Məhkəmə qərarları › İş №1(020)-23/2025

Beyləqan Rayon Məhkəməsi Hökm — İş №1(020)-23/2025

12.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Beyləqan rayon İş № 1(020)-23/2025 12.06.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Cabbarlı Xatın Mahir qızının sədrliyi, Məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Abbasov Zaur Alı oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Beyləqan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1960-cı il tarixdə Beyləqan rayonu, Yuxarı Aran qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə olunan əşyadan istifadə edilməklə zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Belə ki, o, 26 noyabr 2024-cü il tarixdə saat 10 radələrındə ictimai yer hesab olunan Beyləqan rayon Mərkəzi xəstəxanasının həyətində əsaslı səbəb olmadan səs- küy salaraq insanlar arasında təşəkkül tapmış adətlərə, davranış və birgəyaşayış qaydalarına qarşı laqeydlik, etinasızlıq göstərərək, cəmiyyətə açıqca hörmətsizlik ifadə edib, ətrafda olan çox sayda insanların gözü qarşısında ictimai qaydanı kobud surətdə pozaraq X1 uca səslə söyüb təhqir edərək zor tədbiq edib, özü ilə gətirdiyi istintaqa məlum olmayan tarixdə, vaxtda və mənbədən əldə etdiyi soyuq silah hesab olunmayan zavod üsulu ilə hazırlanmış ümumi təyinatlı qatlanan tipli cib bıçağından silah qismində istifadə edib Müşviq Məmmədovun başı istiqamətində qəsdən bir dəfə zərbə endirmiş, bıçaq onun başına dəyməmiş, bundan sonra o, həmin bıçaqla qəsdən bir dəfə vuraraq ona sağ sağrı nahiyəsində kəsilmiş-deşilmiş yara xarakterli sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarəti yetirməklə qərəzli xuliqanlıq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş olduğunu ifadəsini təsdiq edərək, CM-in 221.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs rayon sakini və keçmiş polis əməkdaşı kimi tanıyır. Aralarında əvvəllər heç bir ədavət və düşmənçilik olmamışdır. Lakin bir neçə il bundan əvvəl, təxminən 2016-cı ilin yay aylarında Müşfiq Beyləqan şəhəri ərazisində, Tərəkəmə adlı marketin yan tərəfində, heç kimin olmadığı yerdə, günorta saat 05 radələrində o, içkili olduğu vaxt onun bədəninin müxtəlif nahiyələrindən vuraraq onu döymüş və öz cinsi orqanını onun ağzına salmaq istəmişdir. O, həmin vaxt özündə olmadığı üçün hadisədən xəbəri olmamışdır. Buna görə də hadisəni tam təffarüatı ilə xatırlamır. Lakin adını xatırlamadığı rayon sakini hadisədən bir il sonra Müşfiqin bu hərəkətləri barədə ona məlumat vermişdir. Bundan sonra o, Müşfiqdən nə uçün ona qarşı bu cür hərəkətlər etməsini soruşmaq üçün onu axtarmış, lakin tapa bilməmişdir. Həmin vaxtdan bir müddət sonra o, axşam saatlarında Müşfiqi rayon ərazisində görmüş, Müşfiqə nə üçün ona qarşı bu cür hərəkətlər etməsini bildirmişdir. Lakin Müşfiq onu döymədiyini, ona qarşı heç təhqiramiz hərəkətlər etmədiyini bildirmişdir. Bundan sonra Müşfiq onun barəsində polisə müraciət etmişdir ki, guya o, Müşfiqin qızını təhqir etmişdir. Həmin vaxtdan sonra onların arasında heç vaxt mübahisə olmamışdır. Lakin o, Müşfiqin ona qarşı etdiyi hərəkətlərlə bağlı müxtəlif orqanlara müraciətlər etsə də, müraciəti ilə bağlı Müşfiqin barəsində tədbir görülməmişdir. Bundan başqa o, Müşfiqin hazırda da onun barəsində rayon sakinlərinin yanında təhqiramiz ifadələr işlətməsini hesab edir. O, 26 noyabr 2024-cü il tarixdə səhər saatlarında Beyləqan rayon Mərkəzi xəstəxanasına həkim qəbulu üçün getmişdir. Həmin vaxt xəstəxanada növbə olduğu üçün xəstəxananın həyətinə siqaret çəkmək üçün çıxmış, həmin vaxt Müşfiqin xəstəxananın həyətindən xəstəxananın təcili tibbi yardım şöbəsinə tərəf getdiyini görmüşdür. O, Müşfiqi gördükdən sonra yenə də Müşfiqdən ona qarşı etdiyi hərəkətlərin səbəbini soruşmaq üçün onun arxasına getmişdir. O, Müşfiqin arxasına gedib onu saxlamış və ona nə üçün bir neçə il əvvəl onu döydüyünü, onu təhqir etdiyini və ona qarşı təhqiramiz hərəkətlər etdiyini soruşmuşdur. Bu zaman Müşfiq ona acıqlı şəkildə cavab qaytararaq üzərinə gəlmiş, onu və ailə üzvlərini nalayiq ifadələrlə təhqir etmiş, onun oradan uzaqlaşmasını təhqiredici şəkildə bildirmişdir. Müşfiq onun üzərinə gəlib onun paltarının yaxa hissəsindən tutmuş, daha sonra isə onu itələmişdir. Bundan sonra isə Təcili tibbi yardım şöbəsinin arxa tərəfində yerləşən xəstəxananın daxili aptekinin qarşısına getmişdir. O, əsəbiləşərək yenə də Müşfiqin arxasıyca getmiş və aptekin qarşısında Müşfiqə yaxınlaşıb nə üçün onun başına oyun açdığını bildirmişdir. Bu zaman Müşfiq yenə də onun üzərinə gəlmişdir. Həmin vaxt o, cibində olan özünə məxsus cib bıçağını çıxartmış, Müşfiqi qorxutmaq üçün ona tərəf sağa sola hərəkət etdirmişdir. Daha sonra Müşfiq onu təpiklə vurmuş, bundan sonra aralarında əlbəyaxa mübahisə başlamış, Müşfiq onun baş və sol qaşüstü nahiyəsindən yumruqla vurmuşdur. Mübahisə zamanı bıçaq onun sağ əlində olmuş, sağ əli isə Müşfiqin çiyin nahiyəsində olmuşdur. Aralarında olan əlbəyaxa mübahisə zamanı Müşfiq sağa sola hərəkət etdiyi üçün bıçaq Müşfiqin çiyin nahiyəsinə xəsarət yetirmişdir. Lakin o, Müşfiqi bıçaqla qəsdən vurmamışdır. Həmçinin bıçaq Müşfiqin başqa nahiyəsinə dəyərək ona xəsarət yetirməmişdir. Daha sonra isə Müşfiq onu yerə yıxmış, oraya gələn şəxslər onları araladıqdan sonra isə Müşfiq oradan uzaqlaşıb çıxıb getmişdir. Əlində olan bıçağı isə həmin yerə gələn xəstəxananın həkimlərindən birinə vermişdir. Bir qədər sonra polis əməkdaşları həmin yerə gəlib onu rayon polis şöbəsinə aparmışlar. Onun Müşfiqi öldürmək fikri olmamış, onu öldürməyə hər hansı formada cəhd etməmişdir. O, yalnız Müşfiqin onun üzərinə gəlməsinə görə uzaqlaşması üçün onu qorxutmaq istəmişdir. Əgər Müşfiqi öldürmək fikri olsaydı Müşfiqin onun yanından ötüb keçməsini gözləyib arxa tərəfindən başına bıçaqla zərbə vurardı. O, rayon ərazisində olan iaşə obyetklərinin qarşısından, Beyləqan rayon Mərkəzi bazarının ərazisindən tullantı vəziyyətində olan sellofan torbaları yığır, bəzən torbaları kəsmək lazım olduğu üçün üzərində kiçik ölçülü cib bıçağı gəzdirir. O, həmin bıçağı təxminən 8 il bundan əvvəl rayon ərazisindən dəqiq yerin xatırlamadığı zibillikdən tapmış və həmin vaxtdan üzərində daşıyır, xəstəxanaya gedən zamanda bıçaq üzərində olmuşdur. Həmin bıçaq qatlanan formalıdır, dəmir materialdandır, tutacağı şabalıdı rəngli plastik materialdandır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs sonda məhkəmədən ona bəraət verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı vermiş olduğunu ifadəsini təsdiq edərək, ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs rayon sakini kimi tanıyır. O, 1991-ci il tarixdən 2010-cu il tarixədək Beyləqan rayon polis şöbəsində polis nəfəri vəzifəsində işləmişdir. Bayramı həmin vaxtdan tanıyır. Aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. Təxminən 2 il bundan əvvəl o, Beyləqan rayon Mərkəzi bazarının qarşısında Bayramı görmüş, onunla salamlaşarkən Bayram onun salamını almamışdır. O, Bayramdan bunun səbəbin soruşduqda Bayram onun guya bir neçə il əvvəl onunla mübahisə etdiyini, onu döyərək ona qarşı təhqiramiz hərəkətlər etdiyini bildirmişdir. O, Bayramla mübahisə etməmək üçün onun sözlərinə əhəmiyyət verməmiş və oradan çıxıb getmişdir. Bundan bir neçə gün sonra Bayramı yenə də rayon mərkəzində gördükdə Bayram yenə də ona bu sözləri demiş və onun ünvanına təhqiramiz ifadələr işlətmişdir. O, Bayrama öz iradını bildirmiş və ona şər atmamasını bildirmişdir. Bundan sonra bir neçə dəfə Bayramı rayon ərazisində gördükdə Bayram yenə də eyni formada onunla sözlü mübahisələr edib onu nalayiq ifadələrlə söyüb təhqir etmişdir. Lakin aralarında heç bir dava-dalaş olmamışdır. xx.xx.2024-cü il tarixdə saat 10 radələrində o, şəkərli diabet xəstəsi olduğu üçün dərman almaq məqsədi ilə Beyləqan rayon Mərkəzi xəstəxanasının həyətində olan daxili aptekə dərman almaq üçün getmişdir. Həmin vaxt Bayram onu görüb ona yaxınlaşmışdır. Ona yaxınlaşan kimi onu nalayiq ifadələrlə söyməyə başlamış və guya onun başına oyun açdığını, buna görə də onu öldürəcəyini bildirmişdir. O, Bayramla mübahisə etməmək üçün Bayramın oradan uzaqlaşmasını bildirmişdir. Bu zaman Bayram cibindən qatlanan cib bıçağı çıxartmış və onu öldürəcəyi ilə hədələmişdir. Həmin yerdə olan Tahir adlı şəxs onlara yaxınlaşmış və Bayramı oradan kənarlaşdırmışdır. Daha sonra o, dərman almaq üçün Daxili aptek şöbəsinə getmiş və dərman alıb qayıtdıqdan sonra Bayramın yenə də Daxili aptekin binasının kənarında dayandığını görmüşdür. O, Bayrama heç nə demədən yanından ötüb keçmək istəyərkən Bayram anidən onun ünvanına nalayiq ifadələr işlətmişdir. Bu zaman o, Bayramın əlində bıçaq olduğunu görmüş və geri addım atmaq istəyərkən Bayram bıçaqla onun baş nahiyəsinə bir dəfə zərbə atmışdır. Lakin o, zərbənin qarşısını qolları ilə kəsmiş və bıçaq ona dəyməmişdir. Daha sonra Bayramın əlindən bıçağı almağa çalışmış, buna görə də əlbəyaxa mübahisə etməyə başlamışlar. Həmin vaxt Bayram onun sağ çanaq nahiyəsinin yuxarı hissəsindən bir dəfə bıçaqla vurmuşdur. O, Bayramı fırlayıb yerə yıxmış və bıçağı almağa çalışmışdır. Həmin vaxt orada olan tanımadığı şəxslər yaxınlaşmış Bayramın əlindən bıçağı almışlar. Bundan sonra orada olan şəxslər Bayramı tutmuş o, yerdən bıçağı götürüb cibinə qoymuşdur. O, sağ çanaq nahiyəsindən qan axdığını görmüş və dərhal orada olan şəxslər onu xəstəxananın “Acil şöbəsi”nə aparmışlar. Orada ona tibbi yardım göstərilmişdir. Mübahisə zamanı orada xəstəxananın işçisi Azad adlı şəxs və adını bilmədiyi bir neçə digər şəxlər olmuşdur. Mübahisə təxminən 1 dəqiqəyə yaxın davam etmişdir. Təqsirləndirilən şəxs bir neçə il bundan əvvəl, təxminən 2016-cı ildə onu döyməsi və ona qarşı təhqiramiz hərəkətlər etməsi barədə dedikləri tamamilə şər və böhtan xarakterlidir. Bayramı rayon sakini kimi uzun müddətdir tanısa da onunla aralarında ümumiyyətlə heç vaxt mübahisə olmamışdır. Bayramın onun barəsində göstərdikləri tamamilə şər və böhtan xarakterlidir. Təqsirləndirilən şəxslə aralrında hər hansı bir barışıq yoxdur və onun barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid2 ibtidai istintaq zamanı vermiş olduğunu ifadəsini təsdiq edərək, ifadəsində göstərmişdir ki, Beyləqan rayon Mərkəxi xəstəxanasının Daxili aptek bölməsinin rəhbəri vəzifəsində işləyir. Daxili aptek bölməsi Beyləqan rayon Mərkəzi xəstəxanasının həyətində olan Təcili tibbi yardım bölməsinin yerləşdiyi ayrıca binanın arxa tərəfində yerləşir. xx.xx.2024-cü il tarixdə saat 10 radələrində o, işdə olan zaman Müşfiq aptekə gəlib şəkərli-diabet dərmanı alaraq, çıxıb getmişdir. Müşfiq aptekin qarşısından getdikdən bir neçə saniyə sonra o, aptekin qarşısında səs-küy gəldiyini eşitmiş və aptekdən çıxarkən həyətdə Müşfiqlə bir nəfər şəxsin mübahisə etdiyini, kənarda olan şəxslərin isə onları aralamağa çalışdığını görmüşdür. O, həmin şəxəslərə yaxlnlaşarkən Müşfiqlə mübahisə edən şəxsin Bayram olduğunu görmüşdür. O, onların yanına çatdıqda artıq Müşfiqlə Bayramı aralamışdılar. Bundan sonra Müşfiq Bayramın onu bıçaqladığını bildirdi, o, Müşfiqin arxa tərəfinə baxan zaman onun sağ çanaq nahiyəsindən qan axdığını görmüşdür. Bu zaman təcili-tibbi yardım şöbəsinin feldşeri Azad adlı şəxs əlində bir dəfə qatlanan cib bıçağını göstərib həmin bıçağın Bayramın əlində olduğunu, Müşfiqlə Bayramı aralayan zaman Bayramın əlindən bıçağı aldığını bildirmişdir. Bundan sonra Müşfiqi Azad xəstəxanaya aparmış Bayramı isə oradan uzaqlaşdırmışlar, daha sonra isə polis əməkdaşalrı həmin yerə gəlmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid4 ibtidai istintaq zamanı vermiş olduğunu ifadəsini təsdiq edərək, ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs rayon sakinləri kimi tanıyır. Həmin şəxslərlə arasında hər hansı ədavət və ya düşmənçilik yoxdur. O, xx.xx.2024-cü il tarixdə səhər saatlarında Beyləqan rayon Mərkəzi xəstəxanasına, xəstəxananın Daxili aptek şöbəsindən qohumu Mehribana şəkərli-diabet dərmanları almaq üçun getmişdir. Həmin vaxt o, xəstəxananın həyətində Müşfiqi görmüş və onunla salamlaşıb söhbət edərək gedən zaman Bayram onun arxasından gəlib onu keçib Müşfiqə çatmış və Müşfiqi əli ilə itələmişdir. Daha sonra isə Müşfiqin ünvanına nalayiq ifadələr işlətməyə başlamışdır. O, onların arasında əvvəllər mübahisənin olubolmadığını bilmədiyi üçün Bayramın nə üçün Müşfiqi təhqir etdiyini bilməmişdir. O, dərhal onların arasında girərək mübahisənin böyüməsinə imkan verməmişdir. Həmin vaxt Bayram əlini əynində olan gödəkçəsinin cibinə salsa da, lakin o, Bayramın əlində hər hansı əşya olub-olmadığını görməmişdir. O, Bayramı oradan uzaqlaşdırıb təxminən 30-40 metr kənara aparmış və mübahisə etməməsini bildirmişdir. Bundan sonra isə geri qayıdıb Daxili aptek bölməsinə getmişdir. O, içəridə olan zaman binanın qarşısından səs-küy gəldiyini eşitmiş və dərhal binadan çıxmışdır. Bu zaman binanın qarşısında Müşfiqlə Bayramın mübahisə etdiyini görmüşdür. O və orada olan digər şəxslər dərhal onlara yaxınlaşmış, həmin vaxt o, Bayramın əlində bıçaq olduğunu görmüşdür. Həmin vaxt ora yaxınlaşan xəstəxana işçilərindən biri Bayramın əlindən bıçağı almış və onlar Bayramla Müşfiqi aralamışlar. Həmin vaxt Müşfiq Bayramı yerə yıxmışdır. O, yenə də onların arasında mübahisənin böyüməməsı üçün Müşfiqi kənarlaşdırmış və Bayramı yerdən qaldırmışdır. Daha sonra isə Müşfiq Bayramın onu bıçaqla vurduğunu və qan axdığını bildirmişdir. Müşfiqi oradan olan şəxslərdən biri xəstəxanaya aparmışdır. Bayram isə oradan bir qədər uzaqlaşmış, daha sonra isə polis əməkdaşlarının həmin yerə gəldiklərini görmüşdür. Həmin vaxt orada ondan başqa adlarını bilmədiyim xəstəxana işçiləri və digər şəxslər olmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid1 ibtidai istintaq zamanı vermiş olduğunu ifadəsini təsdiq edərək, ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun həmkəndlisidir, Təqsirləndirilən şəxs isə tanımır. Həmin şəxslərlə arasında hər hansı ədavət və ya düşmənçilik yoxdur. O, Beyləqan RMX-nin TTY şöbəsinin feldşeri vəzifəsində işləyir. xx.xx.2024-cü il tarixdə xidmətdə olmuşdur. Saat 10 radələrində o, təcili yardım şöbəsinin qarşısında iş yoldaşları Surac, Nurəli və Samir adlı şəxslərlə dayanmışdır. O, həmin vaxt siqaret çəkən zaman bir nəfər şəxsin kiminləsə mübahisə etdiyini və nalayiq ifadələr işlətdiyini eşitmişdir. O, həmin şəxslərin kim olduğunu bilməsə də onlara uca səslə öz iradını bildirmiş və xəstəxananın həyətində söyüş söyməyin ədəbsizlik olduğunu bildirmişdir. Daha sonra səs-küy kəsilmiş və təxminən 3-4 dəqiqə sonra o, yenidən səsküy eşitmişdir. Bu dəfə səs-küy təcili tibbi yardım şöbəsinin inzibati binasının arxa tərəfində olan xəstəxananın daxili aptekinin qarşısından gəlmişdir. O, dərhal həmin tərəfə baxdıqda iki nəfər şəxsin əlbəyaxa mübahisə etdiyini, onlardan birinin əlində bıçaq olduğunu, digərinin isə bıçağı onun əlindən almaq istədiyini görmüşdür. O,dərhal həmin tərəfə getmiş və əlində bıçaq olan şəxs bıçağı yerə atmadığı üçün digəri onu yıxmağa çalışırmışdır. O, yaxınlaşmış və əlində bıçaq olan şəxsin əlindən bıçağı almağa kömək etmişdir. Həmin şəxsin əlini buraraq bıçağı almış və yerə tullamışdır. Daha sonra isə digər şəxs həmin şəxsi yerə yıxmışdır. Ondan sonra digər iş yoldaşları və adını bilmədiyi şəxslərdə onları aralamaq üçün köməyə gəlmişlər. Həmin şəxslərin köməkliyi ilə onları aralamışdılar. Bu zaman o, mübahisə edənlərdən birinin həmkəndlisi Müşfiq olduğunu görmüşdür. Lakin Bayramı tanımamışdır. Adını sonradan orada olan şəxslərdən öyrənmişdir. Onlar həmin şəxsləri araladıqdan sonra digər şəxslər Bayramı oradan aralayıb aparmışlar. O isə Müşfiqin bədəninə baxarkən sağ çanaq nahiyəsindən qan axdığını görmüşdür. Həmin yerə baxdıqda bıçaq xəsarəti aldığını gördüyü üçün onu dərhal xəstəxananın “Acil şöbəsi’nə aparmışdır. Orada ona tibbi yardım göstərilmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid5 ibtidai istintaq zamanı vermiş olduğunu ifadəsini təsdiq edərək, ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun keçmiş iş yoldaşı olmuşdur. Təqsirləndirilən şəxs isə rayon sakini kimi tanıyır, onun həmin şəxslərlə arasında hər hansı ədavət və ya düşmənçilik yoxdur. O, Beyləqan rayon Mərkəzi xəstəxanasının texniki dəstək bölməsində qazanxanaçı vəzifəsində işləyir. O, 1991-cı ildən 1999-cu il aralığında Beyləqan rayon Polis şöbəsinin polis nəfəri vəzifəsində işləmişdir. Həmin müddətdə Müşfiqlə birlikdə işləmişdir. xx.xx.2024-cü il tarixdə saat 10 radələrində Beyləqan rayon Mərkəzi xəstəxanasının qazanxanasının qarşısında dayanmışdır. Həmin vaxt xəstəxananın giriş hissəsindən xəstəxananın daxili aptekinin inzibati binasına tərəf gələn səkinin üzərində Müşfiqlə Bayramın sözlü mübahisə etdiklərini görmüşdür. Bayramla Müşfiqin bir-biri ilə arasında təxminən 2-3 metr məsafə olmuşdur. O, onlara yaxınlaşdıqda Bayram Müşfiqə “sən mənim başıma oyun açmısan, məni məhv eləmisən” kimi sözlər demişdir. Müşfiq isə Bayramla hər hansı işinin olmadığını, ona qarşı heç bir pis hərəkət etmədiyini, dediklərinin şər böhtan olduğunu bildirib ondan aralaşmasını bildirirmişdir. O, həmin vaxt Bayramın əlində bıçaq və ya başqa hər hansı əşya olduğunu görməmiş, lakin Bayramın əli gödəkcəsinin cibində olmuşdur. O, onlara yaxınlaşıb Bayramı Müşfiqdən aralamağa çalışmış. Bu zaman isə həmin yerə gələn adını bilmədiyi şəxs onları aralamış və Bayramı kənara çəkib aparmışdır. O da həmin vaxt Bayrama mübahisə etməməsi barədə məsləhət vermiş və oradan uzaqlaşmasını bildirmişdir. Daha sonra isə qazanxanada işi olduğu uçun geri qayıtmışdır. Qazanxanada avadanlıqların işləyən zaman yüksək səsi çıxdığı üçün kənar səsləri eşitmək çətin olur. Təxminən 20-30 dəqiqə sonra o, qazanxanadan həyətə çıxarkən qazanxananın arxa tərəfində olan daxili aptekin qarşısına bir neçə nəfər şəxsin yığışdığını görmüşdür. O, həmin vaxt Bayramla Müşfiqin həmin yerdə yenidən mübahisəsinin olduğunu və Bayramın Müşfiqə bıçaqla xəsarət yetirdiyini öyrənmişdir. O, həmin yerə gedərkən isə Müşfiqi artıq xəstəxanaya aparmışdılar. Bayramı da oradan başqa yerə aparmışdılar. Daha sonra isə polis əməkdaşları həmin yerə gəlmişlər. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Beyləqan RMX-nin TTY şöbəsinin sürücüsü vəzifəsində işləyir. xx.xx.2024-cü il tarixdə xidmətdə olan zaman saat 10 radələrində səs-küy eşitsə də, o hadisənin şahidi olmamış, heç kimi görməmiş və eləcə də kiminsə dalaşdığını görməmişdir. Lakin məhkəmə iclasında Şahid3 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilmiş və həmin ifadəsində göstərmişdir ki, o, Beyləqan RMX-nin TTY şöbəsinin sürücüsü vəzifəsində işləyir. xx.xx.2024-cü il tarixdə xidmətdə olan zaman saat 10 radələrində təcili yardım şöbəsinin qarşısında iş yoldaşları Azad, Nurəli və Sürac adlı şəxslərlə dayanıb söhbət edirdilər. Bu zaman təcili tibbi yardım şöbəsinin binasının yaxınlığında səs-küy eşitmişdir. O, həmin tərəfə baxan zaman adını bilmədiyi iki nəfər şəxsin orada olduğunu, uca səslə danışdıqlarını görmüşdür. O, həmin tərəfə baxan zaman isə oların mübahisəsi sona çatmışdır və həmin şəxslər oradan uzalaşmışdılar. Təxminən 5-6 dəqiqə sonra təcilitibbi yardım şöbəsinin arxa tərəfində olan xəstəxananın daxili aptekinin qarşısında səs-küy eşitdir. Bu zaman o və iş yoldaşları həmin tərəfə baxan zaman yenə də adını bilmədiyi iki nəfər şəxsin mübahisə etdiklərini, onlardan birinin əlində bıçaq olduğunu və digərinin onun bıçaq tutan əlini tutub saxladığını, bıçağı ondan almaq istədiyini görmüşdür. Onlar dərhal onların yanına aralamaq üçün getmişdilər. Onların yanına ilk olaraq Azad çatmış və əlində bıçaq olan şəxsin əlindən bıçağı almışdır. Daha sonra isə o, Sürac və Nurəli onlara çatmışdılar, daha sonra isə orada olan digər şəxslər həmin şəxsləri aralamışdılar. Daha sonra digər şəxs əlində bıçaq olan şəxsin onu bıçaqla vurub xəsarət yetirdiyini bildirmişdir. Buna görə də Azad onu xəstəxananın Acil şöbəsinə aparmışdır. Baş vermiş birinci mübahisə təxminən 1-2 dəqiqə, ikinci mübahisə isə təxminən 1 dəqiqəyə yaxın davam etdi. Mübahisə zamanı orada iş yoldaşları Azad, Nurəli, Sürac və adını bilmədiyi bir neçə başqa şəxslər var idi. O, mübahisədən sonra mübahisə edən şəxslərdən əlində bıçaq olan şəxsin adının Bayram olduğunu öyrənmişdir. Məhkəmə iclasında Şahid3 ona verilmiş suala cavab olaraq bildirmişdir ki, cinayət işindəki şahid ifadəsindəki imza ona məxsusdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə CM-in 221.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. Baxış aparılması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Beyləqan şəhəri ərazisində yerləşən Beyləqan rayon Mərkəzi xəstəxanasının həyətində yerləşən xəstəxananın Daxili aptek bölməsinin qarşısında yerləşir. Binanın tərkibində həmçinin xəstəxananın Təcili tibbi yardım şöbəsi və qazanxanası yerləşir. Həmin bina bir mərtəbələdir. Binanın qarşısı asfaltbetonla örtülmüşdür. Binanın dəmir materialdan olan boz rəngli qapıları vardır. Baxış zamanı Zərərçəkmiş şəxs binanın qarşısını göstərərək 26 noyabr 2024-cü il tarixdə saat 10 radələrində Təqsirləndirilən şəxs onunla həmin yerdə mübahisə edib onu bıçaqla vuraraq xəsarət yetirdiyini bildirmişdir. Binanın üzərində təhlükəsizlik kamerası vardır. Baxış zamanı həmin təhlükəsizlik kamerasından baş vermiş mübahisənin videogörüntüsü çəkilərək götürülmüşdür. Baxış aparılması və götürmə haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə aralarında olan mübahisə zamanı Təqsirləndirilən şəxs ona vuraraq xəsarət yetirdiyi 1 ədəd bıçağı təqdim etmişdir. Həmin bıçaq qatlanan formalıdır, tiyəsi boz rəngli dəmir materialdan, tutacaq hissəsi isə şabalıdı rəngli plastik materialdandır, bıçağın üzərində kiçik ölçülü qan ləkələri vardır. Baxış zamanı bıçaq götürülərək qablaşdırılmışdır. Baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, ibtidai istintaq zamanı hadisənin görüntülərini əks etirən bir ədəd diksə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, 1 nəfər əynində qara rəngli geyimlər olan kişi cinsli şəxs binanın qarşısından geri qayıdıb adi addımlarla hərəkətə başlayır, həmin vaxt binanın kənarında əynində qara rəngli geyimlər olan, hər iki əli gödəkçəsinin cibində olan bir nəfər kişi dayanmışdır. Hərəkətə başlayan şəxs onun anından ötüb keçərkən o, sağ əlini cibindən çıxarır, daha sonra sol əlindən bir ədəd əşya götürür, daha sonra isə qarşısından ötüb keçməyə çalışan şəxsin baş nahiyəsinə sağ əlində olan əşya ilə zərbə atır. Həmin vaxt digər şəxs özünü geri çəkərək zərbədən yayınır. Bu zaman həmin şəxsin əlində olan əşyanın bıçaq tiyəsinə bənzər hissəsinin olması görünür. Bundan sonra digər şəxs əlində bıçaq olan şəxsin üzərinə gedir və ona bir dəfə təpik atır, sonra isə onun çiyin nahiyələrindən tutur. Bu zaman əlində bıçaq olan şəxs bıçaqla onun arxa çanaq tərəfinə əlində olan əşya ilə vurur. Daha sonra isə digər şəxs həmin şəxsin bıçağa bənzər əşya tutan sağ qolunu tutub saxlayır və həmin şəxsi özünə tərəf çəkib buraxmır. Bu zaman kənarda olan 4 nəfər şəxs həmin yerə yaxınlaşır və onları aralamağa çalışırlar. Daha sonra isə digər şəxs əlində bıçaq olan şəxsi yerə yıxır və onun baş nahiyəsinə bir neçə dəfə sağ qolu ilə vurması görünür. Daha sonra həmin yerdə olan şəxslər onları aralayırlar və yerdə olan şəxsi ayağa qaldırırlar. Daha sonra isə həmin şəxsləri oradan uzaqlaşdırıb aparırlar və video başa çatır. Videçəkilişə baxış zamanı çəkilişin əvvəlində bir nəfər şəxs “aha belindən vurdu” sözlərini deyir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs videoda görünən binanın kənarından geri dönüb getməyə çalışan kişinin özünün olduğunu, binanın kənarında dayanan şəxsin isə Təqsirləndirilən şəxs olduğunu, Təqsirləndirilən şəxs yanından ötüb keçərkən Bayramın cibindən bıçaq çıxardıb ona tərəf zərbə atdığını, birinci zərbədən yayındığını, daha sonra bıçağı Bayramın əlindən almaq üçün onun üzərinə getdiyini, buna görə də ona tərəf təpik atdığını, daha sonra isə Bayramın qollarından tutduğunu, həmin vaxt Bayramın onun sağ sarğı nahiyəsindən bıçaqla vurduğunu, daha sonra isə həmin yerə gələn şəxslərin onları araladığını bildirmişdir. Əşyanın maddi sübut hesab edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokola əlavə edilmiş içərisində videogörüntü olan 1 ədəd DVD disk cinayət işi üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "xxxx" Publik hüquqi şəxsin xx.xx.2024cü il tarixli, 808/24 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs sağ sarğı nahiyəsində kəsilmiş-deşilmiş yara aşkar olunmuşdur. Qeyd olunan xəsarət kəsici-deşici əşyanın (alətin) təsirindən törənmişdir, müayinə olunanın göstərdiyi müddətdə və şəraitdə, yəni 26 noyabr 2024-cü ıl tarixdə bıçaqla yetirilə bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir, aşkar olunmuş xəsarət lokalizasiyasına görə şəxsin özü tərəfindən yetirilməsinə xarakterik deyildir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "xxxx" Publik hüquqi şəxsin xx.xx.2024cü il tarixli, 812/24 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs sol qaşüstü nahiyəsində qançır olmuşdur. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, müayinə olunanın göstərdiyi müddətdə və şəraitdə , yəni xx.xx.2024-cü il tarixdə yumuruq zərbəsinin təsiri nəticəsində əmələ gələ birərdi və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Aşkar olunmuş xəsarət lokalizasiyasına görə şəxsin özü tərəfindən yetirilməsinə xarakterik deyildir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "xxxx" Publik hüquqi şəxsin xx.xx.2024cü il tarixli, 865/2024-MTBŞ nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu A beta (H)/ll/-dır. Ekspertizaya təqdim edilmiş bıçaq üzərində insan qanı ləkələri aşkar edilmişdir. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq olunduqda A və H antigenləri alınmışdır. Bu qan ləkələri A-beta(H)/ll/ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "xxxx" Publik hüquqi şəxsin xx.xx.2025ci il tarixli, 600/2024-MTKŞ nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd bıçaq zavod üsulu ilə hazırlanmış, ümumi təyinatlı qatlanan tipli cib bıçaqlarına uyğun gəlir və soyuq silah hesab edilmir, üzərində sonradan əlavə və dəyişiklik edilməmişdir. Əşyanın tanınmasının aparılması haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs hadisə zamanı Təqsirləndirilən şəxs ona xəsarət yetirməsini bildirərək təqdim etdiyi, bir ədəd qatlanan tipli cib bıçağı Təqsirləndirilən şəxs tanınması üçün eyni növdən olan nömrələnmiş vəziyyətdə iki ədəd cib bıçağı arasında təqdim edilmiş, Təqsirləndirilən şəxs təqdim edilən bıçaqları nəzərdən keçirib 2 rəqəmi ilə nömrələnmiş qatlanan tipli cib bıçağının ona məxsus olduğunu, Zərərçəkmiş şəxsla aralarında olan mübahisə zamanı həmin bıçağın əlində olduğunu bildirmişdir. Əşyanın maddi sübut hesab edilməsi və saxlanca verilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs təqdim etdiyi bir ədəd qatlanan tipli cib bıçağı cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Beyləqan rayon polis şöbəsinin “maddi sübutların saxlanması otağı”na təhvil verilmişdir. Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Orucov X2 şəhəri ərazisində yerləşən Beyləqan rayon Mərkəzi xəstəxanasının həyətində olan xəstəxananın Daxili aptek bölməsinin qarşısında hadisə yerini göstərərək Zərərçəkmiş şəxs ilə aralarında olan birinci mübahisənin Daxili aptek bölməsinin yan tərəfində sözlü formada olduğunu, həmin vaxt Tahir adlı şəxsin onları araladığını, daha sonra o, Zərərçəkmiş şəxs Daxili aptek bölməsinin qarşı tərəfinə getməsini gördüyünü, Zərərçəkmiş şəxs arxasıyla həmin yerə getdiyini və həmin yerdədə aralarında mübahisə yarandığını, mübahisə zamanı Zərərçəkmiş şəxs onun üzərinə gəldiyi üçün onu qorxutmaq və özünü müdafiə etmək üçün əlində olan bıçağı sağa- sola hərəkət etdirərkən bıçağın Zərərçəkmiş şəxs çiyin nahiyəsinə dəyərək xəsarət yetirdiyini, Zərərçəkmiş şəxs bıçaqla qəsdlə vurmadığını, həmçinin bıçağın Zərərçəkmiş şəxs başqa nahiyəsinə dəyərək xəsarət yetirmədiyini bildirmişdir. Üzləşdirmə dindirmə aparılması haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ilə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs arasında 09 fevral 2025-ci il tarixdə üzləşdirmədə dindirmə aparılması istintaq hərəkəti keçirilmiş, üzləşdirmədə dindirmə zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları bir daha təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs üzünə qarşı demiş və Təqsirləndirilən şəxs da ifadəsində qeyd etdiyi xüsusatları bir daha Zərərçəkmiş şəxs üzünə qarşı demişdir. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2025ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən və iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Beyləqan rayon İHB-nin Beyləqan şəhər İƏD üzrə nümayəndəliyinin verdiyi xasiyyətnamədən görünür ki, Orucov X2 şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 103, mənzil 4 ünvanında qeydiyyatda olmaqla yaşamış və yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə hesab edir ki, Təqsirləndirilən şəxs CMin 221.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə ibtidai istintaq orqanının gəldiyi nəticə əsaslı olmaqla, sonuncunun həmin maddə ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutların axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə cinayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərəfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanunamüvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlarla bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. CM-in 25.3-cü maddəsinə müvafiq olaraq, hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Məhkəmə təqdim edilmiş sübutlar əsasında təqsirləndirilən şəxsin hərəkətlərində xuliqanlıq motivinin olması qənaətinə gəldikdə, yəni təqsirləndirilən şəxsin ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğunu müəyyən etdikdə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilər. Həmçinin məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilməməsinə dair verdiyi ifadəsinə hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd edir ki, təqsirləndirilən şəxsin ifadələrinin, istintaq hərəkətlərinin aparılması haqqında protokolların və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutların qarşılıqlı şəkildə tədqiqi belə qənaətə gəlməyə əsas verir ki, təqsirləndirilən şəxs tərəfindən elan edilmiş ittiham üzrə cinayətin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və təqsirləndirilən şəxsin məhkəmə araşdırması zamanı heç bir mötəbər hala əsaslanmayan ifadəsi ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Başqa sözlə desək, təqsirləndirilən şəxsin ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihamda göstərilən cinayət əməlini törətməsi məhkəmə tərəfindən tədqiq edilmiş sübutlarla təsdiq edilərək tam sübuta yetirilmişdir. Beləliklə məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ona qarşı irəli sürülən ittihamda CM-in 221.3-cü maddəsinin tərkib əlamətləri mövcuddur. Ali Məhkəmənin “Xuliqanlıq və xuliqanlıq niyyəti ilə törədilmiş həyat və sağlamlıq əleyhinə cinayətlərə dair işlərə kassasiya qaydasında baxılması üzrə məhkəmə təcrübəsi haqqında” icmallarında məhkəmələrə tövsiyyə edilmişdir ki, məhkəmələr əməlin ictimai yerdə törədilməsi əsası ilə və ya 221.1-ci maddənin dispozisiyasında nəzərdə tutulan halları sadəcə sadalamaqla əməli xuliqanlıq kimi tövsif etməkdən qaçınmalı, ictimai qaydanın kobud şəkildə pozulduğunu, cəmiyyətə açıqca hörmətsizliyin ifadə olunduğu və digər mühüm halları təsdiq edən, müvafiq sübutları qiymətləndirməklə əməli CM-in 221-ci maddəsi ilə tövsif etməlidirlər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilməsidir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında da eyni məsələlərə toxunularaq qeyd edilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Eyni Qərarda göstərilir ki, xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyillilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. Xuliqanlıq obyektiv cəhətdən CM-in 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. CM-in 221.3-cü maddəsi xuliqanlığın digər tövsifedici əlaməti qismində bu cinayət əməlinin silah və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədilməsini nəzərdə tutur. CM-in 221.3-cü maddəsi xuliqanlıq hərəkətlərinin törədilməsi üçün əvvəlcədən hazırlanmış əşyalarla bu hərəkətlərin həyata keçirilməsi zamanı təsadüfi əldə edilmiş əşyalar arasında heç bir fərq qoymur. Xuliqanlıq zamanı silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi – ondan birbaşa sağlamlığa zərər vurulması, habelə zərərçəkmiş şəxsin həyat və ya sağlamlığı üçün real təhlükə yaradan üsulla istifadə olunmasıdır. Silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi ilə insanların həyat və ya sağlamlığı üçün real təhlükə yarandığı sübuta yetirilərsə, bu əməl CM-in 221.3-cü maddəsi ilə tövsif olunmalıdır. “Məhkəmə hökmü haqqında” Ali Məhkəmənin 24 dekabr 2021-ci il tarixli Plenum qərarının ittiham hökmünün xüsusiyyətlərindən irəli gələn məsələlərində göstərilir ki, xuliqanlıq cinayəti təsvir edilərkən CM-in 221.1-ci maddəsinin dispozisiyasına əsasən bu cinayət tərkibinin obyektiv cəhətinin zəruri əlamətləri kimi çıxış edən “ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər” ifadəsi sadəcə təsvir edilməməli, bununla yanaşı cəmiyyətə açıqca hörmətsizliyin, ictimai qaydanın pozuntusunun nədən ibarət olması, pozuntunun məhz kobud olmasına dəlalət edən, hərəkətin qərəzliliyini aşkarlayan hallar əməlin təsvirində yer almalıdır. Beləliklə, məhkəmədə həm məhkəməyədək olan mərhələdə toplanmış sübutlar, həm də məhkəmə istintaqı zamanı ifadə vermiş zərərçəkmiş şəxs və şahidlərin ifadəsi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs soyuq silah hesab olunmayan zavod üsulu ilə hazırlanmış ümumi təyinatlı qatlanan tipli cib bıçağından silah qismində istifadə edib zərərçəkmiş şəxsin başı istiqamətində qəsdən bir dəfə zərbə endirmiş, bıçaq onun başına dəyməmiş, bundan sonra o, həmin bıçaqla qəsdən bir dəfə vuraraq ona sağ sağrı nahiyəsində kəsilmiş-deşilmiş yara xarakterli sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarəti yetirməklə qərəzli xuliqanlıq etmişdir. Bundan başqa məhkəmə, onu da xüsusilə vurğulamaq istəyir ki, istər xuliqanlıq işləri üzrə vahid məhkəmə təcrübəsini formalaşdıran Ali Məhkəmənin Plenum qərarında, istərsə də Konstitusiya Məhkəməsinin Plenum qərarlarında, Ali Məhkəmənin icmallarında dəfələrlə vurğulanmışdır ki, bu cinayətdə motiv başlıca şərtdir. Beləliklə, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs birgəyaşayış qaydalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla, cüzi bəhanə ilə zərərçəkmişin sağlamlığına yüngül zərər vurması əməli düzgün olaraq CM-in 221.3-cü maddəsi ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 221.3-cü maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayətlər hesab olunur. Hazırkı, cinayət işinin istintaqı zamanı da müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs CM-nin 221.1-ci maddədə nəzərdə tutulan hərəkətləri silahdan istifadə edərək törətmiş və həmin hal məhkəmədə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 59-cu maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hallar və CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini (yaşlı olmasını, əvvəllər məhkum olunmasını), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs yaşını, bununla yanaşı onun əvvəllər də eyni xarakterli cinayət əməlini törətməyə görə məhkum olunmasını, belə olan halda təqsirləndirildiyi maddənin sanksiyasında azadlıqdan məhrum etməyə nisbətən yüngül cəza növünün təyin edilməsinin ona tərbiyəedici və xəbərdaredici təsir göstərməyəcəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 221.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 155.3.3-cü maddəsinə əsasən həbs qətimkan tədbiri əvvəllər seçilmiş digər qətimkan tədbirinin şərtlərini pozmuş şəxsə və ya hökmün icrasını təmin etmək məqsədilə, barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilmiş şəxsə tətbiq oluna bilər. Qeyd olunan qanunvericiliyin tələblərinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməklə həmin cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəyindən, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından həbs edilməlidir. Habelə, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli 12 iyun 2025-ci il tarixdən hesablanmalıdır. CPM-in 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 33.2 və 32.4-cü maddələrinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması, eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-in 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanunamüvafiq yəni, qanuni yolla əldə olunmuş olsun. “Məhkəmə hökmü haqqında” Ali Məhkəmənin 24 dekabr 2021-ci il tarixli Plenum qərarında göstərilir ki, CPM-in 33.4, 338.1.2 və 349.5.1-ci maddələrinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Bu maddələrin tələbinə görə məhkəmə gəldiyi nəticələri şərh edərkən məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda əksini tapmayan sübutlara istinad edə bilməz. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Beyləqan rayon polis şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılan 1 (bir) ədəd zavod üsulu ilə hazırlanmış, ümumi təyinatlı soyuq silah hesab edilməyən qatlanan tipli cib bıçağı Təqsirləndirilən şəxs ailə üzvlərinə qaytarılmalı, 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Müdafiəçi Beyləqan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə cəmi 22 (iyirmi iki) saat vaxt sərf etmişdir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Beyləqan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 22 (iyirmi iki) saat vaxt sərf etmişdir. Məhkəmə eyni zamanda qeyd edir ki, 29 aprel 2025-ci il tarixədək hər saata görə hüquqi yardımın dəyəri 6 manat, 29 aprel 2025-ci il tarixdən isə 11 manat müəyyən edilmişdir. Beyləqan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəməyə təqdim etdiyi hesabatdan isə görünür ki, o, 29 aprel 2025-ci il tarixədək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi ilə bağlı 14 saat, 29 aprel 2025-ci il tarixdən sonra isə 8 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 22 (iyirmi iki) saat hüquqi yardıma görə Beyləqan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 172 (yüz yetmiş iki) manat (14 saatx6 manat=84+8 saatx11 manat=88 manat), ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia və ekspertiza xərci yoxdur. CPM-in 349.3-cü maddəsinə əsasən, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-in 146.1-ci maddəsi). CPM-in 351.2-ci maddəsinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli 12 iyun 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına həvalə edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Beyləqan rayon polis şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılan 1 (bir) ədəd zavod üsulu ilə hazırlanmış, ümumi təyinatlı soyuq silah hesab edilməyən qatlanan tipli cib bıçağı Təqsirləndirilən şəxs ailə üzvlərinə qaytarılsın. İş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 22 (iyirmi iki) saat hüquqi yardıma görə Beyləqan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 172 (yüz yetmiş iki) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan edildiyi andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Xatın Cabbarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar