Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 1(020)-29/2023 12.04.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Müdafiəçi, Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs iştirakı ilə, xx xxxxxx 1973-cü ildə Ağdam rayonu, Xaçındərbənd kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olur, əvvəllər məhkum olunmamış, Ağdam rayonu, Xaçındərbənd kəndində daimi qeydiyyatda olmaqla, hazırda Beyləqan şəhər, Nizami küçəsində yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair sadləşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Beyləqan şəhəri, Nizami küçəsində yaşayan, Təqsirləndirilən şəxs, 16 mart 2023-cü il tarixdə, saat 19 radələrində yaşadıqları evdə aralarında yaranmış şəxsi münasibətlər zəmnindəki mübahisə zamanı arvadı Zərərçəkmiş şəxs sağ gözaltı almacıq nahiyyəsinə yumruqla vuraraq sonuncuya qəsdən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığına yüngül zərər vurmaya aid bədən xəsarəti yetirmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, o, Ağdam rayonu, Xaçındərbənd kəndində daimi qeydiyytda olmaqla, hazırda Beyləqan şəhəri, Nizami küçəsində yaşayır. Zərərçəkmiş şəxs onun arvadıdır. O, Zərərçəkmiş şəxs ilə 1996-cı il tarixdə ailə qurub və həmin vaxtan rəsmi nigahdadırlar, həmin nigahdan 2 övladları vardır. Qızları ailə quraraq hazırda əri ilə Tovuz rayonunda yaşayır, oğlanları isə Tovuz rayonunda peşə litseyində təhsil alaraq, o da Tovuz rayonunda yaşayır. Bu səbəbdən də özlərinə məxsus fərdi yaşayış evində arvadı Zərərçəkmiş şəxs ilə yaşayır, həmin evdə özlərindən başqa heç kim yaşamır. Arvadı Zərərçəkmiş şəxs bir neçə ildir ki, ona ər kimi normal münasibət göstərmir və ona hörmətlə yanaşmır. Bu səbəbdən də aralarında bir neçə dəfə mübahisə baş vermiş, xx.xx.2023-cü il tarixdə, saat 19 radələrində işdən evə gəlmiş, həmin vaxt yorğun olduğu və xəstələndiyi üçün arvadı Zərərçəkmiş şəxs ayaqlarını ovmasını (masaj etməsini) bildirmiş, lakin Samirə ona işinin olmasını bildirərək, vaxtının olmadığını demişdir. Bu səbəbdən də o, əsəbləşərək Zərərçəkmiş şəxs təhqir edərək, onun sağ gözaltı, baş və kürək nahiyələrinə yumruqla vurmuş, bundan sonra o, özü Samirədən aralanaraq qonaq otağında olan stulda əyləşmişdir. Hadisə vaxt evlərində özlərindən başqa heç kim olmamış, hadisə təxminən 10 dəqiqə davam etmişdir. Törətdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxs ilə barışmışdır. Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək təqsirini etiraf edib səmimi peşmançılıq çəkməsini, Zərərçəkmiş şəxs onun həyat yoldaşı olmasını, həyat yoldaşı ilə barışdığını, həyat yoldaşının ondan şikayət və tələbinin olmadığını bildirib, məhkəmədən cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etdi. İş üzrə məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, Ağdam rayon, Xaçındərbənd kəndində daimi qeydiyyatda olmaqla, hazırda Beyləqan şəhər, Nizami küçəsində yaşayır. xx.xx.2023-cü il tarixdə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102 zəng mərkəzinə” telefonla, Beyləqan rayon Polis şöbəsinə ərizə ilə özü müraciət etmişdir. Bildirir ki, Təqsirləndirilən şəxs onun əridir. O, Təqsirləndirilən şəxs nilə 1996-cı ildə ailə qurmuş və rəsmi nigahda olmaqla həmin nigahdan 2 övladları vardır. Qızları ailə quraraq hazırda əri ilə Tovuz rayonunda yaşayır, oğlanları isə Tovuz rayonunda peşə litseyində təhsil alaraq, o da Tovuz rayonunda yaşayır. Bu səbəbdən də özlərinə məxsus fərdi yaşayış evində əri İldırım Quliyev ilə yaşayırlar. Həmin evdə özlərindən başqa heç kim yaşamır. Əri Təqsirləndirilən şəxs uzun zamandır ki, spirtli işki qəbul etdiyindən və ona laqeyd münasibət bəslədiyindən, aralarında normal münasibət pozulmuşdur. Bu səbəbdən də, bir neçə dəfə aralarında münaqişə baş vermiş, xx.xx.2023-cü il tarixdə, saat 19 radələrində əri Təqsirləndirilən şəxs sərxoş halda evə gələrək, ona yorğun olduğunu və xəstələndiyini bildirərək, ayaqlarını ovxalamasını demişdir. Bu zaman o, ev işləri gördüyünü və hələlik vaxtı olmadığını bildirmiş, bu səbəbdən də, Təqsirləndirilən şəxs əsəbləşərək, onu təhqir edib və sağ gözünün üstündən yumruqla vurmuşdur. Bundan sonra, Təqsirləndirilən şəxs ondan aralanaraq qonaq otağında olan stulda əyləşmişdir. Bundan sonra, o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102 zəng mərkəzinə” müraciət etmişdir. Əri Təqsirləndirilən şəxs onu yaşadığı evin qonaq otağında onu döymüş, həmin vaxt yanlarında başqa heç kim olmamışdır. Həmin hadisə təxminən 10 dəqiqə davam etmişdir. Hazırda Təqsirləndirilən şəxs ondan üzr istəmiş və onunla barışmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş tələbnamədən və iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış, barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməmişdir. Təhqiqat materialı üzrə məhkəmə-tibb ekspertinin 17 mart 2023-cü il tarixli, 158/23 saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs sağ gözaltı-almacıq nahiyəsinin hematoması aşkar olunmuşdur ki, qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, göstərilən müddətdə və şəraitdə əmələ gələ bilərdi və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurmaya aiddir. Təhqiqat zamanı Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 19 radələrərində yaşadığı evin qonaq otağında arvadı Zərərçəkmiş şəxs sağ gözaltı almacıq nahiyəsinə yumruqla bir neçə dəfə vuraraq sonuncuya qəsdlə yüngül bədən xəsarəti yetirdiyi hadisənin baş verdiyi yeri baxış keçrilmişdir. Baxış keçrilən yer Beyləqan şəhər, Nizami küçəsində yerləşən Təqsirləndirilən şəxs məxsus fərdi yaşayış evidir. Həmin ev Beyləqan şəhər, Nizami küçəsinin mərkəzində, küçə yolunun mərkəzə doğru götürdükdə sağ tərəfindən yerləşir. Həmin yaşayış evinin çöl tərəfində, iki laylı dəmir darvaza vardır. Dəmir darvazadan evin həyətinə daxil olduqda, evin həyəti, darvaza ilə qarşı-qarşıya yaşayış evi yerləşir. Yaşayış evi bir mərtəbəli, kürsülü, mişar daşından inşa edilmişdir. Yaşayış evinin giriş qapısı ilə yer arasında 5 ədəd pilləkən vardır. Həmin piləkənləri çıxdıqdan sonra evin qapısı yerləşir. Evin qapısı dəmir seyf qapıdır, qapıdan daxil olduqda evin karidoru yerləşir. Karidorun sol rərəfində paltar asılqanı, sağ tərəfində evin mətbəxi, mərkəzində isə qonaq otağının qapısı yerləşir. Qonaq otağına daxil olduqda qonaq otağının girişdən sağ tərəfində stol və stul vardır. Eyni zamanda qapısı qonaq otağına açılan iki yataq otağı vardır. Qonaq otağının mərkəzini X2 təqdim edərək, əri Təqsirləndirilən şəxs tərəfindən həmin yerdə döyüldüyünü bildirmişdir. Baxış zamanı hadisə yerində iş ümün əhəmiyyət kəsb edən hər hansı alət və əşya müəyyən edilmədi və götürülmədi. Baxış zamanı hadisə yerinin fotoşəkli çəkilərək baxış protokoluna əlavə edildi. Baxış qurtardıqdan sonra, protokol iştirakçılara oxundu, protokolun doğruluğu imzalarla təsdiq edildi. Təhqiqat zamanı, Təqsirləndirilən şəxs Beyləqan rayon, Mərkəzi Xəstəxanasının, ruhi əsəb kabinetində qeydiyyatda olub-olmaması ilə bağlı, Beyləqan rayon Mərkəzi Xəstəxanasına 18 mart 2023-cü il tarixdə sorğu edilmiş, Beyləqan rayon Mərkəzi Xəstəxanasının 18 mart 2023-cü il tarixli, 657 nömrəli məktubuna əsasən müəyyən edilmişdir ki, Quluyev X1 rayon, Mərkəzi Xəstəxanasının ruhi əsəb kabnetində dispanser qeydiyyatında deyildir. Təhqiqat zamanı Zərərçəkmiş şəxs və Quluyev X1 rayon Polis şöbəsinə ərizə ilə müraciət edərək təhqiqatın, məhkəməyədək sadələşdirilmiş icraat qaydasında aparılmasına etirazlarının olmadığını bildirmişlər. Təhqiqat zamanı Təqsirləndirilən şəxs törətdiyi böyük içtimai təhlükə törətməyən aşkar cinayət əməli üzrə onun barəsində işin məhkəməyədək sadələşdirilmiş icraat şəkilində aparılmasını istisna edən heç bir hal müəyyən olunmamışdır. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs onunla barışdığını, Təqsirləndirilən şəxs heç bir şikayət və tələbinin olmamasını bildirmiş, ona görə də, məhkəmədən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini və onun barəsində olan işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin tərkibi vardır. Həmçinin məhkəmədə müəyyən edildi ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışmış, zərərçəkmiş şəxs təqsirləndirilən şəxsin həyat yoldaşı olmaqla ondan şikayətçi deyildir və onun barəsində olan işin icraatına xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə özünü təqsirli bildiyini, zərərçəkmiş şəxsdən üzr istəməklə onunla barışdığını, ona görə də, cinayət məsuliyyətindən azad olunmaqla işin icraatına xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə görə, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Odur ki, Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs ilə barışdığından cinayət məsuliyyətindən azad edilməli və barəsində başlanmış cinayət təqibinə xitam verilməlidir. İşdə mülki iddia, maddi sübut və məhkəmə xəcləri yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CM-nin 73.2, Azərbaycan Respublikası CPM-nin 40.2.2, 43.3, 321, 321.2.1, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ : Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və onun barəsində olan cinayət təqibinə (cinayət işi üzrə icraata) xitam verilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə və məhkəmədə göstərdiyi hüquqi yardıma görə cəmi 10 (on) saat üçün 60 (altmış) manat Beyləqan rayon vəkil bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmün surəti həmin hissədə icrası üçün Azərbaycan Respublikası Vəkillər Kollegiyasına göndərilsin . Qərardan, elan olunduğu andan 20 gün müddətində Beyləqan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərardan 20 gün müddətində apellyasiya şikayəti və apellyasiya protesti verilmədikdə, qərar qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №1(020)-29/2023
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №1(020)-29/2023
12.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver