Azərbaycan Respublikası adından HÖKM Beyləqan rayon İş № 1(020)-10/2024 18.01.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs- Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə, Təqsirləndirilən şəxsin müdafiəçisi- Beyləqan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 2006-ci il tarixdə Beyləqan rayonu, Aşıqalılar kəndində anadan olmuş, Azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, əvvələr məhkum olunmamış, Beyləqan rayonu, Aşıqalılar kəndində qeydiyyatda olmaqla Beyləqan rayonu, 2-ci Şahsevən kəndində yaşayan, barəsində 27 noyabr 2023-cü il tarixdə yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri, 28 dekabr 2023-cü il tarixli məhkəmə hazırlıq iclasının qərarı ilə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs Əliyev X2 rayonu, 1-ci Şahsevən kəndində yaşayan Zərərçəkmiş şəxs məxsus əmlakı tamah məqsədilə, hüquqazidd və əvəzsiz olaraq oğurlamaq, yəni gizli olaraq talamaq üçün 23 sentyabr 2023-cü il tarixdə, saat 23 radələrində Beyləqan rayonu, 1-ci Şahsevən kəndində Zərərçəkmiş şəxs məxsus torpaq sahəsinə gəlib torpaq sahəsində hörüklənmiş vəziyyətdə olan 1500 manat dəyərində bir rəst dişi cinsli, altı yaşlı atın hörüyünün mıxını çıxarıb üzərinə minərək Füzuli rayonu ərazisində yerləşən mal-qara bazarına aparıb 24 sentyabr 2023-cü il tarixdə saat 02 radələrində Beyləqan rayonu, Bünyadlı kəndində yaşayan Şahid2 270 manat pula satmış, beləliklə o, Zərərçəkmiş şəxs məxsus cəmi 1500 manat dəyərində bir rəst dişi cinsli, altı yaşlı atı oğurlamış, yəni gizli olaraq talamışdır. Məhkəmə iclasında yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bildi və ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs torpaq sahəsi onun yaşadığı fermanın yaxınlığında yerləşir. O, əvvələr həmin sahənin yanından keçən zaman bir neçə dəfə Zərərçəkmiş şəxs atının Səxavətin Beyləqan rayonu, Birinci Şahsevən kəndi ərazisində yerləşən otlaq sahəsində bağlı olduğunu görmüş və həmin atı oğurlamaq qərarına gəlmişdir. Səxavətin otlaq sahəsi Birinci Şahsevən kəndinin ərazisində, onun yaşadığı ferma isə İkinci Şahsevən kəndinin ərazisindədir. Buna baxmayaraq, həmin yerlər kəndlərin ərazisinin kənarlarında olduğu üçün qonşudur. 23 sentyabr 2023-cü ildə Füzuli rayonunda mal-qara bazarı olduğu üçün həmin gün gecə saat 23 radələrində Səxavət Muradovun atı bağladığı Beyləqan rayonu, Birinci Şahsevən kəndi ərazisində yerləşən sahəyə getmiş və atın bağlandığı mıxı yerdən çıxarıb atın minərək atı Füzuli rayonu ərazisində yerləşən mal-qara bazarına sürmüşdür. O, 24 sentyabr 2023-cü il tarixdə, saat 01 radələrində Füzuli rayonu mal-qara bazarına çatmış, atın üzərindən yerə düşüb kəndirindən tutaraq mal-qara bazarında satmaq üçün müştəri gözləmiş, bazara çatdıqdan təxminən 10-15 dəqiqə sonra adını sonradan bildiyi Şahid2 ona yaxınlaşaraq atı almaq istədiyini ona demişdir. O, Elgünə atın özünə məxsus olduğunu və 600 manat olmasını dedikdə Elgün onunla razılaşmamış və at üçün ona 300 manat verə biləcəyini demişdir. O, razılaşmış, lakin Elgün 10 manat da güzəşt etməsini istəmiş və o, Elgünə 10 manat da güzəşt etmişdir. Şahid2 ona 290 manat verib atı ondan alaraq bir qədər aralaşmışdır. Bir qədər sonra o, bazarda gəzərkən təsadüfən atası Şahid1lə rastlaşmışdır. O, atası ilə birlikdə bazarı tərk etmək istəyəndə Şahid2 onu çağırmış, o, Elgünə yaxınlaşan zaman Elgün atı baha aldığını bildirərək qaytarmaq istədiyini demişdir. O, aldığı puldan 20 manat Şahid2 qaytarmış və Elgün onunla razılaşdıqdan sonra aralaşıb atasının yanına getmişdir. O, atasına evə 54 ədəd ördək balası, 20 ədəd toyuq cücəsi və meyvə- tərəvəz aldığını demiş, atası pulu haradan əldə etdiyini soruşduqda o, otlaq sahəsi suvararaq həmin pulu qazandığını demişdir. O, atı oğurlayan zaman ona heç kəs kömək etməmiş, onun atı oğurlayaraq satmasından ailə üzvlərinin və digər şəxslərin məlumatı olmamışdır. Etdiyi cinayəti etiraf etmişdir. Hərəktlərindən peşimandır. Zərərçəkmiş şəxslə barışmış, dəymiş ziyanı ödəmişdir. Zərərçəkmiş şəxsin ondan tələb və şikayəti yoxdur. Göstərilənləri nəzərə alıb məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, onun özünə məxsus bir rəst dişi atı vardır. O, həmin atı öz pay torpaq sahəsinə hörükləmiş, gecələr at sahədə qalmışdır. 23 sentyabr 2023-cü il tarixdə, saat 19 radələrində o, atı sahəyə hörükləmiş və yaşadığı Beyləqan rayonu, Birinci Şahsevən kəndindəki evinə getmişdir. Səhəri gün, yəni 24 sentyabr 2023-cü il tarixdə, saat 06 radələrində sahəyə gələndə atının hörükləndiyi yerdə olmadığını görmüşdür. Bundan sonra o, atını sahədə axtarmış və tapa bilməmişdir. Bununla da ona atın sahədən naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmışdır. Bu səbəbdən də o, həmin gün Beyləqan rayon Polis şöbəsinə ərizə ilə müraciət etmişdir. 25 sentyabr 2023-cü il tarixdə Beyləqan rayon Polis şöbəsinin əməkdaşları ona zəng edib oğurluq edən şəxsi tapdıqlarını bildirmişlər. O, həmin şəxsin kim olduğunu soruşduqda polis əməkdaşları ona atını torpaq sahəsinin yaxınlığındakı fermada yaşayan Təqsirləndirilən şəxs oğurladığını bildirmişlər. Hazırda oğurlanmış atı ona qaytarılmış, Təqsirləndirilən şəxs ilə barışmış, ondan tələb və şikayəti yoxdur. Təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsdən tələb və şikayətinin olmaması barədə məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə iclasına gəlməmiş və iclasda ifadəsi elan edilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 24 sentyabr 2023-cü il tarixdə, saat 02 radələrində o, Füzuli rayonu ərazisində yerləşən mal-qara bazarına quzu almağa getmişdir. Bazarda olan zaman adını sonradan bildiyi Təqsirləndirilən şəxs at satdığını görüb ona yaxınlaşmışdır. O, Elçinə yaxınlaşanda satdığı atın dişi at olduğunu görmüş və həmin atı almaq fikrinə düşmüşdür. O, Elçindən atın onun olub-olmamasını və qiymətini soruşmuş, həmin vaxt Təqsirləndirilən şəxs at özünün olduğunu və 600 manata satmaq istədiyini bildirmişdir. O da Elçinə atın qiymətinin baha olmasını bildirmiş və atın qiymətinin aşağı endirilməsi ilə bağlı söbət etmişlər. Sonda Təqsirləndirilən şəxslə atın qiymətini 290 manata razılaşmış və o, Təqsirləndirilən şəxs 290 manat pul verib atı almışdır. O, hər ehtimala qarşı Elçinin atın yanında telefionunla şəklini çəkmiş, sonra onun mobil nömrəsini almışdır. Bundan sonra atın kəndirindən bazarda olan dəmir boruya bağlayıb atın yanında dayanmış, Elçin isə pulu alandan sonra onun yanından kənarlaşmışdır. Aradan bir neçə dəqiqə keçəndən sonra o, atın yaxşı at olmadığını görüb bazarda Elçini axtarmış və Elçinin bir şəxslə bazarın çıxışına doğru getdiklərini görmüşdür. O, Elçini səsləyib çağırmış, Elçin həmin şəxsdən kənarlaşıb yanına gəlmişdir. O, Elçinə atı baha aldığını bildirmiş və onlar bir qədər söhbətləşdikdən sonra Elçinlə yekun olaraq 270 manata razılaşmışlar və Elçin cibindən 20 manat pul çıxarıb ona vermişdir. O, səhər saat 06 radələrində atı bazarda olan həmkəndlisi Şahid3 “QAZEL” markalı avtomobilinin yük yerində yaşadığı Beyləqan rayon, Bünyadlı kəndində yerləşən evinin həyətinə gətirmişdir. Məhkəmə iclasına gəlməmiş və iclasda ifadəsi elan edilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 24 sentyabr 2023-cü il tarixdə, saat 02 radələrində o, Füzuli rayonu ərazisində yerləşən mal-qara bazarına özünə məxsus olan “QAZEL” markalı 11 B 707 dövlət qeydiyyat nişanlı avtomobillə kənd sakinlərinin mal qarasını bazara aparmışdır. Həmin gün səhər saat 06 radələrində Şahid2 ona yaxınlaşaraq at aldığını Beyləqan rayon Bünyadlı kəndinə gedən zaman aldığı atı və onu yaşadığı kəndə aparmasını bildirmişdir. O, da həmin gün yaşadığı kəndə getməyə hazırlaşdığından Elgünə xəbər vermişdir. Şahid2 aldığı atı onun Qazel markalı avtomobilinin yük yerinə mindirmişdir. Onlar birlikdə Bünyadlı kəndinə getmişlər. O, Elgünü yaşadığı evə aparmış, atı da Elgünün həyətinə düşürmüşdür. Polis şöbəsinə onu izahat vermək üçün dəvət edən zaman Elgünün mal-qara bazarında aldığı və onun avtomobili ilə yaşadığı ünvana apardığı atın oğurluq olmasını bilmişdir. Məhkəmə iclasında iştirak edən Şahid1, təqsirləndirilən şəxsin oğlu olduğunu bildirib ifadə verməkdən imtina etdi. İş materiallarına əlavə edilmiş cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə qərardan görünür ki, cinayət işinin başlanmasına səbəb və əsas Beyləqan rayonu, Birinci Şahsevən kəndində yaşayan Zərərçəkmiş şəxs özünə məxsus Beyləqan rayonu, Birinci Şahsevən kəndində yerləşən torpaq sahəsindən 1500 manat dəyərində bir rəst atının naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanması barədə Beyləqan rayon polis şöbəsinə yazdığı 24 sentyabr 2023- cü il tarixli ərizə əsasında əvvəlcə Beyləqan rayon polis şöbəsinin Təhqiqat bölməsində, daha sonra İstintaq bölməsində toplanmış materiallar olmuşdur. İş materiallarına əlavə edilmiş “Hadisə yerinə baxış keçirilməsi haqqında” 24 sentyabr 2023-cü il tarixli protokola əsasən hadisə yeri Zərərçəkmiş şəxs məxsus torpaq sahəsidir. Həmin torpaq sahəsi Beyləqan rayonu, 1-ci Şahsevən kəndinin şərq hissəsində yerləşir. Həmin torpaq sahəsinin bir tərəfi Horadiz-Bəhrəmtəpə avtomobil yolundan cənuba doğru təxminən 1500 metr məsafədə yerləşir. Torpaq sahəsinin ətrafı açıqlıqdır və torpaq sahələri ilə əhatələnmişdir. İş materiallarına əlavə edilmiş “Baxış aparılması haqqında” 27 sentyabr 2023-cü il tarixli protkola əsasən baxış keçirilən ərazi Beyləqan rayonu, 1-ci Şahsevən kəndinin ərazisidir. Şahid2 bir rəst atı təqdim edərək həmin atı 24 sentyabr 2023-cü il tarixdə, saat 02 radələrində Təqsirləndirilən şəxs 270 manata aldığını, izahatı alınarkən həmin atın Təqsirləndirilən şəxs tərəfindən oğurlandığını öyrəndiyini, atı Zərərçəkmiş şəxs təhvil vermək üçün gətirdiyini bildirmişdir. Zərərçəkmiş şəxs həmin atı təqdim edərək atın ona məxsus olduğunu, atın rənginin sarı kürən olması, arxa iki ayağında və qabaq sol ayağında ağ rənglərin olması, cinsinin dişi olması və digər əlamətlərdən atını tanıdğını bildirmişdir. Beləliklə, məhkəmə iclasında Təqsirləndirilən şəxs etirafı ilə yanaşı, işin məhkəmə iclasında tədqiq edilib öz təsdiqini tapmış digər materialları ilə Təqsirləndirilən şəxs qəsdən tamah məqsədilə özgənin əmlakını gizli olaraq talamaqla oğurlaması kifayət qədər sübuta yetmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin hərəkətlərində Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsinin tərkibi vardır. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdırlar. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş 27 oktyabr 2023-cü il tarixli tələbnaməyə əsasən Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin edilərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 №-li qərarının 1-ci bəndinin 1 və 2-ci abzasında göstərilmişdir ki, «hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin ediməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər”. “Cinayət qanununun ədalət prinsipində n bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır.” Məhkəmə Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən yetkinlik yaşına çatmayan olmasını CM-nin 59.1.2, zərərçəkmiş şəxslə barışıq əldə etməsini CM-nin 59.1.12, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə aradan qaldırılmasını CM-nin 59.1.13, ilk dəfə cinayət törətməsini, əməlini səmimi etiraf etməsini CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin cəzasını yüngülləşdirən hallarını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan şəxs olmaqla cəmiyyətdən təcrid etmədən islah edilməsi mümkündür və ona Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudulaşdırılması növündə cəza təyin edilməsi qanuna və məqsədə müvafiqdir. Azərbaycan Respublikası CM-nin 85.4-1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması yetkinlik yaşına çatmayanlara iki aydan iki ilədək müddətə təyin edilir. Məhkəmə həmçinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Beyləqan rayon ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. İş üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən ekspertiza xərci 50 (əlli) manat pul təqsirlənirilən şəxs Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az MEM, VÖİN **********, X1, KOD 21005 VÖEN ********** Müxbir hesabı AZ41 NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 27 noyabr 2023-cü il tarixdə yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri, 28 dekabr 2023cü il tarixli məhkəmə hazırlıq iclasının qərarı ilə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, iş üzrə maddi sübut olan bir rəst at Zərərçəkmiş şəxs qaytarılmışdır. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384.1-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzanın əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Beyləqan rayon ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Beyləqan rayonu, İcra və Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə mindikdən sonra ləğv edilsin. İş üzrə maddi sübut olan bir rəst atın Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən ekspertiza xərci 50 (əlli) manat pul təqsirlənirilən şəxs Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az MEM, VÖİN **********, X1, KOD 21005 VÖEN ********** Müxbir hesabı AZ41 NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə göstərdiyi hüquqi yardıma görə isə 16 (on altı) saat üçün 96 (doxsan altı) manat Beyləqan rayon vəkil bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmün surəti həmin hissədə icrası üçün Azərbaycan Respublikası Vəkillər X3 və Tədris Mərkəzinə göndərilsin. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Beyləqan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Həmin müddət ərzində şikayət və protest verilməzsə hökm həmin müddət bitdiyi gündən sonrakı gün qanuni qüvvəsini alır. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №1(020)-10/2024
Beyləqan Rayon Məhkəməsi Hökm — İş №1(020)-10/2024
18.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver