Azərbaycan Respublikası adından HÖKM Beyləqan rayon İş № 1(020)-27/2023 13.04.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Beyləqan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 iştirakı ilə, xx xxxxxx 2000-ci ildə Beyləqan rayonu, Dünyamalılar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Beyləqan rayonu Aşağı Çəmənli kəndində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 25 sentyabr 2022-ci il tarixdə saat 14:30 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq nəqliyyat vasitəsini idarə etmək hüququ–sürücülük vəsiqəsi olmadan 10 avqust 2022-ci il tarixli, ƏN-Vİİİ 409108 nömrəli etibarnamə əsasında idarə etdiyi 28 iyun 2021-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin Ağcəbədi rayon Qeydiyyat- İmtahan və Texniki Baxış şöbəsi tərəfindən verilmiş AE seriyalı 087253 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən X1 mülkiyyətində olmaqla texniki cəhətdən saz vəziyyətdə olan “VAZ- 2106” markalı, **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Beyləqan-Daşburun avtomobil yolunun 2-ci kilometrliyində Beyləqan şəhəri istiqamətində həkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq avtomobili yaşayış məntəqəsindən kənarda 60 km/saat sürətdən artıq, yəni 80 km/saat sürətlə idarə edərək, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 51-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq əks istiqamətdə öz hərəkət zolağı ilə nəqliyyat vasitəsinin hərəkətdə olmasını nəzərə almalı, ötməyə başlamazdan əvvəl çıxmaq istədiyi hərəkət zolağının kifayət qədər məsafədə boş olmasına və həmin manevrin hərəkətin digər iştirakçıları üçün təhlükə yaratmayacağına əmin olmalı olduğu halda və hadisənin qarşısını almağa texniki imkanının olmasına baxmayaraq bu tələblərə əməl etməyib, onunla eyni istiqamətdə, eyni zolaqda hərəkətdə olan markası və dövlət qeydiyyat nişanı istintaqa məlum olmayan avtomobili ötüb keçmək istəyərkən əks istiqamətdə hərəkət edən Şahid1 idarə etdiyi “Mersedes Benz E 220” markalı, **-HN-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkətinə üstünlük verərək keçib getməsini təmin etməməsi və həmin avtomobil keçib getdikdən sonra təhlükəsizliyin təmin olunması şəraitində ötmə əməliyyatına başlamaması səbəbindən onun idarə etdiyi “VAZ-2106” markalı, **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hissəsi ilə Şahid1 idarə etdiyi “Mersedes Benz E 220” markalı, **-HN-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hissəsi toqquşmuş, nəticədə onun ehtiyatsızlığından özünün idarə etdiyi “VAZ-2106” markalı, **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq oturacağında sərnişin qismində əyləşmiş Zərərçəkmiş şəxs2 sağ ayaq pənçənin İ-İİ sümüklərinin əsasının qəlpəli, fraqmentləri yerinidəyişmiş qapalı sınıqları xarakterli dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid, Şahid1 idarə etdiyi “Mersedes Benz E 220” markalı, **-HN-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa oturacağında sərnişin qismində əyləşmiş Zərərçəkmiş şəxs1 sol qamış sümüyünün fraqmentləri yerinidəyişməyən qapalı sınığı xarakterli dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər almaları ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir Məhkəmə iclasında Təqsirləndirilən şəxs oğlu ona elan olunmuş ittiham üzrə özünü təqsirli bildi və göstərdi ki, VAZ-2106 markalı, **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobili 10 avqust 2022ci il tarixdə baş etibarnamə əsasında almış, lakin sonradan adına rəsmiləşdirməmişdir. Sürücülük vəsiqəsi almamış, avtomobili idarə etməyi bacardığı üçün yaşadığı kənddə avtomobili arabir idarə etmişdir. Qohumu Şahid3 özünə məxsus 3 (üc) baş xırdabuynuzlu heyvanlarını satmaq istədiyi üçün 25 sentyabr 2022-ci il tarixdə öz avtomobili ilə Vəfadarın heyvanlarını Füzuli rayonunda yerləşən mal bazarına aparmasını ondan xahiş etmişdir. O, Vəfadara etiraz etməyərək 25 sentyabr 2022-ci il tarixdə, səhər saatlarında Vəfadar ilə birlikdə Vəfadara məxsus üç baş xırdabuynuzlu heyvanı özünə məxsus “VAZ-2106” markalı **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə yerləşdirib mal bazarına aparmışdır. Vəfadar heyvanlarını bazara salmış, lakin istədiyi qiymətə sata bilmədiyinə görə heyvanları evinə qaytarmalı olmuşdur. Həmin gün saat 14:30 radələrində heyvanları yenidən avtomobilin yük yerinə yerləşdirib Beyləqan rayonuna qaytaran zaman bazarın qarşısında tanışları Ramiz və Coşqun adlı şəxsləri görmüşdür. Ramiz və Coşqun onları da Beyləqan şəhərinə aparmasını ondan xahiş etdikləri üçün o, həmin şəxsləri də avtomobilə götürmüşdür. Vəfadar və Coşqun avtomobildə arxa oturacaqda, Ramiz isə qabaq oturacaqda əyləşmişlər. O, sonra avtomobili idarə edərək Beyləqan rayonu istiqamətində hərəkət etmiş, Daşburun–Beyləqan avtomobil yolunun 2-ci kilometirliyində Beyləqan rayonu istiqamətində hərəkətdə olan zaman qarşısında eyni istiqamətdə hərəkət edən “Qazel” markalı avtomobili ötüb keçmək istədiyi üçün idarə etdiyi avtomobili yolun sol hissəsinə yönəltmişdir. Bu zaman qarşıdan əks istiqamətdə hərəkət edən “Mersedes Benz E220” markalı, **-HN-*** dövlət qeydiyyat nişanlı avtomobilin ona yaxınlaşdığını görmüş, həmin vaxt aralarında az məsafə olmuşdur. “Mersedes Benz E220” markalı avtomobil artıq ona çatmaq üzrə olduğundan qarşısında hərəkət edən “Qazel” markalı avtomobili ötüb keçə bilməyəcəyini düşünərək “Mersedes Benz E220” markalı avtomobil ilə toqquşmamaq üçün əyləci basıb sürətini azaldaraq öz hərəkət zolağına qayıtmaq istəmişdir. Lakin o, “Mersedes Benz E220” markalı avtomobilin ona çatmaq üzrə olduğunu görüb və “Qazel” markalı avtomobilin arxasına qayıda bilməyəcəyini bilib idarə etdiyi avtomobili tamam yolun sol hissəsinə yönəldərək toqquşmadan qaçmaq istəmişdir. Lakin “Mersedes Benz E220” markalı avtomobil ona çataraq onun avtomobili ilə qarşı-qarşıya toqquşmuşdular. Toqquşma avtomobil yolunun sol hissəsində baş vermişdir. Toqquşmadan sonra yoldan keçən avtomobillər hadisə yerində dayanmış, hadisə yerinə yığışan tanımadığı adamlar onun, Coşqunun, Vəfadarın və Ramizin avtomobildən çıxmalarına kömək etmişlər. Hadisə zamanı onların hər biri xəsarət almış, hadisə yerinə gələn təcili tibbi yardım avtomobili onu xəstəxanaya aparmışlar. O, əvvəllər “Mersedes Benz E220” markalı, **-HN-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən şəxsi tanımamış, hadisədən bir necə gün sonra həmin şəxsin adının İlqar, avtomobilində sərnişin qismində olan qadının isə İlqarın arvadı olduğunu bilmişdir. O, hadisə baş verən zaman avtomobili təxminən 70-80 km/saat sürətlə idarə etmişdir. Yolnəqliyyat hadisəsi Daşburun-Beyləqan avtomobil yolunun 2-ci kilometirliyində Beyləqan rayonu istiqamətində avtomobil yolunun sol hissəsində baş vermişdir. Yol-nəqliyyat hadisəsi baş verən zaman avtomobilində üc nəfər sərnişin qismində Ramiz, Vəfadar və Coşqun olmuş, eləcə də avtomobilin yük yerində üç baş xırda buynuzlu heyvan olmuşdur. İdarə etdiyi “VAZ-2106” markalı, **- DB-*** dövlət qeydiyyat nişanlı avtomobilin yol-nəqliyyat hadisəsindən əvvəl heç bir hissəsi nasaz olmamış, avtomobil tam saz vəziyyətdə olmuşdur. O, hadisədən əvvəl spirtli içki qəbul etməmiş və sərxoş olmamışdır. O, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan şəxslərin müalicə olunması üçün sonradan maddi yardım etmişdir. Özü ailəsinin yeganə qazanc gətirənidir. Hadisəni ehtiyatsızlıqdan törətmişdir. Ailə vəziyyətini, Vətən müharibəsi iştirakçısı olmasını və zərərçəkmiş şəxslərlə barışmasını nəzərə alıb ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında izafə verən Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, onun adına sənədləşdirilmiş “Mersedes Benz E220” markalı, **-HN-*** dövlət qeydiyyat nişanlı avtomobili həyat yoldaşı Şahid1 etibarnamə əsasında idarə etmişdir. Avtomobili idarə etmək üçün İlqarın BC kateqoriyalı sürücülük vəsiqəsi vardır. 25 sentyabr 2022-ci il tarixdə həyat yoldaşı Şahid1 ilə birlikdə Beyləqan şəhərində yaşayan qohumu Şamxalın evinə qonaq getmiş, həmin gün saat 14:30 radələrində İlqar ilə birlikdə 1-ci Şahsevən kəndində yerləşən yaşadıqları evə getmək üçün Şamxalın evindən çıxmışlar. Avtomobili İlqar idarə etmiş, o isə arxa oturacaqda əyləşmişdir. Avtomobildə onlardan başqa heç kəs olmamışdır. Daşburun-Beyləqan avtomobil yolunun 2-ci kilometirliyində Daşburun qəsəbəsi istiqamətində hərəkətdə olan zaman əks istiqamətdə hərəkət edən “Qazel” markalı yük avtomobilinin arxasında hərəkət edən ağ rəngli “VAZ-2106” markalı avtomobil Qazel markalı avtomobilin arxasından yolun sol istiqamətinə çıxıb ötmə əməliyyatı etməyə çalışmış, həmin vaxt onun avtomobili ilə həmin avtomobilin arasında təxminən 30-40 metr məsafə olmuşdur. Həmin “VAZ-2106” markalı avtomobil onlarla üz-üzə gəlmişdir. İlqarın avtomobilin sürətini azaltmasına baxmayaraq aralarında məsafə çox qısa olduğundan həmin “VAZ- 2106” markalı avtomobil onların hərəkət zolağından da həttda bir qədər yolun kənarına çıxaraq onların avtomobili ilə qarşı-qarşıya toqquşmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində o və həyat yoldaşı İlqar xəsarət almışlar. Bundan sonra hadisə yerinə yoldan kecən bir cox adam yığışmış, tanımadığı adamlar onu avtomobildən cıxartmışlar, daha sonra o, həmin VAZ-2106 markalı avtomobildə sürücüdən əlavə üç nəfər sərnişinin olduğunu görmüş, “VAZ-2106” markalı avtomobilin sürücüsünün və sərnişinlərinin də xəsarət aldıqlarını bilmişdir. Hadisə yerinə toplaşan adamlar təcili tibbi yardım cağırmışlar. İlqar oğlu Nicata zəng edib baş vermiş hadisə barədə məlumat verərək hadisə yerinə cağırmış, bir qədər sonra Nicat hadisə yerinə gələrək onu və İlqarı öz avtomobili ilə Beyləqan rayon Mərkəzi Xəstəxanasına aparmışdır. Onların avtomobili ilə toqquşan “VAZ-2106” markalı, **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünü və sərnişinlərini ilk dəfə hadisə yerində görmüş, həmin şəxsləri əvvəllər tanımamış, sonradan “VAZ- 2106” markalı, **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edənin Vüsal adlı şəxs olduğunu bilmişdir. Hadisə nəticəsində o, sol ayağından xəsarət almış, həmin ayağının topuq nahiyəsi və qamış sümüyü sınmışdır. Baş vermiş hadisədən sonra VAZ-2106 markalı **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs onun müalicəsi üçün ona 2000 manat maddi yardım etmişdir. Təqsirləndirilən şəxslə barışmış, ondan tələb və şikayəti yoxdur. Təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxsdən tələb və şikayətinin olmadığını bildirmiş və ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında ifadə verən Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, tanışı Şahid2 25 sentyabr 2022-ci il tarixdə özünə məxsus xırdabuynuzlu heyvanları Füzuli rayonunda yerləşən mal bazarına aparıb orada satmaq üçün onunla bazara getməyi və heyvanları satmaqda kömək etməsini ondan xahiş etmişdir. Həmin gün səhər saatlarında Coşquna kömək edərək birlikdə heyvanları Füzuli rayonunda yerləşən mal bazarına aparmışdır. Coşqun bazarda heyvanlarını satandan sonra saat 14 radələrində birlikdə Beyləqan rayonuna qayıtmaq üçün bazarın qarşısında taksi fəaliyyəti ilə məşğul olan Vüsal adlı şəxsin “VAZ-2106” markalı, **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobilinə oturmuşdur. Həmin avtomobilin arxa oturacağında əvvəllər tanıdığı Vəfadar və Coşqun adlı şəxslər oturmuş, özü isə avtomobilin qabaq oturacaqda oturmuşdur. Vüsal avtomobili idarə edərək Beyləqan rayonu istiqamətində hərəkət etmiş, saat 14:30 radələrində Daşburun- Beyləqan avtomobil yolunun 2-ci kilometirliyində hərəkətdə olan zaman qarşılarında hərəkət edən markasını xatırlamadığı avtomobili ötüb keçmək istəmiş və bunun üçün də yolun sol istiqamətinə çıxaraq hərəkət etmişdir. O, həmin vaxt qarşıdan əks istiqamətdə, yəni Daşburun qəsəbəsi istiqamətində hərəkət edən “Mersedes Benz E220” markalı, **-HN-*** dövlət qeydiyyat nişanlı avtomobilin yaxınlaşdığını görmüş, bu zaman Vüsal əyləci basaraq qarşıdan gələn həmin avtomobilə toqquşmamaq üçün avtomobili tam yolun sol istiqamətinə yönəltmişdir. Lakin ara məsafəsi az olduğundan qarşıdan gələn “Mersedes Benz E220” markalı avtomobillə yolun sol kənarında toqquşmuşdular. Toqquşma nəticəsində o, avtomobildə olan Coşqun, Vəfadar və Vüsal xəsarət almışlar, hadisə yerinə toplaşan tanımadığı adamların köməyi ilə avtomobildən çıxmışdır. Hadisə yerinə toplaşan adamlar təcili tibbi yardım cağırmışlar və hadisə yerinə gələn təcili tibbi yardım avtomobili və hadisə yerində olan tanımadığı şəxslərin avtomobili ilə onu, Coşqunu, Vüsalı və Vəfadarı Beyləqan rayon Mərkəzi Xəstəxanasına göndərmişlər. O, əvvəllər “Mersedes Benz E220” markalı, **-HN-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən şəxsi tanımamış, hadisə yerinə toplaşan adamlar həmin avtomobili idarə edən şəxsi və avtomobildə olan bir nəfər qadının da xəsarət aldıqlarını görüb xəstəxanaya göndərmişlər. O, sonradan “Mersedes Benz E220” markalı, **-HN-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən şəxsinin adının İlqar olduğunu və avtomobilində olan sərnişin qadının isə İlqarın arvadı olduğunu öyrənmişdir. Təqsirləndirilən şəxs hadisə baş verən zaman avtomobili yüksək sürətlə idarə etmişdir. Yol nəqliyyat hadisəsi Beyləqan- Daşburun avtomobil yolunda Beyləqan rayonu ərazisində “Mersedes Benz E220” markalı, **-HN-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət zolağında avtomobil yolunun sol kənarında baş vermişdir. Təqsirləndirilən şəxslə barışmış, ondan tələb və şikayəti yoxdur. Təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxsdən tələbinin olmadığını bildirmiş və ona yüngül cəza verilməsini xahiş etmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid2 məhkəmədə Zərərçəkmiş şəxs2 ilə eyni məzmunda ifadə verdi. İş üzrə şahid qismində dindirilmiş Şahid1 məhkəmədə verdiyi ifadəsində göstərdi ki, həyat yoldaşı Zərərçəkmiş şəxs1 adına sənədləşdirilmiş “Mersedes Benz E220” markalı, **-HN-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edir, avtomobili idarə etmək üçün BC kateqoriyalı sürücülük vəsiqəsi vardır. 25 sentyabr 2022-ci il tarixdə həyat yoldaşı Zərərçəkmiş şəxs1 ilə birlikdə Beyləqan şəhərində yaşayan bacanağı Şamxalın evinə qonaq getmiş, həmin gün saat 14:30 radələrində 1-ci Şahsevən kəndindəki yaşadığı evə qayıtmaq üçün İlhamə ilə birlikdə Şamxalın evindən çıxmışdır. Avtomobili özü idarə etmiş, İlhamə isə arxa oturacaqda əyləşmişdir. Daşburun-Beyləqan avtomobil yolunun 2-ci kilometirliyində Daşburun qəsəbəsi istiqamətində saatda 60 kilometr sürətlə hərəkətdə olan zaman əks istiqamətdə hərəkət edən “Qazel” markalı yük avtomobilinin arxasından ağ rəngli “VAZ-2106” markalı avtomobil çıxaraq yolun sol istiqamətinə çıxıb ötmə əməliyyatı etmiş, həmin vaxtı “VAZ-2106” markalı avtomobil ilə onun idarə etdiyi avtomobil arasında təxminən 30-40 metr məsafə olmuşdur. O, öz hərəkəti üçün təhdükəni hiss edib avtomobilin sürətini azaltmış, məsafə çox qısa olduğundan “VAZ-2106” markalı avtomobil onun hərəkət zolağından hətta bir qədər yolun kənarına çıxaraq onun idarə etdiyi avtomobillə qarşıqarşıya toqquşmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində o və həyat yoldaşı İlhamə xəsarət almışdır. O, avtomobildən düşəndə həmin “VAZ-2106” markalı avtomobildə sürücüdən əlavə üç nəfər sərnişin olduğunu görmüş, sərnişinlərin biri qabaq oturacaqda digər ikisi isə arxa oturacaqda əyləşmişdir. “VAZ-2106” markalı markalı avtomobilin sürücüsü və sərnişinləri də xəsarət almış, o, hadisə yerinə yığışan tanımadığı adamların köməyi ilə avtomobildən həyat yoldaşı İlhaməni çıxartmış, eyni zamanda “VAZ-2106” markalı avtomobildə olan sürücünü və sərnişinləri də avtomobildən çıxartmışlar. Orada olan adamlar hadisə yerinə təcili tibbi yardım cağırmışlar. O, oğlu Nicata zəng edib hadisə yerinə çağırmış, bir qədər sonra Nicat oraya gələrək onu və arvadı İlhaməni Beyləqan rayon Mərkəzi Xəstəxanasına aparmışdır. “VAZ-2106” markalı avtomobilin sürücüsünü və sərnişinlərini təcili tibbi yardım avtomobili ilə xəstəxanaya göndərmişlər. O, “VAZ- 2106” markalı avtomobilin sürücüsünü və sərnişinlərini əvvəllər tanımamış, sonrada sürücünün adının Vüsal olduğunu öyrənmişdir. Hadisə baş verən zaman o, avtomobili təxminən saatda 60 kilometr sürətlə idarə etmiş, yol-nəqliyyat hadisəsi baş verməzdən əvvəl spirtli içki qəbul etməmişdir. İdarə etdiyi “Mersedes Benz E220” markalı, **-HN-*** qeydiyyat nişanlı avtomobilin baş vermiş yol-nəqliyyat hadisəsindən əvvəl heç bir nasazlığı olmamış, avtomobil tam saz vəziyyətdə olmuşdur. Hadisə zamanı idarə etdiyi avtomobildə arvadı İlhamədən başqa heç kəs olmamışdır. Onun hərəkəti üçün təhlükə “VAZ-2106” markalı, **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobil öz qarşısında hərəkət edən Qazel markalı yük avtomobilini ötmək üçün onun hərəkət zolağına çıxdığı an yaranmışdır. “VAZ-2106” markalı, **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobil onun hərəkət zolağına daxil olan zaman aralarında təxminən 20-30 metr məsafə olmuşdur. İş materiallarına əlavə edilmiş “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, “VAZ-2106” markalı, **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə “Mersedes Benz E220” markalı, **-HN-*** qeydiyyat nişanlı avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi Beyləqan rayonu ərazisində Beyləqan-Daşburun avtomobil yolunun 2-ci kilometirliyində Beyləqan şəhəri istiqamətində avtomobil yolunun sol kənarında baş vermişdir. İşmateriallarına əlavə edilmiş Məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 756/22 mömrəli rəyindən görünür ki, əsasən Zərərçəkmiş şəxs1 sol qamış sümüyünün fraqmentləri yerinidəyişməyən qapalı sınığı aşkar olunmuşdur. Qeyd olunan xəsarət xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat qəzası zamanı avtomaşın salonunun qabarıq interyerlərinə dəyməsi nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. İş materiallarına əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 815/22 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 sağ ayaq pəncəsinin l-ll daraq sümüklərinin əsasının qəlpəli, fraqmentləri yerinidəyişmiş qapalı sınıqları aşkar olunmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat qəzası zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. İş materiallarına əlavə edilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2023cü il tarixli, 8/188 nömrəli rəyindən görünür ki, “VAZ-2106” markalı, **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 51-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33cü maddəsinin 4-cü hissəsinin tələblərinəuyğunsuzluq olmuşdur. Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq, yəni 80 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. “Mersedes Benz E220” markalı, **-HN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid1 hadisənin qarşısını alınması ilə əlaqədar hərəkətlərini texniki nöqteyi-nəzərdən tətbiq etməyə lüzum yoxdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinin Ağcabədi rayon regional Qeydiyyat-İmtahan və Texniki Baxış şöbəsinin xx.xx.2023-cü il tarixli, 3-13-16-1/2-177/2023 nömrəli məktubundan görünür ki, Beyləqan rayonu, Dünyamalılar kənd sakini Təqsirləndirilən şəxs adına hal-hazıra qədər sürücülük vəsiqəsi qeydə alınmamışdır və hal-hazıra qədər sürücülük hüququndan məhrum edilməmişdir. Bundan başqa, iş üzrə materiallara əsasən müəyyən edilir ki, Təqsirləndirilən şəxs hadisə zamanı ayıq olmuş, alkoqol qəbul əlamətləri olmamışdır. (xx.xx.2022-ci il tarixli, N 1124 protokol ). Beləliklə, məhkəmə iclasında təqsirləndirilən şəxsin etirafı ilə yanaşı, zərərçəkmiş şəxslər, şahid ifadələri, habelə işin məhkəmə iclasında tədqiq edilib öz təsdiqini tapmış digər materialları ilə Təqsirləndirilən şəxs 25 sentyabr 2022-ci il tarixdə saat 14:30 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq nəqliyyat vasitəsini idarə etmək hüququ–sürücülük vəsiqəsi olmadan 10 avqust 2022-ci il tarixli, ƏN- Vİİİ 409108 nömrəli etibarnamə əsasında idarə etdiyi 28 iyun 2021-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin Ağcəbədi rayon Qeydiyyat-İmtahan və Texniki Baxış şöbəsi tərəfindən verilmiş AE seriyalı 087253 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən X1 mülkiyyətində olmaqla texniki cəhətdən saz vəziyyətdə olan “VAZ-2106” markalı, **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Beyləqan-Daşburun avtomobil yolunun 2-ci kilometrliyində Beyləqan şəhəri istiqamətində həkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq avtomobili yaşayış məntəqəsindən kənarda 60 km/saat sürətdən artıq, yəni 80 km/saat sürətlə idarə edərək, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 51-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq əks istiqamətdə öz hərəkət zolağı ilə nəqliyyat vasitəsinin hərəkətdə olmasını nəzərə almalı, ötməyə başlamazdan əvvəl çıxmaq istədiyi hərəkət zolağının kifayət qədər məsafədə boş olmasına və həmin manevrin hərəkətin digər iştirakçıları üçün təhlükə yaratmayacağına əmin olmalı olduğu halda və hadisənin qarşısını almağa texniki imkanının olmasına baxmayaraq bu tələblərə əməl etməyib, onunla eyni istiqamətdə, eyni zolaqda hərəkətdə olan markası və dövlət qeydiyyat nişanı istintaqa məlum olmayan avtomobili ötüb keçmək istəyərkən əks istiqamətdə hərəkət edən Şahid1 idarə etdiyi “Mersedes Benz E 220” markalı, **-HN-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkətinə üstünlük verərək keçib getməsini təmin etməməsi və həmin avtomobil keçib getdikdən sonra təhlükəsizliyin təmin olunması şəraitində ötmə əməliyyatına başlamaması səbəbindən onun idarə etdiyi “VAZ-2106” markalı, **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hissəsi ilə Şahid1 idarə etdiyi “Mersedes Benz E 220” markalı, **-HN-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hissəsi toqquşmuş, nəticədə onun ehtiyatsızlığından özünün idarə etdiyi “VAZ-2106” markalı, **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq oturacağında sərnişin qismində əyləşmiş Zərərçəkmiş şəxs2 sağ ayaq pənçənin İ-İİ sümüklərinin əsasının qəlpəli, fraqmentləri yerinidəyişmiş qapalı sınıqları xarakterli dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid, Şahid1 idarə etdiyi “Mersedes Benz E 220” markalı, **-HN-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa oturacağında sərnişin qismində əyləşmiş Zərərçəkmiş şəxs1 sol qamış sümüyünün fraqmentləri yerinidəyişməyən qapalı sınığı xarakterli dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər almaları ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməsi kifayət qədər sübuta yetdi. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli Qərarının 11-ci bəndinin tələbinə görə CM-nin 263, 263-1 və 351-ci maddələri blanket normalardır və həmin maddələrdə nəzərdə tutulmuş cinayətlərin obyektini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Nizamnamələrində, digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş yol hərəkətini və ya nəqliyyat vasitələrinin istismarını, habelə döyüş, xüsusi və ya hərbi nəqliyyat maşınlarının idarə edilməsini və istismarını tənzimləyən qaydalar təşkil edir. Buna görə həmin cinayətləri törətmiş şəxslərin haqqında çıxarılan ittiham hökmlərində mütləq qaydada “Yol hərəkəti haqqında” Qanunun və digər normativ hüquqi aktların tələblərinə istinad edilməklə belə şəxslərin qanunvericiliyin məhz hansı tələblərini pozması göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsinin tərkibi vardır. Odur ki, o, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Aərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 №-li qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanunun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictmai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58 və 59-cu maddələrinin tələblərini, o cümlədən Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarına əsasən müəyyən edilir ki, Təqsirləndirilən şəxs Vətən müharibəsi veteranıdır, Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2020-ci il tarixli, 2362 nömrəli Sərəncamı ilə «Füzulinin azad olunmasına görə» medalı, Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2020-ci il tarixli, 2364 nömrəli Sərəncamı ilə «Xocavəndin azad olunmasına görə» medalı, Azərbaycan Respublikasının Baş Nazirinin 21 aprel 2022-ci il tarixli, 250s nömrəli Sərəncamı ilə «Vətən müharibəsi iştirakçısı» medalı ilə təltif olunmuşdur. İş materiallarına əsasən müəyyən edilir ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2023-cü ildə anadan olmuş qızı X2 vardır. (Doğum haqqında şəhadətnamə AZ:N 811379) Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 1 azyaşlı uşağının olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, onların şikayət və tələblərinin olmamasını CM-nin 59.1.12-ci maddəsinə əsasən , ailənin yeganə qazanc gətirəni olmasını, Vətən müharibəsi veteranı olmaqla, döyüşlərdəki sücaətinə görə medallarla təltif edilməsini, hərəkətlərini etiraf edib səmimi peşmançılıq çəkməsini CM-nin 59.2-ci maddəsinə əsasən iş üzrə cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və yuxarıda göstərilən cəzasını yüngülləşdirən hallarla yanaşı onun şəxsiyyətini nəzərə alıb Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.-1.1-ci maddəsinin sanksiyası daxilində cəza təyin edilməsini, lakin cəza çəkmədən islah olunmasının mümkünlüyünü nəzərə alıb barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsini tətbiq etməyi qanuna və məqsədəmüvafiq hesab edir. İş üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən ekspertiza xərci- 128 (yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə Təqsirləndirilən şəxs barəsində 14 fevral 2023-cü il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işi üzrə “VAZ-2106” markalı, **-DB-*** dövlət qeydiyyat nişanlı və “Mersedes Benz E 220” markalı, **-HN-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış, “VAZ-2106” markalı, **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobil saxlanması üçün Beyləqan rayon polis şöbəsinin duracağına yerləşdirilmiş, “Mersedes Benz E 220” markalı, **-HN-*** dövlət qeydiyyat nişanlı avtomobil saxlanması üçün Şahid1 təhvil verilmişdir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsində nəzərə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilsin. Ona təyin edilmiş 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası 1 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərində hökmün icrasına nəzarət edən orqanda qeydiyyatdan keçmək, həmin orqanın razılığı olmadan daimi yaşayış yerini dəyişməmək, ailəsinə maddi yardım göstərmək vəzifəsi qoyulsun. Cəza çəkməsinin əvvəli hökm qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə mindikdən sonra ləğv edilsin. Hökmün icrası Beyləqan rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut- saxlanması üçün Beyləqan rayon polis şöbəsinin duracağına yerləşdirilən “VAZ-2106” markalı, **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs qaytarılsın, “Mersedes Benz E 220” markalı, **-HN-*** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanması üçün Şahid1 təhvil verilməsi nəzərə alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən ekspertiza xərci- 128 ( bir yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi hüquqi yardıma görə 15 (on beş) saat üçün 90 (doxsan) manat Beyləqan rayon vəkil bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmün surəti həmin hissədə icrası üçün Azərbaycan Respublikası Vəkillər Kollegiyasına göndərilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Beyləqan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində şikayət və protest verilməzsə hökm həmin müddət bitdiyi gündən sonrakı gün qanuni qüvvəsini alır. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №1(020)-27/2023
Beyləqan Rayon Məhkəməsi Hökm — İş №1(020)-27/2023
13.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver