Məhkəmə qərarları › İş №1(020)-16/2025

Beyləqan Rayon Məhkəməsi Hökm — İş №1(020)-16/2025

16.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Beyləqan rayon İş № 1(020)-16/2025 16.04.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi ilə, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər- Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs və onun müdafiəçisi Beyləqan rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1997-ci il tarixdə Mingəçevir şəhərində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, fərdi əməklə məşğul olan, subay, əvvəllər məhkum olunmayan, Xocalı şəhərində qeydiyyatda olmaqla Mingəçevir şəhəri, Yeni Həyat qəsəbəsi, ev 79A-da yaşayan, barəsində 30 iyun 2024-cü il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs “Tik-tok" sosial şəbəkəsində tanış olduğu Zərərçəkmiş şəxs5 əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə qanunsuz və əvəzsiz olaraq ələ keçirmək niyyətilə Zərərçəkmiş şəxs5 xarici ölkələrdən birinə gedib orada birikdə yaşayacaqlarına dair yalan vəd verib aldadaraq sənədləşmə işlərini həll etmək adı ilə sonuncudan pul istəmiş, Zərərçəkmiş şəxs5 2023-cü ilin fevral ayının sonlarında, istintaqa məlum olmayan vaxtda özünə məxsus tərkibində 585 əyarlı 3 qram çəkidə bir ədəd qızıl üzük, 585 əyarlı 10 qram çəkidə bir ədəd qızıl boyunbağı, 585 əyarlı 5 qram çəkidə bir ədəd qızıl qolbaq və 585 əyarlı 4 qram çəkidə bir cüt qızıl sırğa olan cəmi 1870 manat dəyərində 22 qram çəkidə qızıl dəstini Beyləqan rayonu, Kəbirli kəndində yerləşən yaşadığı evin yaxınlığında olan işıq dirəyinə bərkidilmiş işıq sayğacının üzərinə qoyaraq istifadəsində olan +**********41 saylı mobil nömrə vasitəsilə onun istifadəsində olan +**********06 saylı nömrə ilə qeydiyyatdan keçirilmiş “whatsapp” tətbiqinə məkan və mesajlar göndərib qızıl-zinət əşyalarını qoyduğu yer barədə məlumat vermiş, bundan sonra o, 2023-cü ilin fevral ayının sonlarında istintaqa məlum olmayan gündə və saatda ona göndərilmiş məkan və məlumatlar əsasında işıq sayğacının olduğu yerə gələrək sayğacın üzərindən həmin qızıl-zinət əşyalarını götürərək aparmış, beləliklə, o, Zərərçəkmiş şəxs5 məxsus əmlakı, yəni 1870 manat dəyərində 22 qram qızıl-zinət əşyalarını ələ keçirib dələduzluq etmişdir. Bundan başqa o, təkrarən “Tik-tok” sosial şəbəkəsində tanış olduğu Zərərçəkmiş şəxs5 əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə qanunsuz və əvəzsiz olaraq ələ keçirmək niyyətilə Zərərçəkmiş şəxs5 xarici ölkələrdən birinə gedib orada birikdə yaşayacaqlarına dair yalan vəd verib aldadaraq sənədləşmə işlərini həll etmək adı ilə sonuncudan pul istəmiş, Zərərçəkmiş şəxs5 2023-cü ilin mart ayının əvvəllərində, istintaqa məlum olmayan vaxtda özünə məxsus 585 əyarlı hər biri 3,5 qram olmaqla ümumilikdə 7 qram çəkidə iki ədəd qızıl üzük, 585 əyarlı 9 qram çəkidə bir ədəd qızıl boyunbağı olmaqla cəmi 1360 manat dəyərində qızıl-zinət əşyalarını Beyləqan rayonu, Kəbirli kəndində yerləşən yaşadığı evin yaxınlığında olan işıq dirəyinə bərkidilmiş işıq sayğacının üzərinə qoyaraq istifadəsində olan +**********41 saylı mobil nömrə vasitəsilə onun istifadəsində olan +**********06 saylı nömrə ilə qeydiyyatdan keçirilmiş “whatsapp” tətbiqinə məkan və mesajlar göndərib qızıl-zinət əşyalarını qoyduğu yer barədə məlumat vermiş, bundan sonra o, 2023-cü ilin mart ayının əvvəllərində, istintaqa məlum olmayan gündə və saatda ona göndərilmiş məkan və məlumatlar əsasında işıq sayğacının olduğu yerə gələrək sayğacın üzərindən həmin qızıl-zinət əşyalarını götürərək aparmış, beləliklə, o, Zərərçəkmiş şəxs5 məxsus əmlakı, yəni 1360 manat dəyərində 16 qram qızıl-zinət əşyalarını ələ keçirib təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrarən Beyləqan rayonu, Örənqala qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs2 əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə qanunsuz və əvəzsiz olaraq ələ keçirmək niyyətilə “Tik-tok” sosial şəbəkəsində tanış olduğu Zərərçəkmiş şəxs5 ilə xarici ölkələrdən birinə gedib orada birikdə yaşamaqdan ötrü pul əldə etmək məqsədilə Zərərçəkmiş şəxs2 qızıl-zinət əşyalarını ələ keçirib satmaq barədə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib, aralarında olan razılaşmaya uyğun olaraq qrupun digər üzvü Zərərçəkmiş şəxs5 2023-cü ilin mart ayının əvvəllərində, istintaqa məlum olmayan vaxtda Zərərçəkmiş şəxs2 qonaqlıqda istifadə etdikdən sonra geri qaytaracağını bildirib etibarından suiistifadə edərək aldadıb, tərkibində bir ədəd qızıl boyunbağı, bir ədəd qızıl qolbaq, bir ədəd qızıl üzük və bir cüt qızıl sırğa olan 7150 manat dəyərində xeyli miqdarda 583 əyarlı 65 qram çəkidə qızıl dəstini alaraq aparıb Beyləqan rayonu, Kəbirli kəndində yerləşən yaşadığı evin yaxınlığında olan işıq dirəyinə bərkidilmiş işıq sayğacı ilə sayğacın qapısının arasına qoyaraq istifadəsində olan +**********41 saylı mobil nömrə vasitəsilə onun istifadəsində olan +**********06 saylı nömrə ilə qeydiyyatdan keçirilmiş “whatsapp” tətbiqinə məkan və mesajlar göndərib qızıl- zinət əşyalarını qoyduğu yer barədə məlumat vermiş, bundan sonra o, 2023-cü ilin mart ayının əvvəllərində, istintaqa məlum olmayan gündə və saatda ona göndərilmiş məkan və məlumatlar əsasında işıq sayğacının olduğu yerə gələrək sayğacın qapısının arasından həmin qızıl-zinət əşyalarını götürərək aparmış, beləliklə, o, Zərərçəkmiş şəxs5 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs2 məxsus əmlakı, yəni 7150 manat dəyərində xeyli miqdarda 65 qram qızıl-zinət əşyalarını ələ keçirib təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrarən Beyləqan rayonu, Kəbirli kəndində yaşayan Zərərçəkmiş şəxs1 əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə qanunsuz və əvəzsiz olaraq ələ keçirmək niyyətilə Tİk-tok sosial şəbəkəsində tanış olduğu Zərərçəkmiş şəxs5 ilə xarici ölkəyə gedib orada birlikdə yaşamaqdan ötrü pul əldə etmək məqsədilə Zərərçəkmiş şəxs1 qızıl-zinət əşyalarını ələ keçirmək barədə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib, aralarında olan razılaşmaya uyğun olaraq qrupun digər üzvü Zərərçəkmiş şəxs5 15 aprel 2023-cü ildə, istintaqa məlum olmayan vaxtda Zərərçəkmiş şəxs1 bacısının toy məclisində istifadə etdikdən sonra geri qaytaracağını bildirib etibarından sui-istifadə edərək aldadıb 3485 manat dəyərində 583 əyarlı 41 qram çəkidə bir ədəd qızıl boyunbağını alıb 18 aprel 2023-cü il tarixdə, istintaqa məlum olmayan vaxtda həmin boyunbağını qaynı Şahid3 verib anasına məxsus olduğunu bildirərək lombarda qoyaraq pul götürməsini və həmin pulu **********095365 saylı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus plastik bank kartı hesabına köçürməsini bildirmiş, Şahid3 həmin boyunbağını "xxxx" Açıq Səhmdar Cəmiyyətində lombarda qoyaraq götürdüyü 2175 manat puldan 2000 manatını 18 aprel 2023-cü il tarixdə, saat 16:41-də onun göstərişi ilə Beyləqan şəhəri, Heydər Əliyev prospektində yerləşən “Mikromart” marketdə quraşdırılmış “eManat” terminalı vasitəsilə onun istifadəsində olan anası X2 adına olan **********095365 saylı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus plastik bank kartı hesabına köçürmüş, 100 manatını yol pulu olaraq özünə götürmüş, 75 manatını isə Zərərçəkmiş şəxs5 vermiş, beləliklə, o, Zərərçəkmiş şəxs5 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs1 məxsus əmlakı, yəni 3485 manat dəyərində 41 qram qızıl -zinət əşyasını ələ keçirib təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrarən Beyləqan rayonu, Kəbirli kəndində yaşayan qayınanası Zərərçəkmiş şəxs4 məxsus əmlakı tamah məqsədilə, hüquqazidd və əvəzsiz olaraq oğurlamaq, yəni gizli olaraq talamaq üçün Tİk-tok sosial şəbəkəsində tanış olduğu Zərərçəkmiş şəxs5 ilə birikdə xarici ölkəyə gedib orada yaşamaqdan ötrü pul əldə etmək məqsədilə Zərərçəkmiş şəxs4 qızıl-zinət əşyalarını oğurlamaq barədə razılaşıb qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək aralarında olan razılaşmaya uyğun olaraq qrupun digər üzvü Zərərçəkmiş şəxs5 20 aprel 2023-cü il tarixdə istintaqa məlum olmayan vaxtda qayınanası Zərərçəkmiş şəxs4 saxlanc yeri olan yataq otağına qanunsuz daxil olub otaqda yerləşən saxlanc yeri kimi istifadə edilən paltar dolabının içərisində olan Zərərçəkmiş şəxs4 məxsus saxlanc yeri kimi istifadə edilən çantaya qanunsuz daxil olub, Zərərçəkmiş şəxs4 məxsus tərkibində 583 əyarlı 15 qram çəkidə bir ədəd qızıl boyunbağı, 583 əyarlı 10 qram çəkidə bir ədəd qızıl sırğa, 583 əyarlı 8 qram çəkidə bir ədəd qızıl üzük, 583 əyarlı 10 qram çəkidə bir ədəd qızıl qolbaq olan cəmi 5000 manat dəyərində 43 qram çəkidə qızıl dəstini oğurlayıb, Beyləqan rayonu, Kəbirli kəndində yerləşən yaşadıqları evin yaxınlığında olan işıq dirəyinə bərkidilmiş işıq sayğacının üzərinə qoyduqdan sonra istifadəsində olan +**********41 saylı mobil nömrə vasitəsilə onun istifadəsində olan +**********06 saylı nömrə ilə qeydiyyatdan keçirilmiş “whatsapp” tətbiqinə məkan və mesajlar göndərib qızıl-zinət əşyalarını qoyduğu yer barədə məlumat vermiş, bundan sonra o, istintaqa məlum olmayan tarixdə və vaxtda ona göndərilmiş məkan və məlumatlar əsasında işıq sayğacının olduğu yerə gələrək sayğacın üzərindən həmin qızıl-zinət əşyalarını götürüb aparmış, beləliklə, o, Zərərçəkmiş şəxs5 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs4 məxsus əmlakı, yəni cəmi 5000 manat dəyərində qızıl-zinət əşyalarını təkrar oğurlamış, yəni özgənin əmlakını gizli olaraq təkrar talamışdır. Bundan başqa o, təkrarən Beyləqan rayonu, Kəbirli kəndində yaşayan Tİk-tok sosial şəbəkəsində tanış olduğu Zərərçəkmiş şəxs5 qayınatası Zərərçəkmiş şəxs3 və qayınanası Zərərçəkmiş şəxs4 məxsus əmlakı tamah məqsədilə, hüquqazidd və əvəzsiz olaraq oğurlamaq, yəni gizli olaraq talamaq üçün Zərərçəkmiş şəxs5 ilə birikdə xarici ölkəyə gedib orada yaşamaqdan ötrü pul əldə etmək məqsədilə Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 məxsus pulu oğurlamaq barədə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək aralarında olan razılaşmaya uyğun olaraq qrupun digər üzvü Zərərçəkmiş şəxs5 20 aprel 2023- cü il tarixdə, istintaqa məlum olmayan vaxtda Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 saxlanc yeri olan yataq otağına qanunsuz daxil olub otaqda yerləşən saxlanc yeri kimi istifadə edilən paltar dolabının içərisində olan saxlanc yeri kimi istifadə edilən taxta qutunun içərisinə qanunsuz daxil olub, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 birgə mülkiyyətində olan 5000 manat nağd pulu oğurlayıb, Beyləqan rayonu, Kəbirli kəndində yerləşən yaşadıqları evin yaxınlığında olan işıq dirəyinə bərkidilmiş işıq sayğacının üzərinə qoyaraq istifadəsində olan +**********41 saylı mobil nömrə vasitəsilə onun istifadəsində olan +**********06 saylı nömrə ilə qeydiyyatdan keçirilmiş “whatsapp” tətbiqinə məkan və mesajlar göndərib həmin pulun qoyulduğu yer barədə məlumat vermiş, bundan sonra Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və vaxtda ona göndərilmiş məkan və məlumatlar əsasında işıq sayğacının olduğu yerə gələrək sayğacın üzərindən həmin 5000 manat pulu götürərək aparmış, beləliklə, o, Zərərçəkmiş şəxs5 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 qızına məxsus əmlakı, yəni 5000 manat pulu təkrar oğurlamış, yəni özgənin əmlakını gizli olaraq təkrar talamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bildi və ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs3 Məhəmməd oğlunu, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs5 əvvəllər tanımamış, onlarla aralarında hər hansı ədavət və ya düşmənçilik olmamışdır. O, 2023-cü ilin yanvar-fevral aylarında tik-tok sosial şəbəkəsində özünü Dərya kimi təqdim edən qızla tanış olmuşdur. Dərya adlı qız Bakı şəhərində yaşadığını bildirmişdir. O, bir müddət Dərya ilə danışdıqdan sonra Dərya başqa bir oğlanla danışmağa başlamış və onu bacısı Zülfiyyə ilə tanış etmək istədiyini bildirmişdir. O, da razılaşıb Zülfiyyənin tik-tok hesabını Dəryadan almışdır. O, Zülfiyyənin hesabını aldıqdan sonra ona yazmış, Zülfiyyə ona cavab yazmış və onlar tanış olmuşlar. Zülfiyyə ona evli olduğunu, iki uşağı olduğunu, lakin ərindən boşanmaq istədiyini bildirmişdir. O da özünü Zülfiyyəyə Emrel adlı şəxs kimi təqdim etmişdir. Onun Dərya ilə də əlaqəsi kəsilmişdir. Onlar bir müddət danışdıqdan sonra Zülfiyyə ona bağlandığını bildirmişdir. Zülfiyyə ona xaricə getməyi təklif etməyə başlamışdır. Zülfiyyə Türkiyəyə gedib orada işləyərək bir-birlərinə maddi kömək olacaqlarını demiş, o da Zülfiyyə ilə razılaşmışdır. O, Zülfiyyəyə maddi vəziyyətinin yaxşı olmadığını, ikisi üçün bilet almağa pulunun olmadığını demişdir. Zülfiyyə pulu tapıb göndərəcəyini bildirmişdir. 2023-cü ilin aprel ayında Zülfiyyə ona zəng edərək baldızı Xariqəni toya gedəcəyi barədə aldadaraq qızıl-zinət əşyaları aldığını və həmin qızılları lombarda qoyub pulunu ona atacağını demişdir. O Zülfiyyə ilə razılaşmışdır. O, bir neçə dəfə Zülfiyyəyə qorxduğunu bildirmiş, Zülfiyyə isə balalarının canına and içərək narahat olmamasını bildirmişdir. Zülfiyyə ona qızılları bir kişi vasitəsilə lombarda qoyub pul götürəcəyini, həmin pulu ona göndərəcəyini, sonra da özü çıxıb Bakı şəhərinə gedəcəyini bildirmişdir. O, Zülfiyyəyə anası X4 məxsus bank hesab kartını vermiş, Zülfiyyə pulu karta göndərdikdən sonra zəng edib 2000 manat pulun karta köçdüyünü bildirmişdir. Zülfiyyə ona uşaqları ilə birlikdə gedəcəyini bildirmiş, o da uşaqları hər iki valideynlərinin razılığı olmadan aparmağın mümkün olmadığını demişdir. Buna görə də onların xaricə getmək planı baş tutmamışdır. O, həmin pulu anasının kartından çıxarmışdır. Bundan başqa Zülfiyyədən heç nə almamışdır. Lakin zərərçəkmiş şəxslərlə barışıq əldə etmiş, onlara dəymiz ziyanı ödəmişdir. Zərərçəkmiş şəxslərin ondan tələb və şikayətləri yoxdur. Göstərilənləri nəzərə alıb ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, o, Beyləqan rayonu, Kəbirli kəndində qeydiyyatda olmaqla yaşayır. Beyləqan rayonu, Kəbirli kəndində yaşayan Zərərçəkmiş şəxs5 onun qardaşı Şahid1 arvadıdır. Zərərçəkmiş şəxs5 ilə həmişə yaxşı münasibətləri olmuşdur. Zülfiyyə əri İnqilabla Beyləqan rayonu, Kəbirli kəndində atası Zərərçəkmiş şəxs3 məxsus evdə yaşamışlar. 15 aprel 2023-cü il tarixdə gəlinləri Zərərçəkmiş şəxs5 onun yaşadığı evə gələrək ona yaxın günlərdə bacısının toyu olacağını deyib toy şənliyində onun qızıl boyunbağısını taxmaq istədiyini bildirmişdir. O, Zülfiyyəyə inanmış və özünə məxsus bir ədəd qızıl boyunbağını Zülfiyyəyə vermişdir. Bir müddət sonra anası Zərərçəkmiş şəxs4 ona Zülfiyyənin evdən çıxıb getdiyini, gedərkən də evdən anasına məxsus qızıl-zinət əşyaları və pulları da götürüb apardığını demişdir. O, anasına Zülfiyyənin ona məxsus qızıl boyunbağını da aldığını demişdir. Sonradan Zülfiyyənin onun boyunbağısını guya boyunbağının anasına məxsus olduğunu deyərək qardaşı Atinə vermiş və Atinə boyunbağını lombarda qoyub pul götürərək pulu anasına göndərməsini bildirmişdir. Qardaşı Atin də Zülfiyyəyə inanıb onun boyunbağısını Beyləqan şəhərində lombarda qoyub pul götürərək həmin pulu Zülfiyyənin dediyi bank kart hesabına göndərmişdir. X7 rayonu, Örənqala qəsəbəsində yaşayan qohumları Zərərçəkmiş şəxs2 da qonaqlıqda taxmaq adı ilə aldadaraq bir ədəd boyunbağı, bir ədəd qolbağı, bir ədəd üzük və bir cüt sırğadan ibarət qızıl dəsti almışdır. Ona məxsus boyunbağı yastı və iri formalı sadə qızıl olmuş, qızıl boyunbağını hadisədən əvvəl 3300 manata almış, çəkisi 41 qram, əyarı isə 583 olmuşdur. Daha sonra məlum olmuşdur ki, Zülfiyyə bütün bu hərəkətləri Təqsirləndirilən şəxs ilə birlikdə törətmişdir. Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə təqdim edərək ona dəymiş ziyanın təqsirləndirilən şəxs tərəfindən tam şəkildə ödənildiyini, təqsirləndirilən şəxsdən tələb və şikayətinin olmadığın göstərmiş və təqsirləndirilən şəxsə həbslə əlaqədar olmayan daha yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Beyləqan rayonu, Kəbirli kəndində yaşayan Zərərçəkmiş şəxs5 onun həyat yoldaşının dayısı oğlu İntiqam Şirinovun arvadıdır. Zərərçəkmiş şəxs5 ilə həmişə yaxşı münasibətləri olmuşdur. Təqsirləndirilən şəxs isə tanımamışdır. Zülfiyyə tez-tez onların evinə gəlib-getmişdir. 2023-cü ilin mart ayının əvvəllərində dəqiq xatırlamadığı gündə Zülfiyyə yaşadığı evə gələrək qonaqlığa getməli olduğunu, özünün qızıl-zinət əşyaları anasının çantasında qaldığı üçün qonaqlıqda taxmağa qızılı olmadığını demişdir. Zülfiyyə ondan öz qızılzinət əşyalarını istifadə etmək üçün ona verməsini xahiş etmişdir. O, da Zülfiyyəyə inanıb özünə məxsus bir dəst qızıllarını ona vermişdir. Bir dəst qızıl bir ədəd boyunbağı, bir ədəd qolbaq, bir ədəd üzük və bir cüt sırğadan ibarət eyni formalı, sadə qızıllar olmuş, 12 il bundan əvvəl ailə quran zaman ona hədiyyə alınmışdır. Qızılların ayrı-ayrılıqda çəkilərini dəqiq bilmir. Həmin qızl-zinət əşyalarının ümumi çəkisi 65 qram olmaqla 583 əyarlıdır. Həmin qızılların hazırkı dəyərinin 4500 manatdır. Zülfiyyə qızılları ondan alıb getmiş, ancaq qızılları qaytarmamışdır. Bir müddət sonra Zülfiyyənin baldızı Xariqə Əliyavadan da qızıl boyunbağı alıb qaytarmadığını, yaşadığı evdən qayınanasına məxsus qızılları da götürüb getdiyini eşitmişdir. O, bunu eşidəndən sonra Zülfiyyənin onu aldadaraq qızıl-zinət əşyalarını ələ keçirdiyini başa düşmüşdür. Buna görə də Zülfiyyənin barəsində Beyləqan rayon polis şöbəsinə müraciət etmişdir. Həmin vaxt ona məlum olmuşdur ki, Zülfiyyə həmin hərəkətləri Təqsirləndirilən şəxsla tik-tok vasitəsi ilə tanış olduqdan sonra onunla birlikdə törətmişdir. Zərərçəkmiş şəxs2 oğlu məhkəməyə ərizə göndərərək ona dəymiş ziyanın tam şəkildə ödənildiyini, təqsirləndirilən şəxsdən tələb və şikayətinin olmadığın göstərmiş və təqsirləndirilən şəxsə həbslə əlaqədar olmayan daha yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, 25 aprel 2023-cü il tarixdə Daxili İşlər Nazirliyinin 102 xidmətinə gəlinləri Zərərçəkmiş şəxs5 Baxşeyş qızının yaşadığı evdən 5000 manat pulunu və həyat yoldaşı Zərərçəkmiş şəxs4 məxsus qızılları aparması barədə məlumat vermişdir. Şahid1 onun oğludur. İnqilab onunla birlikdə Beyləqan rayonu, Kəbirli kəndində ona məxsus olan evdə yaşamışlar. Şirinova X1 həyat yoldaşıdır. Onların iki övladı vardır. Zülfiyyə ilə münasibətləri hər zaman normal olmuşdur. O, 20 aprel 2023-cü il tarixdə günorta saatlarında yaşadığı evdən Beyləqan rayonu Kəbirli kəndinə qızına məxsus olan evə həyat yoldaşı Zərnişan ilə birlikdə getmişdir. Axşam saatlarında evə qayıtdıqda Zülfiyyə evdə olmamışdır. O, İnqilabdan Zülfiyyənin harada olmasını soruşduqda Zülfiyyənin getməsini bildirmişdir. O, Zülfiyyənin evdən küsüb getməsini, İnqilabla mübahisə etməsini düşünmüş və Zülfiyyənin geri qayıdacağını fikirləşmişdir. Lakin Zülfiyyə zənglərə cavab verməmiş, sonradan evə baxdıqda Zülfiyyənin evdən, onun yataq otağındakı dolabda saxladığı 5000 manat pulunu götürüb getdiyini müəyyən etmişdir. Zərnişan da Zülfiyyənin onun qızıllarını da otaqlarındakı çantasından götürdüyünü bildirmişdir. Zülfiyyə həyat yoldaşı Zərnişana məxsus olan çantanın içərisindən bir cüt sırğası, bir ədəd qolbağı, bir ədəd üzük və bir ədəd boyunbağı olan qızıl dəstini də oğurlamışdır. X12 ilə danışıb onun geri qaytarmağa çalışsa da Zülfiyyə geri qaytmamışdır. Bundan sonra Zülfiyyənin getməmişdən bir neçə gün əvvəl qızı Zərərçəkmiş şəxs1 qızıl boyunbağısını aldığını və onu oğlu Atinə verdiyini, Zülfiyyə Atinə həmin qızılın ona məxsus olmasını və bacısına toyu ilə əlaqədar pul lazım olduğu üçün həmin qızılı lombarda qoyaraq pulu tanımadığı hesaba göndərməsini istədiyini, Atinin də onlara məlumat vermədən Zülfiyyədən qızılı alıb lombarda verdiyini, pulu götürərək Zülfiyyənin ona dediyi hesaba həmin pulu göndərdiyini öyrənmişdir. Bundan əlavə Zülfiyyə bacısı oğlu Ramilin həyat yoldaşı Zərərçəkmiş şəxs2 toyda taxmaq adı ilə bir dəst qızıl almışdır. Həmin qızılı Zülfiyyənin nə etdiyini bilməmişdir. O, 5000 manat pulu özünün yataq otağındakı dolabda saxlamışdır. Zülfiyyə də həmin dolabdan 5000 manat pulu götürmüşdür. Həmin pul ona məxsus olmuş, Zülfiyyə həyat yoldaşı Zərnişana məxsus olan qızılları da onların yataq otağından pul olan dolabın içərisində olan Zərnişana məxsus çantadan götürmüşdür. Zülfiyyə Zərnişanın içərisində bir cüt sırğa, bir ədəd üzük, bir ədəd boyunbağı və bir ədəd qolbaq olan qızıl dəstini oğurlamışdır. O, 5000 manat pulu heyvanları yaylağa aparmaq üçün xərclik olaraq saxlamışdır. Sonradan məlum olmuşdur ki, gəlini Zülfiyyə tik-tok vasitəsilə Nurlan adlı oğlanla tanış olmuş, onlar evlənmək qərarına gəlmiş, Nurlan Zülfiyyəni aldatdığına görə Zülfiyyə pulları və qızılları Nurlana vermişdir. Zərərçəkmiş şəxs3 məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxslə barışdığını, təqsirləndirilən şəxsdən tələb və şikayətinin olmadığın göstərmiş və təqsirləndirilən şəxsə yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərdi ki, 25 aprel 2023-cü il tarixdə həyat yoldaşı Zərərçəkmiş şəxs3 Daxili İşlər Nazirliyinin 102 xidmətinə gəlini Zərərçəkmiş şəxs5 evdən 5000 manat pul və ona məxsus qızılları aparması barədə məlumat vermişdir. Şahid1 onun oğludur. İnqilab onlarla birlikdə Beyləqan rayonu, Kəbirli kəndində onlara məxsus olan evdə yaşamışdır. Zərərçəkmiş şəxs5 onların gəlinidir. Zülfiyyə ilə münasibətləri hər zaman normal olmuşdur. 20 aprel 2023-cü il tarixdə günorta saatlarında o, yaşadığı evdən Beyləqan rayonu, Kəbirli kəndinə qızına məxsus olan evə həyat yoldaşı Fazillə birlikdə getmişdir. Axşam saatlarında evə qayıtdıqda Zülfiyyə evdə olmamışdır. O, İnqilabdan Zülfiyyənin harada olmasını soruşduqda Zülfiyyənin getməsini bildirmişdir. Zülfiyyənin geri qayıdacağını fikirləşmiş, lakin Zülfiyyə zənglərə cavab verməmişdir. Sonradan Fazil evə baxdıqda Zülfiyyənin onun evdə dolabda saxladığı 5000 manat pulu götürüb getdiyini müəyyən etmişdir. O da evə baxan zaman Zülfiyyənin qızıllarını da götürdüyünü aşkar etmişdir. Zülfiyyə ona məxsus olan çantanın içərisindən tərkibində bir cüt qızıl sırğa, bir ədəd qızıl qolbaq, bir ədəd qızıl üzük və bir ədəd qızıl boyunbağı olan qızıl dəstini götürmüşdür. Fləmin qızılları 1980-ci illərdə həyat yoldaşı Fazil ona almışdır. Qızıllar rus qızılı olmuş, onun qızıl dəstinin içərisində 15 qram çəkidə, 583 əyarlı bir ədəd qızıl boyunbağı, 10 qram çəkidə, 583 əyarlı bir cüt qızıl sırğa, 8 qram çəkidə, 583 əyarlı bir ədəd qızıl üzük və 10 qram çəkidə, 583 əyarlı bir ədəd qızıl qolbaq olmuşdur. Onun qızıl dəstinin ümumi çəkisi 43 qram, 583 əyarlı, dəyəri 5000 manat olmuşdur. Zülfiyyə bütün bunları Təqsirləndirilən şəxsla törətmişdir. Zərərçəkmiş şəxs4 məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxslə barışdığını, təqsirləndirilən şəxsdən tələb və şikayətinin olmadığın göstərmiş və təqsirləndirilən şəxsə yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərdi ki, Şahid1 onun əridir. İnqilabla münasibti əvvəllər normal olsa da qatnatası Fazil ilə müansibəti yaxşı olmamışdır. Qaynatası onunla normal rəftar etməmiş, onları evdən çıxarmaq istəmişdir. O, İnqilabla birlikdə Beyləqan rayonu, Kəbirli kəndində qaynatası Fazilə məxsus olan evdə yaşamışlar. 06 fevral 2023-cü il tarixdə o, tik- tok sosail şəbəkəsində Emrel adlı şəxs ilə mobil telefonda tanış olmuşdur. Həmin şəxs ilə bir neçə gün tanışlıq etdikdən sonra 10 gün ərzində sevgili kimi danışmağa başlamışlar. Emrel Bakı şəhərində yaşadığını, ondan xoşu gəldiyini demişdir. Emrel ona Almaniyaya gedib qaçqın kimi orada birlikdə yaşamağı demiş, o da razılıq vermişdir. Emrel isə ona getmək üçün hazırlıq görməyə pulunun çatmadığını, pul tapa bilirsə tapıb ona göndərməsini demişdir. Həmçinin Emrel üzərinə gələrək qızılları varsa ona verməsini, həmin pulu lombarda qoyaraq pul götürəcəyini, sonra həmin pulu ona qaytaracağını demiş, o, da razılaşmışdır. 2023-cü ilin fevral ayının sonlarında özünə məxsus üzük, boyunbağı, qolbaq, sırğa olan qızıl dəstini Emrele vermişdir. Həmin dəstin tərkibində olan üzük 585 əyarlı, 3 qram çəkidə, 200 manat dəyərində, boyunbağı 585 əyarlı, 10 qram çəkidə, 700 manat dəyərində, qolbaq 585 əyarlı, 5 qram çəkidə, 350 manat dəyərində və bir cüt sırğa 585 əyarlı, 4 qram çəkidə, 250 manat dəyərində olmuşdur. Onun qızıl dəstinin ümumi dəyəri 1500 manat olmuşdur. O, Emrellə bir dəfə görüntülü mobil telefonda danışmış, lakin onunla görüşməmişdir. Emrel qızılı ondan necə götürəcəyini soruşmuş, o da qızılları evlərinin yaxınlığında olan sayğacın üzrinə qoyacağını demişdir. O, qaranlıq olmamış qızılları sayğacın üzərinə şüşə qabın içərisində qoyub Emrelə yerini bildirmişdir. Təxminən iki saat ərzində Emrel gəlmişdir. Emrel ilk dəfə idi yaşadığı kəndə gəlmişdir. O, Emrellə mobil telefonda danışa-danışa yaşadığı evin yerini və yolunu təsvir etmişdir. Emrel pulu götürdükdən təxminən 15 gün sonra yenə ondan sənəd hazırlamaq üçün pul istəmiş və ona iki gün ərzində gedəcəklərini demişdir. O da buna görə qaynanasının qızıl sırğasını, özünə məxsus iki ədəd qızıl üzük və qızıl sepi götürüb yenə də eyni qaydada sayğacın üzərinə qoymuşdur. Emrel də gələrək sayğacın üzərindən qızılları götürmüş, sonra onunla danışa bilməmişdir. Ona məxsus iki ədəd qızıl üzüyün hər biri 3,5 qram, 585 əyarlı, hər biri 250 manat olmaqla cəmi 500 manat dəyərində olmuş, Nurlana verdiyi qızıl boyunbağı isə 9 qram, 585 əyarlı, 800 manat dəyərində olmuşdur. Bir gün sonra Emrel əmisinin vəfat etdiyini, başının qarışıq olduğunu demişdir. Bir müddət sonra uşaqların sənədi üçün Emrel yenə ondan pul istəmiş, o da uşaqlarını apara bilməsi üçün qohumu olan Sevilə toya gedəcəyini, ona qızıllarını taxmaq üçün verməsini demişdir. Sevil də ona qızıl boyunbağı, qolbaq, sırğa və üzüyünü vermişdir. O, yenə eyni qaydada həmin qızılları sayğacın üzərinə qoymuş, Emrel səhəri gün zəng edərək sayğacın üzərinə qoyduğu uşaq corabının içərəsindən kağız çıxdığını, dostunun onu aldatdığını, qızılı götürüb vermədiyini, boynuna almadığını demişdir. Emrel dostunun sonradan Dubaya getdiyini demişdir. Emrel yenə də pul lazım olduğunu demişdir. Bir müddət sonra 07 mart 2023-cü il tarixdə evdə mübahisə yaranmışdır. O, evdən çıxaraq Bakı şəhərinə getmiş, evdən çıxanda həyat yoldaşı İnqilaba məxsus 500 manat pulu evdə olan mebelin üzərindən götürmüş və heç kimə xəbər vermədən axşam saatlarında taksi ilə Bakı şəhərinə getmidir. Sabirbad rayonunda 500 manat pulu taksidən düşərək Emrelin ona dediyi **********095365 nömrəli bank kartına göndərmişdir. Sonra da Bakı şəhərinə gedib orada qalmışdır. Sonradan atası gələrək onu Bərdə şəhərinə aparmışdır. Bərdədə 18 gün qaldıqdan sonra Bakı şəhərinə, oradan da Beyləqan rayonuna gəlmişdir. Emrel ona 20 aprel 2023-cü il tarixdə Almaniyaya gedəcəklərini, bilet aldığını, buna görə əl xərcliyi lazım olduğunu, həmin pulu dollara çevirməli olduğunu demişdir. O da buna görə pulu necə əldə edəcəyini düşünmüş, buna görə də baldızı Xariqənin yanına gedərək ona toya gedəcəyini, qızıllarını taxması üçün ona verməsini demişdir. Xariqə də razılıq vermişdir. O, Xariqədən qızılı alıb evə gəlmiş, sonra qaynı Atinə verərək bacısnının xeyir işinə görə pul lazım olduğunu, qızılı lombarda qoyaraq kredit götürüb pulu anasına göndərməsini demişdir. O, Atinə heç kimə bu barədə danışmamasını, lombardın kreditini anasının ödəyəcəyini demişdir. Razılıq verdikdən sonra Atinə hesab nömrəsini vermiş, Atin Beyləqan rayonunda lombardda qızılın qiymətin ölçdürmüş, qızıl 2356 manat pul etmişdir. Atin lombarddan 2175 manat pul götürüb 2000 manat pulu verdiyini kart hesabına göndərmiş, 175 manat pul qalmışdır. O, 75 manat pulu özü götürmüş, 100 manatını isə Atinə vermişdir. Sonra da səhəri gün İnqilabın yaxın dostu Mahirə zəng edib İnqilabın xəbəri olmadan bacısının xeyir işinə görə 200 manat pul lazım olduğunu demişdir. O, Mahirə Emrelin hesab nömrəsini vermiş, Mahir də pulu Emrelin verdiyi hesaba yükləmişdir. Səhəri gün yaşadığı evdə olarkən Emrelə yığmış, gedəcəklərini düşünmüş, lakin Emrel ona yazmamışdır. Saat 21:00-da Emrel ona yazdığı səhifənin dostunun olduğunu, buna görə dostunun həyat yoldaşı ilə dalaşdığını bildirmişdir. Onlar 23:00-da təyyarə ilə getməli olduğu üçün artıq Emrelin onu aldatmasını başa düşmüşdür. Qaynanası, qaynatası və oğlu evdə olmamış, həyat yoldaşı İnqilab isə yatmışdır. O, taksiyə zəng etmiş, taksi gəldikdən sonra o, saat 22:00-da evdən çıxıb taksiyə minib getmişdir. Yolda Emrelin həyat yoldaşı kimi özünü təqdim edən şəxs ona ailəsini dağıtdığını yazmış, o da Emrelin ailəli olmasını bilmədiyini demiş və onlar telefonda mübahis etmişlər. Özünü Emrelin həyat yoldaşı kimi təqdim edən qadın Emrelin adının Samir olduğunu demiş, şəkil atmış, həmin şəkildəki adamı tanımamışdır. Həmin an da Emrel ona yazaraq onu aldatdığını, ailəli olduğunu, ailəsinin xəbəri olduğunu, evdə mübahisə yarandığını, ailəsi ilə münasibətinin pisləşdiyini, əsil adının Təqsirləndirilən şəxs olduğunu, Mingəçevir şəhərində yaşadığını deyib uşaqları atıb burdan getməsini təklif etmişdir. O, isə uşaqlarını atmayacağını demişdir. Emrel ona səhəri gün görüntülü zəng edəcəyini desə də zəng etməmiş, o da buna görə Bərdə şəhərinə getmişdir. Ona dəymiş ziyanın 2000 manatı təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Qalan ziyan isə ödənilməmişdir. Həmin ziyanın da ödənilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, 25 aprel 2023-cü il tarixdə atası Zərərçəkmiş şəxs3 Daxili İşlər Nazirliyinin 102 xidmətinə həyat yoldaşı Zərərçəkmiş şəxs5 evdən 5000 manat pul və anası Zərərçəkmiş şəxs4 məxsus qızılları aparması barədə şikayət etmişdir. Zərərçəkmiş şəxs5 onun həyat yoldaşıdır. Zülfiyyə ilə birlikdə Beyləqan rayonu, Kəbirli kəndində atası İnqilaba məxsus olan evdə yaşamışlar. 20 aprel 2023-cü il tarixdə günorta saatlarında atası bacısı Xariqənin evinə getmişdir. O, isə yaşadığı evdə qalaraq heyvanlara baxmışdır. Sonra evə gedərək evdə yatmışdır. O, oyandıqdan sonra Züıfiyyənin evdə olmadığını görmüşdür. Zülfiyyəni axtarsa da tapa bilməmiş, Zülfiyyə ilə telefon əlaqəsi saxlamaq istəmiş, lakin əlaqə saxlaya bilməmişdir. Zülfiyyə bundan öncə bir dəfə də evdən bu cür xəbərsiz çıxaraq atasının yanına Bərdə şəhərinə getmişdir. O, yenə də Zülfiyyənin atasının evinə getdiyini düşünmüş, Zülfiyyə zənglərinə cavab verməmişdir. Sonradan anası və atası gəlmişdir. Atası Fazil evə baxdıqdan sonra dolabda saxladığı 5000 manat pulu Zülfiyyənin götürüb getdiyini demiş, anası da Zülfiyyənin onun qızıllarını da götürdüyünü demişdir. Zülfiyyə anasına məxsus yataq otağında yerləşən dolabda olan çantanın içərisindən bir cüt sırğanı, bir ədəd qolbaq, bir ədəd üzük və bir ədəd boyunbağı olan qızıl dəstini də götürmüşdür. O, buna görə Bərdə şəhərinə gedərək Zülfiyyə ilə danışsa da Zülfiyyə ona nə üçün qızılları götürməsini deməmişdir. Bundan sonra Zülfiyyə getməmişdən bir neçə gün əvvəl bacısı Zərərçəkmiş şəxs1 də qızıl boyunbağısını alıb qardaşı Atinə verdiyini, Zülfiyyə Atinə həmin qızılın ona məxsus olmasını və bacısına toyu ilə əlaqədar pul lazım olduğu üçün həmin qızılı lombarda qoyaraq pulu tanımadığı hesaba göndərməsini istəmişdir. Atin də onlara məlumat vermədən Zülfiyyədən qızılı alıb lombarda vermiş, pulu götürərək Zülfiyyənin ona dediyi hesaba həmin pulu göndərmişdir. Bundan əlavə Zülfiyyə dayısı oğlunun həyat yoldaşı Zərərçəkmiş şəxs2 toyda taxmaq adı ilə bir dəst qızıl almışdır. O, həmin qızılı Zülfiyyənin nə etdiyini bilmir. İş üzrə şahid qismində dindirilmiş Şahid2 məhkəmədə verdiyi ifadəsində göstərdi ki, 18 aprel 2023-cü il tarixdə axşam saatlarında Zərərçəkmiş şəxs5 istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edərək bacısının xeyir işi olduğu üçün pula ehtiyacının olduğunu, buna görə də deyəcəyi kart hesabına pul göndərməsini istəmişdir. O da 200 manat pulu olduğunu bildirmişdir. Zülfiyyə qızılı olduğunu, lakin onu satmaq istəmədiyini, əlinə pul düşən kimi pulu qaytaracağını bildirmişdir. O, Zülfiyyə ilə razılaşmış, Zülfiyyə telefonda ona bir kart hesabının nömrəsini demiş, o da Beyləqan rayonu, Örənqala qəsəbəsi ərazisində yerləşən “Cəfər” marketə gedib Zülfiyyənin dediyi hesaba 200 manat pulu göndərmişdir. Zülfiyyə həmin 200 manatı ona qaytarmamışdır. Bir müddət sonra Zülfiyyənin pulu qaytarmaq istəmədiyini görüb ondan pulu qaytarmasını tələb etmiş, Zülfiyyə də heç kimə deməməsi üçün ona and vermiş və pulu qatracağını demişdir. Bir müddət sonra Zülfiyyənin başqa şəxsləri də aldatdığını, evdən çıxıb getdiyini eşitmişdir. O, 200 manat pulu Zərərçəkmiş şəxs5 borc olaraq verdiyini, hazırda da həmin 200 manat pulu qaytardığını bildirmişdir. O, Şahid3 lombarda qızıl boyunbağı qoyub pul götürmək üçün onunla Beyləqan şəhərinə getdiyini bildirmişdir. O, Atini taksi olaraq aparmışdır. Həmin vaxt Atin Zülfiyyə ilə danışıb Zülfiyyənin dediyi bir kart hesabına 2000 manat pulu Beyləqan şəhəri ərazisində yerləşən “Micromart” marketdən “eManat” aparatı vasitəsilə köçürmüşdür. X5 vasitəsilə göndərdiyi pulun çek vasitəsilə kimə göndərilməsini öyrənmişlər. İş üzrə şahid qismində dindirilmiş Şahid4 məhkəmədə verdiyi ifadəsində göstərdi ki, Şahid3 əvvəllər tanımamışdır. Şahid3 onun yeni müştərisi olmuş, onunla aralarında hər hansı ədavət və ya düşmənçilik olmamışdır. O, 2022-ci ilin oktyabr ayından 2023-cü ilin noyabr ayına kimi "xxxx" Açıq Səhmdar Cəmiyyətində satış məsləhətçisi kimi işləmişdir. 18 aprel 2023-cü il tarixdə Şahid3 işlədiyi yerə gəlib qızılzinət əşyası olan qızıl boyunbağı girov qoyaraq kredit götürmək istədiyini bildirmiş, o, kreditin rəsmiləşdirilməsini həyata keçirmişdir. Bu zaman Şahid3 2356 manat kredit hesablanmış, hesablanan kreditdən marketinq, zərgər pulu və komissiya tutulduqdan sonra 2175 manat pul Şahid3 təqdim edilmişdir. Bundan təxminən beş gün sonra Şahid3 krediti tam ödəyib qurtarmış və qızıl boyunbağını təhvil almışdır. İş üzrə Şahid3 məhkəməyə ərizə göndərərək məhkəmə iclasına gələ bilməcəyini və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini göstərmişdir. Şahid3 məhkəmədə elan olunmuş və ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs5 qardaşı Şahid1 arvadıdır, onların hazırda boşanma ilə bağlı məhkəmədə işləri, davam edir, onlarla aralarında heç bir ədavət və ya düşmənçilikləri yoxdur. Zərərçəkmiş şəxs5 18 aprel 2023-cü il tarixdə ona bir ədəd qızıl boyunbağı verib anasına məxsus olduğunu bildirmiş və ondan həmin qızılı lombarda qoyub pul götürərək ona verdiyi kart hesabına 2000 manat pul göndərməsini istəmişdir. O, Beyləqan şəhəri ərazisində yerləşən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə gedib Zülfiyyənin verdiyi qızılı girov qoymuşdur. Həmin şirkətin əməkdaşı ona 2356 manat kredit hesabladığını, lakin həmin məbləğlərdən tutulmalar həyata keçirildiyini və ona 2175 manat verilə biləcəyini bildirmişdir. O, bu barədə Zülfiyyəyə zəng edib dedikdə Zülfiyyə razılaşaraq onu tələsdirib anasına vacib pul lazım olduğunu bildirmişdir. O da razılaşıb 2175 manat pulu götürüb yaxınlıqdan olan “Mikromart” marketdə yerləşdirilmiş terminaldan 2000 manat pulu Zülfiyyənin dediyi kart hesabına göndərmişdir. Terminal “eManat” aparatı, pulu göndərdiyi hesab isə bir qadına aid olmuşdur. Zülfiyyə kart sahibinin bir qohumu olduğunu bildirmişdir. Bundan sonra o, Zülfiyyənin yanına gəlib 175 manatı təqdim etmiş, Zülfiyyə həmin puldan ona yol pulu vermişdir. Zülfiyyənin ona nə qədər pul verməsini xatırlamır. İş materiallarına əlavə edilmiş cinayət işinin başlanması və icraata götürülməsi barədə qərardan görünür ki, cinayət işinin başlanmasına səbəb və əsas Beyləqan rayonu, Kəbirli kəndində yaşayan Zərərçəkmiş şəxs3 ona məxsus 5000 manat pulun və arvadına məxsus 10000 manat dəyərində qızıl zinət əşyalarının gəlini Zərərçəkmiş şəxs5 tərəfindən oğurlanması barədə 25 aprel 2023-cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidməti zəng mərkəzinə, qohumu Zərərçəkmiş şəxs5 ondan qonaqlıqda taxmaq üçün 4500 manat dəyərində bir dəst qızılını alıb bir daha geri qaytarmayaraq onu aldatmasını bildirməsi barədə Beyləqan rayonu, Örənqala qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs2 15 may 2023-cü il tarixli ərizə ilə, qardaşı arvadı Zərərçəkmiş şəxs5 ondan toy mərasimində taxmaq üçün 3300 manat dəyərində bir dəst qızılını alıb bir daha geri qaytarmayaraq onu aldatmasını bildirməsi barədə Beyləqan rayonu, Kəbirli kəndində yaşayan Zərərçəkmiş şəxs1 15 may 2023-cü il tarixli ərizə ilə Beyləqan rayon polis şöbəsinə etdikləri müraciətlər əsasında Beyləqan rayon polis şöbəsinin Təhqiqat bölməsində, daha sonra İstintaq bölməsində toplanmış materiallar olmuşdur. İş materiallarına əlavə edilmiş “Baxış keçirilməsi haqqında” 19 aprel 2024-cü tarixli protokoldan görünür ki, Azercell Telekom MMC-dən daxil olmuş məktubda qısa nömrələrdən, xidmət nömrələrindən (internet üzərindən) göndərilən SMS mətnlərinin, “Whatsapp” vasitəsilə göndərilən səsli və yazılı mesajların qeydiyyatı aparılmır. **********06 saylı mobil nömrənin Beyləqan rayon məhkəməsinin qərarında göstərilən müddətdə Azercell şəbəkəsində istifadəsi aşkar olunmamışdır. Bundan sonra "xxxx" MMC-dən daxil olmuş məktuba əlavə edilmiş, yaddaşında telefon danışıqları barədə məlumatlar olan CD disk “HP” markalı kompyuterə qoşularaq və sonra «Kompüter» pəncərəsində açıldıqda “DVD RW Disk qurğusu” proqramı açıldı. Həmin proqrama daxil olduqda sonra açılmış 17611 adlı fayla daxil olduqda **********41.txt, 503790041_SMS.txt, ********* antena.xlsx, ********* abunechiler.xls adlı fayllar açıldı. Həmin fayllara baxış keçirilən zaman 21,03.2023-cü il tarixdə saat 15:51 -də **********41 saylı mobil nömrədən **********41 saylı mobil nömrəyə “Xanım Tapa bildin nömrəni” məzmunlu, saat 15:52-də **********41 saylı mobil nömrəyə “Gözləyirəm ürəyim” məzmunlu mesaj yazılmışdır. xx.xx.2023-cü il tarixdə saat 15:40-da **********41 saylı mobil nömrədən **********41 saylı mobil nömrəyə “Atin sən Allah bir söz de mamamgil gözdüyür şəhərdə hərgün çıxa bilmirlər alınır yoxsa” məzmunlu mesaj yazılmışdır. xx.xx.2023-cü il tarixdə saat 16:08-də **********41 saylı mobil nömrədən **********51 saylı mobil nömrəyə “Çeki orda bir yerə qoyarsan götürərəm”, xx.xx.2023-cü il tarixdə, saat 19:09-da “Çeki neylədin”, saat 19:10-da **********51 saylı mobil nömrədən **********41 saylı mobil nömrəyə “məndə”, “Gelcem”, **********41 saylı mobil nömrədən **********51 saylı mobil nömrəyə “Həə yaxşı”, saat 19:11 -də **********51 saylı mobil nömrədən **********41 saylı mobil nömrəyə “kontur geldi sen", saat 19:12-də **********41 saylı mobil nömrədən **********51 saylı mobil nömrəyə “Həə sən yükləmisən niyə”, saat 19:13-də **********51 saylı mobil nömrədən **********41 saylı mobil nömrəyə “Dedim birden olmaz”, saat 19:16-da **********41 saylı mobil nömrədən **********51 saylı mobil nömrəyə "Birdə atmada prablem olar”, saat 16:34-də **********51 saylı mobil nömrədən **********41 saylı mobil nömrəyə “He lazim olda de”, saat 20:52-də **********41 saylı mobil nömrədən **********51 saylı mobil nömrəyə “Çeki hara qoymusan götürüm maşından”, saat 20:53-də **********51 saylı mobil nömrədən **********41 saylı mobil nömrəyə “Əkabinin icde”, **********41 saylı mobil nömrədən **********51 saylı mobil nömrəyə “Həə yaxşı sağol”, saat 20:54-də **********41 saylı mobil nömrədən **********51 saylı mobil nömrəyə “siz sağolun” məzmunlu mesajlar yazılmışdır. Bundan başqa xx.xx.2023-cü il tarixdə saat 23:47-də **********07 saylı mobil nömrədən **********41 saylı mobil nömrəyə “Teli aç bir dəqiqə”, saat 23:49-da **********41 saylı mobil nömrədən **********07 saylı mobil nömrəyə “Məni bağışla sənə haqsızlıq etmək istəmirəm sən çox yaxşı insansan utanıram sənlə danışmağa haqqını halal elə Bu qədər səflər etdim nolar boşa məni artıq allnrnaz səndə bilirsən başına dönüm mən çox pis insanam kimləsə getmirəm inan allaha” məzmunlu, saat 23:51-də **********07 saylı mobil nömrədən **********41 saylı mobil nömrəyə "Utanma bircə dəyqə cavab ver” məzmunlu, 21,04.2023-cü il tarixdə, saat 23:49-da **********41 saylı mobil nömrədən **********07 saylı mobil nömrəyə” Utanıram saat 00:23-də “Etdiklərinə görə, Qızıl məsələsin deyirəm”, saat 09:54-də “Atam səndən qızıl soruşsa de məndədi mən sənə hərşeyi deyəcəm” məzmunlu mesajlar yazılmışdır. Bundan başqa 21,04.2023-cü il tarixdə saat 14:41-də **********51 saylı mobil nömrədən **********41 saylı mobil nömrəyə “He atin mene dedi cek sende durur birci cek nese berk axdarir”, saat 14:42-də “iksde men cekmşdim şeklin”, **********41 saylı mobil nömrədən **********51 saylı mobil nömrəyə “Vermə”, saat “14:43-də **********51 saylı mobil nömrədən **********41 saylı mobil nömrəyə “Yaxşı”, **********51 saylı mobil nömrədən **********41 saylı mobil nömrəyə “Yox men dedim deysen silmş” saat 14:44-də “Ne mesldi bu” məzmunlu mesajlar yazılmışdır. Baxış zamanı ********** saylı mobil nömrə Zərərçəkmiş şəxs5, ********** saylı mobil nömrə X6, ********** saylı mobil nömrə Şahid1 adına rəsmiləşdirilməsi müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş “Baxış keçirilməsi haqqında” 08 may 2024-cü tarixli protokoldan görünür ki, Beyləqan rayonu, Kəbrili kəndində ayaşayan Zərərçəkmiş şəxs3 ailə üzvləri ilə birlikdə yaşadığı evə baxış keçirilmişdir. Ev mişar daşından inaş edilmişdir. İki daş kürsü üzərindədir,evin ön hissəsində evə birləşik çardaq vardır. Çardağın bir tərəfi ev, digər tərəfləri metal torla əhatələnmişdir. Çardağa girişdə dəmir materialdan çərçivəsi olan metal tordan hazırlanmış giriş qapısı vardır. Evə daxil olduqda girişdə qonaq otağı, qarşıda qonaq otağına açılan iki yataq otağı, sağda mətbəx yerləşir. Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 solda yerləşən yataq otağını təqdim edərək həmin otağın onlara məvxsus olduğunu, Zərərçəkmiş şəxs5 həmin otaqdan oğurluq etməsini bildirmişlər. Otaqların giriş qapısı taxta materialdandır. Fləmin yataq otağına daxil olduqda qarşıdan göy rəngli qapısı olan şkaf vardır. Zərərçəkmiş şəxs4 həmin şkafın qapısını açaraq şkafın yuxarı hissəsində olan qara rəngli qadın çantasını və bir ədəd taxta qutunu təqdim edib çantanın içərisindən ona məxsus qızıl dəstinin, qutunun içərisindən Zərərçəkmiş şəxs3 məxsus 5000 manat pulu Zərərçəkmiş şəxs4 oğurladığını bildirmişdir. Daha sonra Zərərçəkmiş şəxs4 oğlu Şahid1 yataq otağında olan termonu təqdim edib oğlu Şahid1 500 manat pulunun Zərərçəkmiş şəxs4 tərəfindən oğurlandığını bildirdiyini demişdir. İş materiallarına əlavə edilmiş “Baxış keçirilməsi haqqında” 26 avqust 2024-cü tarixli protokoldan görünür ki, X4 məxsus "Kapital Bank” Açıq Səhmdar Cəmiyyətinə aid olan **********095365 nömrəli bank kartının bağlı olduğu hesaba 18 aprel 2023-cü il tarixdə saat 16:41 -də 2000 manat pul terminadan mədaxil edilmiş, 18 aprel 2023-cü il tarixdə saat 19:18-də 2000 manat pul ünvan 1 ünvanında quraşdırılmış ATM vasitəsilə nağdlaşdırma aparılmışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyətindən daxil olmuş məktuba əlavə edilmiş 01 ədəd CD diskə baxış keçirilən zaman 18 aprel 2023-cü il tarixdə saat 19:18-də bir nəfər kişi cinsli şəxsin ATM-dən pul çıxarması müşahidə edilmiş, Təqsirləndirilən şəxs həmin şəkildəki şəxsin özünün olduğunu bildirərək həmin vaxt Zərərçəkmiş şəxs5 göndərdiyi 2000 manat pulu çıxardığını bildirmişdir. Baxış zamanı bir nəfər başqa kişi cinsli şəxsin də başqa tarixlərdə ATM-dən pul məxaric etməsi görünmüşür. Təqsirləndirilən şəxs həmin şəxsin qohumu X8 olduğunu bildirmişdir İş materiallarına əlavə edilmiş məhkəmə əmtəəəşünaslıq ekspertizasının 26 dekabr 2023-cü il tarixli, 9/9086 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda qeyd edilən qızıl-zinət əşyalarının 2023-cü ilin mart-aprel aylarına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən aşağıdakı kimi müəyyən edilir: -Zərərçəkmiş şəxs2 məxsus qızıl dəst 2023-cü ilin mart ayına-7150,00 manat -Zərərçəkmiş şəxs1 məxsus qızıl boyunbağı 2023-cü ilin aprel ayına-3485,00 manat İş materiallarına əlavə edilmiş məhkəmə əmtəəəşünaslıq ekspertizasının 19 aprel 2024-cü il tarixli, 9/2295 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda qeyd edilən zərgərlik məmulatlarının 2023- cü ilin fevral-mart aylarına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə aşağıdakı kimi müəyyən edilir. -tərkibində bir ədəd 585 əyarlı, 3 qram çəkidə üzük, bir ədəd 10 qram çəkidə, 585 əyarlı bir ədəd boyunbağı, bir ədəd 585 əyarlı, 5 qram çəkidə qolbaq və bir cüt 585 əyarlı, 4 qram çəkidə sırğa olan qızıl dəst 1870,00 manat -hər biri 3,5 qram, 585 əyarlı, iki ədəd qızıl üzük, bir ədəd 9 qram çəkidə, 585 əyarlı, qızıl boyunbağı 1360,00 manat Beləliklə, məhkəmə iclasında təqsirləndirilən şəxsin qismən etirafı ilə yanaşı zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, habelə işin məhkəmə iclasında tədqiq edilib öz təsdiqini tapmış digər materialları ilə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs5 etibardan sui-istifadə etmə və aldatma yolu ilə qanunsuz və əvəzsiz olaraq ələ keçirmək niyyətilə Zərərçəkmiş şəxs5 məxsus əmlakı, yəni 1870 manat dəyərində 22 qram qızıl-zinət əşyalarını və 1360 manat dəyərində 16 qram qızıl-zinət əşyalarını ələ keçirib təkrar dələduzluq etməsi, Zərərçəkmiş şəxs2 əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə qanunsuz və əvəzsiz olaraq ələ keçirmək niyyətilə “ Zərərçəkmiş şəxs5 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs2 məxsus əmlakı, yəni 7150 manat dəyərində xeyli miqdarda 65 qram qızıl-zinət əşyalarını ələ keçirib təkrar dələduzluq etməsi, Zərərçəkmiş şəxs1 əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə qanunsuz və əvəzsiz olaraq ələ keçirmək niyyətilə Zərərçəkmiş şəxs5 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs1 məxsus əmlakı, yəni 3485 manat dəyərində 41 qram qızıl zinət əşyasını ələ keçirib təkrar dələduzluq etməsi, Zərərçəkmiş şəxs4 məxsus əmlakı tamah məqsədilə, hüquqazidd və əvəzsiz olaraq oğurlamaq, yəni gizli olaraq talamaq üçün Zərərçəkmiş şəxs5 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs4 məxsus əmlakı, yəni cəmi 5000 manat dəyərində qızıl-zinət əşyalarını təkrar oğurlaması, yəni özgənin əmlakını gizli olaraq təkrar talaması, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 məxsus əmlakı tamah məqsədilə, hüquqazidd və əvəzsiz olaraq oğurlamaq, yəni gizli olaraq talamaq üçün Zərərçəkmiş şəxs5 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 qızına məxsus əmlakı, yəni 5000 manat pulu təkrar oğurlaması, yəni özgənin əmlakını gizli olaraq təkrar talaması kifayət qədər sübuta yetmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin yalnız bir halda Zərərçəkmiş şəxs5 göndərilən 2000 manat pulu qəbul etməsi, iş üzrə digər epizodlardan məlumatı olmaması onun özünü müdafiə xarakteri daşıyır, işin digər obyektiv halları ilə təkzib olunur. Belə ki, iş üzrə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qızıllarını Təqsirləndirilən şəxs təklifi ilə aldadıb onlardan əldə etməsini və Zərərçəkmiş şəxs1 qızıllarını lombarda qoyub pulunu, Zərərçəkmiş şəxs2 qızllarını isə Təqsirləndirilən şəxs verdiyini öz ifadəsində təsdiq etmişdir. Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 puldan və qızıldan ibarət olan əmlakların oğurlanması epizodu üzrə isə Zərərçəkmiş şəxs5 yalnız bir cüt sırğa götürüb Təqsirləndirilən şəxs verdiyini göstərmiş, digər qızlları və pulu götürmədiyini göstərsə də, məhkəmə onun həmin ifadəsinə tənqidi yanaşaraq hesab etmişdir ki, həmin qızılları və pulu tam şəkildə Zülfiyyə oğurlayıb Nurlana vermişdir. Belə ki, bu hal da işin digər obyektiv halları ilə təkzib olunur. Çünki qızıl-zinət əşyaları və 5000 manat pul evdə eyni yerdə olmuş, Zülfiyyənin həmin əmlaklardan yalnız bir ədəd sırğa götürməsi inandırıcı deyildir.Həmçinin zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 ifadələrində pulun və qızılların oğurlanmasını öz ifadələri ilə təsdiq etmişlər. Belə olan halda, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs5 ilə birlikdə qabaqcadan əlbir olub oğurluq və dələduzluq cinayətlərini törətməsi kifayət qədər sübuta yetmiş hesab edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin hərəkətlərində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinin tərkibi vardır. Ona görə də o, həmin maddələrlə təqsirli bilinib cəzalanmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-in 75.1.1 və 75.2-ci maddələrinə əsasən şəxs böyük ictimai təhlükə törətməyən cinayət törətdiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək iki il keçdikdə cinayət məsuliyyətinə cəlb edilə bilməz. Azərbaycan Respublikası CPM-in - 41.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq və ya prokuror bəraətverici əsaslar olmadıqda təqsirləndirilən (şübhəli şəxsin) razılığı olmadan cinayət təqibinə xitam verilməsi barədə qərar çıxara bilməz. Belə halda cinayət təqibi üzrə icraat bu Məcəllə ilə müəyyən edilmiş qaydada davam etdirilir və hökmün, məhkəmənin digər qərarının çıxarılması ilə başa çatdırılır. - 44.2.1-ci maddəsinə əsasən bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, bu Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda (yəni, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə) məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır. - 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 16 və 75-ci maddələrinin tələbləri baxımından hər bir cinayətə görə məsuliyyətə cəlb etmə müddəti müstəqil hesablandığından, eyni və yaxud həmcins cinayətlərin təkrar törədilməsi zamanı əvvəlki əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi halda ikinci əməl təkrarlıq yarada bilməz. Məhkəmə yuxarıda göstərilən işin faktiki hallarına, onlara tətbiq edilməli olan maddi və prosessual qanunvericilik normalarına, eləcə də, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun müvafiq hüquqi mövqeyinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmənin müəyyən etdiyi, Azərbaycan Respublikası CM-in 15.2-ci maddəsinə əsasən, həmin Məcəllənin 178.1-ci maddəsində nəzərdə tutulmuş böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına daxil olan birinci və ikinci epizodlar üzrə cinayət əməllərini 2023-cü ilin fevral ayında və 2023-cü ilin mart ayının əvvəllərində törətdiyinə, həmin əməllərə münasibətdə cinayət məsuliyyətinə cəlb etmə müddətləri onların müvafiq olararq axımlarının başladığı 2023-cü ilin fevral ayından və 2023-cü ilin mart ayının əvvəllərindən halhazıradək iki il ötməklə keçdiyinə və ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bildiyinə baxmayaraq, məhkəmə tərəfindən təqsirli bilinməli olsa da, barəsində cəza təyin edilməməlidir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi birinci və ikinci epizodlar üzrə cinayət əməllərinə münasibətdə cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçmişdir. Bu səbəbdən ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ümumi ittihamdan birinci və ikinci epizodlar üzrə, yəni Zərərçəkmiş şəxs5 qarşı 2023-cü ilin fevral ayında və 2023-cü ilin mart ayının əvvəllərində qızıl-zinət əşyalarını ələ keçirməklə dələduzluq etməsi epizodları üzrə irəli sürülmüş ittihamlar xaric edilməlidir. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmənin müəyyən etdiyi məzmunda ictimai-təhlükəli hərəkətləri törətməsi ümumilikdə əməllərində Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətlərini yaratmışdır. İbtidai istintaq orqanı onun həmin cinayət əməllərini törətməkdə təqsirini tam sübuta yetirmişdir. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hal, o cümlədən onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş 26 sentyabr 2023-cü il tarixli tələbnamədən və iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. İş materiallarına əlavə edilmiş Mingəçevir şəhəri, Mənzil-Kommunal İstismar Sahəsindən verilmiş 23 may 2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs cəmiyyət arasında müsbət xarakterizə olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs iş üzrə 5 nəfər zərərçəkmiş şəxsin 4 nəfəri ilə barışıq əldə etməsini, həmin 4 nəfər zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələblərinin olmamasını, zərərçəkmiş şəxslərə dəymiş ziyanın böyük hissəsini könüllü olaraq aradan qaldırmasını, cəmiyyət arasında müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin edilərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 №-li qərarının 1-ci bəndinin 1 və 2-ci abzasında göstərilmişdir ki, «hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin ediməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər”. “Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır.” Həmin Qərarın 2-ci bəndində göstərilir ki, “məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi müzakirə etməlidirlər.” Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyini ilə bağlı məsələni müzakirə edib, hesab edir ki, onun əməlini qismən etiraf etməsini və yuxarıda göstərilən cəzanı yüngülləşdirən hallar nəzərə alınmaqla ona təqsirləndiyi maddənin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlığın məhdudulaşdırılması növündə cəza təyin edilməsi qanuna və məqsədə müvafiqdir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Mingəçevir şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalıdır. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs 29 iyun 2024-cü il tarixdən 30 iyun 2024-cü il tarixədək şübhəli şəxs kimi yuyulmuş, 30 iyun 2024-cü il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri tədbiri seçilmişdir. Ona görə də ona azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla təyin edilməlidir. İş üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən ekspertiza xərci 90 (doxsan) manat pul təqsirlənirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az MEM, VÖİN **********, X3, KOD 21005 VÖEN ********** Müxbir hesabı AZ41 NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Zərərçəkmiş şəxs5 dəymiş ziyanla bağlı məhkəmədə mülki qaydada iddia qaldırmaq hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358,384- 1-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırlması, CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri 1(bir) il 9 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırlması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırlması cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 2(iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 29 iyun 2024-cü il tarixdən 30 iyun 2024-cü il tarixədək şübhəli şəxs kimi tutulduğu 1 gün müddət iki gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına hesablansın, üzərində qəti olaraq 1 (bir) il 11 (on) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın əvvəli Təqsirləndirilən şəxs oğlunun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Mingəçevir şəhərinin ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə mindikdən sonra ləğv edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən ekspertiza xərci 90 (doxsan) manat pul təqsirlənirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az MEM, VÖİN **********, X3, KOD 21005 VÖEN ********** Müxbir hesabı AZ41 NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə göstərdiyi hüquqi yardıma görə 25 (iyirmi beş) saat üçün 150 (yüz əlli) manat Beyləqan rayon vəkil bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına ödənilsin. Hökmün surəti həmin hissədə icrası üçün Azərbaycan Respublikası Vəkillər X9 və Tədris Mərkəzinə göndərilsin. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Zərərçəkmiş şəxsə dəymiş ziyanla bağlı məhkəmədə mülki qaydada iddia qaldırmaq hüququ izah edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Beyləqan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində şikayət və protest verilməzsə hökm həmin müddət bitdiyi gündən sonrakı gün qanuni qüvvəsini alır. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar