Azərbaycan Respublikası adından HÖKM Beyləqan rayon İş № 1(020)-15/2025 06.03.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi- X1, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs və onun müdafiəçisi Beyləqan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1978-ci il tarixdə Biləsuvar rayonunda anadan olan, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, fərdi əməklə məşğul olan, ailəli, məhkum olunmamış, Biləsuvar rayonu, Bəydili kəndi, Xudayar Mərdiyev küçəsi, ev 6-da qeydiyyatda olmaqla yaşayan, barəsində 14 dekabr 2024-cü il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 14 sentyabr 2024-cü il tarixdə, saat 20 radələrində BC kateqoriyalı sürücülük vəsiqəsi əsasında, AD № 640085 nömrəli qeydiyyat şəhadətnaməsi ilə özünün mülkiyyətində olan, texniki cəhətdən saz vəziyyətdə “Vaz 21041” markalı, **-FU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Daşburun- Yuxarı Qarabağ kanalı avtomobil yolunun Beyləqan şəhəri, Magistral küçəsindən keçən 16-cı kilometrliyində Yuxarı Qarabağ kanalı istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq “Vaz 21041” markalı avtomobili hərəkət sürəti 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı ilə 50 km/saata qədər məhdudlaşdırılmış yolda 80 km/saat sürətlə idarə edərək “Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununun 36cı maddəsinin 1 -ci hissəsinin 3-cü bəndinin tələblərini pozub yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına zərər vurmamalı, diqqətin daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, avtomobili hərəkətin təhlükəsizliyini təmin edə biləcəyi sürətlə idarə etməli olduğu halda bunları etməyib “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1 -ci bəndinin tələblərini pozaraq 1.1 üfüqi nişanlanma xəttini kəsib keçməyin qadağan olunmasına baxmayaraq buna əməl etməyib hadisədən əvvəl “Vaz 21041” markalı avtomobili idarə edərkən yolun döngəli hissəsində 1.1 üfüqi nişanlanma xəttini kəsərək avtomobili qarşı sol hərəkət zolağına çıxararaq qarşıda hərəkət hissəsinin sol kənarında dayanmış piyada X2 ehtiyatsızlıqdan vurmuş, nəticədə onun ehtiyatsızlığından Səyyaf Şirinov baş beyinin və beyinciyin əzilməsi, toxumasına və qişaları altına qansızma, baş-beyinin orta xətdən sola doğru dislokasiyası, sağ gicgah, ənsə, sağ almacıq sümüklərinin və birinci bel fəqərəsinin sağ yan çıxıntısının sınıqları, başın sağ gicgah-təpə-ənsə nahiyəsinin, sağ göz yuvası ətrafı yumşaq toxumalarının, sol bazunun, sol sağrı nahiyəsinin dərialtı hematomaları, alt dodağın dəri örtüyünün, çənə nahiyəsinin, hər iki bazunun, sağ dirsək oynağı nahiyəsinin, sağ saidin, sağ əlin, döş qəfəsinin sağ-yan səthinin, bel nahiyəsinin sağ yarısının, sağ budun, sağ baldırın sıyrıqları xarakterli ümumilikdə həyət üçün təhlükəli olan sağlamlığına ağır zərər vurmanın əlamətlərinə malik xəsarətlər almış, X4 baş beyinin və beyinciyin əzilməsi, toxumasına və qişaları altına qansızma, baş-beyinin orta xətdən sola doğru dislokasiyası və kəllə tağı sümüklərinin sınıqları ilə əlaqədar inkişaf edən baş beyinin ödemi xarakterli xəsarətlərdən 22 sentyabr 2024-cü il tarixdə, saat 09:00da Avrasiya Hospitalda onun ehtiyatsızlığından ölmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bildi və ifadəsində göstərdi ki, bənna işləyir. Onun etibarnamə əsasında özünə məxsus olan “Vaz 21041” markalı, **- FU-*** dövlət-qeydiyyat nişanlı avtomobili vardır. Həmin avtomobili BC kateqoriyalı sürücülük vəsiqəsi əsasında idarə edir. X2 əvvəllər tanımamış, onunla aralarında hər hansı ədavət və ya düşmənçilik olmamışdır. O, uzun müddət Zəngilan rayonunda tikintidə işləmiş, orada işini bitirdiyindən Ağdam rayonunda yeni iş yeri tapdığına görə ora getmək qərarına gəlmişdir. 14 sentyabr 2024-cü il tarixdə Zəngilan rayonuna gedib orada olan usta alətlərini toplayıb avtomobilə yığmış və idarə etdiyi “Vaz 21041” markalı, **-FU-*** dövlət-qeydiyyat nişanlı avtomobili ilə Ağdam rayonuna doğru hərəkətə başlamışdır. Həmin gün saat 20 radələrində Daşburun-Yuxarı Qarabağ kanalı avtomobil yolunun Beyləqan şəhəri, Magistral küçəsindən keçən 16-cı kilometrliyində hərəkətdə olarkən Beyləqan şəhərinin girişində qarşıda sağa döngə olmuşdur. O, ilk dəfə bu yolu gəldiyi üçün yolu tanımamış və döngənin olmasını bilməmişdir. Buna görə də döngədə əvvəlcə düz hərəkət etməyə başlamış və qarşı hərəkət zolağına çıxmışdır. O, yolun sağa burulduğunu görmüş və cəld sükanı sağa çevirib yola düzəlmək istəmişdir. Həmin vaxt həyəcanlı olduğundan qarşı hərəkət zolağının kənarında sükanı sağa çevirdikdə güclə idaretməni saxlamış və yolun sol tərəfindən sağına doğru hərəkət etmişdir. Həmin vaxt yolun sol kənarında dayanmış piyada, sonradan adını bildiyi X2 avtomobilin qarşısı ilə vurmuşdur. Piyada avtomobilin üzərinə çırpılaraq başı avtomobilin ön alın şüşəsinə dəyib avtomobilin qarşısından sağ tərəfinə düşmüşdür. O, avtomobili saxlayıb yerə düşmüş və Səyyafın yanına getmişdir. Həmin vaxt xəsrət alan Səyyaf huşunu itirsə də nəfəs aldığını görmüşdür. O, xəsarət alımş Səyyaf Şirinovu dərhal şəxsi avtomobili ilə Beyləqan rayon mərkəzi xəstəxanasına aparmışdır. Yolda Səyyafın qulaqlarından və başının digər nahiyələrindən qan axdığını görmüşdür. Xəstəxanaya çatdıqdan sonra Səyyaf Şirinovun vəziyyəti ağır olduğu üçün onu Bakı şəhərində yerləşən Avrasiya Hospitala aparmışlar. O, həmin vaxt hadisə yerinə qayıtmış və onun iştirakı ilə hadisə yeri müayinə olunmuşdur. X6 aldığı xəsarətlərdən 22 dekabr 2024-cü il tarixdə Avrasiya Hospitalda ölmüşdür. Hadisəni ehtiyatsızlıqdan törətmişdir. Zərərçəkmiş şəxsin hüququ varisinə dəymiş ziyanı ödəmiş, zərərçəkmiş şəxsin hüquqi varisi ilə razılıq ədə etmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisinin ondan tələb və şikayətinin olmamasını və onunla razılıq əldə etməsini, ailə vəziyyətini, ilk dəfə ehtiyatsızlıqdan cinayət törətməsini nəzərə alıb ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X5 ifadəsində göstərdi ki, X4 onun atasıdır. X9 “Azrərpambıq” Azərbaycan Sənaye Korporasiyasında mühafizəçi işləmişdir. 14 sentyabr 2024-cü il tarixdə saat 19:30 radələrində evdən çıxıb Beyləqan rayonu, Birinci Şahsevən kəndi ərazisində yerləşən “Azrərpambıq” Azərbaycan Sənaye Korporasiyasında gecə növbəsinə getmişdir. Həmin gün saat 20 radələrində o, özü də Beyləqan rayon mərkəzi xəstəxanasında işdə olarkən ona atasının yolnəqliyyat hadisəsi nəticəsində ağır vəziyyətdə xəstəxanaya gətirildiyini bildirmişlər. O, atasının yanına getmiş, həkimlər atasını müayinə etmiş və atasının vəziyyətinin ağır olduğunu demişlər. O, xəstəxanada atasını görən zaman atası xırıldamış, baş və qulaq nahiyələrindən qan gəlmiş, gözləri isə şiş vəziyyətdə olmuşdur. O, xəstəxanada olarkən Biləsvur rayon Bəydili kənd sakini Təqsirləndirilən şəxs idarə etdiyi “Vaz 21041” markalı, **-FU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Daşburun-Yuxarı Qarabağ kanalı avtomobil yolunun Beyləqan şəhəri, Magistral küçəsindən 16-cı kilometrliyində Yuxarı Qarabağ kanalı istiqamətində hərəkətdə olarkən idarəetməni itirib qarşı hərəkət zolağına çıxaraq yolun hərəkət hisəsinin sol kənarında piyada şəkildə dayanarkən atasını vurduğunu öyrənmişdir. Atasının vəziyyəti qismən stabilləşdikdən sonra onu Bakı şəhərində yerləşən Avrasiya Hospitala aparmışlar. X9 22 sentyabr 2024-cü il tarixədək həmin xəstəxanada əməliyyat olunaraq müalicə almış, lakin 22 sentyabr 2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı aldığı xəsarətlərdən Avrasiya Hospitalda ölmüşdür. Bundan sonra atasının meyiti tibbi ekspert tərəfindən müayinə olunmuş, müayinə yekunlaşdıqdan sonra atasının meyitini onlara təhvil vermişlər. Onlar atasının meyitini Beyləqan rayonuna gətirib 23 sentyabr 2024-cü il tarixdə Beyləqan şəhərində yerləşən qəbiristanlıqda dəfn etmişlər. Təqsirləndirilən şəxs və qohumları həmin vaxt onlara cəmi 5000 manat yardım etmişlər. Lakin yas mərasimində iştirak etməmişlər. Atası Səyyaf bir həftə xəstəxanada yatmış, həmin müddət ərzində atasının müalicəsinə təxminən 16500 manat xərci çıxmışdır. Təqsirləndirilən şəxs hazırda ona dəymiş ziyanı ödəmişdir, təqsirləndirilən şəxsdən tələb və şikayəti yoxdur, onunla barışmışdır. Təqsirləndirilən şəxsə cəza verilməməsini məhkəmədən xahiş etdi. İş üzrə şahid qismində dindirilmiş Şahid1 məhkəmədə verdiyi ifadəsində göstərdi ki, Beyləqan rayon Polis şöbəsinin X10 bölməsinin Yol-Patrul Xidməti inspektoru vəzifəsində işləyir. 14 sentyabr 2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı aldığı xəsarətləri nəticəsində vəfat etmiş X2 və yolnəqliyyat hadisəsi törətmiş Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onlarla düşmənçiliyi və ya ədavəti olmamışdır. 14 sentyabr 2024-cü il tarixdə, saat 22 radələrində Beyləqan şəhəri ərazisində Beyləqan rayon Polis şöbəsinin X10 bölməsinin Yol-Patrul Xidməti inspektoru Şahid2 ilə xidmətdə olarkən Yuxarı Qarabağ kanalı-Daşburun avtomobobil yolunun Beyləqan şəhəri, Magistral küçəsindən keçən 16-cı kilometrliyində yol- nəqliyyat hadisəsi olması barədə polis şöbəsinin növbətçi hissəsindən məlumat almışlar. Onlar dərhal deyilən yerə gedib hadisə yerinin mühafizəni təşkil etmişlər. Lakin həmin vaxt hadisə yerində heç kim olmamışdır. Bir neçə dəqiqə sonra müstəntiq Rəşad Novruzov bir nəfər şəxslə hadisə yerinə gəlmiş, onlar orada həmin şəxsin yol-nəqliyyat hadisəsi törədərək yolun sol kənarında dayanmış piyada X2 idarə etdiyi avtomobillə vurmuş Təqsirləndirilən şəxs olduğunu öyrənmişlər. Təqsirləndirilən şəxs hadisə yerində Səyyaf Şirinovu vurduğu yeri təqdim etmişdir. Onlara məlum olmuşdur ki, Təqsirləndirilən şəxs hadisədən sonra zərərçəkmiş şəxsi öz avtomobilii ilə xəstəxanaya aparmış, sonra hadisə yerinə qayıtmışdır. Müstəntiq tərəfindən hadisə yeri müayinə edildikdən sonra Təqsirləndirilən şəxs yol-nəqliyyat hadisəsi törətdiyi Vaz 21041 markalı, **-FU-*** dövlət qeydiyyat nişanlı avtomobil Beyləqan rayon polis şöbəsinin duracağına yerləşdirilmişdir. Bundan sonra onlar rayon ərazisində xidmətlərini davam etdirməyə başlamışlar. İş üzrə şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarına əlavə edilmiş “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi” haqqında 14 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, yol-nəqliyyat hadisəsi Daşburun-Yuxarı Qarabağ kanalı avtomobil yolunun Beyləqan şəhəri, Magistral küçəsindən keçən 16-cı kilometrliyində baş vermişdir. Yol- nəqliyyat hadisəsi baş vermiş avtomobil yolu asfaltbeton yol olmaqla döngəli, quru vəziyyətdədir, hərəkətin maksimal sürətinin 50 km/saat olduğunu göstərən yol nişanının təsiri dairəsindədir. Yolun hərəkət hissələri əksistiqamətli yol olmaqla iki hərəkət zolağından ibarətdir, qarşı-qarşıya nəqliyyatın axınını ayırmaq üçün uzununa nişanlama xətti vardır. Avtomobil Daşburun-Yuxarı Qarabağ kanalı avtomobil yolunda Yuxarı Qarabağ kanalı istiqamətdə hərəkətdə olmuş, avtomobili hərəkət etdiyi sağ zolaq 10,8 metr, qarşı sol zolaq isə 8,7 metr olmaqla, yolun ümumi eni 19,5 metrdir. Yolun hərəkət hissəsinin sağ kənarında 1,35 metr enində, 0,2 metr hündürlükdə səki, sol kənarında isə asfaltbeton örtüklü 3,3 metr enində yol çiyni vardır. Piyadanın vurulma yeri yolun sol hərəkət zolağında yerləşir. Piyadanın vurulma yeri hərəkət hissəsinin sol kənarına 2,8 metr, hərəkət hissəinin sağ kənarına 16,7 metr məsafədə, həmçinin hadisənin baş verdiyi hərəkət zolağının sağ kənarına 5,9 metr məsafədə yerləşir. Yolun hərəkət hissəsi “Vaz 21041” markalı, **- FU-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət etdiyi istiqamətdə sağa döngəlidir. Piyada hadisə baş verən zaman dayanmış vəziyyətdə olmuşdur. Sürücü piyadanı avtomobilin sağ ön hissəsi ilə vurmuş, piyada avtomobilin qabaq alın şüşəsinə çırpılaraq şüşəni sındırmışdır. Hadisədən əvvəl Vaz 21041” markalı avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Hadisə yerində yolun sol kənarında “Baytaroğlğlu” aptek yerləşir. Həmin aptekin müşahidə kamerası vardır. Həmin müşahidə kamrerasının yaddaşında olan görüntülərə baxış zamanı yolun solunda üzərində ağ rəngli köynək olan bir nəfər piyada dayandığı görünür. Görüntüdə 14 sentyabr 2024-cü il tarixdə, saat 19:03-də ağ rəngli, Vaz 21041” markalı bir avtmobilin yolun sağa döngəsində dönmə əməliyyatını gec yerinə yetirərək qarşı hərəkət zolağına, oradan da yolun sol ehtiyat hissəsinə çıxdığını, daha sonra öz yoluna qayıdarkən yolun solunda dayanmış piyadanı vurması müşahidə edilmişdir. Sürücü Təqsirləndirilən şəxs həmin avtomobilin ona məxsus olduğunu, avtomobili özünün idarə etdiyini, vurduğu piyadanın isə X4 olduğunu bildirmişdir. Qaranlıq olduğu üçün görüntüdə avtomobilin qeydiyyat nişanının oxunması mümkün olmamışdır. Aptekin sahibi İskəndər İskəndərov müşahidə kamerasının saatının yanlış olduğunu, hadisənin saat 20 radələrində baş verdiyini bildirmişdir. Müşahidə kamerasnın görüntüsü “Redmi Note 11” markalı mobil telefon vasitəsilə çəkilərək götürülüb diskə köçürülmüş və protokola əlavə edilmişdir. İş mareriallarına əlavə edilmiş cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, cinayət işinin başlanmasına səbəb və əsas Beyləqan rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Beyləqan şəhəri, Habil Hacıyev küçəsində yaşayan X1 ağır kəllə-beyin travması, koma vəziyyəti diaqnozu ilə Beyləqan rayon mərkəzi xəstəxanasına daxil olması barədə Beyləqan rayon mərkəzi xəstəxanası Publik hüquqi şəxsindən daxil olmuş məlumat əsasında Beyləqan rayon Polis şöbəsinin İstintaq bölməsində toplanmış materiallar olmuşdur. İş materiallarına əlavə edilmiş “Baxış aparılması haqqında” 12 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs hadisə baş verən zaman idarə etdiyi “Vaz 21041” markalı, **-FU-*** dövlət qeydiyyat nişanlı avtomobil ağ rənglidir. Avtomobilin qabaq ön hissəsi əzilmişdir. Avtomobilin qabaq alın şüşəsi yoxdur. Baxış zamanı avtomobilin digər hissələrində hər hansı zədə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs avtomobilin qarşısını və alın şüşəsinin çərçivəsini təqdim edərək 14 sentyabr 2024-cü il tarixdə yol-nqəliyyat hadisəsi törədən zaman piyada X2 avtomobilin ön sağ hhissəsi ilə vurduğunu, zərbənin təsirindən Səyyaf Şirinovun avtomobilin alın şüşəsinə çırpılıb yerə düşdüyünü bildirmişdir. Baxış zamanı “Vaz 21041” markalı, **-FU-*** dövlət qeydiyyat nişanlı avtomobilin əyləc sisteminin, mühərrik sisteminin və asqı hissəsinin saz və işlək vəziyyətdə olması müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının 21 oktyabr 2024-cü il tarixli, 81/MEŞ nömrəli rəyindən görünür ki, X1 meyitində aşkar edilmiş xəsarətlər- baş beyinin və beyinciyin əzilməsi, toxumasına və qişaları altına qansızma, baş-beyinin orta xətdən sola doğru dislokasiyası, sağ gicgah, ənsə, sağ almacıq sümüklərinin və birinci bel fəqərəsinin sağ yan çıxıntısının sınıqları, başın sağ gicgah-təpə-ənsə nahiyəsinin, sağ göz yuvası ətrafı yumşaq toxumalarının, sol bazunun, sol sağrı nahiyəsinin dərialtı hematomaları, alt dodağın dəri örtüyünün, çənə nahiyəsinin, hər iki bazunun, sağ dirsək oynağı nahiyəsinin, sağ saidin, sağ əlin, döş qəfəsinin sağ-yan səthinin, bel nahiyəsinin sağ yarısının, sağ budun, sağ baldırın sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər, həyatidirlər, ölümləı bilavasitə səbəli əlaqəlidirlər, qərarın təsviri hissəsində göstərilən 14 sentyabr 2024- cü il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər. S.Q.Şirinovun ölümünün bilavasitə səbəbi baş beyinin və beyinciyin əzilməsi, toxumasına və qişaları altına qansızma, baş-beyinin orta xətdən sola doğru dislokasiyası və kəllə tağı sümüklərinin sınıqları ilə əlaqədar inkişaf edən baş beyinin ödemi olmuşdur. S.Q.Şirinovun ölümü 22 sentyabr 2024-cü il tarixdə, saat 09:00-da Avrasiya Hospitalda baş vermişdir, bu da ilkin meyit əlamətlərinin inkişaf dərəcəsi ilə inkar olunmur. S.Q.Şirinovun meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. İş mareriallarına əlavə edilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 21 noyabr 2024-cü il tarixli, 8/3083 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Vaz 21041” markalı, **-FU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36- ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisəsinin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili hərəkət sürəti 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı ilə 50 km/saata qədər məhdudlaşdırılmış yolda 80 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanının) tələblərinə uyğunsuzluq olmuşdur. İş mareriallarına əlavə edilmiş 14 sentyabr 2024-cü il tarixli, 642 nömrəli İnsan psixikasına təsir edən istehlak və sərxoşluq hallarının bütün növlərini təyin edən tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs 14 noyabr 2024-cü il tarixdə ayıq vəziyyətdə olmuşdur İş mareriallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsinin Lənkəran Regional Qeydiyyat-İmtahan və Texniki Baxış şöbəsindən daxil olmuş 28 oktyabr 2024-cü il tarixli, 3-13-16-5/2-9836/2024 nömrəli məktubdan görünür ki, Baş X10 İdarəsinin mərkəzi informasiya sisteminin məlumatlarına əsasən Biləsuvar rayonu, Bəydili kənd sakini, xx xxxxxx 1978-ci ildə anadan olmuş Təqsirləndirilən şəxs 11 dekabr 2018-ci ildə BC kateqoriyalı AE-440763 saylı sürücülük vəsiqəsi verilmişdir. Təqsirləndirilən şəxs sürücülük hüququndan məhrum olunanlar və məhdudlaşdırılanlar sırasında yoxdur “Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3cü bəndinə görə yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 64-cü maddəsinin 1 -ci hissəsinə görə qadağan nişanları yol hərəkəti iştirakçılarının hərəkətlərinə müəyyən məhdudiyyətlər qoyur, yaxud ləğv edir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1 ci bəndinə görə 1.1—1.3 xətlərini kəsib keçmək qadağandır. Beləliklə, məhkəmə iclasında təqsirləndirilən şəxsin etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin hüquqi varisi, şahid ifadələri, habelə işin məhkəmə iclasında tədqiq edilib öz təsdiqini tapmış digər materialları ilə Təqsirləndirilən şəxs 14 sentyabr 2024-cü il tarixdə, saat 20 radələrində BC kateqoriyalı sürücülük vəsiqəsi əsasında, AD № 640085 nömrəli qeydiyyat şəhadətnaməsi ilə özünün mülkiyyətində olan, texniki cəhətdən saz vəziyyətdə “Vaz 21041” markalı, **-FU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Daşburun-Yuxarı Qarabağ kanalı avtomobil yolunun Beyləqan şəhəri, Magistral küçəsindən keçən 16-cı kilometrliyində Yuxarı Qarabağ kanalı istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 64-cü maddəsinin 1 -ci hissəsinin tələblərini pozaraq “Vaz 21041” markalı avtomobili hərəkət sürəti 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı ilə 50 km/saata qədər məhdudlaşdırılmış yolda 80 km/saat sürətlə idarə edərək “Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununun 36cı maddəsinin 1 -ci hissəsinin 3-cü bəndinin tələblərini pozub yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına zərər vurmamalı, diqqətin daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, avtomobili hərəkətin təhlükəsizliyini təmin edə biləcəyi sürətlə idarə etməli olduğu halda bunları etməyib “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1 -ci bəndinin tələblərini pozaraq 1.1 üfüqi nişanlanma xəttini kəsib keçməyin qadağan olunmasına baxmayaraq buna əməl etməyib hadisədən əvvəl “Vaz 21041” markalı avtomobili idarə edərkən yolun döngəli hissəsində 1.1 üfüqi nişanlanma xəttini kəsərək avtomobili qarşı sol hərəkət zolağına çıxararaq qarşıda hərəkət hissəsinin sol kənarında dayanmış piyada X2 ehtiyatsızlıqdan vurması, nəticədə onun ehtiyatsızlığından Səyyaf Şirinov baş beyinin və beyinciyin əzilməsi, toxumasına və qişaları altına qansızma, baş-beyinin orta xətdən sola doğru dislokasiyası, sağ gicgah, ənsə, sağ almacıq sümüklərinin və birinci bel fəqərəsinin sağ yan çıxıntısının sınıqları, başın sağ gicgah-təpə-ənsə nahiyəsinin, sağ göz yuvası ətrafı yumşaq toxumalarının, sol bazunun, sol sağrı nahiyəsinin dərialtı hematomaları, alt dodağın dəri örtüyünün, çənə nahiyəsinin, hər iki bazunun, sağ dirsək oynağı nahiyəsinin, sağ saidin, sağ əlin, döş qəfəsinin sağ-yan səthinin, bel nahiyəsinin sağ yarısının, sağ budun, sağ baldırın sıyrıqları xarakterli ümumilikdə həyət üçün təhlükəli olan sağlamlığına ağır zərər vurmanın əlamətlərinə malik xəsarətlər alması, X4 baş beyinin və beyinciyin əzilməsi, toxumasına və qişaları altına qansızma, baş-beyinin orta xətdən sola doğru dislokasiyası və kəllə tağı sümüklərinin sınıqları ilə əlaqədar inkişaf edən baş beyinin ödemi xarakterli xəsarətlərdən 22 sentyabr 2024-cü il tarixdə, saat 09:00da Avrasiya Hospitalda onun ehtiyatsızlığından ölməsi kifayət qədər sübuta yetdi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin tərkibi vardır. Odur ki, o, həmin maddə ilə təqsirli bilinib, cəzalanmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Aərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 №-li qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanunun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictmai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli Qərarının 11-ci bəndinin tələbinə görə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-nin 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-nin 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz.Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi X5 ilə barışması, həmin şəxsin Təqsirləndirilən şəxs heç bir şikayət və tələbinin olmaması Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi CM-nin 59.1.13-cü maddəsinə, ilk dəfə az ağır cinayət törətməsi, əməlindən səmimi peşman olması CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallardır. Onun hərəkətlərində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsi ilə nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. İş materiallarına əlavə edilmiş Biləsuvar rayon İcra hakimiyyəti Başçısının Bəydili kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən alınmış 26 sentyabr 2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs cəmiyyət arasında müsbət xarakterizə edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika informasiya İdarəsindən daxil olmuş 28 oktyabr 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamasını, ailəsinin yeganə qazan gətirəni olmasını, yaşadığı yerdən müsbət xarakterizə olunmasını, hərəkətlərində cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunması imkanlarına və ailəsinin həyat şəraitinə təsiri ilə yanaşı yuxarıda sadalanan cəzanı yüngülləşdirən halları nəzərə alaraq, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuna və məqsədə müvafiq hesab edir. İş üzrə maddi sübut Beyləqan rayon polis şöbəsinin duracağına yerləşdirilmiş sürücü Təqsirləndirilən şəxs idarə etdiyi Vaz 21041 markalı **-FU-*** dövlət qeydiyyat nişanlı avtomobil özünə qaytarılmalı, 01 ədəd DVD disk cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə 85 (səksən beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 2 (iki) 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə mindikdən sonra ləğv edilsin. İş üzrə maddi sübut Beyləqan rayon polis şöbəsinin duracağına yerləşdirilmiş sürücü Təqsirləndirilən şəxs idarə etdiyi Vaz 21041 markalı, **-FU-*** dövlət qeydiyyat nişanlı avtomobil özünə qaytarılsın, 01 ədəd DVD disk cinayət işi materiallarında saxlanılsın. İş üzrə 85 (səksən beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə dövründə göstərdiyi hüquqi yardıma görə 43 (qırx üç) saat üçün 258 (iki yüz əlli səkkiz) manat Beyləqan rayon vəkil bürosunun vəkili Müdafiəçi dövlət hesabına ödənilsin. Hökmün surəti həmin hissədə icrası üçün Azərbaycan Respublikası Vəkillər X3 və Tədris Mərkəzinə göndərilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Beyləqan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində şikayət və protest verilməzsə hökm həmin müddət bitdiyi gündən sonrakı gün qanuni qüvvəsini alır. Hakim Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №1(020)-15/2025
Beyləqan Rayon Məhkəməsi Hökm — İş №1(020)-15/2025
06.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver