Azərbaycan Respublikası adından HÖKM Beyləqan rayon İş № 1(020)-31/2025 19.06.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi- Beyləqan rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxx 1970-ci il tarixdə Füzuli şəhərində anadan olmuş, işsiz, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 25 may 2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 08 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin 06 dekabr 2024-cü il tarixli qərarına əsasən cəzasının çəkilməmiş 10 ay 19 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, Füzuli şəhəri, Fialetov küçəsi ev 81də qeydiyyatda olmaqla ünvan 1 ünvanında müvəqqəti məskunlaşaraq yaşayan, Beyləqan Rayon Məhkəməsinin 07 fevral 2025-ci il tarixli qərarı ilə əvvəli 06 fevral 2025-ci il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikasının Ədliyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə, vaxtda və mənbədən satış məqsədi olmadan təmiz çəkisi 0,531 qram xeyli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, Beyləqan rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, 06 fevral 2025-ci il tarixdə saat 00:20-də Beyləqan rayonu, 1-ci Şahsevən kəndi ərazisində saxlanılıb Beyləqan rayon polis şöbəsinə gətirilərək polis şöbəsinin inzibati binasının həyətində üstü yoxlanılan zaman onun əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı 01 ədəd polietilen bükümündə təmiz çəkisi 0,531 qram xeyli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə iclasında Təqsirləndirilən şəxs oğlu özünü elan edilmiş ittiham üzrə təqsirli bilərək göstərdi ki, o, rəsmi olaraq heç bir yerdə işləmir. Uzun müddətdir ki, narkotik vasitə və psixotrop maddə istifadəçisidir. X5 təxminən 2000-ci ildən tanıyır, Şirxan avtomobil təmiri sexində işləyir. O, Şirxanın işlədiyi avtomobil təmiri sexinə avtomobilini təmir etdirmək üçün getmiş və həmin vaxtdan tanış olmuşlar. Bundan sonra dostluq münasibətləri yaranmışdır. Həmin vaxtdan vaxtaşırı görüşüb birlikdə vaxt keçirmişlər. Münasibətləri yarandıqdan sonra Şirxanında narkotik vasitə və psixotrop maddə istifadə etməsini bilsə də birlikdə narkotik vasitə və psixotrop maddə istifadə etməmişlər. Təxminən 2025-ci ilin yanar ayının ortalarında o, Abşeron rayonunda yerləşən “grand” adlı yaşayış massivinin yaxınlığından piyada keçərkən yolun kənarında kiçik ölçülü ağ sellofan büküm görmüş, həmin bükümü əlinə götürdükdə içərisində ağ rəngli, kristal formalı maddə olduğunu görmüş, əvvəllərdə istifadə etdiyi üçün həmin maddənin metamfetamin olduğunu bilərək gələcəkdə istifadə etmək üçün götürmüşdür. O, cəzaçəkmə müəssisəsindən azadlığa çıxdıqdan sonra Şirxanla birlikdə bir gün çayxanada oturub söhbət edən zaman Şirxana Füzuli rayonuna gedərək qohumlarının qəbri üstünə baş çəkmək istədiyini bildirmişdir. Şirxanda onunla razılaşıb birlikdə Füzuli rayonuna getmələrini ona təklif etmişdir. Bundan sonra onlar birlikdə xx.xx.2024-cü il tarixdə Şirxanın etibarnamə əsasında idarə etdiyi, atasına məxsus “Mercedes Benz E220" markalı **-MF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Füzuli rayonuna yola düşmüşlər. Yola çıxarkən o, tapdığı psixotrop maddə metamfetamini də özü ilə götürmüşdür. Həmin psoxtrop maddəni qara rəngli qış gödəkcəsinin sağ yan cibinə qoymuşdur. Lakin Şirxanın üzərində narkotik vasitə və psixotrop maddə olduğunu bilməmiş, Şirxan ona bu barədə heç bir məlumat verməmişdir. Şirxanla birlikdə Füzuli rayonuna gedərək qohumlarının qəbrini ziyarət etmiş. Füzuli rayonunda gecələmələri üçün yer olmadığından Beyləqan rayonuna gələrək tanışlarından birinin evində gecələmək qərarına gəlmişlər. Həmin gün axşam saatlarında Beyləqan rayonuna gəlməyə başlamışlar. xx.xx.2025-ci il tarixdə saat 00:20 radələrində Beyləqan rayonu, 1 -ci Şahsevən kəndi ərazisinə çatdıqda Şirxan avtomobili yolun kənarında saxlayıb marketə getmək istəmişdir. Şirxan maşını saxladıqdan sonra həmin vaxt polis geyimində iki nəfər şəxs onlara yaxınlaşıb özlərini təqdim etdikdən sonra onların barələrində narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını, üzərlərində narkotik vasitələr və psixotrop maddələr saxlamaları barədə məlumat daxil olduğunu və bununla bağlı saxlanıldıqlarını bildirmişlər. Bir neçə dəqiqə sonra həmin yerə mülki geyimli şəxslər yaxınlaşmışlar və həmin şəxslərdən biri onlara yaxınlaşıb Beyləqan rayon Polis şöbəsinin Cinayət-axtarış bölməsinin əməkdaşı Şahid1 olduğunu bildirmişdir. Həmin şəxs özünü təqdim etdikdən sonra narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını, üzərlərində narkotik vasitələr və psixotrop maddələr saxlamaları barədə məlumat daxil olduğunu və bununla bağlı saxlanıldıqlarını bildirmişdir. Daha sonra həmin ərazidə insanların çox olması, nəqliyyat vasitələrinin hərəkət intensivliyinin olması və havanın yağışlı olmasını əsas gətirərək onların üstlərinin yoxlanılması və nəqliyyat vasitəsinə baxış keçirilməsi üçün onları Şirxanın idarə etdiyi avtomobil ilə birlikdə Beyləqan rayon Polis şöbəsinin inzibati binasına gətirmişlər. Beyləqan rayon Polis şöbəsinin inzibati binasının həyətinə gətirildikdən sonra onları Beyləqan rayon Polis şöbəsinə gətirən şəxslərdən biri onları videoya çəkməyə başlamışdır. Onların hər birinə ayrı-ayrılıqda üzərlərində dövriyyəsi qanunla qadağan olunmuş hər hansısa bir qanunsuz əşya, predmet olub-olmaması soruşulmuş və onlara hüquq və vəzifələri izah edilmişdir. İlk öncə Şirxandan üzərində dövriyyəsi qanunla qadağan olunmuş hər hansısa bir qanunsuz əşya, predmet olub-olmaması soruşulmuş, bu zaman Şirxan olduğunu bildirmişdir. Bu zaman ona həmin maddəni təqdim etməsi bildirilmişdir. Şirxan əynində olan qara rəngli qış gödəkcəsinin sol yan cibində olan bir ədəd qəhvəyi rəngli eynək qabının içərisindən iki ədəd kibrit qutusunun içərisində tünd yaşıl rəngli, kəskin qoxulu, narkotik vasitə olan marixuanaya bənzər kütləni, birinin içərisində maye halında narkotik vasitə olan heroinə bənzər kütlə, digəri isə boş olan iki ədəd şpirisi, bir ədəd ətir qabının içərisində ağ rəngli, kristal formalı, qoxusuz, psixotrop maddə olan metamfetaminə bənzər kütləni, bir ədəd boş ampulu və iki ədəd dərman həblərini, daha sonra isə gödəkcəsinin sağ yan cibindən isə özünə məxsus “Samsung" markalı mobil telefon və idarə etdiyi “Mercedes-Benz E220” markalı, **-MF-*** dövlət qeydiyyat nişanlı avtomobilə məxsus açarı təqdim etmişdir. Şirxandan həmin maddələrin nə olması soruşulduqda o, həmin madələrin “nəşə”, yəni narkotik vasitə olan qurudulmuş marixuana, “kakos”, yəni narkotik vasitə heroin, psixotrop həb və limon duzu olduğunu bildirmişdir. Daha sonra aşkar olunmuş kibrit qutularına baxış zamanı bir ədəd kibrit qutusunun içərisində narkotik vasitə olan marixuanaya bənzər kütlənin altı ədəd kağız bükümlərdə olması müəyyən olunmuşdur. Həmin bükümlər ayrı-ayrılıqda polis əməkdaşlarının elektron tərəzisində çəkilmiş və çəkilərinin 0.67 qram, 0.24 qram, 0.35 qram, 0.53 qram, 0.40 qram və 0.34 qram olmaqla ümumi çəkisinin 2.19 qram olması müəyyən olunmuşdur. Digər kibrit qutusundakı kütlənin çəkisi 6.86 qram, hər iki kibrit qutusunun içərisindəki kütlə ilə birlikdə ümumi çəkilərinin 11.97 qram olması müəyyən olunmuşdur. Sonra həmin kibrit qutuları içərisində olan marixuanalarla birlikdə ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, üzəri Daxili İşlər Nazirliyinin 86 saylı möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən üzərinə imzalar edilmişdir. Bundan sonra bir ədəd şpirisin içərisində narkotik vasitə olan heroinə bənzər kütlənin maye halında kütləsi elektron tərəzidə çəkilmiş, çəkisinin 3.13 qram olması müəyyən olunmuşdur. Daha sonra bir ədəd çəhrayı rəngli ətir qabının içərisində ağ rəngli, kristal formalı, qoxusuz, psixotrop maddə olan metamfetaminə bənzər kütlə elektron tərəzidə çəkilmiş, çəkisinin 5.43 qram olması müəyyən olunmuşdur. Daha sonra aşkar olunmuş maddələr və predmetlər birlikdə ağ rəngli zərfə qoyularaq qablaşdırılmiş, üzəri Daxili İşlər Nazirliyinin 86 saylı möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən üzəri imzalanmışdır. Bundan sonra Şirxandan üzərində başqa dövriyyəsi qanunla qadağan edilmiş əşya, predmet olub-olmaması soruşulmuş, Şirxan olmadığını bildirmişdir. Bundan sonra polis əməkdaşı Şirxanın üzərinə baxış keçirmiş, lakin üzərindən hər hansı dövriyyəsi qanunla qadağan edilmiş əşya, predmet müəyyən olunmamışdır. Daha sonra Şirxanın təqdim etdiyi Samsung markalı mobil telefonun qablaşdırılacağı bildirilmiş və Şirxanın idarə etdiyi avtomobilin açarı özünə verilmişdir. Daha sonra Şirxandan üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə və psixotrop maddələrə bənzər kütlələri haradan əldə etməsi soruşulmuş, Şirxan həmin maddələri Bakı şəhərində “Papanin” adlanan ərazidə tanımadığı şəxsdən aldığını bildirmişdir. Daha sonra onun özündən üzərində dövriyyəsi qanunla qadağan olunmuş hər hansısa bir qanunsuz əşya, predmet olub-olmaması soruşulmuş, o, üzərində palı, psixotrop maddə olan metamfetamin olduğunu bildirərək əynində olan qara rəngli qış gödəkcəsinin sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümü, əynində olan şalvarın sol arxa cibindən isə özünə məxsus “Samsung” markalı mobil telefonu təqdim etmişdir. Daha sonra onun təqdim etdiyi içərisində metamfetamin olan bükümə baxış keçirilmiş, büküm içərisində olan metamfetaminlə birlikdə elektron tərəzidə çəkilmiş, çəkisinin 0,78 qram olması məlum olmuşdur. Sonra həmin büküm ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, üzəri Daxili İşlər Nazirliyinin 86 saylı möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən üzərinə imzalar edilmişdir. Bundan sonra onun üzərində başqa dövriyyəsi qanunla qadağan edilmiş əşya, predmet olub-olmaması soruşulmuş, o, olmadığını bildirmişdir. Bundan sonra polis əməkdaşı onun üzərinə baxış keçirmiş, lakin üzərindən hər hansı dövriyyəsi qanunla qadağan edilmiş əşya, predmet müəyyən olunmamışdır. Daha sonra onun təqdim etdiyi mobil telefona baxış keçirilmiş, o, telefonun özünə məxsus olduğunu bildirmiş, sonra polis əməkdaşı həmin telefona baxış keçirilib qablaşdırılacağını bildirmişdir. Bundan sonra Şirxanın idarə etdiyi “Mercedes- Benz E220” markalı, **-MF-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, baxış zamanı avtomobildə qanunla qadağan olunmuş hər hansı bir əşya, predmet aşkar olunmamışdır. Bundan sonra baxış keçirilməsi haqqında protokol tərtib edilmiş, o, Şirxan və digər iştirakçılar protokolu imza etmişlər. Bundan sonra polis əməkdaşları onları Beyləqan rayon polis şöbəsinin inzibati binasında xidməti otağa gətirmişlər. Polis geyimində olan bir nəfər şəxs onlara özünü Beyləqan rayon polis şöbəsinin İstintaq bölməsinin müstəntiqi Rübail Hidayətli kimi təqdim etmişdir. Müstəntiq qanunsuz olaraq üzərlərində narkotik vasitə və psixotrop maddə saxlamaqda şübhəli olduqları üçün saxlanıldıqlarını və daha sonra polis şöbəsinə gətirildiklərini onlara bildirərək şübhəli şəxs kimi hüquq və vəzifələrini olnara elan etmişdir. Daha sonra o və Şirxan ərizə ilə müraciət edərək maddi imkanları olmadığına görə dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istəmələrini bildirmişlər. Beyləqan rayon Vəkil Bürosunun üzvləri Müdafiəçi isə onun, X6 isə Şirxanın hüquqlarının müdafiəçisi kimi dəvət olunmuşlar. Daha sonra müdafiəçiləri və polis əməkdaşlarının iştirakı ilə onun və Şirxanın üzərlərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddələrin qablaşdırıldığı zərflərə və hər birinə məxsus Samsung markalı mobil telefonlara videoçəkiliş vasitəsilə müstəntiq tərəfindən yenidən baxış keçirilməsinə və götürülməsinə başlanılmışdır. İlk öncə onlara hüquq və vəzifələri elan edilmişdir. Daha sonra onun üzərindən aşkar edilmiş bir ədəd şəffaf rəngli sellofan bükümdə olan psixotrop maddə metamfetaminin qablaşdırıldığı zərf açılaraq içərisinə baxış keçirilmişdir. Baxış zamanı zərfin içərisində bir ədəd şəffaf rəngli, sellofan bükümün içərisində ağ rəngli, kristal formalı, qoxusuz psixotrop maddə olan metamfetamin olduğu məlum olmuşdur. Müstəntiq aşkar edilmiş kütlənin nə olduğunu soruşmuş, o, metamfetamin olduğunu və ondan aşkar olunduğunu bildirmişdir. Müstəntiq həmin kütlənin haradan əldə etdiyi soruşmuş və o, həmin metamfetamini tapdığını bildirmişdir. Sonra həmin metamfetamin elektron tərəzidə çəkilmiş və çəkisinin 0,46 qram olması məlum oldu. Sonra aşkar edilmiş kütlənin yenidən qablaşdırılıb ekspertizaya təqdim olunacağı və ekspertin rəyi ilə tanış ediləcəyi ona bildirilmişdir. Sonra həmin bağlama yenidən öz qablaşdırıldığı zərfə qoyulmuş və daha sonra həmin zərf də başqa təzə ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, üzəri Daxili İşlər Nazirliyinin 86 saylı möhürü ilə möhürlənmiş və tərəfimizdən üzərinə imzalar edilmişdir. Daha sonra Şirxanın üzərindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələrin qablaşdırıldığı zərf açılaraq içərisinə baxış keçirilmişdir. Baxış zamanı zərfin içərisində iki ədəd kibrit qulusunun olması məlum olmuş, kibrit qutularından birinin içərisində altı ədəd kağız bükümdə, hər birinin içərisində tünd yaşıl rəngli, kəskin qoxulu, narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələrin, digər birinin içərisində isə açıq vəziyyətdə tünd yaşıl rəngli, kəskin qoxulu, narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələrin olması məlum olmuşdur. Müstəntiq aşkar edilmiş kütlənin nə olduğunu soruşmuş və Şirxan “nəşə”, yəni narkotik vasitə olan qurudulmuş marixuana olduğunu və ondan aşkar olunduğunu bildirmişdir. Sonra həmin bükümlər elektron tərəzidə ayrı ayrılıqda və birlikdə çəkilmişdir, kibrit qutularından birinin içərisində olan bükümlərin birlikdə çəkisinin 2.19 qram, digər kibrit qutusunun çəkisinin 6,92 qram, hər iki kibrit qutusunun birlikdə çəkisinin isə 12 qram olması məlum olmuşdur. Sonra aşkar edilmiş kütlənin yenidən qablaşdırılıb ekspertizaya təqdim olunacağı və ekspertin rəyi ilə tanış ediləcəyi onlara bildirilmişdir. Sonra həmin bağlama yenidən öz qablaşdırıldığı zərfə qoyulmuş və daha sonra həmin zərf də başqa təzə ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, üzəri Daxili İşlər Nazirliyinin 86 saylı möhürü ilə möhürlənmiş, üzərinə imzalar edilmişdir. Daha sonra Şirxanın üzərindən aşkar edilmiş digər maddə və predmetlərin qablaşdırıldığı zərf açılaraq içərisinə baxış keçirilmişdir. Baxış zamanı zərfin içərisində bir ədəd şpirisdə maye halında kütlənin, iki ədəd həbin, bir ədəd ətir qabı flakonunda isə ağ rəngli, kristal formalı, qoxusuz kütlənin olduğu məlum olmuşdur. Bundan başqa zərfin içərisində bir ədəd boş şpirisin və bir ədəd boş ətir qabı flakonunun olduğu məlum olmuşdur. Müstəntiq Şirxandan aşkar edilmiş kütlələrin nə olduğunu soruşmuş, Şirxan həmin maddələrin kokos, yəni narkotik vasitə olan heroin, psixotrop həblər, limon duzu olduğunu və ondan aşkar olunduğunu bildirmişdir. Sonra həmin şpiris içərisində olan maye halında narkotik vasitə olan heroinə bənzər kütlə ilə birlikdə elektron tərəzidə çəkilmiş, çəkisinin 2.69 qram olması məlum olmuşdur. Daha sonra bir ədəd flakon içərisində olan psixotrop maddə olan metamfetaminə bəznər kütlə ilə birlikdə elektron tərəzidə çəkilmiş və ümumi çəkisinin 5.43 qram olması müəyyən olunmuşdur. Sonra aşkar edilmiş predmetlərin yenidən qablaşdırılıb ekspertizaya təqdim olunacağı və ekspertin rəyi ilə tanış ediləcəyi Şirxana bildirilmişdir. Sonra həmin bağlama yenidən öz qablaşdırıldığı zərfə qoyulmuş və daha sonra həmin zərf də başqa təzə ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, üzəri Daxili İşlər Nazirliyinin 86 saylı möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən üzərinə imzalar edilmişdir. Daha sonra onun və Şirxanın üzərindən aşkar edilərək götürülmüş “Samsung” markalı mobil telefonlara baxış keçirilmiş, mobil telefonların üzərində hər hansı sınıq və digər xəsarət izlərinin olmadığı məlum olmuş, daha sonra mobil telefonlar ayrı-ayrılıqda ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, qablaşmaların üzəri Daxili İşlər Nazirliyinin 86 saylı möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən üzərinə imzalar edilmişdir. Müstəntiq həmin telefonlara baxış keçiriləcəyini və iş üçün sübut əhəmiyyətli malumatlar əldə olunacağı halda işə əlavə olunacağını bildirmişdir. Daha sonra müstəntiq polis əməkdaşları tərəfindən saxlanılan və üzərlərinə baxış keçirilən zaman ona və Şirxana qarşı zorakılıq edilib- edilmədiyini soruşmuş, o və Şirxan edilmədiyini bildirmişdirlər. Daha sonra videoçəkilişin DVD diskə əlavə edilərək protokola əlavə ediləcəyi bildirilərək videoçəkiliş dayandırılmış, bu barədə protokol tərtib edilmiş, o, Şirxan və digər iştirakçılar həmin protokolu imzalar etmişlər. Polis əməkdaşları ona yaxınlaşan zaman və onun üstü yoxlanılan zaman ona qarşı heç bir zorakılıq hərəkətləri edilməmişdir. Üzərindən aşkar olunaraq götürülmüş bir ədəd şəffaf rəngli sellofan bükümdə olan 0,531 qram çəkidə psixotrop maddə metamfetamini Abşeron rayonunda yerləşən “Grand” adlı yaşayış massivinin yaxınlığından piyada keçərkən yolun kənarından tapmışdır və əlinə götürdükdə metamfetamin olduğunu bilərək istifadə etmək üçün üzərində götürüb saxlamışdır. O, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamışdır, lakin bəzən narkotik vasitə və psixotrop maddə istifadə edir. Üzərindən aşkar edilərək götürülmüş mobil telefon onun özünə məxsusdur və telefonun üzərində ***-***-**-** nömrəsi vardır. Etdiyi cinayət əməlindən peşimandır. Göstərilənləri nəzərə alıb ona yüngül cəza verilməsini xahiş etdi. İş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Beyləqan rayon polis şöbəsinin cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Füzuli rayonu, Govşadlı kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Nərimanov rayonu, Böyükşor qəsəbəsində yaşayan X5 və Füzuli rayonu, Fialetov küçəsində qeydiyyatda olmaqla Abeşoron rayonu Mehdiabad qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır, onlarla ədavəti və ya düşmənçiliyi olmamışdır. Mahiyyəti üzrə bildirir ki, 05 fevral 2025-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Böyükşor qəsəbəsində yaşayan X4 və Abşeron rayonu, Mehdiabad qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitələri əldə edib üzərlərində saxlamaqla daşımaları və idarə etdikləri “Mercedes-Benz E22SQ markalı, **-MF-*** dövlət qeydiyyat nişanlı avtomobildə daşımaqla saxlamaqda şübhəli olmaları barədə əməliyyat məlumatı daxil olmuşdur. Buna görə də o, dərhal bu barədə Beyləqan rayon polis şöbəsinin rəisinə raport ilə məruzə edərək, həmin şəxslərin ətrafında təxirəsalınmaz əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi üçün göstəriş verməsini xahiş etmişdir. Rayon polis şöbəsinin rəisi təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün göstəriş vermişdir. Bu səbəbdən əməliyyat-axtarış tədbirinin gedişində o, X7 və Təqsirləndirilən şəxs idarə etdikləri “Mercedes-Benz E220” markalı, 10- MF-220 dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsi, habelə, X7 və Təqsirləndirilən şəxs üstlərinin yoxlanılması və zərurət yarandıqda digər təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qərar qəbul etmiş və tərəfindən rəhbərliyi altında Beyləqan rayon Polis şöbəsinin Cinayət-axtarış bölməsinin baş əməliyyat müvəkkili, polis baş-leytenantı Şahid3, Beyləqan rayon Polis şöbəsinin Cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid2, Beyləqan rayon Polis şöbəsinin Post-patrul xidməti bölüyünün polis nəfəri, polis baş serjantı Şahid5, Beyləqan rayon Polis şöbəsinin Post- patrul xidməti bölüyünün polis nəfəri, polis serjantı Şahid4 və keçiriləcək əməliyyat-axtarış tədbirinin videoyazı ilə qeydə alınması üçün Beyləqan Beyləqan rayon Polis şöbəsinin Cinayət-axtarış bölməsinin axtarış üzrə baş əməliyyat müvəkkili, polis mayoru X10 iştirakı ilə əməliyyat qrupu təşkil olunmuşdur. Bundan başqa X7 və Təqsirləndirilən şəxs və onların idarə etdikləri “Mercedes-Benz E220” markalı, **-MF-*** dövlət qeydiyyat nişanlı avtomobilin rayon ərazisində aşkar olunduğu zaman saxlanılmasına dəstək olmaları üçün Beyləqan rayon X17 X18 və Post Patrul Xidməti Bölüyünün xidmətdə olan əməkdaşlarına onun tərəfindən rabitə vasitəsi ilə tapşırıq verilmişdir. Beyləqan Beyləqan rayon Polis şöbəsinin Post-patrul xidməti bölüyünün polis nəfəri, polis baş serjantı Şahid5 və Beyləqan Beyləqan rayon Polis şöbəsinin Post-patrul xidməti bölüyünün polis nəfəri, polis serjantı Şahid4 06 fevral 2025-ci il tarixdə saat 00:20 radələrində Beyləqan rayonu, 1 -ci Şahsevən kəndi ərazisində xidmətdə olarkən “Mercedes-Benz E220” markalı, **-MF-*** dövlət qeydiyyat nişanlı avtomobilin 1 -ci Şahsevən kəndi ərazisində yol kənarında dayanmış vəziyyətdə olduğunu və həmin avtomobilin içərisində 2 nəfər şəxsin olmasını aşkar edib tapşırığa uyğun olaraq həmin şəxsləri və avtomobili saxlayaraq bu barədə Beyləqan rayon polis şöbəsinə məlumat vermişlər. Bundan sonra onun tərəfindən rəhbərliyi altında təşkil olunmuş əməliyyat qrupunun üzvləri ilə qeyd olunan ünvanda olmuşlar, Şirxan Quliyevə və Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin dövriyyəsində şübhəli olduqları, üzərlərində və idarə etdikləri avtomobildə saxlamaları barədə məlumat daxil olduğunu və bununla bağlı saxlanıldıqlarını bildirmişdir. Daha sonra onlara hüquq və vəzifələrini izah etmişdir. Lakin həmin ərazidə insanların çox olmasını, nəqliyyat vasitələrinin hərəkət intensivliyini və yağışlı hava şəraitini nəzərə alaraq X7 və Təqsirləndirilən şəxs idarə etdikləri “Mercedes-Benz E220” markalı, **-MF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə birlikdə üstlərinin yoxlanılması və nəqliyyat vasitəsinə baxış keçirilməsi üçün rayon polis şöbəsinin inzibati binasının həyətinə gətirmişlər. Bundan sonra Beyləqan rayon Polis şöbəsinin inzibati binasının həyətində X2 üzərində dövriyyəsi qanunla qadağan olunmuş hər hansı bir qanunsuz əşya, narkotik vasitə olubolmamasını soruşmuş, Şirxan Quliyev olduğunu bildirmiş və əynində olan qara rəngli gödəkcənin sol yan cibindən bir ədəd qəhvəyi rəngli eynək qabını, həmin qabın içərisindən iki ədəd kibrit qutusunun içərisində tünd yaşıl rəngli, kəskin qoxulu, narkotik vasitə olan marixuanaya bənzər kütləni, birinin içərisində narkotik vasitə olan heroinə bənzər kütlənin maye halında kütləsi olan iki ədəd şpirisi, içərisində ağ rəngli, kristal formalı, qoxusuz, psixotrop maddə olan metamfetaminə bənzər kütlə olan bir ədəd ətir qabının, bir ədəd boş ampulu və iki ədəd dərman həblərini, gödəkcənin sağ yan cibindən isə “Samsung A10” markalı mobil telefon və idarə etdiyi “Mercedes-Benz E220” markalı, 10- MF-220 dövlət qeydiyyat nişanlı avtomobilə məxsus açarı təqdim etmişdir. Aşkar olunmuş kibrit qutularına baxış zamanı bir ədəd kibrit qutusunun içərisində narkotik vasitə olan marixuanaya bənzər kütlənin altı ədəd kağız bükümlərdə olması müəyyən olunmuşdur. O, Şirxandan həmin kütlələrin nə olduğunu soruşmuş, Şirxan həmin kütlələrin “nəşə” adlanan narkotik vasitə marixuana olduğunu bildirmişdir. Daha sonra onun tərəfindən həmin bükümlər ayrıayrılıqda elektron tərəzidə çəkilmiş və çəkilərinin 0.67 qram, 0.24 qram, 0.35 qram, 0.53 qram, 0.40 qram və 0.34 qram olmaqla ümumi çəkisinin 2.19 qram olması müəyyən olunmuşdur. Digər kibrit qutusundakı kütlənin çəkisi 6.86 qram, hər iki kibrit qutusunun içərisindəki kütlə ilə birlikdə ümumi çəkilərinin 11.97 qram olması müəyyən olunmuşdur. Onun tərəfindən təqdim olunaraq götürülmüş kütlələr bir ədəd zərfdə qablaşdırılmış və zərflərin üzəri iştirakçılar tərəfindən imzalanaraq üzəri polis şöbəsinin 86 saylı möhürü ilə misdirmışdır. Bundan sonra bir ədəd şpirisin içərisində narkotik vasitə olan heroinə bənzər kütlənin maye halında kütləsi elektron tərəzidə çəkilərkən çəkisinin 3.13 qram olması müəyyən olunmuşdur. Daha sonra bir ədəd çəhrayı rəngli ətir qabının içərisində ağ rəngli, kristal formalı, qoxusuz, psixotrop maddə olan metamfetaminə bənzər kütlə elektron tərəzidə çəkilərkən çəkisinin 5.43 qram olması müəyyən olunmuşdur. O, Şirxandan həmin kütlələrin nə olduğunu soruşmuş, Şirxan həmin kütlələrin “kakos" adlanan narkotik vasitə heroin, psixotrop həb və limon duzu olduğunu bildirmişdir. Daha sonra onun tərəfindən təqdim olunaraq götürülmüş kütlələr ağ rəngli zərfdə qablaşdırılmış və zərfin üzəri iştirakçılar tərəfindən imzalanaraq üzəri polis şöbəsinin 86 saylı möhürü ilə bağlanmışdır. Daha sonra o, Şirxan Quliyevdən üzərindən aşkar edilərək götürülmüş predmetləri haradan əldə etdiyini soruşmuş, Şirxan həmin predmetləri Bakı şəhərində “papanin” adlanan ərazidə tanımadığı şəxsdən şəxsi istifadə məqsədi ilə aldığını, narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmadığını bildirmişdir. Yoxlama zamanı Şirxan Quliyevin üzərindən digər dövriyyəsi qanunla qadağan olunmuş hər hansı bir əşya, predmet aşkar olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qanunla qadağan olunmuş hər hansı bir qanunsuz əşya, narkotik vasitə olub- olmaması soruşulduqda o, əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən bir ədəd sellafon bükümdə, içərisində ağ rəngli, kristal formalı, qoxusuz, psixotrop maddə olan metamfetaminə bənzər kütləni, əynində olan şalvarın sol arxa cibindən isə özünə məxsus “Samsung A23” markalı mobil telefonu təqdim etmişdir. Təqdim edilmiş kütlə elektron tərəzidə çəkilərkən çəkisinin 0.78 qram olması müəyyən olunmuşdur. O, Şirzaddan həmin kütlənin nə olduğunu soruşmuş, Şirzad həmin kütlənin “patı” adlanan psixotrop maddə olduğunu, həmin maddəni tapdığını və şəxsi istifadə məqsədi ilə üzərində götürdüyünü bildirmişdir. Onun tərəfindən təqdim olunaraq götürülmüş kütlə bir ədəd zərfdə qablaşdırılmış və zərfin üzəri iştirakçılar tərəfindən imzalanaraq üzəri polis şöbəsinin 86 saylı möhürü ilə bağlanmışdır. Yoxlama zamanı Təqsirləndirilən şəxs üzərindən digər dövriyyəsi qanunla qadağan olunmuş hər hansı bir əşya, predmet aşkar olunmamışdır. Bundan sonra “Mercedes-Benz E220” markalı, **-MF-*** dövlət qeydiyyat nişanlı avtomobilə şübhəli şəxslərin və polis əməkdaşlarının iştirakı ilə baxış keçirilməyə başlanılmış. Baxış zamanı “Mercedes-Benz E220” markalı, **- MF-*** dövlət qeydiyyat nişanlı avtomobildən dövriyyəsi qanunla qadağa olunmuş hər hansı bir əşya, predmet aşkar olunmamışdır. Bundan sonra X7 və Təqsirləndirilən şəxs onların üzərindən aşkar edilərək götürülmüş predmetlərlə birlikdə müvafiq təhqiqat və istintaq orqanına təhvil verilməsi və protokolun tərtib edilməsi üçün videoçəkiliş dayandırılmışdır. Bundan sonra baxış keçirilməsi haqqında protokol tərtib edilmiş və o, iştirakçılarla bərabər həminprotokolu imza etmişdir. Daha sonra onlar Şirxan Quliyevi və Təqsirləndirilən şəxs Beyləqan rayon polis şöbəsinin inzibati binasına gətirmişlər. Polis şöbəsinə gəldikdən sonra Şirxan Quliyevi və Təqsirləndirilən şəxs rayon polis şöbəsinin İstintaq bölməsinin müstəntiqi X3 xidməti otağına aparmışlar. X9 Şirxan Quliyevə və Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərlərində və idarə etdikləri avtomobildə narkotik vasitə və psixotrop maddə saxlamaqda şübhəli olduqları üçün saxlanıldıqlarını və daha sonra polis şöbəsinə gətirildiklərini deyərək şübhəli şəxs kimi hüquq və vəzifələrini onlara elan etmişdir. Daha sonra Şirxan Quliyev və Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək maddi imkanları olmadığına görə dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istədiklərini bildirmişlər. X1 Quliyevin, Müdafiəçi isə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəçisi kimi dəvət olunmuşlar. Daha sonra müdafiəçilər və onların iştirakı Şirxan Quliyevin və Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddələrə bənzər predmetlərin qablaşdırıldığı zərflərə videoçəkiliş vasitəsilə müstəntiq tərəfindən yenidən baxış keçirilməsinə və götürülməsinə başlanılmışdır. İlk öncə Şirxan Quliyevin və Təqsirləndirilən şəxs hüquq və vəzifələri elan edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində əynində olan qara rəngli qış gödəkcəsinin sağ yan cibindən bir ədəd bükülüdə psixotrop maddə olması ehtimal edilən kütlənin qablaşdırıldığı bir ədəd zərf təkrar açılaraq həmin bükülüyə və əynində olan şalvarın sol arxa cibindən götürülmüş bir ədəd Samsung markalı mobil telefona baxış keçirilmişdir. İlk öncə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içərisində psixotrop maddə olması ehtimal bükülünün qablaşdırıldığı zərf açılaraq içərisinə baxış keçirilmişdir. Baxış zamanı zərfin içərisində bir ədəd şəffaf rəngli sellofan bükümü olduğu məlum olmuşdur. Həmin bükümün içərisində olan maddəyə baxış keçirilmiş və içərisində içərisində ağ rəngli, kristal formalı, qoxusuz, psixotrop maddə olan metamfetaminə bənzər maddə olduğu məlum olmuşdur. Təqsirləndirilən şəxs aşkar edilmiş kütlənin nə olduğu soruşuldu və o, metamfetamin olduğunu və ondan aşkar olunduğunu bildirmişdir. Təqsirləndirilən şəxs həmin kütlənin haradan aşkar olunduğu soruşulmuş, o, üzərindən aşkar olunmuş psixotrop maddə olan metamfetaminə bənzər maddəni tapdığını və cibindən aşkar olunduğunu bildirmişdir. Təqsirləndirilən şəxs nə üçün həmin əşyanı üstündə götürdüyü soruşulmuş və həmin maddədən istifadə etmək məqsədi ilə götürdüyünü bildirmişdir. Sonra həmin büküm elektron tərəzidə çəkilmiş və çəkisinin 0,46 qram olması məlum olmuşdur. Sonra aşkar edilmiş kütlənin yenidən qablaşdırılıb ekspertizaya təqdim olunacağı və ekspertin rəyi ilə tanış ediləcəyi Təqsirləndirilən şəxs bildirilmişdir. Sonra həmin bağlama yenidən öz qablaşdırıldığı zərfə qoyulmuş və daha sonra həmin zərfdə başqa təzə ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, üzəri Daxili İşlər Nazirliyinin 86 saylı möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən üzərinə imzalar edilmişdir. Daha sonra Şirxan Quliyevdən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində əynində olan qara rəngli qış gödəkcəsinin sol yan cibindən təqdim etdiyi iki ədəd kibrit qutusunun qablaşdırıldığı bir ədəd zərf açılaraq həmin kibrit qutularına, bir ədəd içərisində maye halında məhlul olan şpirisin, bir ədəd boş şpirisin, iki ədəd həbin, bir ədəd içərisində ağ rəngli, kristal formalı, qoxusuz maddə olan plastik flakonun, bir ədəd boş plastik fiakonun qablaşdırıldığı zərf açılaraq həmin predmetlərə və əynində olan qara rəngli qış gödəkcəsinin sağ yan cibindən götürülmüş bir ədəd Samsung markalı mobil telefona baxış keçirilmişdir. Baxış zamanı kibrit qutularından birinin içərisində altı ədəd kağız bükümdə, hər birinin içərisində tünd yaşıl rəngli, kəskin qoxulu, narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər, digər birinin içərisində isə açıq vəziyyətdə tünd yaşıl rəngli, kəskin qoxulu, narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər maddələrin olduğu məlum olmuşdur. Şirxan Quliyevdən həmin maddələrin nə olduğunu soruşulmuş, o, marixuana olduğunu və ondan aşkar olunduğunu bildirmişdir. Həmin kütlənin haradan aşkar olunduğunu soruşulmuş və o, həmin kütləni təxminən bir neçə ay bundan əvvəl Bakı şəhərində tanımadığı şəxsdən aldığını bildirmişdir. Şirxan Quliyevdən nə üçün həmin predmetləri üstündə götürdüyü soruşulmuş, o, istifadə etmək məqsədi ilə götürdüyünü bildirmişdir. Sonra həmin bükümlər elektron tərəzidə ayrı-ayrılıqda və birlikdə çəkilmişdir, kibrit qutularından birinin içərisində olan bükümlərin birlikdə çəkisinin 2.19 qram, digər kibrit qutusunun çəkisinin 6,92 qram, hər iki kibrit qutusunun birlikdə çəkisinin 12 qram olması məlum olmuşdur. Sonra aşkar edilmiş kütlənin yenidən qablaşdırılıb ekspertizaya təqdim olunacağı və ekspertin rəyi ilə tanış ediləcəyi ona bildirilmişdir. Sonra həmin bağlama yenidən öz qablaşdırıldığı zərfə qoyulmuş və daha sonra həmin zərf də başqa təzə ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, üzəri Daxili İşlər Nazirliyinin 86 saylı möhürü ilə möhürlənmniş və üzərinə imzalar edilmişdir. Daha sonra Şirxan Quliyevdən aşkar edilmiş içərisində maye halında narkotik vasitə olan heroinə bənzər maddə olan bir ədəd şpirisin, psixotrop maddə olan iki ədəd metadon həblərinin, içərisində ağ rəngli, kristal formalı, qoxusuz, psixotrop madə olan metamfetaminə bənzər kütlə olan bir ədəd plastik flakonun, bir ədəd boş plastik flakonun və bir ədəd boş spirisin qablaşdırıldığı zərf açılaraq içərisinə baxış keçirilmişdir. Baxış zamanı zərfin içərisində bir ədəd şpirisdə maye halında narkotik vasitə olan heroinə bənzər maddənin, iki ədəd həb formasında psixotrop maddə olan metadona bənzər maddənin olduğu məlum olmuş, bir flakonda ağ rəngli, kristal formalı, qoxusuz, psixotrop madə olan metamfetaminə bənzər kütlənin olduğu müəyyən olunmuş, digər şpiris və flakonun isə boş olması müəyyən olunmuşdur. Şirxan Quliyevdən aşkar edilmiş kütlənin nə olduğu soruşuldu, o, şpirisdə olan madənin narkotik vasitə olan, kakos adlanan heroin, iki ədəd psixotrop həb və bir ədəd flakonda limon duzu olduğunu və ondan aşkar olunduğunu bildirmişdir. Sonra həmin şpirisdə olan heroinə bənzər məhlul elektron tərəzidə çəkilmiş və ümumi çəkisinin 2.69 qram olması məlum olmuşdur. Daha sonra bir ədəd flakonda olan psixotrop maddə metamfetaminə bənzər kütlə elektron tərəzidə çəkilmiş və ümumi çəkisinin 5.43 qram olması müəyyən olunmuşdur. Sonra aşkar edilmiş kütlələrin yenidən qablaşdırılıb ekspertizaya təqdim olunacağı və ekspertin rəyi ilə tanış ediləcəyi Şirxan Quliyevə bildirilmişdir. Sonra həmin predmetlər yenidən öz qablaşdırıldıqları zərfə qoyulmuş və daha sonra həmin zərf də başqa təzə ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, üzəri Daxili İşlər Nazirliyinin 86 saylı möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən üzərinə imzalar edilmişdir. Şirxan Quliyevin və Təqsirləndirilən şəxs üzərlərindən aşkar edilərək götürülmüş Samsung markalı mobil telefonlara baxış keçirilmiş Baxış zamanı mobil telefonların heç bir xəsarətlərinin olmaması müəyyən edilmişdir. Şirxan Quliyevdən üzərindən aşkar edilmiş mobil telefonun kimə məxsus olduğu soruşulmuş, o, mobil telefonun özünə məxsus olduğunu və ondan aşkar olunduğunu bildirmişdir. Sonra həmin mobil telefon təzə ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, üzəri Daxili İşlər Nazirliyinin 86 saylı möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən üzərinə imzalar edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş mobil telefonun kimə məxsus olduğu soruşulmuş və o, mobil telefonun özünə məxsus olduğunu demiş və ondan aşkar olunduğunu bildirmişdir. Sonra həmin mobil telefon təzə ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, üzəri Daxili İşlər Nazirliyinin 86 saylı möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən üzərinə imzalar edilmişdir. Bundan sonra videoçəkilişin DVD diskə əlavə edilərək protokola əlavə ediləcəyi bildirilmişdir. Bu barədə protokol tərtib edilmiş, o, iştirakçılarla bərabər həmin protokolu imza etmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid3, Şahid4, Şahid5 Şahid1 ilə eyni məzmunlu ifadə verdilər. İş materiallarına əlavə edilmiş cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, cinayət işinin başlanmasına səbəb və əsas Beyləqan rayon polis şöbəsinin Cinayət axtarışı bölməsinin əməliyyat müvəkkili polis kapitanı Şahid1 Bakı şəhəri, Nərimanov rayonu, Böyükşor qəsəbəsində yaşayan X4 və Abşeron rayonu, Mehdiabad qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri və ya psixotrop maddələri əldə edib üzərlərində saxlamaqla daşımaqda şübhəli olmaları barədə 05 fevral 2025-ci il tarixli raportu əsasında Beyləqan rayon polis şöbəsinin Cinayət axtarış bölməsi və İstintaq bölməsində toplanmış materiallar olmuşdur. İş materiallarına əlavə edilmiş sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində CM-nin 234.2-ci maddəsinin tərkibi olmadığından onun barəsində həmin maddə ilə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, 13 fevral 2025-ci il tarixli qərarla cinayət işinin materiallarından X4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 -ci maddəsi ilə təqsirləndirilməsinə dair hissədə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır və hazırda məhkəmə icraatındadır. İş materiallarına əlavə edilmiş “Əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması, nəqliyyat vasitəsinə baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” 06 fevral 2025-ci il tarixli protokola əsasən, Təqsirləndirilən şəxs üstü yoxlanılan zaman əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı bir ədəd sellafon bükümdə 0,78 qram ağ rəngli, kristal formalı, qoxusuz, psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar edilərək götürülmüşdür. İş materiallarına əlavə edilmiş kompleks məhkəmə kimyəvi-bioloji ekspertizasının 06 fevral 2025-ci il tarixli il tarixli, 18/99-100 nömrəli rəyinə əsasən tədqiqata təqdim edilmiş üzərində: "...X4 üzərindən..narkotik vasitəyə bənzər..." sözləri yazılmış kağız paketdə 01 ədəd kibrit qutusunda 06 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi - 0,07qr, 0,25qr, 0,17qr, 0,39qr, 0,23qr, 0,18qr, 01 ədəd kibrit qutusunda təmiz çəkisi - 3,3 lqr, ümumi çəkisi - 4,60 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış orqanoleptik əlamətlərinə və tərkiblərinə görə eyni tərkibli narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş üzərində: "...X4 üzərindən..01 ədəd şprisdə maye..." sözləri yazılmış kağız paketdə 01 ədəd şprisin İçərisində həcmi 3,0ml olan məhlul narkotik vasitə heroin məhluludur, heroinin quru maddəsinin çəkisi - 0,10qramdır. 01 ədəd plastik qablaşmada təmiz çəkisi - 0,802qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 01 ədəd şprisin və 01 ədəd sınmış halda şüşə ampulanın içərisində narkotik vasitə heroinin izləri vardır. İz mikrohissəcikləri normal çəki təşkil etmədiyindən (elektron tərəzinin ölçmə həddindən xaric-mikroçəki) və bu səbəbdən iz mikrohissəciklərinin miqdarını müəyyən etmək mümkün deyildir. Bölmədə mövcud texniki avadanlıq olmadığına görə cəmi 02 ədəd qəhvəyimtil rəngli həblərin tədqiqatı aparılmamış və suallar cavablandırılmamışdır. Tədqiqata təqdim edilmiş üzərində: "...Təqsirləndirilən şəxs üzərindən.." sözləri yazılmış kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi - 0,531 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir İş materiallarına əlavə edilmiş Məhkəmə-narkoloji ekspertizasının 04 aprel 2025-ci il tarixli, 1863 nömrəli rəyinə əsasən müayinə zamanı Təqsirləndirilən şəxs Psixostimulyatorların qəbulu nəticəsində yaranan Asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibbi müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür İş materiallarına əlavə edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının 11 aprel 2025-ci il tarixli, 1113 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Bunu cinayət işi materialları, anamnestik materiallar, şəxsin hal-hazırki psixi vəziyyəti sübut edir. Ş.Z Alışov əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, onda hər-hansı psixi pozuntu əlamətləri müşahidə olunmamış, həmçinin hazırki müayinə zamanı hər-hansı psixi pozuntu əlamətləri müəyyən edilmir. Təqsirləndirilən şəxs qeyd olunan cinayət hadisəsi baş verən anda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik müəyyən edilmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. İş materiallarına əlavə edilmiş 14 fevral 2025-ci il tarixli qərarla Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ümumi çəkisi 0,531 qram olan metamfetamdən 0,10 qramı tədqiqata sərf olunduqdan sonra, faktiki olaraq ümumi təmiz çəkisi 0,431 qram qalan metamfetamin. Əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması, nəqliyyat vasitəsinə baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” 06 fevral 2025-ci il tarixli protokola əlavə edilmiş 01 ədəd “USB flaş kart” və “əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” 06 fevral 2025-ci il tarixli protokola əlavə edilmiş 01 ədəd “USB flaş kart” iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməlik etdiyini nəzərə alaraq iş üzrə maddi sübut kimi tanınmış, 0,431 qram metamfetamin saxlanması üçün Beyləqan rayon polis şöbəsinə təhvil verilmiş, 02 ədəd “USB flaş kart”ın cinayət işinin materiallarına əlavə edilmişdir Beləliklə, cinayət işinin məhkəmə iclasında araşdırılmış hallar ilə Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə, vaxtda və mənbədən satış məqsədi olmadan təmiz çəkisi 0,531 qram xeyli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıması kifayət qədər sübut olunmuşdur. Həmin hərəkətləri ilə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs həmin əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin edilərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarına əlavə edilmiş Abşeron rayon, Mehdiabad qəsəbəsi Mənzil Kommunal İstismar Sahəsindən verilmiş 09 aprel 2025-ci il tarixli, 710 nömrəli arayışa əsasən, Füzuli rayon qeydiyyatdında olan Alışov X12 rayonu, Mehdiabad qəsəbəsi, “Gənclər Şəhərciyi” ev 7, mənzil 77 ünvanında müvəqqəti məskunlaşmışdır İş materiallarına əlavə edilmiş Abşeron rayon, Mehdiabad qəsəbəsi Mənzil Kommunal İstismar Sahəsindən verilmiş xasiyyətnamə ilə Təqsirləndirilən şəxs müsbət xaraterizə olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş 08 aprel 2025-ci il tarixli tələbnaməyə əsasən müəyyən edilir ki, Alışov X8 Ağır Cinayətlər Məhkəməsinin 25 may 2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinmiş, ona Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi ilə 6 il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 234.1 və 234.4.3-cü maddələri ilə 7 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə cinayətlərin məcmusu üzrə qəti olaraq 08 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin 30 iyul 2018-ci il tarixli qərarına əsasən Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 25 may 2018-ci il tarixli hökmü apelyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanmış, Bakı şəhəri, Qaradağ rayon məhkəməsinin 06 dekabr 2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Ədliyyə Naziliyi Penitensiar Xidmətinin 12 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş 10 ay 19 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. İşə əlavə olunmuş sənədlərdən görünür ki, Alışov X8 Ağır Cinayətlər Məhkəməsinin 25 may 2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 08 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin 06 dekabr 2024-cü il tarixli qərarına əsasən cəzasının çəkilməmiş 10 ay 19 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusi təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. İşin hallarından görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu dövründə qəsdən cinayət törətmiş və onun əməlində cinayətin residivi yaranmışdır. Bundan başqa Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə görə hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi olması cəzasını ağırlaşdıran haldır. Onun hərəkətlərində Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində göstərilən cəzanı yüngülləşdirən hal yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, ailə vəziyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, eləcə də təyin olunacaq cəzanın onun islah olunmasına təsirini, həmçinin Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsində göstərilən qaydaları nəzərə alır. Məhkəmə yuxarıda sadalanan halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilməli və Azərbaycan Respublikası CM-nin 56.1.3-ci maddəsinə əsasən ona təyin olunmuş cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs 06 fevral 2025-ci il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuş, 07 fevral 2025-ci il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 -ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmiş və barəsində Beyləqan rayon məhkəməsinin eyni tarixli qərarı ilə əvvəli 06 fevral 2025-ci il tarixdən hesablanmaqla 03 (üç) ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Ona görə də onun cəza çəkməsinin əvvəli 06 fevral 2025-ci il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut- Beyləqan rayon PŞ-nin maddi sübutların saxlanma otağında saxlanılan tədqiqatdan sonra qalıq qalan 0,431 qram psixotrop maddə metamfetamin məhv edilməli, 02 ədəd “USB flaş kart” cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən ekspertiza xərci- 63,90 (altmış üç manat doxsan qəpik) Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384.1-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 25 may 2018-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 8 il müddətə azadlıqdan məhrum etmə cəzasının Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 06 dekabr 2024-cü il tarixli qərarına əsasən vaxtından əvvəl şərti olaraq azad edildiyi 10 (on) ay 19 (on doqquz) gün çəkilməmiş hissəsi hazırkı hökmlə təyin edilmiş cəzaya qismən birləşdirməklə Təqsirləndirilən şəxs qəti olaraq 2 (iki) il 9 (dooquz) ay müddət azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəsissəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 06 fevral 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə müvafiq olaraq cəza çəkdiyi müddətdə narkomaniyadan müalicə olunması üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji tibbi müəssisində dispanser qeydiyyatına alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən ekspertiza xərci- 63,90 (altmış üç manat doxsan qəpik) manat Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut- Beyləqan rayon PŞ-nin maddi sübutların saxlanma otağında saxlanılan tədqiqatdan sonra qalıq qalan 0,431 qram psixotrop maddə metamfetamin məhv edilsin, 02 ədəd “USB flaş kart” cinayət işi materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə göstərdiyi hüquqi yardıma görə cəmi 20 (iyirmi) saat üçün 220 (iki yüz iyirmi) manat Beyləqan rayon vəkil bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmün surəti həmin hissədə icrası üçün Azərbaycan Respublikası Vəkillər X13 və Tədris Mərkəzinə göndərilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Beyləqan rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Həmin müddət ərzində şikayət və protesti verilməzsə hökm həmin müddət bitdiyi gündən sonrakı gün qanuni qüvvəsini alır. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №1(020)-31/2025
Beyləqan Rayon Məhkəməsi Hökm — İş №1(020)-31/2025
19.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver