Məhkəmə qərarları › İş №1(020)-15/2024

Beyləqan Rayon Məhkəməsi Hökm — İş №1(020)-15/2024

06.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Beyləqan rayon İş № 1(020)-15/2024 06.03.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Beyləqan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Beyləqan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs3 və onun müdafiəçisi Beyləqan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi3, Zərərçəkmiş şəxs- Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1996-cı il tarixdə Beyləqan rayonu, Eyvazalılar kəndində anadan olmuş, orta təhsilli, işsiz., Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, Beyləqan rayonu, Eyvazalılar kəndində qeydiyyatda olmaqla yaşayan, 08 noyabr 2023-cü il tarixli qərarla barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə, xx.xx.1996-cı il tarixdə Beyləqan rayonu, Eyvazalılar kəndində anadan olmuş, orta təhsilli, işsiz, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, Füzuli rayonu Zərgər kəndində qeydiyyatda olmaqla Beyləqan rayonu, Eyvazalılar kəndində yaşayan, 08 noyabr 2023-cü il tarixli qərarla barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə, xx.xx.1999-cıı il tarixdə Beyləqan rayonu, Eyvazalılar kəndində anadan olmuş, orta təhsilli, işsiz, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, Beyləqan rayonu, Eyvazalılar kəndində qeydiyyatda olmaqla yaşayan, 08 noyabr 2023-cü il tarixli qərarla barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Beyləqan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Kamallı X1 rayonunun Eyvazalılar kəndində yaşayan Zərərçəkmiş şəxs məxsus əmlakı qəsdən tamah məqsədilə, hüquqazidd və əvəzsiz olaraq oğurlamaq, yəni gizli olaraq talamaq barədə həmkəndliləri Beyləqan rayonu, Eyvazalılar kəndində yaşayan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə razılaşıb qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, 25 oktyabr 2023-cü il tarixdə, saat 01 radələrində Zərərçəkmiş şəxs Beyləqan rayonu. Eyvazalılar kəndində yerləşən ərzaq mağazasının yaxınlığına gəlib bir qədər ətrafı müşahidə etdikdən sonra aralarında olan razılaşmaya əsasən qrupun üzvləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 oğlu kənar şəxs gəldiyi təqdirdə ona xəbər vermək üçün mağazanın yaxınlığında dayanıb gözləmiş, o, yaşadığı evdən gətirdiyi istintaqa məlum olmayan dəmir parçası ilə mağazanın pəncərəsinə vurulmuş dəmir barmaqlıqları sındıraraq mağazaya qanunsuz daxil olaraq mağazadan 80 manat dəyərində 2 blok "Kent 4" nazik markalı. 172 manat dəyərində 4 blok "Sobranie" nazik markalı. 76 manat dəyərində 02 blok "Winston" nazik markalı, 360 manat dəyərində 15 blok "Maqna" nazik markalı, 315 manat dəyərində 15 blok "Palma" nazik markalı, 87 manat dəyərində 03 blok "Rothmans" compact markalı, 128 manat dəyərində 04 blok "LD" nazik markalı, 152 manat dəyərində 04 blok "Winston" kompakt markalı, 54 manat dəyərində 02 blok "West" qalın markalı. 44 manat dəyərində 04 blok "Arqo" nazik markalı siqaretləri. 60 manat dəyərində hər birinin içərisində 50 ədəd alışqan olan 02 paket alışqanı, 70 manat dəyərində 04 ədəd 1 litrlik Celsus markalı arağı, 17 manat 40 qəpik dəyərində 3 kiloqram "Səhər" markalı sosiskanı, 57 manat 50 qəpik dəyərində 5 kiloqram "Kral" markalı kolbasanı, 14 manat dəyərində 02 paket 700 qramlıq "Ariel" markalı yuyucu tozu. 4 manat 50 qəpik dəyərində 1 qutu "Palmolive" markalı sabunu. 50 manat dəyərində 50 ədəd 1 manatlıq Azercell ödəmə kartını. 40 manat dəyərində 20 ədəd 2 manatlıq Azercell ödəmə kartını, 45 manat dəyərində 15 ədəd 3 manatlıq Azercell ödəmə kartını, 50 manat dəyərində 10 ədəd 5 manatlıq Azercell ödəmə kartını, 2 manat dəyərində 04 ədəd 40 vərəqli kiçik damalı borc dəftərlərini və 15 manatlıq qəpik pulu, ümumilikdə zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus 1893 manat 40 qəpik dəyərində əmlakı götürüb özü ilə gətirdiyi kisəyə yığaraq mağazaya daxil olduğu pəncərədən çıxarmaqla qəsdən oğurlamış, yəni gizli olaraq talamışdır. Məmişov X2 rayonu, Eyvazalılar kəndində yaşayan Zərərçəkmiş şəxs məxsus əmlakı qəsdən tamah məqsədilə, hüquqazidd və əvəzsiz olaraq oğurlamaq, yəni gizli olaraq talamaq barədə həmkəndliləri Beyləqan rayonu. Eyvazalılar kəndində yaşayan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə razılaşıb qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, 25 oktyabr 2023-cii il tarixdə, saat 01 radələrində Zərərçəkmiş şəxs Beyləqan rayonu. Eyvazalılar kəndində yerləşən ərzaq mağazasının yaxınlığına gəlib bir qədər ətrafı müşahidə etdikdən sonra aralarında olan razılaşmaya əsasən o və qrupun digər üzvü Təqsirləndirilən şəxs3 kənar şəxs gəldiyi təqdirdə Təqsirləndirilən şəxs1 xəbər vermək üçün mağazanın yaxınlığında dayanıb gözləmiş. Təqsirləndirilən şəxs1 isə yaşadığı evdən gətirdiyi istintaqa məlum olmayan dəmir parçası ilə mağazanın pəncərəsinə vurulmuş dəmir barmaqlıqları sındıraraq mağazaya qanunsuz daxil olaraq mağazadan 80 manat dəyərində 2 blok "Kent 4" nazik markalı, 172 manat dəyərində 4 blok "Sobranie" nazik markalı, 76 manat dəyərində 02 blok "Winston" nazik markalı, 360 manat dəyərində 15 blok "Maqna" nazik markalı, 315 manat dəyərində 15 blok "Palma" nazik markalı, 87 manat dəyərində 03 blok "Rothmans" compact markalı, 128 manat dəyərində 04 blok "LD" nazik markalı, 152 manat dəyərində 04 blok "Winston" kompakt markalı, 54 manat dəyərində 02 blok "West" qalın markalı, 44 manat dəyərində 04 blok "Arqo" nazik markalı siqaretləri, 60 manat dəyərində hər birinin içərisində 50 ədəd alışqan olan 02 paket alışqanı, 70 manat dəyərində 04 ədəd 1 litrlik Celsus markalı arağı, 17 manat 40 qəpik dəyərində 3 kiloqram "Səhər" markalı sosiskanı, 57 manat 50 qəpik dəyərində 5 kiloqram "Kral" markalı kolbasanı, 14 manat dəyərində 02 paket 700 qramlıq "Arid" markalı yuyucu tozu. 4 manat 50 qəpik dəyərində 1 qutu "Palmolive" markalı sabunu, 50 manat dəyərində 50 ədəd 1 manatlıq Azercell ödəmə kartını, 40 manat dəyərində 20 ədəd 2 manatlıq Azercell ödəmə kartını, 45 manat dəyərində 15 ədəd 3 manatlıq Azercell ödəmə kartını, 50 manat dəyərində 10 ədəd 5 manatlıq Azercell ödəmə kartını, 2 manat dəyərində 04 ədəd 40 vərəqli kiçik damalı borc dəftərlərini və 15 manatlıq qəpik pulu, ümumilikdə zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus 1893 manat 40 qəpik dəyərində əmlakı götürüb özü ilə gətirdiyi kisəyə yığaraq mağazaya daxil olduğu pəncərədən çıxarmaqla qəsdən oğurlamış, yəni gizli olaraq talamışdır. Cəfərov X4 rayonu, Eyvazalılar kəndində yaşayan Zərərçəkmiş şəxs məxsus əmlakı qəsdən tamah məqsədilə, hüquqazidd və əvəzsiz olaraq oğurlamaq, yəni gizli olaraq talamaq barədə həmkəndliləri Beyləqan rayonu, Eyvazalılar kəndində yaşayan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə razılaşıb qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, 25 oktyabr 2023-cü il tarixdə, saat 01 radələrində Zərərçəkmiş şəxs Beyləqan rayonu, Eyvazalılar kəndində yerləşən ərzaq mağazasının yaxınlığına gəlib bir qədər ətrafı müşahidə etdikdən sonra aralarında olan razılaşmaya əsasən o və qrupun digər üzvü Təqsirləndirilən şəxs2 kənar şəxs gəldiyi təqdirdə Təqsirləndirilən şəxs1 xəbər vermək üçün mağazanın yaxınlığında dayanıb gözləmiş, Təqsirləndirilən şəxs1 isə yaşadığı evdən gətirdiyi istintaqa məlum olmayan dəmir parçası ilə mağazanın pəncərəsinə vurulmuş dəmir barmaqlıqları sındıraraq mağazaya qanunsuz daxil olaraq mağazadan 80 manat dəyərində 2 blok "Kent 4" nazik markalı, 172 manat dəyərində 4 blok "Sobranie" nazik markalı, 76 manat dəyərində 02 blok "Winston" nazik markalı, 360 manat dəyərində 15 blok "Maqna" nazik markalı, 315 manat dəyərində 15 blok "Palma" nazik markalı, 87 manat dəyərində 03 blok "Rothmans" compact markalı, 128 manat dəyərində 04 blok "LD" nazik markalı, 152 manat dəyərində 04 blok "Winston" kompakt markalı. 54 manat dəyərində 02 blok "West" qalın markalı. 44 manat dəyərində 04 blok "Arqo" nazik markalı siqaretləri. 60 manat dəyərində hər birinin içərisində 50 ədəd alışqan olan 02 paket alışqanı, 70 manat dəyərində 04 ədəd 1 litrlik Celsus markalı arağı, 17 manat 40 qəpik dəyərində 3 kiloqram "Səhər" markalı sosiskanı, 57 manat 50 qəpik dəyərində 5 kiloqram "Kral" markalı kolbasanı, 14 manat dəyərində 02 paket 700 qramlıq "Arid" markalı yuyucu tozu, 4 manat 50 qəpik dəyərində 1 qutu "Palmolive" markalı sabunu, 50 manat dəyərində 50 ədəd 1 manatlıq Azercell ödəmə kartını, 40 manat dəyərində 20 ədəd 2 manatlıq Azercell ödəmə kartını, 45 manat dəyərində 15 ədəd 3 manatlıq Azercell ödəmə kartını, 50 manat dəyərində 10 ədəd 5 manatlıq Azercell ödəmə kartını. 2 manat dəyərində 04 ədəd 40 vərəqli kiçik damalı borc dəftərlərini və 15 manatlıq qəpik pulu, ümumilikdə zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus 1893 manat 40 qəpik dəyərində əmlakı götürüb özü ilə gətirdiyi kisəyə yığaraq mağazaya daxil olduğu pəncərədən çıxarmaqla qəsdən oğurlamış, yəni gizli olaraq talamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittihamla təqsirli bilərək ifadəsində göstərdi ki, o ailə üzvləri ilə birlikdə Beyləqan rayonu Eyvazalılar kəndində yaşayır. Özü rəsmi olaraq heç bir yerdə işləmir, lakin gündəlik tələbatlarım ödəmək üçün fəhləçiliklə məşğul olur. Beyləqan rayon Eyvazalılar kənd sakini Zərərçəkmiş şəxs həmkəndlisidir, onunla heç bir ədavət və düşmənçiliyi yoxdur. Zərərçəkmiş şəxs Beyləqan rayonu Eyvazalılar kəndi ərazisində özünə məxsus ərzaq mağazası vardır. xx.xx.2023-cü il tarixdə, saat 21:00 radələrində Beyləqan rayon Eyvazalılar kəndi ərazisində kafedə pivə və araq qəbul etmişdir. Daha sonra o kafedən çıxaraq kənd bələdiyyəsinə məxsus binaya tərəf getmişdir. O bələdiyyənin binasının yanına çatdıqda həmkəndliləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 bələdiyyə binasının yanında dayanıb söhbət etdiklərini görmüşdür. O onların yanına yaxınlaşıb onlarla söhbət etməyə başlamışdır. Bir qədər söhbət etdikdən sonra birlikdə gəzişməyə başlamışlar. Bu vaxt saat 23:50 radələri olmuşdur. Onlar Zərərçəkmiş şəxs məxsus ərzaq mağazasının yanına gəlmişlər. Həmin vaxt ərzaq mağazasının yanında onlardan başqa heç kim olmamışdır. O Şamillə Qəribə siqaretinin olmadığını bildirib onlardan siqaret istəmişdir. Şamil və Qərib də siqaretlərinin olmadığını ona bildirmişlər. Bu zaman o Vilayətə məxsus mağazaya girib oradan siqaret və başqa ərzaq məhsulları oğurlamağı təklif etmişdir. Şamil və Qərib onun təklifi ilə razılaşmışlar. O onlara içəri girib oğurluq edəcəyini, onların isə çöldə dayanıb gəlib-gedənə nəzarət etmələrini bildirmiş və onlar onunla razılaşmışlar. O mağazaya yaxınlaşıb sol tərəfinə keçmiş və orada olan kiçik pəncərənin üstünün dəmir barmaqlıqlarla tutulduğunu görmüşdür. Buna görə də o Şamillə Qəribin yanma qayıdıb pəncərinin üstündəki dəmirlərin sındırılmalı olduğunu bildirib onun yaşadığı evə gedib dəmiri sındırmaq üçün almatıır götürməyi bildirmişdir. Onlar birlikdə onun yaşadığı evə tərəf getmişlər. Şamil və Qərib onu yaşadığı küçədə gözləmiş, o isə evin həyətinə daxil olub evdən armatur və kisə götürüb evdən çıxmışdır. Onlar yenidən Vilayətə məxsus mağazanın qarşısına gəlmişlər. Bu zaman saat 01 radələri olmuşdur. Onlar razılaşdıqları kimi Şamil və Qərib mağazanın çölündə dayanıb gəlib-gedənə nəzarət etməyə başlamış və o mağazanın sol tərəfinə keçib kiçik pəncərəsinə yaxınlaşmışdır. O əlində olan armaturla pəncərənin üstünə vurulmuş dəmir barmaqlıqları çərçivəsindən bütövlükdə qoparıb yerə atmışdır. Sonra o pəncərəyə dırmaşıb oradan içəridə olan boş otağa daxil olmuşdur. O içəri daxil olduqdan sonra içəridə olan qapıdan mağazanın girişi olan tərəfə keçmişdir. Girişdə ərzaq mağazasının qarşısında pəncərə olmuşdur. O həmin pəncərəni əli ilə itələyib açaraq ərzaq mağazasının içərisinə daxil olmuşdur. O içəri daxil olduqdan sonra mağazanın içərisindən təxminən 55 blok keııt 4. sobranie, viııston. maqna, palmall, Rothmans, LD, kompakt vinston, vest. Arqo markalı siqaretləri, 2 qutu alışqanı, 4 ədəd arağı, təxminən 3 kq sosiskanı, təxminən 5 kq kolbasanı, 2 qutu Ariel yuyucu tozu. 1 paket sabunu götürüb özü ilə gətirdiyi kisələrə yığmışdır. Sonra o kassaya yaxınlaşıb stolun üzərində olan plastik qabın içərisindəki 1 manatlıq, 2 manatlıq, 3 manatlıq və 5 manatlıq sim ödəmə konturlarını və 4 ədəd borc dəftərlərini götürərək kisəyə yığmışdır. O stolun üzərinə baxdıqda taxta qutu olduğunu və içərisində çoxlu qəpiklər olduğunu görmüşdür. O həmin qəpiklərin hamısını bir ədəd sellofan torbaya yığıb oğurladığı əşyaları yığdığı kisənin içərisinə atmışdır. Sonra o oğurladığı əşyaları yığdığı kisəni götürüb daxil olduğu pəncərədən çölə çıxmışdır. Sonra o yenidən boş otağa daxil olaraq ərzaq mağazasına daxil olduğu kiçik pəncərədən kisəni çölə atmışdır. Bu vaxt Qərib yaxınlaşıb kisəni götürmüş və o da pəncərədən çölə çıxmışdır Bundan sonra Şamil də nəzarət etdiyi yerdən aralaşıb onların yanına gəlmişdir. Bundan sonra o Qəriblə birgə kisəni götürmüş və üçü də oradan uzaqlaşıb yaşadığı evin arxasında yerləşən əmisi fapdıqov İsim Kamal oğluna məxsus yaşayış olmayan fərdi yaşayış evinin həyətinə gəlmişlər. O kisəni həyətə qoyub yaşadığı evə gedib çörək götürüb Şamillə Qəribin yanına gəlmişdir. Bundan sonra onlar kisəni açaraq oğurladığı kolbasa, sosiska və araqdan götürmüşlər. Onlar üçü də həmin kolbasa və sosiskanı yeməyə başlamışlar. Bu zaman Şamillə o oğurladıqları arağın da bir şüşəsini açıb içmişlər. Bundan sonra Şamil və Qəribin hərəsinə 3 paket LD siqareti vermişdir. Sonra o özü də 8 paket LD siqareti və 3 manatlıq sim kontur götürmüşdür. Bu vaxt Qərib də 3 manatlıq kontur götürmüşdür. Bundan sonra onlar oğurladıqları məhsulları orada gizlətməyi, sonrakı günlərdə onları satıb gəliri aralarında bölməyi qərarlaşdırmışlar. Bundan sonra o kisənin içərisindən borc dəftərlərini götürmüş və sonra kisəni həyətdə olan kolluqda gizlətmişlər. Daha sonra onlar sağollaşıb ayrılmışlar. O evə gedərkən evdən götürdüyü armaturu həyətin yaxınlığında olan su kanalına atmışdır. O evə çatdıqdan sonra 4 ədəd borc dəftərini həyətdə yandırmışdır. Bundan sonra o yaşadığı evə daxil olaraq yatmışdır. xx.xx.2023-cü il tarixdə, saat 11 radələrində yuxudan oyandıqdan sonra evdən çıxaraq kəndin mərkəzinə getmişdir. Həmin vaxt kəndin mərkəzində Qəriblə qarşılaşmışdır. Bu vaxt Qərib Vilayətin mağazasından oğurluq olduğu üçün polis əməkdaşlarının gəldiyini ona bildirərək oğurladığı əşyaları nə etməklərini ondan soruşmuşdur. O Qəribə oğurladıqları borc dəftərlərini yandırdığını, kisədə qalan digər əşyaları isə gecə onlardan aralaşdıqdan sonra qayıdıb götürərək Yuxarı Qarabağ kanalına aldığını bildirmişdir. Sonra onlar sağollaşmış və o yaşadığı evə getmişdir. O oğurluq etdiyinə görə tutulmaqdan qorxaraq mağazadan oğurladıqları siqaretləri, alışqanları, konturları, araqları, sosika. kolbasa, Ariel yuyucu tozu, sabunları və qəpikləri yığdığı kisəni götürüb içərisində olan bütün əşyalarla birlikdə Beyləqan rayonu Eyvazalılar kəndinin girişdən keçən Yuxarı Qarabağ su kanalına atmaq qərarına gəlmişdir. O xx.xx.2023-cü il tarixdə, saat 01:20 radələrində yaşadığı evdən çıxaraq evlərinin arxasında əmisi İsim Tapdıqova məxsus yaşayış olmayan fərdi yaşayış evinin həyətinə daxil olaraq ərzaq mağazasından oğurladığı əşyaları yığdığı kisəni kolluqdan götürüb həyətdən çıxaraq Beyləqan rayon Eyvazalılar kəndinin girişindən keçən Yuxarı Qarabağ su kanalından kəndə giriş körpüsünün üstünə aparmışdır. O həmin kisəni içərisində qalan bütün məhsullarla birlikdə Yuxarı Qarabağ su kanalma atmışdır. Daha sonra o geri qayıdaraq yaşadığı evə gəlmişdir. Bundan 2-3 gün sonra ərzaq mağazalarından oğurladığı 1 ədəd 3 manatlıq sim ödəmə konturunu istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə yükləmişdir. 30 oktyabr 2023-cü il tarixdə Beyləqan rayon polis şöbəsinin əməkdaşları ona yaxınlaşıb Beyləqan rayon polis şöbəsində gedən araşdırma ilə bağlı izahat verməyi üçün onu polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində ondan izahat aln zaman o Zərərçəkmiş şəxs məxsus mağazadan oğurluq etdiyini etiraf etmişdir. Zərərçəkmiş şəxs məxsus ərzaq mağazasından xx.xx.2023-cü il tarixdə, saat 01 radələrində həmkəndliləri Təqsirləndirilən şəxs2 Əhməd oğlu və Təqsirləndirilən şəxs3 ilə birlikdə oğurluq etmişdir. Zərərçəkmiş şəxs məxsus ərzaq mağazasına daxil olaraq əşyaları kisəyə yığmışdır. Həmin vaxt Qərib və Şamil çöldə dayanaraq gəlib-gedən olmasına nəzarət edərək gözətçilik etmişlər. O əşyaları kisəyə yığdıqdan sonra kisəni pəncərədən çölə atmış və Qərib yaxınlaşıb kisəni oradan götürmüşdür. O, ərzaq mağazasından təxminən 55 blok kent 4. sobranie, vinston, maqna, palmall, Rothmans, LD, kompakt vinston, vest, Arqo markalı siqaretlər, 2 qutu alışqan, 4 ədəd araq, təxminən 3 kq sosiska, təxminən 5 kq kolbasa, 2 qutu Ariel yuyucu toz, 1 paket sabun, 1 manatlıq, 2 manatlıq, 3 manatlıq və 5 manatlıq sim ödəmə konturları, 4 ədəd borc dəlləri və 15 manat miqdarında qəpik pul oğurlamışdır. Ərzaq mazasından oğurluq etmək üçün ərzaq mağazasında olan pəncərənin dəmir barmaqlıqlarını çıxartdığı dəmir armaturu əmisi İsim Tapdıqova məxsus fərdi yaşayış evinin yaxınlığından keçən su kanalına atmışdır. Əvvəllər heç bir oğurluq etməmişdir. Hazırda zərərçəkmiş şəxslə barışmış, ona dəymiş maddi ziyanı tam ödəmişlər. Yüngül cəza təyin edilməsini xahiş edir. İş üzrə məhkəmə iclasında Təqsirləndirilən şəxs2 özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittihamla təqsirli bilərək ifadəsində göstərmişdir ki, o ailə üzvləri ilə birlikdə Beyləqan rayonu Eyvazalılar kəndində yaşayır. Özü rəmi olaraq heç bir yerdə işləmir, lakin gündəlik tələbatlarını ödəmək üçün fəhləçiliklə məşğul olur. Beyləqan rayon Eyvazalılar kənd sakini Zərərçəkmiş şəxs həmkəndlisidir, onunla heç bir ədavət və düşmənçiliyi yoxdur. Zərərçəkmiş şəxs Beyləqan rayon Eyvazalılar kəndi ərazisində özünə məxsus ərzaq mağazası vardır. xx.xx.2023-cü il tarixdə, saat 21:00 radələrində o dayısı oğlu Təqsirləndirilən şəxs3 ilə Beyləqan rayonu Eyvazalılar kənd bələdiyyəsinin binasının yanında dayanıb söhbət etmişdir. Bu zaman həmkəndlisi Təqsirləndirilən şəxs1 da onların yanlarına gəlib onlarla söhbət etməyə başlamışdır. Onlar bir qədər söhbət etdikdən sonra birlikdə gəzişməyə başlamışlar. Bu vaxt saat 23:50 radələri olmuşdur. Onlar Zərərçəkmiş şəxs məxsus ərzaq mağazasının yanına gəlmişlər. Həmin vaxt ərzaq mağazasının yanında onlardan başqa heç kim olmamışdır. Ziyəddin Şamillə ona siqaretinin olmadığını bildirib Vilayətə məxsus mağazaya girib oradan siqaret və başqa ərzaq məhsulları oğurlamağı təklif etmişdir. Şamil və o onun təklifi ilə razılaşmışlar. Ziyəddin onlara içəri girib oğurluq edəcəyini, onların isə çöldə dayanıb gəlib- gedənə nəzarət etməyi bildirmiş və onlar onunla razılaşmışlar. Ziyəddin mağazaya yaxınlaşıb sol tərəfinə keçmiş və bir neçə dəqiqə sonra onların yanlarına qayıdıb pəncərinin üstündəki dəmirlərin sındırılmalı olduğunu bildirib yaşadığı evə gedib dəmiri sındırmaq üçün armatur götürməyi bildirmişdir. Onlar birlikdə Ziyəddinin yaşadığı evə tərəf getmişlər. Şamil və o Ziyəddini küçədə gözləmiş, Ziyəddin isə evin həyətinə daxil olub evdən armatur və kisə götürüb evdən çıxmışdır. Onlar yenidən Vilayətə məxsus mağazanın qarşısına gəlmişlər. Bu zaman saat 01 radələri olmuşdur. Onlar razılaşdıqları kimi Şamillə mağazanın çölündə hərəsi bir tərəfdə dayanıb gəlib-gedənə nəzarət etməyə başlamışlar ki kimsə gəlsə Ziyəddinə məlumat versinlər, Ziyəddin isə mağazanın sol tərəfinə keçib orada olan pəncərənin dəmir barmaqlıqlarını qoparıb pəncərədən içəri daxil olmuşdur. Təxminən 10 dəqiqə sonra Ziyəddin ərzaq mağazasına daxil olduğu kiçik pəncərədən kisəni çölə atmış və özü də çölə tullanmışdır. Onlar Ziyəddinin mağazadan çıxdığını görüb Şamillə dayanıb nəzarət etdikləri yerlərindən aralaşıb Ziyəddinin yanma gəlmişlər. Ziyəddin və o hərəsi kisənin bir tərəfindən yapışıb götürərək aparmağa başlamış və Şamil də yanlarınca gəlmişdir. Onlar Ziyəddinin mağazadan oğurladığı əşyaları Ziyəddinin yaşadığı evin arxasında yerləşən əmisi X3 məxsus yaşayış olmayan fərdi yaşayış evinin həyətinə gətirmişlər. Onlar kisəni həyətə qoymuşlar. Ziyəddin ac olduğunu bildirib çörək götürmək üçün yaşadığı evə getmiş və çörək götürərək onların yanlarına gəlmişdir. Bundan sonra onlar kisəni açaraq oğurladıqları kolbasa, sosiska və araqdan götürmüşlər. O kisənin içərisinə baxdıqda içərisində çoxlu sayda müxtəlif markalı siqaret blokları, sosiska, kolbasa, araq, alışqan, yuyucu toz, sabun, kontur və sellofan torbanın içərisində qəpik pullar olduğunu görmüşdür. Sonra onlar üçü də həmin kolbasa və sosiskanı yeməyə başlamışlar. Bu zaman Şamillə Ziyəddin oğurladıqları arağın da bir şüşəsini açıb içmişlər. Onlar yedikdən sonra o oğurladıqları malların içərisindən 3 manatlıq kontur götürmüşdür. Ziyəddin bir neçə siqaret paketi və 3 manatlıq sim kontur götürmüş və Şamilə də 2 paket siqaret vermişdir. Bundan sonra onlar oğurladıqları məhsulları orada gizlətməyi, sonrakı günlərdə onları satıb gəliri aralarında bölməyi qərarlaşdırmışlar. Bundan sonra Ziyəddin kisənin içərisindən borc dəftərlərini götürmüş və sonra kisənin ağzını bağlayıb həyətdə olan kolluqda gizlətmişlər. Daha sonra onlar sağollaşıb ayrılmışlar. xx.xx.2023-cü il tarixdə, saat 10 radələrində yuxudan oyandıqdan sonra evdən çıxaraq kəndin mərkəzinə getmişdir. Həmin vaxt Vilayətin mağazasının qarşısından keçən zaman polis əməkdaşlarının mağazaya gəldiklərini görmüş və Vilayətin oğurluq hadisəsi barədə polisə müraciət etdiyini bilmişdir. O bələdiyyə binasının yaxınlığında gəzişməyə başlamışdır. Təxminən 1 saat sonra Ziyəddin də o olduğu yerə gəlmiş və onu görüb ona yaxınlaşmışdır. O Ziyəddinə Vilayətin mağazasına polislər gəldiyini bildirib oğurladıqları əşyaları nə edəcəklərini soruşmuşdur. Bu vaxt Ziyəddin borc dəftərlərini yandırdığını, oğurladıqları əşyaları isə kəndin girişindən axan Yuxarı Qarabağ kanalına atdığını bildirmişdir. O ondan həmin malları nə vaxt və niyə kanala atdığını soruşmuşdur. Ziyəddin gecə onlardan aralaşdıqdan sonra dəftəri yaşadığı evin həyətində yandırdığını, sonra isə malların tutulacağından qorxduğu üçün onları gizlətdikləri yerə qayıdıb götürüb kanala tökdüyünü bildirmişdir. Bundan sonra Ziyəddinlə sağollaşıb yaşadığı evə getmişdir. Həmin gün o oğurladıqları əşyaların içərisindən götürdüyü 1 ədəd 3 manatlıq sim ödəmə konturunu istifadəsində olan ***- ***-**-** saylı mobil nömrəyə yükləmişdir. Bir neçə gün sonra o kənd ərazisində olan zaman Beyləqan rayon polis şöbəsinin əməkdaşları ona yaxınlaşıb Beyləqan rayon polis şöbəsində gedən araşdırma ilə bağlı izahat verməyi üçün onu polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində ondan izahat alınan zaman o Zərərçəkmiş şəxs məxsus mağazadan oğurluq etdiyini etiraf etmişdir. Zərərçəkmiş şəxs məxsus ərzaq mağazasından xx.xx.2023- cü il tarixdə, saat 01 radələrində həmkəndliləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə birlikdə oğurluq etmişdir. Zərərçəkmiş şəxs məxsus ərzaq mağazasına Ziyəddin daxil olaraq əşyaları kisəyə yığmış və çölə çıxarmışdır. Həmin vaxt Şamil və o razılaşdıqları kimi çöldə hərəsi mağazanın bir tərəfində dayanaraq gəlib-gedən olmasına nəzarət edərək gözətçilik etmişlər. Ziyəddin əşyaları kisəyə yığdıqdan sonra kisəni pəncərədən çölə ataraq özü də çölə çıxmışdır və o yaxınlaşıb Ziyəddinlə hərəsi kisənin bir tərəfindən tutaraq oradan aparmışlar. Ziyəddinin gətirdiyi kisənin içərisinə baxan zaman içərisində çoxlu sayda müxtəlif markalı siqaret blokları, sosiska, kolbasa, araq, alışqan, yuyucu toz, sabun, kontur və sellofan torbanın içərisində qəpik pullar olduğunu görmüşdür. Lakin gecə saatları olduğu üçün onlar həmin əşyaları çıxarıb saymamışlar və buna görə də o həmin əşyaların sayını və dəqiq miqdarını bilməmişdir. Ziyəddin pəncərənin dəmirini çıxardığı dəmir armaturu özü ilə aparmışdır və o buna görə də həmin armaturun harada olmasını bilmir. O əvvəllər heç vaxt oğurluq etməmişdir. Onlardan başqa heç kimin oğurluqdan xəbəri olmamışdır. Hazırda zərərçəkmiş şəxslə barışmış, ona dəymiş maddi ziyanı tam ödəmişlər. Ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittihamla təqsirli bilərək ifadəsində göstərdir ki, ailə üzvləri ilə birlikdə Beyləqan rayonu Eyvazalılar kəndində yaşayır. Beyləqan rayon Eyvazalılar kənd sakini Zərərçəkmiş şəxs həmkəndlisidir, onunla heç bir ədavət və düşmənçiliyi yoxdur. Zərərçəkmiş şəxs Beyləqan rayon Eyvazalılar kəndi ərazisində özünə məxsus ərzaq mağazası vardır. xx.xx.2023-cü il tarixdə, saat 21:00 radələrində o dayısı oğlu Təqsirləndirilən şəxs2 ilə Beyləqan rayonu Eyvazalılar kənd bələdiyyəsinin binasının yanında dayanıb söhbət etmişdir. Bu zaman həmkəndlisi Təqsirləndirilən şəxs1 da onların yanına gəlib onlarla söhbət etməyə başlamışdır. Onlar bir qədər söhbət etdikdən sonra birlikdə gəzişməyə başlamışlar. Bu vaxt saat 23:50 radələri olmuşdur. Onlar Zərərçəkmiş şəxs məxsus ərzaq mağazasının yanına gəlmişlər. Həmin vaxt ərzaq mağazasının yanında onlardan başqa heç kim olmamışdır. Ziyəddin Qəriblə ona siqaretinin olmadığını bildirib Vilayətə məxsus mağazaya girib oradan siqaret və başqa ərzaq məhsulları oğurlamağı təklif etmişdir. O, və Qərib Ziyəddinin təklifi ilə razılaşmışlar. Ziyəddin onlara içəri girib oğurluq edəcəyini, onların isə çöldə dayanıb gəlib- gedənə nəzarət etməklərini bildirmiş və onlar onunla razılaşmışlar. Ziyəddin mağazaya yaxınlaşıb sol tərəfinə keçmiş və bir neçə dəqiqə sonra onların yanına qayıdıb pəncərinin üstündəki dəmirlərin sındırılmalı olduğunu bildirib yaşadığı evə gedib dəmiri sındırmaq üçün armatur götürməyi bildirmişdir. Onlar birlikdə Ziyəddinin yaşadığı evə tərəf getmişlər. Qərib və Ziyəddini küçədə gözləmiş, Ziyəddin isə evin həyətinə daxil olub evdən armatur və kisə götürüb evdən çıxmışdır. Onlar yenidən Vilayətə məxsus mağazanın qarşısına gəlmişlər. Bu zaman saat 01 radələri olmuşdur. Onlar razılaşdıqları kimi Qərib və o mağazanın çölündə hərəsi bir tərəfdə dayanıb gəlib-gedənə nəzarət etməyə başlamışlar ki kimsə gəlsə Ziyəddinə məlumat versinlər, Ziyəddin isə mağazanın sol tərəfinə keçib orada olan pəncərənin dəmir barmaqlıqlarını qoparıb pəncərədən içəri daxil olmuşdur. Təxminən 10 dəqiqə sonra Ziyəddin ərzaq mağazasına daxil olduğu kiçik pəncərədən kisəni çölə atmış və özü də çölə tullanmışdır. Onlar Ziyəddinin mağazadan çıxdığını görüb Qəriblə dayanıb nəzarət etdikləri yerlərindən aralaşıb Ziyəddinin yanına gəlmişlər. Ziyəddin və Qərib hərəsi kisənin bir tərəfindən yapışıb götürərək aparmağa başlamışlar və o da onların yanınca getmişdir. Onlar Ziyəddinin mağazadan oğurladığı əşyaları Ziyəddinin yaşadığı evin arxasında yerləşən əmisi X3 məxsus yaşayış olmayan fərdi yaşayış evinin həyətinə gətirmişlər. Onlar kisəni həyətə qoymuşlar. Ziyəddin ac olduğunu bildirib çörək götürmək üçün yaşadığı e\ə getmiş və çörək götürərək yanlarına gəlmişdir. Bundan sonra onlar kisəni açaraq oğurladıqları kolbasa, sosiska və araqdan götürmüşlər. O kisənin içərisinə baxdıqda içərisində çoxlu sayda müxtəlif markalı siqaret blokları, sosiska, kolbasa, araq, alışqan, yuyucu toz. sabun, kontur və sellofan torbanın içərisində qəpik pullar olduğunu görmüşdür. Sonra onlar üçü də həmin kolbasa və sosiskanı yeməyə başlamışlar. Bu zaman Ziyəddinlə o oğurladıqları arağın da bir şüşəsini açıb içmişlər. Onlar yedikdən sonra Ziyəddin oğurladıqları malların içərisindən özünə 6-7 paket siqaret və 3 manatlıq kontur götürmüş, ona isə 2 paket Pallmall markalı siqaret vermişdir. Qərib isə həmin malların içərisindən 3 manatlıq kontur götürmüşdür. Bundan sonra onlar oğurladıqları malları orada gizlətməyi, sonrakı günlərdə onları satıb gəliri aralarında bölməyi qərarlaşdırmışlar. Bundan sonra Ziyəddin kisənin ağzını bağlamış və onlar həmin kisəni həyətdə olan kolluqda gizlətmişlər. Daha sonra onlar sağollaşıb ayrılmışlar. xx.xx.2023-cü il tarixdə, saat 12 radələrində evdən çıxaraq kəndin mərkəzinə getmişdir. Həmin vaxt o kənd sakinlərindən Vilayətin mağazasına polislərin gəldiyini eşitmiş və Vilayətin oğurluq hadisəsi barədə polisə müraciət etdiyini bilmişdir. O kənd ərazisində gəzişən zaman Ziyəddinlə qarşılaşmışdır. O Ziyəddinə Vilayətin mağazasına polislər gəldiyini bildirib oğurladıqları əşyaları nə edəcəklərini soruşmuşdur. Bu vaxt Ziyəddin borc dəftərlərini yandırdığını, oğurladıqları əşyaları isə kəndin girişindən axan Yuxarı Qarabağ kanalına atdığını ona bildirmişdir. O ondan həmin malları nə vaxt və niyə kanala atdığını soruşmuşdur. Ziyəddin gecə onlardan aralaşdıqdan sonra dəftəri yaşadığı evin həyətində yandırdığını, sonra isə malların tutulacağından qorxduğu üçün onları gizlətdiyi yerə qayıdıb götürüb kanala tökdüyünü bildirmişdir. Bundan sonra Ziyəddinlə sağollaşıb yaşadığı evə getmişdir. Bir neçə gün sonra o kənd ərazisində olan zaman Beyləqan rayon polis şöbəsinin əməkdaşları ona yaxınlaşıb Beyləqan rayon polis şöbəsində gedən araşdırma ilə bağlı izahat vermək üçün onu polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində ondan izahat alınan zaman o Zərərçəkmiş şəxs məxsus mağazadan oğurluq etdiyini etiraf etmişdir. Zərərçəkmiş şəxs məxsus ərzaq mağazasından xx.xx.2023-cü il tarixdə, saat 01 radələrində həmkəndliləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə birlikdə oğurluq etmişdir. Zərərçəkmiş şəxs məxsus ərzaq mağazasına Ziyəddin daxil olaraq əşyaları kisəyə yığmış və çölə çıxarmışdır. Həmin vaxt Qərib və o razılaşdıqları kimi çöldə hərəsi mağazanın bir tərəfində dayanaraq gəlib-gedən olmasına nəzarət edərək gözətçilik etmişlər. Ziyəddin əşyaları kisəyə uğdıqdan sonra kisəni pəncərədən çölə ataraq özü də çölə çıxmışdır. Bu vaxt ona yaxınlaşmış və Ziyəddinlə Qərib hərəsi kisənin bir tərəfindən tutaraq oradan aparmış, o da onların yanınca getmişdir. Ziyəddinin gətirdiyi kisənin içərisinə baxan zaman içərisində çoxlu sayda müxtəlif markalı siqaret blokları, sosiska, kolbasa, araq, alışqan, yuyucu toz, sabun, kontur və sellofan torbanın içərisində qəpik pullar olduğunu görmüşdür. Lakin gecə saatları olduğu üçün onlar həmin əşyaları çıxarıb saymamışlar və buna görə də o həmin əşyaların sayını və dəqiq miqdarını bilməmişdir. Onlar oğurladıqları əşyaları kisənin içərisində Ziyəddinin əmisi X3 məxsus yaşayış olmayan fərdi yaşayış evinin həyətinə gətirmişlər. Bundan sonra kisəni açaraq oğurladıqları kolbasa, sosiska və araqdan götürüb yeyib- içmişlər. Bundan sonra Ziyəddin oğurladıqları malların içərisindən özünə 6-7 paket siqaret və 3 manatlıq kontur götürmüş, ona isə 2 paket Pallmall markalı siqaret vermişdir. Qərib isə həmin malların içərisindən 3 manatlıq kontur götürmüşdür. Bundan sonra onlar kisəni həyətdə olan kolluqda gizlətmişlər. Səhəri gün o Ziyəddinlə görüşdükdə Ziyəddin yerdə qalan digər bütün əşyaları kisənin içərisində Yuxarı Qarabağ su kanalına atdığını ona bildirmişdir. Ziyəddin pəncərənin dəmir barmaqlıqlarını çıxartdığı dəmir armaturu özü ilə aparmışdır və o buna görə də həmin armaturun harada olmasını bilmir. O əvvəllər heç vaxt oğurluq etməmişdir. Onlardan başqa heç kimin oğurluqdan xəbəri olmamışdır. Hazırda zərərçəkmiş şəxslə barışmış, ona dəymiş maddi ziyanı tam ödəmişlər. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. İş üzrə məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Beyləqan rayonu Eyvazalılar kəndi ərazisində ona məxsus ərzaq mağazası vardır. O xx.xx.2023-cü il tarixdə, səhər saat 08 radələrində oğlu Araz Məhərrəmli ilə birlikdə evdən çıxaraq gəlib ərzaq mağazasına daxil olduqdan sonra vitrində olan tütün məmulatlarının bir hissəsinin yerində olmadığını görmüşdür. O özünə məxsus ərzaq mağazasının içərisinə baxdıqda 02 blok "Kent 4" nazik markalı, 04 blok "Sobranie" nazik markalı, 02 blok "Winston" nazik markalı, 15 blok "Maqna" nazik markalı, 15 blok "Palma" nazik markalı, 03 blok "Rothmans" compact markalı, 04 blok "LD" nazik markalı, 04 blok "Winston" kompakt markalı, 02 blok "West" qalın markalı, 04 blok "Arqo" nazik markalı siqaretlərin, hər birinin içərisində 50 ədəd alışqan olan 02 paket alışqanın, 04 ədəd 1 litrlik Celsus markalı arağın, 3 kiloqram "Səhər" markalı sosiskanın, 5 kiloqram "Kral" markalı kolbasanın, 2 paket 700 qramlıq "Arid" markalı yuyucu tozun, 1 qutu "Palmolive" markalı sabunun, 50 ədəd 1 manatlıq Azercell ödəmə kartının, 20 ədəd 2 manatlıq Azercell ödəmə kartının, 15 ədəd 3 manatlıq Azercell ödəmə kartının. 10 ədəd 5 manatlıq Azercell ödəmə kartının, mağazada olan stolun üzərində olan qutunun içərisindəki 15 manatlıq qəpik pulun və 04 ədəd 40 vərəqli kiçik damalı borc dəftərlərinin naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını aşkar etmişdir. O mağazanın digər boş otağına keçib baxdıqda həmin otağın pəncərəsinə çöl tərəfdən vurulmuş dəmirdən olan barmaqlığın yerindən çıxardıldığını və oradan mağazaya daxil olunduğunu görmüşdür. Buna görə də o dərhal Daxili İşlər Nazirliyinin 102 xidmətinə müraciət edərək ona məxsus mağazadan oğurluq olması barədə məlumat vermişdir. Daha sonra bu barədə Beyləqan rayon polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Sonradan ona məxsus mağazadan oğurluq edən şəxslərin həmkəndliləri Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 olduğu müəyyən edilmişdir. Ona məxsus mağazadan oğurluq 24 oktyabr 2023-cü il tarixdən 25 oktyabr 2023-cii il tarixə keçən gecə baş vermişdir. Mağazaya daxil olan şəxslər mağazanın boş otağının pəncərəsinə çöl tərəfdən vurulmuş dəmirdən olan barmaqlığını yerindən çıxararaq mağazaya daxil olmuşlar. Ona məxsus mağazadan 64 manat dəyərində 2 blok "Kent 4" nazik markalı, 132 manat dəyərində 4 blok "Sobranie" nazik markalı, 64 manat dəyərində 2 blok "Winston" nazik markalı, 345 manat dəyərində 15 blok "Maqna" nazik markalı, 420 manat dəyərində 15 blok "Palma" nazik markalı. 60 manat dəyərində 3 blok "Rothmans" compact markalı. 120 manat dəyərində 4 blok "LD" nazik markalı, 128 manat dəyərində 4 blok "Winston" kompakt markalı, 52 manat dəyərində 2 blok "West" qalın markalı, 84 manat dəyərində 4 blok "Arqo" nazik markalı siqaretlər, 35 manat dəyərində 2 paket alışqan. 52 manat dəyərində 4 ədəd 1 litrlik Celsus markalı araq, 16 manat dəyərində 3 kiloqram "Səhər" markalı sosiskası, 60 manat dəyərində 5 kiloqram "Kral" markalı kolbasa, 15 manat dəyərində 2 paket 700 qramlıq "Ariel" markalı yuyucu toz, 4 manat dəyərində 1 qutu "Palmolive" markalı sabun, 50 manat dəyərində 50 ədəd 1 manatlıq Azercell ödəmə kartı, 40 manat dəyərində 20 ədəd 2 manatlıq Azercell ödəmə kartı, 45 manat dəyərində 15 ədəd 3 manatlıq Azercell ödəmə kartı, 50 manat dəyərində 10 ədəd 5 manatlıq Azercell ödəmə kartı, mağazada olan stolun üzərində olan qutunun içərisindəki 15 manatlıq qəpik pul və 4 ədəd borc dəftərləri oğurlanmışdır. Oğurluq hadisəsi zamanı ona ümumilikdə 1851 manat maddi ziyan dəymişdir. O Beyləqan rayon polis şöbəsinə müraciət edərkən malların sayını və qiymətini tam dəqiqləşdirmədiyi üçün 1700-1800 manat maddi ziyan dəydiyini bildirmişdir. Lakin sonradan o malların sayını və qiymətini dəqiqləşdirmiş və ona ümumilikdə 1851 manat maddi ziyan dəydiyini müəyyən etmişdir. Oğurlanmış qəpik pullar 20 və 50 qəpiklik qəpik pullar olmuşdur.Hazırda təqsirləndirilən şəxslərlə barışmış, ona dəymiş maddi ziyan tam ödənmişdir.Təqsirləndirilən şəxslərə yüngül cəza təyin edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs məhkəməyə verdiyi yazılı ərizəsində təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3, ona iş üzrə vurduqları maddi ziyanı tamamilə ödədiklərini, təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbinin olmadığını göstərmiş, onlara yüngül cəza təyin edilməsini xahiş etmişdir. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi haqqında’“ 25 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Zərərçəkmiş şəxs məxsus Beyləqan rayonu, Eyvazalılar kəndində yerləşən ərzaq mağazasıdır. Məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli 9/9444 saylı rəyinə əsasən, analoji malların markasına, modelinə və orta texniki göstəricilərinə uyğun olaraq ekspertiza təyini haqqında qərarda göstərilən malların yeni vəziyyətdə 2023-cü ilin oktyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 1878.40 manat müəyyən edilir.

1. 02 blok "kent 4" nazik markalı -80 manat;

2. 04 blok "Sobranie" nazik markalı -172 manat;

3. 02 blok "Winston" nazik markalı - 76 manat:

4. 15 blok "Maqna" nazik markalı - 360 manat;

5. 15 blok "Palma" nazik markalı - 315 manat;

6. 03 blok "Rothmans" compact markalı - 87 manat;

7. 04 blok "LD" nazik markalı - 128 manat;

8. 04 blok "Winston" kompakt markalı - 152 manat;

9. 02 blok "West" qalın markalı - 54 manat;

10. 04 blok "Arqo" nazik markalı - 44 manat;

11. Hər birinin içərisində 50 ədəd alışqan olan 02 paket alışqan -60 manat;

12. 04 ədəd 1 litrlik Celsus markalı araq- 70 manat; 13.3 kiloqram "Səhər" markalı sosiska - 17,4 manat:

14. 5 kiloqram "Kral" markalı kolbasa - 57.5 manat;

15. 02 paket 700 qramlıq "Arid" markalı yuyucu toz - i 4 manat;

16. 1 qutu "Palmolive" markalı sabun - 4.5 manat;

17. 50 ədəd 1 manatlıq Azercell ödəmə kartı - 50 manat;

18. 20 ədəd 2 manatlıq Azercell ödəmə kartı - 40 manat;

19. 15 ədəd 3 manatlıq Azercell ödəmə kartı - 45 manat;

20. 10 ədəd 5 manatlıq Azercell ödəmə kartı- 50 manat:

21. 4 ədəd 40 vərəqli kiçik damalı dəftər - 2 manat.

Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 iş üzrə məhkəmə istintaqı və ibtidai istintaq zamanı verdiyi ifadələrinin məzmunundan aydın olur ki, onlar özlərini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cli maddələri ilə təqsirli bilərək müdafiələri üçün heç bir dəlil gətirməmişlər. İş üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 qarşı irəli sürülmüş ittihamlar üzrə Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələrində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərTəqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 məhkəmənin müəyyən etdiyi məzmunda ictimai-təhlükəli hərəkətləri törətmələri əməllərində Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətlərini yaratmışdır. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 CM-in 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlərini tam sübuta yetirmiş və düzgün tövsif etmişdir. Onların həmin əməlləri məhkəmə icasında özlərinin etirafı ilə yanaşı cinayət işinin digər araşdırılmış materialları ilə tam sübuta yetmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də onlar, Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməlidirlər. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: Cinayət işinin materiallarına əlavə edilmiş AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs3 xx.xx.1999-cu il tarixdə doğulmuşdur. Beyləqan rayon İcra hakimiyyəti başçısının Beyləqan rayon Eyvazalılar kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 15 dekabr 2023-cıi il tarixli, 400 nömrəli arayışa əsasən, Cəfərov X4 rayonu Eyvazalılar kəndində qeydiyyatda olmaqla yaşayır. Beyləqan rayon İcra hakimiyyəti başçısının Beyləqan rayon Eyvazalılar kəndi İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyindən verilmiş xasiyyətnaməyə əsasən Təqsirləndirilən şəxs3 müsbət xarakterizə olunmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cıi il tarixli tələbnaməyə əsasən, Təqsirləndirilən şəxs3 barəsində əməliyyatsorğu kartotekasında heç bir məlumat yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.1999-cu il tarixdə doğulmuşdur. Beyləqan rayon İcra hakimiyyəti başçısının Beyləqan rayon Eyvazalılar kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 15 dekabr 2023-cıi il tarixli, 401 nömrəli arayışa əsasən, Məmişov X2 rayonu Eyvazalılar kəndində qeydiyyatda olmaqla yaşayır. Beyləqan rayon İcra hakimiyyəti başçısının Beyləqan rayon Eyvazalılar kəndi İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyindən verilmiş xasiyyətnaməyə əsasən Təqsirləndirilən şəxs2 müsbət xarakterizə olunmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnaməyə əsasən, Təqsirləndirilən şəxs2 barəsində əməliyyatsorğu kartotekasında heç bir məlumat yoxdur. Beyləqan rayon İcra hakimiyyəti başçısının Beyləqan rayon Eyvazalılar kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 15 dekabr 2023-cıi il tarixli, 399 nömrəli arayışa əsasən, Kamallı X1 rayonu Eyvazalılar kəndində qeydiyyatda olmaqla yaşayır. Beyləqan rayon İcra hakimiyyəti başçısının Beyləqan rayon Eyvazalılar kəndi İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyindən verilmiş xasiyyətnaməyə əsasən Təqsirləndirilən şəxs1 müsbət xarakterizə olunmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cii il tarixli tələbnaməyə əsasən, Təqsirləndirilən şəxs1 barəsində əməliyyatsorğu kartotekasında heç bir məlumat yoxdur. Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2 və 58.3-cü maddələrini rəhbər tutaraq, onun törətdiyi cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi halını, şəxsiyyətlərini, himayəsində bir nəfər azyaşlı və bir nəfər azyaşlı olmayan yetkinlik yaşına çatmamış uşaqlarının olması, iş üzrə törətdikləri cinayət əməli nəticəsində vurduqları maddi ziyanı zərərçəkmiş şəxsə tamamilə ödəmələri, zərərçəkmiş şəxslə barışıq əldə etmələri, əvvəllər məhkum olunmamamaları, yaşayış yeri üzrə müsbət xarakterizə edilmələri və iş üzrə törətdikləri cinayət əməlini etiraf edib ondan səmimi peşiman olmalarından ibarət cəzalarını yüngülləşdirən halların olduğunu, cəzalarınıı ağırlaşdıran halın olmadığını, təyin olunacaq cəzanın onların islah olunmasına və ailə üzvlərinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə cinayət qanunvericiliyinin göstərilən müddəaları və iş üzrə cəza təyin edərkən nəzərə aldığı hallara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 barəsində cəza təyin edilərkən nəzərə alınan cəzanı yüngülləşdirən hallara görə barələrində Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiq deyildir. Bununla yanaşı, onlara törətdikləri əməlin ictimai-təhlükəliliyi həmin Məcəllənin 41.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərin təmin edilməsi üçün azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini zəruri edir. Göstərilənlərə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Təqsirləndirilən şəxs2 06 noyabr 2023-cü il tarixdə Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuş, 08 noyabr 2023-cü il tarixdə Cinayət Məcəlləsinin177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs3 06 noyabr 2023-cti il tarixdə Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuş, 08 noyabr 2023-cü il tarixdə Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs1 06 noyabr 2023-cü il tarixdə Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuş, 08 noyabr 2023-cü il tarixdə Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. 19 dekabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrlə yenidən ittiham elan edilmişdir. 19 dekabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrlə yenidən ittiham elan edilmişdir. 19 dekabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrlə yenidən ittiham elan edilmişdir. Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslə barışıq əldə etməsi və cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsi Azərbaycan Respublikası CinayətMəcəlləsinin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən onun məsuliyyətini yüngülləşdirən hallardır, onun məsuliyyətini ağırlaşdıran hal yoxdur. Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslə barışıq əldə etməsi və cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsi, Azərbaycan Respublikası Prezidenti tərəfindən Şuşanın azad olunmasına görə (1-9142), Qubadlının azad olunmasına görə (1-6744), Füzulinin azad olunmasına görə (1-10392), Azərbaycan Respublikası Baş Naziri tərəfindən Vətən müharibəsi iştirakçısı (1-43615) medalları ilə təltif edilməsi .Azərbaycan Respublikası CinayətMəcəlləsinin 59.1.12, 59.1.13, 59.2-ci maddələrinə əsasən onun məsuliyyətini yüngülləşdirən hallardır, onun məsuliyyətini ağırlaşdıran hal yoxdur. Təqsirləndirilən şəxs3 zərərçəkmiş şəxslə barışıq əldə etməsi və cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsi, Azərbaycan Respublikası Prezidenti tərəfindən Cəbrayılın azad olunmasına görə (1-16672), Xocavəndin azad olunmasına görə (1-3065), Füzulinin azad olunmsına görə (1- 5946), Azərbaycan Respublikası Baş Naziri tərəfindən Vətən müharibəsi iştirakçısı (1-136771) medalları ilə təltif edilməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12, 59.1.13, 59.2-ci maddələrinə əsasən onun məsuliyyətini yüngülləşdirən hallardır, onun məsuliyyətini ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası CM-nin 52-1.2 və 52-1.3.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 üzərinə barələrində təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasını çəkəcəyi müddət ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Füzuli rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və başqa tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalı, onun davranışı üzərində nəzarətin həyata keçirilməsi Beyləqan rayon İcra və Probasiya Şöbəsinə tapşırılmalı, buna görə də barələrində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə mindikdən sonra ləğv edilməlidir. İş üzrə 50 (əlli) manat məhkəmə (ekspertiza) xərci vardır, İş üzrə mülki iddia yoxdur, xüsusi müsadirə təyin edilməsi üçün əsas müəyyən edilməmişdir. Məhkəmə şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq,

H Ö K M E T D İ:

Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Ona 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 06 noyabr 2023-cti il tarixdən 08 noyabr 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət ona təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına bir günə iki gün hesabı ilə hesablanıb həmin cəzadan çıxılmaqla, üzərində qəti olaraq 01(bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə təyin edilmiş cəza müddəti ərzində yaşayış yerini hər gün saat 23:00dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Beyləqan rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və başqa tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 davranışı üzərində nəzarətin həyata keçirilməsi Beyləqan rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə mindikdən sonra ləğv edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Ona 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 06 noyabr 2023-cti il tarixdən 08 noyabr 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət ona təyin edilmiş 01 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına bir günə iki gün hesabı ilə hesablanıb həmin cəzadan çıxılmaqla, üzərində qəti olaraq 01(bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə təyin edilmiş cəza müddəti ərzində yaşayış yerini hər gün saat 23:00dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Beyləqan rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və başqa tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 davranışı üzərində nəzarətin həyata keçirilməsi Beyləqan rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə mindikdən sonra ləğv edilsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Ona 01 (bir) il 03 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 06 noyabr 2023cti il tarixdən 08 noyabr 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət ona təyin edilmiş 01 (bir) il 03 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına bir günə iki gün hesabı ilə hesablanıb həmin cəzadan çıxılmaqla, üzərində qəti olaraq 01 (bir) il 02 (iki) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 üzərinə təyin edilmiş cəza müddəti ərzində yaşayış yerini hər gün saat 23:00dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Beyləqan rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və başqa tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs3 oğlunun davranışı üzərində nəzarətin həyata keçirilməsi Beyləqan rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs3 oğluna təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə mindikdən sonra ləğv edilsin. İş üzrə 50 (əlli) manat məhkəmə (ekspertiza) xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada tutulub Azərbaycanb Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı dövründə göstərdiyi hüquqi yardıma görə 15 (on beş) saat üçün 90(doxsan) manat Beyləqan rayon vəkil bürosunun vəkili Müdafiəçi1 ödənilsin. Təqsirləndirilən şəxs3 məhkəmə istintaqı dövründə göstərdiyi hüquqi yardıma görə 15 (on beş) saat üçün 90(doxsan) manat Beyləqan rayon vəkil bürosunun vəkili Müdafiəçi3 ödənilsin Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı dövründə göstərdiyi hüquqi yardıma görə 15 (on beş) saat üçün 90(doxsan) manat Beyləqan rayon vəkil bürosunun vəkili Müdafiəçi2 ödənilsin. Hökmün surəti həmin hissədə icrası üçün Azərbaycan Respublikası Vəkillər X5 və Tədris Mərkəzinə göndərilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Beyləqan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar