Azərbaycan Respublikası adından HÖKM Beyləqan rayon İş № 1(020)-25/2023 12.04.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Ağcəbədi rayon vəkil bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1993-cü ildə Ağcabədi rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Ağcabədi şəhəri N.Nərimanov küçəsi ev 85-də yaşayan barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 15:30 radələrində idarə etdiyi KİA rio markalı ** DT *** dövlət qeydiyyat nişanlı avtomobillə St.Mingəçevir-Bəhrəmtəpə yolunun Beyləqan rayonu Tatalılar kəndi ərazisindən keçən 126-ci kilometrliyində 80 km/saat surətlə hərəkətdə olarkən "X3" Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni sürücü yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, hərəkət zamanı diqqətin daim dəyişən yol şəraitindən və avtomobilin idarəetməsindən yayındırmamalı, idarə etdiyi Kia Rio markalı avtomobilin öz hərəkət zolağında hərəkətini təmin etməli, avtomobili qarşı sol hərəkət zolağına çıxartmamalı və hərəkət üçün təhlükəli şərait yaratmamalı olduğu halda bunu etməyərək, qarşı sol hərəkət zolağına çıxardaraq əks istiqamətdən hərəkətdə olan Zərərçəkmiş şəxs 80 km/saat surətlə idarə etdiyi X5 Prado markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ağcabədi rayonu istiqamətində sağ hərəkət zolağında orta xətdən sola doğru 0.8 metr məsafədə toqquşmuş, nəticədə o, ehtiyatsızlıqdan X5 Prado markalı avtomobilin sürücü Zərərçəkmiş şəxs başın təpə nahiyəsində bir ədəd əzilmiş yarası, sol bud sümüyünün orta, aşağı üçdə birinin çoxqəlpəli yerdəyişmiş sınığı, hər iki daban sümüyünün çoxqəlpəli sınıqları, sol diz oynağının ankilozu(hərəkətsizliyi) xəsarətləri ilə müşayiət olunan ümumi əmək qabiliyyətinin üçdə birindən çox hissəsini dayanıqlı itirilməsi ilə nəticələnən sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bildi və ifadəsində göstərdi ki, hadisə zamanı idarə etdiyi Kia Rio markalı **-DT-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. Avtomobili BC kateqoriyalı sürücülük vəsiqəsi ilə idarə edir. xx.xx.2022ci il tarixdə saat 15:30 radələrində idarə etdiyi Kia Rio markalı **-DT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Beyləqan rayona gedərkən St.Mingəçevir-Bəhrəmtəpə yolunun Beyləqan rayonu Tatalılar kəndindən keçən hissəsində qarşıdan gələn Toyoto markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil onun hərəkət yoluna çıxmış, avtomobillə toqquşmuşdur. Nəticədə özü və digər avtomobildəki sürücü və sərnişin xəsarət almışdır. Qəza zamanı onun avtomobilinin qabaq sol tərəfi ilə həmin avtomobilin qabaq sol tərəfi toqquşmuşdur. Qəzadan əvvəl spirtli içki qəbul etməmiş, avtomobildə yük və nasazlıq olmamışdır. Toyota markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil qarşı hərəkət zolağına çıxarkən aralarında təxminən 25 metr məsafə olmuşdur. Hadisə ehtiyatsızlıqdan baş vermişdir. Ailə vəziyyətini, himayəsində iki azyaşlı uşaqlarının olmasını nəzərə alıb ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. İş üzrə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs məhkəmədə verdiyi ifadəsində göstərdi ki, idarə etdiyi X5 Prado markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil bacanağı Şahid1 məxsusdur. Onun B kateqoriyalı sürücülük vəsiqəsi vardır. Abbasın mal-qarası üçün müvəqqəti otlaq sahəsi axtarmışdır. xx.xx.2022-ciil tarixdə səhər saatlarında Abbas onunla birlikdə Beyləqan rayonuna getməyi xahiş etmişdir. Razılaşıb Beyləqan rayonunda fermaya getmişlər. Günorta onlar getdikləri fermada süfrə açılmışdır. Həmin məclisdə Abbas spirtli içki qəbul etdiyindən qayıdanda avtomobili onun sürməsini xahiş etmişdir. Həmin gün saat 15:30 radələrində Bəhrəmtəpə-Mingəçevir yolunun Beyləqan rayonu ərazisindən keçən hissəsində 80 km/saat surətlə Ağcabədi rayonu istiqamətində hərəkətdə olarkən qarşıdan nömrəsini və markasını xatırlamadığı uzun yük avtomobili gəldiyini görmüşdür. Yük avtomobili onun idarə etdiyi avtomobilin sol yanından keçən anda onun arxasıyca gələn ağ rəngli Kia rio markalı ** DT *** dövlət qeydiyyat nişanlı avtomobil əks hərəkət zolağına çıxmaqla birbaşa onun üzərinə gəlmişdir. Dərhal əyləci sıxmışdır. Lakin qəzadan yayınmaq mümkün olmamışdır. Həmin avtomobilin qabaq sol küncü onun idarə etdiyi avtomobilin qabaq sol qanad nahiyəsindən toqquşmuşdur. Zərbənin təsirindən avtomobil yolun sağına doğru gedib aşmışdır. O, və Abbas xəsarət alaraq Ağcabədi RMX-na müraciət etmişdirlər. KİA Rio markalı ** DT *** dövlət qeydiyyat nişanlı avtomnobil əks hərəkət zolağına çıxanda aralarında 20 metr məsafə olmuşdur. Avtomobillər onun hərəkət yolunda, yəni Ağcabədi şəhəri istiqamətində sağ zolaqda toqquşmuşlar. Qəzadan əvvəl spirtli içki qəbul etməmişdir, avtomobildə yük və nasazlıq olmamışdır. Təqsirləndirilən şəxs onunla barışıq üçün heç bir cəhd göstərməmiş, onun səhhəti ilə maraqlanmamış, ona dəyən ziyanı ödməmişdir. Hazırda da tam sağalmamış və müalicəsini davam etdirir. Təqsirləndirilən şəxsdən şikayətçidir, təqsirləndirilən şəxsə qanuni cəza verilməsini məhkəmədən xahiş etdi. İş üzrə şahid qismində dindirilmiş Şahid1 məhkəmədə verdiyi ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun bacanağıdır. Təqsirləndirilən şəxs isə əvvəllər tanımamış, aralarında heç bir düşmənçilik və ədavət olmamışdır. X5 Prado markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. Heyvanlarına qış aylarında otarmaq üçün sahə axtararkən Beyləqan rayonunda boş otlaq sahəsi olduğunu eşitmişdir. Həmin sahəyə baxmağa gedəndə bacanağı Rafik də onunla getmişdir. xx.xx.2022-ciil tarixdə səhər saatlarında Rafiklə birlikdə Beyləqan rayonunda fermaya getmişlər. Sahəyə baxdıqdan sonra günorta yeməyində biraz spirtli içki qəbul etmişdir. Masadan qalxanda Rafiq Əsgərov içki içmədiyindən ondan avtomobili idarə etməyi xahiş etmişdir. St.Mingəçevir-Bəhrəmtəpə yolu ilə gələrkən Beyləqan rayonu ərazisində qarşıdan gələn Kia Rio markalı **-DT-*** dövlət qeydiyyat nişanlı avtomobil əks hərəkət zolağına çıxmaqla birbaşa onların üzərinə gəlmişdir. Rafik avtomobili saxlamaq istəsə də məsafə az olduğundan avtomobillər toqquşmuşdur. Zərbənin təsirindən avtomobil yolun sağına doğru gedib aşmışdır. Hər ikisi xəsarət alaraq təcili yardım avtomobili lə Ağcabədi RMX-na müraciət etmişdirlər. Qəza nəticəsində onun avtomobilinə 32400 manat maddi ziyan dəymişdir. Avtomobili yarasız hala düşmüşdür. Qəza olan gündən Sadıq avtomobilin əzilməsi ilə bağlı ona heç bir maddi ziyan ödəməmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid2 məhkəmədə verdiyi ifadəsində göstərdi ki, St.Mingəçevir-Bəhrəmtəpə yolunun Beyləqan rayonu Tatarlar kəndi ərazisindən keçən hissəsində yolun sağ kənarında axan Qarabağ kanlında balıq tutmaqla məşğul olur. xx.xx.2022-ci il tarixdə saat 15:30 radələrində həmin yerdə balıq tutmaqla məşğul olarkən Beyləqan rayonu istiqamətində gələn Toyota markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ağcabədi şəhəri tərəfindən gələn Kia Rio markalı 20-DT 353 dövlət qeydiyyat nişanlı avtomobilin toqquşduğunu görmüşdür. Toqquşmadan sonra Toyoto markalı avtomobil yolun sağına doğru istiqamətlənib aşmışdır. Kia Rio markalı 20-DT 353 dövlət qeydiyyat nişanlı avtomobil isə öz yolunda sağa doğru gedib yolun dərəsində dayanmışdır. Kia Rio markalı avtomobilə yaxınlaşıb, avtomobilin sürücüsü Sadiqi avtomobildən çıxartmağa kömək etmiş, Toyota markalı avtomobilin sürücüsü ayağından, sərnişini isə başından xəsarət almış, sərnişinin spirtli içki qəbul etdiyi hiss olunmuş, avtomobillərin hansı zolaqda toqquşduğunu görməmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid4 məhkəmədə verdiyi ifadəsində göstərdi ki, Sadiq İsmayılov onun tanışıdır, bir yerdə işləyirlər. xx.xx.2022-ci il tarixdə saat 15:30 radələrində təsadüfən Sadıqa zəng etdikdə qəza törətdiyini eşitmişdir. Dərhal hadisə baş verdiyi əraziyə getmişdir. Sadiqin Beyləqan rayonu istiqamətində hərəkətdə olarkən əks istiqamətdən gələn Toyota Prado markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşduğunu görmüşdür. X4 avtomobilinə əyləşməsinə köməklik göstərmiş, onunla birlikdə Ağcabədi RMX-na getmişdir. İş üzrə şahid qismində dindirilmiş X1 məhkəmədə Şahid4 ilə eyni məzmunda ifadə verərək, ifadəsində Şahid4 ifadəsində göstərdiyi xüsusatları olduğu kimi təsdiq etmişdir. İş materiallarına əlavə edilmiş cinayət işinin başlanması və icraata götürülməsi haqqında qərardan görünür ki, cinayət işinin başlanmasına əsas və səbəb xx.xx.2022-ci il tarixdə saat 15:30 radələrində St.Mingəçevir-Bəhrəmtəpə yolunun Beyləqan rayonundan Tatalılar kəndindən keçən 126-cı kilometrliyində sürücü Zərərçəkmiş şəxs idarə etdiyi Toyoto Prado markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ağcabədi rayonunda istiqamətində hərəkətdə olarkən qarşıdan gələn sürücü Təqsirləndirilən şəxs idarə etdiyi KİA Rio markalı ** DT *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə hər iki sürücülər və Toyoto Prado markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sərnişini Şahid1 müxtəlif bədən xəsarətləri alaraq Ağcabədi RMX-na müraciət etməsi barədə toplanmış material olmuşdur. İş materiallarına əlavə edilmiş sərxoşluq vəziyyətini təyin edən xx.xx.2022-ci il tarixli 742 nömrəli tibbi müayinə protokolundan görünür ki, sürücü Təqsirləndirilən şəxs hadisə zamanı ayıq vəziyyətdə olmuşdur. İş materiallarına əlavə edilmiş BDYPİ-nin Gəncə RQİ və TBŞ-dən daxil olmuş 11 noyabr 2022-ci il tarixli 313-7351-1222 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən 15.112029-cu il tarixədək AE 826626 seriyalı, BC kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və o, sürücülük hüququ məhdudlaşdırılmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən və iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. İş materiallarına əlavə edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2022-si il tarixli 923 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibb müayinəsi zamanı aşkar edilmiş xəsarətlər- başın təpə nahiyəsində bir ədəd əzilmiş yara, sol bud sümüyünün orta, aşağı üçdə birinin çoxqəlpəli yerdəyişmiş sınığı, hər iki daban sümüyünün çoxqəlpəli sınıqları, sol diz oynağının ankilozu(hərəkətsizliyi), bərk küt əşyanın(əşyaların) təsirindən törənmişdir, yol-nəqliyyat hadisəsi zamanı avtomobillərin toqquşması nəticəsində əmələ gələ bilərdi, yol-nəqliyyat hadisəsi zamanı sürücü olarkən törənə bilərdilər, yetirilmə müddəti xx.xx.2022-ci il tarixə uyğun gəlir və ümumi əmək qabiliyyətinin üçdə birindən çox hissəsinin (35 faiz) dayanıqlı (daimi) itirilməsi ilə nəticələnən sağlamlığa ağır zərər vurmaya aid edilir. İş materiallarına əlavə edilmiş Məhkəmə-yol nəqliyyat hadisəsi ekspertizasının 15 dekabr 2022-ci il tarixli 8/3179 nömrəli rəyindən müəyyən edilmişdir ki; İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Kia Rio markalı ** DT *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «X3» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən X6 Prado markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində «X3» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. X3» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə görə Yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Beləliklə, məhkəmə iclasında təqsirləndirilən şəxsin etirafı ilə yanaşı, zərərçəkmiş şəxs, şahid ifadələri, habelə işin məhkəmə iclasında tədqiq edilib öz təsdiqini tapmış digər materialları ilə Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 15:30 radələrində idarə etdiyi KİA rio markalı ** DT *** dövlət qeydiyyat nişanlı avtomobillə St.Mingəçevir-Bəhrəmtəpə yolunun Beyləqan rayonu Tatalılar kəndi ərazisindən keçən 126-ci kilometrliyində 80 km/saat surətlə hərəkətdə olarkən "X3" Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni sürücü yol hərəkəti üçün təhlükəsiz şərait yaratması, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, hərəkət zamanı diqqətin daim dəyişən yol şəraitindən və avtomobilin idarəetməsindən yayındırmamalı, idarə etdiyi Kia rio markalı avtomobilin öz hərəkət zolağında hərəkətini təmin etməli, avtomobili qarşı sol hərəkət zolağına çıxartmamalı və hərəkət üçün təhlükəli şərait yaratmamalı olduğu halda bunu etməyərək, qarşı sol hərəkət zolağına çıxardaraq əks istiqamətdən hərəkətdə olan Zərərçəkmiş şəxs 80 km/saat surətlə idarə etdiyi X5 Prado markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ağcabədi rayonu istiqamətində sağ hərəkət zolağında orta xətdən sola doğru 0.8 metr məsafədə toqquşması nəticədə , ehtiyatsızlıqdan X5 Prado markalı avtomobilin sürücü Zərərçəkmiş şəxs başın təpə nahiyəsində bir ədəd əzilmiş yarası, sol bud sümüyünün orta, aşağı üçdə birinin çoxqəlpəli yerdəyişmiş sınığı, hər iki daban sümüyünün çoxqəlpəli sınıqları, sol diz oynağının ankilozu(hərəkətsizliyi) xəsarətləri ilə müşayiət olunan ümumi əmək qabiliyyətinin üçdə birindən çox hissəsini dayanıqlı itirilməsi ilə nəticələnən sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətməsi kifayət qədər sübuta yetdi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsinin tərkibi vardır. Odur ki, o, həmin maddə ilə təqsirli bilinib, cəzalanmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Aərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 №-li qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanunun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictmai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli Qərarının 11-ci bəndinin tələbinə görə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-nin 263.2, 263.3, 263-1.3, 263- 1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-nin 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz.Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. İş materiallarına əlavə edilmiş Ağcəbədi rayon İHB-in Ağcəbədi şəhəri İƏD üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixi arayışından görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2017-ci il təvəllüdlü qızı Rüqəyya və 2020-ci il təvəllüdlü qızı Nura vardır. Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsi ilə nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsi, himayəsində iki azyaşlı uşağının olması, əməlindən səmimi peşman olması cəzasını yüngülləşdirən hallardır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamasını, ailəsinin yeganə qazan gətirəni olmasını, yaşadığı yerdən müsbət xarakterizə olunmasını, hərəkətlərində cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunması imkanlarına və ailəsinin həyat şəraitinə təsiri ilə yanaşı yuxarıda sadalanan cəzanı yüngülləşdirən halları, həmçinin zərərçəkmiş şəxslə barışıq əldə etməyə cəhd göstərməməsini və zərərçəkmiş şəxsin ondan şikayətçi olmasını nəzərə alaraq, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsində nəzərdə tutulan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuna və məqsədə müvafiq hesab edir. İş üzrə maddi sübut olan Kia Rio markalı ** DT *** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs, X5 Prado markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə 128 (yüz iyirmi səkkiz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Zərərçəkmiş şəxsə dəymiş ziyanla bağlı məhkəmədə mülki qaydada iddia qaldırmaq hüququnun olmasını izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib ona 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan Kia Rio markalı, ** DT *** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs, X5 Prado markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. İş üzrə 128 ( bir yüz iyirmi səkkiz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. İş üzrə mülki iddia yoxdur. Zərərçəkmiş şəxs dəymiş ziyanla bağlı məhkəmədə mülki qaydada iddia qaldırmaq hüququnun olması izah edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Beyləqan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində şikayət və protest verilməzsə hökm həmin müddət bitdiyi gündən sonrakı gün qanuni qüvvəsini alır. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №1(020)-25/2023
Beyləqan Rayon Məhkəməsi Hökm — İş №1(020)-25/2023
12.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver