Azərbaycan Respublikası adından HÖKM Beyləqan rayon İş № 1(020)-14/2025 15.05.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Cabbarlı Xatın Mahir qızının sədrliyi, Məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Abbasov Zaur Alı oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasna aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Beyləqan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1995-ci il tarixdə Bərdə rayonu, Otuzikilər kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, iki azyaşlı uşağı olan, orta təhsili, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 177.2.1, 177.2.2, 177.2.3, 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə və binaya qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaqla təkrarən oğurluq etmiş, eləcə də qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirərək təkrarən dələduzluq etmişdir. Belə ki, o, Beyləqan rayonu, Örənqala qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs2 əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə qanunsuz və əvəzsiz olaraq ələ keçirmək niyyətilə Tik-tok sosial şəbəkəsində tanış olduğu Şahid3 ilə xarici ölkələrdən birinə gedib orada birikdə yaşamaqdan ötrü pul əldə etmək məqsədilə Zərərçəkmiş şəxs2 qızıl-zinət əşyalarını ələ keçirib satmaq barədə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib, aralarında olan razılaşmaya uyğun olaraq o, 2023-cü ilin mart ayının əvvəllərində, istintaqa məlum olmayan vaxtda Zərərçəkmiş şəxs2 qonaqlıqda istifadə etdikdən sonra geri qaytaracağını bildirib etibarından sui-istifadə edərək aldadıb, tərkibində bir ədəd qızıl boyunbağı, bir ədəd qızıl qolbaq, bir ədəd qızıl üzük və bir cüt qızıl sırğa olan 7150 manat dəyərində xeyli miqdarda 583 əyarlı 65 qram çəkidə qızıl dəstini alaraq aparıb Beyləqan rayonu, Kəbirli kəndində yerləşən yaşadığı evin yaxınlığında olan işıq dirəyinə bərkidilmiş işıq sayğacı ilə sayğacın qapısının arasına qoyaraq istifadəsində olan +**********41 saylı mobil nömrə vasitəsilə qrupun digər üzvü olan Şahid3 istifadəsində olan +**********06 saylı nömrə ilə qeydiyyatdan keçirilmiş “whatsapp” tətbiqinə məkan və mesajlar göndərib qızılzinət əşyalarını qoyduğu yer barədə məlumat vermiş, bundan sonra Şahid3 2023-cü ilin mart ayının əvvəllərində, istintaqa məlum olmayan gündə və saatda ona göndərilmiş məkan və məlumatlar əsasında işıq sayğacının olduğu yerə gələrək sayğacın qapısının arasından həmin qızıl-zinət əşyalarını götürərək aparmış, beləliklə, o, Şahid3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs2 məxsus əmlakı, yəni 7150 manat dəyərində xeyli miqdarda 65 qram qızıl-zinət əşyalarını ələ keçirib dələduzluq etmişdir. Bundan başqa o, təkrarən Beyləqan rayonu, Kəbirli kəndində yaşayan Zərərçəkmiş şəxs1 əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə qanunsuz və əvəzsiz olaraq ələ keçirmək niyyətilə Tik-tok sosial şəbəkəsində tanış olduğu Şahid3 ilə xarici ölkəyə gedib orada birlikdə yaşamaqdan ötrü pul əldə etmək məqsədilə Zərərçəkmiş şəxs1 qızıl-zinət əşyalarını ələ keçirmək barədə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib, aralarında olan razılaşmaya uyğun olaraq o, 15 aprel 2023-cü ildə, istintaqa məlum olmayan vaxtda Zərərçəkmiş şəxs1 bacısının toy məclisində istifadə etdikdən sonra geri qaytaracağını bildirib etibarından sui-istifadə edərək aldadıb 3485 manat dəyərində 583 əyarlı 41 qram çəkidə bir ədəd qızıl boyunbağını alıb 18 aprel 2023-cü il tarixdə, istintaqa məlum olmayan vaxtda həmin boyunbağını qaynı Şahid4 verib anasına məxsus olduğunu bildirərək lombarda qoyaraq pul götürməsini və həmin pulu **********095365 saylı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus plastik bank kartı hesabına köçürməsini bildirmiş, Şahid4 həmin boyunbağını "xxxx" Açıq Səhmdar Cəmiyyətində lombarda qoyaraq götürdüyü 2175 manat puldan 2000 manatını 18 aprel 2023-cü il tarixdə, saat 16:41-də onun göstərişi ilə Beyləqan şəhəri, Heydər Əliyev prospektində yerləşən “Mikromart” marketdə quraşdırılmış “eManat” terminalı vasitəsilə qrupun digər üzvü olan Şahid3 istifadəsində olan sonuncunun anası X2 adına olan **********095365 saylı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus plastik bank kartı hesabına köçürmüş, 100 manatını yol pulu olaraq özünə götürmüş, 75 manatını isə ona vermiş, beləliklə, o, Şahid3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs1 məxsus əmlakı, yəni 3485 manat dəyərində 41 qram qızıl -zinət əşyasını ələ keçirib təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrarən Beyləqan rayonu, Kəbirli kəndində yaşayan qayınanası Zərərçəkmiş şəxs4 məxsus əmlakı tamah məqsədilə, hüquqazidd və əvəzsiz olaraq oğurlamaq, yəni gizli olaraq talamaq üçün Tik-tok sosial şəbəkəsində tanış olduğu Şahid3 ilə birikdə xarici ölkəyə gedib orada yaşamaqdan ötrü pul əldə etmək məqsədilə Zərərçəkmiş şəxs4 qızıl-zinət əşyalarını oğurlamaq barədə razılaşıb qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək aralarında olan razılaşmaya uyğun olaraq o, 20 aprel 2023cü il tarixdə, istintaqa məlum olmayan vaxtda qayınanası Zərərçəkmiş şəxs4 saxlanc yeri olan yataq otağına qanunsuz daxil olub otaqda yerləşən saxlanc yeri kimi istifadə edilən paltar dolabının içərisində olan Zərərçəkmiş şəxs4 məxsus saxlanc yeri kimi istifadə edilən çantaya qanunsuz daxil olub, Zərərçəkmiş şəxs4 məxsus tərkibində 583 əyarlı 15 qram çəkidə bir ədəd qızıl boyunbağı, 583 əyarlı 10 qram çəkidə bir ədəd qızıl sırğa, 583 əyarlı 8 qram çəkidə bir ədəd qızıl üzük, 583 əyarlı 10 qram çəkidə bir ədəd qızıl qolbaq olan cəmi 5000 manat dəyərində 43 qram çəkidə qızıl dəstini oğurlayıb, Beyləqan rayonu, Kəbirli kəndində yerləşən yaşadıqları evin yaxınlığında olan işıq dirəyinə bərkidilmiş işıq sayğacının üzərinə qoyduqdan sonra istifadəsində olan +**********41 saylı mobil nömrə vasitəsilə qrupun digər üzvü olan Şahid3 istifadəsində olan +**********06 saylı nömrə ilə qeydiyyatdan keçirilmiş “whatsapp” tətbiqinə məkan və mesajlar göndərib qızıl-zinət əşyalarını qoyduğu yer barədə məlumat vermiş, bundan sonra Şahid3 istintaqa məlum olmayan tarixdə və vaxtda ona göndərilmiş məkan və məlumatlar əsasında işıq sayğacının olduğu yerə gələrək sayğacın üzərindən həmin qızıl-zinət əşyalarını götürüb aparmış, beləliklə, o, Şahid3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs4 məxsus əmlakı, yəni cəmi 5000 manat dəyərində qızıl-zinət əşyalarını təkrar oğurlamış, yəni özgənin əmlakını gizli olaraq təkrar talamışdır. Bundan başqa o, təkrarən Beyləqan rayonu, Kəbirli kəndində yaşayan qayınatası Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 məxsus əmlakı tamah məqsədilə, hüquqazidd və əvəzsiz olaraq oğurlamaq, yəni gizli olaraq talamaq üçün Tİk-tok sosial şəbəkəsində tanış olduğu Şahid3 ilə birikdə xarici ölkəyə gedib orada yaşamaqdan ötrü pul əldə etmək məqsədilə Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 məxsus pulu oğurlamaq barədə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək aralarında olan razılaşmaya uyğun olaraq o, 20 aprel 2023-cü il tarixdə, istintaqa məlum olmayan vaxtda Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 saxlanc yeri olan yataq otağına qanunsuz daxil olub otaqda yerləşən saxlanc yeri kimi istifadə edilən paltar dolabının içərisində olan saxlanc yeri kimi istifadə edilən taxta qutunun içərisinə qanunsuz daxil olub, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 birgə mülkiyyətində olan 5000 manat nağd pulu oğurlayıb, Beyləqan rayonu, Kəbirli kəndində yerləşən yaşadıqları evin yaxınlığında olan işıq dirəyinə bərkidilmiş işıq sayğacının üzərinə qoyaraq istifadəsində olan +**********41 saylı mobil nömrə vasitəsilə qrupun digər üzvü olan Şahid3 istifadəsində olan +**********06 saylı nömrə ilə qeydiyyatdan keçirilmiş “whatsapp” tətbiqinə məkan və mesajlar göndərib həmin pulun qoyulduğu yer barədə məlumat vermiş, bundan sonra Şahid3 istintaqa məlum olmayan tarixdə və vaxtda ona göndərilmiş məkan və məlumatlar əsasında işıq sayğacının olduğu yerə gələrək sayğacın üzərindən həmin pul vəsaitini aparmış, beləliklə, o, Şahid3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4a qızına məxsus əmlakı, yəni 5000 manat pulu təkrar oğurlamış, yəni özgənin əmlakını gizli olaraq təkrar talamışdır. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 177.2.1, 177.2.2, 177.2.3, 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır: Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 177.2.1, 177.2.2, 177.2.3, 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək, ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq edərək, bildirmişdir ki, Şahid1 onun əri olmuşdur. İnqilabla münasibəti əvvəllər normal olsa da, qaynatası Fazil ilə münasibəti yaxşı olmamışdır. Qaynatası onunla normal rəftar etməmiş, onları evdən çıxarmaq istəmişdir. O, İnqilabla birlikdə Beyləqan rayonu, Kəbirli kəndində qaynatası Fazilə məxsus olan evdə yaşamışdır. 06 fevral 2023-cü il tarixdə o, tik-tok sosail şəbəkəsində özünü Emrel kimi tanıtmış, lakin sonradan adının Nurlan olduğunu bildiyi şəxs ilə mobil telefonda tanış olmuş və həmin şəxs ilə bir neçə gün tanışlıq etdikdən sonra 10 gün ərzində sevgili kimi danışmağa başlamışlar. Nurlan Bakı şəhərində yaşadığını, ondan xoşu gəldiyini demişdir. Nurlan ona Almaniyaya gedib qaçqın kimi orada birlikdə yaşamağı təklif etmiş, o da razılıq vermişdir. Nurlan ona getmək üçün hazırlıq görməyə pulunun çatmadığını, pul tapa bilirsə tapıb ona göndərməsini bildirmişdir. O, da necə tapacağını soruşmuş, Nurlan üzərinə gələrək qızılları varsa ona verməsini, həmin pulu lombarda qoyaraq pul götürəcəyini, sonra həmin pulu ona qaytaracağını demişdir. O, da razılaşmışdır. 2023-cü ilin fevral ayının sonlarında özünə məxsus üzük, boyunbağı, qolbaq, sırğa olan qızıl dəstini Nurlana vermiş və həmin dəstin tərkibində olan üzük 585 əyarlı, 3 qram çəkidə, 200 manat dəyərində, boyunbağı 585 əyarlı, 10 qram çəkidə, 700 manat dəyərində, qolbaq 585 əyarlı, 5 qram çəkidə, 350 manat dəyərində və bir cüt sırğa 585 əyarlı, 4 qram çəkidə, 250 manat dəyərində olmuşdur. Onun qızıl dəstinin ümumi dəyəri 1500 manat dəyərində olmuşdur. O, Nurlan ilə bir dəfə görüntülü mobil telefonla danışmış, lakin onunla heç vaxt görüşməmişdir. Nurlan qızılı ondan necə götürəcəyini soruşmuş, o da qızılları evlərinin yaxınlığında olan sayğacın üzərinə qoyacağını demişdir. O, qaranlıq olmamış qızılları sayğacın üzərinə şüşə qabın içərisində qoyub Nurlana yerini bildirmişdir. Təxminən iki saat ərzində Nurlan gəlmişdir. Nurlan ilk dəfə idi ki, onun yaşadığı kəndə gəlirdi. O, Nurlanla mobil telefonda danışa-danışa yaşadığı evin yerini və yolunu təsvir etmiş, Nurlan pulu götürdükdən təxminən 15 gün sonra yenə ondan sənəd hazırlamaq üçün pul istəmiş, ona iki gün ərzində gedəcəklərini demişdir. O da buna görə qaynanasının qızıl sırğasını, özünə məxsus iki ədəd qızıl üzük və qızıl sepi götürüb yenə də eyni qaydada sayğacın üzərinə qoymuşdur. Nurlan bir də gələrək sayğacın üzərindən qızılları götürmüş, sonra onunla danışa bilməmişdir. Ona məxsus iki ədəd qızıl üzüyün hər biri 3,5 qram, 585 əyarlı, hər biri 250 manat olmaqla, cəmi 500 manat dəyərində olmuş, Nurlana verdiyi qızıl boyunbağı isə 9 qram, 585 əyarlı, 800 manat dəyərində olmuşdur. Bir gün sonra Nurlan əmisinin vəfat etdiyini, başının qarışıq olduğunu demiş, buna görə də Almaniyaya gedə bilmədiyini bildirmişdir. Bir müddət sonra uşaqların sənədi üçün də Nurlan pul istəmiş, o da uşaqlarını da apara bilməsi üçün, qohumu-keçmiş həyat yoldaşı İnqilabın bibisi oğlu Ramilin həyat yoldaşı Sevilə toya gedəci üçün, ona qızıllarını taxmaq üçün verməsini demiş, Sevil də razılıq vermişdir. Sevil ona qızıl boyunbağı, qolbaq, sırğa və üzüyünü vermiş, o da yenə eyni qaydada həmin qızılları sayğacın üzərinə qoymuş, Nurlan səhəri gün zəng edərək sayğacın üzərinə qoyduğu uşaq corabının içərəsindən kağız çıxdığını, dostunun onu aldatdığını, qızılı götürüb vermədiyini, boynuna almadığını demişdir. Nurlan dostunun sonradan Dubaya getdiyini demişdir. Nurlan yenə də pul lazım olduğunu demiş, bir müddət sonra 07 mart 2023-cü il tarixdə evdə mübahisə yaranmışdır. O, evdən çıxaraq Bakı şəhərinə getmiş, evdən çıxanda həyat yoldaşı İnqilaba məxsus 500 manat pulu evdə olan mebelin üzərindən götürmüş, heç kimə xəbər vermədən axşam saatlarında taksiyə zəng etmişdir. Taksi gəlib onu Bakı şəhərinə aparmışdır. Sabirbad rayonunda 500 manat pulu taksidən düşərək Nurlanın ona dediyi **********095365 nömrəli bank kartına göndərmişdir. Sonra da Bakı şəhərinə gedib orada qalmış və bir müddət atası gələrək onu Bərdə şəhərinə aparmışdır. Orada 18 gün qaldıqdan sonra yenidən Bakı şəhərinə getmiş, Bakı şəhərindən də Beyləqan rayonuna gəlmişdir. Sonra Nurlan ona 20 aprel 2023-cü il tarixdə Almaniyaya gedəcəklərini, bilet aldığını, buna görə əl xərcliyi lazım olduğunu, həmin pulu dollara çevirməli olduğunu demişdir. O da buna görə pulu necə əldə edəcəyini düşünmüş, buna görə də baldızı Xariqənin yanına gedərək ona toya gedəcəyini, qızıllarını taxması üçün ona verməsini demiş, Xariqə də razılıq vermişdir. O, Xariqədən qızılı alıb evə gəlmiş, sonra qaynı Atinə verərək bacısnıın xeyir işinə görə pul lazım olduğunu, qızılı lombarda qoyaraq kredit götürüb pulu anasına göndərməsini demişdir. O, Atinə heç kimə bu barədə danışmamasını, lombardın kreditini anasının ödəyəcəyini demişdir. Razılıq verdikdən sonra Atinə hesab nömrəsini vermiş, Atin Beyləqan rayonunda lombardda qızılın qiymətin ölçdürmüş, qızıl 2356 manat pul etmiş, lombarddan 2175 manat pul götürüb, 2000 manat pulu verdiyi kart hesabına göndərmiş, 175 manat pul qalmışdır. O, 75 manat pulu özü götürmüş, 100 manatın Atinə vermişdir. Səhəri gün İnqilabın yaxın dostu Mahirə zəng edərək, bacısının xeyir işinə görə 200 manat pul lazım olduğunu demişdir. O, Mahirə Nurlanın hesab nömrəsini vermiş, Mahir də pulu Nurlanın verdiyi hesaba yükləmişdir. Sonra da səhəri gün yaşadığı evdə olarkən Nurlana zəng etmiş, lakin Nurlan ona yazmamışdır. Saat 21:00-da Nurlan ona yazdığı səhifənin dostunun olduğunu, buna görə dostunun həyat yoldaşı ilə dalaşdığını bildirmişdir. Onlar 23:00-da təyyarə ilə getməli olduğu üçün artıq Nurlanın onun aldatmasını başa düşmüşdür. Qaynanası, qaynatası və oğlu evdə olmamış, həyat yoldaşı İnqilab isə yatmışdır. O, taksiyə zəng etmiş, taksi gəldikdən sonra o, saat 22:00-da evdən çıxıb taksiyə minib getmiş, yolda Nurlanın həyat yoldaşı kimi özünü təqdim edən şəxs ona ailəsini dağıtdığını yazmış, o da Nurlanın ailəli olmasını bilmədiyini bildirmişdir. Özünü Nurlanın həyat yoldaşı kimi təqdim edən qadın Nurlanın adının Samir olduğunu demiş və ona şəkil atmış, lakin o, həmin şəkildəki adamı tanımamışdır. Həmin anda Nurlan ona yazaraq onu aldatdığını, ailəli olduğunu, ailəsinin xəbəri olduğunu, evdə mübahisə yarandığını, ailəsi ilə münasibətinin pisləşdiyini, əsil adının Şahid3 olduğunu, Mingəçevir şəhərində yaşadığını deyib uşaqları atıb burdan getməyi təklif etmiş, o da uşaqlarını atmayacağını demişdir. Nurlan ona səhəri gün görüntülü zəng edəcəyini desə də zəng etməmiş, o da buna görə Bərdə şəhərinə getmişdir. Eyni zamanda bildirdi ki, ittihamda ona qarşı 20 aprel 2023-cü il tarixdə evdən gedən zaman Zərərçəkmiş şəxs4 məxsus tərkibində 583 əyarlı 15 qram çəkidə bir ədəd qızıl boyunbağı, 583 əyarlı 10 qram çəkidə bir ədəd qızıl sırğa, 583 əyarlı 8 qram çəkidə bir ədəd qızıl üzük, 583 əyarlı 10 qram çəkidə bir ədəd qızıl qolbaq olan cəmi 5000 manat dəyərində 43 qram çəkidə qızıl dəstinin və 5000 manat məbləğində pul vəsaitinin onun tərəfindən oğurlandığı qeyd edilsə də, o, həmin gün evdən heç nə götürüb aparmamış, yalnız qaynanasının boyunbağını və sırğasını 2023-cü ilin mart ayının əvvəllərində oğurlayıb Nurlana vermişdir. Lakin keçmiş qaynanası Zərnişanın və Zərərçəkmiş şəxs3 başqa heç bir əşyasını oğurlamamışdır. Sonda məhkəmə iclasında Təqsirləndirilən şəxs törətdiyi əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslərlə barışıq əldə etdiyini və onlara vurulmuş ziyanın ödənildiyini bildirib, məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq edərək, bildirmişdir ki, Şahid1 onun oğludur. İnqilab onunla birlikdə Beyləqan rayonu, Kəbirli kəndində ona məxsus olan evdə yaşayır. Təqsirləndirilən şəxs isə İnqilabın həyat yoldaşı olmuşdur və onların iki övladı vardır. Zülfiyyə ilə münasibətləri hər zaman normal olmuşdur. O, 20 aprel 2023-cü il tarixdə günorta saatlarında yaşadığı evdən Beyləqan rayonu Kəbirli kəndinə qızına məxsus olan evə həyat yoldaşı Zərnişan ilə birlikdə getmiş və axşam saatlarında evə qayıtdıqda Zülfiyyə evdə olmamışdır. O, İnqilabdan Zülfiyyənin harada olmasını soruşduqda Zülfiyyənin getdiyini bildirmişdir. O, Zülfiyyənin evdən küsüb getməsini, İnqilabla mübahisə etməsini düşünmüş və Zülfiyyənin geri qayıdacağını fikirləşmişdir. Lakin Zülfiyyə zənglərə cavab verməmiş, sonradan evə baxdıqda Zülfiyyənin onun yataq otağındakı dolabda saxladığı 5000 manat pulunu götürüb getdiyini müəyyən etmişdir. Zərnişan da Zülfiyyənin onun qızıllarını da otaqlarındakı çantasından götürdüyünü bildirmişdir. Zülfiyyə həyat yoldaşı Zərnişana məxsus olan çantanın içərisindən bir cüt sırğası, bir ədəd qolbağı, bir ədəd üzük və bir ədəd boyunbağı olan qızıl dəstini də oğurlamışdır. X13 ilə danışıb onun geri qaytarmağa çalışsa da Zülfiyyə geri qaytmamışdır. Bundan sonra Zülfiyyənin getməmişdən bir neçə gün əvvəl qızı Zərərçəkmiş şəxs1 qızıl boyunbağısını aldığını və onu oğlu Atinə verdiyini, Zülfiyyə Atinə həmin qızılın ona məxsus olmasını və bacısına toyu ilə əlaqədar pul lazım olduğu üçün həmin qızılı lombarda qoyaraq pulu tanımadığı hesaba göndərməsini istədiyini, Atinin də onlara məlumat vermədən Zülfiyyədən qızılı alıb lombarda verdiyini, pulu götürərək Zülfiyyənin ona dediyi hesaba həmin pulu göndərdiyini öyrənmişdir. Bundan əlavə Zülfiyyə bacısı oğlu Ramilin həyat yoldaşı Zərərçəkmiş şəxs2 toyda taxmaq adı ilə bir dəst qızıl almışdır. Həmin qızılı Zülfiyyənin nə etdiyini bilməmişdir. O, 5000 manat pulu özünün yataq otağındakı dolabda saxlamışdır. Zülfiyyə də həmin dolabdan 5000 manat pulu götürmüşdür. Həmin pul ona məxsus olmuş, Zülfiyyə həyat yoldaşı Zərnişana məxsus olan qızılları da onların yataq otağından pul olan dolabın içərisində olan Zərnişana məxsus çantadan götürmüşdür. Zülfiyyə Zərnişanın içərisində bir cüt sırğa, bir ədəd üzük, bir ədəd boyunbağı və bir ədəd qolbaq olan qızıl dəstini oğurlamışdır. O, 5000 manat pulu heyvanları yaylağa aparmaq üçün xərclik olaraq saxlamışdır. O, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan tam ödənilib və Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs4 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq edərək, bildirmişdir ki, Şahid1 onun oğludur. Təqsirləndirilən şəxs onların gəlini, İnqilabın həyat yoldaşı olmuşdur. İnqilab ailəsi ilə birlikdə Beyləqan rayonu, Kəbirli kəndində onlara məxsus olan evdə yaşamışdır. Zülfiyyə ilə münasibətləri hər zaman normal olmuşdur. 20 aprel 2023-cü il tarixdə günorta saatlarında o, yaşadığı evdən Beyləqan rayonu, Kəbirli kəndinə qızına məxsus olan evə həyat yoldaşı Fazillə birlikdə getmişdir. Axşam saatlarında evə qayıtdıqda Zülfiyyə evdə olmamış, o, İnqilabdan Zülfiyyənin harada olmasını soruşduqda Zülfiyyənin getdiyini bildirmişdir. O, Zülfiyyənin geri qayıdacağını fikirləşmiş, lakin Zülfiyyə zənglərə cavab verməmişdir. Sonradan Fazil evə baxdıqda Zülfiyyənin onun evdə dolabda saxladığı 5000 manat pulu götürüb getdiyini müəyyən etmişdir. O da evə baxan zaman Zülfiyyənin onun qızıllarını da götürdüyünü aşkar etmişdir. Zülfiyyə ona məxsus olan çantanın içərisindən tərkibində bir cüt qızıl sırğa, bir ədəd qızıl qolbaq, bir ədəd qızıl üzük və bir ədəd qızıl boyunbağı olan qızıl dəstini götürmüşdür. Həmin qızılları 1980-ci illərdə həyat yoldaşı Fazil ona almışdır. Qızıllar rus qızılı olmuş, onun qızıl dəstinin içərisində 15 qram çəkidə, 583 əyarlı bir ədəd qızıl boyunbağı, 10 qram çəkidə, 583 əyarlı bir cüt qızıl sırğa, 8 qram çəkidə, 583 əyarlı bir ədəd qızıl üzük və 10 qram çəkidə, 583 əyarlı bir ədəd qızıl qolbaq olmuşdur. Onun qızıl dəstinin ümumi çəkisi 43 qram, 583 əyarlı, dəyəri 5000 manat olmuşdur. O, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan tam ödənilib və Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq edərək, bildirmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşı Şahid1 həyat yoldaşı olmuş və hal-hazırda onlar ayrılmışlar. Təqsirləndirilən şəxs ilə həmişə yaxşı münasibətləri olmuşdur. Zülfiyyə əri İnqilabla Beyləqan rayonu, Kəbirli kəndində atası Zərərçəkmiş şəxs3 məxsus evdə yaşamışdır. 15 aprel 2023-cü il tarixdə gəlinləri Təqsirləndirilən şəxs onun yaşadığı evə gələrək ona yaxın günlərdə bacısının toyu olacağını deyib toy şənliyində onun qızıl boyunbağısını taxmaq istədiyini bildirdi. O, Zülfiyyəyə inanmış və özünə məxsus bir ədəd qızıl boyunbağını Zülfiyyəyə vermişdir. Bir müddət sonra anası Zərərçəkmiş şəxs4 ona Zülfiyyənin evdən çıxıb getdiyini demiş, gedərkən evdən anasına məxsus qızıl-zinət əşyaları və pulları da götürüb apardığını demişdir. O da anasına Zülfiyyənin ona məxsus qızıl boyunbağını da aldığını demişdir. Sonradan Zülfiyyənin onun boyunbağısını guya anasına məxsus olduğunu deyərək qardaşı Atinə verdiyini və Atinə boyunbağını lombarda qoyub pul götürərək pulu anasına göndərməsini bildirmişdir. Qardaşı Atin də Zülfiyyəyə inanıb onun boyunbağısını Beyləqan şəhərində lombarda qoyub pul götürərək, həmin pulu Zülfiyyənin dediyi bank kart hesabına göndərmişdir. Sonradan eşitmişdir ki, Beyləqan rayonu, Örənqala qəsəbəsində yaşayan qohumları Zərərçəkmiş şəxs2 da qonaqlıqda taxmaq adı ilə aldadaraq, bir ədəd boyunbağı, bir ədəd qolbağı, bir ədəd üzük və bir cüt sırğadan ibarət qızıl dəsti almışdır. Ona məxsus boyunbağı yastı və iri formalı sadə qızıl olmuş, qızıl boyunbağını hadisədən əvvəl 3300 manata almış, çəkisi 41 qram, əyarı isə 583 olmuşdur. O, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan tam ödənilib və Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq edərək, bildirmişdir ki, Beyləqan rayonu, Kəbirli kəndində yaşayan Təqsirləndirilən şəxs onun həyat yoldaşının dayısı oğlu İntiqam Şirinovun arvadı olmuşdur. Təqsirləndirilən şəxs ilə həmişə yaxşı münasibətləri olmuşdur. Zülfiyyə tez-tez onların evinə gəlib-getmişdir. 2023-cü ilin mart ayının əvvəllərində dəqiq xatırlamadığı gündə Təqsirləndirilən şəxs yaşadığı evə gələrək qonaqlığa getməli olduğunu, özünün qızıl-zinət əşyaları anasının çantasında qaldığı üçün qonaqlıqda taxmağa qızılı olmadığını demişdir. Zülfiyyə ondan öz qızıl-zinət əşyalarını istifadə etmək üçün ona verməsini xahiş etmişdir. O da Zülfiyyəyə inanıb özünə məxsus bir dəst qızıllarını ona vermişdir. Bir dəst qızıl bir ədəd boyunbağı, bir ədəd qolbaq, bir ədəd üzük və bir cüt sırğadan ibarət eyni formalı, sadə qızıllar olmuş, 12 il bundan əvvəl ailə quran zaman ona hədiyyə alınmışdır. Qızılların ayrıayrılıqda çəkilərini dəqiq bilmir. Həmin qızıl-zinət əşyalarının ümumi çəkisi 65 qram olmaqla 583 əyarlıdır. O, həmin qızılların hazırkı dəyərinin 4500 manat olduğunu bildirmişdir. Zülfiyyə qızılları ondan alıb getmiş, ancaq qızılları qaytarmamışdır. Bir müddət sonra Zülfiyyənin baldızı Xariqə Əliyavadan da qızıl boyunbağı alıb qaytarmadığını, yaşadığı evdən qayınanasına məxsus qızılları da götürüb getdiyini eşitmişdir. O, bunu eşidəndən sonra Zülfiyyənin onu aldadaraq qızıl-zinət əşyalarını ələ keçirdiyini başa düşmüşdür. Buna görə də Zülfiyyənin barəsində Beyləqan rayon polis şöbəsinə müraciət etmişdir. O, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan tam ödənilib və Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid1 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq edərək, bildirmişdir ki, Təqsirləndirilən şəxs onun həyat yoldaşı olub və onlar hal-hazırda rəsmi qaydada ayrılmışlar. O, Zülfiyyə ilə birlikdə Beyləqan rayonu, Kəbirli kəndində atası Fazilə məxsus olan evdə yaşamışlar. 20 aprel 2023-cü il tarixdə günorta saatlarında atası bacısı Xariqənin evinə getmişdir. O, isə yaşadığı evdə qalaraq heyvanlara baxmışdır. Sonra evə gedərək evdə yatmışdır. O, oyandıqdan sonra Zülfiyyənin evdə olmadığını görmüşdür. Zülfiyyəni axtarsa da tapa bilməmiş, Zülfiyyə ilə telefon əlaqəsi saxlamaq istəmiş, lakin əlaqə saxlaya bilməmişdir. Zülfiyyə bundan öncə bir dəfə də evdən bu cür xəbərsiz çıxaraq atasının yanına Bərdə şəhərinə getmişdir. O, yenə də Zülfiyyənin atasının evinə getdiyini düşünmüş, Zülfiyyə zənglərinə cavab verməmişdir. Sonradan anası və atası gəlmişdir. Atası Fazil evə baxdıqdan sonra dolabda saxladığı 5000 manat pulu Zülfiyyənin götürüb getdiyini demiş, anası da Zülfiyyənin onun qızıllarını da götürdüyünü demişdir. Zülfiyyə anasına məxsus yataq otağında yerləşən dolabda olan çantanın içərisindən bir cüt sırğanı, bir ədəd qolbaq, bir ədəd üzük və bir ədəd boyunbağı olan qızıl dəstini də götürmüşdür. O, buna görə Bərdə şəhərinə gedərək Zülfiyyə ilə danışsa da Zülfiyyə ona nə üçün qızılları götürməsini deməmişdir. Bundan sonra Zülfiyyə getməmişdən bir neçə gün əvvəl bacısı Zərərçəkmiş şəxs1 də qızıl boyunbağısını alıb qardaşı Atinə verdiyini, Zülfiyyə Atinə həmin qızılın ona məxsus olmasını və bacısına toyu ilə əlaqədar pul lazım olduğu üçün həmin qızılı lombarda qoyaraq pulu tanımadığı hesaba göndərməsini istəmişdir. Atin də onlara məlumat vermədən Zülfiyyədən qızılı alıb lombarda vermiş, pulu götürərək Zülfiyyənin ona dediyi hesaba həmin pulu göndərmişdir. Bundan əlavə Zülfiyyə dayısı oğlunun həyat yoldaşı Zərərçəkmiş şəxs2 toyda taxmaq adı ilə bir dəst qızıl almışdır. O, həmin qızılı Zülfiyyənin nə etdiyini bilmir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid3 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq edərək, bildirmişdir ki, o, Zərərçəkmiş şəxs3 Məhəmməd oğlunu, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onlarla aralarında hər hansı ədavət və ya düşmənçilik olmamışdır. O, 2023-cü ilin yanvar-fevral aylarında tik-tok sosial şəbəkəsində özünü Dərya kimi təqdim edən qızla tanış olmuşdur. Dərya adlı qız Bakı şəhərində yaşadığını bildirmişdir. O, bir müddət Dərya ilə danışdıqdan sonra Dərya başqa bir oğlanla danışmağa başlamış və onu bacısı Zülfiyyə ilə tanış etmək istədiyini bildirmişdir. O da razılaşıb Zülfiyyənin tik-tok hesabını Dəryadan almışdır. O, Zülfiyyənin hesabını aldıqdan sonra ona yazmış, Zülfiyyə ona cavab yazmış və onlar tanış olmuşlar. Zülfiyyə ona evli olduğunu, iki uşağı olduğunu, lakin ərindən boşanmaq istədiyini bildirmişdir. O da özünü Zülfiyyəyə Emrel adlı şəxs kimi təqdim etmişdir. Onun Dərya ilə də əlaqəsi kəsilmişdir. Onlar bir müddət danışdıqdan sonra Zülfiyyə ona bağlandığını bildirmişdir. Zülfiyyə ona xaricə getməyi təklif etməyə başlamışdır. Zülfiyyə Türkiyəyə gedib orada işləyərək bir-birlərinə maddi kömək olacaqlarını demiş, o da Zülfiyyə ilə razılaşmışdır. O, Zülfiyyəyə maddi vəziyyətinin yaxşı olmadığını, ikisi üçün bilet almağa pulunun olmadığını demişdir. Zülfiyyə pulu tapıb göndərəcəyini bildirmişdir. 2023-cü ilin aprel ayında Zülfiyyə ona zəng edərək baldızı Xariqəni toya gedəcəyi barədə aldadaraq qızıl-zinət əşyaları aldığını və həmin qızılları lombarda qoyub pulunu ona atacağını demişdir. O da Zülfiyyə ilə razılaşmışdır. O, bir neçə dəfə Zülfiyyəyə onu zibilə salacağından qorxduğunu bildirmiş, Zülfiyyə isə balalarının canına and içərək narahat olmamasın bildirmişdir. Zülfiyyə ona qızılları bir kişi vasitəsilə lombarda qoyub pul götürəcəyini, həmin pulu ona göndərəcəyini, sonra da özü çıxıb Bakı şəhərinə gedəcəyini bildirmişdir. O, Zülfiyyəyə anası X4 məxsus bank hesab kartını vermiş, Zülfiyyə pulu karta göndərdikdən sonra o, Zülfiyyəyə zəng edib 2000 manat pulun karta köçdüyünü bildirmişdir. Zülfiyyə ona uşaqları ilə birlikdə gedəcəyini bildirmiş, o da uşaqları hər iki valideynlərinin razılığı olmadan aparmağın mümkün olmadığını demişdir. Buna görə də onların xaricə getmək planı baş tutmamışdır. O, həmin pulu anasının kartından çıxarmışdır. Bundan başqa Zülfiyyədən heç nə almamışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid5 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq edərək, bildirmişdir ki, o, 2022- ci ilin oktyabr ayından 2023-cü ilin noyabr ayına kimi "xxxx" Açıq Səhmdar Cəmiyyətində satış məsləhətçisi kimi işləmişdir. 18 aprel 2023-cü il tarixdə Şahid4 işlədiyi yerə gəlib qızıl-zinət əşyası olan qızıl boyunbağı girov qoyaraq kredit götürmək istədiyini bildirmiş, o, kreditin rəsmiləşdirilməsini həyata keçirmişdir. Bu zaman Şahid4 2356 manat kredit hesablanmış, hesablanan kreditdən marketinq, zərgər pulu və komissiya tutulduqdan sonra 2175 manat pul Şahid4 təqdim edilmişdir. Bundan təxminən beş gün sonra Şahid4 krediti tam ödəyib qurtarmış və qızıl boyunbağını təhvil almışdır. Məhkəmə iclasına çağırılmış şahidlər Şahid2 və Şahid4 məhkəmə iclasında iştirak etməmələri nəzərə alınaraq, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdiyi ifadələri elan olunmuşdur. Şahid2 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində bildirmişdir ki, 18 aprel 2023cü il tarixdə axşam saatlarında Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edərək bacısının xeyir işi olduğu üçün pula ehtiyacının olduğunu, buna görə də deyəcəyi kart hesabına pul göndərməsini istəmişdir. O da 200 manat pulu olduğunu bildirmişdir. Zülfiyyə qızılı olduğunu, lakin onu satmaq istəmədiyini, əlinə pul düşən kimi pulu qaytaracağını bildirmişdir. O, Zülfiyyə ilə razılaşmış, Zülfiyyə telefonda ona bir kart hesabının nömrəsini demiş, o da Beyləqan rayonu, Örənqala qəsəbəsi ərazisində yerləşən “Cəfər” marketə gedib Zülfiyyənin dediyi hesaba 200 manat pulu göndərmişdir. Zülfiyyə həmin 200 manatı ona qaytarmamışdır. Bir müddət sonra Zülfiyyənin pulu qaytarmaq istəmədiyini görüb ondan pulu qaytarmasını tələb etmiş, Zülfiyyə də heç kimə deməməsi üçün ona and vermiş və pulu qaytracağını demişdir. Bir müddət sonra Zülfiyyənin başqa şəxsləri də aldatdığını, evdən çıxıb getdiyini eşitmişdir. O, 200 manat pulu Təqsirləndirilən şəxs borc olaraq verdiyini, hazırda da həmin 200 manat pulu qaytardığını bildirmişdir. O, Şahid4 lombarda qızıl boyunbağı qoyub pul götürmək üçün onunla Beyləqan şəhərinə getdiyini bildirmişdir. O, Atini taksi olaraq aparmışdır. Həmin vaxt Atin Zülfiyyə ilə danışıb Zülfiyyənin dediyi bir kart hesabına 2000 manat pulu Beyləqan şəhəri ərazisində yerləşən “Micromart” marketdən “eManat” aparatı vasitəsilə köçürmüşdür. X5 vasitəsilə göndərdiyi pulun çek vasitəsilə kimə göndərilməsini öyrənmişlər. Şahid4 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs qardaşı Şahid1 arvadıdır, onların hazırda boşanma ilə bağlı məhkəmədə işləri, davam edir, onlarla aralarında heç bir ədavət və ya düşmənçilikləri yoxdur. Təqsirləndirilən şəxs 18 aprel 2023-cü il tarixdə ona bir ədəd qızıl boyunbağı verib anasına məxsus olduğunu bildirmiş və ondan həmin qızılı lombarda qoyub pul götürərək ona verdiyi kart hesabına 2000 manat pul göndərməsini istəmişdir. O, Beyləqan şəhəri ərazisində yerləşən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə gedib Zülfiyyənin verdiyi girov qoymuşdur. Həmin şirkətin əməkdaşı ona 2356 manat kredit hesabladığını, lakin həmin məbləğlərdən tutulmalar həyata keçirildiyini və ona 2175 manat verilə biləcəyini bildirmiş, o, bu barədə Zülfiyyəyə zəng edib dedikdə Zülfiyyə razılaşaraq onu tələsdirib anasına vacib pul lazım olduğunu bildirmişdir. O da razılaşıb 2175 manat pulu götürüb yaxınlıqdan olan “Mikromart” marketdə yerləşdirilmiş terminaldan 2000 manat pulu Zülfiyyənin dediyi kart hesabına göndərmişdir. Terminal “eManat” aparatı, pulu göndərdiyi hesab isə bir qadına aid olmuşdur. Zülfiyyə kart sahibinin bir qohumu olduğunu bildirmişdir. Bundan sonra o, Zülfiyyənin yanına gəlib 175 manatı təqdim etmiş, Zülfiyyə həmin puldan ona yol pulu vermişdir. Zülfiyyənin ona nə qədər pul verməsini xatırlamır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə CM-in 178.2.2-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. Üzləşdirmə haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ilə Şahid3 arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəni təsdiq etməklə Şahid3 üzünə qarşı demişdir. Üzləşdirmə haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs4 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və Zərərçəkmiş şəxs4 istintaqa verdiyi ifadəni təsdiq etməklə Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. Üzləşdirmə haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və Zərərçəkmiş şəxs3 istintaqa verdiyi ifadəni təsdiq etməklə Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. Üzləşdirmə haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şahid1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və Şahid1 istintaqa verdiyi ifadəni təsdiq etməklə Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. Baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən daxil olmuş məktubda qısa nömrələrdən, xidmət nömrələrindən (internet üzərindən) göndərilən SMS mətnlərinin, “Whatsapp” vasitəsilə göndərilən səsli və yazılı mesajların qeydiyyatı aparılmır. **********06 saylı mobil nömrənin Beyləqan rayon məhkəməsinin qərarında göstərilən müddətdə Azercell şəbəkəsində istifadəsi aşkar olunmamışdır. Bundan sonra "Azercell Telecom” MMC-dən daxil olmuş məktuba əlavə edilmiş, yaddaşında telefon danışıqları barədə məlumatlar olan CD disk “HP” markalı kompyuterə qoşularaq və sonra «Kompüter» pəncərəsində açıldıqda “DVD RW Disk qurğusu” proqramı açıldı. Həmin proqrama daxil olduqda sonra açılmış 17611 adlı fayla daxil olduqda **********41.txt, 503790041_SMS.txt, ********* antena.xlsx, ********* abunechiler.xls adlı fayllar açıldı. Həmin fayllara baxış keçirilən zaman 21,03.2023-cü il tarixdə saat 15:51-də **********41 saylı mobil nömrədən **********41 saylı mobil nömrəyə “Xanım Tapa bildin nömrəni” məzmunlu, saat 15:52-də **********41 saylı mobil nömrəyə “Gözləyirəm ürəyim” məzmunlu mesaj yazılmışdır. xx.xx.2023-cü il tarixdə saat 15:40-da **********41 saylı mobil nömrədən **********41 saylı mobil nömrəyə “Atin sən Allah bir söz de mamamgil gözdüyür şəhərdə hərgün çıxa bilmirlər alınır yoxsa” məzmunlu mesaj yazılmışdır. xx.xx.2023-cü il tarixdə saat 16:08-də **********41 saylı mobil nömrədən **********51 saylı mobil nömrəyə “Çeki orda bir yerə qoyarsan götürərəm”, xx.xx.2023-cü il tarixdə, saat 19:09-da “Çeki neylədin”, saat 19:10-da **********51 saylı mobil nömrədən **********41 saylı mobil nömrəyə “məndə”, “Gelcem”, **********41 saylı mobil nömrədən **********51 saylı mobil nömrəyə “Həə yaxşı”, saat 19:11-də **********51 saylı mobil nömrədən **********41 saylı mobil nömrəyə “kontur geldi sen”, saat 19:12-də **********41 saylı mobil nömrədən **********51 saylı mobil nömrəyə “Həə sən yükləmisən niyə”, saat 19:13-də **********51 saylı mobil nömrədən **********41 saylı mobil nömrəyə “Dedim birden olmaz”, saat 19:16-da **********41 saylı mobil nömrədən **********51 saylı mobil nömrəyə “Birdə atmada prablem olar”, saat 16:34-də **********51 saylı mobil nömrədən **********41 saylı mobil nömrəyə “He lazim olda de”, saat 20:52-də **********41 saylı mobil nömrədən **********51 saylı mobil nömrəyə “Çeki hara qoymusan götürüm maşından”, saat 20:53-də **********51 saylı mobil nömrədən **********41 saylı mobil nömrəyə “Əkabinin icde”, **********41 saylı mobil nömrədən **********51 saylı mobil nömrəyə “Həə yaxşı sağol”, saat 20:54-də **********41 saylı mobil nömrədən **********51 saylı mobil nömrəyə “siz sağolun” məzmunlu mesajlar yazılmışdır. Bundan başqa xx.xx.2023-cü il tarixdə saat 23:47-də **********07 saylı mobil nömrədən **********41 saylı mobil nömrəyə “Teli aç bir dəqiqə”, saat 23:49-da **********41 saylı mobil nömrədən **********07 saylı mobil nömrəyə “Məni bağışla sənə haqsızlıq etmək istəmirəm sən çox yaxşı insansan utanıram sənlə danışmağa haqqını halal elə Bu qədər səflər etdim nolar boşa məni artıq alınmaz səndə bilirsən başına dönüm mən çox pis insanam kimləsə getmirəm inan allaha” məzmunlu, saat 23:51-də **********07 saylı mobil nömrədən **********41 saylı mobil nömrəyə “Utanma bircə dəyqə cavab ver” məzmunlu, xx.xx.2023-cü il tarixdə, saat 23:49-da **********41 saylı mobil nömrədən **********07 saylı mobil nömrəyə” Utanıram saat 00:23-də “Etdiklərinə görə, Qızıl məsələsin deyirəm”, saat 09:54-də “Atam səndən qızıl soruşsa de məndədi mən sənə hərşeyi deyəcəm” məzmunlu mesajlar yazılmışdır. Bundan başqa xx.xx.2023-cü il tarixdə saat 14:41-də **********51 saylı mobil nömrədən **********41 saylı mobil nömrəyə “He atin mene dedi cek sende durur birci cek nese berk axdarir”, saat 14:42-də "iksde men cekmşdim şeklin”, **********41 saylı mobil nömrədən **********51 saylı mobil nömrəyə “Vermə”, saat “14:43-də **********51 saylı mobil nömrədən **********41 saylı mobil nömrəyə “Yaxşı”, **********51 saylı mobil nömrədən **********41 saylı mobil nömrəyə “Yox men dedim deysen silmş” saat 14:44-də “Ne mesldi bu” məzmunlu mesajlar yazılmışdır. Baxış zamanı ********** saylı mobil nömrə Təqsirləndirilən şəxs, ********** saylı mobil nömrə X6, ********** saylı mobil nömrə Şahid1 adına rəsmiləşdirilməsi müəyyən edilmişdir. Baxış aparılması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Beyləqan rayonu, Kəbrili kəndində ayaşayan Zərərçəkmiş şəxs3 ailə üzvləri ilə birlikdə yaşadığı evə baxış keçirilmişdir. Ev mişar daşından inşa edilmişdir. İki daş kürsü üzərindədir,evin ön hissəsində evə birləşik çardaq vardır. Çardağın bir tərəfi ev, digər tərəfləri metal torla əhatələnmişdir. Çardağa girişdə dəmir materialdan çərçivəsi olan metal tordan hazırlanmış giriş qapısı vardır. Evə daxil olduqda girişdə qonaq otağı, qarşıda qonaq otağına açılan iki yataq otağı, sağda mətbəx yerləşir. Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 solda yerləşən yataq otağını təqdim edərək həmin otağın onlara məxsus olduğunu, Təqsirləndirilən şəxs həmin otaqdan oğurluq etməsini bildirmişlər. Otaqların giriş qapısı taxta materialdandır. Həmin yataq otağına daxil olduqda qarşıdan göy rəngli qapısı olan şkaf vardır. Təqsirləndirilən şəxs həmin şkafın qapısını açaraq şkafın yuxarı hissəsində olan qara rəngli qadın çantasını və bir ədəd taxta qutunu təqdim edib çantanın içərisindən ona məxsus qızıl dəstinin, qutunun içərisindən Zərərçəkmiş şəxs3 məxsus 5000 manat pulu Təqsirləndirilən şəxs oğurladığını bildirmişdir. Daha sonra Zərərçəkmiş şəxs4 oğlu Şahid1 yataq otağında olan termonu təqdim edib oğlu Şahid1 500 manat pulunun Təqsirləndirilən şəxs tərəfindən oğurlandığını bildirdiyini demişdir. Baxış keçilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, X4 məxsus "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid olan **********095365 nömrəli bank kartının bağlı olduğu hesaba 18 aprel 2023-cü il tarixdə saat 16:41-də 2000 manat pul terminadan mədaxil edilmiş, 18 aprel 2023-cü il tarixdə saat 19:18-də 2000 manat pul ünvan 2 ünvanında quraşdırılmış ATM vasitəsilə nağdlaşdırma aparılmışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyətindən daxil olmuş məktuba əlavə edilmiş 01 ədəd CD diskə baxış keçirilən zaman 18 aprel 2023-cü il tarixdə saat 19:18-də bir nəfər kişi cinsli şəxsin ATM-dən pul çıxarması müşahidə edilmiş, Şahid3 həmin şəkildəki şəxsin özünün olduğunu bildirərək həmin vaxt Təqsirləndirilən şəxs göndərdiyi 2000 manat pulu çıxardığını bildirmişdir. Baxış zamanı bir nəfər başqa kişi cinsli şəxsin də başqa tarixlərdə ATM-dən pul məxaric etməsi görünmüşür. Şahid3 həmin şəxsin qohumu X9 olduğunu bildirmişdir. Şahidin ifadəsinin yerində yoxlanılması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şirinova X1 rayonu, Kəbrili kəndi ərazisində yerləşən Şahid1la və onun ailə üzvləri ilə birlikdə yaşadığı evin yaxınlığında təxminən 500 metr məsafədə yerləşən işıq dirəklərinin üzərinə bərkidilmiş iki sayğacdan sol tərəfdəkini təqdim edərək, ilk dəfə özünə məxsus qızıl dəstini həmin sayğacın üzərinə şüşə bankanın içərisində, daha sonra evdən təxminən 800 metr məsafədə yerləşən işıq dirəyinə bərkidilmiş sayğacı təqdim edərək, ikinci dəfə həmin sayğacın üzərinə məxsus iki qızıl üzük, bir ədəd qızıl boyunbağı və qayınanası Zərərçəkmiş şəxs4 məxsus bir cüt qızıl sırğanı özünə məxsus pul qabının içərisində, üçüncü dəfə də qohumu Zərərçəkmiş şəxs2 məxsus qızıl dəstini uşaq corabının içərisində həmin sayğacın qapağı ilə sayğacın arasına yerləşdirib qoyduğunu, daha sonra hər dəfəsində Emrel kimi tanıdığı Şahid3 ilə danışıb yeri izah etdiyini və “whatsapp” proqramında məkan məlumatı göndərdiyini, Şahid3 həmin məkan məlumatı və onun izahları əsasında gəlib həmin qızıl-zinət əşyalarını oradan götürdüyünü bildirmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/9086 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda qeyd edilən qızıl-zinət əşyalarının 2023-cü ilin mart-aprel aylarına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən - Zərərçəkmiş şəxs2 məxsus qızıl dəst 2023-cü ilin mart ayına - 7150,00 manat, Zərərçəkmiş şəxs1 məxsus qızıl boyunbağı 2023-cü ilin aprel ayına - 3485,00 manat, Zərərçəkmiş şəxs4 məxsus qızıl-zinət əşyaları 2023-cü ilin aprel ayına - 2995,00 manat olaraq müəyyən edilir. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/2295 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda qeyd edilən zərgərlik məmulatlarının 2023cü ilin fevral-mart aylarına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə tərkibində bir ədəd 585 əyarlı, 3 qram çəkidə üzük, bir ədəd 10 qram çəkidə, 585 əyarlı bir ədəd boyunbağı, bir ədəd 585 əyarlı, 5 qram çəkidə qolbaq və bir cüt 585 əyarlı, 4 qram çəkidə sırğa olan qızıl dəst 1870,00 manat, hər biri 3,5 qram, 585 əyarlı, iki ədəd qızıl üzük, bir ədəd 9 qram çəkidə, 585 əyarlı, qızıl boyunbağı 1360,00 manat müəyyən edilir. Beləliklə, məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, bu sübutlar Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, eləcə də istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş digər sübutlarla təsdiq edilmişdir. CPM-in 349.3-cü maddəsinə əsasən, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-in 146.1-ci maddəsi). CPM-in 351.2-ci maddəsinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutların axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə cinayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərəfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanunamüvafiq qaydada qiymət vermək, həmin sübutlara və müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. CM-in 177.1-ci maddəsinə görə oğurluq, yəni özgə əmlakının gizli yolla talama kimi ifadə edilmişdir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun Qərarına əsasən talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Eyni Qərarın 2-ci bəndinə görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti bitmiş hesab edilir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında göstərilir ki, törədilmiş əməl CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq- yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhkəmə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 iyul 2022-ci il tarixli “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1 və 73.2-ci maddələrinin şərh edilməsinə dair” qərarında ifadə edilmiş hüquqi mövqeyinə müraciət edilməsini zəruri hesab edir. Konstitusiya Məhkəməsinin həmin qərarda ifadə edilmiş hüquqi mövqeyinə görə cinayət törətmiş şəxsin dövlət məcburetmə tədbirlərinə məruz qalmalı olması cinayət qanunvericiliyinin ümumi qəbul olunmuş yanaşmasıdır. Bu zaman cinayətlərin törədilməsinin qarşısını alan ən təsirli vasitə cəzanın ağırlığı deyil, onun qaçılmazlığıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 177.2.1, 177.2.2, 177.2.3, 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 177.2.1, 177.2.2, 177.2.3, 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri cinayətlərin təsnifatına görə az ağır cinayətlər hesab olunur. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 177.2.1, 177.2.2, 177.2.3, 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. Cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, CM-in 177.2.1, 177.2.2, 177.2.3, 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə olan ********* nömrəli cinayət işinin materiallarından Şahid3 CM-in 177.2.1, 177.2.2, 177.2.3, 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair hissədə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılaraq istintaqı aparılmışdır. Beyləqan Rayon Məhkəməsinin 16 aprel 2025-ci il tarixli 1(020)-16/2025 saylı hökmdən görünür ki, Şahid3 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş və CM-nin 66.2-ci maddəsinə əsasən qəti olaraq 2(iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən və iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmiş, sonuncuya qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs1 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmiş, sonuncuya qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs3 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmiş, sonuncuya qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs4 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmiş, sonuncuya qarşı heç bir şikayət və tələbi yoxdur. Beyləqan rayon İHB-nin Kəbirli İƏD üzrə nümayəndəliyinin verdiyi xx.xx.2024-cü il tarixli arayış və eyni tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2016-cı il təvəllüdlü X7 və xx.xx.2021-ci il təvəllüdlü X8 adlı iki azyaşlı uşağı vardır. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını CM-in 59.1.4-cü maddəsinə əsasən, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini CM-in 59.1.12ci maddəsinə əsasən, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini CM-in 59.1.13-cü maddəsinə əsasən və törətdiyi cinayət əməlini qismən etiraf edərək əməlindən səmimi peşman olmasını CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, cəzasını yüngülləşdirən hallarla yanaşı, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini (qadın olmasını, ilk dəfə cinayət törətməsini), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-in 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, CM-in ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Göstərilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, ilk dəfə cinayət törətmiş olmasını, qadın olmasını, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələblərinin olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 177.2.1, 177.2.2, 177.2.3, 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli və cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halların olmasını, eləcə də cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. CM-in 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. CM-in 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə, qeyd olunan qanunvericiliyin tələblərini rəhbər tutaraq, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası təyin edilərkən cinayətlərin məcmusu üzrə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzalarını qismən toplamaq yolu ilə ona qəti cəza təyin edilməsini zəruri hesab edir. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Bərdə şəhəri, Nizami küçəsi, ev 34 ünvanını axşam saat 22:00-dan növbəti gün səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bərdə rayonu hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Müdafiəçi Beyləqan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə cəmi 23 (iyirmi) saat vaxt sərf etmişdir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Beyləqan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 23 (iyirmi üç) saat vaxt sərf etmişdir. Məhkəmə eyni zamanda qeyd edir ki, 29 aprel 2025-ci il tarixədək hər saata görə hüquqi yardımın dəyəri 6 manat, 29 aprel 2025-ci il tarixdən isə 11 manat müəyyən edilmişdir. Beyləqan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəməyə təqdim etdiyi hesabatdan isə görünür ki, o, 29 aprel 2025-ci il tarixədək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi ilə bağlı 18 saat, 29 aprel 2025-ci il tarixdən sonra isə 5 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 23 (iyirmi üç) saat hüquqi yardıma görə Beyləqan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 163 (yüz altmış üç) manat (18 saatx6 manat=108+5 saat x 11 manat=55 manat), ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Əşyanın maddi sübut hesab edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Beyləqan Rayon Məhkəməsinin 11 sentyabr 2023-cü il tarixli qərarlarının icrası ilə əlaqədar "xxxx" ASC-dən daxil olmuş məktuba əlavə edilmiş, yaddaşında **********095365 saylı bank hesab kartında olan pul vəsaitlərinin məxaric edilməsinə dair görüntülər olan 1 ədəd CD disk və "xxxx" MMC-dən daxil olmuş məktuba əlavə edilmiş, yaddaşında danışıq məlumatları və mesajlar olan 1 ədəd CD disk cinayət işi üzrə maddi sübut kimi tanınaraq, iş materiallarına əlavə edilmişdir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 2 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa məhkəmə, CPM-in 197 və 198-ci maddələrinə əsasən hesab edir ki, iş üzrə keçirilmiş ekspertizaların dəyərinin 90 (doxsan) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxsndən tutulmalıdır. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq, 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Bərdə şəhəri, Nizami küçəsi, ev 34 ünvanını axşam saat 22:00-dan növbəti gün səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bərdə rayonu hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə sübut kimi tanınmış 2 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə keçirilmiş məhkəmə ekspertizalarının dəyərinin 90 (doxsan) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X3 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 23 (iyirmi üç) saat hüquqi yardıma görə Beyləqan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 163 (yüz altmış üç) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Xatın Cabbarlı
Məhkəmə qərarları › İş №1(020)-14/2025
Beyləqan Rayon Məhkəməsi Hökm — İş №1(020)-14/2025
15.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver