Məhkəmə qərarları › İş №1(020)-13/2025

Beyləqan Rayon Məhkəməsi Hökm — İş №1(020)-13/2025

09.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Beyləqan rayon İş № 1(020)-13/2025 09.01.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs- Zərərçəkmiş şəxs, Zərərçəkmiş şəxsin hüquqi varisi- X4, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs və onun müdafiəçisi- Beyləqan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1987-ci ildə Beyləqan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, Beyləqan rayon Olimpiya İdman kompleksində təlimçi işləyən, məhkumluğu olmayan, Beyləqan rayonu, Yeni Mil qəsəbəsində qeydiyyatda olmaqla yaşayan, barəsində 22 noyabr 2023-cü il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 07 iyul 2023-cü il tarixdə saat 22:30-da BC kateqoriyalı, AE910755 nömrəli sürücülük vəsiqəsi əsasında AD seriyalı, 732980 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən öz mülkiyyətində olan texniki cəhətdən saz vəziyyətdə “Toyota- Corolla” markalı, **-VL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Yuxarı Qarabağ kanalı- Daşburun avtomobil yolunun 21-ci kilometirliyində Daşburun stansiyası istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq idarə etdiyi Toyota Corolla markalı avtomobili hərəkət sürəti 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı ilə 60 km/saata qədər məhdudlaşdırılmış yolda 90 km/saat sürətlə idarə edərək “Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq hərəkət zamanı diqqətin daim dəyişən yol şəraitindən və avtomobilin idarəetməsindən yayındırmamalı, qarşıdan əks istiqamətdən nəqliyyat vasitəsinin hərəkətdə olmasım nəzərə alaraq idarə etdiyi “Toyota-Corolla” markalı avtomobili öz hərəkət zolağı ilə hərəkət etdirməli, avtomobili qarşı sol hərəkət zolağına çıxartmamalı və hərəkət üçün təhlükəli şərait yaratmamalı olduğu halda buna əməl etməyib “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şəraiti, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməli, hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda və yaranmış təhlükə qarşısında vaxtında tormozlama əməliyyatı aparmaqla idarə etdiyi “Toyota-Corolla” markalı avtomobili toqquşma yerinə çatmadan öz hərəkət zolağında dayandırmaqla hadisənin qarşısını almağa texniki imkanının olmasına baxmayaraq bunlara əməl etməyib göstərilən yol hərəkəti qaydalarını pozaraq “Mercedes Benz 250D” markalı avtomobil qarşı sol hərəkət zolağına çıxan anda vaxtında tormozlama əməliyyatı aparmayıb idarə etdiyi ''Toyota- Corolla" markalı avtomobili toqquşma yerinə çatmadan öz hərəkət zolağında dayandırmadan hərəkətini davam etdirərək avtomobili qarşı sol hərəkət zolağına çıxarıb hərəkət üçün təhlükə yaradaraq qarşıdan əks istiqamətdən hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi “Mercedes Benz 250D” markalı avtomobillə sonuncunun hərəkət zolağında toqquşmuş, nəticədə onun ehtiyatsızlığından Zərərçəkmiş şəxs sağ aşıq sümüyünün kənarı sınığı, aşıqaltı çıxığı, alın nahiyəsinin əzilmiş yarası xarakterli dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığına az ağır, Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilində qabaq sağ oturacaqda sərnişin qismində əyləşmiş X9 diafraqmanın və nazik bağırsaq müsariqəsinin cırılması, sağ mil, sol qamış və sol daban sümüklərinin qapalı yerdəyişmiş sınıqları, sağ saidin, sağ milbilək oynağı nahiyəsinin, sol baldırın əzilmiş yaraları, sağ saidin, sağ mil-bilək oynağı nahiyəsinin, sol baldırın, sol aşıq-baldır oynağı nahiyəsinin hematoması, sağ budun, sağ baldırın, sağ aşıq-baldır oynağı nahiyəsinin qançırları xarakterli dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər vurmanın əlamətlərinə malik xəsarətlər almış, Üzeyir Əliyev nazik bağırsaq müsariqəsinin və diafraqmanın cırılması nəticəsində inkişaf etmiş peritonitlə mənşəli orqanizmin ümumi intoksikasiyası, toksiki şok xarakterli xəsarətlərdən 01 avqust 2023-cü il tarixdə, saat 18:30-da 3 saylı şəhər klinik xəstəxanasında onun ehtiyatsızlığından ölməsinə səbəb olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bildi və ifadəsində göstərdi ki, özünə məxsus Toyota Corolla markalı, ** VL *** dövlət qeydiyyat nişanlı avtomobili vardır. Həmin avtomobili özü idarə edir və idarə etmək üçün sürücülük hüququ verən BC kateqoriyalı sürücülük vəsiqəsi vardır. 07 iyul 2023-cü il tarixdə təxminən saat 22:30 radələrində o, idarə etdiyi həmin Toyota Corolla markalı, ** VL *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Beyləqan şəhəri ərazisindən yaşadığı Beyləqan rayonu, Yeni Mil qəsəbəsində yerləşən evinə gedərkən Beyləqan rayonu Yuxarı Qarabağ kanalı Beyləqan-Daşburun avtomobil yolunun Daşburun istiqamətində hərəkətdə olan zaman qarşıdan əks istiqamətdə, yəni Beyləqan şəhəri istiqamətində hərəkətdə olan avtomobilin uzaq vuran işıqla hərəkətdə olduğunu görmüşdür. Həmin vaxtı aralarında təxminən 20 metr məsafə olmuşdur. Bu zaman həmin avtomobil onun hərəkət zolağına çıxaraq hərəkətini davam etdirmişdir. O, həmin vaxtı avtomobili təxminən 80 kilometr sürətlə idarə etmişdir. O, qarşı tərəfdən əks istiqamətdə hərəkət edən həmin avtomobilin onun hərəkət zolağına daxil olub hərəkət etdiyini görəndə ayağını sürət pedalından çəkib avtomobilin sürətini azaltmağa başlamışdır. Aralarında olan məsafənin qısaldığını görüb həmin avtomobil ilə üz-üzə toqquşmamaq üçün idarə etdiyi avtomobili yolun sol tərəfinə istiqamətləndirmiş və onun hərəkət zolağına çıxmışdır ki, onunla toqquşmasın. O, idarə etdiyi avtomobili yolun sol tərəfinə hərəkət zolağına istiqamətləndirən an həmin avtomobildə öz hərəkət yoluna qayıtmışdır və hər ikisi eyni vaxta yolun sol hərəkət zolağına keçmişlər. Həmin vaxtı aralarında qısa məsafə olduğuna görə qarşıqarşıya toqquşmuşlar. Onun idarə etdiyi avtomobilin qabaq sağ hissəsi həmin avtomobilin qabaq sağ hissəsi ilə toqquşmuşdur. Toqquşmadan sonra həmin yoldan keçən avtomobillər dayanmış və tanımadığı şəxslər ona yaxınlaşaraq onu avtomobildən çıxartmışlar. O, öz avtomobilindən çıxandan sonra onun avtomobili ilə toqquşan Mersedes 250D markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobilin olduğunu görmüşdür. Həmin avtomobildə iki nəfər olmuş, yəni sürücüdən əlavə bir sərnişin olmuş və hər ikisi xəsarət almışlar. Həmin Mersedes 250 D markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobildə olan sürücünü və sərnişini də hadisə yerinə toplaşan tanımadığı adamlar avtomobildən çıxarmışlar. Sonra hadisə yerinə toplaşan tanımadığı adamlar hadisə barədə təcili tibbi yardıma məlumat verərək hadisə yerinə çağırmışlar. Bir qədər keçəndən sonra hadisə yerinə təcili tibbi yardım maşını gəlmiş və onu təcili tibbi yardım maşını ilə Beyləqan rayon mərkəzi xastəxanasına göndərmişlər. O, ağır xəsarət aldığına görə həmin günü Beyləqan rayon mərkəzi xəstəxanasından onu Bakı şəhərinə travmatoloqiya xəstəxanasına, daha sonra Bakı şəhər Yasamal Hospitalına aparmışlar. O, onun avtomobili ilə toqquşan Mersedes 250D markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünü və həmin avtomobildə sərnişin qismində olan şəxsi tanımamışdır. Ona sonradan məlum olmuşdur ki, həmin avtomobili idarə edən şəxs Əhliman, avtomobildə olan sərnişin isə Üzeyir adlı şəxs olmuşdur. Onlarla heç bir qərəzli münasibəti və düşmənçiliyi olmamışdır. İdarə etdiyi Toyota Corolla markalı, ** VL *** dövlət qeydiyyat nişanlı avtomobilinin hadisədən əvvəl heç bir nasaz hissələri olmamış, tam saz vəziyətdə olmuşdur. O, hadisə baş verən zaman avtomobili yaxın vuran işıqla, təxminən 90 kilometr sürətlə idarə etmiş, avtomobilində yük və sərnişin olmamış, hadisəsisindən əvvəl spirtli icki qəbul etməmiş, yol- nəqliyyat hadisəsi baş verən zaman sərxoş olmamışdır. Hadisə zamanı o, sağ bud sümüyünün boyun hissəsi sınığı, baş və bədəninin müxtəlif nahiyələrində kəsilmiş və sıyrılmış xəsarətlər almışdır. Hazırda zərərçəkmiş şəxslə və zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını, himayəsində azyaşlı uşaqlarının olmasını və özünün də hadisə nəticəsindən xəsarət almasını nəzərə alıb ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. İş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Beyləqan şəhəri, Koroğlu küçəsində yerləşən 2 saylı evdə ailəsi ilə birlikdə yaşayır, Beyləqan şəhəri 8 saylı tam orta məktəbdə təsərüfat müdiri vəzifəsində işləyir. X1 məxsus Mersedes Benz 250D markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobili vardır. O, həmin avtomobili etibarnamə əsasında idarə edir. Avtomobili idarə etmək üçün onun BC kateqoriyalı sürücülük vəsiqəsi vardır. 07 iyul 2023-cü il tarixdə təxminən saat 19:30 radələrində o, Beyləqan rayonu ərazisində Beyləqan-Daşburun avtomobil yolunun kənarında yerləşən «Toğrul» şadlıq sarayında keçirilən toy şənliyində olmuşdur. O, həmin günü təxminən saat 22:00 radələrində şadlıq sarayından çıxıb evinə getmək üçün şadlıq sarayının qarşısında saxladığı Mersedes Benz 250D markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobilinə əyləşib idarə edərək gedən zaman şadlıq sarayının qarşısında Beyləqan şəhərindən tanıdığı və Xocavənd rayonunda yaşayan Üzeyir Əliyevi görüb avtomobili onun yanında saxlamışdır. Bu zaman Üzeyir ona yaxınlaşıb görüşdükdən sonra ondan xahiş etmişdir ki, onu da Beyləqan şəhərinə aparsın. Avtomobil boş olduğundan və avtomobildə sərnişin olmadığına görə o, Üzeyirə etiraz etməmiş və avtomobilə əyləşməsini ona demişdir. Üzeyir avtomobildə qabaq oturacaqda əyləşdikdən sonra o, avtomobili idarə edərək Beyləqan şəhər istiqamətində hərəkət etmişdir. O, idarə etdiyi Mersedes Benz 250D markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobillə Beyləqan-Daşburun avtomobil yolu ilə üzü Beyləqan şəhəri istiqamətində hərəkətdə olan zaman qarşıdan əks istiqamətdə hərəkət edən sonradan ona məlum olan Toyota Corolla markalı, ** VL *** dövlət qeydiyyat nişanlı avtomobilin ona çatmasına təxminən 20 metr məsafə qalan zaman həmin avtomobil qəfildən öz hərəkət zolağından çıxaraq onun hərəkətdə olduğu zolağa daxil olmuş və hərəkətini davam etdirmişdir. O, həmin avtomobilə toqquşmamaq üçün ayağını saxlayıcı pedala atmış və idarə etdiyi avtomobili bacardığı qədər öz hərəkət zolağının sağ ehtiyat hissəsinə yönəltmişdir. Lakin aralarında qısa məsafə olduğundan qarşıdan gələn həmin Toyota Corolla markalı, ** VL *** dövlət qeydiyyat nişanlı avtomobil qabaq hissəsi ilə onun idarə etdiyi avtomobilin qabaq hisəsi toqquşmuşdur. Zərbə güclü olduğundan o, aldığı xəsarətlərdən hadisə yerində huşunu itirmişdir. Ona sonradan məlum olmuşdur ki, hadisə yerinə toplaşan tanımadığı adamlar hadisə yerinə təcili tibbi yardım çağırmış, onu və avtomobildə olan Üzeyiri təcili tibbi yardım maşını ilə Beyləqan rayon mərkəzi xəstəxanasına göndərmişlər. O və Üzeyir ağır xəsarətlər aldıqlarına görə onları həmin günü Bakı şəhərinə xəstəxanaya göndərmişlər. Baş vermiş yol- nəqliyyat hadisəsindən sonra ona məlum olmuşdur ki, Toyota Corolla markalı, ** VL *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Təqsirləndirilən şəxs olmuşdur. Toyota Corolla markalı, ** VL *** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin olmamış, sürücü Təqsirləndirilən şəxs avtomobildə tək olmuşdur. Onun avtomobilində sərnişin qismində olan X9 aldığı xəsarətlərdən sonradan Bakı şəhəri Sabunçu rayon xəstəxanasında ölmüşdür. O, idarə etdiyi Mersedes Benz 250D markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobili hadisə zamanı təxminən 60 kilometr sürətlə idarə etmiş, Toyota Corolla markalı, ** VL *** dövlət qeydiyyat nişanlı avtomobil onun hərəkətdə olduğu zolağa daxil olan zaman aralarında təxminən 20 metr məsafə olmuşdur. İdarə etdiyi Mersedes Benz 250D markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobilin hadisədən əvvəl heç bir nasaz hissələri olmamış, hadisədən əvvəl spirtli içkilər qəbul etməmiş, hadisə baş verən an ayıq olmuşdur. O, hadisə zamanı avtomobili yaxın vuran işıqla idarə etmişdir. Hadisə nəticəsində alın nahiyəsində çoxsaylı kəsilmiş yaralar olmuş, sağ baldır sümüyü sınmışdır. Təqsirləndirilən şəxslə barışmışdır, ondan heç bir tələb və şikayəti yoxdur, təqsirləndirilən şəxsə yüngül cəza verilməisini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxsdən tələb və şikayətinin olmadığını, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tam ödənilməsini bildirmiş və ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X6 ifadəsində göstərdi ki, o, ailəsilə birlikdə Beyləqan rayonu Xocavənd qəsəbəsində yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir. Həyat yoldaşı X2 rayonu Azərsu MMC-də maşinist vəzifəsində işləmişdir. 07 iyul 2023-cii il tarixdə Üzeyir iş yoldaşının Beyləqan rayonu ərazisində yerləşən «Toğrul» şadlıq sarayında keçirilən toy şənliyinə getmişdir. Həyat yoldaşı Üzeyirin həmin toy şənliyində iştirak edəndən sonra təxminən saat 22:00 radələrində şadlıq sarayından çıxıb evinə gəlmək istəyən vaxtı şadlıq sarayının qarşısında sonradan ona məlum olan Zərərçəkmiş şəxs ilə qarşılaşdığını və onun Beyləqan şəhərinə getdiyini bilərək Əhlimanın idarə etdiyi Mersedes markalı avtomobilə əyləşib Beyləqan şəhərinə gəlib oradan da yaşadığı Beyləqan rayonu Xocavənd qəsəbəsində yerləşən evinə gəlmək istəmişdir. Üzeyir tanışı Əhlimanın avtomobili ilə Beyləqan- Daşburun avtomobil yolunun üzü Beyləqan şəhəri istiqamətində gələn vaxtı qarşıdan gələn ona sonradan məlum olan Təqsirləndirilən şəxs idarə etdiyi Toyota Corolla markalı dövlət qeydiyyat nişanını bilmədiyi avtomobil ilə toqquşmuşdur. O, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əri Üzeyirin ağır xəsarət aldığına görə onu təcili tibbi yardım maşını ilə Beyləqan rayon mərkəzi xəstəxanasına apardıqlarını bildirmişdir. O, həmin vaxtı tanımadığı şəxsin onun mobil telefonuna zəng edərək yol-nəqliyyat hadisəsi baş verdiyini və Üzeyirin xəsarət alaraq Beyləqan rayon mərkəzi xəstəxanasına yerləşdirildiyini ona demişlər. O, bundan sonra yaşadığı evdən çıxıb Beyləqan rayon mərkəzi xəstəxanasına getmişdir və Üzeyirin ağır xəsarət aldığını və onu Bakı şəhərinə xəstəxanaya göndərmişlər. Bir qədər sonra təcili tibbi yardım maşını ilə Üzeyiri Bakı şəhərinə Sabunçu rayon xəstəxanasına göndərdiklərini, həmin vaxtı o özü də Üzeyirin yanında təcili tibbi yardım maşını ilə Bakı şəhərinə Sabunçu rayon xəstəxanasına getmişdir. Sonra Üzeyir orada xəstəxanada yatıb müalicə olunmuş, onu iki dəfə əməliyyat etmişdilər. Üzeyir ikinci əməliyyatdan sonra şoka düşmüş, daha sonra ayılmamış və 01 avqust 2023-cü il tarixdə Sabunçu rayon xəstəxanasında vəfat etmişdir. Mersedes 250D markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs əvvəllər Beyləqan rayon Azərsu MMC-də işlədiyi üçün əri Üzeyir onu tanımış, onların aralarında heç bir qərəzli münasibətləri və düşmənçilikləri olmamışdır. O və əri X14 markalı, ** VL *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs əvvəllər tanımadıqlarını, baş vermiş yol-nəqliyyat hadisəsindən sonra onun Beyləqan rayonu Yeni Mil qəsəbəsində yaşadığını bilmişdir. O, əri Üzeyirin Təqsirləndirilən şəxs əvvəllər tanımadığını və onunla heç bir qərəzli münasibəti və düşmənçiliyi olmamışdır. O, əri Üzeyiri təcili tibbi yardım maşını ilə Bakı şəhərinə Sabunçu rayon xəstəxanasına aparan vaxtı təcili tibbi yardım maşınında onun yanında getdiyini, həmin vaxtı Üzeyir ona hadisə barədə danışdığını və Toyota-Corolla markalı, ** VL *** dövlət qeydiyyat nişanlı avtomobilin qəfildən onların hərəkət etdiyi yola qarşılarına çıxaraq onların yolunda qarşı qarşıya toqquşduğunu, yol-nəqliyyat hadisəsinin baş verməsində günahkar həmin Toyota Corolla markalı, ** VL *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü olduğunu ona bildirmişdir. Təqsirləndirilən şəxsdən tələb və şikayəti yoxdur, təqsirləndirilən şəxsə yüngül cəza verilməisini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxsin hüquqi varisi X6 məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxsdən tələb və şikayətinin olmadığını bildirmiş və ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, 2017-ci ildən daxili işlər orqanlarında xidmət edir və həmin vaxtdan etibarən Beyləqan rayon Polis şöbəsinin X16 Xidmətinin inispektoru vəzifəsində işləyir, polis baş serjantı rütbəsindədir. 07 iyul 2023-cü il tarixdə xidmətdə olduğu zaman təxminən saat 23:00 radələrində Beyləqan rayon Polis şöbəsinin növbətçi hissəsindən Beyləqan rayonu ərazisində Yuxarı Qarabağ kanalı Daşburun - Beyləqan avtomobil yolunda yol-nəqliyyat hadisəsi baş verməsi barədə məlumatı aldıqdan dərhal sonra xidməti avtomobillə yol-nəqliyyat hadisəsi baş verdiyi yerə getmişdir. O, hadisə yerinə çatanda yol-nəqliyyat hadisəsinin Beyləqan rayonu ərazisində Yuxarı Qarabağ kanalı Daşburun - Beyləqan avtomobil yolunun 21-ci kilometirliyində baş verdiyini, həmin yerdə Mersedes Benz 250D markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobil Beyləqan şəhəri istiqamətində hərəkətdə olan zaman əks istiqamətdə, yəni Daşburun istiqamətində hərəkət edən Toyota Corolla markalı, ** VL *** dövlət qeydiyyat nişanlı avtomobili ilə toqquşduğunu bilmişdir. Avtomobillərin toqquşması Mersedes Benz 250D markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkətdə olduğu zolaqda yolun ehtiyat hissəsinin kənarında baş vermişdir. Hadisə yerindən ona məlum olmuşdur ki, Toyota Corolla markalı, ** VL *** dövlət qeydiyyat nişanlı avtomobil öz hərəkət zolağından çıxaraq Mersedes Benz 250D markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət zolağına daxil olaraq toqquşmuşdur. O, hadisə yerinə çatan zaman hər iki avtomobilin sürücülərini və Mersedes Benz 250D markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobildə olan bir nəfər sərnişini təcili tibbi yardım maşını ilə Beyləqan rayon mərkəzi xəstəxanasına apardıqlarını bilmişdir. Ona hadisə yerində məlum olmuşdur ki, onların hər ücü ağır xəsarətlər almışdılar. Toyota Corolla markalı, ** VL *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Təqsirləndirilən şəxs, Mersedes Benz 250D markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Zərərçəkmiş şəxs, Mersedes Benz 250D markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin qismində olan şəxs isə X9 olmuşdur. Həmin avtomobillərin qabaq hissələri tam əzilmiş vəziyətdə hadisə yerində dayanmışdılar. O, həmin vaxtı hadisə yerinə Beyləqan rayon polis şöbəsinin digər əməkdaşlarının və baş müstəntiq İsmayıl Məmmədov gəldiyini, hal şahidlərinin və onun iştirakı ilə hadisə yerinə baxış keçirib hadisə yerinin sxemini tərtib etdiyini, eləcədə fotoşəkillərini çəkdiyini bildirmişdir. Hadisə yerinin baxışı başa çatdıqdan sonra hadisə yerində olan Toyota Corolla markalı, ** VL *** dövlət qeydiyyat nişanlı avtomobili və Mersedes Benz 250D markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobili Beyləqan rayon polis şöbəsinin həyətində yerləşən dayanacağa yerləşdirilməsini təmin etmişdir. O, hadisə yerinə çatan zaman orada tanımadığı bir cox adamlar olmuş, o, hadisə yerini mühafizə etmiş, eləcə də yolda tıxac yaranmasın deyə dayanan avtomobilləri hadisə yerindən kənarlaşdırmışdır. Hadisə gecə saatlarında baş verdiyinə görə və qaranlıq olduğundan hadisə yerinə yığışan adamları tanımamışdır. O, hadisə yerinə çatandan sonra orada əsgər paltarında kimisə görməmişdir, hadisə yerində əsgər paltarında heç kim olmamışdır. İş materiallarına əlavə edilimiş cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə qərardan görünür ki, cinayət işinin başlanmasına səbəb və əsas baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Zərərçəkmiş şəxs qaşın tüklü nahiyəsinin və alın nahiyəsinin çoxsaylı kəsilmiş açıq yaraları, sağ baldır sümüyünün sınığı, X3 göz yuvası ətrafının açıq yarası, sağ mil dirsək sümüyünün aşağı ucunun sınığı, sol dizin sınığı, Təqsirləndirilən şəxs sağ bud sümüyünün boynunun sınığı, başın tüklü nahiyəsinin açıq yarası diaqnozları ilə Beyləqan rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsinə müraciət etmələri barədə Beyləqan rayon Mərkəzi Xəstəxanasına publik hüquqi şəxsindən daxil olmuş 07 iyul 2023-cü il tarixli və X7 aldığı xəsarətlərdən 01 avqust 2023-cü il tarixdə 3 saylı şəhər klinik xəstəxanasında həyatla üzləşməyən ağır dərəcəli politravma diaqnozundan ölməsi barədə 3 saylı şəhər klinik xəstəxanasından daxil olmuş 01 avqust 2023- cü il tarixli məlumatlar əsasında Beyləqan rayon polis şöbəsinin İstintaq bölməsində toplanmış materiallar olmuşdur. İş materiallarına əlavə edilimiş “Baxış keçirilməsi barədə” 07 iyul 2023-cü il tarixli protokola əsasən Mersedes Benz 250D markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobil Beyləqan rayonu Yuxarı Qarabağ kanalı Daşburun-Beyləqan avtomobil yolunun 21-ci kilometirliyində Beyləqan şəhəri istiqamətində hərəkətdə olan zaman əks istiqamətdə hərəkət edən Toyota Corolla markalı, ** VL *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. Avtomobil yolu əksistiqamətli olmaqla iki hərəkət zolağından ibarətdir. Yolun eni hər zolaq üçün 3,5 metr olmaqla 7 metrdir. Yolun hər iki tərəfində 1,5 metr enində yol çiyni vardır. Yolun hərəkət istiqamətləri bir-birindən ayrılmır. Yol-nəqliyyat hadisəsi Mersedes Benz 250D markalı, 90- BH-764 dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət zolağında baş vermişdir. İş materiallarına əlavə edilimiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Beyləqan rayon mərkəzi xəstəxanasının xx.xx.2023-cü il tarixli, 541 saylı «İnsan psixikasının təsir edən maddələrin istehlak və sərxoşluq hallarının bütün növlərinin təyin edən tibbi müayinə» protokolundan görünür ki, Təqsirləndirilən şəxs 07 iyul 2023-cü ildə saat 23:25-də müayinə olunmuş və ayıq vəziyyətdə olmuşdur. İş materiallarına əlavə edilimiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X16 İdarəsinin Ağcabədi rayon Regional Qeydiyyat-İmtahan və Texniki Baxış şöbəsinin xx.xx.2023-cü il tarixli, 3-13-16- 1/2-590/2023 nömrəli məktubundan görünür ki, xx.xx.1991-ci il təvəllüdlü ünvan 1 ünvanda yaşayan Zərərçəkmiş şəxs adında xx.xx.2023-cü ildən 01,04.2033-cü ilə qədər Bİ, B, Cl, C, BE, C1E, CE kateqoriyalı BC 757532 nömrəli sürücülük vəsiqəsi və xx.xx.1987-ci il təvəllüdlü Beyləqan rayonu Yeni Mil qəsəbə sakini Təqsirləndirilən şəxs adında xx.xx.2015-ci ildən xx.xx.2025-ci ilə qədər BC kateqoriyalı AE 910755 nömrəli sürücülük vəsiqəsi qeydə alınmışdır. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs hal-hazıra qədər sürücülük hüququndan məhrum edilməmişlər. İş materiallarına əlavə edilimiş Beyləqan rayon Mərkəzi Xəstəxanasının 06 oktyabr 2023-cü il tarixli, 18-1-29/2- 1109/2023 nömrəli məktubuna əsasən 13 avqust 1987-ci il təvəllüdlü Beyləqan rayonu Yeni Mil qəsəbəsində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs və xx xxxxxx 1991-ci il təvəllüdlü ünvan 1 ünvanda yaşayan Zərərçəkmiş şəxs “Beyləqan Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin psixoloji və narkoloji kabinetlərində dispanser qeydiyyatında yoxdurlar. İş materiallarına əlavə edilimiş məhkəmə-tibbi ekspertizasının 17 avqust 2023-cü il tarixli, 595/23 saylı rəyə əsasən Zərərçəkmiş şəxs sağ aşıq sümüyünün kənarı sınığı, aşıqaltı çıxığı, alın nahiyəsinin əzilmiş yarası aşkar olunmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı avtomaşın salonunun qabarıq interyerlərinə dəyməsi nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. İş materiallarına əlavə edilimiş məhkəmə tibbi ekspertizasının 31 avqust 2023-cü il tarixli, 81 /MEŞ saylı rəyindən görünür ki, X7 bədənində aşkar edilmiş xəsarətlər - diafraqmanın və nazik bağırsaq müsariqəsinin cırılması, sağ mil, sol qamış və sol daban sümüklərinin qapalı yerdəyişmiş sınıqları, sağ saidin, sağ mil-bilək oynağı nahiyəsinin, sol baldırın əzilmiş yaraları, sağ saidin, sağ mil-bilək oynağı nahiyəsinin, sol baldırın, sol aşıq-baldır oynağmahiyəsinin hematoması, sağ budun, sağ baldırın, sağ aşıq-baldır oynağı nahiyəsinin qançırları bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər, həyatıdırlar, ölümlə bilavasitə səbəbli əlaqəlidirlər, xx.xx.2023-cü il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində avtomaşının salonunda əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər. Ü.S.Əliyevin ölümünün səbəbi nazik bağırsaq müsariqəsinin və diafraqmanın cırılması nəticəsində inkişa etmiş peritonitlə mənşəli orqanizmin ümumi intoksikasiyası, toksiki şok olmuşdur. Ü.S.Əliyevin ölümü 01 avqust 2023-cü il tarixdə saat 18:30-da X11 baş vermişdir, bu da ilkin meyit əlamətlərinin inkişaf dərəcəsi ilə inkar olunmur. İş materiallarına əlavə edilimiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 14 noyabr 2023-cü il tarixli, 8/2801 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən Toyota Corolla markalı ** VL *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü R.R.X12 markalı avtomobili hərəkət sürəti 3.24 «Maksimum sürətin məhdudlaşdırılması» yol nişanı ilə 60 km/saata qədər məhdudlaşdırılmış yolda 90km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 «Maksimum sürətin məhdudlaşdırılması» yol nişanının) tələblərinə uyğunsuzluq olmuşdur. Rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə istintaq tərəfindən müəyyən edilən, təhlükə yaranan anda avtomobillər arasında 20 metr məsafənin olması real hadisə mexanizminə uyğun deyildir və qeyd olunan şəraitdə təhlükə yaranan anda avtomobillər arasında 20 metr məsafədən kifayət qədər böyük məsafə olmuşdur. İstintaq tərəfindən müəyyən edilən, təhlükə yaranan anda avtomobillər rasında 20 metr məsafənin olması real hadisə mexanizminə uyğun olmadığından Mersedes Benz 250D markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs hadisənin qarşısını alınması ilə əlaqədar hərəkətləri üzrə tədqiqat aparılmır. İş materiallarına əlavə edilmiş təkrar-komisyon məhkəmə yol-nəqliyyyat hadisələri ekspertzasının 20 fevral 2024-cü il tarixli, 8/233 saylı rəyinə əsasən istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən Toyota Corolla markalı ** VL *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü R.R.X12 markalı avtomobili hərəkət sürəti 3.24 «Maksimum sürətin məhdudlaşdırılması» yol nişanı ilə 60 km/saata qədər məhdudlaşdırılmış yolda 90km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 «Maksimum sürətin məhdudlaşdırılması» yol nişanının) tələblərinə uyğunsuzluq olmuşdur. İstintaq tərəfindən göstərilən məlumatlara əsasən Mercedes Benz 250D markalı, 90-BH- 764 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs hadisənin qarşısını alınması ilə əlaqədar olan hərəkətlərini texniki nöqteyi nəzərdən tədqiq etməyə lüzum yoxdur. “Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsin görə sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Beləliklə, məhkəmə iclasında təqsirləndirilən şəxsin etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisi, şahid ifadələri, habelə işin məhkəmə iclasında tədqiq edilib öz təsdiqini tapmış digər materialları ilə Təqsirləndirilən şəxs 07 iyul 2023-cü il tarixdə saat 22:30-da BC kateqoriyalı, AE910755 nömrəli sürücülük vəsiqəsi əsasında AD seriyalı, 732980 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən öz mülkiyyətində olan texniki cəhətdən saz vəziyyətdə “Toyota- Corolla” markalı, **-VL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Yuxarı Qarabağ kanalı- Daşburun avtomobil yolunun 21-ci kilometirliyində Daşburun stansiyası istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq idarə etdiyi Toyota Corolla markalı avtomobili hərəkət sürəti 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı ilə 60 km/saata qədər məhdudlaşdırılmış yolda 90 km/saat sürətlə idarə edərək “Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq hərəkət zamanı diqqətin daim dəyişən yol şəraitindən və avtomobilin idarəetməsindən yayındırmamalı, qarşıdan əks istiqamətdən nəqliyyat vasitəsinin hərəkətdə olmasım nəzərə alaraq idarə etdiyi “Toyota-Corolla” markalı avtomobili öz hərəkət zolağı ilə hərəkət etdirməli, avtomobili qarşı sol hərəkət zolağına çıxartmamalı və hərəkət üçün təhlükəli şərait yaratmamalı olduğu halda buna əməl etməyib “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şəraiti, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməli, hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda və yaranmış təhlükə qarşısında vaxtında tormozlama əməliyyatı aparmaqla idarə etdiyi “Toyota-Corolla” markalı avtomobili toqquşma yerinə çatmadan öz hərəkət zolağında dayandırmaqla hadisənin qarşısını almağa texniki imkanının olmasına baxmayaraq bunlara əməl etməyib göstərilən yol hərəkəti qaydalarını pozaraq “Mercedes Benz 250D” markalı avtomobil qarşı sol hərəkət zolağına çıxan anda vaxtında tormozlama əməliyyatı aparmayıb idarə etdiyi ''Toyota- Corolla" markalı avtomobili toqquşma yerinə çatmadan öz hərəkət zolağında dayandırmadan hərəkətini davam etdirərək avtomobili qarşı sol hərəkət zolağına çıxarıb hərəkət üçün təhlükə yaradaraq qarşıdan əks istiqamətdən hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi “Mercedes Benz 250D” markalı avtomobillə sonuncunun hərəkət zolağında toqquşmuş, nəticədə onun ehtiyatsızlığından Zərərçəkmiş şəxs sağ aşıq sümüyünün kənarı sınığı, aşıqaltı çıxığı, alın nahiyəsinin əzilmiş yarası xarakterli dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığına az ağır, Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilində qabaq sağ oturacaqda sərnişin qismində əyləşmiş X9 diafraqmanın və nazik bağırsaq müsariqəsinin cırılması, sağ mil, sol qamış və sol daban sümüklərinin qapalı yerdəyişmiş sınıqları, sağ saidin, sağ milbilək oynağı nahiyəsinin, sol baldırın əzilmiş yaraları, sağ saidin, sağ mil-bilək oynağı nahiyəsinin, sol baldırın, sol aşıq-baldır oynağı nahiyəsinin hematoması, sağ budun, sağ baldırın, sağ aşıq-baldır oynağı nahiyəsinin qançırları xarakterli dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər vurmanın əlamətlərinə malik xəsarətlər almış, Üzeyir Əliyev nazik bağırsaq müsariqəsinin və diafraqmanın cırılması nəticəsində inkişaf etmiş peritonitlə mənşəli orqanizmin ümumi intoksikasiyası, toksiki şok xarakterli xəsarətlərdən 01 avqust 2023-cü il tarixdə, saat 18:30-da 3 saylı şəhər klinik xəstəxanasında onun ehtiyatsızlığından ölməsi kifayət qədər sübuta yetmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin tərkibi vardır. Odur ki, o, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Aərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 №-li qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanunun ədalət prinsipindən bəhs edən CM-nin 8ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictmai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58 və 59-cu maddələrinin tələblərini, o cümlədən Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarına əlavə edilmiş Beyləqan rayonu İcra Hakimiyyəti başçısının Yeni Mil qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 22 noyabr 2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağı vardır. İş materiallarına əlavə edilmiş Beyləqan rayonu İcra Hakimiyyəti başçısının Yeni Mil qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 22 noyabr 2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs cəmiyyət arasında müsbət xarakterizə olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş 11 sentyabr 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarına əlavə edilmiş Məhkəmə tibb ekspertizasının 25 sentyabr 2023-cü il tarixli 692/23 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs oğlu xx.xx.2023-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağalamlığıa az ağır zərər almışdır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə və zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, zərərçəkmiş şəxs və zərərçəkmiş şəxsin hüquqi varisinin şikayət və tələblərinin olmamasını CM-nin 59.1.12-ci maddəsinə əsasən, maddi ziyanın ödənilməsini CM-nin 59.1.3-cü maddəsinə əsasən, himayəsində iki azyaşlı uşağının olmasını CM-nin 59.1.4-cü maddəsinə, yaşayış yerindən müsbət xarakterzə edilməsini, ailənin yeganə qazanc gətirəni olmasını, hərəkətlərini etiraf edib səmimi peşmançılıq çəkməsini, özünün də az ağır xəsarət almasını CM-nin 59.2-ci maddəsinə əsasən iş üzrə cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamasını, ailəsinin yeganə qazan gətirəni olmasını, yaşadığı yerdən müsbət xarakterizə olunmasını, hərəkətlərində cəzanı ağırlaşdıran halların olmamasını, yuxarıda göstərilən cəzanı yüngülləşdirən halları və hadisə nəticəsində özünün də az ağır dərəcəli bədən xəsarətləri almasını, habelə təyin olunacaq cəzanın onun islah olunması imkanlarına və ailəsinin həyat şəraitinə təsiri ilə yanaşı yuxarıda sadalanan cəzanı yüngülləşdirən halları nəzərə alaraq, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuna və məqsədə müvafiq hesab edir. İş materiallarından görünür ki, Beyləqan rayon polis şöbəsinin İstintaq bölməsinin sabiq baş müstəntiqi, polis mayoru İsmayıl Məmmədovun 24 noyabr 2023-cü il tarixli qərarına əsasən Zərərçəkmiş şəxs əməlinə hüquqi qiymət verilməsi üçün cinayət işinin materiallarından Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrıca icraaata ayrılmışdır. İş üzrə maddi sübut- Toyota Corolla markalı, ** VL *** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs, Mersedes Benz 250 D markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobilin Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən ekspertiza xərci- 50 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 1 (bir) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə mindikdən sonra ləğv edilsin. İş üzrə maddi sübut- Toyota Corolla markalı, ** VL *** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs, Mersedes Benz 250 D markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobilin Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən ekspertiza xərci- 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi hüquqi yardıma görə 22 saat üçün 132 manat Beyləqan rayon vəkil bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına ödənilsin. Hökmün surəti həmin hissədə icrası üçün Azərbaycan Respublikası Vəkillər Kollegiyasına göndərilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Beyləqan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Həmin müddət ərzində şikayət və protest verilməzsə hökm həmin müddət bitdiyi gündən sonrakı gün qanuni qüvvəsini alır. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar