Məhkəmə qərarları › İş №1(020)-19/2024

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №1(020)-19/2024

01.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 1(020)-19/2024 01.02.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs- Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs və onun müdafiəçisi Beyləqan rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxx 1993-cü ildə Beyləqan rayonu, 2-ci Aşıqlı kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olur, əvvəllər məhkum olunmamış, Beyləqan rayon, 2-ci Aşıqlı kəndində daimi qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 09 yanavar 2024-cü il tarixdə, saat 19 radələrində yaşadığı evdə aralarında yaranmış şəxsi münasibət zəmnindəki mübahisə zamanı Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs, anası Zərərçəkmiş şəxs qəsdlə yumruqla vuraraq ona sol əng sümüyünün sınığı və gözaltı-almacıq nahiyyəsinin hematoması, sağ gözaltı nahiyənin qançırla müşayət olunan sağlamlığının uzün müddət puzulmasına səbəb olan az-ağır bədən xəsarəti yetirmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə özünü təqsirli bilib ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs onun anasıdır. Ailəsi ilə birlikdə valideynlərinə məxsus evdə yaşayır. O, Əfsanə adlı qadınla qeyri rəsmi münasibətləri olduğundan arvadı İbrahim Günel bu münasibəti bildiyindən acıq edib atası evinə getmişdir. Buna görədə anası Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə saat 19 radələrində onunla yaşadıqları evdə mübahisə etmiş və Nazani ona evdən çıxıb getməsini bildirmişdir. Bundan sonra o, anası Zərərçəkmiş şəxs sakitləşdirmək istəsədə, Zərərçəkmiş şəxs sakitləşməmiş, bu səbəbdən aralarında mübahisə baş vermişdir. Həmin mübahisə zamanı o, Zərərçəkmiş şəxs sinəsindən itələmiş həmin vaxt Nazani yerə yıxmışdır. Daha sonra Zərərçəkmiş şəxs ona söyüş söydüyü üçün o, əsəbləşərək Zərərçəkmiş şəxs yerdə yıxılı vəziyyətdə təpik və yumuruqla sifət nahiyəsinə, kürək nahiyəsinə isə yerdən götürdüyü ağac parçası ilə bir neçə dəfə zərbələr vuraraq xəsarət yetirmişdir. Həmin vaxt səsə atası Şahid gəlib onu aralamışdır. Zərərçəkmiş şəxs onun şəxsi həyatına qarışdığı və onu təhqir etdiyinə görə döymüşdür. Münaqişə zamanı anası Zərərçəkmiş şəxs onu döyməmişdir. Həmin hadisə yaşadıqları evin mətbəxində baş vermiş və təxminən 3-4 dəqiqə davam etmişdir. Həmin münaqişə zamanı yanında heç kim olmamış, sonradan səsə atası Şahid gəlmişdir. Törətdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxs ilə barışmış və ona dəymiş ziyanı ödəmişdir. Ona görə də barəsində olan işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə baxışında Zərərçəkmiş şəxs Qaradaşxan qızı öz ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur və Təqsirləndirilən şəxs ailəsi və övladı ilə birlikdə onunla bir evdə yaşayır. Təqsirləndirilən şəxs arvadı X5 ilə aralarında tez-tez mübahisə baş vermiş, bu səbəbdən Günel bir neçə dəfə acıq edərək atası evinə getmişdir. Təqsirləndirilən şəxs ilə aravadı Günel İbrahimlə ilə bir neçə gün əvvəl birgə yaşadıqları evdə aralarında qısqanclıq zəminində mübahisə baş vermiş, həmin vaxt Günel İbrahim atasına telefonla məlumat vermiş, xx.xx.2024-cü il tarixdə Günel İbrahimin atası Məmməd onun evinə gəlib və Güneli öz evinə aparmış, lakin Günelin övladları onun evində qalmışdır. xx.xx.2024-cü il tarixdə Günel qardaşı Adil ilə onun evinə gəlmiş, həmin vaxt oğlu Təqsirləndirilən şəxs evdə olmadığında Günel övladlarını özü ilə atası Məmmədin evinə aparmışdır. Həmin gün Təqsirləndirilən şəxs saat 19 radələrində evə gələrkən, övladlarını evdə olmadığını görüb, ondan övladlarının harada olmasını soruşmuşdur. O, İbrahimə övladlarını arvadı Günel özü ilə atası evinə apardığını bildirmişdir. Bu zaman İbrahim ona nə-səbəbə övladlarını Günelə verdiyini bildirərək qəfildən təpiklə onun sol gözaltı almacıq nahiyəsinə vuraraq onu yerə yıxıb sonra ağac parçası ilə kürək nahiyəsinə vuraraq onu döymüşdür. Səsə əri Şahid həmin yerə gəlib və Təqsirləndirilən şəxs ondan aralamışdır. Bundan sonra Təqsirləndirilən şəxs həmin yeri tərk edərək getmişdir. Təqsirləndirilən şəxs övladlarını arvadı Günel İbrahimin atası evinə aparmasına imkan verdiyi üçün döymüşdür. Hazırda Təqsirləndirilən şəxs ilə barışmış və dəymiş ziyan tamamilə ödənmişdir. Ondan şikayətçi deyildir. Məhkəmə iclasında dindirilmiş Şahid arvadı Zərərçəkmiş şəxs Qaradaşxan qızının ifadəsinə uyğun izahat vermişdir. Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək təqsirini etiraf edib səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxs olan anası Zərərçəkmiş şəxs ilə barışdığını, ona dəymiş ziyanı tamamilə ödədiyini bildirib, məhkəmədən cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək oğlu Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın tamamilə ödənməsini, ondan heç bir şikayət və tələbinin olmamasını bildirdi. Ona görə də məhkəmədən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini və onun barəsində olan işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə-tibb ekspertinin 10 yanavar 2024-cü il tarixli, 27/24 saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs Qaradaşxan qızının sol əng sümüyünün sınığı ilə müşayət olunan gözaltıalmacıq nahiyyəsinin hematoması, sağ gözaltı nahiyəsinin qançırı aşkar olunmuşdur ki, qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, müayinə olunanın göstərdiyi müddətdə və şəraitdə yəni xx.xx.2024-cü il tarixdə yumruq zərbələrinin təsiri nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az-ağır zərər vurmaya aiddir. Təhqiqat zamanı Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 19 radələrərində yaşadığı evdə anası Zərərçəkmiş şəxs Qaradaşxan qızını qəsdlə döyərək az- ağır bədən xəsarəti yetirdiyi hadisənin baş verdiyi yerə baxış keçirilmişdir. Baxış keçirilən yer Beyləqan rayonu, 2-ci Aşıqlı kəndində yerləşən. X2ma məxsus fərdi yaşayış evidir. Həmin ev Beyləqan rayonu, 2-ci Aşıqlı kəndinin mərkəzində, kənd yolunun mərkəzə doğru götürdükdə sağ tərəfindən yerləşir. Həmin yaşayış evinin çöl tərəfində, iki laylı dəmir darvaza vardır. Dəmir darvazadan evin həyətinə daxil olduqda, evin həyəti, darvaza ilə qarşı-qarşıya yaşayış evi yerləşir. Yaşayış evi bir mərtəbəli, kürsülü, mişar daşından inşa edilmişdir. Yaşayış evinin giriş qapısı ilə yer arasında 5 ədəd pilləkən vardır. Yaşayış evinin ön tərəfdən götürdükdə sol tərəfində yardımçı tikili eyni zamanda mişar daşından inşa edilmiş mətbəx vardır. Zərərçəkmiş şəxs həmin mətbəxi təqdim edərək xx.xx.2024cü il tarixdə oğlu Təqsirləndirilən şəxs tərəfindən yaşayış evində deyil həmin mətbəxdə döyüldüyünü bildirmişdir. Mətbəxə baxış zamanı içəridə mətbəx mebeli vardır. Zərərçəkmiş şəxs həmin gün yemək bişirən zaman oğlu Təqsirləndirilən şəxs tərəfindən mətbəxdə döyüldüyünü bildirmişdir. Baxış zamanı hadisə yerində iş üçün əhəmiyyət kəsb edən hər hansı alət və əşya müəyyən edilməmiş və götürülməmişdir. Baxış zamanı hadisə yerinin fotoşəkli çəkilərək baxış protokoluna əlavə edilmiş, baxış qurtardıqdan sonra, protokol iştirakçılara oxunaraq, protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Təhqiqat zamanı Təqsirləndirilən şəxs Beyləqan rayon Mərkəzi Xəxtəxanasının ruhi əsəb kabinetində qeydiyyatda olub-olmaması ilə bağlı Beyləqan rayon Mərkəzi Xəstəxanasına sorğu edilmişdir. Beyləqan rayon Mərkəzi Xəstəxanasının 18 yanvar 2024-cü il tarixli, 18-1-29/2-39/2024 nömrəli məktubunda Təqsirləndirilən şəxs Beyləqan rayon Mərkəzi Xəstəxanasının ruhi əsəb kabinetində dispanser qeydiyyatında olmadığı qeyd edilmişdir. Təhqiqat zamanı Zərərçəkmiş şəxs Qaradaşxan qızı və İbrahim X6 rayon Polis şöbəsinə ərizə ilə müraciət edərək təhqiqatın Məhkəməyədək Sadələşdirilmiş İcraat qaydasında aparılmasına etirazlarının olmadığını bildirmişdirlər. Təhqiqat zamanı Təqsirləndirilən şəxs törətdiyi böyük içtimai təhlükə törətməyən aşkar cinayət əməli üzrə onun barəsində işin məhkəməyədək sadələşdirilmiş icraat şəkilində aparılmasını istisna edən heç bir hal müəyyən olunmamışdır. Beləliklə, məhkəmə iclasında cinayət işinin araşdırılmış halları ilə xx.xx.2024-cü il tarixdə, saat 19 radələrində Beyləqan rayon 2-ci Aşıqlı kəndində yaşayan Zərərçəkmiş şəxs Qaradaşxan qızı yaşadığı evdə aralarında yaranmış şəxsi münasibət zəmnindəki mübahisə zamanı oğlu Təqsirləndirilən şəxs tərəfindən döyülərək, sağlamlığının uzun müddətdə pozulmasına səbəb olan az- ağır bədən xəsarəti olması təsdiqini tapmışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsinin tərkibi vardır. Həmçinin məhkəmədə müəyyən edildi ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmışdır, ona dəymiş ziyanı ödəmişdir, zərərçəkmiş şəxs təqsirləndirlən şəxsin anası olmaqla ondan şikayətçi deyildir və Təqsirləndirilən şəxs barəsində olan işin icraatına xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Quliyeva X1 Xəlil Əmir oğlunun törətdiyi cinayət əməlinə görə özünü təqsirli bildiyini, üzr istəməklə onunla barışdığını, ona görə də cinayət məsuliyyətindən azad olunmaqla işin icraatına xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə görə, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Odur ki, Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs Qaradaşxan qızı ilə barışdığından və ona dəymiş ziyanı ödədiyindən cinayət məsuliyyətindən azad edilməli və barəsində başlanmış cinayət təqibinə xitam verilməlidir. İşdə mülki iddia, maddi sübut və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CM-nin 73.2, Azərbaycan Respublikası CPM-nin 40.2.2, 43.3, 321, 321.2.1, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ : Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs Qaradaşxan qızı ilə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və onun barəsində olan cinayət təqibinə (cinayət işi üzrə icraata) xitam verilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə və məhkəmədə göstərdiyi hüquqi yardıma görə cəmi 12 (on iki) saat üçün 72 (yetmiş iki) manat Beyləqan rayon vəkil bürosunun vəkili Müdafiəçi moğluna ödənilsin. Qərarın surəti həmin hissədə icrası üçün Azərbaycan Respublikası Vəkillər X4 və Tədris Mərkəzinə göndərilsin. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Beyləqan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərardan 20 gün müddətində apellyasiya şikayəti və apellyasiya protesti verilmədikdə, qərar qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar