Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 1(020)-26/2025 24.04.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş- şəxs X1 iştirakı ilə, Xüsusi ittihamçı X2 barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X3 qarşı Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin inzibati binasında hazırlıq iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T Dİ : Xüsusi ittihamçı X5 barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X3 qarşı Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilərək barəsində ittiham hökmü çıxarılmaqla ona ağır cəza verilməsinə dair xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Xüsusi ittihamçı X4 məhkəmə hazırlıq iclasının yeri və vaxtı barədə məlumat evrilməsinə baxmayaraq, heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə xüsusi ittihamçı Arzu Bəndəliyevin iştirakı olmadan məhkəmə hazırlıq iclasının keçirilməsini mümkün hesab etdi. Xüsusi ittihamçı X2 xüsusi ittiham qaydasında şikayətindən görünür ki, o, Beyləqan rayonunda uzun müddətdir ki, müxtəlif vəzifələrdə işləmiş və hazırda da Azərbaycan Respublikası Beyləqan Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin direktoru vəzifəsində işləyir. X6 “Tik Tok” sosial şəbəkəsində barəsində əsassız olaraq guya onun “dövlət əmlakı olan zibil yeşiklərini maddiyyət qarşılığında vətəndaşlara verilməsinə” dair xoşagəlməz fikirlər söyləməklə və həmin fikirləri sosial şəbəkədə ailə üzvlərinə və ona şər və böhtan atmış və yalan məlumatlar yaymışdır. Sosial şəbəkədə yayılan həmin məlumat 300 nəfər tərəfindən baxılmış, 17 nəfər tərəfindən rəy yazılmış, 20 nəfər tərəfindən həmin məlumat yüklənilmiş və 34 nəfər tərəfindən həmin məlumatı sosial şəbəkədə paylaşılmışdır. Bu hərəkətlər X1 onun barəsində yaydığı video sosial şəbəkədə yerləşdirildikdən sonra olmuşdur. X6 onun barəsində sosial şəbəkədə böhtan xarakterli məlumatlar danışmaqla ictimaiyyət qarşısında onu nüfuzdan salan həqiqətə uyğun olmayan məlumatlar yaymaqla, onu işlədiyi kollektivdə, cəmiyyətdə, dostlar əhatəsində nüfuzdan salmaqla böhtan atmışdır. Ona görə də barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X3 qarşı Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilərək barəsində ittiham hökmü çıxarılmaqla ona ağır cəza verilməsinə dair barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X6 göstərdi ki, xüsusi ittihamçı X5 məhkəmə iclasına təkrar gəlməmişdir. Ona görə də hazırki xüsusi ittiham qaydasında verilmiş şikayətin icraata qəbulundan imtina edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası CPM-nin 298.2-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası aşağıdakı qaydada təmin edilir: 298.2.2. məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət məhkəməyə daxil olduqdan sonra 7 (yeddi) gün müddətində. 298.3. məhkəmənin icraatına müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin daxil olması və məhkəmənin hazırlıq iclasının keçirilməsi barədə məhkəmə təqsirləndirilən şəxsə, onun müdafiəçisinə, habelə dövlət ittihamçısına (cinayət təqibi ictimai və ya ictimai-xüsusi ittiham qaydasında aparıldıqda), zərər çəkmiş şəxsə, xüsusi ittihamçıya (cinayət təqibi xüsusi ittiham qaydasında aparıldıqda), mülki iddiaçıya, mülki cavabdehə və ya onların nümayəndələrinə aşağıdakı qaydada məlumat verir: 298.3.2. məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının keçirilməsinə ən azı 3 (üç) gün qalmış müddətdə, Həmin Məcəllənin 299.8-ci maddəsinə görə xüsusi ittihamçının üzrlü səbəblərin olmasını əvvəlcədən bildirmədən məhkəmənin hazırlıq iclasına təkrar gəlməməsi ittihamdan imtinaya bərabər tutulur və xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina barədə qərar çıxarılmasına məhkəməyə əsas verir. Həmin Məcəllənin 300.1.3. xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə, Həmin Məcəllənin 302.1-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir, Həmin Məcəllənin 302.1.8. şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə, Həmin Məcəllənin 302.2.3. bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Digər tərəfdən Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 nömrəli Qərarının 11-ci bəndinə əsasən xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfındən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfındən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfındən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1-293.3.7-ci maddələri). Məhkəmələrə tövsiyə edilsin ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Belə olan halda məhkəmə hesab edir ki, xüsusi ittihamçı X5 heç bir əsas göstərmədən məhkəmə hazırlıq iclasına təkrar gəlmədiyinə görə hazırki xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 302, 384.1.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Xüsusi ittihamçı X2 X6 barəsində Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsi ilə Fərid Zeynallının cinayət məsuliyyətinə cəlb edilərək barəsində ittiham hökmü çıxarılmaqla ona ağır cəza verilməsinə dair xüsusi ittiham qaydasında verdiyi şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №1(020)-26/2025
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №1(020)-26/2025
24.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver