Məhkəmə qərarları › İş №1(020)-25/2024

Beyləqan Rayon Məhkəməsi Hökm — İş №1(020)-25/2024

28.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Beyləqan rayon İş № 1(020)-25/2024 28.03.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi ilə, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər- Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs və onun müdafiəçisi Beyləqan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1964-cü il tarixdə Beyləqan rayon Qəhrəmanlı qəsəbəsində anadan olan, orta ixtisas təhsilli, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, evli, Beyləqan rayon məhkəməsinin 31 may 2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının CM-in 178.2.2-ci maddəsi ilə təqsirli bilinib 2 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 5 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs Beyləqan rayonu, Yuxarı Aran qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs2 əmlakını etibardan sui- istifadə etmə və aldatma yolu ilə qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək niyyətilə onun etibarından suı-ıstıfadə edərək ona sürücülük vəsiqəsi almaqda köməklik edəcəyinə dair yalan vəd verib aldatmaqla 02 aprel 2022-cı il tarixdə Beyləqan rayonu, Yuxarı Aran qəsəbəsində 1200 manat pulunu nağd şəkildə alaraq ələ keçirib dələduzluq etmişdir. Bundan başqa, o, Beyləqan rayonu, Yeni Mil qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs1 Böyııkkişı oğlunun əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək niyyətilə onun etibarından suiistifadə edərək ona sürücülük vəsiqəsi almaqda köməklik edəcəyinə dair yalan vəd verib aldatmaqla 2023-cü ilin yanvar ayının əvvəllərində Beyləqan rayonu, Yeni Mil qəsəbəsində 1100 manat pulunu nağd şəkildə alaraq ələ keçirib təkrar dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bildi və ifadəsində göstərdi ki, onun Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ilə əvvəllər arasında aralarında hər hansı ədavət və ya düşmənçilik olmamışdır.O, əvvəllər Hərbi Vətənpərvərlik və X2 direktor vəzifəsində işləmişdir. Həmin mərkəzdə sürücülük kursları təşkil olunmuş, vətəndaşlar gələrək sürücülük kurslarında iştirak etmiş və iki ayın sonunda sürücülük vəsiqəsi almaq üçün ondan təhsil haqqında şəhadətnamə almışlar. O, 2022-ci ilin yanvar ayında Hərbi Vətənpərvərlik və X1 işdən çıxmışdır. 01 aprel 2022-ci il tarixdə Zərərçəkmiş şəxs2 ona zəng edərək sürücülük vəsiqəsi almaq istədiyini demiş və ondan köməklik etməsini istəmişdir. O, razılıq verib Kənana sürücülük vəsiqəsi almaqda köməklik edə biləcəyini bildirmişdir. O, Kənana 1200 manat pul verməli olduğunu bildirmişdir. Kənan onunla razılaşıb səhəri gün pulu ona verəcəyini bildirmişdir. O, 02 aprel 2022-ci il tarixdə Beyləqan rayonu. Yuxarı Aran kəndinə gedib Zərərçəkmiş şəxs2la görüşmüşdür. O, Kənana 2022-cı ılın may ayının əvvəllərində sürücülük vəsiqəsini alacağını vəd verib ondan əlbəəl 1200 manat pulu almış və uzaqlaşmışdır. Bundan başqa, 2023-cü ilin yanvar ayının əvvəllərində Beyləqan rayonu, Yeni Mil qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs1 ona zəng edərək sürücülük vəsiqəsi almaq istədiyini bildirmiş və ondan köməklik etməsini xahiş etmişdir. O da Seymura köməklik edəcəyim bildirib qarşılığında ona 1100 manat pul verməli olduğunu Seymura demişdir. Seymur onunla razılaşmış və bir gün sonra pulu ona verə biləcəyim demişdir. O, Seymurun dediyi vaxtda onunla telefon vasitəsilə əlaqə saxlayıb Beyləqan rayonu. Yeni Mil qəsəbəsinə gedib Seymurla görüşüb ona yaxın müddətdə sürücülük vəsiqəsi almaqda köməklik edəcəyinə dair vəd verib Seymurdan 1100 manat pulu almış və oradan uzaqlaşmışdır. Kənan və Seymur uzun müddət ondan pullarını geri tələb etmişlər. O, hər dəfə onlara pullarını qaytaracağını bildirmişdir. 2023-cü ilin mart ayında Seymurla görüşüb ondan aldığı 1100 manat pulun 550 manatını geri qaytarmışdır. Bundan sonra da onlar pullarını geri istəsələr də maddi imkanı olmadığı üçün onların pullarını geri qaytara bilməmişdir. Törətdiyi əməldən peşimandır. Ona yüngül cəza verilməsini xahiş etdi. İş üzrə məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 məhkəmədə ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, həmin şəxslə aralarında hər hansı ədavət və ya düşmənçilik olmamışdır. O, 2023-cü ilin yanvar ayının əvvəllərində sürücülük vəsiqəsi almaq qərarına gəlmişdir. Buna görə də, rayon ərazisində sürücülük vəsiqəsi almağa köməklik edən şəxslərin olub-olmamasını maraqlanmış və rayon sakinlərindən Təqsirləndirilən şəxs sürücülük vəsiqəsi almağa köməklik etdiyini öyrənmişdir. O, Əliyarla mobil telefon vasitəsi ilə əlaqə saxlayaraq rayon ərazisində görüşmüşdür. Bu zaman o, Əliyara onun üçun sürücülük vəsiqəsi almağa köməklik edə bilib- bilməyəcəyini soruşmuşdur Əliyar ona qısa müddət ərzində sürücülük vəsiqəsini verəcəyini, lakin buna görə 1100 manat pul verməli olduğunu bildirmişdir. O, Əliyarla razılaşdıqdan sonra Beyləqan rayonu Yeni Mil qəsəbəsində görüşmüşlər. Görüş zamanı Əliyar ona qısa müddətdə sürücülük vəsiqəsini verəcəyini vəd edib. 1100 manat pulu ondan alıb getmişdir. Bundan sonra Əliyarla tez-tez mobil telefon vasitəsi ilə əlaqə saxlamış, Əliyar ona sənədlərinin hazır olacağını, tez bir vaxtda sürücülük vəsiqəsini ona verəcəyini bildirmişdir. Daha sonralar müxtəlif vaxtlarda dəfələrlə Əliyarla əlaqə saxlamış, lakin hər dəfə Əliyar yaxın vaxtlarda sürücülük vəsiqəni verəcəyini demişdir. Lakin sonradan o, dəfələrlə Əliyardan pulunu geri istədikdə Əliyar ona sürücülük vəsiqəsini düzəldə bilmədiyini demişdir. O da Əliyardan pulunu geri qaytarmasını bildirmişdir Əliyar 2023-cü ilin mart ayının əvvəllərində onun 550 manat pulunu geri qaytarmışdır. Qalan pulu da tezliklə qaytaracağını desə də Əliyar hələ də onun pulunu qaytarmamışdır Sonuncu dəfə 26 aprel 2023-cü il tarixdə Əliyarla Beyləqan şəhərində qarşılaşmış, bu zaman Əliyardan pulunu geri istədikdə, Əliyar ona pulunu və sürücülük vəsiqəsini verməkdən imtina etmişdir. O da buna görə Beyləqan rayon Polis şöbəsinə gələrək Əliyardan şikayət etmişdir. Əliyar özünü ona vəzifəli şəxs kimi təqdim etməmiş pulu kiməsə verəcəyini bildirməmişdir. Təqsirləndirilən şəxs şikayətçidir, onunla barışmamışdır. Təqsirləndirilən şəxsə cəza verilməsinin xahiş etdi. İş üzrə məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 məhkəmədə ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs ilə aralarında heç bir ədavət və ya düşmənçilik olmamışdır. O, 01 aprel 2022-ci ıl tarixdə sürücülük vəsiqəsi almaq qərarına gəlmişdir. Buna görə də rayon ərazisində sürücülük vəsiqəsi almağa köməklik edən şəxslərin olub-olmaması barədə maraqlanmış, nəticədə Beyləqan rayon sakini olan Təqsirləndirilən şəxs sürücülük vəsiqəsi almağa köməklik etdiyini öyrənmişdir. O, Əliyarın mobil nömrəsini öyrənib onunla mobil telefon vasitəsi ilə əlaqə saxlayaraq Beyləqan şəhəri ərazisində görüşmüş, bu zaman o, Əliyardan ona sürücülük vəsiqəsi almaqda köməklik edə bilib-bılməcəyini soruşmuşdur. Əliyar ona bır ay ərzində sürücülük vəsiqəsini almaqda kömklik edəcəyini, lakin buna görə 1200 manat pul verməli olduğunu ona bildirmişdir. O, Əliyarla razılaşdıqdan sonra 02 aprel 2022- ci il tarixdə qohumu Şahid ilə birlikdə Əliyarla Beyləqan rayonu, Yuxarı Aran kəndində görüşmüşlər Görüş zamanı Əliyar ona 2022-ci ilin may ayının əvvəli sürücülük vəsiqəsini ondan götürməyi vəd edib 1200 manat pulu ondan alıb getmişdir. O, 2022-ci ilin may ayının əvvəlləri Əliyarla mobil telefon vasitəsi ilə əlaqə saxlamış, Əliyar ona sənədlərinin hazır olduğunu tez bır vaxtda sürücülük vəsiqəsini ona verəcəyini bildirmişdir. Daha sonralar müxtəlif vaxtlarda dəfələrlə Əliyarla əlaqə saxlamış, lakin hər dəfə Əliyar yaxın vaxtlarda süruculuk vəsiqəsini verəcəyini bildirərək onu aldatmışdır. Sonuncu dəfə 19 aprel 2023-cü il tarixdə Əliyarla Beyləqan şəhərində qarşılaşmış, bu zaman Əliyardan 1200 manat pulunu istədikdə, Əliyar ona pulunu və sürücülük vəsiqəsini verməkdən imtina etmişdir. O, həmin vaxt Əliyarın onu aldadaraq 1200 manat pulunu ələ keçirməsini anlamış və barədə polisə müraciət etmişdir. Əliyar özünü ona vəzifəli şəxs kimi təqdim etməmiş, pulu kiməsə verəcəyini bildirməmişdir. Təqsirləndirilən şəxs şikayətçidir, Əlyar ondan aldığı 1200 manatı qaytarmamışdır. Təqsirləndirilən şəxsə qanuni cəza verilməsinin xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid məhkəmədə ifadə verərək göstərdi ki, Zərərçəkmiş şəxs2 onun həmkəndlisi və qohumudur, Təqsirləndirilən şəxs isə Beyləqan rayon sakini kimi tanımış, aralarında hər hansı ədavət və ya düşmənçilik olmamışdır. 2022-ci ilin mart ayının sonlarında Kənan ona sürücülük vəsiqəsi almaq istədiyini bildirmişdir. 02 aprel 2022-ci il tarixdə yaşadıqları Beyləqan rayonu, Yuxarı Aran kəndi ərazisində Kənanla söhbət edərkən Təqsirləndirilən şəxs ağ rəngli, “Vaz 2107” markalı avtomobillə oraya gəlib avtomobili saxlamışdır. Kənan Təqsirləndirilən şəxslə ona sürücülük vəsiqəsi düzəltmək barədə telefonda danışdığını, Əliyarın ona 1200 manat qarşılığında sürücülük vəsiqəsi almaqda köməklik edəcəyini bildirdiyini və hazırda Əliyarın pulu almaq üçün gəldiyini ona demişdir. Əliyar avtomobildən yerə düşmüşdür. Kənan onun yanından uzaqlaşıb Əliyarın yanına getmiş və Əliyarla biraz danışdıqdan sonra onun gözlərinin önündə cibindən pul çıxararaq Əliyara vermişdir Kənan və Əliyar ondan biraz uzaqda dayanmışlar, buna görə də onların arasında olan söhbəti eşitməmişdir, Kənanın da Əliyara konkret nə qədər pul verdiyini görməmişdir. Əliyar Kənandan pulu alıb avtomobilə əyləşmiş və oradan uzaqlaşıb getmişdir. Sonra Kənan onun yanına gələrək Əliyarın ona sürücülük vəsiqəsi almaqda köməklik edəcəyinə dair vəd verib ondan 1200 manat pul aldığını demişdir. Bir müddət sonra Kənanla söhbət edərkən Əliyarın ona sürücülük vəsiqəsi almaqda köməklik edəcəyinə dair vəd verib aldadaraq 1200 manat pulunu ələ keçirdiyini, pulu qaytarmadığını Kənan ona bildirmişdir. O, Kənandan Əliyardan pulunu geri tələb edib- etmədiyini soruşmuşdur. Kənan Əliyara dəfələrlə zəng edərək pulunu tələb etdiyini, lakin Əliyarın hər dəfə müxtəlif bəhanələrlə onu aldatdığını bildirmişdir. Beləliklə, məhkəmə iclasında təqsirləndirilən şəxsin özunun etirafı ilə yanaşı zərərçəkmiş şəxslərin və şahid ifadəsi, cinayət işinin məhkəmə iclasında araşdırılmış materialları ilə Təqsirləndirilən şəxs Beyləqan rayonu, Yuxarı Aran qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs2 əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək niyyətilə onun etibarından suı-ıstıfadə edərək ona sürücülük vəsiqəsi almaqda köməklik edəcəyinə dair yalan vəd verib aldatmaqla 02 aprel 2022-cı il tarixdə Beyləqan rayonu, Yuxarı Aran qəsəbəsində 1200 manat pulunu nağd şəkildə alaraq ələ keçirməklə dələduzluq etməsi, bundan başqa, onun Beyləqan rayonu, Yeni Mil qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs1 Böyükkişı oğlunun əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək niyyətilə onun etibarından sui-istifadə edərək ona sürücülük vəsiqəsi almaqda köməklik edəcəyinə dair yalan vəd verib aldatmaqla 2023-cü ilin yanvar ayının əvvəllərində Beyləqan rayonu, Yeni Mil qəsəbəsində 1100 manat pulunu nağd şəkildə alaraq ələ keçirib təkrar dələduzluq etməsi kifayət qədər sübuta yetmişdir. Məhkəmə hesab edir ki, onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CMnin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs tərəfindən cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.14-cü maddəsinə əsasən iş üzrə cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar yoxdur. İş materiallarına əlavə edilmiş Beyləqan rayon məhkəməsinin 31 may 2023-cü ıl tarixli hökmünə və tələbnaməyə əsasən müəyyən edilir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlim törətməkdə təqsirli bilinib, əvvəli xx.xx.2023-cü ildən hesablanmaqla, 02 il, 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Təqsirləndirilən şəxs cəza təyin edilərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halı, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq ona azadlıqdan məhrumetmə cəzasını təyin etməklə, qanuna müvafiq hesab edir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 mülki mühakimə icraatı qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququna malik olduqları izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349 , 351- 353, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib ona 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Beyləqan rayon məhkəməsinin 31 may 2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təyin edilmiş 2 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzası hazırkı hökm ilə təyin edilmiş 2 il müddətə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs üzərində qəti olaraq 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəsissəsində çəksin. Cəzasının əvvəli Beyləqan Rayon Məhkəməsinin 31 may 2023-cü il tarixli hökmü ilə müəyyən edilən 31 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi hüquqi yardıma görə 16 (on altı) saat üçün 96 (doxsan altı) manat Beyləqan rayon vəkil bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmün surəti həmin hissədə icrası üçün Azərbaycan Respublikası Vəkillər X4 və Tədris Mərkəzinə göndərilsin. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 dəymiş ziyanla bağlı məhkəmədə mülki qaydada iddia qaldırmaq hüquqları izah edilsin. İşdə mülki iddia, maddi sübut və digər məhkəmə xərcləri yoxdur. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Beyləqan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Həmin müddət ərzində şikayət və protest verilməzsə hökm həmin müddət bitdiyi gündən sonrakı gün qanuni qüvvəsini alır. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar