Məhkəmə qərarları › İş №1(020)-21/2025

Beyləqan Rayon Məhkəməsi Hökm — İş №1(020)-21/2025

01.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Beyləqan rayon İş № 1(020)-21/2025 01.05.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Cabbarlı Xatın Mahir qızının sədrliyi, Məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Abbasov Zaur Alı oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasna aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Beyləqan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2, Zərərçəkmiş şəxs, Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Şahid8, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Beyləqan rayonu, İmamverdilər kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Beyləqan rayonu, İmamverdili kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 152.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, qapalı məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs, on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olmuş və ona qarşı seksual xarakterli digər hərəkətlər etmişdir. Belə ki, o, İmişli rayonu, Qaragüvəndikli kənd sakini Zərərçəkmiş şəxs sonuncunun razılığı və təklifi ilə ailə qurmaq məqsədilə 07 sentyabr 2024- cü il tarixdə axşam saatlarında yaşadığı İmişli rayonu, Qaragüvəndikli kəndindən Beyləqan rayonu, İmamverdili kəndindəki atasına məxsus evə gətirib, 09 sentyabr 2024-cü il tarixdə saat 23 radələrində aralarında yaş fərqi iki ildən artıq olan on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan Zərərçəkmiş şəxs ilə cinsi əlaqə olduqdan sonra cinsiyyət orqanını Zərərçəkmiş şəxs arxa keçəcək dəliyinə salıb cinsi ehtirasını təmin etməklə sonuncuya qarşı seksual xarakterli digər hərəkətlər etmiş, bundan sonra o, 10 oktyabr 2024- cü il tarixədək müxtəlif vaxtlarda mütəmadi olaraq on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan Zərərçəkmiş şəxs ilə sonuncunun razılığı ilə cinsi əlaqədə olmuş və arxa keçəcək dəliyi vasitəsi ilə sonuncuya qarşı seksuaal xarakterli digər hərəkətlər etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 152.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ibtidai istintaq zamanı vermiş ifadəsini təsdiq edərək, bildirmişdir ki, Zərərçəkmiş şəxs onun sevdiyi qızdır. Zərərçəkmiş şəxs təxminən 1 ildən çoxdur ki, tanımış, onu Beyləqan rayonu, İmamverdilər kəndində yerləşən pambıq sahəsində işləyən zaman görmüş və bəyənmişdir. O, buna görə də, Xatına onu bəyənməsi barədə söz göndərmiş, Xatın da cavabında tanış olmaq istədiyini ona bildirmişdir. O, Xatının telefon nömrəsini öyrəndikdən sonra Xatınla danışmağa və yazışmağa başlamış, danışan zaman Xatın ondan elçi göndərməsini istəmiş və o da atası Dadaşı və anası Qızbəsi Xatına elçi göndərmişdir. Xatının valideynləri onların evlənməsinə razı olmuş və İmişli rayonu, Qaragüvəndikli kəndində onların nişan mərasimi olmuşdur. Onların nişan mərasimi 2023-cü ilin oktyabr ayında hal-hazırda onun xatırlamadığı gündə baş tutmuşdur. Həmin nişan mərasimi ilə bağlı heç bir şəkil və ya videogörüntü olmamışdır. Bundan bir müddət sonra o, Xatının yaşının az olması səbəbindən ailəsinin nişanı qaytarmaq istədiyini Xatından eşitmişdir. Buna görə də telefonla danışan zaman Xatın ondan gəlib onu qaçırmasını istəmişdir. O, Xatınla razılaşmış və 07 sentyabr 2024-cü il tarixdə axşam saatlarında İmişli rayonu, Qaragüvəndikli kəndində yerləşən Xatıngilin evinin qarşısından Xatını götürmüş və onlar birlikdə piyada onun yaşadığı Beyləqan rayonu, İmamverdilər kəndində yerləşən evə gəlmişlər. Onun Xatınla evlənmək məqsədilə qaçdığını heç kim bilməmiş, onlara heç kim kömək etməmişdir. O, Xatınla birlikdə İmişli rayonu, Qaragüvəndikli kəndindən Beyləqan rayonu, İmamverdilər kəndinə piyada gəlmiş və yanlarında heç kim olmamışdır. Evdə olan zaman anası Qızbəs və atası Dadaş Xatından öz xoşu ilə gəlib-gəlmədiyini və Xatından onu sevib-sevmədiyini soruşduqda, Xatın onlara onu sevdiyini və onunla öz razılığı ilə evlənmək məqsədilə gəldiyini bildirmişdir. Həmin gün Xatın onun anası olan Qızbəslə birlikdə yatmış və onlar cinsi əlaqədə olmamışdır. Bundan iki gün sonra yəni ilk dəfə 09 sentyabr 2024-cü il tarixdən artıq Xatın onunla birlikdə eyni otaqda yatmağa başlamışdır. İlk dəfə 2024-cü ilin sentyabr ayının 9-da onunla cinsi əlaqədə olmuşdur. Xatın 07 sentyabr 2024-cü il tarixdən bəri onunla birlikdə Beyləqan rayonu, İmamverdilər kəndində eyni evdə ailə kimi yaşayırlar və hal-hazırda Xatın hamilədir. Təqsirləndirilən şəxs sonda əməlindən peşman olduğunu, vətən müharibəsi iştirakçısı olduğunu, Cəbrayılın, Xocavəndin və Füzulinin azad olunmasına görə medallar aldığını, zərərçəkmiş şəxslə bir ailə kimi yaşadıqlarını və uşaqlarının olacağını bildirərək, məhkəmədən ona köməklik edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 152.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı qanuni nümayəndəsi Şahid8 iştirakı ilə dindirilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq edərək, bildirmişdir ki, Təqsirləndirilən şəxs təxminən 1 ildən çoxdur ki, tanıyır. Təqsirləndirilən şəxs onu Beyləqan rayonu, İmamverdilər kəndində yerləşən pambıq sahəsində işləyən zaman görmüş və bəyənmişdir. Buna görə də, Azər ona onu görüb bəyəndiyi barədə söz göndərmiş, o da cavabında tanış olmaq istədiyini Azərə bildirmişdir. Azər onun telefon nömrəsini öyrəndikdən sonra onlar bir-biri ilə danışmağa və yazışmağa başlamışdır. Danışan zaman o, Azərdən ona elçi göndərməsini istəmiş, Azər də, atası Dadaşı və anası Qızbəsi ona elçi göndərmişdir. Onun valideynləri onların evlənməsinə razı olmuş və onların İmişli rayonu, Qaragüvəndikli kəndində 2023-cü ilin oktyabr ayında nişan mərasimi baş tutmuşdur. Həmin nişan mərasimi ilə bağlı heç bir şəkil və ya videogörüntü olmamışdır. 2024-cü ilin sentyabr ayında o, Azərlə danışan zaman ona yaşının az olması səbəbindən ailəsinin nişanı qaytarmaq istədiyini demiş və telefonla onunla danışan zaman onu qaçırmasını Azərdən istəmişdir. Azər də onunla razılaşmış və Azərlə əvvəlcədən danışdıqları kimi 07 sentyabr 2024-cü il tarixdə axşam saatlarında Azər ona qapıya çıxmasını demiş və Azər onu İmişli rayonu, Qaragüvəndikli kəndində yerləşən evlərinin qarşısından götürmüş və onlar Azərlə piyada Azərin yaşadığı Beyləqan rayonu, İmamverdilər kəndində yerləşən evə gəlmişdir. Onun Azərlə evlənmək məqsədilə qaçdığını heç kim bilməmiş, onlara heç kim kömək etməmişdir. O, Azərlə birlikdə İmişli rayonu, Qaragüvəndikli kəndindən Beyləqan rayonu, İmamverdilər kəndinə piyada gəlmiş və yanlarında heç kim olmamışdır. Evdə olan zaman Azərin anası Qızbəs və atası Dadaş ondan öz xoşu ilə gəlib-gəlmədiyini və Azəri sevib-sevmədiyini soruşduqda o, Azəri sevdiyini və Azərlə öz razılığı ilə evlənmək məqsədilə gəldiyini bildirmişdir. Həmin gün o, Azərin anası olan Qızbəslə birlikdə yatmış və onlar həmin gün cinsi əlaqədə olmamışdır. Bundan iki gün sonra artıq o, öz istəyi ilə Azərlə birlikdə cinsi əlaqədə olmuş və həmin vaxt o, Azərə heç bir müqavimət göstərməmiş və o, Azərlə öz razılığı və istəyi ilə cinsi əlaqədə olmuşdur. O, 07 sentyabr 2024-cü il tarixdən bəri Azərlə birlikdə Beyləqan rayonu, İmamverdilər kəndində yaşamış və Azərlə 09 sentyabr 2024-cü il tarixdə ilk dəfə olmaqla həmin müddətdən bəri mütəmadi cinsi əlaqədə olduqlarını bildirmişdir. Onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti, iddiası və tələbi yoxdur. O, təqsirləndirilən şəxslə birlikdə ailə olaraq yaşayır və hal-hazırda hamilədir. Ona görə də, təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş qanuni nümayəndə Şahid8 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qızıdır, onunla arasında hər hansı ədavət və ya düşmənçilik olmamışdır. Təqsirləndirilən şəxs isə Xatının sevdiyi oğlandır, onunla da aralarında hər hansı bir ədavət və ya düşmənçilik yoxdur. Azər təxminən 1 il bundan əvvəl o, evdə olan zaman atası Dadaş, anası Qızbəs ilə birlikdə onların yaşadığı İmişli rayonu, Qaragüvəndikli kəndinə elçi gəlmişlər. Elçilik zamanı o, Azərin valideynləri ilə söhbət edən zaman Azərin valideynlərinə qızının yaşının az olmasını bildirmiş, onların evlənməyinə yalnız qızının 18 yaşı olduqdan sonra razı olacağını deyərək Xatının şəxsiyyət vəsiqəsini onlara göstərmişdir. Azərin valideynləri onunla razılaşmış və qızın yaşının tamam olduqdan sonra evlənəcəklərini bildirmişlər. 2024-cü ilin sentyabr ayına kimi onlar telefonla danışmış, o və həyat yoldaşı Azərin ailəsi ilə tez-tez əlaqə saxlamışdır. 2024-cü ilin sentyabr ayında o, İmişli rayonu Qaragüvəndikli kəndində olan fermadan evə qayıdan zaman qızı Xatının evdə olmadığını görmüş, anasından qızı soruşanda isə anasının da qızı axtarması məlum olmuşdur. Bundan bir gün sonra isə onlar Xatını axtarsa da onu tapa bilməmiş, buna görə də həmin gün o, Beyləqan rayonu, İmamverdilər kəndində Azərin yaşadığı evə gəlmiş və qızın qaçmasını Azərin valideynləri ona bildirmişdir. O, həmin müddətdə qızı Xatını qaytarıb gətirmələrini gözləsə də onlar qızı gətirməmişdir. Halhazırda qızı Azərlə birlikdə ailə kimi bir yerdə yaşayırlar. Onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti, iddiası və tələbi yoxdur. Ona görə də, təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid1 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq edərək, bildirmişdir ki, Beyləqan rayon polis şöbəsinin İctimai Təhlükəsizlik bölməsinin polis sahə rəisi vəzifəsində işləyərkən, o, Beyləqan rayonu, İmamverdilər kəndində xidməti ərazidə xidmətdə olan zaman Beyləqan rayon İcra Hakimiyyəti baçşısının İmamverdilər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi olan Şahid5 Mehdixan oğlu ona zəng edərək Beyləqan rayonu, İmamverdilər kənd sakini olan Təqsirləndirilən şəxs İmişli rayonu Qaragüvəndikli kəndindən azyaşlı qızı evlənmək məqsədilə qaçırmasını, 10 günə yaxındır ki, həmin qızı evində saxladığını bildirmişdir. O da bu məlumatı alıdıqdan sonra dəqiqləşdirmək məqsədilə Beyləqan rayon polis şöbəsinin İctimai Təhlükəsizlik bölməsinin polis sahə nəfəri olan Şahid6 ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı Beyləqan rayonu, İmamverdilər kəndində yerləşən evə getmiş və Azəri çağırmağa başlamışdır. Bu zaman Azər evdə olmadığı üçün onların qarşısına azyaşlı bir qız çıxmış və onlar həmin qızdan kim olduğunu soruşan zaman həmin qız isə onlara cavabında Zərərçəkmiş şəxs olduğunu və evdə qonaq olduğunu bildirmiş, həmin qızın qonaq olmasını Azərin anası Qızbəs də təsdiq etmişdir. O isə Röyalla birlikdə əldə etdiyi məlumatı dəqiqləşdirmək məqsədilə Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs Beyləqan rayon polis şöbəsinə dəvət edərək gətirmişdir. Rayon polis şöbəsində onlara məlum olmuşdur ki, Azər Xatını evlənmək məqsədilə evlərinə gətirmişdir. Bundan sonra isə o, hadisə ilə bağlı raportla Beyləqan rayon polis şöbəsinə rəisinə məruzə etmiş, daha sonra isə aparılan araşdırma zamanı məlum olmuş ki, həqiqətəndə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs evlənmək məqsədilə könüllü olaraq qaçırmış və onlar 09 sentyabr 2024cü il tarixdə Zərərçəkmiş şəxs 16 yaşı tamam olmadan cinsi əlaqədə olmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid5 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq edərək, bildirmişdir ki, o, 3 ildən artıqdır ki, Beyləqan Rayon İcra Hakimiyyəti Başçısının Beyləqan rayon İmamverdilər kəndi üzrə inzibati ərazi nümayəndəsi vəzifəsində çalışır. 16 sentyabr 2024-cü il tarixdə o, Ağdam rayonunda təşkil olunan Fövqəladə Hallar Nazirliyinin yanğın təhlükəsizliyi barədə baş tutan kursunda olan zaman ona məlumat daxil olmuşdur ki, Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan bir qızı qaçırıb və onunla eyni evdə yaşayır. O, dərhal bu barədə Beyləqan rayonu, İmaverdilər kənd üzrə sahə polis rəisi vəzifəsində çalışan Şahid1 məlumat vermişdir. Bundan bir qədər sonra isə sahə rəisi onunla əlaqə saxlayaraq məlumatı dəqiqləşdirmək üçün Təqsirləndirilən şəxs evində olduğunu və bu barədə rəhbərliyə məruzə edəcəyini bildirmişdir. Daha sonra isə aparılan araşdırma zamanı məlum oldu ki, həqiqətəndə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs evlənmək məqsədilə könüllü olaraq qaçırmışdır və onlar 09 sentyabr 2024-cü il tarixdə Zərərçəkmiş şəxs 16 yaşı tamam olmadan onunla cinsi əlaqədə olmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid7 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq edərək, bildirmişdir ki, o, 13 ildən artıqdır ki, Beyləqan Rayon İcra Hakimiyyəti Başçısının Beyləqan rayon İmamverdilər kəndi üzrə inzibati ərazi nümayəndəsi müavini vəzifəsində işləyir. 16 sentyabr 2024-cü il tarixdə o, Beyləqan rayon, İmamverdilər kəndində xidməti otağında olan zaman Beyləqan rayon, İmamverdilər kəndi üzrə icra nümayəndəsi olan Şahid5 ona zəng edərək kənd sakini olan Təqsirləndirilən şəxs İmişli rayonundan yetkinlik yaşına çatmayan bir qızı qaçırması barədə məlumat vermişdir. O, bu məlumatla bağlı maraqlanıb və məlumatın doğru olduğundan əmin olduqdan sonra, həmin gün Faiq müəllim Ağdam rayonunda Fövqəladə Hallar Nazirliyinin təşkil etdiyi kursda olduğu üçün onun müavini kimi xidmətdə olduğundan Beyləqan rayon Polis şöbəsinə rəsmi surətdə məktubla məlumat vermişdir. Daha sonra isə aparılan araşdırma zamanı məlum olmuşdur ki, həqiqətəndə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs evlənmək məqsədilə könüllü olaraq qaçırmış və onlar 09 sentyabr 2024-cü il tarixdə Zərərçəkmiş şəxs 16 yaşı tamam olmadan onunla cinsi əlaqədə olmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid3 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq edərək, bildirmişdir ki, Təqsirləndirilən şəxs onun oğlu, Zərərçəkmiş şəxs isə onun oğlu Azərin sevdiyi qızdır, onlarla aralarında hər hansı bir ədavət və ya düşmənçilik olmamışdır. Təxminən 1 il bundan əvvəl oğlu Azər evdə olan zaman anası Qızbəsə və ona Xatın adlı bir qızı görüb bəyəndiyini və onunla evlənmək istədiyini demiş, bu zaman o və həyat yoldaşı X5 sevdiyini öyrəndikdən sonra İmişli rayonu, Qaragüvəndikli kəndinə elçi getmişlər. Xatının ailəsi onları xoş qarşılamış və onların evlənməsinə razılıq vermişlər. Elçilik günü Xatıngilin evində kiçik nişan mərasimi olmuş və Azərlə Xatın nişanlanmışdır. 07 sentyabr 2024-cü il tarixdə o, evdə olan zaman Azərin evdə olduğunu və Xatını qaçıraraq evə gətirdiyini görmüşdür. O, onları görəndən sonra, Xatından öz xoşu ilə gəlib-gəlmədiyini soruşanda Xatın Azəri sevdiyini və onunla evlənmək məqsədilə öz razılığı ilə gəldiyini bildirmişdir. Bundan sonrakı dövrdə isə Xatın əvvəlcə bir-iki gün arvadı Qızbəslə birlikdə yatmış, lakin 09 sentyabr 2024-cü il tarixdən etibarən Azərlə birlikdə yatmağa başlamışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid4 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq edərək, bildirmişdir ki, Təqsirləndirilən şəxs onun oğlu, Zərərçəkmiş şəxs isə onun oğlu Azərin sevdiyi qızdır, onlarla aralarında hər hansı bir ədavət və ya düşmənçilik olmamışdır. Təxminən 1 il bundan əvvəl oğlu Azər evdə olan zaman atası Dadaşa və ona Xatın adlı bir qızı görüb bəyəndiyini və onunla evlənmək istədiyini demiş, bu zaman o və həyat yoldaşı X6 sevdiyini öyrəndikdən sonra İmişli rayonu, Qaragüvəndikli kəndinə elçi getmişlər. Xatının ailəsi onları xoş qarşılamış və onların evlənməsinə razılıq vermişlər. Elçilik günü Xatıngilin evində kiçik nişan mərasimi olmuş və Azərlə Xatın nişanlanmışdır. 2024-cü ilin sentyabr ayının 6-sında oğlu Azər evdən getmiş və o, Azərin hara getdiyini bilməmişdir. Bundan bir gün sonra isə 07 sentyabr 2024-cü il tarixdə o, Azər Xatını qaçıraraq evə gətirmişdir. O, Xatından öz xoşu ilə gəlib-gəlmədiyini soruşanda Xatın Azəri sevdiyini və onunla evlənmək məqsədilə öz razılığı ilə gəldiyini bildirmişdir. Xatın 07 sentyabr 2024-cü il tarixdən etibarən onlarla eyni evdə yaşamağa başlamışdır. Xatın iki gün onunla birlikdə yatdıqdan sonra 09 sentyabr 2024-cü il tarixdən etibarən Azərlə birlikdə yatmağa başlamışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid2 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq edərək, bildirmişdir ki, Zərərçəkmiş şəxs onun qızıdır. Təqsirləndirilən şəxs isə Xatının sevdiyi oğlandır, onunla da aralarında hər hansı bir ədavət və ya düşmənçilik yoxdur. Azər təxminən 1 il bundan əvvəl o, evdə olan zaman atası Dadaş, anası Qızbəs ilə birlikdə onların yaşadığı İmişli rayonu, Qaragüvəndikli kəndinə elçi gəlmişlər. Elçilik zamanı onun həyat yoldaşı Qabil Azərin valideynlərinə qızının yaşının az olmasını bildirmiş və onların evlənməyinə yalnız qızının 18 yaşı olduqdan sonra razı olacağını deyərək, Xatının şəxsiyyət vəsiqəsini onlara göstərmişdir. Azərin valideynləri onu əri Qaliblə razılaşmış və qızın yaşının tamam olduqdan sonra evlənəcəklərini bildirmişlər. 2024-cü ilin sentyabr ayına kimi onlar telefonla danışmış, o və həyat yoldaşı Azərin ailəsi ilə tez-tez əlaqə saxlamışdır. 2024-cü ilin sentyabr ayında əri Qalib, İmişli rayonu Qaragüvəndikli kəndində olan fermadan evə qayıdan zaman qızı Xatının evdə olmadığını görmüş və ondan qızı soruşanda isə o da qızı axtardığını və yerini bilmədiyini demişdir. Bundan sonra isə onlar Xatını axtarsa da onu tapa bilməmişlər. Həmin gün əri Qalib, Beyləqan rayonu, İmamverdilər kəndində Azərin yaşadığı evə gətmiş və qızın qaçmasını Azərin atası və anasına demişdir. Azərin valideynləri isə Xatının Azərlə qaçmasını bildirmişdir. Onlar, həmin müddətdə qızı Xatını qaytarıb gətirmələrini gözləsələr də onlar qızı gətirməmişdir. Bundan bir müddət sonra isə Beyləqan rayon polis şöbəsinin əməkdaşları onunla əlaqə saxlamış və onu Beyləqan rayon polis şöbəsinə ifadəsinin alınması məqsədilə dəvət etmişlər. Məhkəmə iclasına çağırılmış Şahid6 məhkəmə iclasında iştirak etməməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, toplanmış material əsasında CM-in 152.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X1” Publik hüquqi şəxsin Beyləqan rayon Şöbəsinin xx.xx.2024-cü il tarixli, 662/24 nömrəli rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmuşdur, qızlıq pərdəsinin pozulma müddəti 2 (iki) həftədən artıqdır. Vətəndaş Zərərçəkmiş şəxs arxa keçəcək dəliyi nahiyyəsində aşkar olunmuş morfoloji dəyişikliklər (arxa keçəcək dəliyinin açıq olması, qıfabənzər genişlənmə, düz bağırsaq ətrafındakı şüavari büküşlərin qismən hamarlaşması, selikli qişanın göyümtül-qırmızımtıl rəngdə olması) onun arxa keçəcək dəliyi vasitəsi ilə mütəmadi olaraq cinsi əlaqədə olmasını təsdiqləyir. Vətəndaş Zərərçəkmiş şəxs bədən səthi üzərində hər-hansı bir xəsarət (o cümlədən fiziki qüvvə-zor tətbiq olunmaqla cinsi əlaqə və ya cinsi əlaqəyə cəhd zamanı yarana biləcək xəsarət) aşkar olunmamışdır. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beyləqan rayon İcra Hakimiyyəti Başçısının İmamverdili kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayış və xasiyyətnaməsindən görünür ki, Əsədov X4 rayonu, İmamverdili kəndində qeydiyyatda olmaqla yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 152.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixatrik Ekspertiza Mərkəzi” Publik hüquqi şəxsin kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 3575 nömrəli rəyindən görünür ki, yoxlanılan şəxs Zərərçəkmiş şəxs qərarın təsvir hissəsində göstərilmiş hadisə baş verən zaman xroniki xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Yoxlanılan şəxs Zərərçəkmiş şəxs hadisə zamanı öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Yoxlanılan şəxs Zərərçəkmiş şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Zərərçəkmiş şəxs pedoqoji baxımsızlıq müəyyən edilir. Zərərçəkmiş şəxs hal-hazırda da öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarındadır. Zərərçəkmiş şəxs qismində keçdiyindən onun barəsində məcburi müalicə tədbirləri tətbiq edilə bilməz. Zərərçəkmiş şəxs hadisə zamanı emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətində olmuşdur. Zərərçəkmiş şəxs hadisə zamanı psixi-emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edəcək hər hansı dəyişiklik yaranmamışdır. Zərərçəkmiş şəxs hadisə zamanı fiziologi affekt halında olmamışdır. İş üzrə Zərərçəkmiş şəxs 01 may 2025-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur.Hazırda bir yerdə yaşayırlar, hamilədir. Təqsirləndirilən şəxs heç bir cəza təyin edilməməsini xahiş etmişdir. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” PHŞ “Beyləqan Rayon Mərkəzi Xəstəxanası” PHŞ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 409 №-li Tibbi Arayışdan görünür ki, Zərərçəkmiş şəxs Beyləqan Rayon Mərkəzi Xəstəxanasının publik hüquqi şəxsin Ailə Sağlamlıq Mərkəzinin Qadın Məsləhətxanasında qeydiyyatdadır. (Hamilə və Zahının fərdi kitabçası №111). Hal-hazırda 20-21 həftəlik hamilədir. İ-13926 №-li, İ-17581 №-li və İ-19439 №-li Azərbaycan Respublikası Medalının vəsiqələrindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli 2711 nömrəli Sərəncamı ilə Təqsirləndirilən şəxs “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilmişdir. İ-23388 №-li Azərbaycan Respublikası Medalının vəsiqəsindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 2022-ci il tarixli 250s nömrəli Sərəncamı ilə Təqsirləndirilən şəxs“Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

24. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır.

25. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutların axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə cinayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərəfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanunamüvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlarla bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eləcə də istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Cinayət məsuliyyətinin əsaslarına dair CM-in 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Qanunun bu normasının mənasına görə, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. CM-in 7-ci maddəsində müəyyən edilmişdir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Şəxs təqsirsiz olaraq vurduğu zərərə görə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Qanunvericiliyin bu tələblərinə əsaslanaraq məhkəmə qeyd etməyi zəruri bilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi, cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-də müəyyən edilmiş qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 152.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 152.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini CM-in 59.1.12-ci maddəsinə, törətdiyi cinayət əməlini etiraf edərək əməlindən səmimi peşman olmasını və vətən müharibəsi iştirakçısı olması və “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilməsini CM-in 59.2-ci maddəsinə əsasən və onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini (müsbət xarakterizə olunması), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-in 60.1-ci maddəsinin tələblərinə görə bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 60.1-ci maddəsinə müəyyən edilmiş hallar olduğundan ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzası həmin maddədə nəzərdə tutulmuş həddən artıq ola bilməz. Çünki CM-in 60-cı maddəsində cəzanı yüngülləşdirən hallar olduqda qanunverici tərəfindən cəzanın təyin edilməsi qaydasının müəyyənləşdirilməsi cinayət qanununun əsas başlanğıclarından olan humanizm prinsipindən irəli gəlir. Buna dair cinayət qanunvericiliyinin tələbi ondan ibarətdir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Cinayət törədən şəxs barəsində humanizm prinsipi təqsirkara nisbətən yüngül cəza növünü seçmək və tətbiq etməklə cəzanın məqsədinə nail olmanı nəzərdə tutur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 152.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Həmçinin məhkəmə, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alıb, onun zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsdən şikayət və tələbinin olmamasını, təqsirləndirilən şəxs ilə zərərçəkmiş şəxsin gələcəkdə ailə həyatı qurmaq niyyətlərinin olmasını təqdirəlayiq hal kimi qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs barəsində CM-in 70-ci maddəsinə əsasən sınaq müddəti təyin edilməklə, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilməlidir. Qeyd olunan halları, qanunun ədalət və humanizm prinsiplərini nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin cəza çəkmədən islah olunması mümkündür. Ona görə də, Təqsirləndirilən şəxs barəsində cəza təyin edilməklə, həmin cəzanın CM-in 70-ci maddəsinin tələblərinə uyğun qaydada şərti olaraq tətbiq edilməsi ədalətli, qanuni və əsaslı hesab edilməlidir. Qeyd edilməlidir ki, şəxs bu zaman cinayət məsuliyyətindən azad olunmur, məhkəmə hökmü ilə təyin olunmuş cəza müəyyən olunmuş xüsusi formada, şərti həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzası öz mahiyyətinə uyğun olaraq yaradacağı mənəvi, psixoloji və digər məhrumiyyətlər bütövlükdə törədilmiş əmələ görə cəzanın məqsədinə çatmağa xidmət edən həddədir. Bununla belə, iş üzrə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi olmamasını, zərərçəkmiş şəxsin hətta təqsirləndirilən şəxslə ailə qurmaq niyyətinin olduğunu bildirməsi, bütövlükdə ailələrin barışmasını, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı real çəkəcəyi halda hər iki ailə üzvlərinin, o cümlədən təqsirləndirilən şəxslə zərərçəkmiş şəxsin, eləcə də ailələrinin yaşayacağı mənəvi, psixoloji və digər çətinlikləri, onların mənafelərini və gələcək talelərini, təqsirləndirilən şəxsin şəxsiyyətini də nəzərə alaraq məhkəmə, onun cəza çəkmədən islah olunmasını mümkün sayır. Belə ki, CM-in 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. CM-in 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Beləliklə, məhkəmə qeyd olunanları və qanunvericiliyin tələblərini rəhbər tutub, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını çəkmədən islah olunmasını mümkün sayaraq, həmin cəzanın şərti olaraq tətbiq edilməsi qənaətinə gəlmişdir ki belə olan halda onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə, CM-in 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsinin qoyulmasını məqsədə müvafiq hesab edir. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Müdafiəçi Beyləqan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə cəmi 15 (on beş) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Beyləqan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 15 (on beş) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 15 (on beş) saat hüquqi yardıma görə Beyləqan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 165 (yüz altmış beş) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia, maddi sübut və ekspertiza xərci yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-in 146.1-ci maddəsi). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə

hökm etdi:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 152.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunaraq təyin olunan azadlıqdan məhrum etmə cəzası şərti hesab edilməklə 1 (bir) il sınaq müddəti müəyyən edilsin. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək, davranışı üzərində nəzarəti həyata keçirən orqanın məlumatı olmadan daimi yaşayış yerini dəyişməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət Beyləqan rayon İcra və Probasiya şöbəsi tərəfindən həyata keçirilsin. Təqsirləndirilən şəxs təyin edilmiş sınaq müddətinin əvvəli məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 15 (on beş) saat hüquqi yardıma görə Beyləqan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 165 (yüz altmış beş) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Hakim: Xatın Cabbarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar