Məhkəmə qərarları › İş №1(020)-12/2024

Beyləqan Rayon Məhkəməsi Hökm — İş №1(020)-12/2024

25.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Beyləqan rayon İş № 1(020)-12/2024 25.01.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi- Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs və onun müdafiəçisi Beyləqan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxxxx 1954-cü il tarixdə Füzuli rayonu, Arış kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, təqaüdçü, əvvəllər məhkum olunmamış, Beyləqan rayonu, Birinci Şahsevən kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 30 sentyabr 2023-cü il tarixdə, saat 20:07-də B kateqoriyalı sürücülük vəsiqəsi əsasında, AD № 640085 nömrəli qeydiyyat şəhadətnaməsi ilə özünün mülkiyyətində olan, texniki cəhətdən saz vəziyyətdə “Chevrolet Niva 2123L" markalı, **-RL- *** dövlət qeydiyyat nişanlı avtomobillə Yuxarı Qarabağ kanalı-Daşburun avtomobil yolunun Beyləqan rayonu, Yeni Mil qəsəbəsi ərazisindən keçən 21-ci kilometrliyində Daşburun stansiyası istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda buna əməl etməyib göstərilən yol hərəkəti qaydalarını pozub hərəkət zamanı idarə etdiyi nəqliyyat vasitəsinin hərəkəti uçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmayaraq hərəkətdə olduğu Yuxarı Qarabağ kanalı-Daşburun avtomobil yolunu soldan sağa keçməkdə olan piyada X4 vurmuş, onun ehtiyatsızlığından İltimat Əliyev alın sümüyünün kəllə əsası sümüklərinə keçən xətti sınıqları, baş beyin toxumasının əzilməsi, beyin qişa və mədəciklərinə qansızma, sağda İV-V-Vİ-Vİİ- Vİİİ, solda isə V-Vİ-Vİl- Vİ11 qabırğaların ön qoltuq xətti üzrə fraqmentləri yerinidəyişmiş sınıqları, ağciyərin cırıİmaları, ikitərəfli hemotoraks (1000-1500 ml), sağ bud sümüyünün orta üçdə birinin qapalı, sağ baldır sümüklərinin aşağı üçdə birinin fraqmentləri yerinidəyişmiş açıq sınıqları, daxili üzvlərin venoz azqanlığı xarakterli həyat üçün təhlükəli olan sağlamlığa ağır xəsarətlər almış və X2 tağı, kəllə əsası və ətraf sklet sümüklərinin çoxsaylı sınıqları nəticəsində törənmiş baş beyin toxumasının əzilməsi, ağır travmatik şok xarakterli xəsarətlərdən hadisə yerində onun ehtiyatsızlığından ölmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs, ibtidai istintaqdan fərqli olaraq ona elan olunmuş ittiham üzrə özünü təqsirli bildi və ifadəsində göstərdi ki, onun qeydiyyat şəhadətnaməsi ilə özünə məxsus olan “Chevrolot Niva 2123L” markalı, **-RL-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. O, 30 sentyabr 2023-cü il tarixdə saat 17 radələrində həmkəndlisi Elçinlə birlikdə Yuxarı Qarabağ kanalının Beyləqan rayonu ərazisindən keçən hissəsində balıq tutmaq üçün getmiş, balıq tutmağı yekunlaşdırdıqdan sonra balıq qarmaqlarını avtomobilə yığıb evə qayıtmaq qərarına gəlmişlər. O, 30 sentyabr 2023-cü il tarixdə, saat 20 radələrində Yuxarı Qarabağ kanalı-Daşburun avtomobil yolu ilə Daşburun stansiyası istiqamətində hərəkətdə olarkən avtomobilin gecə görmə işığında təxminən 4-5 metr məsafədə bır piyada şəxsin yolu soldan sağa keçmək üçün hərəkət etdiyini görmüşdür. O, həmin vaxt avtromobili təxminən 60 km/saat sürətlə idarə etmişdir. O, tormozlama etmək istəsə də piyadanı vurmuşdur. Piyada avtomobilə çırpılmışdır. Avtomobil həmin şəxsi bir neçə metr irəliyə apardıqdan sonra həmin şəxs avtomobilin qarşısından sağ tərəfə düşmüşdür. O da bir neçə metrdən sonra avtomobili yolun sağ kənarına verib sonra geri dönmə əməliyyatı edərək avtomobili piyadanın düşdüyü yerlə eyni yerdə yolun əks tərəfində yolun çiynində saxlamışdır. Elçin və o, avtomobildən yerə düşmüş və piyadanın yanına qaçmışlar. Piyada asfaltın kənarına yıxılmış və ondan çoxlu qan axmışdır. Sonradan adını bildiyi İltimatın öldüyünü görmüşdür. Hadisəni görən şəxslər avtomobili saxlayıb yanlarına gəlmişdir. Onlar təcili-tibbi yardım avtomobilinə zəng edib çağırmışlar. Təcili-tibbi yardım avtomobili hadisə yerinə gəlib ölmüş piyadanın meyitini Beyləqan rayon Mərkəzi xəstəxanasına aparmışlar. O da hadisə yerində qalıb polis əməkdaşlarının gəlməsini gözləmişdir. Polis əməkdaşları hadisə yerinə gəldikdən sonra onun iştirakı ilə hadisə yerinə baxış keçirmişlər. Baxış keçirildikdən sonra onu polis şöbəsinə dəvət etmişlər. Polis əməkdaşları ona məxsus “Chevrolot Niva 2123L’ markalı, **-RL-*** dövlət qeydiyyat nişanlı avtomobili aparıb Beyləqan rayon Polis şöbəsinin duracağına yerləşdirmişlər. Hadisəni ehtiyatsızlıqdan törətmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmış, dəymiş ziyanı tam şəkildə ödəmişdir. 70 yaşı vardır, ürək xəstəsidir. Tez-tez ürək tutmaları olur. Zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını və hazırda 70 yaşı olmasını və xəstəliyini nəzərə alıb ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 30 sentyabr 2023-cü il tarixdə tanımadığı bir şəxs ona zəng edərək qardaşı X3 Yuxarı Qarabağ kanalı-Daşburun avtomobil yolunda qəzaya düşdüyünü, bir avtomobilin İltimatı vurduğunu və İltimatın hadisə yerində öldüyünü bildirmişdir. O, həmin vaxt İmişli rayonunda qonaqlıqda olmuş, xəbəri eşidən kimi yola çıxmış və Beyləqan rayonuna qayıtmışdır. O, Beyləqan rayonuna çatana kimi qohumlarla əlaqə saxlamış, onlar İltimatın Beyləqan rayonu, Mərkəxi xəstəxanasının həyətində yerləşən ekspertiza şöbəsində müayinə olduğunu və müayinə yekunlaşdırıldığı üçün təcili-tibbi yardım avtomobili ilə yaşadığı evə göndərildiyini bildirmişlər. O, buna görə də Beyləqan rayonu, Mərkəzi xəstəxanasına getməyərək birbaşa Yuxarı Aran kəndində getmiş, o, kəndə çatan zaman İltimatın meyitini də gətirmişlər. Onlar iltimatın meyitini səhəri gün, yəni 01 oktyabr 2023-cü il tarixdə Füzuli rayonu, Alxanlı kənd qəbiristanlığında dəfn etmişlər. Təqsirləndirilən şəxslə barışmış, təqsirləndirilən şəxs və yaxın qohumları mərhum qardaşının yas məclisində iştirak etmiş, dəfn xərclərini və yas məclisinin xərclərini qarşılamış, onlara dəymiş maddi ziyan tam ödənmişdir. Təqsirləndirilən şəxs tələb və şikayəti yoxdur. Təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş etdi. Zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxsdən tələb və şikayətinin olmadığını bildirmiş və ona yüngül cəza verilməsini xahiş etmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid1 məhkəmədə verdiyi ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun dostudur, onunla aralarında hər hansı ədavət və ya düşmənçilik yoxdur. 30 sentyabr 2023-cü il tarixdə, saat 17 radələrində həmkəndlisi Təqsirləndirilən şəxsla birlikdə Nəsimiyə məxsus “Chevrolot Niva 2123L” markalı, **-RL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Yuxarı Qarabağ kanalının Beyləqan rayonu ərazisindən keçən hissəsində balıq tutmaq üçün getmişlər. Onlar balıq tutmağı yekunlaşdırdıqdan sonra balıq qarmaqlarını avtomobilə yığıb evə getmək qərarına gəlmişlər. Həmin gün saat 20 radələrində Yuxarı Qarabağ kanalı-Daşburun avtomobil yolu ilə Daşburun stansiyası istiqamətində hərəkətdə olarkən avtomobilin gecə görmə işığında təxminən 4-5 metr məsafədə bir piyada şəxsin yolu soldan sağa keçmək üçün hərəkət etdiyini görmüşdür. Avtomobili Nəsimi idarə etmişdir. Nəsimi həmin vaxt avtromobili təxminən 60 km/saat sürətlə idarə etmişdir. Nəsimi tormozlama aparsa da piyada avtomobilə çırpılmış, avtomobil həmin şəxsi bir neçə metr irəliyə apardıqdan sonra həmin şəxs avtomobilin qarşısından sağ tərəfə düşmüşdür. Nəsimi də bir neçə metrdən sonra avtomobili yolun sağ kənarına verib sonra geri dönmə əməliyyatı edərək avtomobili piyadanın düşdüyü yerlə eyni yerdə yolun əks tərəfində yolun çiynində saxlamışdır. Nəsimi və o, avtomobildən yerə düşmüş və piyadanın yanına qaçmışlar. Piyada asfaltın kənarına yıxılmış və ondan çoxlu qan axmışdır. Onlar həmin şəxsin öldüyünü görmüşlər. Hadisəni görən şəxslər avtomobili saxlayıb onların yanına gəlmişlər. Onlar təcili-tibbi yardım avtomobilinə zəng edib çağırmışlar. Təcili-tibbi yardım avtomobili hadisə yerinə gəlib ölmüş piyada İltimat Əliyevin meyitini Beyləqan rayon Mərkəzi xəstəxanasına aparmışlar. Onlar da hadisə yerində qalıb polis əməkdaşlarının gəlməsini gözləmişlər. Polis əməkdaşları hadisə yerinə gəldikdən sonra onların iştirakı ilə hadisə yerinə baxış keçirmişlər. Baxış keçirildikdən sonra polis əməkdaşları Təqsirləndirilən şəxs polis şöbəsinə dəvət etmiş, Nəsimiyə məxsus ‘Chevrolot Niva 2123L” markalı, **-RL-*** dövlət qeydiyyat nişanlı avtomobili Beyləqan rayon Polis şöbəsinin duracağına yerləşdirmək üçün aparmışlar. İş üzrə şahid qismində dindirilmiş Şahid2 məhkəmədə verdiyi ifadəsində göstərdi ki, Beyləqan rayon Polis şöbəsinin X8 bölməsinin baş inspektoru vəzifəsində xidmət edir. 30 sentyabr 2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı aldığı xəsarətləri nəticəsində vəfat etmiş X4 və yol-nəqliyyat hadisəsi törətmiş Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onlarla düşmənçiliyi və ya ədavəti olmamışdır. 30 sentyabr 2023-cü il tarixdə saat 20 radələrində Beyləqan rayonu ərazisində xidmətdə olarkən Yuxarı Qarabağ kanalı- Daşburun avtomobobil yolunun Beyləqan rayonu, Yeni Mil qəsəbəsi ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi olması barədə polis şöbəsinin növbətçi hissəsindən məlumat almışdır. O, dərhal deyilən yerə gedib hadisə yerinin mühafizəni təşkil etmişdir. Hadisə yerində Beyləqan rayonu, 1-ci Şahsevən kənd sakini Təqsirləndirilən şəxs idarə etdiyi “Chevrolot Niva 2123L” markalı, **-RL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Yuxarı Qarabağ kanalı-Daşburun avtomobobil yolunun Beyləqan rayonu, Yeni Mil qəsəbəsi ərazisindən keçən hissəsində yolu soldan sağa keçməkdə olan piyada X4 vurması, hadisə nəticəsində iltimat Əliyev aldığı xəsarətlərdən hadisə yerində ölməsi ona məlum olmuşdur. O, hadisə yerinə çatan zaman meyit artıq Beyləqan rayon Mərkəzi xəstəxanasına aparılmışdır. Müstəntiq hadisə yerini müayinə etikdən sonra Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil Beyləqan rayon Polis şöbəsinin duracağına yerləşdirilmişdir. Bundan sonra o, rayon ərazisində xidmətini davam etdirməyə başlamışdır. İş materiallarına əlavə edilmiş “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 30 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, yol-nəqliyyat hadisəsi Yuxarı Qarabağ kanalı-Daşburun avtomobil yolunun Beyləqan rayonu, Yeni Mil qəsəbəsindən keçən 21-cı kilometrliyində baş vermişdir. Yol- nəqliyyat hadisəsi baş vermiş avtomobil yolu asfaltbeton yol olmaqla düz, quru vəziyyətdədir, hərəkətin maksimal sürətinin 60 km/saat olduğunu göstərən yol nişanının təsiri dairəsindədir. Yolun hərəkət hissələri əksistiqamətli yol olmaqla iki hərəkət zolğaından ibarətdir. Əks istiqamətli hərəkət hissələri ayrılmır. Hər bir zolaq 3,5 metr olmaqla yolun ümumi eni 7 metrdir. Yolun hərəkət hissəsinin hər iki kənarında 2 metr enində yol çiyni vardır. Hadisə yerinə baxış zamanı Təqsirləndirilən şəxs özünə məxsus “Chevrolot Niva 2123L minik" markalı, **-RL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Yuxarı Qarabağ kanalı- Daşburun avtomobil yolunun Beyləqan rayonu, Yeni Mil qəsəbəsindən keçən 21-ci kilometrliyində Daşburun stansiyası istiqamətində hərəkətdə olarkən hərəkəti istiqamətindən götürüldükdə yolu soldan sağa keçməkdə olan piyada X4 vurma yerində müəyyən edildi ki, piyadanın vurulma yeri hərəkət hissəsinin sağ tərəfinə qədər 2,75 metr, sol tərəfinə qədər 4,25 metr məsafə vardır. Piyadanın vurulma yerindən sonra düşdüyü yerə qədər 13 metr məsafə vardır. Beləliklə, sürücü Təqsirləndirilən şəxs hərəkəti üçün təhlükə piyadanın sol tərəfdən yolun hərəkət hissəsinə daxil olduğu andan yaranmış, piyada adi yerişlə 4,25 metr məsafə qət etmişdir. Hadisə zamanı avtomobildə sürücüdən başqa bir nəfər sərnişin olmuşdur. İş materiallarına əlavə edilmiş “Meyitə baxış keçirilməsi haqqında” 30 sentyabr 2023cü il tarixli protokoldan görüür ki, meyit düzgün bədən qururuluşlu, boyu 157 santimetr, kafi qidalı, kişi cinslidir. Meyitin əynində qara rəngdə pencək, ağ rəngdə qolu qısa köynək, qara şalvar, qara rəngdə bir cüt corab, boz rəngdə trusik vardır. Meyitin dəri örtüyü və görünən selikli qişaları solğundur. Meyit ləkələri arxa səthlərində adacıqlar şəklində yerləşməklə bənövşəyimtil çalarlıdır. Meyitin başının tük örtüyü qara rəngdədir, yanlarda qismən çallaşmış, yarıqurumuş qanla bulaşmış haldadır. Meyitin sifəti yarıqurumuş qana bulaşmışdır, gözləri qapalıdır, bəbəkləri simmetrikdir. Burun dərikləri və xarici qulaq keçəcəklərində yarıqurumuş qan qalıqları vardır, ağzı yarıaçıqdır, dodaqları qurudur, damaqda dişləri yoxdur. Dili ağız boşluğunda sərbəst yerləşmişdir, boynu bədəninə mütənasübdür. Döş qəfəsi silindrik formadadır, ön qarın divarı qabırğa qövsündən aşağı səviyyədədir. Xarici cinsiyyət üzvləri düzgün inkişaf edib formalaşmışdır, kişi cinslidir. Meyitin yanağının sol yarısında, alının sol yarısının tüksüz hissəsini əhatə etməklə 15x5 santimetr ölçüdə qançır vardır. Sağ budun orta üçdə birinin arxa səthində 6x5 santimetr ölçüdə analoji xarakterli qançır fonunda bud sümüyünün patoloji hərəkətliliyi qeyd olunur. Sağ baldırının aşağı üçdə birinin iç səthində 2,5x1 santimetr ölçüdə, kənarları qeyridüzgün, bucaqları küt, mənfəzində baldır sümüklərinin patoloji hərəkətliliyi qeyd olunan yara vardır. Meyitə baxış zamanı başqa xəsarət və dəyişiklik aşkar olunmamışdır. İş materiallarına əlavə edilmiş “Baxış aparılması haqqında" 03 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Yuxarı Qarabağ kanalı-Daşburun avtomobil yolunun Beyləqan rayonu, Yeni Mil qəsəbəsi ərazisindən keçən 21-ci kilometrliyində yolun sol kənarında yerləşən adıs toxumçuluq mağazasında quraşdırılmış müşahidə kamrerasının görüntüsünə baxış keçirilən zaman 30 sentyabr 2023-cü il tarixdə, saat 20:07-də bir piyadanın yolu soldan sağa keçərkən sağ zolaqda Daşburun stansiyası istiqamətdə hərəkətdə olan, gecə görmə işıq cihazları ilə hərəkət edən avtomobilin öz hərəkət zolağında piyadanı ön hissəsi ilə vurması müşahidə edilmişdir. Təqsirləndirilən şəxs həmin avtomobilin ona məxsus olmasını, piyadanın onun tərəfindən vurulmasını bildirmişdir. Baxış zamanı piyadanın hərəkəti onu vuran avtomobilin gecə görmə işıq siqnallarının görünüş məsafəsində görülür. Baxış zamanı Təqsirləndirilən şəxs avtomobili yaxın və yaxud uzaq görmə işıq siqnalları ilə idarə etməsi soruşulmuş, Təqsirləndirilən şəxs avtomobili avtomobili yaxın görmə işıq sinalında idarə etməsini bildirmişdir. Baxış zamanı piyadanın avtomobilin gecə görmə işıq siqnalında görünməsi ilə piyadanın vurulduğu ana qədər bir saniyə vaxtın keçməsi müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş “Baxış aparılması haqqında” 20 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs hadisə baş verən zaman idarə etdiyi “Chevrolet Niva 2123L” markalı, **-RL-*** dövlət qeydiyyat nişanlı avtomobil gümüşü metallik rəngdədir. Avtomobilin arxa və ön buferi, sağ və sol yan güzgüləri və digər bəzi ehtiyat hissələri qara rənglidir. Avtomobilin arxa yük yerinin qapısının üzərində ehtiyat təkəri vardır. Baxış zamanı avtomobilin yol- nəqliyyat hadisəsi nəticəsində qabaq buferinin sağ tərəfində, kapotunun sağ tərəfində əziklər olması müəyyən edilmişdir. Avtomobil arxa, sağ və sol yan tərəfdən zədəsizdir. Qeyd olunan zədələnmələrdən başqa avtomobildə hər hansı zədə aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş “İstintaq eksperimentinin aparılması haqqında” 09 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, 30 sentyabr 2023-cü il tarixdə, saat 20:07də Yuxarı Qarabağ kanalı-Daşburun avtomobil yolunun Beyləqan rayonu, Yeni Mil qəsəbəsi ərazisindən keçən 21-ci kilometrliyində baş vermiş yol-nəqliyyat hadisəsinin mexanizminə uyğun olaraq sol tərəfdən yolun hərəkət hissəsinə daxil olan piyadanın avtomobildə 60 km/saat sürətlə hərəkətdə olan sürücü tərəfindən hansı məsafədən görünməsinin mümkünlüyü yoxlanılmışdır. Eksperiment zamanı hadisənin mexanizminə uyğun olara piyadanın vurulma yeri və həmin yerə qədər 65,3 metr məsafə müəyyən edilmişdir. Eksperiment başlamazdan əvvəl şərti piyada kimi iştirak edən Şahid1 sürücünün müəyyən edilmiş 65,3 metr məsafəyə çatdıqda yolun hərəkət hissəsinə sol tərəfdən daxil olması, lakin təhlükəsizlik üçün sağ zolaqda hərəkət edən sürücünün hərəkət zolağına keçməməsi izah edilmişdir. Eksperiment zamanı sürücü Təqsirləndirilən şəxs 60 km/saat sürətlə hərəkətdə olarkən 75 metr və daha artıq məsafədən yolun çiynində olan piyadanın, həmçinin piyadanın vurulma yerinə qədər olan 65,3 metr məsafədə sol tərəfdən yolun hərəkət hissəsinə daxil olan piyadanın kənar obyektlərdən düşən işıqlarla və avtomobilin yaxın gecə görmə işıqlarında aydın görünməsi müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş “Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının" 22 noyabr 2023-cü il tarixli, 8/3303 saylı rəyindən görünür ki, “Chevrolot Niva 2123L" markalı, **-RL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisəsinin qarşısını almağa texniki imkanı olmuşdur. “Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsin görə sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. İş materiallarına əlavə edilmiş Məhkəmə-tibbi ekspertizasının 25 oktyabr 2023-cü il tarixli, 32/23 saylı rəyindən görünür ki, X1 meyitinin müayinəsi zamanı alın sümüyünün kəllə əsası sümüklərinə keçən xətti sınıqları, baş beyin toxumasının əzilməsi, beyin qişa və mədəcıklərinə qansızma, sağda İV-V-Vİ-Vİl-Vİ11, solda isə V-Vİ-Vİl-Vİ11 qabırğaların ön qoltuq xətti üzrə fraqmentləri yerinidəyişmiş sınıqları, ağciyərin cırılmaları, ikitərəfli hemotoraks (1000-1500 ml), sağ bud sümüyünün orta üçdə birinin qapalı, sağ baldır sümüklərinin aşağı üçdə birinin fraqmentləri yerinidəyişmiş açıq sınıqları, daxili üzvlərin venoz azqanlığı aşkar olunmuşdur. X1 meyitində aşkar olunmuş xəsarətlər ətraf yumşaq toxumalara yayılmış qansızmaların olmasına görə həyatidir, onun ölümündən əvvəl küt təsir mexanizminə malik əşyanın (əşyaların) təsiri nəticəsində törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, 30 sentyabr 2023-cü ıl tarixdə avtomaşınla vurulma nəticəsində əmələ gələ bilərdilər və dərəcəsinə görə həyat üçün təhlükəli olan və mərhumun ölümü ilə nəticələnmiş sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər. X1 ölümünə səbəb kəlla tağı, kəllə əsası və ətraf sklet sümüklərinin çoxsaylı sınıqları nəticəsində törənmiş baş beyin toxumasının əzilməsi, ağır travmatik şok olmuşdur. X1 meyitindən götürülmüş qan nümunəsində məhkəmə-kimyəvi tədqiqat zamanı etil spirti və narkotik tərkibli maddələr aşkar olunmamışdır. İlkin meyit əlamətlərinin inkişaf dərəcəsinə və ilin fəslinə əsaslanaraq demək olar ki, X3 ölümünün müddəti qərarın təsviri hissəsində göstərilən vaxta uyğun gəlir. Beləliklə, məhkəmə iclasında təqsirləndirilən şəxsin etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin hüquqi varisi, şahid ifadələri, habelə işin məhkəmə iclasında tədqiq edilib öz təsdiqini tapmış digər materialları ilə Təqsirləndirilən şəxs 30 sentyabr 2023-cü il tarixdə, saat 20:07-də B kateqoriyalı sürücülük vəsiqəsi əsasında, AD № 640085 nömrəli qeydiyyat şəhadətnaməsi ilə özünün mülkiyyətində olan, texniki cəhətdən saz vəziyyətdə “Chevrolet Niva 2123L" markalı, **-RL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Yuxarı Qarabağ kanalı-Daşburun avtomobil yolunun Beyləqan rayonu, Yeni Mil qəsəbəsi ərazisindən keçən 21-ci kilometrliyində Daşburun stansiyası istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda buna əməl etməyib göstərilən yol hərəkəti qaydalarını pozub hərəkət zamanı idarə etdiyi nəqliyyat vasitəsinin hərəkəti uçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmayaraq hərəkətdə olduğu Yuxarı Qarabağ kanalı-Daşburun avtomobil yolunu soldan sağa keçməkdə olan piyada X4 vurması, onun ehtiyatsızlığından İltimat Əliyev alın sümüyünün kəllə əsası sümüklərinə keçən xətti sınıqları, baş beyin toxumasının əzilməsi, beyin qişa və mədəciklərinə qansızma, sağda İV-V-Vİ-Vİİ- Vİİİ, solda isə V-Vİ-Vİl-Vİ11 qabırğaların ön qoltuq xətti üzrə fraqmentləri yerinidəyişmiş sınıqları, ağciyərin cırıİmaları, ikitərəfli hemotoraks (1000-1500 ml), sağ bud sümüyünün orta üçdə birinin qapalı, sağ baldır sümüklərinin aşağı üçdə birinin fraqmentləri yerinidəyişmiş açıq sınıqları, daxili üzvlərin venoz azqanlığı xarakterli həyat üçün təhlükəli olan sağlamlığa ağır xəsarətlər alması və X2 tağı, kəllə əsası və ətraf sklet sümüklərinin çoxsaylı sınıqları nəticəsində törənmiş baş beyin toxumasının əzilməsi, ağır travmatik şok xarakterli xəsarətlərdən hadisə yerində onun ehtiyatsızlığından ölməsi kifayət qədər sübuta yetdi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin tərkibi vardır. Odur ki, o, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Aərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 №-li qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanunun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictmai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58 və 59-cu maddələrinin tələblərini, o cümlədən Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika informasiya İdarəsindən daxil olmuş 13 oktyabr 2023-cü il tarixli tələbnamədən və iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxsxx xxxxxxxx 1954-cü ildə anadan olmaqla 70 yaşı vardır. İş materiallarına əlavə edilmiş xəstəlik sənədlərindən və epikrizlərdən görünür ki, Təqsirləndirilən şəxs ürək xəstəliyindən əziyyət çəkir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin hüquqi varisi şikayət və tələbinin olmamasını CM-nin 59.1.12-ci maddəsinə əsasən, maddi ziyanın ödənilməsini CM-nin 59.1.3-cü maddəsinə əsasən, hazırda 70 yaşı olmasını, müsbət xarakterzə edilməsini, ailənin yeganə qazanc gətirəni olmasını, hərəkətlərini etiraf edib səmimi peşmançılıq çəkməsini CM-nin 59.2-ci maddəsinə əsasən iş üzrə cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və yuxarıda göstərilən cəzasını yüngülləşdirən hallarla yanaşı onun şəxsiyyətini, yaşlı və xəstə olmasını, mərhumun yas mərasimində iştirak etməklə dəfn və yas mərasiminin xərclərini çəkməsini nəzərə alıb Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyası daxilində cəza təyin edilməsini, lakin cəza çəkmədən islah olunmasının mümkünlüyünü nəzərə alıb barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsini tətbiq etməyi qanuna və məqsədəmüvafiq hesab edir. İş üzrə maddi sübut- “Chevrolot Niva 2123L” markalı, **-RL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalı, 01 ədəd DVD formatlı disk cinayət işində saxlanılmalı, iş üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən ekspertiza xərci- 85(səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 1 (bir) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilsin. Ona təyin edilmiş 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası 2(iki) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, kütləvi və digə tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəza çəkməsinin əvvəli hökm qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə mindikdən sonra ləğv edilsin. Hökmün icrası Beyləqan rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut- “Chevrolot Niva 2123L” markalı, 99- RL-538 dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın, 01 ədəd DVD formatlı disk cinayət işində saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən ekspertiza xərci- 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi hüquqi yardıma görə 20 (iyirmi) saat üçün 120 (yüz iyirmi) manat Beyləqan rayon vəkil bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmün surəti həmin hissədə icrası üçün Azərbaycan Respublikası Vəkillər Kollegiyasına göndərilsin . Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Beyləqan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Həmin müddət ərzində şikayət və protest verilməzsə hökm həmin müddət bitdiyi gündən sonrakı gün qanuni qüvvəsini alır. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar