Azərbaycan Respublikası adından HÖKM Beyləqan rayon İş № 1(020)-31/2023 31.05.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər- Zərərçəkmiş şəxs14, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs12 və Zərərçəkmiş şəxs13, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi- Beyləqan rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1964-cü il tarixdə Beyləqan rayonu Qəhrəmanlı qəsəbəsində anadan olan, orta ixtisas təhsilli, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, işsiz, Beyləqan şəhəri, Təbriz küçəsi, ev 32, mənzil 31-də qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs Beyləqan rayonu, Dünyamalılar kəndində yaşayan Zərərçəkmiş şəxs2 əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək niyyətilə onun etibarından sui-istifadə edərək ona sürücülük vəsiqəsi almaqda köməklik edəcəyinə dair yalan vəd verib aldatmaqla 02 may 2022-ci il tarixdə Beyləqan rayonu, Dünyamalılar kəndi ərazisində 900 manat pulunu nağd şəkildə alaraq ələ keçirib dələduzluq etmişdir. Bundan başqa, o, Beyləqan rayonu, Dünyamalılar kəndində yaşayan Zərərçəkmiş şəxs5 əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək niyyətilə onun etibarından sui-istifadə edərək ona sürücülük vəsiqəsi almaqda köməklik edəcəyinə dair yalan vəd verib aldatmaqla 02 may 2022-ci il tarixdə Beyləqan rayonu, Dünyamalılar kəndi ərazisində 400 manat, 05 may 2022-ci il tarixdə Beyləqan şəhəri, Magistral küçəsində 1100 manat olmaqla ümumilikdə 1500 manat pulunu vahid niyyətlə törədilən qəsdlə nağd şəkildə alaraq ələ keçirib təkrar dələduzluq etmişdir. Bundan başqa, o, Beyləqan rayonu, Türklər kəndində yaşayan X4 əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək niyyətilə onun etibarından sui-istifadə edərək ona sürücülük vəsiqəsi almaqda köməklik edəcəyinə dair yalan vəd verib aldatmaqla 04 may 2022-ci il tarixdə, saat 17 radələrində Beyləqan rayonu, Türklər kəndində 1150 manat pulunu nağd şəkildə alaraq ələ keçirib təkrar dələduzluq etmişdir. Bundan başqa, o, Beyləqan şəhəri, M.Ə.Rəsulzadə küçəsində yaşayan Zərərçəkmiş şəxs13 əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək niyyətilə onun etibarından sui-istifadə edərək ona sürücülük vəsiqəsi almaqda köməklik edəcəyinə dair yalan vəd verib aldatmaqla 08 may 2022-ci il tarixdə saat 20 radələrində Beyləqan şəhəri, M.Ə.Rəsulzadə küçəsində 1200 manat pulunu nağd şəkildə alaraq ələ keçirib təkrar dələduzluq etmişdir. Bundan başqa, o, Xocavənd rayonu, 320 ailəlik qəsəbədə 267 nömrəli evdə yaşayan Zərərçəkmiş şəxs3 əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək niyyətilə onun etibarından sui-istifadə edərək ona sürücülük vəsiqəsi almaqda köməklik edəcəyinə dair yalan vəd verib aldatmaqla 08 iyun 2022-ci il tarixdə, saat 21 radələrində Beyləqan şəhəri, M.Müşfiq küçəsində 1200 manat pulunu Şahid6 vasitəsilə nağd şəkildə alaraq ələ keçirib təkrar dələduzluq etmişdir. Bundan başqa, o, Beyləqan rayonu, Təzəkənd kəndində yaşayan Zərərçəkmiş şəxs8 əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək niyyətilə onun etibarından sui-istifadə edərək ona sürücülük vəsiqəsi almaqda köməklik edəcəyinə dair yalan vəd verib aldatmaqla 11 iyun 2022-ci il tarixdə, saat 11 radələrində Beyləqan şəhəri, Magistral küçəsində 880 manat, 13 iyun 2022-ci il tarixdə, saat 10 radələrində Beyləqan şəhəri, S.Qazıyeva küçəsində yerləşən Beyləqan rayon Mərkəzi xəstəxanasının yaxınlığında 300 manat olmaqla ümumilikdə 1180 manat pulunu vahid niyyətlə törədilən qəsdlə nağd şəkildə alaraq ələ keçirib təkrar dələduzluq etmişdir. Bundan başqa, o, Beyləqan şəhəri, M.Füzuli küçəsində yaşayan Zərərçəkmiş şəxs6 əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək niyyətilə onun etibarından sui-istifadə edərək ona oğlu X2 vəsiqəsi almaqda köməklik edəcəyinə dair yalan vəd verib aldatmaqla 2022-ci ilin iyul ayının ortalarında, saat 13 radələrində Beyləqan şəhəri, M.Füzuli küçəsində 1100 manat pulunu nağd şəkildə alaraq ələ keçirib təkrar dələduzluq etmişdir. Bundan başqa, o, Xocavənd rayonu, 146 saylı qəsəbədə yaşayan Zərərçəkmiş şəxs1 Mənsim oğlunun əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək niyyətilə onun etibarından sui-istifadə edərək ona oğlu Şahid3 sürücülük vəsiqəsi almaqda köməklik edəcəyinə dair yalan vəd verib aldatmaqla 21 avqust 2022-ci il tarixdə, saat 13 radələrində Beyləqan şəhəri, S.İmrəliyev küçəsində, “Luk oil” yanacaq doldurma məntəqəsinin yaxınlığında yerləşən adsız kafedə 1200 manat pulunu alaraq ələ keçirib təkrar dələduzluq etmişdir. Bundan başqa, o, Füzuli rayonu, 1 nömrəli Zobucuq qəsəbəsi, ev 284-də yaşayan Zərərçəkmiş şəxs10 əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək niyyətilə onun etibarından sui-istifadə edərək ona sürücülük vəsiqəsi almaqda köməklik edəcəyinə dair yalan vəd verib aldatmaqla 05 oktyabr 2022-ci il in tarixdə saat 21 radələrində Beyləqan rayonu, Qəhrəmanlı qəsəbəsində 1100 manat pulunu Şahid4 vasitəsilə nağd şəkildə alaraq ələ keçirib təkrar dələduzluq etmişdir. Bundan başqa, o, Beyləqan rayonu, Sarısu qəsəbəsində qeydiyyatda olmaqla Beyləqan şəhəri, E.Əliyev küçəsində yaşayan Zərərçəkmiş şəxs7 əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək niyyətilə onun etibarından sui-istifadə edərək onun özünə və tanışı X1 məktəbi bitirməyə dair şəhadətnamə almaqda köməklik edəcəyinə dair yalan vəd verib onu aldatmaqla 2022-ci ilin oktyabr ayının ortalarında Beyləqan şəhəri, Mağistral küçəsində yerləşən “Oba” marketdə iki gün fasilə ilə 200 manat və 320 manat olmaqla ümumilikdə 520 manat pulunu vahid niyyətlə törədilən qəsdlə nağd şəkildə alaraq ələ keçirib təkrar dələduzluq etmişdir. Bundan başqa, o, Beyləqan rayonu, Yeni Mil qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs4 əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək niyyətilə onun etibarından sui-istifadə edərək ona sürücülük vəsiqəsi almaqda köməklik edəcəyinə dair yalan vəd verib aldatmaqla 2022-ci ilin oktyabr ayının axırlarında, saat 17 radələrində Beyləqan şəhəri, S.İmrəliyev küçəsində, “Luk oil” yanacaq doldurma məntəqəsinin yaxınlığında 600 manat pulunu nağd şəkildə alaraq ələ keçirib təkrar dələduzluq etmişdir. Bundan başqa, o, Beyləqan şəhəri, Ə.Vahid küçəsi ev 63-də qeydiyyatda olmaqla Bakı şəhəri, Bilcəri qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs9 əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək niyyətilə onun etibarından sui-istifadə edərək ona sürücülük vəsiqəsi almaqda köməklik edəcəyinə dair yalan vəd verib aldatmaqla 24 noyabr 2022-ci il tarixdə, saat 12 radələrində Beyləqan şəhəri, Magistarl küçəsində 1200 manat pulunu nağd şəkildə alaraq ələ keçirib təkrar dələduzluq etmişdir. Bundan başqa, o, Beyləqan rayonu, Milabad qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs14 əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək niyyətilə onun etibarından sui-istifadə edərək ona sürücülük vəsiqəsi almaqda köməklik edəcəyinə dair yalan vəd verib aldatmaqla 25 noyabr 2022-ci il tarixdə, saat 10 radələrində Beyləqan şəhəri, H.Əliyev prospektində yerləşən “Yaşıl” kafedə 1180 manat pulunu nağd şəkildə alaraq ələ keçirib təkrar dələduzluq etmişdir. Bundan başqa, o, Beyləqan şəhərində yaşayan Zərərçəkmiş şəxs11 əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək niyyətilə onun etibarından sui-istifadə edərək ona bacısı oğlu Şahid5 sürücülük vəsiqəsi almaqda köməklik edəcəyinə dair yalan vəd verib aldatmaqla 29 noyabr 2022-ci il tarixdə, saat 16 radələrində Beyləqan şəhəri, Magistral küçəsində yerləşən “Orucoğlu” mebel mağazasında 700 manat pulunu nağd şəkildə alaraq ələ keçirib təkrar dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bildi və ifadəsində göstərdi ki, Beyləqan şəhəri, Təbriz küçəsi, ev 32, məznil 31-də qeydiyyatda olmaqla yaşayır, hazırda işsizdir. Zərərçəkmiş şəxs2, X7, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs9 əvvəllər tanımamışdır, X3, Zərərçəkmiş şəxs7 və Şahid6 isə əvvəllər rayon sakini kimi tanımışdır, onlarla aralarında ədavət və ya düşmənçiliyi olmamışdır. O, 2018-ci ildən 2022-ci ilin yanvar ayınadək “Hərbi Vətənpərvərlik və X6” MMC-nin Beyləqan filialının direktoru vəzifəsində işləmişdir. 2022-ci ilin yanvar ayında həmin vəzifədən azad edildikdən sonra Beyləqan rayonu ərazisində yerləşən müxtəlif kənd və qəsəbələrə gedən zaman sakinlər ona yaxınlaşıb sürücülük vəsiqəsi düzəltməkdə onlara köməklik etməsini ondan xahiş etmişlər. O da müraciət edən şəxslərə sürücülük vəsiqəsi düzəltməyə vədlər verib müxtəlif məbləğlərdə pullarını almışdır. 2022-ci ilin may ayının 2-də Beyləqan rayon, Dünyamalılar kəndi ərazisinə getmiş, həmin vaxt orada bir nəfər şəxs ona yaxınlaşaraq özünü Zərərçəkmiş şəxs2 kimi təqdim edərək ona sürücülük vəsiqəsi düzəltməkdə köməklik etməsini xahiş etmişdir. O da pula ehtiyacı olduğundan Zərərçəkmiş şəxs2 köməklik edəcəyini bildirib 1200 manat ödəməli olduğunu bildirmişdir. Elvin həmin vaxt cibində olan 900 manat pulu çıxarıb ona vermiş və qalan pulu da vəsiqəni alandan sonra verəcəyini bildirmişdir. O, Zərərçəkmiş şəxs2 aldadaraq pulu aldıqdan sonra verdiyi vədə əməl etməsə də həmin pulu ona qaytarmamışdır. Həmin gün Elvindən başqa Dünyamalılar kənd sakini Zərərçəkmiş şəxs5 da ona yaxınlaşıb sürücülük vəsiqəsi almaqda köməklik etməsini ondan xahiş etmişdir. O, Səddama da köməklik edəcəyini bildirmiş və həmin gün Səddamdan 400 manat pul almışdır. 04 may 2022-ci il tarixdə Beyləqan rayonu, Türklər kəndində olarkən həmin kənddə yaşayan X4 1150 manat pulunu alıb ona sürücülük vəsiqəsi almaqda köməklik edəcəyini bildirmişdir. 05 may 2022-ci il tarixdə isə Beyləqan şəhəri, Magistral küçəsində Zərərçəkmiş şəxs5 ilə görüşüb ondan 1100 manat da pul almış və ümumilikdə ondan 1500 manat pulunu almışdır. Belə ki, 08 may 2022-ci il tarixdə Zərərçəkmiş şəxs13 adlı bir hərbiçi ilə Beyləqan şəhəri, M.Ə.Rəsulzadə küçəsində görüşüb ona sürücülük vəsiqəsi almaqda köməklik etmək barədə vəd verib ondan 1200 manat pul almışdır. O, həmin şəxsləri aldadaraq aldığı pulları xərcləmiş və onlara verdiyi vədə əməl etməmişdir. Bundan başqa 08 iyun 2022-ci il tarixdə tanışı Şahid6 ona zəng edərək qohumu Zərərçəkmiş şəxs3 Nazim oğluna sürücülük vəsiqəsi düzəltməyə köməklik etməsini ondan xahiş etmiş, o, həmin gün Sadiqlə Beyləqan şəhəri, “Ləzim” bulağı adlanan yerdə görüşüb ondan 1200 manat pul almış, Sadiq həmin pulun Qalibə məxsus olmasını bildirmişdir. Sadiq bir müddət sonra ona zəng edərək verdiyi vədə əməl etmədiyi halda aldığı pulu geri qaytarmağını tələb etmiş və qaytarmayacağı halda ondan şikayət edəcəyini bildirmişdir. O da Sadiqə şikayət etməməsini, pulu qaytaracağını demişdir. Bir müddət sonra həmin pulun 500 manatını Qalibə qaytarması üçün Sadiqə vermişdir. 11 iyun 2022-ci il tarixdə bir nəfər şəxs ona zəng edərək özünü Zərərçəkmiş şəxs8 kimi təqdim etmiş və ondan sürücülük vəsiqəsi almasına köməklik etməsini xahiş etmişdir. O da Zərərçəkmiş şəxs8 köməklik edə biləcəyini vəd verib həmin gün Beyləqan şəhəri, S.Qazıyeva küçəsində görüşüb 880 manat, 13 iyun 2022-ci il tarixdə isə Beyləqan şəhəri, Magistal küçəsində görüşüb 300 manat pul almışdır. O, verdiyi vədə əməl etmədiyi üçün Elvin ondan pulunu geri tələb etməyə başlamışdır. 12 yanvar 2023-cü il tarixdə o, Beyləqan şəhəri ərazisində görüşüb Zərərçəkmiş şəxs8 200 manat qaytarmış və qalan pulları da sonra qaytaracağını demişdir. 2022-ci ilin iyul ayının ortalarında Beyləqan şəhəri, M.Füzuli küçəsində yaşayan Zərərçəkmiş şəxs6 oğlu X2 vəqisəsi almaqda köməklik etməsini xahiş etmişdir. O, Anardan onun yaşadığı küçədə 1100 manat pul almışdır. Anar ona inansın deyə o, Anarı və Kamili sürücülük vəsiqəsi imtahanı verilən Ağcabədi şəhərində yerləşən idarəyə aparmış, lakin orada həmin günün imtahan günü olmadığı bildirilmişdir. Anar şübhələnib ondan pulunu tələb etməyə başlamış, o da bir müddət sonra Zərərçəkmiş şəxs6 1100 manat pulunu tam şəkildə olan geri qaytarmışdır. Bundan başqa əvvəllər tanıdığı Zərərçəkmiş şəxs1 Mənsim oğlu ona zəng edərək sürücülük vəsiqəsi almaqda köməklik etməsini xahiş etmişdir. O, 21 avqust 2022-ci il tarixdə Beyləqan şəhəri, S.İmrəliyev küçəsində yerləşən “Luk oil” yanacaq dodurma məntəqəsinin yaxınlığında Zərərçəkmiş şəxs1 Mənsim oğlu ilə görüşüb sürücülük vəsiqəsi almaqda köməklik etməsinə vəd verib aldadaraq 1200 manat pul almış, lakin verdiyi vədə əməl etməmişdir. Buna görə də Vəliyəddin ondan pulunu tələb etməyə başlamışdır. O da 2022-ci ilin dekabr ayında Vəliyyəddinlə görüşüb ondan aldığı pulun 450 manatını geri qaytarmışdır. 05 oktyabr 2022-ci il tarixdə Füzuli rayonundan olan Zərərçəkmiş şəxs10 sürücülük vəsiqəsi almaqda kəməklik etməsi üçün Şahid4 onunla əlaqə saxlayıb ona 1100 manat pul vermişdir. Sonra 2022-ci ilin oktyabr ayının əvvəllərində Zərərçəkmiş şəxs7 ilə Beyləqan şəhəri ərazisində görüşərəkən ona sürücülük məktəbi bitirməyə dair şəhadətnamə almaqda köməklik edə bilcəyini bildirmiş, Arzuman bir neçə gün sonra, oktyabr ayının ortalarında onunla “Oba” marketdə görüşən zaman özünə və tanışı Şahid2 sürücülük vəsiqəsi düzəltməkdə köməklik etməsini xahiş etmiş və Arzumandan hər adam üçün 260 manat pul istəmişdir. Arzuman əvvəlcə 200 manat, iki sonra isə 320 manat olmaqla 520 manat pul almışdır. Arzuman bütün pulun ona məxsus olduğunu, şəhadətnaməni Rəsula təqdim etdikdən sonra Rəsulun əvəzinə verdiyi 260 manat pulu Rəsuldan alacağını bildirmişdir. Bir nüddət sonra Arzuman onu aldatdığını başa düşüb pulunu tələb etməyə başlamış, o da həmin puldan 100 manatını Arzumana qaytarmışdır. Sonra 2022-ci ilin oktyabr ayının axırlarında Zərərçəkmiş şəxs4 ona zəng edib sürücülük vəsiqəsi düzəltməkdə köməklik etməsini xahiş etmiş, o da Vasifə kömək edəcəyini vəd verib qarşılığında 1100 manat pul alacağını demişdir. Vasif həmin günlərdə onunla Beyləqan şəhəri, S.İmrəliyev küçəsində görüşüb 600 manat pul vermiş, o, Zərərçəkmiş şəxs4 qalan 500 manatı da verdikdən sonra vəsiqəsini alacağını bildirmişdir. Lakin bir müddət sonra Vasif ona zəng edib onun insanları aldatdığını eşitdiyini deyib pulunu geri tələb etmiş, lakin o, Vasifdən aldığı pulu geri qaytarmamışdır. O, 24 noyabr 2022-ci il tarixdə Zərərçəkmiş şəxs9 Namik oğlu ilə Beyləqan şəhəri, Magistral küçəsində görüşüb ona sürücülük vəsiqəsi düzəltməyə vəd verib ondan 1200 manat, 25 noyabr 2022-ci il tarixdə isə Zərərçəkmiş şəxs14 ilə Beyləqan şəhəri, Heydər Əliyev prospektində yerləşən “Yaşıl” adlı kafedə görüşüb ona sürücülük vəsiqəsi almaqda köməklik etməyə vəd verib aldadaraq ondan 1180 manat pul almış, həmin şəxslərə verdiyi yalan vədi yerinə yetirməmiş və onlara verdiyi pulları geri qaytarmamışdır. 29 noyabr 2022-ci il tarixdə tanışı Zərərçəkmiş şəxs11 işlədiyi mağazaya getmişdir. Çünki Feyruz əvvəl ona bacısı oğlu Şahid5 üçün sürücülük vəsiqəsi almaq istədiyini demiş, o da Feyruzun yanına gedib onun hələ də həmin fikirdə olub-olmadığını soruşmuşdur. Feyruz da Əmrah üçün sürücülük vəsiqəsi almaq istədiyini bildirmiş, Feyruz əvvəl ona borc verərək yaxşılıq etdiyi üçün Feyruzdan az, yəni 700 manat pul alacağını bildirmişdir. O, Feyruzu aldadıb pulunu aldıqdan bir müddət sonra ona zəng edərək vəsiqəni düzəldib-düzəltmədiymi soruşmuş və düzəltməyəcəyi halda pulunu geri tələb etdiyini bildirmişdir. O da Feyruza pulu geri qaytaracağını demiş, lakin hələ də Feyruzun pulunu qaytarmamışdır. O, adlarını qeyd etdiyi, yəni aldadaraq pullarını ələ keçirdiyi şəxslərin onun işdən azad edilməsindən məlumatlarının olub-olmadığını bilməmiş, həmin şəxslərə özünü vəzifəli şəxs kimi, hər hansı orqanın işçisi kimi təqdim etməmişdir. Həmin şəxslər də ondan işi barədə soruşmamışlar. O, aldadıb pullarını ələ keçirdiyi şəxslərin onun işi barədə soruşduqları halda, habelə işdən azad edildiyindən məlumatları olduğu halda onlara tanışları vasitəsilə sürücülük vəsiqələrini düzəldəcəyini deməyi düşünmüşdür. O, vəd verdiyi şəxslərin ondan sonra sürücülük vəsiqəsi və ya sürücülük məktəbi bitirmələrinə dair şəhadətnamə alıb-almadıqlarını bilməmişdir. Hazırda hərəkətlərindən peşimandır. Cinayəti imkansızlıq ucbatından törətmişdir. Hazırda zərərçəkmiş şəxslərin bəzilərinə dəymiş maddi ziyanı qismən ödəyə bilmiş qalan ziyanları ödəməyə maddi imkanı olmamışdır. Məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs14 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımış, onunla aralarında hər hansı ədavət və ya düşmənçilik olmamışdır. Əliyar əvvəllər Beyləqan şəhərində yerləşən Peşə Məktəbində işləmiş, sonradan orada işdən çıxmışdır. O, 2022-ci ilin noyabr ayında işğaldan azad edilmiş torpaqlarda şirkətlərin birindən sürücü işi təklifi almış, lakin onun sürücülük vəsiqəsi olmamışdır. O da işi əldən çıxarmamaq üçün təcili sürücülük vəsiqəsi düzəltmək qərarına gəlmişdir. Təqsirləndirilən şəxs son zamanlar yaşadığı Beyləqan rayonu, Milabad qəsəbəsinə gələrək qəsəbə sakinləri ilə onlara sürücülük vəsiqəsi düzəltməyə köməklik etmək barədə söhbətlər aparmış, o da bunun şahidi olmuşdur. Lakin kiməsə köməklik edib-etməməsini bilməmişdir. Buna görə də o, 24 noyabr 2022-ci il tarixdə Əliyarın mobil telefon nömrəsini tapıb onunla əlaqə saxlamış, Əliyar ona qısa müddətdə sürücülük vəsiqəsi düzəldəcəyini vəd verib 1180 manat pul verməli olduğunu bildirmişdir. O da Əliyarla razılaşmış və səhəri gün onunla görüşüb pulu verəcəyini bildirmişdir. Əliyar ona Beyləqan şəhərində görüşüb pulu ondan alacağını bildirmiş və görüşə gələn zaman ona şəxsiyyət vəsiqəsini və hərbi biletini gətirməsini istəmişdir. O, 25 noyabr 2022-ci il tarixdə saat 10 radələrində Əliyarla Beyləqan şəhəri, Heydər Əliyev prospektində yerləşən “Yaşıl” kafedə görüşüb ona 1180 manat pul vermiş, Əliyar onun şəxsiyyət vəsiqəsinin və hərbi biletinin şəklini öz mobil telefonu ilə çəkmişdir. Əliyar ona sağlamlıq haqqında arayış almalı olduğunu bildirmiş, o, həmin arayışı aldıqdan sonra Əliyarla əlaqə saxlayıb bu barədə ona demişdir. Əliyar arayışı özündə saxlamasını ona bildirmişdir. Lakin həmin müddətdən 3 ay keçməsinə baxmayaraq Əliyar ona sürücülük vəsiqəsi düzəltməmiş, aldığı pulu da geri qaytarmamışdır. O, həmin arayışı Əliyara təqdim edə bilməmişdir. O, Əliyarla sonradan istifadəsində olan ***-***-**-** saylı nömrə vasitəsilə telefon əlaqəsı saxlayıb işini düzəldib-düzəltmədiyini soruşduqda onu müxtəlif bəhanələrlə aldatmağa çalışmışdır. O da bunu başa düşüb bu barədə Azərbayacn Respublikası DİN-in 102 xidmətini və ərizə ilə Beyləqan rayon Polis şöbəsinə müraciət etmişdir. Təqsirləndirilən şəxs ona vurduğu ziyanı ödəməmişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Təqsirləndirilən şəxsə qanuni cəza verilməsini xahiş etdi. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla aralarında hər hansı ədavət və ya düşmənçilik olmamışdır. O, Əliyarın son zamanlar onun yaşadığı Beyləqan rayonu, Dünyamalılar kəndinə gələrək kənd sakinləri ilə onlara sürücülük vəsiqəsi düzəltməyə köməklik etmək barədə söhbətlər apardığını görmüşdür. 02 may 2022-ci il tarixdə Əliyar yenə Beyləqan rayonu, Dünyamalılar kəndində gəlmiş və kənd ərazisində sakinlərlə söhbət etmişdir. O da həmin vaxt özünə sürücülük vəsiqəsi almaq istəmiş, buna görə də Əliyara yaxınlaşıb ona sürücülük vəsiqəsi almağa kömək edə bilib-bilməyəcəyini soruşmuşdur. Əliyar sürücülük vəsiqəsi almağa kömək edə biləcəyini və sənədləri hazırlamaq üçün 1200 manat ödəniş etməli olduğunu bildirmişdir. Əliyar ona ilkin olaraq 900 manat ödəməli olduğunu, qalan 300 manatı da vəsiqəni götürən zaman ödəyəcəyini ona demişdir. O da cibində olan 1000 manat puldan 900 manatını çıxarıb Əliyara vermiş, qalan 300 manatı da vəsiqəni əlinə alacağı zaman ona verəcəyini bildirmişdir. Bundan təxminən beş ay keçdikdən sonra o, Əliyarın mobil telefonuna zəng edib ona sürücülük vəsiqəsi düzəldibdüzəltmədiyini soruşmuşdur. Bu zaman Əliyar ona sənədlərin hazırlandığını, lakin Beyləqan rayon Mərkəzi xəstəxanasından sağlamlıq haqqında arayış almalı olduğunu bildirmiş və ona xəsətəxanaya gəlməsini demişdir. O da Beyləqan rayon Mərkəzi xəstəxanasına getmiş, Əliyarın onu xəstəxanada gözlədiyini görmüşdür. O, xəstəxanada Əliyar salamlaşmış, sonra xəstəxanadan sağlamlıq haqqında arayış almışdır. Əliyar ona sənədi özündə saxlamasını demiş və sürücülük vəsiqəsini alan zaman sənədi ondan alacağını bildirmişdir. Sonra onlar ayrılmış və o, yaşadığı Beyləqan rayonu, Dünyamalılar kəndinə getmişdir. Bundan bir müddət keçdikdən sonra Əliyardan bir xəbər çıxmadığını görüb mobil telefonuna zəng etmiş, lakin Əliyarın mobil nömrəsinə zəng çatmamışdır. O, bir neçə gün dəfələrlə Əliyara zəng etdikdə Əliyarın mobil nömrəsinə zəng çatmamışdır. Bir neçə gün sonra o, təkrar Əliyarın mobil nömrəsinə zəng etmiş, Əliyar zəngə cavab verdikdə Əliyardan sürücülük vəsiqəsinin hazır olub-olmadığını soruşmuşdur. Əliyar müxtəlif bəhanələr gətirərək vəsiqənin hazır olmadığını, yaxın günlərdə hazır olacağını bildirmişdir. O, bundan bir müddət keçməsinə baxmayaraq vəsiqənin hazır olmadığını və Əliyarın onu aldatdığını anlayıb bu barədə polisə şikayət etmək qərarına gəlmiş, buna görə də 27 yanvar 2023-cü il tarixdə Beyləqan rayon Polis şöbəsinə gələrək ərizə ilə müraciət etmişdir. Təqsirləndirilən şəxs ona vurduğu ziyanı tam ödəməmişdir. Ona görə də, təqsirləndirilən şəxsdən şikayətçidir. Təqsirləndirilən şəxsə ağır cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 Mənsim oğlu ifadəsində göstərdi ki, o, 1992-1995-ci illərdə Beyləqan rayonu, Qəhrəmanlı qəsəbəsində yaşamış, həmin vaxtlarda Əliyar da həmin kənddə yaşamış və onların aralıarında yaxşı münasibətləri olmuşdur. O, oğlu Şahid3 sürücülük vəsiqəsi olmadığı üçün ona sürücülük vəsiqəsi almaq istəmişdir. O, əvvəllər də Əliyarın insanlara sürücülük vəsiqəsi düzəltməkdə kömək etdiyini eşitmişdir. O da maraqlanıb Əliyarın mobil nömrəsini tapıb onunla əlaqə saxlamış, Əliyara tanışlıq verdikdən sonra oğlu Teymura sürücülük vəsiqəsi düzəltməyə köməklik etməsini xahiş etmişdir. Əliyar ona köməklik edəcəyini bildirirərək qarşılığında ondan 1200 manat pul alacağını bildirmiş, o da Əliyarla razılaşmışdır. O, 1200 manat pulu tapdıqdan sonra Əliyarla əlaqə saxlamış və Əliyar ona Beyləqan şəhərində görüşüb pulu alacağını bildirmişdir. 21 avqust 2022-ci il tarixdə, saat 13 radələrində Əliyarla Beyləqan şəhəri, S.İmrəliyev küçəsində yerləşən “Luk oil” yanacaq doldurma məntəqəsinin yaxınlığında yerləşən adsız çayxanada görüşüb 1200 manat pulu əlbəəl Əliyara vermişdir. Əliyar pulu ondan alıb Teymura təxminən bir ay müddət ərzində sürücülük vəsiqəsi düzəldəcəyinivədd etmişdir. Lakin xeyli müddət keçməsinə baxmayaraq Əliyar verdiyi vədə əməl etməmişdir. O, Əliyarla əlaqə saxlayıb ya sürücülük vəsiqəsi düzəltməsini, əks halda isə aldığı pulu qaytamasını bildirmişdir. Təxminən 2022-ci ilin dekabr ayında Əliyar 450 manat pulu Beyləqan şəhəri ərazisində görüşüb ona qaytarmış, lakin qalan 750 manatı hələ də qaytarmamışdır. Bildirirəm ki, Əliyar ona 1200 manat ziyan vurmuş, lakin hazırda həmin ziyanın 450 manatını ona ödəmişdir. Təqsirləndirilən şəxs ona vurduğu ziyanın 450 manatını ödəmişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir, ona qanuni cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 verdiyi ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında hər hansı ədavət və ya düşmənçilik olmamışdır. Əliyar son zamanlar yaşadığı Beyləqan rayonu, Təzəkənd kəndinə gələrək kənd sakinləri ilə onlara sürücülük vəsiqəsi düzəltməyə köməklik etmək barədə söhbətlər aparmışdır. O da özünə sürücülük vəsiqəsi düzəltmək istəmiş, xeyli adamın sürücülük vəqisəsi düzəltdirmək üçün Əliyara müraciət etdiyini eşitmişdir. Buna görə də 11 iyun 2022-ci tarixdə səhər saatlarında Əliyarın mobil nömrəsini əldə edib ona zəng edib özünə sürücülük vəqisəsi düzəltmək istədiyimi bildirmişdir. Əliyar onaBeyləqan şəhəri ərazisində görüşməyi təklif etmiş, o da həmin gün saat 11 radələrində Beyləqan şəhərinə gəlib Əliyara zəng edərək Beyləqan şəhərində olduğunu bildirmişdir. O, Beyləqan şəhəri, S.Qazıyeva küçəsində, Beyləqan rayon Mərkəzi xəstəxanasının yaxınlığında olduğunu bildirmiş, o da xəstəxananın yanına gedib Əliyarla görüşmüşdür. O, Əliyardan ona sürücülük vəsiqəsi düzəltməkdə köməklik etməsini xahiş etmiş, Əliyar da ona kömək edəcəyini bildirib sürücülük vəsiqəsi almaqda ona köməklik edəcəyini vədd etmişdir. Lakin Əliyar bunun qarşılığında ona 1180 manat pul verməli olduğunu bildirmiş, o da Əliyarla razılaşıb həmin vaxt üzərində olan 880 manat pulu xəstəxananın yaxınlığında ona vermiş və qalan 300 manatı da iki gün sonra verəcəyini bildirmişdir. 13 iyun 2022-ci il tarixdə saat 10 radələrində Beyləqan şəhəri, Magistral küçəsində Əliyarla görüşüb ona 300 manatı da ona vermiş, Əliyar pulu aldıqdan sonra ona səbrli olmasını bildirib ən geci 1 ay müddətində sürücülük vəsiqəsi alacağını bildirmişdir. Lakin həmin vaxtdan yeddi ay keçməsinə baxmayaraq Əliyar ona verdiyi vədə əməl etməmiş, buna görə də o, dəfələrlə Əliyara zəng edib ondan pulunu geri qaytarmasını tələb etmişdir. Əliyar da 12 yanvar 2023-cü ilin il tarixdə onunla Beyləqan şəhərində görüşüb 200 manat vermiş və qalan pulunu da geri qaytaracağını bildirmişdir. Lakin Əliyar sonra onun telefonlarına cavab verməmiş, ondan pulunu geri ala bilməmişdir. Beləliklə Əliyar ona sürücülük vəsiqəsi düzəltməkdə köməklik edəcəyi barədə yalan vədd verib dələduzluq yolu ilə 1180 manat pulunu alaraq maddi ziyan vurmuş, lakin həmin ziyanın 200 manatını ödəmişdir. Təqsirləndirilən şəxs ona vurduğu ziyanı tam ödəməmişdir. Ona görə də, rTəqsirləndirilən şəxsdən şikayətçidir. Təqsirləndirilən şəxsə qanuni cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs9 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla aralarında hər hansı ədavət və ya düşmənçilik olmamışdır. 2022-ci ilin noyabr ayının ortalarında Beyləqan rayonuna gəlmiş və rayon ərazisində bibisi oğlu Şahid1lə görüşmüşdür. Həmin görüş zamanı o, Anarla söhbət edən zaman Anara sürücülük vəsiqəsi almaq istədiyini, lakin gəlib-getməyinin problem olduğu üçün vəsiqə ala bilmədiyini bildirmişdir. Anar Əliyar adlı rayon sakini olduğunu və həmin şəxsin pul müqabilində vətəndaşlara sürücülük vəsiqəsi almaqda köməklik etməsi barədə eşitdiyini bildirmişdir. O, Anardan həmin Əliyar adlı şəxslə onu əlaqələndirməsini xahiş etmiş, Anar tanışlarından kiməsə zəng edib Əliyarın nömrəsini tapmış və əlaqə saxlaması üçün ona vermişdir. O, Anarla görüşlər qurtardıqdan sonra öz istifadəsində olan ***-***-**-** mobil nömrədən Əliyarın istifadəsində olan hazırda xatırlamadığı mobil nömrəyə zəng edərək özünə sürücülük vəqisəsi düzəltmək istədiyini bildirmişdir. Əliyar ona Beyləqan şəhəri ərazisində görüşməyi təklif etmiş, 23 noyabr 2022-ci il tarixdə o, bibisi oğlu Anarla birlikdə Beyləqan şəhəri, Magistral küçəsi ərazisində Əliyarla görüşmüşdür. O, Əliyardan ona sürücülük vəsiqəsi düzəltməkdə köməklik etməsini xahiş etmiş, Əliyar da ona sürücülük vəsiqəsi almaqda köməklik edəcəyini vəd etmişdir. Lakin Əliyar bunun qarşılığında 1200 manat pul verməli olduğunu ona bildirmiş, o da Əliyarla razılaşıb səhəri gün ona 1200 manat pul düzəldib verəcəyini demişdir. Səhəri gün, yəni 24 noyabr 2022-ci il tarixdə, saat 12 radələrində o, bibisi oğlu Anarla birlikdə Beyləqan şəhəri, Magistral küçəsi ərazisində Əliyarla görüşüb ona 1200 manat pul vermiş, Əliyar pulu aldıqdan sonra ona səbrli olmasını bildirib ən geci bir ay müddətində sürücülük vəsiqəsi alacağını bildirmişdir. Lakin həmin vaxtdan üç ay keçməsinə baxmayaraq Əliyar ona verdiyi vədə əməl etməmişdir. Buna görə də o, dəfələrlə Əliyara zəng edib ondan pulunu geri qaytarmasını tələb etmiş, Əliyar da pulu olmadığını bildirərək özünə məxsus avtomobilini satıb pulunu geri qaytaracağını demişdir. Bir müddət sonra Əliyar artıq onun telefon zənglərinə cavab verməmiş, o, Əliyardan pulunu geri ala bilməmişdir. Beləliklə, Əliyar ona sürücülük vəsiqəsi düzəltməkdə köməklik edəcəyi barədə yalan vəd verib dələduzluq yolu ilə 1200 manat maddi ziyan vurmuş, lakin həmin ziyanı ödəməmişdir.Təqsirləndirilən şəxs şikayətçidir, ona ağır cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 verdiyi ifadəsində göstərdi ki, Şahid6 mənim dayısı oğludur, Təqsirləndirilən şəxs isə tanımır, sadəcə adını eşitmişdir, kim olduğunu bilmir. 2022-ci ilin iyun ayının əvvələrində o, təcili olaraq özünə sürücülük vəsiqəsi almaq istəmişdir. Həmin ərəfələrdə təsadüfən dayısı oğlu Şahid6lə görüşüb fikrini ona bildirdikdə, Sadiq sürücülük vəsiqəsi alması üçün ona köməklik edə biləcəyini bildirmişdir. Bir neçə gün sonra Sadiq ona zəng edərək Əliyar adlı tanışının olduğunu, onun köməkliyi ilə 1200 manat pul qarşılığında sürücülük vəsiqəsi ala biləcəyini ona demişdir. O, Əliyara verməsi üçün Sadiqə 1200 manat pul vermiş, Sadiq ondan aldığı 1200 manat pulu sürücülük vəsiqəsini düzəltməsi üçün 08 iyun 2022-ci il tarixdə Beyləqan şəhəri ərazisində yerləşən “Ləzim bulağı” adlanan yerdə Təqsirləndirilən şəxs vermişdir. Əliyar həmin vaxt qısa zaman ərzində işləri həll edəcəyini və sürücülük vəsiqəsini təhvil verəcəyini bildirmişdir. Lakin həmin söhbətdən xeyli vaxt keçməsinə baxmayaraq Əliyar vədinə əməl etməmiş və o, bundan sonra Əliyar onu aldadaraq pulunu ələ keçirdiyini başa düşmüşdür. Həmin vaxtdan təxminən 5-6 ay keçdikdən sonra Sadiq çətinliklə ona vermiş olduğu 1200 manat pulun 500 manatını alıb ona geri qaytarmışdır. O, özü hərbiçi olduğu üçün polis şöbəsinə getmək üçün vaxtı olmamış və Əliyar hazırkı vaxta qədər 700 manat pulunu qaytarmadığı üçün Sadiqə bu barədə rayon polis şöbəsinə müraciət etməsini bildirmişdir. Əliyar 1200 manat pulu ondan aldıqdan sonra bu vaxta kimi ona sürücülük vəsiqəsi almasına heç bir köməklik göstərməmişdir, ona sürücülük vəsiqəsi alıb verməmiş və ya pulunu ona tam qaytarmamışdır. Təqsirləndirilən şəxs ona vurduğu ziyanı ödəməmişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Təqsirləndirilən şəxsə qanuni cəza verilməsini xahiş etdi. İş üzrə Zərərçəkmiş şəxs4 məhkəmə iclasına gəlməmiş, məhkəmə ərizə göndərərək səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak etmədiyini, təqsirləndirilən şəxsin ona vurduğu 600 manat ziyanı ödəməməsini, təqsirləndirilən şəxsdən şikayətçi olmasını bildirmiş və təqsirləndirilən şəxsə ağır cəza verilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs4 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla aralarında hər hansı ədavət və ya düşmənçilik olmamışdır. 2022ci ilin ortalarında o, sürücülük vəsiqəsi almaq istəmiş, həmin ərəfələrdə Təqsirləndirilən şəxs adlı şəxsin sürücülük vəsiəqəsi düzəltməkdə insanlara kömək etdiyi barədə haradansa eşitmişdir. O da marqalanıb Əliyarın mobil nömrəsini tapıb onunla əlaqə saxlamış və Əliyardan ona sürücülük vəsiqəsi almaqda kömək etməsini xahiş etmişdir. Əliyar ona kömək edəcəyini bildirib qarşılığındsa ondan 1100 manat pul alacağını demiş, o, 2022-ci ilin oktyabr ayının axırlarında, saat 17 radələrində Əliyarla Beyləqan şəhəri, S.İmrəliyev küçəsində yerləşən “Lukoil” yanacaq doldurma məntəqəsinin yaxınlığında görüşüb ona 600 manat pulu təklikdə əlbəəl vermişdir. Əliyar onun sürücülük vəsiqəsini pulun qalan 500 manatını verdikdən sonra ala biləcəyini bildirmiş, o da onunla razılaşıb yaxın müddətdə pulun qalan hissəsini verəcəyini demişdir. Lakin bir müddət keçdikdən sonra Əliyarın insanları aldadıb pullarını ələ keçirdiklərini eşitdiyi üçün sürücülük vəqisəsi almaq fikrindən daşınmış və Əliyara zəng edib pulunu geri qaytarmasını tələb etmişdir. Əliyar pulu ona qayatracağını bildirsə də bu günə qədər geri qaytarmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 verdiyi ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır, onunla aralarında hər hansı ədavət və ya düşmənçilik olmamışdır. O, Beyləqan şəhəri, Magistral küçəsində yerləşən “Oba” marketdə satıcı işləyir. Əliyar uzun müddət həmin marketdən alış-veriş etmiş, o da Əliyarı marketdən alış-veriş edən zaman tanımışdır. Əliyar mütəmadi olaraq mağazadan alış-veriş etdiyinə görə onlar artıq bir-birlərini tanımağa başlamış və Əliyar mağazaya gələndə hər dəfə onunla salamlaşmışdır. 2022-ci ilin oktyabr ayının əvvəllərində Əliyar “Oba” marketdə alış-veriş edən zaman ondan sürücülük vəsiqəsinin olub-olmadığını soruşmuş, O, Əliyara sürücülük vəsiqəsinin olmadığını bildirdikdə Əliyar ona adımı sürücülük məktəbində qeydiyyata almağı təklif etmişdir. O, Əliyarın əvvəllər direktor işlədiyini eşitmiş, lakin işdən azad edildiyini bilməmişdir. Əliyar da işdən azad olunması barədə heç nə deməmiş və onlar ümumiyyətlə Əliyarın haradasa işləməsi mövzusunda danışmamışlar. O, bir neçə gün sonra tanışı Şahid2 da bu barədə dedikdə Rəsul da vəsiqə almaq istədiyini bildirmiş və Arzumandan Əliyara onun da adını məktəbdə qeydiyyata salması üçün xahiş etməsini istəmişdir. Lakin Rəsul ona Əliyarı tanımadığını, buna görə də şəhadətnaməni aldıqdan sonra pulu verəcəyini bildirmişdir. O, 2022-ci ilin oktyabr ayının ortalarında Əliyar mağazaya gələn zaman Əliyara yaxınlaşıb ona və tanışı Rəsula sürücülük məktəbini bitirməyə dair şəhadətnamə almaqda köməklik etməsini xahiş etmişdir. Əliyar ona hər adam üçün 260 manat olmaqla ümumilikdə 520 manat pul istəmiş və pulu öncədən verməyini bildirmişdir. O da Əliyarla razılaşıb iki gün fasilə ilə 200 manat və 320 manat olmaqla iki dəfəyə ümumilikdə 520 manat pul vermişdir. Onun Əliyara verdiyi pul özünə məxsus olmuş və şəhadətnaməni aldıqdan sonra Rəsuldan pulu almağı düşünmüşdür. Çünki Rəsul da ona pulu şəhadətnamə aldıqdan sonra verəcəyini bildirmişdir. O, Əliyara pulu verdikdən sonra da Rəsula bu barədə bildirdikdə Rəsul ona 260 manatı şəhadətnaməni aldıqdan sonra verəcəyini demişdir. Lakin həmin müddətdən bir neçə ay keçməsinə baxmayaraq Əliyar ona verdiyi vədə əməl etməmişdir. O, Əliyara zəng edib pulunu geri tələb etməyə başlamış, Əliyar 2023-cü ilin yanvar ayında 100 manat pul qaytarmışdır. Beləliklə Əliyar onu aldadaraq 520 manat ziyan vurmuş, lakin sonradan həmin ziyanın 100 manatını geri qatarmışdır. Təqsirləndirilən şəxsdən şikayətçidir. Təqsirləndirilən şəxsə qanuni cəza verilməsini xahiş etdi. İş üzrə Zərərçəkmiş şəxs10 məhkəmə iclasına gəlməmiş məhkəmə ərizə göndərərək hərbi xidməti ilə bağlı məhkəmə iclasında iştirak etmədiyini, təqsirləndirilən şəxsin ona vurduğu 1150 manat ziyanı ödəməməsini, təqsirləndirilən şəxsdən şikayətçi olmasını bildirmiş və təqsirləndirilən şəxsə ağır cəza verilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs10 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edimiş, Zərərçəkmiş şəxs10 ifadəsində göstərmişdir ki, o, 2022-ci ilin sentyabr ayının sonlarında qohumu Vüqar onun yaşadığı evə qonaq gəlmişdir. O, evdə Vüqarla söhbətləşərəkən Vüqara sürücülük vəsiqəsi almaq istədiyini bildirmişdir. Vüqar da ona Beyləqan şəhərində yaşayan Əliyar adlı şəxsin insanlara sürücülük vəsiqəsi almaqda köməkliki etməsi barədə eşitdiyini demişdir. O da Əliyarın mobil nömrəsini tapıb ona zəng edərək ona sürücülük vəsiqəsi almaqda köməklik etməsini xahiş etməsini Vüqara bildirmişdir. Bir neçə gün sonra Vüqar ona zəng edərək Əliyar adlı şəxsin mobil nömrəsini taparaq əlaqə saxladığını, Əliyarın 1100 manat qarşılığında ona sürücülük vəsiqəsi almaqda köməklik edəcəyini bildirdiyini demişdir. O, həmin günün sabahı Beyləqan rayonu, Qəhrəmanlı qəsəbəsinə gedib İsmayılla görüşmüş və ona Əliyara çatdırması üçün 1100 manat pul vermişdir. 05 oktyabr 2022-ci il in tarixdə, saat 21 radələrində Vüqar ona zəng edərək Əliyarla Beyləqan rayonu, Qəhrəmanlı qəsəbəsində görüşüb ona 1100 manat pul verdiyini, Əliyarın bir ay içində ona sürücülük vəsiqəsi almaqda köməklik edəcəyini bildirdiyini demişdir. Lakin xeyli müddət keçməsinə baxmayaraq onun sürücülük vəsiqəsindən bir xəbər çıxmamış, buna görə Vüqara zəng edib Əliyarla maraqlanmasını bildirmişdir. Vüqar özü də Əliyara dəfələrlə zəng edib onun sürücülük vəsiqəsinin hazır olub-olmadığınısoruşduğunu, lakin Əliyarın yaxın günlərdə vəsiqənin hazır olacağını bildirdiyini ona demişdir. Buna baxmayaraq bu günə qədər Əliyar verdiyi vədə əməl etməmiş, onun sürücülük vəsiqəsini düzəltməmişdir. O, Vüqara zəng edib Əliyardan pulunu geri tələb etməsini bildirmiş, Vüqar artıq Əliyarın onun zənglərinə cavab vermədiyini bildirmişdir. O da Əliyardan polisə şikayət etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 verdiyi ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs 2022-ci ilin əvvəllərində yaşadığı kənddə görüb tanımış və həmin vaxt Əliyarın hansısa sürücülük məktəbində müəllim işlədiyi və sürücülük vəsiqəsinin alınmasında vətəndaşlara müəyyən köməklik etdiyi məlum olmuşdur. O, özü sürücülük məktəbini oxumaq və sürücülük vəsiqəsi almaq istəmiş və bu səbəbdən növbəti dəfə 2022-ci ilin may ayının 2-də Əliyarı yaşadığı Dünyamalılar kəndində görən vaxt ona yaxınlaşmış və sürücülük vəsiqəsi almaqda ona köməklik etməsini xahiş etmişdir. Aralarında olan söhbət zamanı Əliyar ona sürücülük vəsiqəsinin alınması üçün 1150 manat pul verməli olduğunu və həmin pulu verdikdən sonra sürücülük vəsiqəsini alıb ona verəcəyini bildirmişdir. O, Əliyara sürücülük vəsiqəsini tez bir zamanda almaq istədiyini Əliyara bildirmiş, bir ay müddətində ona sürücülük vəsiqəsi alıb verəcəyini, lakin bunun qiymətinin 1500 manat olduğunu demişdir. O, Əliyarla razılaşmış və ilkin olaraq cibindən çıxarıb Əliyara 400 manat pul vermiş və qalan 1100 manatı düzəldəndən sonra əlaqə saxlamaq üçün Əliyarın mobil nömrəsini götürmüşdür. Bundan sonra o, 05 may 2022-ci il tarixdə səhər saatlarında özünə məxsus səkkiz baş xırdabuynuzlu heyvanlarını Beyləqan rayonu, mal-qara bazarına çıxarıb satmış, 1100 manat pul düzəldib Əliyarın istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng edib danışmış və sürücülük vəsiqəsi almaq üçün istədiyi 1500 manat pulun qalan 1100 manatını ona vermək istədiyini Əliyara bildirmişdir. Əliyar ona Beyləqan şəhərində yerləşən mərkəzi bazarın qarşısında görüşməyi təklif etmişdir. O, 05 may 2022-ci il tarixdə Əliyarla Beyləqan şəhəri, Magistral küçəsində mərkəzi bazarın qarşısında görüşüb 1100 manat pul vermiş və bir ay müddətində ona sürücülük vəsiqəsi almağa kömək etməsi barədə razılaşmışlar. Əliyar adını sürücülük məktəbinə yazacağını bildirərək ondan hərbi biletini istəmişdir. O da 1100 manatı ona verərkən hərbi biletini də gətirib Əliyara vermişdir. O, bir ay gözlədikdən sonra təxminən 10 iyun 2022-ci iltarixdə Əliyarla əlaqə saxlamış və ona sürücülük vəsiqəsi alıbalmadığını, işin nə yerdə olduğunu Əliyardan soruşmuşdur. Əliyar ona tələsmək lazım olmadığını, 5-10 gün müddətinə vəsiqəni alacağını bildirmişdir. Əliyar sürücülük vəsiqəsini ona bir ay müddətinə alıb verəcəyi ilə razılaşıb ondan 1500 manat pul almasına və həmin müddət keçməsinə baxmayaraq, o, Əliyarın xahişinə görə 5-10 gün gözləməyə razılıq vermişdir. 5-10 gün müddət də keçmiş, lakin Əliyar ona sürücülük vəsiqəsi almaqda heç bir köməklik göstərməmişdir. O, Əliyarla hər dəfə əlaqə saxlayıb vəsiqəsinin hazır olub-olmadığını soruşanda Əliyar müxtəlif bəhanələr gətirmişdir. O, 12 sentyabr 2022-ci il tarixə kimi Əliyarı gözləmiş, artıq Əliyarın onu aldatdığını başa düşüb Azərbaycan Respublikası DİN-in 102 xidmətinə vəərizə ilə Beyləqan rayon Polis şöbəsinə müraciət etmişdir. Əliyar 1500 manat pulu ondan aldıqdan sonra bu vaxta kimi ona sürücülük vəsiqəsi almasına heç bir əməli köməklik göstərməmiş, ona sürücülük vəsiqəsi alıb verməmiş və pulunu qaytarmamışdır. Təqsirləndirilən şəxs yalan vəd verərək onu aldatmış və 1500 manat pulunu ələ keçirmişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Təqsirləndirilən şəxsə ağır cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 verdiyi ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs təxminən bir ilə yaxın müddətdir tanıyır, aralarında hər hansı ədavət və ya düşmənçilik olmamışdır. O, Əliyarın Beyləqan şəhərində yerləşən sürücülük məktəbində direktor işlədiyini eşitmişdir. X8 təxminən bir il əvvəl müvafiq təhsil və təcrübə topladıqdan sonra imtaha verib sürücülük vəsiqəsi almaq üçün həmin məktəbə yazılmışdır. O, 2022-ci ilin iyul ayının ortalarında Əliyara müraciət edərək oğlu Kamilin sürücülük məktəbini bitirməsinə dair şəhadətnaməni aldığını, sürücülük vəsiqəsi almaq üçün imtahan verəcəyini demiş və dövlət rüsumunun məbləğini soruşmuşdur. Əliyar ona dövlət rüsumunun 1100 manat təşkil etdiyini bildirmişdir. O, həmin gün saat 13 radələrində 1100 manat pulu Beyləqan şəhəri, M.Füzuli küçəsində yerləşən fərdi yaşayış evinin qarşısında sayaraq əlbəəl Əliayara təklikdə vermişdir. Əliyar ona bir həftə ərzində oğluKamilin sürücülük vəsiqəsini hazır edib verəcəyini bildirmişdir. O, Əliyarla razılaşmışdır. O, oğlu Kamil və Əliyar 23 iyul 2022-ci il tarixdə, saat 12 radələrində imtahan vermək üçün Ağcabədi rayonu ərazisində yerləşən Azərbaycan Respublikası DİN-in BDYPİ-nin Ağcabədi rayon regional Qeydiyyat-İmtahan və Texniki Baxış şöbəsinin qarşısına getmişlər. Həmin gün imtahan günü olmadığı üçün oradan başqa tarixdə gəlinməli olduğu bildirilmiş, o, Əliyarın imtahan vaxtını bilmədiyini görüb ondan şübhələnmiş və Əliyardan pulunu geri qaytarmasını bildirmişdir. Əliyar ona qızını avyomobil vurduğunu və həmin pulu qızının müalicəsinə xərclədiyini bildirmişdir. O, buna baxmayaraq Əliyardan pulunu geri qaytarmasını tələb etmişdir. 26 iyul 2022-ci il tarixdə imtahan günü olduğu üçün yenidən oğlu Kamillə birlikdə Kamilin imtahan verib sürücülük vəsiqəsini alması üçün Ağcabədi rayon regional Qeydiyyat-İmatahan və Texniki Baxış şöbəsinin qarşısına getmişlər.O, orada Əliyarı görüb ona yaxınlaşaraq pulunu geri istəmişdir. Əliyarın oğlu Yəhya da həmin vaxt orada olmuş, Yəhya onu kənara çəkib itirəcəyi heçnə olmadığını, pulu tələb etməməsini bildirmişdir. Yəhya onu bu sözlərlə hədələmişdir. O da dələduzluq yolu ilə pulunun alınması, pulunu geri tələb etdikdə isə sözlə hədələnməsi barədə ərizə ilə müraciət etmişdir. Əliyar 1100 manat pulu ona tam şəkildə ödəmiş, Əliyarla barışmış və Əliyardan heç bir şikayət və ya tələbi yoxdur. Zərərçəkmiş şəxs6 məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxsin ona vurduğu 1100 manat borcunu ödəməsini, təqsirləndirilən şəxsdən tələb və şikayətinin olmamasını bildirmiş vı təqsirləndiriən şəxsə yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş X9 məhkəmədə verdiyi ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla aralarında hər hansı ədavət və ya düşmənçilik olmamışdır. Əliyar 2022-ci ilin əvvəllərində onun yaşadığı Beyləqan rayonu, Türklər kəndinə gəlib insanlara sürücülük vəsiqəsi düzəltmək barədə söhbətlər aparmışdır. O da bunu görüb 02 may 2022-ci il tarixdə Əliyar Türklər kəndində olarkən yaxınlaşıb ona sürücülük vəsiqəsi düzəltməkdə köməklik etməsini xahiş etmişdir. Əliyar ona sürücülük vəsiqəsi düzəldə biləcəyini bildirib bunun müqabilində ondan 1150 manat pul alacağını demişdir. O da Əliyrala razılaşıb 04 may 2022-ci il tarixdə pulun hazır olacağını bildirmişdir. 04 may 2022-ci il tarixdə, saat 17 radələrində yaşadığı Beyləqan rayonu, Türklər kəndində olarkən Əliyarın kənddə olduğunu görüb ona yaxınlaşmış və Əliyara razılaşdıqları kimi 1150 manat pulu gətirdiyini bildirmişdir. Əliyar ondan pulu alıb iyirmi gün ərzində sürücülük vəsiqəsinin hazır olacağını bildirmişdir. O, Əliyarın mobil nömrəsini özündə qeyd edib sağollaşmışdır. Həmin vaxtdan bir neçə ay keçməsinə baxmayaraq Əliyar verdiyi vədə əməl etməmiş, o, dəfələrlə Əliyarın mobil nömrəsinə zəng etsə də Əliyar ona yaxın günlərdə vəsiqəsinin hazır olacağını bildirmişdir. Lakin bir müddət keçdikdən sonra Əliyar artıq zənglərə cavab verməmiş, bir neçə gündən sonra isə Əliyarın mobil nömrəsinə ümumiyyətlə zəng çatmamışdır. O da artıq on ay müddət keçdiyi üçün şikayət etmək qərarına gəlmiş və ərizə ilə Beyləqan rayon Polis şöbəsinə müraciət etmişdir. Hazırda ona dəymiş ziyan ödənilməmişdir. Təqsirləndirilən şəxs şikayətçidir, ona ağır cəza verilməsini xahiş etdi. İş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs11 məhkəmə iclasına gəlməmiş məhkəməyə teleqrama göndərərək təqsirləndirilən şəxs tərəfindən ona dəymiş 700 manat ziyanın ödənilməməsini, təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirmişdur. Zərərçəkmiş şəxs11 məhkəmədə elan olunan ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər rayon sakini tanımış, aralarında hər hansı ədavət və ya düşmənçilik olmamışdır, əksinə münasibətləri normal olmuşdur. 10 oktyabr 2022-ci il tarixdə Əliyar işlədiyi mebel mağazasına gəlib pula ehtiyacının olduğunu bildirərək ondan 1000 manat borc pul istəmişdir. O da Əliyarın rayon ərazsisində nüfuzlu şəxs kimi tanıdığı üçün inanmış və Əliyara 1000 manat borc pul vermişdir. 25 oktyabr 2022-ci il tarixdə Əliyar aldığı borcu gətirib mağazada ona qaytarmışdır. Əliyar ona borcunu qaytaran zaman minnətdarlığını bildirmiş və xəcalətindən necə çıxmasını soruşmuşdur. O da Əliyarın əvvəllər sürücülük məktəbində işlədiyini eşitmiş, buna görə də bacısı oğlu Şahid5 sürücülük vəsiqəsi düzəldə bilib-bilməyəcəyini ondan soruşmuşdur. Əliyar da ona sürücülük vəsiqəsi düzəldə biləcəyini demiş və bunun qarşılığında ondan az pul alacağını demişdir. O, Əliyardan nə qədər pul alacağını soruşmuş və sürücülük vəsiqəsi düzəltməyə köməklik etməsi qarşılığında ondan 700 manat pul alacağını demişdir. Onlar razılaşmış, lakin o, Əliyara pul ödəməmişdir. 29 noyabr 2022-ci il tarixdə, saat 16 radələrində Əliyar Beyləqan şəhəri, Magistral küçəsində yerləşən, onun işlədiyi “Orucoğlu” mebel mağazasına gəlib ondan hələ də bacısı oğlu Əmraha sürücülük vəsiqəsi düzəltmək istəyib-istəmədiyini soruşmuş, o da düzəltmək istəyidiyini bildirmişdir. O, mağazada Əliyara 700 manat pulu çıxarıb vermiş, Əliyar 15-20 gün ərzində sürücülük vəsiqəsinin hazır olacağını bildirmişdir. Həmin vaxtdan bir neçə ay keçməsinə baxmayaraq Əliyar sürücülük vəsiqəsinıhazırlamamışdır. O, dəfələrlə Əliyara zəng edib vəsiqə ilə maraqlansa da Əliyar hər dəfə müxtəlif bəhanələrlə onu yubatmış,o da buna görə şikayət etmək qərarına gəlmişdir. Təqsirləndirilən şəxs ona vurduğu ziyanı ödəməmişdir. İş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs13 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, N saylı hərbi hissədə manqa komandiri vəzifəsində işləyir, Beyləqan şəhəri, M.Ə.Rəsulzadə küçəsində yaşayır. O, 2022-ci ilin may ayının əvvəllərində işdən çıxıb evə gedən zaman bir taksiyə əyləşmiş, yolda taksi sürücüsü ilə söhbət şirin aldındığından sürücüyə özünə sürücülük vəsiqəsi almaq istədiyini bildirmişdir. O, həmin taksi sürücünü tanımır. Taksi sürücüsü ona Beyləqan şəhərində bir nəfər şəxsin sürücülük vəsiqəsi almaqda insanlara kömək etdiyini bildirmiş və həmin şəxsin adının Əliyar olduğunu demişdir. O, Əliyarın mobil nömrəsini ondan almışdır. Taksi sürücüsü onu Beyləqan şəhəri ərazisində düşürdükdən sonra o, Əliyarın mobil nömrəsinə zəng etmişdir. O, Əliyara Beyləqan şəhərində yaşadığını, özünə sürücülük vəsiqəsi almaq istədiyini bildirmişdir. Əliyar ona sürücülük vəsiqəsi almasına köməklik edə biləcəyini demiş və qarşılığında 1200 manat pul istəmişdir. O, Əliyarla razılaşıb pulu topladıqdan sonra onunla təkrar əlaqəsaxlayacağını demişdir. 08 may 2022-ci il tarixdə saat 20 radələrində Əliyarın mobil nömrəsinə zəng edib pulu topladığını və Beyləqan şəhəri, M.Ə.Rəsulzadə küçəsində olduğunu ona demişdir. Əliyar da yaxınlıqda olduğunu deyib ona gözləməyi tapşırmışdır. 5-10 dəqiqədən sonra Əliyar onun yanına gəlmişdir. O, Əliyara cibimdə olan 1200 manat pulu çıxarıb vermişdir. Əliyar ona sürücülük vəsiqəsi almaqda köməklik edəcəyini bildirmişdir. O, ondan vəsiqəni nə zaman alacağını soruşduqda Əliyar yaxın müddətdə sürücülük vəsiqəsi alacağını demişdir. O, Əliyardan ayrılıb evə getmişdir. Həmin müddətdən bir neçə ay keçməsinə baxmayaraq Əliyar onun sürücülük vəsiqəni düzəltməmişdir. O, Əliyardan zəng edib vəsiqəni düzəldibdüzəltmədiyini soruşduqda hər dəfə ona bir bəhanə gətirmişdir. Bundan sonra Əliyarın onu aldatdığını görüb Əliyardan pulunu geri tələb etməyə başlamışdır. Əliyar da iki dəfəyə 2022-ci ilin sonlarında onun 800 manat pulunu qaytarmışdır. Beləliklə Əliyar onu sürücülük vəsiqəsi almasına dair yalan vədd verərək aldadıb 1200 manat pulunu ələ keçirmişdir. Əliyar həmin pulun 800 manatını qaytarsa da qalan hissəsini qaytarmamışdır. Təqsirləndirilən şəxs ona vurduğu ziyanı ödəməmişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Təqsirləndirilən şəxsə qanuni cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 verdiyi ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs3 onun bibisi oğlu, Təqsirləndirilən şəxs isə onun tanışıdır. O, Əliyarı bir neçə ilə öncə tanımışdır. Əliyar əvvəl Beyləqan rayon Peşə məktəbində müəllim işləmiş, həmin vaxtlardan Əliyarla tanışlığı olmuş, lakin münasibətləri çox da yaxın olmamışdır. 2022-ci ilin iyun ayının əvvələrində yaşadığı Beyləqan rayonu ərazisində Xocavənd rayonundan olan məcburi köçkünlər üçün salınmış Yeni Xocavənd qəsəbəsində təsadüfən bibisi oğlu Zərərçəkmiş şəxs3lə görüşdükdə Qalib ona təcili olaraq sürücülük vəsiqəsi almaq istədiyini bildirmişdir. O, Qalibə Əliyar adlı tanışı olduğunu, sürücülük vəqisəsi düzəltməkdə ona kömək edə biləcəyini demişdir. Çünki o, qəsəbə sakinlərindən Əliyarın sürücülük vəsiqəsi düzəltməkdə sakinlərə köməklik etdiyini dəfələrlə eşitmiş, lakin konkret olaraq kimə sürücülük vəsiqəsi düzəltdiyini bilməmişdir. Beləliklə, Qalib Əliyardan ona sürücülük vəsiqəsi düzəltməyə kömək etməsi üçün Əliyardan xahiş etməsini ondan istəmiş, o da Qalibə Əliyardan xahiş edəcəyini demişdir. Bundan bir neçə gün sonra Əliyarla yaşadığı Yeni Xocavənd qəsəbi ərazisində rastlaşan zaman Əliyara yaxınlaşıb bibisi oğlu Zərərçəkmiş şəxs3 üçün sürücülük vəqisəsi düzəltməsini istəmişdir. Əliyar köməklik edəcəyini bildirib ona bunun üçün Qalibin 1200 manat pul ödəməli olduğunu bildirmişdir. O da Qaqliblə görüşüb Əliyarın dediklərini ona demişdir. 08 iyun 2022-ci il tarixdə bibisi oğlu Qaliblə görüşən zaman Qalib ona 1200 manat pul vermiş və Əliyarla şəxsən görüşmək üçün vaxtı olmadığını bildirib həmin pulu ona sürücülük vəqisi düzəltməsi üçün Əliyara çatdırmasını ondan istəmişdir. O da Əliyarın istifadəsində olan ***- ***-**-** saylı mobil nömrəsinə zəng edib pulun hazır olduğunu bildirmiş, Əliyar ona Beyləqan şəhəri ərazisində görüşmək istədiyini demişdir. O, həmin gün, yəni 08 iyun 2022-ci il tarixdə saat 21 radələrində Əliyarla Beyləqan şəhəri, M.Müşfiq küçəsində görüşüb 1200 manat pulu ona vermiş, lakin bir neçə ay keçməsinə baxmayaraq Əliyar verdiyi vədə əməl etməmişdir. O, Qalibin istəyi ilə dəfələrlə zəng edib Əliyardan pulu geri qaytarmasını istəmiş, Əliyar pulu aldığı vaxtdan təxminən 5-6 ay keçdikdən sonra 500 manat pulu qaytarıb qalan 700 manatı da qaytaracağını bildirmişdir. Lakin bu günə qədər qalan 700 manat pulu qaytarmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Vəliyəddin oğlu ifadəsində göstərdi ki, onun uşaqlığı Beyləqan rayonu, Qəhrəmanlı qəsəbəsində keçmişdir. Həmin vaxtlarda Əliyar da həmin kənddə yaşamışdır. Onun atası Vəliyəddinlə Əliyarın münasibətləri normal olmuşdur. O da Əliyarı kənddə yaşadığı vaxtdan tanımış, başqa heç bir yaxınlığı, habelə aralarında hər hansı ədavət və ya düşmənçilik olmamışdır.Onlar 2019-cu ildə Qəhrəmanlı qəsəbəsindən Xocavənd rayonundan olan məcburi köçkünlər üçün salınmış 146 ailəlik qəsəbəyə köçmüşlər. Əliyar da onlardan bir neçə il əvvəl Qəhrəmanlı qəsəbəsindən Beyləqan şəhərinə köçüb yaşamağa başlamışdır. O, Əliyarın rayon ərazisində nüfuzlu şəxs kimi tanımış və Əliyarın Beyləqan şəhərində fəaliyyət göstərən sürücülük kursunda direktor vəzifəsində işlədiyini eşitmişdir. 2022-ci ilin avqust ayının ortalarında o, özümə sürücülük vəsiqəsi almaq istəmişdir. O, bu barədə atası Vəliyəddinəbildirikdən bir neçə gün sonra atası ona sürücülük vəsiqəsi düzəltmək üçün Təqsirləndirilən şəxslə əlaqə saxladığını, Əliyarın ona sürüclük vəsiqəsi düzəltməyə söz verdiyini və qarşılığında 1200 manat pul istədiyini bildirmişdir. Atası Vəliyyəddin həmin pulu tapıb Əliyara verəcəyini demişdir. 21 avqust 2022-ci il tarixdə axşam saatlarında atası evə gələrək həmin gün günorta saatlarında Əliyarla Beyləqan şəhəri, S.İmrəliyev küçəsində yerləşən “Lukoil” yanacaq doldurma məntəqəsinin yaxınlığında yerləşən adsız çayxanada görüşüb 1200 manat pulu əlbəəl Əliyara verdiyini, Əliyarın bir ay müddət ərzində sürücülük vəsiqəsi düzəltməyi vədd etdiyini bildirmişdir. Lakin bir aydan artıq keçməsinə baxmayaraq Əliyar onun sürücülük vəsiqəsini düzəltmədiyini görüb bu barədə atasından soruşmuşdur. Atası Vəliyəddin narahat halda Əliyarla dəfələrlə əlaqə saxladığını, lakin Əliyarın müxtəlif bəhanələrlə onu gözlətdiyini bildirmişdir. Artıq beş aya yaxın müddət keçdikdən sonra Əliyar artıq atasının zənglərinə də cavab verməməyə başlamış, atası Vəliyəddin də buna görə Əliyarın etdiyi dələduzluq barədə polisə şikayət etmişdir. Atası şikayət etdikdən sonra Əliyarın təkcə atasını deyil, bir neçə nəfər şəxsi aldatdığını, həmin şəxslərin də Əliyardan şikayət etdiyini bildirmişdir. Beləliklə, Əliyar atası Vəliyəddini ona sürücülük vəsiqəsi almaqda köməklik edəcəyi barədə yalan vədlərlə aldadaraq atasına məxsus 1200 manat pulu ələ keçirmişdir. O, Əliyarın atası Vəliyyədinə məxsus 1200 manat puldan 450 manatını atasına qaytardığını bildirmişdir. İş üzrə Şahid2 məhkəmə iclasına gəlməmiş məhkəməyə teleqrama göndərərək başqa rayonda olduğundan məhkəmə gələ bilmədiyinivı ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 2022-ci ilin oktybar ayının əvvəllərində tanışı Arzuman ona zəng edərək Əliyar adlı tanışının olduğunu, Əliyarın sürücülük məktəbi bitirməyə dair şəhadətnamə almaqlarına köməklik edə biləcəyini bildirmişdir. O, Əliyar adlı şəxsi tanımadığımı Arzumana demiş və ehtiyatlı olmağın lazım olduğunu bildirmişdir. Arzuman isə narahat olmamasını, pulu özü verəcəyini, şəhadətnaməni aldıqdan sonra ondan pulu alacağını bildirmişdir. Onun da itirəcəyi bir şey olmadığına görə Arzumanla razılaşmış və onun əvəzinə də pulu verməsini, şəhadətnaməni alan kimi pulu verəcəyin Arzumana bildirmişdir. O, Arzumandan Əliyarın ondan nə qədər pul istədiyini soruşduqda Arzuman hər adam üçün 260 manat istədiyini demiş, o, sürücülük vəsiqəsi olmadığı üçün özünə sürücülük vəsiqəsi almaq niyyətində olduğundan Arzumana razılaığını bildirmişdir. 2022-ci ilin oktyabr ayının ortalarında Arzumanla Beyləqan şəhəri ərazisində rastlaşan zaman Arzuman Əliyara 520 manat verdiyini bildirmişdir. O, bir daha Arzumana şəhadətnaməni alan zaman 260 manat pulu verəcəyini demiş, Arzuman da ona heç bir problem olmadığını bildirmişdir. Lakin bir neçə ay keçdikdən sonra o, Arzumandan Əliyarın onlara şəhadətnamə düzəldib-düzəltmədiyini soruşmuş, Arzuman isə Əliyarın verdiyi vədə əməl etmədiyini və 520 manat pulunun batdığını bildirmişdir. Bir müddət sonra isə Arzuman ona Əliyardan pulunu tələb etdiyini və cəmi 100 manatını ala bildiyini demişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid1 məhkəmədə verdiyi ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs9 dayısı oğludur. Təqsirləndirilən şəxs əvvəldən tanımışdır. 2022-ci ilin noyabr ayının ortalarında Novruzla görüşmüşdür. Həmin görüş zamanı o, Novruzla söhbət edən zaman Novruz ona sürücülük vəsiqəsi almaq istədiyini, lakin gəlib-getməyinin problem olduğu üçün vəsiqə ala bilmədiyini bildirmişdir. O, Novruza bildirmişdir ki, rayon sakini olan Əlyar Həsənovun pul müqabilində vətəndaşlara sürücülük vəsiqəsi almaqda köməklik etməsi barədə eşitdiyini bildirmişdir. Bundan sonra Əliyarın nömrəsini tapıb Novruza vermişdir. Sonraadan eşitmişdir ki, Əliyar sürücülük vəsiqəsi düzəltmək adı ilə Novruzdan 1200 manat pul almış, lakin Əliyar Novruza verdiyi vədə əməl etməmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid4 məhkəmədə verdiyi ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs10 onun qohumudur, Təqsirləndirilən şəxs isə əvvəllər tanımışdır, onlarla aralarında hər hansı ədavət və ya düşmənçilik olmamışdır. O, 2022-ci ilin sentyabr ayının sonlarında qohumu Zərərçəkmiş şəxs10 yaşadığı evə qonaq getmiş, O, İsmayılla söhbətləşərəkən İsmayıl ona sürücülük vəsiqəsi almaq istədiyini bildirmişdir. O da İsmayıla Beyləqan şəhəri sakini Əliyar adlı şəxsin insanlara sürücülük vəsiqəsi almaqda köməklik etməsi barədə eşitdiyini demiş, İsmayıl da Əliyarın mobil nömrəsini tapıb ona zəng etməsini ondan istəmişdir. O da bir neçə gün sonra Əliyarın mobil nömrəsini tapıb ona zəng etmiş və bir qohumunun sürücülük vəsiqəsi almaq istədiyini bildirib köməklik etməsini xahiş etmişdir. Əliyar ona qarşılığında 1100 manat pul alacağını demiş, o da Əliyara qohumu ilə məsləhətləşib ona təkrar zəng edəcəyini bildirmişdir. Sonra İsmayılla əlaqə saxlayıb bu barədə ona demişdir. O, yaşadığı Beyləqan rayonu, Qəhrəmanlı qəsəbəsində İsmayılla görüşüb ondan 1100 manat pulu almış, 05 oktyabr 2022-ci il in tarixdə, saat 20 radələrində Əliyara zəng edib 1100 manat pulun hazır olduğunu bildirmişdir. Əliyar həmin gün saat 21 radələrində yaşadığı Beyləqan rayonu, Qəhrəmanlı qəsəbəsinə gəlib onunla əlaqə saxlayıb görüşmüş, o da qohumum Zərərçəkmiş şəxs10 sürücülük vəsiqəsi düzəltməkdə kömək etməsini bildirmişdir. Əliyar 1100 manat pulu ondan alıb İsmayıla təxminən bir ay içərisində köməklik edəcəyini bildirmişdir. Lakin həmin vaxtdan xeyli müddət keçməsinə baxmayaraq Əliyar verdiyi vədə əməl etməmiş, aldığı pulu da qaytarmamışdır. Əliyar həmin pulu ondan alan zaman pulu kiməsə vermək barədə ona heç bir söz deməmişdir. O, sadəcə pulu Əliyara vermiş və Əliyar İsmayıla sürücülük vəsiqəsi düzəltməkdə köməklik edəcəyinə söz vermişdir. Onun Əliyarın dələduzluq niyyətində olmasından məlumatı olmamışdır. İş üzrə şahid qismində dindirilmiş Şahid5 məhkəmə verdiyi ifadəsində göstərdi ki, 29 noyabr 2022-ci il tarixdə axşam saatlarında dayısı Zərərçəkmiş şəxs11 ona zəng edərək tanışı Təqsirləndirilən şəxs ona üçün sürücülük vəsiqəsi düzəltmək üçün xahiş etdiyini və qarşılığında həmin gün günorta saatlarında ona 700 manat pul verdiyini, Əliyar yaxın günlərdə əlaqə saxlayıb onun şəxsiyyət vəsiqəsini və başqa sənədləri istəyəcəyini bildirmişdir. Bir neçə ay keçməsinə baxmayaraq Əliyar ona sürücülük vəsiqəsi düzəltməklə bağlı hər hansı hərəkət etməmiş, o da dayısı Feyruzdan Əliyarın sürücülük vəsiqəsi düzəldib düzəltmədiyini soruşduqda dayısı Feyruz Əliyardan dəfələrlə soruşduğunu, lakin Əliyarın verdiyi vədə əməl etmədiyini bildirmişdir. O, sonra dayısı Feyruzdan Əliyarın mobil nömrəsini alıb özü də dəfələrlə zəng edib ona sürücülük vəsiqəsi düzəldib-düzəltmədiyini soruşmaq istəmiş, lakin Əliyar onun zənglərinə cavab verməmişdir. O, dəfələrlə Əliyarın yaşadığı ünvana gedib ondan pulunu tələb etmək istəmiş, lakin Əliyarı nə qədər çağırsa da evdən çölə çıxmamışdır. O, ona sürücülük vəsiqəsi düzəltməsi üçün Əliyara verilən 700 manat pulun ona məxsus olmadığını, həmin pulun dayısı Feyruza məxsus olduğunu bildirmişdir. İş meteriallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 19 yanvar 2023-cü il tarixli tələbnaməyə və iş materiallarına əsasən müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. İş materiallarına əlavə edilmiş cinayət işinin başlanması haqqında qərardan görünür ki, cinayət işinin başlanmasına səbəb və əsas Təqsirləndirilən şəxs tərəfindən sürücülük vəsiqəsi düzəltmək vədi ilə aldadılaraq pulunun ələ keçirilməsi barədə Zərərçəkmiş şəxs14 Azərbaycan Respublikası DİN-in 102 xidmətinə və ərizə ilə Beyləqan rayon Polis şöbəsinə, Zərərçəkmiş şəxs4 Azərbaycan Respublikası DİN-in 102 xidmətinə və ərizə ilə Beyləqan rayon Polis şöbəsinə, Şahid6 ərizə ilə Beyləqan rayon Polis şöbəsinə, Zərərçəkmiş şəxs1Mənsum oğlununərizə ilə Beyləqan rayon Polis şöbəsinə etdiyi müraciətlər əsasında Beyləqan rayon Polis şöbəsinin Təhqiqat bölməsində toplanmış materiallar olmuşdur. Beləliklə, məhkəmə iclasında Təqsirləndirilən şəxs etirafı ilə yanaşı zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, habelə işin məhkəmə iclasında tədqiq edilib öz təsdiqini tapmış digər materialları ilə Təqsirləndirilən şəxs özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirməklə təkrar olaraq dələduzluq etməsi kifayət qədər sübuta yetmişdir. Məhkəmə hesab edir ki, onun hərəkətlərində Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsinin tərkibi vardır, ona görə də o, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58 və 59-cu maddəsinin tələblərini, o cümlədən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərin bir qismi ilə razılıq əldə etməsini CMnin 59.1.14-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs hərəkətlərində cəzasını ağrlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyini ilə bağlı məsələni müzakirə edib, hesab edir ki, yuxarıda göstərilən cəzanı yüngülləşdirən halları, onun şəxsiyyətini, ailə vəziyyəti ilə yanaşı zərərçəkmiş şəxlərin əksəriyyətinə dəymiş ziyanı ödəməməsini və həmin zərərçəkmiş şəxslərin ondan şikayətçi olmalarını nəzərə alıb ona Azərbaycan Respublikası CM-nin 178.2.2 -ci maddəsi ilə cinayət əməlini törətməsinə görə, həmin maddələrin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi qanuna və məqsədə müvafiqdir. Zərərçəkmiş şəxslərə onlarla dəymiş zərərlə bağlı məhkəmədə mülki qaydada iddia qaldırmaq hüquqları izah edilməlidir. İşdə mülki iddia, maddi sübut və digər məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib ona 02 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəsissəsində çəksin. Cəzasının əvvəli 31 may 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilib həbs qətimkan tədbiri ilə əvəz edilsin və Təqsirləndirilən şəxs məhkəmə iclas zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi hüquqi yardıma görə 16 (on altı) saat üçün 96 (doxsan altı) manat Beyləqan rayon vəkil bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmün surəti həmin hissədə icrası üçün Azərbaycan Respublikası Vəkillər X12 və Tədris Mərkəzinə göndərilsin. Zərərçəkmiş şəxslərə onlara dəymiş zərərlə bağlı məhkəmədə mülki qaydada iddia qaldırmaq hüquqları izah edilsin. İşdə mülki iddia, maddi sübut və digər məhkəmə xərcləri yoxdur. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Beyləqan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Həmin müddət ərzində şikayət və protest verilməzsə hökm həmin müddət bitdiyi gündən sonrakı gün qanuni qüvvəsini alır. Hakim: Ramiz Nurullayev.
Məhkəmə qərarları › İş №1(020)-31/2023
Beyləqan Rayon Məhkəməsi Hökm — İş №1(020)-31/2023
31.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver