Azərbaycan Respublikası adından HÖKM Beyləqan rayon İş № 1(020)-16/2024 01.05.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər- Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs1 müdafiəçisi Beyləqan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs3 müdafiəçisi Beyləqan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxslər- Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 müdafiəçisi Beyləqan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxx 1995-ci il tarixdə Beyləqan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, 08 oktyabr 2023-cü il tarixli qərarla barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 221.2.1-ci maddələri ilə, xx xxxxxx 1990-cı il tarixdə Beyləqan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, fərdi əməmklə məşğul olan, məhkumluğu olmayan, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan, 10 dekabr 2023-cü il tarixli qərarla barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə, xx xxxx 1992-ci il tarixdə Beyləqan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, fərdi əməmklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayan, 10 dekabr 2023-cü il tarixli qərarla barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə, xx xxxxxxxx 1988-ci il tarixdə Beyləqan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, ali təhsilli, evli, fərdi əməmklə məşğul oan, əvvəllər məhkum olunmamış, barəsində ünvan 4 ünvanında qeydiyyatda olmaqla yaşayan, 08 oktyabr 2023-cü il tarixli qərarla barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Beyləqan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 30 may 2023-cü il tarixdə saat 20 radələrində Beyləqan şəhəri, S.İmrəliyev küçəsində Zərərçəkmiş şəxs1 ilə aralarında yaranmış mübahisə zamanı tanışı Təqsirləndirilən şəxs4 ilə bir qrup şəxs halında birləşib əsaslı səbəblər olmadan ictimai yer hesab olunan həmin küçəsdə yerləşən dönər köşkünün qarşısında özlərini həmin vaxt orada olan şəxslərə qarşı qoyub, cəmiyyətə açıqca hörmətsizlik edib, özləri və ətrafdakı digər şəxslər üçün aşkar surətdə cəmiyyətdə insanlar arasında təşəkkül tapmış ictimai qaydaya laqeydlik, etinasızlıq göstərərək, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış qaydalarını, ictimai qaydanı kobud surətdə pozaraq səs- küy salıb uca səslə nalayiq sözlərlə Zərərçəkmiş şəxs1 təhqir edərək onun üzərinə hücum edib, zor tətbiq etməklə qrupun üzvü Calalov X2 Orucovu əli ilə tutub yerə yıxaraq sağ diz oynağının ön səthində sıqyrıq xarakterli sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarət yetirmiş, kənar şəxslərin müdaxiləsi ilə oradan uzaqlaşdırıldıqdan dərhal sonra yenidən birlikdə oraya qayıdıb Naməddin Orucovun üzərinə təkrar hücum edərək zor tətbiq etməklə Naməddin Orucovun sifət nahəyyəsinə qəsdən yumquqla iki dəfə zərbə vuraraq ona üst dodağının selikli qişasında qansızına xarakterli sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarət yetirib qərəzli xuliqanlıq etmişdir. Bundan başqa o, ünvan 5 ünvanında yaşayan Zərərçəkmiş şəxs2 məxsus əmlakı qəsdən tamah məqsədilə, hüquqazidd və əvəzsiz olaraq oğurlamaq, yəni gizli olaraq talamaq üçün tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, 09 sentyabr 2023-cü il tarixdə saat 21 radələrində Zərərçəkmiş şəxs2 ünvan 5 ünvanında yerləşən yaşadığı evin qarşısına gəlib, aralarında olan razılaşmaya uyğun olaraq Təqsirləndirilən şəxs2 onları həmin evin yaxınlığında küçədə gözləmiş, o isə Təqsirləndirilən şəxs3 ilə birlikdə qapıdan həyətə, sonra isə həyətdə yerləşən saxlanc yeri olan tövləyə qanunsuz daxil olaraq oradan hər biri 0,6 yaşlı, erkək cinsli, diri çəkisi 40 kiloqram olan, cəmi 640 (altı yüz) manat dəyərində 2 (iki) baş qoyunu götürüb daxil olduqları yerdən çıxaraq Zərərçəkmiş şəxs2 məxsus 640 (altı yüz qırx) manat dəyərində əmlakı oğurlamış, yəni özgənin əmlakını gizli olaraq talamışdır. Əliyev X1 şəhəri, R.Axundov küçəsi ev 48 ünvanında yaşayan Zərərçəkmiş şəxs2 məxsus əmlakı qəsdən tamah məqsədilə, hüquqazidd və əvəzsiz olaraq oğurlamaq, yəni gizli olaraq talamaq üçün ögey qardaşı Təqsirləndirilən şəxs3 və tanışları Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, 09 sentyabr 2023-cü il tarixdə saat 21 radələrində Zərərçəkmiş şəxs2 ünvan 5 ünvanında yerləşən yaşadığı evin qarşısına gəlib, aralarında olan razılaşmaya uyğun olaraq o həmin evin yaxınlığında küçədə gözləmiş, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 isə qapıdan həyətə, sonra isə həyətdə yerləşən saxlanc yeri olan tövləyə qanunsuz daxil olaraq oradan hər biri 0,6 yaşlı, erkək cinsli, diri çəkisi 40 kiloqram olan, cəmi 640 (altı yüz) manat dəyərində 2 (iki) baş qoyunu oradan götürüb daxil olduqları yerdən çıxaraq Zərərçəkmiş şəxs2 məxsus 640 (altı yüz qırx) manat dəyərində əmlakı oğurlamış, yəni özgənin əmlakını gizli olaraq talamışdır. Şükürlü X3 şəhəri, R.Axundov küçəsi ev 48 ünvanında yaşayan Zərərçəkmiş şəxs2 məxsus əmlakı qəsdən tamah məqsədilə, hüquqazidd və əvəzsiz olaraq oğurlamaq, yəni gizli olaraq talamaq üçün ögey qardaşı Təqsirləndirilən şəxs2 və tanışları Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, 09 sentyabr 2023-cü il tarixdə saat 21 radələrində Zərərçəkmiş şəxs2 ünvan 5 ünvanında yerləşən yaşadığı evin qarşısına gəlib, aralarında olan razılaşmaya uyğun olaraq Təqsirləndirilən şəxs2 onları həmin evin yaxınlığında küçədə gözləmiş, o isə Təqsirləndirilən şəxs1 ilə birlikdə qapıdan həyətə, sonra isə həyətdə yerləşən saxlanc yeri olan tövləyə qanunsuz daxil olaraq oradan hər biri 0,6 yaşlı, erkək cinsli, diri çəkisi 40 kiloqram olan, cəmi 640 (altı yüz) manat dəyərində 2 (iki) baş qoyunu götürüb daxil olduqları yerdən çıxaraq Zərərçəkmiş şəxs2 məxsus 640 (altı yüz qırx) manat dəyərində əmlakı oğurlamış, yəni özgənin əmlakını gizli olaraq talamışdır. Təqsirləndirilən şəxs4 30 may 2023-cü il tarixdə saat 20 radələrində Beyləqan şəhəri, S.İmrəliyev küçəsində Zərərçəkmiş şəxs1 ilə aralarında yaranmış mübahisə zamanı tanışı Təqsirləndirilən şəxs1 ilə bir qrup şəxs halında birləşib əsaslı səbəblər olmadan ictimai yer hesab olunan həmin küçəsdə yerləşən dönər köşkünün qarşısında özlərini həmin vaxt orada olan şəxslərə qarşı qoyub, cəmiyyətə açıqca hörmətsizlik edib, özləri və ətrafdakı digər şəxslər üçün aşkar surətdə cəmiyyətdə insanlar arasında təşəkkül tapmış ictimai qaydaya laqeydlik, etinasızlıq göstərərək, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış qaydalarını, ictimai qaydanı kobud surətdə pozaraq səs-küy salıb uca səslə nalayiq sözlərlə Zərərçəkmiş şəxs1 təhqir edərək onun üzərinə hücum edib, zor tətbiq etməklə əli ilə onu tutub yerə yıxaraq sağ diz oynağının ön səthində sıqyrıq xarakterli sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarət yetirmiş, kənar şəxslərin müdaxiləsi ilə oradan uzaqlaşdırıldıqdan dərhal sonra yenidən oraya qayıdaraq Naməddin Orucovun üzərinə təkrar hücum etmiş və qrupun digər üzvü X6 zor tətbiq etməklə Naməddin Orucovun sifət nahəyyəsinə qəsdən yumquqla iki dəfə zərbə vuraraq ona üst dodağının selikli qişasında qansızına xarakterli sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarət yetirib qərəzli xuliqanlıq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 özünü ona verilmiş ittihamla təqsirli bildi və ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Beyləqan şəhəri, R.Behbudov küçəsi ev 31-də yaşayır, daimi iş yeri yoxdur, fərdi olaraq fəhləliklə məşğul olur. Zərərçəkmiş şəxs2 əvvəllər tanımamış, onunla ədavəti olmamışdır. 09 sentyabr 2023-cü il tarixdə yaşadığı evdə olan zaman tanışı Təqsirləndirilən şəxs3 ona zəng edərək birlikdə çörək yemək istədiyini demiş, Şamilə pulunun olmadığını deyəndə o, narahat olmamasını, gəlib onu götürəcəyini bildirmişdir. Bir neçə dəqiqədən sonra Şamil ögey qardaşı Təqsirləndirilən şəxs2lə birlikdə onun yaşadığı küçəyə gəlmiş və Etibarın idarə etdiyi “Vaz-2107” markalı avtomobilə əyləşmişdir. Beyləqan şəhərində kafeyə gedib orada çörək yeyib və araq içmişlər. Saat 21 radələrində kafedən çıxaraq yenə də Etibarın idarə etdiyi Vaz-2107” markalı avtomobilə əyləşmişlər. Etibara onu yaşadıqları evə aparmasını dedikdə onlardan hansısa “bir yer var, oraya gedib qayıdaq” demiş, bundan sonra Etibar onları Beyləqan şəhərində “Meyis” deyilən yerə aparmışdır. Orada onlardan hansısa burada həyətlərin birində quzular olduğunu, oğurlayıb aparıb satacaqlarını demişdir. Həmin vaxtı sərxoş vəziyyətdə olduğu üçün oğurluq barədə Etibarın, yoxsa Şamilin təklif etdiyini xatırlamır. Əvvəl razı olmasa da sonra onların quzu oğurlamaq təklifi ilə razılaşmışdır. Həmin küçənin qurtaracağında, sahənin yaxınlığında o, və Şamil avtomobildən düşmüş, Etibar onlara avtomobillə həmin küçəyə girərsə təkərin izi qalacağını, gedib avtomobili həyətə qoyub piyada gəlib onları qarşılayacağını bildirmişdir. Şamilin arxasınca təxminən 100 metr gedəndən sonra ot tayası yığılan həyətin yanına gəlmişlər. Ot tayası olan həyətə keçib qoyun saxlanılan yay tövləsinin yanında dayanmışlar. Həmin vaxtı həyətdə heç kim olmamış, tövlənin qapısı örtülü olsa da qıfılla bağlanmamışdır. Şamil və o, tövlənin qapısını açıb içəriyə daxil olmuş, hərəsi bir baş erkək quzu tutub tövlədən çıxmış və quzuları qucaqlarına alaraq oradan uzaqlaşmışlar. Etibarın onları düşürtdüyü yerə gəlmiş, ancaq Etibar orda olmadığı üçün Şamil Etibara zəng etmiş, Etibar onlara fənər işığı ilə işarə etmiş və onun olduğu istiqamətdə gedərək quzuları Etibarın dayısının həyətinin yaxınlığına gətirmişlər. Həmin həyətə keçmək üçün su arxının üzərində dar taxta körpü olmuş, Etibar onlara kömək edərək quzuları körpüdən həyətə keçirtmişlər. Şamil Etibara quzuları onun avtomobilinə qoymağı demiş, ancaq Etibar avtomobilinin yük yerində mühərrik yağı dağıldığı üçün quzuları avtomobilə qoya bilməyəcəyini bildirmişdir. Həmin vaxtı Etibarı öz həyətlərindən anası səslədiyi üçün o, çıxıb getmişdir. Bundan sonra Şamil gedib özünə məxsus “Qazel” markalı avtomobillə oraya gəlmiş və quzuları həmin avtomobillə öz həyətlərinə gətirmişlər. Səhəri günü, yəni xx.xx.2023-cü il tarixdə saat 11 radələrində Şamil onlara gələrək quzuları aparıb satmağı təklif etmiş, Şamilə qorxduğunu demiş, o isə quzuları Etibarın aparıb Ağcabədi rayonunda mal bazarında satacağım bildirmişdir. Şamil gedəndən 20 dəqiqə sonra Etibar ona zəng edərək günortadan sonra onlara gələcəyini və oğurladıqları 2 baş quzuları aparıb Ağcabədi rayonunda satacağını demişdir. Quzuları aparıb Ağcabədi bazarında satmağa qorxduğu üçün Etibara quzuları özünün satacağını demişdir. Sonradan heyvanların sahibi Zərərçəkmiş şəxs2 polisə şikayət etmiş və onlar polis şöbəsinə dəvət edilmişlər. Polis şöbəsində izahat verən zaman quzuları Ağcabədi rayonunda satdıqları və pulunu bölüşdürdüklərini bildirmişlər. Ancaq quzular satılmamış, yaşadığı evin həyətində bağlı yerdə saxlamışdır. Ondan bir neçə gün sonra quzuları Zərərçəkmiş şəxs2 həyətinə aparıb özünə təhvil vermiş və ondan üzr istəmişlər. Oğurluq edən zaman həmin həyətin və quzuların kimə məxsus olduğunu bilməmişdir. Quzuları Asifin həyətinə aparmağı Etibar demiş və quzuları oraya aparan zaman Etibar orada onları gözləmişdir. Həyətdə başqa heç kim olmamış, quzuları oraya apardıqlarını başqa heç kim görməmişdir. Quzuları Etibarın dayısı Asifin həyətinə aparan zaman Etibarın bacısı oğlu Məcnunu kənardan görmüş, ancaq o, orada çox qalmayıb çıxıb getmişdir. Məcnun quzuların həyətə keçirməkdə onlara köməklik etməmiş və həmin oğurluq hadisəsində onun hər hansı formada iştirakı olmamışdır. Təqsirləndirilən şəxs4 isə dostudur, Zərərçəkmiş şəxs1 isə rayon sakini kimi tanıyır. Onlarla heç bir ədavət və düşmənçiliyi olmamışdır. 30 may 2023-cü il tarixdə saat 20 radələrində Beyləqan şəhəri, S.lmrəliyev küçəsində Mərkəzi bazarın qarşısında olan zaman Təqsirləndirilən şəxs4la rastlaşmış, onun əsəbi olduğunu görüb ondan nə baş verdiyini soruşmuş, Vasif .isə başqa işinin olduğunu, onunla sonra danışacağını bildirmişdir. Vasifin Zərərçəkmiş şəxs1 işlətdiyi telefon mağazasına tərəf getdiyni görüb onun arxasınca getmişdir. Vasif Naməddinin telefon mağazasına keçib onun oğlundan Naməddinin harada olduğun soruşmuş, həmin vaxt Naməddin özü oraya gəlmiş, bundan sonra telefon mağazasının qarşısında Vasif Naməddindən nə üçün onu söydüyünü soruşmuş, bu zaman onların arasında mübahisə başlamış, Vasif Naməddinin boynundan tutub yıxmışdır. O, və orada olan bir neçə şəxs onları aralaşdırmış, bundan sonra Vasifi oradan kənarlaşdırmışdır. Lakin, Naməddinin onun da ünvanıma nalayiq ifadə işlətdiyini eşitmiş, buna görə Naməddinin yanına gedərək ona iradını bildirmiş və əsəbiləşərək Naməddinin sifət nahiyəsindən 2 dəfə yumruqla vurmuşdur. Bundan sonra Naməddin telefon mağazasının yanında olan özünə məxsus dönər köşkünə girərək dönər bıçağını götürüb onun üzərinə gəlmiş, oradan qaçdıqda isə Naməddin onu təqib etməyə başlamış, lakin orada olan şəxslər Naməddini tutub saxlamışlar. Bununla da aralarında baş verən mübahisə sona çatmışdır. Mübahisənin baş verdiyi yer Beyləqan şəhəri, S.lmrəliyev küçəsində Naməddinin işlədiyi dönər evinin qarşısı olduğu üçün ətrafda xeyli insan olmuş, buna görə də baş vermiş hadisə oradakı insanların narahatçılığına səbəb olmuşdur. Mübahisə təxminən 3-5 dəqiqə davam etmiş və həmin vaxt orada olan Alim, Daşqın, Ramin, Mais, Elturan və adını bilməyi başqa 7-8 nəfər şəxs mübahisəyə müdaxilə edərək onları aralaşdırmışlar. Hazırda zərərçəkmiş şəxslərlə barışmış, onlarar dəymiş ziyanı tam ödəmişdir. Ona yüngül cəza təyin edilməsini xahiş etdi. İş üzrə məhkəmə iclasında Təqsirləndirilən şəxs4 özünü ona verilmiş ittihamla təqsirli bildi və ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 rayon sakini kimi tanıyır, onunla heç bir ədavət və düşmənçiliyi yoxdur. X8 Zərərçəkmiş şəxs1 arasında pul məsələsi olmuş və atası Naməddinə 1600 manat pul verməlidir. 30 may 2023-cü il tarixdə atası Cəlillə Naməddinin arasında telefon danışığı zamanı mübahisə olmuş, Naməddin onun atası Cəlili təhqir etmişdir. Həmin gün saat 17:30 radələrində Naməddin ona zəng edərək atasının onu söydüyünü bildirmiş, ondan atasının əvəzinə üzr istəmiş, lakin, Naməddin telefon danışığı zamanı əsəbi halda onunla mübahisə etməyə başlamış və onu da söyüb təhqir etmişdir. Ona iradını bildirsə də Naməddin onun və atasım ünvanına söyüş söyərək onun yanma gəlib söhbət etməyini bildirmişdir. Naməddinə Füzuli rayonunda olduğunu bildirərək bir saata həmin yerə gələcəyini demişdir. Həmin günü təxminən saat 19:30 radələrində dostu Təqsirləndirilən şəxs1 ilə birlikdə Zərərçəkmiş şəxs1 Beyləqan şəhəri, S.lmrəliyev küçəsində işlədiyi dönər köşkünün qarşısına getmiş, onun dönər köşkündən çölə çıxmasını xahiş etmişdir. Dönər evinin qarşısında ona nə üçün onun ünvanına söyüş söydüyünü bildirmiş, Naməddin isə cavabında yaxşı etdiyini, atası Cəlil onu təhqir etdiyi üçün həmin təhqirə qarşılıq verdiyini demişdir. Naməddinin cavabı onu əsəbləşdirdiyi üçün onun boynundan tutub baş zərbəsi ilə vurmaq istəmiş, ancaq zərbə ona dəymədiyi üçün onu yerə yıxmışdır. Orada olan tanımadığı şəxslər onları aralaşdırmış, bundan sonra mübahisə sözlə davam etmişdir. Həmin vaxt onunla birlikdə gələn dostu Təqsirləndirilən şəxs1 mübahisəyə müdaxilə edərək Naməddini kənara çəkib söhbət etmək istəmiş və bu zaman onların arasında da mübahisə baş vemişdir. Elgün yumruqla Naməddini vurub onu dönər evinin içərisinə yıxmışdır. Naməddin isə dönər bıçağını götürüb Elgünü vurmaq istədikdə Elgün qaçaraq oradan uzaqlaşmış, Naməddin Elgünün arxasınca qaçıb onu dönər bıçağı ilə vurmağa cəhd etmiş, lakin orada olan şəxslərdən biri Naməddini saxlayıb onun əlindən dönər bıçağını almışdır. Bununla da baş verən mübahisə sona çatmışdır. Mübahisənin baş verdiyi yer Beyləqan şəhəri, S.lmrəliyev küçəsində Naməddinin işlədiyi dönər köşkünün qarşısı olduğu üçün ətrafda xeyli insan olmuş, bu səbəbdən mübaghisənin oradakı insanların narahatçılığına səbəb olduğunu düşünür. Mübahisə təxminən 3-5 dəqiqə davam etmiş və həmin vaxt orada Alim, Daşqın, Ramin, Mais, Elturan və adını bilmədiyi başqa 7-8 nəfər olmuşdur. Namədin Ovçuyev mübahisə zamanı xəsarətlər almış, ancaq konkret olaraq Elgün və onun tərəfindən Naməddinə hansı xəsarətlərin yetirildiyini dəqiq bilmir. Hazırda zərərçəkmiş şəxslə barışmış, ona dəymiş ziyanı tam ödəmişlər. Ailə vəziyyətini nəzərə alıb ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 elan edilmiş ittihamla özünü təqsirli bildi və ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə ünvan 3-də yaşyır. Zərərçəkmiş şəxs2 tanıyır, bir küçədə yaşayırlar, onunla ədavəti olmayıb. 09 sentyabr 2023-cü il tarixdə saat 20 radələrində ögey qardaşı Təqsirləndirilən şəxs2 və tanışı Təqsirləndirilən şəxs1 ilə telefonla danışaraq Beyləqan şəhərində görüşmüş, birlikdə kafeyə gedib çörək yeyib və araq içmişlər. Həmin günü saat 21 radələrində kafedən çıxıb Etibarın idarə etdiyi “VAZ-2107" markalı avtomobilə əyləşərək evə getmək istəyərkən yolda Etibar, yoxsa Elgün “bir yer var orada quzular saxlayırlar, gedib iki quzu oğurlayıb aparıb satarıq” demiş, həmin vaxtı sərxoş vəziyyətdə olduğu üçün bunu hansının təklif etdiyini xatırlamır. Bundan sonra Etibar avtomobili Beyləqan şəhərində “Meyis” deyilən yerə sürmüş, orada o və Elgün avtomobildən düşmüş, Etibar avtomobili həyətə qoyub piyada onları qarşılayacağını demişdir. Elgünlə piyada sahəliyə tərəf getdərək Zərərçəkmiş şəxs2 həyətinin sahəyə tərəf olan yerə gəlmişlər. Həmin həyətə keçib yay tövləsinin yanında dayanmışlar. Həmin tövlədə çox sayda quzular olmuş, Elgünlə birlikdə hərəsi bir baş erkək quzu tutub qucaqlarına alaraq oradan uzaqlaşmışlar. Etibara zəng edib quzuları götürdüklərini demiş, Etibar ona dayısı Asif gilin həyətinə tərəf gəlmələrini bildirmiş, quzuları Etibarın dayısının həyətinin yaxınlığına gətirmişlər. Orada Etibar onlara fənər işığı ilə işarə etmiş və quzuları körpüdən həyətə keçirməyə kömək etmişdir. Etibara quzuları onun avtomobilinə qoymağı dedikdə, o avtomobilinin yük yerində mühərrik yağı olduğunu bildirmişdir. Bundan sonra gedib özünə məxsus Qazel markalı avtomobillə oraya gəlmiş, qayıdıb gələndə Etibar orada olmamış, Elgün isə quzuların yanında gözləmişdir. Quzuları həmin Qazelə qoyaraq Elgüngilin həyətinə aparmış, ondan sonra çıxıb evə getmişdir. Səhəri günü, yəni xx.xx.2023cü il tarixdə saat 11 radələrində Elgünün yaşadığı evin yaxınlığında onunla görüşmüş, sonra birlikdə gedib Etibarla görüşərək quzuları Ağcabədi rayonunda satmaq barədə söhbət etmişlər. Ancaq sonradan qorxub ehtiyat etmiş və quzular Elgün gilin evinin həyətində qalmışdır. Sonradan heyvanların sahibi Zərərçəkmiş şəxs2 polisə şikayət etdiyini eşitmiş və oğurluğun onlar tərəfindən edildiyi bilinmiş, polis şöbəsinə dəvət edilmişlər. Polis şöbəsində izahat verən zaman quzuları Ağcabədi rayonunda satdıqlarını və pulu bölüşdürdüklərini bildirmişlər. Ancaq quzular satılmamış, Elgüngilin həyətində qalmışdır. Ondan bir neçə gün sonra quzuları Zərərçəkmiş şəxs2 həyətinə aparıb özünə təhvil vermişlər. Oğurluq edən zaman sərxoş olduğu üçün həmin həyətin və quzuların kimə məxsus olduğunu bilməmişdir. Quzuları Asifin həyətinə aparmağı Etibar demişdir. Quzuları Etibarın dayısı Asifin həyətinə aparan zaman Etibarın bacısı oğlu Məcnunu kənardan görmüş, ancaq o, orada çox qalmayıb çıxıb getmiş, Məcnun quzuların həyətə keçirməkdə onlara köməklik etməmiş və həmin oğurluq hadisəsində onun hər hansı formada iştirakı olmamışdır. Hazırda zərərçəkmiş şəxslə barışmış, ona dəymiş i ziyanı tam ödəmişlər. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. İş üzrə məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittihamla özünü təqsirli bilmədi və ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə ünvan 2də yaşyır. Zərərçəkmiş şəxs2 tanıyır, onunla eyni küçədə yaşayırlar. 09 sentyabr 2023-cü il tarixdə yaşadıqları evdə olan zaman ögey qardaşı Təqsirləndirilən şəxs3 ona zəng edərək onunla birlikdə çörək yemək istədiyini demiş, idarə etdiyi avtomobillə Şamilin yaşadığı evin qarşına gedib onu götürmüş, ondan sonra Şamil tanışları Təqsirləndirilən şəxs1 zəng etmiş və onunla da görüşərək birlikdə kafeyə çörək yeməyə getmişlər. Həmin günü saat 21 radələrində kafedən çıxandan sonra Elgün, ya da Şamil onları Beyləqan şəhərində “Meyis” deyilən yerə aparmasını bildirmiş, onları idarə etdiyi avtomobillə “Meyis” adlanan yerə aparmışdır. Onlar orada avtomobildən düşəndən sonra yaşadığı evə gəlmişdir. Təxminən 15- 20 dəqiqədən sonra Şamil ona zəng edərək 2 baş quzu aldıqlarını, quzuları piyada dayısı Asif gilin həyətinə tərəf gətirdiklərini demiş və quzuları aparmaq üçün onlara köməklik etməsini xahiş etmişdir. Evdən çıxaraq qonşuluqda yaşayan dayısı Asifin həyətinə gəlmiş, Elgün və Şamilin iki baş erkək quzu gətirdiklərini görmüş, Şamil ona borclu olan adamın pulun əvəzinə 2 baş quzu verdiyini demişdir. Onlar quzuları onun avtomobili ilə Elgün gilin həyətinə aparmağı bildirmiş, ancaq işi olduğu üçün razı olmamış və çıxıb getmişdir. Səhəri günü qonşuları Zərərçəkmiş şəxs2 iki baş quzu axtardığını eşitmiş, Elgünlə Şamilin axşam gətirdikləri 2 baş quzuları Samirin həyətindən oğurladıqlarını bilmişdir. Şamil və Elgünə zəng edərək oğurladıqları quzuları gətirib sahədən Samirin həyətinə buraxmağı demiş, onlar isə quzuları satdıqlarını bildirmişlər. Ondan sonra polis şöbəsinə dəvət edilmişlər. Polis şöbəsində izahat verən zaman quzuları Ağcabədi rayonuna aparıb satdıqlarını bildirsələr də, quzuların satılmasından xəbəri olmamışdır. Sonradan isə Elgün və Şamilin oğurladıqları 2 baş quzuları Elgüngilin həyətində saxladıqlarını bilmiş, ondan bir neçə gün sonra Elgün və Şamil quzuları Zərərçəkmiş şəxs2 həyətinə aparıb özünə təhvil vermişlər. Elgün və Şamilin ifadələrində Zərərçəkmiş şəxs2 məxsus 2 baş quzuları oğurlamağı onunla birlikdə əvvəlcədən razılaşmaları, quzuları oğurlayan zaman onun küçədə gözləməsi və sonra onları qarşılayaraq dayısı Asifin həyətinə aparması barədə dedikləri yalandır. Onların oğurluq edəcəklərini bilməmiş, oğurluq barədə söhbətləri olmamış, onlara dayısı Asifin həyətinə gəlmələrini də deməmişdir. Elgün və Şamil quzuları dayısı Asifin həyətinə gətirən zaman bacısı oğlu Məcnun Əsədullayev onunla birlikdə oraya getmiş, ancaq o, orada çox qalmayıb qayıtmış, Məcnunun oğurluq barədə heç bir məlumatı olmamışdır.Buna baxmayaraq, zərərçəkmiş şəxslə barışıq əldə etmiş və ona dəymiş maddi ziyanı tam ödəmişlər. Ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 cinayət işi özünü təqsirli bilməməsi özünü müdafiə xarakteri daşıyır, belə ki, onun təqsiri digər təqsirləndirilən şəxslərin ifadələri, digər iş materialları ilə tamamilə sübuta yetirilir. İş üzrə zərər çəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs4 rayon sakini kimi tanıyır, onunla ədavət və düşmənçiliyi yoxdur. 2022-ci ilin fevral ayında həyat yoldşı Arzu Ovçuyevanı baxçada işə düzəltmək istəmiş, qaynı Cavanşir Əhmədov buna görə həmin vaxt Beyləqan rayon Təhsil idarəsində işləyən Cəlil Həsənovla əlaqə saxlamış, Cəlil Arzunu işə düzəldə biləcəyini bildirmiş və bunun müqabilində 2500 manat pul tələb etmişdir. Cavanşirə 2500 manat pul vermiş, o, isə həmin pulu Cəlilə vermişdir. Cəlil ona aprel ayının 30-da Arzunu işə düzəldəcəyini bildirmiş, lakin, həmin vaxt tamam olduqdan sonra iş düzəlməmişdir. 2023cü ilin mart ayında Cəlildən pulunu qaytarmasını tələb etmiş, o müxtəlif vaxtlarda 500 manat və 400 manat olmaqla ona cəmi 900 manat pul qaytarmış, qalan 1600 manat pulu bu vaxta qədər müxtəlif bəhanələrlə qaytarmaqdan imtina etmişdir. Cəlil Həsənovla sonuncu telefon danışığında 30 may 2023-cü il tarixdə pulu bütünlüklə qaytaracağını bildirmişdir. 30 may 2023-cü il tarixdə saat 16 radələrində Cəlilə zəng edərək pulu istədikdə Cəlil pulunun olmadığını və onunla əsəbi halda danışaraq pulu qaytarmayacağını bildirmiş, buna görə telefonda aralarında mübahisə olmuş, onu söydüyü üçün o da Cəlilə cavab qaytarmışdır. Bundan sonra Cəlilin oğlu Təqsirləndirilən şəxs4 zəng edərək atasının onu söydüyünü demiş və əsəbi olduğu üçün Cəlilin ona dediyi söyüşləri Vasifin ünvanına demişdir. Buna görə aralarında mübahisə olmuş, Vasifə görüşüb bu məsələ ilə bağlı söhbət etməyi bildirmiş, Vasif Füzulidə olduğunu, işdən çıxıb gələcəyini demişdir. 30 may 2023-cü il saat 20 radələrində Vasif onun Beyləqan şəhəri, S.İmrəliyev küçəsində işlədiyi dönər evinin qarşısına sonradan tanıdığı Təqsirləndirilən şəxs1 ilə birlikdə gəlmiş və onu dönər evinin arxa tərəfinə çağırmışlar. Lakin, o razı olmamış, bundan sonra dönər evinin qarşısında aralarında mübahisə başlamışdır. Mübahisə zamanı Vasif ona baş ilə zərbə vurmaq istəsədə zərbədən yayınmış, bundan sonra Vasif onun belindən tutub yerə yıxmış, orada olan şəxslər onları aralaşdırmışlar. Bundan sonra Vasiflə birlikdə gələn Təqsirləndirilən şəxs1 onu kənara çəkərək guya danışmaq istədiyini bildirmiş, lakin, Elgün qəfil onun alın nahiyəsinə 2 dəfə yumruqla zərbə vurmuşdur. Bundan sonra özünü müdafiə etmək üçün dönər evindən dönər bıçağını götürərək onları qorxudub uzaqlaşmaları üçün Vasif və Elgünün üzərinə hücum etmiş, əlində dönər bıçağı ilə Elgünü təqib edərkən orada olan şəxslər onu saxlayıb sakitləşdirmiş, dönər evinə geri qayıtmışdır. Baş verən mübahisə təxminən 5-10 dəqiqə davam etmiş, mübahisa zamanı orada Alim, Daşqın və adını bilmədiyi 10-15 nəfər şəxslər olmuşdur. Münaqişənin olduğu yer Beyləqan şəhərində onun işlədiyi dönər evinin qarşısı olduğu üçün ətrafda xeyli insan olmuş və bu səbəbdən baş vermiş hadisə oradakı insanların narahatçılığına səbəb olmuşdur. Mübahisə zamanı Təqsirləndirilən şəxs4 onu yerə yıxması nəticəsində sağ diz nahiyəsindən, Təqsirləndirilən şəxs1 yumruqla onu vurması nəticəsində isə dodaq nahiyəsindən xəsarətlər almışdır. Mübahisə zamanı Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs1 vurmamış, onlara heç bir xəsarət yetirməmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs1 ilə barışmışdır, Vasif və Elgün tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmişdir. Onlardan heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs1 yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. İş üzrə zərər çəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə ünvan 5 ünvanında yaşayır, görmə qabiliyyəti ilə bağlı 1-ci qrup əlildir. Yaşadığı evin həyətində yerləşən tövlədə özünə məxsus xırdabuynuzlu heyvanlar saxlayır. Əlil olduğu üçün heyvanları ailə üzvləri yemləyirlər. 09 sentyabr 2023-cü il tarixdə gündüz vaxtı tövlədə saxladığı 17 baş quzular yerində olmuş və onlara yem verilmişdir. Həmin günü tanışına bir baş quzu göndərməli olduğu üçün onunla bir evdə yaşayan qardaşı Şahid1 tövlədən bir baş quzu götürüb göndərməsini demişdir. Həmin günü, yəni xx.xx.2023-cü il tarixdə saat 21:30 radələrində qardaşı Şahid1 tövləyə geçmiş və dərhal geri qayıdaraq tövlənin qapısının açıq olduğunu demişdir. Bundan sonra qardaşı Kamillə birlikdə tövləyə keçərək heyvanları saymış, 2 baş quzunun olmadığını görmüşlər. Həyətə baxan zaman qardaşı Kamil ona ayaq izləri olduğunu və həmin izlərin həyətdən sahəyə doğru getdiyini demiş, bundan sonra ona məlum olmuşdur ku, tövlədən ona məxsus 2 baş quzuları oğurlamışlar. Buna görə dərhal Daxili İşlər Nazirliyinin 102 zəng xidmətinə zəng edərək bu barədə məlumat vermiş, xx.xx.2023-cü il tarixdə isə Beyləqan rayon Polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Beyləqan rayon Polis şöbəsində araşdırma aparan zaman məlum olmuşdur ki, ona məxsus 2 baş quzuları Beyləqan şəhər sakinləri Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 oğurlayıblar. Bir neçə gündən sonra isə onlar ona məxsus 2 baş quzuları həyətinə gətirərək təhvil vermişlər. Ona məxsus quzular yaşadığı evin həyətindəki tövlədən oğurlanmış, oğurluq edən həmin şəxslər həyətə daxil olmuş, sonra isə tövlənin qapısını açaraq quzuları oradan oğrlamışlar. Tövlənin qapısı örtülü olsa da qıfılla bağlanmamışdır. Oğurlanmış quzular erkək, 6 aylıq olmaqla, hər birinin diri çəkisi təxminən 40 kq-dır. Quzuların birinin dəyəri 400 manatdır.Təqsirləndirilən şəxslər qoyunları qaytarmışlar. Onlardan heç bir tələb və şikayəti yoxdur. Təqsirləndirilən şəxslərə yüngül cəza veriməsini xahiş etdi. İş üzrə şahid qismində dindirilmiş Şahid1 qardaşı Zərərçəkmiş şəxs2lə eyni məzmunda ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdi. İş üzrə şahid qismində dindirilmiş Şahid2 məhkəmədə veürdiyi ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Beyləqan şəhəri, Koroğlu küçəsi ev 23-də yaşyıram. Özünə məxsus avtomobillə taksi kimi fəaliyyət göstərir və əksər vaxtlarda Beyləqan şəhəri, S.İmrəliyev küçəsində dayanıb sərnişin gözləyir. Zərərçəkmiş şəxs1 tanıyır, onun həmin yerdə dönər köşkü var. Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs1 də tanıyır, onlarla heç bir ədavət və düşmənçiliyi yoxdur. 30 may 2023-cü il tarixdə saat 20 radələrində Zərərçəkmiş şəxs1 dönər köşkünün yaxınlığında dayanıb sərnişin gözləyən zaman telefonla danışdığı üçün Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 yanına gəldiklərini və mübahisəyə başladıqlarını görməmiş, ani olaraq Vasifin Naməddinin boynundan tutub yerə yıxdığını görmüşdür. Onlara yaxınlaşmış və orada olan bir neçə nəfərlə onları aralaşdırmış, Naməddini özünün dönər köşkünə tərəf aparmışdır. Təxminən bir dəqiqə sonra Naməddinlə Elgün mübahisə etməyə başlamış, lakin, həmin vaxtı bir qədər kənarda olduğu üçün Elgünün Naməddini vurduğunu görməmiş, Naməddinin dönər köşkündən dönər bıçağını götürüb Elgünün arxasınca qaçdığını və orada olan şəxslərin Naməddinin qarşısını kəsərək əlindən bıçağı aldığını görmüşdür. Ondan sonra Vasif və Elgün oradan uzaqlaşıb getmişlər. Onlar arasında olan mübahisənin hansı səbəbdən baş verməsi barədə məlumatı yoxdur. Həmin vaxtı qarışıqlıq olduğu üçün orada kimlərin olduğunu xatırlamır. Ancaq mübahisə küçədə olduğu üçün orada çoxlu sayda adamlar olmuş, mübahisə təxminən 3-5 dəqiqə davam etmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid3 və Şahid5 məhkəmədə Şahid2 göstərdiyi xüsusatı təsdiq edərək onunla eyni məzmunda ifadələr vermişlər. İş materiallarına əlavə edilmiş cinayət işinin başlanması və icraata götürülməsi barədə qərardan görünür ki, cinayət işinin başlanmasına səbəb və əsas Beyləqan şəhəri, Rövşən Axundov küçəsi, ev 48-də yaşayan Zərərçəkmiş şəxs2 09 sentyabr 2023-cü il tarixdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 102 xidməti-zəng mərkəzi sisteminə, 11 sentyabr 2023-cü il tarixə isə ərizə Beyləqan rayon polis şöbəsinə yaşadığı evin həyətində yerləşən tövlədən ona məxsus, hər biri 400 (dörd yüz) manat dəyərində olan 2 baş quzunun naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanması barədə müraciətləri əsasında Beyləqan rayon polis şöbəsinin Təhqiqat bölməsində toplamış materiallar olmuşdur. Həmin cinayət işinin başlanması üşün səbəb və əsas Beyləqan şəhəri, Elxan Əliyev küçəsində yaşayan Zərərçəkmiş şəxs1 30 may 2023-cü il tarixdə saat 20 radələrində aralarında yaranmış mübahisə zamanı Vasif adlı şəxsin və tanımadığı digər şəxsin onu döyməsi barədə həmin tarixdə DİN-nin 102 xidmətinə daxil olmuş məlumatı və Beyləqan rayon Polis şöbəsinə ərizə ilə etdiyi müraciət əsasında Beyləqan rayon Polis şöbəsinin Təhqiqat bölməsində toplanmış materiallar olmuşdur. İş materiallarına əlavə edilmiş “Baxış keçirilməsi haqqında” 11 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Zərərçəkmiş şəxs2 yaşadığı ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinin həyətidir. Zərərçəkmiş şəxs2 məxsus iki baş quzular həyətdə yerləşən, xırdabuynuzlu heyvanların yay aylarında saxlanması üçün nəzərdə tutulmuş, qamışdan tikilmiş, saxlanc yeri hesab edilən tövlədən oğurlanmışdır. İş materiallarına əlavə edilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının 23 oktyabr 2023-cü il tarixli 9/7369 saylı rəyindən görünür ki, 02 baş, diri çəkisi 40 kq olan xırdabuynuzlu heyvanların 2023cü ilin sentyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə 640.00 manat müəyyən edilir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “MTE və PA Birliyi” publik hüquqi şəxsi Beyləqan rayon şöbəsindən verilmiş 31 may 2023-cü il tarixli 356/23 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 üst dodağının selikli qişasında qansızına, sağ diz oynağının ön səthində isə sıyrıq olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müayinə olunanın göstərdiyi müddətdə və şəraitdə əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilmir. Beləliklə, məhkəmə iclasında təqsirləndirilən şəxslərin etirafı ilə yanaşı, zərərçəkmiş şəxslər və şahid ifadələri, habelə işin məhkəmə iclasında tədqiq edilib öz təsdiqini tapmış digər materialları ilə Təqsirləndirilən şəxs1 30 may 2023-cü il tarixdə saat 20 radələrində Beyləqan şəhəri, S.İmrəliyev küçəsində Zərərçəkmiş şəxs1 ilə aralarında yaranmış mübahisə zamanı tanışı Təqsirləndirilən şəxs4 ilə bir qrup şəxs halında birləşib əsaslı səbəblər olmadan ictimai yer hesab olunan həmin küçəsdə yerləşən dönər köşkünün qarşısında özlərini həmin vaxt orada olan şəxslərə qarşı qoyub, cəmiyyətə açıqca hörmətsizlik edib, özləri və ətrafdakı digər şəxslər üçün aşkar surətdə cəmiyyətdə insanlar arasında təşəkkül tapmış ictimai qaydaya laqeydlik, etinasızlıq göstərərək, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış qaydalarını, ictimai qaydanı kobud surətdə pozaraq səs- küy salıb uca səslə nalayiq sözlərlə Zərərçəkmiş şəxs1 təhqir edərək onun üzərinə hücum edib, zor tətbiq etməklə qrupun üzvü Calalov X2 Orucovu əli ilə tutub yerə yıxaraq sağ diz oynağının ön səthində sıqyrıq xarakterli sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarət yetirmiş, kənar şəxslərin müdaxiləsi ilə oradan uzaqlaşdırıldıqdan dərhal sonra yenidən birlikdə oraya qayıdıb Naməddin Orucovun üzərinə təkrar hücum edərək zor tətbiq etməklə Naməddin Orucovun sifət nahəyyəsinə qəsdən yumquqla iki dəfə zərbə vuraraq ona üst dodağının selikli qişasında qansızına xarakterli sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarət yetirib qərəzli xuliqanlıq etməsi, ünvan 5 ünvanında yaşayan Zərərçəkmiş şəxs2 məxsus əmlakı qəsdən tamah məqsədilə, hüquqazidd və əvəzsiz olaraq oğurlamaq, yəni gizli olaraq talamaq üçün tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, 09 sentyabr 2023-cü il tarixdə saat 21 radələrində Zərərçəkmiş şəxs2 ünvan 5 ünvanında yerləşən yaşadığı evin qarşısına gəlib, aralarında olan razılaşmaya uyğun olaraq Təqsirləndirilən şəxs2 onları həmin evin yaxınlığında küçədə gözləmiş, o isə Təqsirləndirilən şəxs3 ilə birlikdə qapıdan həyətə, sonra isə həyətdə yerləşən saxlanc yeri olan tövləyə qanunsuz daxil olaraq oradan hər biri 0,6 yaşlı, erkək cinsli, diri çəkisi 40 kiloqram olan, cəmi 640 (altı yüz) manat dəyərində 2 (iki) baş qoyunu götürüb daxil olduqları yerdən çıxaraq Zərərçəkmiş şəxs2 məxsus 640 (altı yüz qırx) manat dəyərində əmlakı oğurlamış, yəni özgənin əmlakını gizli olaraq talaması, Təqsirləndirilən şəxs2 ünvan 5 ünvanında yaşayan Zərərçəkmiş şəxs2 məxsus əmlakı qəsdən tamah məqsədilə, hüquqazidd və əvəzsiz olaraq oğurlamaq, yəni gizli olaraq talamaq üçün ögey qardaşı Təqsirləndirilən şəxs3 və tanışları Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, 09 sentyabr 2023-cü il tarixdə saat 21 radələrində Zərərçəkmiş şəxs2 ünvan 5 ünvanında yerləşən yaşadığı evin qarşısına gəlib, aralarında olan razılaşmaya uyğun olaraq o həmin evin yaxınlığında küçədə gözləmiş, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 isə qapıdan həyətə, sonra isə həyətdə yerləşən saxlanc yeri olan tövləyə qanunsuz daxil olaraq oradan hər biri 0,6 yaşlı, erkək cinsli, diri çəkisi 40 kiloqram olan, cəmi 640 (altı yüz) manat dəyərində 2 (iki) baş qoyunu oradan götürüb daxil olduqları yerdən çıxaraq Zərərçəkmiş şəxs2 məxsus 640 (altı yüz qırx) manat dəyərində əmlakı oğurlamış, yəni özgənin əmlakını gizli olaraq talaması, Təqsirləndirilən şəxs3 ünvan 5 ünvanında yaşayan Zərərçəkmiş şəxs2 məxsus əmlakı qəsdən tamah məqsədilə, hüquqazidd və əvəzsiz olaraq oğurlamaq, yəni gizli olaraq talamaq üçün ögey qardaşı Təqsirləndirilən şəxs2 və tanışları Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, 09 sentyabr 2023-cü il tarixdə saat 21 radələrində Zərərçəkmiş şəxs2 ünvan 5 ünvanında yerləşən yaşadığı evin qarşısına gəlib, aralarında olan razılaşmaya uyğun olaraq Təqsirləndirilən şəxs2 onları həmin evin yaxınlığında küçədə gözləmiş, o isə Təqsirləndirilən şəxs1 ilə birlikdə qapıdan həyətə, sonra isə həyətdə yerləşən saxlanc yeri olan tövləyə qanunsuz daxil olaraq oradan hər biri 0,6 yaşlı, erkək cinsli, diri çəkisi 40 kiloqram olan, cəmi 640 (altı yüz) manat dəyərində 2 (iki) baş qoyunu götürüb daxil olduqları yerdən çıxaraq Zərərçəkmiş şəxs2 məxsus 640 (altı yüz qırx) manat dəyərində əmlakı oğurlamış, yəni özgənin əmlakını gizli olaraq talaması, Təqsirləndirilən şəxs4 30 may 2023-cü il tarixdə saat 20 radələrində Beyləqan şəhəri, S.İmrəliyev küçəsində Zərərçəkmiş şəxs1 ilə aralarında yaranmış mübahisə zamanı tanışı Təqsirləndirilən şəxs1 ilə bir qrup şəxs halında birləşib əsaslı səbəblər olmadan ictimai yer hesab olunan həmin küçəsdə yerləşən dönər köşkünün qarşısında özlərini həmin vaxt orada olan şəxslərə qarşı qoyub, cəmiyyətə açıqca hörmətsizlik edib, özləri və ətrafdakı digər şəxslər üçün aşkar surətdə cəmiyyətdə insanlar arasında təşəkkül tapmış ictimai qaydaya laqeydlik, etinasızlıq göstərərək, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış qaydalarını, ictimai qaydanı kobud surətdə pozaraq səs-küy salıb uca səslə nalayiq sözlərlə Zərərçəkmiş şəxs1 təhqir edərək onun üzərinə hücum edib, zor tətbiq etməklə əli ilə onu tutub yerə yıxaraq sağ diz oynağının ön səthində sıqyrıq xarakterli sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarət yetirmiş, kənar şəxslərin müdaxiləsi ilə oradan uzaqlaşdırıldıqdan dərhal sonra yenidən oraya qayıdaraq Naməddin Orucovun üzərinə təkrar hücum etmiş və qrupun digər üzvü Təqsirləndirilən şəxs1 zor tətbiq etməklə Naməddin Orucovun sifət nahəyyəsinə qəsdən yumquqla iki dəfə zərbə vuraraq ona üst dodağının selikli qişasında qansızına xarakterli sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarət yetirib qərəzli xuliqanlıq etmələri kifayət qədər sübuta yetdi. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 221.2.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs4 əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də, onlar həmin maddələrlə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. İş materiallarına əlavə edilmiş Beyləqan rayon İcra hakimiyyəti başçısının Beyləqan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnaməyə əsasən Təqsirləndirilən şəxs1 yaşadığı yer üzrə müsbət xaraterizə olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnaməyə və iş materiallarına əsasən müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 məhkumluğu yoxdur. Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslə barışıq əldə etməsi CM-nin 59.1.12, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə aradan qaldırılması CM-nin 59.1.13, əməlini səmimi etiraf etməsini CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallardır, onun cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini nəzərə alaraq ona təqsirləndiyi maddənin sanksiyası daxilində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini qanuna və məqsədə müvafiq hesab edir. Məhkəmə həmçinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını qanuna və məqsədə müvafiq hesab edir. İş materiallarına əlavə edilmiş Beyləqan rayon İcra hakimiyyəti başçısının Beyləqan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnaməyə əsasən Təqsirləndirilən şəxs2 yaşadığı yer üzrə müsbət xaraterizə olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən və iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu yoxdur. Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslə barışıq əldə etməsi CM-nin 59.1.12, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə aradan qaldırılması CM-nin 59.1.13-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hallardır, onun cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini nəzərə alaraq ona təqsirləndiyi maddənin sanksiyası daxilində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini qanuna və məqsədə müvafiq hesab edir. Məhkəmə həmçinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını qanuna və məqsədə müvafiq hesab edir. İş materiallarına əlavə edilmiş Beyləqan rayon İcra hakimiyyəti başçısının Beyləqan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnaməyə əsasən Təqsirləndirilən şəxs3 yaşadığı yer üzrə müsbət xaraterizə olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Beyləqan RİH başçısının Beyləqan şəhər İƏDÜ nümayəndəliyindən verilmiş xx.xx.2023-cü il tarixli arayışa əSsən müəyyən edilir ki, Təqsirləndirilən şəxs3 himayəsində 2018-ci il və 2029-cu il tarixlərdə anadan olmuş 2 azyaşlı uşağı vardır. Təqsirləndirilən şəxs3 himayəsində 2 azyaşlı uşağının olması CM-nin 59.1.4-cü maddəsinə, zərərçəkmiş şəxslə barışıq əldə etməsi CM-nin 59.1.12, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə aradan qaldırılması CM-nin 59.1.13, əməlini səmimi etiraf etməsini CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallardır, onun cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs3 cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini nəzərə alaraq ona təqsirləndiyi maddənin sanksiyası daxilində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini qanuna və məqsədə müvafiq hesab edir. Məhkəmə həmçinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını qanuna və məqsədə müvafiq hesab edir. İş materiallarına əlavə edilmiş Beyləqan rayon İcra hakimiyyəti başçısının Beyləqan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 18 sentyabr 2023-cü il tarixli, 3269 nömrəli arayışdan görünür ki, Calalov X4 şəhəri, Bülbül küçəsi ev 2 ünvanında yaşayır və himayəsində 2018ci ildə və 2024-cü ildə anadan olmuş 2 azyaşlı uşaqları vardır. İş materiallarına əlavə edilmiş Beyləqan rayon İcra hakimiyyəti başçısının Beyləqan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs4 yaşadığı yer üzrə müsbət xaraterizə olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs4 əvvəllər məhkum edilməmişdir. Təqsirləndirilən şəxs4 himayəsində 2 azyaşlı uşaqlarının olması CM-nin 59.1.4-cü maddəsinə, zərərçəkmiş şəxslə barışıq əldə etməsi CM-nin 59.1.12, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə aradan qaldırılması CM-nin 59.1.13, əməlini səmimi etiraf etməsini CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallardır, onun cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs4 cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, yaşayış yerində müsbət xarakterizə edilməsini, eləcə də yuxarıda göstərilə cəzanı yüngülləşdirən halları nəzərə alaraq ona təqsirləndiyi maddənin sanksiyası daxilində islah işləri növündə cəzanın təyin edilməsi qanuna və məqsədə müvafiq hesab edir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Calalov X7 06 oktyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, 08 oktyabr 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla ona həmin maddədə nəzərdə tululan ittiham elan edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 06oktyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 221.2.1 -ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, 08 oktyabr 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla ona həmin maddədə nəzərdə tululan ittiham elan edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş üzrə 50 (əlli) manat məhkəmə (ekspertiza) xərci- təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 hər birindən 12,50 (on iki manat əlli qəpik) manat olmaqla tutulub Azərbaycanb Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə maddi sübut olan 02 (iki) baş qoyun heyvanlarının zərərçəkmiş Zərərçəkmiş şəxs2 təhvil verilməsi nəzərə alınmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və CM-nin 221.2.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə nəzərdə turulan cinayət əməlini törətməkdə təqsirli bilinsinlər. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə 02 (iki) il müddətə, Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə 1 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 06 okyabr 2023-cü il tarixdən 08 okyabr 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət ona təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına bir günə iki gün hesabı ilə hesablanıb həmin cəzadan çıxılmaqla, üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə təyin edilmiş cəza müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Beyləqan rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və başqa tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 davranışı üzərində nəzarətin həyata keçirilməsi Beyləqan rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə mindikdən sonra ləğv edilsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası 177.2.1 və 177.2.3-cü maddələri 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 üzərinə təyin edilmiş cəza müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Beyləqan rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və başqa tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs3 davranışı üzərində nəzarətin həyata keçirilməsi Beyləqan rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs3 təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə mindikdən sonra ləğv edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası 177.2.1 və 177.2.3-cü maddələri ilə 02 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 üzərinə təyin edilmiş cəza müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Beyləqan rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və başqa tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 davranışı üzərində nəzarətin həyata keçirilməsi Beyləqan rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə mindikdən sonra ləğv edilsin. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə qazancının 20 %-i dövlət nəfinə tutulmaqla 2(iki) il müddətə islah işləri cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs4 06 okyabr 2023-cti il tarixdən 08 okyabr 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət ona təyin edilmiş 02 (iki) il müddətə islah işləri cəzasına bir günə dörd gün hesabı ilə hesablanıb həmin cəzadan çıxılmaqla, üzərində aylıq qazancının 20 %-i dövlət nəfinə tutulmaqla 01 (bir) il 11 (on bir) ay 22 (iyirmi iki) gün müddətə islah işləri cəzası saxlanılsın. Təqsirləndirilən şəxs4 cəzasını iş yeri üzrə çəksin. Cəza çəkməsinin başlanğıcı aylıq qazancından ilk məbləğin dövlət nəfinə tutulduğu vaxtdan hesablansın. Hökmün icrası Beyləqan rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə mindikdən sonra ləğv edilsin. İş üzrə 50 (əlli) manat məhkəmə (ekspertiza) xərci- təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 hər birindən 12,50 (on iki manat əlli qəpik) manat olmaqla tutulub Azərbaycanb Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. İş üzrə maddi sübut olan 02 (iki) baş qoyun heyvanlarının zərərçəkmiş Zərərçəkmiş şəxs2 təhvil verilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı dövründə göstərdiyi hüquqi yardıma görə 26 (iyirmi altı) saat üçün 156 (yüz əlli altı) manat Beyləqan rayon vəkil bürosunun vəkili Müdafiəçi1 ödənilsin. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 məhkəmə istintaqı dövründə göstərdiyi hüquqi yardıma görə 35 (otuz beş) saat üçün 210 (iki yüz on) manat Beyləqan rayon vəkil bürosunun vəkili Müdafiəçi2 ödənilsin. Təqsirləndirilən şəxs3 məhkəmə istintaqı dövründə göstərdiyi hüquqi yardıma görə 20 (iyirmi) saat üçün 120(yüz iyirmi) manat Beyləqan rayon vəkil bürosunun vəkili Müdafiəçi3 ödənilsin Hökmün surəti həmin hissədə icrası üçün Azərbaycan Respublikası Vəkillər X5 və Tədris Mərkəzinə göndərilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Beyləqan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №1(020)-16/2024
Beyləqan Rayon Məhkəməsi Hökm — İş №1(020)-16/2024
01.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver