Məhkəmə qərarları › İş №1(020)-30/2025

Beyləqan Rayon Məhkəməsi Hökm — İş №1(020)-30/2025

12.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Beyləqan rayon İş № 1(020)-30/2025 12.06.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Cabbarlı Xatın Mahir qızının sədrliyi, Məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Abbasov Zaur Alı oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Beyləqan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs Etibar qızının, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1982-ci il tarixdə Beyləqan rayonu, Bahar qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən (2-ci qrup əlilliyə görə pensiya alan), əvvəllər məhkum olunmamış, Beyləqan rayonu, Bahar qəsəbəsində qeydiyyatda olmaqla, Bakı şəhəri, Xətai rayonu, Rəşid Bağırov 19, 58 nömrəli məktəbin yanında yerləşən fərdi yaşayış evində kirayədə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir. Belə ki, o, cavabdeh kimi ondan, xx.xx.2021-ci il tarixdən hesablanmaqla xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 120 manat sabit pul məblğində aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməsinə dair Ucar Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(063)-242/2021 saylı qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində Beyləqan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(020)-248/2024 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs olunmasına, icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edilərək xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2024-cü il il tarixədək 5400 manat məbləğində aliment borcunu Zərərçəkmiş şəxs ödəməyərək sonuncuya maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır: Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş olduğunu ifadəsini təsdiq edərək, CM-in 306.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə 2011-ci ilin sentyabr ayında faktiki nikaha daxil olaraq ailə həyatı qurmuş, nikahları xx.xx.2013-cü il tarixdə rəsmi olaraq qeydə alınmış və birgə nikahdan xx.xx.2012-ci il tarixdə Zəhra adlı 1 (bir) övladları dünyaya gəlmişdir. Zərərçəkmiş şəxs ilə evli olduğu ilk vaxtlar münasibətləri normal olsa da, sonradan ailə daxili münaqişələr nəticəsində münasibətləri kəskin şəkildə pisləşmiş və onların birlikdə yaşamaları qeyri-mümkün olmuşdur. Belə ki, o, 2016-cı ilin aprel ayında usta kimi ev təmiri etmək məqsədilə Qazaxıstan Respublikası, Karaqanda şəhərində işləməyə getmiş və həmin ilin sentyabr ayında ölkəyə qayıdarkən Zərərçəkmiş şəxs 2016-cı ilin oktyabr ayında ondan faktiki olaraq ayrılaraq övladı ilə birlikdə ayrı yerdə yaşamağa başlamışdır. Ayrı yaşadıqları gündən bir neçə il keçdikdən sonra Zərərçəkmiş şəxs nikahın pozulması və aliment tələbi ilə bağlı məhkəməyə müraciət etmiş və Ucar Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən onların nikahına xitam verilərək, xx.xx.2021-ci il tarixdən hesablanmaqla xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 120 manat sabit pul məblğində alimentin ondan tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Ucar Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra aidiyyəti üzrə icra olunması məqsədi ilə onun qeydiyyatda olduğu yer üzrə Beyləqan rayon icra və probasiya şöbəsinə göndərilmiş və və həmin qurumdan qeyd edilən məbləğdə alimentin Zərərçəkmiş şəxs ödənilməsi barədə ona rəsmi qaydada bildiriş təqdim edilmişdir. O, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini icra etmədiyi üçün, Beyləqan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə 08 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Həmçinin icra məmurunun təqdimatına əsasən, Beyləqan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Bütün bu olanlardan sonra icra məmuru tərəfindən ona yeni müddətlər verilərək, cinayət məsuliyyəti barədə xəbərdarlıq edilsə də, təqdimat verilən günə, yəni xx.xx.2024-cü il tarixədək Zərərçəkmiş şəxs yaranmış olan 5400 manat borcunu ödəməmişdir. O, 2023-cü ilin iyul ayında Rusiya Federasiyası, Ufa şəhərində olarkən səhətində yaranmış problemə görə həkimə müraciət etməy, analizlərin cavabına əsasən onda qara ciyər fibrozu və serrozu diaqnozu ilə yanaşı spid xəstəliyi aşkar olunmuşdur, bu səbəbdən də o, 2023-cü ilin iyul ayında vətənə qayıdaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzində xx.xx.2023-cü il tarixindən etibarən dispanser müşahidə qeydiyyatına götürülmuş və bu xəstəliyə görə ona 2024-cü ilin avqust ayından 2-ci qrup əlillik təyin olunaraq 220 manat pensiya alır. O, ağır xəstə olduğundan və heç bir yerdə işləmədiyinə görə, təyin olunmuş alimenti ödəyə bilmir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs sonda 2-ci qrup əlil olduğunu, hec bir yerdə işləmədiyini nəzərə alalraq, onun barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs Etibar qızı ibtidai istintaq zamanı vermiş olduğunu ifadəsini təsdiq edərək, ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 2011-ci ilin sentyabr ayında faktiki nikaha daxil olaraq ailə həyatı qurmuş, nikahları xx.xx.2013-cü il tarixdə rəsmi olaraq qeydə alınmış və birgə nikahdan xx.xx.2012-ci il tarixdə Zəhra adlı 1 övladları dünyaya gəlmişdir. Təqsirləndirilən şəxs ilə evli olduğu ilk vaxtlar münasibətləri normal olsa da, lakin sonradan ailə daxili baş verən münaqişələr nəticəsində münasibətləri kəskin şəkildə pisləşmiş və onların birlikdə yaşamaqları qeyri-mümkün olmuşdur. Bu səbəbdən də o, Təqsirləndirilən şəxs faktiki olaraq ayrılaraq övladı ilə birlikdə anasının yanında yaşamağa başlamışdır. Bir müddət övladına anasının köməkliyi ilə baxdıqdan sonra nikahın pozulması və aliment tələbi ilə bağlı məhkəməyə müraciət etmiş və Ucar Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(063)-242/2021 saylı qətnaməsinə əsasən onların nikahına xitam verilərək, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən hesablanmaqla xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 120 manat sabit pul məblğində aliment tutularaq ona verilməsi qət edilmişdir. Ucar Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra aidiyyəti üzrə icra olunması məqsədi ilə Təqsirləndirilən şəxs qeydiyyatda olduğu yer üzrə Beyləqan rayon icra və probasiya şöbəsinə göndərilmiş və həmin qurumdan qeyd edilən məbləğdə alimentin ona ödənilməsi barədə Təqsirləndirilən şəxs rəsmi qaydada bildiriş təqdim edilmişdir. Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini icra etmədiyi üçün, Beyləqan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə 08 gün müddətinə inzibati qaydada həbs edilmiş, həmçinin icra məmurunun təqdimatına əsasən Beyləqan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Lakin bütün bu olanlara baxmayaraq, Təqsirləndirilən şəxs öz qərəzli hərəkətlərini davam etdirərək, ona olan aliment borcunu ödəməmişdir. Bundan sonra icra məmuru tərəfindən Təqsirləndirilən şəxs yeni müddətlər verilərək, cinayət məsuliyyəti barədə dəfələrlə xəbərdarlıqlar edilsə də, təqdimat verilən günə, yəni xx.xx.2024-cü il tarixədək yaranmış olan 5400 manat aliment borcunu ödəməmişdir. Qeyd edilən ödənilməmiş aliment borcunun Təqsirləndirilən şəxs alınaraq ona ödənilməsini, əks halda barəsində azadlıqdan mərhumetmə cəzasının təyin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Beyləqan rayon İcra və Probasiya şöbəsinin rəisi Şahid1 ibtidai istintaq zamanı vermiş olduğunu ifadəsini təsdiq edərək, ifadəsində göstərmişdir ki, Ucar Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(063)- 242/2021 saylı qətnaməsi əsasında verilmiş icra sənədinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən başlayaraq xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 120 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmiş, göstərilən icra vərəqəsi xx.xx.2021-ci il tarixdə şöbənin icraatına daxil olmuş və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 8ci maddəsi rəhbər tutularaq həmin tarixdə icraata başlamaq haqqında qərar və bildiriş qəbul edilərək tərəflərə göndərilmişdir. Borclu Təqsirləndirilən şəxs icra sənədinin icrasını təmin etməmiş, məcburi icra tədbirləri görülməsi üçün edilmiş sorğular və digər yoxlamalar müsbət nəticə verməmişdir. Beyləqan Rayon Məhkəməsinin 8(020)-233/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmış, icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə və məhkəmənin qətnaməsi üzrə tələbi icra etmədiyinə görə borclu Təqsirləndirilən şəxs Beyləqan Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək xx.xx.2024-cü il tarixdə 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilmişdir. İnzibati tənbehdən sonra Təqsirləndirilən şəxs tələbi icra etməsi üçün məsuliyyəti elan olunmaqla yeni müddət verilmişdir. Lakin borclu öz hərəkətlərini davam etdirmiş və icra sənədi üzrə tələbi təmin etməmişdir. Borclu Təqsirləndirilən şəxs öhdəliyini lazımi qaydada yerinə yetirməmiş, icra sənədi üzrə olan borcunu ödəməmiş və ödənilməsinə təşəbbüs göstərməmişdir. Beyləqan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsini Təqsirləndirilən şəxs məsuliyyəti elan olunmaqla rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq icra etməməkdə davam etməklə həm də faktiki imkanlarından istifadə etməmiş və Təqsirləndirilən şəxs əməlində qərəzlilik müşahidə olunmuşdur. İcraat zaman Təqsirləndirilən şəxs xəbərdarlıq edilməsinə, profilaktiki söhbətlər aparılmasına baxmayaraq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasını təmin etməmişdir. Tələbkar Zərərçəkmiş şəxs Beyləqan rayon icra və probasiya şöbəsinə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs tərəfindən aliment borcunun ödənilmədiyini və borclunun cinayət məsuliyyətinə cəlb edilməsi üçün tədbir görülməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs icra sənədi üzrə Zərərçəkmiş şəxs təqdimat verilən günə, yəni xx.xx.2024-cü il tarixədək 5400 manat aliment borcu yaranmışdır. Dövlət adından çıxarılmış məhkəmə qətnaməsi borclu Təqsirləndirilən şəxs tərəfindən qərəzli olaraq icra edilmədiyindən barəsində CM-in 306.1-ci maddəsilə cinayət məsuliyyətinə cəlb olunması üçün İcra xidməti vasitəsilə Ədliyyə Nazirliyi İstintaq idarəsinə təqdimat göndərilmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Beyləqan rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şahid2 məhkəmə baxışı zamanı dindirilmiş digər Şahid1 ilə oxşar məzmunda ifadə verərək, sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, toplanmış material əsasında Təqsirləndirilən şəxs barəsində CM-in 306.1-ci maddəsi ilə cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. Borclunun cinayət məsuliyyətinə cəlb olunması haqqında xx.xx.2024-cü il tarixdə təsdiq edilmiş təqdimatdan görünür ki, Ucar Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2021-ci il tarixli, 2(063)-242/2021 nömrəli qətnaməsi Təqsirləndirilən şəxs tərəfindən qərəzli olaraq icra edilmədiyindən Beyləqan rayon İcra və Probasiya şöbəsi tərəfindən cinayət məsuliyyətinə cəlb olunması haqqında xx.xx.2024-cü il tarixli təqdimat verilmişdir. Ucar Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(063)-242/2021 nömrəli qətnaməsindən və icra sənədindən görünür ki, cavabdeh Təqsirləndirilən şəxs xx.xx.2021ci il tarixdən başlayaraq xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 120 manat sabit pul məblğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İcraata başlamaq haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Ucar Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(063)-242/2021 nömrəli icra sənədi üzrə icraata başlanılmışdır. Tələbin könüllü icrası barədə xx.xx.2021-ci il tarixli xəbərdarlıqdan görünür ki, Təqsirləndirilən şəxs Ucar Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(063)-242/2021 nömrəli icra sənədini icra etməsi ilə bağlı xəbərdarlıq verilmişdir. Beyləqan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 8(020)-233/2021 nömrəli qərardadından görünür ki, Ucar Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(063)- 242/2021 nömrəli qətnaməsinə əsasən çıxarılmış icra sənədi üzrə borclu, Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq, yəni icra sənədinin icrası tam başa çatanadək məhdudlaşdırılmışdır. Respublika QİÇS-lə Mübarizə Mərkəzinin xx.xx.2024-cü il tarixli 04-01/08-125 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həqiqətən xx.xx.2023-cü il tarixdən Respublika QİÇS-lə Mübarizə Mərkəzində dispanser müşahidə qeydiyyatına götürülmüşdür. Beyləqan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(020)-248/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 08 gün müddətə inzibati həbs edilmişdir. Beyləqan rayon İcra və Probasiya şöbəsinin xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktublarından görünür ki, Təqsirləndirilən şəxs müəyyən edilmiş aylıq aliment məbləği və yaranmış aliment borcu ödənilməklə qətnamənin icrası tələb edilmiş və məsuliyyəti diqqətinə çatdırılmışdır. Beyləqan RİHB-nın Bahar qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs qeydiyyat yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Səhiyyə Naziliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” Publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli, KEŞ-93 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs “Qaraciyər sirrozu, subkompensasiya mərhələri”, ağırlaşma: “Portal hipertenziya; Hepatomeqaliya”, yanaşı xəstəliklər: “Qaraciyərin alkohol xəstəliyi; Xroniki pielonefrit” kimi xəstəliklərin olduğu müəyyən edilmişdir. Eyni zamanda, Təqsirləndirilən şəxs “Respublika QİÇS-lə Mübarizə Mərkəzi”ndə “infeksion və parazitar xəstəliklərlə təzahür olunan X3 Virus (İİÇV) xəstəliyi; Oral kandidoz; Alkohol hepatiti” diaqnozları ilə dispanser qeydiyyatındadır. Təqsirləndirilən şəxs düçar olduğu xəstəliklər uzun sürən xroniki gedişli xəstəliklərə aiddir. Xəstəliklərin kliniki gedişindən asılı olaraq onun adekvat müalicəyə ehtiyacı vardır. Təqsirləndirilən şəxs düçar olduğu xəştəliklərlə əlaqədar əmək zəmanətlidir və epidemoloji təhlükənin olmadığı şəraitdə işləyə bilər. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 5 saylı Bakı DOST Mərkəzinin xx.xx.2025-ci il tarixli, 3-17-7/2-F-5572/2025 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” (TSERAS) altsisteminə əsasən xx.xx.2024-cü il tarixindən müddətsiz ümumi xəstəliklə əlaqədar orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs hesab edilmişdir. Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Qətimkan tədbiri seçilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutların axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə cinayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərəfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanunamüvafiq qaydada qiymət vermək, həmin sübutlara və müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Beləliklə, məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, bu sübutlar Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eləcə də istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş digər sübutlarla təsdiq edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Konstıtusıya Məhkəməsı Plenumunun 02 oktyabr 2012-ci il tarixli “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” qərarına əsasən məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda CM-in 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə xüsusilə qeyd edir ki, məhkəmənin qərarının və digər aktının icra edilməməsinin təhlükəliliyi ondan ibarətdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarını icra etməmə məhkəmə orqanlarını nüfuzdan salır, pozulmuş hüquqların bərpası, dəymiş ziyanın ödənilməsi qeyri-mümkün olur və ədalət mühakiməsinin həyata keçirilməsi zamanı dövlət adından çıxarılmış qərarlar kağız üzərində qalır. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra etmək üçün zəruri tədbirlərin görülməməsi ilə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin səmərəsi heçə endirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 306.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayətlər hesab olunur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhkəmə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 iyul 2022-ci il tarixli “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1 və 73.2-ci maddələrinin şərh edilməsinə dair” qərarında ifadə edilmiş hüquqi mövqeyinə müraciət edilməsini zəruri hesab edir. Konstitusiya Məhkəməsinin həmin qərarda ifadə edilmiş hüquqi mövqeyinə görə cinayət törətmiş şəxsin dövlət məcburetmə tədbirlərinə məruz qalmalı olması cinayət qanunvericiliyinin ümumi qəbul olunmuş yanaşmasıdır. Bu zaman cinayətlərin törədilməsinin qarşısını alan ən təsirli vasitə cəzanın ağırlığı deyil, onun qaçılmazlığıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs Qaraciyər sirrozu, infeksion və parazitar xəstəliklərlə təzahür olunan X3 Virus (İİÇV) xəstəliyi; Oral kandidoz; Alkohol hepatiti xəstəliklərinin olmasını, orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə (İİ dərəcəli) əlilliyinin olmasını CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, cəzasını yüngülləşdirən hallarla yanaşı, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-in 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, CM-in ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Göstərilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs təyin olunacaq cəzanın təqsirkarın şəxsiyyətinə uğunluğunu, habelə zərərçəkmiş şəxsin ondan şikayətçi olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 306.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli və cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halların olmasını, eləcə də cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri üzrə axşam saat 22:00-dan növbəti gün səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia, ekspertiza xərci və maddi sübut yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-in 146.1-ci maddəsi). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il 6 (altı) ay il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yerini axşam saat 22:00-dan növbəti gün səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Xatın Cabbarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar