Azərbaycan Respublikası adından HÖKM Beyləqan rayon İş № 1(020)-26/2023 04.05.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Seyfullayev Seyfəli İzzət oğlunun sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Müdafiəçi, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxxxxxxx 1991-ci ildə Qazax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, evdar qadın, əvvəllər məhkum olunmamış, Qazax rayonu, Hüseynbəyli kəndində qeydiyyatda olmaqla, Beyləqan şəhəri, SMD-4 qəsəbəsində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, 23 dekabr 2022-ci il tarixdə, saat 11 radələrində yaşadığı Beyləqan şəhəri, SMD-4 qəsəbəsi ərazisində yerləşən evin həyətində Zərərçəkmiş şəxs onun 22 dekabr 2022-ci il tarixdə istifadəsində olan ***-***-**- ** saylı mobil nömrədə quraşdırılmış “whatsapp” ani mesajlaşma sosial şəbəkəsinin status bölməsində paylaşdığı “üzümə gülüb arxamca danışanlar” məzmunlu sözlərin ona aid olduğunu düşünərək həmin sözlərə narazılığını bildirməsi səbəbindən şəxsi münasibətlər zəminində aralarında baş vermiş dava zamanı xəsarət yetirmək məqsədilə qəsdən iki əli ilə Zərərçəkmiş şəxs sinəsindən sərt şəkildə vuraraq onu yerə yıxdıqdan sonra yerdə Zərərçəkmiş şəxs kürək nahiyəsinə qəsdən bir neçə təpik zərbəsi vuraraq ona L1 (birinci bel fəqərəsinin) fəqərəsinin fəsadlaşmamış kompression sınığı xarakterli sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. Məhkəmə iclasında: İş üzrə Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, Qazax rayonu, Hüseynbəyli kəndində qeydiyyatda olmaqla, Beyləqan şəhəri, SMD-4 qəsəbəsində yaşayır. Qızı Xudiyeva X7 şəhəri ərazisində yerləşən 4 nömrəli tam orta məktəbin 5-ci sinifində oxuyur. Topbaş X1 yoldaşı, Zərərçəkmiş şəxs isə Familə Yağmurun anası, onlarla aralarında hər hansı ədavət və ya düşmənçilik olmamışdır. 18 dekabr 2022-ci il tarixdə Səbinənin müəllimi ona zəng edərək qızı Səbinə ilə sinif yoldaşı Familə Yağmurun arasında anlaşılmazlıq olduğunu və bununla bağlı valideyn iclası keçiriləcəyini bildirmiş və onu həmin iclasa dəvət etmişdir. Müəllim ona iclasın 19 dekabr 2022-ci il tarixdə keçiriləcəyini demiş, o da müəlliməyə Bakı şəhərində olduğunu, buna görə də iclasa gələ bilməyəcəyini bildirmişdir. O, 22 dekabr 2022-ci il tarixdə istifadəsində olan ***-***-**-** saylı mobil nömrədə quraşdrılmış “whatsapp” ani mesajlaşma şəbəkəsində “üzümə gülüb arxamca danışanlar” məzmunda status paylaşmışdır. Samirə onun statusuna baxaraq ona səs atmış və həmin sözləri kimin haqqında yazdığını soruşmuş, o da həmin sözləri başqa şəxs haqqında yazdığını və ona heç bir aidiyyəti olmadığını bildirmişdir. Samirə onunla xeyli mübahisə etmiş, o da 22 dekabr 2022-ci il tarixdə saat 19 radələrində Beyləqan rayonuna qayıtdıqda qonşusu Samirənin evinə gedib nə üçün onunla mübahisə eydiyini soruşmaq üçün çölə çağırmışdır. Samirə çölə çıxmamış və yüksək səslə ona çıxıb getməsini demişdir. O, “whatsapp” ani mesajlaşma şəbəkəsində paylaşdığı sözlərin ona aid olmadığını bildirmiş və oradan çıxıb evə getmişdir. 23 dekabr 2022-ci il tarixdə saat 11 radələrində Samirə onun yaşadığı evə gələrək onu çağırmış, o, qapını açdıqda Samirə onun üzərinə gedib ərinin harda olduğunu soruşmuşdur. O, əri Rasimə zəng edib Samirənin onunla mübahisə etdiyini bildirmiş, bu zaman Samirə əl atıb dırnaqları ilə onun əlini cırmışdır. O da iki əli ilə onun sinəsindən itələmiş, Samirə arxa-arxaya gedib yerə yıxılmış və fəqərə sümüyü sınmışdır. Onların aralarında dava-dalaş sona çatmış, sonra oraya qonşular gəlmiş və təcili-tibbi yardıma zəng edib çağırmışlar. Təcili-tibbi yardım avtomobili gəlib Samirəni Beyləqan rayon Mərkəzi xəstəxanasına aparmışlar. Barəsində olan cinayət işi üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. İş üzrə Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Beyləqan şəhəri, S.İmrəliyev küçəsi, ev 23, mənzil 46-da qeydiyyatda olmaqla Beyləqan şəhəri, SMD-4 qəsəbəsində yaşayır, evlidir, evdar qadındır, əri işləri ilə əlaqədar Türkiyə Respublikasında yaşayır. Buna görə də o, azyaşlı qızı Şahid1 ilə birlikdə yaşayır. Qızım Topbaş X4 şəhəri, SMD- 4 qəsəbəsində yerləşən Beyləqan şəhəri, 4 nömrəli tam orta məktəbin 5-ci sinifində oxuyur. Onlar yaşadığı Beyləqan şəhəri, SMD- 4 qəsəbəsində Qazax rayon sakini Təqsirləndirilən şəxs və Türkanın ailəsi ilə qonşuluqda yaşayır. Türkanın qızı Şahid2 onun qızı Familə Yağmurla eyni sinifdə oxuyur, onlar sinif yoldaşıdır. Onun Təqsirləndirilən şəxs və Türkanın ailə üzvləri ilə aralarında heç bir ədavət və ya düşmənçilik olmamış, bunun əksinə, qızları sinif yoldaşı olduqları üçün münasibətləri həmişə normal olmuşdur. Onun qızı Familə Yağmur ilə Türkanın qızı Səbinənin arasında oxuduqları məktəbdə nəsə anlaşılmazlıq olmuş, qızı Şahid1 sinif yoldaşı Şahid2 ilə aralarında baş vermiş anlaşılmazlıq haqqında ona danışmışdır. O da Səbinənin anası Təqsirləndirilən şəxs zəng edib bu barədə soruşqduqda, Türkan Beyləqan rayonunda olmadığını ona bildirmişdir. 22 dekabr 2022-ci il tarixdə evdə olarkən qızı Familə Yağmur onun mobil telefonunu ona gətirib Türkanın “whatsapp” ani mesajlaşma sosial şəbəkəsində status paylaşdığını demiş, Türkan statusda “üzümə gülüb arxamca danışanlar” məzmununda sözlər yazmışdır. O, Türkanın həmin sözləri onun haqqında yazıb paylaşdığnı düşünmüş, bunu Türkanın özündən soruşmaq üçün Türkana “whatsapp” proqramında səs yazısı göndərmiş, Türkan həmin sözlərin ona aid olmadığını bildirmişdir. O, Türkanla telefonda mübahisə etmiş, həmin gün axşam tərəfi Türkan onun yaşadığı ünvana gəlib onu çağırmışdır. O, birinci qrup gözdən əlil olduğu üçün və gecə vaxtı gözləri yaxşı görmədiyindən Türkana getməsini bildirmişdir. Səhəri gün, 23 dekabr 2022-ci il tarixdə saat 11 radələrində o, qızı Familə Yağmurla birlikdə Türkanın yaşadığı evin önünə gedib onu çağırmış, Türkan qapını açdıqdan sonra onlar həyətə daxil olmuş, bu zaman Türkan onunla mübahisə etməyə başlamış, o, paylaşdığı statusa narazılığını bildirdikdə statusda yazıb paylaşdığı sözlərin ona aid olmadığını bildirib onunla mübahisə etməyə başlamış və iki əli ilə onun sinənizdən bərk itələyib yerə yıxılmışdır. O, arxaya gedib yerə yıxılandan sonra Türkan üzərinə gələrək ayaqla onun kürək nahiyəsinə bir neçə təpik zərbəsi vurmuş, o, belində ağrılar hiss etmişdir. Türkan ona ayağa qalxmasını bildirmiş, o isə Türkana belində ağrılar hiss etdiyini və ayağa qalxa bilmədiyini demiş, bu zaman yoldan keçən şəxslər onun yerə yıxıldığını görüb gəlmiş və təcili tibbi yardıma zəng edib çağırmışlar. Türkanın onun qulağına heç bir zərbə vurmasına baxmayaraq, dava zamanı onun qulağına taxdığı eşitmə aparatının da sındığını bildirmişdir. Hazırda Təqsirləndirilən şəxs şikayətçidir, ona ağır cəza təyin edilməsini məhkəmədən xahiş edir. İş üzrə Şahid1, qanuni nümayəndəsi Qanuni nümayəndə1 iştirakı ilə verdiyi ifadəsində göstərmişdir ki, o, Beyləqan şəhəri ərazisində yerləşən 4 nömrəli orta məktəbdə 5-ci sinifdə oxuyur. Şahid2 onun sinif yoldaşıdır. 2022-ci ilin dekabr ayının ortalarında onunla Səbinə arasında anlaşılmazlıq olmuş, bundan sonra məktəbdən valideynlərinə zəng edib həmin anlaşılmazlıq barədə məlumat vermişlər. Bundan sonra, 22 dekabr 2022-ci il tarixdə Səbinənin anası Təqsirləndirilən şəxs istifadə etdiyi nömrədə quraşdırlmış “whatsapp” ani mesajlaşma sosial şəbəkəsinin status bölümündə “üzümə gülüb arxamca danışanlar” məzmununda sözlər yazıb paylaşmış, anası Samirənin telefonu onda olan zaman o, həmin statusu görmüşdür. O, həmin gün bir az əvvəl anası Samirə ilə Türkan mübahisə etdiyi üçün Türkanın həmin sözləri anası haqqında yazdığını düşünmüş və aparıb statusda yazılmış sözləri anasına göstərmişdir. X12 zəng edib həmin statusu kimin haqqında paylaşdığını soruşmuş, Türkan həmin statusun başqa şəxsin haqqında olduğunu bildirmiş, onların arasında sözlə mübahisə yaranmışdır. Həmin gün axşam tərəfi Türkan onların evinin önünə gəlib anasını çağırmış, axşam vaxtlarında anasının gözü yaxşı görmədiyi üçün Türkana getməsini bildirmiş, Türkan da çıxıb getmişdir. 23 dekabr 2022-ci il tarixdə, saat 11 radələrində anası onu da götürüb Türkanın evinin önünə gedib çağırmış, Türkan qapını açdıqdan sonra o, anası ilə birlikdə həyətə daxil olmuşlar. Anası və Türkan statusa görə dava-dalaş etmiş, Türkan anası Samirənin sinəsindən iki əli ilə itələyib yerə yıxmış və anasının üzərinə hücum edib yerdə olan zaman kürək nahiyəsinə bir neçə təpik zərbəsi vurmuşdur. Bu zaman anası Samirənin belində fəqərə sümüyü sınmışdır. Anası Türkanı vurmamış, sonradan anası Samirə eşitmə qulaqlığının sındığını ona demiş, lakin o, Türkanın anası Samirənin qulağına vurduğunu görməmişdir. İş üzrə Şahid2 qanuni nümayəndəsi Qanuni nümayəndə2 iştirakı ilə verdiyi ifadəsində göstərmişdir ki, o, Qazax rayonu, Hüseynbəyli kəndində qeydiyyatda olmaqla Beyləqan şəhəri, SMD-4 qəsəbəsində yaşayır. Beyləqan şəhəri ərazisində yerləşən 4 nömrəli tam orta məktəbin 5-ci sinif şagirdidir. Şahid1 onun sinif yoldaşı, Zərərçəkmiş şəxs isə Familə Yağmurun anası, Təqsirləndirilən şəxs onun anasıdır, onlarla aralarında hər hansı ədavət və ya düşmənçilik olmamışdır. O, 14 dekabr 2022-ci il tarixdən 22 dekabr 2022-ci il tarixədək atası Rasim işi ilə əlaqədar məzuniyyətdə olduğu üçün onlar Bakı şəhərinə getmiş,o, həmin günlər məktəbə getməmişdir. 18 dekabr 2022-ci il tarixdə onlar Bakı şəhərində olarkən anası Türkan ona məktəbdə valideynlər iclası olduğunu və hansısa müəllimin zəng edərək məktəbdə nəsə intizamsızlıq etməsini ona dediyini bildirmişdir. Onlar 22 dekabr 2022-ci il tarixdə Beyləqan rayonuna qayıtmış, bundan bir neçə gün sonra 23 dekabr 2022-ci il tarixdə, saat 11 radələrində bir valideyn onların qapılarına gəlmiş və anaları Türkanla mübahisə etməyə başlamışdır. O, həmin valideynin sinif yoldaşı Familə Yağmurun anası Zərərçəkmiş şəxs olduğunu görmüş, Samirə anası ilə mübahisə etdikdən sonra anası Türkan Samirəni sinəsindən itələmişdir. Mübahisə zamanı Samirə də əlləri ilə anasının əlini cırmaqlamış, anası Türkan da Zərərçəkmiş şəxs sinəsindən itələmiş, Samirə arxaya gedərək yerə yıxılmışdır. O, sonra Samirənin belində fəqərə sümüyünün sınmasını eşitmişdir. Cinayət işinə əlavə edilmiş: “Baxış keçirilməsi haqqında” 24 dekabr 2022-ci il tarixli protokola əsasən hadisə yeri Beyləqan şəhəri, SMD-4 qəsəbəsində yerləşən iki mərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən evin həyətyani sahəsidir. Həyətin giriş qapısında ağ rəngli dəmir materialdan olan qapı vardır. Həyətə daxil olduqda yerə metlax döşənmişdir, yuxarı isə dəmir şiferlə örtülmüşdür. Həyətin kənarları mişar daşları ilə əhatələnmişdir. Təqsirləndirilən şəxs həyəti təqdim edərək qonşusu Zərərçəkmiş şəxs ilə evin qarşısında həyətdə dava-dalaş etdiklərini, Zərərçəkmiş şəxs iki əli ilə sinəsindən itələdiyini və Zərərçəkmiş şəxs yıxılaraq xəsarət aldığını bildirmişdir. Məhkəmə-tibbi ekspertizasının 27 dekabr 2022-ci il tarixli 979/22 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs L1 (birinci bel fəqərəsinin) fəqərəsinin fəsadlaşmamış kompression sınığı olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir, müayinə olunanın göstərdiyi müddətdə və şəraitdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 27 fevral 2023-cü il tarixli qərara əsasən müəyyən edilir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 221-ci maddəsinin tərkibi olmadığından onun barəsində həmin maddə ilə cinayət işinin başlanması rədd edilmiş, barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə inzibati icraat başlanmaması, Zərərçəkmiş şəxs barəsində isə Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati icraat başlanması qərara alınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş 25 yanvar 2023-cü il tarixli tələbnaməyə və iş materiallarına əsasən müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. İş materiallarına əlavə edilmiş, Qazax rayonu, İHB-nin Hüseynbəyli kənd inzibati Ərazi Dairəsi üzrə Nümayəndəsinin 03 fevral 2023-cü il tarixli, №5-58-14-12-19\126 saylı arayışına əsasən müəyyən edilir ki, Təqsirləndirilən şəxs 3 azyaşlı uşağı - qızları - 2012-ci ildə anadan olmuş Şahid2, 2022-ci ildə anadan olmuş X9 və oğlu 2014-cü ildə anadan olmuş X11 vardır. Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağın olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən haldır, onun cəzasını ağırlaşdıran hal yoxdur. Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilməsə də, məhkəmə onun ifadəsini qeyri-səmimi və özünü müdafiə xarakteri kimi qiymətləndirir və bildirir ki, onun qeyd olunan cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, o cümlədən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eləcə də, ekspert rəyi və digər iş materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsi ilə tövsif edilmiş və o, həmin maddə ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMin 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq, ədalət prinsipini və sosial ədalətin bərpasını, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzasını yüngülləşdirən halı və ağırlaşdıran halın olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsinə əsasən, zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma -iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının məhkəmələrə tövsiyyəsinə görə,….belə hallarda maddənin sanksiyasındakı yüngül cəza növünün deyil, daha ciddi cəza növlərinin seçilməsi əsaslandırılmalıdır və sanksiya hüdudlarında ağır cəza növü yalnız o halda tətbiq oluna bilər ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin, həmçinin məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə onu da qeyd edir ki, ədalətli cəza təyin edilməsi üçün zəruri və həm də mühüm amillərdən biri təqsirkarın şəxsiyyətinin hərtərəfli təhqiq olunmasıdır. Məhz bu baxımdan məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarındakı mövqeyinə isnad etməyi məqsədəmüvafiq hesab edir - cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən, eyni zamanda təqsirkarın həyat yolu, ailədə və məişətdə davranışı, məhkumluğu və s. kifayət qədər aydınlaşdırılmalıdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.1-ci maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu xx.xx.2019-cu il tarixli Qərarında göstərmişdir ki, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla, cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Məhkəmə təqsirkar şəxs Təqsirləndirilən şəxs AR CM-in 127.1-ci maddəsi ilə cəza təyin edərkən onun şəxsiyyətini, ailədə və məişətdə davranışını, eləcə də, zərərçəkmiş şəxsin şikayətçi olmasını nəzərə almaqla ona azadlığın məhdudlaşdırılması cəzasının təyin olunmasını ədalətli sayır. Bundan başqa, iş materillarına əsasən müəyyən edilir ki, Təqsirləndirilən şəxs Qazax rayonu, Hüseynbəyli kəndində qeydiyyatdadır, Beyləqan rayonunda müvəqqəti məskunlaşmışdır, odur ki, barəsində təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasının icrası Qazax rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində 12 fevral 2023-cü il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Qeyd olunanları yekunlaşdıraraq məhkəmə bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən (və ya ləğv olunmadan) saxlanılmalıdır. Cinayət işi üzrə ekspertiza xərci, mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Odur ki, məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 118, 119, 132, 344-349, 351-353, 356, 358, 381-385-cü maddələrini rəhbər tutaraq, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs daimi yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00dək tərk etməsinə və yaşadığı Qazax rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyətlər qoyulsun. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00-dək və yaşadığı Qazax rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən (və ya ləğv olunmadan) saxlanılsın. Cəzanın icrası Qazax rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya protesti və ya şikayəti verilə bilər. Hökmdən əgər həmin müddət ərzində apelyasiya protesti və ya şikayəti verilməzsə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Hakim Seyfəli Seyfullayev
Məhkəmə qərarları › İş №1(020)-26/2023
Beyləqan Rayon Məhkəməsi Hökm — İş №1(020)-26/2023
04.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver