Məhkəmə qərarları › İş №1(020)-18/2023

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №1(020)-18/2023

16.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 1(020)-18/2023 16.03.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Beyləqan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxsin nümayəndəsi: Zərərçəkmiş şəxs iştirakı ilə xx.xx.1980-ci il tarixdə Laçın rayonu, Malıbəy kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, cinayət törədilən vaxt Beyləqan rayonu, İmamverdili kənd bələdiyyəsinin sədri vəzifəsində işləmiş, hazırda isə həmin Bələdiyyənin üzvü olan, Beyləqan rayonu, İmamverdili kəndində qeydiyyatda olmaqla faktiki yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.1 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs vəzifəli şəxs qismində xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər edərək hüquqi şəxsin hüquqlarına və qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərini aşmış, vəzifəli şəxs kimi vahid şəxsi niyyətlə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil edərək təkrarən vəzifə saxtakarlığı törətmişdir. Belə ki, o, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli 698-İQ №-li Qanununa uyğun yaradılmaqla, həmin Qanuna müvafiq surətdə təsdiq edilmiş “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli 771-İQ №-li Qanununa əlavə edilən bələdiyyələrin siyahısına görə Beyləqan rayonunun İmamverdili və Vətağa kəndlərinin ərazilərini əhatə edən İmamverdili bələdiyyəsinə xx.xx.2014-cü il tarixdə keçirilən bələdiyyə seçkilərində üzv və bələdiyyənin xx.xx.2015-ci il tarixli iclas protokoluna əsasən, bələdiyyə sədri vəzifəsinə seçilməklə həmin vəzifədə işləyərkən bələdiyyə üzvlərinin xx.xx.2000-ci il tarixli, 11 saylı iclasının qərarı ilə təsdiq edilmiş «Beyləqan rayon X1»nə əsasən, əmr və sərəncamlar verilməsi, bələdiyyə qərarlarının imzalanması, təsdiq edilmək, baxılmaq üçün təqdim edilən büdcə, plan, proqram və qərar layihələrinin hazırlanması, bələdiyyənin qəbul etdiyi qərarların yerinə yetirilməsi, bələdiyyənin qanunla müəyyən edilmiş səlahiyyətlərinin təşkili, bələdiyyə mülkiyyəti və bələdiyyənin istifadəsinə verilmiş başqa mülkiyyətin idarə edilməsi, bələdiyyə əmlakının texniki inventarizasiyasının aparılması və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən vəzifəli şəxs kimi xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar kənara çıxan hərəkətlər etməklə,yəni Azərbaycan Respublikası Konstitusiyasının 145-ci maddəsinin 1-3-cü bəndlərinə, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 4cü maddəsinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək, bələdiyyə torpaqlarının istifadəçilərindən torpaq vergisini və icarə haqqını almaq, bələdiyyə torpaqlarının mühafizəsinə və yaxşılaşdırılmasına dair proqramlar hazırlamaq, təsdiq etmək və onları həyata keçirmək, bələdiyyə torpaqlarından səmərəli istifadə olunmasına və onların mühafizəsinə nəzarət etmək, öz səlahiyyətləri daxilində torpaq istifadəçilərinin və icarəçilərinin hüquqlarını müdafiə etmək kimi torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyənin səlahiyyətləri üzrə, habelə, həmin Qanunun 3.0.3-cü bəndinə əsasən, torpaqların xüsusi mülkiyyətə və icarəyə verilməsində qanunvericiliyə və sosial ədalət prinsiplərinə zidd olaraq özünüidarənin kollegiallıq prinsiplərinə zidd olaraq, habelə, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının 2 iyul 1999-cu il tarixli Qanununun 16-cı maddəsinə əsasən, bələdiyyə iclasının bələdiyyə üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətli olduğu, bələdiyyənin bütün iclaslarının protokollaşdırılmalı olduğu və bələdiyyənin sədri və katibi tərəfindən imzalanaraq bələdiyyənin möhürü ilə təsdiqlənmiş bələdiyyənin iclas protokolunda iclasın keçirildiyi yer, tarix, iclasda iştirak edən və etməyən bələdiyyə üzvlərinə və dəvət olunan şəxslərə dair məlumat, iclasın sədri, katibi, iclasın gündəliyi, gündəliyin təsdiqi üçün keçirilən səsvermənin nəticəsi, məruzəçilərin adları, soyadları, məruzənin qısa məzmunu, çıxışların qısa məzmunu, müzakirə olunmuş məsələlərə dair qəbul edilmiş qərar, habelə bununla bağlı keçirilən səsvermənin nəticəsinin göstərilməli olmasına, həmçinin Azərbaycan Respublikasının 1999-cu il 15 oktyabr tarixli Qanunu ilə təsdiq edilmiş “X3”nin 4-cü bölməsinin 2-ci maddəsinin 6-cı yarımbəndinə əsasən, bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam verilməsi ilə bağlı məsələlərin kollegial orqan olan bələdiyyənin ümumi yığıncağının səlahiyyətində olmasına baxmayaraq bələdiyyə iclasını keçirmədən, bələdiyyə üzvlərinin məlumatı olmadan, bələdiyyə üzvlərinin yetərsayı təmin edilmədən 2015-ci ildə Beyləqan rayonu, İmamverdili kənd bələdiyyəsinin ərazisində fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması ilə bağlı bələdiyyəyə müraciət edən həmin bələdiyyə ərazisində yaşayan Şahid8 qarşısında nüfuz əldə etmək məqsədilə həmin bələdiyyənin Beyləqan rayonu, İmamverdili kəndində yerləşən inzibati binasında vəzifəli şəxs kimi şəxsi niyyətlə 15 may 2015-ci il tarixdə Şahid8 bələdiyyənin mülkiyyətindəki 0,12 ha torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün mülkiyyətinə verilməsi prosedurunun başlanmasına dair rəsmi sənəd olan və özü tərəfindən tərtib edilmiş həmin tarixli iclas protokolunun və qərarının məzmununa guya həmin protokolun və qərarın bələdiyyə iclası keçirilməklə, bələdiyyə iclasında bələdiyyə üzvlərinin iştirakı ilə, yetərsay təmin edilməklə kollegial qaydada keçirilən iclas nəticəsində qəbul edilməsinə dair bilə-bilə yalan məlumatları daxil etməklə imzalayıb, bələdiyyənin rəsmi dairəvi möhürü ilə təsdiq edərək həmin xx.xx.2015-ci il tarixli, 05 nömrəli qərarla 0,12 ha torpaq sahəsinin Şahid8 mülkiyyətinə verilməsi prosedurunun başlanmasını bələdiyyə üzrə rəsmiləşdirməklə Beyləqan rayonu, İmamverdili kənd bələdiyyəsinin əmlak hüquqlarına və qanuni mənafelərinə vahid niyyətlə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərini aşmış, rəsmi sənədlərin məzmununa vahid şəxsi niyyətlə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qeyd olunan səlahiyyətlərə malik təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən vəzifəli şəxs kimi xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar kənara çıxan hərəkətlər etməklə, yəni Azərbaycan Respublikası Konstitusiyasının 145-ci maddəsinin 1-3-cü bəndlərinə, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 4cü maddəsinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək, bələdiyyə torpaqlarının istifadəçilərindən torpaq vergisini və icarə haqqını almaq, bələdiyyə torpaqlarının mühafizəsinə və yaxşılaşdırılmasına dair proqramlar hazırlamaq, təsdiq etmək və onları həyata keçirmək, bələdiyyə torpaqlarından səmərəli istifadə olunmasına və onların mühafizəsinə nəzarət etmək, öz səlahiyyətləri daxilində torpaq istifadəçilərinin və icarəçilərinin hüquqlarını müdafiə etmək kimi torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyənin səlahiyyətləri üzrə, habelə, həmin Qanunun 3.0.3-cü bəndinə əsasən, torpaqların xüsusi mülkiyyətə və icarəyə verilməsində qanunvericiliyə və sosial ədalət prinsiplərinə zidd olaraq özünüidarənin kollegiallıq prinsiplərinə zidd olaraq, habelə, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının 2 iyul 1999-cu il tarixli Qanununun 16-cı maddəsinə əsasən, bələdiyyə iclasının bələdiyyə üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətli olduğu, bələdiyyənin bütün iclaslarının protokollaşdırılmalı olduğu və bələdiyyənin sədri və katibi tərəfindən imzalanaraq bələdiyyənin möhürü ilə təsdiqlənmiş bələdiyyənin iclas protokolunda iclasın keçirildiyi yer, tarix, iclasda iştirak edən və etməyən bələdiyyə üzvlərinə və dəvət olunan şəxslərə dair məlumat, iclasın sədri, katibi, iclasın gündəliyi, gündəliyin təsdiqi üçün keçirilən səsvermənin nəticəsi, məruzəçilərin adları, soyadları, məruzənin qısa məzmunu, çıxışların qısa məzmunu, müzakirə olunmuş məsələlərə dair qəbul edilmiş qərar, habelə bununla bağlı keçirilən səsvermənin nəticəsinin göstərilməli olmasına, həmçinin Azərbaycan Respublikasının 1999-cu il 15 oktyabr tarixli Qanunu ilə təsdiq edilmiş “X3”nin 4-cü bölməsinin 2-ci maddəsinin 6-cı yarımbəndinə əsasən, bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam verilməsi ilə bağlı məsələlərin kollegial orqan olan bələdiyyənin ümumi yığıncağının səlahiyyətində olmasına baxmayaraq bələdiyyə iclasını keçirmədən, bələdiyyə üzvlərinin məlumatı olmadan, bələdiyyə üzvlərinin yetərsayı təmin edilmədən 2015-ci ildə Beyləqan rayonu, İmamverdili kənd bələdiyyəsinin ərazisində fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması ilə bağlı Bələdiyyəyə müraciət edən həmin Bələdiyyə ərazisində yaşayan sakinlər Şahid6, Şahid9, Şahid10, X7, Şahid7 qarşısında bələdiyyə sədri kimi nüfuz əldə etmək məqsədilə həmin bələdiyyənin Beyləqan rayonu, İmamverdili kəndində yerləşən inzibati binasında vəzifəli şəxs kimi təkrarən şəxsi niyyətlə 05 noyabr 2015-ci il tarixdə Şahid6, Şahid9, Şahid10, X6, Şahid7 Alllahverdi oğluna hər birinə ayrılıqda 0,12 ha olmaqla Bələdiyyənin mülkiyyətindəki cəmi 0,6 ha torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün bilavasitə satılması qaydasında ayrılmasına dair rəsmi sənəd olan və özü tərəfindən tərtib edilmiş həmin tarixli iclas protokolunun və qərarının məzmununa guya həmin protokolun və qərarın bələdiyyə iclası keçirilməklə, bələdiyyə iclasında bələdiyyə üzvlərinin iştirakı ilə, yetərsay təmin edilməklə kollegial qaydada keçirilən iclas nəticəsində qəbul edilməsinə dair bilə-bilə yalan məlumatlar daxil etməklə imzalayıb, bələdiyyənin rəsmi dairəvi möhürü ilə təsdiq edərək həmin xx.xx.2015-ci il tarixli, 12 nömrəli qərarla Şahid6, Şahid9, Şahid10, X6, Şahid7-hər birinə ayrılıqda 0,12 ha olmaqla, bələdiyyə mülkiyyətindəki cəmi 0,6 ha torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün bilavasitə satılması qaydasında ayrılmasını bələdiyyə üzrə rəsmiləşdirməklə Beyləqan rayonu, İmamverdil kənd bələdiyyəsinin əmlak hüquqlarına və qanuni mənafelərinə vahid niyyətlə mühüm zərər vuraraq təkrarən vəzifə səlahiyyətlərini aşmış, rəsmi sənədlərin məzmununa vahid şəxsi niyyətlə bilə-bilə yalan məlumatları daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmişdir. Təqsirləndirilən şəxs özünü ibtidai istintaqda verilmiş ittiham üzrə təqsirli bilməsə də, məhkəmə baxışında özünü tam təqsirli bildi və ibtidai istintaq dövründə verdiyi ifadədən fərqli ifadə verərək göstərdi ki, Beyləqan rayonunun İmamverdili və Vətağa kəndlərinin ərazilərini əhatə edən İmamverdili bələdiyyəsinə xx.xx.2014-cü il tarixdə keçirilən bələdiyyə seçkilərində üzv və bələdiyyənin xx.xx.2015-ci il tarixli iclas protokoluna əsasən, bələdiyyə sədri vəzifəsinə seçilməklə həmin vəzifədə işləyərkən, bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam verilməsi ilə bağlı məsələlərin kollegial orqan olan bələdiyyənin ümumi yığıncağının səlahiyyətində olmasına baxmayaraq bələdiyyə iclasını keçirmədən, bələdiyyə üzvlərinin məlumatı olmadan, bələdiyyə üzvlərinin yetərsayı təmin edilmədən 2015-ci ildə Beyləqan rayonu, İmamverdili kənd bələdiyyəsinin ərazisində fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması ilə bağlı bələdiyyəyə müraciət edən həmin bələdiyyə ərazisində yaşayan Şahid8 qarşısında nüfuz əldə etmək məqsədilə həmin bələdiyyənin Beyləqan rayonu, İmamverdili kəndində yerləşən inzibati binasında vəzifəli şəxs kimi şəxsi niyyətlə 15 may 2015-ci il tarixdə Şahid8 bələdiyyənin mülkiyyətindəki 0,12 ha torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün mülkiyyətinə verilməsi prosedurunun başlanmasına dair rəsmi sənəd olan və özü tərəfindən tərtib edilmiş həmin tarixli iclas protokolunun və qərarının məzmununa guya həmin protokolun və qərarın bələdiyyə iclası keçirilməklə, bələdiyyə iclasında bələdiyyə üzvlərinin iştirakı ilə, yetərsay təmin edilməklə kollegial qaydada keçirilən iclas nəticəsində qəbul edilməsinə dair bilə-bilə yalan məlumatları daxil etməklə imzalayıb, bələdiyyənin rəsmi dairəvi möhürü ilə təsdiq edərək həmin xx.xx.2015-ci il tarixli, 05 nömrəli qərarla 0,12 ha torpaq sahəsinin Şahid8 mülkiyyətinə verilməsi prosedurunun başlanmasını bələdiyyə üzrə rəsmiləşdirmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, bələdiyyə iclasını keçirmədən, bələdiyyə üzvlərinin məlumatı olmadan, bələdiyyə üzvlərinin yetərsayı təmin edilmədən 2015-ci ildə Beyləqan rayonu, İmamverdili kənd bələdiyyəsinin ərazisində fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması ilə bağlı Bələdiyyəyə müraciət edən həmin Bələdiyyə ərazisində yaşayan sakinlər Şahid6, Şahid9, Şahid10, X7, Şahid7 qarşısında bələdiyyə sədri kimi nüfuz əldə etmək məqsədilə həmin bələdiyyənin Beyləqan rayonu, İmamverdili kəndində yerləşən inzibati binasında 05 noyabr 2015-ci il tarixdə Şahid6, Şahid9, Şahid10, X6, Şahid7 Alllahverdi oğluna hər birinə ayrılıqda 0,12 ha olmaqla Bələdiyyənin mülkiyyətindəki cəmi 0,6 ha torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün bilavasitə satılması qaydasında ayrılmasına dair rəsmi sənəd olan və özü tərəfindən tərtib edilmiş həmin tarixli iclas protokolunun və qərarının məzmununa guya həmin protokolun və qərarın bələdiyyə iclası keçirilməklə, bələdiyyə iclasında bələdiyyə üzvlərinin iştirakı ilə, yetərsay təmin edilməklə kollegial qaydada keçirilən iclas nəticəsində qəbul edilməsinə dair bilə-bilə yalan məlumatlar daxil etməklə imzalayıb, bələdiyyənin rəsmi dairəvi möhürü ilə təsdiq edərək həmin xx.xx.2015-ci il tarixli, 12 nömrəli qərarla Şahid6, Şahid9, Şahid10, X6, Şahid7-hər birinə ayrılıqda 0,12 ha olmaqla, bələdiyyə mülkiyyətindəki cəmi 0,6 ha torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün bilavasitə satılması qaydasında ayrılmasını bələdiyyə üzrə rəsmiləşdirmişdir. Hazırda elan olunmuş ittiham üzrə özünü tam təqsirli hesab edir, lakin Cinayət Məcəlləsinin 309.1 və 313-cü maddələri ilə cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsini nəzərə alaraq işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, hal-hazırda Beyləqan rayonu, İmamverdil kənd bələdiyyəsinin sədri olaraq fəaliyyət göstərir. 2010-cu ildə keçirilən bələdiyyə seçkilərində İmamverdil kənd bələdiyyəsinə üzv seçilmişdir. Həmin il bələdiyyənin çağırdığı ilk iclasda o, bələdiyyənin sədri seçilmiş və sədr kimi 2015-ci ilə qədər fəaliyyət göstərmişdir. 2015-ci ildə keçirilən növbəti bələdiyyə seçkilərində o, yenidən İmamverdili kənd bələdiyyəsinə üzv seçilmişdir. Həmin il yeni seçilmiş bələdiyyənin çağırdığı ilk iclasda Şahid2 bələdiyyənin sədri seçilmişdir. Təxminən 3 aydan sonra Şahid2 öz işlərinin çoxluğu ilə əlaqədar bələdiyyə sədri vəzifəsindən imtina etmiş və Bəşirov X2 bələdiyyəsinin sədri seçilmişdir. Həmin vaxt yəni 2015-2020-ci illər ərzində Təqsirləndirilən şəxs sədrlik fəaliyyəti dövründə o, yalnız yeni seçilmiş bələdiyyənin ilk iclasında iştirak etmiş və həmin iclasın yekununda qəbul olunmuş protokolla tanış olub imza etmişdir. Daha sonra o, bələdiyyənin çağırdığı heç bir iclasda iştirak etməmiş, hətta iclaslara dəvət də olunmamışdır. Bələdiyyə iclaslarına çağırılmamağının səbəbi ilə bağlı da heç kimdən heç nə soruşmamışdır. 2020-ci ildə keçirilən növbəti bələdiyyə seçkilərində yenidən bələdiyyə üzvlüyünə namizədliyini irəli sürmüş və İmamverdil kənd bələdiyyəsinə üzv seçilmişdir. Yeni seçilmiş bələdiyyənin ilk iclasında yenidən İmamverdil kənd bələdiyyəsinə sədr vəzifəsinə seçilmişdir. Hal-hazırda da sədr vəzifəsinin icrası ilə məşğuldur. Ondan başqa bələdiyyənin 5 üzvü vardır. 2015- 2020-ci illər ərzində, yəni Təqsirləndirilən şəxs İmamverdil kənd bələdiyyəsinin sədri kimi fəaliyyət göstərdiyi dövrdə bələdiyyə tərəfindən keçirilmiş hərrac proseslərində iştirak etməmiş, hətta bələdiyyə üzvü kimi həmin hərraclara dəvət də olunmamışdır. Qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş üzrə Şahid3 məhkəmədə verdiyi ifadəsində göstərdi ki, o, Beyləqan rayonu, İmamverdil kəndində ailəsi ilə birlikdə yaşayır. Bələdiyyə orqanında fəaliyyətə 2010-cu ildə başlamışdır. Elə həmin il Bələdiyyə seçkilərində İmamverdil kənd Bələdiyyəsinə üzv seçilmiş və 2015-ci ilə kimi İmamverdil kənd Bələdiyyəsinin üzvü, eyni zamanda müavin kimi fəaliyyət göstərmişdir. Həmin vaxt kənd Bələdiyyəsinin sədri vəzifəsini Zərərçəkmiş şəxs daşımışdır. 2015-ci il dekabr ayında keçirilən növbəti bələdiyyə seçkilərində təkrar olaraq İmamverdil kənd Bələdiyyəsinə üzv seçilmişdir. Bələdiyyə üzvləri həmin dövrdə öz arasında Bələdiyyə sədri seçilməsi məsələsi ilə bağlı iclas keçirmiş və iclasda Şahid2 sədr seçilmişdir. Təxminən 3 aydan sonra Şahid2 öz xahişi ilə və istəyi ilə işlərinin çoxluğu ilə əlaqədar Bələdiyyə sədri olmaqdan imtina etmiş, bununla əlaqədar Bələdiyyədə sədr dəyişikliyi baş vermiş və Bələdiyyə üzvlərinin keçirdiyi iclasda yeni sədr Təqsirləndirilən şəxs seçilmişdir. Təqsirləndirilən şəxs sədrliyi dövründə, yəni 2015-2020-ci illər aralığında kənd Bələdiyyəsinin üzvü olsa da, yalnız bələdiyyənin ilk iclasında iştirak edib iştirakını müvafiq sənəddə imzası ilə təsdiq etmişdir. Bələdiyyənin sonrakı heç bir iclasında, o cümlədən hərrac yolu ilə alqı-satqı məsələlərində iştirak etməmiş və həmin dövrdə Bələdiyyənin qəbul etdiyi qərarlara, protokollara imza etməmişdir. Bələdiyyənin iclaslarında iştirak etməməyinin səbəbi isə sədri Təqsirləndirilən şəxs tərəfindən iclaslara çağırılmamağı olmuşdur. Aidiyyəti üzrə də dəfələrlə bununla bağlı aidiyyəti orqanlara müraciət etmişdir. 2020-ci ildə keçirilən növbəti Bələdiyyə seçkilərində təkrar olaraq Bələdiyyəyə üzv seçilmiş və hal-hazıradək Bələdiyyə üzvü-müavin olaraq fəaliyyət göstərir. 2015-2020-ci illər ərzində, yəni Təqsirləndirilən şəxs İmamverdil kənd bələdiyyəsinin sədri kimi fəaliyyət göstərdiyi dövrdə bələdiyyə tərəfindən keçirilmiş hərrac proseslərində iştirak etməmiş, hətta bələdiyyə üzvü kimi həmin hərraclara dəvət də olunmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 2015-ci ildə Beyləqan rayonu, İmamverdil kənd bələdiyyəsinə keçirilən bələdiyyə seçkilərində onunla birlikdə doqquz nəfər bələdiyyə üzvü seçilmişdir. Bələdiyyə üzvləri həmin dövrdə öz arasında bələdiyyə sədri seçilməsi məsələsi ilə bağlı iclas keçirmiş və iclasda Şahid2 Məmmədxan qızı sədr seçilmişdir. Təxminən 3 aydan sonra Şahid2 öz xahişi və istəyi ilə işlərinin çoxluğu ilə əlaqədar Bələdiyyə sədri olmaqdan imtina etmiş, bununla əlaqədar bələdiyyədə sədr dəyişikliyi baş vermiş və bələdiyyə üzvlərinin keçirdiyi iclasda yeni sədr Təqsirləndirilən şəxs seçilmişdir. Bəşirov X4 Bələdiyyəsinin sədri vəzifəsində işlədiyi dövrdə kənd sakinlərinin müraciətləri əsasında onlara fərdi yaşayış evi tikmək üçün torpaq sahələrinin satılması barədə iclaslar keçirmiş və iclaslarda həmin şəxslərə torpaq sahələrinin satılması barədə qərarlar qəbul olunmuşdur. Bundan başqa, bələdiyyə öz vəsaiti hesabına kənd yollarını abadlaşdırmışdır. Həmin işlərin də yerinə yetirilməsi zamanı bələdiyyə üzvlərinin iştirakları ilə iclaslar keçirilib pul vəsaiti ayrılmışdır. Keçirilən iclaslarda sədr Təqsirləndirilən şəxs olmuşdur. Bələdiyyə üzvü olduğu dövrdə, o cümlədən Təqsirləndirilən şəxs sədrliyi dövründə mütəmadi olaraq Təqsirləndirilən şəxs göstərişi ilə bələdiyyənin iclaslarında iştirak etsə də 2015-ci ildə keçirilmiş iki iclasda iştirakı təmin edilməmişdir. Belə ki, 15 may 2015-ci ildə Şahid8 0,12 ha torpaq sahəsinin fərdi ev tikmək məqsədi ilə ayrılması məsələsinin müzakirə olunması barədə iclasda və 05 noyabr 2015ci ildə bir qrup kənd sakininə torpaq sahəsinin verilməsi barədə iclasda iştirak etməmiş, həmin iclasın protokollarını sonradan Təqsirləndirilən şəxs xahişi ilə imzalamışdır. Bildiyi qədər həmin iclas ümumiyyətlə keçirilməmişdir. Sadaladıqlarından başqa bütün iclaslarda iştirak etmiş, həmin iclaslarda yetərsay olmuşdur. 15 may 2015-ci ildə Şahid8 0,12 ha torpaq sahəsinin fərdi ev tikmək məqsədi ilə ayrılması, bələdiyyədə əmək haqqı alanların əmək haqlarının tənzimlənməsi məsələsinin müzakirə olunması barədə 05 saylı iclasın və 05 noyabr 2015-ci ildə bir qrup kənd sakininə torpaq sahəsinin ayrılması məsələsinin müzakirə olunması barədə 12 saylı iclasın protokollarındakı imzalar özü tərəfindən icra edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 2015-ci il dekabr ayında keçirilən Bələdiyyə seçkilərində İmamverdili kənd Bələdiyyəsinə öz namizədliyini irəli sürmüş və Bələdiyyəyə üzv seçilmişdir. Keçirilən Bələdiyyə seçkilərində onunla birlikdə doqquz nəfər Bələdiyyə üzvü seçilmişdir. Bələdiyyə üzvləri həmin dövrdə öz arasında Bələdiyyə sədri seçilməsi məsələsi ilə bağlı iclas keçirmiş və iclasda onu sədr seçmişlər. Təxminən 3 aydan sonra öz xahişi və istəyi ilə işlərinin çoxluğu ilə əlaqədar Bələdiyyə sədri olmaqdan imtina etmiş, bununla əlaqədar Bələdiyyədə sədr dəyişikliyi baş vermiş və Bələdiyyə üzvlərinin keçirdiyi iclasda yeni sədr Təqsirləndirilən şəxs seçilmişdir. Bəşirov X4 Bələdiyyəsinin sədri vəzifəsində işlədiyi dövrdə kənd sakinlərinin müraciətləri əsasında onlara fərdi yaşayış evi tikmək üçün torpaq sahələrinin satılması barədə iclaslar keçirmiş və iclaslarda həmin şəxslərə torpaq sahələrinin satılması barədə qərarlar qəbul olunmuşdur. Bundan başqa, Bələdiyyə öz vəsaiti hesabına kəndin yolları abadlaşdırmışdır. Həmin işlərin də yerinə yetirilməsi zamanı Bələdiyyə üzvlərinin iştirakları ilə iclaslar keçirilib pul vəsaiti ayrılmışdır. Keçirilən iclaslarda sədr Təqsirləndirilən şəxs olmuşdur. 2015-2020-ci illər ərzində, yəni Təqsirləndirilən şəxs İmamverdil kənd bələdiyyəsinin sədri kimi fəaliyyət göstərdiyi dövrdə bələdiyyə üzvü kimi bələdiyyənin çağırdığı iclaslara sədr Təqsirləndirilən şəxs tərəfindən mütəmadi olaraq dəvət olunmuş, həmin iclaslarda iştirakını iclasın yekununda qəbul olunan müvafiq sənədlərdə öz imzası ilə təsdiq etmişdir. Bununla belə 2015-ci ildə keçirilmiş iki iclasda iştirakı təmin edilməmişdir. Belə ki, 15 may 2015-ci ildə Şahid8 0,12 ha torpaq sahəsinin fərdi ev tikmək məqsədi ilə ayrılması məsələsinin müzakirə olunması barədə iclasda və 05 noyabr 2015ci ildə bir qrup kənd sakininə torpaq sahəsinin verilməsi barədə iclasda iştirak etməmiş, həmin iclasın nəticəsi barədə ona məlumat verilməmişdir. Bildiyi qədər həmin iclas ümumiyyətlə keçirilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, 2015-ci ildə Beyləqan rayonu, İmamverdil Bələdiyyəsinə keçirilən seçkilərdə onunla birlikdə doqquz nəfər Bələdiyyə üzvü seçilmişdir. Bələdiyyə üzvləri həmin dövrdə öz arasında Bələdiyyə sədri seçilməsi məsələsi ilə bağlı iclas keçirmiş və iclasda Şahid2 sədr seçilmişdir. Təxminən 3 aydan sonra Şahid2 öz xahişi və istəyi ilə işlərinin çoxluğu ilə əlaqədar Bələdiyyə sədri olmaqdan imtina etmiş, bununla əlaqədar Bələdiyyədə sədr dəyişikliyi baş vermiş və bələdiyyə üzvlərinin keçirdiyi iclasda yeni sədr Təqsirləndirilən şəxs seçilmişdir. Təqsirləndirilən şəxs bir kənd sakini kimi uzun illərdir ki tanıyır, aralarında heç bir zaman düşmənçilik və ədavət olmamışdır. Təqsirləndirilən şəxs fəaliyyəti dövründə kənd sakinlərindən adlarını bilmədiyi şəxslərə bir neçə dəfə maddi yardım köməkliyi etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs fəaliyyəti dövründə İmamverdili kənd yollarının bərbad olması ilə bağlı kənd ərazisində bir neçə dəfə müxtəlif illərdə yolların təmir-bərpa işləri həyata keçirilmiş, kəndə su çəkilməsi ilə bağlı xeyli iş görərək kəndə içməli suyun verilməsini təmin etmiş, elektrik xətlərinin yenisi ilə əvəz edilməsi prosesini təmin etmiş, kənd qəbiristanlığının ərazisinin təmizlənməsi və qəbiristanlıqda dəfn və kənd sakinlərinin rahat şəkildə ziyarəti üçün xeyli müsbət işlər görmüşdür. O, 2015-ci il Bələdiyyə seçkilərindən az müddət keçmiş demək olar ki, Bakı şəhərində yaşamış və Bələdiyyənin fəaliyyəti ilə bağlı demək olar ki məlumatı olmamış, bununla belə xatırladığı qədər bir neçə bələdiyyə iclasında iştirak etmiş, lakin 2015-ci ildə keçirilmiş iki iclasda iştirakı təmin edilməmişdir. Belə ki, 15 may 2015-ci ildə Şahid8 0,12 ha torpaq sahəsinin fərdi ev tikmək məqsədi ilə ayrılması məsələsinin müzakirə olunması barədə 05 saylı iclasda və 05 noyabr 2015-ci ildə bir qrup kənd sakininə torpaq sahəsinin verilməsi barədə 12 saylı iclasda iştirak etməmiş, həmin iclasın nəticəsi barədə ona məlumat verilməmişdir. Bildiyi qədər həmin iclaslar ümumiyyətlə keçirilməmişdir. 2016-cı ilin iyun ayında hüquq-mühafizə, daha doğrusu polis orqanlarında işə qəbul olunmuş və həmin vaxtdan etibarən Bələdiyyə orqanında fəaliyyətinə xitam verilmişdir. Şahid7 məhkəmədə verdiyi ifadəsində göstərdi ki, o, Beyləqan rayonu, İmamverdil kəndində ailəsi ilə birlikdə yaşayır. Beyləqan rayonu, İmamverdil kənd sakinidir, elə həmin kənddə də yaşayır. Beyləqan rayon İmamverdil kənd Bələdiyyəsinin sabiq sədri Təqsirləndirilən şəxs təxminən 2016-cı ildə ərizə ilə kənd ərazisində ev tikmək məqsədi ilə 0,12 ha torpaq sahəsi almaq üçün müraciət etmişdir. Təqsirləndirilən şəxs Bələdiyyənin balansına poçt vasitəsilə 480 manat pul ödəməsini bildirmiş, o, da bir müddət sonra həmin pul məbləğini poçt vasitəsi ilə Bələdiyyənin balansına ödəmiş və ödəniş qəbzini gətirib Bələdiyyəyə təqdim etmişdir. Bir müddət sonra Təqsirləndirilən şəxs Beyləqan rayon İmamverdili Bələdiyyəsinin protokolundan və Beyləqan rayon İmamverdili kəndinin kompleks yerqurluşu xəritəsindən çıxarışların təsdiq olunmuş surətlərini ona təqdim edərək bildirmişdir ki, Bələdiyyə tərəfindən ona ayrılmış 0,12 ha torpaq sahəsinə çıxarış almaq üçün həmin sənədləri Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Beyləqan Ərazi İdarəsinə təqdim etməlidir. O da həmin sənədləri Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Beyləqan Ərazi İdarəsinə təqdim edib hər şeyi rəsmiləşdirmişdir. Şahid6 məhkəmədə verdiyi ifadəsində göstərdi ki, təxminən 2015-ci ildə Beyləqan rayon İmamverdil kənd Bələdiyyəsinin sabiq sədri Təqsirləndirilən şəxs kənd ərazisində ev tikmək məqsədi ilə 0,12 ha torpaq sahəsi almaq üçün ərizə ilə müraciət etmişdir. Təqsirləndirilən şəxs Bələdiyyənin balansına poçt vasitəsilə 480 manat pul ödəməsini bildirmiş, o, da bir müddət sonra həmin pul məbləğini poçt vasitəsi ilə Bələdiyyənin balansına ödəmiş və ödəniş qəbzini gətirib Bələdiyyəyə təqdim etmişdir. Bir müddət sonra Təqsirləndirilən şəxs 05 noyabr 2015-ci il tarixli, Beyləqan rayon İmamverdili Bələdiyyəsinin 12 saylı protokolundan və Beyləqan rayon İmamverdili kəndinin kompleks yerquruluşu xəritəsindən çıxarışların təsdiq olunmuş surətlərini ona təqdim edərək bildirmişdir ki, Bələdiyyə tərəfindən ona ayrılmış 0,12 ha torpaq sahəsinə çıxarış almaq üçün həmin sənədləri Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Beyləqan Ərazi İdarəsinə təqdim etməlidir. O, da həmin sənədləri Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Beyləqan Ərazi İdarəsinə təqdim edib qeydiyyata düşmüş və hal-hazırda həmin sənədlər əsasında rəsmi icranı gözləyir. 2015-ci ildə ev tikmək üçün həyətyanı torpaq sahəsinə ehtiyacı olduğu üçün sabiq Bələdiyyə sədri Təqsirləndirilən şəxs müraciət etmiş, daha sonra Beyləqan poçt vasitəsi ilə 480 manat pulu İmamverdil kənd Bələdiyyəsinin hesabına köçürmüş və bir müddət sonra ona Təqsirləndirilən şəxs tərəfindən Beyləqan rayon İmamverdili Bələdiyyəsinin protokolundan çıxarış və Beyləqan rayon İmamverdili kəndinin kompleks yer quruluşu xəritəsindən çıxarışın surəti təqdim edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, təxminən 2015-ci ildə Beyləqan rayon İmamverdil kənd Bələdiyyəsinin sabiq sədri Təqsirləndirilən şəxs kənd ərazisində ev tikmək məqsədi ilə 0,12 ha torpaq sahəsi almaq üçün ərizə ilə müraciət etmişdir. Təqsirləndirilən şəxs Bələdiyyənin balansına poçt vasitəsilə 480 manat pul ödəməsini bildirmiş, o, da bir müddət sonra həmin pul məbləğini poçt vasitəsi ilə Bələdiyyənin balansına ödəmiş və ödəniş qəbzini gətirib Bələdiyyəyə təqdim etmişdir. Bir müddət sonra Təqsirləndirilən şəxs 15 may 2015-ci il tarixli, Beyləqan rayon İmamverdili Bələdiyyəsinin 05 saylı protokolundan və Beyləqan rayon İmamverdili kəndinin kompleks yerqurluşu xəritəsindən çıxarışların təsdiq olunmuş surətlərini ona təqdim edərək bildirmişdir ki, Bələdiyyə tərəfindən ona ayrılmış 0,12 ha torpaq sahəsinə çıxarış almaq üçün həmin sənədləri Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Beyləqan Ərazi İdarəsinə təqdim etməlidir. Onun da maddi imkanı zəif olduğu və Bakı şəhərində kirayədə yaşadığı üçün bu günə kimi həmin sənədləri çıxarış almaq üçün Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Beyləqan Ərazi İdarəsinə təqdim etməmişdir. O, kənd sakinidir, ailə həyatı qurana kimi öz valideynlərinə birlikdə yaşamış, ailə qurduqdan sonra ailəsi ilə birlikdə özünə ev tikib ayrı qalmaq məqsədi ilə sabiq Bələdiyyə sədri Təqsirləndirilən şəxs müraciət etmiş, daha sonra Beyləqan poçt vasitəsi ilə 480 manat pulu İmamverdil kənd Bələdiyyəsinin hesabına köçürmüş və bir müddət sonra ona Təqsirləndirilən şəxs tərəfindən Beyləqan rayon İmamverdili Bələdiyyəsinin protokolundan çıxarış və Beyləqan rayon İmamverdili kəndinin kompleks yer quruluşu xəritəsindən çıxarışın surəti təqdim edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2000-ci il tarixli, 11 saylı iclasının qərarı ilə təsdiq edilmiş «Beyləqan rayon X1»dən görünür ki, Təqsirləndirilən şəxs həmin Bələdiyyənin sədri kimi əmr və sərəncamlar verilməsi, bələdiyyə qərarlarının imzalanması, təsdiq edilmək, baxılmaq üçün təqdim edilən büdcə, plan, proqram və qərar layihələrinin hazırlanması, bələdiyyənin qəbul etdiyi qərarların yerinə yetirilməsi, bələdiyyənin qanunla müəyyən edilmiş səlahiyyətlərinin təşkili, bələdiyyə mülkiyyəti və bələdiyyənin istifadəsinə verilmiş başqa mülkiyyətin idarə edilməsi, bələdiyyə əmlakının texniki inventarizasiyasının aparılması və digər səlahiyyətlərə malik təşkilatisərəncamverici funksiyaları yerinə yetirən vəzifəli şəxs olmuşdur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli 698-İQ №-li Qanununa uyğun yaradılmaqla, həmin Qanuna müvafiq surətdə təsdiq edilmiş “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının xx.xx.1999cu il tarixli 771-İQ №-li Qanununa əlavə edilən bələdiyyələrin siyahısına görə Beyləqan rayonunun İmamverdili və Vətağa kəndlərinin ərazilərini əhatə edən İmamverdili bələdiyyəsinə xx.xx.2014-cü il tarixdə keçirilən bələdiyyə seçkilərində üzv və bələdiyyənin xx.xx.2015-ci il tarixli iclas protokoluna əsasən bələdiyyə sədri vəzifəsinə seçilmiş, bələdiyyə üzvləri isə Şahid1, Şahid4, Şahid5, X8, X9, Zərərçəkmiş şəxs, Şahid3, Şahid2 olmuşdur. İş materiallarına əlavə edilmiş İmamverdili bələdiyyəsi üzrə tərtib edilmiş 287 səhifədən ibarət olan “İmamverdili bələdiyyəsi üzrə protokolların qeydiyyatı kitabı”na 22 dekabr 2022-ci il tarixdə baxış keçirilməsi haqqında protokoldan görünür ki, kitabın 14-18ci səhifələrində 15 may 2015-ci il tarixdə Şahid8 bələdiyyənin mülkiyyətindəki 0,12 ha torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün mülkiyyətinə verilməsi məsələsinin müzakirə olunduğu 05 saylı bələdiyyə iclasının keçirildiyi, bələdiyyə iclasında bələdiyyə üzvlərinin iştirakı ilə, onların çıxışlarına şərait yaradılmaqla və yetərsay təmin edilməklə kollegial qaydada keçirilən müzakirələr nəticəsində Şahid8 bələdiyyənin mülkiyyətindəki 0,12 ha torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün mülkiyyətinə verilməsi prosedurunun başlanmasının qərara alındığı göstərilmiş, “Qərara alır” hissəsinin sonu Təqsirləndirilən şəxs bələdiyyə sədri kimi imzası və İmamverdili bələdiyyəsinin dairəvi möhürü ilə tamamlanmışdır. Bundan başqa həmin kitabın 32-35-ci səhifələrindən görünür ki, 05 noyabr 2015-ci il tarixdə Şahid6, Şahid9, Şahid10, X6, Şahid7 Alllahverdi oğluna hər birinə ayrılıqda 0,12 ha olmaqla Bələdiyyənin mülkiyyətindəki cəmi 0,6 ha torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün bilavasitə satılması qaydasında ayrılmasıməsələsinin müzakirə olunduğu 12 saylı bələdiyyə iclasının keçirildiyi, bələdiyyə iclasında bələdiyyə üzvlərinin iştirakı ilə, onların çıxışlarına şərait yaradılmaqla və yetərsay təmin edilməklə kollegial qaydada keçirilən müzakirələr nəticəsində Şahid6, Şahid9, Şahid10, X6, Şahid7 Alllahverdi oğluna hər birinə ayrılıqda 0,12 ha olmaqla Bələdiyyənin mülkiyyətindəki cəmi 0,6 ha torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün bilavasitə satılması qaydasında ayrılması qərara alındığı göstərilmiş, “Qərara alır” hissəsinin sonu Təqsirləndirilən şəxs bələdiyyə sədri kimi imzası və İmamverdili bələdiyyəsinin dairəvi möhürü ilə tamamlanmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş 15 may 2015-ci il tarixli İmamverdili bələdiyyəsi üzrə iclas protokolundan görünür ki, həmin protokolda 9 nəfər bələdiyyə üzvündən 8 nəfərinin iştirak etdiyi göstərilməklə yetərsayın olduğu göstərilmiş, Şahid8 bələdiyyənin mülkiyyətindəki 0,12 ha torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün mülkiyyətinə verilməsi barədə müraciəti müzakirə olunmuş, bələdiyyə üzvləri çıxış etmiş, protokol Bələdiyyə sədri Təqsirləndirilən şəxs tərəfindən imzalanmış, İmamverdili bələdiyyəsinin dairəvi möhürü ilə möhürlənmiş, nəticədə xx.xx.2015-ci il tarixli, 05 nömrəli qərarla 0,12 ha torpaq sahəsinin Şahid8 mülkiyyətinə verilməsi prosedurunun başlanması bələdiyyə üzrə rəsmiləşdirilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş 05 noyabr 2015-ci il tarixli İmamverdili bələdiyyəsi üzrə iclas protokolundan görünür ki, həmin protokolda 9 nəfər bələdiyyə üzvündən 8 nəfərinin iştirak etdiyi göstərilməklə yetərsayın olduğu göstərilmiş, 05 noyabr 2015-ci il tarixdə Şahid6, Şahid9, Şahid10, X6, Şahid7 Alllahverdi oğluna Bələdiyyənin mülkiyyətindəki torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün ayrılmasına dair müraciətləri müzakirə olunmuş, bələdiyyə üzvləri çıxış etmiş, protokol Bələdiyyə sədri Təqsirləndirilən şəxs tərəfindən imzalanmış, İmamverdili bələdiyyəsinin dairəvi möhürü ilə möhürlənmiş, nəticədə xx.xx.2015-ci il tarixli, 12 nömrəli qərarla Şahid6, Şahid9, Şahid10, X6, Şahid7 Alllahverdi oğluna - hər birinə ayrılıqda 0,12 ha olmaqla, bələdiyyə mülkiyyətindəki cəmi 0,6 ha torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün bilavasitə satılması qaydasında ayrılması bələdiyyə üzrə rəsmiləşdirilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Beyləqan rayon məhkəməsinin 09 iyul 2018-ci il tarixli hökmündən və Daxili İşlər Nazirliyinin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Beyləqan rayon məhkəməsinin 09 iyul 2018-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib aylıq qazancının 15 faizi dövlət nəfinə tutulmaqla 1 il müddətə islah işləri cəzasına məhkum olunmuş, “8 noyabr–Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli qərarına əsasən 09 iyul 2018-ci il tarixdə təyin edilmiş islah işləri cəzasından azad edilmişdir. Məhkəmə iş üzrə təqsirləndirilən şəxsin ifadəsini, şahid ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını inandırıcı, məntiqli olduğu, ziddiyyət təşkil etmədiyi, əksinə, bir-biri ilə uyğun şəkildə işin hallarını təsdiq etdiyi üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikası CM-nin 309.1 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli CM-nin 309.1 və 313-cü maddələri ilə düzgün olaraq tövsif edilmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.1 və 313-cü maddələri ilə təqdirli bilmiş və cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsini nəzərə alaraq işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.1 və 313-cü maddələri ilə cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 75ci maddəsi tətbiq olunmaqla, onun CM-nin 309.1 və 313-cü maddələri üzrə cinayət təqibinə xitam verilməsi, cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan cinayət işi üzrə icraata xitam verilməsi məqsədə uyğundur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən, cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası CPM-nin 43.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı aşağıdakı hallarda çıxarılır: 43.1.1. dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə; 43.1.2. Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda. Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.5, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.1 və 313-cü maddələri ilə məhkəmə məsuliyyətinə verilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən (CM-nin 313-cü maddəsi) və az ağır (CM-nin 309.1-ci maddəsi) cinayət hesab olunur. Eyni zamanda cinayətlərin törədildiyi gündən hazırkı tarixə yeddi ildən artıq müddət keçmişdir. Azərbaycan Respublikası CM-nin 15.1-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əməllər (hərəkət və ya hərəkətsizliklər) xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq böyük ictimai təhlükə törətməyən, az ağır, ağır və xüsusilə ağır cinayətlərə bölünür. Həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikası CM-nin 75.1-ci və 75.1.2-ci maddələri sinə əsasən cinayət törətdiyi gündən aşağıda müəyyən edilən müddətlər keçdikdə, şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz: 75.1.1. böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə; 75.1.2. az ağır cinayətin törədildiyi gündən yeddi il keçdikdə; 75.1.3. ağır cinayətin törədildiyi gündən on iki il keçdikdə; 75.1.4. xüsusilə ağır cinayətin törədildiyi gündən iyirmi il keçdikdə. 75.2. Müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Məhkəmə hesab edir ki, yuxarıda şərh olunanlara əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsi tətbiq edilməklə CM-nin 309.1 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməli, barəsində seçilmiş qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut-Şahid8 bələdiyyənin mülkiyyətindəki 0,12 ha torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün mülkiyyətinə verilməsi prosedurunun başlanmasının bələdiyyə üzrə rəsmiləşdirildiyi xx.xx.2015-ci il tarixli protokol və həmin tarixli 05 nömrəli qərar, Şahid6, Şahid9, Şahid10, X6, Şahid7 Alllahverdi oğluna hər birinə ayrılıqda 0,12 ha olmaqla, bələdiyyə mülkiyyətindəki cəmi 0,6 ha torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün bilavasitə satılması qaydasında ayrılmasının bələdiyyə üzrə rəsmiləşdirildiyi xx.xx.2015-ci il tarixli protokol və həmin tarixli, 12 nömrəli qərar, 287 səhifədən ibarət olan “İmamverdili bələdiyyəsi üzrə protokolların qeydiyyatı kitabı”, 25 dekabr 2022-ci il tarixli qərarı cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərci olan 320 (üç yüz iyirmi) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az MEM, VÖİN **********, X5, KOD 21005 VÖEN ********** Müxbir hesabı AZ41 NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 40, 43.3, 75, 321, 384.1.3-cü maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 309.1 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci və 75.1.2-ci maddələri tətbiq edilməklə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut -Şahid8 bələdiyyənin mülkiyyətindəki 0,12 ha torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün mülkiyyətinə verilməsi prosedurunun başlanmasının bələdiyyə üzrə rəsmiləşdirildiyi xx.xx.2015-ci il tarixli protokol və həmin tarixli 05 nömrəli qərar, Şahid6, Şahid9, Şahid10, X6, Şahid7 Alllahverdi oğluna hər birinə ayrılıqda 0,12 ha olmaqla, bələdiyyə mülkiyyətindəki cəmi 0,6 ha torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün bilavasitə satılması qaydasında ayrılmasının bələdiyyə üzrə rəsmiləşdirildiyi xx.xx.2015-ci il tarixli protokol və həmin tarixli, 12 nömrəli qərar, 287 səhifədən ibarət olan “İmamverdili bələdiyyəsi üzrə protokolların qeydiyyatı kitabı” 25 dekabr 2022-ci il tarixli qərarı cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci olan 320 (üç yüz iyirmi) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az MEM, VÖİN **********, X5, KOD 21005 VÖEN ********** Müxbir hesabı AZ41 NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. Qərardan 20 (iyirmi) gün müddətində Beyləqan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar