Azərbaycan Respublikası adından HÖKM Beyləqan rayon İş № 1(020)-10/2025 20.02.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər- Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs13, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs10, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Beyləqan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1980-ci ildə Samux rayonu, Qarayeri kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Samux rayonu, Qarayeri kəndində pasport qeydiyyatında olmaqla həmin ünvanda yaşamış, Hacıqabul rayon məhkəməsinin 07 iyun 2024-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli 06 iyun 2024-cü il tarixdən hesablanmış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Şirvan şəhər sakini Zərərçəkmiş şəxs12 “Turbo.az” avtomobil elan saytında “VAZ 2110” markalı avtomobilin satılmasına dair yalan vəd verib inandırmaqla vahid niyyətlə əhatə olunan qəsdlə, 06 mart 2023cü il tarixdə müvafiq olaraq saat 17:23, 18:44 və 18:44 dəqiqədə Zərərçəkmiş şəxs12 tərəfindən Şirvan şəhəri, Heydər Əliyev prospekti 49A ünvanında, “Neptun Supermarkef' adlı ərzaq mağazasının daxilində yerləşən “PashaPay" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “MilliÖn” ödəmə terminalından 500500 və 100 manat məbləğində pulu özünə məxsus "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesab.az saytındakı ********** saylı mobil nömrə hesabına göndərilməsinə nail olaraq ələ keçirib, vədinə əməl etməyərək əldə olunmuş məbləği şəxsi ehtiyacına sərf edərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs12 ümumilikdə 1100 manat ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsəsilə “Turbo.az” elan saytında “Mercedes C 200” markalı avtomobili satması barədə saxta elan yerləşdirmiş, həmin elanla tanış olub müraciət etmiş Zərərçəkmiş şəxs5 həmin avtomobili satacağını yalandan vəd edib 02 avqust 2023-cü il tarixdə özünə məxsus 65290169 saylı “Leobank” plastik hesab kart nömrəsini Zərərçəkmiş şəxs5 vermiş, sonuncu tərəfindən həmin gün saat 21:45-də Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən Al marketdə olan Milliön ödəmə terminalı vasitəsilə 1000 manat və 03 avqust 2023-cü il tarixdə, saat 12:31-də Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən Al marketdə quraşdırılmış MilliÖN ödəmə terminalı vasitəsilə köçürmə yolu ilə 400 manat olmaqla ümumilikdə 1400 manat məbləğində pulun verdiyi kart hesabına köçürülməsinə nail olaraq ələ keçirib, vədinə əməl etməyərək əldə olunmuş məbləği şəxsi ehtiyacına sərf edərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 ümumilikdə 1400 manat ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə “Turbo.az” elan saytında “VAZ 2107” markalı avtomobili satması barədə saxta elan yerləşdirmiş, həmin elanla tanış olub müraciət etmiş Zərərçəkmiş şəxs7 həmin avtomobili satacağını yalandan vəd edib 29 avqust 2023-cü il tarixdə özünə məxsus 65290169 saylı “Leobank” plastik kart hesab nömrəsini Zərərçəkmiş şəxs7 vermiş, sonuncu tərəfindən həmin tarixdə saat 10:09-da Goranboy şəhəri, Heydər Əliyev prospektində yerləşən El adlı marketdə olan E-manat ödəmə terminalı vasitəsilə 200 manat, həmin gün saat 10:15-də Goranboy şəhərində yerləşən El adlı marketdə olan E-manat ödəmə terminalı vasitəsilə 500 manat və həmin gün saat 11:32-də Ağdaş şəhərində yerləşən Birinci adlı marketdə olan E-manat ödəmə terminalı vasitəsilə 100 manat olmaqla ümumilikdə cəmi 800 manat məbləğində pulun verdiyi kaıt hesabına köçürülməsinə nail olaraq ələ keçirib, vədinə əməl etməyərək əldə olunmuş məbləği şəxsi ehtiyacına sərf edərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs7 ümumilikdə 800 manat ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə 2023-cü ilin avqust ayında “Turbo.az” saytında “Mercedes Benz E 220” markalı, **-JF-*** dövlət qeydiyyat nişanlı avtomobili satması barədə saxta elan yerləşdirmiş, həmin elanla tanış olub müraciət etmiş Zərərçəkmiş şəxs1 həmin avtomobili satacağını yalandan vəd edib 29 avqust 2023-cü il tarixdə özünə məxsus **********66 və **********29 saylı hesab nömrələrini Zərərçəkmiş şəxs1 vermiş, sonuncu tərəfindən həmin gün saat 13:20-də Qazax şəhəri, Ə.Şıxlinski küçəsində yerləşən *'İK" marketdə olan “Milliön” ödəmə terminalı vasitəsi ilə 1000 manat, həmin gün saat 13:20-də Qazax şəhəri, Ə.Şıxlinski küçəsində yerləşən “İK” marketdə olan “Milliön” ödəmə terminalı vasitəsi ilə 500 manat, həmin gün saat 13:21-də Qazax şəhəri, Ə.Şıxlinski küçəsində yerləşən “İK” marketdə olan “Milliön” ödəmə terminalı vasitəsi ilə 100 manat pulun **********66 saylı hesab nömrəsinə və həmin gün Mingəçevir şəhəri, 20 Yanvar küçəsində yerləşən “Bazarstore” supermarketində olan ödəmə terminalı vasitəsi ilə 400 manat pulun **********29 saylı hesab nömrəsinə göndərilməsinə nail olmaqla ümumilikdə 2000 manat məbləğində pulun verdiyi kart hesabına köçürülməsinə nail olaraq ələ keçirib, vədinə əməl etməyərək əldə olunmuş məbləği şəxsi ehtiyacına sərf edərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ümumilikdə 2000 manat ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakım ələ keçirmək məqsədilə 07 sentyabr 2023-cü il tarixdə “Turbo.az" saytında **Vaz- 21099” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobili satması barədə saxta elan yerləşdirmiş, həmin elanla tanış oub müraciət etmiş Zərərçəkmiş şəxs3 həmin avtomobili satacağını yalandan vəd edib həmin tarixdə özünə məxsus 65290169 saylı “Leobank” plastik kart hesab nömrəsini və **********24 hesab nömrəsini Zərərçəkmiş şəxs3 vermiş, sonuncu tərəfindən həmin gün saat 16:13-də Cəlilabad şəhəri, Səttarxan Şıxlinski küçəsində yerləşən Dəniz marketdə olan E-manat ödəmə terminalı vasitəsilə **********24 hesab nömrəsinə 200 manat, 07 sentyabr 2023-cü il tarixdə saat 16:53-də Cəlilabad rayonu, Alar kəndində yerləşən Alar marketdə olan “Milliön” ödəmə terminalı vasitəsi ilə 200 manat, həmin gün saat 16:55-də Cəlilabad rayonu, Alar kəındində yerləşən “Alar’ marketdə olan “Milliön” ödəmə terminalı vasitəsi ilə 800 manat olmaqla ümumilikdə 1200 manat məbləğində pulun verdiyi kart hesabına köçürülməsinə nail olaraq ələ keçirib, vədinə əməl etməyərək əldə olunmuş məbləği şəxsi ehtiyacına sərf edərək zərər çəkmiş şəxs Tarvedi Əsgərova ümumilikdə 1200 manat ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə “Turbo.az” elan saytında “Mercedes C200” markalı avtomobili satması barədə saxta elan yerləşidirmiş, həmin elanla tanış olub müraciət etmiş Zərərçəkmiş şəxs6 həmin avtomobili satacağını yalandan vəd edib 22 sentyabr 2023- cü il tarixdə özünə məxsus 65290169 saylı “Leobank” plastik kart hesab nömrəsini Zərərçəkmiş şəxs6 vermiş, sonuncu tərəfindən həmin tarixdə saat 21:27-də ünvan 4 ünvanda yerləşən Şahin marketdə olan ödəmə terminalı vasitəsilə 100 manat, həmin gün saat 21:37 qeyd olunan marketdə olan ödəmə terminalı vasitəsilə 100 manat, həmin gün saat 22:14-də qeyd olunan marketdə olan ödəmə terminalı vasitəsilə 100 manat və həmin gün saat 22:28-də qeyd olunan matketdə olan ödəmə terminalı vasitəsilə 300 manat olmaqla ümumilikdə 600 manat məbləğində pulun verdiyi kart hesabına köçürülməsinə nail olaraq ələ keçirib, vədinə əməl etməyərək əldə olunmuş məbləği şəxsi ehtiyacına sərf edərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs6 ümumilikdə 600 manat ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə “Turbo.az” elan saytında “Vaz 21010” markalı avtomobili satması barədə saxta elan yerləşdirmiş, həmin elanla tanış olub müraciət etmiş Tərtər rayonu, Buruc kəndində yaşayan Zərərçəkmiş şəxs13 ona olan inamından və etibarından sui- istifadə edərək sonuncuya elana yerləşdirdiyi “Vaz 21010” markalı avtomobili təcili pula ehtiyacı olduğu üçün 4800 manata satacağını yalan vəd verib xx.xx.2023-cü il tarixdə, saat 16 radələrində sonuncunun Tərtər rayonu Buruc kəndi ərazisində “Birbank” tətbiq vasitəsi ilə ona məxsus "xxxx"a aid 4098 5844 6529 0169 seriyalı kart hesabına ilkin olaraq beh kimi göndərdiyi 3400 manat pul vəsaitini ələ keçirib, vədinə əməl etməyərək əldə olunmuş məbləği şəxsi ehtiyacına sərf edərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs13 ümumilikdə 3400 manat ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə “Turbo.az” elan saytında “VAZ 2107” markalı avtomobili satması barədə saxta elan yerləşdirmiş, həmin elanla tanış olub müraciət etmiş Zərərçəkmiş şəxs8 həmin avtomobili satacağını yalandan vəd edib 21 oktyabr 2023-cü il tarixdə özünə məxsus 65290169 saylı “Leobank” plastik kart hesab nömrəsini Zərərçəkmiş şəxs8 vermiş, sonuncu tərəfindən həmin tarixdə Naftalan şəhərində özünə məxsus «Bir Kart» kartı vasitəsi ilə 999 manat pulun onun adına olan plastik kart hesabına köçürülməsinə nail olaraq ələ keçirib, vədinə əməl etməyərək əldə olunmuş məbləği şəxsi ehtiyacına sərf edərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs8 ümumilikdə 999 manat ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə 2023-cü ilin oktyabr ayında “Turbo.az” saytında “VAZ 21099” markalı avtomobili satması barədə saxta elan yerləşdirmiş, 26 oktyabr 2023-cü il tarixdə həmin elanla tanış olub müraciət etmiş X1 yerləşdirilmiş avtomobil satışı elanı ilə əlaqədar əlaqə saxlamış, avtomobil almaq üçün Yevlax şəhəri, H.Əliyev prospekti 101-də yerləşən “Neptun” marketdən ödəmə terminalları vasitəsilə ünvan 5 ünvanında yaşayan atası Zərərçəkmiş şəxs2 məxsus puldan 26 oktyabr 2023-cü il tarixdə saat 10:21-də ona məxsus 65290169 saylı “Leobank” hesab nömrəsinə “MilliÖN” ödəmə sistemində 1000 manat, 26 oktyabr 2023-cü il tarixdə, saat 10:40-da Yevlax şəhərində yerləşən “Mpay” ödəmə sistemində ona məxsus **********29 hesab nömrəsinə 1000 manat və 26 oktyabr 2023-cü il tarixdə saat 10:41-də “Mpay” ödəmə sistemində ona məxsus **********12 hesab nömrəsinə 1000 manat olmaqla ümumilikdə 3000 manat məbləğində pulun köçürülməsinə nail olaraq ələ keçirib, vədinə əməl etməyərək əldə olunmuş məbləği şəxsi ehtiyacına sərf edərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ümumilikdə 3000 manat ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə “Turbo.az” elan saytında “VAZ 2104” markalı avtomobili satması barədə saxta elan yerləşdirmiş, həmin elanla tanış olub müraciət etmiş Zərərçəkmiş şəxs10 həmin avtomobili satacağım yalandan vəd edib 01 noyabr 2023-cü il tarixdə özünə məxsus 65290169 saylı «Leobank» plastik kart hesab nömrəsini Zərərçəkmiş şəxs10 vermiş, sonuncu tərəfindən həmin tarixdə saat 17:07-də Cəlilabad rayonu Göytəpə qəsəbəsində yerləşən «Ucuzluq» marketdə quraşdırılmış ödəmə terminalı vasitəsilə 200 manat, saat 17:07də həmin ödəmə terminalı vasitəsilə 600 manat olmaqla, ümumilikdə 800 manat məbləğində pulun verdiyi kart hesabına köçürülməsinə nail olaraq ələ keçirib, vədinə əməl etməyərək əldə olunmuş məbləği şəxsi ehtiyacına sərf edərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs10 ümumilikdə 800 manat ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə “Turbo.az” elan saytında “VAZ 21099” markalı avtomobili satması barədə saxta elan yerləşdirmiş, həmin elanla tanış olub müraciət etmiş Zərərçəkmiş şəxs4 həmin avtomobili satacağım yalandan vəd edib 16 noyabr 2023-cü il tarixdə özünə məxsus 65290169 saylı «Leobank» plastik kaıl hesab nömrəsini Zərərçəkmiş şəxs4 vermiş, sonuncu tərəfindən həmin tarixdə saat 15:02-də Bakı şəhəri, 7-ci mikrorayon ərazisində yerləşən «Araz» marketdə olan ödəmə terminalı vasitəsilə 1100 (min yüz) manat, həmin gün saat 16:55-də Hacıqabul rayonu Muğan qəsəbəsi ərazisində yerləşən «Muğan» marketdə quraşdırılmış ödəmə terminalı vasitəsilə 400manat olmaqla, ümumilikdə 1500 manat məbləğində pulun verdiyi kart hesabına köçürülməsinə nail olaraq ələ keçirib, vədinə əməl etməyərək əldə olunmuş məbləği şəxsi ehtiyacına sərf edərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 ümumilikdə 1500 manat ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə əvvələr tanımadığı Zərərçəkmiş şəxs11 “Turbo.az” elan saytında yerləşdirdiyi “Mersedes C220” markalı ** DC *** dövlət qeydiyyat nişanlı avtomobili onlayn yolla satacağı barədə yalan vəd verib əvvəlcədən planlaşdırdığı cinayətkar niyyətinə uyğun olaraq sonuncundan xx.xx.2024-cü il tarixdə öz adına olan "xxxx" ASC-yə məxsus 4098-5844-6529-0169 saylı bank kartı hesabına günün müxtəlif vaxtlarında - əvvəlcə saat 10:10-da 490 manat, sonra eyni tarixdə saat 10:11-də 200 manat, daha sonra həmin tarixdə saat 11:11-də 300 manat və sonra eyni tarixdə saat 14:24-də 400 manat, ümumilikdə isə 1.390 manat pulun onlayn yolla köçürülməsinə nail olmaqla ələ keçirib, vədinə əməl etməyərək əldə olunmuş məbləği şəxsi ehtiyacına sərf edərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs11 ümumilikdə 1500 manat ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə ‘Turbo.az” elan saytında “Vaz 21099” markalı avtomobili satması barədə saxta elan yerləşdirilmiş, həmin elanla tanış olub müraciət etmiş Zərərçəkmiş şəxs9 həmin avtomobili satacağını yalandan vəd edib 08 may 2024-cü il tarixdə özünə məxsus 65290169 saylı «Leobank» plastik kart hesab nömrəsini Zərərçəkmiş şəxs9 vermiş, sonuncu tərəfindən həmin tarixdə saat 14:29-da Biləsuvar rayonu, Əsgərabad kəndində özünə məxsus 4169 7388 7937 9604 nömrəli «Bir Bank» kart hesab vasitəsi ilə 100 manat, həmin gün saat 14:31 də Biləsuvar rayonu, Əsgərabad kəndində eyni kart hesabına özünə məxsus «Bir Bank» kart hesabı vasitəsi ilə 200 manat, həmin gün saat 15:00-da Biləsuvar rayonu, Əsgərabad kəndində həmin kart hesabına özünə məxsus «Bir Bank» kart hesabı vasitəsi ilə 100 manat, Beyləqan rayonu ərazisində Daşburun- Ağcabədi yolunun kəsişməsində yerləşən «Görüş» adlı marketdə «Mpay» ödəmə terminalı vasitəsi ilə 400 manat məbləğində pulun verdiyi kart hesabına köçürülməsinə nail olaraq ələ keçirib, vədinə əməl etməyərək əldə olunmuş məbləği şəxsi ehtiyacına sərf edərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs9 ümumilikdə 800 manat ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs- X7 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bildi və ifadəsində göstərdi ki, təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir. O müxtəlif işlərdə işləyərək az-az pul qazanmışdır. Təxminən 2023-cü ilin mart ayı ərəfələrində pulu olmadığı üçün qərara gəlmişdir ki, “Turbo.az” avtomobil satışı elanı saytında saxta avtomobil elanı paylaşaraq insanları həmin avtomobili satacağı ilə bağlı aldadıb pullarını ələ keçirsin. Həmin vaxt o iz itirmək üçün yaşadığı ərazidən tapdığı kimlərə məxsus olduğunu bilmədiyi müxtəlif mobil nömrələrdən istifadə elmək qərarına gəlmişdir. O həmin nömrələrin topasını tapmışdır və kimlərə məxsus olduğunu bilməmişdir. xx.xx.2023-cü il tarixdə “Turbo.az” avtomobil elan saytında qara rəngli, “VAZ 2110” markalı avtomobil elanından şəkilləri götürmüş və özü həmin avtomobilin şəkillərini yeni elan kimi yerləşdirmiş, dövlət qeydiyyat nişanını isə silmişdir. Həmin avtomobilin isə əslində kimə məxsus olmasını bilməmişdir. O həmin avtomobilin qiymətini 3800 manat qeyd etmişdir. Elanda özünə məxsus ***-***-**-** saylı mobil nömrə yazmışdır. Ona zəng edən şəxslərə hər dəfəsində ağlına gələn tanımadığı şəxslərin adını demişdir. Həmin vaxt Zərərçəkmiş şəxs12 avtomobillə bağlı ona zəng etmiş və o ona yalandan adının İlqar olduğunu və yalandan Yevlax şəhərində olduğunu demişdir. Bundan başqa ona zəng edən şəxsləri inandırmaqdan ötrü avtomobili almaq üçün başqa müştəri gələcəyini, maşın alveri ilə məşğul olmadığını və əgər avtomobili almaq istəyirsə beh göndərməklərini demişdir. Zərərçəkmiş şəxs12 ona zəng edib yuxarıda qeyd etdiyi avtomobili bəyəndiyini, almaq istədiyini demişdir. Zərərçəkmiş şəxs12 özünə qarşı inam yaratmışdır, belə ki, Cavidə onun bəyəndiyi avtomobili yalandan Bəıdə şəhərindən bir nəfər şəxsin gəlib alacağını demiş, həmçinin avtomobilin kiməsə satılmaması üçün ondan beh göndərməsini istəmişdir. Fikri Caviddən 1500 manata yaxın pul almaq olmuşdur. Əvvəl Caviddən 500 manat beh kimi pul istəmiş və Cavidə 500 manat pulu ona dediyi faktiki ona məxsus olan ***-***-**-** saylı mobil nömrəyə göndərməsini demişdir. xx.xx.2023-cü il tarixdə Cavid həmin mobil nömrəyə 500 manat pul göndərmişdir. O Cavidə yenidən zəng edərək artıq avtomobilin onun olduğunu və ona təcili pul lazım olduğundan əlavə 600 manat da göndərməyini demişdir. Cavid yenidən xx.xx.2023-cü il tarixdə ***-***-**-** saylı mobil nömrəyə 500 və 100 manat pul göndərmişdir. Ümumilikdə ondan 1100 manat pul alıb aldatmışdır. Həmin günün səhəri Cavid onunla mobil telefonda danışmış, Yevlax şəhərinə gələcəyini demişdir. Sonradan bilmişdir ki, Cavid artıq Yevlax şəhərinə çatacaq, ona görə həmin mobil nömrəni söndürmüş və Cavidi aldatmışdır. Bundan sonra o ondan aldığı pıılıı çıxarıb öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan başqa ona pul lazım olduğu üçün 2023-cü ilin avqust ayının əvvəlində “Turbo.az” elan saytında “Mercedes C200” markalı avtomobili əsl dəyərindən aşağı, yəni 5200 manata satmağı ilə bağlı elan paylaşmışdır. 02 avqust 2023-cü il tarixdə özünü Elman kimi təqdim edən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng edərək həmin avtomobili almaq istədiyini bildirmişdir. O iz itirmək üçün həmin şəxsə özünü Aydın kimi təqdim etmişdir. O həmin şəxsə avtomobilin Yevlax şəhərində olduğunu və təcili pula ehtiyacı olduğu üçün 1000 manat beh göndərəcəyi təqdirdə avtomobili Bakıya gətirəcəyini bildirmişdir. Elman da razılaşaraq ona beh atacağmı bildirmiş və həmin günü axşam vaxtlarında Elman adlı şəxs onun özünə məxsus olan və Elmana verdiyi 65290169 saylı «Leobank» kart hesab nömrəsinə 1000 manat pul göndərmişdir. 03 avqust 2023-cü il tarixdə günorta vaxatlarında o yenidən Elmanın ona zəng etdiyi mobil nömrəyə zəng edib Bakıya yola çıxdığını, lakin bəzi problemlərdən dolayı 400 manat pula ehtiyacı olduğunu demişdir. Həmin şəxs də razılaşaraq yenidən onun hesabına 400 manat pul göndərmişdir. Bundan sonra o bir neçə saata çatacağını deyib zəngi sonlandırmışdır. Daha sonra onunla əlaqə saxlaya bilməməsi üçün Elmanın mobil nömrəsini əngəlləmişdir. Əldə etdiyi 1400 manat pulu isə kart hesabından çıxarardaraq öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan başqa 28 avqust 2023-cü il tarixdə “Turbo.az” satış elanı saytında avtomobil elanı paylaşaraq insanları həmin avtomobili satacağı ilə bağlı aldadıb pullarını ələ keçirmək üçün “Turbo.az” elan saytında “Vaz-21099” markalı avtomobili əsl dəyərindən aşağı, yəni 3200 manata satması ilə bağlı saxta elan paylaşmışdır. Həmin gün özünü Goranboy rayonundan Məhəmmədəli kimi təqdim edən şəxs istifadəsində olan mobil nömrəsinə zəng edərək həmin avtomobili almaq istədiyini bildirmişdir. Həmin şəxs avtomobili almaq istədiyini dedikdə o 200 manat beh göndərməsini demişdir. O, pulu səhəri gün göndərə biləcəyini demiş və o ona özünə məxsus olan 65290169 saylı «Leobank» kart hesab nömrəsini demişdir. Səhəri gün Məhəmmədəli ona məxsus olan 4098- 5844-6529- 0169 nömrəli kart hesabına 200 manat pul göndərmişdir. Daha sonra o, onunla əlaqə saxlamış və o ona 500 manat da beh göndərməsini dedikdə razı olmuşdur. Məhəmmədəli ona məxsus 4098-5844- 6529-0169 nömrəli kart hesabına əlavə 500 manat da beh göndərmişdir. O ona Ağdaş rayon polis şöbəsinin yanma gəlməsini demişdir. Aradan bir xeyli keçmişdir ki, o, Ağdaş şəhər PŞ-nin yanında olduğunu dedikdə ona gözləməsini demişdir. Təxminən 5-6 dəqiqə sonra Məhəmmədəliyə zəng etmiş və ona əlavə 100 manat da göndərməsini söyləmişdir. O, yenə də 4098-5844-6529- 0169 nömrəli kart hesabına 100 manat pul göndərmişdir. O bank hesabından pulu götürəndən sonra telefonunu söndürmüşdür. Daha sonra o əldə etdiyi pulu şəxsi ehtiyaclarına sərf etmişdir. Bundan başqa Zərərçəkmiş şəxs1 şəxsən tanımamışdır. Onunla arasında hər hansı ədavət və ya qohumluq əlaqəsi yoxdur. O Turbo.az saytında «Mecrcedes Benz E 220» markalı, ** JF *** dövlət qeydiyyat nişanlı avtomobili satmaq barədə saxta elan yerləşdirmişdir. 2023-cü ilin avqust ayının sonlarında özünü Elzadə kimi təqdim edən şəxs istifadəsində olan mobil nömrəsinə zəng edərək həmin avtomobili almaq istədiyini bildirmişdir. O iz itirmək üçün həmin şəxsə özünü Rövşən Abdullayev kimi təqdim etmişdir. O həmin şəxsə avtomobil barədə məlumat verib 12700 manata satmaq istədiyini demişdir. Lakin Elzadə dediyi məbləğdə pulunun olmadığını bildirmişdir. Onlar 11500 manata razılaşmışlar. Bundan sonra Elzadə ondan haralı olmağını soruşmuş, o da Zaqatala rayonunda yaşadığını, ora getməyinin uzun çəkəcəyini, hal-hazırda günortaya qədər ona 1500 manat pul göndərməsi demişdir. Elzadə ondan şəxsiyyət vəsiqəsinin və avtomobilin qeydiyyat şəhadətnaməsinin şəkilini göndərməsini tələb edərək bundan sonra ona pul göndərəcəyini bildirmişdir. O ona adını Rövşən Abdullayev kimi təqdim etdiyi üçün ona dostu Azərin kartını və şəxsiyyət vəsiqəsinin surətini göndərəcəyini dedikdə razı olmuşdur. O da özünə məxsus olan şəxsiyyət vəsiqəsinin surətini göndərmişdir. Bundan sonra həmin şəxs ondan kart nömrəsi istəmiş, o da ona istifadə etdiyi **********66 saylı hesab nömrəsini göndərmişdir. Həmin şəxs onun istifadəsində olan **********66 saylı hesab nömrəsinə 1000 manat və 500 manat olmaqla cəmi 1500 manat pul göndərmişdir. O həmin pulu bankomatdan çıxartmışdır. Bundan sonra həmin şəxslə əlaqə saxlayarkən etibarnamə məsələsinin həll edilməsi üçün əlavə olaraq 100 manat da ödəməsini demiş və o, həmin hesab nömrəsinə 100 manat da pul göndərmişdir. Aradan bir az keçəndən sonra Elzadə ilə telefon əlaqəsi yaratmış və o, ondan harada olduğunu soruşmuşdur. O ona Zaqatala istqamətinə getdiyini demişdir. O Mingəçevir şəhərində olduğunu dedikdə o Elzadəyə 400 manat pul lazım olduğunu bildirmiş və ona istifadəsində olan **********29 saylı hesab nömrəsini verərək 400 manat da pul göndərməsini demişdir. Elzadə həmin hesab nömrəsinə 400 manat pul göndərmişdir. Bundan sonra o Elzadənin onu tapa bilməməsi üçün telefonunu söndürmüşdür. Daha sonra o onun ona göndərdiyi pulları öz şəxsi ehtiyacları üçün istifadə etmişdir. Bundan başqa ‘Turbo.az” satış elanı saytında avtomobil elanı paylaşaraq insanları həmin avtomobili satacağı ilə bağlı aldadıb pullarını ələ keçirmək üçün 07 sentyabr 2023-cü ıl tarixdə ‘Turbo.az” elan saytında “Vaz-21099” markalı avtomobili əsl dəyərindən aşağı, yəni 5000 manata satmağı ilə bağlı elan paylaşmışdır. Həmin günü özünü Tarverdi kimi təqdim edən şəxs istifadəsində olan mobil nömrəyə zəng edərək həmin avtomobili almaq istədiyini bildirmişdir. Həmin şəxs avtomobili almaq istədiyini dedikdə o 200 manat beh göndərməsini və avtomobilin Ağcəbədi şəhərində olmasını, gəlib pulunu verib apara biləcəyini demiş, Tarverdi razı olmuşdur. O Tarverdiyə istifadəsində olan **********24 hesab nömrəsini göndərmişdir. Tarverdi həmin gün qeyd etdiyi hesab nömrəsinə 200 manat pul göndərmişdir. Aradan təxminən yarım saat keçəndən sonra Tarverdi ilə əlaqə saxlayaraq xəstəsi olduğunu və təcili 1000 manat pula ehtiyacı olduğunu deyib onu inandırmışdır. Tarverdi ona göndərdiyi öz adma olan 65290169 saylı «Leobank» kart hesab nömrəsinə 200 manat və 800 manat pul göndərmişdir. O da həmin 1000 pulu bankomatdan çəkəndən sonra telefonumu söndürmüş və həmin pulları öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan başqa 22 sentyabr 2023-cü il tarixdə 'Turbo.az" elan saytında «Mercedes Benz C 220» markalı avtomobili əsl dəyərindən aşağı, yəni 10200 manata satmağı ilə bağlı elan paylaşmışdır. Həmin gün özünü Məlik kimi təqdim edən şəxs elana yerləşdirdiyi nömrələrdən birinə zəng edərək onunla əlaqə saxlayaraq avtomobili almaq istədiyini bildirmiş və 9800 manata razılaşmışlar. O ona öz adını təqdim etmişdir. Məliklə danışığı zamanı o ondan 300 manat beh istəmişdir. O, da onun adına olan 4098-5844-6529-0169 nömrəli “Leobank”-a məxsus bank kartına 3 dəfə 100 manat olmaqla cəmi 300 manat pul göndərmişdir. Sonra o ona zəng edərək əlavə 300 manat da beh pul istəmişdir. O. həmin pulu da ona göndərmişdir. Azər ona Goranboy rayonunda olduğunu demişdir. O ona avtomobili onun adma sənədləşməsinə köməklik edəcəyini demişdir. Bundan sonra 600 manat pulu kart hesabından çıxardaraq öz ehtiyacları üçün xərcləmiş və onunla danışdığı telefonunu söndürmüşdür. Bundan başqa, Zərərçəkmiş şəxs13 əvvəllər tanımamışdır. Onunla heç bir düşmənçilik və ədavəti olmamışdır. xx.xx.2023-cü il tarixdə 'Turbo.az” saytında “Vaz 21010” markalı avtomobil elanı yerləşdirmişdir. Bundan sonra əvvəllər tanımadığı, sonradan adının Zərərçəkmiş şəxs13 olduğunu öyrəndiyi şəxs istifadəsində olan, həmçinin elanda yerləşdirdiyi ***-***-**-** saylı mobil nömrəyə zəng etmişdir. O Turala guya Yevlax şəhərində yaşadığını və xəstəsi olduğu üçün elanda yerləşdirilmiş avtomobili təcili olaraq 4800 manata satmaq istədiyini bildirmişdir. Tural isə ona elanda yerləşdirilmiş avtomobilə dair detalların onu qane etdiyini və ona görə də həmin avtomobili almaq istədiyini bildirmişdir. Bundan sonra o Turala guya Mingəçevir xəstəxanasında olduğunu bildirmiş və təcili olaraq ona avtomobilin pulundan 3400 manat pul göndərməsini xahiş etmişdir. Tural razılaşmış və həmin gün, yəni xx.xx.2023-cü il tarixdə, saatını dəqiq xatırlamadığı vaxtda “Birbank” tətbiqi vasitəsi ilə onun Turala göndərdiyi "xxxx"-a aid ona məxsus olan 4098-5844- 6529-0169 seriyalı kart hesabına 3400 manat pul göndərmişdir. Bundan sonra Tural onunla mobil telefon ilə əlaqə saxlamış və o Turala Mingəçevir şəhərində xəstəxanaya gəlməsini bildirmişdir. Daha sonra isə o mobil telefonunu bağlamışdır. O Zərərçəkmiş şəxs13 göndərmiş olduğu 3400 manat pulu öz şəxsi ehtiyaclarına sərf etmişdir. Bundan başqa 21 oktyabr 2023-cü il tarixdə “Turbo.az” elan saytında «Vaz-21074» markalı avtomobili əsl dəyərindən aşağı, yəni 3300 manata satmağı ilə bağlı elan paylaşmışdır. Həmin gün özünü Goranboy rayon sakini kimi təqdim edən və adını Coşqun kimi deyən şəxs elana yerləşdirdiyi nömrəyə zəng edərək onunla əlaqə saxlamış və avtomobili almaq istədiyini bildirmişdir. O iz itirmək üçün adının Samir olduğunu və Naftalan şəhərindən olduğunu demişdir. O, görüşməyi və avtomobilə baxmağı təklif etmiş, o da Gəncə şəhərində xəstə yanında olduğunu, əgər avtomobili almaq istəyirsə 1000manat beh göndərməsini istəmişdir. O, da onun adma olan və ona göndərdiyi 4098-5844-6529-0169 nömrəli “Leobank”-a məxsus bank kartına 1000 manat pul göndərmişdir. Daha sonra o ona Gəncə şəhərindən çıxdığını və gəlib avtomobili adma keçirməsini demiş və Coşqun razılaşmışdır. Bundan sonra o Coşqunun göndərdiyi 1000 manat pulu kart hesabından çıxardaraq öz ehtiyacları üçün xərcləmiş və istifadə etdiyi telefonu söndürmüşdür. Bundan əlavə 26 oktyabr 2023-cü il tarixdə “Turbo.az” elan saytında «Vaz-21099» markalı avtomobili əsl dəyərindən aşağı, yəni 3500 manata satmağı ilə bağlı elan paylaşmışdır. Həmin günü Mahir adlı şəxs onunla telefon əlaqəsi yaradaraq avtomobillə maraqlanmış, o da avtomobilin saz vəziyyətdə olmasını, ona görə də avtomobilin qiymətini 3500 manata satmaq istədiyini dedikdə razılaşmışlar. Mahir 3000 manat verəcəyini və 500 manatı isə maşın onların adlarına vəkalətlə keçəndən sonra ödəcəyini demişdir. O da razı olmuş və öz adma olan 4098-5844-6529-0169 nömrəli “Leobank”-a məxsus bank kartını və **********29 saylı və **********12 saylı hesab nömrələrini ona göndərib beh göndərməsini demişdir. Mahir də onunla razılaşmış və ona göndərdiyi 3 hesab kartının hərəsinə 1000 manat olmaqla ona cəmi 3000 manat pul göndərmişdir. O da həmin pulları hesablardan çıxardaraq öz ehtiyacları üçün xərcləmiş və istifadə etdiyi telefonumu söndürmüşdür. Bundan başqa Cəlilabad rayonu. Kazımabad kənd sakini Zərərçəkmiş şəxs10 Hüseyn oğlunun tanımır, lakin «Vaz- 2104» markalı avtomobili satmaq adı ilə ondan 01 noyabr 2023-cü il tarixdə 800 manat pulunu beh kimi aldadıb ələ keçirməyi yadındadır. Belə ki, o Turbo.az saytında «Vaz-2104» markalı avtomobili satmaq barədə saxta elan yerləşdirmişdir. 01 noyabr 2023-cü il tarixdə bir nəfər həmin vaxt istifadəsində olan və elana qeyd etdiyi 055-546-01 - 54 saylı telefon nömrəsi ilə əlaqə saxlamış və həmin avtomobili almaq istədiyini bildirmişdir. O iz itirmək üçün adını Azər kimi deməmiş, başqa addan istifadə etmişdir. O həmin şəxsə avtomobil barədə məlumat verib 3000 min manata satmaq istədiyini, avtomobilin hazırda İmişli rayonunda olduğunu demiş və Rüfət onunla razılaşmışdır. O ona İmişli rayonunda olduğunu, 200 manat beh göndərməsini demişdir. Rüfət də razı olub ona göndərdiyi özünə məxsus 65290169 saylı «Leobank» kart hesabına 200 manat pulu göndərib, onunla əlaqə saxlayaraq pulu göndərdiyini demişdir. Sonra o Rüfətə pula ehtiyacının olduğunu, əlavə 600 manat da göndərməsini dedikdə Rüfət etiraz etməyib yuxarıda qeyd etdiyi bank kart hesabına 600 manat da pul göndərmişdir. Sonra o. Rüfətə İmişli rayonuna gəlib avtomobilin qalan pulunu verib avtomobili aparmaq istədiyini demişdir. O da etiraz etməyib gəlməsini bildirmişdir. Sonra o telefonunu söndürmüş və həmin 800 (səkkiz yüz) manat pulu şəxsi xərcləri üçün istifadə etmişdir. O həmin pulu bankomatdan çıxardandan sonra telefonunu söndürmüşdümr ki, həmin şəxs onu tapa bilməsin. Bundan əlavə 16 noyabr 2023-cü il tarixdə avtomobil satacağı ilə bağlı aldadıb pullarını ələ keçirmək üçün "Turbo.az” elan saytında «Vaz-2109» markalı avtomobili əsl dəyərindən aşağı, yəni 2500 manata satmağı ilə bağlı elan paylaşmışdır. Həmin günü Şahin adlı şəxs onunla telefon əlaqəsi yaradaraq avtomobillə maraqlanmışdır. O ona avtomobilin saz vəziyyətdə olmasını və 2500 manata satmaq istədiyini dedikdə 1500 manata razılaşmışlar. Şahin onun adını soruşmuş və o adının Təqsirləndirilən şəxs olmasını demişdir. O Şahinə öz adma olan 4098-5844-6529-0169 nömrəli "Leobank"-a məxsus bank kartını göndərib beh verməsini demişdir. Şahin də ona 1100 manat pul göndərmişdir. O da həmin pulu kart hesabından çıxartmışdır. Aradan bir neçə saat keçəndən sonra yenidən onunla əlaqə saxlayıb qalan 400 manatı da istəmişdir. Şahin etiraz etməyib 400 manat pulu da ona göndərmişdir. O da həmin pulu bank hesabından çıxardıb öz ehtiyacları üçün xərcləmiş və istifadə etdiyi telefonun nömrəsini dəyişmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs11 əvvəllər tanımamışdır, onunla arasında heç bir ədavət və düşmənçilik yoxdur. 2023-cü ilin oktyabr ayında Təxminən 2024- cü ilin aprel ayında "Turbo.az” elan saytında yerləşdirdiyim elanda olan ***-***-**-** saylı mobil nömrəyə bir nəfər şəxs zəng eləyib Nurlan olduğunu, Sumqayıt şəhərində yaşadığını bildirmiş və elanda olan maşını almaq istədiyini demişdir. O da digər şəxsləri aldatdığı kimi Zərərçəkmiş şəxs11 də aldadıb onu maşın satmaq adı yalan vəd verib onun 1.390 manat pulunu etibardan istifadə etmə yolu ilə dələduzluq edərək ələ keçirmişdir. Lakin sonradan Gəncə şəhərinə getmiş və orda Hacıqabul polisi tərəfindən tutularaq barəsində Hacıqabul rayon məhkəməsinin qərarı ilə 02 ay həbs qətimkan tədbiri seçilmişdir. O Zərərçəkmiş şəxs11 etibarından sui İstifadə edərək xx.xx.2024-cü il tarixdə "Turbo.az" elan saytında yerləşdirdiyi "Mersedes C220" markalı avtomaşını ona satmaq adı ilə onu aldadıb həmin tarixdə sonunucu tərəfindən adma olan "xxxx" ASC-yə məxsus 4098-5844-6529-0169 saylı bank kartı hesabına günün müxtəlif vaxtlarında əvvəlcə saat 10:10-da 490 manat, sonra eyni tarixdə saat 10:11- də 200 manat, daha sonra həmin tarixdə saat 11:11-də 300 manat və sonra eyni tarixdə saat 14:24-də 400 manat, ümumilikdə isə 1.390 manat pulun onlayn yolla köçürülməsinə nail olmaqla Zərərçəkmiş şəxs11 1.390 manat məbləğində pulu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirmişdir. Aldatdığı şəxslərin heç birini tanımamışdır. Elanda yerləşdirdiyi və Zərərçəkmiş şəxs11 satmaq istədiyi maşın yoxdur, mənim real olaraq satmalı heç bir maşını olmamışdır. Yerləşdirdiyi elanların hamısı yalan olub və həqiqəti əks etdirməmişdir. Qanunsuz hərəkətlərinin hamısını əsasən Bakı şəhərində olarkən etmişdir. "xxxx" ASC-yə məxsus 4098-5844-6529-0169 saylı bank kartı öz adınadır, evdədir, pulları Bakı şəhərində müxtəlif yerlərdən çıxartmışdır. O son 10 ili Bakı şəhərində yaşayıb əsasən Səbail rayonunda yerləşən təmir-tikinti mallarının satışı mağazasında fəhlə və "Dünya Dönərdə" kuryer işləmişdir, daima pula ehtiyacı olub, belə bir əməli etməyinə səbəb isə maddi ehtiyaclarını qarşılamaq olmuşdur. Əldə etdiyi bütün pulları öz şəxsi ehtiyaclarına sərf etmişdir. O törətdiyi bütün cinayətləri tək etmişdir, ona heç kim köməklik etməmişdir. Onun ailə üzvlərindən heç kimin onun cinayət törətməyindən xəbəri olmayıb, çünki, o etdiyi əməlləri evdə etməmişdur. Bakı şəhərində müxtəlif yerlərdə olanda etmişdir. Bundan başqa Biləsuvar rayonu Əsgərabad kənd sakini X2 şəxsən tanımır, onu 08 may 2024-cü il tarixdə qiyabi tanımışdır. O «Vaz-21099» markalı avtomobili satmaq adı ilə ondan 08 may 2024-cü il tarixdə 800 manat pulunu beh kimi aldadıb ələ keçirməyi yadındadır. Belə ki, o Turbo.az saytında «Vaz- 21099» markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobili 3200 manata satmaq barədə saxta elan və elana əlavə olaraq ***-***-**-** nömrəli mobil telefon yerləşdirmişdir. xx.xx.2024-ci il tarixdə bir nəfər Biləsuvar rayonundan olan Rəfael adlı şəxs onun elana yerləşdirdiyi telefon nömrəsi ilə əlaqə saxlayaraq avtomobili almaq istədiyini söyləyib avtomobil barədə maraqlanmışdır. O da yalandan ona avtomobilin saz vəziyyətdə olduğunu və hal-hazırda Zərdab rayonunda olduğunu, almaq istədiyi təqdirdə 300 manat beh göndərməsini demişdir. Həmin şəxs də etiraz etməyib ona göndərdiyi öz adına olan Leobanka məxsus 4098-5844-6529-0169 nömrəli kart hesabına 100 manat və 200 manat olmaqla cəmi 300 manat pul göndərmişdir. Aradan təxminən yarım saat keçmişdir ki, o onunla telefon əlaqəsi yaradaraq göndərdiyi pulu aldığını, əlavə pula ehtiyacı olduğu üçün əlavə 100 manat pul göndərməsini demişdir. O, da etiraz etməyib 4098-5844-6529-0169 nömrəli kart hesabına 100 manat da pul göndərmişdir. Pulu göndərəndən sonra həmin şəxs onunla telefon əlaqəsi yaradıb Zərdab rayonuna gəlib pulun qalan hissəsini verib avtomobili alıb geri qayıtmaq istədiyini demişdir. O etiraz etməmişdir. Aradan bir az keçəndən sonra o həmin şəxslə telefon əlaqəsi saxlayaraq təcili ona 400 manat pul lazım olduğunu demişdir. Aradan bir az keçmişdir ki, Rəfael 4098-5844-6529-0169 Leobank hesab kartına 400 manat pul göndərmiş, və zəng edib pulu göndərdiyini və Zərdab rayonu istiqamətinə yola düşdüyünü dedikdə, o da ona Ağcəbədi rayonu ərazisində yerləşən «Asan Xidmət»-in qarşısına gəlməsini demişdir. Sonra o Rəfaelin ona göndərdiyi həmin pulları bankomatdan çıxardıb onu tapa bilməməsi üçün sonra telefonunu söndürmüşdür. Hər on üç epizod üzrə təqsirini boynuna alır. Hazırda hərəkətlərindən peşimandır. Zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəməkdən ötrü maddi imkanı yoxdur. Göstərilənləri nəzərə alıb məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. İş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, ünvan 5 ünvanında ailəsi ilə birlikdə birlikdə yaşayır və rəsmi olaraq heç bir yerdə işləmir. X18 özünə avtomobil almaq üçün tez-tez İnternetdə yerləşdirilmiş avtomobil satışı elanlarına baxmışdır. 26 oktyabr 2023-cü il tarixdə X18 "VAZ-21099" markalı maşın almaq üçün İnternetdə yerləşdirilmiş avtomobil satışı elanı ilə əlaqədar adını Mahir kimi təqdim edən şəxsə məxsus ***-***-**-** saylı mobil nömrə ilə əlaqə saxlamış və avtomobilin qiymətini 3500 (üç min beş yüz) manata razılaşmış və o da oğluna 3000 (üç min) manat vermiş, 500 (beş yüz) manatı isə maşın onların adına vəkalətlə keçəndən sonra ödəcəklərini bildirmişlər. X19 ödənişi kartla və Yevlax şəhərində yerləşən "Neptun" marketdən ödəmə terminalı vasitəsilə hissə-hissə ödəmişdir. İlk növbədə Yevlax şəhərində yerləşən "Neptun" marketdən ödəmə terminalı vasitəsilə 65290169 saylı "Leobank" hesab nömrəsinə 1000 (min) manat, ***-***-**-** saylı mobil nömrəsinə 1000 (min) manat və ***-***-**-** saylı mobil nömrəsinə 1000 (min) manat ödəməklə ümumilikdə 3000 (üç min) manat ödəniş etmişdir. Onu da qeyd edim ki, ödəniş edildikdən sonra terminal vasitəsilə bizə verilən çeklərdə 65290169 saylı "Leobank" hesab nömrəsi Təqsirləndirilən şəxs, ***-***-**-** saylı mobil nömrəsi Çingiz Abbasova, ***-***-**-** saylı mobil nömrəsi isə Mahir Qasımova məxsus olduğu qeyd edilmişdir. Lakin çeklərdə adları qeyd edilən şəxsləri tanımamışlar. Həmin mobil nömrələri ilə əlaqə saxlasalar da, nömrələrə zəng çatmamışdır. Nəticədə tanımadıqları şəxslər tərəfindən onlara 3000 (üç min) manat maddi ziyan vurulmuşdur. Bununla bağlı 26 oktyabr 2023-cü il tarixdə Yevlax rayon polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Ona məxsus 3000 (üç min) manat pulu ödəniş etdikdən sonra çeklərdə adları qeyd edilsə də, tanımadığı şəxslər götürmüşlər. Çeklərdə adı çəkilən və özünü mobil telefonda Mahir kimi təqdim edən şəxsləri tanımır.Təqsirləndirilən şəxs ona dəymiz ziyanı ödəməmişdir. Ziyanı tələb edir. Təqsirləndirilən şəxsə qanuni cəza verilməsini məhkəmədən xahiş etdi. İş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərdi ki, Goranboy rayonu Rəhimli kəndində qeydiyyatda yaşayır. O özünə avtomobil almaq üçün tez-tez «Turbo.az» saytına daxil olub orada satılan avtomobillərə baxmışdır. xx.xx.2023-ci il tarixdə axşam saatlarında «Turbo.az» saytına baxan zaman orada «Vaz 2109» markalı avtomobilin satılmasını görmüşdür. Avtomobili bəyənmiş və onu almaq qərarına gəlmişdir. Həmin vaxt o elanda, olan ***-***-**-** telefon nömrəsi ilə özünə məxsus ***- ***-**-** nömrə ilə əlaqə saxlamış və elanı yerləşdirmiş şəxslə avtomobil almaq barədə danışmışdır. Aralarındakı söhbət əsnasında elan yerləşdirmiş şəxs «Vaz 2109» markalı avtomobili 3200 ( üç min iki yüz) manata satmasını demişdir. O da ona avtomobili almaq istədiyini söyləmişdir Həmçinin, ona pulu hazırlayıb xx.xx.2023-cü il tarixdə avtomobili almaq üçün gələcəyini söyləmişdir. Həmin şəxs də, ona Ağdaş şəhərinə polis şöbəsinin yanma gəlməyini söyləmişdir. Eyni zamanda həmin şəxs ona 200 (iki yüz) manat avtomobilə görə beh yollamağını söyləmişdir. O da hazırda evdə olduğunu, səhəri gün 200 (iki yüz) manat beh göndərə biləcəyini bildirmişdir. xx.xx.2023-cü il tarixdə, saat 10:09-da o həmin şəxsə zəng etmiş və ona behi göndərə biləcəyini söyləmişdir. Həmin şəxs də ona 200 (iki yüz) manat behi 4098-5844-6529-0169 nömrəli kart hesabına göndərməyini demişdir. O da daha sonra Goranboy şəhərində yerləşən «El» marketdəki emanat ödəmə terminalından həmin şəxsin ona verdiyi Təqsirləndirilən şəxs məxsus 4098-5844-6529-0169 nömrəli Leobank kart hesabına 200 (iki yüz) manat göndərmişdir. Daha sonra o həmin şəxslə yenidən əlaqə saxlamışdır. Həmin şəxs ona əlavə 500 (beş yüz) manat beh göndərməyini dedikdə, etiraz etməmişdir. O həmin gün, saat 10:15-də terminaldan həmin şəxsə, yəni Təqsirləndirilən şəxs məxsus 4098-5844-6529-0169 nömrəli Leobank kart hesabına əlavə 500 (beş yüz) manat beh göndərmişdir. Daha sonra o Ağdaş şəhər polis şöbəsinin yanma gəlmiş və həmin şəxsə zəng edərək Ağdaş şəhərində onun söylədiyi ünvanda olduğunu bildirmişdir. Həmin şəxs də, ona bir az gözləməyini və ona zəng edəcəyini demişdir. Aradan təxminən 5-6 dəqiqə sonra həmin şəxs ona zəng etmiş və ona əlavə 100 (yüz) manat da, beh göndərməyini söyləmişdir. O Ağdaş şəhəri, M.İsayev küçəsində yerləşən «Birinci» marketdən həmin şəxsin ona göndərmiş olduğu 4098-5844-6529-0169 nömrəli Leobank kart hesabına 100 (yüz) manat pul göndərmişdir. Pulu göndərdikdən sonra həmin şəxsin istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə əlaqə saxlamışdır. Həmin şəxs satmaq istədiyi avtomobil hazırda Ağdaş rayon xəstəxanasının həyətində olduğunu oraya yaxınlaşmağını bildirmişdir. O bundan sonra xəstəxanya getmişdir. Həmin avtomobil xəstəxananın həyətində olmuşdur. Avtomobilin salonunda bir nəfər şəxs əyləşmişdir. Həmin şəxsə yaxınlaşıb avtomobillə maraqlananda avtomobildə əyləşən şəxs ona avtomobili təxminən iki ay bundan əvvəl satın aldığını deyib avtomobilin etibarnaməsini göstərmişdir. Bundan sonra o aldadıldığını başa düşüb Azərbaycan Respublikası DİN-nin 102 xidmət mərkəzinə müracət etmişdir. Təqsirləndirilən şəxs tanımamışdır, onunla hər hansı bir düşmənçiliyi və ədavəti yoxdur. Təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəməmişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Ona dəymiş ziyanın ödənilməsini tələb edir. İş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs13 ifadəsində göstərdi ki, Tərtər rayon Buruc kəndində yaşayır. Gəncə şəhər Dəmiryol deposunda insan resusrsları üzrə mütəxəsis vəzifəndə işləyir. xx.xx.2023-cü il tarixdə avtomobil almaq məqsədi ilə "Turbo.az" saytına girmiş və diqqətini Vaz 21010 markalı avtomobilin elanı cəlb etmişdir. O həmin elana baxan zaman elanda yerləşdirilmiş ***-***-**-** saylı mobil nömrəyə zəng etmişdir. O həmin mobil nömrəyə zəng etmişdir. Telefona cavab verən şəxs Yevlax şəhərində yaşadığını və xəstəsi olduğu üçün elanda yerləşdirilmiş avtomobili təcili olaraq 4800 manata satmaq istədiyini bildirmişdir. O isə həmin şəxsə elanda yerləşdirilmiş avtomobilə dair detalların onu qane etdiyini və ona görə də həmin avtomobili almaq istədiyini bildirmişdir. Bundan sonra həmin şəxs Mingəçevir xəstəxanasında olduğunu bildirmiş və təcili olaraq ona avtomobilin pulundan 3400 manat pul göndərməyini xahiş etmişdir. O isə razılaşmış və həmin gün yeni xx.xx.2023-cü il tarixdə təxminən saat 15 radələrində yaşadığı Tərtər rayon Buruc kəndində mobil telefonunda olan "Birbank" tətbiqi vasitəsi ilə özünə məxsus kart hesabından həmin şəxsin ona göndərdiyi "Leo Banka" aid Təqsirləndirilən şəxs məxsus olan 4098-5844-6529- 0169 seriyalı kart hesabına 3400 (üç min dörd yüz) manat pul göndərmişdir. Bundan sonra həmin şəxslə mobil telefon ilə əlaqə saxlamış və həmin şəxs ona Mingəçevir şəhərində xəstəxanaya gəlməyini bildirmişdir. O isə həmin gün Mingəçevir şəhərinə getmiş və həmin mobil nömrəyə zəng etmişdir. Ancaq həmin mobil nömrə bağlı olmuş və zəng çatmamışdır. Daha sonra o həmin nömrəyə bir neçə dəfə təkrar zəng etsə də əlaqə saxlaya bilməmişdir. O həmin şəxsi tanımır və həmin şəxs ona özünü Təqsirləndirilən şəxs kimi tanıtmışdır.Təqsirlədirilən şəxs ona dəymiş ziyanı ödədmədiyindən ondan şikayətçidir. Təqsirləndirilən şəxsə qanunda nəzərdə tutulmuş qaydada cəza verilməsini məhkəmədən xahiş etdi. İş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs10 ifadəsində göstərdi ki, Cəlilabad rayonu, Kazımabad kəndində yaşayır və yaşadığı kənddə əkin-biçin işləri ilə məşğul olur. 2023-cü ilin oktyabr ayında qərara gəlmişdir ki, özünə "VAZ-2104" markalı avtomobil alsın. Bundan sonra qeyd etdiyi markalı avtomobillərlə maraqlanmağa başlamışdır. 01 noyabr 2023-cü il tarixdə yaşadığı evdə olarkən "Turbo.az" avtomobil elan saytında "VAZ-2104" markalı avtomobillərə baxmışdır. Həmin vaxt o bir avtomobil görmüş və həmin avtomobilin qiyməti münasib olduğu üçün həmin avtomobilin elanında qeyd edilmiş ***-***-**-** saylı mobil nömrəyə zəng etmişdir. Həmin şəxs özünü avtomobilin sahibi kimi təqdim etmiş və avtomobili 3000 manata satdığını bildirmişdir. O həmin şəxsə bildirmişdir ki. ona məxsus olan "VAZ-2104" markalı avtomobili onun dediyi qiymətə almaq istəyir. Həmin şəxs hazırda İmişli rayonunda olduğunu bildirmiş və ondan onun hesabına 200 manat beh atmağını istəmişdir. O da həmin şəxslə razılaşmış və ona atdığı 65290169 saylı kart hesabına 200 manat pul göndərmişdir. Bundan sonra o həmin şəxsə zəng edərək ona atdığı bank hesabına 200 manat pul göndərdiyini bildirmişdir. Həmin şəxs ona pul lazım olduğunu demiş və ona 600 manat da göndərməyini istəmişdir. O həmin şəxsin ona göndərmiş olduğu həmin bank hesabına 600 manat göndərmişdir. Bundan sonra həmin şəxs ona zəng edərək İmişli rayonunda olduğunu bildirmiş və ona demişdir ki, avtomobili gəlib apara bilər. Bundan sonra həmin gün təxminən 17 radələrində atası X9 ilə birlikdə İmişli rayonuna yola düşmüşlər. Yolda olarkən bir neçə dəfə həmin şəxslə əlaqa saxlayaraq İmişli rayonuna gəldiyini ona bildirmişdir. Həmin şəxs də ona "Bəhrəmtəpə dairəsi" adlanan yerdə onu gözləməyini bildirmişdir. Təxminən saat 19:00 radələrində həmin şəxsin dediyi yerə çatmış və bundan sonra o həmin şəxsin mobil nömrəsinə zəng vurmuş, lakin həmin mobil nömrəyə zəng çatmamışdır. Daha sonra o bir neçə dəfə də həmin şəxsə zəng vurmuş, lakin yenə də həmin mobil nömrəyə zəng çatmamışdır. Bundan sonra o başa düşmüşdür ki, həmin şəxs onu aldadıb. O həmin şəxsin onu aldatdığını görüb DİN-nin 102 xidmətinə zəng vurmuş və bu barədə məlumat vermişdir. Sonra atası ilə birlikdə yaşadığı Kazımabad kəndinə qayıtmışlar. Bundan başqa o Göytəpə polis bölməsinə ərizə ilə müraciət edərək bu barədə məlumat vermişdir. Təqsirləndirilən şəxsdən ona dəymiş ziyanı tələb edir. Təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəmirsə ona ağır cəza verilməsini məhkəmədən xahiş etdi. İş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, 07 sentyabr 2023-cü il tarixdə DİN-nin 102 xidmətinə və Cəlilabad RPŞ-yə o ərizə ilə müraciət etmişdir. O avtomobil almaq istəmiş və buna görə 07 sentyabr 2023-cü il tarixdə səhər 11 radələrində yaşadığı evdə olan zaman özünə məxsus mobil telefon vasitəsi ilə "Turbo.az" saytına daxil olmuşdur. Saytda bir qədər avtomobillərə göz gəzdirdikdən sonra orada olan 5000 (beş min) manata olan VAZ 21099 markalı, **-BS-*** dövlət nömrə nişanlı avtomobil diqqətini çəkmiş və o həmin avtomobilin sahibinin nömrəsini götürüb özünə məxsus ***-***- **-** mobil telefon nömrəsi ilə ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng vurmuşdur. Həmin şəxs ona avtomobili Bakı şəhərindən də bir nəfər şəxsin istədiyini və avtomobili həqiqətən almaq istəyirsə ona beh göndərməyini demişdir. O da onunla razılaşmış və həmin şəxs ona "leobank"a məxsus hesab nömrəsi göndərmişdir. O da yaşadığı kəndin ərazisində yerləşən marketə gedib orada olan ödəmə aparatı ilə həmin hesaba 200(iki yüz) manat göndərmişdir. Həmin hesab nömrəsini yazdıqda orada X3 adına olduğunu görmüşdür. Daha sonra o həmkəndlisi Kamalla danışıb onu Ağcabədiyə aparmasını istəmiş və o da etiraz etməmişdir. O Ağcabədi rayonuna gedən zaman yolda olarkən həmin şəxs ona 051-776-27- 24.***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrlə zəng edib evində xəstə olduğunu və avtomobili təcili satdığı üçün ona pul lazım olduğunu bildirmiş və ondan göndərəcəyi hesaba 1000(min) manat da atmağını istəmişdir. O da həmin şəxslə razılaşıb Alar kəndi ərazisində olan zaman avtomobili saxlatdırmış və orada olan dükana daxil olmuşdur. Orada olan zaman həmin şəxs ona mobil telefonda hesab nömrəsini və bankın adını demişdir. O da ödəmə aparatından "leobanka" məxsus Təqsirləndirilən şəxs adına əvvələcə 200(iki yüz) daha sonra isə 800(səkkiz) yüz manat göndərmişdir. Daha sonra yenidən yola davam etmişlər. Ağcabədi rayonuna çatan zaman o həmin nömrəyə zəng vurmuşdur ki, həmin şəxsin olduğu yeri öyrənsin. Lakin həmin nömrəəyə dəfələrlə zəng vursa da ona zəng çatmamışdır. Bundan sonra o aldadıldığını başa düşüb geri qayıtmış və bu barədə müraciət etmişdir. O X6 və Təqsirləndirilən şəxs tanımır. Təqsirləndirilən şəxs şəxsdən şikayətçidir, ona zəymiş ziyanın təqsirləndirilən şəxsdən alınıb verilməsinə köməklik göstərilməsini və təqsirləndirilən şəxsə qanuna müvafiq cəza verilməsini məhkəmədən xahiş etdi. İş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, Biləsuvar rayonu Əsgərabad kəndində qeydiyyatda yaşayır. O özünə məxsus olan «Vaz-21099» markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilini satdığı üçün yeni avtomobil almaq istəmişdir. Bu məqsədlə də tez-tez «Turbo.az» saytına daxil olub orada satılan avtomobillərə baxmışdır. xx.xx.2024-ci il tarixdə o həmin saytda «Vaz-21099» markalı 41- BA 514 dövlət qeydiyyat nişanlı avtomobilin 3200 (üç min iki yüz) manata satıldığını görmüşdür. Həmin avtomobili satan şəxsin istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonla əlaqə saxlamışdır. Lakin telefon sönük olduğu üçün danışa bilməmişdir. 08 may 2024-cü il tarixdə günorta 14 radələrində yaşadığı Biləsuvar rayonu Əsgərabad kəndində yerləşən evində olarkən istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonu ilə ***-***-**-** nömrəli mobil telefonla əlaqə saxlamışdır. Telefonu açan şəxslə salamlaşandan sonra avtomobili almaq barədə danışmışdır. Söhbət əsnasında o, adının Bəxtiyar olduğunu və «Vaz 21099» markalı avtomobili 3200 ( üç min iki yüz) manata satmasını bildirmişdir. O ona avtomobili almaq istədiyini söyləyib avtomobil barədə maraqlanmışdır. Bəxtiyar adlı şəxs avtomobilin saz vəziyyətdə olduğunu və hal-hazırda Zərdab rayonunda olduğunu, almaq istədiyi təqdirdə beh göndərməyini demişdir. O nə qədər beh göndərəcəyini soruşmuş, o, isə 300 (üç yüz) manat beh göndrməyini demişdir. O da etiraz etməyib həmin günü saat 14:29da onun ona göndərdiyi 4098-5844-6529-0169 nömrəli kart hesabına özünə məxsus 4169-7388-7937-9604 «Bir Bank» kart hesab vasitəsi ilə 100 (yüz) manat pulu, həmin günü saat 14:31-də 4098-5844-6529-0169 nömrəli kart hesabına özünə məxsus 4169-7388-7937-9604 «Bir Bank» kart hesab vasitəsi ilə 200 (iki yüz) manat pulu göndərmişdir. Aradan təxminən 20-25 dəqiqə keçmişdir ki, həmin şəxs onunla telefon əlaqəsi yaradaraq göndərdiyi pulu aldığını, arvadı əməliyyat olacağını, buna görə də əlavə 100 (yüz) manat pul göndərməyini demişdir. O da etiraz etməyib həmin günü yaşadığı evdə saat 15:00-da onun ona göndərdiyi 4098-5844-6529-0169 nömrəli kart hesabına özünə məxsus 4169-7388-7937-9604 «Bir Bank» kart hesab vasitəsi ilə 100 (yüz) manat pulu göndərmişdir. Pulu göndərəndən sonra onunla telefon əlaqəsi yaradıb Zərdab rayonun gələcəyini və pulun qalan 2400 (iki min dörd yüz) manatını verib avtomobili alıb geri qayıtmaq istədiyini demişdir. Özünü Bəxtiyar kimi təqdim edən şəxs də etiraz etməmişdir. O taksiyə əyləşib Zərdab rayonuna getmək məqsədi ilə yolda düşmüşdür. Həmin günü saat 15:45-də avtomobili satan Bəxtiyar kimi özünü təqdim edən şəxs onunla telefon əlaqəsi saxlayaraq arvadını həkim əməliyyat etmədiyini, pulu tamam ödəməyini və əlavə 400 (dörd yüz) manat pul ödəməyini demişdir. O da İmişli rayonunu keçdiyini və Beyləqan rayonuna çatdığını, bir yerdən pulu göndərəcəyini demişdir. Beyləqan rayonu ərazisində olan Daşburun-Ağcəbədi yolunun kəsişməsində yerləşən «Görüş» adlı marketin qarşısına gəlmiş, orada avtomobili saxlatdırıb marketə daxil olmuş və «MPAY» ödəmə terminalı vasitəsi ilə 400 (dörd yüz) manat pulu 4098-5844-6529-0169 Leobank hesab kartına göndərmiş və qəbzi götürən zaman kartın sahibinin Təqsirləndirilən şəxs olmasını bilmişdir. O həmin şəxslə telefon əlaqəsi yaradıb pulu göndərdiyini və Zərdab rayon istiqamətinə yola düşdüyünü demişdir. O, da onunla Ağcəbədi rayonu ərazisində yerləşən «Asan Xidmət»-in qarşısında görüşməyi demiş, o da razı olmuşdur. O taksi ilə Ağcəbədi rayonu ərazisində yerləşən «Asan Xidmət»-in qarşısına gəlmiş, orada istifadə etdiyi mobil telefon vasitəsi ilə həmin şəxslə əlaqə saxlamış, lakin onun telefonunun sönmüş olduğunu görmüşdür. O fikirləşmişdir ki, yəqin telefonunun erejisi bitdiyinə görə telefonu sönüb. O orada gözləyəndə tez-tez telefon əlaqəsi yaratmış, lakin telefonun sönmüş vəziyyətdə olduğunu görmüşdür. Təxminən orada bir saat gözləyəndən sonra onun gəlmədiyini görüb və aldandığımı bilib yaşıdığı evə qayıtmışdır. 11 iyun 2024-cü il tarixdə Beyləqan rayonuna gedib bu barədə ərizə ilə müraciət etmişdir. Təqsirləndirilən şəxs tanımır, onunla hər hansı bir düşmənçiliyi və ədavəti yoxdur. O avtomobil almaq məqsədi ilə «Turbo.az» saytına baxan zaman orada «Vaz-21099» markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilin satılmasını görmüşdür. Avtombili bəyənmiş və onu almaq qərarına gəlmiş və elanda olan ***-***-**-** telefon nömrəsi ilə əlaqə saxlamış, elanı yerləşdirmiş şəxslə avtomobil almaq barədə danışmış və Azər ondan beh istəmişdir. O da 4 dəfəyə Azərə 800 manat pul göndərmişdir. Sonuncu Azərə 400 manat pulu Beyləqan rayon ərazisindən göndərmişdir. Təqsirləndirilən şəxs şəxs ona dəymiş ziyanı ödəməmişdir. O, təqsirləndirilən şəxsdən şikayətçidir, ona dəymiş ziyanın təqsirləndirilən şəxsdən alınıb verilməsi və təqsirləndirilən şəxsə qanuna müvafiq cəza verilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs12 məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək səhhəti ilə əlaqədar olaraq məhkəmə iclasına gələ bilməyəcəyini, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, təqsirləndirilən şəxsdən şikayətçi olduğunu göstərmiş və ona dəymiş ziyanın təqsirləndirilən şəxsdən alınıb ona verilməsinə köməlkik edilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs12 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Şirvan şəhəri, Xəqani küçəsi ev 616-da yaşayır. xx.xx.2023-cü il tarixdə ‘Turbo.az” saytında avtomobil satılması ilə bağlı bir elan görmüşdür. Həmin elanda qara rəngli “VAZ 2110” markalı avtomobil göstərilmiş, avtomobil qeydiyyat nömrə nişanı isə göstərilməmişdir. Nömrə 10 ilə başlamış, qalan məlumatlar isə hazırda yadında qalmamışdır və qiyməti 3800 manat olmuşdur. Həmin avtomobilin qiyməti ona uyğun olduğundan elanda göstərilən ***-***-**- ** saylı mobil nömrəyə zəng etmiş və özünü İlqar kimi təqdim edən şəxs avtomobilin Yevlax rayonunda olduğunu, hal-hazırda avtomobili almaq üçün müştəri gələcəyini və əgər o almaq istəyirsə beh göndərməyini demişdir. O da həmin avtomobili özünə almaq üçün, həmçinin avtomobilin kiməsə satılmaması üçün həmin şəxsə inanmışdır. Belə ki, həmin şəxs də onda özünə qarşı inam yaratmış, onunla razılaşmış və neçə manat beh göndərəcəyini soruşduqda mobil telefonda danışan, özünü ona İlqar kimi təqdim edən şəxs ondan 500 manat göndərməyini demişdir. O 500 manat pulu Şirvan şəhəri, H.Əliyev prospektində yerləşən “Neptun” marketdən “MilliÖn” ödəmə terminalı vasitəsi ilə həmin şəxsin ona verdiyi ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2024-cü il tarixdə saat 17:23:03-də göndərmişdir. Qəbzi isə özündə saxlamışdır. Daha sonra həmin şəxs ona yenidən zəng edərək artıq avtomobilin onun olduğunu və ona təcili pul lazım olduğundan əlavə 600 manat da göndərməyini demişdir. O, bundan çox sevinmiş, həmçinin ona inanmış, yenidən Şirvan şəhəri, H.Əliyev prospektində yerləşən “Neptun” marketin daxilində olan “MilliÖn” ödəmə terminalı vasitəsi ilə həmin şəxsin ona verdiyi ***-***-**-** saylı mobil nömrəyə həmin tarixdə saat 18:43:44-də 500 manat, həmin tarixdə saat 18:44:26- da 100 manat, ümumilikdə 600 manat pul göndərmişdir. Daha sonra avtomobili götürmək üçün həmin günün səhəri onunla danışıqları əsasında o avtomobili Yevlax şəhərindən götürəcəyini, onun ora çatarkən onunla danışıb görüş yerini dediyi üçün o Yevlax şəhərinə getmişdir. Yolda olarkən həmin mobil nömrə ilə bir neçə danışmış. Yevlax şəhərinə çatarkən isə həmin mobil nömrəyə zəng etdikdə mobil nömrəyə zəng çatmamış, bir neçə dəfə əlaqə saxlamaq istədikdə yenə də zəng çatmamışdır. Aldadıldığını başa düşmüş və bu barədə Azərbaycan Respublikası DİN-in “102" Xidməti-Zəng mərkəzi sisteminə zəng edib bu barədə məlumat vermişdir. Hadisə nəticəsində ona ümumilikdə 1100 manat maddi ziyan dəymişdir. İlqar adlı şəxsin şəxsiyyəti barədə heç bir məlumatı yoxdur, həmin şəxs ona hansı rayondan olduğunu deməmişdir. Onunla mobil telefonda danışan şəxsin təxminən 50-55 yaşı olmuş, ləhcəsi barədə heç bir məlumatı olmamışdır. Onunla danışarkən həmin avtomobilin özünə məxsus olduğunu, maşın alveri məşğul olmadığını, onu inandırmaqdan ötrü də həmin avtomobili Bərdə şəhərindən gəlib maşını alacağını demişdir. Zərərçəkmiş şəxs8 məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək məhkəmə iclasına gələ bilməyəcəyini və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, təqsirləndirilən şəxsdən şikayətçi olduğunu və ona dəymiş zərərin ödənilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs8 ibtida iatintaq zamanı vedrdiyi ifadəsində göstərmişdir ki, Goranboy rayonu Ağcakənd kəndində yaşayır. O özünə avtomobil almaq istədiyi üçün Turbo.az saytında olan avtomobil elanlarına baxan zaman xx.xx.2023-cü il tarixdə Turbo.az saytında olan Vaz 21074 markalı minik avtomobili diqqətini çəkmişdir. Həmin avtomobilin elanında qiyməti 3300 manat yazılmışdır. Həmin elanda ***-***-**-** saylı mobil nömrə əlaqə nömrəsi kimi qoyulmuşdur. O həmin mobil nörmə ilə əlaqə saxlamış və ona satdığı avtomobil ilə maraqlandığını bildirmişdir. Həmin şəxs özünü Samir kimi təqdim edib Naftalan şəhərində yaşadığını dedikdə, o onunla görüşüb avtomobilə baxmaq istədiyini bildirmişdir. Həmin şəxs hal-hazırda Gəncə şəhərində həkimdə olduğunu, həmin avtomobili istəyənlərin çox olduğunu demişdir. O da həmin şəxsə avtomobili ona satmasını bildirdikdə, o, ondan 1000 manat beh istəmişdir. O etiraz etməyib razılaşmışdır. Daha sonra o özünə məxsus kartından birbank vasitəsilə həmin şəxsin ona telefonda dediyi «Unibank»a məxsus olan **********2901668 saylı hesab nömrəsinə 999 manat pul göndərmişdir. O pulu ona göndərdiyini demişdir. Daha sonra həmin şəxs Gəncə şəhərindən çıxdığını bildirərək gələndən sonra ona xəbər edəcəyini və avtomobili sənədləşmək üçün gedəcəyini demiş, o da razılaşmışdır. O bir neçə dəqiqə sonra həmin şəxsin ***-***-**-** saylı mobil nömrəsinə zəng etmiş, lakin həmin şəxsə zəng çatmamışdır. O dəfələrlə ona zəng etsə də telefon sönülü olmasını görmüşdür. Bundan sonra o aldandığını və 999 (doqquz yüz doxsan doqquz) manat pulunun dələduzluq yolu ilə ələ keçirilməsini bilmişdir. O onunla telefon əlaqəsi yaradandan sonra onun Samir olmasını bilmişdir, onu əvvəllərdən tanımamışdır. O özünə məxsus Birbank kartından pulu birbank vasitəsilə onlayn şəkildə həmin Samir adlı şəxsə göndərmişdir. Zərərçəkmiş şəxs11 oğlu məhkəməyə gəlməmiş, məhkəməyə ərizə göndərərək məhkəmə iclasına gələ bilməyəcəyini və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini göstərmişdir. Zərərçəkmiş şəxs11 oğlu ibtida iatintaq zamanı vedrdiyi ifadəsində göstərmişdir ki, Sumqayıt şəhəri, Sumqayıtçay qəsəbəsi, nömrəsiz fərdi yaşayış evində yaşayır. Sumqayıt Su Kanal İdarəsində mühəndis vəzifəsində işləyir. xx.xx.2024-cü il tarixdə internetdə «Turbo.az» səhifəsində Mahir adlı şəxsin 9400 manata satışa qoyduğu 2000-ci il buraxılışlı «Mercedes C220» markalı, **-DC-*** d/q/n-lı avtomaşını almaq üçün elanda olan 055 ***-**-** nömrəsi ilə əlaqə saxlamışdır. Özünü Mahir kimi təqdim edən şəxs İmişli rayonunda olduğunu və həmin avtomaşını borcu olduğu üçün dəyərindən aşağı qiymətə satdığını bildirmişdir. O telefon vasitəsi ilə həmin avtomaşını Mahirlə 8900 manata almağa razılaşmış, lakin bu zaman sonuncu ona avtomaşını başqa şəxslərin də almaq istədiyini deyib onlara satmamaq üçün ondan beh göndərməyini istəmişdir. O da onun sözlərinə inanmış və xx.xx.2024-cü il tarixdə saat 10:10-da Sumqayıt şəhəri, St.Sumqayıt ərazisində yerləşən «Al» marketdə quraşdırılmış «Milliön» ödəmə terimanlı vasitəsilə həmin şəxsin ona telefonla bildirdiyi Təqsirləndirilən şəxs adma olan «Unibank»ın 4098 5844 6529 0169 nömrəli «Leobank» kartının hesabına 490 AZN pul göndərmişdir. Həmin şəxs onun İmişli rayonuna gəlməyinə ehtiyyac olmadığını və özü Sumqayıt şəhərinə gələrək avtomaşını ona təqdim edəcəyini bildirmişdir. Həmçinin danışıq zamanı həmin şəxs banka ödəniş etməli olduğunu deyərək ondan əlavə ona 200 manat pul göndərməyini istəmişdir. O da həmin gün saat 10:11-də eyni qaydada həmin bank kartına 200 AZN pul göndərmişdir. Sonradan həmin şəxs yenidən ona zəng vuraraq əlavə pullar istəmiş və saat 11:11 -də eyni qaydada həmin bank kartına 300 AZN pul göndərmişdir. Daha sonra həmin şəxs ona zəng vuraraq Kürdəmir rayonunda olduğunu və avtomaşının ödənilməmiş cərimələrini ödəmək üçün ondan əlavə 400 manat pul istəmişdir. O da həmin gün saat 14:24-də Sumqayıt şəhəri, St.Sumqayıt ərazisində yerləşən «Araz» marketdə quraşdırılmış «Milliön» ödəmə terimanlı vasitəsilə həmin şəxsin ona verdiyi bank kartının hesabına 400 AZN pul göndərmişdir. Lakin bundan sonra həmin şəxslə nə qədər telefon əlaqəsi saxlamaq istəsə də sonuncu telefonu söndürmüş və o onunla əlaqə saxlaya bilməmişdir. Artıq başa düşmüşdür ki, həmin şəxs onu aldadıb ona qarşı dələduzluq edib. Buna görə də baş vermiş hadisə barədə DİN-in «102» Xidmətinə müraciət etmişdir. Hadisə zamanı ona ümumilikdə 1.390 manat dəyərində maddi ziyan dəymişdir. Pulları göndərən zaman tək olmuşdur. İş üzrə Zərərçəkmiş şəxs6 məhkəməyə ərizə göndərərək məhkəmə iclasına gələ bilməyəcəyini və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini göstərmişdir. Zərərçəkmiş şəxs6 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 22 sentyabr 2023-cü il tarixdə "turbo.az" internet elan saytında avtomobil elanlarına baxarkən elanlardan birində yerləşdirilən "Mercedes C200" markalı avtomobili almaq üçün həmin elandakı ***-***-**-** mobil nömrəsi ilə əlaqə saxlamışdır. Həmin şəxs avtomobili 10200 manata satmağı elana qoysa da bazarlıq edib 9800 manata almağa razılaşmışlar. Həmin şəxs Təqsirləndirilən şəxs kimi özünü təqdim etmişdir, hətta onunla Whatsappla danışanda şəxsiyyət vəsiqəsinin şəklini də ona göndərmişdir. Ona görə də həmin şəxsə inanmışdır. Aralarında olan razılaşmaya əsasən o ona 300 manat beh göndərməli olmuşdur. O hissə-hissə olmaqla 22 sentyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs adına olan 4***-*******9-0169 nömrəli "Leobank" kart hesabına 300 manat pul göndərmişdir. 300 manat pul göndərəndən sonra Azər ona zəng edib 300 manat da beh göndərməyini istəmişdir. Azər ona demişdir ki, xəstəsi var ona görə də ona təcili pul lazımdır. Şəhəri gün də Goranboyda gəlib avtomobili alqı satqı edə bilər. O da Azərin istədiyi kimi adma olan 4098- 58446529- 0169 nömrəli "Leobank" kaıt hesabına 300 manat pulu da göndərmişdir. Bununla da Azərə ümumilikdə 600 manat pul göndərmiş olmuşdur. Pulu göndərəndən sonra düşünmüşdür ki, elə həmin gün çıxıb Goranboya gedib maşına baxsın. 23 sentyabr 2023-cü il tarixdə saat 02-03 radələrində Goranboya yola çıxmışdır. Saat təxminən 07 radələrində Goranboya çatanda Azərə zəng etmiş, lakin ona zəng çatmamışdır. 23 sentyabr 2023-cü il tarixdə bütün günü Azəri Goranboyda axtarsa da tapa bilməmişdir. Daha sonra öyrənmişdir ki, Azər əslən Samuxdandır. Onun qeydiyyatda olan Qarayeri kəndinə getmişdir. Ordan da ona demişlər ki, həmin kənddən uzun müddət olar ki, köçüb gedib. O artıq aldanıldığını başa düşüb Abşerona geri qayıtmışdır. Daha sonra isə bu barədə 102 yə zəng edib məlumat vermişdir. İş üzrə Zərərçəkmiş şəxs4 məhkəməyə ərizə göndərərək məhkəmə iclasına gələ bilməyəcəyini və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini göstərmişdir. Zərərçəkmiş şəxs4 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, ünvan 7 ünvanında ailəsi ilə birlikdə yaşayır və rəsmi olaraq heç bir yerdə işləmir. Özünə avtomobil almaq üçün tez-tez İnternetdə yerləşdirilmiş avtomobil satışı elanlarına baxmışdır. 16 noyabr 2023-cü il tarixdə Turbo.az saytı sosial şəbəkəsində "VAZ-2109" markalı maşını almaq üçün İnternetdə yerləşdirilmiş avtomobil satışı elanı ilə əlaqədar tanış olduğu, ***-***-**-** saylı mobil nömrənin sahibi adını bilmədiyi şəxs ilə əlaqə saxlamış və avtomobilin Kürdəmirdə olduğunu ona bildirmiş, avtomobilin qiymətini 1500 (bir min beş yüz) manata razılaşmışlar. Həmin şəxs pulu bacısı oğluna göndərəcəyini bildirmiş və 070-994-32- 70 saylı mobil nömrəsini vermişdir. O ***-***-**-** saylı mobil nömrə ilə əlaqə saxlamış və həmin şəxs özünün Təqsirləndirilən şəxs olduğunu bildirmiş, daha sonra 4098-5844-6529-0169 saylı Leobank kart hesabı göndərmişdir. O həmin günü yəni, 16 noyabr 2023-cü il tarixdə saat 15:02- də Bakı şəhəri 7-ci mikrorayonda yerləşən "Araz" supermarketdə ödəmə terminalı vasitəsilə Təqsirləndirilən şəxs ona göndərdiyi Təqsirləndirilən şəxs məxsus 4098-5844-6529-0169 saylı Leobank kart hesabına 1100 (bir min bir yüz) manat pul göndərmiş və avtomobili almaq üçün Kürdəmir rayonuna getmişdir. Daha sonra pulun qalan hissəsini ödəmək üçün Hacıqabul rayonu, Muğan marketdə ödəmə terminalı vasitəsilə həmin günü yəni, 16 noyabr 2023-cü ildə saat 16:55-də 400 (dörd yüz) manat pul göndərməklə, ümumilikdə 1500 (bir min beş yüz) manat pul göndərmişdir. O ***-***-**-** saylı mobil nömrənin sahibi adını bilmədiyi şəxs, özünü Təqsirləndirilən şəxs dayısı kimi təqdim edən şəxs və çekdə adı çıxan, ***-***-**-** saylı mobil nömrənin sahibi Təqsirləndirilən şəxs tanımır. Həmin mobil nömrələri ilə əlaqə saxlasa da, nömrələrə zəng çatmamışdır. Nəticədə tanımadığı şəxslər tərəfindən ona 1500 (bir min beş yüz) manat maddi ziyan vurulmuşdur. Bununla bağlı 16 yanvar 2023-cü il tarixdə Yevlax rayon polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Ona məxsus 1500 (bir min beş yüz) manat pulu ödəniş etdikdən sonra çeklərdə adları qeyd edilsə də, tanımadığı şəxs götürmüşdür. O avtomobili Kürdəmir rayonundan almaq üçün ilk ödənişi 16 noyabr 2023-cü il tarixdə Bakı şəhərində ödəmə terminalı vasitəsilə 4098-5844-6529-0169 saylı Leobank kart hesabına 1100(bir min bir yüz) manat göndərmiş və son ödənişi isə həmin günü, 16 noyabr 2023-cü il tarixdə Hacıqabul rayonunda ödəmə terminalı vasitəsilə 400(dörd yüz) manat pul göndərmişdir. Çekdə adı çəkilən və özünü mobil telefonda Təqsirləndirilən şəxs dayısı kimi təqdim edən şəxsi tanımır. İş üzrə Zərərçəkmiş şəxs5 məhkəməyə ərizə göndərərək məhkəmə iclasına gələ bilməyəcəyini və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini göstərmişdir. Zərərçəkmiş şəxs5 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 02 avqust 2023-cü il tarixdə "turbo.az" internet saytında avtomobil elanlarına baxarkən elanlardan birində yerləşdirilən "Mercedes C200" markalı avtomobili almaq üçün həmin elandakı ***-***-**-** mobil nömrəsi ilə əlaqə saxlamışdır. Həmin şəxs avtomobili 5200 manata satmağa razılaşmış və beh kimi ondan 1000 manat pulu onun verdiyi hesaba göndərməyini istəmişdir. Özünü Aydın kimi təqdim edən həmin şəxs Yevlax şəhərində olduğunu və ertəsi gün Bakı şəhərinə gələcəyini demişdir. O da ona inanaraq 02 avqust 2023-cü il tarixdə saat 21:45-də Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən "AL" marketdəki ödəmə terminalı vasitəsilə onun dediyi, Təqsirləndirilən şəxs adına olan son 8 rəqəmi 65290169 olan "Leobank" kart hesabına 1000 manat pul göndərmişdir. Ertəsi gün yəni, 03 avqust 2023-cü il tarixdə həmin şəxs yenidən onunla əlaqə saxlayaraq Bakı şəhərinə yola çıxacağını, lakin bəzi problemləri olmasını deyərək əlavə 400 manat pul göndərməyini tələb etmişdir. O da ona inanıb 03 avqust 23-cü il tarixdə, saat 12:31-də Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən "AL" marketdəki ödəmə terminalı vasitəsilə onun daha əvvəl verdiyi hesaba əlavə olaraq 400 manat pul göndərmişdir. Həmçinin həmin şəxslə ***-***-**-** mobil nömrəsi ilə də əlaqə saxlamışdır. O, saat 18 radələrində Lökbatan qəsəbəsinə çatacağını dediyi üçün həmin şəxsə orada gözləmişdir. Lakin daha sonra onunla əlaqə saxlaya bilməmiş və aldadıldığını Başa düşdüyü üçün bu barədə 102 xidmətinə məlumat vermişdir. İş üzrə Zərərçəkmiş şəxs1 Rütəm oğlu məhkəməyə ərizə göndərərək məhkəmə iclasına gələ bilməyəcəyini və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini göstərmişdir. Zərərçəkmiş şəxs1 Rütəm oğlu ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə səhər saatlarında Turbo.az mobil tətbiqində yerləşdirilmiş avtomobillərə baxış keçirən zaman orada olan "Mercedes E 220" markalı **-JF-*** dövlət qeydiyyat nişanlı tomobil diqqətini cəlb etmişdir. Buna görə də, o avtomobilin sayta yerləşdirilmiş bütün şəkillərinə baxdımmış və həmin avtomobili bəyənmişdir. Daha sonra həmin avtomobil barədə maraqlanmaq üçün avtomobil sahibinin sayta yerləşdirdiyi mobil nömrəyə zəng vurmuşdumr. O həmin şəxslə telefonda danışan zaman o, adının Rövşən Abdullayev olduğunu, avtomobilində heç bir nasazlıq olmadığını bildirmişdir. O, əvvəlcə avtomobili 12700 manata satmaq istədiyini demişdir. Lakin, o ona onun dediyi məbləğdə pulu olmadığını bildirmişdir. Danışıb onunla 11500 manata razılaşmışlar. Bundan sonra özünü Rövşən Abdullayev kimi təqdim edən şəxs Zaqatala rayonunda yaşadığını, onların ora getməklərinin uzun çəkəcəyini, hal-hazırda günortaya qədər ona 1500 manat pul lazım olduğunu, buna görə də, ona 1500 manat pul göndərməli olmağını demişdir. O ondan şəxsiyyət vəsiqəsinin və avtomobilin qeydiyyat şəhadətnaməsinin şəkilini göndərməsini tələb edərək bundan sonra ona pul göndərəcəyini bildirmişdir. Həmin şəxs şəxsiyyət vəsiqəsinin və avtomobilin qeydiyyat şəhadətnaməsinin şəkilini vatsap mobil tətbiqi vasitəsilə ona göndərmişdir. Bundan sonra ona pul göndərməyə razı olmuşdur. O ona pulu necə göndərəcəyini soruşduqda, həmin şəxs ona Million aparatının qarşısına getməyini, orada ona nömrə deyəcəyini, pulu həmin nömrəyə vurmağını bildirmişdir. O Qazax şəhəri, "Çinar dibi" adlanan ərazidə yerləşən "İK" marketə getmişdir. O marketin daxilində olan Million aparatının qarşısına çatdıqda həmin şəxsə zəng vurmuşdur. O, ona ***-***-**-** telefon nömrəsi demiş və həmin nömrəni aparata yazmağını göstəriş vermişdir. O hamin nömrəni aparata daxil edib təsdiq düyməsini basdıqda ekranda həmin ona göndərdiyi şəxsiyyət vəsiqəsində qeyd olunmuş ad, soyad və ata adı, həmçinin şəxsiyyət vəsiqəsində olan fotoşəkil görünmüşdür. O həmin şəkilə baxdıqdan sonra 1500 manat pulu qeyd oluna nömrəyə göndərmişdir. Daha sonra həmin şəxs ona avtomobil pulu qeyd olunan məsələsini danışmadıqlarını demiş, etibarnamə məsələsini həll etməsini məsələhət bilmişdir. Həmin şəxs hazırda pulunun olmadığını, əlavə olaraq 100 manat da göndərməyini, onlar Zaqatalaya çatana qədər etibarnamə məsələsini həll etməsini və onların ora gedişi üçün hazırlıq görməsini bildirmişdir. O onunla razılaşmış və həmin şəxsin biraz əvvəl ona dediyi ***-***-**-** mobil nömrəsini aparata daxil etmiş və ona 100 manat əlavə pul göndərmişdir. Daha sonra onunla əlaqə saxladıqda o, pulun çatdığını bildirmişdir. Bundan sonra o qonşusu X10 ilə birlikdə Zaqatala rayonu istiqamətində yola düşmüşlər .Onlar Gəncə şəhəri ərazisində olan zaman həmin şəxs ona zəng vuraraq harada olduqlarını soruşmuşdur. O ona Gəncə şəhərində olduqlarını bildirmişdir. Bir müddət sonra onlar Mingəçevir şəhəri ərazisində olan zaman həmin şəxs ona yenə zəng vurmuşdur. O, ondan harada olduğunu soruşmuşdur. O ona Mingəçevir şəhərində olduğunu bildirmişdir. Həmin şəxs qardaşı Asifin ot aldığını, 400 manat pul lazım olduğunu bildirib Asifə 400 manat pul göndərməyini tələb etmişdir. O onunla razılaşmışdır. Bir az sonra Asif ona zəng vurmuşdur. Onlar onunla danışan zaman Asif hal-hazırda ot aldığını, təcili olaraq 400 manat pul lazım olduğunu bildirmişdir. Onlar Mingəçevir şəhərində yerləşən mağazalardan birində dayanıb mağazada olan «Milliön» aparatına yaxınlaşmışdır. Daha sonra isə özünü Asif kimi təqdim edən şəxsin ona dediyi ***- ***-**-** mobil nömrəsini Milliön aparatına daxil etmiş və 400 manat pul göndərmişdir. Bundan sonra onlar Zaqatala rayonu istiqamətində hərəkətlərini davam etdirmişlər. Onlar Zaqatala rayonuna çatdıqda o özünü Rövşən Abdullayev kimi təqdim edən şəxsə zəng vuraraq ona Zaqatala rayonuna çatdığını, harada görüşəcəklərini bildirmişdir. Həmin şəxs ona Zaqatala rayon Mərkəzi Xəstəxanasının qarşısında görüşməyi göstəriş vermişdir. Onlar həmin yerə çatdıqdan sonra özünü Rövşən və Asif kimi təqdim edən şəxslərin hər ikisinə zəng vurduqda onların telefonlarının söndürülmüş olduğunu müəyyən etmişlər. Onlar həmin yerdə təxminən yarım saat gözləsələr də, həmin şəxslərdən heç bir xəbər çıxmamışdır. Buna görə də o Zaqatala rayon polis şöbəsinə yaxınlaşaraq bu barədə məlumat vermişdir. Orada araşdıran zaman Zaqatala rayonunda elə adamların yaşamadıqları ona məlum olmuşdur. Bundan sonra onlar öz yaşadıqları evə geri qayıtmışlar. xx.xx.2023-cü il tarixdə isə o Qazax RPŞ-nə yaxınlaşaraq bu barədə ərizə ilə müraciət etmişdir. Sonradan ona bəlli olmuşdur ki, ona məxsus pulu nağdlaşdıran Samux rayon sakini Təqsirləndirilən şəxsdur. Beləliklə, məhkəmə iclasında Təqsirləndirilən şəxs etirafı ilə yanaşı zərərçəkmiş şəxslərin ifadələrini, habelə işin məhkəmə iclasında tədqiq edilib öz təsdiqini tapmış digər materialları ilə Təqsirləndirilən şəxs özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirməklə təkrar olaraq dələduzluq etməsi kifayət qədər sübuta yetmişdir. Məhkəmə hesab edir ki, onun hərəkətlərində Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsinin tərkibi vardır, ona görə də o, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58 və 59-cu maddəsinin tələblərini, o cümlədən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Təqsirləndirilən şəxs hərəkətlərində cəzasını yüngülləşdirən və ağrlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyini ilə bağlı məsələni müzakirə edib, hesab edir ki, onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəməməsini və zərərçəkmiş şəxslərin ondan şikayətçi olmasını nəzərə alıb ona Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddələri ilə cinayət əməlini törətməsinə görə, həmin maddənin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi qanuna və məqsədə müvafiqdir. İş mareriallarına əlavə sənədlərdən görünür ki, Hacıqabul rayon polis şöbəsinin istintaq bölməsinin baş müstəntiqinin 07 iyun 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə yeni məzmunda ittiham elan olunmuş, Hacıqabul Rayon Məhkəməsinin eyni tarixli qərarı ilə əvvəli 06 iyun 2024-cü il tarixdən hesablanmaqla barəsində 31 iyul 2024-cü il tarixədək həbs qətimkan tədbiri seçilmiş, Beyləqan rayon Məhkəməsinin 26 iyul 2024-cü il tarixli qərarı ilə həbsdə saxlama müddəti 31 iyul 2024-cü il tarixdən 22 sentyabr 2024-cü il tarixədək, iş üzrə istintaq müddəti 17 sentyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini, İİ dərəcəli dövlət ədliyyə müşaviri Elçin Məmmədov tərəfindən 02 ay müddətinə, yəni 22 sentyabr 2024-cü il tarixdən 22 noyabr 2024-cü il tarixədək, Beyləqan rayon Məhkəməsinin 21 sentyabr 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 22 sentyabr 2024-cü il tarixdən 22 noyabr 2024-cü il tarixədək, cinayət işi üzrə istintaq müddəti 07 noyabr 2024cü il tarixdə Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini, İİ dərəcəli dövlət ədliyyə müşaviri Elçin Məmmədov tərəfindən 01 ay müddətinə, yəni 22 noyabr 2024-cü il tarixdən 22 dekabr 2024-cü il tarixədək, Beyləqan rayon məhkəməsinin 19 noyabr 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 22 noyabr 2024-cü il tarixdən 22 dekabr 2024-cü il tarixədək uzadılmışdır. İşdə mülki iddia, maddi sübut və digər məhkəmə xərcləri yoxdur. Zərərçəkmiş şəxslərə onlarla dəymiş ziyanla bağlı məhkəmədə mülki qaydada iddia qaldırmaq hüquqları izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384.1ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəsissəsində çəksin. Cəza çəkməsinin əvvəli 06 iyun 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi hüquqi yardıma görə 20 (iyirmi) saat üçün 120 (yüz iyirmi) manat Beyləqan rayon vəkil bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına ödənilsin. Hökmün surəti həmin hissədə icrası üçün Azərbaycan Respublikası Vəkillər X8 və Tədris Mərkəzinə göndərilsin. İşdə mülki iddia, maddi sübut və digər məhkəmə xərcləri yoxdur. Zərərçəkmiş şəxslərlə dəymiş ziyanla bağlı məhkəmədə iddia qəldırmaq hüquqları izah edilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Beyləqan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Həmin müddət ərzində şikayət və protest verilməzsə hökm həmin müddət bitdiyi gündən sonrakı gün qanuni qüvvəsini alır. Hakim: Ramiz Nurullayev.
Məhkəmə qərarları › İş №1(020)-10/2025
Beyləqan Rayon Məhkəməsi Hökm — İş №1(020)-10/2025
20.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver