Azərbaycan Respublikası adından HÖKM Beyləqan rayon İş № 1(020)-18/2024 04.07.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi- Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs və onun müdafiəçisi Beyləqan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1970-ci ildə Beyləqan rayonu, Tatalılar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, hazırda "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X9 Təchizatı və Satışı İdarəsinin Beyləqan X2 şəhər sahəsi üzrə usta vəzifəsində işləyən, məhkum olunmamış, Beyləqan rayonu, Milabad qəsəbəsində qeydiyyatda olmaqla Beyləqan şəhəri, 5-ci Məhəllədə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 314.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyəti üzrə 30 aprel 2015-ci il tarixli, K-15- 0331 nömrəli əmrə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X9 Təchizatı və Satışı İdarəsinin Beyləqan X2 şəhər sahəsi üzrə usta vəzifəsində işləyərkən “"xxxx" Açıq Səhmdar Cəmiyyətinin regional enerji təchizatı və satışı idarələrinin rayon elektrik şəbəkələrində çalışan əməkdaşların vəzifə təlimatı”-nm Rayon Elektrik Şəbəkəsinin X6 ustasına aid hissəsi ilə müəyyən olunmuş “Vəzifə öhdəliklərinin vaxtında, məhsuldar və şəffaf səviyyədə yerinə yetirilməsini təmin etmək, bu sahədə Cəmiyyətin rəhbərliyinin əmr və təlimatlarına uyğun gəlməyəcək hər növ vəziyyətin baş verməməsi üçün lazımi tədbirlər görmək, rəhbərlik tərəfindən göndərilən əmr və təlimatların icra müddəti ərzində həyata keçirilməsini təmin etmək, illik qrafiklər üzrə hava və kabel xətlərinin, habelə bütün elektrik avadanlıqlarının əsaslı və cari baxım/təmir işlərinin aparılmasını təmin etmək, qəzanın aradan qaldırılması zamanı sərbəst tədbirlər görmək, hava xətlərinə baxış keçirilməsini, hava, kabel xətlərinin normal vəziyyətdə olmasını təmin etmək, “Təhlükəsizlik texnikası qaydaları”na (TTQ) aid bütün tələbləri yerinə yetirmək, hava və kabel xətlərində KTM, TM və yarımstansiyada bütün əsaslı və cari təmir-bərpa işlərini yerinə yetirmək” kimi vəzifələrini öz işinə vicdanlı münasibət göstərib, vaxtında icra etməli olduğu halda səhlənkarlıq, yəni vəzifəli şəxs olaraq işə laqeyd münasibəti nəticəsində öz xidməti vəzifələrini yerinə yetirməyərək vəzifə təlimatının hava, kabel xətlərinin normal vəziyyətdə olmasını təmin etmək, avadanlıq və xətlərin vaxtında keyfiyyətli, əsaslı və cari təmirlərini aparmaq, “Elektrik və istilik qurğularının texniki istismar Qaydası”-nm 1.2.3.11-ci bəndinin “a” abzasının “Trassanın yanğına qarşı vəziyyəti: hava xəttinin mühafizə zonasında tikililər, ot tayaları, meşə qalaqları, naqillərə doğru əyilən və ya təhlükəli yanaşan ağaclar, yanar materialların bir yerə yığılması və tonqallar olmamalıdır, hava xəttini istismar edən istehlakçının yazılı razılığı olmadan işdən kənar qurumlar tərəfindən işlər aparıla bilməz” və “ç” abzasının “Naqil və troslarm vəziyyəti: hava xətti layihəsində nəzərdə tutulmuş, ayrı-ayrı məftillərdə qırılma və ərimə, naqillərin və trosların üzərinə atmalar, onların tənzimlənməsində pozulmalar, sallanma oxunda dəyişikliklər və məftillərdən yerə və obyektə kimi olan məsafələrdə dəyişiklik halları olmamalıdır” tələblərini pozaraq X3 rəisi Şahid2 23 fevral 2022ci il tarixli göstərişi ilə cavabdeh məsul şəxs təyin edildiyi 10 kilovoltluq “Eyvazallar” hava elektrik xəttinin texniki cəhətdən normal və saz vəziyyətdə saxlanılması üçün texniki baxış keçirilməsinə baxmayaraq, onun xətdə olan mövcud uyğunsuzluqları (hava xəttinin sallanma oxunda dəyişiklikləri və naqillərə oğru əyilən təhlükəli yanaşan ağacların toxunması halları) aşkar edərək aradan qaldırılmasını təmin etməməsi 13 fevral 2023-cü il tarixdə, saat 20 radələrində 10 kilovoltluq “Eyvazallar” hava elektrik xəttinin Beyləqan rayonu, Birinci Aşıqlı kəndi ərazisində, ağaclara toxunaraq keçən hissəsində həmin hava elektrik xəttinin fazalarının küləkli hava şəraitində bir-birinə toxunması nəticəsində yaranan qığılcımların quru ot, kol-kosları alışdırması nəticəsində baş vermiş yanğın nəticəsində hər birinin dəyəri 80 manat olmaqla cəmi 9120 manat dəyərində 84 ədəd iydə və 30 ədəd böyürtkən kolunun yanaraq məhv olmasına və bununla da, dövlətin qanunla qorunan mənafeyinə 9120 manat mühüm zərər vurulmasına səbəb olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədi və ifadəsində göstərdi ki, o, 2012-ci ildən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X9 Təchizatı Satış İdarəsinin Beyləqan Elektrik şəbəkəsində usta vəzifəsində işləyir. Şəbəkənin ustası kimi o, istehlakçıları normal, dayanıqlı elektrik enerjisi ilə təmin etmək məqsədilə ona təhkim edilmiş elektrik xətlərinin, elektrik avadanlıqlarının saz, işlək vəziyyətdə saxlanması üçün baxış keçirmək, hər hansı nasazlıq, yaxud uyğunsuzluq aşkar edildiyi halda aradan qaldırmaq və sair vəzifələri həyata keçirməlidir. X3 balansında olan elektrik xətlərinə nəzarət hər bir xətt üzrə cavabdeh olan usta və ya mühəndislər tərəfindən həyata keçirilir. Həmin şəxslər mütəmadi olaraq xətlərə baxış keçirməli, qüsurları qeydə almalı, həmin qüsurlar planlı şəkildə cari və əsaslı təmir qrafikinə salınaraq təmiri təşkil edilməlidir. 10 kilovoltluq “Eyvazalılar” hava elektrik xəlti X3 balansındadır. 10 kilovoltluq “Eyvazalılar” hava elektrik xəttinə cavabdeh şəxs odur. Onun həmin cavabdehliyi X4 rəisinin 23 fevral 2022-ci il tarixli göstərişi ilə müəyyən edilmişdir. O, həmin göstərişlə tanış olaraq imzalamışdır. 10 kilovoltluq “Eyvazalılar” hava elektrik xəttindəki nasazlıqlar, yaxud uyğunsuzluqlar olduğu halda həmin nasazlıq və uyğunsuzluqlar həmin xəttə cavabdeh şəxs kimi onun tərəfindən müəyyən edilməli, əgər mümkündürsə tabeçiliyində olan elektrik-montyorlar ilə aradan qaldırmalı, xətdəki nasazlıq və uyğunsuzluğu onun tabeçiliyində olan elektrik-montyorlar ilə aradan qaldırmaq mümkün deyildirsə bu barədə dərhal Şəbəkənin rəhbərliyinə yazılı və ya şifahi şəkildə məlumat verməlidir. 10 kilovoltluq “Eyvazalılar” hava elektrik xəttindəki nasazlıqların və uyğunsuzluqların aradan qaldırılmasına cavabdeh şəxs odur. O, 13 fevral 2023-cü il tarixdə Beyləqan rayonu, Birinci Aşıqlı kəndi ərazisində baş vermiş yanğın hadisəsinin baş verməsinin səbəbini dəqiq bilmir. Yanğın və texnoloji partlayışların tədqiqi ekspertizasının 14 iyul 2023-cü il tarixli, 10/3323 nömrəli rəyində qeyd edilən funksiyaları o, yerinə yetirməli olmuş, lakin o, həmin xətdə əvvəllər sallanma oxunda dəyişiklərin olmasını və naqillərə doğru əyilən təhlükəli yanaşan ağacların toxunmasının şahidi olmamışdır. Təbii fəlakətlər zamanı elektrik hava xətlərinə növbədənkənar baxış keçirilməlidir. Normal şəraitdə isə elektrik hava xətlərinə əgər dayaqlar betondursa 2 ildən gec olmamaqla, dayaqlar ağacdandırsa 1 ildən gec olmamaqla baxış keçirilməli, nasazlıq, yaxud uyğunsuzluq aşkar edildiyi halda aradan qaldırılmalıdır. 10 kilovoltluq “Eyvazalılar” hava elektrik xəttinə 13 fevral 2023-cü il tarixdən əvvəl sonuncu dəfə 14 yanvar 2023-cü il tarixdə baxış keçirilmiş və bu barədə akt tərtib edilmişdir. Baxış zamanı hava xəttinin istismara yararlı olması müəyyən edilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X9 Təchizatı Satış İdarəsinin Beyləqan Elektrik şəbəkəsində işçilərin vəzifə təlimatları "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilərək idarəyə göndərilmişdir. O, baş mühəndis Şahid3 tərəfindən vəzifə təlimatı ilə tanış edilmişdir. O, vəzifə təlimatı ilə tanışdır və hansı vəzifələri icra etməli olduğunu yaxşı bilir. O, 10 kilovoltluq “Eyvazalılar” hava elektrik xəttində uyğunsuzluqların, hava xəttinin sallanma oxunda dəyişiklikləri və naqillərə doğru əyilən təhlükəli yanaşan ağacların toxunması hallarının şahidi olmamışdır. Əgər o, uyğunsuzluqların şahidi olsaydı vəzifəsinə uyğun olaraq həmin uyğunsuzluqları aradan qaldırardı. Hadisənin elektrik xətlərinin bir-birinə toxunması nəticəsində baş verməsini təsdiq edən sübut yoxdur. Barəsində ədalətli hökm çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, 2007-ci ildən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müxtəlif idarələrində müxtəlif vəzifələrdə işləmişdir. 2020-ci ildən isə 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində aparıcı məsləhətçi-müfəttiş vəzifəsində işləyir. 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin dislokasiyası Tərtər rayonundan İmişli rayonuna, oradan isə Şuşa rayonuna qədərdir. 13 fevral 2023-cü il tarixdə Beyləqan rayonu, Birinci Aşıqlı kəndi ərazisində avtomobil yolunun Beyləqan şəhəri istiqamətində sol tərəfində yerləşən torpaq sahəsində baş vermiş yanğın nəticəsində böyürtkən və iydə kollarının yanması barədə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Qarabağ X8 Nəzarəti İdarəsindən 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə daxil olmuş məlumat əsasında onun və Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının iştirakı ilə 09 mart 2023- cü il tarixdə həmin ərazinin baxışı aparılmışdır. Baxış zamanı baş vermiş yanğın hadisəsi nəticəsində həmin ərazidə yabanı halda bitmiş 84 ədəd iydə, 30 ədəd böyürtkən kolu, ot-alaq bitkilərinin yanaraq tamamilə məhv olması müəyyən olunmuşdur. Onun tərəfindən tək-tək həmin kolların baxışı aparılmış və həmin kolların tam bioloji inkişafdan dayanması müəyyən olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 oktyabr 2016-cı il tarixli, 421 nömrəli qərarının 1 saylı əlavəsinə əsasən həmin iydə və kol bitkilərinin qiymətləndirilməsi aparılmış və kolların hər birinin qiyməti 80 manat olmaqla yanğın nəticəsində təbiətə cəmi 9120 manat maddi ziyan vurulması müəyyən edilmişdir. Baxış keçirdikdən sonra Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının iştirakı ilə “Yanğın haqqında akt” tərtib edilmiş və iştirakçıların hər biri tərəfindən həmin akt imzalanmaqla təsdiq edilmişdir. 84 ədəd iydə və 30 ədəd böyürtkən kolunun yanaraq məhv olması nəticəsində təbiətə cəmi 9120 manat maddi ziyan dəymişdir. 7000 manatdan çox ziyan külli miqdarda hesab olunur. İydə və kol bitkilərinin qiymətləndirilməsi onun tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 oktyabr 2016cı il tarixli, 421 nömrəli qərarının 1 saylı əlavəsinə əsasən aparılmışdır. Həmin Qərarda bütün kol bitkilərinin qiyməti 80 manat qiymətləndirilmişdir. Böyürtkən kolları kökündən yanlara doğru şaxələndiyi üçün hesablanması ərazi üzrə aparılmışdır. Ümumi yanmış ərazi ölçülməmüş, hər 5 kvadratmetr əraziyə bir ədəd kolun bitməsi nəzərə alınmış, iydə kolları isə sayılaraq müəyyənləşdirilmişdir. Ot-alaq bitkilərinin isə qiymətləndirilməsi aparılmır. 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin dislokasiyasında olan iydə və böyürtkən kollarının sayı barədə konkret bir rəqəm demək mümkün deyildir. Kol bitkilərinin sayı gündəlik olaraq dəyişməkdədir. 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin dislokasiyasında olan heç bir ağac-kol bitkilərinin, eləcə də, iydə və böyürtkən kollarının sayılaraq qeydiyyata alınması aparılmamışdır. Qırmızı kitaba düşmüş ağaclar belə konkret olaraq sayılaraq qeydiyyatı aparılmamışdır. İydə və böyürtkən kolları qırmızı kitabda qeydiyyata alınmamışdır. İydə və böyürtkən kollarının təbiət və təbiətin inkişafı üçün mühüm əhəmiyyəti vardır. Həmin kollar vəhşi quşların, eləcə də, heyvanların sığınma və balalama dövründə istifadə etdikləri ərazilərdir, təbiəti oksigenlə zənginləşdirir, qurunt sularını özünə çəkməklə torpağı münbütləşdirir, toprağın şoranlaşmasının, eroziyaya uğramasının qarşısını alır. Son illərdə təbiətdə iqlim dəyişməsi ilə əlaqədar olaraq yaranmış quraqlığın nəticəsində susuzluğa tab gətirmədiyi üçün xeyli sayda iydə və böyürtkən kolları quruyaraq məhv olmuşdur. Ümumi götürdükdə təbiətdə iydə böyürtkən kollarının sayında sürətli azalma prosesi getməkdədir. 13 fevral 2023-cü il tarixdə Beyləqan rayonu, Birinci Aşıqlı kəndi ərazisində avtomobil yolunun Beyləqan şəhəri istiqamətində sol tərəfində yerləşən torpaq sahəsində yanğının baş verməsinin səbəbi barədə onun məlumatı yoxdur. Lakin həmin əraziyə baxış keçirilən zaman ərazidə kənar alışdırıcı maddələrin olmadığı müəyyən olunmuşdur. Onun təqsirləndirilən şəxsdən hazırda heç bir şikayəti və tələbi yoxdur, dəymiş maddi ziyanı "xxxx" ASC-dən tələb edəcəklər. Ona görə də qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş üzrə şahid qismində dindirilmiş Şahid1 məhkəmədə verdiyi ifadəsində göstərdi ki, X7 əvvəllər tanımamış, həmin şəxslə heç bir qohumluq münasibəti olmamışdır. Onun Təqsirləndirilən şəxs ilə və Beyləqan Elektrik şəbəkəsində işləyən hər hansı şəxslə əvvəllər arasında ədavət və düşmənçilik olmamışdır. 13 fevral 2023-cü il tarixdə, saat 20 radələrində o, idarə etdiyi “VAZ-2107” markalı, 02- BH-007 dövlət qeydiyyat nişanlı avtomobillə “Görüş” adlanan ərazidən Beyləqan şəhərinə gedərkən Beyləqan rayonu, Birinci Aşıqlı kəndi ərazisində Beyləqan şəhəri istiqamətində hərəkətdə olan zaman yolun sol tərəfində yerləşən torpaq sahəsindəki paralel keçən elektrik xətlərinin bir-birinə və oradakı ağaclara dəydiyini, xətlərdən qığılcım çıxdığını, qığılcımların xətlərin altındakı kolların, quru otların üzərinə töküldüyünü görmüşdür. Həmin vaxt hava qaranlıq olduğu üçün ətrafda başqa şəxslərin olub-olmamasını görməmiş və avtomobilini idarə edərək oradan uzaqlaşmışdır. Bir neçə gün sonra oradan keçən zaman xətlərin bir-birinə və ağaclara dəyməsi nəticəsində qığılcım tökülmüş yerdəki bitkilərin yandığını görmüşdür. 13 fevral 2023-cü il tarixdə, saat 20 radələrində idarə etdiyi avtomobillə Beyləqan rayonu, Birinci Aşıqlı kəndi ərazisindən keçən zaman avtomobildə tək olmuş, yanında heç kəs olmamışdır. Həmin vaxt hava küləkli olmuş, yağış yağmamış, külək o qədər də çox şiddətli əsməmişdir. O, avtomobillə Beyləqan rayonu, Birinci Aşıqlı kəndi ərazisindən keçən zaman Beyləqan şəhəri istiqamətində hərəkətdə olarkən yolun sol tərəfində yerləşən torpaq sahəsindəki paralel elektrik xətlərində aşağıya doğru sallanma olduğunu, xətlərin taram olmadığını görmüşdür. Lakin sallanmanın konkret olaraq nə qədər olmasını bilməmişdir. Həmin yerdən keçən zaman yalnız torpaq sahəsindəki paralel keçən elektrik xətlərinin bir-birinə və oradakı ağaclara dəydiyini, xətlərdən qığılcım çıxdığını, qığılcımların xətlərin altındakı kolların, quru otların üzərinə töküldüyünü görmüş, yanğın hadisəsinin baş verməsini görməmişdir. Bir neçə gün sonra oradan keçən zaman xətlərin bir-birinə və ağaclara dəyməsi nəticəsində qığılcım tökülmüş yerdəki bitkilərin yandığını görmüşdür. İş üzrə şahid qismində dindirilmiş Şahid3məhkəmədə verdiyi ifadəsində göstərdi ki, o, 1985ci ildən "xxxx" Açıq Səhmdar Cəmiyyətində müxtəlif vəzifələrdə işləmiş, 1994-cü ildən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X9 Təchizatı Satış İdarəsinin Beyləqan Elektrik şəbəkəsində baş mühəndis vəzifəsində işləyir. Şəbəkənin baş mühəndisi kimi o, istehlakçıları normal, dayanıqlı elektrik enerjisi ilə təmin etmək, elektrik avadanlıqlarının saz, işlək vəziyyətdə saxlanması üçün müvafiq tədbirlər görmək, işçi personalının təhlükəsizliyinin təmin edilməsi istiqamətində işçiləri təlimatlandirmaq və sair vəzifələri həyata keçirir. X3 balansında olan elektrik xətlərinə nəzarət hər bir xətt üzrə cavabdeh olan usta və ya mühəndislər tərəfindən həyata keçirilməlidir. Həmin şəxslər mütəmadi olaraq xətlərə baxış keçirməli, qüsurları qeydə alaraq rəhbərliyə məlumat verməli, həmin qüsurlar planlı şəkildə onun tərəfindən cari və əsaslı təmir qrafıkinə salınaraq təmiri təşkil edilməlidir. Şəbəkənin usta və mühəndislərinin öz vəzifələrini vaxtında və keyfiyyətli icra etmələrinə nəzarəti isə baş mühəndis olduğu üçün o, həyata keçirməlidir. 10 kilovoltluq “Eyvazallar” hava elektrik xətti X3 balansmdadır. X4 rəisinin 23 fevral 2022-ci il tarixli göstərişinə əsasən 10 kilovoltluq “Eyvazallar” hava elektrik xəttinə cavabdeh şəxs Beyləqan Elektrik şəbəkəsində usta işləyən Təqsirləndirilən şəxsdur. 10 kilovoltluq “Eyvazallar” hava elektrik xəttindəki nasazlıqlar, yaxud uyğunsuzluqlar olduğu halda həmin nasazlıq və uyğunsuzluqlar həmin xəttə cavabdeh şəxs Təqsirləndirilən şəxs tərəfindən müəyyən edilməli, bacardığı halda Təqsirləndirilən şəxs özü tabeçiliyində olan elektrik-montyorları ilə nasazlıq və uyğunsuzluqları aradan qaldırmalı, əgər xətdəki nasazlıq və uyğunsuzluğu özü öz tabeçiliyində olan elektrik-montyorları ilə aradan qaldırması mümkün deyildirsə bu barədə dərhal Şəbəkənin rəhbərliyinə yazılı şəkildə məlumat verməlidir. 10 kilovoltluq “Eyvazallar” hava elektrik xəttindəki nasazlıqların və uyğunsuzluqların aradan qaldırılmasına cavabdeh şəxs usta Təqsirləndirilən şəxsdur. O, 13 fevral 2023-cü il tarixdə Beyləqan rayonu, Birinci Aşıqlı kəndi ərazisində baş vermiş yanğın hadisəsinin baş verməsinin səbəbini dəqiq bilmir. Təbii fəlakətlər zamanı elektrik hava xətlərinə növbədənkənar baxış keçirilməlidir. Normal qaydada isə elektrik hava xətlərinə 2 ildən gec ol inamaqla elektrik xəttinin təhkim edildiyi şəxs tərəfindən baxış keçirilməli, nasazlıq, yaxud uyğunsuzluq aşkar edildiyi halda aradan qaldırılmalıdır. 10 kilovoltluq “Eyvazallar” hava elektrik xəttinə 13 fevral 2023-cü il tarixdən əvvəl sonuncu dəfə 14 yanvar 2023-cü il tarixdə baxış keçirilmiş və bu barədə akt tərtib edilmişdir. Baxış zamanı hava xəttinin istismara yararlı olması müəyyən edilmişdir. Hadisə günü də xətlərə baxış keçirilmiş, heç bir qüsur aşkar edilməmişdir. Lakin transformatorda qoruyucunun yanması aşkar olunmuşdur. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X9 Təchizatı Satış İdarəsinin Beyləqan Elektrik şəbəkəsində işçilərin vəzifə təlimatları "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilərək onlara göndərilmişdir. O, şəxsən hər bir işçini vəzifə təlimatı ilə şəxsən tanış etmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X9 Təchizatı Satış İdarəsinin Beyləqan Elektrik şəbəkəsində usta vəzifəsində işləyən Təqsirləndirilən şəxs onun tərəfindən şəxsən öz vəzifə təlimatları ilə tanış edilmişdir. Habil təcrübəli, məsuliyyətli işçidir. O, özü də vəzifə təlimatı ilə tanışdır və hansı vəzifələri icra etməli olduğunu yaxşı bilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, 1995-ci ildən "xxxx" ASC-də müxtəlif vəzifələrdə işləmişdir. 2020-ci ilin oktyabr ayından isə "xxxx" ASC-nin X9 Təchizatı Satış İdarəsinin Beyləqan Elektrik şəbəkəsində satış şöbə rəisi, 2021-ci ilin avqust ayından isə X3 rəisi vəzifəsində işləyir. Şəbəkənin rəisi kimi o, işçilərin vaxtında işə gəlibgetmələrinə, əmək intizamına, ümumi işin təşkil edilməsinə nəzarət edir, işlərin görülməsinin təmin edilməsi və sair vəzifələri həyata keçirir. X3 balansında olan elektrik xətlərinə nəzarət hər bir xətt üzrə cavabdeh olan usta və ya mühəndislər tərəfindən həyata keçirilmişdir. 10 kilovoltluq “Eyvazallar” hava elektrik xətti X3 balansmdadır. Onun 23 fevral 2022-ci il tarixli göstərişinə əsasən 10 kilovoltluq “Eyvazallar” hava elektrik xəttinə cavabdeh şəxs Beyləqan Elektrik şəbəkəsində usta işləyən Təqsirləndirilən şəxsdur. 10 kilovoltluq “Eyvazallar” hava elektrik xəttindəki nasazlıqlar, yaxud uyğunsuzluqlar olduğu halda həmin nasazlıq və uyğunsuzluqlar həmin xəttə cavabdeh şəxs Təqsirləndirilən şəxs tərəfindən müəyyən edilməli, bacardığı halda onun özü tərəfindən aradan qaldırılmalı, əgər onun imkanları daxilində aradan qaldırılması mümkün deyildirsə bu barədə dərhal Şəbəkənin rəhbərliyinə məlumat verməlidir. 10 kilovoltluq “Eyvazallar” hava elektrik xəttindəki nasazlıqların və uyğunsuzluqların aradan qaldırılmasına cavabdeh şəxs usta Təqsirləndirilən şəxsdur. 13 fevral 2023-cü il tarixdə Beyləqan rayonu, Birinci Aşıqlı kəndi ərazisində baş vermiş yanğın hadisəsi barədə onun məlumatı vardırdır. O, həmin ərazidən keçən zaman oradakı yanmış ərazini görmüşdür. Həmin yanğın hadisəsinin hansı səbəbdən baş verməsi barədə onun məlumatı yoxdur. 10 kilovoltluq “Eyvazalılar” hava elektrik xəttində hər hansı nasazlıq və yaxud uyğunsuzluq olmasını həmin xəttə təhkim olunmuş X5 usta vəzifəsində işləyən Habil müəyyən etməli, əgər tabeçiliyində olan işçilərlə həmin nasazlıq, yaxud uyğunsuzluğu aradan qaldırması mümkün idisə bunu etməli, mümkün deyildisə bu barədə ona yazılı məlumat təqdim etməli olmuşdur. Lakin Habil tərəfindən, yaxud X4 hər hansı digər işçisi tərəfindən 10 kilovoltluq “Eyvazalılar” hava elektrik xəttində hər hansı nasazlıq və yaxud uyğunsuzluq olması barədə ona heç bir yazılı, yaxud şifahi məlumat verilmədiyindən onun həmin nasazlıq barədə məlumatı olmamışdır. “Elektrik və istilik qurğularının texniki istismar Qaydası”- nın 1.2.3.11 bəndinin a) və ç) abzaslarının təmin edilməsi Habilin vəzifəsidir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X9 Təchizatı Satış İdarəsinin Beyləqan Elektrik şəbəkəsində işçilərin təlimatlandırılması aylıq və gündəlik olmaqla baş mühəndis Şahid3 tərəfindən həyata keçirilmişdir. Digər işçilər kimi Təqsirləndirilən şəxs da Şahid3 tərəfindən təlimatlandırılmışdır. İş üzrə təqsirləndirilən şəxsin müdafiəçisinin vəsatəti üzrə əlavə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, təqsirləndirilən şəxslə ədavəti və düşmənçiliyi yoxdur. 13 fevral 2022-ci ildə işlədiyi Ağcəbədi şəhərindən yaşadığı Beyləqan rayonuna qayıdarkən Beyləqan rayonu, Birinci Aşıqlı kəndi ərazisində Beyləqan şəhəri istiqamətində hərəkətdə olan zaman yolun sol tərəfində yerləşən torpaq sahəsində yanğın olduğunu görüb bu barədə Fövqaladə Hallar Nazirliyinin 101 xidmətinə müraciət etmişdir. O, elektrik xəttinin toqquşmasını görməmişdir. Yanğın elektrik xəttindən 150 metr kənarda döngəyə çatmamış başlamışdır. 101 xidmətinə zəng edərkən yanğın xəttə çatmamışdır. Yanğınla bağlı məlumat verərkən ondan əvvəl məlumat verilməsini bildirmişlər. Şəfəq qəsəbə ərazinə çatanda yanğınsöndürən maşınlarla qarşılaşmışdır. Həmin maşınlar yanğın olan əraziyə tərəf getmişlər. Yanğının hansı səbəbdən baş verməsini görməmişdir. Sonradan təsadüfən bilmişdir ki, yanğının baş verməsi barədə cinayət işi başlanmışdır. O, yanğın barədə özünün məlumat verdiyini demişdir. İş materiallarına əlavə edilmiş cinayət işinin başlanması və icraata götürülməsi barədə qərardan görünür ki, cinayət işinin başlanmasına səbəb və əsas 13 fevral 2023-cü il tarixdə, saat 20 radələrində Beyləqan rayonu, Birinci Aşıqlı kəndi ərazisindəki yol kənarında iydə və böyürtkən kollarının yanması barədə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinə daxil olmuş məlumat əsasında əvvəlcə Fövqəladə Hallar Nazirliyinin Əməliyyat İstintaq idarəsində, daha sonra Beyləqan rayon prokurorluğunda toplanmış materiallar olmuşdur. İş materiallarına əlavə edilmiş “Hadisə yerinin baxışının aparılması haqqında” 14 fevral 2023-cü il tarixli protokoldan görünür ki, 13 fevral 2023-cü il tarixdə Beyləqan rayonu, Birinci Aşıqlı kəndində, yol kənarında yabanı halda bitmiş kol-kosda və kol ağaclarında baş vermiş yanğın hadisəsi ilə əlaqədar baxış aparılan zaman müəyyən olunmuşdur ki, hadisə yeri, Beyləqan rayonu, Birinci Aşıqlı kəndi ərazisində baş yolun sağ kənarında yerləşmişdir. Hadisə yeri təxminən 1,5 hektar ərazini əhatə edir. Ərazidə ancaq kol-kos və kol bitkiləri, ağaclar yanmışdır. Hadisə baş vermiş ərazi açıq sahədə yerləşmiş, ətrafı açıqlıqdır və bir tərəfi avtomobil yoludur. Hadisə baş vermiş ərazinin üzərindən 10 kilovoltluq hava verilişi xətləri keçir. Həmin 10 kilovoltluq hava verilişi xətlərinin altında yol kənarına sərv ağacları əkilmişdir. Həmin sərv ağaclarının bir hissəsinin baş hissəsi külək nəticəsində həmin hava verilişi xətlərinə dəyir. Hadisə baş vermiş ərazidə yabanı halda bitmiş kol- kos və kol bitkiləri, ağacları olmuşdur. Yanğın hadisəsi baş verən gün hava küləkli olmuşdur, küləyin istiqaməti şimaldan cənuba, yəni soldan sağa doğru əsmiş, yanğın da həmin istiqamətdə demək olar ki, yayılmışdır. Belə ki, yanğının əsasən başlama yeri hava verilişi xətlərinin sərv ağaclarına dəyən hissəsindən, yəni şimaldan olmuş, və cənuba doğru küləyin əsən istiqamətində yayılmışdır. Hadisə baş vermiş əraziyə baxış zamanı ərazidə yeni yandırılmış ocaq izi aşkar edilməmişdir. Hadisə baş verən ərazi nəzarətsiz olmuşdur. Hadisə baş verən ərazidə tez alışan maye qabları aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş məhkəmə yanğın və texnoloji partlayışların tədqiqi ekspertizasının 14 iyul 2023-cü il tarixli, 10/3323 nömrəli rəyindən görünür ki, yanğın ərazidən ağaclara toxunaraq küçən 10 kilovoltluq “Eyvazalılar” hava elektrik xəttinin fazalarının küləkli hava şəraitində bir- birinə toxunması nəticəsində yaranan qığılcımların quru ot, kol-kosları alışdırmasmdaıı baş verməsi üçün xarakterikdir. 13 fevral 2023-cü il tarixdə Beyləqan rayonu, 1-ci Aşıqlı kəndi ərazisində baş vermiş yanğın hadisəsi ilə əlaqədar “Elektrik və istilik qurğularının texniki istismar Qaydası”-nın 1.2.3.11 bəndinin A) və ç) abzaslarının tələbləri pozulmuşdur. Beyləqan rayonu, Birinci Aşıqlı kəndi ərazisində yol kənarında keçən “Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin balansında olan 10 kilovoltluq “Eyvazalılar” hava elektrik xəttinin texniki cəhətdən normal və saz vəziyyətdə saxlanılması üçün texniki baxış keçirilməsinə baxmayaraq, xəttə olan mövcud uyğunsuzluqların (hava xəttinin sallanma oxunda dəyişiklərin və naqillərə doğru əyilən təhlükəli yanaşan ağacların toxunması halları) aşkar edilərək aradan qaldırılması təmin edilmədiyinə görə, “Elektrik və istilik qurğularının texniki istismar Qaydası”-nın 1.2.3.11 bəndinin a) və ç) abzaslarının tələbləri həmin hava xəttinin texniki cəhətdən saz vəziyyətdə saxlanılmasını təmin etməli olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin vəzifə təlimatlarına görə müvafiq funksiyaları yerinə yetirməli olan əməkdaşları tərəfindən pozulmuşdur. İş materiallarına əlavə edilmiş komisyon məhkəmə yanğın-texniki ekspertizasının 27 oktyabr 2023-cü il tarixli, 3- 16-16/2-10/7537 nömrəli rəyindən görünür ki, baş vermiş hadisə ilə əlaqədar “Elektrik və istilik qurğularının texniki istismar Qaydası”-nın 1.2.3.11-ci bəndinin (“a” və “ç” abzaslarının) və “Rayon Elektrik Şəbəkəsinin X6 ustası”-nm vəzifə təlimatının 15, 22-ci bəndlərinin tələbləri pozulmuşdur. Beyləqan rayonu, Birinci Aşıqlı kəndi ərazisində yol kənarından keçən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin balansında olan 10 kilovoltluq “Eyvazallar” hava elektrik xəttinin texniki cəhətdən normal və saz vəziyyətdə saxlanılması üçün texniki baxış keçirilməsinə baxmayaraq, xətdə olan mövcud uyğunsuzluqların (hava xəttinin sallanma oxunda dəyişiklikləri və naqillərə oğru əyilən təhlükəli yanaşan ağacların toxunması halları) aşkar edilərək aradan qaldırılmasını təmin etmədiyinə görə vəzifə təlimatının 15, 22-ci bəndlərinin və “Elektrik və istilik qurğularının texniki istismar Qaydası”-nm 1.2.3.11-ci bəndinin (“a” və “ç” abzaslarının) tələbləri keçən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X9 Təchizatı və Satış İdarəsinin X3 ustası Təqsirləndirilən şəxs tərəfindən pozulmuşdur. Hadisə baş verən zaman mövcud olmuş hava şəraiti “Eyvazallar” hava elektrik xəttində naqillərin boşalmasına səbəb ola bilməz. İş materiallarına əlavə edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 31 may 2023-cü il tarixli, 9/3328 nömrəli rəyinə əsasən 84 ədəd iydə və 30 ədəd böyürtkən kolunun yanması nəticəsində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 421 nömrəli Qərarına əsasən təbiətə dəymiş ziyanın ümumi məbləği 9120 (doqquz min yüz iyirmi) manat müəyyən edilmişdir. Beləliklə, məhkəmə iclasında təqsirləndirilən şəxs etirag etməsə də, zərərçəkmiş şəxs nümayəndəsinin və şahid ifadəsi, ekspertiza rəyləri, habelə işin məhkəmə iclasında tədqiq edilib öz təsdiqini tapmış digər materialları ilə Təqsirləndirilən şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyəti üzrə 30 aprel 2015-ci il tarixli, K-15-0331 nömrəli əmrə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X9 Təchizatı və Satışı İdarəsinin Beyləqan X2 şəhər sahəsi üzrə usta vəzifəsində işləyərkən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin regional enerji təchizatı və satışı idarələrinin rayon elektrik şəbəkələrində çalışan əməkdaşların vəzifə təlimatı”-nın Rayon Elektrik Şəbəkəsinin X6 ustasına aid hissəsi ilə müəyyən olunmuş “Vəzifə öhdəliklərinin vaxtında, məhsuldar və şəffaf səviyyədə yerinə yetirilməsini təmin etmək, bu sahədə Cəmiyyətin rəhbərliyinin əmr və təlimatlarına uyğun gəlməyəcək hər növ vəziyyətin baş verməməsi üçün lazımi tədbirlər görmək, rəhbərlik tərəfindən göndərilən əmr və təlimatların icra müddəti ərzində həyata keçirilməsini təmin etmək, illik qrafiklər üzrə hava və kabel xətlərinin, habelə bütün elektrik avadanlıqlarının əsaslı və cari baxım/təmir işlərinin aparılmasını təmin etmək, qəzanın aradan qaldırılması zamanı sərbəst tədbirlər görmək, hava xətlərinə baxış keçirilməsini, hava, kabel xətlərinin normal vəziyyətdə olmasını təmin etmək, “Təhlükəsizlik texnikası qaydaları”-na (TTQ) aid bütün tələbləri yerinə yetirmək, hava və kabel xətlərində KTM, TM və yarımstansiyada bütün əsaslı və cari təmir-bərpa işlərini yerinə yetirmək” kimi vəzifələrini öz işinə vicdanlı münasibət göstərib, vaxtında icra etməli olduğu halda səhlənkarlıq, yəni vəzifəli şəxs olaraq işə laqeyd münasibəti nəticəsində öz xidməti vəzifələrini yerinə yetirməyərək vəzifə təlimatının hava, kabel xətlərinin normal vəziyyətdə olmasını təmin etmək, avadanlıq və xətlərin vaxtında keyfiyyətli, əsaslı və cari təmirlərini aparmaq, “Elektrik və istilik qurğularının texniki istismar Qaydası”-nın 1.2.3.11-ci bəndinin “a” abzasının “Trassanın yanğına qarşı vəziyyəti: hava xəttinin mühafizə zonasında tikililər, ot tayaları, meşə qalaqları, naqillərə doğru əyilən və ya təhlükəli yanaşan ağaclar, yanar materialların bir yerə yığılması və tonqallar olmamalıdır, hava xəttini istismar edən istehlakçının yazılı razılığı olmadan işdən kənar qurumlar tərəfindən işlər aparıla bilməz” və “ç” abzasının “Naqil və troslarm vəziyyəti: hava xətti layihəsində nəzərdə tutulmuş, ayrı-ayrı məftillərdə qırılma və ərimə, naqillərin və trosların üzərinə atmalar, onların tənzimlənməsində pozulmalar, sallanma oxunda dəyişikliklər və məftillərdən yerə və obyektə kimi olan məsafələrdə dəyişiklik halları olmamalıdır” tələblərini pozaraq X3 rəisi Şahid2 23 fevral 2022-ci il tarixli göstərişi ilə cavabdeh məsul şəxs təyin edildiyi 10 kilovoltluq “Eyvazallar” hava elektrik xəttinin texniki cəhətdən normal və saz vəziyyətdə saxlanılması üçün texniki baxış keçirilməsinə baxmayaraq, onun xətdə olan mövcud uyğunsuzluqları (hava xəttinin sallanma oxunda dəyişiklikləri və naqillərə oğru əyilən təhlükəli yanaşan ağacların toxunması halları) aşkar edərək aradan qaldırılmasını təmin etməməsi 13 fevral 2023-cü il tarixdə, saat 20 radələrində 10 kilovoltluq “Eyvazallar” hava elektrik xəttinin Beyləqan rayonu, Birinci Aşıqlı kəndi ərazisində, ağaclara toxunaraq keçən hissəsində həmin hava elektrik xəttinin fazalarının küləkli hava şəraitində bir-birinə toxunması nəticəsində yaranan qığılcımların quru ot, kol-kosları alışdırması nəticəsində baş vermiş yanğın nəticəsində hər birinin dəyəri 80 manat olmaqla cəmi 9120 manat dəyərində 84 ədəd iydə və 30 ədəd böyürtkən kolunun yanaraq məhv olmasına və bununla da, dövlətin qanunla qorunan mənafeyinə 9120 manat mühüm zərər vurulmasına səbəb olması kifayət qədər sübuta yetdi. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin hadisənin elektrik xətlərinin bir-birinə toxunması nəticəsində baş verməsinin sübuta yetmədiyi barədə ifadəsi inandırıcı deyildir. Onun həmin ifadəsi özünü müdafiə xarakteri daşıyır və işin məhkəmə iclasında araşdırılıb öz təsdiqini tapmış sübutlarla təkzib edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin hərəkətlərində Azərbaycan Respublikası CM-nin 314.1-ci maddəsinin tərkibi vardır, ibtidai istintaq orqanı tərəfindən onun əməli həmin maddə ilə düzgün tövsif edilmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58 və 59-cu maddəsinin tələblərini, o cümlədən təqsirləndirilən şəxsin törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. İş materiallarına əlavə edilmiş Beyləqan rayon İcra Hakimiyyəti Başçısının Beyləqan şəhəri inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş, xx.xx.2023-cü il tarixli, 2559 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 idarəsindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 idarəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilə kimi N saylı hərbi hissədə texnika toplanış bölməsinin rəisi vəzifəsində işləmiş, Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 0253t nömrəli 30 dekabr 2020-ci il tarixli əmri ilə “Hərbi Xidmətdə Fərqlənməyə görə” 3cü dərəcəli medalı ilə təltif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, yaşayış yerində müsbət xarakterizə edilməsini, İİ Qarabağ müharibəsinin iştirakçısı olmasını nəzərə alaraq ona təqsirləndiyi maddənin sanksiyası daxilində islah işləri növündə cəzanın təyin edilməsi qanuna və məqsədə müvafiq hesab edir. Bundan başqa, məhkəmə iş materiallarını tədqiqi edərək, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq belə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində CM-nin 46.2-ci maddəsinə əsasən ona dövlət və yerli özünüidarə etmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutuma hüququndan məhrum etmə cəzasının da əlavə cəza qismində təyin edilməsi qanuni və əsaslıdır. Belə ki, CM-nin 46.2-ci maddəsinə görə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növü əlavə cəza kimi təyin edilməlidir. İş üzrə ekspertiza xərci olan 254 (iki yüz əlli dörd) manat təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Zərərçəkmiş hüquqi şəxsə dəymiş ziyanla bağlı məhkəmədə mülki qaydada iddia qaldırmaq hüququnun olması izah edilməlidir. İş üzrə maddi sübut, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384.1-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 314.1-ci maddəsində nəzərə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsi tətbiq edilməklə 6 (altı) ay müddətə dövlət və yerli özünü idarə etmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə, ona qazancının 10 %-i dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətə islah işləri cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını iş yeri üzrə çəksin. Cəza çəkməsinin başlanğıcı aylıq qazancından ilk məbləğin dövlət nəfinə tutulduğu vaxtdan hesablansın. Hökmün icrası Beyləqan rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə mindikdən sonra ləğv edilsin. İş üzrə ekspertiza xərci olan 254 (iki yüz əlli dörd) manat təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Zərərçəkmiş hüquqi şəxsə dəymiş ziyanla bağlı məhkəmədə mülki qaydada iddia qaldırmaq hüququnun olması izah edilsin. İş üzrə maddi sübut, mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 gün müddətində Beyləqan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Həmin müddət ərzində şikayət və protest verilməzsə hökm həmin müddət bitdiyi gündən sonrakı gün qanuni qüvvəsini alır. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №1(020)-18/2024
Beyləqan Rayon Məhkəməsi Hökm — İş №1(020)-18/2024
04.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver