Azərbaycan Respublikası adından HÖKM Beyləqan rayon İş № 1(020)-22/2023 29.11.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Zərərçəkmis şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs, Təqsiriləndirilən şəxsin müdafiəçisi- Beyləqan rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1995-ci ildə Türkmənistan Respublikasının Türkmənbaşı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, fərdi əməklə məşğul olan, Şəmkir şəhəri G.Əsədov küçəsi ev 30-da qeydiyyatda olan, Beyləqan rayonu Aşağı Çəmənli kəndində yaşayan, barəsində Beyləqan rayon məhkəməsinin xx.xx.2023cü il tarixli qərarına əsasən axtarış elan edilməklə, həbs qətimkan tədbiri seçilmiş, xx.xx.2023-cü il tarixdə həbs edilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 16 sentyabr 2022-ci il tarixdə saat 19 radələrində Beyləqan rayonu, Aşağı Çəmənli kəndində küçədə özünü həmin vaxt orada olan şəxslərə qarşı qoyub, cəmiyyətə açıqca hörmətsizlik edib, özləri və ətrafdakı digər şəxslər üçün aşkar surətdə cəmiyyətdə insanlar arasında təşəkkül tapmış ictimai qaydaya laqeyidlik, etinasızlıq göstərərək, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış qaydalarını, ictimai qaydanı kobud surətdə pozaraq heç bir səbəb olmadan Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 ünvanına və ünvansız aqressiv tərzdə təhqiramiz ifadələr işlətməklə, Zərərçəkmiş şəxs1 üzərinə hücum edib, zor tətbiq etməklə yumruqla onun sifət nahiyəsinə qəsdən bir neçə dəfə vuraraq ona sol gözaltıalmacıq nahiyəsində hematoma, sol almacıq nahiyəsində isə qançır xarakterli dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər, Zərərçəkmiş şəxs3 zor tətbiq edib onun başına, qollarına və kürək nahiyəsinə yumruqla qəsdən bir neçə dəfə vuraraq ona təpə nahiyəsində yumşaq toxumaların şişkinlik halında əzilməsi, sol bazu nahiyəsində qançır xarakterli sağlamlığa zərər vurmayan xəsarətlər yetirmiş, həmçinin, Zərərçəkmiş şəxs2 əynindəki 25 manat dəyərində olan bir ədəd uzun qol kişi köynəyini qəsdən cıraraq zədələyib yarasız hala salmaqla qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bildi və ifadəsində göstərdi ki, Şəmkir rayonunda yaşayır, ara-sıra atasının yaşadığı Beyləqan rayonunun Çəmənli kəndinə gəlir və arasının yanında qalır. Zərərçəkmiş şəxs2 onların qonşuluğunda yaşayır. Yaşarla və digər zərərçəkmiş şəxslərlə aralarında narazılıq və kin küdurət yoxdur. Yaşarla atası Əlinin münasibəti soyuq olmuş, bu soyuqluğun səbəbi onun həyətindən Yaşarın öz həyətinə su kanalı açmaq istəməsi olmuşdur. 14 sentyabr 2022-ci il tarixdə Yaşar onların həyətinə gələrək ondan və atasından xəbərsiz həyətlərində video çəkiliş apardığına görə də aralarında mübahisə baş vermişdir. 16 sentyabr 2022-ci il tarixdə, saat 19:00 radələrində yaşadığı kəndin ərazisində Elman adlı şəxsə məxsus mağazaya getmiş, mağazadan çıxıb evə qayıtdıqda Yaşarın öz evinin qarşısında olduğunu görmüş, Yaşarı yaxına çağıraraq “mən sənin həyətinin hasarından içəri keçib namusuna sataşmışam? Atamı da gəlib söyürsən, həyətimizdə çəkiliş aparırsan” deyə bildirmişdir. Həmin vaxt Yaşarın arvadı Könül də orada olmuş, Yaşar onu nalayiq sözlərlə söyüb təhqir edərək münaqişə yaratmışdır. Bu zaman Yaşarın qonşuluğunda yaşayan yeznəsi Asif, Asifin oğlu Sadiq və arvadı səs-küyə həyətlərindən çıxmış, Asif həyətdən çıxanda əlində bel (lopatka) olmuş və ona yaxınlaşaraq heç bir söz demədən bel ilə onun başına, kürəyinə və bədəninin digər nahiyələrinə vurmuşdur. Daha sonra Asif onu nalayiq sözlərlə söyüb təhqir etmiş, o, özünü müdafiyə etmək məqsədilə Asifə yumruq atmış, atdığı yumruq Asifin göz nahiyəsinə dəymişdir. Həmçinin Yaşarı da yanlışlıqla vurmuşdur. Yaşar da onu vurmuşdur. Yaşarın arvadı Könül də qışqırıb səs-küy salmış, Asifin oğlu Sadiq isə kənarda dayanaraq ona yaxınlaşmamış və onu vurmamışdır. O, Könülü vurmamışdır. Onun atası Əli, anası Zəminə və bibisi Leylan səs-küyü eşidərək onların yanına gəlmiş və onu Yaşargildən aralaşdırıb evə aparmışlar. O, xəsarət aldığı üçün təcili tibbi yardıma müraciət etmiş, bir qədər sonra təcili tibbi yardım maşını gəlib onu xəstəxanaya aparmışdır. Xəstəxanada ona tibbi yardım göstərilmiş qolunun kəsilmiş yerinə tikiş vurulmuş, bir qədər sonra evə buraxılmışdır. O, münaqişədən sonra atası Əlinin baş nahiyəsində, sağ qolunda xəsarətlər olduğunu görmüş, Əlini kimin vurduğunu bilməmişdir. Hadisə Beyləqan rayonu, Aşağı Çəmənli kəndində küçədə Zərərçəkmiş şəxs2 evinin həyət darvazasının qarşısında yolda baş vermiş və təxminən 10 dəqiqə davam etmişdir. Asiflə onun əvvəllər heç bir mübahisəsi, aralarında heç bir qərəzli münasibətləri və düşmənçilikləri olmamışdır. Asif heç bir səbəb olmadan onu nalayiq sözlərlə söyüb təhqir etmiş və bel ilə vuraraq ona xəsarət yetirmişdir. O, hadisə zamanı Asifi bir dəfə yumruqla vurmuş, başqa heç kimi vurmamışdır. Münaqişə baş verən zaman atası Əlinin əlində bıçaq olmamış və Əli heç kimi bıçaqla vuracağı barədə hədələməmişdir. Zərərçəkmiş şəxslərdən üzr istəyir. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, o, Şahid6 və X4 qonşusu kimi tanımış, həmin şəxslərlə əvvəllər ədavət və düşmənçiliyi olmamışdır. Onun həyətinə gələn su arxı Şahid6 evinin yan tərəfindən keçmiş, Şahid6 onun həyətinə gələn həmin su arxını qarşısını kəsdiyinə görə həyətinə su apara bilməmişdir. Bu səbəbdən həyətində olan əkin sahəsini suvara bilməmiş, bu məsələ ilə bağlı bir necə dəfə Əli ilə söhbət edərək həyətinə gələn su arxını açmasını tələb etsə də Əli onun tələbinə məhəl qoymayaraq su arxanın qarşısını açmamışdır. Bununla bağlı Əli ilə bir necə dəfə arasında mübahisə baş vermiş, məcbur olub 2022ci ilin sentyabr ayının əvvəlində bu barədə Beyləqan rayon məhkəməsinə müraciət etmiş, məhkəməyə müraciət etməyini sonradan Şahid6 bilmişdir. 13 sentyabr 2022-ci il tarixdə saat 17 radələrində məhkəməyə təqdim etmək üçün həmin su arxının şəklini çəkmək məqsədilə azyaşlı oğlu Quluyev Həsənlə həmin yerə, yəni Əli ilə öz evinin arasında çəpərin yanına getmiş, həmin vaxt Şahid6 və Zəminə Miriyeva arxın şəklini çəkməsini ona irad tutmuşlar. O, arxın şəklini çəkib məhkəməyə müraciət edəcəyini bildirmiş, bu zaman Zəminə və Əli onunla mübahisə etmiş, daha sonra yerdən daş götürüb ona ataraq başına və kürəyinə vurmuşlar. O, daşlardan qorunmaq üçün oğlu Həsənlə həmin yeri tərk edib evinə getmişdir. Əli və Zəminə onu su arxının yanında daşla vurmuş, həmin vaxt yanında azyaşlı oğlu Həsəndən başqa heç kim olmamış, bu hadisə ümumilikdə təxminən 1-2 dəqiqə davam etmişdir. 16 sentyabr 2022-ci il tarixdə, saat 19 radələrində yaşadığı Beyləqan rayonu, Aşağı Çəmənli kəndində yerləşən evinin həyət darvazasının qarşısında arvadı Könül ilə dayanan zaman qonşusu Təqsirləndirilən şəxs küçə ilə piyada getdiyini görmüş, Məhərrəm onu görərək yanına çağırmış, yaxınlaşdıqdan sonra Məhərrəm heç bir səbəb olmadan onu nalayiq küçə söyüşləri söyüb təhqir etməyə başlamışdır. Onlarln arasında sözlə mübahisə yaranmış, Məhərrəmə sakit olmasını, nalayiq ifadələr işlətməməsini deməsinə baxmayaraq, Məhərrəm iradlara məhəl qoymayaraq ucadan danışıb sözlə onu təhqir etməyə davam etmiş, Məhərrəmin səs küyünə arvadı Könül gəlib onlara yaxınlaşmış və Məhərrəmə sakit olmasını demişdir. Bu zaman Məhərrəm Könülü də nalayiq sözlərlə söymüş, daha sonra Könülə yaxınlaşaraq yumruqla başına və bədəninin müxtəlif nahiyələrinə vurub döymüşdür. O, araya girərək Məhərrəmi sakitləşdirməyə çalışmışdır. Məhərrəm əl atıb onun əynində olan köynəyindən tutub dartaraq köynəyini çırmış, daha sonra yumruqla onun bədəninin müxtəlif nahiyələrinə vurmuşdur. Məhərrəmin səs küyünə yaxınlıqda yaşayan qohumu Asif gəlmiş, Asif araya girib Məhərrəmi sakitləşdirməyə çalışmış, lakin Məhərrəm sakitləşməyərək Asifin də ünvanına nalayiq sözlər işlətmiş və Asifin üstünə cumaraq yumruqla sifət nahiyəsinə bir necə dəfə vurmuşdur. Məhərrəmin səs-küyünə küçəyə bir cox adam yığışmış, sonra Məhərrəmin atası Əli, anası Zəminə və bibisi Leylan da həmin yerə gəlmişdir. Əli cibindən bıçaq çıxararaq havada fırlatmış, onu və Asifi bıçaqla vuracağı ilə hədələmişdir. Məhərrəm bıçağı atası Əlidən istəyərək onları vuracağı ilə hədələmiş, həmin vaxt o, arvadı Könülü dartıb kənara çəkərək yaşadıqları evə aparmışdır. Onların ardınca Asif də onun yaşadığı evə gəlmiş, sonra həyət darvazasını bağlamış və dərhal Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək şikayət etmişdir. Münaqişə zamanı Məhərrəm yumruq ilə onun qolundan və belindən vurmuş və əynində olan köynəyini dartıb çırmışdır. Asif həmin vaxt Məhərrəmi və Əlini bel ilə vurmamış, əksinə Məhərəm yumruq ilə Asifin sifət nahiyəsinə bir necə dəfə vurmuş, Sadiq isə münaqişəyə müdaxilə etməmiş və bir qədər kənarda dayanıb baxdıqdan sonra evinə getmişdir. O, Məhərrəmi və ya Əlini vurmamış, baş vermiş hadisə Beyləqan rayonu, Aşağı Çəmənli kəndində onun evinin giriş darvazasının qarşısında küçədə baş vermiş, hadisə zamanı orada Asif, Məhərrəm, Əli, Könül, Leylan, Zəminə, Sadiq, Lətifə, yaxınlıqda mağazada işləyən Elman olmuşdur. Bundan başqa adlarını bilmədiyi təxminən 20 nəfər adam küçədə hadisə yerinə toplaşmışdır. Hadisə zamanı o, evdən bıçaq götürməmiş və Məhərrəmin qoluna bıçaqla vurmamışdır. O, həmçinin, X1 vurmamış və döyməmiş, Leylan qərəzli olaraq onun barəsində yalan məzmunlu şikayət etmişdir. Məhərrəm tərəfindən cırılmış köynəyi evdə saxlamış, həmin köynək cırıldıqdan sonra yararsız vəziyətə düşmüş və bunun nəticəsində ona təxminən 23-25 manat civarında maddi zərər vurulmuşdur. Təqsirləndirilən şəxsdən şikayətçidir. Onun barədində qanuni qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs- Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, Şahid6 onun qonşusudur, Əlinin həyətindən onun yaşadığı evin həyətinə gələn su arxının Əli xeyli müddətdir ki, qarşısını bağlamış, bu səbəbdən həyətlərinə su apara bilməmişdir. Bunun nəticəsində Şahid6 ilə aralarında soyuqluq yaranmış, həyat yoldaşı Yaşar bir neçə dəfə evlərinin həyətinə su kanalı çəkmək istəmiş, lakin Əli imkan verməmiş, bu səbəbdən aralarında bir necə dəfə mübahisə baş vermişdir. 16 sentyabr 2022-ci il tarixdə yaşadığı evdə olarkən Təqsirləndirilən şəxs evlərinin həyətinin hasarından bir necə dəfə boylanaraq onu söyüb təhqir etmiş, o, Məhərrəmin onun söyməsinə fikir verməmişdir. Həmin gün saat 19 radələrində evinin həyətinin darvazasından küçəyə çıxıb orada əri Yaşarla dayanmış, yaxınlıqda yerləşən Elmana məxsus olan mağazaya cay almaq üçün getmək istədikdə küçədə evinin darvazası ilə mağazanın arasında olan yerdə Məhərrəmi görmüşdür. Məhərrəm Yaşarı yanına çağırmış, Yaşar ona yaxınlaşanda mübahisə edərək heç bir səbəb olmadan Yaşarı və nalayiq sözlərlə söyərək təhqir etmişdir. Yaşar Məhərrəmə öz iradını bildirib, söyüş söyməməsini desə də, Məhərrəm nalayiq ifadələrini işlədərək onu və Yaşarı söyməyə davam etmişdir. O, Məhərrəmin söydüyü söyüşlərin onun yəni Məhərrəmin anası və bacısına aid olduğunu Məhərrəmə demiş, Məhərrəm ona yaxınlaşaraq yumruqla başına, qoluna, kürəyinə və digər nahiyələrinə vurub onu döymüş, Yaşar araya girib Məhərrəmi tutub saxlamaq istədikdə Məhərrəm Yaşarı da vurmuş, əynində olan köynəyini dartıb çırmışdır. O, qışqırıb köməyə adam çağırmış, bu zaman Məhərrəmin analığı Zəminə və bibisi Leylan oraya gəlmişdir. Həmin şəxslər Məhrrəmi sakitləşdirməmişlər, səs-küyə yaxınlıqda yaşayan qohumu Asif də oraya gələrək Məhərrəmi ondan aralamışdır. Məhərrəm həmin vaxt Asiflə mübahisə etmiş, daha sonra yumruq ilə Asifin sifət nahiyəsinə iki dəfə vurmuşdur. Daha sonra Məhərrəmin atası Əli də oraya gəlmiş, Əli oğlu Məhərrəmi müdafiyə edərək cibindən bıçaq çıxarıb onları hədələmişdir. Məhərrəm həmin vaxt yumruqla Yaşarın qoluna vurmuş, bundan sonra atası Əlidən bıçağı ona verməsini istəmiş və onları bıçaqla vuracağını demişdir. Bunu eşidən kimi, o, Asif və əri Yaşar yaşadıqları evə daxil olaraq dərhal Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edib hadisə barədə məlumat vermiş, münaqişə zamanı Məhərrəm yumruqla onun başına qoluna və kürəyinə vurmuşdur. Asif Məhərrəmi və Əlini bel ilə vurmamış, Sadiq isə münaqişəyə müdaxilə etməyərək bir qədər kənarda dayanıb baxdıqdan sonra evinə getmişdir. Hadisə zamanı orada Yaşar, Asif, Məhərrəm, Əli, Leylan, Zəminə, Sadiq, Lətifə, yaxınlıqda mağazada işləyən Elman olmuş, bundan başqa adlarını bilmədiyi təxminən 20 nəfər adam oraya toplaşmışdır. Hadisə zamanı Yaşar evdən bıçaq götürməmiş və Məhərrəmin qoluna bıçaqla vurmamışdır. Təqsirləndirilən şəxsən şikayətçidir. Təqsirləndirilən şəxsin barəsində qanuni qərar qəbul edilməsini nəhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs -Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs2 onun qohumu olmaqla onunla qonşuluqda yaşayır, eyni zamanda Şahid6 da onun qonşusudur. Yaşar ilə Əli arasında uzun müddətdir suya görə mübahisələr baş vermiş, o, həmin mübahisələrə müdaxilə etməmişdir. Yaşarın evinin həyətinə gedən su kanalını Əli bağlamış və Yaşar həyətinə su apara bilməmişdir. O, 16 sentyabr 2022-ci il tarixdə cöl torpaq sahəsindən yaşadığı evə gəlmiş, həmin gün saat 19:00 radələrində səs-küy eşidib küçəyə çıxdıqda Təqsirləndirilən şəxs qaynı Yaşarın həyat yoldaşı Zərərçəkmiş şəxs3m döyməsini görmüş, Könül qışqıraraq kömək istəmişdir. Yaşar Könülü vurub döyməsin deyə Məhərrəmi saxlamaq istəmiş, Məhərrəm isə Yaşara da əl-qol atıb vurmuş, Yaşarın yaxasından tutub dartaraq köynəyini çırmış, Yaşarı və Könülü nalayiq sözlərlə söymüşdür. O, yaxınlaşaraq Məhərrəmi sakitləşdirmək Könüldən uzaqlaşdırmaq istəmiş, bu zaman Məhərrəm ona «elə bilirsən ki, səndən qorxuram» deyərək sonra heç bir səbəb olmadan onu nalayiq sözlərlə söyüb təhqir etmiş və üstünə cumaraq yumruq ilə sifət və göz nahiyəsinə iki dəfə vurmuşdur. Həmin vaxt Məhərrəmin atası Əli, anası Zəminə, bibisi Leylan oraya gəlmişlər, Məhərrəmi sakitləşdirmək əvəzinə Yaşar və Könül ilə mübahisə etmiş. Əli Şahid6ndə bıçaq fırladaraq onları vuracağı ilə hədələmiş, Məhərrəm isə atası Əlidən bıçağı ona verməsini istəmiş və bıçaqla onları vuracağı ilə hədələmiş, lakin Əli bıçağı Məhərrəmə verməmişdir. O, aranın tamam qarışdığını görüb Yaşar və Könül ilə oradan uzaqlaşaraq Yaşarın həyətinə daxil olmuşdur. Daha sonra Yaşar Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək şikayət etmiş, bir qədər sonra polis əməkdaşları hadisə yerinə gəlmişlər. Onu konkret olaraq Təqsirləndirilən şəxs yumruqla iki dəfə sifətindən və qaş nahiyəsindən vurmuşdur. O, münaqişə zamanı Məhərrəmi və Əlini bel ilə vurmamış, Sadiq isə münaqişəyə müdaxilə etməyərək kənarda dayanıb bir qədər baxdıqdan sonra evə getmişdir. Hadisə Beyləqan rayonu, Aşağı Çəmənli kəndində Yaşarın evinin qarşısında, küçədə baş vermiş, hadisə zamanı orada Yaşar, Məhərrəm, Əli, Könül, Leylan, Zəminə, Sadiq, Lətifə və yaxınlıqda mağazada işləyən Elman olmuşlar. Bundan başqa adlarını bilmədiyi təxminən 20 nəfər də küçədə hadisə yerinə toplaşmışdır. O, hadisə yerinə gələndən sonra Yaşarın əlində bıçaq görməmiş, Yaşarın bıçaqla Məhərrəmin qoluna vurduğunun və ya kəsdiyinin şahidi olmamışdır. Məhərrəm eləcə də yumruqla Könülün başına, qoluna Yaşarın bədəninin müxtəlif nahiyələrinə vurmuş və Yaşarın köynəyini cırmışdır. Münaqişə zamanı o, Yaşarın orada X1 vurmasını və ya döyməsini görməmişdir. Təqsirləndirilən şəxsi bağışlayır, ondan şikayəti yoxdur. təqsirləndirilən şəxsə yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. İş üzrə şahid qismində dindirilmiş Şahid1 məhkəmədə Zərərçəkmiş şəxs1 ilə eyni məzmunlu ifadə verdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, o, Beyləqan rayonu Aşağı Çəmənli kəndində ailəsi ilə birlikdə yaşayır, Zərərçəkmiş şəxs2lə həmkəndli olmaqla yaxın qonşu olmuşdur. Yaşar ilə münasibətləri soyuqdur. Öz yaşadığı evin həyətindən Yaşarın həyətinə su kanalı açmış, Yaşar həmin su kanalı ilə həyətinə su apararaq həyətindəki ağaclarını və əkin sahəsini suvarmışdır. Lakin Yaşar gecə vaxtlarında da saat 01 və ya 02 radələrində ondan icazəsiz həyətinə keçib kanaldan suyu açıb həyətinə aparmışdır. Bir necə dəfə Yaşara iradını bildirərək gecə saatlarında ailəsi ilə yatan zaman onun həyətinə girməməyi demiş, lakin Yaşar onun sözünə heç bir əhəmiyyət verməyərək sonradan yenə gecə saatlarında ondan icazəsiz həyətinə daxil olub kanaldan su açıb öz həyətinə aparmışdır. Bu səbəbdən sonradan həyətindən keçən həmin su kanalının qarşısını kəsmişdir. Bundan sonra Yaşar ilə onun arasında bir necə dəfə sözlə mübahisə olmuşdur. xx.xx.2022-ci il tarixdə təxminən saat 17 radələrində Yaşar onun evinin həyətinə gələrək ondan xəbərsiz həyətində video çəkiliş aparan zaman o evdə olmamışdır. Lakin arvadı Zəminə Yaşarı çəkiliş aparanda görmüş və yaxınlaşıb Yaşara nə üçün çəkiliş apardığını soruşmuşdur. Yaşar onun arvadı Zəminəni nalayiq sözlərlə söyüb təhqir etmiş və əlində olan bel ilə Zəminəni vurmaq istəmişdir. Zəminə qaçaraq küçəyə çıxmışdır. O sonradan evinə gələndə arvadı Zəminə bunu ona demişdir. Həmin günü 102 zəng xidmətinə zəng edərək Yaşarın qanunsuz hərəkəti barədə şikayət etmiş, şikayət edəndən sonra həmin günü polis əməkdaşları onun evinə gələrək ondan izahat almışdılar. Bundan sonra xx.xx.2022-ci il tarixdə təxminən saat 19 radələrində mağazadan evə gələrkən Zərərçəkmiş şəxs2 evinin qarşısına çatanda Yaşar arvadı Könül ilə və qohumu Zərərçəkmiş şəxs1 ilə onun oğlu Təqsirləndirilən şəxs yumruqla və əllərindəki bel ilə vurub döydüklərini görmüşdür. Özünü tez onlara çatırıb Yaşarın, Könülün və Asifin qarşısına vermişdir. Lakin onlar dayanmayaraq Məhərrəmi və onu bel ilə vurub döymüşlər. Asif bel ilə onun sağ çiyninə, qoluna və başına vurmuş, Məhərrəmi isə döyüb yerə yıxmışdır. Oğlu Məhərrəmin vəziyəti ağırlaşdığından hadisə yerinə gələn arvadı Zəminə onu yerdən qaldırıb evə aparmışdır. Bundan sonra, özü də bir təhər aradan çıxıb evinə getmişdir. Yaşar, Könül və Asif onun oğlu Məhərrəmi bel ilə və bıçaqla vurub xəsarət yetirmişdilər. Yaşar bıçaqla Məhərrəmin qolunun bilək nahiyyəsini kəsmişdir. Hadisə yerində olan bacısı Leylan onları yəni Yaşarı, Asifi və Könülü onlardan aralaşdırmışdır. Bundan sonra o, hadisə barədə DİN-in 102 xidmətinə məlumat vermiş, daha sonra Məhərrəm ilə birlikdə xəstəxanaya gedib tibbi yardım almışdır. Münaqişə zamanı Asifin bel ilə Yaşarın isə təpiklə oğlu Məhərrəmi vurduqlarını görmüşdür. Həmin vaxtı Məhərrəmin qolunun bilək nahiyəsi kəsilmiş və qanamışdır. Sonradan Məhərrəmin ona deməsinə görə Yaşarın bıçaq ilə onun qolundan vurub biləyini kəsməsini bilmişdir. Hadisə yerində Yaşarın və başqa kimsənin əlində bıçaq görməmişdir. Lakin Yaşarın onun oğlu Məhərrəmin qoluna bıçaqla vuraraq biləyini kəsməsini ona sonradan Məhərrəm demişdir. Hadisə zamanı Zərərçəkmiş şəxs1 onun hər iki qolundan və baş nahiyəsindən bel (lopatka) ilə vurmuşdur. Hadisə Beyləqan rayonu, Aşağı Çəmənli kəndində küçədə Yaşarın evinin qarşısında baş vermişdir. Arvadı Zəminə, oğlu Məhərrəm, bacısı Leylan, qonşusu Asif, Yaşar, Könül, Lətifə, Sadiq və bir necə kənd sakinləri hadisə yerində olmuşdu. Münaqişə zamanı onun əlində bıçaq olmadığını heç kimi söyüb təhqir etmədiyini və vurmadığını, eləcə də bıçaqla kimisə vuracağı barədə hədələmədiyini bildirmişdir. Hadisə zamanı bıçaq Yaşarın əlində olduğunu və Məhərrəmi bıçaqla Yaşarın vurduğunu bildirmişdir. xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs2 onun azyaşlı oğlu MirŞahid6 döymüşdür. Bu barədə xx.xx.2022-ci il tarixdə Beyləqan RPŞ-nə ərizə vermiş və təhqiqat bölməsində araşdırma aparılmışdır. Həmin araşdırmadan narazı olduğu üçün xx.xx.2022-ci il tarixdə 102 xidmətinə zəng etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 Şahid6 ilə eyni məzmunlu ifadə verdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə təxminən saat 17:00 radələrində Bakı şəhərindən Beyləqan rayonu, Aşağı Çəmənli kəndində yaşayan qardaşı Şahid6 evinə qonaq gəlmişdir. Gəldikdən sonra qardaşı Əlidən və onun ailə üzvlərindən eşidib bilmişdir ki, qonşuları Zərərçəkmiş şəxs2 onlarla mübahisə etmiş, xx.xx.2022-ci il tarixdə Yaşar onun qardaşı Əlinin həyətində evdəkilərdən icazəsiz video çəkiliş aparmışdır. Buna görə Yaşar ilə qardaşı Əlinin aralarında mübahisə yaranmışdır. xx.xx.2022-ci il tarixdə saat 19 radələrində Beyləqan rayonu, Aşağı Çəmənli kəndində qardaşı Əlinin evində olarkən küçədə səs küy eşidərək küçəyə çıxdıqda Zərərçəkmiş şəxs2 evi tərəfdən səsin gəldiyini görüb ora getmişdir. Həmin yerə çatanda Zərərçəkmiş şəxs2, arvadı Könül və qohumları Asifin onun qardaşı oğlu Təqsirləndirilən şəxs vurub döydüklərini görmüşdür. Asif əlində olan bel (lopatka) ilə Məhərrəmi vurduğunu görmüşdür. Məhərrəm isə özünü qorumağa çalışmışdır. Onlara yaxınlaşanda Zərərçəkmiş şəxs2 əlində bıçaq Məhərrəmi vurmaq istədiyini görmüş, Yaşar bıçaq ilə Məhərəmi vurmaq istəyəndə Məhərəm əlini qarşıya uzatmış və bu zaman bıçaq Məhərrəmin qoluna dəyərək biləyini kəsmişdir. Həmin an o araya daxil olmuş və onları aralamışdır. Bu zaman Asif əlində olan bel (lopatka) ilə Məhərrəmin başına, belinə və bədəninin müxtəlif nahiyələrinə vuraraq Məhərrəmi yerə yıxmışdır. O, Asifi güc ilə Məhərrəmdən aralamışdır. Həmin vaxtı Yaşar da təpiklə Məhərrəmi vurmuşdur. Bu an qardaşı Əli və arvadı Zəminə hadisə yerinə gəlmişlər. Əli araya daxil olduqda Asif bel (lopatka) ilə Əlini də vurmuşdu. O, Məhərrəmi onların əlindən almaq üçün araya girəndə və əyilib Məhərrəmi yerdən qaldırmaq istədikdə Yaşar təpiklə onun kürək nahiyəsindən bel (lopatka) ilə onun yan tərəfindən və belindən vurmuşdur. Yaşarın arvadı Könül də onunla əlbəyaxa olmuş və onun saçını yolmuşdur. Hadisə yerinə qonşular yığılmış, yaxınlıqdakı mağazada işləyən Elman bu hadisəni görmüşdür. Həmin vaxtı Zəminə yaxınlaşıb Məhərrəmi yerdən qaldırıb evinə aparmışdır. Onların ardınca o qardaşı Əli ilə oradan aralanıb evə getmişdir. Münaqişə zamanı Yaşar bıçaq ilə Məhərrəmin qolundan vurub biləyini kəsmiş, Asif isə bel (lopatka) ilə Məhərrəmin kürəyindən, başından və digər nahiyələrindən vurmuşdur. Hadisə zamanı Zərərçəkmiş şəxs2 bel (lopatka) ilə onun sol yanından və belindən vurmuş, eləcə də təpiklə belindən vurduğunu bildirmişdir. Hadisə Beyləqan rayonu, Aşağı Çəmənli kəndində Yaşarın evinin qarşısında küçədə baş vermiş, hadisə zamanı orada Məhərrəm, Əli, Zəminə, Yaşar, Könül, Lətifə, Sadiq, Asif, Elman və adlarını bilmədiyi təxminən 20-30 nəfər kənd sakinləri olmuşdur. O həmin vaxtı heç kimi vurmadığını bildirmiş, Məhərrəm isə özünü müdafiə etmişdir və bunun üçün də Asifə əl-qol atmışdır. Ola bilsin ki, həmin vaxtı Məhərrəmin əli Asifə dəymişdir. Yaşar və ailə üzvləri onun qardaşı Əli və Əlinin ailə üzvlərilə qərəzli münasibətdə olmuşlar. Məhkəmə iclasında ifadəsi elan edilən Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, onun Beyləqan rayonu Aşağı Çəmənli kəndində özünə məxsus ərzaq dükanı vardır, həmin dükanda özü işləyir. Beyləqan rayonu Aşağı Çəmənli kəndində yaşayan X5, onun ailə üzvlərini, eləcədə həmin kəntdə yaşayan Şahid6 və onun ailə üzvülərini tanımışdır. Zərərçəkmiş şəxs2 yaşadığı evin onun işlədiyi mağazanın yanında yerləşdiyini bildirmişdir. Yaşarın evinin həyət darvazası ilə onun mağazası üz üzə olmuşdur. Zərərçəkmiş şəxs2 evi ilə Şahid6 evinin arasında bir ev yerləşdiyini bildirmişdir. Yaşar ilə Əli arasında uzun müddət su üstündə mübahisələri olmuşdur. xx.xx.2022-ci il tarixdə, saat 19 radələrində mağazada alver edərkən mağazanın qarşısında küçədə səs küy dava-dalaş səsləri eşidib mağazadan küçəyə çıxmışdır. Həmin vaxtı Yaşar, Yaşarın arvadı Könül və qohumu Asif ilə Şahid6, Əlinin oğlu Məhərrəmin və Əlinin bacısı Leylanın dalaşdıqlarını görmüşdü. Onlar hamısı bir-birinin üstünə çumub əlləri ilə bir-birilərini vurduqlarını görmüşdü. O mağazasının qarşısında dayanmış və onların davasına heç bir müdaxilə etməmişdi. Səsə mağazadan küçəyə çıxan vaxtı mağazada müştərilər olduğundan o küçədə cox dayanmayaraq mağazaya qayıdıb müştərilərə xidmət göstərmişdir. Yaşar və ailə üzvüləri ilə Əli və ailə üzvüləri arasında baş verən dava-dalaşın təxminən 10-15 dəqiqə davam etdiyini bildirmişdir. Bundan sonra onlar ayrılıb öz evlərinə getmişdilər. Dava-dalaş zamanı tərəflər bir-birlərini ucadan nalayiq sözlərlə söymüşdülər. Onların səs küyünü ətrafda yerləşən evlərdə yaşayan insanlar eşitmiş və səs küyə bir cox insanlar hadisə yerinə yığışdıqlarını bildirmişdir. Həmin vaxtı mağazada adlarını bilmədiyi lakin üzdən tanıdığı müştərilər olmuşdular. Mağazada olan müştərilər də bu hadisəni görmüşdülər. Bundan başqa küçənin başında təxminən 20-30 nəfər insan yığışıb onların davasına tamaşa etmiş, yoldan keçən avtomobillər dayanmış, avtomobildə olan insanların avtomobildən düşüb onlara tamaşa etdiyini bildirmişdir. Dava-dalaş zamanı o, Asifin, Yaşarın, Əlinin və Məhərrəmin əlində bel (lopatka) və bıçaq görməmişdir, lakin ola bilsin ki, o mağazaya qayıdıb müştərilərə xidmət göstərən zaman tərəflər dalaşan vaxtı bıçaqdan və ya lopatkadan istifadə edib bir-birilərini vurmuşlar, lakin o bunu görməmişdir. Yaşar, Asif, Məhərrəm və Əli hamısı bir birinə girişərək əl qol ataraq bir-birlərini vurmuşdular. Lakin o, konkret kimin kimi harasından vurduğunu dəqiq görməmişdir. Məhkəmə iclasında ifadəsi elan edilən Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 onun qardaşıdır. Həmkəndlisi Şahid6 Yaşar ilə qonşuluqda yaşamış, Şahid6lə Zərərçəkmiş şəxs2 arasında su üstündə uzun müddət mübahisələr olmuşdur. Yaşarın həyətinə su Əlinin həyətindən keçən su kanalı ilə gəlmiş, həmin su kanalını Əli doldurduğuna görə Yaşarın həyətinə su getməmişdir. 16 sentyabr 2022-ci il tarixdə, saat 19 radələrində küçədə səs-küy dava-dalaş səsləri eşitmiş, narahat olaraq küçəyə çıxmış, küçəyə çıxdıqda qardaşı Yaşarın evinin darvazasının qarşısında qonşusu Təqsirləndirilən şəxs Yaşarın arvadı Könülü nalayiq sözlərə söyüb təhqir edərək əli ilə vurub döydüyünü görmüşdür. Onun həyat yoldaşı Asif araya girərək Məhərrəmi sakitləşdirmək istəmiş, Məhərrəm yumruqla Asifin sifət nahiyəsinə bir necə dəfə vurmuşdur. Səs-küyə küçəyə bir cox adam yığışmış, Məhərrəm həmin vaxt Yaşarı da əli vurmuş, köynəyini dartıb cırmışdır. Məhərrəm və atası Əli nalayiq sözlərlə Yaşarı, Asifi və Könülü söyüb təhqir etmişlər. Məhərrəmin yumruqla Asifi vurması nəticəsində Asif sifət və göz nahiyələrindən xəsarət almışdır. O, Təqsirləndirilən şəxs, Şahid6, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 əlində bıçaq və ya bel görməmiş, oğlu Şahid1 münaqişə yerində olmasının şahidi olmamış, həmin dava-dalaşda Sadiq iştirak etməmiş və heç kimi bel ilə vurmamışdır. Hadisə Yaşarın evinin darvazasının qarşısında, küçədə baş vermiş, Məhərrəmin anası Zəminə və bibisi Leylan da orada olmuşlar. Səs-küyə təxminən 15-20 nəfər adam oraya toplaşmış və kənarda dayanıb tamaşa etmişlər. İş materiallarına əlavə edilmiş cinayət işinin başlan və icraata qəbul edilməsi barədə qərardan görünür ki, Cinayət işinin başlanmasına səbəb və əsas Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Şahid1, Təqsirləndirilən şəxs, Şahid6 və Zərərçəkmiş şəxs1 döyülmələri barədə xx.xx.2022ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidməti-zəng mərkəzi sisteminə və Beyləqan rayon polis şöbəsinə etdikləri müraciətlər əsasında Beyləqan rayon-^polis şöbəsinin Təhqiqat bölməsində toplanmış materiallar olmuşdur. İş materiallarına əlavə edilmiş Məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 724/22 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs1 sol gözaltı-almaçıq nahiyəsində hematoma, sol almaçıq nahiyəsində isə qançır aşkar olunmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, xx.xx.2022-ci il tarixdə yumruq zərbələrinin təsiri nətiçəsində əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. İş materiallarına əlavə edilmiş Məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 723/22 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 təpə nahiyəsində yumşaq toxumaların şişkinlik halında əzilməsi, sol bazu nahiyəsində isə qançır aşkar olunmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, xx.xx.2022-ci il tarixdə yumruqla vurulma nətiçəsində əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilmir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 17 nömrəli arayışa əsasən Zərərçəkmiş şəxs2 məxsus olan bir ədəd 100% pambıqdan istehsal olunmuş, ağ-göy rəngli dama naxışları olan Hindistanda istehsal olunmuş uzun qol kişi köynəyinin sentyabr 2022-ci il tarixə orta bazar qiyməti 25,00 manat civarındadır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən və iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarına əlavə edilmiş Beyləqan rayon Polis şöbəsinə verilmiş əməliyyat tapşırığı xx.xx.2023-cü il tarixli, 32/3- 13-67/2-2502 saylı cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 19 radələrində Beyləqan rayonu, Aşağı Çəmənli kəndində küçədə həmkəndliləri Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 ilə dalaşaraq birbirilərini nalayiq küçə söyüşləri ilə söyüb təhir edərək Zərərçəkmiş şəxs1 bel (lopatka) ilə Təqsirləndirilən şəxs başına və bədəninin müxtəlif nahiyələrinə vurmuş, Zərərçəkmiş şəxs2 isə bıçaqla Təqsirləndirilən şəxs qolunun bilək nahiyəsinə vuraraq ona xəsarət yetirməklə döymüşlər, eyni zamanda Təqsirləndirilən şəxs hadisə zamanı yumruqla bir necə dəfə Zərərçəkmiş şəxs1 sifət nahiyəsinə Konul Abbasovanın başına və bədəninin müxtəlif nahiyələrinə bir necə dəfə vuraraq xəsarətlər yetirmiş, Zərərçəkmiş şəxs2 əynində olan köynəyini cırmışdır. Beləliklə təqsirləndirilən şəxsin qismən etirafı ilə yanaşı məhkəmə iclasında zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, habelə işin məhkəmə iclasında tədqiq edilib öz təsdiqini tapmış digər materialları ilə Təqsirləndirilən şəxs 16 sentyabr 2022-ci il tarixdə saat 19 radələrində Beyləqan rayonu, Aşağı Çəmənli kəndində küçədə özünü həmin vaxt orada olan şəxslərə qarşı qoyub, cəmiyyətə açıqca hörmətsizlik edib, özləri və ətrafdakı digər şəxslər üçün aşkar surətdə cəmiyyətdə insanlar arasında təşəkkül tapmış ictimai qaydaya laqeyidlik, etinasızlıq göstərərək, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış qaydalarını, ictimai qaydanı kobud surətdə pozaraq heç bir səbəb olmadan Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 ünvanına və ünvansız aqressiv tərzdə təhqiramiz ifadələr işlətməklə, Zərərçəkmiş şəxs1 üzərinə hücum edib, zor tətbiq etməklə yumruqla onun sifət nahiyəsinə qəsdən bir neçə dəfə vuraraq ona sol gözaltı-almacıq nahiyəsində hematoma, sol almacıq nahiyəsində isə qançır xarakterli dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər, Zərərçəkmiş şəxs3 zor tətbiq edib onun başına, qollarına və kürək nahiyəsinə yumruqla qəsdən bir neçə dəfə vuraraq ona təpə nahiyəsində yumşaq toxumaların şişkinlik halında əzilməsi, sol bazu nahiyəsində qançır xarakterli sağlamlığa zərər vurmayan xəsarətlər yetirmiş, həmçinin, Zərərçəkmiş şəxs2 əynindəki 25 manat dəyərində olan bir ədəd uzun qol kişi köynəyini qəsdən cıraraq zədələyib yarasız hala salmaqla qərəzli xuliqanlıq hərəkətləri etməsi kifayət qədər sübuta yetdi. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 döyməməsini göstərsə də, onun ifadəsindəki həmin xüsusat işin məhkəmə iclasında araşdırılmış hallarla təkzib edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin hərəkətində Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsinin tərkibi vardır. İbtidai istintaq orqanı tərəfindən onun əməli həmin maddə ilə düzgün tövsif edilmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58 və 59-cu maddəsinin tələblərini, o cümlədən təqsirləndirilən şəxsin törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal Zərərçəkmiş şəxs1 ondan şikayətçi olmamasıdır, onun Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası CM-nin 221.1-ci maddələrinin sanksiyasına uyğun olaraq azadlıqdan məhrumetmə cəzası təyin edilməli və Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən o, təyin olunmuş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs 04 fevral 2023cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, 06 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuş və eyni tarixli qərarla barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Bundan başqa, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Beyləqan rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən axtarış elan edilməklə, həbs qətimkan tədbiri seçilmiş, Rusiya Federasiyası , Moskva şəhəri, Çeremuşkin rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla, xx.xx.2024-cü il tarixədək uzadılmışdır. Həmin qərarla, göstərilən həbs müddətinə hazırki iş üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Təqsirləndirilən şəxs Rusiya Federasiyasında tutulduğu müddət də daxil edilmişdir. İş materiallarına əsasən müəyyən edilir ki, hazırki iş üzrə zərər cəkmis şəxslər olan Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 barəsində Beyləqan rayon məhkəməsinin icraatında, bu cinayət işindən ayrıca icraata ayrılmış Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə cinayət işi vardır, habelə, Şahid6 və X3 Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb edilmələrindən ötrü barələrində inzibati icraat açılmışdır. İş üzrə zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs2 ona vurulmuş 25 manat maddi ziyanla bağlı məhkəmədə mülki qaydada iddia qaldırmaq hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384.1-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 04 fevral 2023-cü il tarixdən 06 fevral 2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət, habelə, Rusiya Federasiyasında xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək saxlandığı 05 gün müddət azadlıqdan məhrumetmə cəzasına bir günə bir gün hesablansın, üzərində qəti olaraq 05 (beş) ay 23 (iyirmi üç) gün müddətə azadlqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli həbsə alındığı 07 avqust 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi subut- Beyləqan rayon polis şöbəsinin maddi sübutların saxlanc otağında saxlanılan cırılmış vəziyətdə, üzərində göy-ağ rəngli dama naxışları olan 1 ədəd uzunqol kişi köynəyi Zərərçəkmiş şəxs2 qaytarılsın. Təqsirləndirilən şəxs məhkəmə baxışında göstərdiyi hüquqi yardıma görə cəmi 21 (iyirmi bir) saat üçün 126 (yüz iyirmi altı) manat Beyləqan rayon vəkil bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmün surəti həmin hissədə icrası üçün Azərbaycan Respublikası Vəkillər Kollegiyasına göndərilsin. İş üzrə zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs2 ona vurulmuş 25 manat maddi ziyanla bağlı məhkəmədə mülki qaydada iddia qaldırmaq hüququ izah edilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Beyləqan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Həmin müddət ərzində şikayət və protest verilməzsə hökm həmin müddət bitdiyi gündən sonrakı gün qanuni qüvvəsini alır. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №1(020)-22/2023
Beyləqan Rayon Məhkəməsi Hökm — İş №1(020)-22/2023
29.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver