Azərbaycan Respublikası adından HÖKM Beyləqan rayon İş № 1(020)-29/2025 14.05.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs- X2, Yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxs- X3, Təqsirləndirilən şəxsin qanuni nümayəndəsi- Qanuni nümayəndə, Təqsirləndirilən şəxsin müdafiəçisi- Beyləqan rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 2007-ci il tarixdə Beyləqan rayonu, İİ Şahsevən kəndində anadan olan, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, məktəbli, məhkum olunmayan, Beyləqan rayonu, İİ Şahsevən kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində 13 dekabr 2024-cü il tarixdə yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmiş X3 Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: Yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxs X10-Beyləqan rayonu, İkinci Şahsevən kəndində yaşayan X4 məxsus əmlakı tamah məqsədilə, hüquqazidd və əvəzsiz olaraq oğurlamaq, yəni gizli olaraq talamaq üçün 10 sentyabr 2024-cü il tarixdə, saat 10 radələrində özünün yaşadığı evin həyətində olarkən həyətin kənarına çəkilmiş metal torun üzərindən aşaraq qonşuluqda yaşayan X4 məxsus fərdi yaşayış evinin həyətyanı sahəsinə qanunsuz daxil olduqdan sonra evin qarşı tərəfində yerləşən qonaq otağının pəncərəsinin şüşəsinin açıq olmasını görüb pəncərəyə çəkilmiş toru əlləri ilə dartıb çıraraq pəncərədən saxlanc yeri olan evə qanunsuz daxil olub qonaq otağında olan qab qacaq dolabının altındakı qara rəngli qadın çantasına qanunsuz daxıl olaraq 5000 manat nagd pulu götürüb daxil olduğu yerdən evdən çıxıb metal torun üzərindən aşaraq həyəti tərk edib zərərçəkmiş şəxs X2 yaşadığı evdən cəmi 5000 manat nağd pulu oğurlamış, yəni gizli olaraq talamışdır. Məhkəmə iclasında yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxs X10 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bildi və ifadəsində göstərdi ki, X9 onun qonşusudur, aralarında hər hansı ədavət və ya düşmənçilik yoxdur. 10 sentyabr 2024-cü il tarixdə, saat 10 radələrində yaşadığı kənd ərazisində olarkən oğurluq etmək qərarına gəlmişdir. O, qonşuluqda yaşayan X2 tək yaşadığını, gündüzlər işə getdiyini, evində adam olmadığını bilmişdir. Buna görə də onun evinin həyətinin ətrafına çəkilmiş metal torun üzərindən aşaraq həyətə daxil olmuşdur. O, evin qonaq otağına açılan pəncərinin açıq olduğunu, pəncərəyə tor çəkildiyini görmüşdür. O, həmin pəncərəyə çəkilmiş toru cıraraq evə daxil olmuşdur. O, qonaq otağına daxil olduqdan sonra həmin otağa açılan yataq otağına baxmışdır. O, pul axtarmışdır. Çünki ancaq pul oğurlamaq niyyətində olmuşdur. Lakin yataq otağında pul tapa bilməyib yenidən sonra qonaq otağına qayıtmışdır. Qonaq otağında dolabın altında qara rəngli qadın çantası olduğunu görüb çantanın ağzını açıb baxmışdır. Çantada rezinlə sarınmış topa pul olduğunu görmüşdür. Həmin pulları göturub evə daxıl olduğu yerdən çıxmışdır. Sonra metal torun üzərindən aşıb həyətdən çölə çıxmış və yaşadığı evə getmişdir. Pulu sayarkən 300 manat olduğunu görmüşdür. Bundan sonra evdən çıxıb küçədə qonşusu Vüsal adlı şəxslə görüşmüşdür. O, Vüsala Beyləqan şəhərinə gedib özünə paltar almaq istədiyini bildirmiş və onunla getməsini xahiş etmişdir. Onlar birlikdə tanımadığı taksi sürücüsü ilə Beyləqan şəhərinə gedib ona paltar almışlar. O, taksi sürücüsünə onları aparması qarşılığında 20 manat pul vermişdir. Paltar mağazasından özünə bir cüt idman ayaqqabısı, bir ədəd qara rəngli cins şalvar, bir ədəd tünd goy rəngli kofta almışdır. Həmin paltarlara 80 manat pul vermişdir. O, ayaqqabını 30 manata, şalvarı 30 manata, koftanı isə 20 manata almışdır. Satıcıya 100 manat pul vermiş, satıcı ona 20 manat qaytarmışdır. Bundan sonra o, Vüsalla dönər yeməyə getmişdir. Onlar hərəsi üç dönər yemiş, üç stəkan coca-cola içkisi içmiş və dönər satan şəxsə 12 manat pul ödəmişdir. Mağazaların birindən 18 manata eynək almışdır. X17 X13 gedib orada 16 manat ödəniş edib hovuzda üzmüşlər. Sonra Vüsalla tanımadığı taksi sürücüsü ilə yaşadığı kəndə qayıtmışdır. Onlar Vüsalla sağollaşıb ayrılmışlar. O, Biləsuvar rayonuna gedib orada fəaliyyət göstərən fahişələrlə cinsi əlaqədə olmaq istəmişdir. Bu barədə xalası oğlu Xəyala zəng edib ona Biləsuvar rayonuna getməyi təklif etmişdir. O, Xəyala fahişələrlə görüşmək istədiyini bildirmişdir. Xəyal onunla razılaşmışdır. O, kənd ərazisində Xəyalla görüşmüş və o, həmkəndliləri Hikmət adlı taksi sürücüsü ilə danışıb onları Biləsuvar rayonuna aparmasını demişdir. Hikmətlə 30 manata razılaşmışdır. Hikmət onları Biləsuvar rayonuna aparmışdır. Onlar orada adsız fahişəxanada qızlarla cinsi ələqədə olmuşlar. O, Xəyala qıza verməsi üçün 40 manat vermişdir. O, özü də cinsi əlaqədə olduqdan sonra fahişəyə 60 manat pul vermişdir. Bundan sonra Hikmətlə Beyləqan rayonuna qayıtmışlar. Hikmətə 30 manat pul vermişdir. Hikmət həmin pulun 10 manatına maşına benzin vurmuşdur. Bundan sonra polis əməkdaşları onu Beyləqan rayonu, İİ Şahsevən kəndi ərazisində saxlamışlar. Polis əməkdaşları ona yaxınlaşan zaman onun üzərində 20 manat pul qalmış, həmin 20 manat pulu yaxınlıqdan keçən su kanalına atmışdır. O, oğurluq barədə heç kimə məlumat verməmişdir. Hərəktlərindən peşimandır. Zərərçəkmiş şəxslə barışmış, dəymiş maddi ziyanı ödəmişdir. Əməlindən səmimi peşman olmasını və yaşını nəzərə alıb ona yüngül cəza verilməsini xahiş etdi. İş üzrə zərərçəkmiş şəxs X9 məhkəmədə verdiyi ifadəsində göstərdi ki, yaşadığı Beyləqan rayonu, İkinci Şahsevən kəndində yerləşən fərdi yaşayış evi 1 yataq otağı və 1 zal olmaqla 2 otaqdan ibarətdir. Həyətin ümumi sahəsi təxminən 30-35 sotdur. X1 da onunla qonşuluqda yaşayır. 10 sentyabr 2024-cü il tarixdə, saat təxminən 07 radələrində evdən çıxıb işlədiyi Ağdam rayonuna getmişdir. O, Ağdam rayonunda sahədə soğan yığıb şirkətə təhvil verib günlük olaraq 20-30 manat pul qazanmış, həmin qazancla gündəlik dolanışığını təmin etmişdir. 10 sentyabr 2024-cü ıl tarixdə, təxminən saat 18 radələrində işdən çıxıb yaşadığı evə gəlmişdir. Darvazanı açıb həyətə daxil olduqdan sonra cibindən açarı çıxarıb evin taxtadan olan giriş qapısını açaraq evin zalına daxil olmuşdur. Yataq otağına keçən zaman yataq otağında olan sandıq və yataq dəstlərinin dağınıq halda olduğunu görüb həyəcanlanmışdır. Bundan sonra dərhal evin zalına qayıtmışdır. Zalda dolabın yanında olan qara rəngli çantanı görüb yerdən götürmüşdür. Çantanın içərisinə baxan zaman çantada olan 5000 (beş min) manat pulun çantada olmadığını görmüşdür. Lakin çantada ona məxsus olan qızıl-zinət əşyaları çantanın içərisində olmuşdur. Çantaya baxdıqdan sonra o, dolabın üzərində olan çaynikin içərisinə baxmışdır. Çaynikin içərisində olan 350 (üç yüz əlli) manat pulun da çaynikin içərisində olduğunu görmüşdür. Qorxusundan qışqırmış və səsinə qonşular gəlmişdir. Qonşular evdə ona təsəlli verən zaman o, evin zalının torla bağlanmış olan pəncərəsinin torunun yan hissədən cırıldığını görmüşdür. Daha sonra isə o, Daxili İşlər Nazirliyinin 102 Məlumat Mərkəzinə zəng edərək fərdi yaşayış evindən 5000 (beş min) manat pulunun oğurlanması ilə bağlı müraciət etmişdir. Sonradan bolmişdir ki, evindən oğurluq edən təqsirləndirilən şəxs X7r. Hazırda təqsirləndirilən şəxsdən heç bir tələb və şikayəti yoxdur, ona dəymiş 5000 manat maddi ziyan tam ödənmişdir. Göstərilənləri nəzərə alıb məhkəmədən təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, X5 və X8 əvvəllər tanımamış, onlarla aralarında hər hansı ədavət və ya düşmənçilik olmamışdır. O, Beyləqan şəhəri, Magistral küçəsində yerləşən mərkəzi bazarda paltar mağazası işlədir. 10 sentyabr 2024-cü il tarixdə, saat 12-13 radələrində iki nəfər şəxs onun işlətdiyi mağazaya gəlmişlər. O, həmin şəxsləri əvvəllər tanımamışdır. Həmin şəxslər bir-birlərini adları ilə çağırmış, o, sonradan onlardan birinin adının Elmin, digərinin isə Vüsal olduğunu bilmişdir. Elmin adlı şəxs onun mağazasından qara cins şalvar, bir ədəd tünd göy rəngli kofta almışdır. Həmin şəxsin aldığı şeylər 49 manat etmişdir Elmin cibindən 100 manatlıq əskinas çıxarıb ona vermiş, o, 49 manatı çıxdıqdan sonra qalan 51 manatı Elminə qaytarmışdır. Digər şəxs ondan heç nə almamışdır. Sonra həmin şəxslər çıxıb getmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, X5 və X8 əvvəllər tanımamış, onlarla aralarında hər hansı ədavət və ya düşmənçilik olmamışdır. O, Beyləqan şəhəri, Magıstarl küçəsində dönərxana işlədir. 10 sentyabr 2024-cü il tarixdə, saat 13 radələrində iki nəfər şəxs gəlib ondan dönər istəmişlər. O, həmin şəxsləri əvvəllər tanımamış, sonradan onlardan birinin adının Elmin, digərinin isə Vüsal olduğunu bilmişdir. Həmin şəxslər bir-birlərini adları ilə çağırmışlar. Elmin adlı şəxs ona altı ədəd dönər hazırlamasını istəmişdir. O, həmin şəxslərə dönərləri hazırlayıb vermiş və dönlərlərin hər birinin yanında bir stəkan coca-cola içkisi vermişdir. Onlar yeyib qurtardıqdan sonra hesabı soruşmuşlar. O, həmin şəxslərə hesabın 12 manat olduğunu demişdir. Elmin cibindən pul çıxararaq ona 20 manat pul vermişdir. O, həmin pulu xırdalayıb 12 manat çıxdıqdan sonra 8 manatını Elminə vermişdir. Sonra onlar çıxıb getmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, 10 sentyabr 2024-cü il tarixdə o, Beyləqan rayonu, İkinci şahsevən kəndində yerləşən evində olan zaman Elmin ona zəng vurmuşdur. O, bu zaman telefonu aça bilməmiş, sonra Elmin onlara gəlib onu çağırmış, ona birlikdə rayona getməyi, paltar almağı demişdir. O da Elminlə razılaşmış və onlar birlikdə taksi ilə Beyləqan şəhərinə getmişlər. Onlar paltar mağazasına gəlmiş və Elmin özünə şalvar, kofta və krasovka almışdır. Bundan sonra Elminlə dönər yeməyə getmiş və Elmin özünə dönər almışdır. O da özünə dönər almış və dönərin pulunu öz pulundan vermişdir. Daha sonra isə polis əməkdaşları onunla əlaqə saxlamış və onun izahatının alınması məqsədilə şöbəyə dəvət etmişlər. Orada Elminlə mağazaya gedib paltar almasını etiraf ütmişdir. Elmində dəqiq nə qədər pul olmasını bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, hal-hazırda rəsmi olaraq heç bir yerdə işləmir. Əsasən taksi fəaliyyəti ilə məşğul olaraq günlük qazancını təmin edir. 10 sentyabr 2024-cü il tarixdə o. Beyləqan rayonu İkinci Şahsevən kəndində yerləşən evində olmuşdur Həyətə duşən zaman ona tanışı, həm də həmkəndlisi olan Şahid4 nömrəsi ilə zəng gəlmişdir. Danışan Xəyal olmamış, onunla danışan Elmin adlı şəxs olmuşdur. Elmin də onun həmkəndlisidir və Elmin Xəyalın doğma xalaoğlusudur. Elmin danışan zaman ona Xəyalla Biləsuvara getmək istədiyini demişdir. Elmin ona onları aparıb-gətirməsini bildirmiş və ondan yol pulunu soruşmuşdur. Onlar aralarında 30 manata razılaşmışlar. O, Elmingili yaşadığı İkinci Şahsevən kəndindən götürmüş və Biləsuvara doğru getməyə başlamışlar. Beyləqan rayonu ərazisində yerləşən “Oscar" adlı yanacaq doldurma məntəqəsinə çatandan sonra Elmin ona 1 ədəd 100 manatlıq pul əskınazını vermiş və pulunu çıxmasını demişdir. O da pulu həmin yanacaqoldurma məntəqəsində işləyən işçiyə uzatmış və 10 manatlıq Aİ-92 benzin vurmasını demişdir. Avtomobilinə benzin vurulduqdan sonra isə həmin işçi ona 90 manat qalığı qaytarmış və o, pulun 20 manatını cibinə qoymuş, qalan 70 manatı isə Elminə vermişdir. Sonra isə onlar Biləsuvar rayonuna doğru hərəkət etmişlər. Biləsuvar rayonunda olan adını xatırlamadığı kafelərdən birinin qarşısında o. avtomoibilini saxlamışdır. Daha sonra isə Elmin və Xəyal avtomobildən düşmüş və həmin kafeyə girmişlər. O da avtomobildə onları gözləmişdir. Təxminən 20 dəqiqə sonra onlar birlikdə avtomobilə qayıtmışlar. Onlar üçü birlikdə Beyləqan rayonu istiqamətində yola düşmüşlər. O, Beyləqan bulağı adlanan yerə çatan zaman dayısının avtomobili ilə işıqları yandırdığını və ona avtomobilim saxlamağını bildirmək istədiyini görmüşdür. O da avtomobilini saxlamış, dayısı ona yaxınlaşaraq polis əməkdaşlarının Elmini axtardıqlarını bildirmişdir. Daha sonra isə polis əməkdaşları onlara yaxınlaşaraq Elmini xidməti avtomobillərinə əyləşdirib Beyləqan rayon polis şöbəsinə aparmışlar O, isə öz avtomobili ilə şöbəyə izahat vermək məqsədilə gəlmişdir. Orada Elmirin oğurluq etməsi, yəni həmkəndliləri Şəfayətin evindən pul oğurlaması məlum olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi kı, 10 sentyabr 2024-cü il tarixdə Beyləqan rayonu İkinci Şahsevən kəndində yerləşən evində olan zaman xalası oğlu Elmin onun telefonuna zəng edib axşam Biləsuvara qızla görüşməyə getmək istədiyini demişdir. 20 dəqiqə sonra Elmin onlara gəlmiş və ona küçəyə çıxaraq mağazaya tərəf getmələrini demişdir. Həmin vaxt onun cibində atasının ona verdiyi 28 manat pul olmuşdur. Mağazanın yanına çatan zaman taksi gəlmiş və onlar birlikdə Biləsuvar rayonuna doğru hərəkət etməyə başlamışlar. Onlar Azpetrol adlı yanacaq doldurma məntəqəsəinin yanında olan zaman Elminə zəng gəlmiş və danışıq zamanı Elmin “gəlirəm evə” demiş və telefonu söndürmüşdür. Onlar Elmindən nə olduğunu soruşmuş, Elmin isə heçnə olmadığını demiş və taksi sürücüsünə getməsini bildirmişdir. Beyləqan rayonu ərazisində yerləşən “Oscar” adlı yanacaq doldurma məntəqəsinə çatandan sonra Elmin taksi sürücüsünə 1 ədəd 100 manatlıq pul əskinazını vermiş və pulunu çıxmasını demişdir. Taksi sürücüsü Hikmət də pulu həmin yanacaqoldurma məntəqəsində işləyən işçiyə uzatmış və 10 manatlıq Aİ-92 benzin vurmasını ona demişdir. Avtomobilə benzin vurulduqdan sonra isə həmin işçi Hikmətə 90 manat qalığı qaytarmışdır. Hikmət də oradan 20 manatı öz pulunu çıxmış, qalan 70 manatı isə Elminə vermişdir. Sonra isə onlar Biləsuvara doğru hərəkət etmişlər. Biləsuvar rayonunda olan adını xatırlamadığı kafelərdən birinin qarşısında avtomobil dayanmış, sonra isə o və Elmin avtomobildən düşmüş və həmin kafeyə girmişlər. O, kafeyə girmiş və orada təxminən 4-5 ədəd qız olmuşdur. Onlardan biri ona yaxınlaşmış və onu orada olan otaqlardan birinə dəvət etmişdir. Həmin qız otaqda onunla cinsi əlaqədə olduqdan öncə ona 20 manata görüşdüyünü demiş və ona 20 manatı əvvəlcədən verməsini bildirmişdir. O da həmin qıza 20 manat vermiş və həmin qızla bir dəfə təbii yola cinsi əlaqədə olmuşdur. Onunla cinsi əlaqədə olduqdan sonra onlar gəldikləri maşına əyləşmiş və Beyləqan rayonuna doğru yola düşmüşlər. X12 kəndinə gəldikdən sonra polis əməkdaşları onlara yaxınlaşmışlar. Onlar Elmini dəvət edərək Beyləqan rayon polis şöbəsinə aparmışlar. Onu da sonradan Beyləqan rayon polis şöbəsinə dəvət etmişlər. Elmirin Şəfayətin evindən pul oğurlaması məlum olmuşdur. İş materiallarına əlavə edilmiş cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə qərardan görünür ki, cinayət işinin başlanmasına səbəb və əsas Beyləqan rayonu, İkinci Şahsevən kəndində yaşayan X2 naməlum şəxs və ya şəxslərin ona məxsus fərdi yaşayış evinə qanunsuz daxil olaraq 5000 pulunu oğurlaması barədə 10 sentyabr 2024-cü ıl tarixdə Beyləqan rayon Polis şöbəsinə yazıdığı ərizə əsasında Beyləqan rayon Polis şöbəsinin İstintaq bölməsində toplanmış materiallar olmuşdur. İş materiallarına əlavə edilmiş “Baxış aparılması haqqında” 10 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri X2 yaşadığı Beyləqan rayonu. İkinci Şahsevən kəndində yerləşən fərdi yaşayış evidir. Fərdi yaşayış evi qəsəbənin mərkəzində, kəndin daxilindən keçən asfalt yolun kənarında yerləşir. Evin həyətyanı sahəsinin giriş qapısı dəmir materialdandır, mavi rəngə boyanmışdır. Həyətə daxil olduqda sağ hissədə fərdi yaşayış evi, sol hissədə qamışdan hazırlanmış tövlə yerləşir. Həyət metal torla əhatələnmişdir. Ev mişar daşından inşa edilmişdir və üzəri köhnə şiferlidir. Fərdi yaşayış evinin giriş qapısı taxta materialdandır, ağ rəngə boyanmışdır. Ev iki otaqlıdır, evə daxil olduqda qonaq otağı yerləşir. Qapısı qonaq otağına açılan, sağ tərəfdə bir yataq otağı vardır. Qonaq otağının sol tərəfində bir ədəd taxta meterıaldan hazırlanmış pəncərə vardır. Pəncərənin açılan hissəsinə böcəklərin daxil olmasını önləmək üçün tor çəkilmişdir. Pəncərəyə çəkilmiş tor cırılmışdır Yataq otağın daxıl olduqda əşyalar yerə dağılmış, səliqəsiz haldadır. Baxışda iştirak edən X9 oğurluq edilən zaman əşyaların dağıdıldığını, qonaq otağında yerləşən qab-qacaq dolabının altında olan qara rəngli qadın çantasının içərisindən ona məxsus 5000 manat nağd pulu oğurlanmışdır. İş materiallarına əlavə edilmiş “Baxış və götürmə haqqında” 12 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, əsasən X3 təqdim etdiyi-oğurladığı pulla aldığı bir cüt idman ayaqqabısı, bır ədəd qara rəngli cins şalvar, bir ədəd tünd göy rəngli kofta ondan götürüldükdən sonra həmin əşyaların baxışı keçirilmişdir. Baxış keçirilən bir cüt idman ayaqqıbısı boz rəbgli, ipli ayaqqabıdır, şalvar qara rənglidir, üzərində başqa xüsusi əlaməti yoxdur. Kofta tünd göy rənglidir, sinəsində üç ədəd düymə ilə bağlanan kəsiyi vardır. Kəsiyin iç tərəfi ağ rənglidir, koftanın düymələri bağlı olduqda iç tərəf görünmür. Baxış başa çatdıqdan sonra X3 təqdim etdiyi- oğurladığı pulla aldığı bir cüt idman ayaqqabısı, bir ədəd qara rəngli cins şalvar, bir ədəd tünd göy rəngli kofta bir sellofan bağlamaya qoyularaq qablaşdırılmış, bağlamanın üzəri Azərbaycan Respublikası DİN-in 86 saylı ştamp əksi ilə möhürlənmiş və üzərinə imzalar edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Şəfayət İsmayılovanın evindən 300 manat oğurladığını göstərsə də, işin məhkəmə iclasında araşdırılıb öz təsdiqini tapmış sübutlarla həmin məbləğin 5000 manat olması müəyyən edilmişdir. Həmin məbləğ də təqsirləndirilən şəxsin valideynləri tərəfindən zərərçəkmiş şəxsə tam şəkildə ödənilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin hərəkətlərində Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin tərkibi vardır. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. İş materiallarına əlavə edilmiş AA******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, X10 xx xxxxxxxx 2007-ci il tarixdə anadan olmuş, yetkinlik yaşına çatmamışdır. İş materiallarına əlavə edilmiş Beyləqan rayon İcra Hakimiyyəti başçısının İkinci Şahsevən kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 20 noyabr 2024-cü il tarixli xasiyyətnamədən görünür ki, X10 cəmiyyət arasında müsbət xarakterizə olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika informasiya İdarəsi tərəfindən verilmiş 28 oktyabr 2024-cü il tarixli tələbnamədən görünür ki, X3 barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur, məhkum olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin edilərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 №-li qərarının 1-ci bəndinin 1 və 2-ci abzasında göstərilmişdir ki, «hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin ediməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CMnin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər”. “Cinayət qanununun ədalət prinsipində n bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır.” Məhkəmə Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən yetkinlik yaşına çatmayan olmasını CM-nin 59.1.2, zərərçəkmiş şəxslə barışıq əldə etməsini CM-nin 59.1.12, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə aradan qaldırılmasını CM-nin 59.1.13, ilk dəfə cinayət törətməsini CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallarını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan şəxs olmaqla cəmiyyətdən təcrid etmədən islah edilməsi mümkündür və ona Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudulaşdırılması növündə cəza təyin edilməsi qanuna və məqsədə müvafiqdir. Azərbaycan Respublikası CM-nin 85.4-1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması yetkinlik yaşına çatmayanlara iki aydan iki ilədək müddətə təyin edilir. Məhkəmə həmçinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Beyləqan rayon ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. İş üzrə maddi sübut olan Beyləqan rayon polis şöbəsinin maddi sübutların saxlanılması otağında saxlanılan bir cüt boz rəngli idman ayaqqabısı, bir ədəd qara rəngli cins şalvar, bir ədəd tünd göy rəngli kofta Təqsirləndirilən şəxs qaytarılmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384.1-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzanın əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Beyləqan rayon ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Beyləqan rayonu, İcra və Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə mindikdən sonra ləğv edilsin. İş üzrə maddi sübut olan Beyləqan rayon polis şöbəsinin maddi sübutların saxlanılması otağında saxlanılan bir cüt boz rəngli idman ayaqqabısı, bir ədəd qara rəngli cins şalvar, bir ədəd tünd göy rəngli kofta Təqsirləndirilən şəxs qaytarılsın. Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə göstərdiyi hüquqi yardıma görə 16 (on altı) saat üçün 176 (yüz yetmiş altı) manat Beyləqan rayon vəkil bürosunun vəkili Müdafiəçi dövlət hesabına ödənilsin. Hökmün surəti həmin hissədə icrası üçün Azərbaycan Respublikası Vəkillər X14 və Tədris Mərkəzinə göndərilsin. İş üzrə mülki iddia və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Beyləqan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Həmin müddət ərzində şikayət və protest verilməzsə hökm həmin müddət bitdiyi gündən sonrakı gün qanuni qüvvəsini alır. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №1(020)-29/2025
Beyləqan Rayon Məhkəməsi Hökm — İş №1(020)-29/2025
14.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver