Məhkəmə qərarları › İş №1(020)-24/2024

Beyləqan Rayon Məhkəməsi Hökm — İş №1(020)-24/2024

23.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Beyləqan rayon İş № 1(020)-24/2024 23.10.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs- Zərərçəkmiş şəxs, Zərərçəkmiş şəxsin nümayəndəsi- Bərdə rayon Vəkil Bürosunun vəkili Nümayəndə, Mülki iddiaçı- X1, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs və onun müdafiəçisi Beyləqan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx.xx.1990-cı ildə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum edilməmiş, Masallı rayonu Musakücə kəndində yaşayan barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarımın pozaraq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmaya aid xəsarətlər almasına səbəb olan yol- nəqliyyat hadisəsi törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 07 radələrində St.Mingəçevir- Bəhrəmtəpə yolunun Beyləqan rayonu Türklər kəndindən küçən 146-cı kinliyində idarə etdiyi Scania R440 yük markalı **-TE-*** dövlət qeydiyyat nişanlı avtomobilə qoşulmuş SCHMİTZ SOİ markalı **-ZA-*** dövlət qeydiyyat nişanlı yarımqoşqu ilə Ağcabədi rayon istiqamətində 57 km/saat surətlə döngədə hərəkətdə olarkən “Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci tələblərini pozaraq, yəni o, yolun döngəli olduğunu əvvəlcədən nəzərə alaraq avtomobilin surətini təhlükəsizliyini təmin edə biləcək hədd qədər azaltmalı, yolun əks istiqamətli nəqliyyat axınlarını ayıran 1.1 üfüqi nişanlama xəttini kəsib keçməməli və avtomobilin öz hərəkət zolağı ilə hərəkətini təmin etməli olmalı halda bunu etməyərək yolun əks istoqamətli nəqliyyat axınlarını ayıran 1.1 üfüqi nişanlama xəttini kəsərək qarşı sol hərəkət zolağına çıxaraq qarşıdan əks istiqamətdə hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi DAF XF 105 yük markalı **-XA-*** dövlət qeydiyyat nişanlı avtomobillə İmişli rayonu istiqamətində yolun sağ kənarından ortaya doğru 1.2 metr məsafədə toqquşmuş, nəticədə o, ehtiyyatsızlıqdan DAF XF 105 yük markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs sol ayaq darağı və daban sümüklərinin sınıqları isə müşayət olunan sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilən və sağ gözün almasının yarası ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən çox olmaqla əhəmiyyətli dərəcədə daimi(dayanıqlı) itirilməsi xəsarəti ilə müşayiət olunan həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarət almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs əvvəlki məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədi və ifadəsində göstərdi ki, hadisə zamanı idarə etdiyi Scania R440 yük markalı **-TE-*** dövlət qeydiyyat nişanlı avtmobilə qoşulmuş Schmitz SO1 markalı **- ZA-*** dövlət qeydiyyat nişanlı yarımqoşqu ona məxsusdur. Onu Bİ, B, C1C. BE, C1E, CE kateqoriyalı sürücülük vəsiqəsi ilə idarə edir. Fərdi qaydada yük daşımaqla məşğul olur. xx.xx.2023-cü il tarixdə Bakı şəhərindən Dərnəgül tikinti materialları bazarından 24 ton metal yükünü yükləyib Ağcabədi rayonuna doğru yola düşmüşdür. Həmin günün səhəri saat 07 radələrində St.Mingəçevir-Bəhrəmtəpə yolunun Beyləqan rayonu Türklər kəndindən keçən hissəsində 55 km/saat surətlə hərəkətdə olarkən qarşıdan hərəkətdə olan DAF XF 105 yük markalı **-XA-*** dövlət qeydiyyat nişanlı sement daşıyan qoşqulu yük avtomobilinin 100-150 metr qarşıdan döngədə sol zolağa, onun hərəkət yoluna keçdiyini görmüşdür. Həmin sürücü onu çaşdırdığına görə o, da əks hərəkət zolağına çıxmışdır. Ona çatmamış həmin avtomobil dəmirə çırpılıb sonra onun idarə etdiyi avtomobilə dəymişdir. Həmin vaxt o, sağa çıxmış, avtomobillərin hər ikisi yolun sağ tərəfinə aşmışdır. O, hadisə vaxtı yuxulu olmamış, avtomobili sərbəst idarə etmişdir. Onun idarə etdiyi avtomaşının sürəti saatda 55 km olmuşdur. Müstəntiqin nəyə görə onun avtomobili 57 km sürətlə idarə etməsi barədə onun ifadəsində göstərdiyini dəqiq bilmir. Hazırkı məhkəmə iclasında isə Təqsirləndirilən şəxs son sözündəki çıxışında avtoqəza ilə bağlı özünü təqsirli bildiyini, mülki iddianı qəbul etmədiyini, DAF XF 105 yük markalı **-XA-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinə və həmin avtomobilin qoşqusuna dəymiş ziyanın ekspertiza tərəfindən düzgün hesablanmadığını, mülki iddianın rədd edilməsini, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, hadisə zamanı idarə etdiyi Scania R440 yük markalı **-TE-*** dövlət qeydiyyat nişanlı avtmobilə qoşulmuş Schmitz SOİ markalı **-ZA-*** dövlət qeydiyyat nişanlı yarımqoşqu ona məxsusdur. Onu B1, B, C1C. BE, C1E, CE kateqoriyalı sürücülük vəsiqəsi ilə idarə edir. Fərdi qaydada yük daşımaqla məşğul olur. xx.xx.2023-cü il tarixdə Bakı şəhərindən Dərnəgül tikinti materialları bazarından 24 ton metal yükünü yükləyib Ağcabədi rayonuna doğru yola düşmüşdür. Həmin günün səhəri saat 07 radələrində St.Mingəçevir-Bəhrəmtəpə yolunun Beyləqan rayonu Türklər kəndindən keçən hissəsində 57 km/saat surətlə hərəkətdə olarkən qarşıdan hərəkətdə olan DAF XF 105 yük markalı **-XA-*** dövlət qeydiyyat nişanlı sement daşıyan qoşqulu yük avtomobilinin 100-150 metr qarşıdan döngədə sol zolağa, onun hərəkət yoluna keçdiyini görüb o da əks hərəkət zolağına çıxmışdır. Ona çatmamış həmin avtomobil öz yoluna qayıtmış, öz yoluna qayıtmaq istədikdə onun avtomobilinin qabaq tərəfi onun sol tərəfinə sürtüb keçmişdir. Lakin qoşqu qayçı halına düşdüyünə görə qoşqunun baş tərəfi ilə onun qabaq sol tərəfi ilə toqquşmuşdur. Avtomobili yolun sağ tərəfinə doğru istiqamətlənib dəmir səddə dəyəndən sonra yolun dərəsinə düşmüşdür. Qəza nəticəsində yüngül xəsarət almışdır. Təcili Yardım avtomobili onu Beyləqan RMX-na aparmışdır. Qəzadan əvvəl spirtli içki qəbul etməmişdir, avtomobildə sərnişin və nasazlıq olmamışdır. İş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs məhkəmədə verdiyi ifadəsində göstərdi ki, DAF XF 105 yük markalı **-XA-*** dövlət qeydiyyat nişanlı avtomobilə qoşulmuş Feldbinder markalı **-ZG-*** dövlət qeydiyyat nişanlı yarımqoşqu ilə toqquşmuş işlədiyi “685-Logistics" MMC tərəfindən ona etibar olunmuşdur. Onun Bİ, B. C1, C, C1E, CE kateqoriyalı sürücülük vəsiqəsi vardır. xx.xx.2023-cü il tarixdə saat 06 radələrində İmişli rayonuna 27 ton sement yükü aparmaq üçün Bərdə rayonundan yola düşmüşdür. Həmin gün saat 07 radələrində St.Mingəçevir-Bəhrəmtəpə yolu ilə 50 km/saat surətlə hərəkətdə olarkən qarşıdan Scania marrkalı **-TE-*** dövlət qeydiyyat nişanlı avtomobilin gəldiyini görmüşdür. Həmin ərazidə yol döngəlidir. Ona çatmağa 10-15 metr qalmış həmin avtomobil orta xətti keçərək onun yoluna çıxmışdır. Əyləci basıb sükanı sağa doğru döndərmişdir. Scania markalı avtomobilin qabaq sol tərəfi ilə onun avtomobilinin qabaq tərəfi toqquşmuş, daha sonra Scania markalı avtomobilə qoşulmuş SCHMİTZ SO1 markalı **-ZA-*** dövlət qeydiyyat nişanlı yarımqoşqunun baş tərəfi ilə onun avtomobilinin qabaq tərəfi toqquşmuşdur. Avtomobili biraz qarşıya gedərək yolun əks tərəfində aşmışdır. Avtomobildə sıxılıb qalmışdır. Yoldan keçən şəxslər onu avtomobildən çıxarmışlar. Gözündən və ayağından ağır xəsarət almış, Beyləqan RMX-na müraciət etmişdir. Günahkar sürücü Təqsirləndirilən şəxs ilə barışmamışdır. Qəzadan əvvəl spirtli içki qəbul etməmiş, avtomobilində sərnişin və ya nasazlıq olmamışdır. O, 4 ay xəstə yatmış, həmin müddət ərzində təqsirləndirilən şəxs onun yanına gəlməmiş və onunla maraqlanmamışdır. Hazırda da gözü yaxşı görmür, müalicə alır. Lakin Təqsirləndirilən şəxs tərəfindənona hər hansı bir maddi yardım göstərilmir. Ona görə də təqsirləndirilən şəxsdən şikayətçidir. Təqsirləndirilən şəxsə qanuni cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən mülki iddiaçı X3 ifadəsində göstərdi ki, “685- Logistics"MMC-in təsisçi və direktorudur. DAF XF 105 yük markalı **-XA-*** dövlət qeydiyyat nişanlı avtomobilə qoşulmuş Feldbinder markalı **-ZG-*** dövlət qeydiyyat nişanlı yarımqoşqu şirkətə məxsusdur. Vüqal Qaraşov onun cəmiyyətində sürücü kimi çalışır. xx.xx.2023-cü il tarixdə Vüsal Bərdə şəhərindən İmişli rayonuna açıq sement yükü apararkən Beylqan rayonu Türklər kəndi ərazisindən keçən hissədə qarşıdan gələn Scania R440 yük markalı **-TE-*** dövlət qeydiyyat nişanlı avtomobilə qoşulmuş SCHMİTZ SO1 markalı **-ZA-*** dövlət qeydiyyat nişanlı yarımqoşqu onların avtomobilinin yoluna çıxmış, qəza baş vermişdir. Nəticədə sürücü Zərərçəkmiş şəxs ağır xəsarət almış, ona məxsus avtomobilin və qoşqunun əzilməsi nəticəsində isə ona 40300 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəməmişdir. Mülki iddiasının təmin edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan qərardan görünür ki, cinayət işinin başlanmasına əsas və səbəb xx.xx.2023-cü il tarixdə, saat 07 radələrində st.Mingəçevir-Bəhrəmtəpə yolunun Beyləqan rayonu Türklər kəndindən keçən 146-cı km-1 iyində Təqsirləndirilən şəxs idarə etdiyi Scania R440 yük markalı 99- TE-756 dövlət qeydiyyat nişanlı avtomobilə qoşulmuş SCHMİTZ SOİ markalı **-ZA-*** dövlət qeydiyyat nişanlı yarımqoşqu ilə Ağcabədi rayonu istiqamətində hərəkətdə olarkən qarşıdan gələn Zərərçəkmiş şəxs idarə etdiyi DAF XF 105 yük markalı **-XA-*** dövlət qeydiyyat nişanlı avtomobilə qoşulmuş Feldbinder markalı **-ZG-*** dövlət qeydiyyat nişanlı yarımqoşqu ilə toqquşması, nəticədə DAF markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs xəsarət alaraq Beyləqan RMX-na müraciət etməsi barədə məlumat olmuşdur. İş materiallarına əlavə edilmiş hadisə yerinə baxış protokolundan görünür ki, yol-nəqliyyat hadisəsi baş vermiş avtomobil yolu asfalt örtükdən ibarət olmaqla səthi hamardır, yol düzdür, hadisə baş verən zaman avtomobil yolu quru vəziyyətdə olmuşdur. Yol-nəqliyyat hadisəsi St.Mingəçevir-Bəhrəmtəpə yolunun Beyləqan rayonu Türklər kəndindən keçən 146-cı kilometrliyində baş vermişdir. Avtomobil yolu Mingəçevir şəhər və İmişli rayonu istiqamətində hərəkət üçün nəzərdə tutulmuşdur. Hər iki istiqaməti ağ düz xətt ayırır. Hər iki istiqamət üçün 1 hərəkət zolağı vardır. Yolun ümumi eni 8.8 m, hərəkət hissəsinin eni 8. metrdir. Yol Mingəçevir şəhəri istiqamətində sola doğru döngəlidir. Hər istiqamətdə sağında 40 sm enində sarı xətlə ayrılmış asfalt hissə və 1.6 m enində yol çiyni yerləşir. Yol çiyninin kənarından dəmir sədd çəkilmişdir. Hadisə yerində baxış protokolu tərtib edilərək şəkli və sxemi çəkilmişdir. Hadisə baş vermiş ərazidə sürət həddi 70 km/saat sürətlə məhdudlaşdırılmışdır. İş materiallarına əlavə edilmiş sərxoşluq vəziyyətini təyin edən xx.xx.2023-cü il tarixli 682 nömrəli tibbi müayinə protokolundan müəyyən edilmişdir ki, sürücü Təqsirləndirilən şəxs hadisə zamanı ayıq vəziyyətdə olmuşdur. İş materiallarına əlavə edilmiş BDYPİ-nin Gəncə RQİ və TBŞ-dən daxil olmuş 16 noyabr 2023-cü il tarixli 3-13-16-3/2-7938/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2032-cu il tarixədək BB 428280 seriyalı, BCBECE kateqoriyalı sürücülük vəsiqəsi, Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2032-cu il tarixədək BA 053477 seriyalı BCE kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onların sürücülük hüququ məhdudlaşdırılmamışdır. İş materiallarına əlavə edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli 829/23 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibb müayinəsi zamanı aşkar edilmiş xəsarətlər- sağ göz almasını dəlib keçən, görmə qabiliyyətinin itirilməsi və travmatik katarakta ilə nəticələnən yarası, sağ konyuktivanın cırılması, sol pəncənin İİ-İ11-İV-V daraq sümüklərinin çoxqəlpəli sınığı və daban sümüyünün daban çıxıntısının sınığı aşkar olunmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanm(əşyalarm) təsirindən törənmişdir. Qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə baş vermiş yol nəqliyyat qəzanı zamanı avtomaşının salonunun qabarıq interyerinə zərblə dəyməsi nəticəsində əmələ gələ bilərdi. Yuxarıda qeyd olunan xəsarətlərdən sağ gözün almasının yarası ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən çox olmaqla əhəmiyyətli dərəcədə daimi(dayanıqlı) itirilməsinə səbəb olduğu üçün sağlamlığa AĞİR zərər vurmaya aid edilir. Bundan başqa sol ayaq darağı və daban sümüklərinin sınıqları isə dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərərvurmaya aiddir. İş materiallarına əlavə edilmiş məhkəmə-yol nəqliyyat hadisəsi ekspertizasının 14 noyabr 2023-cü il tarixli 8/3260 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Scania R440 markalı **-TE-*** dövlət qeydiyyat nişanlı yarımqoşqulu avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində ‘'Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuz olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə istintaq tərəfindən göstərdiyi kimi DAF XF 105 markalı avtomobilin sürücüsünün hərəkəti üçün təhlükənin Scania R440 markalı avtomobilin əks hərəkət zolağına çıxdığı andan yaranması və həmin anda avtomobillər arasında 10 metr məsafənin olması real hadisə mexanizminə uyğun deyildir. İstintaq tərəfindən göstərilən məlumatlara real mexanizminə uyğun olmadığından DAF XF105 markalı **-XA-*** dövlət qeydiyyat nişanlı yarımqoşqu avtomobilin sürücüsü Zərərçəkmiş şəxs hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətləri üzrə tədqiqat aparılmır. İş materiallarına əlavə edilmiş əlavə məhkəmə-yol nəqliyyat hadisəsi ekspertizasının 25 yanvar 2024-cü il tarixli 8/3850 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Scania R440 markalı **-TE-*** dövlət qeydiyyat nişanlı yarımqoşqulu avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində "Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuz olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən DAF XF105 markalı 77- XA- 785 dövlət qeydiyyat nişanlı yarımqoşqu avtomobilin sürücüsü Zərərçəkmiş şəxs hadisənin qarşısının alınması ilə əlaqədar olan hərəkətlərini texniki nöqteyi- nəzərdən tədqiq etməyə lüzum yoxdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qüsür aktından görünür ki, xx.xx.2023-cü il tarixdə baş vermiş hadisə nəticəsində 2010-ci il buraxılışlı DAF-XF-105 markalı **-XA-*** dövlət nömrə nişanlı yük avtomobilinin və həmin avtomobilə qoşulmuş, 2007-ci il buraxılışlı Feldbinder markalı **-ZG-*** dövlət nömrə nişanlı yarımqoşqunun zədələndiyi və təmir-bərpa xərcinin ümumilikdə 40300,00 (26100 + 14200) manat məbləğində müəyyən edilmişdir. Əvvəlki məhkəmə iclasında Təqsirləndirilən şəxs müdafiəçisi Beyləqan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 vəsatət verərək göstərmişdir ki, hüquqlarını müdafiə etdiyi Azərbaycan Respublikası CM-nın 263.1-1-ci maddəsi ilə Təqsirləndirilən şəxs məhkəmə istintaqı vaxtı bildirmişdir ki, Zərərçəkmiş şəxs idarə etmiş olduğu DAF- XF-105 markalı **-XA-*** dövlət nömrə nişanlı avtomobilə və həmin avtomobilə qoşulmuş Feldinder markalı **-ZG-*** dövlət nömrə nişanlı yarımqoşquya 40.300 manat məbləğində ziyanın vurulması halı mülki iddiaçı tərəfindən məqsədli şəkildə şişirdilmiş, əslində, həmin yarımqoşquya 40.300 manat məbləğində ziyan vurulmamışdır. Belə ki, həmin yarımqoşquya 40.300 manat məbləğində ziyan vurulmasını təsdiq edən hissələr ortada yoxdur.Yol-nəqliyyat hadisəsinin törədildiyi ilk gündən Zərərçəkmiş şəxs idarə etmiş olduğu DAF- XF-105 markalı **-XA-*** dövlət nömrə nişanlı avtomobilə və həmin avtomobilə qoşulmuş Feldbinder markalı **-ZG-*** dövlət nömrə nişanlı yarımqoşquya 40.300 manat məbləğində ziyanın vurulması barədə iş üzrə ekspertizanın keçirilməsini işin istintaqını aparan müstəntiqdən tələb etsə də, məhkəmə əmtəəşünaslıq ekspertizasının keçirilməsinə nail ola biməmişdir. Odur ki, Zərərçəkmiş şəxs idarə etmiş olduğu DAF- XF-105 markalı **-XA-*** dövlət nömrə nişanlı avtomobilə qoşulmuş Feldbinder markalı **-ZG-*** dövlət nömrə nişanlı yarımqoşquya vurulmuş ziyanın düzgün olaraq hesablanması üçün hazırda iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizasının keçirilməsinə ehtiyac yaranmışdır. Ona görə də ziyanın məbləğinin müəyyən edilməsi üçün məhkəmə-əmtəəşunaslıq ekspertizasının təyin edilməsini xahiş etmişdir. Beyləqan rayon məhkəməsinin 08 may 2024-cü il tarixli qərarına əsasən vəsatət təmin edilmiş, iş üzrə məhkəmə-əmtəəşunaslıq ekspertizası təyin edilərək ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 12 sentyabr 2024-cü il tarixli 9/4274 saylı rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, təqdim edilmiş iş materialında olan xx.xx.2023-cü il tarixli qüsür aktına əsasən xx.xx.2023-cü il tarixdə baş vermiş hadisə nəticəsində 2010-ci il buraxılışlı DAF-XF-105 markalı **-XA-*** dövlət nömrə nişanlı yük avtomobilinin və həmin avtomobilə qoşulmuş, 2007-ci il buraxılışlı Feldbinder markalı **-ZG-*** dövlət nömrə nişanlı yarımqoşqunun təmir-bərpa xərci təxminən 38.490,00 manat (24.910 + 13.850) müəyyən edilir, o cümlədən: 2010-ci il buraxılışlı DAF-XF-105 markalı **-XA-*** d.q.n yük avtomobilinə dəymiş ziyan 24.910,00 manat: Dəyişilməli hissələrin qiyməti - 18.210,00 manat; Təmir- bərpa işlərinin qiyməti - 6.700,00 manat; 2007-ci il buraxılışlı Feldbinder markalı **-ZG-*** dövlət nömrə nişanlı yarımqoşquya dəymiş ziyan 13.580,00 manat; Dəyişilməli hissələrin qiyməti - 2.580,00 manat; Təmir- bərpa işlərinin qiyməti - 11.000,00 manat. Nəqliyyat vasitələrinə dəymiş ziyanın müəyyən olunması ilə bağlı ekspertizalar barədə Məhkəmə ekspertizası mərkəzinin 27 yanvar 2015-ci il tarixli 422 №-li məktubunda göstərilənlərə əsasən nəqliyyat vasitələrinə dəymiş ziyanın müəyyən olunması ixtisaslaşdırılmış servis müəssisələrinin arayışı əsasında əmtəəşünaslıq ekspertizaların aparılması məqsədə müvafiq hesab olunduğundan 2010-ci il buraxılışlı DAF-XF-105 markalı **-XA-*** dövlət nömrə nişanlı yük avtomobilinin və həmin avtomobilə qoşulmuş, 2007-ci il buraxılışlı Feldbinder markalı **-ZG-*** dövlət nömrə nişanlı yarımqoşqunun bərpası məqsədilə zədələnmiş hissələrin (dəyişilməli və bərpa oluna bilən) və görüləcək əl işlərinin qiymətləndirilməsi üzrə ekspertiza tədqiqatı 1(020)-24/2024 №-li cinayət işi materiallarında olan qüsur aktları əsasında hesablanmışdır. Təqsirləndirilən şəxs əvvəlki məhkəmə iclasında özünü təqsirli bilməsə də, ibtidai istintaq zamanı və hazırki iclasdakı son sözündə özünı təqsirli bilmiş, habelə, zərərçəkmiş şəxs, şahid ifadələri, habelə işin məhkəmə iclasında tədqiq edilib öz təsdiqini tapmış digər materialları ilə Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarının pozaraq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmaya aid xəsarətlər almasına səbəb olan yol- nəqliyyat hadisəsi törətməsi kifayət qədər sübuta yetdi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsinin tərkibi vardır. Odur ki, o, həmin maddə ilə təqsirli bilinib, cəzalanmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Aərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 №-li qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanunun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictmai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli Qərarının 11-ci bəndinin tələbinə görə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-nin 263.2, 263.3, 263-1.3, 263- 1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-nin 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz.Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. İş materillarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğunun və barəsində təqsirləndirici material olmadığı müəyyən edilmişdir. Təqsirləndirilən şəxs himayəsində bir nəfər yetkinlik yaşına çatmayan uşağının olması CM-in 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallardır. Onun hərəkətlərində CM-in 61-ci maddəsi ilə nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs ailəsinin yeganə qazan gətirəni olmasını, himayəsində bir nəfər yetkinlik yaşına çatmayan uşağının olmasını, hərəkətlərində cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunması imkanlarına və ailəsinin həyat şəraitinə təsiri ilə yanaşı zərərçəkmiş şəxsin ondan şikayətçi olmasını nəzərə alaraq, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1- 1-ci maddəsində nəzərdə tutulan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuna və məqsədə müvafiq hesab edir. İş üzrə mülki iddia qismən təmin edilməli, Təqsirləndirilən şəxs dəymiş ziyana görə 38490 manat, ödənilmiş dövlət rüsumuna görə 205,47 manat alınıb X2 verilməlidir. İş üzrə 263 (iki yüz altmış üç) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübutlar- DAF XF 105 yük markalı **-XA-*** dövlət qeydiyyat nişanlı avtomobilə qoşulmuş Feldbinder markalı **-ZG-*** dövlət qeydiyyat nişanlı yarımqoşqu və Scania R440 yük markalı **-TE-*** dövlət qeydiyyat nişanlı avtomobilə qoşulmuş SCFİMİTZ SOİ markalı **-ZA-*** dövlət qeydiyyat nişanlı yarımqoşqunun sahiblərinə qaytarılması nəzərə alınmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, ona 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Masallı rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə mülki iddia qismən təmin edisin. Təqsirləndirilən şəxs dəymiş ziyana görə 38490 (otuz səkkiz min dörd yüzdoxsan) manat, ödənilmiş dövlət rüsumuna görə 205,47 (iki yüz büş manat qırx yeddi qəpik) manat alınıb X2 verilsin. İş üzrə 263 (iki yüz altmış üç) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübutlar- DAF XF 105 yük markalı **-XA-*** dövlət qeydiyyat nişanlı avtomobilə qoşulmuş Feldbinder markalı **-ZG-*** dövlət qeydiyyat nişanlı yarımqoşqu və Scania R440 yük markalı **-TE-*** dövlət qeydiyyat nişanlı avtomobilə qoşulmuş SCFİMİTZ SOİ markalı **-ZA-*** dövlət qeydiyyat nişanlı yarımqoşqunun sahiblərinə qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi hüquqi yardıma görə 18 (on səkkiz) saat üçün 108 (yüz səkkiz) manat Beyləqan rayon vəkil bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına ödənilsin. Hökmün surəti həmin hissədə icrası üçün Azərbaycan Respublikası Vəkillər Kollegiyasına göndərilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Beyləqan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində şikayət və protest verilməzsə hökm həmin müddət bitdiyi gündən sonrakı gün qanuni qüvvəsini alır. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar