Azərbaycan Respublikası adından HÖKM Beyləqan rayon İş № 1(020)-23/2024 27.06.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi ilə, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Beyləqan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Beyləqan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakı ilə, 11 avqust 1999-cu il tarixdə Beyləqan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkum olunmamış, Beyləqan şəhəri, Əliağa Vahid küçəsi, ev 8də qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə, xx xxxxxx 2000-ci il tarixdə Beyləqan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkum olunmamış, Beyləqan şəhəri, Habil Hacıyev küçəsi, ev 36-də qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs2 20 noyabr 2023-ci il tarixdə saat 14 radələrində Beyləqan şəhəri, Əliağa Vahid küçəsində tanışı Təqsirləndirilən şəxs1 satış məqsədi olmadan qanunsuz olaraq bir ədəd bükümdə təmiz çəkisi 0,432 qram xeyli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini 38 manat pulun qarşılığında əldə edib üzərində saxlamaqla daşımış, 20 noyabr 2023-cü il tarixdə saat 17:10 radələrində Beyləqan rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Beyləqan şəhəri, Əliağa Vahid küçəsində saxlanılaraq Beyləqan rayon Polis şöbəsinin inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparılarkən onun satış məqsədi olmadan qanunsuz olaraq əldə edib əynində olan qara rəngli cins şalvarın sol yan cibində bir ədəd bükümdə saxlamaqla daşıdığı təmiz çəkisi 0,432 qram xeyli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 təxminən 2023-cü ilin noyabr ayında, istintaqa məlum olmayan tarixdə, vaxtda və mənbədən satış məqsədi ilə kustar üsulla hazırlanmış təmiz çəkisi 1,053 qram psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edib daşımış və istintaqa məlum olmayan yerdə saxlamış, 20 noyabr 2024-cü il tarixdə, saat 14 radələrində həmin psixotrop maddə olan metamfetamindən bir bükümdə 0,432 qramını Beyləqan şəhəri, Habil Hacıyev küçəsində yerləşən 2 saylı uşaq bağçasının yaxınlığında tanışı Təqsirləndirilən şəxs2 38 manat pulun qarşılığında qanunsuz olaraq satmış, 20 noyabr 2023-cü il tarixdə saat 16:10 radələrində Beyləqan rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Ağayev X5 şəhəri, Əliağa Vahid küçəsində saxlanılaraq üzərində şəxsi axtarış aparılarkən ondan aldığı təmiz çəkisi 0,432 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin əynində olan şalvarının sol yan cibindən aşkar edilərək götürüldükdən sonra Təqsirləndirilən şəxs2 verdiyi məlumat əsasında həmin gün saat 19:15 radələrində Beyləqan rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirlərinin davamında o, Beyləqan şəhəri, Habil Hacıyev küçəsində saxlanılaraq Beyləqan rayon Polis şöbəsinin inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparılarkən 2023-ci ilin noyabr ayında istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədilə qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxladığı ümumi təmiz çəkisi 1,053 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamindən Təqsirləndirilən şəxs2 satdıqdan sonra satış məqsədilə qanunsuz olaraq üzərində saxladığı iki bükümdə təmiz çəkiləri 0,229 qram və 0,392 qram olmaqla cəmi 0,621 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin onun əynində olan şalvarın sağ arxa cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədi və ifadəsində göstərmişdir ki, 20 noyabr 2023-cü ildə saat təxminən 14 radələrinidə yaşadığı evdə iş gördükdən sonra mağazaya getmək üçün küçəyə çıxmışdır. Məhlədən gedərkən iki nəfər polis kimi tanıdığı Vəfalı və Rahil ona yaxınlaşıb bir iki söz soruşduqdan sonra qəflətən onun əl qolunu bağlayaraq yerdən kolluqdan nəsə götürüb onun cibinə qoymuş və narkotik vasitəni onun yerə atdığını bildirmişlər. Sonra onu maşına əyləşdirib polis şöbəsinə aparmış, polis şöbəsində ona təzyiq edərək onu döydüklərinə görə o, kolluqdan tapılan bağlamanı özünün atdığını bildirmiş, onun telefonuna baxış keçirərkən vatsap vasitəsi ilə Kənanla yazışmalarını görmüşlər. Onun Kənana 40 manat borcu olmuş, yazışmada Kənana yazmışdır ki, borclu olduğu 40 manat puldan az pul verəcəkdir. Kənanla görüşüb ona 38 manat vermiş, həmin yazışmaya görə əməliyyatçı Ənvər ona təzyiq edib qorxudaraq Kənana zəng etdirmişdir. Kənan evdə yemək yediyini bildirmiş, əvvəlcə Kənanı “Elit” mağazasının qarşısına çağırmış, Kənan “Elit” yanından uzaq olduğunu bildirdiyindən onu məhləyə çağırmışdır. O, təkrar Kənana zəng edərkən Kənan onun yaşadığı evə gedəcəyini bildrmişdirş Kənanla görüşməmişdir. Həmin vaxt o, şöbədə olmuşdur. Qeyd etdiyi kimi onu saxlayarkən üzərindən heç nə tapmamışlar. Polis şöbəsində onu məcbur etdiklərindən ibtidai istintaqda verdiyi ifadəsində yerdən tapılan qutunun ona məxsus olduğunu bildirmiş, lakin sonradan istintaq müddətində ona qarşı olunan təzyiq barədə heç kimi bildirməmişdir. Həmçinin, vəkilinə də bu barədə deməmiş, fikirləşmişdir ki, ancaq məhkəmə zamanı olanları düz danışacaqdır. O, 5 ay ərzində 4-5 dəfə narkotik vasitə olan metamfetamin qəbul etmişdir. Telefonunda olan borc pul məsələsinə görə polislər şübhələnib Kənanı şöbəyə çağıtdırmış, o, Kənanın adını verməmişdir. Polisə verdiyi ilk ifadəsində narkotiki Bakı şəhərindən özü ilə gətirdiyini bildirmişdir. Video görüntüdən sonra onun telefonuna baxış keçirərkən Kənanın adını və Kənanın onunla yazışmasını görmüşlər. O, Kənanla uşaqlıq dostu olmuş və daim onunla yazışıb görüşmüşdür. Narkotik vasitə ona məxsus olmadığına görə barəsində qanuma müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Lakin Təqsirləndirilən şəxs2 son sözündə narkotik vasitəni İlkin adlı şəxsdən aldığını, həmin şəxsin Beyləqan rayonunda yaşadığını, lakin dəqiq ünvanını, atasının adını bilmədiyini, əvvəllər onunla votspla yazışdığını, lakin votsap yazışmalarını saxlamadığını, Kənandan narkotik vasitə almadığını bildirmişdir. Həmçinin göstərmişdir ki, Kənanla əlaqə saxlayarkən Kənan Bakı şəhərindən gələcəyini bildirmişdr. O, Kənana Xırdalan şəhərciyində İlkin adlı tanışında sumka olduğunu və həmin sumkanı ona gətirməsini xahiş etmişdir. O, Kənana ünvan vermiş və həmin sumkanın zibil yeşiyinin yanında divardan asılı olduğunu bildirmişdir. Kənana sumkanın içərisində isə ayaqqabı olduğunu demişdir. Kənan sumkanın işərisində narkotik vasitə olduğunu bilməmişdir. Kənan da onun dediyi ünvandan sumkanı götürüb ona gətirmişdir. İlkin narkotik satan olmuş, o isə istifadəçi kimi İlkindən əvvəllər də Beyləqan rayonunda dəfələrlə narkotik vasitə almışdır. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsi tədqiq edilmiş, həmin ifadəsində o, göstərmişdir ki, təxminən dörd-beş aydır ki, psixotrop maddə metamfetamin istifadə edir, həmin metamfetaminləri tanımadığı rayon sakinlərindən əldə etmişdir. Beyləqan rayon sakini kimi tanıdığı Təqsirləndirilən şəxs1 ilə təxminən iki-üç gün əvvəl, yəni 2023cü ilin noyabr ayının ortalarında Kənanın istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə öz istifadəsində olan ***-***-**-** saylı mobil nömrə vasitəsilə “Whatsapp” proqramında zəng edərək danışmışdır. O, Kənanın narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olduğunu əvvəldən bilmişdir. O, Kənanla danışan zaman Kənan Bakı şəhərində olduğunu, iki-üç günə Beyləqan rayonuna qayıdacağını demiş, söhbət zamanı Kənana patı kimi bildiyi psixotrop maddə metamfetamin lazım olduğunu bildirərək onda olub-olmamasım soruşmuşdur. Həmin vaxt Kənan metamfetamin olduğunu və Beyləqan rayonuna gəldikdə ona sata biləcəyini bildirmiş, o, Kənana 38 manat pulu olduğunu və həmin pula nə qədər edirsə metamfetamin satmasını demişdir. Həmin vaxt Kənan təkrarən ona Beyləqan şəhərinə qayıdıb gələndən sonra onunla gürüşüb patı verəcəyini demişdir. 20 noyabr 2023-cü il tarixdə, saat 14 radələrində Kənan ona zəng edərək görüşmək istədiyini bildirmişdir. O, Kənana qonşu küçə olan Beyləqan şəhəri, Habil Hacıyev küçəsində yerləşən 2 saylı uşaq baxçasının yaxınlığında görüşməyi bildirmiş və evdən çıxıb oraya getmişdir. O, həmin yerə Kənanla eyni vaxtda çatmışdır. O, üstündə olan 38 manat pulu Kənana vermiş və həmin pulun müqabilində Kənandan patı adlandırdığı psixotrop maddə olan metamfetamin verməsini istəmişdir. Həmin vaxt Kənan cibindən bir ədəd sellofan büküm çıxarıb ona vermiş və patı olduğunu bildirmişdir. O, Kənana inandığı üçün həmin bükümü açıb yoxlamadan əynində olan qara rəngli cins şalvarın sol yan cibinə qoymuş və Kənandan ayrılaraq evə getmişdir. Həmin gün saat 16 radələrində yaşadığı ünvan 2 ünvanında yerləşən evdən küçəyə çıxmış və həmin küçə ilə bir qədər piyada hərəkət etdikdən sonra saat 16:10-da mülki formada olan iki nəfər şəxs ona yaxınlaşaraq Beyləqan rayon polis şöbəsinin əməliyyat müvəkkilləri olduqlarını bildirib özlərini təqdim etmişdilər. Həmin vaxt onların ardınca iki nəfər polis formasında olan şəxs də ona yaxınlaşmışdır. Polis əməkdaşlarıona satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə əldə etməkdə, üzərində saxlamaqda daşımaqda şübhəli olduğunu bildirmişlər. Bundan sonra polis əməkdaşları onun üzərində şəxsi axtarış aparılması üçün əlverişli şərait olmadığını görüb birlikdə Beyləqan rayon polis şöbəsinə gətməyi təklif etmişlər. O, etiraz etmədən polis şöbəsinə getmişdir. Polis şöbəsinə getdikdən sonra onu xidməti otağa aparmışlar və polis geyimində olan, özünü Beyləqan rayon polis şöbəsinin İstintaq bölməsinin müstəntiqi X3 təqdim edən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib, üzərində saxlamaqla daşımaqda şübhəli olduğunu və bu səbəbdən saxlanılaraq polis şöbəsinə gətirildiyini ona deyərək onu şübhəli şəxs qimsində tutduğunu bildirib şübhəli şəxs kimi hüquq və vəzifələrini ona elan edərək bu barədə yazılı bildirişi ona vermişdir. O, daha sonra ərizə ilə müraciət edərək maddi imkanı olmadığına görə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin olunmaq istədiyini müstəntiqə bildirmiş, Beyləqan rayon vəkil bürosundan Müdafiəçi1 onun hüquqlarının müdafiəçisi kimi dəvət olunmuşdur. Müdafiəçi1 onun hüquqlarını müdafiə etməsinə heç bir ertirazı olmadığını bildirdikdən sonra polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə onun üzərində videoçəkiliş vasitəsilə şəxsi axtarış aparılması barədə X9 ona məlumat vermiş və üzərində qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya varsa təqdim etməsini təklif etmişdir. O, həmin vaxt əlini üzərində olan qara rəngli cins şalvarın sol yan cibinə salıb içərisindən metamfetamin olan bükümü çıxarıb müstəntiqə təqdim etmişdir. X9 həmin bükümün içərisində nə olduğunu soruşduqda o, həmin bükümün patı olduğunu demişdir. Daha sonra həmin büküm açılaraq baxış keçirilmiş və içərisində ağ rəngli, kristal formalı, psixotrop maddə metamfetaminə bənzər kütlə olması müəyyən edilmiş, həmin kütlə sellofan bükümlə birlikdə elektron tərəzidə çəkildikdə ümumi kütləsinin 0,49 qram olması məlum olmuşdur. Daha sonra onun üzərində şəxsi axtarış davam etdirilmiş və əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən ona məxsus olan bir ədəd “Redmi Note 9” markalı mobil telefon aşkar edilərək müstəntiq tərəfindən götürülmüşdür. Onun üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamin iştirakçıların və müdafiəçinin iştirakı ilə götürülərək ağ rəngli zərfə qoyulub qablaşdırılmış, zərfin üzəri Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 86 saylı möhürü ilə möhürlənmiş və bu barədə protokol tərtib olunaraq iştirakçılara ucadan oxunmuş və protokolun düzgünlüyü bütün iştirakçılar tərəfindən təsdiq edilmişdir. X9 üzərindən aşkar edilmiş kütlənin haradan əldə etdiyini ondan soruşduqda o, həmin kütləni yerdən tapdığını bildirmişdir. X1 təkrar həmin kütləni harada yerdən tapdığını soruşduqda o, sadəcə gəzərkən yerdən tapdığını demişdir. Üzərindən aşkar edilmiş həmin metamfetamini ona Kənan verdiyi üçün o, şəxsi axtarış zamanı yer fikirləşib cavab verə bilməmişdir. O, həmin bir büküm psixotrop maddə olan metamfetamini 38 manata Kənandan almış, həmin pulu Kənana bir ədəd 20 manatlıq, bir ədəd 10 manatlıq, bir ədəd 5 manatlıq və üç ədəd 1 manatlıq əskinaslarla vermişdir. O, Kənanın metamfetamini haradan aldığını bilməmişdir. Polis əməkdaşları ona yaxınlaşarkən və üzərində şəxsi axtarış aparılan zaman ona qarşı heç bir fiziki güc və zor tətbiq edilməmişlər. O, narkotik vasitələrin və psixtrop maddələrin satışı ilə məşğul olmamış, şəxsi axtarış zamanı üzərində olan paltarlar ona məxsus olmuşdur. Şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş bir ədəd sellofan bükümün içərisində olan həmin psixotrop maddə metamfetamin ona məxsus olmuş, həmin kütləni 20 noyabr 2023- cü il tarixdə, saat 14 radələrində tanışı Təqsirləndirilən şəxs1 38 manata öz istifadəsi üçün almışdır. O, Təqsirləndirilən şəxs1 rayon sakini kimi tanımış, əvvəllər aralarında ədavət və ya düşmənçilik olmamış, əksinə münsaibətləri normal olmuşdur. Kənan həmin metamfetamini satan zaman onu haradan əldə etdiyini və çəkisi barədə ona heç nə deməmişdir. O, şəxsi axtarış zamanı üzərindən aşkar olunmuş psixotrop maddə metamfetamini Kənandan əldə etdiyini gizlətmək istəmiş, lakin yalan danışa bilmədiyi üçün X9 sonradan ondan izahat alan zaman fikrini dəyişərək həqiqəti bildirmiş, izahatında psixotrop maddə metamfetamini Kənandan əldə etdiyini göstərmişdir. O, əvvəllər Təqsirləndirilən şəxs1 narkotik vasitə və psixotrop maddə almamışdır. O, xx.xx.2023-cü il tarixdə saat 12:31 -də Təqsirləndirilən şəxs1 zəng edərək onunla 67 saniyə, xx.xx.2023-cü il tarixdə saat 11:08- də zəng edərək 16 saniyə, danışmışdır. Təqsirləndirilən şəxs1 19:11.2023-cü il tarixdə saat 19:07-də ona zəng edərək 12 saniyə, xx.xx.2023-cü il tarixdə saat 12:13-də zəng edərək 34 saniyə, xx.xx.2023-cü il tarixdə saat 12:30-da o, Kənana zəng edərək 25 saniyə, xx.xx.2023-cü il tarixdə saat 13:28-də Təqsirləndirilən şəxs1 ona zəng edərək 33 saniyə, xx.xx.2023-cü il tarixdə saat 13:42-də Təqsirləndirilən şəxs1 ona zəng edərək 48 saniyə və xx.xx.2023-cü il tarixdə saat 13:56-da o, Təqsirləndirilən şəxs1 ona zəng edərək 45 saniyə danışdıqlarını bildirmişdir. xx.xx.2023-cü il tarixdə saat 13:56-da Kənan ilə danışdıqdan 3-4 dəqiqə sonra Beyləqan şəhərində Habil Hacıyev küçəsində yerləşən 2 saylı uşaq bağçasının yanında Kənan ilə görüşmüş və həmin vaxtı o, Kənana 38 manat pul verib ondan bir bükümdə psixotrop maddə olan metamfetamini almışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədi və ifadəsində göstərdi ki, 20 noyabr 2023-cü ildə yaşadığı evdə yemək yeyərkən uşaqlıqdan tanıdığı tanışı Araz ona zəng edərək onunla görüşmək istədiyini və “Bahar” kafesinin yanına gəlməsini bildirmiş, o, həmin yerin uzaq olduğunu Araza bildirmişdir. Araz təkrar ona zəng edib yaşadığı məhkəməyə dəvət etmiş, o, Arazla razılaşıb Arazın yaşadığı evə getmişdir. Darvazaya yaxınlaşarkən qəflətən polis nəfərləri Ənvər, Vəfalı və Əli ona yaxınlaşıb tutub polis şöbəsinə aparmış, polis şöbəsində üzərindən heç nə tapa bilməmişlər. Şöbədə ondan kimə narkotik verdiyini soruşmuş, o, isə heç kimə narkotik verdiyini bildirməmişdir. Həmin zaman polislərdən Ənvərlə Əli onu döymüşdür. O, başından xəsarət almış, lakin bu barədə heç kimi bildirməmişdir. Döyülməsi barədə müstəntiqə demişdir. Buna görə də, qorxusundan Araza narkotikin özünün verdiyini demiş, ifadəsini özü yazmamış və oxumamış, lakin qorxusundan imzalamışdır. Onun telefonundakı vatsap yazışmalarının bəzisi ona aid deyil, çünki iş yoldaşları da müəyyən vaxtlarda onun telefonundan istifadə etmişlər. Arazla əvvəlcədən münasibəti yaxşı olmuş, onların evinə gedib gəlmişdir. İlkin videoçəklişdə üzərindən heç nə çıxmamışdır. Əynindəki gödəkçəsinin sag cibinipolislər çırmışlar. Hazırda özünü qətiyyən təqsirli bilmir, özünə bəraət verilməsini xahiş edir. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında tədqiq edilmiş, o, həmin ifadəsində göstərmişdir ki, təxminən bir ilə yaxındır ki, psixotrop maddə metamfetamini ara-sıra tapdıqda istifadə etmiş, bir neçə gün əvvəl, yəni 2023-cü ilin noyabr ayının ortalarında Bakı şəhəri, Biləcəri qəsəbəsi ərazisində gəzişən zaman çəkdiyi siqareti zibil qutusuna atarkən zibil qutusunun yanında olan kərpic daşın yanında sellofan büküm olduğunu görmüş, əyilib həmin bükümü götürərək açıb içərisinə baxdıqda bükümün içərisində patı kimi tanıdığı metamfetamin olduğunu görmüş və həmin bükümü yenidən bağlayaraq cibinə qoyub oradan uzaqlaşmışdır. Sonradan Bakı şəhərində olan zaman tanışı Araz ona zəng edərək patı, yəni psixotrop maddə olan metamfetamin olub olmadığını soruşmuş və əgər varsa ona da verməsini bildirmişdir. Araza Bakı şəhərində olduğunu və Beyləqan şəhərinə qayıdıb gələndən sonra ona patı verəcəyini demişdir. 18 noyabr 2023-cü il tarixdə Beyləqan rayonuna qayıtmış, 20 noyabr 2023-cü il tarixdə, saat 14 radələrində Təqsirləndirilən şəxs2 ilə Beyləqan şəhəri, Habil Hacıyev küçəsində yerləşən 2 saylı uşaq baxçasının yaxınlığında görüşüb söhbətləşmiş, söhbət əsnasında Bakı şəhərində olarkən metamfetamin tapdığını, öz istifadəsi üçün götürüb gətirdiyini Araza bildirmişdir. Araz ondan həmin metamfetamini özü istifadə etmək üçün istəmiş və ona 38 manat pul verərək həmin pulun müqabilində patı adlandırdığı psixotrop maddə metamfetamin verməsini istəmişdir. Arazla razılaşıb cibində olan bir bükümdə metamfetamini Araza vermiş və Arazdan ayrılaraq çıxıb getmişdir. 20 noyabr 2023-cü il tarixdə, saat 19:15 radələrində Beyləqan şəhəri, Habil Hacıyev küçəsində piyada gedərkən mülki formada olan iki nəfər şəxs ona yaxınlaşaraq Beyləqan rayon polis şöbəsinin əməliyyat müvəkkilləri olduqlarını bildirib özlərini təqdim etmiş, həmin şəxslərin ardınca iki nəfər polis formasında olan şəxs də ona yaxınlaşmışdır. Polis əməkdaşları onun satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə etməkdə, üzərində saxlamaqda daşımaqda və satışını həyata keçirməkdə şübhəli olduğunu bildirdirmişlər. Bundan sonra polis əməkdaşları onun üzərində şəxsi axtarış aparılması üçün əlverişli şərait olmadığından birlikdə Beyləqan rayon polis şöbəsinə gəlməyi təklif etmişlər. O, etiraz etməyərək polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getmişdir. Polis şöbəsinə gəldikdən sonra onu xidməti otağa aparmışlar. Polis geyimində olan və özünü Beyləqan rayon polis şöbəsinin İstintaq bölməsinin müstəntiqi X3 təqdim edən şəxs ona qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə edib, üzərində saxlamaqla daşımaqda və satışını həyata keçirməkdə şübhəli olduğunu və bu səbəbdən saxlanılaraq polis şöbəsinə gətirildiyini deyərək onun şübhəli şəxs qimsində tutulduğunu bildirib şübhəli şəxs kimi hüquq və vəzifələrini ona elan edərək bu barədə yazılı bildiriş vermişdir. O, ərizə ilə müraciət edərək maddi imkanı olmadığına görə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin olunmaq istədiyini bildirmiş, Müdafiəçi2 onun hüquqlarını müdafiəçisi kimi dəvət olunmuş və Müdafiəçi2 onun hüquqlarını müdafiə etməsinə heç bir ertirazı olmadığını bildirmişdir. Bundan sonra hal şahidi qismində dəvət edilmiş Şahid5 və Şahid4, polis əməkdaşlarının və müdafiəçisinin iştirakı ilə fotoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılması barədə X9 ona məlumat vermiş, üzərində qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya varsa təqdim etməsini təklif etmişdir. O, üzərində dövriyyəsi qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet olmadığını bildirmişdir. Bundan sonra müstəntiq onun üzərində şəxsi axtarış aparmış, əynində olan qara rəngli cins şalvarın sol yan dörd ədəd 20 manatlıq, iki ədəd 10 manatlıq, üç ədəd 5 manatlıq, doqquz ədəd bir manatlıq olmaqla 124 manat nağd pul, əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd “Samsung A12” markalı mobil telefon, əynində olan qara rəngli cins şalvarın sağ arxa cibindən iki ədəd şəffaf rəngli sellofan bükümü aşkar edərək götürmüşdür. Müstəntiq aşkar edilmiş bükümlərə baxış keçirərək bükümlərin içərilərində ağ rəngli, kristal formalı, psixotrop maddə metamfetmaninə bənzər kütlələr olmasını müəyyən etmişdir. Bundan sonra həmin kütlələr sellofan bükümlə birlikdə elektron tərəzidə çəkilmiş və ümumi kütləsinin ayrı-ayrılıqda 0,44 və 0,46 qram, cəmi 0,90 qram olması məlum olmuşdur. Daha sonra onun üzərində şəxsi axtarış davam etdirilmiş, lakin dövriyyəsi qanunla qadağan edilmiş başqa hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Aşkar edilmiş psixotrop maddə metamfetaminə bənzər kütlələr iştirakçıların və müdafiəçinin iştirakı ilə götürülərək ağ rəngli zərfə qoyulub qablaşdırılmış və zərfin üzəri Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 86 saylı möhürü ilə möhürlənmişdir. X2 üzərindən aşkar edilmiş ağ rəngli, kristal formalı, psixotrop maddə metamfetmaninə bənzər kütlələri haradan əldə etdiyini ondan soruşduqda o, həmin kütlələrin ona məxsus olmadığını, hansı səbəbdən üzərində olmasını bilmədiyini demişdir. Daha sonra müstəntiq ona həmin gün Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində saxlanılaraq üzərində şəxsi axtarış aparılan zaman üzərindən bir bükümdə ağ rəngli, kristal formalı, psixotrop maddə metamfetmaninə bənzər kütlə aşkar edildiyini, Təqsirləndirilən şəxs2 həmin kütlənin patı kimi bildiyi metamfetamin olduğunu, həmin metamfetamini 38 manat pul müqabilində ondan aldığını dediyini bildirmiş və bu barədə ondan soruşmuşdur. O, Təqsirləndirilən şəxs2 bir bükümdə psixotrop maddə metamfetamini 20 noyabr 2023-cü il tarixdə, saat 14 radələrində Beyləqan şəhəri, Habil Hacıyev küçəsində 2 saylı uşaq bağçasının yanında 38 manata satdığını etiraf etmişdir. Müstəntiq tərəfindən üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunaraq ucadan oxunmuş və bütün iştirakçılarla birlikdə o, həmin protokolun düzgünlüyünü imzası ilə təsdiq etmişdir. Polis əməkdaşları ona yaxınlaşan vaxt və üzərinə şəxsi axtarış aparılan zaman ona qarşı heç bir fiziki güc və zor tətbiq edilməmişlər. O, Araza bir büküm halında psixotrop maddəni 38 manata satmış, Araz ona bir ədəd 20 manatlıq, bir ədəd 10 manatlıq, bir ədəd 5 manatlıq və üç ədəd 1 manatlıq əskinaslarla həmin pulu vermişdir. O, Arazdan aldığı 38 maant pulu cibində olan digər pulların arasına qoymuş, həmin pullar üzərində şəxsi axtarış aparılan zaman əynində olan cins şalvarının sol yan cibindən aşkar edilərək götürülmüş cəmi 124 manat pulun arasında olmuşdur. O, əvvəllər heç kimə psixotrop maddə və ya narkotik vasitə satmamış, pay verməmişdir. Şəxsi axtarış zamanı əynində olan paltarlar ona məxsusdur. Şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş iki ədəd sellofan büküm ona məxsus deyildir, həmin bükümlərin hansı səbəbdən üzərində olması, kiminsə onun üzərinə qoyması barədə heç bir fikri yoxdur. O, Təqsirləndirilən şəxs2 əvvəllər psixotrop maddə metamfetamin və ya narkotik vasitə satmamışdır. O, Bakı şəhərində olan vaxtı Təqsirləndirilən şəxs2 ilk dəfə təxminən 17 noyabr 2023-cü il tarixdə ona zəng etmiş və zəng etməsinə səbəb ondan patı adlandırdıqları psixotrop maddə olan metamfetamin istəmişdir. O, həmin Araza Bakı şəhərində olduğunu, 1-2 gündən sonra Beyləqan şəhərinə qayıdacağını və qayıdandan sonra zəngləşib görüşərk ona patı verəcəyini bildirmişdir. O, 2-3 gündən sonra Beyləqan şəhərinə qayıtdıqdan sonra Araz ilə bir necə dəfə telefonla danışmış, 20 noyabr 2023-cü il tarixdə saat 13:56 -da Araz ilə danışdıqdan 3-4 dəqiqə sonra onunla Beyləqan şəhərində Habil Hacıyev küçəsində yerləşən 2 saylı uşaq bağçasının yanında görüşmüş və həmin vaxtı bir bükümdə psixotrop maddə olan metamfetamini ona satmışdır. O, 18 noyabr 2023-cü il tarixədək Bakı şəhərində yerləşən Bakıxanov çörək zavodunda çörək yığan işləmiş, həmin vaxtı orada onunla birlikdə çörək yığan işləyən adını xatırlamadığı şəxs xx.xx.2023-cü il tarixdə saat 19:47:48-də onun istifadəsində olan 050-782- 20- 76 saylı mobil telefonunu zəng etmək üçün ondan istəmiş və **********67 saylı mobil nömrəyə "Emi men burda seni gözduyrem meni gözduyen var bir cavab ver Emi bu ne herktdi" mətinli sms göndərdiyini bildirmişdir. Bundan sonra xx.xx.2023-cü il tarixdə saat 07:09:52-də həmin **********67 saylı mobil nömrədən onun istifadəsində olan **********67 saylı mobil nömrəyə "Sexdə, demişəm, ona. keçmiyəcəm. basın, bədəninə, ağırlıq, eləməsin, bu. dəfə, özünü, aparacaqlar, bareqa." mətinli sms daxil olmuşdur. O, onların nə barədə yazışdıqlarının yəni bu sms lərin mənasını bilməmiş, eləcədə **********67 saylı mobil nömrənin sahibini tanımamışdır. O, **********48 saylı mobil nömrənin xalası oğlu X8 məxsus olduğunu bildirmişdir. 20.11,2023-cü il tarixdə Ceyhun ondan 90 manat borc pul istəmiş, ona pulu verməyinə söz verdikdən sonra Ceyhun xx.xx.2023-cü il tarixdə saat 07:09:52-də ona "QAQA SAXL TEZDƏN SAAT 10KİMİ GÖTRECEK 100%" sms göndərərək pulu götürəcəyini bildirmişdir. O, da bundan sonra öz istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən xx.xx.2023-cü il tarixdə saat 00:03:27-də Ceyhunun istifadəsində olan həmin mobil nömrəyə "Yaxşı" sms ni göndərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Beyləqan rayon polis şöbəsinin Narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 20 noyabr 2023-cü il tarixdə icraatına Beyləqan şəhəri, Əliağa Vahid küçəsi ev 8-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs2 qanunsuz olaraq psixotrop maddələri əldə etməkdə, üzərində saxlamaqla daşımaqda şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. O, həmin məlumatı polis şöbəsinin rəhbərliyinə məruzə etdikdən sonra həmin gün ondan, İstintaq bölməsinin müstəntiqi polis kapitanı X4, Cinayət axtarışı bölməsinin əməliyyat müvəkkili polis kapitanı Şahid1, İctimai təhlükəsizlik bölməsinin sahə polis nəfəri polis baş serjantı Şahid6 və sahə polis nəfəri polis baş serjantı Şahid3 ibarət əməliyyat qrupu yaradılmış və Təqsirləndirilən şəxs2 cinayətkar əməlini ifşa etmək məqsədi ilə ətrafında müvafiq əməliyyat tədbirləri keçirməyə başlamışlar. Bundan sonra həmin gün, yəni 20 noyabr 2023-cü il tarixdə, saat 16:10 radələrində Ağayev X5 şəhəri, Əliağa Vahid küçəsində saxlanılmışdır. O, həmin vaxtı onunla olan digər polis əməkdaşları birlikdə Təqsirləndirilən şəxs2 yaxınlaşaraq özünü təqdim edərək Beyləqan rayon polis şöbəsinin əməkdaşları olduqlarını demiş və Təqsirləndirilən şəxs2 qanunsuz olaraq psixotrop maddələri əldə etməkdə, üzərində saxlamaqla daşımaqda şübhəli olduğunu və bunun üçün də üzərində şəxsi axtarış aparılmalı olduğunu bildirmişdir. Həmin yerdə şəxsi axtarış aparılması üçün əlverişli şərait olmadığına görə Təqsirləndirilən şəxs2 onlarla birlikdə Beyləqan rayon polis şöbəsinə getməsini təklif etmişdir. Təqsirləndirilən şəxs2 etiraz etməyərək onların xidməti avtomobilinə əyləşərək Beyləqan rayon polis şöbəsinə getmişdir. Polis şöbəsinə gəldikdən sonra Beyləqan rayon vəkil bürosundan Təqsirləndirilən şəxs2 hüquqlarını müdafiyə olunması məqsədilə vəkil Müdafiəçi1 dəvət olunmuşdur. Bundan sonra polis şöbəsində X9 öz xidməti otağında vəkil Müdafiəçi1 Təqsirləndirilən şəxs2 təqdim etmiş, daha sonra onun, Müdafiəçi1, əməliyyat müvəkkili Şahid1, sahə polis nəfərləri Şahid6, Şahid3 iştirakı ilə Təqsirləndirilən şəxs2 hüquq və vəzifələrini elan etmiş və video çəkilişlə üzərində şəxsi axtarış aparmağa başlamışdır. X9 şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərində gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı maddə, predmet, narkotik vasitə və ya psixotrop maddə varsa könüllü olaraq təqdim etməsini təklif etmişdir. Təqsirləndirilən şəxs2 üzərində patı adlanan psixotrop maddə olduğunu bildirmiş və əlini əynində olan qara rəngli cins şalvarının sol yan cibinə salaraq şəffaf rəngli bir ədəd sellofan bükümünü çıxardıb müstəntiqə təqdim etmişdir. Təqsirləndirilən şəxs2 təqdim etdiyi həmin büküm açılaraq baxış keçirilən zaman içərisində ağ rəngli, kristal formalı, iysiz psixotrop maddə olan metamfetaminə bənzər kütlə olduğu müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs2 təqdim etdiyi həmin büküm elektron tərəzidə çəkilmiş və çəkisinin 0,49 qram olduğu müəyyən edilmişdir. Daha sonra həmin bir ədəd şəffaf rəngli sellofan bükümün içərisində olan ağ rəngli, kristall formalı, iysiz psixotrop maddə olan metamfetaminə bənzər kütlə X9 tərəfindən zərfə qoyularaq qablaşdırılıb götürülmüş və Daxili İşlər Nazirliyinin 86 saylı möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən zərfin üzərinə imza edilmişdir. Daha sonra şəxsi axtarış davam etdirilmiş və Təqsirləndirilən şəxs2 əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd Redmi Note 9 markalı mobil telefon aşkar edilmişdir. Həmin mobil telefon istintaq zərurəti ilə əlaqədar olaraq müstəntiq tərəfindən götürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərindən gəzdirilməsi qanunla qadağan olunan digər hər hansı bir əşya və ya predmet aşkar olunmamışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 bükümün içərisindəki kütlənin patı adlandırdığı psixotrop maddə metamfetamini olduğunu, həmin maddəni yerdən tapdığını, öz istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Müstəntiq tərəfindən şəxsi axtarış və götürmə aparılması haqqında protokol tərtib edilərək iştirakçılara ucadan oxunmuş və düzgün tərtib olunduğu iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. O, əməliyyat-axtarış tədbirləri ilə Təqsirləndirilən şəxs2 həmin psixotrop maddə olan metamfetamini 20 noyabr 2023-cü il tarixdə Beyləqan şəhəri, Habil Hacıyev küçəsində yerləşən 2 saylı uşaq bağçasının qarşısında tanışı Təqsirləndirilən şəxs1 38 manat pul müqabilində aldığını müəyyən etmişdir. X9 tərəfindən izahatı alınan zaman Təqsirləndirilən şəxs2 üzərində olan və özü müstəntiqə təqdim etdiyi bir büküm halında psixotrop maddə olan metamfetamini yerdən tapmadığını, Təqsirləndirilən şəxs1 aldığını səmimi etiraf etmişdir. Bundan sonra onlar əməliyyat tədbirlərini davam etdirərək Təqsirləndirilən şəxs1 şəxsiyyətini müəyyən etmiş və həmin gün saat 19 radələrində Beyləqan şəhəri, Habil Əliyev küçəsində saxlayaraq Beyləqan rayon polis şöbəsinə gətirmişlər. Təqsirləndirilən şəxs1 polis şöbəsinə gətirdikdən sonra X9 Beyləqan rayon vəkil bürosundan hüquqlarım müdafiə olunması məqsədilə vəkil Müdafiəçi2 dəvət edərək Təqsirləndirilən şəxs1 təqdim etmiş, onun, Müdafiəçi2, əməliyyat müvəkkili Şahid1, sahə polis nəfəri Şahid6, sahə polis nəfəri Şahid3 və iki nəfər hal şahidinin iştirakı ilə Təqsirləndirilən şəxs1 hüquq və vəzifələrini elan edərək hal şahidlərinin iştirakları ilə üzərində şəxsi axtarış keçirməyə başlamışdır. X9 şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərində gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı maddə, predmet, narkotik vasitə və ya psixotrop maddə varsa könüllü olaraq təqdim etməsini təklif etmiş, Təqsirləndirilən şəxs1 üzərində gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı maddə, predmet və əşya olmadığını bildirmişdir. Bundan sonra X9 şəxsi axtarışı davam etdirərək Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli cins şalvarının sol yan cibindən bir ədəd cəmi 124 manat olan 1, 5,10 və 20 manatlıq pul əskinaslar, əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd Samsunq A12 markalı mobil telefon, sağ arxa cibindən iki ədəd şəffaf rəngli selofan büküm aşkar etmişdir. O, aşkar edilmiş həmin iki ədəd şəffaf rəngli sellofan bükümlərə müstəntiq tərəfindən baxış keçirilən zaman bükümlərin içərilərində ağ rəngli, kristall formalı, iysiz psixotrop maddə olan metamfetaminə bənzər kütlələr olduğunu görmüşdür. Həmin kütlələr selofan bükümlərlə birlikdə elektron tərəzidə çəkilmiş və çəkilərinin 0,44 qram və 0,46 qram, cəmi 0,90 qram olduğu məlum olmuşdur. Daha sonra həmin iki ədəd şəffaf rəngli selofan bükümün içərisində olan ağ rəngli, kristall formalı, iysiz psixotrop maddələr olan metamfetaminə bənzər kütlələr müstəntiq tərəfindən zərfə qoyularaq qablaşdırılıb götürülmüş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 86 saylı möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən zərfin üzərinə imza edilmişdir. Təqsirləndirilən şəxs1 üzərində aşkar edilən bir ədəd Samsunq A12 markalı mobil telefon və 124 manat pul istintaq zərurəti ilə əlaqədar olaraq müstəntiq tərəfindən götürülmüşdür. Təqsirləndirilən şəxslər istər saxlandıqları vaxt, istərsədə polis şöbəsində üzərlərinə baxış keçirilərkən onlara hər hansı bir təzyiq göstərilməmiş və təqsirləndirilən şəxslər onun və digər polis əməkdaşları tərəfindən döyülməmişlər. İş üzrə şahid qismində dindirilmiş Şahid1, Şahid6 və Şahid3 məhkəmə iclasında Şahid2 ilə eyni məzmunlu ifadə verdilər. İş üzrə şahid qismində dindirilmiş Şahid4 məhkəmədə verdiyi ifadəsində göstərdi ki, o, 20 noyabr 2023-cü il tarixdə təxminən saat 20 radələrində Beyləqan şəhərində polis şöbəsinin qarşısından piyada keçib gedən zaman xatırlamadığı bir nəfər polis əməkdaşı ona yaxınlaşaraq polis şöbəsinin inzibati binasında xidməti otaqların birində bir nəfər şəxsin üzərində şəxsi axtarış aparılacağını bildirib, şəxsi axtarışın aparılmasında hal şahidi qismində iştirak etməsini ondan xahiş edərək onu polis şöbəsinə dəvət etmişdir. O, etiraz etməmiş və həmin polis əməkdaşı onu polis şöbəsinin inzibati binasına sonradan tanıdığı X6 xidməti otağına aparmışdır. X6 xidməti otağında 3- 4 nəfər polis əməkdaşları, Beyləqan rayon vəkil bürosunun bir nəfər Vəkil adında vəkili və sonradan ad və soyadı ona məlum olan Təqsirləndirilən şəxs1 olmuşdur. Daha sonra şəxsi axtarışda hal şahidi qismində iştirak etmək üçün polis əməkdaşları bir nəfər şəxsi də hal şahidi qismində dəvət etmişlər. Rəşad Novruzov ona və hal şahidi qismində dəvət olunmuş digər bir nəfər şəxsə onların hüquq və vəzifələrini izah etmiş, bundan sonra Vəkil adlı vəkili Təqsirləndirilən şəxs1 təqdim etmiş, vəkilin, polis əməkdaşlarının, onun və digər hal şahidinin iştirakı ilə Təqsirləndirilən şəxs1 hüquq və vəzifələrini elan edərək onların iştirakları ilə Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış aparmağa başlamışdır. X9 şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərində gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı maddə, predmet, narkotik vasitə və ya psixotrop maddə varsa özü könüllü olaraq təqdim etməsini bildirmişdir. Təqsirləndirilən şəxs1 müstəntiqə üzərində gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya olmadığını bildirmiş, Rəşad Novruzov şəxsi axtarışı davam etdirmiş, Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli cins şalvarının sol yan cibindən cəmi 124 manat olan 1, 5,10 və 20 manatlıq pul əskinasları, əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd Samsunq A12 markalı mobil telefon, həmin şalvarın sağ arxa cibindən iki ədəd şəffaf rəngli selofan büküm aşkar edilmişdir. Aşkar edilmiş həmin iki ədəd şəffaf rəngli sellofan bükümlərə baxış keçirilən zaman bükümlərin içərilərində ağ rəngli, kristall formalı, iysiz psixotrop maddə olan metamfetaminə bənzər kütlələr olduğu müəyyən olunmuşdur. Sonra müstəntiq tərəfindən həmin kütlələr sellofan bükümlərlə birlikdə elektron tərəzidə çəkilmiş və çəkilərinin 0,44 qram və 0,46 qram olması, cəmi 0,90 qram olması məlum olmuşdur. Daha sonra həmin iki ədəd şəffaf rəngli selofan bükümün içərisində olan ağ rəngli, kristall formalı, iysiz psixotrop maddələr olan metamfetaminə bənzər kütlələr müstəntiq tərəfindən zərfə qoyularaq qablaşdırılıb götürülmüş, Daxili İşlər Nazirliyinin 86 saylı möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən zərfin üzərinə imza edilmişdir. Müstəntiq tərəfindən şəxsi axtarış və götürmə aparılması haqqında protokol tərtib edilmiş və həmin protokol istintaq hərəkətinin iştirakçılarına ucadan oxunmuş, düzgün tərtib olunduğu üçün iştirakçılar tərəfindən imzalanmışdır. O, Təqsirləndirilən şəxs1 ilk dəfə 20 noyabr 2023-cü il tarixdə Beyləqan rayon polis şöbəsində üzərində şəxsi axtarış aparılan zaman görmüş, həmin şəxsi əvvəllər tanımamış və heç bir münasibəti olmamışdır. Onun Təqsirləndirilən şəxs1 ilə heç bir ədavəti və düşmənçiliyi olmadığını olmamışdır. X9 Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparan zaman üzərində aşkar edilərək götürülmüş iki ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetaminə bənzər kütlələri haradan əldə etməsini, eləcədə tanışı Təqsirləndirilən şəxs2 psixotrop maddə olan metamfetamin satması barədə Təqsirləndirilən şəxs1 soruşduqda Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 həmin gün 38 manat pul müqabilində patı adlanan psixotrop maddə metamfetamin satdığını, lakin üstünüzərindədən aşkar olunaraq götürülmüş iki ədəd selofan bükümlərdə olan psixotrop maddə metamfetaminə bənzər kütlələri haradan əldə etməsi barədə heç bir fikir söyləməmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid5 məhkəmə iclasında Şahid4 ilə eyni məzmunlu ifadə verdi. İş materiallarına əlavə edilmiş cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə qərardan görünür ki,cinayət işinin başlanmasına səbəb və əsas Beyləqan şəhəri, Əliağa Vahid küçəsi, ev 8-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs2 satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri əldə edib saxlamaqla üzərində daşıması və Beyləqan şəhəri, Habil Hacıyev küçəsi, ev 36-da qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs1 satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddələri əldə edib saxlamaqla üzərində daşıyaraq 38 manat pul qarşılığında Təqsirləndirilən şəxs2 satması barədə Beyləqan rayon polis şöbəsinin Narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili polis kapitanı Şahid2 20 noyabr 2023-cü il tarixli raportları əsasında Beyləqan rayon polis şöbəsinin İstintaq bölməsində toplanmış materiallar olmuşdur. İş materiallarına əlavə edilmiş Şəxsi axtarış və götürmə aparılması haqqında” 20 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, 20 noyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs2 üzərində video çəkilişlə şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli cins şalvarın sol yan cibindən şəffaf rəngli bir ədəd selofan bükümdə ümumi çəkisi 0,49 qram ağ rəngli, kristall formalı, iysiz psixotrop maddə olan metamfetaminə bənzər kütlə və “Redmi Note 9” markalı mobil telefon aşkar edilərək götürülmüşdür. İş materiallarına əlavə edilmiş “Şəxsi axtarış və götürmə haqqında” 20 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, 20 noyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli cins şalvarın sol yan cibindən cəmi 124 manat dörd ədəd 20 manatlıq, iki ədəd 10 manatlıq, üç ədəd 5 manatlıq və doqquz ədəd 1 manatlıq əskinaslar, əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd “Samsunq A12” markalı mobil telefon və əynindəki həmin şalvarın sağ arxa cibindən iki ədəd şəffaf sellofan bükümdə müvafiq olaraq 0,44 qram və 0,46 qram, ümumi çəkisi 0,90 qram ağ rəngli, kristall formalı, iysiz psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar edilərək götürülmüşdür. İş materiallarına əlavə edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 18/1068 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində « Təqsirləndirilən şəxs2 üzərindən» sözləri yazılmış və imzalar olan kağız paketdəki 01 ədəd bükümdə təmiz çəkisi - 0,432 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. İş materiallarına əlavə edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 18/1067 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində « Təqsirləndirilən şəxs1 üzərindən» sözləri yazılmış və imzalar olan kağız paketdəki 2 ədəd selofan kəsiyi bükümündə aayrı-ayrılıqda təmiz çəkiləri - 0,229 qram, 0,392 qram, ümumi təmiz çəkisi-0621 qram olan maddələr kustar üsulla hazırlanmış, xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkibli psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş 2 bükümdə, Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş 1 bükümdə, cəmi 3 ədəd bükümdə olan metamfetaminlər xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkiblidir. İş materiallarına əlavə edilmiş məhkəmə narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 263 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 Psixostimulyatorlardan istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs1 müalicə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilakti qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş məhkəmə narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 286 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 kannabinoidlərin və Psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş “ Şəxsi axtarış və götürmə haqqında” 20 noyabr 2023-cü il tarixli protokolundan görünür ki, əsasən Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılan zaman aşkar edilmiş 1 ədəd "Redmi Note 9" markalı mobil telefona baxış keçirilən zaman həmin mobil telefonun üzərində olan ***-***-**-** saylı mobil nömrə ilə 17 noyabr 2023-cü il tarixdə, 19 noyabr 2023-cü il tarixdə və 20 noyabr 2023-cü il tarixlərdə Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə arasında danışıq baş tutması müəyyən olunmuşdur. İş materiallarına əlavə edilmiş “Şəxsi axtarış və götürmə haqqında” 20 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılan zaman aşkar edilmiş 1 ədəd “Samsunq A12” markalı mobil telefona baxış keçirilən zaman həmin mobil telefonun üzərində olan ***-***-**-** saylı mobil nömrə ilə 17 noyabr 2023-cü il tarixdə, 19 noyabr 2023-cü il tarixdə və 20 noyabr 2023-cü il tarixlərdə Təqsirləndirilən şəxs2 istifadəsində olan 051 - ***-**-** saylı mobil nömrə arasında danışıq baş tutması müəyyən olunmuşdur. İş materiallarına əlavə edilmiş “Baxış keçirilməsi haqqında” 13 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən daxil olmuş 08 yanvar 2024-cü il tarixli, 267 saylı məktuba əlavə edilmiş 1 ədəd CD-R formatlı diskə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, xx.xx.2023-cü il tarixdə saat 12:31-də Təqsirləndirilən şəxs2 istifadəsində olan 051 - ***-**-** saylı mobil nömrədəd Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng olunmuş və 67 saniyə danışıq qeydə alınmış, xx.xx.2023-cü il tarixdə saat 11:08-də Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrədəd Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng olunmuş və 16 saniyə danışıq qeydə alınmış, 19:11.2023-cü il tarixdə saat 19:07-də Təqsirləndirilən şəxs1 istifadəsində olan ***- ***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng olunmuş və 12 saniyə danışıq qeydə alınmış, xx.xx.2023-cü il tarixdə saat 12:13-də Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng olunmuş və 34 saniyə danışıq qeydə alınmış, xx.xx.2023-cü il tarixdə saat 12:30-da Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs1 istifadəsində olan 050-782- 20-76 saylı mobil nömrəyə zəng olunmuş və 25 saniyə danışıq qeydə alınmış, xx.xx.2023-cü il tarixdə saat 13:28-də Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng olunmuş və 33 saniyə danışıq qeydə alınmış, xx.xx.2023-cü il tarixdə saat 13:42-də Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng olunmuş və 48 saniyə danışıq qeydə alınmış və xx.xx.2023-cü il tarixdə saat 13:56-da Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng olunmuş və 45 saniyə danışıq qeydə alınmışdır. Məhkəmə hesab edir ki, hazırda Təqsirləndirilən şəxs2 özünü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi, Təqsirləndirilən şəxs1 özünü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilməməsi, Təqsirləndirilən şəxs2 narkotik vasitəni Təqsirləndirilən şəxs1 deyil şəxsiyyəti dəqiq məlum olmayan İlkin adlı şəxsdən alması işin halları ilə uyğun gəlmir, iş üzrə toplanmış digər mötəbər sübutlarla tamamilə təkzib edilir. Təqsirləndirilən şəxs2 göstərdiyi həmin xüsusatlar və Təqsirləndirilən şəxs1 özünü təqsirli bilməməsi barədə hazırki ifadəsi, cinayət məsuliyyətindən yayınmağa xidmət edir və iş üzrə heç bir digər sübut növü ilə təsdiq olunmur. Təqsirləndirilən şəxs2 ibtidai istintaqda narkotik vasitəni Təqsirləndirilən şəxs1 pul qarşılığında aldığını etiraf etmiş, məhkəmədə verdiyi ifadəsində ibtidai istintaqdakı ifadəsini danmış, həm ibtidai istintaq dövründə həm də məhkəmə iclasında son sözə qədər şəxsiyyəti dəqiq məlum olmayan İlkin adlı şəxs barəsində hər hansı bir ifadə verməmişdir. Bu da onun göstərdiyi həmin xüsusatın həqiqətə uyğun olmadığı qənaətinə gəlməyə əsas verir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə, Təqsirləndirilən şəxs1 isə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmə baxışı iclasında baxılarkən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhkəmə iclasında ifadə verərkən xx.xx.2023-cü il tarixdə Beyləqan rayon PŞ-nin əməkdaşları Şahid6 və Şahid3 tərəfindən saxlanılan zaman döyüldüklərini bildirmişlər. Həmçinin Təqsirləndirilən şəxs2 ifadəsində Beyləqan rayon PŞ-nə gətirildikdən sonra Beyləqan rayon PŞ-nin əməliyyatçısı Şahid1 tərəfindən şillə ilə döyüldüyünü bildirmişdir. Vəkilin vəsatəti əsasında Beyləqan Rayon Prokurorluğuna təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 onlara zor tətbiq olunması və işgəncəyə məruz qalması barədə ifadələrində verdiyi xüsusatların araşdırılması məsələsinin yoxlanılması və nəticəsi məlumat verilməsi barədə məktub göndərilmişdir. Azərbaycan Respublikası Baş prokurorluğunun xx.xx.2024-cü il tarixli 2-2-110/2-041642/2024 saylı məktubundan görünür ki, CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs2 Elbrus oğlu və CM-nin 234.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs1 barələrində olan cinayət işinə məhkəmə baxışı iclasında ifadə verərkən xx.xx.2023-cü il tarixdə Beyləqan RPŞ-nin əməkdaşları Şahid6 və Şahid3 tərəfindən saxlanılan zaman döyüldükləri, işgəncəyə və təzyiqlərə məruz qaldıqlarını bildirmələri, eləcə də Təqsirləndirilən şəxs2 ifadəsində əlavə olaraq Beyləqan RPŞ-nə gətirildikdən sonra polis əməkdaşı, əməliyyat müvəkkili Şahid1 tərəfindən döyüldüyünü bildirməsi ilə bağlı Beyləqan rayon Məhkəməsinin Beyləqan rayon prokurorluğu vasitəsi ilə Baş Prokurorluğa daxil olmuş məlumatı əsasında Xidməti araşdırmalar idarəsində araşdırma aparılmışdır. Araşdırma ilə məlumatda göstərilən xüsusatlar təsdiqini tapmamışdır. Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında 06 fevral 2024-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə istintaq edilən ********* nömrəli cinayət işinin materillarından 20 noyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 aldığı və üzərində şəxsi axtarış aparılarkən ondan aşkar edilərək götürülmüş təmiz çəkisi 0,432 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metanfetamin və Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılarkən ondan aşkar edilərək götürülmüş iki bükümdə təmiz çəkiləri 0,229 qram və 0,392 qram olmaqla cəmi 0,621 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metanfetamin mənbəyinin müəyyən edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə240310011 nömrəli cinayət işi ayrılmışdır. Beləliklə, məhkəmə iclasında dindirilmiş şahid ifadələri və işin məhkəmə iclasında araşdırılıb öz təsdiqini tapmış materialları ilə Təqsirləndirilən şəxs2 20 noyabr 2023-ci il tarixdə saat 14 radələrində Beyləqan şəhəri, Əliağa Vahid küçəsində tanışı Təqsirləndirilən şəxs1 satış məqsədi olmadan qanunsuz olaraq bir ədəd bükümdə təmiz çəkisi 0,432 qram xeyli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini 38 manat pulun qarşılığında əldə edib üzərində saxlamaqla daşıması, 20 noyabr 2023-cü il tarixdə saat 17:10 radələrində Beyləqan rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Beyləqan şəhəri, Əliağa Vahid küçəsində saxlanılaraq Beyləqan rayon Polis şöbəsinin inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparılarkən onun satış məqsədi olmadan qanunsuz olaraq əldə edib əynində olan qara rəngli cins şalvarın sol yan cibində bir ədəd bükümdə saxlamaqla daşıdığı təmiz çəkisi 0,432 qram xeyli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülməsi, Təqsirləndirilən şəxs1 təxminən 2023-cü ilin noyabr ayında, istintaqa məlum olmayan tarixdə, vaxtda və mənbədən satış məqsədi ilə kustar üsulla hazırlanmış təmiz çəkisi 1,053 qram psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edib daşıması və istintaqa məlum olmayan yerdə saxlaması, 20 noyabr 2024-cü il tarixdə, saat 14 radələrində həmin psixotrop maddə olan metamfetamindən bir bükümdə 0,432 qramını Beyləqan şəhəri, Habil Hacıyev küçəsində yerləşən 2 saylı uşaq bağçasının yaxınlığında tanışı Təqsirləndirilən şəxs2 38 manat pulun qarşılığında qanunsuz olaraq satması, 20 noyabr 2023-cü il tarixdə saat 16:10 radələrində Beyləqan rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Ağayev X5 şəhəri, Əliağa Vahid küçəsində saxlanılaraq üzərində şəxsi axtarış aparılarkən ondan aldığı təmiz çəkisi 0,432 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin əynində olan şalvarının sol yan cibindən aşkar edilərək götürüldükdən sonra Təqsirləndirilən şəxs2 verdiyi məlumat əsasında həmin gün saat 19:15 radələrində Beyləqan rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirlərinin davamında o, Beyləqan şəhəri, Habil Hacıyev küçəsində saxlanılaraq Beyləqan rayon Polis şöbəsinin inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparılarkən 2023-ci ilin noyabr ayında istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədilə qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxladığı ümumi təmiz çəkisi 1,053 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamindən Təqsirləndirilən şəxs2 satdıqdan sonra satış məqsədilə qanunsuz olaraq üzərində saxladığı iki bükümdə təmiz çəkiləri 0,229 qram və 0,392 qram olmaqla cəmi 0,621 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin onun əynində olan şalvarın sağ arxa cibindən aşkar edilərək götürülməsi kifayət qədər sübuta yetmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 həmin hərəkətində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin, Təqsirləndirilən şəxs1 həmin hərəkətində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin tərkibi vardır. Ona görə də onlar həmin maddələrlə təqsirli bilinib cəzalandırılmalıdırlar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58 və 59-cu maddəsinin tələblərini, o cümlədən, törətdikləri cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, habelə təyin olunan cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarına əlavə edilmiş Beyləqan rayon İcra Hakimiyyətinin başçısının Beyləqan şəhəri inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xx.xx.2024-cü il tarixli, 463/2 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşadığı yer üzrə müsbət xarakterizə olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən və iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum edilməmişdir. Təqsirləndirilən şəxs2 hərəkətlərində Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən və Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 barəsində cəza təyini ilə bağlı məsələni müzakirə edib, hesab edir ki, təqsirləndirilən şəxsin şəxsiyyəti, yaşayış yerindən müsbət xarakterizə olunması, ailə vəziyyəti, ilk dəfə olaraq az ağır cinayət törətməsi, nəzərə alınmaqla ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudulaşdırılması növündə cəza təyin edilməsi qanuna və məqsədəmüvafiqdir. Məhkəmə həmçinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını qanuna və məqsədə müvafiq hesab edir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs2 20 noyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 22 noyabr 2023-cü il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirlən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş və barəsində eyni tarixli qərarla polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək həbsdən azad edilmişdir. Ona görə də ona azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla təyin edilməlidir. İş materiallarına əlavə edilmiş Beyləqan rayon İcra Hakimiyyətinin başçısının Beyləqan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xx.xx.2024-cü il tarixli, 456/1 nömrəli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 yaşadığı yer üzrə müsbət xarakterizə olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən və iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum edilməmişdir. Təqsirləndirilən şəxs1 hərəkətlərində Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən və Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən onun şəxsiyyətini, və ictimai təhlüləlik dərəcəsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə təqsirləndiyi maddənin sanksiyası daxilində azadlığın məhdudulaşdırılması cəzasının təyin edilməsi cəzanın məqsədinə nail olma baxımından yetərli olmadığından ona həmin maddənin sanksiyası daxilində aşağı həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi qanuna və məqsədə müvafiqdir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs1 20 noyabr 2023-cü il tarixdə şübhəli şəxs 22 noyabr 2023-cü il tarixdə Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməklə həbsdən azad edilmişdir. İş üzrə maddi sübutlar Beyləqan rayon polis şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılan təmiz çəkisi (tədqiqatdan sonra qalıq qalan) 0,382 qram və təmiz çəkisi (tədqiqatdan sonra qalıq qalan) 0,521 qram psixotrop maddə olan metamfetamin məhv edilməli, bir ədəd 20 manatlıq, bir ədəd 10 manatlıq, bir ədəd 5 manatlıq və üç ədəd 1 manatlıq əskinaslarla cəmi 38 manat pul dövlət nəfinə keçirilməlidirş xx.xx.2023-cü il tarixdə üzərinə video çəkilişlə keçirilmiş «Şəxsi axtarışi və götürmə haqqında» istintaq hərəkətini özündə əks etdiriən bir ədəd DVD diski və 21 dekabr 2023-cü il tarixli 5(020)-52/2023 nömrəli Beyləqan rayon məhkəməsinin qərarının icrası ilə əlaqədar "xxxx" MMC-dən daxil olmuş 08.01,2024-cü il tarixli, 267 saylı məktuba əlavə edilmiş, yaddaşında telefon məlumatları olan üzərinə «Verbatim CD-R 23248, xx.xx.2023» sözləri yazılmış 1 ədəd CD-R disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza dəyərini təşkil edən 81,69 (səksən bir manat altmış doqquz qəpik) manat puldan Təqsirləndirilən şəxs2 31.95 (otuz bir manat doxsan beş qəpik) manat və Təqsirləndirilən şəxs1 49.74 (qırx doqquz manat yetmiş dörd qəpik) manat alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası mərkəzinin hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349 , 351-353, 356, 358, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsinlər. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 20 noyabr 2023-cü il tarixdən 22 noyabr 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət ona təyin edilmiş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına bir günə iki gün hesabı ilə hesablanıb həmin cəzadan çıxılmaqla, üzərində qəti olaraq 01(bir) il 11(on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə təyin edilmiş cəza müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Beyləqan rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və başqa tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Beyləqan rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə mindikdən sonra ləğv edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə müvafiq olaraq cəza müddətində narkomaniyadan müalicə olunması üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 20 noyabr 2023-cü il tarixdən 22 noyabr 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət ona təyin edilmiş 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına bir günə bir gün hesabı ilə hesablanıb həmin cəzadan çıxılmaqla, üzərində qəti olaraq 02 (iki) il 11(on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəsissəsində çəksin və cəza çəkmə muddətinin əvvəli 27 iyun 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilib, həbs qətimkan tədbir ilə əvəz edilsin və Təqsirləndirilən şəxs1 məhkəmə iclas zalında dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs1 ərazi narkoloji dispanserdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübutlar Beyləqan rayon polis şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılan təmiz çəkisi (tədqiqatdan sonra qalıq qalan) 0,382 qram və təmiz çəkisi (tədqiqatdan sonra qalıq qalan) 0,521 qram psixotrop maddə olan metamfetamin məhv edilsin, bir ədəd 20 manatlıq, bir ədəd 10 manatlıq, bir ədəd 5 manatlıq və üç ədəd 1 manatlıq əskinaslarla cəmi 38 manat pul dövlət nəfinə keçirilsin. xx.xx.2023-cü il tarixdə üzərinə video çəkilişlə keçirilmiş «Şəxsi axtarışi və götürmə haqqında» istintaq hərəkətini özündə əks etdiriən bir ədəd DVD diski və 21 dekabr 2023-cü il tarixli 5(020)-52/2023 nömrəli Beyləqan rayon məhkəməsinin qərarının icrası ilə əlaqədar "xxxx" MMC-dən daxil olmuş 08.01,2024-cü il tarixli, 267 saylı məktuba əlavə edilmiş, yaddaşında telefon məlumatları olan üzərinə «Verbatim CD-R 23248, xx.xx.2023» sözləri yazılmış 1 ədəd CD-R disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza dəyərini təşkil edən 81,69 (səksən bir manat altmış doqquz qəpik) manat puldan Təqsirləndirilən şəxs2 31.95 (otuz bir manat doxsan beş qəpik) manat və Təqsirləndirilən şəxs1 49.74 (qırx doqquz manat yetmiş dörd qəpik) manat alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı dövründə göstərdiyi hüquqi yardıma görə 35 (otuz beş) saat üçün 210 (iki yüz on) manat Beyləqan rayon Vəkil bürosunun vəkili Müdafiəçi1 dövlət büdcəsi hesabına ödənilsin. Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı dövründə göstərdiyi hüquqi yardıma görə 35 (otuz beş) saat üçün 210(iki yüz on) manat Beyləqan rayon Vəkil bürosunun vəkili Müdafiəçi3 dövlət büdcəsi hesabına ödənilsin. Hökmün surəti həmin hissədə icrası üçün Azərbaycan Respublikası Vəkillər X7 və Tədris Mərkəzinə göndərilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Beyləqan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində şikayət və protest verilməzsə hökm həmin müddət bitdiyi gündən sonrakı gün qanuni qüvvəsini alır. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №1(020)-23/2024
Beyləqan Rayon Məhkəməsi Hökm — İş №1(020)-23/2024
27.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver