Məhkəmə qərarları › İş №1(020)-24/2023

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №1(020)-24/2023

30.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 1(020)-24/2023 30.03.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Seyfullayev Seyfəli İzzət oğlunun sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Müdafiəçi, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs iştirakı ilə xx.xx.1988-ci il tarixdə Beyləqan rayonu, Yeni-Mil qəsəbəsində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, hazırda Beyləqan rayonu, Yeni-Mil qəsəbəsində qeydiyyatda olmaqla həmin qəsəbədə yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Beyləqan rayonu, Yeni-Mil qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs 24 fevral 2023-cü il tarixdə, saat 07:50 radələrində həyat yoldaşı Zərərçəkmiş şəxs ilə birlikdə yaşadıqları Beyləqan rayonu, Yeni-Mil qəsəbəsində yerləşən fərdi yaşayış evində aralarında şəxsi münasibət zəminində yaranmış mübahisə zamanı dərs çantası ilə Zərərçəkmiş şəxs baş nahiyəsindən qəsdən vuraraq onun alın nahiyəsində qançır fonunda əzik xarakterli, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, Beyləqan rayonu, Yeni-Mil qəsəbəsində qeydiyyatda olmaqla yaşayır və fərdi əmək fəaliyyəti ilə məşğul olur. Zərərçəkmiş şəxs onun arvadıdır, o, Samirə ilə 2006-cı ildə evlənmişdir. Bu evlilikdən onların 3 övladı vardır. Bir neçə ay olar ki, Samirə onu istəmədiyini və ondan boşanmaq istədiyini bildirdiyi üçün aralarında tez-tez mübahisələri olur. xx.xx.2024-cü il tarixdə, gecə saatlarında o, yatmaq üçün otağa girərkən Samirə onunla birlikdə yatmaq istəmədiyini bildirmiş, buna görə də, aralarında yenidən mübahisə olmuşdur. Lakin, o, mübahisəni davam etdirməmək üçün Samirənin sözlərinə fikir verməyərək yatmış, səhəri gün, yəni xx.xx.2023-cü il tarixdə saat 07:50 radələrində o, yataq otağında divanda uzanıb qulaqcıq ilə mahnıya qulaq asarkən Samirə otağa girərək heç bir səbəb olmadan onun ünvanına nəlayiq ifadə işlətmişdir. Buna görə də, aralarında yenidən mübahisə başlamış, həmin vaxt xeyli müddətdir onlarda yaşayan qaynanası Mirvari də həmin otağa daxil olmuşdur. Mübahisə zamanı Samirə yenidən onun və onun valideynlərinin ünvanına nəlayiq ifadələr işlətdiyi üçün o, əsəbiləşərək övladının otaqda olan kitabla dolu dərs çantasını götürüb Samirəyə vurmuş, bundan sonra o, Samirənin başının qanadığını gördüyü üçün otaqdan çıxıb getmişdir. Samirə ilə aralarında baş vermiş mübahisə təxminən 3-5 dəqiqə davam etmişdir. Həmçinin, Təqsirləndirilən şəxs ifadəsində bildirmişdir ki, narkotik vasitə alüdəçisi deyil. Həmçinin, o, otağın qapısının şüşəsini sındırmamış, mübahisə zamanı qapını örtərkən əli ilə qapıya zərbə ilə vurmuş, zərbənin təsirindən qapı divara dəymişdir.Törətdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxs ilə barışmışdır. Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək təqsirini etiraf edib səmimi peşmançılıq çəkməsini, Zərərçəkmiş şəxs onun həyat yoldaşı olmasını, həyat yoldaşı ilə barışdığını, həyat yoldaşının ondan şikayət və tələbinin olmadığını bildirib, məhkəmədən cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etdi. İş üzrə məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Beyləqan rayonu, Yeni-Mil qəsəbəsində qeydiyyatda olmaqla yaşayır. Təqsirləndirilən şəxs onun əridir, onunla 2006-cı ildə evlənmişdir. Bu evlilikdən 3 övladı vardır. Təqsirləndirilən şəxs spirtli içki istifadəçisi olduğu üçün aralarında tez-tez münaqişə olur. Son vaxtlar Ruslan spirtli içki istifadəsini dayandırmış, lakin, yenədə aralarında tez-tez münaqişə olduğuna görə o, Ruslandan boşanmaq üçün məhkəməyə müraciət etmişdir. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə, səhər saat 07:50 radələrində yaşadıqları evdə yataq otağında Ruslan ona cinsi əlaqədə olmaq istədiyi bildirmiş, o, Ruslana etiraz etdikdə Ruslan onunla mübahisə etməyə başlamışdır. O, Ruslana onu istəmədiyini və ondan boşanmaq üçün məhkəməyə müraciət etdiyini bildirmiş, bu zaman Ruslan onun və onun valideynlərinin ünvanına nəlayiq ifadələr işlətmiş, o da Ruslana cavab qaytararaq onu söymüşdür. Bu zaman xeyli müddətdir onlarla birlikdə yaşayan anası Şahid Mirəli qızı onların mübahisə etdiyini eşitmiş və yataq otağına daxil olmuş, mübahisə zamanı Ruslan övladlarının yataq otağında olan kitabla dolu dərs çantasını götürərək onun başına zərbə ilə vurmuşdur. Çantanın metal hissəsi onun alnına dəyərək zədələdiyi üçün qan axmağa başlamış və o, zərbənin təsirindən özünü itirib divanda oturmuşdur. Bundan sonra, Ruslan onun zədələndiyini gördüyü üçün otaqdan çıxıb getmiş, o, özünə gəldikdən sonra 102 xidmətinə müraciət etmişdir. Lakin, əsəbi olduğu üçün 102 xidmətinə müraciət edərkən Ruslanın narkotik alüdəçisi olduğunu, Ruslanın otağın qapısının şüşəsini sındırmasını, şüşənin alnına batmasını və Ruslanın evi yandırmaq istəməsini bildirmişdir. Lakin, əsl həqiqətdə Ruslan narkotik vasitə alüdəçisi deyil, onun narkotik vasitə istifadə edib- etmədiyini dəqiq bilmir. Həmçinin, Ruslan otağın qapısının şüşəsini sındırmamış, mübahisə zamanı qapını örtərkən əli ilə qapıya zərbə ilə vurmuş, zərbənin təsirindən qapı divara bərk dəydiyi üçün o, qapının şüşəsinin sındığını hesab etmiş, lakin, əsl həqiqətdə qapının şüşəsi sınmamışdır. Təqsirləndirilən şəxsla aralarında baş vermiş mübahisə təxminən 3-5 dəqiqə davam etmiş, həmin vaxt otağa daxil olan anası Mirvari onların mübahisəsini və Ruslanın onu vurmasını görmüşdür. Hazırda Təqsirləndirilən şəxs ondan üzr istəmiş və onunla barışmışdır. Məhkəmə baxışında Şahid elan edilmiş, təhqiqat zamanı alınmış izahatından görünür ki, o, Zərərçəkmiş şəxs ilə eyni məzamunlu izahat vermişdir. Məhkəmə-tibb ekspertinin 24 fevral 2023-cü il tarixli, 111/23 saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs alın nahiyəsində qançır fonunda bir ədəd əzilmiş yara aşkar olunmuşdur ki, qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, müayinə olunan şəxsin göstərdiyi müddətdə və şəraitdə əmələ gələ bilərdi və sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. “Hadisə yerinin baxışının aparılması haqqında” xx.xx.2023-cü il tarixli protokola əsasən müəyyən hadisə yeri Beyləqan rayonu, Yeni-Mil qəsəbəsində su kanalının yanında yerləşən Təqsirləndirilən şəxs evinin ətrafında bir neçə digər yaşayış evləri və əkin sahələri vardır. Evin həyətinin hasarı və darvazası yoxdur. Ev mişar daşından tikilmişdir. Evin giriş hissəində sol təfədə sanitar qovşağı, sağ tərəfdə mətbəx yerləşir. Evin giriş qapısı tünd şabalıdı rəngdədir. Yaşayış evi 3 otaqdan ibarətdir. Evə daxil olduqda qonaq otağı yerləşir ki, otağın sol tərəfində stol və bir neçə stul, sağ hissəsində isə televizor, divan, kreslo və qaz sobası yerləşir. Qonaq otağına daxil olduqda qarşı tərəfdə iki açıq çəhrayı rəngdə qapı vardır ki, sol qapı Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs yataq otağına, sağ qapı isə onların övladlarının yataq otağına açılır. Həmin qapıların kiçik şüşə ilə bağlanmış bəzək hissələri vardır. Hadisənin baş verdiyi otaq Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs yataq otağıdır. Yataq otağına daxil olduqda qapı ilə üzbə-üz yataq dəsti yerləşir. Otağın sol hissəsində kiçik divan, sol ön hissəsində isə paltar şkafı yerləşir. Bundan əlavə baxış zamanı yataq otağının qapısının şüşə hissələrinin sındırılmış formada olması müəyyən olunmadı. Baxış zamanı Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə baş vermiş mübahisə zamanı Təqsirləndirilən şəxs onu döydüyü yataq otağını və onu vurduğu dərs çantasını təqdim edərək göstərmiş, hadisə yerinin və çantanın fotoşəkilləri çəkilərək məhkəməyədək sadələşdirilmiş icraat materialına əlavə edilmişdir. Təhqiqat zamanı Zərərçəkmiş şəxs və Kamranov X1 RPŞ-nə ərizə ilə müraciət edərək təhqiqatın sadələşdirilmiş icraat qaydasında aparılmasına etirazlarının olmadığını bildirmişlər. Təhqiqat zamanı Təqsirləndirilən şəxs törətdiyi böyük ictimai təhlükə törətməyən aşkar cinayət əməli üzrə onun barəsində işin məhkəməyədək sadələşdirilmiş icraat şəklində aparılmasını istisna edən heç bir hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş tələbnamədən və iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olunmamış, barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməmişdir. Beyləqan rayon İcra Hakimiyyəti başçısının Beyləqan rayon Yeni-Mil qəsəbəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnaməyə əsasən Təqsirləndirilən şəxs ictimaiyyət arasında müsbət xarakterizə olunur. Beyləqan Mərkəzi Rayon X2 Şəxs tərəfindən verilmiş məktuba əsasən müəyyən edilir ki, Beyləqan rayonu, Yeni-Mil qəsəbəsində yaşayan Kamranov X1 rayon Mərkəzi Xəstəxanasında nevropsixoloji, ruhi-əsəb kabinetlərində dispanser qeydiyyatında olmamışdır. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs onunla barışdığını, Təqsirləndirilən şəxs heç bir şikayət və tələbinin olmamasını bildirdi, ona görə də, məhkəmədən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini və onun barəsində olan işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin tərkibi vardır. Həmçinin məhkəmədə müəyyən edildi ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışmış, zərərçəkmiş şəxs təqsirləndirilən şəxsin həyat yoldaşı olmaqla ondan şikayətçi deyildir və onun barəsində olan işin icraatına xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə özünü təqsirli bildiyini, Zərərçəkmiş şəxs üzr istəməklə onunla barışdığını, ona görə də, cinayət məsuliyyətindən azad olunmaqla işin icraatına xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə görə, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Odur ki, Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığından cinayət məsuliyyətindən azad edilməli və barəsində başlanmış cinayət təqibinə xitam verilməlidir. İşdə mülki iddia, maddi sübut və məhkəmə xəcləri yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CM-nin 73.2, Azərbaycan Respublikası CPM-nin 40.2.2, 43.3, 321, 321.2.1, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ : Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və onun barəsində olan cinayət təqibinə (cinayət işi üzrə icraata) xitam verilsin. Qərardan, elan olunduğu andan 20 gün müddətində Beyləqan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərardan 20 gün müddətində apellyasiya şikayəti və Apellyasiya protesti verilmədikdə, qərar qanuni qüvvəyə minir. Hakim: Seyfəli Seyfullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar