Azərbaycan Respublikası adından HÖKM Beyləqan rayon İş № 1(020)-29/2024 19.04.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi- Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs və onun müdafiəçisi Beyləqan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1978-ci ildə Beyləqan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, fərdi təsərrüfatla məşğul olan, əvvəllər məhkum olunmamış, Beyləqan şəhəri R.Axundov küçəsi ev 104-də yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 2021-ci ilin oktyabr ayının əvvəllərində qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan Beyləqan şəhəri, Sevil Qazıyeva küçəsi ilə Babək küçəsinin kəsişməsində yerləşən Beyləqan rayon Beyləqan bələdiyyəsinin mülkiyyətində olan 210 kvadratmetr torpaq sahəsini özbaşına tutaraq, həmin torpaq sahəsinin üzərində xırdabuynuzlu heyvanların saxlanması məqsədilə mişar daşından birmərtəbəli tövlə tikmiş, bununla da o, qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan 210 kvadratmetr torpaq sahəsi üzərində özbaşına tikinti işləri aparmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bildi və ifadəsində göstərdi ki, onun özünə və qardaşlarına məxsus 300 baş xırdabuynuzlu heyvanı vardır. O, həmin heyvanları Beyləqan şəhəri, Sevil Qazıyeva küçəsində yerləşən torpaqlarda otarır. Onların heyvanları saxlamaq üçün tövlələri olmadığı üçün o, heyvanları evinin həyətində saxlamış, heyvanlar çöldə qaldıqları üçün soyuq havalarda xəstəlik tutaraq ölmüşlər. Buna görə də o, məcbur qalaraq 2021-ci ilin sentyabr ayının sonlarında yaşadığı evin həyətinin arxa tərəfində yerləşən Beyləqan rayon Beyləqan bələdiyyəsinə məxsus torpaq sahəsində tövlə tikmək qərarına gəlmişdir. O, bu barədə qardaşları Əziz və Əzimə bildirmiş, Əziz və Əzim ona bələdiyyəyə məxsus torpaqda tikinti işi aparmamasını bildirmişlər. Lakin o, əlacının olmadığını və tövləni tikdirəcəyini demiş, qardaşları yenə də ona razılıq verməmişlər. Buna baxmayaraq, o, 2021-ci ilin sentyabr ayının sonlarında usta işləyən tanışı Şahid3 ilə görüşərək yaşadığı evin arxasında olan həyətyanı torpaq sahəsində tövlə tikdirmək istədiyini bildirmişdir. İman əlində işi olduğunu bildirərək, tövlənin yerini qazdırmasını və işini qurtaran kimi tövləni tikəcəyini bildirmişdir. İman tövləni tikib dam örtüyünü vuracağını və bunun qarşılığında 400 manat pul alacağını demiş, o, İmanla razılaşmışdır. Bundan sonra onlar sağollaşıb ayrılmışlar. 01 oktyabr 2021-ci il tarixdə o, tövlə tikmək üçün yaşadığı evin arxasında Beyləqan şəhəri, Sevil Qazıyeva küçəsi ilə Babək küçəsinin kəsişməsində yerləşən ərazidə Beyləqan şəhər Bələdiyyəsinə məxsus torpaq sahəsində eni 7 metr, uzunluğu 30 metr olan tövlə yeri qazmış və beton tökmüşdür. Bundan sonra o, tikintidə istifadə olunacaq materialların hamısını alıb gətirib torpaq sahəsinə yığmışdır. Təxminən 2-3 gün sonra İman işini qurtarıb onunla əlaqə saxlamış və görüşüb onun tövlə tikəcəyi əraziyə gəlmişlər. Bundan sonra onlar tövləni tikməyə başlamışlar. İman tikintini aparan zaman o da ona köməklik edərək fəhləlik etmişdir. Təxminən 3-4 gün ərzində daşı hörüb bitirmişlər. Bundan sonra İman onunla birgə tövlənin dam örtüyünü vurmuş və 10 oktyabr 2021-ci il tarixdə tövlənin tikintisini başa çatdırmışlar. Bundan sonra o gördüyü iş qarşılığında İmana 400 manat pul vermişdir. Tövləni tikdiyi həmin ərazi Beyləqan rayon Bələdiyyəsinə məxsus torpaq sahəsidir. Onun həmin torpaq sahəsinə və tikiliyə aid heç bir hüquqi sənədi yoxdur. Onun heyvanlarını saxlamaq üçün tövləsi və tövlə tikmək üçün ərazisi olmadığına görə o, məcbur qalaraq həmin ərazidə tövlə tikmişdir. Hal- hazırda da o heyvanlarını həmin tövlədə saxlayır. Həmin torpaq sahəsini almaqdan ötrü bir neçə dəfə bələdiyyə sədrinə müraciət etmiş, lakin sənədləşmə işləri yubadılmışdır. O, 01 oktyabr 2021-ci il tarixdə tövlənin tikintisinə başlamış və 10 oktyabr 2021-ci il tarixdə tövlənin tikintisini başa çatdırmışdır. Beyləqan rayon Beyləqan Bələdiyyəsinə məxsus torpaq sahəsində tövlə tikməsindən qardaşları Şahid1 və Şahid2 məlumatları olmuşdur. Lakin qardaşları tövlənin tikintisində iştirak etməmişlər. Şahid1 və Şahid2 ona torpağa və tikintiyə sənədi olmadığı üçün tövləni tikməməsini bildirsələr də o, heyvanlarını saxlamaq üçün yeri olmadığına görə məcbur qalaraq tövləni tikmişdir. Şahid3 tövləni tikməsi ilə bağlı aralarında heç bir müqavilə bağlanmamışdır. Şahid3 tikinti işləri apardığı torpaq sahəsinin Beyləqan rayon Beyləqan Bələdiyyəsinə məxsus olduğunu bilməmişdir. O, İmana yaşadığı evin arxasında yerləşən özünə məxsus həyətyanı torpaq sahəsində tövlə tikdirdiyini bildirmişdir. Törətdiyi əməli etiraf edir. Əməlindən peşmandır. Bir daha cinayət törətməyəcəkdir. Hazırda Beyləqan rayon Bələdiyyəsinin mülkiyyətində olan 0.08 hektar torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi məqsədi ilə satılması barədə onun müraciətinə baxılır. Zərərçəkmiş şəxsin ondan şikayəti yoxdur. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 02 noyabr 2018-ci il tarixdən Beyləqan rayon Bələdiyyəsində aparıcı mütəxəssis vəzifəsində işləyir. Beyləqan şəhəri, R.Axundov küçəsində yaşayan Təqsirləndirilən şəxs rayon sakini kimi tanıyır, onunla arasında heç bir ədavət və düşmənçilik yoxdur. Təqsirləndirilən şəxs Beyləqan şəhəri, S.Qazıyeva küçəsi ilə Babək küçəsinin kəsişməsində tikinti işləri apararaq tövlə tikməsi və həmin torpaq sahəsinin koordinatları, torpaq sahəsinin hansı mülkiyyət növünə aid olması və həmin ərazinin kimin mülkiyyətində olması barədə Beyləqan rayon Beyləqan Bələdiyyəsinə rayon polis şöbəsi tərəfindən müraciət daxil olmuşdur. Həmin müraciət əsasında Təqsirləndirilən şəxs Beyləqan şəhəri, S.Qazıyeva küçəsi ilə Babək küçəsinin kəsişməsində tövlə tikdiyi əraziyə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs Beyləqan rayon Beyləqan Bələdiyyəsinin mülkiyyətində olan 210 kvadratmetr torpaq sahəsini zəbt edərək ümumilikdə Beyləqan Bələdiyyəsinin mülkiyyətində olan 210 kvadratmetr torpaq sahəsini özbaşına tutmaqla qanunsuz tikinti işləri apardığı və Beyləqan rayon Beyləqan Bələdiyyəsinə məxsus torpaq sahəsində uzunluğu 30 metr, eni isə 7 metr olan tövlə tikdiyi müəyyən edilmişdir. Hazırda həmin tikinti tövlə kimi fəaliyyət göstərir. Təqsirləndirilən şəxs Beyləqan şəhəri, S.Qazıyeva küçəsi ilə Babək küçəsinin kəsişməsində tikinti işləri apardığı, Beyləqan Bələdiyyəsinin mülkiyyətində olan 210 kvadratmetr torpaq sahəsində mülkiyyət hüququ Əmlak Məsələləri Dövlət Xidməti Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidətində qeydiyyata alınmamışdır. Həmin torpaq sahəsi Beyləqan rayon Beyləqan Bələdiyyəsinə məxsusdur və Beyləqan Bələdiyyəsi tərəfindən Təqsirləndirilən şəxs heç bir hüquqi sənəd verilməmişdir. Təqsirləndirilən şəxs Beyləqan rayon Beyləqan Bələdiyyəsinin mülkiyyətində olan 210 kvadratmetr torpaq sahəsində qanunsuz tikinti işləri aparmasından bələdiyyənin məlumatı olmamışdır. Hazırda Beyləqan rayon Bələdiyyəsinin mülkiyyətində olan 0.08 hektar torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi məqsədi ilə bilavasitə satılması barədə Təqsirləndirilən şəxs müraciətinə baxılır və sözügedən torpaq sahəsi üzərində bələdiyyənin hüquqlarının dövlət qeydiyyatına alınması üçün ƏMDX-dən rəy alınması prosesinə başlanmışdır və buradə müvafiq sənədi məhkəməyə təqdim edir. Təqsirləndirilən şəxsdən tələb və şikayətləri yoxdur. Təqsirləndirilən şəxsə yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, Beyləqan şəhəri, S.İmrəliyev küçəsində qeydiyyatda olmaqla yaşayır. Özü rəsmi olaraq heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs ona məxsus torpaq sahəsini qanunsuz tutaraq tikinti işləri aparması barədə o müraciət etmişdir. Beyləqan Rayon İcra Hakimiyyətinin 16 iyun 2003-cü il tarixli 25 saylı sərəncamı ilə Beyləqan şəhəri, S.Qazıyeva küçəsi ilə Babək küçəsinin kəsişməsində ona ət kəsim məntəqəsinin tikilməsi üçün yer verilmişdir. Bundan sonra o orada tikinti işləri aparmaq üçün müvafiq orqanlara müraciət etmişdir. Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura komitəsi Baş Dövlət Texniki İnventarlaşdırma, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma kadastr İdarəsi tərəfindən qeyd olunan əraziyə xx.xx.2004-cü il tarixli inventar nömrəsi 714/1 olan qeydiyyat vəsiqəsi ilə Texniki pasport verilmişdir. Bundan sonra o həmin ərazidə ət kəsim məntəqəsi tikdirmişdir. Lakin 2021-ci ilin oktyabr ayında Seymur ona verilmiş texniki pasportla ona məxsus olan torpaq sahəsinin yaxınlığında əlində heç bir hüquqi sənəd olmadan sahəni zəbt edərək orada özbaşına tikinti işləri aparmağa başlamışdır. Həmin vaxt o Seymura ona məxsus torpaq sahəsinin ətrafını özbaşına tutmamasını bildirsə də Seymur onun sözlərinə məhəl qoymayaraq ona məxsus torpaq sahəsinin ətrafında tikinti işləri apararaq tövlə tikdirmişdir. Buna görə də o Təqsirləndirilən şəxs barəsində şikayət etmişdir.Seymurun tikinti işləri apardığı ərazi ona deyil Beyləqan rayon Bələdiyyəsinə məxsusdur. Həmin ərazi ona məxsus əraziyə yaxındır. Ona görə də o Seymurun ona məxsus ərazini də zəbt etməsini düşünərək müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, onun özünə məxsus 100 baş xırdabuynuzlu heyvanı vardır. Onun qardaşları Təqsirləndirilən şəxs və Şahid2 da hərəsinin özünə məxsus 100 baş xırdabuynuzlu heyvanı vardır. O, işləri ilə əlaqədar heyvanları saxlaya bilmədiyindən onun və qardaşı Əzizin də heyvanlarını Seymur saxlayır. Heyvanları saxlamaq üçün tövlələri olmadığı üçün Seymur heyvanları evinin həyətində saxlamış, heyvanlar çöldə qaldıqları üçün soyuq havalarda xəstəlik tutaraq ölmüşlər. Buna görə də qardaşı Seymur 2021-ci ilin sentyabr ayının axırlarında yaşadıqları evin həyətinin arxa tərəfində yerləşən Beyləqan rayon bələdiyyəsinə məxsus torpaq sahəsində tövlə tikmək qərarına gəlmişdir. Seymur bu barədə ona və qardaşı Əzizə bildirmişdir. Həmin vaxt o və Əziz ona bələdiyyəyə məxsus torpaqda tikinti işi aparmamasmı bildirmişlər. Lakin Seymur əlacının olmadığını onlara bildirmiş və tövləni tikdirəcəyini demişdir. Lakin onlar yenə də razılıq verməmişlər. Buna baxmayaraq, Seymur 01 oktyabr 2021-ci il tarixdə tövlə tikmək üçün evlərinin arxasında, Beyləqan şəhəri, Sevil Qazıyeva küçəsi ilə Babək küçəsinin kəsişməsində yerləşən ərazidə Beyləqan Bələdiyyəsinə məxsus torpaq sahəsində tövlə yeri qazmış və beton tökmüş, tikintidə istifadə olunacaq materialların hamısını alıb torpaq sahəsinə yığmışdır. Daha sonra Şahid3 ilə tikintiyə başlamışdır. 10 oktyabr 2021-ci il tarixdə Seymur və İman tövlənin tikintisini başa çatdırmışlar. Bundan sonra Seymur heyvanları orada saxlamağa başlamışdır. Seymurun Beyləqan rayon Beyləqan Bələdiyyəsinə məxsus torpaq sahəsində tövlə tikməyindən onun və qardaşı Şahid2 məlumatı olmuşdur. Lakin onlar tövlənin tikintisində heç bir iştirak etməmişlər. Həmin vaxt o və Əziz ona bələdiyyəyə məxsus torpaqda tikinti işi aparmamasmı bildirmişlər. Lakin Seymur əlacının olmadığını bildirmiş və tövləni tikdirəcəyini bildirmişdir. Lakin onlar yenə də ona razılıq verməmişlər. Buna baxmayaraq Seymur heyvanları saxlamaq üçün yer olmadığına görə məcbur qalaraq tövləni tikmişdir. İş materiallarına əlavə edilmiş cinayət işinin başlanması və icraata götürülməsi barədə qərardan görünür ki, Beyləqan şəhəri, Sərdar İmrəliyev küçəsində yaşayan X1 Təqsirləndirilən şəxs tərəfindən Beyləqan şəhəri, Sevil Qazıyeva küçəsi ilə Babək küçəsinin kəsişməsində heç bir hüquqi sənədi olmadan ona məxsus torpaq sahəsinin bir hissəsini zəbt edərək qanunsuz tikinti işləri aparması barədə 22 oktyabr 2021-ci il tarixdə Beyləqan rayon polis şöbəsinə yazdığı ərizə əsasında əvvəlcə Beyləqan rayon polis şöbəsinin Təhqiqat bölməsində, daha sonra isə İstintaq bölməsində toplanmış materiallar olmuşdur. İş materiallarına əlavə edilmiş “Baxış aparılması haqqında” 09 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs özbaşına tikinti işlərini apardığı yer Beyləqan şəhəri, Sevil Qazıyeva küçəsi ilə Babək küçəsinin kəsişməsində yerləşən 210 kvadratmetr torpaq sahəsidir. Həmin torpaq sahəsinin üzərində uzunluğu 30 metr, eni isə 7 metr olmaqla 210 kvadratmetr ərazidə mişar daşından birmərtəbəli tövlə tikilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsindən rayon polis şöbəsinə daxil olmuş xx.xx.2022-ci il tarixli **********41 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs Beyləqan şəhəri Sevil Qazıyeva küçəsi ilə Babək küçəsinin kəsişməsində tikinti işləri apardığı torpaq sahəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinin torpaqların elektron kadastr bazası məlumatlarına əsasən bələdiyyəyə məxsusdur. İş materiallarına əlavə edilmiş Beyləqan rayon Beyləqan Bələdiyyəsinin 22 fevral 2024-cü il tarixli 93 nömrəli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs Beyləqan şəhəri Sevil Qazıyeva küçəsi ilə Babək küçəsinin kəsişməsində tikinti işləri apardığı torpaq sahəsi X 723595, Y 4406247.88 koordinatlarda yerləşməklə, həmin torpaq sahəsi bütünlükdə Beyləqan rayon Beyləqan Bələdiyyəsinə məxsusdur, Təqsirləndirilən şəxs Beyləqan bələdiyyəsi tərəfindən həmin əraziyə heç bir sənəd hazırlanıb verilməmişdir. İş materiallarına əlavə edilmiş, Beyləqan rayon bələdiyyəsinin 29 mart 2024-cü il tarixli iclas protokolunun 04 saylı qərarından çıxarışdan görünür ki, hazırda Beyləqan rayon Bələdiyyəsinin mülkiyyətində olan 0.08 hektar yaşayış məntəqələri kateqoriyalarına aid torpaq sahəsinin bilavasitə satılması məqsədi ilə sözügedən torpaq sahəsi üzərində bələdiyyənin hüquqlarının dövlət qeydiyyatına alınması üçün ƏMDX-dən rəy alınması prosesinə başlanmışdır. Beləliklə, məhkəmə iclasında təqsirləndirilən şəxsin etirafı ilə yanaşı zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahlərin ifadələri, habelə işin məhkəmə iclasında tədqiq edilib öz təsdiqini tapmış digər materialları ilə Təqsirləndirilən şəxs 2021-ci ilin oktyabr ayının əvvəllərində qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan Beyləqan şəhəri, Sevil Qazıyeva küçəsi ilə Babək küçəsinin kəsişməsində yerləşən Beyləqan rayon Beyləqan bələdiyyəsinin mülkiyyətində olan 210 kvadratmetr toıpaq sahəsini özbaşına tutaraq, həmin torpaq sahəsinin üzərində xırdabuynuzlu heyvanların saxlanması məqsədilə mişar daşından birmərtəbəli tövlə tikmiş, bununla da o, qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan 210 kvadratmetr torpaq sahəsi üzərində özbaşına tikinti işləri aparması kifayət qədər sübuta yetmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin hərəkətlərində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 188.2-ci maddəsinin tərkibi vardır. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. İş materiallarına əlavə edilmiş Beyləqan rayon İcra hakimiyyəti başçısının Beyləqan şəhər inzibati ərazi dairəsi üzrə Nümayəndəliyindən verilmiş 18 fevral 2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarına əlavə edilmiş Beyləqan rayon İcra hakimiyyəti başçısının Beyləqan şəhər inzibati ərazi dairəsi üzrə Nümayəndəliyindən verilmiş 18 fevral 2024-cü il tarixli arayışdan görünür ki, Tağıyev X3 şəhəri, Rövşən Axundov küçəsi, ev 104-də qeydiyyatda olmaqla yaşayır və himayəsində 2010-cu il təvəllüdlü qızı Dəniz Tağızadə və 2012-ci il təvəllüdlü oğlu Ramiz Tağızadə vardır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş 14 fevral 2024-cü il tarixli tələbnamədən və iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşaqlarının olmasını CM-nin 59.1.4-cü maddəsinə, zərərçəkmiş şəxsin nümayəndəsinin ondan heç bir şikayət və tələbinin olmamasını CM-nin 59.1.12-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin edilərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 №-li qərarının 1-ci bəndinin 1 və 2-ci abzasında göstərilmişdir ki, «hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin ediməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər”. “Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır.” Həmin Qərarın 2-ci bəndində göstərilir ki, “məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi müzakirə etməlidirlər.” Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyini ilə bağlı məsələni müzakirə edib, hesab edir ki, yuxarıda göstərilən cəzanı yüngülləşdirən hallarla yanaşı onun şəxsiyyətini, ailə vəziyyətini, əməlidən səmimi peşimançılıq çəkməsini, nəzərə almaqla ona Azərbaycan Respublikası CM-nin 188.2-ci maddəsi ilə cinayət əməlini törətməsinə görə, həmin maddənin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlığın məhdudulaşdırılması cəzası təyin edilməsini qanuna və məqsədə müvafiqdir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52- 1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Beyləqan rayon ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalıdır. İş üzrə maddi sübut, xüsusi müsadirə təyin edilməsi üçün hər hansı əsas və digər tələb yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 188.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzanın əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Beyləqan rayonu ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Beyləqan rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə mindikdən sonra ləğv edilsin. Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə göstərdiyi hüquqi yardıma görə 12 (on iki) saat üçün 72(yetmiş iki) manat Beyləqan rayon vəkil bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmün surəti həmin hissədə icrası üçün Azərbaycan Respublikası Vəkillər X4 və Tədris Mərkəzinə göndərilsin. İş üzrə maddi sübut və digər tələb yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Beyləqan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində şikayət və protest verilməzsə hökm həmin müddət bitdiyi gündən sonrakı gün qanuni qüvvəsini alır. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №1(020)-29/2024
Beyləqan Rayon Məhkəməsi Hökm — İş №1(020)-29/2024
19.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver