Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 1(020)-14/2023 12.04.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin nümayəndəsi -X2, Təqsirləndirilən şəxsin müdafiçisi- Beyləqan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1975-ci ildə Beyləqan rayonu, Şahsevən kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Beyləqan rayonu Birinci Şahsevən kəndində qeydiyyatda olmaqla yaşayan, 07 dekabr 2022-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Hüseynov X4 rayonu, 1-ci Şahsevən kəndində yaşayan qardaşı Zərərçəkmiş şəxs məxsus əmlakı tamah məqsədilə, hüquqazidd və əvəzsiz olaraq oğurlamaq, yəni gizli olaraq talamaq məqsədilə 06 iyul 2022-ci il tarixdə, saat 11 radələrində qardaşı Zərərçəkmiş şəxs Beyləqan rayonu, 1-ci Şahsevən kəndi ərazisində yerləşən yaşadığı evin həyətində olan əl damına yaxınlaşıb qapını əli ilə itələyərək açdıqdan sonra əl damına qanunsuz daxil olaraq içəridə olan 1200 manat dəyərində bir ədəd “Cinhen” markalı, 2018-ci il istehsalı preperatoru, 60 manat dəyərində bir ədəd 2018-ci il istehsalı, “Vaz 2106” markalı avtomobillərə aid radiatoru götürüb daxil olduğu yerdən həyətə çıxmış, daha sonra həyətdə olan bir ədədi 40 manat, ümumilikdə 4 ədədi 160 manat dəyərində 4 ədəd hər biri 5 metr uzunluğunda, 75 millimetrlik, Rusiya istehsalı, dəmir boruları, 60 manat dəyərində bir ədəd “Aqadel” markalı su matorunu, 50 manat dəyərində bir ədəd “Marquis” markalı, 2015-ci il istehsalı su matorunu götürüb həyətdən çıxaraq Zərərçəkmiş şəxs məxsus cəmi 1530 manat dəyərində əmlakı oğurlamış, yəni özgənin əmlakını gizli olaraq talamışdır. İş üzrə ibtidai istintaqda təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs məhkəmə baxışında elan edilmiş ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs onun qardaşıdır, Şahid isə Seymurun arvadıdır. Onun Seymur və arvadı ilə arasında hər hansı ədavət və ya düşmənçilik olmamışdır. Seymurun və onun yaşadığı ev eyni həyətdə yerləşir. Seymur onların ata evində yaşayır. Onun yaşadığı ev isə yeni tikilmişdir. Seymurun evinin sağında əl damı vardır, Seymur özünə məxsus olan bəzi əşyaları oraya yığmış və qapısını kilidləyib açarını özündə saxlamışdır. Seymur Bakı şəhərində fərdi əməklə məşğul olduğu üçün mütəmadi olaraq Bakı şəhərinə gedib-gəlir. Seymur 26 iyun 2022-ci il tarixdən Bakı şəhərinə getmişdir. O, 06 iyul 2022-ci il tarixdə, saat 11 radələrində yuxudan durub səhər yeməyini yedikdən sonra yaşadığı evin həyətinə çıxaraq Seymurun evinin yaxınlığındakı əl damının qapısına yaxınlaşmışdır. O, əl damının qapısının açıq olub-olmadığını yoxladıqda qapının açıq olduğunu görmüş, əl damına daxil olduqda orada bir ədəd işlənmiş perforator və bir ədəd “Vaz 2106” markalı avtomobilə məxsus işlənmiş radiator olduğunu görmüşdür. O, Seymurun və ailəsinin Bakı şəhərində olmasından istifadə edib perfaratoru və radiatoru oğurlamaq qərarına gəlmiş, əl damında başqa oğurlanası əmlak olub-olmadığını yoxlamışdır. Lakin orada başqa dəyərli əmlak olmamışdır. O, həyəti də yoxlamaq qərarına gəlmiş, həyətdə hər biri təxminən beş metr uzunluğunda dörd ədəd dəmir boru, iki ədəd su motoru olduğunu görmüşdür. O radiatoru idarə etdiyi “Vaz 2107” markalı avtomobilin radiatoru xarab olduğu üçün xarab radiatorla əvəz etmək məqsədilə, perfaratoru isə işlərdə istifadə etmək üçün oğurlamışdır. O, oğurladığı perforatoru, radiatoru, su motorlarını öz avtomobilinin yük yerinə qoymuşdur. Dəmir boruları isə həmin gün kənd ərazisindən keçən qeydiyyat nömrəsini xatırlamadığı “Qazel” markalı avtomobillə gəlmiş iki nəfər şəxslə razılaşıb biri 10 manata olmaqla cəmi 40 manata satmışdır. Səhəri gün öz avtomobilini ustaya aparıb radiatoru oğurladığı radiatorla dəyişdirmişdir. Perfaratoru avtomobilin yük yerində saxlamış, su motorlarını isə 07 iyul 2022-ci il tarixdə, səhər saatlarında Beyləqan rayonu, Birinci Şahsevən kəndi ərazisində yerləşən “Dördyol” deyilən ərazidə tanımadığı bir nəfər şəxsə hər biri 10 manata olmaqla cəmi 20 manata satmışdır. Qardaşı Seymur və arvadı Maisənin ondan şikayətçi olduqlarını bildikdə perfaratoru və radiatoru gətirib polisə təqdim etmişdir. O, 06 iyul 2022-ci il tarixdə, saat 11 radələrində qardaşı Seymura məxsus 4 ədəd hər biri təxminən 5 metr uzunluğunda, işlənmiş, istifadəyə yararlı dəmir borular, 1 ədəd “Cinhen” markalı, istifadə olunmuş, perfarator, 1 ədəd işlənmiş, mis materialdan olan “Vaz 2106” markalı avtomobillərə aid radiator, 1 ədəd “Aqadel” markalı, işlənmiş su motoru və 1 ədəd “Marquis” markalı, işlənmiş su motorunu oğurlamışdır. O, əşyaları satdığı və başqa şəxslərə oğurluq etməsi barədə heç bir söz deməmişdir. İş üzrə Zərərçəkmiş şəxs qanunvericilikdə müəyyən edilmiş qaydada dəvət edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Zərərçəkmiş şəxs, ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşıdır, əvvəllər aralarında hər hansı ədavət və ya düşmənçilik olmamışdır. O, Bakı şəhərində kirayədə yaşayır və çörək pulunu qazanmaq üçün Bakı şəhərində fərdi əməklə məşğul olur. O, 26 iyun 2022-ci il tarixdə arvadı Şahid ilə birlikdə Bakı şəhərinə getmiş, 07 iyul 2022-ci il tarixdə saat 23 radələrində Beyləqan rayonu, Birinci Şahsevən kəndində yerləşən evinə qayıtmışlar. Onlar evə gəldikdən sonra həyətə baxan zaman həyətdəki əl damının içərisində olan 1 ədəd “Cinhen” markalı, 2018-ci il istehsalı, istifadəyə yaralı, az istifadə olunmuş, 1200 manat dəyərində perfaratorun, 1 ədəd işlənmiş, istifadəyə yararlı, mis materialdan olan, 2018-ci il istehsalı, 60 manat dəyərində “Vaz 2106” markalı avtomobillərə aid radiatorun və həyətdə qoyub getdikləri 4 ədəd hər biri 5 metr uzunluğunda, 75 millimetrlik, işlənmiş, Rusiya istehsalı, istifadəyə yararlı, 1 metri 8 manata olmaqla bir ədədi 40 manat, 4 ədədi cəmi 160 manat dəyərində dəmir boruların, 1 ədəd “Aqadel” markalı, işlənmiş, istifadəyə yararlı, istehsal ilini bilmədiyi 60 manat dəyərində su motorunun, 1 ədəd “Marquis” markalı, 2015ci il istehsalı, işlənmiş, istifadəyə yararlı, 50 manat dəyərində su motorunun yerində olmadığını, oğurlandığını aşkar etmişlər. Onlar həmin əşyaları qardaşı Eynurun oğurlamasını güman etmişlər. Maisə ilə birlikdə həyəti axtardıqdan sonra Maisə Eynurdan həmin əşyaları oğurlayıb-oğurlamamasını soruşmaq üçün getmiş bir qədər keçdikdən sonra geri qayıdaraq oğurluğu Eynurun etdiyini bildirmişdir. Maisə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edib evinin həyətindən oğurluq olması barədə məlumat vermişdir. Oğurluq nəticəsində ona 1530 manat maddi ziyan dəymişdir. Maisə həmin əşyaların qiymətini dəqiq bilmədiyi üçün izahatında dəyən maddi ziyanı təxminən 2000 manat söyləmişdir. Onlar 26 iyun 2022-ci il tarixdən 07 iyul 2022-ci il tarixədək evdə olmamışlar. Buna görə də oğurluğun konkret olaraq hansı tarixdə baş verməsini dəqiq bilməmiş, oğurluq edilməsini isə 07 iyul 2022-ci il tarixdə aşkar etmişdir. İş materiallarına əlavə edilmiş cinayət işinin başlanmasıvə icraata götürülməsi barədə qərardan görünür ki, cinayət işinin başlanmasına səbəb və əsas Şahid qaynı Təqsirləndirilən şəxs tərəfindən bir ədəd perforatorun, dörd ədəd dəmir borunun, iki ədəd su motorunun, maşın radiatorunun oğurlanması barədə 08 iyul 2022-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidməti-zəng mərkəzi sisteminə verdiyi məlumat və Beyləqan rayon polis şöbəsinə yazdığı ərizə əsasında Beyləqan rayon polis şöbəsinin Təhqiqat bölməsində, daha sonra İstintaq bölməsində toplanmış materiallar olmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən və iş materiallarından görünür ki, Hüseynov X4 rayon məhkəməsinin 14 fevral 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib iki il altı ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 01 il, 04 ay, 06 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Beyləqan rayon İcra və probasiya şöbəsinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs hökm üzrə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkib qurtardığından 24 iyul 2020-ci il tarixdə Beyləqan rayon İcra və probasiya şöbəsinin qeydiyyatından çıxarılmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi xx.xx.2022-ci il tarixdə Füzuli rayon məhkəməsinə göndərilmişdir. İş materiallarına əlavə edilmiş ölüm haqqında akt qeydindən görünür ki, Təqsirləndirilən şəxs 07 fevral 2023-cü ildə ölmüşdür. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 106-1.1-ci maddəsinə əsasən, ölmüş təqsirləndirilən (şübhəli) şəxsin hüquq və vəzifələrini cinayət işi üzrə icraat zamanı həyata keçirmək istəyini bildirən yaxın qohumlarından biri təqsirləndirilən (şübhəli) şəxsin hüquqi varisi hesab olunur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 106-1.3-cü maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqan bu Məcəllənin 106-1.1-ci maddəsində göstərilən şəxsin öldüyü vaxtdan 3 (üç) gün müddətində onun yaxın qohumlarına şəxsin hüquqi varisi qismində tanınmaq istəyinin olub-olmaması barədə yazılı bildiriş göndərir və ya təqdim edir. Həmin bildirişdə şəxsin ölməsi ilə əlaqədar cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddəsinə əsasən xitam verilməsinin bəraətverici əsas hesab edilmədiyi barədə müvafiq izah da verilir. Ölmüş şəxsin yaxın qohumu cinayət təqibinə xitam verilənədək və ya bu Məcəllənin 282.1-1-ci maddəsində nəzərdə tutulmuş halda müvafiq istəyini bildirdikdə onun hüquqi varis qismində tanınması barədə qərar qəbul edilir. Həmin Məcəllənin 106-1.4-cü maddəsinə əsasən ölmüş şəxs barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərar bu Məcəllənin 106- 1.3-cü maddəsində nəzərdə tutulan bildirişin göndərildiyi və ya təqdim edildiyi gündən 20 (iyirmi) gün sonra çıxarılır. Təqsirləndirilən şəxs qardaşı X3 hüquqi varis qismində tanınması barədə ərizə ilə məhkəməyə müraciət etmiş, həmin ərizədə göstərmişdir ki, Beyləqan Rayon Məhkəməsinin icraatında qardaşı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi vardır. Qardaşı Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Məhkəmə prosesində həmin cinayət işi üzrə qardaşı Təqsirləndirilən şəxs hüquq və vəzifələrini həyata keçirmək istəyir. Odur ki, iş üzrə təqsirləndirilən şəxs qardaşı Təqsirləndirilən şəxs hüquqi varisi qismində tanınmasını xahiş edir. Həmçinin qardaşı Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin icraatına Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən xitam verilməsinə etiraz etmir. Təqsirləndirilən şəxs müdafiəçisi vəkil Müdafiəçi da məhkəmə iclasında bildirdi ki, Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərarın çıxarılmasına etiraz etmir. Dövlət ittihamçısı Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan CPM-in 39.1.5-ci maddəsinə əsasən xitam verilməsi haqqında qərarın çıxarılmasını xahiş etdi. Beləliklə, məhkəmə cinayət işi üzrə toplanmış sübutları araşdırıb, dövlət ittihamçısının və müdafiəçinin fikrini nəzərə alıb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs öldüyü üçün, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə (ölən şəxsə bəraət verilməsi zəruri olduğu hallar istisna edilməklə) cinayət işi üzrə icraata xitam verilməlidir. İş üzrə maddi sübut–Beyləqan RPŞ-nin maddi sübutların saxlama otağında saxlanılan 01 ədəd “Cinhen” markalı perforator və Vaz 2106 markalı avtomobillər üçün nəzərdə tutulmuş 01 ədəd radiator Zərərçəkmiş şəxs qaytarılmalıdır. Bundan başqa, zərərin ödənilməmiş hissəsi ilə bağlı məhkəmədə mülki iddia qaldırmaq hüququ Zərərçəkmiş şəxs izah edilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 39, 43, 106, 344-347, 356, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və həmin cinayət işi üzrə icraata, o, öldüyü üçün xitam verilsin. İş üzrə maddi sübut–Beyləqan RPŞ-nin maddi sübutların saxlama otağında saxlanılan 01 ədəd “Cinhen” markalı perforator və Vaz 2106 markalı avtomobillər üçün nəzərdə tutulmuş 01 ədəd radiator Zərərçəkmiş şəxs qaytarılsın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. İş üzrə ekspertiza xərci olan 50 (əlli) manat pul Təqsirləndirilən şəxs hüquqi varisi X1 tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza mərkəzinin hesabına keçirilsin. Məhkəmə dövründə göstərdiyi hüquqi yardıma görə 10 (on) saat üçün 60 (altmış) manat Beyləqan rayon vəkil bürosunun vəkili Rüstəmov X5 ödənilsin. Hökmün surəti həmin hissədə icrası üçün Azərbaycan Respublikası Vəkillər X6 və Tədris Mərkəzinə göndərilsin. İş üzrə mülki iddia yoxdur . Qərar 20 gündən sonra qanuni qüvvəsini alır, qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Beyləqan rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №1(020)-14/2023
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №1(020)-14/2023
12.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver