Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 1(020)-25/2025 25.04.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Cabbarlı Xatın Mahir qızının sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi ilə, Xüsusi ittihamçı X1 X2 barəsində Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittiham qaydasında verdiyi şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T Dİ : Xüsusi ittihamçı X4 barəsində xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, X2 tərəfindən 22 mart 2025-ci il tarixdə kütləvi nümayiş etdirilmiş “Tiktok” sosial şəbəkədə onun şərəf və ləyaqətini ləkələyən və onu nüfuzdan salan və tam qanunsuz və əsassız olaraq onu dövlətə məxsus büdcə vəsaitlərini mənimsəməkdə və özünküləşdirməkdə ittiham edən, yalan olduğunu bilə-bilə böhtan xarakterli məlumatlar yayması ilə əlaqədar Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətdiyinə görə həmin maddə ilə cinayət məsuliyyətinə cəlb edilməsini və ona həmin maddənin sanksiyası daxilində ağır cəza verilməsini xahiş etmişdir. Xüsusi ittihamçı X3 məhkəmə hazırlıq iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası CPM-nin 298.2-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası aşağıdakı qaydada təmin edilir: 298.2.2. məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət məhkəməyə daxil olduqdan sonra 7 (yeddi) gün müddətində. 298.3. məhkəmənin icraatına müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin daxil olması və məhkəmənin hazırlıq iclasının keçirilməsi barədə məhkəmə təqsirləndirilən şəxsə, onun müdafiəçisinə, habelə dövlət ittihamçısına (cinayət təqibi ictimai və ya ictimai-xüsusi ittiham qaydasında aparıldıqda), zərər çəkmiş şəxsə, xüsusi ittihamçıya (cinayət təqibi xüsusi ittiham qaydasında aparıldıqda), mülki iddiaçıya, mülki cavabdehə və ya onların nümayəndələrinə aşağıdakı qaydada məlumat verir: 298.3.2-ci maddəsinə əsasən, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının keçirilməsinə ən azı 3 (üç) gün qalmış müddətdə, Həmin Məcəllənin 299.8-ci maddəsinə görə xüsusi ittihamçının üzrlü səbəblərin olmasını əvvəlcədən bildirmədən məhkəmənin hazırlıq iclasına təkrar gəlməməsi ittihamdan imtinaya bərabər tutulur və xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina barədə qərar çıxarılmasına məhkəməyə əsas verir. Həmin Məcəllənin 300.1.3-cü maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə, Həmin Məcəllənin 302.1-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir, Həmin Məcəllənin 302.1.8-ci maddəsinə əsasən şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə, Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Belə olan halda məhkəmə hesab edir ki, xüsusi ittihamçı X4 heç bir əsas göstərmədən məhkəmə hazırlıq iclasına təkrar gəlmədiyinə görə hazırki xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 302, 384.1.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Xüsusi ittihamçı X1 X2 barəsində Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittiham qaydasında verdiyi şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Xatın Cabbarlı
Məhkəmə qərarları › İş №1(020)-25/2025
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №1(020)-25/2025
25.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver