Azərbaycan Respublikası adından HÖKM Beyləqan rayon İş № 1(020)-27/2025 05.06.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Cabbarlı Xatın Mahir qızının sədrliyi, Məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Abbasov Zaur Alı oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasna aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Beyləqan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1987-ci il tarixdə İmişli rayonu, Sərxanlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində iki azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, İmişli rayonu, Sarıxanlı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs, saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, o, Beyləqan rayonu, İmamverdilı kəndində yaşayan Zərərçəkmiş şəxs məxsus əmlakı tamah məqsədilə, hüquqa zidd və əvəzsiz olaraq oğurlamaq, yəni gizli olaraq talamaq üçün 22 iyul 2024-cü il tarixdən 23 iyul 2024-cü il tarixə keçən gecə, istintaqa məlum olmayan vaxtda Beyləqan rayonu, İmamverdili kəndi ərazisində yerləşən Zərərçəkmiş şəxs məxsus fermanın yaxınlığına gələrək fermanın həyətində yerləşən saxlanc yeri hesab olunan metal torla əhatələnmiş tövləyə qapıdan qanunsuz daxil olub dişi cinsli, bir yaşlı, yerli Beyləqan cinsinə mənsub, diri çəkisi 30 kiloqram olan, bir başının qiyməti 300 manat olmaqla 2400 manat dəyərində səkkiz baş, erkək cinsli, bir yaşlı, yerli Beyləqan cinsinə mənsub, diri çəkisi 30 kiloqram olan 300 manat dəyərində bır baş, cəmi 2700 manat dəyərində doqquz baş qoyunu və dişi cinsli, bir yaşlı, yerli Beyləqan cinsinə mənsub, diri çəkisi 30 kiloqram olan, bir başının qiyməti 300 manat olmaqla 600 manat dəyərində iki baş keçini qapıdan çıxarıb yaşadığı İmişli rayon Sərxanlı kəndinin kənarına aparıb tanışı Şahid1 məxsus "Ford Transit” markalı, 99-FİN-597 dövlət-qeydiyyat nişanlı avtomobillə İmişli rayonu ərazisində təşkil edilən mal-qara bazarına aparıb 2650 manat pula satmış, bununla da o, Zərərçəkmiş şəxs məxsus cəmi 3300 manat dəyərində əmlakı oğurlamış, yəni özgənin əmlakını gizli olaraq talamışdır. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır: Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş olduğunu ifadəsini təsdiq edərək, CM-in 177.2.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 22 iyul 2024-cü il tarixdən 23 iyul 2024-cü il tarixə keçən gecə Zərərçəkmiş şəxs məxsus fermada çoban X4 ilə söhbət etmək üçün getmişdir. Fermanın yaxınlığında dayanıb çağırsa da evdən heç kim çıxmamış, o da sakitlikdən istifadə edib oğurluq etmək qərarına gəlmişdir. Zərərçəkmiş şəxs heyvanlarını metal torla əhatələnmiş tövlədə saxlayır. Tövlənin qapısı da metal tordan hazırlanmışdır. O, tövləyə yaxınlaşıb tövlənin qapısının iplərini açaraq tövləyə daxil olmuşdur. O, tövləyə daxil olduqdan sonra heyvanların bir qismini tövlədən çölə çıxarmış, çölə çıxdıqdan sonra tövlənin qapısını təkrar iplə bağlamış, çıxardığı heyvanları isə qabağına qatıb oradan uzaqlaşdırmış və kəndin kənarına doğru aparmışdır. O, heyvanları tövlədən çıxardıqdan sonra həmkəndlisi Nahid adlı şəxsin mobil nömrəsinə zəng edib Sərxanlı kəndinin kənarına gəlməsini, İmişli rayonu mal-qara bazarına heyvan aparmaq istədiyini bildirmişdir. Nahid də ona razılıq vermişdir. O, heyvanları aparan zaman onları saymış və on bir baş olduğunu görmüşdür. Heyvanların iki başı dişi cinsli keçi, qalan doqquz başı isə qoyun olmuşdur Qoyunların da bir başı erkək cinsli, qalan səkkiz başı isə dişi cinsli qoyunlar olmuşdur. O, kəndin kənarına gedib çatdıqdan sonra Nahidin gəlməsini biraz gözləmiş, Nahid gəldikdən sonra heyvanları ona göstərib İmişli rayonu, mal-qara bazarına aparmaq istədiyini demişdir. Nahid heyvanların kimə məxsus olduğunu soruşmuşdur. O, Nahidə heyvanların ona məxsus olduğunu demişdir. Sonra o, Nahidlə birgə heyvanları maşına mindirib İmişli rayon mal-qara bazarına aparmışdır. O, İmişli rayon mal-qara bazarına apardığı on bir baş heyvanı 2650 manata satmışdır. Heyvanlardan iki baş keçinin hər birini 200 manat olmaqla, 400 manata, qoyunların hər birini 250 manat olmaqla, 2250 manata satmışdır. O, heyvanlardan iki baş keçini və üç baş qoyunu bir nəfər şəxsə, qalan altı baş qoyunu isə başqa şəxsə satmışdır. Bundan sonra Nahidin yanına gedib heyvanları bazara aparması üçün 55 manat pul vermişdir. O, heyvanları satdığı tanımadığı şəxslərə də heyvanları oğurladığını bildirməmiş, öz heyvanları olduğunu demişdir. O, heyvanları satdıqdan sonra başqa taksiyə minib yaşadığı İmişli rayonu, Sərxanlı kəndinə qayıtmışdır. Oğurluqdan əldə etdiyi pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. Təqsirləndirilən şəxs sonda zərərçəkmiş şəxslə barışıq əldə etdiyini, vurulmuş ziyanı tam şəkildə ödədiyini, zərəçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığını, törətdiyi cinayət əməlindən peşman olduğunu və himayəsində azyaşlı uşaqlarının olmasını qeyd edib, məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı vermiş olduğunu ifadəsini təsdiq edərək, ifadəsində göstərmişdir ki, Beyləqan rayonu, İmamverdili kəndi ərazisində olan dövlət mülkiyyətinə aid olan torpaq sahəsindən 40 hektar torpaq sahəsi icarəyə götürərək ferma yaratmışdır. O, həmin fermada 51 baş qoyun, 30 baş keçi saxlamışdır. İmişli rayonu, Qaralar kənd sakini X4 arvadı X5 ilə birlikdə onun fermasında çoban işləyirlər və heyvanlarına baxırlar. Eyni zamanda Eyvaz Xuduyev özünə məxsus beş-altı baş qoyunu da onun fermasında saxlayır. 22 iyul 2024-cü il tarixdə, saat 18 radələrində o, heyvanları sayıb Eyvaz Xuduyevə təhvil vermiş və sonra İmamverdili kəndində yerləşən evinə getmişdir. 23 iyul 2024-cü il tarixdə, saat 07 radələrində Eyvaz Xuduyev ona zəng edərək naməlum şəxs və ya şəxslərin ona məxsus on bir baş xırdabuynuzlu heyvanı oğurladığını bildirmişdir. Bundan sonra o, fermaya getmiş və heyvanları sayaraq on bir baş heyvanın yerində olmadığını, oğurlandığını müəyyən etmişdir. O. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək ona məxsus fermadan oğurluq olması barədə məlumat vermişdir. Naməlum şəxs və ya şəxslər tərəfindən ona məxsus doqquz baş qoyun və iki baş keçi oğurlanmışdır. Ona məxsus heyvanlar hər biri bir yaşlı, yerli Beyləqan cinsinə mənsub, diri çəkiləri 30 kiloqram olmuşdur, bir baş qoyunu erkək cinsli, səkkiz baş qoyunu və iki baş keçisi isə dişi cinsli olmuşdur. Heyvanlarının hər biri 300 manat dəyərində olmaqla cəmi 3300 manat dəyərində olmuşdur. Polis əməkdaşları ona məxsus heyvanların İmişli rayonu sakini Təqsirləndirilən şəxs tərəfindən oğurlanmasını müəyyən etmişdir. Təqsirləndirilən şəxs ilə barışmış, ona vurulmuş ziyan tam şəkildə ödənilmişdir. Hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid1 ibtidai istintaq zamanı vermiş olduğunu ifadəsini təsdiq edərək, ifadəsində göstərmişdir ki, rəsmi olaraq işsizdir, lakin gündəlik tələbatını özünə məxsus olan “Ford Transit” markalı, **-HN-*** dövlət qeydiyyat nişanlı avtomobillə yük daşıyaraq ödəmişdir. 2024-cü ilin iyul ayının sonlarında konkret xatırlamadığı vaxtda səhər saatlarında ona həmkəndlisi Mahir adlı şəxs zəng edib heyvanı olduğunu və həmin heyvanları İmişli rayon mal-qara bazarına satmaq məqsədilə aparacağını demiş və onun avtomobilindən istifadə edərək həmin heyvanları aparmaq istədiyini demişdir. O da Mahirlə telefonla danışan zaman həmin heyvanları İmişli rayonu, Sərxanlı kəndində yerləşən kimə məxsus olduğunu bilmədiyi fermadan götürəcəyini və onları İmişli rayonunda yerləşən və hər həftənin çərşənbə axşamı günü təşkil olunan bazara aparacağını və hər heyvana görə 5 manat alacağı ilə bağlı Təqsirləndirilən şəxslə razılaşmışdır. Mahir ona on bir baş heyvan aparacığını demişdir. O da Mahirlə razılaşmış və səhər saatlarında özünə məxsus avtomobillə yola çıxıb Mahirin ona dediyi fermanın yaxınlığına getmişdir. Mahir onun avtomobilinə on bir baş heyvanı özü yükləmiş, həmin heyvanların iki başı keçi, qalanları isə qoyun olmuşdur. Mahir həmin heyvanları avtomobilə yüklədikdən sonra birlikdə İmişli rayonu, mal-qara bazarına getmişlər. Bazara çatdıqdan sonra Mahir heyvanları avtomobildən boşaltmış, bundan təxminən bir saat sonra həmin heyvanları satıb onun yanına gələrək heyvanları satdığını ona bildirmiş və ona 55 manat pul verib çıxıb getmişdir. O, Təqsirləndirilən şəxs həmin heyvanları oğurlamasından məlumatı olmamış, Mahir həmin heyvanların özünə məxsus olmasını bildirmişdir. Məhkəmə iclasına çağırılmış şahid X2 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. Belə ki, iş üzrə şahid qismində dindirilmiş şahid X4 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, beş ildir ki Zərərçəkmiş şəxs fermasında çoban işləyir, onlarla aralarında hər hansı ədavət və ya düşmənçilik olmamışdır. Telmanın fermasında 2024-cü ilin iyul ayının 22-dən 23-nə keçən gecə oğurluq hadisəsi baş vermiş, fermadan on bir baş heyvan oğurlanmışdır. Həmin vaxt Telmanın və onun birlikdə fermada 81 xırdabuynuzlu heyvanları olmuşdur. Həmin heyvanların 24 başı onun, qalanı isə Telmanın olmuşdur. Ona məxsu 24 baş heyvanın 11 başı qoyun, 13 başı isə keçi olmuşdur. Telman isə 57 baş xırdabuynuzlu heyvanı olmuş, Telmanın heyvanlarının içərisində olan qoyun və keçinin ayrı-ayrılıqda saylarını bilməmişdir. Oğurluq olan gündən əvvəlki gün axşam tərəfi heyvanları otardıqdan sonra fermanın həyətindəki metal torla əhatələnmiş tövləyə salmışdır. O, sonra sahəni suvarmaq üçün getmişdir. Telman da həmin vaxt fermada olmuş, Telmanın mobil telefonuna zəng gəlmiş və Telman fermadan çıxıb getmişdir. O, 23 iyul 2024-cü il tarixdə, səhər saatlarında yuxudan tez durub sahəyə getmiş və sahədə suvarmadığı yerlərə su açıb geri qayıtmışdır. Saat təxminən 08 radələrində heyvanları tövlədən çıxaran zaman, tövlənin qapısının onun həmişə bağladığından fərqli şəkildə bağlandığını aşkar etmişdir. O, qapını iki yerdən bağlamış, oğurluqdan sonra isə qapı bir yerdən bağlı olmuşdur. O, buna görə şübhələnib heyvanları tövlədən çıxarıb saymış və cəmi 70 baş heyvan olduğunu müəyyən etmişdir. O, Telmana zəng edib heyvanların 11 başının oğurlandığını bildirmişdir. Telman da gəlib heyvanları yenidən saymış və həqiqətən də heyvanların yerində olmadığını görmüşdür. Bundan sonra Telman polisə şikayət edib heyvanların oğurlanmasını bildirmişdir. Polis əməkdaşları ona məxsus heyvanların İmişli rayonu sakini Təqsirləndirilən şəxs tərəfindən oğurlanmasını müəyyən etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata götürülməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə CM-in 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. Baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Zərərçəkmiş şəxs məxsus Beyləqan rayonu, İmamverdili kəndində yerləşən fermanın həyətidir. Ferma kəndin mərkəzindən xeyli aralıda, açıq ərazidə yerləşir. Fermanın həyətində bir mərtəbəli, mişar daşından inşa edilmiş ev vardır. Həmin evin qarşısında metal torla əhatələnmiş tövlə vardır. Tövlənin qapısı metal tordan hazırlanmışdır. Cinayət törətməsinə şübhə yarandıqda şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 11 dekabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi və MSY-dən azad edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və saxlanıldığı MSY-dən azad edilmişdir. Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiklərini yerində əyani olaraq göstərmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/10320 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən heyvanların 2024-cü ilin iyul ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 2385,00 manat müəyyən olunmuşdur. İş üzrə Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmiş, onlar arasında barışıq olmuş, sonuncuya qarşı heç bir şikayət və tələbi yoxdur. İbtidai istintaq zamanı alınmış xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən oğurluq nəticəsində vurulmuş 3300 manat məbləğində maddi ziyan zərərçəkmiş şəxsə tam şəkildə ödənilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutların axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə cinayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərəfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanunamüvafiq qaydada qiymət vermək, həmin sübutlara və müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. CPM-in 349.3-cü maddəsinə əsasən, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-in 146.1-ci maddəsi). CPM-in 351.2-ci maddəsinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Beləliklə, məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, bu sübutlar Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, eləcə də istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş digər sübutlarla təsdiq edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, Veridyev Ceyhun oğurluq cinayətini yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla təkrarən törətmişdir. CM-in 177.1 ci maddəsinə görə oğurluq, yəni özgə əmlakının gizli yolla talama kimi ifadə edilmişdir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun Qərarına əsasən talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Eyni Qərarın 2-ci bəndinə görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti bitmiş hesab edilir. Məhkəmə, Təqsirləndirilən şəxs saxlanc yerinə qanunsuz daxil olmaqla oğurluq əməlini törətməsinə münasibətdə qeyd etmək istəyir ki, eyni Plenum Qərarının 21-ci bəndində göstərilir ki, oğurluq, cinayəti törətmiş şəxsin əməlinin “yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olmaq” əlaməti ilə tövsif edilməsi məsələsi həll edilərkən, məhkəmələr təqsirli şəxsin həmin yerlərdə hansı məqsədlə olmasını, həmçinin onun özgə əmlakına yiyələnmək qəsdinin hansı anda meydana gəlməsini aydınlaşdırmalıdırlar. Anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, digər qurğular aiddir. Beləliklə, məhkəmə iclas zalında proses iştirakçıları tərəfindən verilən ifadələri Plenum Qərarında göstərilən izahlarla araşdıraraq müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs, oğurluq niyyəti ilə saxlanc yerinə daxil olmaqla zərərçəkmiş şəxsə məxsus əmlakı gizli olaraq talamaqla oğurluq etmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 177.2.3-cü maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayətlər hesab olunur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhkəmə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 iyul 2022-ci il tarixli “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1 və 73.2-ci maddələrinin şərh edilməsinə dair” qərarında ifadə edilmiş hüquqi mövqeyinə müraciət edilməsini zəruri hesab edir. Konstitusiya Məhkəməsinin həmin qərarda ifadə edilmiş hüquqi mövqeyinə görə cinayət törətmiş şəxsin dövlət məcburetmə tədbirlərinə məruz qalmalı olması cinayət qanunvericiliyinin ümumi qəbul olunmuş yanaşmasıdır. Bu zaman cinayətlərin törədilməsinin qarşısını alan ən təsirli vasitə cəzanın ağırlığı deyil, onun qaçılmazlığıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. AA5133566 və AA5133565 nömrəli şəxsiyyət vəsiqələrindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2018-ci il təvəllüdlü X3 adlı və xx.xx.2020-ci il təvəllüdlü X6 adlı iki azyaşlı övladı vardır. İmişli rayon İHB-nin Sarıxanlı və Buludlu kəndləri üzrə nümayəndəliyinin verdiyi xx.xx.2025-ci il tarixli arayış və eyni tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs İmişli rayonu, Sarıxanlı kəndində ailə üzvləri ilə birlikdə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2025-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını CM-in 59.1.4-cü maddəsinə əsasən, zərərçəkmiş şəxslə barışıq əldə etməsini CM-in 59.1.12-ci maddəsinə əsasən, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini CM-in 59.1.13-cü maddəsinə əsasən və törətdiyi cinayət əməlini etiraf edərək əməlindən səmimi peşman olmasını CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, cəzasını yüngülləşdirən hallarla yanaşı, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini (ilk dəfə cinayət törətməsini), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-in 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, CM-in ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Göstərilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, ilk dəfə cinayət törətmiş olmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 177.2.3-cü maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli və cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halların olmasını, eləcə də cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan İmişli rayonu, Sarıxanlı kəndi ünvanını axşam saat 22:00-dan növbəti gün səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı İmişli rayonu hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 11 dekabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və 13 dekabr 2024-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək saxlanıldığı MSYdən azad edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 2 (iki) gün müddətində şübhəli və təqsirləndirilən şəxs qismində tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Beləliklə, Təqsirləndirilən şəxs 11 dekabr 2024-cü il tarixindən 13 dekabr 2024-cü il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 2 (iki) gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanıb ona təyin ediləcək cəzadan çıxılmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa məhkəmə, CPM-in 197 və 198-ci maddələrinə əsasən hesab edir ki, ekspertizasının keçirilməsinə xərclənmiş cəmi 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il 3 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 11 dekabr 2024-cü il tarixindən 13 dekabr 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddətin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulub, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 2 (iki) il 2 (iki) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan İmişli rayonu, Sarıxanlı kəndi ünvanını axşam saat 22:00-dan növbəti gün səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı İmişli rayonu hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X1 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Xatın Cabbarlı
Məhkəmə qərarları › İş №1(020)-27/2025
Beyləqan Rayon Məhkəməsi Hökm — İş №1(020)-27/2025
05.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver