Azərbaycan Respublikası adından HÖKM Beyləqan rayon İş № 1(020)-26/2024 28.03.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Dövlət ittihamçısı– Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs- Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx.xx.1985-ci il tarixdə Beyləqan rayonu, Gödəklər kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Beyləqan rayonu, Gödəklər kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı kəndi, təzə massivdə yerləşən fərdi evdə yaşayan, xx.xx.2024cü il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan, xx.xx.2021-ci il tarixdən hesablanmaqla, xx.xx.2011-ci il təvəllüdlü Qumrunun, xx.xx.2012-ci il təvəllüdlü İncinin və xx.xx.2015-ci il təvəllüdlü Cavanşirin yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 120,00 manat olmaqla, cəmi 360 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilməsinə dair Beyləqan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(020)- 449/2021 saylı qanuni qüvvəyə minmiş qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində Beyləqan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(020)-681/2022 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs olunmasına, icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edilərək xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2023-cü il tarixədək 5955,00 manat məbləğində aliment borcunu Zərərçəkmiş şəxs ödəməyərək sonuncuya maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bildi və ifadəsində göstərdi ki, hal hazırda Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı kəndi, təzə massivdə yerləşən özünə məxsus fərdi evdə tək yaşayır, Zərərçəkmiş şəxs ilə 2009cu ilin noyabr ayında faktiki nikaha daxil olaraq ailə həyatı qurmuş, nikahları xx.xx.2010-cu il tarixdə rəsmi olaraq qeydə alınmış və birgə nikahdan xx.xx.2011 -ci il tarixdə Qumru, xx.xx.2012-ci il tarixdə İnci və xx.xx.2015-ci il tarixdə Cavanşir adlı 3 (üç) övladları dünyaya gəlmişdir. Zərərçəkmiş şəxs ilə evli olduğu ilk vaxtlar münasibətləri normal olsa da, lakin sonradan ailə daxili baş verən münaqişələr nəticəsində ailə münasibətləri kəskin şəkildə pisləşmiş və onların birlikdə yaşaması qeyri-mümkün olmuşdur. Bu səbəbdən də Zərərçəkmiş şəxs ondan faktiki olaraq ayrılaraq övladları ilə birlikdə anasının yanında yaşamağa başlamış, ayrı yaşadıqları gündən bir müddət keçəndən sonra Zərərçəkmiş şəxs aralarında olan nikahın pozulması və aliment tələbi ilə bağlı məhkəməyə müraciət etmiş və Beyləqan Rayon Məhkəməsinin xx.xx.2021- ci il tarixli, 2(020)-449/2021 saylı qətnaməsi ilə aralarında olan nikah pozulmuş, ondan xx.xx.2021-ci il tarixdən hesablanmaqla xx.xx.2011 -ci il təvəllüdlü X4, xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2015ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 120,00 manat olmaqla, cəmi 360,00 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Beyləqan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra aidiyyəti üzrə icra olunması məqsədi ilə onun qeydiyyatda olduğu yer üzrə Beyləqan rayon icra və probasiya şöbəsinə göndərilmiş və həmin qurumdan qeyd edilən məbləğdə alimentin Zərərçəkmiş şəxs ödənilməsi barədə ona rəsmi qaydada bildiriş təqdim edilmişdir. O, qanuni qüvvəyə minmiş qətnaməni icra etmədiyi üçün, Beyləqan Rayon Məhkəməsinin xx.xx.2021 -ci il tarixli qərarı ilə 15 (on beş) gün, xx.xx.2022-ci il tarixli qərarı ilə yenidən 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs edilmiş, həmçinin icra məmurunun təqdimatına əsasən, Beyləqan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Bütün bu olanlara baxmayaraq, o, Zərərçəkmiş şəxs olan aliment borcunu ödəyə bilməmişdir.Bundan sonra icra məmuru tərəfindən ona yeni müddətlər verilərək, cinayət məsuliyyəti barədə dəfələrlə xəbərdarlıq edilsə də, təqdimat verilən günə, yəni xx.xx.2023- cü il tarixədək Zərərçəkmiş şəxs yaranmış olan 5955,00 manat aliment borcunu ödəməmiş, təqdimat verilən gündən sonra, yəni istintaq dövründə Zərərçəkmiş şəxs olan 5955,00 aliment borcundan 770,00 manat ödəniş etmiş, 5185,00 manat aliment borcu qalmışdır. Zərərçəkmiş şəxs ilə evli olduğu müddət ərzində o, Bakı şəhəri, Sabunçu rayonu, Məhəmmədli kəndində yerləşən Murad Ağayevə məxsus olan yem mağazasında fəhlə işləyərək, aylıq olaraq 500 manat qazanc əldə etmiş, hal hazırda isə faktiki olaraq yaşadığı Bakı şəhəri, Sabunçu rayonu ərazisində fəhlə kim fəaliyyət göstərir və bundan əlavə olaraq iş olandan olana Murad Ağayevə məxsus olan yem mağazasında yem məhsullarının boşaldılmasına köməklik edərək aylıq orta hesabla 500,00-600,00 manat qazanc əldə edir. Zərərçəkmiş şəxs övladları ilə onun görüşməsinə icazə verməmişdir.Maddi imkanı zəif olduğuna və uşaqları ilə görüşə bilmədiyinə görə aliment borcunu tam şəkildə ödəməmişdir.Hazırda aliment borcundan 1590 manat ödəmişdir.Həmçinin 2022-ci ilin noyabr – dekabr, 2024-cü ilin yanvar-mart aylarının aliment pullarını hissə-hissə ödəmişdir. Ona həbslə əlaqədar olmayan cəza verilərsə o, yaxın vaxtlarda hissə-hissə bütün borclarını ödəyəcəkdir. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. İş üzrə Zərərçəkmiş şəxs məhkəmədə ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs ilə 2009-cu ilin noyabr ayında faktiki nikaha daxil olaraq ailə həyatı qurmuş, nikahları xx.xx.2010-cu il tarixdə rəsmi olaraq qeydə alınmış və birgə nikahdan xx.xx.2011 -ci il tarixdə Qumru, xx.xx.2012-ci il tarixdə İnci və xx.xx.2015-ci il tarixdə Cavanşir adlı 3 (üç) övladları dünyaya gəlmişdir. Təqsirləndirilən şəxs ilə evli olduğu ilk vaxtlar münasibətləri normal olsa da, lakin sonradan ailə daxili baş verən münaqişələr nəticəsində ailə münasibətləri kəskin şəkildə pisləşmiş və onların birlikdə yaşamağı qeyri-mümkün olmuşdur. Bu səbəbdən də o, Təqsirləndirilən şəxs faktiki olaraq ayrılaraq övladları ilə birlikdə anasının yanında yaşamağa başlamış, bir müddət övladlarına anasının köməkliyi ilə baxdıqdan sonra Təqsirləndirilən şəxs ilə arasında olan nikahın pozulması və aliment tələbi ilə bağlı məhkəməyə müraciət etmiş və Beyləqan Rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli, 2(020)-449/2021 saylı qətnaməsi ilə aralarında olan nikaha xitam verilərək, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən hesablanmaqla xx.xx.2011 -ci il təvəllüdlü X4, xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 120,00 manat olmaqla, cəmi 360,00 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Beyləqan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra aidiyyəti üzrə icra olunması məqsədi ilə Təqsirləndirilən şəxs qeydiyyatda olduğu yer üzrə Beyləqan rayon icra və probasiya şöbəsinə göndərilmiş və həmin qurumdan qeyd edilən məbləğdə alimentin ona ödənilməsi barədə Təqsirləndirilən şəxs rəsmi qaydada bildiriş təqdim edilmişdir. Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş qətnaməni icra etmədiyi üçün, Beyləqan Rayon Məhkəməsinin xx.xx.2021 -ci il tarixli qərarı ilə 15 (on beş) gün, xx.xx.2022-ci il tarixli qərarı ilə 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs edilmiş, həmçinin icra məmurunun təqdimatına əsasən, Beyləqan Rayon Məhkəməsinin 01.11,2022-ci il tarixli qərardadı ilə Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Lakin bütün bu olanlara baxmayaraq, Təqsirləndirilən şəxs öz qərəzli hərəkətlərini davam etdirərək, ona olan aliment borcunu ödəməmişdir. Bundan sonra icra məmuru tərəfindən Təqsirləndirilən şəxs yeni müddətlər verilərək, cinayət məsuliyyəti barədə dəfələrlə xəbərdarlıqlar edilsə də, təqdimat verilən günə, yəni xx.xx.2023-cü il tarixədək Təqsirləndirilən şəxs yaranmış olan 5955,00 manat aliment borcunu ödəməmişdir. Onlar evli olduqları müddət ərzində Təqsirləndirilən şəxs fərdi əmək fəaliyyəti ilə, yəni fəhlə işləyərək kifayət qədər qazanc əldə etmiş, hal hazırda da Təqsirləndirilən şəxs fərdi əmək fəaliyyəti ilə, yəni Bakı şəhəri, Binəqədi rayonu, Məhəmmədli kəndində yerləşən yem mağazasında satıcı işləyərək aylıq 600,00-700,00 manat qazanc əldə edir. Hazırda Təqsirləndirilən şəxs ona olan aliment borcunun bir hissəsini ödəmişdir. O, aliment borcunun tam şəkildə ödənilməsini tələb edir.Ona görə Təqsirləndirilən şəxs qalan borcunu yaxın vaxtlarda ödənilməsinə söz verməsini istəyir. O, Təqsirləndirilən şəxs həbs olunmasını istəmir.Məqsədi Anarın aliment borclarını ödəməsidir.Təqsirləndirilən şəxs barəsində qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş üzrə şahid qismində dindirilən Beyləqan rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Şahid1 məhkəmədə ifadə verərərk göstərdi ki, Beyləqan Rayon Məhkəməsinin 2(020)-449/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi əsasında verilmiş icra sənədinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən başlayaraq xx.xx.2011- ci il təvəllüdlü X4, xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 120,00 manat olmaqla, cəmi 360,00 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmiş, göstərilən icra vərəqəsi xx.xx.2021-ci il tarixdə şöbənin icraatına daxil olmuş və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi rəhbər tutularaq həmin tarixdə icraata başlamaq haqqında qərar və bildiriş qəbul edilərək tərəflərə göndərilmişdir. Borclu Təqsirləndirilən şəxs icra sənədinin icrasını təmin etməmişdir. Məcburi icra tədbirləri görülməsi üçün edilmiş sorğular və digər yoxlamalar müsbət nəticə verməmişdir. Beyləqan Rayon Məhkəməsinin 8(020)-267/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. İcra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə və məhkəmənin qətnaməsi üzrə tələbi icra etmədiyinə görə borclu Quliyev X3 Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1 -ci maddəsi ilə təqsirli bilinərək xx.xx.2021 -ci il tarixdə 15 (on beş) gün və xx.xx.2022-ci il tarixdə yenidən 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs edilmişdir. İnzibati tənbehdən sonra Təqsirləndirilən şəxs tələbi icra etməsi üçün məsuliyyəti elan olunmaqla yeni müddət verilmişdir. Lakin borclu öz hərəkətlərini davam etdirmiş və icra sənədi üzrə tələbi təmin etməmişdir. Borclu Təqsirləndirilən şəxs öhdəliyni lazımi qaydada yerinə yetirməmiş, icra sənədi üzrə olan borcunu ödəməmiş və ödənilməsinə təşəbbüs göstərməmişdir. Beyləqan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsini Təqsirləndirilən şəxs məsuliyyəti elan olunmaqla rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq icra etməməkdə davam etməklə həm də faktiki imkanlarından istifadə etməmiş və Təqsirləndirilən şəxs əməlində qərəzlilik müşahidə olunmuşdur. İcraat zaman Təqsirləndirilən şəxs xəbərdarlıq edilməsinə, onunla profilaktiki söhbətlər aparılmasına baxmayaraq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasını təmin etməmişdir. Tələbkar Zərərçəkmiş şəxs Beyləqan rayon icra və probasiya şöbəsinə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs tərəfindən aliment borcunun ödənilmədiyini və borclunun cinayət məsuliyyətinə cəlb edilməsi üçün tədbir görülməsini xahiş etmiş, Təqsirləndirilən şəxs icra sənədi üzrə Zərərçəkmiş şəxs təqdimat verilən günə yəni xx.xx.2023-cü il tarixədək 5955,00 manat aliment borcu yaranmışdır.Hazırda təqdim olunmuş sənədlərdən görünür ki, o, aliment borcunun müəyyən hissəsini ödəmişdir. İş üzrə şahid qismində dindirilmiş Beyləqan rayon icra və probasiya şöbəsinin rəis vəzifəsini icra edən Şahid2 məhkəmədə Şahid1 ilə eyni məzmunlu ifadə verərək Təqsirləndirilən şəxs tərəfindən məhkəmə qətnaməsini qərəzli icra etməməsini bir daha göstərdi. İş materiallarına əlavə edilmiş Beyləqan Rayon Məhkəməsinin 2(020)-449/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi əsasında verilmiş icra sənədinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən başlayaraq xx.xx.2011- ci il təvəllüdlü X4, xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 120,00 manat olmaqla, cəmi 360,00 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Qətnamə icra olunması məqsədilə aidiyyəti üzrə Beyləqan rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Beyləqan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(020)-449/2021 saylı qanuni qüvvəyə minmiş qətnaməsi Təqsirləndirilən şəxs tərəfindən qərəzli olaraq icra olunmadığı üçün Beyləqan rayon icra və probasiya şöbəsinin rəis vəzifəsini icra edən Şahid2 təqdimat ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ölkədən getmək hüququnun müvəqqəti olaraq məhdudlaşdırılması barədə qərar qəbul edilməsini xahiş etmiş və Beyləqan Rayon Məhkəməsinin 8(020)-267/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə təqdimat təmin olunmuşdur. İş materiallarına əlavə edilmiş Beyləqan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(020)-681/2022 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1 -ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs olunmuşdur. İş materiallarına əlavə edilmiş 22 yanvar 2024-cü il tarixli qərardan görünür ki, cinayət işinin başlanmasına səbəb və əsas Təqsirləndirilən şəxs Beyləqan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(020)-449/2021 saylı qətnaməsini qərəzli olaraq icra etməməsi faktıüzrə toplanmış materiallar və Beyləqan rayon İcra və Probasiya şöbəsinin təqdimatı olmuşdur. İş materiallarına əlavə edilmiş Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 02. 01.2024-cü il tarixli, 3/3-12/2-113/2024 saylı tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə iclasında Təqsirləndirilən şəxs etirafı ilə yanaşı, zərərçəkmiş şəxs, şahid ifadələri, habelə işin məhkəmə iclasında tədqiq edilib öz təsdiqini tapmış digər materialları ilə Təqsirləndirilən şəxs Beyləqan rayon məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2021-ci il tarixli, 2(020)-449/2021 saylı qətnaməsini qərəzli olaraq icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirməsi kifayət qədər sübuta yetmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin hərəkətlərində Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinin tərkibi vardır, ona görə də o, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin edilərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 №-li qərarının 1-ci bəndinin 1 və 2-ci abzasında göstərilmişdir ki, «hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin ediməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər”. “Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır.” Həmin Qərarın 2-ci bəndində göstərilir ki, “məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi müzakirə etməlidirlər.” Təqsirləndirilən şəxsə cəza təyin edilərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs hərəkətlərində cəzasını yüngülləşdirən və ağırlaşdıran halları müəyyən edilmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 №-li qərarının 1-ci bəndinin 1 və 2-ci abzasında göstərilmişdir ki, «hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin ediməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər”. “Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır.” Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əvvəllər məhkum olunmaması ilə yanaşı, məhkəmə qətnaməsinə əsasən yaranmış aliment borcunun müəyyən hissəsinin ödəməsini və qalan borcu yaxın vaxtlarda ödəyib qurtaracağına söz verməsini nəzərə alaraq hesab edir ki, onun barəsində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi cəzanın məqsədinə nail olmaq baxımından qanuna və məqsədə müvafiqdir. İş üzrə maddi sübut, mülki iddia və digər məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384.1-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzanın əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı ərazinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Beyləqan rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə mindikdəın sonra ləğv edilsin. Təqsirləndirilən şəxs məhkəmə dövründə göstərdiyi hüquqi yardıma görə 10 (on) saat üçün 60 (altmış) manat Beyləqan rayon vəkil bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmün surəti həmin hissədə icrası üçün Azərbaycan Respublikası Vəkillər X6 və Tədris Mərkəzinə göndərilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Beyləqan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində şikayət və protest verilməzsə hökm həmin müddət bitdiyi gündən sonrakı gün qanuni qüvvəsini alır. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №1(020)-26/2024
Beyləqan Rayon Məhkəməsi Hökm — İş №1(020)-26/2024
28.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver