəməsini nəzərə alaraq Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən cinayət işinin icraatına xitam verilməklə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi barədə qərar qəbul edilməsini təklif etdi. Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığını, ona dəymiş ziyanı tam ödədiyini, əməlindən peşiman olduğunu,əlavə olaraq dövlət büdcəsinə zərərin 25 faizi miqdarında pul ödədiyini göstərərək onun barəsində olan işin icraatına xitam verilməklə cinayət məsuliyyətindən azad olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə görə Bu Məcəllənin 178.2, 179.2 186.2.1,189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin Qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 iyul 2022-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının 1-ci bəndinə əsasən şəxs cinayət prosesində zərərçəkmiş şəxs qismində tanındığı halda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1-ci maddəsinə müvafiq olaraq ona qarşı dələduzluq cinayətini törətmiş şəxs onunla barışdıqda və dəymiş ziyanı tamamilə ödədikdə, cinayət məsuliyyətindən azad edilə bilər. Məhkəmə işin hallarını,təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə vurulmuş ziyanın tam ödənməsini, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ondan heç bir şikayəti və tələbinin olmamasını, əlavə olaraq dəymiş zərərin 25 faizi miqdarında-3925 manat dövlət büdcəsinə pul ödəməsini,təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin işin icraatına xitam verilməsini xahiş etmələrini, dövlət ittihamçısının işin icraatına xitam verilməsini təklif etməsini, cinayət prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.2.4cü maddəsi ilə olan cinayət işinin icraatına Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 07 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 42 manat tutulub vəkil Müdafiəçi ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, "xxxx" ASC-in X4 Rekvizitləri: VÖEN:**********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesaba köçürülməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 43.3, 321.2.1, 347 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulan əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinin icraatına Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən xitam verilsin və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin.O, məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 42 manat tutulub vəkil Müdafiəçi ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, "xxxx" ASC-in X4 Rekvizitləri: VÖEN:**********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesaba köçürülsün. Qərardan elan olunduğu andan 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan göstərilən müddətdə apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar