Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 1(020)-30/2023 13.04.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Seyfullayev Seyfəli İzzət oğlunun sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Müdafiəçi iştirakı ilə xx xxxxxx 1994-cü ildə Beyləqan rayonu, 1-ci Şahsevən kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olur, əvvəllər məhkum olunmamış, hazırda Beyləqan rayon 1-ci Şahsevən kəndində daimi qeydiyyatda olmaqla, həmin kənddə yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Beyləqan rayonu, 1-ci Şahsevən kənd sakini Təqsirləndirilən şəxs, 10 mart 2023-cü il tarixdə, saat 18 radələrində yaşadıqları evin həyətində aralarında yaranmış şəxsi münasibətlər zəmnindəki mübahisə zamanı arvadı Zərərçəkmiş şəxs sol gözaltı və baş nahiyyəsinə yumruqla vuraraq, sonuncuya qəsdən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığına yüngül zərər vurmaya aid bədən xəsarəti yetirmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, o, Beyləqan rayon, 1-ci Şahsevən kəndində yaşamaqla həmin kənddə daimi qeydiyyatdadır. Zərərçəkmiş şəxs onun arvadıdır. O, Zərərçəkmiş şəxs ilə 2017-ci il tarixdə ailə qurub və həmin vaxtan rəsmi nigahdadırlar. Həmin nigahdan 3 azyaşlı övladı vardır. Zərərçəkmiş şəxs onunla ailə qurduğu vaxtan ona ər kimi hörmətlə yanaşmır və qulluq etmir. Bu səbəbdən də aralarında bir neçə dəfə münaqişə baş vermiş, həmin vaxtlar Səbinənin teztez dəqiqələrlə mobil telefonla danışmasını görüb onun başqa kişi ilə danışmasından şübhələnərək, onun telefonuna baxmaq istəmişdir. Lakin Səbinə mobil telefonunu sinəsinə sıxaraq yerə uzanıb ona telefona baxmağa imkan verməmiş, o da həmin gündən Səbinənin bu hərəkətlərindən narahat olmağa başlamışdır. xx.xx.2023-cü il tarixdə, saat 18 radələrində, işdən evə gələrək, evin həyətində daxil olan zaman Səbinənin həyətdə olan sanitar qovşağından çıxdığını və telefonla danışmasını görmüş, Zərərçəkmiş şəxs onu görən kimi əlində olan mobil telefonu boynunun arxa tərəfindən paltarının içərisinə, yəni kürəyinə atmış, bu zaman o, Səbinənin bu hərəkətindən onun başqa kişi ilə danışmasından daha da şübhələnərək onun mobil telefonunu paltarının altından çıxararaq baxan zaman, tanımadığı kişinin hələ də telefonda danışdığını görmüşdür. Bundan sonra o, Zərərçəkmiş şəxs mobil telefonunun “vhatsapp” bölməsinə baxan zaman, yad kişilərin ona səsli mesaj və şəkil göndərdiyini, eyni zamanda Səbinənin də həmin kişilərə mesaj və şəkil göndərdiyini görmüş, bundan sonra, arvadı Zərərçəkmiş şəxs yad kişilərlə münasibət qurmasına əmin olmuşdur. Bu səbəbdən də o, əsəbləşərək, Səbinənin sol gözaltı və baş nahiyyəsinə bir neçə dəfə yumruqla vuraraq onu döymüşdür. O, Zərərçəkmiş şəxs yaşadığı evin həyətində döymüş, həmin vaxt yanlarında heç kim olmamış, eyni zamanda sonradan da ora heç kim gəlməmişdir. Həmin münaqişə təxminən 3-5 dəqiqə davam etmiş, o, Zərərçəkmiş şəxs döyüb qurtardıqdan sonra, Səbinə 3 azyaşlı övladını da götürərək Biləsuvar rayonunda yaşayan atası evinə getmiş, Səbinə evdən acıq edib gedəndən sonra o, zəng edərək anası Şahid1 baş verənləri danışaraq onu yaşadığı evə çağırmış, aradan bir neçə dəqiqə keçəndən sonra anası Şahid1 onun yaşadığı evə gəlmiş və o, baş verənləri anasına danışmışdır.Törətdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxs ilə barışmışdır. Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək təqsirini etiraf edib səmimi peşmançılıq çəkməsini, Zərərçəkmiş şəxs onun həyat yoldaşı olmasını, həyat yoldaşı ilə barışdığını, həyat yoldaşının ondan şikayət və tələbinin olmadığını bildirib, məhkəmədən cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etdi. İş üzrə Zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmiş, məhkəməyə yazılı ərizə göndərərək Təqsirləndirilən şəxs onunla barışdığını, Şahin Əsgərlidən heç bir şikayət və tələbinin olmamasını bildirdi, ona görə də, məhkəmədən Şahin Əsgərlinin cinayət məsuliyyətindən azad edilməsini və onun barəsində olan işin icraatına xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs təhqiqat zamanı verdiyi, məhkəmə iclasında elan edilmiş izahatında bildirmişdir ki, Beyləqan rayon, 1-ci Şahsevən kəndində qeydiyyatda olmaqla həmin ünvanda daimi qeydiyyatdadır. xx.xx.2023-cü il tarixdə Beyləqan rayon Polis şöbəsinə ərizə ilə özü müraciət edib. Həmin müraciətlə bağlı bildirir ki, Təqsirləndirilən şəxs onun əridir. O, Təqsirləndirilən şəxs ilə 6 ildir ki, ailə qurub və rəsmi nigahda olmaqla həmin nigahdan 3 azyaşlı övladı var. Təqsirləndirilən şəxs qısqanc xarakterə malik olduğundan, səbəbsiz yerə onu qısqanaraq tez-tez onunla münaqişə yaradır. xx.xx.2023cü il tarixdə, saat 13 radələrində əri Təqsirləndirilən şəxs nahar etmək üçün evə gəlmiş, bu səbəbdən də o, Turala yemək verib, Tural yemək yedikdən sonra işinə geri qayıtmışdır. Həmin gün saat 18 radələrində o, yaşadığı evin həyətində olan sanitar qovşağından çıxan zaman Tural həyətdə onun qarşısına çıxmış, bu vaxt Tural ona sanitar qovşağında nə etdiyini, telefonla kiminlə danışmasını soruşmuş, o, Turala sanitar qovşağında telefonla danışmadığını, təbii ehtiyacını qarşılamaq üçün sanitar qovşağına getdiyini bildirmişdir. Lakin Tural ona inanmayaraq telefonla başqa kişilərlə danışmasını bildirərək, yumruqla onun sol gözaltı və sağ gicgah nahiyyəsinə bir neçə dəfə yumruqla vuraraq onu döymüş, Tural onu döydükdən sonra ondan aralanmış, bundan sonra o, 3 azyaşlı övladını da götürərək Biləsuvar rayonunda yaşayan atası evinə getmişdir. Əri Təqsirləndirilən şəxs onu yaşadığı evin həyətində döymüş, həmin vaxt yanlarında başqa heç kim olmamış, sonradan da heç kim gəlməmişdir. Həmin münaqişə təxminən 3-5 dəqiqə davam etmiş, həmin gün Biləsuvar rayonunda yaşayan atası evinə getsə də, xx.xx.2023-cü il tarixdə şikayət etmək üçün Beyləqan rayon Polis şöbəsinə gəlmişdir. Məhkəmə iclasında Şahid1, oğlu Təqsirləndirilən şəxs ifadəsində göstərilənləri özünə aid hissədə təsdiq etmişdir. Şahid2 təhqiqat zamanı alınmış, məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, o, Beyləqan rayon 1-ci Şahsevən kndində daimi qeydiyyatda olmaqla həmin kənddə yaşayır. Zərərçəkmiş şəxs onun gəlinidir. Onun xx.xx.2023-cü il tarixdə, Beyləqan rayon Polis şöbəsinə etdiyi şikayət ərzəsi ilə tanış olmuş, həmin ərizə ilə bağlı bildirir ki, Zərərçəkmiş şəxs istifadəsində olan “Redmi Not 8” markalı mobil telefonu 3-4 ay əvvəl 300 manata alaraq istifadə etmək üçün ona vermiş, qeyd edilən mobil telefonun oğlu Təqsirləndirilən şəxs tərəfindən sındırılması ilə bağlı şikayəti, tələbi və mülki iddiası yoxdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş tələbnamədən və iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış, barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməmişdir. Təhqiqat materialı üzrə məhkəmə-tibb ekspertinin 11 mart 2023-cü il tarixli, 138/23 saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs Ələsgər qızının sağ gicgah nahiysində əzilmiş yara, sol gözaltı almacıq nahiyəsində isə hematoma aşkar olunmuşdur ki, qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, göstərilən müddətdə və şəraitdə əmələ gələ bilərdi və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurmaya aiddir. Təhqiqat zamanı Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 18 radələrərində yaşadığı evin həyətində arvadı Zərərçəkmiş şəxs sağ gicgah nahiyəsinə və sol gözaltı almacıq nahiyəsinə yumruqla bir neçə dəfə vuraraq sonuncuya qəsdlə yüngül bədən xəsarəti yetirdiyi hadisənin baş verdiyi yeri baxış keçirilmiş, baxış zamanı hadisə baş verən yeri Təqsirləndirilən şəxs təqdim edərək göstərmişdir. Baxış keçrilən yer Beyləqan rayon, 1-ci Şahsevən kəndində yerləşməklə, kəndin şərq hissəsində, Beyləqan-Şahsevən avtomobil yolunun, Şahsevən kəndi istiqamətində götürdükdə sol tərəfində asfalt yoldan təxminən 40-50 metr kənarda yerləşən fərdi yaşayış evi və həyətidir. Yaşayış evinin giriş qapısı bir laylı 50x165 ölçülü taxtadan hazırlanmış qapıdır. Həmin qapıdan daxil olduqda, evin həyəti yerləşir, həyətin torpağı qazılmış vəziyyətdə olmaqla, evin yerləşdiyi həyətə getmək üçün dar cığır vardır. Dar cığırla getdikdə, böyük həyətlə evin həyətini ayıran tor çəpər vardır. Tor çəpərin ortasında həyətə keçmək üçün taxta çərçivə, ortasına bətkidilmiş tordan ibarət xırda qapı vardır. Həmin qapıdan keçdikdə evin həyəti başlayır. Evin həyətində bir mərtəbəli, mişar daşından, yerdən inşa edilmiş ev vardır. Evin ön tərəfində, evdən təxminən 10-15 metr aralıda sanitar qovşağı yerləşir. Təqsirləndirilən şəxs evlə ayaqyolunun arasında yerləşən ağacı göstərərək arvadı X2 həmin yerdə döydüyünü bildirmişdir. Baxış zamanı hadisə yerində hər hansı cinayətə xarakterik əşya, alət və predmet aşkar edilməmiş və götürülməmişdir. Baxış zamanı hadisə yerinin fotoşəkli çəkilərək baxış protokoluna əlavə edilmişdir. Təhqiqat zamanı Zərərçəkmiş şəxs və Əsgərli X1 rayon Polis şöbəsinə ərizə ilə müraciət edərək təhqiqatın, məhkəməyədək sadələşdirilmiş icraat qaydasında aparılmasına etirazlarının olmadığını bildirmişlər. Təhqiqat zamanı Təqsirləndirilən şəxs törətdiyi böyük içtimai təhlükə törətməyən aşkar cinayət əməli üzrə onun barəsində işin məhkəməyədək sadələşdirilmiş icraat şəkilində aparılmasını istisna edən heç bir hal müəyyən olunmamışdır. Təhqiqat zamanı Zərərçəkmiş şəxs istifadəsində olan “Redmi Not 8” markalı mobil telefonu Təqsirləndirilən şəxs qeyd edilən münaqişə zamanı sındırsa da, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinin tərkib əlamətləri mövcud deyildir. Belə ki, mövcud qanunvericiliyinin tələbinə görə məhv edilən əmlaka görə məsuliyyət, məhv edilən əmlakın sahibi özgəsi olduğu halda yaranır. Konkret halda isə, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs rəsmi nigahda olduqlarından, onların birgə nigahları dövründə əldə etdikləri daşınar və daşınmaz əmlak birgə əmlakları hesab edilir. Göründüyü kimi, Təqsirləndirilən şəxs sındırdığı mobil telefon özgə əmlakı hesab edilmədiyindən, onun barəsində inzibati məsuliyyət istisna edilir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə göndərərk, Təqsirləndirilən şəxs onunla barışdığını, Təqsirləndirilən şəxs heç bir şikayət və tələbinin olmamasını bildirmiş, ona görə də, məhkəmədən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini və onun barəsində olan işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin tərkibi vardır. Həmçinin məhkəmədə müəyyən edildi ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışmış, zərərçəkmiş şəxs təqsirləndirilən şəxsin həyat yoldaşı olmaqla ondan şikayətçi deyildir və onun barəsində olan işin icraatına xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə özünü təqsirli bildiyini, zərərçəkmiş şəxs üzr istəməklə onunla barışdığını, ona görə də, cinayət məsuliyyətindən azad olunmaqla işin icraatına xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə görə, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Odur ki, Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığından cinayət məsuliyyətindən azad edilməli və barəsində başlanmış cinayət təqibinə xitam verilməlidir. İşdə mülki iddia, maddi sübut və məhkəmə xəcləri yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CM-nin 73.2, Azərbaycan Respublikası CPM-nin 40.2.2, 43.3, 321, 321.2.1, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ : Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs ilə barışdığına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və onun barəsində olan cinayət təqibinə (cinayət işi üzrə icraata) xitam verilsin. Qərardan, elan olunduğu andan 20 gün müddətində Beyləqan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərardan 20 gün müddətində Apellyasiya şikayəti və Apellyasiya protesti verilmədikdə, qərar qanuni qüvvəyə minir. Hakim: Seyfəli Seyfullayev
Məhkəmə qərarları › İş №1(020)-30/2023
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №1(020)-30/2023
13.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver