Azərbaycan Respublikası adından HÖKM Beyləqan rayon İş № 1(020)-31/2024 12.06.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi- Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs və onun müdafiəçisi Beyləqan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1993-cü ildə Füzuli rayonunda anadan olmuş, orta təhsilli, işsiz, Azərbaycan Respublikasının vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, Füzuli rayonu, Bala-Bəhmənli kəndində qeydiyyatda olmaqla yaşayan, 19 yanvar 2024-cü il tarixli qərarımla barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 28 mart 2023-cü il tarixdə, saat 18 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq nəqliyyat vasitəsini idarə etmək hüququ-sürücülük vəsiqəsi olmadan 06 oktyabr 2022-ci il tarixli ƏN-Vİİİ 530508 nömrəli etibarnamə əsasında idarə etdiyi 01 oktyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X20 İdarəsinin İmişli rayon Qeydiyyat-İmtahan və Texniki Baxış şöbəsi tərəfindən verilmiş BD seriyalı, 281245 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən Şahid1 mülkiyyətində olmaqla texniki cəhətdən saz vəziyyətdə olan “Mercedes-Benz 190” markalı, **-VK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Əhmədli-Çəmənli-Qaradağlı avtomobil yolunun Beyləqan rayonu, Aşağı Çəmənli kəndi ərazisindən keçən hissəsində, Beyləqan rayonu, Qaradağlı kəndi istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğun olaraq yolun döngəli olduğunu əvvəlcədən nəzərə alaraq avtomobilin sürətini hərəkətin təhlükəsizliyini təmin edə biləcək həddə qədər azaltmalı, yolun əks istiqamətli nəqliyyat axınlarını ayıran 1.1 üfüqi nişanlanma xəttini kəsib keçməməli və avtomobilin öz hərəkət zolağı ilə hərəkətini təmin etməli olduğu halda, hadisənin qarşısını almağa texniki imkanının olmasına baxmayaraq qeyd olunan tələblərə əməl etməyib, avtomobili qeyd olunan yol şəraitində yolun əks istiqamətli nəqliyyat axınlarını ayıran 1.1 üfüqi nişanlanma xəttini kəsərək qarşı sol hərəkət zolağına çıxartmış, nəticədə onun ehtiyatsızlığından idarə etdiyi avtomobilin qabaq hissəsi ilə X7 idarə etdiyi “Tofaş Şahin” markalı, **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hissəsi toqquşmuş, nəticədə onun ehtiyatsızlığından X1 hemotoraks (sol plevra boşluğuna qanın yığılması) xarakterli həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid və sol diz qapağının açıq, qəlpəli, fraqmentləri yerini dəyişmiş sınığı xarakterli sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirmiş, beləliklə, o, ehtiyatsızlıqdan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bildi və ifadəsində göstərdi ki, atası Şahid1 məxsus “Mercedes-Benz 190” markalı, **-VK-*** dövlət qeydiyyat nişanlı minik avtomobili vardır. Onun etibarnaməsi olsa da, avtomobili idarə etmək üçün sürücülük vəsiqəsi yoxudur. 28 mart 2023-cü il tarixdə, saat 18 radələrində atasına məxsus idarə etdiyi “Mercedes-Benz 190” markalı, **-VK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Beyləqan rayonu, Aşağı Çəmənli kəndində yaşayan qayınatası Malik Cəfərovun yaşadığı evdən çıxıb yaşadığı Füzuli rayonu, Bala Bəhmənli kəndinə gedərkən avtomobili özü idarə etmiş, atası Şahid1 isə qabaq sərnişin oturacağında oturmuşdur. O, Əhmədli-Çəmənli- Qaradağlı avtomobil yolunun Beyləqan rayonu, Aşağı Çəmənli kəndi ərazisindən keçən hissəsində, Qaradağlı kəndi istiqamətində hərəkətdə olarkən yolun sərt döngəli hissəsinə daxil olmuş və döngəni rahat tamamlamaq üçün əks hərəkət zolağına keçərək avtomobili idarə edib döngəni dönən zaman qarşıdan bir ədəd “Tofaş Şahin” markalı avtomobilin öz hərəkət zolağında ona tərəf gəldiyini görmüşdür. Həmin avtomobillə aralarında məsafə az olduğundan idarə etdiyi avtomobili öz hərəkət zolağına qaytara bilməmiş və idarə etdiyi avtomobilin qabaq hissəsi ilə qarşıdan gələn “Tofaş Şahin” markalı avtomobilin qabaq hissəsi əks hərəkət zolağında qarşı-qarşıya toqquşmuşdur. Qəza baş verdikdən sonra atası ilə birlikdə avtomobildən düşüb digər avtomobilə yaxınlaşarkən həmin avtomobilin sonradan tanıdığı sürücüsü X7 xəsarət aldığını görmüşdür. X14 yardım edib avtomobildən çıxarmış və yolun kənarına uzatmışlar. Bir neçə dəqiqə sonra hadisə yerinə təcili tibbi yardım avtomobili gəlmiş və onlar Qələndəri təcili tibbi yardım avtomobili ilə Beyləqan rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Toqquşma hərəkətdə olduğu yolun Qaradağlı kəndi istiqamətində götürdükdə sol hərəkət hissəsində baş vermişdir. Qəza baş verən zaman atası Nərman sol əlindən xəsarət almışdır. Hadisədə özü xəsarət almamışdır. Qəzanın qarşısını almaq üçün heç bir tədbir görə bilməmişdir. Qəzadan öncə qarşıdan gələn “Tofaş Şahin” markalı avtomobili görmədiyi üçün ara məsafəsinin nə qədər olmasını bilməmişdir. O, qəzadan əvvəl avtomobili saatda 40 kilometr sürətlə idarə etmiş, sərxoş vəziyyətdə olmamışdır. Qəzanın baş verməsinə səbəb hərəkətdə olarkən döngəni əks hərəkət zolağına keçərək həyata keçirməsi olmuşdur. Zərərçəkimiş şəxsin hüquqi varisi ilə barışmış, dəymiş ziyanı ödəmişdir. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. İş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, X11 onun həyat yoldaşıdır. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, həmin şəxslə arasında ədavət və düşmənçilik olmamışdır. X6 “Tofaş Şahin” markalı, **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. 28 mart 2023-cü il tarixdə, saat 19 radələrində o, yaşadığı evdə olarkən adını xatırlamadığı qohumlardan biri ona zəng edərək X6 özünə məxsus “Tofaş Şahin” markalı avtomobillə Beyləqan rayonu, Aşağı Çəmənli kəndi ərazisində qəza törətdiyini və müxtləif xəsarətlər alaraq Beyləqan rayon Mərkəzi Xəstəxanasına aparıldığını bildirmişdir. O, dərhal evdən çıxıb Beyləqan rayon Mərkəzi Xəstəxanasına getmiş, xəstəxanaya çatdıqda X4 dizinin sındığını və ciyərlərindən xəsarətlər aldığını ona bildirmişlər. Xəstəxanada olarkən əri Qələndərin Qaradağlı-Əhmədli-Çəmənli avtomobil yolunun Beyləqan rayonu, Aşağı Çəmənli kəndi ərazisindən keçən hissəsində hərəkətdə olarkən öz hərəkət zolağında Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes-Benz E 190” markalı, **-VK-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşduğunu öyrənmişdir. Qələndərə ilkin tibbi yardım göstərdikdən sonra Bakı şəhərində yerləşən xəstəxanaya göndərmişlər. Qələndər xəstəxanada sol dizindən və ciyərindən əməliyyat olunmuş, bir neçə gün xəstəxanada qaldıqdan sonra vəziyyəti yaxşılaşmış və evə buraxılmışdır. Bir müddət sonra Qələndərin səhhətində problem yaranmışdır. Buna görə də Qələndəri Bakı şəhərində yerləşən Daxili İşlər Nazirliyinin Hospitalına aparmışlar. Lakin xəstəxanada Qələndərin artıq yaşamayacağını bildirib 26 may 2023-cü il tarixdə xəstəxanadan evə buraxmışlar. Qələndəri bundan sonra yaşadığı evə gətirmişlər. 27 may 2023-cü il tarixdə Qələndər yaşadığı evdə vəfat etmişdir. Onlar meyitin məhkəmə-tibbi ekspertizası müayinəsindən keçirilməli olduğunu bilmədikləri üçün Qələndərin ölməsi barədə polisə məlumat verməyərək həmin gün Qələndərin meyitini Aşağı Çəmənli kənd qəbiristanlığında dəfn etmişlər. Təqsirləndirilən şəxslə barışmışdır, ondan şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs məhkəməyə notariat qaydasında təsdiq olunmuş ərizə göndərərək təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənilməsini, təqsirləndirilən şəxsdən heç bir şikayəti və tələbi olmadığını göstərmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid2 məhkəmədə verdiyi ifadəsində göstərdi ki, X11 və Təqsirləndirilən şəxs əvvəllər tanımamış, həmin şəxslərlə arasında ədavət və düşmənçilik olmamış, həmçinin, heç bir qohumluq münasibətləri olmamışdır. X11 barəsində verdiyi 17 may 2023-cü il tarixli, 334/23 nömrəli və 08 dekabr 2023-cü il tarixli, 40/23 nömrəli rəyləri təsdiq edir. X8 aşkar olunmuş xəsarətlərdən diz qapağının açıq, qəlpəli, fraqmentləri yerinidəyişmiş sınığı dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya, digər xəsarət, yəni soltərəfli hemotoraks dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid olmuşdur. Soltərəfli hemotoraks sol plevra boşluğuna qan yığılmasıdır. O, soltərəfli hemotoraks olması nəticəsinə gələrkən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Arif Heydərov adına Hospitalı tərəfindən Qələndər Həşimovun adına tətib edilmiş L230001035 saylı xəstəlik tarixinə əsaslanmışdır. X2 hemotoraksın əmələ gəlməsinin səbəbi baş vermiş yol nəqliyyat hadisəsi zamanı döş qəfəsinə küt təsir olmuşdur. X7 döş qəfəsinin arxa səthində, arxa qoltuq xətti üzrə Vİ-Vİİ qabırğaarası sahədə 0,4x0,4 sm ölçüdə analoji xarakterli çapıq (plevra boşluğuna yeridilmiş drenaj kəsiyinin izi) soltərəfli hemotoraksa görə aparılmış drenaj kəsiyinin izidir. Həmin əməliyyat döş qəfəsinə yığılmış mayenin xaric olunması zərurətindən edilmiş və yuxarıda adı qeyd edilən tibb müəssisəsində aparılmışdır. Məhkəmə-tibb eksperti istənilən halda meyitdə aşkar edilmiş patologiyanı qeyd etməlidir. Ekshumasiya zamanı meyitin daxili orqanları tam çürüdüyünə görə o, sol diz qapağında olan sınıqdan başqa hər hansı bir patologiyanı görməmişdir. Daxili üzvlər, o cümlədən, ağciyər tam çürüdüyünə görə mərhumun sağlığında aşkar edilmiş soltərəfli hemotoraks aşkar edilməmişdir. Soltərəfli hemotoraks həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir və cərrahi müdaxilə tələb edildiyindən həmin cərrahi əməliyyat aparılmışdır. Əgər əməliyyat aparılmasaydı bir və ya bir neçə gün ərzində xəstə ölə bilərdi. Lakin, Qələndər Həşimovun xəsarət almasından uzun müddət keçdiyinə həmin xəsarət ölümünə səbəb ola bilməzdi. İş üzrə şahid qismində dindirilmiş Şahid3 məhkəmədə verdiyi ifadəsində göstərdi ki, o, 2019cu ildən isə Beyləqan rayon polis şöbəsinin X20i bölməsinin yol-patrul xidməti baş inspektoru vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs və X9 əvvəllər tanımamış, həmin şəxslərlə heç bir ədavət və düşmənçiliyi olmamışdır. 28 mart 2023-cü il tarixdə, saat 18 radələrində ekipaj yoldaşı, Beyləqan rayon polis şöbəsinin X20i bölməsinin yol-patrul xidməti inspektoru polis serjantı X17 ilə birlikdə Beyləqan rayonu İkinci Şahsevən kəndi ərazisində xidmətdə olan zaman rayon polis şöbəsinin Növbətçi hissəsindən Qaradağlı-Çəmənli-Əhmədli avtomobil yolunun Beyləqan rayonu, Aşağı Çəmənli kəndi ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verməsi barədə məlumat almış və dərhal hadisə yerinə getmişlər. Onlar hadisə yerinə çatdıqda hadisə yerində “Tofaş Şahin” markalı, **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobilin “Mercedes-Benz E 190” markalı, **-VK-*** dövlət qeydiyyat nişanlı avtomobillə “Tofaş Şahin” markalı avtomobilin hərəkət hissəsində toqquşduğunu görmüşdür. Bu vaxt “Mercedes-Benz E 190” markalı, **-VK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs da hadisə yerində olmuş, lakin “Tofaş Şahin” markalı, **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X11 hadisə zamanı xəsarətlər aldığı üçün Beyləqan rayon Mərkəzi Xəstəxanasına aparılmışdır. Sonra hadisə yerinə gəlmiş Beyləqan rayon polis şöbəsinin İstintaq bölməsinin müstəntiqi polis kapitanı Əli Kərimzadə tərəfindən hadisə yerinin baxışı aparılmış, fotoşəkillər çəkilərək protokol tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Cinayət işinin başlanmasına səbəb və əsas 28 mart 2023-cü il tarixdə, saat 20:50-də “Beyləqan rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi X3 sol diz oynağının kəsilmiş yarası və açıq sınığı və Şahid1 sol əlinin çeçələ barmağının kəsilmiş yarası diqanozu ilə xəstəxanaya müraciət etmələri barədə Beyləqan rayon polis şöbəsinə daxil olmuş məlumat əsasında Beyləqan rayon polis şöbəsinin İstintaq bölməsində toplanmış materiallar olmuşdur. İş materiallarına əlavə edilmiş ‘'Hadisə yerinin baxışının aparılması haqqında” 28 mart 2023cü il tarixli protokoldan görünür ki, hadisə Əhmədli-Çəmənli-Qaradağlı avtomobil yolunun Beyləqan rayonu, Aşağı-Çəmənli kəndi ərazisindən keçən hissəsində baş vermişdir. Yolun sağ və sol hissəsi kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən ibarətdir. Yolun eni Qaradağlı kəndi istiqamətində 6 metr, hər iki hərəkət zolağının eni isə ayrı-ayrılıqda 3 metrdir. Qeyd olunan yol asfaltbeton örtüklüdür. Hadisə yerində toqquşma nöqtəsinə qədər tormoz izi aşkar olunmamışdır. Qarşı-qarşıya hərəkət axınını ayırmaq üçün uzununa nişanlanma xətti vardır, yol işıqlandırılmır. Yolun Beyləqan rayonu, Qaradağlı kəndi istiqamətində sol zolağında “Mercedes-Benz 190” markalı, **-VK-*** dövlət qeydiyyat nişanlı avtomobil onunla əks istiqamətdə olan “Tofash-Shahin markalı” **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobillə qarşı-qarşı toqquşmuş vəziyyətdə dayanmışdır. “Tofaş Şahin” markalı, **-SG-*** d/q nişanlı avtomobil yolun hərəkət hissəsindən qismən yolun sağ ehtiyyat hissəsinə çıxmış vəziyyətdə dayanmışdır. Hadisədən əvvəl qəzaya uğrayan avtomobillər texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Hadisə yerində icazə verilən sürət həddi saatda 50 kilometrdir. Toqquşma Əhmədli- Çəmənli-Qaradağlı avtomobil yolunun Beyləqan rayonu, Aşağı Çəmənli kəndi ərazisindən keçən hissəsində, Beyləqan rayonu, Qaradağlı kəndi istiqamətində sol hərəkət hissəsindən mərkəzə doğru 1,5 metr məsafədə baş vermişdir. İş materiallarına əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının 17 may 2023-cü il tarixli 334/23 nömrəli rəyindən görünür ki, X5 diz qapağının açıq, qəlpəli, fraqmentləri yerinidəyişmiş sınığı, soltərəfli hemotoraks olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın(əşyaların) təsirindən törənmişdir, müayinə olunanın göstərdiyi müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat qəzası zamanı avtomaşın salonunun qabarıq interyerlərinə dəyməsi nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə soltərəfli hemotoraks (sol plevra boşluğuna qanın yığılması) həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya, digər xəsarət isə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. İş materiallarına əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının 08 dekabr 2023-cü il tarixli, 40/23 nömrəli rəyindən görünür ki, X7 meyitində mumifıkasiya mərhələsində olan çürümə dəyişiklikləri, sol diz qapağının qəlpəli, yerinidəyişmiş sınığı, sol diz qapağında metalosteosintezi əməliyyatından sonrakı vəziyyət aşkar olunmuşdur. X7 meyitində daxili üzvlərinin kəskin çürümə prosesinə məruz qalaraq strukturunu tam itirməsi səbəbindən, o cümlədən sol diz qapağı istisna olunmaqla, digər sklet sümüklərinin tamlığının pozulmamasına görə mərhumun ölümünün səbəbini təyin etmək mümkün olmamışdır. X7 meyitində aşkar olunmuş sol diz qapağının sınığı, bərk küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti 6 aydan çoxdur, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat qəzası zamanı avtomaşın salonunun qabarıq hissələrinə zərblə dəyməsi nəticəsində əmələ gələ bilərdi, canlı şəxslərdə dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir və onun ölümlə bilavasitə səbəbli əlaqəsi yoxdur. Konservasiya edici meyit əlamətlərinə (mumifıkasiya) görə mərhumun ölümünün müddəti 6 aydan çoxdur. İş materiallarına əlavə edilmiş təkrar komisyon məhkəmə-tibbi ekspertizasının 18 yanvar 2024-cü il tarixli 41/2024 nömrəli rəyindən görünür ki, mərhum Q.Ə.Həşimovun məhkəmə tibbi müayinəsi zamanı sağ diz nahiyəsinin kəsilmiş yarası və açıq sınığı aşkar olunmuşdur. Mərhum Q.Ə.Həşimovun meyitinin ekshumäsiyası zamanı mumifıkasiya mərhələsində olan çürümə dəyişiklikləri, sol diz qapağının qəlpəli, yerinidəyişmiş sınığı, sol diz qapağında metalosteosintezi əməliyyatından sonrakı vəziyyət aşkar olunmuşdur. Qeyd edilən xəsarət bərk küt əşyanın (əşyaların) təsirindən törənmiş, yetirilmə müddəti xx.xx.2023-cü ilə uyğun gəlir, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir və ölümlə səbəbli əlaqəsi yoxdur. Meyitin müayinəsi zamanı onun kəskin çürümə prosesinə məruz qalması müəyyən edildiyindən ölümün səbəbini dəqiq təyin etmək mümkün olmamışdır. İş materiallarına əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının 30 may 2023-cü il tarixli, 177/23 nömrəli rəyinə əsasən Şahid1 sol əlin V barmağında əzilmiş yara aşkar olunmuşdur. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, müayinə olunanın göstərdiyi müddətdə və şəraitdə əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarına əlavə edilmiş məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizasının 05 iyul 2023-cü il tarixli 8/1834 nömrəli rəyinə əsasən istintaq tərəfindən təqdim olunmuş məlumatlardan görünür ki, ‘'Mercedes- Benz 190” markalı, **-VK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində "Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü İ.N.Qaçavlı avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində "Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Rəyin tədqiqi hissəsində göstərilənlərə əsasən To faş Şahin markalı 10SG195 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X7 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmir. "Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinin 4-cü hissəsinə görə velosiped, araba, asma mühərrikli velosiped və moped istisna olmaqla, Azərbaycan Respublikasının ərazisindəki yollarda nəqliyyat vasitələrini idarəetmə hüququ sürücülük vəsiqəsi əsasında həyata keçirilir. "Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinə görə 1.1-1.3 xətlərini kəsib keçmək qadağandır. Beləliklə, məhkəmə iclasında təqsirləndirilən şəxsin etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələri, habelə işin məhkəmə iclasında tədqiq edilib öz təsdiqini tapmış digər materialları ilə Təqsirləndirilən şəxs 28 mart 2023-cü il tarixdə, saat 18 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq nəqliyyat vasitəsini idarə etmək hüququ-sürücülük vəsiqəsi olmadan 06 oktyabr 2022-ci il tarixli ƏN-Vİİİ 530508 nömrəli etibarnamə əsasında idarə etdiyi 01 oktyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X20 İdarəsinin İmişli rayon Qeydiyyat-İmtahan və Texniki Baxış şöbəsi tərəfindən verilmiş BD seriyalı, 281245 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən Şahid1 mülkiyyətində olmaqla texniki cəhətdən saz vəziyyətdə olan “Mercedes-Benz 190” markalı, **-VK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Əhmədli-Çəmənli-Qaradağlı avtomobil yolunun Beyləqan rayonu, Aşağı Çəmənli kəndi ərazisindən keçən hissəsində, Beyləqan rayonu, Qaradağlı kəndi istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1ci bəndinin tələblərinə uyğun olaraq yolun döngəli olduğunu əvvəlcədən nəzərə alaraq avtomobilin sürətini hərəkətin təhlükəsizliyini təmin edə biləcək həddə qədər azaltmalı, yolun əks istiqamətli nəqliyyat axınlarını ayıran 1.1 üfüqi nişanlanma xəttini kəsib keçməməli və avtomobilin öz hərəkət zolağı ilə hərəkətini təmin etməli olduğu halda, hadisənin qarşısını almağa texniki imkanının olmasına baxmayaraq qeyd olunan tələblərə əməl etməyib, avtomobili qeyd olunan yol şəraitində yolun əks istiqamətli nəqliyyat axınlarını ayıran 1.1 üfüqi nişanlanma xəttini kəsərək qarşı sol hərəkət zolağına çıxartmış, nəticədə onun ehtiyatsızlığından idarə etdiyi avtomobilin qabaq hissəsi ilə X7 idarə etdiyi “Tofaş Şahin” markalı, **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hissəsi toqquşması, nəticədə onun ehtiyatsızlığından X1 hemotoraks (sol plevra boşluğuna qanın yığılması) xarakterli həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid və sol diz qapağının açıq, qəlpəli, fraqmentləri yerini dəyişmiş sınığı xarakterli sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirərək ehtiyatsızlıqdan yol-nəqliyyat hadisəsi törətməsi kifayət qədər sübuya yetmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsinin tərkibi vardır. Odur ki, o, həmin maddə ilə təqsirli bilinib, cəzalanmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Aərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 №-li qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanunun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictmai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli Qərarının 11-ci bəndinin tələbinə görə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-nin 263.2, 263.3, 263-1.3, 263- 1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-nin 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz.Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. İşdə olan Füzuli rayon İcra hakimiyyəti başçısının Bala Bəhmənli kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 08 dekabr 2023-cü il tarixli, 05431 S/l-1116/2023 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Füzuli rayonu Bala Bəhmənli kəndində yaşayır və himayəsində 2022-ci il təvəllüdlü oğlu Nəriman Qaçaylı və 2023-cü il təvəllüdlü oğlu Hüseyn Qaçaylı vardır. İşdə olan Füzuli rayon İcra hakimiyyəti başçısının Bala Bəhmənli kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xaraterizə olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş 22 avqust 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İşin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, Təqsirləndirilən şəxs cinayətin törədilməsindən bilavasitə sonra mərhum X10 tibbi və digər yardım göstərilməsi üçün Beyləqan MRX-na aparmasına köməklik göstərmiş, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etmişdir. Onun həmin hərəkətləri və himayəsində azyaşlı uşaqların olmasıcəzanı yüngüllşədirən hallar kimi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsi ilə nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamasını, xəsarət almış şəxsə tibbi və digər yardım göstərilməsi üçün onun tibb müəsisəsinə aparılmasına köməklik göstərməsini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını, hərəkətlərində cəzanı ağırlaşdıran halların olmamasını, ailəsinin yeganə qazanc gətirəni olmasını, habelə təyin olunacaq cəzanın onun islah olunması imkanlarına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2ci maddəsi ilə nəzərdə tutulan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuna və məqsədə müvafiq hesab edir. İş üzrə 128 (yüz iyirmi səkkiz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış “Mercedes-Benz 190” markalı, **-VK-*** dövlət qeydiyyat nişanlı və Tofaş Şahin markalı, **-SG-*** qeydiyyat nişanlı avtomobillərin sahiblərinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsində nəzərə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minib icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Füzuli rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. İş üzrə 128 (yüz iyirmi səkkiz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış “Mercedes-Benz 190” markalı, **-VK-*** dövlət qeydiyyat nişanlı və Tofaş Şahin markalı, **-SG-*** qeydiyyat nişanlı avtomobillərin sahiblərinə qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə dövründə göstərdiyi hüquqi yardıma görə 32 (otuz iki) saat üçün 192 (yüz doxsan iki) manat Beyləqan rayon vəkil bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına ödənilsin. Hökmün surəti həmin hissədə icrası üçün Azərbaycan Respublikası Vəkillər X13 və Tədris Mərkəzinə göndərilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Beyləqan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində şikayət və protest verilməzsə hökm həmin müddət bitdiyi gündən sonrakı gün qanuni qüvvəsini alır. Hakim Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №1(020)-31/2024
Beyləqan Rayon Məhkəməsi Hökm — İş №1(020)-31/2024
12.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver