Məhkəmə qərarları › İş №1(020)-28/2023

Beyləqan Rayon Məhkəməsi Hökm — İş №1(020)-28/2023

04.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Beyləqan rayon İş № 1(020)-28/2023 04.05.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Seyfullayev Seyfəli İzzət oğlunun sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi, Dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Beyləqan rayon vəkil bürosunun vəkili Qliyev Vəkil Yelmar oğlunun, Zərərçəkmiş şəxsin hüquqi varisi: Zərərçəkmiş şəxs, 08 avqust 1968-ci ildə Füzuli rayonu, Dövlətyarlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmamış, Füzuli rayonu, Dövlətyarlı kəndində qeydiyyatda olmaqla, Füzuli rayonu, 400 evlik yeni qəsəbə ev 65-də yaşayan, barəsində 09 mart 2023cü il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 23 dekabr 2022-ci il tarixdə, saat 11 radələrində 19 yanvar 2022-ci il tarixli, ƏN-Vİİİ 040409 nömrəli etibarnamə əsasında idarə etdiyi 23 fevral 2019cu il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X11 Qeydiyyat-İmtahan İdarəsi tərəfindən verilmiş BA seriyalı 139830 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən X3 mülkiyyətində olmaqla texniki cəhətdən saz vəziyyətdə olan “Mercedes-Benz E 220 CDİ” markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Hacıqabul-Bəhrəmtəpə- Horadiz avtomobil yolunun Beyləqan rayonu, Qaradağlı kəndi ərazisindən keçən 51 -ci kilometrliyində Horadiz istiqamətində hərəkətdə olarkən "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda və hadisənin qarşısını almağa texniki imkanının olmasına baxmayaraq bu tələblərə əməl etməyib, piyada X4 yolun sağ tərəfindən sola doğru keçməyə başlamasını nəzərə almayaraq vaxtında tədbir görməklə öz hərəkət zolağında avtomobilin sürətini azaltmaması və sola doğru təhlükəsizliyi təmin etməyən manevr aparması, yəni avtomobili qarşı sol hərəkət zolağına çıxartması səbəbindən piyada X5 vurmuş, nəticədə onun ehtiyatsızlığından X4 ənsə sümüyünün kəllə əsası sümüklərinə keçən xətti sınığı, baş beyin toxumasının əzilməsi, beyin qişa və mədəciklərinə qansızma, sol said sümüklərinin orta üçdə-birinin fraqmentləri yerinidəyişmiş qapalı, sağ baldır sümüklərinin yuxarı üçdə-birinin fraqmentləri yerinidəyişmiş açıq sınığı, sol diz oynağı nahiyəsinin sıyrıqları xarakterli sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik xəsarətlər alması və baş beyin toxumasının əzilməsi, ağır dərəcəli travmatik şok xarakterli xəsarətlərdən “Füzuli rayon Mərkəzi Xəstəxanası” X9 aparılarkən yolda ölməsi ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında; Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bildi və göstərdi ki, onun “Mercedes Benz E 220 CDİ minik” markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. O, həmin avtomobili 2022-ci ilin yanvar ayında Bakı şəhər sakini X2 16500 manat pul qarşılığında almış, lakin sənədləşmə işlərini həll etməyə vaxtı olmadığı üçün avtomobili öz adına rəsmiləşdirməmiş, baş etibarnamə əsasında idarə etmişdir. Onun avtomobili idarə etmək üçün BC kateqoriyalı sürücülük vəsiqəsi vardır. 23 dekabr 2022-ci il tarixdə, saat 11 radələrində o, özünə məxsus “Mercedes Benz E 220 CDİ minik” markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsindən yaşadığı Füzuli rayonu, Fin qəsəbəsinə getmiş, həmin vaxt həyat yoldaşı Şahid1 avtomobilin qabaq sərnişin oturacağında əyləşmişdir. O, avtomobili təxminən 85- 90 km/saat sürətlə hərəkət etdirmiş, Hacıqabul-Bəhrəmtəpə-Horadiz avtomobil yolunun Beyləqan rayonu, Qaradağlı kəndi ərazisindən keçən hissəsində Horadiz istiqamətində hərəkət edib Qaradağlı kəndinin girişini keçən zaman yolun sağ tərəfdəki ehtiyat hissəsində dayanmış dövlət qeydiyyat nişanını bilmədiyi “Qazel” markalı yük avtomobilinin qarşısından bir nəfər yolu sağdan sola keçmək üçün qəfildən sürətlə yola qaçmışdır. O, həmin piyadanı çatmağa təxminən 5-6 metr qalmış görmüş, məsafə az olduğu üçün tormozlama əməliyyatı edə bilməmiş, lakin piyadanı vurmamaq üçün avtomobili yolun sol tərəfinə istiqamətləndirərək əks istiqamətli hərəkət zolağına çıxmışdır. Bütün bunlara baxmayaraq, o, piyadanı vurmağın qarşısını ala bilməmiş, avtomobilinin qabaq sağ qanad hissəsi və sağ güzgüsü yolun sol tərəfdəki əks hərəkət hissəsində piyadaya dəymişdir. O, piyadanı vurduqdan sonra dərhal avtomobili yolun sağ tərəf ehtiyat hissəsinə çıxarıb saxlamış və geri hərəkət etdirərək vurduğu piyadanın yanına tərəf sürmüş, piyadaya çatmağa 5-6 metr qalmış avtomobili saxlamış və həyat yoldaşı ilə avtomobildən düşüb həmin şəxsə tərəf qaçmışlar. Avtomobildən düşərkən vurduğu piyadanın yolun sağ tərəfdəki ehtiyat hissəsinə düşdüyünü və yanında olan bir nəfər şəxsin onu yerdən qaldırmağa çalışdığını görmüşdür. Bu vaxt ətrafdan bir neçə şəxs də onlara yaxınlaşmışdır. O, ətrafda olan şəxslərin köməyi ilə vurduğu şəxsi xəstəxanaya aparmaq üçün avtomobilinin arxa oturacağına uzatmışdır. Bundan sonra həyat yoldaşı Təranə də arxa oturacağa əyləşmiş və o, avtomobili idarə edərək həmin şəxsi Füzuli rayonu Mərkəzi Xəstəxanasının təcili tibbi yardım stansiyasına aparmış, lakin həmin şəxs aldığı xəsarətlərdən yolda ölmüşdür. O, xəstəxanaya çatan zaman həkimlər avtomobilə yaxınlaşıb vurduğu şəxsin artıq öldüyünü görmüş və həmin şəxsi Füzuli rayon Diaqnostika Mərkəzinin meyitxanasına aparmasını bildirmişlər. Buna görə də o, avtomobili idarə edərək həmin şəxsi Füzuli rayon Diaqnostika Mərkəzinin meyitxanasına aparmış və xəstəxananın həyətində gözləmişdir. Daha sonra oraya gəlmiş polis əməkdaşları onu polis şöbəsinə gətirmişlər. Polis şöbəsində olarkən o, vurduğu piyadanın Beyləqan rayonu, Qaradağlı kənd sakini X6 olduğunu öyrənmişdir. O, həmin gün nəqliyyat vasitəsini idarə edən zaman içkili olmamış, X5 əvvəllər tanımamış, aralarında hər hansı bir ədavət və ya düşmənçilik olmamışdır. Hadisə baş verərkən həyat yoldaşı Şahid1 avtomobildə olmuş və hadisəni görmüşdür. O, ətrafda olan şəxslərdən kiminsə hadisəni görüb-görmədiyini bilməmiş, lakin piyadanı vurduqdan sonra onun yanına tanımadığı bir neçə nəfər yaxınlaşmışdır. Hadisə zamanı o və həyat yoldaşı heç bir xəsarət almamış, lakin Pərviz Cəfərov baş, qol və ayaq nahiyələrindən müxtəlif xəsarətlər almışdır. Hadisə baş verən zaman o, avtomobilini təxminən 85-90 km/saat sürətlə idarə etmiş, piyada ilə arasında məsafə az olduğu üçün tormozlama əməliyyatı edə bilməmiş, lakin piyadanı vurmamaq üçün avtomobili yolun sol tərəfinə istiqamətləndirərək əks istiqamətli hərəkət zolağına çıxmışdır. Hadisəni ehtiyatsızlıqdan törətmişdir. Ailə vəziyyətini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə razılıq əldə etməsini nəzərə alıb ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. İş üzrə Şahid1 Təqsirləndirilən şəxs ilə eyni məzmunlu ifadə vermişdir. İş üzrə şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 23 dekabr 2022-ci il tarixdə, saat 11 radələrində yaşadığı evdə olan zaman adını xatırlamadığı qohumlarından biri ona zəng edərək oğlu Pərviz Cəfərovu maşın vurduğunu bildirmişdir. O, həmin şəxsdən Pərvizin xəsarət alıb-almadığını soruşduqda həmin şəxs ona Pərvizin yüngülvari xəsarətlər aldığını demiş, buna görə də o, bacısı oğlu Əlizaminə zəng edərək Pərvizi maşın vurduğunu bildirib Beyləqan rayon Mərkəzi Xəstəxanasına getmələrinin lazım olduğunu bildirmişdir. Təxminən beş dəqiqə sonra Əlizamin onun yaşadığı evə gəlmiş və onlar birlikdə xəstəxanaya yola düşmüşlər. Yolda onlar Beyləqan rayon Mərkəzi Xəstəxanasına zəng edib maraqlandıqda Pərvizin oraya aparılmadığını öyrənmişlər. Daha sonra onlar Pərvizi vuran maşının sürücüsünün Füzuli rayon sakini olduğunu öyrənmiş və buna görə də həmin şəxsin Pərvizi Füzuli rayon Mərkəzi Xəstəxanasına apardığını düşünüb oraya getmişlər. Onlar xəstəxanaya çatdıqda oğlu Pərviz Cəfərovun aldığı xəsarətlərdən hadisə yerində ölməsi, meyit halında xəstəxanaya daxil olması və meyitin ekspertizadan keçirilməsi üçün ekspertə təqdim edilməsi barədə ona bildirilmişdir. Həmçinin, xəstəxanada olarkən ona Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes-Benz E 220 CDİ” markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Hacıqabul-Bəhrəmtəpə-Horadiz avtomobil yolunun Beyləqan rayonu, Qaradağlı kəndi ərazisindən keçən hissəsində Horadiz istiqamətində hərəkətdə olan zaman yolu keçmək istəyən Pərviz Cəfərovu vurduğunu, sonra avtomobilə qoyaraq xəstəxanaya apardığını, lakin oğlunun aldığı xəsarətlərdən öldüyünü və meyit halında xəstəxanaya gətirildiyini ona bildirmişlər. Oğlunun meyiti müayinə olunduqdan sonra meyiti onlara təhvil vermişlər. Onlar meyiti yaşadıqları Beyləqan rayonu, Qaradağlı kəndinə aparmış və həmin gün Qaradağlı kənd qəbiristanlığında dəfn etmişlər. Hazırda Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur, ona yüngül cəza təyin edilməsini xahiş etdi. İş üzrə Şahid2 ifadəsində göstərdi ki, o, 6 saylı magistral yolların istismar idarəsində sürücü vəzifəsində işləyir, “Donfing” markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edir və idarənin işçilərini daşıyır. X6 onun iş yoldaşıdır. O, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. 23 dekabr 2022ci il tarixdə, saat 11 radələrində o, işlədiyi idarəyə məxsus və istifadəsində olan “Donfing” markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobillə idarənin işçilərini götürərək Horadiz şəhəri istiqamətində işləməyə gedərkən iş yoldaşı Pərviz Cəfərovu avtomobilə mindirmək üçün avtomobili Beyləqan rayonu, Qaradağlı kəndinin girişi hissəsində Horadiz istiqamətində yolun sağ tərəfinə çəkərək tamamilə yolun ehtiyat hissəsinə çıxarıb saxlamış, Pərvizə avtomobilə əyləşməsini bildirmişdir. Pərviz əlində olan yemək çantasını yolun digər tərəfində olan işləməyən kafenin çardağına qoyub gələcəyini bildirərək qəflətən onun avtomobilinin qarşısından sürətlə avtomobil yoluna çıxıb yolu digər tərəfə keçmək istəmişdir. Pərviz sürətlə yola qaçan zaman bir ədəd “Mercedes Benz” markalı avtomobil həmin yolla hərəkətdə olmuş və Pərviz yola çıxan zaman təxminən aralarında 5- 6 metr məsafə olmuşdur. Pərviz yola çıxan kimi həmin avtomobilin sürücüsü Pərvizi vurmamaq üçün avtomobili yolun sol tərəfinə yəni əks istiqamətli hərəkət zolağına çıxarmış, lakin Pərviz də həmin istiqamətə qaçdığı üçün həmin avtomobil Pərvizi əks istiqamətli hərəkət zolağında yolun hərəkət hissəsində vurmuşdur. Zərbənin təsirindən Pərviz yolun sağ tərəfdəki ehtiyat hissəsinə düşmüş, o, dərhal avtomobildən düşüb Pərvizə tərəf qaçmışdır. Pərvizi vuran avtomobilin sürücüsü də avtomobili saxlayıb aşağı düşərək Pərvizin yanına qaçmışdır. Onlar köməkləşib Pərvizi həmin sürücünün avtomobilinin arxa sərnişin oturacağına əyləşdirmiş və avtomobilin sürücüsü Pərvizi Füzuli rayonda yerləşən xəstəxanaya aparmaq üçün yola düşmüşdür. Bundan sonra o da avtomobilinə əyləşib Füzuli rayon Mərkəzi Xəstəxanasına yola düşmüş, xəstəxanaya çatan zaman Pərvizin aldığı xəsarətlərdən öldüyünü bilmişdir. Əliağa Pərvizi vuran zaman təxminən 90 km/saat sürətlə hərəkətdə olmuş, tormozlama əməliyyatı etməmişdir. Cinayət işinə əlavə edilmiş; “Hadisə yerinin baxışının aparılması haqqında” 23 dekabr 2022-ci il tarixli protokola əsasən yol-nəqliyyat hadisəsi baş vermiş avtomobil yolu asfaltbeton olmaqla düz, quru vəziyyətdədir, hərəkət hissələri 1.5 nişanlama xətti ilə ayrılmış, hərəkət hissənin ümumi eni 8 metr, hər iki hərəkət zolaqlarının eni isə 4 metrdir. Hadisə yerinə baxış zamanı qəzaya uğramış “Mercedes Benz E 220 CDİ minik” markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobilə məxsus tormoz izi müəyyən edilməmişdir. Hadisədən əvvəl qəzaya uğrayan avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Hadisə yerində icazə verilən sürət həddi 90 km/saatdır. Hadisə yerinə baxış zamanı avtomobilin piyadanı vurma yeri müəyyən edilmiş, Mercedes Benz E 220 CDİ minik markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobil Hacıqabul-Bəhrəmtəpə-Horadiz avtomobil yolunun Beyləqan rayonu Qaradağlı kəndi ərazisindən keçən 51-ci kilometrliyində Horadiz istiqamətində hərəkətdə olan zaman Horadiz istiqamətində götürdükdə yolu sağ tərəfdən sol tərəfə keçən piyada Pərviz Cəfərovu yolun sağ hərəkət zolağının kənarına 4.70 metr, sol hərəkət zolağına isə 3.20 metr məsafədə yolun hərəkət hissəsində vurmuşdur. Məhkəmə-tibb ekspertizasının 13 yanvar 2023-cü il tarixli 40/22 nömrəli rəyinə əsasən X4 meyitinin müayinəsi zamanı aşkar olundu: ənsə sümüyünün kəllə əsası sümüklərinə keçən xətti sınığı; baş beyin toxumasının əzilməsi; beyin qişa və mədəciklərinə qansızma; sol said sümüklərinin orta üçdə-birinin fraqmentləri yerinidəyişmiş qapalı, sağ baldır sümüklərinin yuxarı üçdə-birinin fraqmentləri yerinidəyişmiş açıq sınığı; sol diz oynağı nahiyəsinin sıyrıqları. X1 meyitində aşkar olunmuş xəsarətlər, yumuşaq toxumalara yayılmış qansızmaların olmasına görə həyatidir, onun ölümündən az əvvəl ağır küt travma nəticəsində törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə hərəkətdə olan avtomaşının qabarıq hissələrinin zərbəsi nəticəsində əmələ gələ bilərdilər və dərəcəsinə görə həyat üçün təhlükəli olan və mərhumun ölümü ilə nəticələnmiş sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər. Mərhum X8 ölümünə səbəb baş beyin toxumasının əzilməsi, ağır dərəcəli travmatik şok olmuşdur. X4 meyitində nəqliyyat travmalarından savayı digər hər-hansı bir xəsarət aşkar olunmamışdır. X4 meyitindən götürülmüş qanın məhkəmə–kimyəvi tədqiqatı zamanı etil spirti və narkotik tərkibli maddələr aşkar olunmamışdır. İlkin meyit əlamətlərinin inkişaf dərəjəsini və ilin fəsilini nəzərə almaqla demək olar ki, X1 ölümünün müddəti qərarın təsviri hissəsində göstərilən vaxta uyğun gəlir. “Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının” 28 fevral 2023-cü il tarixli 8/329 nömrəli rəyinə əsasən istintaq tərəfindən təqdim edilən məlumatlara əsasən “Mercedes Benz E 220 CDİ” markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində "Yol hərəkəti haqqında’’ Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. “Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinə görə Sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Beləliklə, məhkəmə iclasında təqsirləndirilən şəxsin etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahid ifadələri, habelə işin məhkəmə iclasında tədqiq edilib öz təsdiqini tapmış digər iş materialları ilə Təqsirləndirilən şəxs 23 dekabr 2022-ci il tarixdə, saat 11 radələrində 19 yanvar 2022-ci il tarixli, ƏN-Vİİİ 040409 nömrəli etibarnamə əsasında idarə etdiyi 23 fevral 2019-cu il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X11 Qeydiyyat-İmtahan İdarəsi tərəfindən verilmiş BA seriyalı 139830 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən X3 mülkiyyətində olmaqla texniki cəhətdən saz vəziyyətdə olan “Mercedes-Benz E 220 CDİ” markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Hacıqabul-Bəhrəmtəpə-Horadiz avtomobil yolunun Beyləqan rayonu, Qaradağlı kəndi ərazisindən keçən 51 -ci kilometrliyində Horadiz istiqamətində hərəkətdə olarkən "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda və hadisənin qarşısını almağa texniki imkanının olmasına baxmayaraq bu tələblərə əməl etməyib, piyada X4 yolun sağ tərəfindən sola doğru keçməyə başlamasını nəzərə almayaraq vaxtında tədbir görməklə öz hərəkət zolağında avtomobilin sürətini azaltmaması və sola doğru təhlükəsizliyi təmin etməyən manevr aparması, yəni avtomobili qarşı sol hərəkət zolağına çıxartması səbəbindən piyada X5 vurmuş, nəticədə onun ehtiyatsızlığından X4 ənsə sümüyünün kəllə əsası sümüklərinə keçən xətti sınığı, baş beyin toxumasının əzilməsi, beyin qişa və mədəciklərinə qansızma, sol said sümüklərinin orta üçdə-birinin fraqmentləri yerinidəyişmiş qapalı, sağ baldır sümüklərinin yuxarı üçdə-birinin fraqmentləri yerinidəyişmiş açıq sınığı, sol diz oynağı nahiyəsinin sıyrıqları xarakterli sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik xəsarətlər alması və baş beyin toxumasının əzilməsi, ağır dərəcəli travmatik şok xarakterli xəsarətlərdən “Füzuli rayon Mərkəzi Xəstəxanası” X9 aparılarkən yolda onun ehtiyatsızlığından ölməsinə səbəb olması kifayət qədər sübuta yetdi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin tərkibi vardır. Odur ki, o, həmin maddə ilə təqsirli bilinib, cəzalanmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Aərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 №-li qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanunun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictmai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli Qərarının 11-ci bəndinin tələbinə görə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-nin 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-nin 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz.Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. İşə əlavə edilmiş 047327 nömrəli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs 1-ci Vətən müharibəsi veteranıdır. Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsi ilə nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Onun zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışması, həmin şəxsin Təqsirləndirilən şəxs heç bir şikayət və tələbinin olmaması CM-nin 59.1.12-ci maddəsinə əsasən, ilk dəfə cinayət törətməsi, əməlindən səmimi peşman olması, 1-ci Vətən müharibəsi veteranı olması CMnin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallardır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamasını, ailəsinin yeganə qazanc gətirəni olmasını, yaşadığı yerdən müsbət xarakterizə olunmasını, hərəkətlərində cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunması imkanlarına və ailəsinin həyat şəraitinə təsiri ilə yanaşı yuxarıda sadalanan cəzanı yüngülləşdirən halları nəzərə alaraq, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuna və məqsədə müvafiq hesab edir. İş üzrə maddi sübut olan “Mercedes-Benz E 220 CDİ” markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə 85 (səksən beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə mindikdən sonra ləğv edilsin. İş üzrə maddi sübut olan “Mercedes-Benz E 220 CDİ” markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs təhvil verilməsi nəzərə alınsın. İş üzrə 85 (səksən beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza mərkəzinin hesabına keçirilsin. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Beyləqan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində şikayət və protest verilməzsə hökm həmin müddət bitdiyi gündən sonrakı gün qanuni qüvvəsini alır. Hakim: Seyfəli Seyfullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar