Məhkəmə qərarları › İş №1(020)-17/2024

Beyləqan Rayon Məhkəməsi Hökm — İş №1(020)-17/2024

30.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Beyləqan rayon İş № 1(020)-17/2024 30.05.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxsin müdafiəçisi Beyləqan rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1983-cü il tarixdə Beyləqan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, faktiki olaraq Bakı şəhəri, Suraxanı rayonu, Türkan qəsəbəsi, Maxta marketin yanında yerləşən fərdi evdə kirayədə yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ Təqsirləndirilən şəxs cavabdeh kimi ondan, xx.xx.2019-cu il tarixdən hesablanmaqla xx.xx.2010-cu il təvəllüdlü Murad və xx.xx.2013-cü il təvəllüdlü Əlinin yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 100,00 manat olmaqla, cəmi 200,00 manat sabit pul məbləğində alimentin tutularaq tələbkar Abuşova (İbrahimova) Jalə Habil qızına ödənilməsinə dair Beyləqan Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(020)-1185/2019 saylı qətnaməsini üzrsüz səbəbdən müəyyənolunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində Beyləqan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(020)-460/2022 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1 -ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmiş, icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edilərək xx.xx.2022-ci il tarixdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2023-cü il tarixədək7250,0 manat məbləğində borcunu zərərçəkmiş şəxs Abuşova (İbrahimova) Jalə Habil qızına ödəməyərək sonuncuya maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ifadəsində ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, Abuşova (İbrahimova) Jalə Habil qızı ilə xx.xx.2019-cu il tarixdə el adəti ilə toy edərək ailə həyatı qurmuş, nikahları xx.xx.2014-cü il tarixdə rəsmi olaraq qeydə alınmış və birgə nikahdan xx.xx.2010-cu il tarixdə Murad və xx.xx.2013 -cü il tarixdə Əli adlı 2 (iki) övladları dünyaya gəlmişdir. Jalə (İbrahimova) Abuşova ilə evli olduğu ilk vaxtlar münasibətləri normal olsa da, lakin sonradan ailə daxili baş verən münaqişələr nəticəsində ailə münasibətləri kəskin şəkildə pisləşmiş və onların birlikdə yaşamağı qeyri-mümkün olmuşdur. Bu səbəbdən də Jalə (İbrahimova) Abuşova nikahın pozulması və aliment tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. Beyləqan Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(020)-1185/2019 saylı qətnaməsi ilə onların nikahları pozulmuş, ondan xx.xx.2019-cu il tarixdən hesablanmaqla xx.xx.2010-cu il təvəllüdlü Muradın və xx.xx.2013-cü il təvəllüdlü Əlinin yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 100,00 manat olmaqla, cəmi 200,00 manat sabit pul məbləğində alimentin tutularaq Abuşova (İbrahimova) Jalə Habil qızına verilməsi qət edilmişdir. Beyləqan Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra aidiyyəti üzrə icra olunması məqsədi ilə onun qeydiyyatda olduğu yer üzrə Beyləqan rayon icra və probasiya şöbəsinə göndərilmiş və həmin qurumdan qeyd edilən məbləğdə alimentin Jalə (İbrahimova) Abuşovaya ödənilməsi barədə ona rəsmi qaydada bildiriş təqdim edilmişdir. O, qanuni qüvvəyə minmiş qətnaməni icra etmədiyi üçün, Beyləqan Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə 10 (on) gün, xx.xx.2021-ci il tarixli qərarı ilə 10 (on) gün və xx.xx.2022-ci il tarixli qərarı ilə yenidən 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmiş, həmçinin icra məmurunun təqdimatına əsasən, Beyləqan Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Bütün bu olanlara baxmayaraq, o, Abuşova (İbrahimova) Jalə Habil qızına olan aliment borcunu ödəməmiş və icra məmuru tərəfindən ona yeni müddətlər verilərək, cinayət məsuliyyəti barədə xəbərdarlıq edilsə də, təqdimat verilən günə, yəni xx.xx.2023-cü il tarixədək yaranmış olan 7250,00 manat aliment borcundan heç bir ödəniş etməmişdir. Əlavə olaraq o, 2014-cü ildən etibarən hal hazırkı günədək faktiki olaraq yaşadığı Bakı şəhəri ərazizində yeni tikilən bina və fərdi evlərdə usta kimi rəngsaz işləyərək aylıq orta hesabla 600-700 manat qazanc əldə etmişdir. Fərdi əmək fəaliyyəti ilə məşğul olduğu üçün işsizliklə bağlı Məşğulluq mərkəzinə müraciət etməmişdir. Jalə (İbrahimova) Abuşova ondan rəsmi olaraq ayrılandan sonra X2 ərə getdiyinə görə və Rövşən Abışovdan dünyaya uşaq gətirdiyi üçün prinsipə düşərək Jalə (İbrahimova) Abuşovaya aliment ödəməyi özünə rəva bilməmişdir. Hazırda borcunu bütövlükdə ödəməyə maddi imkanı yoxdur. Borcunu hissə -hissə hər ay 100 manat ödəyə bilər. Ona yüngül cəza verilməsini xahiş etdi. Zərərçəkmiş Abuşova (İbrahimova) Jalə Habil qızı məhkəmə iclasına gəlməmiş, məhkənəyə xx.xx.2024-cü il tarixli yazılı ərizə göndərib, həmin ərizədə göstərmişdir ki, hazırda məhkəmə iclasında iştirak etmək istəmir, cinayət işinə onun iştirakı olmadan baxılmasını, Təqsirləndirilən şəxs ona olan 7250,0 manat aliment borcunu ödəmədiyi təqdirdə ona ciddi cəza verilməsini xahiş etmişdir. İş üzrə ibtidai istintaqda zərərçəkmiş şəxs qismində dindirilmiş Abuşova (İbrahimova) Jalə Habil qızı ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə el adəti ilə toy edərək ailə həyatı qurmuş, nikahları xx.xx.2014-cü il tarixdə rəsmi olaraq qeydə alınmış və birgə nikahdan xx.xx.2010-cu il tarixdə Murad və xx.xx.2013-cü il tarixdə Əli adlı 2 (iki) övladları dünyaya gəlmişdir. Təqsirləndirilən şəxs ilə evli olduğu vaxtlarda münasibətləri normal olmamış, sadəcə adi bir ailə kimi həyatları davam etmişdir. Belə ki, onlar evli olduğu müddət ərzində Təqsirləndirilən şəxs qazandığı pulu ancaq spirtli içkilərə xərcləyərək, evə gec saatlarında gələrək ona və övladlarına laqeyd yanaşmış, ailə üzvlərinə maddi nədə ki, mənəvi heç bir köməkliyi olmamışdır. Bu səbəbdən də o, nikahlarının pozulması və aliment tələbi ilə bağlı məhkəməyə müraciət etmiş və Beyləqan Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(020)-1185/2019 saylı qətnaməsi ilə onların nikahına xitam verilərək, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdən hesablanmaqla xx.xx.2010-cu il təvəllüdlü Muradın və xx.xx.2013-cü il təvəllüdlü Əlinin yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 100,00 manat olmaqla, cəmi 200,00 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Beyləqan Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra aidiyyəti üzrə icra olunması məqsədi ilə Təqsirləndirilən şəxs qeydiyyatda olduğu yer üzrə Beyləqan rayon icra və probasiya şöbəsinə göndərilmiş və həmin qurumdan qeyd edilən məbləğdə alimentin ona ödənilməsi barədə Təqsirləndirilən şəxs rəsmi qaydada bildiriş təqdim edilmişdir. Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş qətnaməni icra etmədiyi üçün, Beyləqan Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə 10 (on) gün, xx.xx.2021 -ci il tarixli qərarı ilə 10 (on) gün və xx.xx.2022-ci il tarixli qərarı ilə yenidən 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmiş, həmçinin icra məmurunun təqdimatına əsasən, Beyləqan Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Lakin buna baxmayaraq, Təqsirləndirilən şəxs öz qərəzli hərəkətlərini davam etdirərək, ona olan aliment borcunu ödəməmişdir. Bundan sonra icra məmuru tərəfindən Təqsirləndirilən şəxs yeni müddətlər verilərək, cinayət məsuliyyəti barədə dəfələrlə xəbərdarlıqlar edilsə də, təqdimat verilən günə, yəni xx.xx.2023-cü il tarixədək yaranmış olan 7250,00 manat aliment borcunu ödəməmişdir. Əlavə olaraq göstərmişdir ki, onlar evli olduqları müddət ərzində Təqsirləndirilən şəxs gizir rütbəsi ilə hərbiçi işləmiş və hərbi xidmətdə yol verdiyi nöqsanlara görə həbs olunmuş, həbsdən çıxandan sonra fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, hal hazırda da Bakı şəhəri ərazisinin müxtəlif yerlərində fərdi əmək fəaliyyəti məşğul olaraq kifayət qədər qazanc əldə etdiyini və qeyd edilən ödənilməmiş aliment borcunun Təqsirləndirilən şəxs alınaraq tam şəkildə ona ödənilməsini, əks halda Təqsirləndirilən şəxs ciddi cəza verilməsini xahiş etmişdir. İş üzrə şahid qismində dindirilmiş Beyləqan rayon icra və probasiya şöbəsinin rəis vəzifəsini icra edən Şahid1 ifadəsində göstərdi ki, Beyləqan Rayon Məhkəməsinin 2(020)- 1185/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən xx.xx.2022-ci il tarixdən başlayaraq Təqsirləndirilən şəxs hər ay hər bir uşağa görə 100,00 manat olmaqla, cəmi 200,00 manat sabit pul məbləğində alimentin tutularaq xx.xx.2010-cu ildə anadan olmuş Murad və xx.xx.2013-cü ildə anadan olmuş Əli adlı uşaqlarının saxlanılması üçün Zərərçəkmiş şəxs verilməlidir. Göstərilən icra vərəqəsi xx.xx.2019-cu il tarixdə şöbənin icraatına daxil olmuş və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi rəhbər tutularaq həmin tarixdə icraata başlamaq haqqında qərar və bildiriş qəbul edilərək tərəflərə göndərilmişdir. Borclu Təqsirləndirilən şəxs icra sənədinin icrasını təmin etməmişdir. Məcburi icra tədbirləri görülməsi üçün edilmiş sorğular və digər yoxlamalar müsbət nəticə verməmişdir. Beyləqan Rayon Məhkəməsinin 8(020)-401/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. İcra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə və məhkəmənin qətnaməsi üzrə tələbi icra etmədiyinə görə borclu Abbasov X1 Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1 -ci maddəsi ilə təqsirli bilinərək xx.xx.2020-ci il tarixdə 10 (on) gün, xx.xx.2021 -ci il tarixdə 10 (on) gün və xx.xx.2022 -ci il tarixdə 10 (on) gün, müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs tələbi icra etməsi üçün məsuliyyəti elan olunmaqla yeni müddət verilmişdir. Lakin borclu öz hərəkətlərini davam etdirmiş və icra sənədi üzrə tələbi təmin etməmişdir. Borclu Təqsirləndirilən şəxs öhdəliyni lazımi qaydada yerinə yetirməmiş, icra sənədi üzrə olan borcunu ödəməmiş və ödənilməsinə təşəbbüs göstərməmişdir. Beyləqan Rayon Məhkəməsinin 2(020)-1185/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsini borclu Təqsirləndirilən şəxs məsuliyyəti elan olunmaqla rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq borclu icra etməməkdə davam etməklə həm də faktiki imkanlarından istifadə etməmiş və əməlində qərəzlilik müşahidə olunmuşdur. İcraat zaman Təqsirləndirilən şəxs xəbərdarlıq edilməsinə, onunla profilaktiki söhbətlər aparılmasına baxmayaraq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasını təmin etməmişdir. Tələbkar Zərərçəkmiş şəxs Beyləqan rayon icra və probasiya şöbəsinə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs tərəfindən 7250,00 manat aliment borcunun ödənilmədiyini və borclunun cinayət məsuliyyətinə cəlb edilməsi üçün tədbir görülməsini xahiş etmişdir. İş üzrə şahid qismində dindirilmiş Beyləqan rayon icra və probasiya şöbəsinin icra məmuru Şahid2 ifadəsində Şahid1 göstərdikləri xüsusatları tam təsdiq edərək Təqsirləndirilən şəxs tərəfindən məhkəmə qətnaməsini qərəzli icra etməməsini bir daha göstərmişdir. İşdə olan sənədlərdən görünür ki, Beyləqan Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(020)-1185/2019 saylı qanuni qüvvəyə minmiş qətnaməsi Təqsirləndirilən şəxs tərəfindən qərəzli olaraq icra olunmadığı üçün Beyləqan rayon icra və probasiya şöbəsi təqdimatla məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ölkədən getmək hüququnun müvəqqəti olaraq məhdudlaşdırılması barədə qərar qəbul edilməsini xahiş etmiş və Beyləqan Rayon Məhkəməsinin 8(020)-401/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə təqdimat təmin olunaraq onun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Cinayət işində olan xx.xx.2022-ci il ci il tarixli xəbərdarlıq məktubundan, Beyləqan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(020)-460/2022 saylı qərarından və digər sənədlərdən görünür ki, Abbasov X1 Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(020)- 1185/2019 saylı qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etmədiyinə görə onun barəsində inzibati tənbeh tədbirləri görülmüşdür. Beləliklə məhkəmə iclasında Təqsirləndirilən şəxs qismən etirafı ilə yanaşı, şahidlərin ifadələri və işin məhkəmədə araşdırılmış halları ilə Təqsirləndirilən şəxs cavabdeh kimi ondan, xx.xx.2019-cu il tarixdən hesablanmaqla xx.xx.2010-cu il təvəllüdlü Murad və xx.xx.2013-cü il təvəllüdlü Əlinin yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 100,00 manat olmaqla, cəmi 200,00 manat sabit pul məbləğində alimentin tutularaq tələbkar Abuşova (İbrahimova) Jalə Habil qızına ödənilməsinə dair Beyləqan Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(020)-1185/2019 saylı qətnaməsini üzrsüz səbəbdən müəyyənolunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində Beyləqan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(020)-460/2022 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1 -ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmiş, icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edilərək xx.xx.2022-ci il tarixdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2023-cü il tarixədək7250,0 manat məbləğində borcunu zərərçəkmiş şəxs Abuşova (İbrahimova) Jalə Habil qızına ödəməyərək sonuncuya maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirməsi kifayət qədər sübuta yetmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8 nömrəli qərarının 8.2 bəndində qeyd edilmişdir ki, aliment ödəyən əmək qabiliyyətli valideyinin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağın saxlamaq, qanunvericilikdə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. İstintaq orqanı tərəfindən onun əməli Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. İşdə olan Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Təqsirləndirilən şəxsə cəza təyin edilərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs hərəkətlərində iş üzrə cəzasını yüngülləşdirən və ağırlaşdıran halları müəyyən edilmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 №-li qərarının 1-ci bəndinin 1 və 2-ci abzasında göstərilmişdir ki, «hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin ediməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər”. “Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır.” Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əvvəllər məhkum olunmaması ilə yanaşı, hazırda da aliment borcunu ödəməməsini və zərərçəkmiş şəxsin şikayətçi olmasını nəzərə alaraq hesab edir ki, onun barəsində azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi cəzanın məqsədinə nail olmaq baxımından daha yetərli olar. İş materiallarına əsasən müəyyən edilir ki, Beyləqan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən, Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmaqla, həbs qətimkan tədbiri seçilmiş, xx.xx.2024-cü il tarixdə tutularaq istintaq təcridxanasına yerləşdirilmişdir. İş üzrə maddi sübut, mülki iddia, xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358,384.1-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəsissəsində çəksin və cəza çəkmə muddətinin əvvəli 11 may 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbir dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi hüquqi yardıma görə 22 (iyirmi iki) saat üçün 132 (yüz otuz iki) manat Beyləqan rayon vəkil bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmün surəti həmin hissədə icrası üçün Azərbaycan Respublikası Vəkillər Kollegiyasına göndərilsin. İşdə maddi sübut, mülki iddia və digər məhkəmə xərcləri yoxdur. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 gün müddətində Beyləqan rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Həmin müddət ərzində şikayət və protest verilməzsə hökm həmin müddət bitdiyiyi gündən sonrakı gün qanuni qüvvəsini alır. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar