Məhkəmə qərarları › İş №1(020)-32/2025

Beyləqan Rayon Məhkəməsi Hökm — İş №1(020)-32/2025

17.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Beyləqan rayon İş № 1(020)-32/2025 17.07.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Muradlı Calal Habil oğlunun katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs və onun müdafiəçisi Beyləqan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1974-cü ildə Beyləqan şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Beyləqan Rayon Məhkəməsinin 11 may 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib bir il altı ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin 07 mart 2024-cü il tarixli qərarı ilə Beyləqan Rayon Məhkəməsinin 11 may 2023-cü il tarixli hökmü ilə təyin edilmiş bir il altı ay müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan iki ay dörd gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, Beyləqan şəhəri, X6 küçəsi ev 98-də qeydiyyatda olmaqla Beyləqan şəhəri, SMD-4 qəsəbəsində yerləşən 1 saylı yataqxanda yaşayan, barəsində 06 aprel 2024-cü il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə, vaxtda və mənbədən nömrəsi silinmiş, 5,45 mm kalibrli olmaqla, zavod üsulu ilə keçmiş SSRİ dövlətində silah zavodunda istehsal olunmuş, AK-74 modelli, Kalaşnikov konstruksiyalı, texniki cəhətdən saz və atəş üçün yararlı olan bir ədəd yivli odlu avtomat silahı, zavod üsulu ilə keçmiş SSRİ dövlətində silah zavodunda istehsal olunmuş, otuz ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli “Kalaşnikov” konsruksiyalı (AK-74, AKS- 74, AKS-74U) modelli avtomatların komplekt hissəsi olan, texniki cəhətdən saz və atəş üçün yararlı bir ədəd darağı, zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1979-cu ildə istehsal olunmuş 5,45x39 mm kalibrli olmaqla, həmin kalibrli "Kalaşnikov” konsruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş, döyüş sursatı hesab edilən və atəş üçün yararlı iyirmi doqquz ədəd ştat patronları istintaqa məluma olmayan yerdə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla gəzdirərək daşımış, o, 04 aprel 2024-cü il tarixdə, saat 15:00-da Beyləqan rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Beyləqan şəhəri, SMD-4 qəsəbəsində saxlanılaraq Beyləqan rayon polis şöbəsinin inzibati binasına gətirilib həmin gün saat 16:20-də üzərində şəxsi axtarış aparılarkən onun qanunsuz olaraq əldə edib üzəri yapışqan lentlə sarınmış narıncı rəngli kisənin içərisində əlində saxlamaqla gəzdirərək daşıdığı nömrəsi silinmiş, 5,45 mm kalibrli olmaqla, zavod üsulu ilə keçmiş SSRİ dövlətində silah zavodunda istehsal olunmuş, AK-74 modelli, Kalaşnikov konstruksiyalı, texniki cəhətdən saz və atəş üçün yararlı olan bir ədəd yivli odlu avtomat silahı, zavod üsulu ilə keçmiş SSRİ dövlətində silah zavodunda istehsal olunmuş, otuz ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli "Kalaşnikov" konsruksiyalı (AK-74, AKS-74, AKS-74U) modelli avtomatların komplekt hissəsi olan, texniki cəhətdən saz və atəş üçün yararlı bir ədəd darağı, zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1979-cu ildə istehsal olunmuş 5,45x39 mm kalibrli olmaqla, həmin kalibrli “Kalaşnikov” konsruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş, döyüş sursatı hesab edilən və atəş üçün yararlı iyirmi doqquz ədəd ştat patronları aşkar edilib götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bildi və ifadəsində göstərdi ki, 2024-cü ilin mart ayının ortalarında özünə iş tapa bilmədiyi üçün maddi sıxıntıları yaranmışdır. Buna görə də iş axtarmaq məqsədilə 20 mart 2024-cü il tarixdə Füzuli rayonu getmiş, orada kəndləri gəzərək Kərimbəyli kəndinə çatmışdır. O, həmin kəndin ərazisində gəzən zaman kəndin kənarında olan kolluq ərazidən keçərkən kolluğun arasında narıncı rəngli sintetik kisə görmüşdür. Həmin kisə onun diqqətini cəlb etdiyinə görə yaxınlaşıb həmin kisəni götürmüş və kisəni açıb içərisinə baxan zaman kisənin içərsində bir ədəd “Kalaşnikov AK-74" markalı avtomat və avtomatın üzərində patronla dolu daraq olmasını görmüşdür. Bundan sonra həmin silah və daraq olan kisəni özü ilə götürüb taksi ilə Beyləqan şəhəri, SMD-4 qəsəbəsində yerləşən 1 saylı yataqxanada olan evinə gətirmişdir. O, yaşadığı evə gələndən sonra bir daha kisəni açıb avtomatı və darağını çıxarıb baxmış, darağın içərisində olan patronları daraqdan çıxarıb saymış və iyirmi doqquz ədəd patron olduğunu görmüşdür. O, avtomata baxan zaman avtomatın üzərində olan nömrəsinin pozulduğunu görmüşdür. O, sonra patronları darağa doldurub darağı avtomatla birlikdə yenidən həmin kisənin içərisinə qoymuş və evində gizlədərək saxlamışdır. O, gələcəkdə həmin silahı və patronlarla dolu olan darağı satmaq niyyətində olmuşdur. O, silahı və patronları satmaq üçün etibarlı bir adam, yəni müştəri tapmağı düşünmüşdür. Lakin ifşa olunmaqdan ehtiyat edərək silah barədə kiməsə danışmağa və satmaq üçün təklif etməyə qorxmuşdur. Həmin silahı kiminsə görə biləcəyindən və polis tərəfindən saxlanıla biləcəyindən ehtiyat edib silahı və patronları aparıb Beyləqan rayonu Əlinəzərli kəndinin kənarında olan meşə massivinə atmaq fikrinə düşmüşdür. Buna görə 04 aprel 2024-cü il tarixdə, saat 15 radələrində həmin avtomat silahını üzərində patronla dolu olan darağını evdən götürərək Beyləqan rayonu, Əlinəzərli kəndinin kənarında olan meşə masivinə aparıb oraya atmaq üçün evdən çıxmışdır. Yaşadığı evdən təxminən 40- 50 metr piyada hərəkət edib aralandıqdan sonra üç nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşıb özlərini təqdim edərək Beyləqan rayon polis şöbəsinin əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra polis əməkdaşları əlində olan kisənin içərisində nə olmasını ondan soruşmuşlar. O, həmin vaxt ifşa olunduğunu anlamış, buna görə də səmimi etiraf edərək həmin kisənin içərisində “Kalaşnikov” markalı avtomat silahı və həmin silahın darağı və darağın içərisində isə iyirmi doqquz ədəd patron olmasını bildirmişdir. Bundan sonra polis əməkdaşları üzərinə və əlində olan kisəyə baxış keçirilməli olduğunu bildirib onu Beyləqan rayon polis şöbəsinə dəvət etmişlər. O, polis əməkdaşlarının təklifinə etiraz etməmiş və onlar idarə etdiyi avtomobillə Beyləqan rayon polis şöbəsinə gəlmişdir. Polis şöbəsinə gəldikdən sonra onu xidməti otaqların birinə aparmışlar. Həmin otaqda özünü Beyləqan rayon polis şöbəsinin təhqiqat bölməsinin baş təhqiqatçısı, polis mayoru Səbuhi Məmmədov kimi təqdim edən polis əməkdaşı onun odlu silah və sursat əldə etməkdə, saxlamaqda, daşımaqda və gəzdirməkdə şübhəli olduğu üçün rayon polis şöbəsinə gətirildiyini və bu səbəbdən üzərinə şəxsi axtarış keçiriləcəyini ona bildirmişdir. Ona hüquqlarının müdafi etmək üçün vəkil tutma hüquqları izah olunmuş, o, müdafiəçi tutmağa maddi imkan olmadığına görə ərizə ilə müraciət edərək Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına müdafiəçi ilə təmin etməsini istəmişdir. Onun hüquqlarının Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına müdafiə olunması üçün Beyləqan rayon vəkil bürosunda vəkil kimi fəaliyyət göstərən Müdafiəçi dəvət etmiş və ona təqdim etmişlər. Baş təhqiqatçı Səbuhi Məmmədov vəkil Müdafiəçi iştirakı ilə ona hüquq və vəzifələrini elan etmiş və bu barədə yazılı bildirişi ona təqdim etmişdir. Daha sonra baş təhqiqatçı Səbuhi Məmmədov polis əməkdaşlarının və Müdafiəçi iştirakı ilə onun üzərinə mobil telefon vasitəsilə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirmişdir. Şəxsi axtarış zamanı ona üzərində dövriyəsi qanunla nəzərdə tutulmuş qaydada qadağan olunan hər hansı bir əşya, predmet, o cümlədən, silah və sursat varsa təqdim etməsi təklif olunmuşdur. O, həmin vaxt əlində tutub saxladığı narıncı rəngli sintetik kisəni baş təhqiqatçı polis mayoru Səbuhi Məmmədova təqdim edib kisənin içərisində bir ədəd “Kalaşnikov AK 74” markalı avtomat, bir ədəd daraq və darağın içərisində iyirmi doqquz ədəd patron olduğunu bildirmiş və üzərində bundan başqa heç bir qanunsuz əşya və predmet olmadığını demişdir. Baş təhqiqatçı polis mayoru Səbuhi Məmmədov kisəni açıb içərisinə baxdıqda orada bir ədəd “Kalaşnikov AK 74” markalı avtomat, bir ədəd patronla dolu vəziyyətdə olan daraq olduğunu müəyyən etmiş, daha sonra darağın içərisində olan patronları boşaldaraq saymış və iyirmi doqquz ədəd 5,45 millimetirli patron olduğunu müəyyən etmişdir. Bundan sonra baş təhqiqatçı Səbuhi Məmmədov onun üstünü yoxlamış və üzərindən başqa hər hansı bir qeyri-qanunu əşya və ya predmet aşkar olunmamışdır. Daha sonra həmin bir ədəd “Kalaşnikov AK 74 markalı avtomat silahı, bır ədəd daraq və iyirmi doqquz ədəd 5,45 millimetirli patronlar iştirakçıların və müdafiəçinin iştirakı ilə götürülmüş, protokollaşdırılmış, sintetik kisəyə qoyularaq qablaşdırılmış, kisənin üzəri Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 86 saylı möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən üzərinə imzalar edilmişdir. Əməlindən peşimandır. Dializ xəstəsidir, müalicə alır. Göstərilənləri nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etdi. İş üzrə şahid qismində dindirilmiş Şahid1 məhkəmədə verdiyi ifadəsində göstərdi ki, o, Beyləqan şəhər sakini Təqsirləndirilən şəxs əvvəllər rayon sakini kimi tanımış, onunla ədavəti və ya düşmənçiliyi olmamışdır. 04 aprel 2024-cü il tarixdə Beyləqan şəhər sakini Təqsirləndirilən şəxs odlu silahı əldə edib üzərində daşımaqda şübhəli olması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. O, məlumat əsasında Beyləqan rayon polis şöbəsinin rəisinə raport ilə məruzə edərək həmin şəxsin ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün göstəriş verməsini xahiş etmişdir. Rayon polis şöbəsinin rəisi təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün göstəriş vermişdir. Sonra o, Beyləqan rayon polis şöbəsinin Təhqiqat bölməsinin baş təhqiqatçısı, polis mayoru X5, Beyləqan rayon polis şöbəsinin CAB- nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 iştirakı ilə əvvəlcədən qurduqları plan əsasında Təqsirləndirilən şəxs yerini dəqiqləşdirmiş və həmin gün saat 15 radələridə Beyləqan şəhəri, SMD- 4 qəsəbəsində Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında saxlamışlar. Təqsirləndirilən şəxs odlu silahı əldə edib üzərində daşımaqda şübhəli olduğunu bildirmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs əlində narıncı rəngli sintetik torba olmuş və ondan torbada nə olmasını soruşduqda, Təqsirləndirilən şəxs torbada silah olmasını bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi üçün əlverişli şərait olmadığından onu dəvət edib Beyləqan rayon polis şöbəsinə, baş təhqiqatçı X3 xidməti otağına gətirmişlər. Rayon polis şöbəsində olarkən Təqsirləndirilən şəxs odlu silahı əldə edib daşımaqda şübhəli olduğu üçün üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, bundan sonra Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin olunaraq, ona hüquq və vəzifələri izah edilərək tutulması barədə qərar qəbul olunmuş, hüquqlarının müdafiəsi üçün vəkil dəvət edilmişdir. Müdafiəçi şübhəli şəxs Təqsirləndirilən şəxs müdafiəçi təyin edilmişdir. Beyləqan rayon polis şöbəsinin Təhqiqat bölməsinin baş təhqiqatçısı, polis mayoru Səbuhi Məmmədov xidməti iş otağında videoçəkilişlə onun, Beyləqan rayon polis şöbəsinin Cinayət-Axtarış bölməsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid3, Beyləqan rayon polis şöbəsinin Cinayət-Axtarış bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2, Beyləqan rayon polis şöbəsinin X1 baş inspektoru, polis mayoru X2 və Beyləqan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirməyə başlamışdır. İlk növbədə Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qanunla qadağan edilmiş hər hansı əşya, predmet varsa təqdim etməsi təklif edilmiş, həmin vaxt Təqsirləndirilən şəxs əlində olan narıncı rəngli sintetik kisəni təqdim edib işərisində bir ədəd "Kalaşnikov" markalı silah, bir ədəd həmin silaha aid daraq və iyirmi doqquz ədəd silaha aid patron olmasını bildirmişdir. Kisəyə baxış keçirilən zaman içərisində bir ədəd “Kalaşnikov” AK-74 markalı silah, bir ədəd həmin silaha aid daraq və iyirmi doqquz ədəd silaha aid 5,45 kalibrli patron olması müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzəri yoxlanılmış, lakin onun üzərindən dövriyyəsi qanunla qadağan edilmiş başqa hər hansı əşya, predmet və ya kütlə aşkar edilməmişdir. Sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş silah, silaha aid daraq və patronlar iştirakçıların və müdafiəçinin iştirakı ilə qablaşdırılıb götürülmüş və bu barədə protokol tərtib edilmişdir. Təqsirləndirilən şəxsla yanaşı o da həmin protokola imza etmişdir. Polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı heç bir zor və ya fiziki güc tətbiq edilməmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid3 və Şahid2 məhkəmədə Şahid1 ilə eyni məzmunlu ifadə verdilər. İş materiallarına əlavə edilmiş cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, cinayət işinin başlanmasına səbəb və əsas Təqsirləndirilən şəxs üzərindən qanunsuz olaraq əldə edib, üzərində saxlamaqla daşıdığı bir ədəd nömrəsi silinmiş 5,45 mm. kalibirli olmaqla, zavod üsulu ilə keçmiş SSRİ dövlətində silah zavodunda istehsal olunmuş, texniki cəhətdən saz vəziyyətdə və istifadəyə yararlı olan AK-74 modelli, Kalaşnikov konstuksiyalı avtomat silahın, 30 ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibirli Kalaşnikov konstruksiyalı (AK-74, AKS-74, AKS-74U) modelli avtomatlara məxsus olan, texniki cəhətdən saz vəziyyətdə və istifadəyə yararlı olan 1 ədəd darağın və keçmiş SSRİ dövlətində 1979-cu ildə istehsal olunmuş 5,45 mm kalibirli Kalaşnikov konstuksiyalı silahın 29 ədəd ştat patronlarının xx.xx.2024-cü il tarixdə aşkar edilərək götürülməsi faktı və həmin fakta görə Beyləqan rayon polis şöbəsinin Təhqiqat bölməsində, daha sonra İstintaq bölmələrində toplanmış materiallar olmuşdur. İş materiallarına əlavə edilmiş “Şəxsi axtarış və götürmə haqqında” 04 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində Beyləqan rayon polis şöbəsinin əməkdaşları tərəfindən şəxsi axtarış aparılarkən əlində olan narıncı rəngli kisənin içərisindən bir ədəd “Kalaşnikov” markalı avtomata bənzər silah, bir ədəd həmin silahın darağı və iyirmi doqquz ədəd 5,45 millimetrlik avtomat silahının patronları aşkar olunaraq götürülmüşdür. İş materiallarına əlavə edilmiş məhkəmə-ballistik ekspertizasının 05 aprel 2024-cü il tarixli, 24/732 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd nömrəsi silinmiş 5,45 mm kalibrli olmaqla, zavod üsulu ilə keçmiş SSRİ dövlətində silah zavodunda istehsal olunmuş, AK-74 modelli, Kalaşnikov konstruksiyalı avtomatdır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş açmaq üçün yararlıdır. Silahın hissələri hər hansı bir kustar üsulu ilə dəyişiklərə məruz qalmamışdır. Tədqiqata təqdim edilmiş bir ədəd daraq zavod üsulu ilə keçmiş SSRİ dövlətində silah zavodunda istehsal olunmuş otuz ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli "Kalaşnikov" konsruksiyalı (AK-74, AKS-74, AKS-74U) modelli avtomatların komplekt hissəsidir-darağıdır, texniki cəhətdən sazdır və istifadə üçün yararlıdır. Tədqiqata təqdim edilmiş iyirmi doqquz ədəd patronlar zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1979-cu ildə istehsal olunmuş 5,45x39 mm kalibrli olmaqla, həmin kalibrli "Kalaşnikov” konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş ştat patronlarıdır, döyüş sursatı hesab edilir və atəş üçün yararlıdır. İş materiallarına əlavə edilmiş kompleks ambulator məhkəmə-psixatrik və məhkəmə-psixloji ekspertizasının 19 sentyabr 2024-cü il tarixli, 2721 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanıln şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hadisə zamanı emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyytinə malik olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional halında iş üçün əhəmiyyət kəbs edə biləcək hər hansı dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin verilmiş 22 aprel 2024-cü il tarixli məktundan görünür ki, Təqsirləndirilən şəxs üzərində odlu silah gəzdirməsi faktı ilə əlaqədar silahın müayinəsi zamanı götürülmüş əl izləri və bir ədəd daktiloskopik xəritə 15 aprel 2024-cü il tarixdə Kriminalistik Tədqiqatlar İdarəsinə daxil olmuşdur. Tədqiqata təqdim edilmiş əl izləri Daxili işlər Nazirliyinin Kriminalistik Tədqiqatlar idarəsinin ADİS-in məlumat bankında olan şəxslərin əl əksləri müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində əl izlərindən bir ədədi (ADİS-in məlumat bankına BƏSİİ-dən daxil olan) xx xxxx 1974-cü il tarixdə Beyləqan rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sağ əlinin orta barmağının əksi ilə eynilik təşkil etməsi müəyyən edimişdir. Digər eynilik müəyyən edilməmişdir. Beləliklə, işin məhkəmə iclasında araşdırılmış halları ilə Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə, vaxtda və mənbədən nömrəsi silinmiş, 5,45 mm kalibrli olmaqla, zavod üsulu ilə keçmiş SSRİ dövlətində silah zavodunda istehsal olunmuş, AK-74 modelli, Kalaşnikov konstruksiyalı, texniki cəhətdən saz və atəş üçün yararlı olan bir ədəd yivli odlu avtomat silahı, zavod üsulu ilə keçmiş SSRİ dövlətində silah zavodunda istehsal olunmuş, otuz ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli “Kalaşnikov” konsruksiyalı (AK-74, AKS- 74, AKS-74U) modelli avtomatların komplekt hissəsi olan, texniki cəhətdən saz və atəş üçün yararlı bir ədəd darağı, zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1979-cu ildə istehsal olunmuş 5,45x39 mm kalibrli olmaqla, həmin kalibrli "Kalaşnikov” konsruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş, döyüş sursatı hesab edilən və atəş üçün yararlı iyirmi doqquz ədəd ştat patronları istintaqa məluma olmayan yerdə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla gəzdirərək daşıması kifayət qədər sübuta yetmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin hərəkətində Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsinin tərkibi vardır, ona görə də o, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş 18 aprel 2024-cü il tarixli tələbnaməyə əsasən Fizuli Qarnizon Hərbi Tribunalının 14 noyabr 1995-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15,143.1 və 243-cü maddələri ilə (köhnə redaksiyada) təqsirli bilinib on il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 01 aprel 2002-ci ildə cəzasının sonu ilə azad olunmuş, Xocavənd rayon məhkəməsinin 27 aprel 2004cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib iki il altı ay müddətə, Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinib üç il altı ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə üzərində qəti olaraq dörd il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, 10 may 2007-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin Amnistiya elan etmək haqqında" 08 may 2007-ci il tarixli qərarının 1-ci maddəsinin, 1.1-ci bəndinə əsasən cəzasının çəkilməmiş hissəsindən azad olunmuş, Beyləqan rayon məhkəməsinin 19 iyun 2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib üç il altı ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 06 noyabr 2012-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, Beyləqan rayon məhkəməsinin 11 oktyabr 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 157.1-ci maddəsi ilə təqsirli bilinib aylıq qazancından dövlət nəfinə on beş faiz məbləğində pul tutulmaqla bir il müddətə islah işləri cəzasına, Cinayət Məcəlləsinin 182.1-ci maddəsi təqsirli bilinib üç il üç ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 68.1.3-cü və 66.3-cü maddələrinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə üzərində qəti olaraq üç il dörd ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, 23 iyul 2016-cı il tarixdə cəzasının sonu ilə azad olunmuş, Beyləqan rayon məhkəməsinin 16 yanvar 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinib üç il altı ay müddətə azadlıqdan məhrumetmə cəzasına, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi təqsirli bilinib bir il altı ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə üzərində qəti olaraq dörd il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Bakı şəhəri, Nizami rayon məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli qərarı ilə cəzası üç il doqquz ay müddətə endirilmiş, Azərbaycan Respublikası Milli Məclisinin "Amnistiya elan etmək haqqında” 05 noyabr 2021-ci il tarixli qərarının 2.4-cü bəndinə əsasən cəzasının çəkilməmiş hissəsindən azad olunmuş, 28 mart 2023-cü il tarixdə barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət təqibinə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən xitam verilmiş, Beyləqan rayon məhkəməsinin 11 may 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib bir il altı ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Salyan rayon məhkəməsinin 07 mart 2024-cü il tarixli qərarı ilə Beyləqan rayon məhkəməsinin 11 may 2023-cü il tarixli hökmü ilə təyin edilmiş bir il altı ay müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan iki ay dörd gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusi təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs bir neçə dəfə məhkum olunmuş, axırıncı cinayət işi üzrə Salyan Rayon Məhkəməsinin 07 mart 2024-cü il tarixli qərarı ilə Beyləqan Rayon Məhkəməsinin 11 may 2023-cü il tarixli hökmü ilə təyin edilmiş bir il altı ay müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan iki ay dörd gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, həmin vaxtdan iki il keçməmiş və məhkumluğu ödəmilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin edilərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində göstərilən cəzasını yüngülləşdirən hallar yoxdur. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən əməlində cinayətlərin residivinin olması onun cəzasını ağırlaşdıran haldır. Bundan başqa Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə görə hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını ağırlaşdıran halları, eləcə də təyin olunacaq cəzanın onun islah olunmasına təsirini, həmçinin Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsində göstərilən qaydaları nəzərə alır. İş materiallarına əsasən müəyyən edilir ki, Təqsirləndirilən şəxs 04 aprel 2024-cü il tarixdə, saat 15:00 dəqiqədə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuş, 06 aprel 2024-cü il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməklə həbsdən azad edilmişdir. İş üzrə maddi sübut Beyləqan rayon Polis şöbəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir ədəd nömrəsi silinmiş, 5,45 mm kalibrli olmaqla, zavod üsulu ilə keçmiş SSRİ dövlətində silah zavodunda istehsal olunmuş, AK-74 modelli, Kalaşnikov konstruksiyalı yivli odlu avtomat silah, zavod üsulu ilə keçmiş SSRİ dövlətində silah zavodunda istehsal olunmuş otuz ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli "Kalaşnikov" konsruksiyalı (AK-74, AKS-74, AKS-74U) modelli avtomatların komplekt hissəsi olan daraq, zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1979-cu ildə istehsal olunmuş 5,45x39 mm kalibrli olmaqla, həmin kalibrli "Kalaşnikov” konsruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatı hesab edilən iyirmi beş ədəd patron müsadirə edilib Azərbaycan Respublikası DİN-nin Təhcizat idarəsinə təhvil verilməli, 01 ədəd CD disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. İşdə mülki iddia, digər məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384.1-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən Beyləqan Rayon Məhkəməsinin 11 may 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 1 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasının Salyan Rayon Məhkəməsinin 07 mart 2024-cü il tarixli qərarına əsasən vaxtından əvvəl şərti olaraq azad edildiyi 2 ay 4 gün çəkilməmiş hissəsi hazırkı hökmlə təyin edilmiş cəzaya qismən birləşdirməklə Təqsirləndirilən şəxs 2 (iki) il 1 (bir) ay müddət azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 04 aprel 2025-ci il tarixdən 06 aprel 2025-ci il tarixədək həbsdə saxlanıldığı 2 gün müddətin hər bir günü bir gün müddətə azadlıqdan məhrumetmə cəzasına hesablansın, üzərində qəti olaraq 2 (iki) il 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəsissəsində çəksin . Cəza çəkməsinin əvvəli 17 iyul 2025-ci il tarixdən hesab edilsin. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilib, həbs qətimkan tədbiri ilə əvəz edilsin və Təqsirləndirilən şəxs məhkəmə iclas zalında dərhal həbsə alınsın. İş üzrə maddi sübut Beyləqan rayon Polis şöbəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir ədəd nömrəsi silinmiş, 5,45 mm kalibrli olmaqla, zavod üsulu ilə keçmiş SSRİ dövlətində silah zavodunda istehsal olunmuş, AK-74 modelli, Kalaşnikov konstruksiyalı yivli odlu avtomat silah, zavod üsulu ilə keçmiş SSRİ dövlətində silah zavodunda istehsal olunmuş otuz ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli "Kalaşnikov" konsruksiyalı (AK-74, AKS-74, AKS-74U) modelli avtomatların komplekt hissəsi olan daraq, zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1979-cu ildə istehsal olunmuş 5,45x39 mm kalibrli olmaqla, həmin kalibrli "Kalaşnikov” konsruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatı hesab edilən iyirmi beş ədəd patron müsadirə edilib Azərbaycan Respublikası DİN-nin Təhcizat idarəsinə təhvil verilsin, 01 ədəd CD disk isə cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi hüquqi yardıma görə 13 (on üç) saat üçün 143 (yüz qırx üç) manat Beyləqan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına ödənilsin. Hökmün surəti həmin hissədə icrası üçün Azərbaycan Respublikası Vəkillər X4 və Tədris Mərkəzinə göndərilsin. İşdə mülki iddia, digər məhkəmə xərcləri yoxdur. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Beyləqan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində şikayət və protest verilməzsə hökm həmin müddət bitdiyi gündən sonrakı gün qanuni qüvvəsini alır. Hakim: Ramiz Nurullayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar