Məhkəmə qərarları › İş №1(020)-11/2025

Beyləqan Rayon Məhkəməsi Hökm — İş №1(020)-11/2025

15.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Beyləqan rayon İş № 1(020)-11/2025 15.01.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi ilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs- Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs və onun müdafiəçisi Beyləqan rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 2003-ci il tarixdə Füzuli rayonu, Dilağarda kəndində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, ofisiant işləyən, subay, Beyləqan rayon məhkəməsinin 03 avqust 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü və 185.1 -ci maddələri ilə CM-nin 66.2-ci maddəsinə əsasən qəti olaraq 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 02 il 04 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanmış, Beyləqan rayon məhkəməsinin 27 iyun 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, CM-nin 67.1 -ci maddəsinə əsasən Beyləqan rayon məhkəməsinin 03 avqust 2023-cü il tarixli hökmü ilə təyin edilmiş 02 il 04 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 il 02 ay 13 gün hissəsi sonuncu hökmlə təyin edilmiş 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına qismən birləşdirilməklə, qəti olaraq 02 il 09 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, hazırda cəza çəkən, Beyləqan şəhəri, M.Ə.Rəsulzadə küçəsində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 17 sentyabr 2024-cü il tarixdən 18 sentyabr 2024-cü il tarixə keçən gecə, istintaqa məlum olmayan vaxtda Beyləqan şəhəri, RTS qəsəbəsində olarkən həmin qəsəbədə yaşayan Zərərçəkmiş şəxs məxsus qapıları açıq vəziyyətdə küçədə saxlanmış “Vaz 21074” markalı, **-UZ-*** dövlət-qeydiyyat nişanlı avtomobilə əyləşərək avtomobilin açarının üzərində olmasından istifadə etməklə həmin açarla mühərriki işə salaraq avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirməklə (qaçırmaqla) sərxoş vəziyyətdə idarə edərək Dünyamalılar-Əhmədli-Daşburun avtomobil yolunun, Beyləqan rayonu, Dünyamalılar kəndi ərazisindən keçən hissəsində yolun sol kənarından keçən adsız su kanalına aşırıb zədələməklə avtomobilə 3173 manat maddi ziyan vurmuş, bununla da o, Zərərçəkmiş şəxs məxsus “Vaz 21074” markalı, **-UZ-*** dövlət-qeydiyyat nişanlı avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bildi və ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, Beyləqan şəhərində yerləşən kafelərdən birində ofisiant işləyir. 17 noyabr 2024-cü il tarixdə kafedə iki stəkan spirtli içki araq içmişdir. O, işini bitirdikdən sonra kafedən çıxıb Beyləqan şəhəri, RTS qəsəbəsində yerləşən “Spar” mareketə getmişdir. O, marketdən pivə alıb içməyə başlamışdır. O, pivəni içib qurtardıqdan sonra 18 sentyabr 2024-cü il tarixdə, saat 00 radələrincə Beyləqan şəhəri, RTS qəsəbəsində piyada gəzən zaman ağ rəngli, “Vaz 21074” markalı **-UZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin küçədə dayandığını görmüşdür. Avtomobil sürməyi xoşladığı üçün avtomobili götürüb sürmək qərarına gəlmişdir. Avtomobilin qapısını açdıqda qapının açıq olduğunu görmüşdür. O, sürücü tərəfdən sükan arxasına əyləşmiş və bu zaman açarın avtomobilin üzərində olduğunu görmüş və avtomobilin mühərrəkini işə salıb hərəkətə başlamışdır. O, Daşburun-Yuxarı Qarabağ kanalı avtomobil yoluna gəlib oradan Yuxarı Qarabağ kanalı istiqamətində hərəkət etmişdir. O, daha sonra Dünyamalılar kəndinin içərisinə gedib oradan Aşıqalılar kəndi istiqamətində hərəkət etmişdir. O, avtomobili sürətlə hərəkət etdirdiyi üçün idarəetməni itirmiş və avtomobil yolun sol kənarına olan su arxına aşmışdır. O, avtomobilin qapılarının sıxışdığını, lakin arxa alın şüşəsinin yerindən qopduğunu və oradan avtomobili tərk etməsinin mümkün olduğunu görmüş və oradan avtomobili tərk etmişdir. Lakin sərxoş olduğu üçün hərəkət edə bilməmiş və yerə uzanmışdır. Bir neçə saat sonra özünə gəldikdə onu Beyləqan rayon mərkəzi xəstəxanasına gətirdiklərini görmüşdür. Orada ona ilk tibbi yardım göstərilmişdir. Daha sonra oradan çıxıb evə getmiş, bir neçə saatdan sonra polis şöbəsindən onu dəvət edib çağırmışlar. O, polis şöbəsinə gedib izahat vermiş və hadisəni olduğu kimi danışmışdır. O, avtomobili sadəcə sürmək üçün qaçırmış, talamaq niyyəti olmamışdır. Törətdiyi əməli etiraf edir. Əməlindən peşmandır. Bir daha cinayət törətməyəcəkdir. Zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməyə çalışacaqdır. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, etibarnamə əsasında ona məxsus “Vaz 21074 markalı, **-UZ-*** dövlət qeydiyyat nişanlı avtomobilini 17 sentyabr 2024-cü il tarixdə, saat 18 radələrində gətirib Beyləqan şəhəri, RTS qəsəbəsində yaşadığı evin qarşısında saxlamışdır. 18 sentyabr 2024-cü il tarixdə, saat 01 radələrində onun telefonuna mesaj gəlmişdir. Həmin mesajda onun avtomobil ilə sürət həddi aşıldığına görə 10 manat cərimə edilməsi göstərilmişdir. O, da öz-özünə avtomobili 17 sentyabr 2024-cü il tarixdə, saat 18 radələrindən etibarən qapının qarşısında saxladığını düşünmüşdür. Bundan sonra həyətə düşmüş və darvazadan çölə çıxıb avtomobilin saxladığı yerdə olmadığını görmüşdür. O, Beyləqan rayon polis şöbəsinə gəlmiş və avtomobilin qaçırılması barədə ərizə vermişdir. Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində avtomobilinin Beyləqan rayonu, Dünyamalılar kəndi ərazisində aşması ilə bağlı məlumat almışdır. Hadisə yerinə polis əməkdaşları ilə birlikdə getmiş və avtomobilin yol-nəqliyyat hadisəsi nəticəsində su kanalına aşmasını görmüşdür. Avtomobilini qaçıran Təqsirləndirilən şəxs isə avtomobilin yanına uzanmışdır. Tural sərxoş olduğu üçün təcili-tibbi yardım avtomobili onu Beyləqan rayon mərkəzi xəstəxanasına aparmışdır. Polis əməkdaşları hadisə yerinə baxış keçirdikdən sonra isə avtomobili Beyləqan rayon polis şöbəsinin duracağına yerləşdirmişlər. Təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəməmişdir. Odur ki, ona dəymiş ziyanın ödənilməsini xahiş edir. Lakin bildirir ki, Təqsirləndirilən şəxs gənc olduğuna görə ona ağır cəza verilməsini, yəni tutulmasını istəmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Beyləqan rayon polis şöbəsinin X5 bölməsinin Yol-Patrul xidməti inspektoru vəzifəsində xidmət edir. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs tanımır, onlarla aralarında hər hansı ədavət və ya düşmənçilik yoxdur. 18 sentyabr 2024-cü il tarixdə, saat 04 radələıində Beyləqan rayonu, Dünyamalılar kəndi ərazisində xidmətdə olan zaman Dünyamalılar-Əhmədli-Daşburun avtomobil yolunun Dünyamalılar kəndi ərazisindən keçən hissəsində “Vaz 21074” markalı, **-UZ-*** dövlət-qeydiyyat nişanlı avtomobilin yolun sol kənarından keçən su kanalına aşmasını aşkar etmişdir. Xidməti avtomobilini saxlayıb yerə düşmüş və bir nəfər şəxsin avtomobilin yanında sərxoş vəziyyətdə uzandığını görmüşdür. Həmin şəxsdən kim olduğunu soruşmuşdur. Həmin şəxs ona Təqsirləndirilən şəxs olduğunu demişdir. O, “Vaz 21074” markalı, **-UZ- *** dövlət-qeydiyyat nişanlı avtomobilin kimə məxsus olmasını elektron sistemdə yoxlamış və avtomobilin etibarnamə ilə Zərərçəkmiş şəxs məxsus olmasını müəyyən etmişdir. Yol nəqliyyat hadisəsinin baş verməsi barədə radiorabitə vasitəsilə Beyləqan rayon polis şöbəsinin növbətçi hissəsinə şifahi formada məlumat vermişdir. Bir qədər keçdikdən sonra İstintaq-əməliyyat qrupunun üzvləri və avtomobilin sahibi Zərərçəkmiş şəxs hadisə yerinə gəlmişdir. Müstəntiq yol-nəqliyyat hadisəsi yerinə baxış keçirdikdən sonra “Vaz 21074” markalı, **-UZ-*** dövlət-qeydiyyat nişanlı avtomobil Beyləqan rayon polis şöbəsinin duracağına yerləşdirilmişdir. Məhkəmə iclasında Şahid2 elan olunmuş, ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs tanımır, onlarla aralarında hər hansı ədavət və ya düşmənçilik yoxdur. O, Beyləqan rayon mərkəzi xəstəxanası publik hüquqlu şəxsin təcili tibbi yardım şöbəsinin acil bölməsinin növbətçi həkimi vəzifəsində xidmət edir. O, 17 sentyabr 2024-cü il tarixində, saat 21:00-dan 18 sentyabr 2024-cü il tarixdə saat 09:00-a dək müddət ərzində xəstəxanada acil bölməsində növbətçi həkim olmuşdur. Bu zaman səhər saatlarında təcili tibbi yardım avtomobili ilə 1 nəfər şəxsi üzəri islanmış vəziyyətdə xəstəxanaya gətirmişlər. Təcili tibbi yardım avtomobilində olan tibbi işçiləri gətirilən şəxsin Təqsirləndirilən şəxs olduğunu Turalın avtomobil qaçırdığını və qaçırdıqdan sonra Beyləqan rayonu Dünyamalılar kənd ərazisində avtomobili yolun kənarından keçən su kanalına aşırmasını bildirmişlər. Təqsirləndirilən şəxs xəstəxanaya sağ yuxarı çiyin qurşağının əziyi diaqnozu ilə daxil olmuşdur. O, Təqsirləndirilən şəxs ilkin tibbi yardım olaraq analgin və dimedrol iynələrini qarışdırıb ağrıkəsici vurmuşdur. Tural xəstəxanaya daxil olan zaman ondan kəskin spirt içki iyi gəlmiş onun fikrincə Tural hadisə zamanı sərxoş vəziyyətdə olmuşdur. Bundan sonra o Təqsirləndirilən şəxs xəstəxanaya daxil olması barədə Beyləqan rayon Polis şöbəsinə məlumat vermişdir. Xəstəxanaya daxil olan zaman Təqsirləndirilən şəxs sağlamlığında ciddi narahatlıqlar olmadığı üçün bir qədər keçdikdən sonra onu yenidən müayinə edib sağlamlığı ilə bağlı hər hansı şikayət olmadığına görə evinə yola salmış və Təqsirləndirilən şəxs bir qədər ev şəraitində dincəlməsini bildirmişdir. İş materiallarına əlavə edilmiş cinayət işinin başlanması və icraata götürülməsi barədə qərardan görünür ki, cinayət işinin başlanmasına səbəb və əsas Beyləqan şəhəri, RTS qəsəbəsi sakini Zərərçəkmiş şəxs 18 sentyabr 2024-cü il tarixdə ona məxsus “Vaz 21074” markalı, 10- UZ-567 dövlətqeydiyyat avtomobilin naməlum şəxs və ya şəxslər tərəfindən qaçırılması barədə Beyləqan rayon polis şöbəsinə 18 sentyabr 2024-cü il tarixdə yazdığı ərizə əsasında Beyləqan rayon Polis şöbəsinin İstintaq bölməsində toplanmış materiallar olmuşdur. İş materiallarına əlavə edilmiş “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 18 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, yol-nəqliyyat hadisəsi yeri Dünyamalılar-Əhmədli- Daşburun avtomobil yolunun Beyləqan rayonu, Dünyamalılar kəndi ərazisindən keçən hissəsidir. Yolnəqliyyat hadisəsinin baş verdiyi avtomobil yolu asfaltbeton örtüklüdür, üfüqi və quru vəziyyətdədir. Avtomobil yolu iki əksistiqamətli hərəkət zolağından ibarətdir, qarşı-qarşıya nəqliyyatın axını ayrılmır. Hər zolağın eni 3,5 metr olmaqla yolun hərəkət hissəsinin eni 7 metrdir. Yolun hər iki tərəfində 2,5 metr enində çınqıllı-döşəməli yol çiyni vardır. Yolun hərəkət hissəsi hərəkətin maksimal sürətinin 60 km/saat göstərən yol nişanının təsiri dairəsindədir. Yolun hərəkət hissəsi işıqlandırılmır. Şin izlərinə əsasən “Vaz 21074” markalı, **-UZ-*** dövlət-qeydiyyat nişanlı avtomobilin hadisədən əvvəl Əhmədli kəndi istiqamətində hərəkətdə olması və fırlanaraq yolun sol kənarından keçən su kanalına aşıb əks istiqamətdə dayanması müəyyən edilmişdir. Avtomobilin aşdığı yerdən yolun sol kənarına qədər 3 metr məsafə vardır. Baxış zamanı adının Təqsirləndirilən şəxs olduğunu bildirən şəxs avtomobilin yaxınlığında, paltarı islanmış vəziyyətdə yolun çiyninə uzanmışdır. Həmin şəxsdən spirtli içki qoxusu gəlmişdir. İş materiallarına əlavə edilmiş “Baxış keçirilməsi haqqında” 07 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, “Vaz 21074” markalı, **-UZ-*** dövlət-qeydiyyat nişanlı avtomobil ağ rənglidir. Avtomobilə baxış zamanı avtomobilin qabaq hissəsində yerləşən sol qanad, bamper, qabaq bufer, qabaq sağ qanad, arxa sağ qanad, sağ arxa və sağ qabaq qapılar, avtomobilin damı, arxa alın şüşəsi, avtomobilin sükanı, akkumulyator, radiator, təkər diskləri, yan dönmə işığı zədələnməsi müəyyən edilmişdir. Hadisədən sonra avtomobilin təkərləri yararsız hala düşmüşdür. Baxış zamanı avtomobilin üzərində və salonunda qeyd olunan zədələnmələrdən başqa avtomobildə hər hansı zədə aşkar edilməmişdir. Avtomobilin salonuna baxış zamanı digər hər hansı bir şübhəli əşya və ya iz müəyyən edilməmişdir. İş materiallarına əlavə edilmiş “Kompleks ambulator məhkəmə-psixatrik və məhkəmə-psixoloji” ekspertizasının 06 noyabr 2024-cü il tarixli, 3233 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilmiş əməli törədərkən xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs xasiyyətin isterik cizgiləri aşkar olunur. Təqsirləndirilən şəxs hadisə zamanı öz hərəkətlərini faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək iqtidarında olmuşdur. Cinayət əməlini törədərkən Təqsirləndirilən şəxs psixi-emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edən hər hansı mühüm dəyişiklik əmələ gəlməmişdir. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. Hazırkı müayinə zamanı Təqsirləndirilən şəxs emosional vəziyyətində neqativ hallara rast gəlinməmişdir. İş materiallarına əlavə edilmiş “Nəqliyyat vasitəsinə dəymiş ziyanın aradan qaldırılmasına tələb olunan xərclər üzrə qiymətləndirmə” aktından görünür ki, “Vaz 21074” markalı, **-UZ-*** dövlət-qeydiyyat nişanlı avtomobilə hadisə nəticəsində 3173 manat maddi ziyan dəymişdir. İş materiallarına əlavə edilmiş insan psixikasına təsir edən istehlak və sərxoşluq hallarının bütün növlərini təyin edən tibbi müayinə protokoluna əsasən Təqsirləndirilən şəxs hadisə zamanı orta dərəcəli sərxoş vəziyyətdə olmuşdur. Beləliklə, məhkəmə iclasında təqsirləndirilən şəxsin etirafı ilə yanaşı zərərçəkmiş şəxsin və şahidin ifadələri, habelə işin məhkəmə iclasında tədqiq edilib öz təsdiqini tapmış digər materialları ilə Təqsirləndirilən şəxs 17 sentyabr 2024-cü il tarixdən 18 sentyabr 2024-cü il tarixə keçən gecə, istintaqa məlum olmayan vaxtda Beyləqan şəhəri, RTS qəsəbəsində olarkən həmin qəsəbədə yaşayan Zərərçəkmiş şəxs məxsus qapıları açıq vəziyyətdə küçədə saxlanmış “Vaz 21074” markalı, **-UZ-*** dövlət-qeydiyyat nişanlı avtomobilə əyləşərək avtomobilin açarının üzərində olmasından istifadə etməklə həmin açarla mühərriki işə salaraq avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirməklə (qaçırmaqla) sərxoş vəziyyətdə idarə edərək Dünyamalılar-Əhmədli-Daşburun avtomobil yolunun, Beyləqan rayonu, Dünyamalılar kəndi ərazisindən keçən hissəsində yolun sol kənarından keçən adsız su kanalına aşırıb zədələməklə avtomobilə 3173 manat maddi ziyan vurması, bununla da Zərərçəkmiş şəxs məxsus “Vaz 21074” markalı, **-UZ-*** dövlət-qeydiyyat nişanlı avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirməsi kifayət qədər sübuta yetmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin hərəkətlərində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 185.1-ci maddəsinin tərkibi vardır. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. İş materiallarına əlavə edilmiş Beyləqan rayon İcra Hakimiyyəti başçısının Beyləqan şəhəri inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 01 dekabr 2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Füzuli rayonundan məcburi köçkün kimi Beyləqan şəhəri, M.Ə.Rəsulzadə küçəsində müvəqqəti məskunlaşaraq yaşayır. İş materiallarına əlavə edilmiş Beyləqan rayon İcra Hakimiyyəti başçısının Beyləqan şəhəri inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 01 dekabr 2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs cəmiyyət arasında müsbət xarakterizə olunmuşdur. Təqsirləndirilən şəxs 230 nömrəli HH-nin Nevrologiya Bölməsinin 5308 №-li Xəstəlik tarixinin Çıxarış epikrizindən görünür ki, Təqsirləndirilən şəxs hərbi xidmət dövründə Laçın rayonu ərazisində xx.xx.2022-ci il tarixdə düşmən tərəfindən atılan mərminin partlaması nəticəsində "partlayış travması, sol qulaq seyvanının sırğalığının kor qəlpə yaralanması. Vertobrogen lumbalgiya” diaqnozu ilə xəsarət almışdır. Məhkəmə Təqsirləndirilən şəxs hərbi xidmət dövründə Laçın rayonu ərazisində xx.xx.2022-ci il tarixdə düşmən tərəfindən atılan mərminin partlaması nəticəsində "partlayış travması, sol qulaq seyvanının sırğalığının kor qəlpə yaralanması. Vertobrogen lumbalgiya” diaqnozu ilə xəsarət almasını, əməlindən səmimi peşman olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs hərəkətlərində cəzasını ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin edilərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 №-li qərarının 1-ci bəndinin 1 və 2ci abzasında göstərilmişdir ki, «hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin ediməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər”. “Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır.” Həmin Qərarın 2-ci bəndində göstərilir ki, “məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi müzakirə etməlidirlər.” Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyini ilə bağlı məsələni müzakirə edib, hesab edir ki, onun əməlini səmimi etiraf etməsini, hərbi xidmət dövründə düşmən tərəfindən atılan mərminin partlaması nəticəsində "partlayış travması, sol qulaq seyvanının sırğalığının kor qəlpə yaralanması. Vertobrogen lumbalgiya” diaqnozu ilə xəsarət almasını və yuxarıda göstərilən cəzanı yüngülləşdirən hallar nəzərə alınmaqla ona təqsirləndiyi maddənin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlığın məhdudulaşdırılması növündə cəza təyin edilməsi qanuna və məqsədə müvafiqdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş 28 oktyabr 2024-cü il tarixli tələbnamədən və iş materiallarından görünür ki, Soltanov X2 rayon məhkəməsinin 03 avqust 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü və 185.1 -ci maddələri ilə təqsirli bilinib, ona CM-nin 66.2-ci maddəsinə əsasən qəti olaraq 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 02 il 04 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanmışdır. Beyləqan rayon məhkəməsinin 27 iyun 2024-cü il tarixli hökmü ilə o, Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, CM-nin 67.1-ci maddəsinə əsasən Beyləqan rayon məhkəməsinin 03 avqust 2023-cü il tarixli hökmü ilə təyin edilmiş 02 il 04 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 il 02 ay 13 gün hissəsi sonuncu hökmlə təyin edilmiş 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına qismən birləşdirilməklə, ona qəti olaraq 02 il 09 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Beyləqan rayon İcra və Probasiya Şöbəsinin 15 yanvar 2025-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Beyləqan Rayon Məhkəməsinin 27 iyun 2024-cü il tarixli hökmü ilə təyin edilmiş 02 il 09 ay müddətə azadllığın məhdudlaşdırılması cəzasının 15 yanvar 2025-ci il tarixə çəkilməmiş hissəsi 02 il 02 ay 11 gün təşkil edir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə görə hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Beyləqan rayon ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalıdır. İş üzrə maddi sübut Beyləqan rayon polis şöbəsinin duracağına yerləşdirilmiş zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus “Vaz 21074” markalı, **-UZ-*** dövlət- qeydiyyat avtomobil Zərərçəkmiş şəxs qaytarılmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən ekspertiza xərci 50 (əlli) manat pul təqsirlənirilən şəxs Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az MEM, VÖİN **********, X1, KOD 21005 VÖEN ********** Müxbir hesabı AZ41 NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilməlidir. Zərərçəkmiş şəxs dəymiş maddi ziyanla bağlı məhkəmədə mülki qaydada iddia qaldırmaq hüququ izah edilməlidir. İş üzrə mülki iddia və digər tələb yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358,384.1-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırlması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Beyləqan rayon məhkəməsinin 27 iyun 2024-cü il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 02 (iki) il 02 (iki) ay 11 (on bir) gün hissəsi hazırkı hökmlə təyin edilmiş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına qismən birləşdirilməklə, ona qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasının əvvəli bu gündən, yəni 15 yanvar 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Beyləqan rayonu ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Beyləqan rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə mindikdən sonra ləğv edilsin. İş üzrə maddi sübut Beyləqan rayon polis şöbəsinin duracağına yerləşdirilmiş, zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus “Vaz 21074” markalı, **-UZ-*** dövlət- qeydiyyat avtomobil ona qaytarılsın. Zərərçəkmiş şəxs dəymiş maddi ziyanla bağlı məhkəmədə mülki qaydada iddia qaldırmaq hüququ izah edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən ekspertiza xərci 50 (əlli) manat pul təqsirlənirilən şəxs Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az MEM, VÖİN **********, X1, KOD 21005 VÖEN ********** Müxbir hesabı AZ41 NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə göstərdiyi hüquqi yardıma görə 21(iyirmi bir) saat üçün 126 (yüz iyirmi altı) manat Beyləqan rayon vəkil bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına ödənilsin. Hökmün surəti həmin hissədə icrası üçün Azərbaycan Respublikası Vəkillər X3 və Tədris Mərkəzinə göndərilsin. İş üzrə mülki iddia və digər tələb yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Beyləqan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində şikayət və protest verilməzsə hökm həmin müddət bitdiyi gündən sonrakı gün qanuni qüvvəsini alır. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar