Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 1(020)-17/2023 04.05.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi ilə, Dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və onun müdafiəçisi Beyləqan rayon vəkil bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə iştirakı ilə, xx.xx.1975-ci il tarixdə Beyləqan rayonu, Əhmədli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Beyləqan rayonu, Əhmədli kəndində qeydiyyatda olan və yaşayan, xx.xx.2022-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan, 5000,00 manat borc pul və 30,00 manat ödənilmiş dövlət rüsumu alınaraq tələbkar Zərərçəkmiş şəxs ödənilməsinə dair Beyləqan Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(020)-182/2020 saylı qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində Beyləqan Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(020)-606/2020 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs olunmasına, icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edilərək xx.xx.2021-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2022-ci il tarixədək 5030,00 manat məbləğində borcunu Zərərçəkmiş şəxs ödəməyərək sonuncuya maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə verilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, hal hazırda ünvan 1 ünvanında rəsmi nikahda olduğu X3 ilə birlikdə yaşayır və onların iki övladı var. X10 Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən 211 nömrəli məktəbdə tarix müəlliməsi işləyir, qızı X1 Dövlət Universitetinin 4-cü kurs tələbəsidir, oğlu X2 Cumhuriyyəti, İstanbul şəhərində Dəniz Qüvvələrində 3-cü kurs tələbəsidir. O, isə hal hazırda “Azərmaş MMC” ilə X16 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, MAS-4718 saylı, “X13” əsasında lizinqə verilmiş 1 ədəd KHAZAR SD markalı, **-PX-*** qeydiyyat nişanlı avtomobili gündəlik 22,00 manat ödəməklə Azərbaycan Respublikası ərazisində taksi kimi istifadə edir, bundan əlavə o, usta kimi yəni ev təmiri ilə məşğul olaraq aylıq ümumi olaraq orta hesabla 900,00-1000,00 manat arası qazanc əldə edir. 2017-ci ildə əvəllər qonşusu olmuş Tərlan Süleymanov və bacısı Şahid6 ona müraciət edərək Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində özlərinə məxsus 70 kvadratmetr ərazidə ev tikmək istədiklərini bildirmişdir, belə ki, o, həmin vaxtlarda ev təmiri ilə məşğul olmuşdur. Sonradan o, Şahid6 və Tərlan Süleymanov ilə razılaşaraq tanıdığı ustaları tikilməli olan yerə dəvət edərək həmin ərazidə yerləşən torpaq sahəsində ev inşa etməyə başlamışdır. O və onun ilə birlikdə işləyən ustalar Şahid6 məxsus evin tikintisini başa çatdırandan sonra, Şahid6 evin təmiri üçün pulunun olmadığını və ona həmin evi başqa adama satması üçün vasitəçi tapmağını istəmişdir. Tərlan Süleymanov 1-ci qrup əlil olduğu üçün və Şahid6 dayə işlədiyinə görə evin satılmasını ona həvalə eləmişlər. O, isə həmin evə yaxın ərazidə ev alqı-satqısı ilə məşğul olan, soyadını xatırlamadığı Fərman adlı şəxsə evin açarlarını verərək kredit şərti ilə 28000,00 manata müştəri tapmasını istəmişdir. xx.xx.2018-ci il tarixində Fərman ona zəng vuraraq evi almaq istəyən olduğunu bildirmiş, o, isə sözügedən evi almaq istəyən Zərərçəkmiş şəxs ilkin olaraq 5000,00 manat pul almış və həmin evin hüquq müəyyənedici sənədləri olmadığından həmin aldığı pulu borc şəklində notarial kontorunda xx.xx.2018-ci il tarixdə Zərərçəkmiş şəxs ilə aralarında kredit müqaviləsi bağlayaraq xx.xx.2018-ci il tarixdə Zərərçəkmiş şəxs qaytarmağı öz öhdəsinə götürmüşdür. Həmin 5000,00 manat pulu Zərərçəkmiş şəxs götürərkən öz aralarında razılığa gəmişlər ki, o, həmin pulu sözügedən evin yarımçıq qalan təmirinə xərcləməli və həmin evin təmiri başa çatandan sonra Zərərçəkmiş şəxs ona qalan 23000,00 manat pul verməli imiş. Zərərçəkmiş şəxs aldığı 5000,00 manat pulun 1000,00 manatını xidmət haqqı olaraq ev-alqı satqısı ilə məşğul olan Fərman adlı şəxsə vermiş və sonradan bildiyinə görə Fərmana verdiyi 1000,00 manat puldan Fərman 500,00 manatını taksi sürücüsü işləyən Zaur adlı şəxsə vermişdir. O, qalan 4000,00 manat pulu isə Zərərçəkmiş şəxs ondan almaq istədiyi evin təmirinə xərclədiyini və həmin 4000,00 manatı evin təmirinə xərcləyəndən sonra Zərərçəkmiş şəxs onunla görüşərək sözügedən evi almaq istəmədiyini və Zərərçəkmiş şəxs aldığı 5000,00 manat pulu qaytarmağını ondan tələb etmiş, o, isə pulunun olmadığını və həmin evi başqa şəxsə satandan sonra Zərərçəkmiş şəxs olan 5000,00 manat borcunu qaytara biləcəyini demişdir. Sonradan ev alqı-satqısı ilə məşğul olan Fərman adlı şəxs ona zəng vuraraq Şahid6 sözügedən evi başqa şəxsə satdığını bildirmiş, o, isə Şahid6 zəng edərək Zərərçəkmiş şəxs aldığı 5000,00 manat pulu qaytarması üçün 5000,00 manat pulu Şahid6 tələb etmiş, Şahid6 isə ona həmin pulu qaytarmamışdır. Zərərçəkmiş şəxs ondan 5000,00 manat pulu tələb edəndə o, həmin pulu birdəfəlik ödəyə bilməyəcəyini, buna baxmayaraq hər ay 200,00-300,00 manat ödəmək imkanım olduğunu bildirdiyini, lakin Zərərçəkmiş şəxs ona verdiyi 5000,00 manat pul vəsaitini tam şəkildə tələb etdiyindən həmin məbləği ödəyə bilməmişdir. Sonradan Zərərçəkmiş şəxs iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Beyləqan Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(020)-182/2020 saylı qətnaməsinə əsasən ondan 5000,00 manat borc pul və 30,00 manat ödənilmiş dövlət rüsumu tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Beyləqan Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(020)- 182/2020 saylı qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icra olunması məqsədi ilə Beyləqan Rayon İcra və Probasiya şöbəsinə göndərilmiş və həmin qurumdan qeyd edilən məbləğdə pulun Zərərçəkmiş şəxs ödənilməsi barədə ona rəsmi qaydada bildiriş təqdim edilmişdir. İcra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə onun barəsində xx.xx.2020-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Beyləqan Rayon Məhkəməsinə göndərilmiş və məhkəmənin xx.xx.2020-ci il tarixli, 3(020)-606/2020 saylı qərarı ilə o, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmiş, həmçinin icra məmurunun təqdimatına əsasən, Beyləqan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə onun ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Bundan sonra o, Zərərçəkmiş şəxs olan borcunu ödəmədiyi üçün icra məmuru tərəfindən ona yeni müddətlər verilərək, cinayət məsuliyyətinə cəlb olunacağı barədə xəbərdarlıq edilsə də, təqdimat verilən günə, yəni xx.xx.2022-ci il tarixlədək Zərərçəkmiş şəxs olan 5030,00 borcunu ödəməmişdir. Yalnız istintaq zamanı ev alqı-satqısı ilə məşğul olan Fərman adlı şəxsə xidmət haqqı olaraq ödədiyi 1000,00 manat pul vəsaitindən ümumilikdə Fərman 800,00 manatını ona geri qaytarmış 200,00 manatı isə taksi sürücüsü işləyən Zaur adlı şəxs bu işə görə yəni, ev alqı-satqısı zamanı bir çox yerə maşın sürdüyünü və yanacaq sərf elədiyini ona bildirərək 200,00 manatı qaytarmamış, o, isə həmin şəxslərdən aldığı 800,00 manat puldan 700,00 manatını istintaq zamanı Zərərçəkmiş şəxs ödəmiş qalan borcunu isə ödəyə bilməmişdir. Əlavə olaraq göstərmişdir ki, qızı X1 Dövlət Universitetinində dövlət sifarişi əsasında təhsil alsa da Naxçıvan Muxtar Respublikasında tək yaşadığı və işləmədiyi üçün gündəlik tələbatlarını və kirə haqqını ödəməsi üçün ayda qızına 300,00 manat pul göndərir, oğlu X7 isə Türkiyə Cumhuriyyəti, İstanbul şəhərində Dəniz Qüvvələrində dövlət sifarişi əsasında təhsil alır və oğlu həmin təhsil müəssisəsinin yataqxanasında qalsa da, həftə sonları yəni altıncı və bazar günləri həmin qaldıqları təhsil müəssəsindən həftəsonu buraxılışına çıxdığı üçün ayda orta hesabla oğluna 400,00 manatda pul göndərir, odur ki, Zərərçəkmiş şəxs olan 5000 manat borcunu vaxtında ödəyə bilməmişdir. Hazırda Zərərçəkmiş şəxs Mərşal qızına olan borcunu tam ödəmiş, onunla barışmışdır. Zərərçəkmiş şəxsin ondan heç bir tələb və şikayəti yoxdur. Barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək təqsirini etiraf edib səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsə olan borcunu ödədiyini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmadığını bildirib, məhkəmədən cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etdi. İş üzrə Zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmiş, ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 2018-ci ilin yanvar aylarında yaşadığı evin qarşısında taksi fəaliyyəti ilə məşğul olan soyadını bilmədiyi Zaur adlı şəxsə ev almaq istədiyini bildirmiş, Zaur da həmin vaxt onu Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 92 nömrəli avtobusun son dayanacağının yanında yerləşən ev alqı-satqısı ilə məşğul olan soyadını bilmədiyi Fərman adlı şəxslə tanış etmişdir. Fərman isə ona Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, “Nursultan” kafesinin yaxınlığında yerləşən ümumi 70 kvadratmetr sahədə tikilmiş təmirsiz evi göstərərək 28000,00 manata satıldığını bildirmişdir. xx.xx.2022-ci il tarixdə o, bacısı Nümayəndə ilə həmin evə baxmağa getmiş və ev alqı-satqısı ilə məşğul olan Fərman onları Təqsirləndirilən şəxs ilə tanış edərək sözügedən evin Təqsirləndirilən şəxs məxsus olduğunu və həmin evin alqı-satqısını Təqsirləndirilən şəxs ilə həll etmələrini onlara bildirmişdir. O və bacısı Nümayəndə, Təqsirləndirilən şəxs evin hər hansısa bir sənədinin olmağını soruşmuş, Təqsirləndirilən şəxs isə onlara evin bələdiyyə sənədinin olduğunu bildirmişdir. O və bacısı Nümayəndə evi bəyənərək, Təqsirləndirilən şəxs bildirmişlər ki, əgər evi təmir etsə evi alarıq, Təqsirləndirilən şəxs isə əlində pulunun olmadığını və onlardan 5000,00 manat pul istəyərək evi təmir edəcəyini onlara bildirmişdir. O və bacısı Nümayəndə, Təqsirləndirilən şəxs ilə razılaşaraq Təqsirləndirilən şəxs 5000,00 manat pulu verəcəklərini bildirmişlər və bununla əlaqədar xx.xx.2018-ci il tarixdə Bakı şəhəri, 11 saylı notariat kontorunda borc müqaviləsi bağlayaraq, 5000,00 manat pul vəsaitini Təqsirləndirilən şəxs vermişlər. O və bacısı Nümayəndə sözügedən evə işıq, qaz və su çəkilməsi üçün xx.xx.2018-ci il tarixdə “Asan Xidmət” mərkəzinə müraciət etdikdə “Asan Xidmət” mərkəzinin əməkdaşı onlara bildirmişdir ki, sözügedən mənzilin sənədləri olmadığından həmin evə işıq, qaz və su çəkilməsi mümkün deyil. O, həmin günü yəni, xx.xx.2018-ci il tarixdə Təqsirləndirilən şəxs zəng vuraraq evin sənədlərinin olmadığından həmin evə işıq, su və qaz çəkilməsinin mümkün olmadığını, Təqsirləndirilən şəxs verdiyi 5000,00 manat pulu tələb etmişdir. Təqsirləndirilən şəxs isə ona sözügedən evin təmiri üçün tikinti materialları aldığını və 5000,00 manat pulu 1 həftəyə qaytaracağını bildirsə də həmin məbləği ona qaytarmamışdır. Sonradan o, Təqsirləndirilən şəxs 5000,00 manat pulu tələb edən zaman Təqsirləndirilən şəxs hər dəfə müxtəlif bəhanələr gətirərək ona olan 5000,00 manat borcunu ödəməkdən boyun qaçırmışdır. Bu səbəbdən də o, iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Beyləqan Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(020)-182/2020 saylı qətnaməsinə əsasən Təqsirləndirilən şəxs 5000,00 manat borc pul və 30,00 manat ödənilmiş dövlət rüsumu tutularaq ona verilməsi qət edilmişdir. Beyləqan Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(020)-182/2020 saylı qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icra olunması məqsədi ilə Beyləqan Rayon İcra və Probasiya şöbəsinə göndərilmiş və həmin qurumdan qeyd edilən məbləğdə pulun ona ödənilməsi barədə Təqsirləndirilən şəxs rəsmi qaydada bildiriş təqdim edilmişdir. Təqsirləndirilən şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində xx.xx.2020-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Beyləqan Rayon Məhkəməsinə göndərilmiş və məhkəmənin xx.xx.2020-ci il tarixli, 3(020)-606/2020 saylı qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Həmçinin icra məmurunun təqdimatına əsasən Beyləqan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Lakin buna baxmayaraq, Təqsirləndirilən şəxs öz qərəzli hərəkətlərini davam etdirərək, ona olan borcunu ödəməmişdir. Bundan sonra icra məmuru tərəfindən Təqsirləndirilən şəxs yeni müddətlər verilərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti barədə xəbərdarlıqlar edilsə də, təqdimat verilən günə, yəni xx.xx.2022-ci il il tarixədək ona olan 5030,00 manat borcunu ödəməmişdir. Qeyd edilən borcu Təqsirləndirilən şəxs tam şəkildə alınaraq ona ödənilməsini, əks halda qanuna müvafiq qaydada tədbir görülməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs tərəfindən bacısı Zərərçəkmiş şəxs olan borcun tamamilə ödənildiyini, Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbinin olmadığını göstərdi və ona görə də məhkəmədən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini və onun barəsində olan işin icraatına xitam verilməsini xahiş etdi. İş üzrə şahid qismində dindirilmiş Beyləqan Rayon İcra və Probasiya şöbəsinin rəisi vəzifəsini icra edən Şahid1 məhkəmədə verdiyi ifadəsində göstərdi ki, Beyləqan Rayon Məhkəməsinin 2(020)-182/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən borclu Təqsirləndirilən şəxs 5000,00 manat borcu pul və 30,00 manat ödənilmiş dövlət rüsumu alınaraq Zərərçəkmiş şəxs verilməlidir. Göstərilən icra vərəqəsi xx.xx.2020-ci il tarixdə Beyləqan rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi rəhbər tutularaq xx.xx.2020-ci il tarixdə icraata başlamaq haqqında qərar və bildiriş qəbul edilərək tərəflərə göndərilmişdir. Borclu Təqsirləndirilən şəxs qərar və bildirişi qəbul etsə də icra sənədinin icrasını təmin etməmişdir. Məcburi icra tədbirləri görülməsi üçün edilmiş sorğular və digər yoxlamalar müsbət nəticə verməmişdir. Beyləqan Rayon Məhkəməsinin 8(020)-01/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. İcra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə və məhkəmənin qətnaməsi üzrə tələbi icra etmədiyinə görə borclu Təqsirləndirilən şəxs xx.xx.2020-ci tarixdə Beyləqan Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 gün müddətinə inzibati həbs edilmişdir. İnzibati tənbehdən sonra Təqsirləndirilən şəxs tələbi icra etməsi üçün məsuliyyəti elan olunmaqla yeni müddət verilmişdir. Lakin borclu öz hərəkətlərini davam etdirmiş və icra sənədi üzrə tələbi təmin etməmişdir. Borclu Təqsirləndirilən şəxs öhdəliyni lazımi qaydada yerinə yetirməmiş, icra sənədi üzrə olan borcunu ödəməmiş və ödənilməsinə təşəbbüs göstərməmişdir. Beyləqan Rayon Məhkəməsinin 2(020)-182/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsini icra etməsi üçün borcluya inzibati tənbeh tətbiq olunmasına və məsuliyyəti elan olunmaqla rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq borclu icra sənədini icra etməməkdə davam etməklə, həm də faktiki imkanlarından istifadə etməmiş və icra sənədi üzrə tələbkara olan 5030,00 manat borcunu bu günə kimi ödəməmişdir. İcraat zaman Təqsirləndirilən şəxs dəfələrlə xəbərdarlıq edilməsinə, inzibati məsuliyyətə cəlb olunmasına, onunla profilaktiki söhbətlər aparılmasına baxmayaraq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasını təmin etməmişdir. Tələbkar Zərərçəkmiş şəxs Beyləqan rayon icra və probasiya şöbəsinə ərizə ilə müraciət edərək indiyədək Təqsirləndirilən şəxs ona heç bir ödəniş etməməsini, onun 5030.00 manat borcunun qalmasını və borclunun cinayət məsuliyyətinə cəlb edilməsi üçün təqdimatla Ədliyyə Nazirliyinin İstintaq idarəsinə müraciət olunmasını xahiş etmişdir. İş üzrə şahid qismində dindirilmiş Beyləqan Rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şahid2 məhkəmədə verdiyi ifadəsində Şahid1 ilə eyni məzmunlu ifadə verərək Təqsirləndirilən şəxs tərəfindən məhkəmə qətnaməsini qərəzli icra etməməsini bir daha göstərmişdir. İş materiallarına əlavə edilmiş Beyləqan Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(020)-182/2020 saylı qanuni qüvvəyə minmiş qətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən qərəzli olaraq icra olunmadığı üçün Beyləqan Rayon İcra və Probasiya şöbəsinin icra məmurunun təqdimatı əsasında Beyləqan Rayon Məhkəməsinin 8(020)- 01/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. İş materiallarına əlavə edilmiş Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli, 012-11560-1122 saylı tələbnamədən və iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs əvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş X5 17 saylı Ərazi Məşğulluq Mərkəzi Filialının arayışından görünür ki, Təqsirləndirilən şəxs Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Məşğulluq” altsistemində xx.xx.2020-ci il tarixdən işaxtaran şəxs kimi qeydiyyata alınmış və filial tərəfindən müavinat almamışdır. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1.-ci maddəsinin qeyd hissəsində göstərilir ki, bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini məhkəmə tərəfindən hökm çıxarılanadək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələri ilə hazırda təqsirləndirilən şəxsin aliment borcunu ödəməklə məhkəmə qətnaməsini tam icra etməsi, zərərçəkmiş şəxslə barışıq əldə etməsi öz təsdiqini tapmışdır. İş materiallarına əsasən müəyyən edilir ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə “ittiham elan etmək üçün şəxsin barəsində axtarış elan edilməsi və tutulması haqqında” 30 avqust 2022-ci il tarixli qərara əsasən, xx.xx.2022-ci il tarixdə tutulub Yasamal RPİ-nin MSY-nə təhvil verilmiş, xx.xx.2022-ci il tarixdə Yasamal RPİ-nin MSY-dən azad edilib, barəsində aşqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Odur ki, Azərbaycan Respublikasının Qanununa əsasən CM-nin 306.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığı, ona dəymiş ziyanı tamamilə ödədiyi və məhkəmə qətnaməsini tam icra etdiyi üçün cinayət məsuliyyətindən azad edilməli və barəsində olan cinayət təqibinə xitam verilməlidir. İş üzrə mülki iddia, maddi sübut və digər məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 43.3, 321, 321.2.1, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ : Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilənlərə görə cinayət məsuliyyətindən azad edilsin və onun barəsində başlanmış cinayət təqibinə (cinayət işi ürə icraata) xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləgv edilsin. Təqsirləndirilən şəxs məhkəmə dövründə göstərdiyi hüquqi yardıma görə 12 (on iki) saat üçün 72 (yetmiş iki) manat Beyləqan rayon vəkil bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmün surəti həmin hissədə icrası üçün Azərbaycan Respublikası Vəkillər X12 və Tədris Mərkəzinə göndərilsin. İş üzrə mülki iddia, maddi sübut və digər məhkəmə xərci yoxdur. Qərardan, elan olunduğu andan 20 gün müddətində Beyləqan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərardan 20 gün müddətində apellyasiya şikayəti və apellyasiya protesti verilmədikdə, qərar qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №1(020)-17/2023
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №1(020)-17/2023
04.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver