Məhkəmə qərarları › İş №1(020)-23/2023

Beyləqan Rayon Məhkəməsi Hökm — İş №1(020)-23/2023

12.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Beyləqan rayon İş № 1(020)-23/2023 12.04.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Dövlət ittihamçısı– Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi- Beyləqan rayon Vəkil Bürosunun vəkili- Müdafiəçi2 iştirakı ilə, xx.xx.1982-ci ildə Beyləqan rayonu, Çəmənli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, işləməyən, Beyləqan rayonu, Yuxarı Çəmənli kəndində qeydiyyatda olan və yaşayan barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Bəbirov X4 rayonunun Yuxarı Çəmənli kəndində yaşadığı fərdi yaşayış evində 29 iyun 2022-ci il tarixdə tamah niyyəti ilə özünə məxsus olan “Hp ENVY” markalı “13-ah0051wm” modelli “notebook” (laptop) kompüterdə “Adobe Photoshop” adlı proqram təminatı vasitəsi ilə hüquq verən, yəni özəl şirkətlərə işə qəbul zamanı işəgötürənə təqdim edilməsi üçün nəzərdə tutulan və rəsmi sənəd hesab olunan 10 iyul 2022-ci il tarixli, ******* nömrəli X6 blankını istifadə etmək, yəni işə götürən şirkətlərə təqdim olunması məqsədi ilə qanunsuz hazırlamış, elektron arayış blankının məzmununda guya həmin arayışın Şahid4 "xxxx" Açıq Səhmdar Cəmiyyətinə sürücü kimi işə qəbul olunması ilə bağlı verilməsi və arayışın etibarlılıq müddətinin bir ay olması barədə həqiqətə uyğun olmayan məlumatlar yazmış, sonra üzərində “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” sözləri yazılmış möhür əksini və naməlum şəxsə məxsus imzanı kompüter vasitəsi ilə arayışın üzərinə yerləşdirərək qeyd olunan arayışı qanunsuz hazırlayıb saxtalaşdırmış və elektrofotoqrafik çoxaldıcı çap qurğusunda çap etdikdən sonra istifadə etmək məqsədi ilə 29 iyun 2022-ci il tarixdə Şahid4 satmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən Beyləqan rayonunun Yuxarı Çəmənli kəndində yaşadığı fərdi yaşayış evində 10 iyul 2022-ci il tarixdə tamah niyyəti ilə özünə məxsus olan “Hp ENVY” markalı “13-ah0051wm” modelli “notebook” (laptop) kompüterdə “Adobe Photoshop” adlı proqram təminatı vasitəsi ilə hüquq verən, yəni özəl şirkətlərə işə qəbul zamanı işəgötürənə təqdim edilməsi üçün nəzərdə tutulan və rəsmi sənəd hesab olunan 10 iyul 2022-ci il tarixli, ******* nömrəli X6 blankını istifadə etmək, yəni işə götürən şirkətlərə təqdim olunması məqsədi ilə qanunsuz hazırlamış, elektron arayış blankının məzmununda guya həmin arayışın Şahid2 "xxxx" Açıq Səhmdar Cəmiyyətinə sürücü kimi işə qəbul olunması ilə bağlı verilməsi və arayışın etibarlılıq müddətinin bir ay olması barədə həqiqətə uyğun olmayan məlumatlar yazmış, sonra üzərində “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” sözləri yazılmış möhür əksini və naməlum şəxsə məxsus imzanı kompüter vasitəsi ilə arayışın üzərinə yerləşdirərək qeyd olunan arayışı təkrar qanunsuz hazırlayıb saxtalaşdırmış və elektrofotoqrafik çoxaldıcı çap qurğusunda çap etdikdən sonra istifadə etmək məqsədi ilə təkrar 10 iyul 2022-ci il tarixdə Şahid2 satmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən Beyləqan rayonunun Yuxarı Çəmənli kəndində yaşadığı fərdi yaşayış evində 10 iyul 2022-ci il tarixdə tamah niyyəti ilə özünə məxsus olan “Hp ENVY” markalı “13-ah0051wm” modelli “notebook” (laptop) kompüterdə “Adobe Photoshop” adlı proqram təminatı vasitəsi ilə hüquq verən, yəni özəl şirkətlərə işə qəbul zamanı işəgötürənə təqdim edilməsi üçün nəzərdə tutulan və rəsmi sənəd hesab olunan 10 iyul 2022-ci il tarixli, ******* nömrəli X6 blankını istifadə etmək, yəni işə götürən şirkətlərə təqdim olunması məqsədi ilə qanunsuz hazırlamış, elektron arayış blankının məzmununda guya həmin arayışın Şahid1 "xxxx" Açıq Səhmdar Cəmiyyətinə anbardar köməkçisi vəzifəsinə işə qəbul olunması ilə bağlı verilməsi və arayışın etibarlılıq müddətinin bir ay olması barədə həqiqətə uyğun olmayan məlumatlar yazmış, sonra üzərində “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” sözləri yazılmış möhür əksini və naməlum şəxsə məxsus imzanı kompüter vasitəsi ilə arayışın üzərinə yerləşdirərək qeyd olunan arayışı təkrar qanunsuz hazırlayıb saxtalaşdırmış və elektrofotoqrafik çoxaldıcı çap qurğusunda çap etdikdən sonra istifadə etmək məqsədi ilə təkrar 10 iyul 2022-ci il tarixdə Şahid1 satmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən Beyləqan rayonunun Yuxarı Çəmənli kəndində yaşadığı fərdi yaşayış evində 12 iyul 2022-ci il tarixdə tamah niyyəti ilə özünə məxsus olan “Hp ENVY” markalı “13-ah0051wm” modelli “notebook” (laptop) kompüterdə “Adobe Photoshop” adlı proqram təminatı vasitəsi ilə hüquq verən, yəni özəl şirkətlərə işə qəbul zamanı işəgötürənə təqdim edilməsi üçün nəzərdə tutulan və rəsmi sənəd hesab olunan 10 iyul 2022-ci il tarixli, ******* nömrəli X6 blankını istifadə etmək, yəni işə götürən şirkətlərə təqdim olunması məqsədi ilə qanunsuz hazırlamış, elektron arayış blankının məzmununda guya həmin arayışın Şahid5 "xxxx" Açıq Səhmdar Cəmiyyətinə sürücü kimi işə qəbul olunması ilə bağlı verilməsi və arayışın etibarlılıq müddətinin bir ay olması barədə həqiqətə uyğun olmayan məlumatlar yazmış, sonra üzərində “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” sözləri yazılmış möhür əksini və naməlum şəxsə məxsus imzanı kompüter vasitəsi ilə arayışın üzərinə yerləşdirərək qeyd olunan arayışı təkrar qanunsuz hazırlayıb saxtalaşdırmış və elektrofotoqrafik çoxaldıcı çap qurğusunda çap etdikdən sonra istifadə etmək məqsədi ilə təkrar 12 iyul 2022-ci il tarixdə Şahid5 satmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən Beyləqan rayonunun Yuxarı Çəmənli kəndində yaşadığı fərdi yaşayış evində 12 iyul 2022-ci il tarixdə tamah niyyəti ilə özünə məxsus olan “Hp ENVY” markalı “13-ah0051wm” modelli “notebook” (laptop) kompüterdə “Adobe Photoshop” adlı proqram təminatı vasitəsi ilə hüquq verən, yəni özəl şirkətlərə işə qəbul zamanı işəgötürənə təqdim edilməsi üçün nəzərdə tutulan və rəsmi sənəd hesab olunan 10 iyul 2022-ci il tarixli, ******* nömrəli X6 blankını istifadə etmək, yəni işə götürən şirkətlərə təqdim olunması məqsədi ilə qanunsuz hazırlamış, elektron arayış blankının məzmununda guya həmin arayışın Şahid3 "xxxx" Açıq Səhmdar Cəmiyyətinə sürücü kimi işə qəbul olunması ilə bağlı verilməsi və arayışın etibarlılıq müddətinin bir ay olması barədə həqiqətə uyğun olmayan məlumatlar yazmış, sonra üzərində “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” sözləri yazılmış möhür əksini və naməlum şəxsə məxsus imzanı kompüter vasitəsi ilə arayışın üzərinə yerləşdirərək qeyd olunan arayışı təkrar qanunsuz hazırlayıb saxtalaşdırmış və elektrofotoqrafik çoxaldıcı çap qurğusunda çap etdikdən sonra istifadə etmək məqsədi ilə təkrar 12 iyul 2022-ci il tarixdə Şahid3 satmışdır. Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bildi və ifadəsində göstərdi ki, bir neçə ildir ki, sosial şəbəkələrdə işə qəbulla bağlı yalan elanlar yerləşdirmiş, həmin elanlarda yalandan bildirmişdir ki, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" ASC və başqa şirkətlərdə vakant yerlər var və həmin vakant yerlərə işçi tələb olunur. Elana da *** *** ** **, *** *** ** **, 050 *** ** ** və başqa nömrələri qoymuşdur ki, həmin elanlara baxan şəxs işə qəbulla bağlı həmin nömrələrə zəng etsinlər. İşə qəbul olmaq istəyən şəxslər də həmin nömrələrə vhatsapp vasitəsi ilə yazmışlar, o da həmin şəxslərə bildirmişdir ki, işə qəbul olunmaq üçün özləri haqqında CV, yəni tərcümeyi hallarını, anket məlumatlarını yazsınlar və vhatsapp vasitəsi ilə ona göndərsinlər. Həmin şəxslər də tərcümeyi hallarını yazıb vhatsapp vasitəsi ilə ona göndərmişlər, o da həmin şəxslərə işə qəbul olmaq üçün sağlamlıq haqqında arayış almalarını və həmin sağlamlıq haqqında kağızın şəklini ona göndərmələrini tapşırmışdır. Həmin şəxslərə bildirmişdir ki, əgər sağlamlıq haqqında kağız almaqda çətinlik çəksələr, Hicran adlı həkimlə əlaqə saxlasınlar, Hicran onlara həmin kağızı almaqda kömək edəcək, hətta 050 *** ** ** nömrəsini onlara verərək Hicranla danışmalarını tövsiyə etmişdir. Əslində Hicran adlı şəxs mövcud olmamışdır. Həmin adı o, özündən uydurmuşdur. Belə etmişdir ki, daha da inandırıcı olsun. İnsanlar Hicranın nömrəsi kimi təqdim etdiyi nömrəyə zəng edəndə həmin nömrəyə yenə də o özü cavab vermiş, sadəcə olaraq “viocen.com” proqramı vasitəsi ilə insanlarla danışmış və həmin proqram vasitəsi ilə səsi qadın səsi kimi çıxmışdır. Həmin nömrəyə zəng edən şəxslər sağlamlıq haqqında arayış almaq istədiklərini bildirmişlər. O da Beyləqan rayonu Çəmənli kəndində yaşadığı evdə özünə məxsus “HP NVY” markalı kompüterdə elektron formada saxta sağlamlıq haqqında arayış hazırlamış və həmin arayışa da vətəndaşın şəklini yerləşdirmişdir, çünki vətəndəndaşın şəxsiyyət vəsiqəsinin şəklini vhatsapp vasitəsi ilə götürmüşdür. Bütün şəxslərə hazırladığı sağlamlıq haqqında arayışları həmin kompüterdə “arayışlar” adlı qovluqda saxlamışdır. Elektron formada sağlamlıq sənədi hazırladıqdan sonra o, həmin arayışı vətəndaşa vermək üçün vətəndaşdan rüsum adı ilə 17 manat istəmişdir. Onlar da onun dediyi kart nömrəsinə 17 manat pulu göndərmişlər və həmin sənədi Hicran adlı şəxsdən aldıqlarını zənn etmişlər. Ona görə də sağlamlıq haqqında arayışı alandan sonra həmin arayışın şəklini vhatsapp vasitəsi ilə ona göndərmişlər. Bundan sonra o, insanlara demişdir ki, işə qəbul olmaq üçün 51 manat dövlət rüsumu ödəməlidirlər və buna görə də onlara *** *** ** **, 050 *** ** ** və 050 *** ** ** nömrələrini vermiş və bildirmişdir ki, həmin nömrələrlə danışsınlar. Həmin nömrələrin sahibi onların işə qəbul olunacaqları şirkətlərin nümayəndələridir. Həmin 51 manat rüsumu da onlara ödəsinlər və çekin şəklini də ona atsınlar. Əslində isə həmin nömrələrin hamısı onun nömrələri olmuş, sadəcə olaraq insanları inandırmaq üçün belə etmişdir. İnsanlar da həmin nömrələrə zəng edəndə yenə də o özü cavab vermiş və özünü Şahin, Saleh və başqa adlarla təqdim etmişdir. Həmin şəxslərlə əsasən səsli şəkildə deyil, vhatsap proqramı ilə mesajlaşma şəklində əlaqə saxlamışdır. Onunla danışan şəxslərdən dövlət rüsumu adı ilə 51 manat istəmiş və kart nömrəsi vermişdir ki, həmin kart nömrələrinə pulları göndərsinlər. Onlar da həmin karta 51 manat pulları ödəmiş və ödəməni təsdiq edən çeki də vhatsapp vasitəsi ilə ona göndərmişlər. Bundan sonra o, həmin şəxslərin nömrələrini qara siyahıya atmış və onlarla əlaqəni kəsmişdir. O, elektron saxta arayışları Beyləqan rayonu Yuxarı Çəmənli kəndində yaşadığım evdə özünə məxsus “HP NVY” markalı kompüterdə hazırlamışdır, həmin arayışları müxtəlif vaxtlarda hazırlamışdır. Belə ki, Şahid1 adına olan arayışı 11 iyul 2022-ci ildə, X1 adına olan arayışı 28 iyun 2022-ci ildə, Şahid4 adına arayışı 29 iyun 2022-ci ildə, Şahid3 adına olan arayışı 15 iyul 2022-ci ildə, Şahid2 adına olan arayışı isə 12 iyul 2022-ci ildə hazırlamışdır. O, “HP NVY” markalı kompüterdə “photoshop” proqramı vasitəsi ilə sağlamlıq haqqında arayış blankını hazırlamış, həmin arayışa da ona müraciət edən vətəndaşın anket məlumatlarını yerləşdirmiş və bu üsulla arayışı doldurmuş, beləliklə də arayış hazır vəziyyətə gətirilmişdir. O, həmin arayışı vətəndaşa göndərmiş və vətəndaşdan arayışa görə rüsum adı ilə 17 manat pul almış, daha sonra da işə qəbul olunmaqla bağlı rüsum adı ilə 51 manat almışdır. Əməlindən səmimi peşimandır. Bir daha cinayət törətməyəcəkdir. Ona yüngül cəza verilməsini xahiş etdi. İş üzrə şahid qismində dindirilmiş Şahid2 məhkəmədə verdiyi ifadəsində göstərdi ki, 12 iyul 2022-ci ildə özünə iş axtarmış, bu məqsədlə müxtəlif sosial şəbəkələrdə olan iş elanlarına baxmışdır. Qeyd olunan ərəfələrdə “facebook” sosial şəbəkəsində “MİD transportation” şirkətinə sürücü vakansiyasının olduğunu görmüşdür. Elanda olan nömrəyə, yəni 099 *** ** ** nömrəsinə zəng etmiş, onunla danışan şəxs bildirmişdir ki, məişət avadanlıqlarının danışması üçün anbardar köməkçisi tələb olunur, aylıq maaşı da 1400 manatdır. O, şəxsiyyət vəsiqəsinin şəklini 077 *** ** ** nömrəli telefonunda olan vhatsapp proqramı vasitəsi ilə ilə həmin nömrəyə göndərmiş, onunla danışan şəxs ondan sağlamlıq kağızı istəmiş, əgər sağlamlıq kağızı almaqla bağlı problem olsa, Hicran adlı şəxslə əlaqə saxlamasını tapşırmış və buna görə də Hicranın nömrəsini ona göndərmişdir. O da Hicranla əlaqə saxlamış və şəxsiyyət vəsiqəsinin şəklini Hicran kimi bildiyi adama göndərmişdir. Hicran kimi tanıdığı şəxs onun 17 manat ödəniş etməli olduğunu bildirmiş, həmin pulu “E-pul” xidməti vasitəsi ilə 050 *** ** ** nömrəsinə, ya da 5213 6751 5803 5700 nömrəli “Unibank” kartına göndərməsini xahiş etmişdir. O da 12 iyul 2022-ci ildə Bakı şəhəri Xətai rayonunda Günəşli qəsəbəsində Bravo marketin içərisində “e manat” ödəniş terminalı vasitəsi ilə X3 adına olan karta 17 manat pul göndərmiş, bir az sonra Hicran kimi tanıdığı şəxs tibbi arayışın şəklini ona göndərmiş, o da həmin arayışı şirkətin nümayəndəsi kimi tanıdığı 099 *** ** ** nömrəsinə göndərmişdir. Şirkətin nümayəndəsi ondan sığorta üçün 51 manat istəmiş və 050 *** ** ** nömrəsini ona vermiş, və həmin nömrə ilə danışmasını tapşırmışdır. O həmin nömrəyə zəng etmiş və 51 manatı hara ödəməli olduğunu soruşmuş, sonra da telefonla danışdığı şəxsin kartına 51 manat pul göndərmişdir. Lakin danışdığı şəxsin kim olduğunu bilməmişdir. Sonradan başa düşmüşdür ki, onu aldadaraq saxta tibbi arayış vermişlər. Lakin o, *** *** ** **, 050 *** ** ** və 050 *** ** ** nömrələri ilə danışan şəxslərin kim olduğunu bilməmişdir, yəni 099 *** ** ** nömrəsindən onunla danışan şəxs ona özünü şirkətin nümayəndəsi kimi təqdim etmişdir. Şirkətin nümayəndəsi kimi tanıdığı şəxs ona 050 *** ** ** nömrəsini vermiş və həmin nömrənin istifadəçisinin Hicran adlı şəxs olduğunu demiş, Hicranın ona sağlamlıq kağızı almaqda kömək edəcəyini demişdir. Şirkətin nümayəndəsi ona daha sonra 050 *** ** ** nömrəsini vermiş həmin nömrənin sahibi ilə danışmasını tapşırmış və həmin nömrənin sahibinə 51 manat sığorta pulu verməsini tapşırmışdır. Lakin şikayəti ilə bağlı araşdırma aparılarkən məlum olmuşdur ki, özünü şirkətin nümayəndəsi kimi təqdim edən şəxs Təqsirləndirilən şəxsdur. Bundan başqa, Hicran adlı şəxs kimi təqdim edilən şəxs də Təqsirləndirilən şəxsdur. Sadəcə olaraq Cəmil internetdə xüsusi proqramlardan istifadə etməklə səsini dəyişmiş və səsi qadın səsi kimi çıxmış, yəni əslində Hicran adlı şəxs mövcud olmamış, həmin şəxslərin adı ilə də onunla danışan Cəmil olmuşdur. Cinayət işi üzrə ona dəymiş 68 manat maddi ziyan tam olaraq ona ödənilmiş, təqsirləndiriləən şəxsdən tələb və şikayəti yoxdur. İş üzrə Şahid1 məhkəmə iclasına gəlməmiş, məhkəməyə teleqrama göndərərək yolunun uzaq oldğundan məhkəməyə gələ bilməyəcəyini, təqsirləndirilən şəxsdən tələb və şikayətinin olmadığını bildirmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Şahid1 ibtidai istintaq zamanı vderdiyi ifadəsində göstərmişdir ki, 11 iyul 2022-ci ildə özünə iş axtarmış, bu məqsədlə müxtəlif sosial şəbəkələrdə olan iş elanlarına baxmış, həmin vaxtı “facebook” sosial şəbəkəsində “MİD transportation” şirkətinə sürücü vakansiyasının olduğunu görmüş, elanda olan nömrəyə, yəni 099 *** ** ** nömrəsinə zəng etmiş, ona bildirilmişdir ki, rayonlararası və şəhərlərarası məişət avadanlıqlarının danışması üçün anbardar köməkçisi tələb olunur, aylıq maaşı da 1100 manatdır. O, şəxsiyyət vəsiqəsinin şəklini 055 *** ** ** nömrəli telefonunda olan vhatsapp proqramı vasitəsi ilə həmin nömrəyə göndərmiş, onunla danışan şəxs ondan sağlamlıq kağızı istəmişdir. Həmin şəxs əgər sağlamlıq kağızı almaqla bağlı problem olsa, Hicran adlı şəxslə əlaqə saxlamasını bildirmiş və buna görə də Hicranın nömrəsini ona göndərmişdir. Bundan sonra o, Hicranla əlaqə saxlamış və şəxsiyyət vəsiqəsinin şəklini Hicrana göndərmişdir. Hicran kimi tanıdığı şəxs 17 manat ödəniş etməli olduğunu ona bildirmiş, Hicran bildirmişdir ki, həmin pulu “E-pul” xidməti vasitəsi ilə 050 *** ** ** nömrəsinə, ya da 5213 6751 5803 5700 nömrəli “Unibank” kartına göndərsin. O da 11 iyul 2022-ci ildə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində marketlərin birində e manat ödəniş terminalı vasitəsi ilə X3 adına olan kartı 17 manat ödəniş etmiş, qəbzin şəklini də şirkətin nümayəndəsi kimi tanıdığı 099 *** ** ** nömrəsinə göndərmişdir. Bir az sonra Hicran kimi tanıdığı şəxs tibbi arayışın şəklini ona göndərmiş, o da həmin arayışı şirkətin nümayəndəsi kimi tanıdığı 099 *** ** ** nömrəsinə göndərmişdir. Şirkətin nümayəndəsi ondan sığorta üçün 51 manat istəmiş və 050 *** ** ** nömrəsi ilə danışmışdır. Lakin o, əvvəllər də bir neçə yerdə işləmiş, buna görə də bilmişdir ki, sığorta üçün əvvəlcədən bu şəkildə pul tələb edilmir. Ona görə də həmin nömrə ilə danışmamış və 51 manat da göndərməmiş, eyni zamanda ona göndərilən X6ın saxta arayış olduğunu başa düşmüşdür. 099 *** ** ** və 050 *** ** ** nömrələri ilə danışan şəxslərin kim olduğunu bilməmişdir. Yəni 099 *** ** ** nömrəsindən onunla danışan şəxs özünü şirkətin nümayəndəsi kimi təqdim etmiş, həmin nömrə elanda qoyulan nömrə olmuşdur. Şirkətin nümayəndəsi kimi tanıdığı şəxs ona 050 *** ** ** nömrəsini vermiş və bildirmişdir ki, həmin nömrənin istifadəçisi Hicran adlı şəxsdir, ona bildirmişdir ki, Hicranla danışsın və Hicran sağlamlıq kağızı almaqda kömək edəcək. Lakin şikayəti ilə bağlı araşdırma aparılarkən məlum olmuşdur ki, özünü şirkətin nümayəndəsi kimi təqdim edən şəxs Təqsirləndirilən şəxsdur, bundan başqa, Hicran adlı şəxs kimi təqdim edilən şəxs də Təqsirləndirilən şəxsdur, sadəcə olaraq Cəmil internetdə xüsusi proqramlardan istifadə etməklə səsini dəyişmiş və səsi qadın səsi kimi çıxmışdır. İş üzrə şahid X2 məhkəmə iclasına gəlməmiş, məhkəməyə teleqrama göndərərək yolunun uzaq oldğundan məhkəməyə gələ bilməyəcəyini, təqsirləndirilən şəxsdən tələb və şikayətinin olmadığını bildirmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Şahid X2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 28 iyun 2022-ci ildə özünə iş axtarmış, bu məqsədlə müxtəlif sosial şəbəkələrdə olan iş elanlarına baxmış, ona görə də “Facebook” sosial şəbəkəsində “MİD transportation” şirkətinə sürücü vakansiyasının olduğunu görmüş, elanda olan nömrəyə, yəni 099 *** ** ** nömrəsinə zəng etmiş, onunla danışan şəxs bildirmişdir ki, rayonlararası və şəhərlərarası məişət avadanlıqlarının danışması üçün anbardar köməkçisi tələb olunur, aylıq maaşı da 1100 manatdır. O, şəxsiyyət vəsiqəmin şəklini 051 *** ** ** nömrəli telefonunda olan vhatsapp proqramı vasitəsi ilə ilə həmin nömrəyə göndərmiş, onunla danışan şəxs sağlamlıq kağızı istəmiş, əgər sağlamlıq kağızı alması ilə bağlı problemi olsa, Hicran adlı şəxslə əlaqə saxlamasını tapşırmış və buna görə də Hicranın nömrəsini ona göndərmişdir. O, Hicranla əlaqə saxlamış və şəxsiyyət vəsiqəsinin şəklini ona göndərmişdir. Hicran kimi tanıdığı şəxs 17 manat ödəniş etməli olduğunu demiş, həmin pulu “E-pul” xidməti vasitəsi ilə 050 *** ** ** nömrəsinə, ya da 5243 7544 4171 8846 nömrəli “Unibank” kartına göndərməsini tapşırmışdır. O da 10 iyul 2022-ci ildə bir bank mobil tətbiqimdən istifadə etməklə özünə aid “Kapitalbank” kartından həmin karta 17 manat ödəniş etmiş, qəbzin şəklini də Hicran kimi tanıdığı şəxsə göndərmişdir. Bir az sonra Hicran kimi tanıdığı şəxs tibbi arayışın şəklini ona göndərmiş, o da həmin arayışı şirkətin nümayəndəsi kimi tanıdığı 099 *** ** ** nömrəsinə göndərmişdir. Şirkətin nümayəndəsi ondan sığorta üçün 51 manat istəmiş və 050 *** ** ** nömrəsi ilə danışmasını bildirmişdir. O da həmin nömrə ilə danışmış, şirkətin nümayəndəsi bildirmişdir ki, həmin şəxsin adı Şahindir, Şahinlə danışmış və sığorta üçün 51 manat ödəmişdir. O da 12 iyul 2022-ci il tarixdə Şahin kimi bildiyi şəxsə zəng etmiş və sığorta üçün 51 manat ödəmək lazım olduğunu demişdir. Sonra o, Ucar rayonu Qazyan kəndində Qazyan bazar marketində e manat ödəmə terminalı vasitəsi ilə Şahin kimi tanıdığı şəxsin dediyi "xxxx" ASC-yə aid olan 5213 6751 5803 5700 nömrəli karta 51 manat ödəniş etmiş, ödənişlə bağlı çekin şəklini də şirkətin nümayəndəsi kimi bildiyi şəxsə göndərmişdir. O, dəfələrlə şirkətin nümayəndəsi kimi tanıdığı şəxsə və Şahin kimi tanıdığı şəxsə zəng edib işi ilə maraqlanmaq istəmiş, amma onun telefonlarına cavab vermədikləri üçün maraqlana bilməmişdir. Sonradan aldadıldığını və ona verilən tibbi arayışın saxta olduğunu başa düşmüşdür. Onunla *** *** ** **, 050 *** ** ** və 050 *** ** ** nömrələri ilə danışan şəxslərin kim olduğunu bilməmişdir. Belə ki, 099 *** ** ** nömrəsindən onunla danışan şəxs ona özünü şirkətin nümayəndəsi kimi təqdim etmiş, həmin nömrə elanda qoyulan nömrə olmuşdur. Şirkətin nümayəndəsi kimi tanıdığı şəxs ona 050 *** ** ** nömrəsini vermiş və bildirmişdir ki, həmin nömrənin istifadəçisi Hicran adlı şəxsdir, ona bildirmişdir ki, Hicranla danışsın və Hicran ona sağlamlıq kağızı almaqda kömək edəcək. Şirkətin nümayəndəsi ona 050 *** ** ** nömrəsini verib həmin nömrənin sahibinin Şahin olduğunu demiş və bildirmişdir ki, həmin şəxslə danışıb 51 manat sığorta pulu ödəsin. Lakin şikayəti ilə bağlı araşdırma aparılarkən məlum olmuşdur ki, özünü şirkətin nümayəndəsi kimi təqdim edən şəxs Təqsirləndirilən şəxs olmuşdur. Bundan başqa, Hicran adlı şəxs kimi və Şahin kimi təqdim edilən şəxs də Təqsirləndirilən şəxs olmuş, sadəcə olaraq o, internetdə xüsusi proqramlardan istifadə etməklə səsini dəyişmiş və səsi qadın səsi kimi çıxmışdır. Yəni əslində Hicran və Şahin adlı şəxslər mövcud olmamış, həmin şəxslərin adı ilə də onunla danışan Cəmil olmuşdur. İş üzrə Şahid4 məhkəmə iclasına gəlməmiş, məhkəməyə teleqrama göndərərək yolunun uzaq oldğundan məhkəməyə gələ bilməyəcəyini, təqsirləndirilən şəxsdən tələb və şikayətinin olmadığını bildirmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 29 iyun 2022-ci ildə özünə iş axtarmış, bu məqsədlə müxtəlif sosial şəbəkələrdə olan iş elanlarına baxmış, qeyd olunan ərəfələrdə “facebook” sosial şəbəkəsində “MİD transportation” şirkətinə sürücü vakansiyasının olduğunu görmüşdür. Elanda olan nömrəyə, yəni 099 *** ** ** nömrəsinə zəng etmiş, onunla danışan şəxs bildirmişdir ki, məişət avadanlıqlarının danışması üçün anbardar köməkçisi tələb olunur, aylıq maaşı da 1350 manatdır. Şəxsiyyət vəsiqəsinin şəklini 055 *** ** ** nömrəli telefonunda olan vhatsapp proqramı vasitəsi ilə ilə həmin nömrəyə göndərmiş, həmin şəxs ondan sağlamlıq kağızı istəmiş, bildirmişdir ki, əgər sağlamlıq kağızı almağımla bağlı problemim olsa, Hicran adlı şəxslə əlaqə saxlasın və buna görə də Hicranın nömrəsini ona göndərmişdir. O, Hicranla əlaqə saxlamış və şəxsiyyət vəsiqəsinin şəklini danışdığı şəxsə göndərmişdir. Hicran 17 manat ödəniş etməli olduğunu bildirmiş, həmin pulu “E-pul” xidməti vasitəsi ilə 050 *** ** ** nömrəsinə, ya da 5213 6751 5803 5700 nömrəli “Unibank” kartına göndərmiş, o da 29 iyun 2022-ci ildə bir bank mobil tətbiqimdən istifadə etməklə X3 adına olan sonu 35140320 olan karta 17 manat pul göndərmişdir. Bir az sonra Hicran kimi tanıdığı şəxs tibbi arayışın şəklini ona göndərmiş, o da həmin arayışı şirkətin nümayəndəsi kimi tanıdığı 099 *** ** ** nömrəsinə göndərmişdir. Nümayəndə ondan sığorta üçün 51 manat istəmiş və 050 *** ** ** nömrəsini ona verib bildirmişdir ki, həmin nömrə ilə danışsın. Şirkətin nümayəndəsi həmin şəxsin adı Saleh olduğunu bildirmiş, Salehlə danışmış və sığorta üçün 51 manat ödəmişdir. O da 29 iyun 2022-ci il tarixdə Saleh kimi bildiyi şəxsə zəng etmiş və sığorta üçün ona 51 manat ödəmək istəmiş, sonra Salehin dediyi kimi milli ön ödəmə terminalı vasitəsi ilə X3 adına olan karta 51 manat pul göndərmiş, qəbzi də şirkətin nümayəndəsi kimi bildiyi şəxsə göndərmişdir. O, dəfələrlə şirkətin nümayəndəsi kimi tanıdığı şəxsə və Saleh kimi tanıdığım şəxsə zəng edib işi ilə maraqlanmaq istəmiş, amma onun telefonlarına cavab vermədikləri üçün maraqlana bilməmişdir. Sonradan həmin şəxslər tərəfindən aldanıldığını və verilən tibbi arayış da saxta olduğunu başa düşmüşdür. Onunla *** *** ** **, 050 *** ** ** və 050 *** ** ** nömrələri ilə danışan şəxslərin kim olduğunu bilməmiş, 099 *** ** ** nömrəsindən danışan şəxs ona özünü şirkətin nümayəndəsi kimi təqdim etmiş, həmin nömrə elanda qoyulan nömrə olmuşdur. Şirkətin nümayəndəsi kimi tanıdığı şəxs ona 050 *** ** ** nömrəsini vermiş və bildirmişdir ki, həmin nömrənin istifadəçisi Hicran adlı şəxsdir, ona bildirmişdir ki, Hicranla danışsın və Hicran ona sağlamlıq kağızı almaqda kömək edəcək. Sonradan şirkətin nümayəndəsi ona 050 *** ** ** nömrəsini verib həmin nömrənin sahibinin Şahin olduğunu demiş və bildirmişdir ki, həmin şəxslə danışıb 51 manat sığorta pulu ödəsin. Lakin onun şikayəti ilə bağlı araşdırma aparılarkən ona məlum olmuşdur ki, özünü şirkətin nümayəndəsi kimi təqdim edən şəxs Təqsirləndirilən şəxs olmuş, bundan başqa, Hicran adlı şəxs kimi və Saleh kimi təqdim edilən şəxs də Təqsirləndirilən şəxs olmuş, sadəcə olaraq Cəmil internetdə xüsusi proqramlardan istifadə etməklə səsini dəyişmiş və səsi qadın səsi kimi çıxmışdır. Yəni əslində Hicran və Saleh adlı şəxslər mövcud olmamış, həmin şəxslərin adı ilə də onunla danışan Cəmil olmuşdur. İş üzrə Şahid3 məhkəmə iclasına gəlməmiş, məhkəməyə teleqrama göndərərək yolunun uzaq oldğundan məhkəməyə gələ bilməyəcəyini, təqsirləndirilən şəxsdən tələb və şikayətinin olmadığını bildirmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 15 iyul 2022-ci ildə özünə iş axtarmış, bu məqsədlə müxtəlif sosial şəbəkələrdə olan iş elanlarına baxmış, qeyd olunan ərəfələrdə “facebook” sosial şəbəkəsində “MİD transportation” şirkətinə sürücü vakansiyasının olduğunu görmüş, elandakı 099 *** ** ** nömrəsinə zəng etmiş, onunla danışan şəxs bildirmişdir ki, məişət avadanlıqlarının danışması üçün anbardar köməkçisi tələb olunduğunu, aylıq maaşın da 1350 manat olduğunu demişdir. O, şəxsiyyət vəsiqəsinin şəklini 050 *** ** ** nömrəli telefonumda olan vhatsapp proqramı vasitəsi ilə həmin nömrəyə göndərmiş, onunla danışan şəxs sağlamlıq kağızı istəmiş, həmin adam demişdir ki, əgər sağlamlıq kağızı almaqla bağlı problem olsa, Hicran adlı şəxslə əlaqə saxlasın və buna görə də Hicranın nömrəsini ona göndərmişdir. O, Hicranla əlaqə saxlamış və şəxsiyyət vəsiqəsinin şəklini ona göndərmişdir. Hicran onun 17 manat ödəniş etməli olduğunu bildirmiş və həmin pulu “E-pul” xidməti vasitəsi ilə 050 *** ** ** nömrəsinə, ya da 5213 6751 5803 5700 nömrəli “Unibank” kartına göndərməsini xahiş etmişdir. O da 15 iyul 2022-ci ildə Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsində 2-ci mədən küçəsində yerləşən marketdə e manat ödəmə terminalı vasitəsi ilə X3 adına olan karta 17 manat pul göndərmişdir. Bir az sonra Hicran kimi tanıdığı şəxs tibbi arayışın şəklini ona göndərmiş, o da həmin arayışı şirkətin nümayəndəsi kimi tanıdığı 099 *** ** ** nömrəsinə göndərmiş, şirkətin nümayəndəsi ondan sığorta üçün 51 manat istəmiş və 050 *** ** ** nömrəsini verib həmin nömrə ilə danışmasını tapşırmışdır. O da nömrəyə zəng etmiş və sığorta üçün ona 51 manat ödəməli olduğunu bildirmişdir. Bundan sonra o, marketdən həmin şəxsin Unibank kartına 51 manat pul göndərmiş, amma danışdığı şəxsin kim olduğunu bilməmişdir. Sonradan aldandığını ona saxta tibbi arayış verildiyini başa düşmüşdür. Onunla *** *** ** **, 050 *** ** ** və 050 *** ** ** nömrələri ilə danışan şəxslərin kim olduğunu bilməmiş, 099 *** ** ** nömrəsindən danışan şəxs ona özünü şirkətin nümayəndəsi kimi təqdim etmiş, həmin nömrə elanda qoyulan nömrə olmuşdur. Şirkətin nümayəndəsi kimi tanıdığı şəxs ona 050 *** ** ** nömrəsini vermiş və bildirmişdir ki, həmin nömrənin istifadəçisi Hicran adlı şəxsdir, ona bildirmişdir ki, Hicranla danışsın və Hicran ona sağlamlıq kağızı almaqda kömək edəcək. Şirkətin nümayəndəsi ona daha sonra 050 *** ** ** nömrəsini vermiş həmin nömrənin sahibi ilə danışmasını tapşırmış, həmin nömrənin sahibinə 51 manat sığorta pulu verməsini xahiş etmişdir. Lakin şikayəti ilə bağlı araşdırma aparılarkən məlum olmuşdur ki, özünü şirkətin nümayəndəsi kimi təqdim edən şəxs Təqsirləndirilən şəxsdur, bundan başqa, Hicran adlı şəxs kimi təqdim edilən şəxs də Təqsirləndirilən şəxsdur, sadəcə olaraq Cəmil internetdə xüsusi proqramlardan istifadə etməklə səsini dəyişmiş və səsi qadın səsi kimi çıxmışdır. Yəni əslində Hicran adlı şəxs mövcud olmamış, həmin şəxslərin adı ilə də onunla danışan Cəmil olmuşdur. İş materiallarına əlavə edilmiş cinayət işinin başlanması və icraara qəbul edilməsi haqqında qərardan görünür ki, cinayət işinin başlanmasına səbəb və əsas Təqsirləndirilən şəxs saxta tibbi arayışlar hazırlayıb satması faktı əsasında toplanmış ilkin araşdırma materialları olmuşdur. İş materiallarına əlavə edilmiş Şahid3 istintaq orqanına təqdim etdiyi bir ədəd qəbzin surətindən görünür ki, Şahid3 son 8 rəqəmi 35140320 olan bank kartına 51 manat pul köçürtmüşdür. İş materiallarına əlavə edilmiş Şahid1 istintaq orqanına təqdim etdiyi vvhatsapp yazışmalarından görünür ki, Şahid1 050 *** ** ** mobil nömrəsinə “Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Hüseyn Ərəblinski küçəsi, ev 6”, “MİD transportation anbardar köməkçisi” məzmunlu mesaj yazmış, həmin nömrədən ona “tamam, buyurun” məzmunlu mesaj göndərilmiş, eləcə də, Şahid1 adına tərtib olunmuş tibbi arayışın fotoşəkli göndərilmişdir. 050 *** ** ** mobil nömrəsindən Şahid1 “rüsumu ödəyin qəbzi göndərin, qəbzin şəklini göndərin mənə Milli ön və ya E manat ödəmə terminalı ilə, bank xidmətlərinə daxil olun, Unibank seçin, debet kartı seçin, kartın son 8 rəqəmi yazılan yerə yazın 41718846, kartın bitmə tarixinə yaxın 12/29, kart vasitəsi ilə ödəmək istəsəniz **********718846 Uni bank, şəxsiyyət vəsiqənizin hər iki üzünün şəklini, qeydiyyatda olduğunuz ünvanı, işləyəcəyiniz şirkətin adını, qəbul edəcəyiniz vəzifənin adını yazın hazırlayaq” məzmunlu mesaj göndərmiş, bundan sonra Şahid1 son 8 rəqəmi 41718846 olan karta 17 manat pul köçürtməsinə dair qəbzin fotoşəklini 050 *** ** ** mobil nömrəsinə göndərmişdir. İş materiallarına əlavə edilmiş şahid X1 istintaq orqanına təqdim etdiyi vvhatsapp yazışmalarından görünür ki, “Şofir pikab” kimi qeyd etdiyi abonentdən ona “bu gün saat 19.00-da kimi Şahin bəy ilə əlaqə saxlamadığınız halda qeydiniz silinəcək, vvhatsappda suallar yazmayın, hər hansı bir sualınız olarsa qeyd olunan nömrə ilə əlaqə saxlayın, 050 *** ** ** Şahin bəy” məzmunlu mesaj göndərmiş, Hafiz Mustafayev isə 5213 6751 5803 5700 olan bank kartına 51 manat ödəməsinə dair qəbzin fotoşəklini həmin şəxsə göndərmişdir. İş materiallarına əlavə edilmiş Şahid2 istintaq orqanına təqdim etdiyi vvhatsapp yazışmalarından görünür ki, “İş” kimi qeyd etdiyi abonentdən ona “salam, CV təqdim edin zəhmət olmasa, təqdim etmək üçün hazır CV yoxunuzdursa, aşağıda göstərildiyi qaydada səliqəli 1 mesajda yaxın məlumatlarınızı və təqdim edin” məzmunlu, “salam, bizə olunan müraciətinizə tərəfimizdən baxıldı və seçilmisiniz, işə qəbul olunursunuz. Sizin cv məlumatlarınız və sənədləriniz qəbul şöbəmizə təqdim edilməlidir bu gün” məzmunlu, “Şahid2, qeydiyyatdan keçmək üçün sizi 20 yanvar Moskva prospektində yerləşən qəbul şöbəsinə dəvət edirik, vəzifəniz sürücü, məişət texnikası avadanlıqlarının şəhər və rayonlara daşınılması” məzmunlu mesaj göndərilmiş, həmçinin Şahid2 adına tibbi arayışın fotoşəkli də ona göndərilmişdir. Şahid2 isə son 8 rəqəmi 41718846 olan bank kartına 17 manat ödəməsinə dair qəbzin fotoşəklini həmin şəxsə göndərmişdir. İş materiallarına əlavə edilmiş sənədlərin məhkəmə-texniki ekspertizasının 25 iyul 2022-ci il tarixli 6/107 nömrəli rəyindən görünür ki:

1. Təqdim edilmiş “Hp ENVY” markalı “13-ah0051wm” modelli “notebook” (laptop) kompüter hal-hazırda işlək vəziyyətdədir.

2. Təqdim edilmiş “Hp ENVY” markalı “13-ah0051wm” modelli “notebook” (laptop) kompüterin iş masasında olan “ARAYİŞ/coni” adlı qovluqda ekspertizaya təqdim edilmiş “X6”lara aid “jpg” formatlı fayllar müəyyən olundu.

3. Təqdim edilmiş “Hp ENVY” markalı “13-ah0051wm” modelli “notebook” (laptop) tipli kompüterin yaddaşına “Adobe Photoshop” adlı proqram təminatının quraşdırılması müəyyən olundu.

4. Təqdim edilmiş “Hp ENVY” markalı “13-ah0051wm” modelli “notebook” (laptop) tipli kompüterin yaddaşına quraşdırılmış “Adobe Photoshop” adlı proqram təminatı vasitəsi ilə ekspertizaya təqdim edilmiş “X6”lara aid faylların hazırlanması mümkündür.

5. Tədqiqata təqdim edilmiş Şahid4 adına, Şahid2 adına, Şahid3 adına, Şahid1 adına, X1 adına xx.xx.2022-ci il tarixli ******* nömrəli X6ların blankı, mətni, üzərindəki möhür əksi və imzası elektrofotoqrafik çoxaldıcı çap qurğusunda (lazer, printer və s.) çap edilmişdir.

6. Tədqiqata təqdim edilmiş Şahid4 adına, Şahid2 adına, Şahid3 adına, Şahid1 adına, X1 adına xx.xx.2022-ci il tarixli ******* nömrəli X6ların blankı, mətni, üzərindəki möhür əksi və imzası ekspertizaya təqdim edilmiş “Hp ENVY” markalı laptopda olan eyni adlı, tarixli və nömrəli arayışların elektron təsvirləri ilə eynilik təşkil edir. İş materiallarına əlavə edilmiş Şahid1 istintaq orqanına təqdim etdiyi vvhatsapp yazışmaları və onun bank kartına 17 manat pul köçürməsinə dair qəbzin fotoşəkli, şahid X1 istintaq orqanına təqdim etdiyi vvhatsapp yazışmaları və onun bank kartına 51 manat köçürməsinə dair qəbzin fotoşəkli, Şahid3 istintaq orqanına təqdim etdiyi, 51 manat pul vəsaitini köçürməsi barədə qəbzin fotoşəkli, Şahid2 istintaq orqanına təqdim etdiyi vvhatsapp yazışmaları və onun bank kartına 17 manat ödəməsinə dair qəbzin fotoşəkli, Şahid4 adına, Şahid2 adına, Şahid3 adına, Şahid1 adına, X1 adına qanunsuz hazırlanmış saxta X6lar, “Hp ENVY” markalı “13-ah0051wm” modelli “notebook” (laptop) kompüter iş üzrə maddi sübut hesab edilmişdir. İş üzrə sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsindəCM-nin 178-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs hüquq verən rəsmi sənəd hesab olunan sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırması, qanunsuz hazırlaması və bu cür sənədi satması şahid ifadələri, ekspertiza rəyi ilə kifayət qədər sübuta yetmişdir. Məhkəmə hesab edir ki, onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CMnin 320.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin edilərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 №-li qərarının 1-ci bəndinin 1 və 2-ci abzasında göstərilmişdir ki, «hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər”. “Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır.” Məhkəmə Təqsirləndirilən şəxs ailənin yeganə qazanc gətirəni olmasını, ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini iş üzrə cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, yaşayış yerindən müssbət xarakterizə edilməsini, hərəkətlərindən peşmançılıq çəkməsi ilə yanaşı yuxarıda sadalanan cəzanı yüngülləşdirən halları nəzərə alaraq ona təqsirləndiyi maddənin sanksiyası daxilində islah işləri cəzasının təyin edilməsi qanuna və məqsədə müvafiq hesab edir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs 30 yanvar 2023cü il tarixdə Azərbaycan Respublikası CM-in 320.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, haqqında qərar qəbul edilmiş, lakin istintaqdan gizləndiyindən ittiham elan olunması mümkün olmamış, ona görə də həmin tarixdə barəsində axtarış elan edilmişdir. 20 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs tutularaq istintaq orqanına təhvil verilmişdir. 20 fevral 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-in 320.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, 21 fevral 2023-cü il tarixdə həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona qeyd edilən maddə ilə ittiham elan olunmuş, həmin tarixdə tərəfimdən barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş üzrə maddi sübut - Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama kamerasında saxlanılan “Hp ENVY” markalı “13-ah0051wm” modelli “notebook” (laptop) kompüter Təqsirləndirilən şəxs qaytarılmalı, Şahid1 istintaq orqanına təqdim etdiyi vvhatsapp yazışmaları və onun bank kartına 17 manat pul köçürməsinə dair qəbzin fotoşəkli, şahid X1 istintaq orqanına təqdim etdiyi vvhatsapp yazışmaları və onun bank kartına 51 manat köçürməsinə dair qəbzin fotoşəkli, Şahid3 istintaq orqanına təqdim etdiyi, 51 manat pul vəsaitini köçürməsi barədə qəbzin fotoşəkli, Şahid2 istintaq orqanına təqdim etdiyi vvhatsapp yazışmaları və onun bank kartına 17 manat ödəməsinə dair qəbzin fotoşəkli, Şahid4 adına, Şahid2 adına, Şahid3 adına, Şahid1 adına, X1 adına qanunsuz hazırlanmış saxta X6lar cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə 100 (yüz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza mərkəzinin hesabına keçirilməlidir. İşdə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası

HÖKMETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsində nəzərə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib qazancının 15 %-i dövlət nəfinə tutulmaqla 1(bir) il 6 (altı) ay müddətə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını iş yeri üzrə çəksin. Cəza çəkməsinin başlanğıcı aylıq qazancından ilk məbləğin dövlət nəfinə tutulduğu vaxtdan hesablansın. Hökmün icrası Beyləqan rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə mindikdən sonra ləğv edilsin. İş üzrə maddi sübut - Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama kamerasında saxlanılan “Hp ENVY” markalı “13-ah0051wm” modelli “notebook” (laptop) kompüter Təqsirləndirilən şəxs qaytarılsın, Şahid1 istintaq orqanına təqdim etdiyi vvhatsapp yazışmaları və onun bank kartına 17 manat pul köçürməsinə dair qəbzin fotoşəkli, şahid X1 istintaq orqanına təqdim etdiyi vvhatsapp yazışmaları və onun bank kartına 51 manat köçürməsinə dair qəbzin fotoşəkli, Şahid3 istintaq orqanına təqdim etdiyi, 51 manat pul vəsaitini köçürməsi barədə qəbzin fotoşəkli, Şahid2 istintaq orqanına təqdim etdiyi vvhatsapp yazışmaları və onun bank kartına 17 manat ödəməsinə dair qəbzin fotoşəkli, Şahid4 adına, Şahid2 adına, Şahid3 adına, Şahid1 adına, X1 adına qanunsuz hazırlanmış saxta X6lar cinayət işinin materiallarında saxlanılsın. İş üzrə 100 (yüz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə və məhkəmədə göstərdiyi hüquqi yardıma görə cəmi 15 (on beş) saat üçün 90 (doxsan) manat Beyləqan rayon vəkil bürosunun vəkili Müdafiəçi2 ödənilsin. Hökmün surəti həmin hissədə icrası üçün Azərbaycan Respublikası Vəkillər Kollegiyasına göndərilsin . Hökmdən elan olunduğu andan 20 gün müddətində Beyləqan rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Həmin müddət ərzində şikayət və protest verilməzsə hökm həmin müddət bitdiyi gündən sonrakı gün qanuni qüvvəsini alır.

Hakim: Ramiz Nurullayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar