Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 1(020)-21/2024 12.02.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi ilə, Xüsusi ittihamçı X5 barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X3 qarşı Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsi ilə cinayət işi başlanılmaqla Ramin Qurbanovun cinayət məsuliyyətinə cəlb edilərək cəzalandırılması barədə xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin binasında hazırlıq iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T Dİ: Xüsusi ittihamçı X7 barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X3 qarşı Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsi ilə cinayət işi başlanılmaqla Ramin Qurbanovun cinayət məsuliyyətinə cəlb edilərək cəzalandırılması barədə xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Xüsusi ittihamçı X5 məhkəməyə daxil olmuş xüsusi ittiham qaydasında şikayətindən görünür ki, xüsusi ittihamçı X7 uzun müddətdir ki, Azərbaycan Respublikası ərazisində qanuni olaraq daimi yaşayış və işləmə izni ilə yaşayır. O, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC şirkətləri üzərindən ticarətlə məşğul olur. Xüsusi ittiham qaydasında barəsində şikayət verilmiş şəxs X4 xx.xx.2023-cü il tarixdə “RealMedia.az” saytında “İranlı iş adamı görün Azərbaycanda nə işlə məşğuldur” başlığı altında onun və şirkətləri haqqında yalan məlumatlar yayaraq, onu cəsusluqla və dələduzluqla ittiham edərək haqqında yalan məlumatlar yaymışdır. Ramin Qurbanovun onun barəsində atdığı şər və böhtanlar nəticəsində təkcə şərəf və ləyaqətini alçatmamış, cəmiyyət içindəki etibarı zədələnmiş, işgüzar nüfuzuna xələl gətirmişdir. Həmçinin eyni məzmunlu yalan məlumatları mənşəyi məlum olmayan “Raportyor.tv” saytında, Facebook sosial şəbəkəsində R.Qurbanov facebook hesabından paylaşılmışdır. Ona görə də barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X3 qarşı Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsi ilə cinayət işi başlanılmaqla R.Qurbanovun cinayət məsuliyyətinə cəlb edilərək cəzalandırılması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunda nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, xüsusi ittihamçı və barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X4 məhkəmə hazırlıq iclasına gəlməmişlər. Azərbaycan Respublikası CPM-nin 299.11-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası barədə vaxtında məlumat verilmiş bu Məcəllənin 299.8 və 299.9-cu maddələrində göstərilənlər nəzərə alınmaqla cinayət prosesi iştirakçılarının məhkəmənin hazırlıq iclasına gəlməməsi, həmin iclasın keçirilməsinə və müvafiq qərarın qəbul edilməsinə mane olmur. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunda nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə hazırlıq iclasına gəlməkdən boyun qaçırdığına görə məhkəmə onun iştirakı olmadan hazırki iclasının keçirilməsini qanuna müvafiq hesab edir. Məhkəmə hazırlıq iclası zamanı müəyyən edilmişdir ki, sözügeden xüsusi iitiham qaydasında şikayətə baxılması Beyləqan rayon məhkəməsinə aid deyil və xüsusi ittiham qaydasında şikayət baxılması üçün Füzuli Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, xüsusi ittiham qaydasında şikayətin məzmunundan və “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində xx.xx.1983-cü il təvəllüdlü X1 fərdi məlumatlarından görünür ki, onun doğum yeri, qeydiyyat yeri və tam ünvanı Füzuli rayonu, Qərbənd kəndidir. Azərbaycan Respublikası CPM-nin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Həmin Məcəllənin 299.3 və 299.3.1-ci maddələrinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakçı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması barədə məsələyə baxılır. Həmin Məcəllənin 300.1 və 300.1.4-cü maddələrinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində aşağıdakı qərarlardan biri qəbul edilir:.. müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə; Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X2 Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilərək cəzalandırılmasına dair xüsusi ittiham qaydasında şikayətə baxılması Beyləqan Rayon Məhkəməsinə ai deyil və hazırki xüsusi ittiham qaydasında şikayət ərazi aidiyyəti üzrə baxılması üçün Füzuli Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 75 və 300-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X2 Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittihamçı X5 xüsusi ittiham qaydasında şikayəti aidiyyəti üzrə baxılması üçün Füzuli Rayon Məhkəməsinə göndərilsin. Sədrlik edən: Sulduz. Ləzimov
Məhkəmə qərarları › İş №1(020)-21/2024
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №1(020)-21/2024
12.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver