Məhkəmə qərarları › İş №1(020)-19/2025

Beyləqan Rayon Məhkəməsi Hökm — İş №1(020)-19/2025

08.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Beyləqan rayon İş № 1(020)-19/2025 08.10.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Cabbarlı Xatın Mahir qızının sədrliyi, Məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Abbasov Zaur Alı oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasna aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1981-ci il tarixdə Ağcəbədi rayonu, Rəncbərlər kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, himayəsində azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmamış, Ağcəbədi rayonu, Rəncbərlər kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs, Şəmkir rayon polis şöbəsinin İstintaq bölməsində müstəntiq vəzifəsində, daha sonra Beyləqan rayon polis şöbəsinin İstintaq bölməsinin baş müstəntiqi vəzifəsində işləyərkən, qulluq mövqeyindən istifadə edərək etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirməklə təkrar dələduzluq etmişdir. Belə ki, o, 2022-ci ilin iyul ayından 2023-cü ilin avqust ayınadək Şəmkir rayon polis şöbəsinin İstintaq bölməsinin müstəntiqi, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Beyləqan rayon polis şöbəsinin İstintaq bölməsinin baş müstəntiqi vəzifələrində işləyərkən, öz qulluq mövqeyindən istifadə edərək, Şəmkir rayon polis şöbəsinin İstintaq bölməsində müstəntiq vəzifəsində işlədiyi dövrdə icraatında olmuş ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs Şahid4 16000 (on altı min) manat pulun müqabilində məhkəmə tərəfindən azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini təmin edəcəyi adı ilə sonuncunun anası Zərərçəkmiş şəxs5 aldadaraq, 2023-cü ilin may-oktyabr ayları ərzində ünvan 1 ünvanında yerləşən Şəmkir rayon polis şöbəsinin inzibati binasındakı xidməti otağında Zərərçəkmiş şəxs5 oğlu Şahid4 vasitəsilə göndərdiyi 13000 (on üç min) manat pulu, 19 avqust 2023-cü il tarixdə Şahid4 Şəmkir rayonu ərazisində yerləşən “Bravo” supermarketində quraşdırılmış “MPAY” ödəmə terminalı vasitəsilə istifadəsindəki "xxxx" ASC-yə məxsus “4169 7388 8578 5943” nömrəli bank kartı hesabına köçürdüyü 1000 (min) manat pulu, 10 sentyabr 2023-cü il tarixdə Şəmkir rayonu ərazisində yerləşən “Bravo” supermarketində quraşdırılmış “MPAY” ödəmə terminalı vasitəsilə istifadəsindəki "xxxx" ASC-yə məxsus “4169 7388 8578 5943” nömrəli bank kartı hesabına köçürdüyü 1000 (min) manat pulu, 04 noyabr 2023-cü il tarixdə Şəmkir rayonu ərazisində Zərərçəkmiş şəxs5 qohumu X15 "xxxx" ASC- yə məxsus bank kartı hesabından istifadəsindəki "xxxx" ASC-yə məxsus “4169 7388 8578 5943” nömrəli bank kartı hesabına köçürdüyü 1000 (min) manat pulu vahid cinayətkar niyyətlə əldə edərək, etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş Zərərçəkmiş şəxs5 cəmi 16000 (on altı min) manat məbləğində xeyli miqdarda pulunu, yəni əmlakını ələ keçirib dələduzluq etmişdir. Bundan başqa o, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Beyləqan rayon polis şöbəsinin İstintaq bölməsinin baş müstəntiqi vəzifəsində işləyərkən, öz qulluq mövqeyindən istifadə edərək, 2023-cü ilin sentyabr ayında ünvan 3 ünvanında yerləşən Beyləqan rayon polis şöbəsinin inzibati binasının qarşısında icraatında Zərərçəkmiş şəxs3 və X25 qarşı dələduzluq edilməsi faktına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş Zərərçəkmiş şəxs3 məxsus 3995 (üç min doqquz yüz doxsan beş) manat dəyərində, 47 qram çəkidə bir ədəd 583 əyarlı qızıl boyunbağını və bir ədəd 583 əyarlı qızıl qolbağını ekspertizaya təqdim edəcəyi adı ilə aldadıb Zərərçəkmiş şəxs1 əldə edərək, etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs3 3995 (üç min doqquz yüz doxsan beş) manat dəyərində əmlakını ələ keçirib təkrar dələduzluq etmişdir. Bundan başqa o, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi Beyləqan rayon polis şöbəsinin İstintaq bölməsinin baş müstəntiqi vəzifəsində işləyərkən, öz qulluq mövqeyindən istifadə edərək, icraatında olan X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş Zərərçəkmiş şəxs4 4000 (dörd min) manat pulun müqabilində vəkil vasitəsilə X1 bank hesabında olan 16300 (on altı min üç yüz) X20 dolları məbləğində pulu ona vurulmuş maddi ziyanın ödənilməsinə yönəldəcəyi adı ilə aldadaraq, Zərərçəkmiş şəxs4 9 dekabr 2023-cü il tarixdə Səbail rayonu, Badamdar şosesi, 1-ci yaşayış massivi 34 ünvanında yerləşən “Araz Market” adlı mağazada quraşdırılmış “Milliön” elektron ödəmə sistemi vasitəsi ilə istifadəsindəki "xxxx" ASC-yə məxsus “4169 7388 8578 5943” nömrəli bank kartı hesabına köçürdüyü 1500 (min beş yüz) manat, 10 dekabr 2023-cü il tarixdə eyni yerdən, eyni ödəmə terminalı vasitəsilə eyni bank kartına köçürdüyü 1000 (min) manat, 6 yanvar 2024-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 69A ünvanında yerləşən “Galliano” adlı restoranda olarkən "xxxx" ASCnin bank kartı hesabı üzrə mobil tətbiqi vasitəsilə istifadəsindəki "xxxx" ASC-yə məxsus “4169 7388 8578 5943” nömrəli bank kartı hesabına köçürdüyü 500 (beş yüz) manat, 17 yanvar 2024-cü il tarixdə ünvan 7 ünvanında yerləşən “Tonqal” adlı restoranda dostu Emin Rəfibəylinin "xxxx" ASC-yə məxsus bank kartı hesabının mobil tətbiqi vasitəsilə istifadəsindəki "xxxx" ASC-yə məxsus “4169 7388 8578 5943” nömrəli bank kartı hesabına köçürdüyü 1000 (min) manat pulu vahid cinayətkar niyyətlə əldə edərək, etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş Zərərçəkmiş şəxs4 cəmi 4000 (dörd min) manat məbləğində pulunu, yəni əmlakını ələ keçirib təkrar dələduzluq etmişdir. Bundan başqa o, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi Beyləqan rayon polis şöbəsinin İstintaq bölməsinin baş müstəntiqi vəzifəsində işləyərkən, öz qulluq mövqeyindən istifadə edərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə icraatında olan ********* nömrəli cinayət işi üzrə ibtidai istintaqın sürətləndirilməsi və vurulmuş maddi ziyanın ödənilməsi üçün Beyləqan rayon polis şöbəsinin rəisinə və Beyləqan rayon prokuroruna vermək adı ilə Zərərçəkmiş şəxs1 aldadaraq, ondan 24 dekabr 2023-cü il tarixdə ünvan 3 ünvanında yerləşən Beyləqan rayon polis şöbəsinin inzibati binasındakı xidməti otağında 4000 (dörd min) manat, 2023cü ilin dekabr - 2024-cü ilin yanvar aylarında Zərərçəkmiş şəxs1 qohumu X16 istifadəsindəki "xxxx" ASC-yə məxsus “4169 7388 6696 7700” nömrəli bank kartı hesabından onun istifadəsində olan "xxxx" ASC-yə məxsus “4169 7388 8578 5943” nömrəli bank kartı hesabına köçürdüyü 2000 (iki min) manat və 1500 (min beş yüz) manat, 2024-cü ilin yanvar ayı ərzində Beyləqan rayon polis şöbəsinin inzibati binasında xidməti otağında 1500 (min beş yüz) və 800 (səkkiz yüz) manat, 2024-cü ilin mart ayında Beyləqan rayon polis şöbəsinin inzibati binasının yaxınlığında yerləşən parkda 600 (altı yüz) manat pulu vahid cinayətkar niyyətlə əldə edərək, etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş Zərərçəkmiş şəxs1 cəmi 10400 (on min dörd yüz) manat məbləğində xeyli miqdarda pulunu, yəni əmlakını vahid niyyətlə ələ keçirib təkrar dələduzluq etmişdir. Bundan başqa, o, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi Beyləqan rayon polis şöbəsinin İstintaq bölməsinin baş müstəntiqi vəzifəsində işləyərkən, öz qulluq mövqeyindən istifadə edərək, icraatında olan X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş Zərərçəkmiş şəxs2 təqsirləndirilən M.N.Xəlilovun bank hesabında olan 38500 (otuz səkkiz min) manat pulu vurulmuş maddi ziyanın ödənilməsinə yönəldəcəyi adı ilə aldadaraq, ondan 2024-cü ilin fevral-mart aylarında ünvan 3 ünvanında yerləşən Beyləqan rayon polis şöbəsinin inzibati binasındakı xidməti otağında 1200 (min iki yüz) manat, növbəti gün Füzuli rayonu, Əhmədbəyli kəndində yerləşən “Rəşid” marketdə quraşdırılmış “E-manat” ödəmə terminalı vasitəsi ilə istifadəsindəki "xxxx" ASC-yə məxsus “4169 7388 8578 5943” nömrəli bank kartı hesabına köçürdüyü 2000 (iki min) manat pulu vahid cinayətkar niyyətlə əldə edərək, etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş Zərərçəkmiş şəxs2 cəmi 3200 (üç min iki yüz) manat məbləğində pulunu, yəni əmlakını ələ keçirərək təkrar dələduzluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o 2004-cü ildən Daxil İşlər orqanlarında fəaliyyət göstərmişdir. 2022-ci ilin iyul ayından 2023-cü ilin avqust ayına kimi Şəmkir rayon polis Şöbəsinin İstintaq bolməsində müstəntiq vəzifəsində işləmişdir. 2023-cü ilin avqust ayından 2024-cü ilin aprel ayına kimi Beyləqan rayon polis Şöbəsinin İstintaq bolməsində baş müstəntiq vəzifəsində işləmişdir. 2024-cü ilin aprel ayında daxili işlər orqanlarından xaric edilmişir. Laçın rayon sakini Zərərçəkmiş şəxs1 rayon sakini kimi tanımışdır. 2023-cü ilin fevral ayında Zərərçəkmiş şəxs1 arvadı X4 evdə olan atası Şahid2 məxsus 5000 manat pulu, anası X2 məxsus komlepkt qızılı oğurlayaraq, bacısı Zərərçəkmiş şəxs3 məxsus 41 qramlıq boyunbağı və qohumları X25 məxsus komplekt qızılı toyda istifadə etmək adı ilə aldadaraq ələ keçirmişdir. 2023-cü ilin aprel ayında qızıl və pulların Zülfiyyə tərəfindən oğurlandığı müəyyən edilmiş və atası Şirinov X19 rayon Polis Şöbəsinə məlumat vermişdir. O, Zərərçəkmiş şəxs1 ilə həmin şikayətə rayon polis şöbəsində baxılarkən tanış olmuş və onunla münasibəti yaranmışdır. Həmin vaxt maddi imkanı aşağı olduğundan müxtəlif şəxslərdən borc olaraq pul almış, Zərərçəkmiş şəxs1la da münasibəti yaranandan sonra ondan borc pul almaq qərarına gəlib, 2023-cü ilin dekabryanvar aylarında Beyləqan rayon polis şöbəsinin inzibati binasının yaxınlığında onunla söhbət edərkən ondan 5000 manat borc pul istəmişdir. İnqilab bir neçə gün sonra onun mobil telefonuna zəng edərək 3500 manat pul hazırladığını və onunla görüşmək istədiyini bildirmiş, o isə kənarda olduğunu və onun pulu kart hesabına göndərməsini xahiş etmişdir. İnqilab onun təklifi ilə razılaşdıqdan sonra onun mobil telefonuna “Whatshap” sosial şəbəkəsi vasitəsi ilə "xxxx" ASC-yə məxsus 4169-7388-8578-5943 saylı kart hesabını göndərmiş, İnqilab tanımadığı qohumunun kartı ilə ona hissə-hissə ilkin olaraq 2000 manat, daha sonra 1500 manat olmaqla, cəmi 3500 manat pul köçürmüşdür. Pul kart hesabına köçdükdən sonra o, İnqilaba zəng edərək pulun köçdüyünü, bir neçə aya pulu geri qaytaracağını bildirmişdir. Lakin borc aldığı 3500 manat pulu geri qaytara bilməmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs1 şikayəti əsasında icraatında olmuş cinayət işinin istintaqı zamanı müəyyən etmişdir ki, X4 qohumu Zərərçəkmiş şəxs3 aldadaraq ona məxsus 41 qramlıq boyunbağını toyda istifadə etmək adı ilə alıb dələduzluqla ələ keçirmişdir. İbtidai araşdırma zamanı həmin qızıl-zinət əşyaları istintaqa təqdim edilməmişdir. 2023-cü ilin oktyabr-noyabr aylarında qeyd olunan xüsusatla əlaqədar Zərərçəkmiş şəxs1 və ailə üzvləri dindirilərkən Xariqəyə məxsus qızılın tanımadığı şəxsə satıldığını bildirmişlər. O, həmin qızılın ekspertizaya təqdim olunmalı olduğunu dedikdə, İnqilab Zərərçəkmiş şəxs3 ona oxşar boyunbağı olduğunu, onu nümunə kimi təqdim edəcəyini bildirmiş, növbəti gün o, xidməti otağında olarkən İnqilab təxminən 30 qram çəkidə, 583 əyyarlı boyunbağını ona təqdim etmişdir. Həmin boyunbağı bilərziyə bitişik vəziyyətdə olmuşdur. O, həmin qızıl-zinət əşyasını götürmüş, lakin cinayət işinə əlavə etməmişdir. Cinayət işi üzrə əmtəəşünaslıq ekspertiza təyin edib həmin qərarı ekspertiza təqdim edərkən boyunbağını nümunə üçün üzərində daşımışdır. Lakin ekspertizada qərara baxılarkən nümunəyə ehtiyac olunmadığı bildirilmiş, o, həmin boyunbağını iş çantasına qoyub Beyləqan rayon polis şöbəsinə geri qayıtmışdır. Çantanı xidməti otağına qoymuş, bir neçə gün sonra həmin çantaya baxış keçirərkən orada qızıl boyunbağının olmadığını müəyyən etmişdir. Bir neçə yerə baxdıqdan sonra həmin boyunbağını itirdiyinə əmin olmuş, lakin bu barədə Zərərçəkmiş şəxs1 məlumat verməmişdir. İnqilab bir neçə dəfə onun yanına gələrək qızıl boyunbağını istədikdə, o, həmin qızıla oxşar qızıl tapıb geri qaytaracağ və ya dəyəri məbləğində pul verəcəyini fikirləşib, sonuncuya boyunbağının ekspertizada olduğunu demişdir. Lakin maddi vəziyyətinin aşağı olması səbəbindən o, həmin pulu İnqilaba verə bilməmişdir. Bundan başqa, o, Zərərçəkmiş şəxs4 ilə tanışı X1 dələduzluq edərək ondan pul alıb ələ keçirməsi barədə Beyləqan rayon polis şöbəsinin İstintaq bölməsində icraatında olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə istintaqı aparılan cinayət işində tanış olmuşdur. Belə ki, Zərərçəkmiş şəxs4 həmin cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Nicat həmin iş üzrə bir neçə dəfə qəbulda olmuş, daha sonra onunla münasibət yaradaraq Bakı şəhərində də bir neçə dəfə görüşmüşdür. Zərərçəkmiş şəxs4 da maddi vəziyyətinin aşağı olması səbəbindən bir neçə dəfə borc olaraq pul istəmişdir. Belə ki, ondan 2500 manat borc pul istəmiş, 2023-cü ilin dekabr ayının əvvələrində Nicat onun kart hesabına ilkin olaraq 1500, daha sonra 1000 manat, cəmi 2500 manat pul köçürmüşdür. 2024-cü ilin yanvar ayında Zərərçəkmiş şəxs4 yenidən borca pul istədikdə sonuncu 2024-cü ilin yanvar ayının əvvələrində kart hesabına əvvəlcə 500 manat, daha sonra 1000 manat olmaqla, cəmi 1500 manat pul köçürmüşdür. O, Zərərçəkmiş şəxs4 ümumilikdə 4000 manat borc pul almışdır. Daha sonra Zərərçəkmiş şəxs4 1000 manat pul geri qaytarmış, lakin qalan hissəsini ödəyə bilmədiyinə görə Nicat onun barəsində şikayət etmişdir. Bundan başqa, o, Zərərçəkmiş şəxs2 ilə icraatında olan cinayət işinin istintaqı zamanı tanış olmuşdur. Belə ki, Mübariz Xəlilov və X31rşı dələduzluq edərək 60000 manat pulun ələ keçirməsi faktı ilə bağlı Beyləqan rayon polis şöbəsinin İstintaq bölməsində cinayət işi istintaq olunmuşdur. Qeyd olunan cinayət işi üzrə Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdı. O, cinayət işinin istintaqı zamanı bir neçə dəfə Zərərçəkmiş şəxs2 qəbul etmişdir. Beləcə onunla münasibəti yaranmış və maddi vəziyyətinin aşağı olması ilə əlaqədar Zərərçəkmiş şəxs2 borc pul istəmişdir. 2024-cü ilin fevral-mart aylarında o, Elxandan borc olaraq 2000 manat pul istədikdə sonuncu onun xahişini qəbul edərək 2000 manat pulu onun kart hesabına göndərmişdir. Daha sonra, 1000 manat pulu geri qaytarmış, lakin qalan 1000 manat pulu ödəyə bilməmişdir. Buna görə də, Zərərçəkmiş şəxs2 onun barəsində şikayət etmişdir. Bundan başqa, o, Zərərçəkmiş şəxs5 ilə Şəmkir rayon polis şöbəsində işləyərkən icraatında olan cinayət işinin istintaqı zamanı tanış olmuşdur. Belə ki, Aybənizin oğlu Şahid4 narkotik vasitələrinin istifadəsinə görə 1 may 2023-cü il tarixdə Şəmkir rayon polis şöbəsinin əməkdaşları tərəfindən yaşadığı evdə tutularaq polis şöbəsinə aparılmış, polis əməkdaşları tərəfindən yaşadıqları evin həyətinə baxış keçirilərkən orada 31 ədəd çətənə kolu aşkar edilmişdir. Buna görə də Elvin barəsində Şəmkir rayon Polis şöbəsinin İstintaq bölməsində cinayət işi başlanmış və istintaqı aparılmışdır. Şahid4 barəsində ilkin olaraq Şəmkir Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, daha sonra təqsirləndirilən şəxsin vəkilinin vəsatəti ilə onun barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Cinayət işinin istintaqı onun tərəfindən aparılaraq, ittiham aktı ilə birlikdə baxılması üçün Gəncə Ağır Cinayət Məhkəməsinə göndərilmişdir. Məhkəmə tərəfindən cinayət işi üzrə Şahid4 barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Cinayət işinin istintaqı zamanı Zərərçəkmiş şəxs5 şahid qismində dindirilmişdir. Lakin o, 3000 manat borc pul almışdır. Həmcinin əlavə olaraq göstərmişdir ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 götürdüyü borclarını qaytarmış, Zərərçəkmiş şəxs5 isə 10000 manat borcu qalmış, Zərərçəkmiş şəxs3 qızıl boyunbağı ilə bağlı isə onun atası ilə razılığa gəlinmişdir. Məhkəmə iclasında sonda Təqsirləndirilən şəxs özünü təqsirli bilmədiyini və ona bəraət verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır: Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs5 ibtidai istintaq zamanı vermiş olduğunu ifadəsini təsdiq edərək, ifadəsində göstərmişdir ki, oğlu Şahid4 narkotik vasitələrinin istifadəsinə görə 01 may 2023-cü il tarixdə Şəmkir rayon polis şöbəsinin əməkdaşları tərəfindən yaşadıqları evdə tutularaq polis şöbəsinə aparılmışdır. Polis əməkdaşları tərəfindən yaşadıqları evin həyətinə baxış keçirilərkən yeşikdə şitillər aşkar edilmiş, ümumi çəkisi 9 qram olan çətənə adlı narkotik vasitə olduğu müəyyən edilmişdir. Buna görə də oğlu Elvinin barəsində Şəmkir rayon Polis şöbəsinin İstintaq bölməsində cinayət işi başlanmış və istintaqın aparılması həmin vaxt Şəmkir rayon polis şöbəsinin İstintaq bölməsinin müstəntiqi işləmiş Təqsirləndirilən şəxs həvalə edilmişdir. Oğlu Elvinin barəsində Şəmkir Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş və Elvin Gəncə şəhəri 1 saylı istintaq təcridxanasına göndərilmişdir. Elvin 11 gün istintaq təcridxanasında qalmışdır. Daha sonra müdafiəçinin vəsatəti əsasında oğlu Şahid4 barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunmuşdur. Oğlu Elvinin həmin müddətdə ürəyində problemlər yaranmış və müalicə almışdır. Elvin ev dustaqlığında olarkən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**- ** saylı telefon nömrəsindən oğlu Elvinin istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsinə zəng edərək Elvinlə danışmaq istədiyini demişdir. X44 rayonu ərazisində, onun bilmədiyi ünvanda görüşmüş və evə qayıdanda oğlu ona Eltonun 16000 manat pul istədiyini, həm pulla cinayət işi üzrə istintaqı yekunlaşdırıb aidiyyəti üzrə məhkəməyə göndərdikdən sonra barəsində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini təmin edəcəyini demişdir. Elvin ev dustaqlığında qaldığı altı ay müddətində xatırlamadığı vaxtlarda hissə-hissə ümumilikdə 13000 manat pulu Şəmkir rayon Polis şöbəsində Təqsirləndirilən şəxs xidməti otağında Eltona vermişdir. Oğlunun Eltona 13000 manat pulu nə vaxt verdiyini dəqiq xatırlamır. Belə ki, həmin pullar ona məxsus olsa da, Elvin şəxsən pulu Eltona vermişdir. Təqsirləndirilən şəxs Elvinə pulu tək gətirməyini tapşırdığına görə o, həmin zaman Eltonla Elvinin yanında olmamışdır. Qalan 3000 manat pulun 1000 manat hissəsini 19 avqust 2023-cü il tarixdə Elvin Şəmkir rayonu ərazisində yerləşən “Bravo” supermarketində quraşdırılmış “Mpay” terminalından Eltonun Elvinə göndərdiyi 4169-7388-8578-5943 nömrəli kart hesabına göndərmişdir. Daha sonra yenidən 1000 manat pulu Elvin 10 sentyabr 2023-cü il tarixdə Şəmkir rayonu ərazisində yerləşən “Bravo” supermarketində quraşdırılmış “Mpay” terminalından Eltonun Elvinə göndərdiyi 4169-7388-8578-5943 nömrəli kart hesabına göndərmişdir. İstintaq yekunlaşana yaxın Elvin bibisi Şahid3 telefon nömrəsini Təqsirləndirilən şəxs vermişdir. Elton sonuncu dəfə isə 04 noyabr 2023-cü il tarixdə Safuraya zəng edərək 1000 manat pul istəmiş, Safura oğlu X26 zəng edərək 1000 manat pulun Təqsirləndirilən şəxs göndərdiyi 4169-7388-8578-5943 nömrəli kart hesabına göndərməsini tapşırmışdır. Safuranın oğlu Murad Yunisov “Birbank” tətbiqi vasitəsilə Eltonun 4169-7388-8578-5943 nömrəli kart hesabına 1000 manat pulu göndərmişdir. X13 cinayət işi üzrə ondan ümumilikdə 16000 manat məbləğində pul almışdır. 19 oktyabr 2023-cü il tarixdə cinayət işi üzrə istintaq yekunlaşmış və Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə oğlu Elvinə 3 il 2 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. O, dəfələrlə Eltonun istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsinə zəng etmiş və pulunu geri qaytarmasını istəmişdir. O, həmçinin yaxın qohumları ilə birlikdə Beyləqan rayon polis şöbəsinə gəlmiş və həyətdə qohumlarının Eltonla danışmasını gözləmişdir. Baldızı Safura şöbədən çıxanda Elton hər şeyi həll etdiyini, Elvini azad etdirəcəyini, Xitam idarəsi, Ali məhkəmə ilə, Gəncə şəhər Ağır Cinayətlər məhkəməsi ilə danışdığını, Gəncə şəhər Apellyasiya məhkəməsinə gələcəyini demişdir. 2023-cü ilin dekabr ayının sonunda Gəncə Apellyasiya Məhkəməsində məhkəmə baxışı keçirilmiş və apellyasiya şikayətləri təmin olunmamışdır. Bundan sonra o və Safura yenidən Eltonla telefonla danışmış və pullarını geri qaytarmağını tələb etmişlər. Təqsirləndirilən şəxs ona hissə hissə 4000 manat pulu qaytarmış, lakin qalıq qalmış 12000 manat pulu ödəməmişdir. Təqsirləndirilən şəxs pulu tam ödənilməsini tələb edir. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı vermiş olduğunu ifadəsini təsdiq edərək, ifadəsində göstərmişdir ki, 2023-cü ilin fevral ayında onun arvadı X4 evdə olan atası Şahid2 məxsus 5000 manat pulu, anası X2 məxsus komplekt qızılı oğurlayaraq, bacısı Zərərçəkmiş şəxs3 məxsus 41 qramlıq boyunbağı və atasının bacısının gəlini X25 məxsus komplekt qızılı toyda istifadə etmək adı ilə aldadaraq ələ keçirmişdir. 2023-cü ilin aprel ayında onlara qızıl və pulların arvadı Zülfiyyə tərəfindən oğurlandığı məlum olmuş və atası Şirinov X19 rayon Polis Şöbəsinə bununla bağlı məlumat vermişdir. Araşdırma zamanı arvadı Zülfiyyə Beyləqan rayon polis şöbəsinə verdiyi izahatda qızıl və pulu oğurladığını və ələ keçirdiyi qızıl və pulları Zülfiyyəni işə düzəltmək adı ilə X27 verdiyini etiraf etmişdir. Zülfiyyə ələ keçirdiyi qızıl və pullarla ölkə ərazisini tərk edəcəyini, uşaqlarını da özü ilə Almaniyaya aparacağını izahatında demişdir. O, eləcə də ailə üzvləri izahat vermək üçün dəfələrlə Beyləqan rayon polis şöbəsinə çağırılmışlar. Bundan sonra araşdırma onlara məlum olmayan səbəblərdən davam etdirilməmişdir. Arvadı Zülfiyyənin oğurladığı 41 qramlıq qızılın lombardda olduğu məlum olmuşdur. Həmin qızılı 2370 manata lombarda qoymuşlar. Qızılın pulundan əlavə olaraq 134 manat pul, ümumilikdə isə 2504 manat pul ödəyərək qızılı lombarddan götürmüşlər. 2023-cü ilin sentyabr ayında Beyləqan rayon Polis şöbəsinin sabiq baş müstəntiqi Təqsirləndirilən şəxs arvadı Zülfiyyənin barəsində cinayət işini araşdırdığını demiş və yenidən ifadəsinin alınması üçün onu polis şöbəsinə çağırmışdır. Elton ifadəsini alandan sonra işə yeni gəldiyini və cinayət işini araşdıracağını demişdir. Bundan sonra ondan bacısı Xariqəyə məxsus 41 qramlıq qızılı gətirməyini, ekspertiza təyin edərək həmin qızılın qiymətini müəyyən edəcəyini demişdir. O, həmin qızılın hazırda bankda olduğunu və Eltona təqdim edə bilməyəcəyini demişdir. Elton ona həmin qızıla uyğun başqa bir qızılı gətirib verməyini, ekspertizada tanış adamının olduğunu, qızılı ələ keçirilmiş qızıl kimi sənədləşdirib dəyərini müəyyən etdirəcəyini demişdir. O, Xariqə ilə görüşüb Xariqəyə məxsus cəmi 47 qram çəkidə, 583 əyyarlı, bazar qiyməti 3400 manat Rusiya istehsalı olan 1 ədəd boyunbağını və 1 ədəd bilərziyi götürmüşdür. Daha sonra Elton Beyləqan rayon polis şöbəsinin qarşısında onun “XİAOMİ” markalı “11 Light” modelli telefonunu da ekspertizaya aparacağını, içərisində olan məlumatların sübut əhəmiyyət kəsb etdiyini demişdir. Elton bacısı Zərərçəkmiş şəxs3 məxsus 47 qramlıq 1 ədəd boyunbağını, 1 ədəd bilərziyi və onun telefonunu götürmüş və narahat olmamağını, ekspertizadan qayıdandan sonra ona qaytaracağını demişdir. 2023-cü ilin dekabr ayına qədər hər ay o, polis şöbəsinə gələrək cinayət işi barədə məlumat almışdır. 2023-cü ilin dekabr ayında Təqsirləndirilən şəxs onu çağıraraq cinayət işinin hərəkətsiz qaldığını, digər orqanlara şikayət etdiyinə görə Beyləqan rayon prokuroru və Polis şöbəsinin rəisinin işi dayandırdıqlarını demişdir. Daha sonra Elton ona prokuror və polis şöbəsinin rəisi gedəcəyi təqdirdə cinayət işinin yenidən başlaya biləcəyini demişdir. Növbəti gün o, yenidən Təqsirləndirilən şəxs yanına gedərək kömək etməsini istəmişdir. Elton ona prokurorun tanışı olduğunu və özü ilə danışacağını demişdir. Növbəti gün Elton onu çağıraraq prokurorla danışdığını və prokurorun razılığa gəldiyini, 15000 manat pul istədiyini dedikdə o, maddi imkanının olmadığını Eltona demişdir. Bir neçə gün sonra Təqsirləndirilən şəxs prokuror və polis şöbəsinin rəisinin 11000 (on bir min) manat pula razılaşdıqlarını demişdir. O, 23-24 dekabr 2023-cü il tarixdə Beyləqan rayon mal-qara bazarına gedib özünə məxsus xırdabuynuzlu heyvanlardan tanımadığı şəxslərə satıb, 4000 manat pul düzəltmiş və həmin gün saat 17 radələrində Beyləqan rayon polis şöbəsinin inzibati binasında yerləşən iş otağında Təqsirləndirilən şəxsla görüşüb həmin pulu Eltona vermişdir. O, pulu verən zaman onların yanında heç kim olmamışdır., Elton ondan götürdüyü “XİOMİ” markalı telefonu yanvar ayının əvvəlində ona qaytarmışdır. Telefona baxarkən telefonunun format olunduğunu, bütün məlumatların silindiyini bilmişdir. Bir neçə gün sonra Elton ona zəng edərək prokurorun Yeni il bayramında evinə gedəcəyini, pulu çatdırıb verməli olduğunu demişdir. O bacısı X9 əri X14 3500 manat borc pul istəmişdir. O, İlqara kart deyəcəyini, pulu karta atmasını demişdir. O, Eltonla İlqarı bir-biri ilə danışdırmış, birinin mobil nömrəsini digərinə vermişdir. Elton İlqara kart nömrəsini demiş və İlqar özünün "xxxx"-a məxsus 4169-7388-6696-7700 nömrəli bank kartından Eltonun nömrəsini bilmədiyi bank kartına 2000 manat, ödəmə terminalı ilə isə Eltonun nömrəsini bilmədiyi bank kartına 1500 manat olmaqla cəmi 3500 manat pul göndərmişdir. Lakin elektron ödəməyə dair qəbzi İlqar ona göndərməmişdir. Daha sonra o, heyvanlarını sataraq 20 yanvar 2024-cü il tarixədək dəqiq xatırlamadığı günlərdə Eltonun iş otağında bir dəfə 1500 manat, bir dəfə isə 800 manat olmaqla 2300 manat da Eltona pul vermişdir. Elton həmin pulları ondan alan zaman işin qaydasında getdiyini, lakin 11000 manat pulu tamamlamalı olduğunu demişdir. O, maddi imkanının aşağı olduğu üçün bir müddət pulu düzəldə bilməmiş, sonuncu dəfə 2024- cü ilin mart ayının 10-15 arasında Beyləqan rayon polis şöbəsinin yaxınlığındakı parkda Eltonla görüşüb Eltona 600 manat pul vermişdir, beləcə Eltona verdiyi pul cəmi 10400 manat olmuşdur. O, Eltona 600 manat pulu verəndən sonra Eltonu bazarın yanına gətirmiş və Elton ona Bakı şəhərinə ekspertizaya gedəcəyini, Eltona verdiyi qızılı bazar ertəsi gətirib qaytaracağını demişdir. Birinci gün o, polis şöbəsinə gəlmiş və Eltonun işdə olmadığını öyrənmişdir. Bir neçə gün sonra Beyləqan rayon polis şöbəsinin müstəntiqi Rəşad Novruzov ona zəng edərək həmin cinayət işinin onun icraatında olduğunu, Təqsirləndirilən şəxs işə gəlmədiyini, qızılı ekspertizaya vermədiyini demişdir. Həmin vaxt o artıq başa düşmüşdür ki, Təqsirləndirilən şəxs onun 10400 manat pulunu və Xariqənin qızıllarını aldadıb ələ keçirmişdir. 19 mart 2024-cü il tarixdə Təqsirləndirilən şəxs qardaşı Cahid Məmmədov ona Eltonun xəstəxanada olduğunu və 10400 manat pulunu və verdiyi qızılı 27 mart 2024-cü ilə qədər qaytaracağını demişdir. 27 mart 2024-cü il tarixdə qardaşı Cahidlə yenidən danışmışdır. Bu dəfə Cahid Təqsirləndirilən şəxs yanına gedəcəyini, 30-31 mart 2024-cü il tarixdə pulu və qızılları qaytaracağını demişdir. Atası Şahid2 Cahidə 5 gün müddətində Eltonun pulu və qızılları qaytarmayacağı təqdirdə şikayət edəcəklərini demişdir. Təxminən 5 gün keçəndən sonra o, Təqsirləndirilən şəxs dələduzluq əməlləri ilə bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğuna şikayət etmişdir. Təqsirləndirilən şəxs ilə barışmış, ona vurulmuş ziyan tam şəkildə ödənilmişdir. Hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı vermiş olduğunu ifadəsini təsdiq edərək, ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun doğma qardaşıdır. 2023-cü ilin mart ayında İnqilabın arvadı X5 ondan bacısının toyunda taxmaq üçün bir ədəd boyunbağı istəmişdir. O da Zülfiyyə inanıb ona 538 əyarlı, 41 qram çəkisi olan bir ədəd qızıl bayunbağını vermişdir. Təxminən bir həftə sonra Zulfiyyənin 5000 manat pulu, anası X2 məxsus komplekt qızılı, ona məxsus 41 qramlıq boyunbağını və bibisinin gəlni X11 məxsus komplekt götürüb evdən getdiyini öyrənmişdir. Bununla bağlı yoldaşı “102” xidmətinə zəng edərək məlumat vermiş və Beyləqan rayon polis şöbəsinin İstintaq böməsındə cinayət işi başlanmışdır. Cinayət işi üzrə istintaq Beyləqan rayon polis şöbəsinin sabiq baş müstəntiqi, polis mayoru Təqsirləndirilən şəxs həvalə edilmişdir. O, şikayəti ilə bağlı zərərçəkmiş şəxs qismində tanınmış və polis şöbəsində ifadə vermişdir. 23 sentyabr 2023-cü il tarixdə qardaşı İnqilab onun yaşadığı evə gələrək Təqsirləndirilən şəxs ekspertizaya təqdim etmək üçun boyunbağını istədiyini, iyirmi gün sonra qaytaracağını demişdir. O, İnqilaba həmin boyunbağını satdığını demişdir. İnqilab yenidən Təqsirləndirilən şəxs bu barədə deyəndə Elton həmin qızıldan daha ağır çəkidə və daha bahalı qızılı verməklərini istəmiş və bunun istintaqın gedişi üçün müsbət olacağını demişdir. İnqilab ona bu barədə deyəndə ona bir ədəd 583 əyyarlı boyunbağı və 583 əyyarlı qolbaq vermişdir. Onların ümumi çəkisi 47 qram idi. Həmin qızılları alarkən 3400 manat pul vermişdir. Təxminən 20 gün sonra o, qardaşı İnqilabdan qızılları Eltonun qaytarıb-qaytarmadığını soruşmuşdur. İnqilab Eltonla danışandan sonra ekspertizada işinin ləngidiyini, 15-20 gün ərzində qızılları qaytaracağının demişdir. 13 mart 2024-cü il tarixdə İnqilab ona Eltonun ona məxsus boyunbağı və qolbağını ekspertizaya göndərmədiyini demişdir. X35 cinayət işi üzrə təqsirli şəxsləri cinayət məsuliyyətinə cəlb etmək üçün 10400 manat pul verdiyini demişdir. Bu gunə qədər Elton onun bir ədəd qızıl boyunbağını və bir ədəd qızıl qolbağını, eləcə də qaytarmamışdır. Elton hər dəfə bəhanə gətirərək pulunu verəcəyini bildirmiş, lakin bir neçə ay da keçməsinə baxmayaraq pulunu qaytarmamışdır. Buna görə də o, onun barəsində şikayət etmişdir. O, təqsirləndirilən şəxsdən ona dəymiş ziyanın ödənilməsini tələb edir. Cinayət işi materiallarında olan teleqramı isə ondan xəbərsiz atası göndərib və həmin teleqramdan onun məlumatı olmamışdır. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyandan heç bir ödəniş edilməmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı vermiş olduğunu ifadəsini təsdiq edərək, ifadəsində göstərmişdir ki, Beyləqan rayon polis şöbəsinin sabiq baş müstəntiqi polis mayoru Təqsirləndirilən şəxs şikayəti üzrə istintaqını apardığı cinayət işi üzrə tanımışdır. İki il bundan əvvəl oğlu X34 qəsdən adam öldürmə maddəsi ilə təqsirləndirilmiş və barəsində həbs qətimkan tədbiri seçilmişdir. Mübariz Xəlilov və Manaf Dadaşov adlı şəxslər onlara oğlunun cəzasının yüngülləşdirə biləcəklərini, bununla bağlı həmin şəxslər onun etibarından sui-istifadə edərək və onu aldadaraq 62000 manat pulunu ələ keçirdiklərinə görə o hüquq-mühafizə orqanlarına müraciət etmişdir. 60000 manat pulu Bakı şəhəri Nərimanov rayonu ərazisində verdiyinə görə cinayət işi Nərimanov rayon polis şöbəsində araşdırılmışdır. Sonuncu dəfə 2000 manat pulu Beyləqan rayonu ərazisində verildiyinə görə cinayət işi ərazi aidiyyəti üzrə Beyləqan rayon polis şöbəsinə göndərilmişdir. İstintaqın davam etdirilməsi Beyləqan rayon polis şöbəsinin İstintaq bölməsinin baş müstəntiqi polis mayoru Təqsirləndirilən şəxs həvalə edilmişdir. Elton ona və qardaşına xalası oğlunun hüquqşünas olduğunu, Bakı şəhərində bankda işlədiyini, xalası oğluna 3000 manat pul verəcəkləri təqdirdə Mübariz Xəlilovun hesabında olan 38500 manat pulu onlara verilməsini təmin edəcəyini demişdir. O və qardaşı Ənvər Eltonun belə deməsinə inanmışlar. 2024-cü ilin fevral-mart aylarında o və qardaşı Şahid1 Təqsirləndirilən şəxs xidməti otağında 1000 manat pul vermişlər. Təqsirləndirilən şəxs Bakı şəhərinə gedən zaman o, Eltona yol pulu kimi iki dəfə 100 manat, ümumilikdə 200 manat pul əlavə vermişdir. Növbəti gün Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsi ilə onun istifadəsində olan ***- ***-**-** nömrəli telefon nömrəsi ilə əlaqə saxlamışdır. Təqsirləndirilən şəxs ondan 2000 manat pul istəmiş və məsələnin həll olunacağını deyərək Eltona məxsus bank kartının şəklini oğlunun “Whatsapp” nömrəsinə göndərmişdir. Eltona inanaraq o, Füzuli rayonu, Əhmədbəyli kəndində “Rəşid” marketdə quraşdırılmış E-manat terminalı ilə 2000 manat pulu Eltonun oğluna göndərdiyi kart hesabına göndərmişdir. Beləliklə o, Eltona ümumilikdə 3000 manat pul vermişdir. Eltona 3000 manat pulu verdikdən sonra dəfələrlə o və qardaşı Ənvər zəng edərək işin gedişatı ilə maraqlansalar da, Elton onlara narahat olmamalarını demişdir. 2024-cü ilin mart ayında qardaşı Ənvər Eltonun qardaşına zəng edərək Eltonun ondan aldığı pulu tələb etmişdir. Bu zaman Eltonun adını bilmədiyi qardaşı hər hansı orqana şikayət etməmələrini tapşırmış, pullarını geri qaytaracağını demişdir. Mart ayının sonunda Eltonun qardaşı Beyləqan şəhərində çayxanaların birində 1000 manat pulu ona qaytarmışdır. Qalan 2200 manat pulu hissə-hissə aprel ayının sonun kimi qaytaracağını demişdir. Lakin aprel ayında Eltonun qardaşı ona qalan 2200 manat pulu qaytarmamışdır. Buna görə də Eltonun onu aldadaraq və etibarından suiistifadə edərək 2200 manat pulunu ələ keçirməsi barədə rayon prokurorluğuna müraciət etmişdir. Məhkəmə iclasına çağırılmış zərərçəkmiş Zərərçəkmiş şəxs4 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. Zərərçəkmiş şəxs4 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində bildirmişdir ki, Beyləqan rayon Polis şöbəsinin sabiq baş müstəntiqi polis mayoru Təqsirləndirilən şəxs ilə tanışlığı Beyləqan rayon polis şöbəsində istintaq olunan cinayət işi üzrə yaranmışdır. Belə ki, onun X10 adlı tanışının ona qarşı dələduzluq edərək 158000 manat pulunu aldatmaqla və etibarından sui-istifadə etməklə ələ keçirməsi faktı üzrə Bakı şəhəri, Nərimanov rayon polis idarəsinin İstintaq şöbəsində istintaq olunan cinayət işi ərazi aidiyyəti üzrə Beyləqan rayon polis şöbəsinə göndərilmiş, istintaqın aparılması Təqsirləndirilən şəxs tapşırıldığından onun tərəfindən həmin cinayət işi üzrə istintaq aparılmış və baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. X10 ondan başqa adlarını xatırlamadığı digər şəxslərə də qarşı dələduzluq etmiş, bütün epizodlar bir cinayət işində istintaq olunmuşdur. O, həmin cinayət işində zərərçəkmiş şəxs qismində iştirak etdiyindən bir dəfə Beyləqan rayon polis şöbəsinin inzibati binasına gedərək istintaq hərəkətlərinin aparılmasında iştirak etmişdir. Beləcə onun Təqsirləndirilən şəxsla tanışlığı yaranmışdır. 2023-cü ilin oktyabr ayında Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsindən onun istifadəsində olan ***- ***-**-** saylı telefon nömrəsinə zəng edərək Beyləqan rayon Polis Şöbəsinə gəlməsini, təqsirləndirilən X10 ilə üzləşməli olduğunu demiş, o, Təqsirləndirilən şəxs yanına Beyləqan rayon polis şöbəsinə gəlmişdir. 09 dekabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən onun istifadəsində olan ***-***- **-** saylı mobil nömrəyə “Whatsapp” proqramı vasitəsilə zəng edərək Mübariz Xəlilovun hesabında 16300 dollar pul olduğunu, Mübarizin onun atası ilə münasibəti olduğundan dəymiş ziyanın əvəzi kimi həmin pulu ona vermək istədiyini demişdir. O, Eltona razı olduğunu və həmin pulu qəbul etmək istədiyini demiş, bundan sonra Elton ona pulu hesabdan yalnız vəkil vasitəsilə götürə biləcəklərini, bunun üçün vəkil tutmaq lazım olduğunu demişdir. O, vəkil tanışının olmadığını deyəndə Elton işi ilə əlaqədar bu cür məsələlərlə tez-tez rastlaşdığı vəkil tanışının olduğunu, ona vəkilə pulu Mübarizin hesabından çıxarmaq üçün ödəniş etməli olduğunu demişdir. O, Eltona pulu götürdükdən sonra vəkilə ödəniş edə biləcəyini demiş, Elton vəkillə əlaqə saxlayıb ona məlumat verəcəyini bildirmişdir. Təxminən 10 dəqiqə sonra Elton yenə də istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə “Whatsapp” proqramı vasitəsilə zəng edərək vəkilin ödənişi əvvəlcədən istədiyini demişdir. O, nə qədər pul ödənilməli olduğu soruşduqda Elton ona vəkilin bu iş üçün 2500 manat ödəniş tələb etdiyini bildirmişdir. O, Eltona pulun hamısını əvvəlcədən verməyəcəyini, 1500 manat göndərəcəyini, 1000 manatı isə 16300 ABŞ dolları pul ona çatdıqdan sonra verəcəyini demişdir. Elton onunla razılaşmış və özünə məxsus "xxxx"-a aid 4169-7388-8578-5943 nömrəli bank kartının şəkilini “Whatsapp” proqramında ona göndərmişdir. Həmin gün o, 1500 manat pulu Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən “Araz Market”-də quraşdırılmış “MilliÖn” ödəmə terminalı vasitəsilə Eltonun ona göndərdiyi "xxxx"-a məxsus 4169-7388-8578-5943 nömrəli bank kartına köçürmüş və Eltonla əlaqə saxlayıb pulun gəlib-gəlmədiyini soruşmuşdur. Elton ona pulun gəldiyini demişdir. Növbəti gün, yəni 10 dekabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə “Whatsapp” proqramı vasitəsilə zəng edərək vəkilin pulun hamısını istədiyini, qalan 1000 manat pulu da onun kartına göndərməli olduğunu demişdir. O, Eltonla razılaşmış və həmin gün Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən “Araz Market”-də quraşdırılmış “MilliÖn” ödəmə terminalı vasitəsilə Eltonun ona göndərdiyi "xxxx"-a məxsus 4169-7388-8578- 5943 nömrəli bank kartına 1000 manat da göndərib qəbzin şəklini “Whatsapp” proqramı vasitəsilə Eltona göndərmiş, Elton ona pulun gəldiyini demişdir. Həmin gün Eltonla arasında olan danışığa əsasən təxminən 3 həftə ərzində 16300 dollar pul Mübarizin hesabından götürülüb dəymiş ziyanın əvəzi kimi ona veriləcəkdir. 29 dekabr 2023-cü il tarixdə o, Təqsirləndirilən şəxs zəng edərək məsələnin nə yerdə olduğunu soruşmuş, Elton ona təxminən 2-3 gün sonra 16300 ABŞ dolları pulun ona ödəniləcəyini demişdir. Lakin pul ona həmin vaxt ödənilməmişdir. 06 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən onun istifadəsində olan ***-***- **-** saylı mobil nömrəyə “Whatsapp” proqramı vasitəsilə zəng edərək vəkilin ona xərclərin artdığını dediyini, əlavə 500 manat da pul istədiyini bildirmişdir. O, Eltona hələ pul almamış 2500 manat əvvəldən göndərdiyini deyib narazılığını bildirmişdir. Lakin Elton artıq işlərin tam düzəlməyə doğru olduğunu, vəkilin 3-4 gün ərzində ona 16300 ABŞ dolları ödəniş edilməsini təmin edəcəyini demiş və o, Eltonla razılaşmış və özünə məxsus sonu 3730 rəqəmləri ilə bitən bank hesab kartından Eltonun ona göndərdiyi "xxxx"-a məxsus 4169-7388-8578-5943 nömrəli bank kartına 500 manat pulu mobil telefonundakı "xxxx" proqramı vasitəsilə Bakı şəhəri, Yasamal rayonu ərazisindəki “Galliano” adlı restorandan göndərmişdir. 17 yanvar 2024-cü il tarixdə o, Bakı şəhəri, Nərimanov rayonu, Həsən Əliyev küçəsində yerləşən “Tonqal” restoranında dostununun ad günü məclisində olmuş, həmin vaxt Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**- ** saylı mobil nömrədən onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə “Whatsapp” proqramı vasitəsilə zəng edərək vəkilin onun işlərini görmək üçün artıq xərclərinin çıxdığını, əlavə olaraq 1000 manat da pul istədiyini deyərək ondan öz bank kartına 1000 manat pul göndərməsini istəmişdir. O, Eltona görülən işlər barədə ona qəbz təqdim etməsini demiş, lakin Elton digər zərərçəkmiş şəxslərin Mübarizin ona ödəniş etməsindən məlumatlı olmaması səbəbindən vəkilin qeyri-rəsmi olaraq onun işlərini gördüyünü, heç bir qəbzin olmadığını demişdir. O, artıq 3000 manat göndərdiyini düşünmüş və əlavə olaraq 1000 manat da çarəsiz qalaraq Eltona göndərmək qərarına gəlmişdir. Həmin vaxt onun bank kartında pul olmadığından dostu Elcan Rəfibəyliyə 1000 manat nağd qaydada pul verib Elcanın mobil telefonundakı “BirBank” tətbiqindən sonu 7330 olan "xxxx"a məxsus bank kartından Eltonun ona göndərdiyi "xxxx"-a məxsus 4169-7388-8578-5943 nömrəli bank kartına 1000 manat da pul göndərmişdir. Pulu göndərən zaman o, Bakı şəhəri, Nərimanov rayonu, Həsən Əliyev küçəsində yerləşən “Tonqal” restoranında olmuşdur. O, “Whatsapp” proqramı vasitəsilə 1000 manat pul göndərməyini təsdiq edən qəbzin şəklini Eltona göndərmiş və əlaqə saxlayaraq pulun çatıb-çatmamasını soruşmuşdur. Elton ona pulun çatdığını demişdir. Sonradan o, Təqsirləndirilən şəxs dəfələrlə zəng edərək ona Mübariz Xəlilovun adından heç bir məbləğdə pul verilmədiyini demiş, Eltondan məsələnin nə yerdə qaldığını soruşduqda Elton ona səbrli olmağını, yaxın günlərdə pulun ona veriləcəyini demişdir. Sonuncu dəfə o, Eltonla 04 mart 2024-cü il tarixdə əlaqə saxlayıb danışa bilmiş və Eltondan məsələnin nə yerdə qaldığını soruşmuşdur. Elton ona sabah Bakı şəhərinə gələcəyini, məsələnin artıq 95 faizinin həllini tapdığını, yaxın günlərdə 16300 ABŞ dolları pulun dəymiş ziyanın əvəzi kimi Mübarizdən ona ödəniləcəyini bildirmiş, o, Eltonla razılaşmışdır. Daha sonra o, Təqsirləndirilən şəxs dəfələrlə zəng etməsinə baxmayaraq Eltonun mobil nömrəsinə zəng çatmamış və o, artıq Təqsirləndirilən şəxs 4000 manat pulunu aldadıb ələ keçirdiyini başa düşmüşdür. Bu səbəbdən də o, Azərbaycan Respublikasının Baş Prokurorluğuna şikayət etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid3 ibtidai istintaq zamanı vermiş olduğunu ifadəsini təsdiq edərək, ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs5 onun qardaşı arvadıdır, Şahid4 qardaşımın oğludur. 01 may 2023-cü tarixdə Elvininbacısı ona zəng edərək Elvinin narkotik vasitələrinin istifadəsinə görə Şəmkir rayon polis şöbəsinin əməkdaşları tərəfindən qardaşı gilin yaşadıqları evdə tutulduğunu demişdir. O, evə gələndə Elvinin polis əməkdaşları tərəfindən maşına mindirilib apardıqlarını görmüşdür. Daha sonra öyrəndi ki, evin həyətinə baxış keçirilərkən yeşikdə ştillər aşkar edilmiş, ümumi çəkisi 9 qram olan çətənə adlı narkotik vasitə olduğu müəyyən edilmişdir. Həmin narkotik vasitə ilə bağlı onun sonradan məlumatı olmuşdur. Buna görə də qardaşı oğlu Elvinin barəsində Şəmkir rayon Polis şöbəsinin İstintaq bölməsində cinayət işi başlanmışdır və istintaqın aparılması həmin vaxt Şəmkir rayon polis şöbəsinin İstintaq bölməsinin müstəntiqi Təqsirləndirilən şəxs həvalə edilmişdir. Elvinin barəsində Şəmkir Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş və Elvin Gəncə şəhəri 1 saylı istintaq təcridxanasına göndərilmişdir. On bir gün Elvin həmin istintaq təcridxanasında qalmışdır. Daha sonra qardaşı oğlunun müdafiəçisi vəsatət verərək həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunmasını məhkəmədən xahiş etmişdir. Vəsatət təmin olunaraq qardaşı oğlunun barəsində qətimkan tədbiri dəyişdirilmişdir. Elvin ev dustaqlığında olarkən ona Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsindən Elvinin istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsinə zəng edərək görüşmək istədiyini demişdir. Elvin görüşəndə Eltonun ittham olunduğu maddəni yüngülləşdirəcəyini, cinayət işi üzrə istintaqı yekunlaşdırıb aidiyyəti üzrə məhkəməyə göndərdikdən sonra onun barəsində azadlığın məhdudlaşdırılması cəzasını seçiləcəyinə köməklik edəcəyini demişdir. Elvin ev dustaqlığında qaldığı altı ay müddətində xatırlamadığı vaxtlarda hissə-hissə ümumilikdə 13000 manat pulu Şəmkir rayon Polis şöbəsində Təqsirləndirilən şəxs xidməti otağında ona vermişdir. Qardaşı oğlunun Eltona 13000 manat pulu nə vaxt verdiyini dəqiq xatırlamır. Təqsirləndirilən şəxs Elvinə pulu tək gətirməyini tapşırdığına görə o və ya digər ailə üzvləri həmin zaman onların yanında olmamışdılar. Qalan 3000 manat pulun 1000 manat hissəsini 19 avqust 2023-cü il tarixdə Elvin Şəmkir rayonu ərazisində yerləşən “Bravo” supermarketində quraşdırılmış “Mpay” terminalından Eltonun Elvinə göndərdiyi 4169-7388-8578-5943 nömrəli kart hesabına göndərmişdir. Daha sonra yenidən 1000 manat pulu Elvin 10 sentyabr 2023-cu il tarixdə Şəmkir rayonu ərazisində yerləşən "Bravo” supermarketində quraşdırılmış “Mpay” terminalından Eltonun Elvinə göndərdiyi 4169-7388-8578-5943 nömrəli kart hesabına göndərmişdir. Bu məsələ barədə Elvin ona hər dəfə məlumat verir. 19 oktyabr 2023-cü il tarixdə cinayət işi üzrə istintaq yekunlaşdı və Gəncə Ağır Cinayətlər Məhkəməsinin hokmu ilə 3 il 2 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bundan sonra Elvin yeni müdafiəçisi qəbul olunmuş ittiham hökmündən apellyasiya şikayəti vermişdir. Elvinin telefonundan Təqsirləndirilən şəxs telefon nömrəsini götürmüşdür. Elton sonuncu dəfə isə 04 noyabr 2023-cü i tarixdə ona onun istifadəsində olan ***-***-**-** saylı nömrədən onun istifadəsində olan ***-***-**-** saylı nömrəsinə 'Whatsapp” tətbiqi vasitəsi ilə zəng edərək 1000 manat pul istəmişdir. Onun kart hesabında pul olmadığına görə oğlu X26 zəng edərək 1000 manat pulun Təqsirləndirilən şəxs göndərdiyi 4169-7388-8578-5943 nömrəli kart hesabına göndərilməsini tapşırmışdır. Həmin vaxt oğlu Rusiyya Federasiyasındaydı və ordan “Birbank” tətbiqi vasitəsi ilə Eltonun 4169-7388-8578-5943 nömrəli kart hesabına 1000 manat pulu göndərmişdir. X36 ittiham olunduğu maddəni yüngülləşdirəcəyini, cinayət işi üzrə istintaqı yekunlaşdırıb aidiyyəti üzrə məhkəməyə göndərdikdən sonra onun barəsində azadlığın məhdudlaşdırılması cəzasını seçiləcəyini vəd edərək ümumilikdə 16000 manat pulu ələ keçirilmişdir. O, dəfələrlə Eltonun istifadəsində olan ***-***-**-** saylı nömrəsinə zəng etmiş və pulu geri qaytarılmasını istəmişdir. Bununla bağlı o, Zərərçəkmiş şəxs5 və digər yaxın qohumları ilə Beyləqan rayon polis şöbəsinə gəlmiş və Eltonun xidmət otağında olarkən Elton hər şeyi həll etdiyini, Elvini azad edəcəyini, Xitam idarəsi, Ali məhkəmə ilə, Bakı Ağır Cinayətlər məhkəməsi ilə danışdığını, Gəncə şəhər Apellyəsiya məhkəməsinə gələcəyini demişdir. 2023-cü ilin dekabr ayının sonunda Gəncə Apellyasiya Məhkəməsində məhkəmə baxışı keçirilmiş və apellyasiya şikayəti təmin olunmamışdır. Qardaşı oğlu Elvin 3 il 2 ay müddətində azadlıqdan məhrum etmə cəzasını çəkmək üçün Bakı şəhəri 1 saylı İstintaq təcridxanasına göndərilmişdir. Bundan sonra o və Aybəniz yenidən Eltonla telefonla danışmış və 16000 manat pulu geri qaytarmağını tələb etmişdilər. Elton 16000 manat pulu geri qaytaracağını dəfələrlə desə də, lakin bu günə kimi Zərərçəkmiş şəxs5 hər hansı məbləğdə pul ödəməmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid4 ibtidai istintaq zamanı vermiş olduğunu ifadəsini təsdiq edərək, ifadəsində göstərmişdir ki, narkotik vasitələrinin istifadəsinə görə 01 may 2023-cü il tarixdə Şəmkir rayon polis şöbəsinin əməkdaşları tərəfindən yaşadığı evdə tutularaq polis şöbəsinə aparılmışdır. Polis əməkdaşları tərəfindən yaşadığı evin həyətinə baxış keçirilərkən yeşikdə ştillər aşkar edilmiş, həmin kolların ümumi çəkisi 9 qram olan çətənə adlı narkotik vasitə olduğu müəyyən edilmişdir. Buna görə də barəsində Şəmkir rayon Polis şöbəsinin İstintaq bölməsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə cinayət işi başlanmış və istintaqın aparılması həmin vaxt Şəmkir rayon polis şöbəsinin İstintaq bölməsinin müstəntiqi Təqsirləndirilən şəxs həvalə edilmişdir. Cinayət işi üzrə Şəmkir Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və Gəncə şəhəri 1 saylı istintaq təcridxanasına göndərilmişdir. On bir gün həmin istintaq təcridxanasında qalmışdır. Daha sonra müdafiəçisi vəsatət verərək həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunmasını məhkəmədən xahiş etmişdir. Vəsatət təmin olunaraq barəsində qətimkan tədbiri dəyişdirilmiş və ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. Barəsində olan cinayət işinin istintaqı davam edərkən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsindən istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsinə zəng edərək onunla danışmaq istədiyini demişdir. O, Eltonla Şəmkir rayon polis şöbəsində görüşmuş və Elton ona cinayət işi üzrə istintaqı yekunlaşdırıb aidiyyəti üzrə məhkəməyə göndərdikdən sonra barəsində azadlığın məhdudlaşdırılması cəzasını seçilməsi üçün 16000 manat pul verməli olduğunu bildimişdir. O, Eltonun təklifi barəsində ailəsi ilə danışmalı olduğunu və ona xəbər verəcəyini demişdir. Yaşadığı evə qayıdanda qeyd olunan məsələ barəsində ailə üzvlərilə danışmış, anası Zərərçəkmiş şəxs5 Eltonun təklifi ilə razılaşmışdır. O, ev dustaqlığında qaldığı 2023-cü ilin may ayının əvvələrindən oktyabr ayının ortalarına kimi olan müddətdə xatırlamadığı vaxtlarda hissə-hissə ümumilikdə 13000 manat pulu Şəmkir rayon Polis şöbəsində Təqsirləndirilən şəxs xidməti otağında ona vermişdir. Həmin pulu Eltona verərkən orada hər hansı bir kənar şəxs olmamışdır. Belə ki, həmin pullar anası Zərərçəkmiş şəxs5 məxsus olsa da, o şəxsən pulu Eltona vermişdir. Təqsirləndirilən şəxs pulu tək gətirməyini tapşırdığına görə pulu ona verəndə əlavə hər hansı bir şəxs olmamışdır. Qalan 3000 manat pulun 1000 manat hissəsini 19 avqust 2023-cü il tarixdə Şəmkir rayonu ərazisində yerləşən “Bravo” supermarketində quraşdırılmış “Mpay” terminalından Eltonun göndərdiyi 4169-7388-8578-5943 nömrəli kart hesabına göndərmişdir. Daha sonra yenidən 1000 manat pulu 10 sentyabr 2023-cü il tarixdə Şəmkir rayonu ərazisində yerləşən “Bravo” supermarketində quraşdırılmış “Mpay” terminalından Eltonun göndərdiyi 4169-7388-8578-5943 nömrəli kart hesabına göndərmişdir. İstintaq yekunlaşanda yaxın bibisi Şahid3 telefon nömrəsini Təqsirləndirilən şəxs vermişdir. Sonradan anası Zərərçəkmiş şəxs5 ona bildirdi ki, Elton sonuncu dəfə 04 noyabr 2023-cü il tarixdə Safuraya zəng edərək 1000 manat pul istəmiş, Şahid3 oğlu X26 zəng edərək 1000 manat pulun Təqsirləndirilən şəxs göndərdiyi 4169-7388-8578-5943 nömrəli kart hesaına göndərməsini tapşırmışdır. Safuranın oğlu X42 4169-7388-8578-5943 nömrəli kart hesabına 1000 manat pulu göndərmişdir. Beləliklə də Elton cinayət işinin istintaqı yekunlaşdırılıb aidiyyəti üzrə məhkəməyə göndərdikdən sonra barəsində azadlığın məhdudlaşdırılması cəzasını seçiləçəyini vəd edərək ümumilikdə 16000 manat pul ələ keçirmişdir. 19 oktyabr 2023-cü il tarixdə cinayət işi üzrə istintaq yekunlaşmış və Gəncə şəhər Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona 3 il 2 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. O, başa düşmüş ki, Təqsirləndirilən şəxs dələduzluq etmişdir. Daha sonra anası Aybəniz Alırzayeva və bibisi Şahid3 Eltonla danışsalar da, o pulu geri qaytarmamışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid2 ibtidai istintaq zamanı vermiş olduğunu ifadəsini təsdiq edərək, ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun doğma oğludur. 2023-cü ilin fevral ayında onun oğlu İnqilabın arvadı X6 evdə olan ona məxsus 5000 manat pulu, arvadı X2 məxsus komlepkt qızılı oğurlayaraq, qızı X17 məxsus 41 qramlıq boyunbağı və onun bacısı gəlni X11 məxsus komplekt qızılı toyda istifadə etmək adı ilə aldadaraq ələ keçirmişdir. O, dərhal Beyləqan rayon polis şöbəsinə bu barədə məlumat vermişdir. Beyləqan rayon polis şöbəsində gəlini Zülfiyyənin oğurluq etməsi barədə araşdırma aparılmış, yaşadıqları evə baxış keçirilmiş, həmçinin izahatları alınmışdır. Bacısı gəlini X18 qızıllarını gəlini Zülfiyyənin atası qaytarmış, lakin onun pulunu və evindən oğurladığı qızılı, qızı Xariqəyə məxsus qızılı qaytarmamışdır. Araşdırma Beyləqan rayon pols şöbəsində qanuni davam etdirilmişdir. 2023-cü ilin sentyabr ayında xatırlamadığı tarixdə oğlu İnqilab ona Beyləqan rayon Polis şöbəsinin baş müstəntiqi polis mayoru Təqsirləndirilən şəxs ekspertizaya göndərmək üçün qızıl istədiyini, buna görə də bacısı Zərərçəkmiş şəxs3 çəkisi 47 qram olan bir ədəd bilərzik və bir ədəd boyunbağını Eltona verdiyini demişdir. Əlavə olaraq İnqilab ona dedi ki, qızı Xariqənin qızılları lombardda olduğuna görə, həmin qızıllların əvəzinə gəlıni Zülfiyyənin oğurladığı qızıllardan ağır çəkidə olan qızılı gətirməyini Elton ondan tələb etmişdir. 2024cü ilin mart ayında xatırlamadığı tarixdə oğlu İnqilab ona Təqsirləndirilən şəxs 10400 manat pul verdiyini və qızı Xariqənin qızıllarını qaytarmadığını, Eitonun işə gəlmədiyini demişdir. O, oğlundan Eltona 10400 manat pul verməsinin səbəbini soruşmuşdur. İnqilab Eltonun gəlni Zülfiyyənin evdən qızıl və pul oğurlanması barədə cinayət işi üzrə şəxsləri tutmaq və məsuliyyət cəlb etmək üçün 11000 manat pul istədiyini demişdir. Bundan sonra o, Eltonun yaxın qohumları ilə əlaqə saxlamışdır. Eltonun qardaşı X7 ilə təxminən 24-25 mart tarixində görüşmuş və ona 27 mart 2024-cü il tarixdə Bakı şəhərinə Eltonun yanına gedəcəyini, Eltonun İnqilabdan aldığı 10400 manat pulu və qızı Zərərçəkmiş şəxs3 məxsus 47 qramlıq qızılı gətirib qaytaracağını demişdir. 30 mart 2024-cü il tarixdə o, adını bilmədiyi Eltonun əmisi oğlunun yanına getmişdir. Əmisi oğlu Cahidin həmin gün, yəni 30 mart 2024-cü il tarixdə Bakıya getdiyini demişdir. O, bir neçə gün gözləyəndən sonra 02 aprel 2024-cü il tarixdə Cahidə zəng etmiş və Eltondan 10400 manat pulu və qızılı götürüb-götürmədiyini soruşmuşdur. Cahid ona 10 gün də gözləməyini xahiş etmişdir. O, artıq Eltonun oğlu İnqilabdan götürdüyü 10400 manat pulu və qızı Xariqəyə aid 47 qramlıq qızılı qaytarmayacağını başa düşmüş və oğlu İnqilaba Azərbaycan Respublikasının Baş Prokurorluğuna şikayət etməyini tapşırmışdır. Cinayət işinin ibtidai istintaqı zamanı Zərərçəkmiş şəxs3 adından teleqramı o vurmuşdur. Çünki Eltonun yaxınları dəymiş ziyanı ödəyəcəklərinə söz vermiş, lakin ödəməmişlər. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid1 ibtidai istintaq zamanı vermiş olduğunu ifadəsini təsdiq edərək, ifadəsində göstərmişdir ki, Beyləqan rayon polis şöbəsinin sabiq baş müstəntiqi polis mayoru Təqsirləndirilən şəxs qardaşı Zərərçəkmiş şəxs2 şikayəti üzrə istintaqını apardığı cinayət işi üzrə tanımışdır. Belə ki, təxminən iki il bundan əvvəl qardaşı oğlu X34 qəsdən adam öldürmə maddəsi ilə təqsirləndirilmiş və barəsində həbs qətimkan tədbiri seçilmişdir. Mübariz Xəlilov və Manaf Dadaşov adlı şəxslər onlara qardaşı oğlunun cəzasının yüngülləşdirə biləcəklərini, bununla bağlı tanışlarının olduğunu demişdilər. Qardaşı oğlunun cəzasını yüngülləşdirmək məqsədilə onlardan 60000 manat pulu istəmişdilər. Onun iştirakı ilə qardaşı Elxan Bakı şəhəri Nərimanov rayonunda 60000 manat pulu Manaf Dadaşova vermiş, təxminən 4-5 ay sonra həmin şəxslər qardaşından Beyləqan rayon Birinci Şahsevən kəndində yanacaq doldurma məntəqəsinin yaxınlığında 2000 manat pulu yenidən aldı. Həmin şəxslərin qardaşından 62000 manat pul almaqlarına baxmayaraq onlar qardaşının etibarından suiistifadə edərək və onu aldadaraq 62000 manat pulunu ələ keçirdiklərinə görə qardaşı hüquq-mühafizə orqanlarına müraciət etmişdir. 60000 manat pulu Bakı şəhəri Nərimanov rayonu ərazisində qardaşı verdiyinə görə cinayət işi Nərimanov rayon polis şöbəsində araşdırılırdı. Sonuncu dəfə 2000 manat pulu Beyləqan rayonu ərazisində verildiyinə görə cinayət işi ərazi aidiyyəti üzrə Beyləqan rayon polis şöbəsinə göndərilmişdir. İstintaqın davam etdirilməsi Beyləqan rayon polis şöbəsinin İstintaq bölməsinin baş müstəntiqi polis mayoru Təqsirləndirilən şəxs həvalə edilmişdir. Elton ona və qardaşına xalası oğlunun hüquqşünas olduğunu, Bakı şəhərində bankda işlədiyini, ona 3000 manat verəcəkləri təqdirdə Mübariz Xəlilovun hesabında olan 38500 manat pulu onlara verəcəyini demişdir. O və qardşı Elxan Eltonun belə deməsinə inandılar. 2024-cü ilin fevral-mart aylarında o və qardaşı Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs xidməti otağında 1200 manat pul vermişdilər. Təqsirləndirilən şəxs Bakı şəhərinə gedən zaman qardaşı ona yol pulu kimi hər dəfə 100 manat pul da əlavə vermişdir. Növbəti gün qardaşı Zərərçəkmiş şəxs2 onun istifadəsində olan ***-***-**-** nömrəli telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsinə olan ***-***-**-** saylı telefor nömrəsi ilə əlaqə saxlamışdır. Təqsirləndirilən şəxs qardaşından 2000 manat pul istəmiş və məsələnin həll olunacağını deyərək ona məxsus bank kartının şəklini göndərmişdir. Eltona inanaraq qardaşı Zərərçəkmiş şəxs2 Füzuli rayonu, Mahmudlu-2 kəndində 2000 manat pu göndərmişdir. Lakin pulu telefon tətbiqi vasitəsilə və ya terminal vasitəsilə göndərdiyini dəqiq bilmir. Beləliklə qardaşı Zərərçəkmiş şəxs2 Eltona ümumilikdə 3200 manat pul vermişdir. Elton, qardaşı 1200 manat pul verərkən o, onun yanında olmuşdur. Eltona 3200 manat pul verdikdən sonra dəfələrlə o və qardaşı Elxan zəng edərək işin gedişatı ilə maraqlansalar da, o onlara narahat olmamaqlarını deymişdir. 2024-cü ilin mart ayında o, Eltonun qardaşına zəng edərək Eltonun qardaşından aldığı pulu tələb etmişdir. Bu zaman qardaşı hər ham orqana şikayət etməməklərini tapşıraraq, pullarını geri qaytaracağını demişdir. Mart ayının sonunda Eltonun qardaşı Beyləqan şəhərində çayxanaların birində 1000 manat pulu onun iştirakı ilə qardaşına qaytarmışdır. Qalan 2200 manat pulu hissə-hissə aprel ayının 9 və ya 10-u qaytaracağını demişdir. Lakin aprel ayında Eltonun qardaşı ona və qardaşına 2200 manat pulu qaytarmamışdır. Sonuncu dəfə Eltonun qardaşı ilə telefon danışığı zamanı o, Eltonun tutulacağını deyərək qalan 2200 manat pulun verilməsindən imtina etmişdir. Buna görə də Eltonun qardaşını aldadaraq və etibarından sui-istifadə edərək 2200 manat pulunu ələ keçirilməsi barədə rayon prokurorluğuna müraciət etmişdilər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və ibtidai istintaqın aparılmasının tapşırılması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə CM-in 178.2.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanaraq istintaqı aparılması üçün icraata qəbul edilmişdir. İş üzrə Zərərçəkmiş şəxs4 ifadəsinə əlavə olunmuş ödəniş qəbzlərinin surətlərindən görünür ki, 9 dekabr 2023-cü il tarixdə Səbail rayonu, Badamdar şosesi, 1ci yaşayış massivi 34 ünvanında yerləşən “Araz Market” adlı mağazada quraşdırılmış “Milliön” elektron ödəmə sistemi vasitəsi ilə Təqsirləndirilən şəxs istifadəsindəki "xxxx" ASC-yə məxsus “4169 7388 8578 5943” kart hesabına 1500 manat, 10 dekabr 2023-cü il tarixdə eyni yerdən, eyni ödəmə terminal vasitəsilə eyni bank kartına 1000 manat, 06 yanvar 2024-cü il tarixdə 500 manat, 17 yanvar 2024-cü il tarixdə 1000 manat pul köçürülmüşdür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2024-cü il tarixli, 3-13/2- 30201/2024 nömrəli məktubundan görünür ki, Beyləqan Rayon Polis Şöbəsinin İstintaq bölməsinin sabiq baş müstəntiqi Təqsirləndirilən şəxs tərəfindən xidməti vəzifələrinin icrası zamanı pozuntulara yol verilib-verilməməsi barədə müraciətə baxılmış və Təqsirləndirilən şəxs qanunsuz hərəkətləri ilə bağlı vətəndaşlar Sarvan Fərzəliyev, Şahid1, Zərərçəkmiş şəxs4 və Zeynəb Həsənovanın DİN rəhbərliyinə ünvanlanmış müraciətləri, həmçinin Beyləqan RPŞ-dən daxil olmuş material əsasında xidməti yoxlama aparılarkən müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs CM-in 178.2.4-cü maddəsi ilə başladığı cinayət işi üzrə zərərçəkmiş S.Fərzəliyev və tanışı Zeynəb Həsənova ilə şəxsi marağından irəli gələn söhbətlər edib qeyri-prosessual münasibətlərə yol vermiş, icrasının mümkün olmayacağını qabaqcadan bildiyi öhdəlikləri üzərinə götürməklə «Daxili işlər orqanları əməkdaşlarının etik davranış Kodeksi»nin 13-cü bəndinin tələbləri pozmuşdur. Sabiq baş müstəntiq Təqsirləndirilən şəxs şəxsi maraqlarından irəli gələn hərəkətlərə CM-in 178.3.2-ci maddəsi ilə istintaqını tamamladığı ********* nömrəli cinayət işi üzrə də yol verərək zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs2 qardaşı Şahid1la maddi ziyanın ödənilməsi müqabilində söhbətlər edib qeyri-prosessual münasibətlərə yol vermişdir. Xidməti vəzifələrinin icrasına məsuliyyətsiz yanaşaraq cinayət-prosessual qanunvericiliyinin «Polis haqqında» Azərbaycan Respublikası Qanununun «Daxili işlər orqanları əməkdaşlarının etik davranış Kodeksi»nin, «Azərbaycan Respublikası daxili işlər orqanlarının İntizam Nizamnaməsinin tələblərini pozduğuna, iş yerinə gəlməyib üzrsüz səbəbdən xidmətdən uzun müddət yayındığına, daxili işlər orqanları əməkdaşının adına və polisin nüfuzuna xələl gətirdiyinə görə baş müstəntiq Təqsirləndirilən şəxs DİN-in 6 aprel 2024-cü il tarixli əmri ilə "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"nin 135-ci maddəsinin 9-cu bəndinə əsasən daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir. İş üzrə Zərərçəkmiş şəxs5 ifadəsinə əlavə olunmuş ödəniş qəbzlərinin surətlərindən görünür ki, 19 avqust 2023-cü il tarixdə Şəmkir rayonu ərazisində yerləşən “Bravo” supermarketində quraşdırılmış “MPAY” ödəmə terminalı vasitəsilə Təqsirləndirilən şəxs istifadəsindəki "xxxx" ASC-yə məxsus “4169 7388 8578 5943” nömrəli bank kartı hesabına 1000 manat pulu, 10 sentyabr 2023-cü il tarixdə həmin terminaldan eyni kart hesabına hesabına 1000 manat, 04 noyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs kart hesabına 1000 manat pul köçürülmüşdür. Diskə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Beyləqan rayon polis şöbəsinin İstintaq bölməsinin sabiq baş müstəntiqi polis mayoru Təqsirləndirilən şəxs səs yazısının əlavə olunduğu, zərərçəkmiş Zərərçəkmiş şəxs5 rayon prokurorluğuna təqdim etdiyi diskdə olan qovluğun içərisində 6 ədəd 1,2,3,4,5,6 adlı fayllar vardır. 3 adlı faylda Təqsirləndirilən şəxs telefon danışığı zamanı bu ifadələri işlətmişdir: “Mən çıxıram Bakıya, əmanəti götürüm, saat neçədə olursa, olsun gətirəcəm Şəmkirə, verəcəm özünüzə”. Daha sonra Şahid3 “İşi əvvəlcədən düzəldə bilməyəcəkdinsə, pulumuzu bizə verərdin, uşağımızın evini yıxmazdın” demişdir. Təqsirləndirilən şəxs “Ay müəllimə, işlə bağlı Ağır Cinayətlər Məhkəməsindən də tapşırıblar, Ali Məhkəmədən də zəng elədilər, bu mümkün olan deyil. Ay müəllimə, nə var verilib Allaha and olsun” cümlələrini işlətmişdir. Şahid3 “Uşağımız tutulub, 16000 manat pulu vermişik, kreditin faizi ilə birlikdə 20000 manat pulu qaytar özümüzə” demiş, Təqsirləndirilən şəxs “Gəlirəm” deyərək telefon danışığı bitmişdir. Digər 1,2,3,5 və 6 adlı fayllarda səslərin aydın eşidilməsi mümkün olmamış və iş üzrə əhəmiyyət kəsb edən məlumat əldə edilməmişdir. Üzləşdirmə haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs5 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və Zərərçəkmiş şəxs5 istintaqa verdiyi ifadəni təsdiq etməklə Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. Üzləşdirmə haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və Zərərçəkmiş şəxs1 istintaqa verdiyi ifadəni təsdiq etməklə Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. İş üzrə Zərərçəkmiş şəxs3 tərəfindən istintaqa ünvanlanmış teleqramdan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyan ödənilmişdir. İş üzrə Zərərçəkmiş şəxs1 tərəfindən istintaqa ünvanlanmış teleqramdan görünür ki, Təqsirləndirilən şəxs vurulmuş ziyan ödənilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X54 İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, 3-13-16/2-122592/2024 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs adına qeydiyyatda olan və ya etibarnamə ilə onun istifadəsinə verilmiş nəqliyyat vasitəsi yoxdur. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətindən daxil olmuş xx.xx.2024-cü il tarixli, 3-21-3-02/2-10734/2024 nömrəli məktubundan görünür ki, Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin ərazi idarələrində mövcud arxiv materiallarına əsasən, Təqsirləndirilən şəxs adına Ağcabədi rayonu, Rəncbərlər kəndində yerləşən 8 nəfər ailə üzvü ilə ümumi birgə mülkiyyətində olan xx.xx.2023- cü il tarixli, ********** qeydiyyat nömrəli və **********29 reyestr nömrəli 1,02 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi qeydiyyatdan keçmiş və hazırda mülkiyyətindədir. Həmçinin, Təqsirləndirilən şəxs ümumi birgə mülkiyyətində olan Ağcabədi rayonu, Rəncbərlər kəndində yerləşən xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli və **********30 reyestr nömrəli 5,4036 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 3,40 ha hissəsi 22 fevral 2024-cü il tarixli, 48-113 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında X28, digər 2,0036 ha hissəsi isə 22 fevral 2024-cü il tarixli, 40-114 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında X12 adına özgəninkiləşdirilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/7029 nömrəli rəyindən görünür ki, 01 ədəd 583 əyarlı boyunbağı 01 ədəd 583 əyarlı qolbaq olmaqla, ümumi çəkisi 47 qram olan qızılların orta bazar qiyməti ümumi dəyəri nəzəri qaydada təxminən 3995.00 (47 qram x 85 manat) manat müəyyən edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Cinayət işini əlavə olunmuş ********* nömrəli cinayət işi üzrə ittiham aktının surətindən görünür ki, Şəmkir rayon polis şöbəsinin İstintaq bölməsinin sabiq müstəntiqi, polis mayoru Təqsirləndirilən şəxs icraatında olmuş Şahid4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə 27 avqust 2023-cü il tarixdə ittiham aktı tərtib edilərək təsdiqlənməsi üçün cinayət işi ilə birlikdə həmin tarixdə Şəmkir rayon prokurorluğuna göndərilmiş və ittiham aktı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçrən prokuror tərəfindən 01 sentyabr 2023-cü il tarixdə təsdiq edilmişdir. Cinayət işini əlavə olunmuş ********* nömrəli cinayət işi üzrə ittiham aktının surətindən görünür ki, Beyləqan rayon polis şöbəsinin İstintaq bölməsinin sabiq baş müstəntiqi, polis mayoru Təqsirləndirilən şəxs icraatında olmuş X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə 17 fevral 2024-cü il tarixdə ittiham aktı tərtib edilərək təsdiqlənməsi üçün cinayət işi ilə birlikdə həmin tarixdə Beyləqan rayon prokurorluğuna göndərilmiş və ittiham aktı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən 21 fevral 2024-cü il tarixdə təsdiq edilmişdir. Həmin cinayət işi üzrə Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs4 zərərçəkmiş şəxs qismində tanınmışdır. "xxxx" MMC və Azərbaycan Respublikası DTX-nin Hərbi Tibb Baş İdarəsi tərəfdinən verilmiş tibbi sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs “sidik kisəsi törəməsinin transuretral rezeksiyası” və “sidik kisəsinin multipi” diqanozu ilə müayinə olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs “sidik kisəsinin qeyri-müəyyən və ya naməlum xarakterli yenitörəməsi” diaqnozu ilə müalicə olunmuşdur. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsinə dair xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Ağcabədi rayon İcra Hakimiyyəti Başçısının Rəncbərlər kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayış və xasiyyətnaməsindən görünür ki, Məmmədov X3 rayonu, Rəncbərlər kəndində qeydiyyatdadır və himayəsində xx.xx.2010-cu il təvəllüdlü X32 adlı bir yetkinlik yaşına çatmayan və xx.xx.2013-cü il təvəllüdlü X33 adlı bir azyaşlı uşağı vardır. Zərərçəkmiş şəxs4 tərəfindən məhkəməyə ünvanlanmış teleqramdan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmiş, aralarında barışıq olmuşdur. Ona görə də, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs2 oğlu tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmiş, aralarında barışıq olmuşdur. Ona görə də, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutların axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə cinayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərəfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanunamüvafiq qaydada qiymət vermək, həmin sübutlara və müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Beləliklə, məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, bu sübutlar Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, eləcə də istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş digər sübutlarla təsdiq edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında göstərilir ki, törədilmiş əməl CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq- yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün gətirdiyi dəlillər, yəni ittihamda qeyd edilən məbləğlərinin zərərçəkmiş şəxslərdən borc olaraq almasında dair qeyd etdikləri onların yoxlanılması zamanı öz təsdiqini tapmamış, onun Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.3 və 178.2.4cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilmişdir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri cinayətlərin təsnifatına görə az ağır cinayətlər hesab olunur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhkəmə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 iyul 2022-ci il tarixli “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1 və 73.2-ci maddələrinin şərh edilməsinə dair” qərarında ifadə edilmiş hüquqi mövqeyinə müraciət edilməsini zəruri hesab edir. Konstitusiya Məhkəməsinin həmin qərarda ifadə edilmiş hüquqi mövqeyinə görə cinayət törətmiş şəxsin dövlət məcburetmə tədbirlərinə məruz qalmalı olması cinayət qanunvericiliyinin ümumi qəbul olunmuş yanaşmasıdır. Bu zaman cinayətlərin törədilməsinin qarşısını alan ən təsirli vasitə cəzanın ağırlığı deyil, onun qaçılmazlığıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını CM-in 59.1.4-cü maddəsinə əsasən, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs2 ilə barışıq əldə etməsini CM-in 59.1.12-ci maddəsinə əsasən, cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini CM-in 59.1.14-cü maddəsinə əsasən və xəstəliyinin olmasını CM-in 59.1.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CMin 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, cəzasını yüngülləşdirən hallarla yanaşı, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini (ilk dəfə cinayət törətməsini, onkoloji xəstəliyinin olmasını), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-in 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, CM-in ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Göstərilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, ilk dəfə cinayət törətmiş olmasını və onkoloji xəstəliyinin olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 155.3.3-cü maddəsinə əsasən həbs qətimkan tədbiri əvvəllər seçilmiş digər qətimkan tədbirinin şərtlərini pozmuş şəxsə və ya hökmün icrasını təmin etmək məqsədilə, barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilmiş şəxsə tətbiq oluna bilər. Qeyd olunan qanunvericiliyin tələblərinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməklə həmin cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəyindən, barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından həbs edilməlidir. Habelə, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli 08 oktyabr 2025-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46-cı maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün cərimə və digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Qeyd edilməlidir ki, əlavə cəzalar – müstəqil tətbiq edilməyən, yalnız əsas cəzalara qoşulan cəza növüdür. Lakin əsas cəza kimi əlavə cəzalar da cəzaların tənbeh təsirinin gücləndirilməsi, gələcəkdə yeni cinayət törədilməsinin qarşısının alınması, sosial ədalətin bərpası və vurulmuş zərərin ödənilməsi məqsədi ilə tətbiq edilir. Əlavə cəzaların sosial əhəmiyyəti onda ifadə olunur ki, onlar cinayət məsuliyyətinin daha uğurlu fərdiləşdirilməsinin təminatını möhkəmləndirir. Əlavə cəzalar sırasında müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növü xüsusi yer tutur. Bu cəzanın məqsədi isə vəzifə səlahiyyətlərindən və ya qulluq mövqeyindən istifadə etməklə, habelə müəyyən fəaliyyətlə məşğul olmaqla cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Məhkəmə Təqsirləndirilən şəxs vəzifə səlahiyyətlərindən və qulluq mövqeyindən istifadə etməklə cinayət törətməsini nəzərə alaraq hesab edir ki, ona müəyyən vəzifə tutma hüququndan məhrum etmə cəzası da əlavə cəza kimi təyin edilməlidir. Bundan başqa məhkəmə, CPM-in 197 və 198-ci maddələrinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş cəmi 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. CPM-in 180.2-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə zərərçəkmiş şəxslər bişov Elxan Murad oğlu, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs5 cinayət hadisəsi nəticəsində dəymiş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında iddia vermək hüquqlarının olması izah edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia və maddi sübut yoxdur. CPM-in 349.3-cü maddəsinə əsasən, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-in 146.1-ci maddəsi). CPM-in 351.2-ci maddəsinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46-cı maddəsinə əsasən 1 (bir) il müddətə dövlət və ya özünüidarə etmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından həbs edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 08 oktyabr 2025-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi PX-in 3 saylı İstintaq Təcridxanasına həvalə edilsin. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş cəmi 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X8 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. İş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs5 cinayət hadisəsi nəticəsində dəymiş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında iddia vermək hüquqlarının olması izah edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Xatın Cabbarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar