Məhkəmə qərarları › İş №1(020)-14/2024

Beyləqan Rayon Məhkəməsi Hökm — İş №1(020)-14/2024

01.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Beyləqan rayon İş № 1(020)-14/2024 01.02.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs və onun müdafiəçisi Beyləqan rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1995-ci il tarixdə Beyləqan rayonu, Bünyadlı kəndində anadan olmuş, orta təhsilli, işsiz, Azərbaycan Respublikasının vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, Beyləqan rayonu, Bünyadlı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qəsdən tamah niyyəti ilə özgənin əmlakını hüquqazidd və əvəzsiz olaraq oğurlamaq, yəni gizli olaraq talamaq məqsədi ilə 16 noyabr 2023-cü il tarixdə, saat 03 radələrində həmkəndlisi Zərərçəkmiş şəxs yaşadığı Beyləqan rayonu Bünyadlı kəndində yerləşən fərdi yaşayış evinin qarşısına gələrək evin hasarına yaxınlaşmış, həmin hasarın üstündən keçib evin həyətinə qanunsuz daxil olaraq həyətdə olan saxlanc yeri hesab olunan xırda buynuzlu heyvanlar saxlanılan tövlənin qapısını açaraq içərisinə qanunsuz daxil olaraq Zərərçəkmiş şəxs məxsus heyvanların arasından hər biri 300 manat dəyərində olan 02 baş dişi cinsli, 6 aylıq, əla köklüklü, diri çəkisi təxminən 38-39 kq, təmiz əti isə 18 kq olan quzuları götürüb, tövlədən bayıra çıxarmaqla Zərərçəkmiş şəxs məxsus cəmi 600 manat dəyərində əmlakı qəsdən oğurlamış, yəni özgənin əmlakını gizli olaraq talamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bildi və ifadəsində göstərdi ki, o, ailə üzvləri ilə birlikdə Beyləqan rayonu Bünyadlı kəndində yaşayır. Özü rəmi olaraq heç bir yerdə işləmir, lakin gündəlik tələbatlarını ödəmək üçün fəhləliklə məşğul olur. Beyləqan rayon Bünyadlı kənd sakini Zərərçəkmiş şəxs tanıyır, onunla arasında heç bir ədavət, düşmənçilik yoxdur və əvvəllər də olmamışdır. Onun maddi vəziyyəti aşağı olduğu üçün pula ehtiyacı olmuşdur. 16 noyabr 2023-cü il tarixdə gecə saatlarında o, yaşadığı evdə olan zaman hava almaq üçün yaşadığı evin həyətinə çıxmışdır. O, həyətdə olan zaman necə pul tapa biləcəyini düşünmüşdür. O, artıq heç bir yerdən pul tapa bilməyəcəyini görüb oğurluq etmək qərarına gəlmişdir. Buna görə də o, yaşadığı evdən çıxıb kənd aralığına çıxmışdır. Bu zaman saat 03 radələri olmuşdur. Qonşusu Zərərçəkmiş şəxs yaşadığı evin həyətində olan tövlədə xırdabuynuzlu heyvanlar saxladığını bilmişdir. Buna görə də o, Aqilin həyətində olan tövləyə girib heyvan oğurlamaq qərarına gəlmişdir. O, Zərərçəkmiş şəxs yaşadığı evin həyətinin hasarına yaxınlaşıb hasarın üstündən evin həyətinə keçmişdir. Həyətə düşdükdən sonra tövləyə yaxınlaşmış və tövlənin içərisinin işıqlarını söndürmüşdür. Bundan sonra o, tövlənin qapısını açıb içəri daxil olmuşdur. İiçəri daxil olduqdan sonra heyvanlara yaxınlaşmış, tövlədə olan 2 baş quzunu tutmuş və ayaqlarından kəndirlə bir-birinə bağlamışdır. Bundan sonra quzuları dartaraq tövlədən həyətə çıxarmışdır. Tövlənin qapısını bağlamış və quzuları oradan dartaraq hasarın yanma gətirmişdir. Quzuları orada olan dəmir pilləkənlə yuxarı qaldırıb hasarın dibi ilə yığılmış ot preslərinin üstünə qoymuşdur. Sonra hasarın digər tərəfində olan qaz borusunun üzərinə düşmüş və quzuları ot presinin üstündən dartaraq həyətin çölünə, yəni küçəyə salmışdır. Quzuları küçənin girəcəyinə tərəf aparıb dayanmışdır. Bundan sonra quzuları mal-heyvan bazarına aparıb satmaq qərarına gəlmişdir. Buna görə də taksi işləyən həmkəndlisi Şahid zəng edib mal-heyvan bazarına heyvan aparmalı olduğunu bildirərək heyvanları satdıqdan sonra ona olan borcunu da verəcəyini bildirərək yaşadığı küçənin girişində onu gözlədiyini demişdir. Nurlan orada durmağını və gəlib onu aparacağını bildirmişdir. Təxminən 15 dəqiqə sonra Nurlan özünə məxsus VAZ 2106 markalı avtomobili ilə onun yanına gəlmişdir. Nurlanla salamlaşıb qaynatasının ona 2 baş quzu verdiyini və pula ehtiyacı olduğu üçün quzuları mal-heyvan bazarına aparıb satmaq istədiyini bildirmişdir. Nurlan heç bir problem olmadığını bildirmiş və o oğurladığı 2 baş quzunu Nurlanın avtomobilinin yük yerinə qoymuşdur. Bundan sonra onlar Beyləqan rayonu, Eyvazalılar kəndində yerləşən malheyvan bazarına getmişlər. Bazarda həmin quzuları tanımadığı şəxsə 450 manat pul qarşılığında satmışdır. Sonra o yenidən Nurlanın avtomobilinə oturmuş və Nurlan onu yaşadığı evə gətirmişdir. Nurlana olan 80 manat borcunu vermiş və onu bazara aparıb gətirməsi qarşılığında da ona 20 manat yol haqqı verib yaşadığı evə getmişdir. Səhəri gün yerdə qalan pulla kreditlərini ödəmiş və 50 manat pul qalmışdır. Sonra o yerdə qalan pulu gündəlik tələbatları üçün xərcləmişdir. Zərərçəkmiş şəxs yaşadığı evin həyətində olan tövlədən 16 noyabr 2023-cü il tarixdə, saat 03 radələrində özü tək oğurluq etmişdir. Oğurluq hadisəsini törətməkdə ona heç kim köməklik etməmişdir. Zərərçəkmiş şəxs yaşadığı evin həyətində olan tövlədən oğurluq etməyi barədə heç kimə heç bir məlumat verməmişdir. Nurlan heyvanların oğurluq olduğunu bilməmişdir. Nurlana bazara apardığı quzuları qaynatasının ona verdiyini bildirmişdir. Heyvanları bazarda tanımadığı şəxsə satmışdır. Törətdiyi əməli etiraf etmişdir. Əməlindən peşmandır. Bir daha cinayət törətməyəcəkdir. Zərərçəkmiş şəxsə vurduğu ziyanı ödəmişdir. Zərərçəkmiş şəxslə barışmışdır. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Beyləqan rayonu Bünyadlı kənd sakini Təqsirləndirilən şəxs tanıyır, onunla arasında heç bir ədavə və düşmənçilik yoxdur və əvvəllər də olmamışdır. O, heyvandarlıqla məşğul olur və iri və xırda buynuzlu heyvanlar saxlayır. Həmin heyvanları yaşadığı evin həyətində olan tövlələrdə saxlayır. Hər gün saat 23 radələrinə qədər heyvanlara qulluq edir və 23 radələrində tövlələrin qapısını bağlayıb yaşadığı evə gedir. xx.xx.2023-cü il tarixdə, axşam saat 23 radələrində o həmişəki kimi heyvanlara qulluq edib hər üçü tövlənin qapısını bağlayıb yaşadığı evə getmişdir. Səhəri gün tezdən saat 08 radələrində o xırda buynuzlu heyvanları saxladığı tövləyə getmiş və heyvanlara yem vermişdir. Bu vaxt heyvanları saymış və sayan zaman 2 baş xırda buynuzlu heyvanın olmadığını görmüşdür. Yenə də heyvanları saymış, ancaq sayının az olduğunu görmüşdür. Evdə olan şəxslərə 2 baş xırda buynuzlu heyvanların yerində olmadığını bildirib xəbərlərinin olub-olmadığını soruşmuş və ailə üzvləri də xəbərlərinin olmadıqlarını ona bildirmişlər. Bundan sonra o, heyvanları kənd ərazisində soraqlamağa başlamışdır. Lakin həmin vaxtdan bir həllə keçməsinə baxmayaraq o heyvanları tapa bilməmişdir. Buna görə də o, xx.xx.2023-cü il tarixdə Beyləqan rayon polis şöbəsinə gələrək 2 baş xırdabuynuzlu heyvanının naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanması barədə müraciət etmişdir. Sonradan ona məxsus xırda buynuzlu heyvanların həmkəndlisi Təqsirləndirilən şəxs tərəfindən oğurlanması müəyyən edilmişdir. Ona məxsus heyvanlar xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə keçən gecə yaşadığı evin həyətində olan tövlənin içərisindən oğurlanmışdır. O tövlənin qapısını çöl tərəfdən bağlayıb gedir. Tövləyə daxil olan şəxs tövlənin qapısını açaraq içəri daxil olub 2 baş xırda buynuzlu heyvanı oğurlamışdır. Ona məxsus 02 baş dişi cinsli, 6 aylıq, əla köklüklü, diri çəkisi təxminən 38-39 kq, təmiz əti isə 18 kq olan quzular oğurlanmışdır və ona ümumilikdə 600 manat maddi ziyan dəymişdir. Ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Təqsirləndirilən şəxsdən tələb və şikayəti yoxdur, onunla barışmışdır. Təqsirləndirilən şəxsə yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. İş üzrə şahid qismində dindirilmiş Şahid məhkəmədə verdiyi ifadəsində göstərdi ki, özü rəsmi olaraq heç bir yerdə işləmir, lakin gündəlik tələbatlarını ödəmək üçün özünə məxsus VAZ 2106 markalı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. Beyləqan rayon Bünyadlı kənd sakinləri Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs tanıyır, onlarla arasında heç bir ədavət, düşmənçilik yoxdur və əvvəllər də olmamışdır. 16 noyabr 2023-cü il tarixdə, gecə saat 04 radələrində yaşadığı evdə yatan zaman həmkəndlisi Təqsirləndirilən şəxs ona zəng edib mal-heyvan bazarına 02 ədəd quzu aparmalı olduğunu bildirərək taksi kimi onun heyvanını Beyləqan rayonu Eyvazahlar kəndində yerləşən mal-heyvan bazarına aparmağı, heyvanları satdıqdan sonra həm yol haqqını, həm də ona olan 80 manat borcunu verəcəyini bildirmişdir. Onunla razılaşaraq harada olduğunu soruşmuş və Rəşad yaşadığı küçənin girişində olduğunu bildirmişdir. O Rəşada onu orada gözləməsini bildirmişdir. O, özünə məxsus VAZ 2106 markalı, 43-BB- 062 dövlət qeydiyyat nişanlı avtomobillə Rəşadın yaşadığı küçənin girişinə getmişdir. Bu zaman Rəşad onu asfalt yolda gözləmişdir. Avtomobildən düşüb Rəşadla görüşmüşdür. Rəşad qayınatasının ona 2 baş quzu verdiyini və pula ehtiyacı olduğu üçün quzuları mal-qara bazarına aparıb satmaq istədiyini bildirmişdir. Rəşadgil özləri də heyvan saxladıqları üçün o heç bir şeydən şübhələnməmiş və Rəşada heç bir problem olmadığını bildirmişdir. Rəşad oğurladığı 2 baş quzunu onun avtomobilinin yük yerinə qoymuşdur. Bundan sonra ona məxsus avtomobillə Beyləqan rayonu, Eyvazahlar kəndində yerləşən mal-qara bazarına getmişlər. Bazarda Rəşad həmin quzuları tanımadıqları şəxsə 450 manat pul qarşılığında satmışdır. Sonra Rəşad yenidən onun avtomobilinə oturmuş və o onu yaşadığı evə gətirmişdir. Rəşad həmin puldan ona olan 80 manat borcunu vermiş və onu bazara aparıb gətirməyi qarşılığında da 20 manat yol haqqı verib yaşadığı evə getmişdir. Bundan sonra o da yaşadığı evə getmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yaşadığı evin həyətində olan tövlədən iki baş quzu oğurladığından məlumatı olmamışdır. Heyvanların oğurluq olduğunu bilməmişdir. Rəşad ona bazara apardığı quzuları qayınatasının ona verdiyini və pula ehtiyacı olduğu üçün bazara aparıb satmaq istədiyini bildirmişdir. Həmin heyvanların oğurluq olduğunu bilməmişdir. Rəşad heyvanları bazarda tanımadıqları şəxsə satmışdır. İş materiallarına əlavə edilmiş cinayət işinin başlanması və icraata götürülməsi barədə qərardan görünür ki, cinayət işinin başlanması üşün səbəb və əsas Beyləqan rayonu, Bünyadlı kənd sakini Zərərçəkmiş şəxs 15 noyabr 2023-cü il tarixdə 16 noyabr 2023-cü il tarixə keçən gecə yaşadığı Beyləqan rayonu, Bünyadlı kəndində yerləşən yaşayış evinin həyətində olan xırdabuynuzlu heyvanlar saxlanılan tövlənin içərisindən 02 baş xırdabuynuzlu heyvanının oğurlanması nəticəsində ona 600 manat maddi ziyan vurulması barədə həmin tarixdə Daxili İşlər Nazirliyinin Beyləqan rayon polis şöbəsinə ərizə ilə etdiyi müraciət əsasında Beyləqan rayon polis şöbəsinin İstintaq bölməsində toplanmış materiallar olmuşdur. İş materiallarına əlavə edilmiş “Hadisə yerinə baxış keçirilməsi haqqında” 23 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Zərərçəkmiş şəxs yaşadığı evin həyətində olan xırdabuynuzlu heyvanlar saxlanılan tövlənin içərisidir. İş materiallarına əlavə edilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli 9/9360 saylı rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 02 baş dişi cinsli, 6 aylıq, əla köklüklü, diri çəkisi təxminən 38-39 kiloqram, xalis ət çıxarı 18 kiloqram olan quzuların 2023-cü ilin noyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 600.00 ( 2 baş x300.00 manat) manat müəyyən edilir. Beləliklə, məhkəmə iclasında təqsirləndirilən şəxsin etirafı ilə yanaşı zərərçəkmiş şəxsin və şahidin ifadələri, habelə işin məhkəmə iclasında tədqiq edilib öz təsdiqini tapmış digər materialları ilə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yaşadığı fərdi yaşayış evinin həyətində olan tövlədən dən 600 manat dəyərində quzularını oğurlaması, yəni gizli olaraq talaması kifayət qədər sübuta yetmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin hərəkətlərində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin tərkibi vardır. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. İş materiallarına əlavə edilmiş Beyləqan rayon İcra hakimiyyəti başçısının Beyləqan rayon Bünyadlı kəndi İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyindən verilmiş xasiyyətnaməyə əsasən Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur. İş materiallarına əlavə edilmiş Beyləqan rayon İcra hakimiyyəti başçısının Beyləqan rayon Bünyadlı kəndi İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsinin 12 dekabr 2023-cü il tarixli 604 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2022-ci il təvəllüdlü Aylin, 2023-cü il təvəllüdlü Aysun adlı 2 nəfər azyaşlı uşaqları vardır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşaqlarının olmasını CM-nin 59.1.4-cü maddəsinə, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını CM-nin 59.1.12-ci maddəsinə, zərərçəkmiş şəxsə dəymiş ziyanın könüllü olaraq tamamilə aradan qaldırılmasını CM-nin 59.1.13-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin edilərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 №-li qərarının 1-ci bəndinin 1 və 2-ci abzasında göstərilmişdir ki, «hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin ediməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər”. “Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır.” Həmin Qərarın 2-ci bəndində göstərilir ki, “məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi müzakirə etməlidirlər.” Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyini ilə bağlı məsələni müzakirə edib, hesab edir ki, yuxarıda göstərilən cəzanı yüngülləşdirən hallarla yanaşı onun şəxsiyyətini, ailə vəziyyətini, əməlidən səmimi peşimançılıq çəkməsini, nəzərə almaqla ona Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə cinayət əməlini törətməsinə görə, həmin maddənin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlığın məhdudulaşdırılması cəzası təyin edilməsini qanuna və məqsədə müvafiqdir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52- 1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Beyləqan rayon ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalıdır. İş üzrə maddi sübut və digər tələb yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 2 (iki) il müddətə azadlığın məhdudlaşdırlması cəzasına məhkum edilsin. Cəzanın əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Beyləqan rayonu ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Beyləqan rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə mindikdən sonra ləğv edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən ekspertiza xərci 50 (əlli) manat pul təqsirlənirilən şəxs Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az MEM, VÖİN **********, X1, KOD 21005 VÖEN ********** Müxbir hesabı AZ41 NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə göstərdiyi hüquqi yardıma görə 15 (on beş) saat üçün 90(doxsan) manat Beyləqan rayon vəkil bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmün surəti həmin hissədə icrası üçün Azərbaycan Respublikası Vəkillər X2 və Tədris Mərkəzinə göndərilsin. İş üzrə maddi sübut və digər tələb yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Beyləqan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində şikayət və protest verilməzsə hökm həmin müddət bitdiyi gündən sonrakı gün qanuni qüvvəsini alır. Hakim: Ramiz Nurullayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar