Azərbaycan Respublikası adından HÖKM Beyləqan rayon İş № 1(020)-21/2023 19.04.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Beyləqan rayon Vəkil bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Beyləqan rayon Vəkil bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs1 qanuni nümayəndəsi- Qanuni nümayəndə, Zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 iştirakı ilə, xx.xx.1986-cı ildə Beyləqan şəhərində anadan olmuş, Beyləqan şəhəri, SMD-4 qəsəbəsində pasport qeydiyyatında olan, orta təhsilli, işsiz, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, evli, Beyləqan rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xəzər rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə 09 ay 06 gün vaxtından əvvəl şərti azad edilmiş, cəzasını çəkmiş, məhkumluğu ödənilməmiş, barəsində Beyləqan rayon məhkəməsinin həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə xx.xx.2005-ci ildə Beyləqan şəhərində anadan olmuş, Beyləqan şəhəri, SMD-4 qəsəbəsində pasport qeydiyyatında olan, orta təhsilli, işsiz, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, barəsində 07 fevral 2023-cü il tarixdə yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs2 qəsdən tamah niyyəti ilə özgənin əmlakını hüquqazidd və əvəzsiz olaraq oğurlamaq, yəni gizli olaraq talamaq məqsədi ilə 2022-ci ilin oktyabr ayının əvvəllərində Zərərçəkmiş şəxs2 yaşadığı ünvan 1 ünvanında yerləşən evinin qarşısına gələrək evin hasarına yaxınlaşmış, həmin hasarın üstündən keçib evin həyətinə qanunsuz daxil olaraq saxlanc yeri hesab olunan həyətdən 340 manat dəyərində 01 ədəd 2022-ci il Çin istehsalı, “Adidas” markalı, 29-luq amartizatorlu, sürət ötürücüsü olan velosipedi götürüb bayıra çıxarmaqla Zərərçəkmiş şəxs2 məxsus cəmi 340 manat dəyərində əmlakı qəsdən oğurlamış, yəni özgənin əmlakını gizli olaraq talamışdır. Bundan başqa o, təkrarən Beyləqan şəhəri, SMD-4 qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs1 məxsus əmlakı qəsdən tamah məqsədilə, hüquqazidd və əvəzsiz olaraq oğurlamaq, yəni gizli olaraq talamaq barədə qardaşı oğlu Beyləqan şəhəri, SMD-4 qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs1 ilə razılaşıb qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, 10 noyabr 2022-ci il tarixdə, saat 23 radələrində Zərərçəkmiş şəxs1 Beyləqan şəhəri, SMD-4 qəsəbəsində yerləşən kirayə yaşadığı evin qarşısına gəlib, aralarında olan razılaşmaya uyğun olaraq Təqsirləndirilən şəxs1 evin şiferdən olan giriş qapısını əli ilə itələyərək açdıqdan sonra onlar birlikdə həyətə qanunsuz daxil olaraq girişdən sol tərəfdə, yerdə olan 390 manat dəyərində bir ədəd “Bosch” markalı pereparatoru, 120 manat dəyərində bir ədəd “Bosch” markalı laqondanı, 70 manat dəyərində bir ədəd “Bosch” markalı drel aparatını, 90 manat dəyərində bir ədəd “Bosch” markalı drel aparatını, 130 manat dəyərində bir ədəd “Kanca” markalı məngənəni, 90 manat dəyərində, 30 metr uzunluqda“NE-EL” markalı uzadıcını, 65 manat dəyərində bir ədəd “Tefal” markalı su qızdırıcısını, 45 manat dəyərində 50 kiloqram kartofu, 60 manat dəyərində 12 kiloqram qozu, 15 manat dəyərində bir ədəd velosiped nasosunu, 40 manat dəyərində bir ədəd 100 litr həcmli kauçuk materialdan olan çəlləyi, hər biri 15 manat dəyərində olmaqla cəmi 105 manat dəyərində yeddi ədəd 3 kiloqramlıq şüşə bankada olan pomidor turşusunu, hər biri 15 manat olmaqla cəmi 30 manat dəyərində iki ədəd 3 kiloqramlıq şüşə bankada olan sarımsaq turşusunu,10 manat dəyərində bir ədəd 5 kiloqramlıq şüşə bankada olan kələm turşusunu, hər biri 15 manat olmaqla, cəmi 75 manat dəyərində beş ədəd 3 kiloqramlıq şüşə bankada olan əncir mürəbbəsini, hər biri 10 manat dəyərində olmaqla, cəmi 50 manat dəyərində beş ədəd toyuğu götürüb daxil olduqları yerdən çıxaraq Zərərçəkmiş şəxs1 məxsus cəmi 1385 manat dəyərində əmlakı oğurlamış, yəni özgənin əmlakını gizli olaraq talamışdır. Mahmudov X8 şəhəri, SMD-4 qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs1 məxsus əmlakı qəsdən tamah məqsədilə, hüquqazidd və əvəzsiz olaraq oğurlamaq, yəni gizli olaraq talamaq barədə əmisi Beyləqan şəhəri, SMD-4 qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs2 ilə razılaşıb qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, 10 noyabr 2022-ci il tarixdə, saat 23 radələrində Zərərçəkmiş şəxs1 Beyləqan şəhəri, SMD-4 qəsəbəsində yerləşən kirayə yaşadığı evin qarşısına gəlib, aralarında olan razılaşmaya uyğun olaraq o evin şiferdən olan giriş qapısını əli ilə itələyərək açdıqdan sonra onlar birlikdə həyətə qanunsuz daxil olaraq girişdən sol tərəfdə, yerdə olan 390 manat dəyərində bir ədəd “Bosch” markalı pereparatoru, 120 manat dəyərində bir ədəd “Bosch” markalı laqondanı, 70 manat dəyərində bir ədəd “Bosch” markalı drel aparatını, 90 manat dəyərində bir ədəd “Bosch” markalı drel aparatını, 130 manat dəyərində bir ədəd “Kanca” markalı məngənəni, 90 manat dəyərində, 30 metr uzunluqda“NE-EL” markalı uzadıcını, 65 manat dəyərində bir ədəd “Tefal” markalı su qızdırıcısını, 45 manat dəyərində 50 kiloqram kartofu, 60 manat dəyərində 12 kiloqram qozu, 15 manat dəyərində bir ədəd velosiped nasosunu, 40 manat dəyərində bir ədəd 100 litr həcmli kauçuk materialdan olan çəlləyi, hər biri 15 manat dəyərində olmaqla cəmi 105 manat dəyərində yeddi ədəd 3 kiloqramlıq şüşə bankada olan pomidor turşusunu, hər biri 15 manat olmaqla cəmi 30 manat dəyərində iki ədəd 3 kiloqramlıq şüşə bankada olan sarımsaq turşusunu,10 manat dəyərində bir ədəd 5 kiloqramlıq şüşə bankada olan kələm turşusunu, hər biri 15 manat olmaqla, cəmi 75 manat dəyərində beş ədəd 3 kiloqramlıq şüşə bankada olan əncir mürəbbəsini, hər biri 10 manat dəyərində olmaqla, cəmi 50 manat dəyərində beş ədəd toyuğu götürüb daxil olduqları yerdən çıxaraq Zərərçəkmiş şəxs1 məxsus cəmi 1385 manat dəyərində əmlakı oğurlamış, yəni özgənin əmlakını gizli olaraq talamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü yalnız bir epizod üzrə təqsirli bildi və ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Beyləqan şəhəri SMD-4 qəsəbəsində yaşayır. Özü rəsmi olaraq heç bir yerdə işləmir. Zərərçəkmiş şəxs1 əvvəllərdən tanımamış, aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. 10 noyabr 2022-ci il tarixdə, saat 23 radələrində o qardaşı oğlu Təqsirləndirilən şəxs1 ilə birlikdə Beyləqan şəhəri, SMD-4 qəsəbəsində yerləşən 1 saylı yataqxananın qarşısında dayanıb söhbət etmişlər. Bu zaman o dayanmaqdan sıxılmış və Turala ürəyinin sıxıldığını bildirərək bir az gəzmək istədiyini bildirmişdir. Tural onunla razılaşmış və birlikdə Beyləqan şəhəri, SMD-4 qəsəbəsindən S.İmrəliyev küçəsinə tərəf getməyə başlamışlar. Onlar Beyləqan şəhəri, SMD-4 qəsəbəsi ərazisində yerləşən Beyləqan rayon İcra və Probasiya şöbəsinin qarşısından keçən zaman Tural həmin idarənin binası ilə üzbəüz yolun sağ tərəfində yerləşən həyət evinin şiferdən olan çöl qapısını göstərib qapının açıq olduğunu bildirmişdir. O, qapıya baxarkən qapının bir qədər aralı olduğunu görmüşdür. Tural ona evi göstərərək evin işıqlarının yanmadığını bildirib evin həyətinə girməyi təklif etmişdir. O, həmin evə baxan zaman evin işıqlarının sönülü olduğunu görmüş və o da evdə heç kimin olmadığını düşünüb Turalla razılaşmışdır. Onlar küçəyə baxıb küçədə heç kimin olmadığını görmüşlər. Sonra Tural şifer qapını aralayıb həyətə daxil olmuş və o da onun arxasınca həyətə girmişdir. Onlar həyətə daxil olduqdan sonra həyətdə kiminsə olmadığını görmüş və evdə yaşayan şəxslərin evdə olmadığını dəqiq bilmişlər. Onlar həyətə baxdıqda qapıdan həyətə daxil olduqda həyətin sol tərəfində yerdə 01 ədəd preparator, 01 ədəd laqonda, 01 ədəd drel, təxminən 4 kiloqram qoz, 01 ədəd göy rəngli çəllək və təxminən 3 kiloqram kartof olduğunu görmüşlər. Tural ona evdə heç kimin olmadığını bildirərək həmin əşyaları oğurlayıb aparmağı təklif etmiş və o, onunla razılaşmışdır. Tural yerdə olan 01 ədəd dreli, 01 ədəd laqondanı, 01 ədəd çəlləyi və qozu götürdü, o isə kartofu və 01 ədəd preparatoru götürmüş və onlar həyətə daxil olduqları qapıdan çıxmışlar. Onlar həyətdən çıxdıqdan sonra oğurladıqları əşyaları onun yaşadığı evə yığmaq qərarına gəlmiş və Beyləqan şəhəri, SMD-4 qəsəbəsində yerləşən 1 saylı yataqxanada yerləşən yaşayış evinə aparmışlar. Onlar əşyaları onun evinin içərisinə yığmış və Tural evdən çıxıb yaşadığı evə getmişdir. O Zərərçəkmiş şəxs1 yaşadığı evin həyətində olan əşyaları 10 noyabr 2022-ci il tarixdə, saat 23 radələrində qardaşı oğlu Təqsirləndirilən şəxs1 ilə birlikdə oğurlamışdır. Onlar həmin həyətə cəmi bir dəfə daxil olmuşlar. Tural, Zərərçəkmiş şəxs1 yaşadığı evin dəmir şiferdən olan qapısının aralı olduğunu və evin işıqlarının yanmadığını gördükdə evdə heç kimin olmadığını düşünərək evdən oğurluq etmək qərarına gəlmişdir və həmin evin həyətinə daxil olub oğurluq etməyi ona təklif etmişdir. Onlar həyətə daxil olduqdan sonra həyətin sol tərəfində yerdə 01 ədəd preparator, 01 ədəd laqonda, 01 ədəd drel, təxminən 4 kiloqram qoz, 01 ədəd göy rəngli çəllək və təxminən 3 kiloqram kartof olduğunu görmüşlər. Tural yerdə olan 01 ədəd dreli, 01 ədəd laqondanı, 01 ədəd çəlləyi və qozu götürmüş, o isə kartofu və 01 ədəd preparatoru götürmüş və onlar həyətə daxil olduqları qapıdan çıxmışlar Onlar həmin əşyaları evdə iş görərkən istifadə etməkləri məqsədilə oğurlamışlar . Bundan başqa, bildirir ki, Zərərçəkmiş şəxs2 əvvəllərdən tanımamış, onunla arasında heç bir ədavət və düşmənçilik olmamışdır. Təxminən 9 ay öncə o Bakı şəhərində yaşamışdır. Həmin ərəfələrdə Bakı şəhəri Sabunçu rayonu ərazisində yerləşən bazardan 75 manata qara rəngli işlənmiş velosiped almışdır. O Beyləqan rayonuna gələn zaman həmin velosipedi də Beyləqan rayonuna gətirmişdir. Bundan sonra o velosipedin bəzi yerlərini təmir etdirib istifadə etməyə başlamışdır. 2022-ci ilin noyabr ayının əvvəllərində o Beyləqan şəhəri SMD-4 qəsəbəsi ərazisində velosiped sürərkən qonşusu və tanıdığı Şahid1 ilə qarşılaşmışdır. O Rəsulla söhbət edən zaman Rəsul onun sürdüyü velosipedi görüb bəyənmişdir. Rəsul ondan velosipedi satıb-satmadığını soruşmuş və həmin vaxt o pula ehtiyacı olduğu üçün velosipedi satmaq istədiyini bildirmişdir. Rəsul velosipedi neçə manata satmağını soruşmuş və o ona velosipedi 120 manata satdığını bildirmişdir. Rəsul velosipedin qiymətini bir az aşağı etməyini bildirmişdir. O Rəsula velosipedi son qiymət 90 manata satacağını bildirmiş və Rəsul onunla razılaşmışdır. Bundan sonra Rəsul ona ilk olaraq 50 manat pul verib velosipedi ondan almış və yerdə qalan pulu isə bir neçə gündən sonra verəcəyini bildirmişdir. O onunla razılaşmış və Rəsul velosipedi sürüb getmişdir. Təxminən aradan 15 gün keçəndən sonra Rəsul yerdə qalan pulun 35 manatını da ona vermiş və ona cəmi 85 manat pul vermiş olmuşdur. Rəsul yerdə qalan 5 manatı da verəcəyini bildirsə də o həmin 5 manatı ondan almamışdır. Bundan sonra onu Beyləqan rayon Polis şöbəsinə çağıraraq Zərərçəkmiş şəxs2 Beyləqan rayon Polis Şöbəsinə vermiş olduğu ərizə ilə tanış edərək Rəsula satdığı velosipedin Zərərçəkmiş şəxs2 məxsus olduğunu və onu Zərərçəkmiş şəxs2 həyətindən oğurladığını ona bildirmişlər. O həmin velosipedi Bakı şəhəri Sabunçu rayonu ərazisində yerləşən bazardan 75 manata aldığını, həmin velosipedin ona məxsus olduğunu, Zərərçəkmiş şəxs2 həyətinə daxil olmadığını və onun həyətindən velosiped oğurlamadığını bildirmişdir. Şahid1 satdığı velosiped onun özünün velosipedi olmuşdur, o Zərərçəkmiş şəxs2 həyətinə daxil olmamış və onun həyətindən velosiped oğurlamamışdır. O Zərərçəkmiş şəxs2 yaşadığı evin həyətinə hər hansı məqsədlə daxil olmamışdır. Şahid1 satdığı velosipedi o təxminən 9 ay öncə Bakı şəhərində, Sabuncu rayonu ərazisində yerləşən bazardan 75 manat pul qarşılığında almışdır. O həmin velosipedi sürən zaman Şahid1 velosipedi bəyəndiyini bildirərək ona satmağını bildirmiş və o velosipedin ona məxsus olduğunu bildirərək 85 manat pul qarşılığında onu Rəsula satmışdır. Hazırda zərərçəkmişlərin ondan heç bir şikayət və tələbi yoxdur, onlarla barışmışdır, himayəsində iki azyaşlı uşağı vardır, ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında yetkinlik yaşına çatmayan Qanuni nümayəndə iştirakı ilə dinidirilən Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 əvvəllərdən tanımamış, aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. 10 noyabr 2022-ci il tarixdə, saat 23 radələrində o, əmisi Təqsirləndirilən şəxs2 ilə birlikdə Beyləqan şəhəri, SMD-4 qəsəbəsində yerləşən 1 saylı yataqxananın qarşısında dayanıb söhbət edən zaman Rüfət ürəyinin sıxıldığını bildirərək bir az gəzmək istədiyini bildirmiş, o, bununla razılaşmışdır. Onlar birlikdə Beyləqan şəhəri, SMD-4 qəsəbəsindən Sərdar İmrəliyev küçəsinə tərəf getməyə başlamışlar. Beyləqan şəhəri, SMD-4 qəsəbəsi ərazisində yerləşən Beyləqan rayon İcra və Probasiya şöbəsinin qarşısından keçən zaman həmin idarənin binası ilə üzbəüz yolun sağ tərəfində yerləşən həyət evinin şiferdən olan çöl qapısının bir qədər aralı olduğunu görmüşdür. O, həmin evə baxan zaman evin işıqlarının sönülü olduğunu görmüş və evdə heç kimin olmadığını düşünmüşdür. Buna görə də o, əmisi Rüfətə evi göstərərək evin işıqlarının yanmadığını bildirib evin həyətinə girməyi təklif etmişdir. Əmisi onunla razılaşmış, küçəyə baxıb ətrafda heç kimin olmadığına əmin olduqdan sonra o, şifer qapını aralayıb həyətə daxil olmuş və Rüfət də onun arxasınca həyətə girmişdir. Onlar həyətə daxil olduqdan sonra həyətdə heç kəsin olmadığını görmüş və evdə yaşayan şəxslərin evdə olmadığını dəqiq bilmişlər. Onlar həyətə baxdıqda qapıdan həyətə daxil olduqda həyətin sol tərəfində yerdə 01 ədəd perforator, 01 ədəd laqonda, 01 ədəd drel, təxminən 4 kiloqram qoz, 01 ədəd göy rəngli çəllək və təxminən 3 kiloqram kartof olduğunu görmüşlər. O, Rüfətə evdə heç kimin olmadığını bildirərək həmin əşyaları oğurlayıb aparmağı təklif etmiş, Rüfət onunla razılaşmışdır. O, yerdə olan 01 ədəd dreli, 01 ədəd laqondanı, 01 ədəd çəlləyi və qozu götürmüş, əmisi Rüfət isə kartofu və 01 ədəd preparatoru götürmüş və onlar həyətə daxil olduqları qapıdan çıxmışlar. Onlar həyətdən çıxdıqdan sonra oğurladıqları əşyaları Rüfətin yaşadığı evə yığmaq qərarına gəlmişlər və Rüfətin Beyləqan şəhəri, SMD-4 qəsəbəsində yerləşən 1 saylı yataqxanadakı yaşadığı evə aparmışlar. Onlar əşyaları aparıb Rüfətin evinin içərisinə yığmışlar və o, oradan çıxıb Beyləqan şəhəri, S.İmrəliyev küçəsində yerləşən yaşadığı evə getmişdir. O, yerdə olan 01 ədəd dreli, 01 ədəd laqondanı, 01 ədəd çəlləyi və qozu götürmüş, əmisi Rüfət isə kartofu və 01 ədəd preparatoru götürmüş və onlar həyətə daxil olduqları qapıdan çıxmışlar. Onlar həmin əşyaları evdə iş görərkən istifadə etmək məqsədilə oğurlamışlar. O, Əmisi Rüfətlə birgə Zərərçəkmiş şəxs1 oğurlandığını göstərdiyi əşyalardan yalnız 01 ədəd dreli, 01 ədəd laqondanı, 01 ədəd çəlləyi, 4 kiloqram qozu, 3 kiloqram kartofu və 01 ədəd perforatoru oğurlamış, digər əşyalardan onun heç bir məlumatı yoxdur və onları oğurlamamışlar. O, əvvəllər heç vaxt oğurluq etməmişdir. Hazırda zərərçəkmiş Zərərçəkmiş şəxs1 ondan heç bir şikayət və tələbi yoxdur, zərərçəkmişlə barışmışdır, yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, o, 06 noyabr 2022-ci il tarixdə bir neçə günlük işlədiyi Şuşa rayonundan Beyləqan şəhəri, SMD-4 qəsəbəsində kirayə yaşadığı evə gəlmiş, 10 noyabr 2022-ci il tarixdə ailə üzvləri ilə birlikdə Yevlax rayonuna getmişdir. Qohumunun Yevlax rayon Mərkəzi Xəstəxanasında işə düzəlməsi üçün bir neçə lazımi sənəd onun evində qalmışdığından həmin sənədləri götürmək üçün 11 noyabr 2022-ci il tarixdə, saat 17 radələrində Beyləqan şəhəri, SMD-4 qəsəbəsində yaşadığı evə qayıtmış, evin qarşısına çatarkən həyətin giriş qapısının açıq olduğunu görmüş, həyətə daxil olduqda həyətin girişinin sol hissəsinə yığdığı 1 ədəd perforatorun, 1 ədəd laqondanın, 2 ədəd drelin, 1 ədəd dəmir məngənənin, 30 metrlik traynikin, 1 ədəd tefalın, 1 kisə kartofun, yarım kisə qozun, 1 ədəd velosiped nasosunun, 1 ədəd 100 kq-lıq çəlləyin, evin giriş qapısının sol hissəsində balaca stolun üzərində olan 7 ədəd 3 kq-lıq bankada olan pomidor turşusunun, 2 ədəd 3 kq-lıq bankada olan sarımsaq turşusunun, 1 ədəd 5 kq-lıq bankada olan kələm turşusunun, 5 ədəd 3 kq-lıq bankada olan mürəbbənin, həyətdə yerləşən hindən isə 5 ədəd toyuğun oğurlandığını aşkar etmişdir. Lakin o, dərhal şikayət etməmiş və təxminən 10 gün müddətində özü oğurluq edən şəxsi tapmağa çalışmışdır. Lakin, sonradan onun axtarışlarının heç bir nəticəsi olmadığı üçün 22 noyabr 2022-ci il tarixdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 102 xidmətinə müraciət etmişdir. O, müraciət etdikdən sonra xidməti fəaliyyəti ilə əlaqədar olaraq yenidən Şuşa şəhərinə qayıtmışdır. İşləri ilə əlaqədar Beyləqan rayonuna gələ bilmədiyi üçün 05 dekabr 2022-ci il tarixdə Beyləqan rayon polis şöbəsinə gələrək ərizə ilə müraciət etmişdir. Qeyd olunan oğurlanmış əmlakları Beyləqan şəhəri, SMD-4 qəsəbəsində yerləşən kirayədə yaşadığı evin həyətindən oğurlanmışdır. O, 10 noyabr 2022-ci il tarixdə şəxsi işi ilə bağlı Yevlax rayonunda olmuş, 11 noyabr 2022-ci il tarixdə saat 17 radələrində evə qayıdarkən evin həyətində olan qeyd etdiyi əmlakların oğurlanmasını aşkar etmişdir. O, evin həyətinin dəmir şiferdən olan qapısını möhkəm məftillə bağlayıb getmişdir. Yaşadığı evin həyətindən 390 manat dəyərində bir ədəd “Bosch” markalı pereparator, 120 manat dəyərində bir ədəd “Bosch” markalı laqondan, 70 manat dəyərində bir ədəd “Bosch” markalı drel aparatı, 90 manat dəyərində bir ədəd “Bosch” markalı drel aparatı, 130 manat dəyərində bir ədəd “Kanca” markalı məngənə, 90 manat dəyərində, 30 metr uzunluqda“NE-EL” markalı uzadıcı, 65 manat dəyərində bir ədəd “Tefal” markalı su qızdırıcısı, 45 manat dəyərində 50 kiloqram kartof, 60 manat dəyərində 12 kiloqram qoz, 15 manat dəyərində bir ədəd velosiped nasosu, 40 manat dəyərində bir ədəd 100 litr həcmli kauçuk materialdan olan çəllək, hər biri 15 manat dəyərində olmaqla cəmi 105 manat dəyərində yeddi ədəd 3 kiloqramlıq şüşə bankada olan pomidor turşusu, hər biri 15 manat olmaqla cəmi 30 manat dəyərində iki ədəd 3 kiloqramlıq şüşə bankada olan sarımsaq turşusu,10 manat dəyərində bir ədəd 5 kiloqramlıq şüşə bankada olan kələm turşusu, hər biri 15 manat olmaqla, cəmi 75 manat dəyərində beş ədəd 3 kiloqramlıq şüşə bankada olan əncir mürəbbəsi, hər biri 10 manat dəyərində olmaqla, cəmi 50 manat dəyərində beş ədəd toyuq oğurlanmışdır. Oğurluq hadisəsi zamanı ona ümumilikdə 1385 manat maddi ziyan dəymişdir. O Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərkən və Beyləqan rayon polis şöbəsinə ərizə ilə müraciət edərkən oğurlanmış əşyaların qiymətini dəqiq hesablaya bilməmişdir. Lakin o sonra əşyaların qiymətini dəqiq hesablamış və ona ümumilikdə 1385 manat maddi ziyan dəydiyini dəqiqləşdirmişdir. Təqsirləndirilənlər- Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən ona dəymiş ziyan tam olaraq ödənilmişdir. Təqsirləndirilən şəxslərdən tələb və şikayəti yoxdur, onlara yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, o, 2022-ci ilin yanvar ayında oğlu Şahid3 340 manata velosiped almış, Elmin həmin velosipedlə fənn hazırlıqlarına getmiş, evə gəldikdən sonra yaşadıqları evin həyətində olan su hovuzunun yanında saxlamışdır. Təxminən oktyabr ayının əvvəllərində günorta saatlarında oğlu Şahid3 ona yaşadıqları evin həyətinə qoyduğu velosipedinin yerində olmadığını bildirərək velosipedi onun harasa qoyub-qoymamağını soruşmuşdur. O, Elminə velosipedin yerini dəyişmədiyini bildirmiş və onlar həyətə baxıb velosipedi axtarmışlar. Lakin onlar həyətə baxsalar da velosipedin həyətdə olmadığını görmüş və velosipedin oğurlanmasını başa düşmüşlər. O, velosipedi oğurlayan şəxsin yaşadığı küçə sakinlərindən kimsə olduğunu düşündüyü üçün velosipedi özü tapmaq qərarına gəlmiş və velosipedin oğurlanması ilə bağlı polisə rəsmi müraciət etməmişdir. O və ailə üzvləri özləri velosipedi axtarsalar da təxminən 2 ay keçməsinə baxmayaraq velosipedin kim tərəfindən oğurlamasını müəyyən edə bilməmişlər. Bu səbəbdən də o, artıq polis orqanlarına müraciət etmək qərarına gəlmiş və 08 dekabr 2022-ci il tarixdə Beyləqan rayon polis Şöbəsinə gələrək təxminən 2 ay öncə yaşadıqları evin həyətindən 340 manat dəyərində velosipedin oğurlanması barədə müraciət etmişdir. 15 dekabr 2022-ci il tarixdə oğlu Şahid3 Beyləqan rayon Polis Şöbəsinə dəvət edərək ona velosiped təqdim etmişlər və oğlu ona təqdim edilmiş velosipedin onun velosipedi olduğunu tanıyaraq ona məxsus olduğunu bildirmişdir. Bundan sonra onlar oğluna məxsus velosipedi Beyləqan şəhəri, SMD-4 qəsəbəsi sakini Təqsirləndirilən şəxs2 oğurladığını və Beyləqan şəhər sakini Şahid1 satdığını öyrənmişlər. Oktyabr ayının əvvəllərində günorta saatlarında oğlu Şahid3 ona yaşadığı evin həyətinə qoyduğu velosipedinin yerində olmadığını bildirmişdir. Onlar həmin gün velosipedi axtarmış, lakin tapa bilməmişlər və velosipedin oğurlandığını bilmişlər. Oğlu Elminə aldığı velosiped yaşadıqları evin həyətində olan su hovuzunun yanından oğurlanıb. Velosipedi o almışdır və onun mülkiyyətində olmuşdur. O velosipedi istifadə etməsi üçün oğluna vermişdir. Velosiped onun pulu ilə alındığı üçün maddi ziyan ona dəymişdir. Yaşadığı evin qapısı bağlı olur və oğurluq olan gün oğlu Elmin tezdən məktəbə gedəndə də qapı bağlı olmuşdur. Velosipedi oğurlayan şəxs həyətin hasarından qanunsuz yolla gizli formada həyətə daxil olmaqla oğurluq etmiş və velosipedi yəqin ki, hasarın üstündən aşırmaqla oğurlamışdır. Yaşadığı evin həyətindən 01 ədəd 2022-ci il Çin istehsalı, “Adidas” markalı, 29-luq amartizatorlu, sürət ötürücüsü olan velosiped oğurlanmış, nəticədə ona 340 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs2 tərəfindən ona dəymiş ziyan tam olaraq ödənilmişdir. Təqsirləndirilən şəxsdən tələb və şikayəti yoxdur, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. İş üzrə Şahid1 məhkəmədə verdiyi ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs2 və Təqsirləndirilən şəxs2 tanıyır, həmin şəxslərlə arasında ədavət və düşmənçilik yoxdur. Rüfət onun qonşusudur. 2022-ci ilin noyabr ayının əvvəllərində o, Beyləqan şəhəri SMD-4 qəsəbəsi ərazisində yerləşən yaşadığı evə gedən zaman Təqsirləndirilən şəxs2 velosiped sürdüyünü görmüşdür. Onun həmin velosipeddən xoşu gəlmiş və Rüfətdən velosipedi satıb-satmadığını soruşmuşdur. Təqsirləndirilən şəxs2 ona velosipedin özünün olduğunu və satmaq istədiyini bildirmişdir. O, Rüfətdən həmin velosipedi neçə manata satmasını soruşmuş, Rüfət ona velosipedi 120 manata satmaq istədiyini bildirmişdir. O, Rüfətə velosipedin qiymətini bir az aşağı etməsini bildirmiş, bir qədər söbət etdikdən sonra Rüfət velosipedi 90 manata satmağa razılaşmışdır. Bundan sonra o, Təqsirləndirilən şəxs2 ilkin olaraq 50 manat pul verib velosipedi almış və qalan pulu isə bir neçə gündən sonra verəcəyini bildirmişdir. Rüfət onunla razılaşmış və o, velosipedi sürüb getmişdir. Təxminən aradan 15 gün keçəndən sonra o, qalan pulun 35 manatını da Rüfətə vermiş, qalan 5 manatı da yaxın müddətdə verəcəyini bildirmişdir. Lakin Rüfət həmin 5 manatı istəmədiyini ona dediyi üçüno, 5 manatı verməmişdir. O, həmin velosipedi 2022-ci ilin noyabr ayının əvvəllərində Beyləqan şəhər sakini Təqsirləndirilən şəxs2, Beyləqan şəhəri SMD-4 qəsəbəsi ərazisində almışdır. Təqsirləndirilən şəxs2 velosipedi alan zaman yanlarında başqa heç kəs olmamış, Təqsirləndirilən şəxs2 ona satdığı velosipedi Zərərçəkmiş şəxs2 yaşadığı evin həyətindən oğurladığından xəbəri olmamış, Rüfət velosipedi ona satanda özünə məxsus olduğunu bildirmişdir. O, Rüfəti bir neçə dəfə həmin velosipedlə gördüyü üçün oğurluq olduğunu düşünməmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid2 məhkəmədə verdiyi ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs2 və Təqsirləndirilən şəxs2 rayon sakini kimi tanıyır, həmin şəxslərlə arasında heç bir ədavət və düşmənçilik olmamışdır. O, bir neçə il əvvəl Beyləqan şəhər sakini X2 mağazasında satıçı işləmiş, lakin Natiq vəfat edənən sonra həmin mağaza bağlanmışdır. Natiqin mağazası bağlandıqdan sonra o, velosiped təmiri ilə məşğul olmağa başlamış və həm də mağazada olan velosipedləri özü alaraq satışını həyata keçirmişdir. 2022-ci ilin yanvar ayının əvvəllərində Zərərçəkmiş şəxs2 övladı Elminlə onun işlədiyi yerə gələrək ondan 1 ədəd “Adidas” markalı, 29-luq amartizatorlu, sürət ötürücüsü olan velosipedi almaq istədiklərini bildirmişlər. Həmin velosiopedi o, həmin vaxt 350 manata satışa qoysa da Zərərçəkmiş şəxs2 340 manata satmışdır. 13 dekabr 2022ci il tarixdə onu Beyləqan rayon polis Şöbəsinə dəvət edərək ona bir ədəd velosiped təqdim edərək velosipedi tanıyıb-tanımadığını ondan soruşmuşlar. O, həmin velosipedi görən kimi tanımış və 2022ci ilin yanvar ayında Zərərçəkmiş şəxs2 satdığı velosiped olduğunu bilmişdir. Həmin velosipedin əvvəlki rəgi dəyişdirilərək qara rəngə boyadılmışdır. Lakin o, həmin velosipedi görən kimi formasından və funksiyalarından Zərərçəkmiş şəxs2 satdığı velosiped olduğunu dəqiq bilmişdir. İş materiallarına əlavə edilmiş “Hadisə yerinə baxış keçirilməsi haqqında” 05 dekabr 2022-ci il tarixli protokola əsasən hadisə yeri X4 yaşadığı Beyləqan şəhəri, SMD-4 qəsəbəsində yerləşən evin həyətidir. Evin həyətinə giriş qapısı dəmir şiferdəndir və həyət şiferlə hasarlanmışdır. İş materiallarına əlavə edilmiş “Hadisə yerinə baxış keçirilməsi haqqında” 08 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Zərərçəkmiş şəxs2 yaşadığı ünvan 2 ünvanında yerləşən evin həyətidir. Evin həyətinə giriş dəmir darvazadandır və həyət daş hasarla hasarlanmışdır Beləliklə, məhkəmə iclasında zərərçəkmiş şəxslərin və şahidin ifadələri, habelə işin məhkəmə iclasında tədqiq edilib öz təsdiqini tapmış digər materialları ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə cinayət əməlləri törətmələri kifayət qədər sübuta yetmişdir. Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərara əsasən, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ittiham elan edilən zaman oğurlanmış əşyaların dəyəri barədə zərərçəkmiş şəxslərin göstərdikləri məbləğlər əsas götürülmüş, Şahid1 barəsində CM-in 194.1-ci maddəsi ilə, Təqsirləndirilən şəxs2 olğlunun barəsində CM-in 170.1-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş Təqsirləndirilən şəxs2 cinayət işi üzrə ifadələrinin, Zərərçəkmiş şəxs2 həyətinə daxil olmadığı həmin həyətdən oğurluq etmədiyi, X1 velosipedin özünə məxsus olduğunu bildirdiyinə dair hiəssələri möhtəbər sübut kimi qiymətləndirilməmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs2 məxsus velosipedi oğlurlamaqda özünü təqsirli bilməsə də, məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs2 və şahidlərin ifadələri, maddi sübut kimi götürülmüş velosipedin əlamətlərinin zərərçəkmiş şəxs tərəfindən tanınması ilə, Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs2 məxsus 340 manat dəyərində velosipedi oğurlaması tam sübuta yetmişdir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs2 məxsus velosipedi oğlurlamaqda özünü təqsirli bilməməsi barədə ifadəsinin onun özünü müdafiə xarakter daşıdığı qənaətinə gəlir, belə ki, onun həmin ifadəsi iş materialları ilə tamamilə təkzib edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 həmin hərəkətlərində CM-in 177.2.1, 177.2.2, 177.2.3-cü maddələrinin, Təqsirləndirilən şəxs1 həmin hərəkətlərində Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələrinin tərkibi olduğundan onlar həmin maddələrlə təqsirli bilinib cəzalandırılmalıdırlar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CPM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin CMnin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn: cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və sair) əsasən müəyyən edilir. Həmin Qərarın 2-ci bəndinə əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnaməyə və iş materiallarına əsasən, müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum edilməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnaməyə və iş materiallarına əsasən müəyyən edilir ki, Mahmudov X6 rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, CM-nin 66.2 -ci maddəsinə əsasən, 03 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xəzər rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə 09 ay 06 gün vaxtından əvvəl cəzadan şərti azad edilmiş, xx.xx.2022-ci il tarixdə cəzasını çəkib qurtarmışdır. Belə ki, onun məhkumuğunun ödənilməməsi Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə görə cəzanı ağırlaşdıran haldır. İşdə olan doğum haqqında şəhadətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs2 övladları-X3 xx.xx.2018-ci ildə, X7 xx.xx.2022-ci ildə anadan olmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs2 himayəsindən iki nəfər azyaşlı uşaqlarının olmasını CM-nin 59.1.4-cü maddəsinə, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini CM-nin 59.1.12-ci maddəsinə, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini CM-nin 59.1.13-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır, Təqsirləndirilən şəxs2 əməlində cinayətin residivinin olmasını isə cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58.3cü maddəsinin tələblərinə əsasən, onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağrlaşdıran halları, təyin olunacaq cəzanın onun islah olunmasına təsirini, nəzərə alaraq hesab edir ki, ona təqsirləndiyi CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələrində nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzası cinayətlərin residivi nəzərə alınmaqla təyin edilməsi qanuna və məqsədə müvafiqdir. Məhkəmə Təqsirləndirilən şəxs1 yetkinlik yaşına çatmayan olmasını CM-in 59.1.2-ci maddəsinə, CM-nin 59.2-ci maddəsinə, zərərçəkmiş şəxslə barışıq əldə etməsini CM-nin 59.1.12-ci maddəsinə, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini, CM-nin 59.1.13-cü maddəsinə əməlindən səmimi peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır, Təqsirləndirilən şəxs1 hərəkətlərində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 yetkinlik yaşına çatmayan şəxs olmaqla cəmiyyətdən təcrid etmədən islah edilməsi mümkündür və ona Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudulaşdırılması növündə cəza təyin edilməsi qanuna və məqsədə müvafiqdir. Məhkəmə həmçinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Beyləqan rayon ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 12 dekabr 2022-ci il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuş, 14 dekabr 2022-ci il tarixdə Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmiş və Beyləqan rayon məhkəməsinin 14 dekabr 2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs1 07 fevral 2023-cü il tarixdə Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmiş və barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmişdir. İşdə maddi subut olan Beyləqan rayon polis şöbəsinın sübutların saxlanılması otağında saxlanılan 01 ədəd velosiped Zərərçəkmiş şəxs2, bir ədəd elektrik çaydanı, bir ədəd laqonda, iki ədəd drel, 01 ədəd su çəlləyi, 4 kiloqram qoz Zərərçəkmiş şəxs1 qaytarılmalıdır. İşdə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsinlər. Təqsirləndirilən şəxs2 oğlu Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəsissəsində çəksin və cəzaçəkmə muddətinin əvvəli 12 dekabr 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə 1 (bir) 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırlması cəzasına məhkum edilsin. Cəzanın əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Beyləqan rayonu ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Beyləqan rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “Yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə mindikdən sonra ləğv edilsin. İşdə maddi sübut olan Beyləqan rayon polis şöbəsinın sübutların saxlanılması otağında saxlanılan 01 ədəd velosiped Zərərçəkmiş şəxs2, bir ədəd elektrik çaydanı, bir ədəd laqonda, iki ədəd drel, 01 ədəd su çəlləyi, 4 kiloqram qoz Zərərçəkmiş şəxs1 qaytarılsın. İş üzrə ekspertiza xərci 100 manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 oğlunun hər birindən 50 (əlli) manat alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs2 məhkəmədə göstərdiyi hüquqi yardıma görə cəmi 12 (on iki) saat üçün 72 (yetmiş iki) manat Beyləqan rayon vəkil bürosunun vəkili Müdafiəçi1 ödənilsin. Təqsirləndirilən şəxs1 məhkəmədə göstərdiyi hüquqi yardıma görə cəmi 15 (on beş) saat üçün 90(doxsan) manat Beyləqan rayon vəkil bürosunun vəkili Müdafiəçi2 ödənilsin. Hökmün surəti həmin hissədə icrası üçün Azərbaycan Respublikası Vəkillər Kollegiyasına göndərilsin. Hökmdən elan edildiyi, həbsdə olan təqsirləndirlən şəxsə isə təqdim edildiyi andan 20 gün müddətində Beyləqan rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində şikayət və protest verilməzsə hökm həmin müddət bitdiyi gündən sonrakı gün qanuni qüvvəsini alır. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №1(020)-21/2023
Beyləqan Rayon Məhkəməsi Hökm — İş №1(020)-21/2023
19.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver