Azərbaycan Respublikası adından HÖKM Beyləqan rayon İş № 1(020)-28/2025 29.05.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Cabbarlı Xatın Mahir qızının sədrliyi, Məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Abbasov Zaur Alı oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasna aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Beyləqan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, zərərçəkmiş şəxsin hüquqi varisi X3 iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Beyləqan rayonu, Yeni Mil qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Beyləqan rayonu, Yeni Mil qəsəbəsində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs, 11 avqust 2024-cü il tarixdə, saat 06 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X17 İdarəsinin Ağcabədi rayon Qeydiyyat- İmtahan və Texniki Baxış şöbəsi tərəfindən verilmiş 19 aprel 2024-cü il tarixli BD seriyalı, 593371 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən onun mülkiyyətində olmaqla texniki cəhətdən saz vəziyyətdə olan “VAZ 2106” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobili “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı ilə 50 km/saata qədər məhdudlaşdırılmış yolda 70 km/saat sürətlə idarə edərək yol hərəkəti qaydasını pozub, Hacıqabul-Bəhrəmtəpə-Horadiz avtomobil yolunun Beyləqan rayonu Mil qəsəbəsi ərazisindən keçən hissəsində Horadiz şəhəri istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndi ilə müəyyən olunmuş “1.1-1.3 üfüqi nişanlanma xəttini kəsib keçmək qadağandır” yol hərəkəti qaydasını pozaraq yolun əks istiqamətli nəqliyyat axınlarını ayıran 1.1 üfüqi nişanlanma xəttini kəsib keçməməli və avtomobilin öz hərəkət zolağı ilə hərəkətini təmin etməli olduğu halda, hadisənin qarşısını almağa texniki imkanının olmasına baxmayaraq, həmin tələblərə əməl etməyib, avtomobili qeyd olunan yol şəraitində yolun əks istiqamətli nəqliyyat axınlarını ayıran 1.1 üfüqi nişanlanma xəttini kəsərək qarşı sol hərəkət zolağına çıxarmış, nəticədə onun ehtiyatsızlığından idarə etdiyi avtomobilin qabaq sol hissəsi ilə həmin vaxt əks hərəkət zolağında Horadiz-Bəhrəmtəpə-Hacıqabul avtomobil yolunun Beyləqan rayonu Mil qəsəbəsi ərazisindən keçən hissəsində Bəhrəmtəpə qəsəbəsi istiqamətində hərəkətdə olan X4 idarə etdiyi “VAZ-2106” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol hissəsi ilə toqquşmuş, nəticədə o, ehtiyatsızlıqdan Qalib Əliyevin idarə etdiyi “VAZ-2106" markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan sərnişinlər Zərərçəkmiş şəxs2 sol Vİİ, Vİİİ, İX qabırğalarının sınığı xarakterli sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır Zərərçəkmiş şəxs1 sol bud sümüyünün orta üçdə-birinin fraqmentləri yerinidəyişmiş qapalı sınığı, sol Vİİ-Vİİİ qabırğaların fraqmentləri yerinidəyişmiş qapalı sınığı, döş sümüyünün xəncərvari çıxıntısının köndələn yerdəyişməsiz, digər ucunun isə qəlpəli və yerdəyişən sınığı xarakterli dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır, həmçinin, onun idarə etdiyi “VAZ 2106” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs3 sağ bazu sümüyünün proksimal ucunun (cərrahi boyunun) və sağ bud sümüyü boynunun fraqmentləri yerinidəyişən qapalı sınığı xarakterli dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır, “VAZ-2106” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X5 travmatik şok, sol bud sümüyünün açıq çoxqəlpəli sınığı, sol budun yuxarı üçdə birində cırılmış yara, sol dirsək oynağının arxa səthində sıyrıq və sol budda və sol baldırda qançırlar-xarakterli-dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirmiş, Qalib Əliyev bədənin küt travması nəticəsində törənmiş sol bud sümüyünün çoxsaylı sınıqları nəticəsində əmələ gəlmiş travmatik şokdan hadisə yerində ölmüş, beləliklə, o, yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan sərnişinlər - Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 sağlamlığına az ağır zərər vurulmasına, sürücü X4 isə ölümünə səbəb olmuşdur. Bununla da, Təqsirləndirilən şəxs CM-in 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş olduğunu ifadəsini təsdiq edərək, CM-in 263.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, özünə məxsus VAZ 2106 markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. O, həmin avtomobili 2024-cü ilin aprel ayında almışdır. Onun avtomobili idarə etmək üçün BC kateqoriyalı sürücülük vəsiqəsi vardır. 11 avqust 2024-ci il tarixdə, saat 06 radələrində o qonşusu Zərərçəkmiş şəxs3 ilə birlikdə ona məxsus VAZ 2106 markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Füzuli rayonunda yerləşən mal-qara bazarına yola düşmüşdür. Bu zaman o avtomobili idarə etmiş, Elvin isə qabaq sərnişin oturacağında əyləşmişdir. Onlar Hacıqabul-Bəhrəmtəpə-Horadiz avtomobil yolunun Beyləqan rayonu, Mil qəsəbəsi ərazisindən keçən hissəsində Horadiz istiqamətində təxminən 60-70 km/saat sürətlə hərəkətdə olan zaman onun qarşısında bir Qazel markalı, dövlət qeydiyyat nişanını bilmədiyi yük avtomobili hərəkətdə olmuşdur. O həmin avtomobilə çatdıqda onu ötüb keçmək istəmişdir. Buna görə də o sola dönmə işığını yandıraraq Qazel markalı avtomobili ötmə əməliyyatı etməyə başlamışdır. O həmin avtomobili ötmə əməliyyatı etməyə başlayıb qarşı hərəkət zolağına çıxdıqda qarşıdan onunla əks istiqamətdə VAZ 2106 markalı avtomobilin gəldiyini görmüşdür. O qarşıdan avtomobil gəldiyini gördükdə ötmə əməliyyatını tamamlamaq üçün avtomobili sürətləndirmişdir. Lakin buna baxmayaraq o, avtomobili ötmə əməliyyatını edib tamamlaya bilməmiş və öz hərəkət zolağına qayıda bilməmişdir. Bu zaman o, qarşıdan gələn VAZ 2106 markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin ona çatdığını görmüşdür. O, həmin avtomobil ona çatdığı üçün onunla toqquşacağını bilmiş və toqquşmamaq üçün avtomobili yolun sol tərəfində yolun ehtiyat hissəsinə istiqamətləndirmişdir. Lakin bu zaman qarşıdan gələn avtomobilin sürücüsü də öz idarə etdiyi avtomobili həmin yerə istiqamətləndirmişdir. Ona görə də, o, qəzanın baş verməsinin qarşısını ala bilməmiş və idarə etdiyi avtomobillə qarşıdan gələn VAZ 2106 markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobil onunla əks istiqamətli hərəkət zolağının sağ tərəfində qarşı-qarşıya toqquşmuşdur. Toqquşmanın təsirindən toqquşduğu avtomobil geriyə hərəkət etmiş və yolun sağ tərəfində ehtiyat hissədə dayanmışdır. Bu zaman onun avtomobili alışmış və yanmağa başlamışdır. Hadisə baş verəndən sonra ətrafdan tanımadığı şəxslər avtomobilə yaxınlaşmış və onunla Elvini avtomobildən çıxarmışlar. Həmin vaxt ətrafda olan şəxslər toqquşduğu avtomobilin içərisində olan 3 nəfər şəxsi də avtomobildən çıxarmışlar. Toqquşmadan sonra ona məxsus avtomobil tamamilə yanaraq yararsız vəziyyətdə düşmüşdür. Bir neçə dəqiqə sonra hadisə yerinə təcili tibbi yardım avtomobilləri gəlmiş və onları Beyləqan rayon mərkəzi xəstəxanasına gətirmişlər. Xəstəxanaya çatan zaman o toqquşduğu avtomobilin sürücüsü X4 almış olduğu xəsarətlərdən öldüyünü öyrənmişdir. Həmin vaxt onun da sağ diz qapağının sındığı məlum olmuşdur. Xəstəxanada olan zaman o toqquşduğu avtomobildə olan sərnişinlərin də müxtəlif bədən xəsarətləri aldıqlarını öyrənmişdir. Təqsirləndirilən şəxs sonda zərərçəkmiş şəxslər və zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbin olmadığını, törətdiyi cinayət əməlindən peşman olduğunu qeyd edib, məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı vermiş olduğunu ifadəsini təsdiq edərək, ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs həmkəndlisi və dostudur. 11 avqust 2024-cü il tarixdə, saat 06 radələrində İmamqulu ilə birlikdə ona məxsus VAZ 2106 markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Füzuli rayonunda yerləşən mal-qara bazarına yola düşmüşlər. Bu zaman İmamqulu avtomobili idarə etmiş, o isə qabaq sərnişin oturacağında əyləşmişdir. Onlar Hacıqabul- Bəhrəmtəpə-Horadiz avtomobil yolunun Beyləqan rayonu. Mil qəsəbəsi ərazisinə çatıb Horadiz istiqamətində hərəkətə davam etmişlər. Həmin vaxt İmamqulu avtomobili təxminən 60-70 km/saat sürətlə sürmüşdür. O, yorğun olduğu üçün həmin vaxt yuxulayıb yatmışdır. Bundan sonra o qəfildən möhkəm zərbə hiss etmiş və səs olduğundan yuxudan oyanmışdır. O, yuxudan oyanan zaman avtomobilin başqa bir VAZ 2106 markalı avtomobillə qarşı hərəkət zolağında toqquşduğunu və onların əks istiqamətli hərəkət zolağında dayandıqlarını görmüşdür. Həmin vaxt onların avtomobil tüstüləndiyi üçün o avtomobildən düşməyə çalışmış, lakin aldığı xəsarətlərə görə yerindən tərpənə bilməmişdir. Bu zaman ətrafdan tanımadığı şəxslər avtomobilə yaxınlaşmış və onunla İmamqulunu avtomobildən çıxarmışlar. Həmin vaxt ətrafda olan şəxslər toqquşduqları avtomobilin içərisində olan 3 nəfər şəxsi də avtomobildən çıxarmışlar. Toqquşmadan sonra İmamquluya məxsus avtomobil tamamilə yanaraq yararsız vəziyyətdə düşmüşdür. Bir neçə dəqiqə sonra hadisə yerinə təcili tibbi yardım avtomobilləri gəlmiş və onları Beyləqan rayon mərkəzi xəstəxanasına gətirmişlər. Xəstəxanaya çatan zaman sağ qol və sağ bud sümüyümün sındığı, İmamqulunun isə sağ dizinin sındığı məlum olmuşdur. Xəstəxanada o toqquşduqları avtomobilin sürücüsü X4 almış olduğu xəsarətlərdən öldüyünü, avtomobildə olan sərnişinlər Zərərçəkmiş şəxs1 qabırğalarının və bud sümüyümün. Zərərçəkmiş şəxs2 isə qabırğalarının sındığını öyrənmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı vermiş olduğunu ifadəsini təsdiq edərək, ifadəsində göstərmişdir ki, onun özünə məxsus VAZ 2106 markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. O həmin avtomobili 2018-ci ildə almış, lakin işləri ilə bağlı avtomobili öz adına rəsmiləşdirməmiş, həyat yoldaşı X6 adına rəsmiləşdirmişdir. O, həmin avtomobili etibarnamə əsasında idarə etmişdir. 10 avqust 2024-cü il tarixdə, saat 23:30 radələrində o, dayısı oğlu X9 və dostu Zərərçəkmiş şəxs1 ilə birlikdə ona məxsus VAZ 2106 markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Füzuli rayonu ərazisində yerləşən mal-qara bazarına getmişdir. Həmin vaxt avtomobili dayısı oğlu Qalib Əliyev idarə etmişdir. Onlar heyvan bazarında öz apardıqları heyvanları satmış və 4 baş quzu almışlar. 11 avqust 2024-cü il tarixdə, saat 06 radələrində ona məxsus VAZ 2106 markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşib Beyləqan rayonuna yola düşmüşdülər. Bu zaman Qalib ona məxsus avtomobili idarə etmiş, o qabaq sərnişin oturacağında, Ağa isə arxa sərnişin oturacağında əyləşmişdir. Onlar Horadiz-Bəhrəmtəpə-Hacıqabul avtomobil yolunun Beyləqan rayonu, Mil qəsəbəsi ərazisindən keçən hissəsində Bəhrəmtəpə istiqamətində təxminən 60 km/saat sürətlə hərəkətdə olmuşdular. Onlar hərəkətdə olan zaman onlarla əks istiqamətli hərəkət zolağında dövlət qeydiyyat nişanını bilmədiyi bir Qazel markalı yük avtomobili hərəkətdə olmuşdur. Onlar öz hərəkət zolağında hərəkət edib həmin Qazel markalı yük avtomobilinə çatan zaman qəfildən həmin Qazel markalı avtomobilin arxasında əks istiqamətdə hərəkətdə olan bir VAZ 2106 markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil sürətlə Qazel markalı yük avtomobilini ötmə əməliyyatı etməyə başlayaraq onların hərəkət zolağına çıxmışdır. Həmin VAZ 2106 markalı avtomobil Qazel markalı yük avtomobilini ötmə əməliyyatı etməyə başlayan zaman onunla aralarında təxminən 0-10 metr məsafə olmuşdur. Həmin VAZ 2106 markalı avtomobil onların hərəkət zolağına çıxan zaman Qalib həmin avtomobillə toqquşmamaq üçün avtomobili yolun sağ tərəfinə istiqamətləndirmişdir. Lakin həmin avtomobilin sürücüsü də öz idarə etdiyi avtomobili onların hərəkət zolağının sağ tərəfinə istiqamətləndirmişdir. Buna görə də Qalib qəzanın baş verməsinin qarşısını ala bilməmiş və avtomobillər onların hərəkət zolağının sağ tərəfində qarşı-qarşıya toqquşmuşdular. Toqquşmanın təsirindən onun avtomobil geriyə hərəkət etmiş və yolun sağ tərəfində ehtiyat hissədə dayanmışdır. Bu zaman toqquşduqları avtomobil alışmış və yanmağa başlamışdır. Hadisə baş verəndən sonra ətrafdan tanımadığı şəxslər onların avtomobilə yaxınlaşmış, onu, Qalibi və Ağanı avtomobildən çıxarmışdılar. Həmin vaxt ətrafda olan şəxslər toqquşduqları avtomobilin içərisində olan 2 nəfər şəxsi də avtomobildən çıxarmışdılar. Toqquşduqları avtomobil tamamilə yanaraq yararsız vəziyyətdə düşmüşdür. Bir neçə dəqiqə sonra hadisə yerinə təcili tibbi yardım avtomobilləri gəlmiş və onları Beyləqan rayon mərkəzi xəstəxanasına gətirmişdilər. Xəstəxanaya çatan zaman o, Qalibin almış olduğu xəsarətlərdən öldüyünü öyrənmişdir. Həmin vaxt onun da qabırğalarının sındığı və Ağanın bud sümüyünün sındığı məlum olmuşdur. Xəstəxanada olan zaman o, toqquşduqları avtomobilin sürücüsünün Beyləqan rayon Yeni Mil qəsəbə sakini Təqsirləndirilən şəxs, yanında olan sərnişinin isə Zərərçəkmiş şəxs3 olduğunu və hadisə zamanı Təqsirləndirilən şəxs dizinin sındığını, Zərərçəkmiş şəxs3 isə qolunun və budunun sındığını öyrənmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı vermiş olduğunu ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, 10 avqust 2024-cü il tarixdə, saat 23:30 radələrində o, dostu X9 və dostu Zərərçəkmiş şəxs2 ilə birlikdə Zərərçəkmiş şəxs2 məxsus VAZ 2106 markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Füzuli rayonu ərazisində yerləşən mal-qara bazarına getmişdir. Həmin vaxt avtomobili Qalib Əliyev idarə etmişdir. Onlar heyvan bazarında öz apardıqları heyvanları satmış və 4 baş quzu almışdılar. 11 avqust 2024-cü il tarixdə, saat 06 radələrində onlar Zərərçəkmiş şəxs2 məxsus VAZ 2106 markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşib Beyləqan rayonuna yola düşmüşdülər. Bu zaman Qalib İntizama məxsus avtomobili idarə etmiş, İntizam qabaq sərnişin oturacağında, o isə arxa sərnişin oturacağında əyləşmişdir. Onlar Horadiz-Bəhrəmtəpə-Hacıqabul avtomobil yolunun Beyləqan rayonu, Mil qəsəbəsi ərazisindən keçən hissəsində Bəhrəmtəpə istiqamətində təxminən 60 km/saat sürətlə hərəkətdə olmuşlar. Onlar hərəkətdə olan zaman onlarla əks istiqamətli hərəkət zolağında dövlət qeydiyyat nişanını bilmədiyi bir Qazel markalı yük avtomobili hərəkətdə olmuşdur. Onlar öz hərəkət zolağında hərəkət edib həmin Qazel markalı yük avtomobilinə çatan zaman qəfildən həmin Qazel markalı avtomobilin arxasında əks istiqamətdə hərəkətdə olan bir VAZ 2106 markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil sürətlə Qazel markalı yük avtomobilini ötmə əməliyyatı etməyə başlayaraq onların hərəkət zolağına çıxmışdır. Həmin VAZ 2106 markalı avtomobil Qazel markalı yük avtomobilini ötmə əməliyyatı etməyə başlayan zaman onunla aralarında təxminən 0-10 metr məsafə olmuşdur. Həmin VAZ 2106 markalı avtomobil onların hərəkət zolağına çıxan zaman Qalib həmin avtomobillə toqquşmamaq üçün avtomobili yolun sağ tərəfinə istiqamətləndirmişdir. Lakin həmin avtomobilin sürücüsü də öz idarə etdiyi avtomobili onların hərəkət zolağının sağ tərəfinə istiqamətləndirmişdir. Buna görə də Qalib qəzanın baş verməsinin qarşısını ala bilməmişdir və avtomobillər onların hərəkət zolağının sağ tərəfində qarşı-qarşıya toqquşmuşdular. Toqquşmanın təsirindən avtomobil geriyə hərəkət etmiş və yolun sağ tərəfində ehtiyat hissədə dayanmışdır. Bu zaman toqquşduqları avtomobil alışmış və yanmağa başlamışdır. Hadisə baş verəndən sonra ətrafdan tanımadığı şəxslər onların avtomobilə yaxınlaşmış, onu, Qalibi və İntizamı avtomobildən çıxarmışlar. Həmin vaxt ətrafda olan şəxslər toqquşduqları avtomobilin içərisində olan 2 nəfər şəxsi də avtomobildən çıxarmışlar. Toqquşduqları avtomobil tamamilə yanaraq yararsız vəziyyətdə düşmüşdür. Bir neçə dəqiqə sonra hadisə yerinə təcili tibbi yardım avtomobilləri gəlmiş və onları Beyləqan rayon mərkəzi xəstəxanasına gətirmişlər. Xəstəxanaya çatan zaman o, Qalibin almış olduğu xəsarətlərdən öldüyünü öyrənmişdir. Həmin vaxt onun da sümüyünün sındığı və İntizam bud qabırğalarının sındığı məlum olmuşdur. Xəstəxanada olan zaman o, toqquşduqları avtomobilin sürücüsünün Beyləqan rayon Yeni Mil qəsəbə sakini Təqsirləndirilən şəxs, yanında olan sərnişinin isə Zərərçəkmiş şəxs3 olduğunu və hadisə zamanı Təqsirləndirilən şəxs dizinin sındığını, Zərərçəkmiş şəxs3 isə qolunun və budunun sındığını öyrənmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə baxışı zamanı dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X10 ibtidai istintaq zamanı vermiş olduğunu ifadəsini təsdiq edərək, ifadəsində göstərmişdir ki, mərhum X9 onun əri olmuşdur. 10 avqust 2024-cü il tarixdə, saat 23:30 radələrində əri Qalib Əliyev həmkəndlisi və qohumu Zərərçəkmiş şəxs2 və dostu Zərərçəkmiş şəxs1 ilə birlikdə Zərərçəkmiş şəxs2 məxsus VAZ 2106 markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Füzuli rayonu ərazisində yerləşən mal-qara bazarına getmişdir. Həmin vaxt İntizama məxsus avtomobili Qalib idarə etmişdir. Qalib gecəni onlarla birlikdə mal-qara bazarında qalmışdır. 11 avqust 2024-cü il tarixdə, saat 07 radələrində o, evdə olan zaman ona hazırda xatırlamadığı qohumlarından biri zəng edərək Qalibgilin mal-qara bazarından qayıdan zaman qəzaya düşərək müxtəlif xəsarətlər aldıqlarını və Beyləqan rayon mərkəzi xəstəxanasına gətirildiklərini bildirmişdir. O, dərhal evdən çıxıb Beyləqan rayon mərkəzi xəstəxanasına getmişdir. Xəstəxanada olarkən ona əri X4 Zərərçəkmiş şəxs2 məxsus VAZ 2106 markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etdiyi və Horadiz- Bəhrəmtəpə-Hacıqabul avtomobil yolunun Beyləqan rayonu, Mil qəsəbəsi ərazisindən keçən hissəsində Bəhrəmtəpə istiqamətində hərəkətdə olan zaman qarşıdan gələn VAZ 2106 markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilin onun hərəkət zolağına çıxaraq, onunla qarşı-qarşıya toqquşduğunu və ərinin aldığı xəsarətlərdən öldüyünü, meyitin xəstəxanaya gətirildiyini ona bildirmişlər. Qalibin meyiti müayinə olunduqdan sonra ona təhvil verilmişdir. Onlar meyiti yaşadığı Beyləqan rayonu, Orta Əlinəzərli kəndinə aparmış və həmin gün X11 rayonu Orta Əlinəzərli kənd qəbiristanlığında dəfn etmişlər. Qalib avtomobilə yaşadığı evin həyətində oturmuşdur. Həmin vaxt avtomobildə İntizam olmuş, lakin onlar yoldan Zərərçəkmiş şəxs1 də götürəcəklərini bildirmişlər. Həmin vaxt İntizama məxsus avtomobili Qalib idarə etmişdir. İntizamın gözlərində zəiflik olduğu üçün günün qaranlıq vaxtlarında ümumiyyətlə avtomobil idarə edə bilməmişdir. Buna görə də İntizama məxsus avtomobili çox vaxt əri Qalib idarə etmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə CM-in 263.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan, ona əlavə edilmiş sxemdən və fotoşəkillərdən görünür ki, yol-nəqliyyat hadisəsi baş vermiş avtomobil yolu asfaltbeton olmaqla düz quru vəziyyətdədir, hərəkət hissələri 1.1 nişanlama xətti ilə ayrılır, hərəkət hissənin ümumi eni 7.2 metr, hər iki hərəkət zolaqlarının eni isə 3,5 metrdir. Hadisə yerinə baxış zamanı qəzaya uğramış VAZ-2106 markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı və VAZ-2106 markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobillərə məxsus tormoz izi müəyyən edilmədi. Hadisədən əvvəl qəzaya uğrayan avtomobillər texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Hadisə yerində icazə verilən sürət həddi Horadiz istiqamətində 50 km/saat, Bəhrəmtəpə istiqamətində 60 km/saatdır. Hadisə yerinə baxış zamanı avtomobillərin toqquşma nöqtəsi müəyyən edildi, belə ki, toqquşma Horadiz-Bəhrəmtəpə-Hacıqabul avtomobil yolunun Bəhrəmtəpə istiqamətində götürdükdə Beyləqan rayonu Mil qəsəbəsi ərazisindən keçən 39-cu kilometrliyində VAZ-2106 markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət istiqamətində yolun sağ tərəf ehtiyyat hissəsinə 1.5 metr məsafədə baş vermişdir. Hadisə zamanı VAZ-2106 markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobildə sürücüdən əlavə İ nəfər sərnişin, VAZ-2106 markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobildə isə sürücüdən əlavə 2 nəfər sərnişin olmuşdur. İnsan psixikasına təsir edən istehlak və sərxoşluq hallarının bütün növlərini təyin edən xx.xx.2024-cü il tarixli, 759 nömrəli protokoldan görünür ki, Təqsirləndirilən şəxs sərxoşluğun məyyən edilməsi məqsədi ilə 11 avqust 2024-cü il tarixdə aparılmış tibbi müayinə zamanı onda sərxoşluq əlamətləri aşkar edilməmişdir. BD 909961 nömrəli sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə verilmiş B1, B, C1, C kateqoriyalı sürücülük vəsiqəsi xx.xx.2034-cü il tarixədək etibarlıdır. Əşyanın maddi sübut kimi tanınması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi VAZ 2106 markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil və X4 idarə etdiyi VAZ 2106 markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobil cinayət işi üzrə maddi sübut kimi tanınmış və Beyləqan rayon Polis Şöbəsinin duracağında saxlanılması nəzərə alınmışdır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən və iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli 2771/K nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsində metil, etil, propil, butil, amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazalon. 1.4- benzodiazepin törəmələri, salisilatlar və kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilmədi. Beyləqan rayon İHB-nin Yeni Mil qəsəbə İƏD üzrə nümayəndəliyinin verdiyi xasiyyətnamə və arayışdan görünür ki, Kərimov X7 rayonu, Yeni Mil qəsəbəsində qeydiyyatda olmaqla yaşamış və yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X8” X16 xx.xx.2024-cü il tarixli, 30 nömrəli rəyindən görünür ki, X4 meyitinin məhkəmə-tibbi müayinəsi zamanı aşağıdakı xəsarətlər aşkar edilmişdir: -travmatik şok. -sol bud sümüyünün açıq çoxqəlpəli sınığı. -sol budun yuxarı üçdə birində cırılmış yara. -sol dirsək oynağının arxa səthində sıyrıq. -sol budda və sol baldırda qançırlar. Yuxarıda qeyd olunan xəsarətlər həyati olmaqla X4 bədənin ağır küt travması nəticəsində törənmişlər, qərarda göstərilən vaxta və şəraitdə, yəni 11 avqust 2024-cü il tarixdə hərəkətdə olan avtomobillərin toqquşması nəticəsində avtomobilin salonunun içərisindəki hissələrə çırpılma nəticəsində əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər və mərhumun ölümü ilə birbaşa səbəbli əlaqədədirlər. X2 ölümünə səbəb bədənin küt travması nəticəsində törənmiş sol bud sümüyünün çoxsaylı sınıqları nəticəsində əmələ gəlmiş travmatik şok olmuşdur. Meyit əlamətlərinin inkişaf dinamikasına əsasən göstərmək olar ki, X4 ölümü onun meyitinin meyitxanada məhkəmə-tibbi müayinəsdindən 2-3 saat əvvəl, yəni 11 avqust 2024-cü il tarixdə baş vermişdir. X4 meyitindən götürülmüş qanın məhkəmə-kimya tədqiqatı nəticəsində onun qanında metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1.4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir (2748K saylı, xx.xx.2024-cü il tarixli məhkəmə-kimyəvi akt). Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X8” X16 Beyləqan rayon Şöbəsinin xx.xx.2024-cü il tarixli, 798/24 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 sol Vİİ, Vİİİ, İX qabırğaların sınığı aşkar olunmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müayinə olunanın göstərdiyi müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat qəzası zamanı avtomaşın salonunun qabarıq interyerlərinə dəyməsi nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az ağır zərər vurmaya aiddirlər. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X8” X16 Beyləqan rayon Şöbəsinin xx.xx.2024-cü il tarixli, 674/24 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 sol bud sümüyünün orta üçdə-birinin fraqmentləri yerinidəyişmiş qapalı sınığı; sol Vİİ-Vİİİ qabırğaların fraqmentləri yerinidəyişmiş qapalı sınığı, döş sümüyünün xəncərvari çıxıntısının köndələn yerdəyişməsiz, digər ucunun isə qəlpəli və yerdəyişən sınığı aşkar olunmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müayinə olunanın göstərdiyi müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat qəzası zamanı avtomaşın salonunun qabarıq interyerlərinə dəyməsi nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az ağır zərər vurmaya aiddirlər. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X8” X16 Beyləqan rayon Şöbəsinin xx.xx.2025-ci il tarixli, 42/25 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs sağ diz qapağının fraqmentləri yerinidəyişmiş qapalı sınığı olmuşdur. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, müayinə olunanın göstərdiyi müddətdə və şəraitdə, yəni İ xx.xx.2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat qəzası zamanı avtomaşın salonunun qabarıq interyerlərinə dəyməsi nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az ağır zərər vurmaya aiddir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X8” X16 Beyləqan rayon Şöbəsinin xx.xx.2025-ci il tarixli, 41/25 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 sağ bazu sümüyünün proksimal ucunun (cərrahi boyunun) və sağ bud sümüyü boynunun fraqmentləri yerinidəyişən qapalı sınığı olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir. müavinə olunanın göstərdiyi müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat qəzası zamanı avtomaşın salonunun qabarıq interyerlərinə dəyməsi nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az ağır zərər vurmaya aiddirlər. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 8/2670 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən VAZ 2106 markalı, **- BK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili hərəkət sürəti 3.24 “Maksimal sürətin məhdudlaşdırılması" yol nişanı ilə 50 km/saata qədər məhdudlaşdırılmış yolda 70 km saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimal sürətin məhdudlaşdırılması” yol nişanının) tələblərinə uyğunsuzluq olmuşdur. İstintaq tərəfindən göstərilən məlumatlara əsasən VAZ -2106 markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X4 hadisənin qarşısının alınması ilə əlaqədar olan hərəkətlərini texniki nöqteyi-nəzərdən tədqiq etməyə lüzum yoxdur. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Tətbiq edilən hüquq, məhkəmənin əsaslandırması və mövqeyi: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutların axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə cinayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərəfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanunamüvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Beləliklə, məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin iş materiallarında olan və məhkəmə istintaqı zamanı verdiyi ifadələri, eləcə də ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş digər sübutlarla təsdiq edilmişdir. Yol hərəkətinin təhlükəsizliyi yol hərəkəti iştirakçılarının və cəmiyyətin yolnəqliyyat hadisələrindən və onların nəticələrindən müdafiə olunma dərəcəsini göstərən yol hərəkəti vəziyyətidir. Yol hərəkəti qaydalarının pozulması dedikdə sürücü tərəfindən “Yol hərəkəti haqqında” Qanunla onun üçün müəyyən olunan vəzifələrə, habelə yol hərəkətinin müxtəlif qaydalarına riayət edilməməsi və ya lazımınca riayət edilməməsi başa düşülür. Məhkəmə qeyd etmək istəyir ki, şərh olunan cinayət maddi tərkibli olduğu üçün CMin 263.2-ci maddəsində sadalanan ictimai təhlükəli nəticə baş verdiyi andan başa çatmış hesab edilir. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 13 noyabr 2013-cü il tarixli Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun Qərarında göstərilmişdir ki, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair işlərə tam, hərtərəfli və obyektiv baxılmasının təmin olunması və qanuni və əsaslı qərarların qəbul edilməsi üçün həmin işlər üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirmə aparılmaqla hadisə yerinin müayinə edilməsi, nəqliyyat vasitələrinə baxış keçirilməsi, sürücülərin sağlamlıq və ya sərxoşluq vəziyyətinin yoxlanılması (müvafiq müayinələrdən keçirilməklə), ifadələrin yerində yoxlanılması, istintaq eksperimentinin keçirilməsi kimi istintaq hərəkətlərinin aparılması, iş üzrə məhkəmə-tibbi, məhkəmə-texniki və məhkəmə-yolnəqliyyat hadisələri ekspertizalarının keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə CM-in 263.2-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə görə, hər bir konkret halda cinayət əməlini törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin Qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlükəlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 13 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. İş üzrə Zərərçəkmiş şəxs1 məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. İş üzrə Zərərçəkmiş şəxs2 məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. İş üzrə Zərərçəkmiş şəxs3 məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. İş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi X3 məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər və zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini CM-in 59.1.12-ci maddəsinə əsasən və törətdiyi cinayət əməlini etiraf edərək əməlindən səmimi peşman olmasını, hadisə nəticəsində özünün də az ağır xəsarət almasını CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq cəzasını yüngülləşdirən hallarla yanaşı, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (ehtiyatsızlıqdan törədilən az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini (əvvəllər məhkum olunmamasını), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-in 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, CM-in ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 263.2-ci maddəsinin sanksiyası həddində nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə, azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. CM-in 60.1-ci maddəsinin tələblərinə görə bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 60.1-ci maddəsinə müəyyən edilmiş hallar olduğundan ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzası həmin maddədə nəzərdə tutulmuş həddən artıq ola bilməz. Çünki CM-in 60-cı maddəsində cəzanı yüngülləşdirən hallar olduqda qanunverici tərəfindən cəzanın təyin edilməsi qaydasının müəyyənləşdirilməsi cinayət qanununun əsas başlanğıclarından olan humanizm prinsipindən irəli gəlir. Buna dair cinayət qanunvericiliyinin tələbi ondan ibarətdir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Cinayət törədən şəxs barəsində humanizm prinsipi təqsirkara nisbətən yüngül cəza növünü seçmək və tətbiq etməklə cəzanın məqsədinə nail olmanı nəzərdə tutur. Ona görə də, məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza həddini müəyyən edərkən yuxarıda göstərilənlərdən başqa, onun cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, həmçinin CM-in 60-cı maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzasını təyin etməklə sosial ədalətin bərpasına, Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçməsinə, cəzanın məqsədlərinə və onun islah olunmasına nail olmaq olar. CPM-in 349.3-cü maddəsinə əsasən, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-in 146.1-ci maddəsi). “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Ali Məhkəmənin Plenum Qərarında göstərilir ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1 - 346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. CPM-in 351.2-ci maddəsinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Beləliklə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Bundan başqa, CM-in 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan az ağır cinayət əməlini törətməyə görə təqsirli bilinib, ona təyin ediləcək müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını həmin Məcəllənin 56.1.1-ci maddəsinə əsasən məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. CM-in 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Məhkəmə, qeyd olunan qanunvericiliyin tələblərinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının çəkilmə müddəti əsas cəzanın çəkildiyi bütün müddətə və hökmlə həmin cəza növü üçün müəyyən ediləcək müddətə şamil olunmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Beyləqan rayon Polis Şöbəsinin duracağında saxlanılan VAZ 2106 markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibi Təqsirləndirilən şəxs ailə üzvlərinə qaytarılmalı, VAZ 2106 markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobil isə sahibi Zərərçəkmiş şəxs2 qaytarılmalıdır. Bundan başqa, məhkəmə CPM-in 197 və 198-ci maddələrinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 85 (səksən beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. CPM-in 38.3-cü maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqan cinayət qanunu ilə nəzərdə tutulmuş hərəkətlər nəticəsində vurulmuş ziyanın ödənilməsi məqsədilə tədbirlər görməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir.Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının çəkilmə müddəti əsas cəzanın çəkildiyi bütün müddətə və həmin cəza növü üzrə müəyyən edilmiş müddətə şamil olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Beyləqan rayon Polis Şöbəsinin duracağında saxlanılan VAZ 2106 markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibi Təqsirləndirilən şəxs ailə üzvlərinə qaytarılsın. İş üzrə maddi sübut kimi tanınmış və Beyləqan rayon Polis Şöbəsinin duracağında saxlanılan VAZ 2106 markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibi Zərərçəkmiş şəxs2 qaytarılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 85 (səksən beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X1 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Hökmdən elan olunduğu andan, 20 gün müddətində Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Xatın Cabbarlı
Məhkəmə qərarları › İş №1(020)-28/2025
Beyləqan Rayon Məhkəməsi Hökm — İş №1(020)-28/2025
29.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver