Məhkəmə qərarları › İş №1(020)-3/2025

Beyləqan Rayon Məhkəməsi Hökm — İş №1(020)-3/2025

22.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Beyləqan rayon İş № 1(020)-3/2025 22.05.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Cabbarlı Xatın Mahir qızının sədrliyi, Məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Abbasov Zaur Alı oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasna aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər Beyləqan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1, Beyləqan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 iştirakları ilə,

1. xx.xx.1992-ci il tarixdə Beyləqan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində üç azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Beyləqan şəhəri, M.Müşfiq küçəsi, ev 3 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş,

Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə

2. xx.xx.1994-cü il tarixdə Beyləqan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində üç azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2ndə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş

Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə

müəyyən etdi:

1. Təqsirləndirilən şəxs2, 20 dekabr 2023-cü il tarixdə, saat 17 radələrində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus traktorları icarə müqaviləsi əsasında həmin MMC-yə məxsus Beyləqan rayonu, Şərq qəsəbəsi ərazisində yerləşən torpaq sahəsində əkin üçün şum çıxararkən qardaşı Təqsirləndirilən şəxs1 ilə traktorların işlədiyi yerə gələrək onların torpaq sahəsini şumlamalarının qarşısını almaq məqsədilə bir qrup şəxs halında birləşib, özünü ətrafdakılara qarşı qoyub, cəmiyyətin orada olan üzvlərinə açıqca hörmətsizlik edib, özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə cəmiyyətdə insanlar arasında təşəkkül tapmış ictimai qaydaya laqeydlik, etinasızlıq göstərərək, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış qaydalarını, ictimai qaydanı kobud surətdə pozaraq torpaq sahəsinin şumlanmasını tələb edən "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyətində sahə briqadiri vəzifəsində işləyən Zərərçəkmiş şəxs və Cəmiyyətin digər işçiləri ilə mübahisə edib Zərərçəkmiş şəxs üzərinə hücum edib xuliqanlıq niyyətilə zor tətbiq edib qəsdən əlində olan istintaqa məlum olmayan silah qismində istifadə etdiyi predmetlə bir neçə dəfə zərbə vuraraq Zərərçəkmiş şəxs yerə yıxdıqdan sonra xuliqanlıq hərəkətlərini davam etdirərək əlində olan istintaqa məlum olmayan silah qismində istifadə etdiyi predmetlə sonuncunun kürək nahiyəsinə qəsdən bir neçə dəfə zərbə vuraraq Zərərçəkmiş şəxs sol qaşüstü nahiyyəsində əzilmiş yara, burun nahiyyəsində yumşaq toxumaların əzilməsi, burun sümüyünün fraqmentləri yerinidəyişmiş qapalı sınığı və kürək nahiyəsinin qançırı xarakterli sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirmiş, həmin vaxt qrupun digər üzvü Təqsirləndirilən şəxs1 özünü ətrafdakılara qarşı qoyub, cəmiyyətin orada olan üzvlərinə açıqca hörmətsizlik edib, özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə cəmiyyətdə insanlar arasında təşəkkül tapmış ictimai qaydaya laqeydlik, etinasızlıq göstərərək, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış qaydalarını, ictimai qaydanı kobud surətdə pozaraq özünün idarə etdiyi özünə məxsus “Vaz 21214” markalı, **-XH-*** dövlət qeydiyyat nişanlı avtomobillə şumlama işlərini həyata keçirən AZ 008397 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyətinə məxsus Şahid1 idarə etdiyi “MTZ 1221.2” markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı traktorun qarşısını kəsib avtomobildən düşərək əlində olan istintaqa məlum olmayan silah qismində istifadə etdiyi predmetlə traktorun arxa alın şüşəsinə qəsdən bir neçə zərbə vurub şüşəni sındırıb məhv edərək "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyətinə 100 manat dəyərində maddi ziyan vurmuş, beləliklə, o, xuliqanlıq niyyətilə Zərərçəkmiş şəxs sağlamlığına az ağır zərər vurmuş və Təqsirləndirilən şəxs1 Rahib oğlu ilə bir qrup şəxs halında qərəzli xuliqanlıq etmişdir.

2. Digər Təqsirləndirilən şəxs1, 20 dekabr 2023-cü il tarixdə, saat 17 radələrində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus traktorlar icarə müqaviləsi əsasında həmin MMC-yə məxsus Beyləqan rayonu, Şərq qəsəbəsi ərazisində yerləşən torpaq sahəsində əkin üçün şum çıxararkən qardaşı Təqsirləndirilən şəxs2 ilə traktorların işlədiyi yerə gələrək onların torpaq sahəsini şumlamalarının qarşısını almaq məqsədilə bir qrup şəxs halında birləşib, özünü ətrafdakılara qarşı qoyub, cəmiyyətin orada olan üzvlərinə açıqca hörmətsizlik edib, özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə cəmiyyətdə insanlar arasında təşəkkül tapmış ictimai qaydaya laqeydlik, etinasızlıq göstərərək, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış qaydalarını, ictimai qaydanı kobud surətdə pozaraq torpaq sahəsinin şumlanmasını tələb edən "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyətində sahə briqadiri vəzifəsində işləyən Zərərçəkmiş şəxs və Cəmiyyətin digər işçiləri ilə mübahisə edib özünün idarə etdiyi özünə məxsus “Vaz 21214” markalı, **-XH-*** dövlət qeydiyyat nişanlı avtomobillə şumlama işlərini həyata keçirən AZ 008397 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyətinə məxsus Şahid1 idarə etdiyi “MTZ 1221.2” markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı traktorun qarşısını kəsib avtomobildən düşərək əlində olan istintaqa məlum olmayan silah qismində istifadə etdiyi predmetlə traktorun arxa alın şüşəsinə qəsdən bir neçə zərbə vurub şüşəni sındırıb məhv edərək "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyətinə 100 manat dəyərində maddi ziyan vurmuş, həmin vaxt qrupun digər üzvü Təqsirləndirilən şəxs2 özünü ətrafdakılara qarşı qoyub, cəmiyyətin orada olan üzvlərinə açıqca hörmətsizlik edib, özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə cəmiyyətdə insanlar arasında təşəkkül tapmış ictimai qaydaya laqeydlik, etinasızlıq göstərərək, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış qaydalarını, ictimai qaydanı kobud surətdə pozaraq Zərərçəkmiş şəxs üzərinə hücum edib xuliqanlıq niyyətilə zor tətbiq edib qəsdən əlində olan istintaqa məlum olmayan silah qismində istifadə etdiyi predmetlə bir neçə dəfə zərbə vuraraq Zərərçəkmiş şəxs yerə yıxdıqdan sonra xuliqanlıq hərəkətlərini davam etdirərək əlində olan istintaqa məlum olmayan silah qismində istifadə etdiyi predmetlə sonuncunun kürək nahiyəsinə qəsdən bir neçə dəfə zərbə vuraraq Zərərçəkmiş şəxs sol qaşüstü nahiyəsində əzilmiş yara, burun nahiyəsində yumşaq toxumaların əzilməsi, burun sümüyünün fraqmentləri yerinidəyişmiş qapalı sınığı və kürək nahiyəsinin qançırı xarakterli sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirmiş, beləliklə, o, Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs halında qərəzli xuliqanlıq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs2 CM-in 127.2.3 və 221.3-cü maddələrində nəzərdə tutulmuş ittiham, Təqsirləndirilən şəxs1 isə CM-in 221.3-cü maddəsində nəzərdə tutulmuş ittiham irəli sürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı vermiş olduğunu ifadəsini təsdiq edərək, CM-in 127.2.3 və 221.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs əvvəllər tanımamış, həmin şəxslə arasında heç bir ədavət və ya düşmənçilik olmamışdır. Beyləqan rayonu, Şərq qəsəbəsi ərazisində dövlətə məxsus örüş otlaq sahəsində atası X7 məxsus ferma vardır. Fermanın yerləşdiyi torpaq sahəsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən icarəyə götürülmüşdür. 2021-ci ildə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən atası Bayram Həsənova fermadan çıxmaq üçün 8000 manat kompensasiya verilmişdir. Bundan başqa həmin ərazidə ferması olan şəxslərin hər birinə rəsmi qaydada kompensasiya verilmişdir. Həmin vaxt şirkətin işçisi atası Bayram Həsənova 8000 manat kompensasiya verən zaman onların həmin fermada 5-6 il qalaraq torpaqdan istifadə edəcəyini bildirmişdir. Bundan 15 gün qabaq Beyləqan rayonu, Şərq qəsəbəsi ərazisində Azər Aqro” Məhdud Məsuliyyəti Cəmiyyətinin işçisi Şahid6 yanında Zərərçəkmiş şəxs qardaşı Arif adlı şəxsdən atasının fermasının yaxınlığında olan torpaq sahəsində şumalama işlərini aparmamasını və xırdabuynuzlu heyvanlarının həmin otlaq sahəsində otlamasını xahiş etmişdir. Həmin vaxt Arif adlı şəxs razılaşaraq fermanın yaxınlığında olan otlaq sahəsində şumlama işləri aparmayacaqdır. 20 dekabr 2023-cü il tarixdə, saat 17 radələrində "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyətinə məxsus traktorların onlara məxsus fermanın yaxınlığında otlaq sahəsi kimi istifadə etdikləri torpaq sahəsində şumlama işlərini apardığını görmüşdür. O, həmin vaxt atla otlaq sahəsinə gedərək Zərərçəkmiş şəxs yaxınlaşmışdır. O, Zərərçəkmiş şəxs qardaşı Ariflə fermanın yaxınlığında olan otlaq sahəsini şumlama işləri aparmayacağı barədə razılaşdıqlarını demişdir. Daha sonra o, Zərərçəkmiş şəxs həmin otlaq sahəsində şumlama işlərini aparmamasını və 2024-cü ilin mart ayında şumlama işlərini aparmasını demişdir. Çünki, o, Maarifdən qışı yola vermələrini, gələn yaz fəslindən başlayaraq şumlama işlərini aparmasını xahiş etmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs idarə etdiyi “Prado” markalı avtomobili üzərinə sürərək onu və ailə üzvlərini söyüb təhqir etmişdir. Daha sonra o, atla gedərək otlaq sahəsində torpaq sahəsini şumlayan trakorun qarşısını kəsərək traktoru idarə edən şəxsə torpağı şumlamamasını demişdir. Bu zaman Zərərçəkmiş şəxs ona yaxınlaşaraq onu söyüb təhqir etmişdir. Həmin vaxt atası Bayram Həsənov, anası X4 və qardaşı Təqsirləndirilən şəxs1 “Niva” markalı avtomobillə həmin otlaq sahəsində onların yanlarına gəldikdən sonra atası Bayram Həsənov və anası X24 Seyidova otlaq sahəsini şumlamamasını demişdir. Zərərçəkmiş şəxs atası Bayram Həsənovu və anası Nəzakət Həsənovanı söyüb təhqir etmişdir. Qardaşı Nicat torpaq sahəsində işləyən traktorlardan birinin işini saxlamaq üçün idarə etdiyi “Niva” markalı avtomobillə gedib traktorun qarşısını kəsmiş və şumlama işlərini saxlamasını bildirmişdir. Onlar Nicatgilin yanına gedən zaman anası Nəzakətin halı pisləşib yerə yıxılmışdır. O, Zərərçəkmiş şəxs ona yaxınlaşan zaman bu problemləri yaratdığına görə əlində olan ağac parçası ilə Maarifi bir neçə dəfə vurmuşdur. Bundan sonra ətrafda olan şəxslər onları aralamışlar və dava-dalaş başa çatmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 sonda zərərçəmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin ona qarşı şikayəti, iddiası və tələbinin olmadığını bildirərək, ədalətli qərar verilməsini xahiş etmişdir Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı vermiş olduğunu ifadəsini təsdiq edərək, CM-in 221.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs əvvəllər tanımamış, aralarında heç bir ədavət və ya düşmənçilik olmamışdır. 2022-ci ildə "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyəti tərəfindən atası X7 fermadan və örüş otlaq sahəsindən çıxmaq üçün rəsmi qaydada 8000 manat kompensasiya verilmişdir. Bundan başqa həmin ərazidə ferması olan şəxslərin hər birinə rəsmi qaydada kompensasiya verilmişdir. 20 dekabr 2023-cü il tarixdə saat 17 radələrində qardaşı Təqsirləndirilən şəxs2 anası X3 mobil telefonla zəng edərək "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyətinə məxsus traktorların istifadə etdikləri örüş otlaq sahəsini şumladığını demişdir. Həmin vaxt atası Bayram Həsənov və anası Nəzakət Həsənovanı özünə məxsus Niva markalı **-XH-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə həmin yerə getmiş və idarə etdiyi Niva markalı avtomobillə şumlama işlərini aparan traktorun qarşısını kəsmişdir. O, və anası Nəzakət Həsənova otlaq sahəsində şumlama işlərini aparan traktorlarını idarə edən şəxlərə şumlama işlərini apamamasını bildirmişlər. Daha sonra anası Nəzakət Həsənova və atası Bayram Həsənov "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyətinin icraçı direktoru Zərərçəkmiş şəxs otlaq sahəsini şumlama işlərini aparmamasını xahiş etmişlər. Həmin vaxtı Zərərçəkmiş şəxs onu qardaşı Təqsirləndirilən şəxs2, anası Nəzakət Həsənovanı və atası Bayram Həsənovu söyüb təhqir etmişdir. Mübahisə zamanı qardaşı Təqsirləndirilən şəxs2 Maarif Seydovu ağacla vuraraq Zərərçəkmiş şəxs xəsarət yetirmişdir. Lakin o, "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyətinə məxsus traktorun arxa alın şüşəsini sındırmamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 sonda barəsində qanuni qərar verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 elan edilmiş CM-in 127.2.3 və 221.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi və digər Təqsirləndirilən şəxs1 elan edilmiş CM-in 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır: Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı vermiş olduğunu ifadəsini təsdiq edərək, ifadəsində göstərmişdir ki, o, "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyətinin icraçı direktoru vəzifəsində işləyir. X21 Cəmiyyətə məxsus Beyləqan rayonu, Şərq qəsəbəsində 2500 hektar torpaq sahəsi vardır. Şirkət tərəfindən həmin torpaq sahəsinə taxıl və arpa əkilmişdir. Həmin ərazidə Rahib Həsənov və ailə üzvlərinə məxsus ferma vardır. 05 may 2022-ci ilə qədər həmin fermanın yerləşdiyi ərazi "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyətinə məxsus olmamış, həmin tarixdən isə həmin ərazi 49 illik icarəyə götürülmüşdür. Həmin ərazidə isə əvvəllər Rahib və ailə üzvləri heç bir əsas olmadan ferma tikmişdirlər. Bundan başqa həmin ərazidə ferması olan şəxslərin hər birinə, həmçinin, Rahib Həsənova da rəsmi qaydada 8000 manat kompensasiya verilmişdir. Həmin vaxt Rahib və ailə üzvləri fermanı bir həftə ərzində tərk edəcəklərini öhdəliklərinə götürsələr də, kompensasiya kimi verilən pulu aldıqdan sonra fermadan çıxmaqdan imtina etmişlər. Buna görə bir neçə dəfə onlara rəsmi bildirişlər göndərilmişdir. Lakin onlar yenə də fermadan çıxmaqdan və fermanın yerləşdiyi torpaq sahəsini təhvil verməkdən boyun qaçırtmışlar. Hadisə baş verməzdən təxminən beş gün əvvəl işlədiyi müəssisənin rəhbərliyi tərəfindən verilən göstərişə əsasən Rahibin fermasının yerləşdiyi torpaq sahəsində əkin işlərinə başlanılmışdır. Onlar həmin ərazidə şumlama işləri aparmışlar. Rahib və ailə üzvləri isə tez-tez əkin işləri aparan fəhlələrə, traktorlara müxtəlif cəhdlərlə maneəçilik törədmişdilər. 20 dekabr 2023-cü il tarixdə, saat 17 radələrində yenə də həmin ərazidə əkin işləri aparılmışdır. Həmin vaxt orada şirkətə məxsus traktorları idarə edən Şahid1, Elməddin Abdullayev, Şahid3, Şahid4, Şahid2 və onlara nəzarət edən Şahid5 olmuşdur. O, həmin vaxt şirkətin digər əməkdaşı Şahid6 ilə birlikdə Beyləqan rayonunda olmuşdur. Məhəmmədəli ona zəng edərək Rahib və ailə üzvlərinin onların işlərinə mane olmalarını və mübahisə yaratmalarını bildirmişdir. Buna görə də o, Vüsalla həmin əraziyə getmişdir. Yolda olarkən Vüsal Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə hadisə barədə məlumat vermişdir. O, həmin əraziyə çatdıqda Rahib və ailə üvlərinin traktorların qarşısında dayandıqlarını və işləməyə mane olduqlarını görmüşdür. O, həmin əraziyə çatdıqdan bir neçə dəqiqə sonra polis əməkdaşları da həmin yerə gəlmişlər. Onlar Rahib və ailə üzvləri ilə profilaktiki söhbətlər apararaq, aparılan işlərə mane olmamalarını başa salmağa çalışmışlar. Lakin Rahib, onun qardaşı Nicat, atası Bayram və anası onların ünvanına nalayiq ifadələr işlədərək işin aparılmasına mane olmuşlar. Həmin vaxt traktorlar hələ də işləyirdilər. Bu zaman Nicat idarə etdiyi Niva markalı avtomobillə Şahid1 idarə etdiyi “MTZ 1221.2” markalı, **-AB-*** dövlət-qeydiyyat nişanlı traktorun qarşısını kəsmişdir. Təqsirləndirilən şəxs1 avtomobildən ağac parçası götürüb yerə düşmüş və nalayiq ifadələr işlədərək hücum edib traktorun arxa alın şüşəsinə bir neçə dəfə vurub sındırmışdır. Bundan sonra o, traktoru idarə edən Elmarı traktordan düşürtmək üçün traktorun qapısını açmağa çalışmışdır. Traktorun qapısını açdıqdan sonra isə o, Elmarın qolundan tutub çəkməyə başlamışdır. O, Elmargili aralamaq üçün onlara yaxınlaşan zaman Rahib onun üzərinə hücum edib onu nalayiq ifadələrlə təhqir edərək əlində olan ağac parçası ilə onun sol qaş nahiyəsindən və burun nahiyyəsindən bir neçə dəfə zərbə vurmuşdur. O, zərbənin təsirindən müvazinətini itirib yerə yıxılmışdır. Bundan sonra Rahib intizamsız hərəkətlərinə davam edərək yerdə olan zaman onu təhqir etməyə davam edərək onun kürək nahiyəsindən və bədəninin müxtəlif nahiyələrindən də ağacla bir neçə dəfə vurmuşdur. Bundan sonra orada olan şəxslər onları aralamışlar. Daha sonra Vüsal onu Beyləqan rayon Mərkəzi xəstəxanasına aparmış və o, Beyləqan rayon polis şöbəsinə gələrək hadisə barədə müraciət etmişdir. Təqsirləndirilən şəxs2 qarşı şikayəti, mülki iddiası və tələbi yoxdur, onunla barışmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə ibtidai istintaq zamanı vermiş olduğunu ifadəsini təsdiq edərək, ifadəsində göstərmişdir ki, 2021-ci ildən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icraçı direktorunun maliyyə işləri üzrə müavini vəzifəsində işləmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər tanımamış, həmin şəxslərlə aralarında hər hansı ədavət və ya düşmənçilik yoxdur. Onun işlədiyi şirkət 07 sentyabr 2022-ci ildə Beyləqan rayonu ərazisində yerləşən dövlətə məxsus torpağı 49 illik icarəyə götürmüşdür. Həmin torpaqlarda uzun illər əvvəldən rayon sakinləri məskunlaşıb yaşamışdır. Əvvəlcə həmin sakinlərin maddi ziyana düşmələrini başa düşərək onlara şirkət tərəfindən kompensasiya verilmişdir. Həmin şəxslər də torpaqdan çıxacaqlarına dair öhdəlik götürmüşlər. Bundan sonra həmin şəxslərin torpaqdan çıxmadıqlarını görüb Beyləqan Rayon Məhkəməsi qarşısında onların həmin torpaqdan çıxmaları üçün iddia qaldırılmışdır. Beyləqan Rayon Məhkəməsi həmin şəxslərin torpaq sahələrini "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə təhvil vermələri və torpaq sahəsində olan tikililəri sökmələri barədə qətnamə qəbul etmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 20 dekabr 2023-cü il tarixdə şirkətin işçilərinin torpaq sahələrində şumlama işləri aparmasına mane olub şirkətin iş fəaliyyətini kobud sürətdə pozmuş, həmçinin Təqsirləndirilən şəxs2 şirkətin sahə briqadiri vəzifəsində xidmət edən Zərərçəkmiş şəxs ağacla döyərək xəsarətlər yetirmiş, Təqsirləndirilən şəxs1 isə şirkətə məxsus “MTZ 1221.2” markalı, **-AB-*** dövlət-qeydiyyat nişanlı traktorun arxa alın şüşəsinə ağacla vuraraq xəsarət yetirmişdir. O, hadisə yerində olmamışdır, bu barədə ona Zərərçəkmiş şəxs və hadisə yerində olan digər işçilər bildirmişlər. “MTZ 1221.2” markalı, **-AB-*** dövlət-qeydiyyat nişanlı traktor qeydiyyat şəhadətnaməsində göründüyü kimi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə lizinqə verilmişdir, Şirkətdə traktorun ehtiyat hissələrinin ayrı-ayrılıqda qiymətləri barədə hər hansı sənəd yoxdur. “ Baş vermiş hadisə nəticəsində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 100 manat maddi ziyan dəymişdir və həmin ziyan ödənmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid1 ibtidai istintaq zamanı vermiş olduğunu ifadəsini təsdiq edərək, ifadəsində göstərmişdir ki, "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyətinə məxsus “MTZ 1221.2” markalı, 10-AB- 707 dövlət-qeydiyyat nişanlı traktorla Beyləqan rayonu, Şərq qəsəbəsi ərazisində "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyətinə məxsus torpaq sahəsində şumlama işləri aparmışdır. 20 dekabr 2023-cü il tarixdə o, “MTZ 1221.2” markalı, **-AB-*** dövlət-qeydiyyat nişanlı traktorla Beyləqan rayonu, Şərq qəsəbəsi ərazisində şumlama işləri apararkən tanımadığı bir nəfər şəxs atla gələrək ona traktoru saxlamasını bildirmişdir. O, həmin vaxtı idarə etdiyi “MTZ 1221.2” markalı traktoru saxlayaraq aşağı düşmüşdür. Onun sonradan adını bildiyi Təqsirləndirilən şəxs2 onunla sözlü mübahisə edərək traktorla şumlama işlərini aparmamasını bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs2 ailə üzvləri də oraya gəlmişdir. Bundan bir qədər sonra "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyətinin icraçı direktoru Zərərçəkmiş şəxs gələrək ona torpaq sahəsində şumlama işlərini davam etdirməsini demişdir. Həmin vaxt şirkətə məxsus traktorları idarə edən Elməddin Abdullayev, Şahid3, Şahid4, Şahid2 və Şahid5 də orada olmuşdur. O, “MTZ 1221.2” markalı traktoru idarə edərək şumlama işləri aparan zaman Təqsirləndirilən şəxs2 qardaşı Nicat adlı şəxs Niva markalı avtomobillə gələrək onun idarə etdiyi traktorun qarşısını kəsərək əlində ağac parçası ilə avtomobildən düşərək idarə etdiyi traktorun arxa alın şüşəsinə bir neçə dəfə vurub sındırmışdır. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərinə qışqıraraq traktordan yerə düşməsini və şumlamanı dayandırmasını tələb etmişdir. O, davam etsə Nicatın onu döyəcəyini bildiyi üçün traktordan yerə düşmüşdür. Təqsirləndirilən şəxs1 ona torpaq sahəsini şumlamamasını bildirərək onunla sözlü mübahisə etməyə davam etmişdir. Həmin vaxt "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyətinin icraçı direktoru Zərərçəkmiş şəxs ona yaxınlaşan zaman Təqsirləndirilən şəxs2 əlində olan ağacla Zərərçəkmiş şəxs üzərinə hücum edib sol qaş nahiyyəsinə və burun nahiyəsinə bir neçə dəfə vurmuşdur. Zərərçəkmiş şəxs zərbələrin təsirindən yerə yıxılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs2 intizamsız hərəkətlərinə davam edərək ağacla Zərərçəkmiş şəxs yerdə olan zaman onu nalayiq ifadələrlə təhqir edərək onun kürək nahiyyəsinə bir neçə dəfə vuraraq döymüşdür. Dava zamanı ona heç kim xəsarət yetirməmişdir. Təqsirləndirilən şəxs1 onun idarə etdiyi traktorun arxa alın şüşəsini sındırmışdır. Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs döymüşdür. Başqa heç kimə və heç nəyə zərər vurulmamışdır. Rahib və Nicat hadisə zamanı ünvansız nalayiq söyüşlər söymüşlər. Dava oraya yığışmış hər kəsi narahat etmiş, Rahib Həsənov və qardaşı Təqsirləndirilən şəxs1 şirkətin iş fəaliyyətini pozaraq polis əməkdaşlarının gözləri önündə bu hərəkətləri etmişlər. Məhkəmə baxışı zamanı dindirilmiş şahidlər Şahid2 və X10 məhkəmə baxışı zamanı dindirilmiş digər Şahid1 ilə oxşar məzmunda ifadə verərək, sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid4 ibtidai istintaq zamanı vermiş olduğunu ifadəsini təsdiq edərək, ifadəsində göstərmişdir ki, o, “Azəraqro" Məhdud Məsuliyyəti Cəmiyyətinə məxsus “Yuto 102” markalı, **-DA-*** dövlət qeydiyyat nişanlı traktorla Beyləqan rayonu, Şərq qəsəbəsi ərazisində “Azəraqro” Məhdud Məsuliyyəti Cəmiyyətinə məxsus torpaq sahəsində şumlama işləri aparmışdır. 20 dekabr 2023-cü il tarixdə, saat 17 radələrində o, “Belarus Yuto 102” markalı traktorla Beyləqan rayonu, Şərq qəsəbəsi ərazisində şumlama işləri apararkən tanımadığı bir nəfər şəxs atla gələrək Şahid1 idarə etdiyi "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyətinə məxsus “MTZ 1221.2” markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı traktorun qarşısında dayanaraq saxlatmışdır. Şahid1 idarə etdiyi trakordan aşağı düşdükdən sonra həmin tanımadığı, sonradan adını bildiyi Təqsirləndirilən şəxs2 Şahid1 şumlama işlərini dayandırmasını bildirərək onu söyüb təhqir etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs2 ailə üzvləri də oraya gəlmişlər. Bundan bir qədər sonra "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyətinin icraçı direktoru Zərərçəkmiş şəxs gələrək onlara torpaq sahəsində şumlama işlərini davam etdirməsin deyib Təqsirləndirilən şəxs2 və ailə üzvlərinə şirkətin iş fəaliyyətinə maneə yaratmamalarını bildirmişdir. Həmin vaxt şirkətə məxsus traktorları idarə edən Elməddin Abdullayev, Şahid3, Şahid2, Şahid5 də orada olmuşdur. Şahid1 traktoru idarə edərək şumlama işləri aparan zaman Nicat adlı şəxs Niva markalı avtomobillə gələrək Şahid1 idarə etdiyi traktorun qarşısını kəsmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs2 də onun idarə etdiyi traktorun qarşısını kəsmişdir. Nicat adlı şəxs Niva markalı avtomobildən ağac götürərək Şahid1 idarə etdiyi “MTZ 1221.2” markalı, **- AB-*** dövlət qeydiyyat nişanlı traktorun arxa alın şüşəsinə bir neçə dəfə vurub sındırmışdır. Həmin vaxt Şahid1 traktordan aşağı düşdükdən sonra Nicat adlı şəxs ona torpaq sahəsində şumlama işlərini aparmamasını bildirərək söyüb təhqir etmişdir. Həmin vaxt "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyətinin icraçı direktoru Zərərçəkmiş şəxs Şahid1 yaxınlaşan zaman Təqsirləndirilən şəxs2 əlində olan ağacla Zərərçəkmiş şəxs söyüb təhqir edərək onun sol alın nahiyyəsinə vurmuşdur. Zərərçəkmiş şəxs huşunu itirərək yerə yıxılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs2 ağac parçası ilə Zərərçəkmiş şəxs kürək nahiyyəsinə və bədəninin başqa yerlərinə vuraraq döymüşdür. Təqsirləndirilən şəxs2 və qardaşı Təqsirləndirilən şəxs1 nalayiq ifadələrlə Zərərçəkmiş şəxs təhqir etmiş, onlar şirkətin iş fəaliyyətini pozaraq polis əməkdaşlarının gözləri önündə intizamsız hərəkətlər etmiş. Məhkəmə baxışı zamanı dindirilmiş şahidlər Şahid5 və Şahid6 məhkəmə baxışı zamanı dindirilmiş digər Şahid4 ilə oxşar məzmunda ifadə verərək, sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid7 ibtidai istintaq zamanı vermiş olduğunu ifadəsini təsdiq edərək, ifadəsində göstərmişdir ki, o, Beyləqan rayon polis şöbəsinin Postpatrul Xidməti bölüyünün polis nəfəri vəzifəsində xidmət edir. Zərərçəkmiş şəxs əvvəllər tanımamış, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 isə Beyləqan rayon sakini kimi tanımış, həmin şəxslərlə aralarında hər hansı ədavət və ya düşmənçilik olmamışdır. 20 dekabr 2023-cü il tarixdə, saat 16:55-də Beyləqan rayonu, Şərq qəsəbəsi ərazisində polis nəfəri Şahid8 ilə xidmətdə olarkən Beyləqan rayon polis şöbəsinin növbətçi hissəsindən qəsəbə ərazisində münaqişə olması barədə məlumat daxil olduğu radiorabitə vasitəsilə onlara bildirilmişdir. Onlar dərhal hadisə yerinə getmişlər. Hadisə yerində Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və onların valideynlərinin "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyətinin işçilərinin işlərini görməyə maneə törətdiklərini, onların torpaq sahəsində apardıqları şumlama işlərini dayandırmağa məcbur etdiklərini görmüşlər. X29 və ailə üzvlərinə yaxınlaşıb onları sakitləşdirməyə çalışmış və sözlərini sakit formada izah etmələrini bildirmişlər. Lakin həmin şəxslər onların sözlərinə məhəl qoymayaraq öz intizamsız hərəkətlərini davam etdirmişlər. Təqsirləndirilən şəxs1 onlara və ətrafdakı şəxslərə qarşı saymazyana davranaraq onların gözünün qarşısında idarə etdiyi Niva markalı, **-XH-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək gedib "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyətinə məxsus bir traktorun qarşısını kəsmiş, daha sonra avtomobildən əlində bir ağac parçası ilə yerə düşüb traktorun üzərinə hücum edərək bir neçə zərbə endirərək traktorun arxa alın şüşəsini sındırmışdır. Bundan sonra onlar Nicatı sakitləşdirmək üçün həmin şəxlsərin yanına getmişlər. Lakin Nicatın ailə üzvləri yenidən işçilərə qarşı nalayiq ifadələr işlədərək onlarla mübahisə etməyə davam etmişlər. Mübahisə zamanı Təqsirləndirilən şəxs2 əlində olan ağac parçası ilə "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyətinin icraaçı direktoru Zərərçəkmiş şəxs baş və bədənin müxtəlif nahiyələrinə bir neçə zərbələr endirmişdir. Bundan sonra həmin şəxsləri aralaşdırmış və baş verənlər barədə polis şöbəsinin Növbətçi hissəsinə radiorabitə vasitəsilə məlumat vermişlər. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid8 məhkəmə baxışı zamanı dindirilmiş digər Şahid7 ilə oxşar məzmunda ifadə verərək, sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata götürülməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə CM-in 127.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X16” Publik hüquqi şəxsin Beyləqan rayon Şöbəsinin xx.xx.2023-cü il tarixli, 927/23 nömrəli rəyindən görünür ki, X2 qaşüstü nahiyyəsində əzilmiş yara, burun nahiyyəsində yumşaq toxumaların əzilməsi, burun sümüyünün fraqmentləri yerinidəyişmiş qapalı sınığı və kürək nahiyyəsinin qançırı aşkar olunmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. Baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Yolçuyev X9 rayonu, Şərq qəsəbəsi ərazisində "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyətinə məxsus idarə etdiyi “MTZ 1221.2” markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı traktoru təqdim edərək, həmin traktorun alın şüşəsinin Təqsirləndirilən şəxs1 Rahib oğlu tərəfindən sındırıldığını bildirmişdir. Traktor qara və göy rənglidir. Traktorun qara rəngli təkərləri vardır. Traktorun arxasında qırmızı rəngli kotan qoşqusu vardır. Traktorun arxa alın şüşəsi sınmışdır. Baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri Beyləqan rayonu, Şərq qəsəbəsində yerləşən "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyətinə məxsus torpaq sahəsidir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. AZ 008397 nömrəli qeydiyyat şəhadətnaməsindən görünür ki, “MTZ 1221.2” markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı traktor "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyətinin balansındadır. Baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı təqdim etdiyi, içərisində videogörüntülər olan 01 ədəd DVD diskə baxış keçirilmiş, həmin diskdə 04 ədəd video” adlı fayl vardır. Həmin fayla daxil olduqda “Video 1”, “Video 2”, “Video 3”, “Video 4” adlı fayllar olması müəyyən edilmişdir. Qeyd olunan fayllara baxış keçirilən zaman aşağıdakı məzmunda videogörüntülər olması müəyyən edilmişdir. “Video 1” adlı fayla baxış keçirlən zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, X11 və X1 Maarif Mirtağı oğlunun üzərinə qışqıraraq yüksək səslə danışır, Zərərçəkmiş şəxs və polis əməkdaşları Şahid7 onları sakitləşdirməyə çalışır, lakin onlar yüksək səslə danışmağa davam edirlər. “Video 2” adlı fayla baxış keçirlən zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 yüksək səslə “Peyğəmbər haqqı bu saat bunu vurub mundar edəcəyəm” ifadəsini işlədir. Təqsirləndirilən şəxs2 atla qarşıda işləyən traktorun yaxınlığına gedir, bu zaman “ağ rəngli, Niva markalı avtomobil də tarktorun yaxınlığına gedir. Budan sonra ətrafda olan şəxslər bir-birlərinə “qırdımı?” deyə suallar verirlər, sonra “o uşağı vuracaqlar get qoyma” deyirlər. Sonra polis əməkdaşları və digər şəxslər traktorun yanına gedirlər. Traktorun arxa alın şüşəsi sınması, ağ rəngli “Niva” markalı avtomobilin traktorun qarşısında dayanması müşahidə edilir. Nicat Həsənli traktorun yaxınlığından kənarlaşır, bu zaman Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Bayram Həsənovun hər birinin əlində ağac parçaları olması görünür. Bundan sonra anlaşılmayan səslər gəlsə də, görüntü itir. “Video 3” adlı fayla baxış keçirən zaman müəyyən edilmişdir ki, arxa alın şüşəsi sınmış trakorun yaxınlığında Zərərçəkmiş şəxs üzünü tutaraq uzaqlaşır, hadisə yerində olan şəxslər Təqsirləndirilən şəxs2 əlində olan ağacı almağa çalışırlar. “Video 4” adlı fayla baxış keçirlən zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2, X11 və X1 Maarif Mirtağı oğlunun üzərinə qışqırıraraq yüksək səslə danışır, Zərərçəkmiş şəxs həmin şəxslərə səslərinin tonunu aşağı salması bildirir, bu zaman polis əməkdaşı Şahid8 Təqsirləndirilən şəxs2 və ailə üzvlərinə yaxınlaşaraq onları sakit davranmağa, Zərərçəkmiş şəxsla növbə ilə danışmağı bildirir. Bu zaman orada kimsə nalayiq ifadə işlədir, Təqsirləndirilən şəxs2 və ailə üzvləri qışqıraraq danışmağa davam edirlər. Şahid1 polis əməkdaşı Şahid8 onun idarə etdiyi traktorun alın şüşəsinin nə üçün sındırıldığını, həmin şüşəni kimin təmir etdirəcəyini soruşur. Bu zaman Nəzakət Həsənova şüşənin onun sındırdığını bildirir. Şahid1 Nəzakət Həsənovadan nə üçün şüşəsinin sındırılmasını soruşduqda Nəzakət Həsənova cavabında məcbur edildiyini bildirir. Əməlin tövsif edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl CM-in 127.1-ci maddəsindən həmin Məcəllənin 127.1 və 221.3-cü maddələrinə tövsif edilmişdir. Beyləqan rayon İHB-nin Beyləqan şəhər İƏD üzrə nümayəndəliyinin verdiyi xx.xx.2024-cü il tarixli arayış və eyni tarixli xasiyyətnamədən görünür ki, Həsənli X13 şəhəri, M.Müşfiq küçəsi, ev 3 ünvanında qeydiyyatda olmaqla həyat yoldaşı ilə yanaşı, 2014-cü il təvəllüdlü X17, 2016-cı il təvəllüdlü X18 və 2022-ci il təvəllüdlü X26 adlı 3 azyaşlı övladı ilə birlikdə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Beyləqan rayon İHB-nin Beyləqan şəhər İƏD üzrə nümayəndəliyinin verdiyi xx.xx.2024-cü il tarixli arayış və eyni tarixli xasiyyətnamədən görünür ki, Həsənov X14 şəhəri, M.Müşfiq küçəsi, ev 3 ünvanında qeydiyyatda olmaqla həyat yoldaşı ilə yanaşı, 2018-ci il təvəllüdlü X19, 2019-cu il təvəllüdlü X27 və 2024-cü il təvəllüdlü X22 adlı 3 azyaşlı övladı ilə birlikdə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Əşyanın maddi sübut hesab edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, baş vermiş hadisənin videogörüntülərini əks etdirən, Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş 1 (bir) ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/2837 nömrəli rəyindən görünür ki, analoji malların texniki göstəricilərinə müvafiq olaraq, ekspertiza təyini haqqında qərarın təsviri hissəsində göstərilən 2019-cu il buraxılışlı “MTZ 1221.2” markalı traktorun arxa alın şüşəsinin orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2023-cü ilin dekabr ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 15,00 manat müəyyən edilir. İttiham elan edilməsi üçün şəxsin tutulması və barəsində axtarış elan edilməsi, cinayət işi üzrə icraatın dayandırılması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1istintaq orqanının çağırışlarına gəlməkdən qəsdən boyun qaçırdıqlarından barələrində axtarış verilərək saxlanılmaları üçün Beyləqan rayon Polis şöbəsinin MSY-nə təhvil verilməsi qərara alınmışdır. Axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, axtarışda olan Təqsirləndirilən şəxs2 17 iyun 2024-cü il tarixdə saat 12:30-da saxlanılaraq MSY-nə təhvil verilmişdir. Üzləşdirmə aparılması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şahid8 "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyətinin işçilərinin və iki nəfər polis əməkdaşının gözü qarşısında Zərərçəkmiş şəxs ağacla bir neçə dəfə vuraraq döydüyünü, qardaşı Təqsirləndirilən şəxs1 "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyətinə məxsus MTZ-1221.2 markalı, AZ **-AB-*** dövlət qeydiyyat nişanlı traktorun arxa alın şüşəsini ağacla vuraraq sındırdığını X12 üzünə qarşı da demiş, Təqsirləndirilən şəxs2 cavabında Zərərçəkmiş şəxs ağacla vuraraq döydüyünü bildirsə də qardaşı Təqsirləndirilən şəxs1 traktorun arxa alın şüşəsini sındırmadığını bildirmişdir. Üzləşdirmə aparılması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şahid7 "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyətinin işçilərinin və iki nəfər polis əməkdaşının gözü qarşısında Zərərçəkmiş şəxs ağacla bir neçə dəfə vuraraq döydüyünü, qardaşı Təqsirləndirilən şəxs1 "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyətinə məxsus MTZ-1221.2 markalı, AZ **-AB-*** dövlət qeydiyyat nişanlı traktorun arxa alın şüşəsini ağacla vuraraq sındırdığını X12 üzünə qarşı da demiş, Təqsirləndirilən şəxs2 cavabında Zərərçəkmiş şəxs ağacla vuraraq döydüyünü bildirsə də qardaşı Təqsirləndirilən şəxs1 traktorun arxa alın şüşəsini sındırmadığını bildirmişdir. Üzləşdirmə aparılması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs işlədiyi "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyətinin işçilərinin və iki nəfər polis əməkdaşının gözü qarşısında onu ağacla bir neçə dəfə vuraraq döydüyünü, qardaşı Təqsirləndirilən şəxs1 "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyətinə məxsus MTZ-1221.2 markalı, AZ **-AB-*** dövlət qeydiyyat nişanlı traktorun arxa alın şüşəsini ağacla vuraraq sındırdığını X12 üzünə qarşı da demiş, Təqsirləndirilən şəxs2 cavabında onu ağacla vuraraq döydüyünü bildirsə də qardaşı Təqsirləndirilən şəxs1 traktorun arxa alın şüşəsini sındırmadığını bildirmişdir. Üzləşdirmə aparılması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şahid1 işlədiyi "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyətinin işçilərinin və iki nəfər polis əməkdaşının gözü qarşısında Zərərçəkmiş şəxs ağacla bir neçə dəfə vuraraq döydüyünü, qardaşı Təqsirləndirilən şəxs1 "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyətinə məxsus MTZ- 1221.2 markalı, AZ **-AB-*** dövlət qeydiyyat nişanlı traktorun arxa alın şüşəsini ağacla vuraraq sındırdığını Təqsirləndirilən şəxs2 üzünə qarşı da demiş, Təqsirləndirilən şəxs2 cavabında Zərərçəkmiş şəxs ağacla vuraraq döydüyünü, lakin qardaşı Təqsirləndirilən şəxs1 onun idarə etdiyi traktorun arxa alın şüşəsini sındırmadığını bildirmişdir. Axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, axtarışda olan Təqsirləndirilən şəxs1 18 iyun 2024-cü il tarixdə saat 10:30-da saxlanılaraq MSY-nə təhvil verilmişdir. Üzləşdirmə aparılması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şahid1 işlədiyi "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyətinin işçilərinin və iki nəfər polis əməkdaşının gözü qarşısında onun idarə etdiyi AZ **-AB-*** dövlət qeydiyyat nişanlı traktorun arxa alın şüşəsini ağacla vuraraq sındırdığını, qardaşı Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs ağacla bir neçə dəfə vuraraq döydüyünü Təqsirləndirilən şəxs1 üzünə qarşı da demiş, Təqsirləndirilən şəxs1 cavabında qardaşı Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs ağacla vuraraq döydüyünü, lakin özünün traktorun arxa alın şüşəsini sındırmadığını bildirmişdir. Üzləşdirmə aparılması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şahid7 "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyətinin işçilərinin və iki nəfər polis əməkdaşının gözü qarşısında Şahid1 idarə etdiyi AZ **-AB-*** dövlət qeydiyyat nişanlı traktorun arxa alın şüşəsini ağacla vuraraq sındırdığını, qardaşı Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs ağacla bir neçə dəfə vuraraq döydüyünü Təqsirləndirilən şəxs1 üzünə qarşı da demiş, Təqsirləndirilən şəxs1 cavabında qardaşı Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs ağacla vuraraq döydüyünü, lakin özünün traktorun arxa alın şüşəsini sındırmadığını bildirmişdir. Üzləşdirmə aparılması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs işlədiyi ‘‘Azər Aqro” Məhdud Məsuliyyəti Cəmiyyətinin işçilərinin və iki nəfər polis əməkdaşının gözü qarşısında Şahid1 idarə etdiyi AZ **-AB-*** dövlət qeydiyyat nişanlı traktorun arxa alın şüşəsini ağacla vuraraq sındırdığını, qardaşı Təqsirləndirilən şəxs2 onu ağacla bir neçə dəfə vuraraq döydüyünü Təqsirləndirilən şəxs1 üzünə qarşı da demiş, Təqsirləndirilən şəxs1 cavabında qardaşı Təqsirləndirilən şəxs2 onu ağacla vuraraq döydüyünü, lakin özünün traktorun arxa alın şüşəsini sındırmadığını bildirmişdir. Üzləşdirmə aparılması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şahid8 "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyətinin işçilərinin və iki nəfər polis əməkdaşının gözü qarşısında Şahid1 idarə etdiyi AZ **-AB-*** dövlət qeydiyyat nişanlı traktorun arxa alın şüşəsini ağacla vuraraq sındırdığını, qardaşı Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs ağacla bir neçə dəfə vuraraq döydüyünü Təqsirləndirilən şəxs1 üzünə qarşı da demiş, Təqsirləndirilən şəxs1 cavabında qardaşı Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs ağacla vuraraq döydüyünü, lakin özünün traktorun arxa alın şüşəsini sındırmadığını bildirmişdir. Əməlin tövsif edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl CM-in 127.1 və 221.3-cü maddələrində həmin Məcəllənin 127.2.3 və 221.3-cü maddələrinə tövsif edilmişdir. Təqsirləndirilən şəxsə qismində cəlb etmək haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 CM-in 127.2.3 və 221.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir. Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi və MSY-dən azad edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və sonuncu 18 iyun 2024-cü il tarixdə saat 17:30-da saxlanıldığı MSY-dən azad edilmişdir. Təqsirləndirilən şəxsə qismində cəlb etmək haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 CM-in 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir. Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi və MSY-dən azad edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və sonuncu 18 iyun 2024-cü il tarixdə saat 19:30-da saxlanıldığı MSY-dən azad edilmişdir. İş üzrə Zərərçəkmiş şəxs məhkəməyə ünvanladığı ərizədən görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qarşı şikayəti, mülki iddiası və tələbi yoxdur. İş üzrə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə Vaqif oğlunun məhkəməyə ünvanladığı ərizədən görünür ki, "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyəti rəhbərliyi Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qarşı qaldırılmış iddianı geri götürür və zərərin ödənilməsi şərti ilə barışıq elan edilməsini xahiş edirlər. İş üzrə zərərçəkmiş "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyətinin 15 may 2025-ci il tarixli məhkəməyə ünvanladığı ərizədən görünür ki, iş üzrə heç bir iddiaları qalmamasının. nəzərə alınmasını xahiş edirlər. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutların axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə cinayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərəfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanunamüvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlarla bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadələrinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 CM-in 127.2.3 və 221.3-cü maddələri, Təqsirləndirilən şəxs1 CM-in 221.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə ibtidai istintaq orqanının gəldiyi nəticə əsaslı olmaqla, təqsirləndirilən şəxslərin həmin maddələr ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirləri tam sübuta yetirilmişdir. CM-in 25.3-cü maddəsinə müvafiq olaraq, hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Məhkəmə təqdim edilmiş sübutlar əsasında təqsirləndirilən şəxsin hərəkətlərində xuliqanlıq motivinin olması qənaətinə gəldikdə, yəni təqsirləndirilən şəxsin ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğunu müəyyən etdikdə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilər. Beləliklə məhkəmə, cinayət işinə təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs2 qarşı irəli sürülən ittihamda CM-in 127.2.3 və 221.3-cü maddələrinin tərkib əlamətləri, Təqsirləndirilən şəxs1 qarşı isə irəli sürülən ittihamda CM-in 221.3-cü maddəsinin tərkib əlamətləri mövcuddur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilməsidir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında da eyni məsələlərə toxunularaq qeyd edilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Eyni Qərarda göstərilir ki, xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyillilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. Xuliqanlıq obyektiv cəhətdən CM-in 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. “Məhkəmə hökmü haqqında” Ali Məhkəmənin 24 dekabr 2021-ci il tarixli Plenum qərarının ittiham hökmünün xüsusiyyətlərindən irəli gələn məsələlərində göstərilir ki, xuliqanlıq cinayəti təsvir edilərkən CM-in 221.1-ci maddəsinin dispozisiyasına əsasən bu cinayət tərkibinin obyektiv cəhətinin zəruri əlamətləri kimi çıxış edən “ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər” ifadəsi sadəcə təsvir edilməməli, bununla yanaşı cəmiyyətə açıqca hörmətsizliyin, ictimai qaydanın pozuntusunun nədən ibarət olması, pozuntunun məhz kobud olmasına dəlalət edən, hərəkətin qərəzliliyini aşkarlayan hallar əməlin təsvirində yer almalıdır. Ali Məhkəmənin Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” qərarında həmçinin izah olunmuşdur ki, “məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fəqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü büruzə verdiyi halda, xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır” (qərarın 5-ci bəndi). Odur ki, xuliqanlıq niyyətilə qəsdən adam öldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq CM-in 120.2.2, yaxud 126.2.4 və ya 127.2.3-cü maddələri ilə tövsif edilməlidir. Bu zaman qeyd edilən cinayətlərdən hər hansı birinin törədilməsi ilə yanaşı, təqsirləndirilən şəxsin həm də ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik etməyə səbəb olan qəsdən sair hərəkətlər də etməsi müəyyən edilərsə, onda həmin şəxsin əməli cinayətlərin məcmuyu qaydasında, həm də Cinayət Məcəlləsinin 221-ci maddəsilə tövsüf olunmalıdır. Beləliklə, qeyd olunanları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 xuliqanlıq niyyətilə Zərərçəkmiş şəxs sağlamlığına az ağır zərər vurmuş, daha sonra Təqsirləndirilən şəxs2 və qardaşı digər Təqsirləndirilən şəxs1 ilə bir qrup şəxs halında birgəyaşayış qaydalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla xuliqanlıq hərəkətləri etmişlər ki, onların həmin əməlləri istintaq orqanı tərəfindən düzgün olaraq tövsif edilmişdir. CM-in 34.1-ci maddəsinə görə qabaqcadan razılaşmadan iki və ya daha çox icraçının birgə iştirakı ilə törədilən cinayət bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. Məhkəmə iclas zalında verilən ifadələr və iş materiallarına əlavə edilmiş sənədlərlə təqsirləndirilən şəxslərin qabaqcadan razılaşmadan bir qrup şəxs halında birgəyaşayış qaydalarını pozması, özlərini cəmiyyətə qarşı qoyaraq xuliqanlıq hərəkətlərini törətmələri öz təsdiqini tapır. Belə ki, Təqsirləndirilən şəxs2 torpaq sahəsinin şumlanmasını tələb edən "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyətində sahə briqadiri vəzifəsində işləyən Zərərçəkmiş şəxs və Cəmiyyətin digər işçiləri ilə mübahisə edib Zərərçəkmiş şəxs üzərinə hücum edib xuliqanlıq niyyətilə zor tətbiq edib qəsdən əlində olan istintaqa məlum olmayan silah qismində istifadə etdiyi predmetlə bir neçə dəfə zərbə vuraraq Zərərçəkmiş şəxs yerə yıxdıqdan sonra xuliqanlıq hərəkətlərini davam etdirərək əlində olan istintaqa məlum olmayan silah qismində istifadə etdiyi predmetlə onun sağlamlığına az ağır xəsarət yetirmiş, digər Təqsirləndirilən şəxs1 "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyətində sahə briqadiri vəzifəsində işləyən Zərərçəkmiş şəxs və Cəmiyyətin digər işçiləri ilə mübahisə edib özünün idarə etdiyi özünə məxsus “Vaz 21214” markalı, **-XH-*** dövlət qeydiyyat nişanlı avtomobillə şumlama işlərini həyata keçirən AZ 008397 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyətinə məxsus Şahid1 idarə etdiyi “MTZ 1221.2” markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı traktorun qarşısını kəsib avtomobildən düşərək əlində olan istintaqa məlum olmayan silah qismində istifadə etdiyi predmetlə traktorun arxa alın şüşəsinə qəsdən bir neçə zərbə vurub şüşəni sındırmışdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi CM-in maddələri cinayətlərin təsnifatına görə az ağır cinayətlər hesab olunur. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 iyul 2022-ci il tarixli “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1 və 73.2-ci maddələrinin şərh edilməsinə dair” qərarında ifadə edilmiş hüquqi mövqeyinə müraciət edilməsini zəruri hesab edir. Konstitusiya Məhkəməsinin həmin qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə cinayət törətmiş şəxsin dövlət məcburetmə tədbirlərinə məruz qalmalı olması cinayət qanunvericiliyinin ümumi qəbul olunmuş yanaşmasıdır. Bu zaman cinayətlərin törədilməsinin qarşısını alan ən təsirli vasitə cəzanın ağırlığı deyil, onun qaçılmazlığıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs2 himayəsində 3 azyaşlı uşağının olmasını CM-in 59.1.4-cü maddəsinə və zərərçəkmiş şəxslə barışmasını CM-in 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə, Təqsirləndirilən şəxs2 əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs2 cəza təyin edilən zaman CMin 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayətlər olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlinin xarakterini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi CM-in 127.2.3 və 221.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Belə ki, məhkəmə, CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. CM-in 60.1-ci maddəsinin tələblərinə görə bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 əməlində CM-in 60.1-ci maddəsinə müəyyən edilmiş hallar olduğundan ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzası həmin maddədə nəzərdə tutulmuş həddən artıq ola bilməz. Çünki CM-in 60-cı maddəsində cəzanı yüngülləşdirən hallar olduqda qanunverici tərəfindən cəzanın təyin edilməsi qaydasının müəyyənləşdirilməsi cinayət qanununun əsas başlanğıclarından olan humanizm prinsipindən irəli gəlir. Buna dair cinayət qanunvericiliyinin tələbi ondan ibarətdir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Cinayət törədən şəxs barəsində humanizm prinsipi təqsirkara nisbətən yüngül cəza növünü seçmək və tətbiq etməklə cəzanın məqsədinə nail olmanı nəzərdə tutur. Ona görə də, məhkəmə Təqsirləndirilən şəxs2 təyin ediləcək cəza həddini müəyyən edərkən yuxarıda göstərilənlərdən başqa, onun cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını həmçinin CM-in 60-cı maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməllərinə görə ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə sosial ədalətin bərpasına, Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçməsinə, cəzanın məqsədlərinə və onun islah olunmasına nail olmaq olar. CM-in 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. CM-in 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə, qeyd olunan qanunvericiliyin tələblərini rəhbər tutaraq, Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə cəzası təyin edilərkən cinayətlərin məcmusu üzrə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, təyin olunacaq azadlıqdan məhrumetmə cəzalarını qismən toplamaq yolu ilə ona qəti cəza təyin edilməsini zəruri hesab edir. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 17 iyun 2024-cü il tarixdə saat 12:30-da saxlanılaraq MSY-nə təhvil verilmiş və 18 iyun 2024cü il tarixdə saat 17:30-da barəsində barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə saxlanıldığı MSY-dən azad edilmişdir. Qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs2 saat hesabı ilə 24 saatdan artıq müddətdə, yəni 1 (bir) gündən artıq müddətdə şübhəli və təqsirləndirilən şəxs qismində tutulmuşdur. Belə olan halda məhkəmə, Təqsirləndirilən şəxs2 hüquqların pozulmaması və onun vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə faktiki azadlığının məhdudlaşdırıldığı 17 iyun 2024-cü il tarixdə saat 12:30-dan saxlanıldığı MSY-dən azad edildiyi 18 iyun 2024-cü il tarixdə saat 17:30-dək olan müddətin 2 (iki) gün olaraq nəzərə alınmasını məqbul hesab etmişdir. CPM-in 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs2 şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 2 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir günü hesabı ilə hesablanıb ona təyin ediləcək cəzadan çıxılmalıdır. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə cəzası təyin edilməklə həmin cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəyindən, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından həbs edilməlidir. Habelə, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CPM-in 155.3.3-cü maddəsinə əsasən həbs qətimkan tədbiri əvvəllər seçilmiş digər qətimkan tədbirinin şərtlərini pozmuş şəxsə və ya hökmün icrasını təmin etmək məqsədilə, barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilmiş şəxsə tətbiq oluna bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli 22 may 2025-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs1 himayəsində 3 azyaşlı uşağının olmasını CM-in 59.1.4-cü maddəsinə əsasən, zərərçəkmiş şəxslə barışıq eldə edilməsini və ziyanın ödənilməsini müvafiq olaraq CM-nin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə, Təqsirləndirilən şəxs1 əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs1 cəza təyin edilən zaman CMin 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayətlər olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlinin xarakterini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi CM-in 221.3cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Belə ki, məhkəmə, CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs1 islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halın olmasını, eləcə də cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 18 iyun 2024-cü il tarixdə saat 10:30-da saxlanılaraq MSY-nə təhvil verilmiş və 18 iyun 2024cü il tarixdə saat 19:30-da barəsində barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə saxlanıldığı MSY-dən azad edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs1 hüquqların pozulmaması və onun vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə faktiki azadlığının məhdudlaşdırıldığı 18 iyun 2024-cü il tarixdə saat 10:30-dan saxlanıldığı MSYdən azad edildiyi 18 iyun 2024-cü il tarixdə saat 19:30-dək olan müddətin 1 (bir) gün olaraq nəzərə alınmasını məqbul hesab etmişdir. CPM-in 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs1 şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 1 (bir) gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir günü hesabı ilə hesablanıb ona təyin ediləcək cəzadan çıxılmalıdır. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə cəzası təyin edilməklə həmin cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəyindən, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından həbs edilməlidir. Habelə, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CPM-in 155.3.3-cü maddəsinə əsasən həbs qətimkan tədbiri əvvəllər seçilmiş digər qətimkan tədbirinin şərtlərini pozmuş şəxsə və ya hökmün icrasını təmin etmək məqsədilə, barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilmiş şəxsə tətbiq oluna bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli 22 may 2025-ci il tarixdən hesablanmalıdır. Müdafiəçi Beyləqan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə cəmi 41 (qırx bir) saat vaxt sərf etmişdir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Beyləqan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 41 (qırx bir) saat vaxt sərf etmişdir. Məhkəmə eyni zamanda qeyd edir ki, 29 aprel 2025-ci il tarixədək hər saata görə hüquqi yardımın dəyəri 6 manat, 29 aprel 2025-ci il tarixdən isə 11 manat müəyyən edilmişdir. Beyləqan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəməyə təqdim etdiyi hesabatdan isə görünür ki, o, 29 aprel 2025-ci il tarixədək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi ilə bağlı 36 saat, 29 aprel 2025-ci il tarixdən sonra isə 5 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 göstərdiyi cəmi 41 (qırx bir)saat hüquqi yardıma görə Beyləqan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 271 (iki yüz yetmiş bir) manat (36 saatx6 manat=216+5 saat x 11 manat=55 manat), ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Müdafiəçi Beyləqan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə cəmi 36 (otuz altı) saat vaxt sərf etmişdir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Beyləqan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 36 (otuz altı) saat vaxt sərf etmişdir. Məhkəmə eyni zamanda qeyd edir ki, 29 aprel 2025-ci il tarixədək hər saata görə hüquqi yardımın dəyəri 6 manat, 29 aprel 2025-ci il tarixdən isə 11 manat müəyyən edilmişdir. Beyləqan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəməyə təqdim etdiyi hesabatdan isə görünür ki, o, 29 aprel 2025-ci il tarixədək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi ilə bağlı 32 saat, 29 aprel 2025-ci il tarixdən sonra isə 4 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 göstərdiyi cəmi 36 (otuz altı) saat hüquqi yardıma görə Beyləqan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 271 (iki yüz yetmiş bir) manat (32 saatx6 manat=192+4 saat x 11 manat=44 manat), ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. CPM-in 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 33.2 və 32.4-cü maddələrinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması, eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-in 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanunamüvafiq yəni, qanuni yolla əldə olunmuş olsun. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə, CPM-in 197 və 198-ci maddələrinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs1 "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyətinə məxsus Şahid1 idarə etdiyi “MTZ 1221.2” markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı traktorun arxa alın şüşəsini sındırmasına münasibətdə məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs1 tutulmalıdır. CPM-in 180.2-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə zərərçəkmiş hüquqi şəxsə cinayət hadisəsi nəticəsində dəymiş ziyanın ödənilməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında iddia vermək hüquqlarının olması izah edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. CPM-in 349.3-cü maddəsinə əsasən, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-in 146.1-ci maddəsi). CPM-in 351.2-ci maddəsinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə

hökm etdi:

1. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 2 (iki) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulduğu ümumilikdə 2 (iki) gün müddətin bir günü azadlıqdan məhrum etmənin bir günü hesabı ilə hesablanıb, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz olunsun və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, ona təyin edilmiş cəzanın əvvəli 22 may 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın.

2. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulduğu ümumilikdə 1 (bir) gün müddətin bir günü azadlıqdan məhrum etmənin bir günü hesabı ilə hesablanıb, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində 1 (bir) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz olunsun və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, ona təyin edilmiş cəzanın əvvəli 22 may 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 3 saylı İstintaq Təcridxanasına həvalə edilsin. İş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsinə xərclənmiş cəmi 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs1 tutularaq X6 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs2 göstərdiyi cəmi 41 (qırx bir) saat hüquqi yardıma görə Beyləqan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 271 (iki yüz yetmiş bir) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Təqsirləndirilən şəxs1 göstərdiyi cəmi 36 (otuz altı) saat hüquqi yardıma görə Beyləqan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 236 (iki yüz otuz altı) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Sədrlik edən: Xatın Cabbarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar